Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-95/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2025-ci il tarixli qərarından Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Namazov Fərid Arif oğlu (sədrliyi), Hüseynov Telman Qulaməli oğlu və Qurbanova Aygün Arzu qızından ibarət məhkəmə tərkibində) 24 aprel 2025-ci il tarixli 1(101)-269/2025 nömrəli hökmü ilə ## ######## 1993-cü il tarixdə x rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla xxx, nömrəsiz fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin, yəni hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin onun hazırkı iş üzrə tutulduğu 25 yanvar 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 da CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs1 müdafiəçisi və Məhkum və müdafiəçisi tərəflərdən birgə verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ibrahimli Ibrahim Adil oğlu (sədrliyi və məruzəsi ilə), Qəniyev Faiq Əsəd oğlu və Ələkbərov Əfqan Qəzənfər oğlundan ibarət məhkəmə tərkibində) 21 iyul 2025-ci il tarixli 1(103)-1429/2025 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli hökmü təqsirləndirilən şəxs1 və Məhkum aid hissədə verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışları təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2, eləcə də şəxsiyyəti istintaqla araşdırılan, Iran Islam Respublikasının vətəndaşı olaraq tanıdığı “Əli” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2la birlikdə Iran Islam Respublikasının vətəndaşı olaraq tanıdığı “x” adlı şəxsin sifarişi və 1000 manat pul təklifi ilə gələcəkdə ayrı-ayrı “müştərilərə” çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda 6065 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlamaqla ünvan 1 saylı ünvanın qarşısına daşımış, daxil olmuş məlumat əsasında Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1la birlikdə 25 yanvar 2024-cü il tarixdə saat 22:20-də həmin ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin inzibati binasına gətirilib 26 yanvar 2024-cü il tarixdə saat 00:44-dən etibarən üzərlərində şəxsi axtarış keçirilərkən təqsirləndirilən şəxs2 sağ əlində saxladığı, qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib saxlamaqla daşıdıqları 1 ədəd çantanın içərisindən təmiz çəkisi 6065 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇISININ ÇIXIŞI: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum vermiş olduğu bütün ifadələrində özünü təqsirli bilmədiyini qeyd etmişdir. Belə ki, о, məhkəmədə vermiş olduğu ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, əvvəllər narkotik vasitədən istifadə etsə də, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmələr hökm və qərar çıxararkən məhkumun bu ifadəsini nəzərə almamışdır. Bunlarla yanaşı məhkəmə istintaqında təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Iran Islam Respublikasının vətəndaşından gələn mesaj barədə heç onlara bir söz deməmiş, avtomobildən narkotik vasitəni almaq üçün düşərkən onlara işinin olduğunu demiş, ümumiyyətlə narkotik vasitə barədə nə x-ə, nədə x-ə heç bir söz demədiyini bildirmişdir. Göründüyü kimi, x-in narkotik vasitədən ümumiyyətlə məlumatı olmamışdır. Lakin hökm və qərar çıxaran məhkəmələr işin bu halını da nəzərə almamışlar. Həmçinin digər təqsirləndirilən təqsirləndirilən şəxs1 da məhkəmədə verdiyi ifadəsində X-in ümumiyyətlə narkotik vasitədən məlumatının olmadığını bildirmiş, bu barədə X-in heç bir söz demədiyini qeyd etmişdir, lakin məhkəmələr hökm və qərar çıxararkən məhkumun bu ifadəsini də nəzərə almamışlar. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DIN-nin Baş Nakotiklərlə Mübarizə Idarəsinin əməkdaşlarının vermiş olduğu ifadələrindən də X-in narkotik vasitə və ya psixotrop maddə satmağı və ya belə bir niyyətinin olduğu öz təsdiqini tapmamışdır. Həmçinin X-in istifadəsində olan telefona da baxış keçirilmiş və orda da onun narkotik vasitə və psixotrop maddə satmağı öz təsdiqini tapmamışdır. Məhkəmələr hökm və qərar çıxararkən işin bu hallarına da düzgün hüquqi qiymət verməmişlər. Ona görə də apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan kassasiya qaydasında ləğv edilməli və Məhkum barəsində bəraətverici əsaslarla yeni hökm çıxarılmalıdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2025-ci il tarixli qərarının ləğv edilərək, məhkum Məhkum əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri sübuta yetirilmədiyindən barəsində bəraətverici əsaslarla yeni qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2025-ci il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi bu şikayətin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin onun özünün və digər təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 verdikləri izahat və ifadələri, şahid qismində dindirilmiş şahid2, X3, şahid1, şahid və X6 ifadələri, 25 yanvar 2024cü il tarixli əməliyyat raportu, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli qərar, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 yanvar 2024cü il tarixli protokol və həmin protokola əlavə edilmiş disk, ekspert rəyləri, “Mobil telefondan aşkar edilmiş səsyazılara baxış keçirilməsi haqqında” 2 aprel 2024-cü il tarixli protokol, “Mobil telefona və fotoşəkillərə baxış keçirilməsi haqqında” 2 aprel 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəl, maddi sübutlar, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Qeyd olunanlara əsasən, müdafiəçi tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, “ ..narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 959-IIQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Qanunun 1.0.9-cu maddəsində görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edibetməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun qanunsuz olaraq narkotik vasitələri külli miqdarda satış məqsədilə əldə etməsini və saxlamasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Ilk növbədə, məhkum Məhkum özünü təqsirli bilməməsi və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsi kassasiya şikayətində əsas arqument kimi təqdim edilsə də, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi avtomatik olaraq onun təqsirsizliyini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Aşağı instansiya məhkəmələri bu ifadələri araşdırmış, lakin onları iş üzrə toplanmış digər sübutlarla müqayisədə inandırıcı hesab etməmişdir. Belə ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə iddiası mobil telefonundan aşkar edilmiş sübutlarla birbaşa ziddiyyət təşkil edir. 02.04.2024-cü il tarixli “Mobil telefondan aşkar edilmiş səsyazılara baxış keçirilməsi haqqında” protokolda əks olunan çoxsaylı səsyazılar göstərir ki, o, digər təqsirləndirilən şəxslərlə birlikdə narkotik vasitələrin əldə olunması, bölüşdürülməsi və realizəsi ilə bağlı prosesdə fəal iştirak etmişdir. Belə ki, 24.01.2024-cü il saat 12:37-də onun “dəqiq olacaqsa, deyərsən, problem deyil, iki vur ikidi” deməsi, eləcə də “problem deyil gedib-gəlmək də” ifadəsi planlaşdırılmış fəaliyyətə hazır olduğunu göstərir. Həmçinin 23.01.2024-cü il tarixli danışıqda onun “Xətai biraz apasni yerdi... mən istədim sənə deyim” kimi ifadələri həmin fəaliyyətin risklərini qiymətləndirdiyini və situasiyadan xəbərdar olduğunu sübut edir. Eyni protokolda yer alan digər səsyazılardan görünür ki, təqsirləndirilən şəxs2 “6 kilodu, səbirli ol” və “mən atacam, sən götürəcəksən, qurtardı getdi” kimi ifadələr işlətmiş, təqsirləndirilən şəxs1 isə “tərəzini də özünlə gətir” deməklə ölçmə və paylama prosesinə hazırlıqdan danışmışdır. Bu dialoqlar təsadüfi söhbət deyil, konkret olaraq narkotik vasitənin miqdarı, ötürülməsi və bölüşdürülməsi ilə bağlı koordinasiyalı fəaliyyəti əks etdirir. Belə bir şəraitdə Məhkum bu prosesdən xəbərsiz olması barədə iddia real faktlarla uzlaşmır. Bundan əlavə, həmin tarixli “Mobil telefona və fotoşəkillərə baxış keçirilməsi haqqında” digər protokol da Məhkum narkotik vasitələrin dövriyyəsində iştirakını birbaşa təsdiq edir. Fotogörüntülərdə əks olunan yazışmalarda onun konkret satış prosesində iştirak etdiyi açıq görünür. Məsələn, “pulu vurur karta, sən tez hazırla” və “gəldi, pul kartına” kimi ifadələr artıq satışın maliyyə mərhələsinin həyata keçirildiyini göstərir. Bu, sadəcə məlumatlı olmaq deyil, birbaşa satış prosesinin təşkilində iştirakdır. Həmçinin “10 qram verəcəm, sən də pula çevirərsən” və “3 dənə hazırla, istəyən var, 150 manat verəcəklər” kimi yazışmalar narkotik vasitənin konkret miqdarla və qiymətlə satışının təşkil edildiyini sübut edir. Kassasiya şikayətində digər təqsirləndirilən şəxslərin – təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 – Məhkum məlumatlı olmaması barədə verdikləri ifadələrə istinad olunması da əsaslı deyil. Çünki həmin şəxslərin ifadələri öz aralarında uyğunlaşdırılmış müdafiə mövqeyi təsiri bağışlayır və obyektiv sübutlarla, xüsusilə telefon yazışmaları və səsyazılarla təkzib olunur. Əgər həqiqətən Məhkum məlumatı olmasaydı, onun satış, pulun köçürülməsi, malın hazırlanması və ötürülməsi ilə bağlı bu qədər konkret və məzmunlu ifadələr işlətməsi mümkün olmazdı. Eyni zamanda, iş materiallarında göstərilən hallardan aydın olur ki, təqsirləndirilən şəxslər birgə şəkildə hərəkət etmiş, narkotik vasitənin əldə edilməsi üçün əlaqələr qurmuş, onun daşınması və realizəsi istiqamətində koordinasiyalı fəaliyyət göstərmişlər. Səsyazılarda “qoşularsan bizə”, “bir yerdəyik”, “gedib-gələrik” kimi ifadələr bu fəaliyyətin kollektiv xarakter daşıdığını açıq şəkildə nümayiş etdirir. Kassasiya şikayətində təqsirləndirilən şəxs2 məhkəmə ifadəsinə istinad edilərək Məhkum narkotik vasitə barədə məlumatının olmadığı iddia olunur. Lakin məhkəmələr həmin ifadəni ətraflı yoxlamış və əsaslandırdıqları kimi, bu ifadənin ziddiyyətli və iş materialları ilə uyğun gəlmədiyini müəyyən etmişdir. Xüsusilə mobil nömrənin əhatə dairəsinə dair məlumatlar və saxlanılma yeri ilə bağlı faktlar Həsənovun məhkəmədə verdiyi ifadənin həqiqətə uyğun olmadığını göstərmişdir. Bundan əlavə, onun ibtidai istintaq zamanı verdiyi ifadədən imtina etməsi üçün əsaslı səbəb göstərməməsi də həmin ifadənin etibarlılığını şübhə altına almışdır. Bu səbəbdən məhkəmə haqlı olaraq bu ifadəni özünü müdafiə məqsədilə dəyişdirilmiş mövqe kimi qiymətləndirmişdir. Eyni qaydada, digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ifadəsi də kassasiya şikayətində müdafiə arqumenti kimi təqdim olunsa da, aşağı instansiya məhkəmələri göstərdiyi kimi bu ifadələrin qarşılıqlı şəkildə bir-birini təkrarlayan və heç bir müstəqil sübutla təsdiq olunmayan mülahizələrdən ibarət olduğunu müəyyən etmişdir. Bu baxımdan həmin ifadələrin sübut əhəmiyyəti daşımaması barədə nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətində həmçinin şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin Məhkum satış niyyətini təsdiq etmədiyi qeyd olunur. Lakin aşağı instansiya məhkəmələri iş üzrə sübutların yalnız ayrı-ayrılıqda deyil, məcmu halda qiymətləndirildiyini göstərmişdir. Belə ki, təqsirləndirilən şəxslərdə aşkar edilmiş narkotik vasitənin külli miqdardan dəfələrlə artıq olması, aralarında narkotik vasitənin əldə edilməsinə dair yazışmaların mövcudluğu, xarici vətəndaşla əlaqələrin qurulması və narkotik vasitənin əldə edilməsi üçün birgə hərəkətlərin edilməsi kimi hallar onların satış məqsədilə fəaliyyət göstərdiyini təsdiq edən kifayət qədər güclü dolayı və birbaşa sübutlar toplusu təşkil edir. Bu səbəbdən ayrı-ayrı ifadələrdə birbaşa “satış” sözünün işlədilməməsi məhkəmənin gəldiyi nəticəni əsassız etmir. Beləliklə, kassasiya şikayətində göstərilən “məlumatsızlıq”, “iştirak etməmə” və “satış niyyətinin olmaması” barədə iddialar iş üzrə mövcud olan konkret, texniki və obyektiv sübutlarla, xüsusilə mobil telefon məlumatları ilə tam şəkildə təkzib olunur. Müdafiə tərəfinin arqumentləri əsasən subyektiv bəyanatlara əsaslandığı halda, ittiham tərəfinin mövqeyi birbaşa sübutlarla dəstəkləndiyindən daha üstün sübut qüvvəsinə malikdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyaları haqlı olaraq şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ittihamı təsdiq edən ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Məhkum məhkəmədə ifadələri arasındakı ziddiyyəti qorxu ilə əlaqələndirsə də, guya ona göstərilmiş təsirin konkret nədən ibarət olduğunu izah edə bilməmişdir. Belə olan halda, müdafiə tərəfinin ümumi və sübutsuz iddiaları ibtidai istintaq zamanı verilmiş ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsi üçün əsas yarada bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə və formalaşmış məhkəmə təcrübəsinə görə, ifadənin zor tətbiq edilməklə alınmasına dair iddia konkret faktlar və sübutlarla əsaslandırılmalıdır. Iş üzrə isə belə sübutlar mövcud deyildir. Əksinə, istintaq hərəkətlərinin protokolları, videoçəkiliş materialları və digər sübutlar ifadələrin qanuni qaydada və könüllü verildiyini təsdiq edir. Bu səbəbdən kassasiya şikayətində Məhkum təzyiqə məruz qalması barədə irəli sürdüyü dəlillər iş materialları ilə təsdiq olunmadığından haqlı olaraq əsassız hesab edilmiş və həmin arqumentlər kassasiya instansiyası məhkəməsi tərəfindən də qəbul edilmir. Məhkum, ona hökm ilə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəflərindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. O cümlədən, məhkuma təyin edilmiş cəzaya münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmələr tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmaması, müsbət xarakterizə edilməsi, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışı) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Məhkum cəzasını yüngülləşdirən hər hansı hal da müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkum aid hissədə əsaslı olduğundan həmin hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-95/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-95/2026
14.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver