Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-10/2021 20.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X204 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə açıq məhkəmə iclasında 19 avqust 1975-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə, xx.xx.1959-cu ildə ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Gəncə şəhər 1 X192 xəstəxanasının pediatrik şöbəsinin sahə həkim pediatrı işləyən, ünvan 2 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 X111, Veteranları və X187 Birliyinin İdarə heyətinin 10.03.2001-ci il tarixli 02 nömrəli əmri ilə Azərbaycan X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri vəzifəsinə təyin edilməklə 10.03.2001-ci il tarixdən 07.11.2018-ci il tarixədək həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid qəsdlə dələduzluq yolu ilə ələ keçirmək məqsədilə əvvəllər tanıdığı Daşkəsən rayon sakini Şahid13 təqaüd təyin olunmasına köməklik göstərməsi ilə bağlı ona müraciəti ilə əlaqədar, Şahid13 X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri olduğuna görə özünün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Şahid13 təqaüd düzəltmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid13 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2080 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2014-cü ilin sentyabr ayında istintaqa məlum olmayan gündə Daşkəsən şəhəri, Nizami küçəsində 15 nömrəli binanın qarşısında Şahid13 əvvəlcə 1000 manat, daha sonra eyni məqsədlə 2016-cı ilin oktyabr ayında istintaqa məlum olmayan gündə yaşadığı ünvan 3 ünvanında 1000 manat, 2017-ci ilin dekabr ayında istintaqa məlum olmayan gündə isə təqaüdün düzəldilməsi ilə bağlı sənədləşmə işlərinə görə əlavə 80 manat olmaqla, ümumilikdə 2080 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid13 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid13 təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Daşkəsən rayon sakini X229 ilə söhbət əsnasında sonuncunun gəlini Kəmalə Həsənovanın təqaüdünün artırılmasında ona köməklik göstərməsi ilə bağlı müraciətinə əsasən, İsa Həsənova X111, Veteranları və Şəhid ailələri ictamai birliyinin Daşkəsən rayon filialının sədri olduğuna görə özünün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Kəmalə Həsənovanın təqaüdünün artırılması imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Kəmalə Həsənovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1200 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2015-ci ilin yanvar ayında istintaqa məlum olmayan gündə Daşkəsən şəhəri, Azər Abdullayev küçəsində yerləşən Mərkəzi rayon xəstəxanasının qarşısında İsa Həsənovdan 1200 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Kəmalə Həsənovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə İsa Həsənovu təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən tanışı Daşkəsən rayon sakini X94 ilə qarşılaşan zaman, söhbət əsnasında sonuncunun təqaüd aldığını öyrənib Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictamai birliyinin Daşkəsən rayon filialının sədri olduğuna görə özünün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Feruz Allahverdiyevin təqaüdünün artırılması üçün imkanına malik olduğunu yalandan bildirərəkən, sonuncu ondan bu məsələdə ona köməklik göstərməsi ilə bağlı müraciət etdikdə, Feruz Allahverdiyevə tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 500 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2015-ci ilin yay aylarında istintaqa məlum olmayan tarixdə Feruz Allahverdiyevdən özünün yaşadığı Daşkəsən ünvan 3-də 500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Feruz Allahverdiyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Feruz Allahverdiyevi təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Daşkəsən rayon sakini X185 ilə söhbət əsnasında sonuncunun oğlu X137 əvvəllər təyin edilmiş İİ qrup əlillik təqaüdünün bərpa edilməsində ona köməklik göstərməsi ilə bağlı müraciəti ilə əlaqədar, Südabə Abışovaya X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri olduğuna görə özünün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Rəşad Abışovun əvvəllər təyin edilmiş İİ qrup əlillik təqaüdünü bərpa etdirmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Rəşad Abışovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1500 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2015-ci ilin mart ayında istintaqa məlum olmayan gündə ondan Daşkəsən şəhəri, Azər Abdullayev küçəsində yerləşən rayon Mərkəzi xəstəxanasının yaxınlığında 1500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Rəşad Abışovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Südabə Abışovanı təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmək məqsədilə Şəmkir rayon sakini Şahid16 vasitəsilə tanış olduğu Şahid15 ilə söhbət əsnasında sonuncuya “X163” adı verilmədiyi və bu işin həll edilməsində ona köməkliyin edilməsi ilə bağlı müraciəti ilə əlaqədar Şahid15 X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri olduğuna görə özünün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Şahid15 “Qarabağ müharibəsi veteranı” adının verilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5130 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2015-ci ilin aprel ayında istintaqa məlum olmayan gündə cinayətdən xəbərsiz olan ortaq tanışları Şahid16 vasitəsilə Gəncə şəhəri, Heydər Əliyev parkının yaxınlığında 2000 manat, daha sonra 2015-ci ilin oktyabr ayında istintaqa məlum olmayan gündə Şahid15 özündən şəxsən eyni məqsədlə Gəncə şəhəri, Qala küçəsi, “Xan bağı” parkında yerləşən “Yaşıl çayçı” adlanan çayxanada 2000 manat, 2016-cı ilin aprel ayında istintaqa məlum olmayan gündə həkim yoxlanışından keçmək adı ilə Gəncə şəhəri, Əli Məmmədov küçəsində yerləşən 3 Nömrəli Xəstəxananın yaxınlığında 400 manat, 2016-cı ilin iyun ayında istintaqa məlum olmayan gündə “xxxx”ASC-nin ünvan 4 ünvanda yerləşən filialının qarşısında görüşüb qaydalara əsasən bankda adına iki illik kart açılmalı olduğunu bildirib bu adla ondan 80 manat, 2016-cı ilin avqust ayında istintaqa məlum olmayan gündə həkim yoxlanışından keçmək adı ilə Daşkəsən şəhərində “Fərhad” heykəlinin yaxınlığında 650 manat olmaqla, ümumilikdə vahid niyyətlə 5130 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid16 və Şahid15 təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə X34, X138, X139 və X69 əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar dələduzluq niyyətindən xəbərsiz olan Təqsirləndirilən şəxs2 ilə əlbir olub sonuncunun tanışlarının rüşvət verməyə təhrik edilməsi ilə bağlı cinayət əlaqəsinə girərək Müzəffər Məhərrəmovun atası Məhərrəmov Füzuli Müzəffər oğlunun, Aysel Ələsgərovanın anası Şahid40, Rafael Rəhimovun bacısı Şahid53 və Afət Alıyevanın özünün qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 müraciətlərindən, sonuncunun isə bu barədə ona məlumat verməsindən sonra Təqsirləndirilən şəxs2 vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən tanışlarının olmasını, həmin tanışlarının köməkliyi ilə əlillik dərəcəsinin təyin edilməsi imkanlarına malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Müzəffər Məhərrəmov, Aysel Ələsgərova, Rafael Rəhimov və Afət Alıyevanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs2 və özü vasitəsilə Müzəffər Məhərrəmova əlillik dərəcəsinin təyin edilməsi üçün 1000 manat, Aysel Ələsgərovaya əlillik dərəcəsinin təyin edilməsi üçün 1000 manat, Rafael Rəhimova əlillik dərəcəsinin təyin edilməsi üçün 3000 manat və Afət Alıyevaya əlillik dərəcəsinin təyin edilməsi üçün 3500 manat olmaqla maddi nemət olan cəmi 8500 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, sonuncuları özünün dələduzluq niyyətindən xəbərsiz olan Təqsirləndirilən şəxs2 vasitəsi ilə aldadaraq, 2016-cı ilin aprel-may aylarında istintaqa məlum olmayan gündə sonuncunun yaşadığı ünvan 2 ünvanda Şahid53 verdiyi 3000 manat, X56 həmin ünvanda verdiyi 3500 manat, Aysel Ələsgərovanın anası Şahid40 həmin ünvanda verdiyi 1000 manat və Müzəffər Məhərrəmovun atası X15 Təqsirləndirilən şəxs2 işlədiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə 1 X110 inzibati binasında yerləşən xidməti otağında sonuncuya verdiyi 1000 manat olmaqla ümumilikdə 8500 manat pulu vahid niyyətlə 2016-cı ilin aprel və ya may aylarında istintaqa məlum olmayan gündə Təqsirləndirilən şəxs2 yaşadığı həmin ünvana gəlib sonuncudan götürməklə şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrin Şahid53 3000 manat, Afət Alıyevanın 3500 manat, Şahid40 1000 manat və Füzuli Məhərrəmovun 1000 manat pulunu vahid niyyətlə xeyli miqdarda ümumilikdə 8500 manat məbləğində əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirmiş, Mənzər Nəzərəliyava ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 8500 manat məbləğində pul vəsaitini vəzifəli şəxsə rüşvət qismində verməyə X70, Şahid53, Məhərrəmov Füzuli Müzəffər oğlunu və Şahid40 təhrik etməklə həmin əməli təkrar törətmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz olan soyadı və ata adı istintaqa məlum olmayan Ceyhun adlı ortaq tanışları vasitəsilə tanıdığı Daşkəsən rayon sakini Şahid34 ilə söhbət əsnasında sonuncunun oğlu Şahid35 hərbi xidmətə yararsız olduğuna görə guya 6000 manat kompensasiya düşdüyü barədə bilə-bilə yalan məlumat verib, X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri olmaqla bu məsələlərlə məşğul olan komissiyanın tərkibində tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Şahid35 hərbi xidmətə yararsız olduğuna görə guya düşən 6000 manat kompensasiyanın alınmasında kifayət qədər imkana malik olduğunu yalandan bildirib, tanışı olan həmin komissiyanın vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid35 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4425 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2016-cı ilin fevral ayında Şahid34 Gəncə şəhəri Bağbanlar qəsəbəsində 1450 manat, eyni məqsədlə 2016-cı ilin may ayında istintaqa məlum olmayan gündə Gəncə şəhəri, Qala küçəsində yerləşən “Gəncə bağı” restoranının yaxınlığında 500 manat, eyni məqsədlə və özünə olan etibarı daha da inandırıcı göstərmək üçün 2016-cı ilin may ayında istintaqa məlum olmayan gündə Şahid35 adına guya ayrılacaq konpensasiyanın köçürülməsi üçün sonuncunun adına bank hesabı açılmasının lazım olduğunu, bunun üçün bankda adına hesab açılması adı ilə Şahid34 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Sabir küçəsində 475 manat, 2016-cı ilin iyul ayında istintaqa məlum olmayan gündə Şahid35 həkim müayinəsindən keçirilməsi adı ilə Göygöl rayonu Asif Fərzəliyev küçəsində 1500 manat, veriləcək konpensasiyanın məbləğinin artırılıb 8000 manat olması üçün əlavə olaraq 2017-ci ilin iyun ayında istintaqa məlum olmayan gündə Daşkəsən şəhərində yerləşən bazarın yaxınlığında 500 manat olmaqla, ümumilikdə 4425 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid35 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid34 təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Daşkəsən rayon sakini X71 ilə söhbət əsnasında sonuncu özü üçün əlillik dərəcəsinin təyin edilməsində ona köməklik göstərməsi ilə bağlı müraciət etdikdə, Cəmaləddin Abbasova X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri olduğuna görə özünün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Cəmaləddin Abbasova əlillik dərəcəsinin təyin edilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Cəmaləddin Abbasovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2016-cı ilin istintaqla konkret müəyyən edilməyən sentyabr-oktyabr aylarında X53 şəhərində 2000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Cəmaləddin Abbasovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Cəmaləddin Abbasovu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin aprel ayında istintaqa məlum olmayan gündə əvvəllər tanıdığı Gəncə şəhər sakini Şahid33 Cəbrayıl qızı ilə görüşən zaman, söhbət əsnasında sonuncunun oğlu Şahid55 “Qarabağ müharibəsi veteranı” adı verilmədiyi və bu işin həll edilməsində ona köməkliyin edilməsi ilə bağlı müraciəti ilə əlaqədar X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri olduğuna görə özünün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Şahid33 oğlu Şahid55 “Qarabağ müharibəsi veteranı” adının verilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid55 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2017-ci ilin aprel ayında istintaqa məlum olmayan gündə Gəncə şəhərində T.Arani küçəsində yerləşən “İmperial” şadlıq sarayının yaxınlığında Şahid33 əvvəl 2600 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid33 məxsus 2600 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid55 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid33 təkrarən təhrik etmiş, Şahid33 işinin düzəlmədiyini, uzandığını, hər dəfə yeni bəhanələrin deyildiyini görüb aldadıldığını başa düşərək qalan 400 manat məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Raya Verdiyevya məxsus 3.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə təkrarən cəhd etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin yayında Bakı şəhəri, Ceyhun Səlimov küçəsində yerləşən Silahlı Qüvvələrin Mərkəzi Hospitalının yaxınlığında tanış olduğu Şahid29 sonuncunun qardaşı mərhum Seymur Məmmədovla dost olduğunu bildirib, özünü “X111, Veteranları və X187 birliyinin” Daşkəsən rayon filialının sədri kimi təqdim edib Şahid29 özünə qarşı inam və etibar yaradaraq aralarında olan söhbət zamanı sonuncunun evinin olmadığını öyrəndikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən aparat rəhbəri ilə yaxın münasibətlərinin olduğunu bildirərək, həmin vəzifəli şəxsin vasitəsilə Qarabağ müharibəsi iştirakçısı olduğuna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən sosial evlərdən növbədənkənar təşkil etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid29 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 15000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2018-ci ilin yanvar ayında istintaqa məlum olmayan gündə Şahid29 şəxsən Abşeron rayonu Saray qəsəbəsində 7500 manat, daha sonra 2018-ci ilin mart ayında istintaqa məlum olmayan gündə eyni məqsədlə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, E.Həsənov küçəsində yerləşən Uşaq poliklinikasının yaxınlığında 7500 manat olmaqla ümumilikdə 15.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid29 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid29 təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin yayında Bakı şəhərində tanış olduğu cinayətdən xəbərsiz olan Şahid29 vasitəsilə tanış olduğu sonuncunun qohumu Şahid30 Oktay oğluna özünü “X111, Veteranları və X187 birliyinin” Daşkəsən rayon filialının sədri kimi təqdim etməklə özünə qarşı inam və etibar yaradaraq sonuncunun evinin olmadığını öyrənib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən aparat rəhbəri ilə yaxın münasibətlərinin olduğunu bildirərkən, Şahid30 söhbət əsnasında sonuncunun qohumu X95 əlillik dərəcəsinin təyin edilməsində də onlara köməklik göstərməsini xahiş etdikdə Şahid30 həmin nazirlikdə işləyən vəzifəli şəxsin vasitəsilə Qarabağ müharibəsi iştirakçısı olduğuna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən sosial evlərdən növbədənkənar təşkil etmək, eləcə də Elcan Əkbərzadəyə əlillik dərəcəsinin təyin edilməsində imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid30 və Elcan Əkbərzadənin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan Şahid30 növbədənkənar sosial evin verilməsinə görə 15800 manat, Elcan Əkbərzadəyə əlillik dərəcəsinin təyin edilməsinə görə 2700 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələləri müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2018-ci ilin yanvar ayında istintaqa məlum olmayan gündə Şahid30 növbədənkənar sosial evin verilməsinə görə Abşeron rayonu Saray qəsəbəsində 8300 manat, 2018-ci ilin mart ayında istintaqa məlum olmayan gündə eyni məqsədlə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, E.Həsənov küçəsində yerləşən Uşaq poliklinikasının yaxınlığında 7500 manat olmaqla ümumilikdə 15.800 manat, həmçinin Elcan Əkbərzadəyə əlillik dərəcəsinin təyin edilməsinə görə Şahid30 2018-ci ilin istintaqa məlum olmayan ayında və günündə Abşeron rayonu Saray qəsəbəsində 2700 manat, ümumilikdə 18500 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid30 və Elcan Əkbərzadənin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid30 təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı cinayətdən xəbərsiz olan X72 vasitəsilə tanış olduğu Şahid36 özünü “X111, Veteranları və X187 birliyinin” Daşkəsən rayon filialının sədri kimi təqdim etməklə özünə qarşı inam və etibar yaradaraq sonuncunun işsiz olduğunu öyrənib Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onu həmin nazirlikdə işə qəbul etdirmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid36 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2018-ci ilin fevral ayında istintaqa məlum olmayan gündə Şahid36 şəxsən Bərdə rayonunda istintaqa məlum olmayan yerdə 1500 manat, daha sonra eyni məqsədlə Bakı şəhərində tibbi müayinədən keçməli olduğunu bildirib bu adla 2018-ci ilin fevral ayında istintaqa məlum olmayan gündə onunla Bakı şəhəri, Beynəlxalq avtovağzalın yaxınlığında görüşərək həkim komissiyasından keçməli olduğunu, lakin komissiyadan keçmədən zəruri sənədləri başqa şəxslər vasitəsilə almağa imkanı olduğunu bildirərək buna görə ondan 200 manat, daha sonra eyni məqsədlə 2018-ci ilin mart istintaqa məlum olmayan gündə ayında işin artıq düzəlmə ərəfəsində olduğunu və bunun üçün sığorta olunmalı olduğunu bildirərək bu məqsədlə Gəncə şəhəri Gülüstan qəsəbəsində 200 manat, daha sonra eyni məqsədlə həmin tarixdə yenidən onunla əlaqə saxlayıb artıq bir neçə günə guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə çıxacağını bildirib bu adla Gəncə şəhəri Gülüstan qəsəbəsində görüşərək 1100 manat olmaqla, ümumilikdə Şahid36 vahid niyyətlə 3000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vahid niyyətlə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid36 xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə təkrarən Şahid36 təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin yayında cinayətdən xəbərsiz olan Şahid29 vasitəsilə tanış olduğu sonuncunun dostu Şahid45 İmaş oğluna özünü “X111, Veteranları və X187 birliyinin” Daşkəsən rayon filialının sədri kimi təqdim etməklə özünə qarşı inam və etibar yaradaraq sonuncunun evinin olmadığını öyrənib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirərək, həmin şəxslər vasitəsilə Şahid45 Qarabağ müharibəsi iştirakçısı olduğuna görə sonuncuya həmin nazirlik tərəfindən verilən sosial evlərdən növbədənkənar təşkil etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid45 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 7000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2018-ci ilin mart ayında istintaqa məlum olmayan gündə Şahid45 Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, E.Həsənov küçəsində yerləşən Uşaq poliklinikasının yaxınlığında 7000 manat məbləğində pul vəsaitini sonuncudan alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid45 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə təkrarən Şahid45 təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə özgənin əmlakını ələ keçirmək məqsədilə 21 iyun 2018-ci il tarixdə tanışı X115 ilə Gəncə şəhəri Kəpəz rayonununda yerləşən “xxxx” ASC-nin inzibati binasının yaxınlığında qarşılaşan zaman, müharibə veteranlarına mənzil verildiyini, sonuncunun oğlu Şahid61 da müharibə veteranı olduğu üçün ona da 3 otaqlı mənzilin verilməsinin mümkün olduğunu bildirdikdən sonra, söhbət əsnasında Ziyafət Kazımova ona inanıb sonuncunun oğlu Şahid61 üçün mənzilin verilməsində onlara köməklik etməsini xahiş etdikdə,X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri olduğuna görə özünün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə X31 Kazımova Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində 3 otaqlı mənzilin növbədənkənar verilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid61 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2018-ci ilin iyun ayında istintaqla müəyyən edilməyən günlərdə üç dəfəyə ardıcıl olmaqla əvvəlcə “xxxx” ASC-nin Gəncə şəhəri, Kəpəz rayonu, N.Gəncəvi prospekti 24B ünvanda yerləşən Kəpəz filialının inzibati binasının yaxınlığında 4500 manat, daha sonra guya əlillər üçün sosial ev verənlərə “şirinlik” kimi verəcəyi adı ilə Gəncə şəhəri Kəpəz rayonu ərazisində istintaqla müəyyən edilməyən yerdə 500 manat və sonuncu dəfə guya veriləcək evə çıxarış alınması adı ilə Gəncə şəhəri Kəpəz rayonunda istintaqa məlum olmayan yerdə 1000 manat olmaqla ümumilikdə 6000 manat məbləğində pul vəsaitini vahid niyyətlə sonuncudan alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə vahid niyyətlə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid61 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Ziyafət Kazımovanı təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanıdığı X116 ilə söhbət əsnasında X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri olduğuna görə özünə qarşı formalaşdırdığı inam əsasında Qarabağ müharibəsi zamanı yaralanması ilə əlaqədar müvafiq tibbi sənədlərin alınmasına köməklik göstərilməsi üçün ona müraciət etmiş Yolçu Süleymanova müxtəlif dövlət qrumlarında, eləcə də Gəncə Hərbi Hospitalında vəzifədə işləyən tanışlarının olduğunu, həmin tanışlarının vasitəsilə qeyd olunan zəruri tibbi sənədlərin Gəncə hərbi hospitalından götürmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Yolçu Süleymanovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2018-ci ilin iyul ayında istintaqa məlum olmayan gündə Yolçu Süleymanovdan Gəncə şəhəri, X208 küçəsində yerləşən Tarix muzeyinin yaxınlığında 3000 manat məbləğində pul vəsaitini sonuncudan alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Yolçu Süleymanovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Yolçu Süleymanovu təkrarən təhrik etmişdir. Bundan əlavə o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı cinayətdən xəbərsiz olan X116 vasitəsilə tanıdığı X219 ilə söhbət əsnasında X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri olduğuna görə özünə qarşı formalaşdırdığı inam əsasında Qarabağ müharibəsi zamanı yaralanması ilə əlaqədar müvafiq tibbi sənədlərin alınmasına köməklik göstərilməsi üçün müraciət etmiş Yaşar Əliyevə müxtəlif dövlət qrumlarında, eləcə də Gəncə Hərbi Hospitalında vəzifədə işləyən tanışlarının olduğunu, həmin tanışlarının vasitəsilə qeyd olunan zəruri tibbi sənədlərin Gəncə hərbi hospitalından götürmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Yaşar Əliyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3300 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2018-ci ilin iyul ayında istintaqa məlum olmayan gündə Gəncə şəhəri Cavadxan küçəsində yerləşən Gəncə şəhər Hərbi Hospitalının yaxınlığında əvvəlcə 300 manat, daha sonra eyni məqsədlə 2018-ci ilin iyul ayında istintaqa məlum olmayan gündə Tərtər rayonunda istintaqa məlum olmayan yerdə və şəraitdə Yaşar Əliyevdən 3000 manat olmaqla ümumilikdə 3300 manat məbləğində pul vəsaitini sonuncudan alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Yaşar Əliyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Yaşar Əliyevi təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid43 ilə 2018-ci ilin avqust ayında telefon əlaqəsi saxlayan zaman sonuncunun Qarabağ müharibəsi iştirakçısı olduğuna görə dövlət tərəfindən verilmiş “Naz Lifan” markalı avtomobilini yol nəqliyyat hadisəsi zamanı əzdiyini öyrənib “X111, Veteranları və X187 birliyinin” Daşkəsən rayon filialının sədri kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirərək, həmin şəxslər vasitəsilə Şahid43 Qarabağ müharibəsi iştirakçısı olduğu üçün sonuncuya həmin nazirlik tərəfindən verilən “Naz Lifan” markalı avtomaşından ikinci dəfə verilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid43 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2500 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan bildirərkən, Şahid43 ona maddi imkanı olmadığından 1000 manat verə biləcəyini deyərkən, onunla 1000 manata razılaşıb sonuncuya avtomobil verilməsi məsələsini həmin məbləğlə həll edəcəyini bildirib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2018-ci ilin avqust ayında istintaqa məlum olmayan gündə Bakı şəhərində Yasamal rayonu, 20 Yanvar merostansiyasının yaxınlığında 1000 manat məbləğində pul vəsaitini Şahid43 alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid43 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid43 təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı cinayətdən xəbərsiz olan Şahid43 vasitəsilə tanıdığı Lənkəran rayon sakini X20 özünü “X111, Veteranları və X187 birliyinin” Daşkəsən rayon filialının sədri kimi təqdim edib özünə qarşı formalaşdırdığı inam və etibar əsasında sonuncunun avtomobilinin olmadığını öyrənib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirərək, həmin şəxslər vasitəsilə X126 müharibəsi iştirakçısı olduğu üçün sonuncuya həmin nazirlik tərəfindən verilən “Naz Lifan” markalı avtomaşından növbədənkənar verilməsini təşkil etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Cəbrayıl Hacıyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2500 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2018-ci ilin avqust ayında istintaqa məlum olmayan gündə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar merostansiyasının yaxınlığında 2500 manat məbləğində pul vəsaitini Cəbrayıl Hacıyevdən alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Cəbrayıl Hacıyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Cəbrayıl Hacıyevi təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid qəsdlə ələ keçirmək məqsədilə ortaq tanışları olan cinayətdən xəbərsiz Şahid43 vasitəsilə tanıdığı Cəlilabad rayon sakini Şahid25 özünü “X111, Veteranları və X187 birliyinin” Daşkəsən rayon filialının sədri kimi təqdim edib özünə qarşı formalaşdırdığı inam və etibar əsasında sonuncunun avtomobilinin olmadığını öyrənib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən aparat rəhbəri ilə yaxın münasibətlərinin olduğunu bildirərək, həmin vəzifəli şəxsin vasitəsilə Şahid25 Qarabağ müharibəsi veteranı olduğu üçün sonuncuya həmin nazirlik tərəfindən müharibə iştirakçılarına verilən avtomobildən növbədənkənar verilməsini təşkil etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid25 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2905 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2018-ci ilin avqust ayında istintaqa məlum olmayan gündə Bakı şəhəri Binəqədi rayonu Biləcəri dairəsi yaxınlığında 2500 manat, eyni məqsədlə 08.09.2018-ci il tarixdə tibbi sənədləri qaydaya salmaq adı ilə ünvan 9 ünvanda yerləşən “xxxx” ASC-in Cəlilabad filialından “Xəzri” pul köçürmə xidməti vasitəsilə Şahid25 tərəfindən Təqsirləndirilən şəxs1 adına köçürülən 105 manat pulu Gəncə şəhəri Kəpəz rayonu N.Gəncəvi prospekti 24-B ünvanında yerləşən xxxx ASC-nin A0127017 nömrəli bankomatından nağdlaşdırıb çıxarmış, eyni məqsədlə, 13.09.2018-ci il tarixdə ünvan 9 ünvanda yerləşən “xxxx” ASC-in Cəlilabad filialından “Xəzri” pul köçürmə xidməti vasitəsilə Şahid25 tərəfindən Təqsirləndirilən şəxs1adına köçürülən 300 manat pulu Gəncə şəhəri H.Əliyev prospekti 101A ünvanında yerləşən Gəncə kart mərkəzində yerləşən A0127002 nömrəli bankomatından nağdlaşdırıb çıxarmaqla ümumilikdə 2905 manat məbləğində pul vəsaitini Şahid25 alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid25 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid25 təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanıdığı Gəncə şəhər sakini Şahid31 Yaqub oğlu ilə 2018-ci ilin sentyabr ayında istintaqa məlum olmayan gündə Daşkəsən rayonu Xoşbulaq kəndində rastlaşarkən özünə qarşı olan inam və etibar əsasında sonuncunun işləməməsinin səbəbi ilə maraqlanıb Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirdikdən sonra, söhbət əsnasında ona işə düzəlməkdə köməklik göstərməsi ilə əlaqədar müraciət etmiş Şahid31 özünün qeyd olunan nazirlikdə olan həmin tanışlarının vasitəsilə sonuncunu həmin nazirlikdə işə qəbul etdirmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid31 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 manat pul verilməsi müqabilində həmin məsələni həll edəcəyini yalandan vəd verib onu aldadaraq sonuncunun ona olan inam və etibarından sui-istifadə etməklə guya sənədləşmə işlərinin aparılması adı ilə əvvəl 1000 manat məbləğində pulu 2018-ci ilin sentyabr ayında istintaqa məlum olmayan gündə Gəncə şəhəri Təbriz küçəsində Şahid31 alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid31 məxsus 1.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid31 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmiş, Şahid31 aldadıldığını başa düşərək qalan 3000 manat məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid31 məxsus 4.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə təkrarən cəhd etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Daşkəsən rayon sakini Şahid20 Qarabağ müharibəsi veteranı olduğu üçün guya ona dövlət hesabına medal, ev və avtomobil verilməli olduğunu bildirib X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri olduğuna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən müəyyən vəzifəli şəxslərlə olan tanışlıq münasibətindən istifadə edib Şahid20 medal, ev və avtomobilin verilməsində sonuncuya köməklik göstərəcəyini yalandan vəd edib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid20 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1600 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2018-ci ilin sentyabr ayında istintaqa məlum olmayan gündə Şahid20 sonuncunun qardaşı cinayətdən xəbərsiz olan Şahid38 vasitəsilə Daşkəsən rayonu Xoşbulaq kəndində 550 manat, bir neçə gün sonra eyni məqsədlə Şahid20 şəxsən Daşkəsən şəhərində yerləşən bazarın yaxınlığında 400 manat, 2018-ci ilin oktyabr ayında istintaqa məlum olmayan gündə Gəncə şəhəri, Sevinc qəsəbəsində 650 manat olmaqla ümumilikdə 1600 manat məbləğində Şahid20 məxsus pul vəsaitini vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin, yəni Şahid20 əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid20 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid20 təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid qəsdlə özgənin əmlakını ələ keçirmə məqsədilə 2018-cı ilin aprel ayında istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Göygöl rayon sakini Şahid21 ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək özünü X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri kimi təqdim edib Şahid21 atası mərhum X27 X35 üçün onlara guya dövlət hesabına avtomobil və ev verilməli olduğunu bildirib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən müəyyən vəzifəli şəxslərlə olan tanışlıq münasibətindən istifadə edib Elvin Məmmədləliyevə ev və avtomobilin verilməsində köməklik göstərəcəyini yalandan vəd edib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid21 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3500 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2018-ci ilin sentyabr ayında istintaqa məlum olmayan gündə Şahid21 dövlət vəsaiti hesabına sosial ev verilməsinə görə Göygöl rayonu Quşqara kəndində sonuncunun evində ondan 2000 manat, daha sonra avtomobil verilməsinə görə isə 2018-ci ilin oktyabr ayında istintaqa məlum olmayan gündə Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən “xxxxın” Kəpəz rayon filialının qarşısında 1500 manat olmaqla ümumilikdə 3500 manat məbləğində pul vəsaitini Şahid21 vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid21 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid21 təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı cinayətdən xəbərsiz olan Uğur İbrarimov vasitəsilə tanıdığı Cəlilabad rayon sakini Şahid26 ilə 2018-ci ilin avqust ayında telefon əlaqəsi saxlayan zaman özünü “X111, Veteranları və X187 birliyinin” Daşkəsən rayon filialının sədri kimi təqdim edib özünə qarşı formalaşdırdığı inam və etibar əsasında sonuncunun avtomobilinin olmadığını öyrənib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yüksək vəzifəli çəxslərlə yaxın münasibətlərinin olduğunu bildirərək, həmin vəzifəli şəxs vasitəsilə Şahid26 Qarabağ müharibəsi iştirakçısı olduğu üçün sonuncuya həmin nazirlik tərəfindən müharibə iştirakçılarına verilən avtomobildən növbədənkənar verilməsini təşkil etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid26 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2800 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd edib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 05.09.2018-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri dairəsi yaxınlığında Şahid26 2500 manat, daha sonra eyni məqsədlə 13.09.2018-ci il tarixdə ünvan 9 ünvanda yerləşən “xxxx” ASC-nin Cəlilabad filialının "Xəzri” pul köçürmə xidməti vasitəsilə Şahid26 tərəfindən Təqsirləndirilən şəxs1 adına köçürülən 300 manat pulu Gəncə şəhəri H.Əliyev prospekti 101A ünvanında yerləşən Gəncə kart mərkəzində yerləşən A0127002 nömrəli bankomatından nağdlaşdırıb çıxarmaqla ümumilkdə 2800 manat məbləğində pul vəsaitini Şahid26 alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid26 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid26 təkrarən təhrik etmişdir. Bundan əlavə o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə 24.10.2018-ci il tarixdə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Daşkəsən rayon sakini kimi tanıdığı Şahid27 ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək özünü X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri kimi təqdim edib özünə qarşı formalaşdırdığı inam və etibar əsasında sonuncunun avtomobilinin olmadığını öyrənib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirərək, həmin vəzifəli şəxs vasitəsilə Şahid27 Qarabağ müharibəsi iştirakçısı olduğu üçün sonuncuya həmin nazirlik tərəfindən müharibə iştirakçılarına verilən avtomobildən növbədənkənar verilməsini təşkil etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid27 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2200 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd edib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2018-ci ilin oktyabr ayında istintaqa məlum olmayan gündə ünvan 15 ünvanda yerləşən Daşkəsən Poçt filialının qarşısında ondan 2200 manat məbləğində pul vəsaitini Şahid27 alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid27 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid27 təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən əvvəllər tanıdığı Daşkəsən rayon sakini Şahid28 ilə 2018-ci ilin oktyabr ayında telefon əlaqəsi saxlayaraq Şahid28 sonuncunu X26nun ölümünə görə onlara dövlət tərəfindən guya konpensasiya veriləcəyini bildirərək bununla bağlı komissiya təşkil olunduğunu, Müharibəsi Əlilləri, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri kimi təşkil olmuş həmin kommisiyada iştirak edən vəzifəli şəxsləri tanıdığını, istəsə ona köməklik göstərmək imkanına malik olduğunu bildirmiş, bu məsələdə ona köməklik göstərməsi ilə bağlı özünə müraciət etmiş Şahid28 tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 500 manat məbləğində pul vəsaitinin sənədləşmə işlərinin aparılması üçün komisiyaya verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək Şahid28 2018-ci ilin oktyabr ayında istintaqa məlum olmayan gündə Daşkəsən şəhərində bazarın yaxınlığında 500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid28 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid28 təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Daşkəsən rayon sakini Şahid23 İbrahim qızı ilə söhbət edərkən sonuncunun mərhum oğlu Qarabağ müharibəsi veteranı X140 dövlət hesabına ev və avtomobil düşdüyünü, X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirərək, həmin vəzifəli şəxs vasitəsilə Şahid23 növbədənkənar evin və avtomobilin verilməsini, bundan əlavə mərhum oğlu Əziz Verdiyevin adına olan təqaüdün Şahid23 adına keçirilməsini və hətta sonuncuya sosial müavinət düzəldilməsini təşkil etməyə imkanının olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid23 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 7000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələləri müsbət həll edəcəyini yalandan vəd edib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2018-ci ilin oktyabr ayında istintaqa məlum olmayan günlərdə dörd dəfəyə ardıcıl olmaqla Şahid23 Daşkəsən şəhəri Xoşbulaq kəndində sonuncunun yaşadığı evdə əvvəlcə dövlət vəsaiti hesabına sosial ev və avtomobilin verilməsi üçün 2300 manat, daha sonra eyni niyyətlə mərhum Əziz Verdiyevin adına olan təqaüdü Şahid23 adına keçirilməsinə görə sonuncunun yaşadığı Daşkəsən rayonu Xoşbulaq kəndindəki evdə 2200 manat, eyni zamanda sosial müavinət təyin edilməsi adı ilə həmin evdə 1000 manat aldıqdan sonra eyni niyyətlə avtomobil alınmasına görə əlavə olaraq 1500 manat lazım olduğunu bildirib Şahid23 cinayətdən xəbərsiz olan sonuncunu əri Şahid58 vasitəsi ilə Gəncə şəhərində istintaqa məlum olmayan ünvanda 1500 manat olmaqla, ümumilikdə 7000 manat məbləğində pul vəsaitini Şahid23 vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid23 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid23 təkrarən təhrik etmişdir. Bundan əlavə o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Daşkəsən rayon sakini Şahid1 Behpud oğlu ilə 2018-ci ilin oktyabr ayında istintaqa məlum olmayan gündə söhbət zamanı sonuncudan oğlu Şahid2 Ziyəddin oğlunun işləməməsinin səbəbini öyrənib Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin, Gəncə şəhər Dövlət yanğından mühafizə idarəsinin Kəpəz rayon Dövlət yanğından mühafizə hissəsinin rəisi ilə yaxın münasibətlərinin olduğunu bildirib, sonuncunun vasitəsilə Şahid2 həmin nazirliyin Gəncə şəhər bölməsində rabitəçi vəzifəsinə işə düzəltmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 7000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2018-ci ilin oktyabr ayında istintaqa məlum olmayan gündə Şahid1 Gəncə şəhəri Sevinc qəsəbəsində 5000 manat almış, bir müddətdən sonra görüntü yaratmaq məqsədilə guya işə qəbulla bağlı 16.10.2018-ci ildə sonuncunun oğlu Şahid2 Bakı şəhərində həkim müayinəsindən keçirəcəyini bildirib onu Bakı şəhərinə aparmış, Bakı şəhərində olarkən həkim müayinəsindən keçib müvafiq sənədlərin hazırlanmasına görə 1500 manat təcili pul lazım olduğunu zəng edib Şahid1 bildirməklə sonuncu tərəfindən 16.10.2018-ci il tarixdə xxxx MMC-nin Gəncə şəhər Poçt şöbəsi vasitəsilə cinayətdən xəbərsiz olan X152 adına 1500 manat pul göndərməsinə nail olub həmin pulu “xxxx” MMC-nin Yasamal rayonu ərazisində yerləşən istintaqa məlum olmayan poçt şöbəsindən Zəka Həşimov çıxarıb ona vermiş, həmin günü axşam Şahid1 işə qəbulla bağlı verilən pulun FHN-nin Gəncə şəhər Dövlət yanğından mühafizə idarəsinin Kəpəz rayon Dövlət yanğından mühafizə hissəsinin rəisinə çatdığını bildirib guya pulun az olduğunu deyərək əlavə 500 manat pul verilməli olduğunu qeyd edib sonuncunun qohumu cinayətdən xəbərsiz olan X186 vasitəsilə Daşkəsən şəhəri Tofiq İsmayılov yataqxanasının qarşında 500 manat olmaqla ümumilikdə 7000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Şahid1 xeyli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Bundan əlavə o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə özgənin əmlakını ələ keçirmək məqsədilə 16-17 noyabr 2018-ci il tarixlərdə Daşkəsən rayon sakini Şahid6 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə, özünün istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng vuraraq özünü sonuncunun mərhum atası İbrahimxəlil Bayramovun dostu və X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri kimi təqdim edib bu yolla özünə qarşı inam və etibar yaratdıqdan sonra onunla görüşmək istədiyini bildirmiş, 18 noyabr 2018-ci il tarixdə Gəncə şəhərində yerləşən “Dəyirmanın dairəsi” adlanan yerdə görüşdükdən sonra söhbət əsnasında Şahid6 və sonuncunun qardaşı Niyazi Bayramovun işsiz olduğunu öyrənib sonuncunun onunla əlaqə saxlamasını bildirmiş, bir müddət sonra Niyazi Bayramovu da görüşdükləri yerə dəvət edib onunla söhbət əsnasında onu Daşkəsən rayonu Əmirvar kəndində yerləşən su anbarlarlarına nəzarətçi kimi işə düzəltmək imkanına malik olduğunu yalandan bildirib, bu sahədə tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Niyazi Bayramovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1300 manat məbləğində pul vəsaitinin verilməsi, habelə Niyazi Bayramovun anası Ofelya Bayramovanının təqaüd alması ilə bağlı məsələnin həll edilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd edib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək Niyazi Bayramovdan 2018-ci ilin noyabr ayında istintaqa məlum olmayan gündə əvvəlcə sonuncunu işə düzəltmək adı ilə, Daşkəsən şəhərində yerləşən “Univermaq” adlanan ərazinin yaxınlığında 700 manat, 2018-ci ilin noyabr ayında istintaqa məlum olmayan gündə Gəncə şəhərində yerləşən mal bazarının yaxınlığında Niyazi Bayramovun anasının təqaüd məsələsinin həll edilməsi adı ilə ondan 1400 manat, daha sonra eyni tarixdə Su İdarəsinin vəzifəli şəxslərinə vermək adı ilə Daşkəsən rayonunda “Kombinatın binası” adlanan yerin yaxınlığında 500 manat, bundan əlavə Şahid5 su anbarına nəzarətçi kimi işin düzəlməsi üçün əlavə sənədləşməyə ehtiyac olduğunu bildirib hərbi komissarlıqdan arayış və tibbi arayışın alınması adı ilə Daşkəsən şəhəri, H.Əliyev meydanında yerləşən Daşkəsən rayon İcra Hakimiyyətinin binasının yaxınlığında 100 manat olmaqla Niyazi Bayramovdan işə düzəlmək və anasının təqaüd alması adı ilə ümumilikdə 2700 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Niyazi Bayramovun və Ofelya Bayramovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Niyazi Bayramovu təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanıdığı Qarabağ müharibəsi iştirakçısı olan Şahid32 ilə 2018-ci ilin noyabr ayında istintaqa məlum olmayan gündə Gəncə şəhəri Təbriz küçəsində yerləşən Kardiologiya xəstəxanasının yaxınlığında görüşüb söhbət edərkən özünə qarşı olan inam və etibar əsasında sonuncunun avtomobilinin olmadığını öyrənib “X111, Veteranları və X187 birliyinin” Daşkəsən rayon filialının sədri kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirərək, həmin şəxslər vasitəsilə Şahid32 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən “Naz Lifan” markalı avtomaşından növbədənkənar verilməsini təşkil etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid32 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2018-ci ilin noyabr ayında istintaqa məlum olmayan gündə Göygöl rayonunda istintaqa məlum olmayan yerdə 500 manat, daha sonra eyni niyyətlə 2018-ci ilin dekabr ayında istintaqa məlum olmayan gündə artıq avtomobilin hazır olduğunu və Bakı şəhərinə götürməyə gedəcəyini bildirib əlavə 500 manat da lazım olduğunu deyərək həmin tarixdə Gəncə şəhəri Nizami rayonu, Təbriz küçəsində Zülfi Quliyevlə görüşüb ondan əlavə 500 manat da alaraq ümumilikdə 1000 manat məbləğində pul vəsaitini Şahid32 vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid32 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid32 təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə özgənin əmlakını ələ keçirmək məqsədilə 30.12.2018-ci il tarixdə qohumluq münasibətləri olan Gəncə şəhər sakini X37 yaşadığı ünvan 18-də yerləşən evinə gələrək özünə və vəzifəsinə olan inam və etibardan sui-istifadə edərək guya Bakı şəhərindən komissiya gəldiyini və X66 Nəsibovun adına prezident təqaüdü olduğunu, əgər müraciət etməsələr həmin pulun silinəcəyini, bununla bağlı müraciət etməli olduqlarını bildirərək “X111, Veteranları və X187 birliyinin” Daşkəsən rayon filialının sədri kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirərək, həmin şəxslər vasitəsilə Şahid12 prezident təqaüdünü təşkil etmək imkanına malik olduğunu yalandan bildirib, bu məsələ ilə bağlı komissiyanın tərkibində Bakı şəhərindən gələn tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1237 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2019-cu ilin yanvar ayında istintaqa məlum olmayan gündə ünvan 18 ünvanda Şahid10 1050 manat, daha sonra təqaüdün alınmasına görə əlavə 200 manat da lazım olduğunu bildirsə də, sonuncu ilə 187 manata razılaşdıqdan sonra həmin tarixdə Daşkəsən şəhərində Şahid10 əlavə 187 manat olmaqla, ümumilikdə 1237 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid12 təkrarən təhrik etmişdir. Daha sonra o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə özgənin əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin fevral ayında istintaqa məlum olmayan gündə əvvəllər tanışlıq münasibəti olmayan Daşkəsən rayon sakini Şahid17 ilə telefon əlaqəsi saxlayaraq özünü X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri kimi təqdim edib onunla səmimi söhbət edərək özünə qarşı sonuncuda inam və etibar yaratdıqdan sonra Qarabağ müharibəsi iştirakçısı olduğuna görə Şahid17 adına 28.000 manat prezident təqaüdü olduğunu, həmin pulu götürmək üçün banka 5000 manat pul köçürmək lazım olduğunu, adına ASAN xidmətin Gəncə regional mərkəzində hesab açdıracağını və pulun da həmin hesaba köçürüləcəyini yalandan deyib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirərək, həmin şəxslər vasitəsilə Şahid17 prezident təqaüdü təşkil etmək imkanına malik olduğunu yalandan bildirib, bu məsələ ilə bağlı komissiyanın tərkibində tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid17 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 04 fevral 2019-cu il tarixdə Şahid17 Daşkəsən şəhəri, Nizami küçəsində 5000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid17 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid17 təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs2 Nəsrədin qızı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Gəncə Səhiyyə İdarəsinin rəisinin 22.07.2015-ci il tarixli 145-Ş nömrəli əmri ilə Səhiyyə Nazirliyinin Gəncə şəhər 1 X192 xəstəxanasının poliklinika bölməsində sahə həkim pediatrı vəzifəsinə təyin edilməklə 22.07.2015-ci ildən 23.04.2018-ci il tarixədək həmin vəzifədə işləyərkən X34, X138, X139 və X69 əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı köməklik göstərilməsi ilə əlaqədar tanışları Müzəffər Məhərrəmovun atası X15, Aysel Ələsgərovanın anası Şahid40, Rafael Rəhimovun bacısı X57 və Afət Alıyevanın ona müraciətlərindən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyətinin Səhiyyə İdarəsinin 1 nömrəli şəhər poliklinikasının baş həkimi X58 həkim məsləhət komissiyasının müayinəsindən keçirilmədən X69 və X4 adlarına olan tibbi karta əsasında, Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyətinin Səhiyyə İdarəsinin 4 nömrəli Uşaq poliklinikasının baş həkimi X73 X21 həkim məsləhət komissiyasının müayinəsindən keçirilmədən adına olan tibbi karta əsasında və Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyətinin Səhiyyə İdarəsinin 3 nömrəli Uşaq poliklinikasının baş həkimi Şahid41 X97 həkim məsləhət komissiyasının müayinəsindən keçirilmədən adına olan tibbi karta əsasında Tibbi Sosial Ekspert Komissiyasına göndəriş yazmalarını xahiş edərək həmin şəxslərin adlarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 27 noyabr 2014-cü il tarixli 126 nömrəli əmri ilə təsdiq edilmiş göndərişin formal tərtib edilməsinə nail olaraq həmin sənədləri ona müraciət etmiş şəxslər vasitəsilə alıb əldə etdikdən sonra, bu barədə 10.03.2001-ci il tarixdən 07.11.2018-ci il tarixədək X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri vəzifəsində işləmiş tanışı Təqsirləndirilən şəxs1 məlumat verib özünə müraciət etmiş şəxslərin rüşvət verməyə təhrik edilməsi ilə bağlı Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət əlaqəsinə girərək əlillik dərəcəsinin təyin edilməsi üçün müraciət etmiş həmin tanışlarına Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən tanışlarının olmasını, həmin tanışlarının köməkliyi ilə əlillik dərəcəsinin təyin edilməsi imkanlarına malik olduğunu bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Müzəffər Məhərrəmov, Aysel Ələsgərova, Rafael Rəhimov və Afət Alıyevanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə Müzəffər Məhərrəmova əlillik dərəcəsinin təyin edilməsi üçün 1000 manat, Aysel Ələsgərovaya əlillik dərəcəsinin təyin edilməsi üçün 1000 manat, Rafael Rəhimova əlillik dərəcəsinin təyin edilməsi üçün 3000 manat və Afət Alıyevaya əlillik dərəcəsinin təyin edilməsi üçün 3500 manat olmaqla maddi nemət olan cəmi 8500 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll ediləcəyini Təqsirləndirilən şəxs1 sözləri əsasında bildirib, sonuncunun qeyd olunan məbləğdə əmlakı dələduzluq yolu ilə ələ keçirmək niyyətindən xəbərsiz olaraq 2016-cı ilin aprel-may aylarında istintaqa məlum olmayan gündə yaşadığı ünvan 19 ünvanda X22 3000 manat, X38 3500 manat, Aysel Ələsgərovanın anası Şahid40 1000 manat və işlədiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə 1 X192 Xəstəxanasının inzibati binasında yerləşən xidməti otağında Müzəffər Məhərrəmovun atası X12 1000 manat olmaqla ümumilikdə 8500 manat pulu 2016-cı ilin aprel və ya may aylarında istintaqa məlum olmayan gündə və şəraitdə alib yaşadığı həmin ünvanda Təqsirləndirilən şəxs1 verməklə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 8500 manat məbləğində pul vəsaitini vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Müzəffər Məhərrəmov, Aysel Ələsgərova, Rafael Rəhimov və Afət Alıyevanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə X70, X74, Məhərrəmov Füzuli Müzəffər oğlunu və Şahid40 təhrik etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 Behpud oğlunu tanıyır. Həmin şəxslə münasibətləri normal olmuşdur. Şahid1 Behpud oğlundan oğlunu FHN-ə işə düzəltmək adı ilə 7000 manat pul alması ilə bağlı göstərilənlər yalandır. Şahid1 oğlu Şahid3 Fövqəladə Hallar Nazirliyənə işə düzəltmək vədi ilə həmin şəxsi aldadaraq hər hansı məbləğdə pulunu ələ keçirməmiş, həmin şəxsdən 2018-ci ilin oktyabr ayında sələmə 4000 manat məbləğində pul götürmüş, həmin pulu isə tamamilə geri qaytarmışdır. X24 ona 1600 manat məbləğində pul vermişdir. Lakin həmin pulu onu işə düzəltmək və anası Ofelyanı təqaüdə çıxarmaq məqsədilə verməmişdir. Şahid6 2018-ci ilin noyabr ayında həmin pulu onun sənədsiz silahına sənəd düzəltməkdə köməklik göstərməsi üçün vermişdir. Onu dəfələrlə silahı polis şöbəsinə gətirməsi üçün dəvət etsə də o, polis şöbəsinə gəlməkdən və silahı gətirməkdən imtina etmişdir. Sonradan o, pulunu geri tələb etdiyi üçün həmin pulu qaytarmışdır. Şahid15 ona “X163” statusu düzəltməkdə köməklik etməsini xahiş etmişdir. 2015-ci il tarixdə Şahid15 birlikdə Gəncə şəhəri 3 nömrəli Mərkəzi şəhər xəstəxanasında nevropotoloq işləyən Raqif həkimin yanına getmiş, Şahid15 orada həkim yoxlanışından keçmiş və müvafiq sənədləri ona təqdim etmişdir. Raqif həkimlə Zabitin işini neçəyə həll etməsi barədə söhbət etdikdə həmin işi 5000 manata həll edəcəyini bildirmişdir. Yoxlanışdan bir müddət sonra Dövlət ittihamçısı tanışı Fəzail vasitəsilə 2000 manat pul göndərmiş, Fəzaillə Gəncə şəhərində “Yeni Gəncə” adlanan ərazidə görüşərək ondan 2000 manat məblğində pulu götürmüşdür. Fəzaildən pulu götürən zaman Dövlət ittihamçısıla telefon vasitəsilə əlaqə saxalayaraq ona pulu götürdüyünü narahat olmamasını bildirmişdir. Həmin günü Raqif həkimlə onun iş yerində görüşərək pulu ona vermişdir. 2015-ci ilin oktyabr ayında Dövlət ittihamçısı özü ilə Gəncə şəhərində “XAN bağı” adlanan ərazidə görüşərək işini düzəltmək məqsədilə əlavə olaraq 2000 manat məbləğində pulunu almış, həmin pulu da həmin günü Raqif həkimlə onun iş yerində görüşərək ona vermişdir. Raqif həkimlə 2016-cı ilin aprel ayında Gəncə şəhərində onun iş yerində görüşərək danışan zaman o Dövlət ittihamçısı “Teymurov adına” xəstəxana kimi tanınana xəstəxanada Zabitin kəllə-beyin tomoqrafiyasından keçməli olduğunu bildirərək həmin yerə gedərək orada birinci mərtəbədə xidmət edən Pərvin adlı həkimə bu məqsədlə 400 manat verməli olduğunu bildirmişdir. Həmin gün Dövlət ittihamçısı 400 manat pul alaraq onunla birlikdə həmin xəstəxanaya getmiş, orada Raqif həkimin dediyi həkimlə görüşərək ona 400 manat pul vermişdir. Həmin şəxs nəticələri özünün Raqif həkimə göndərəcəyini bildirmişdir. Lakin Zabit pul verdiyi üçün hər hansı yoxlanışdan keçməmişdir. 2016-cı il tarixdə Dövlət ittihamçısı Daşkəsən rayonunda ona hər hansı məbləğdə pul verməmişdir. Bundan sonra tarixin dəqiq xatırlamır Raqif həkim onunla əlaqə saxlayaraq Dövlət ittihamçısı Bakı şəhərinə Mərkəzi Hospitala getməli olduğunu oradan sənəd alacağını, bunun üçün ona əlavə olaraq 600 manat pul verməli olduğunu demişdir. Zabitlə Bakıya getməzdən əvvəl onunla Gəncə şəhərində görüşərək ondan 600 manat pul alaraq həmin günü Raqif həkimə vermişdir. Şahid13 ona 2014-cü il tarixdə müraciət edərək dövlət hesabına ev almaq istədiyini bildirmişdir. Ona sənədlərini düzəldib müvafiq qaydada müraciət etməsini bildirmiş, lakin ondan hər hansı məbləğdə pul almamışdır. Şahid13 oğlu Daşkəsən rayonunda ona yaxınlaşaraq onların ev almağına onun maneçilik yaratdığını bildirmişdir. Ona şəhid ailəsi olmadıqları üçün onlara ev düşmədiyini bildirmişdir. Kəndçilərinin onun barəsində polisə müraciət edərək ondan pul aldıqlarını bildirib barəsində polisə şikayət edəcəyini demişdir. Bundan bir müddət sonra Fizzə müəllimə kimi tanıdığı şəxs onunla telefon vasitəsilə əlaqə saxalayaraq həmin şəxslərin təhlükəli adamlar olduğunu bildirib onlara 400 manat köməklik etməsini bildirmişdir. Fizzə müəlliməyə imkanının pis olduğunu heç kimə kömək edə bilməyəcəyini demişdir. X98 qohumudur. Şahid10 oğlu Şahid12 1-ci qrup əlildir. 29 dekabr 2018ci il tarixdə Şahid10 arvadı Şahid11 zəng edərək ondan 1000 manat məbləğində borca pul istəmişdir. Sabahsı gün saat 10 radələrində Şahid11 yaşadığı ünvana gedərək ondan əvvəlcədən danışdığı kimi 1000 manat məbləğində borca pul almışdır. Bundan bir həftə sonra telefon vasitəsilə əlaqə saxlayan zaman Şahid11 pulu geri qaytardıqda ondan 1200 manat məbləğində pul alacağını bildirmişdir. Ona 1200 manat verməyəcəyini bildirdikdə Şahid11 və oğlu Şahid12 1000 manatı götürməyəcəklərini bildirdiklərinə görə hazırkı tarixədək pulu geri qaytarmamışdır. Şahid17 ona “Qarabağ əlili” statusunu verilməsində köməklik göstərməsini xahiş etmişdir. Onunla danışaraq ona köməklik göstərcəyini bildirmişdir. 04 fevral 2019-cu il tarixdə onunla Gəncə şəhərində görüşərək Ramizdən köməklik göstərmək məqsədilə 2000 manat pul almış, həmin pulu isə Ramizə əlillik dərəcəsi düzəltməsində köməklik göstərməsi məqsədilə 2019-cu ilin fevral ayında da Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın həkimi Raqil həkimə vermişdir.Şahid20 2018-ci ilin avqust ayında Xoşbulaq kəndində qardaşı Şahid38 vasitəsilə 550 manat, 2018-ci ilin sentyabr ayında Daşkəsən şəhərində 400 manat, 2018-ci ilin oktyabr ayında Gəncə şəhərində Məhsəti qəsəbəsində 650 manat pulunu almışdır. Həmin şəxslə aralarında olan razılığa əsasən ona Qarabağ müharibəsi veteranı statusu verilməsində köməklik göstərəcəyini bildirmişdir. Həmin şəxsdən aldığı pulları X163 statusu düzəltməsi üçün həmin tarixlərdə Gəncə şəhərində Raqil həkimə vermişdir. Şahid21 2018-ci ilin sentyabr ayında 3000 manat məbləğində borca pul almışdır. Həmin şəxsdən borca aldığı pulları dayısı Zaman vasitəsilə və həmin şəxsin adına poçt vasitəsilə pul göndərək tamamilə geri qaytarmışdır. Şahid21 həmin vaxt ona anası Nəzər Məmmədəliyeva kompensasiya qismində sığorta pulu düşdüyünü bildirərək həmin pulun alınmasında köməklik göstərməsini xahiş etmişdir. Ona zəruri olan sənədlərin yığılmasında köməklik etmişdir. Şahid26 müharibə iştirakçısı olduğuna görə X54na əvəzsiz qaydada verilən “Naz Lifan” markalı avtomobilin verilməsində köməklik göstərəcəyini bildirərək ondan 2018-ci ilin avqust ayında Bakı şəhərində Biləcəri dairəsində 2500 manat məbləğində, daha sonra isə bank vasitəsilə göndərdiyi 300 manat məbləğində pulu isə Gəncə şəhərində nağlaşdırmışdır. Şahid26 tərəfindən göndərilmiş cəmi 2800 manat məbləğində pulu Əmək və Əhalinin sosial Müafiəsi Nazirliyində aparat rəhbəri “Əjdər ol” ləqəbi ilə tanınan X117 ilə əvvəlcədən danışıb razılaşaraq həmin şəxsə avtomobil verilməsi müqabilində vermişdir. Şahid25 da avtomobil verilməsində köməklik göstərilməsi məqsədilə 2018-ci ilin sentyabr ayında ümumilikə 2905 manat məbləğində pul almışdır. Şahid25 tərəfindən göndərilmiş cəmi 2905 manat məbləğində pulu Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyində aparat rəhbəri “Əjdər ol” ləqəbi ilə tanınan X117 ilə əvvəlcədən danışıb razılaşaraq həmin şəxsə avtomobil verilməsi müqabilində vermişdir.Şahid27 Əli oğlu ona müraciət edərək İİİ qrup Qarabağ müharibəsi veteranı olduğunu bildirmiş, onun əlillik dərəcəsinin İİ qrup edilməsində köməklik göstərməsini xahiş etmişdir. Həmin məsələnin həllində ona köməklik göstərməsi üçün ondan Daşkəsən rayonunda “Narzan” ailəvi istirahət mərkəzinin yaxınlığında 2200 manat məbləğində pul almışdır. Həmin pulun hamısını həmin tarixdə məslənin həll edilərək Şahid27 köməklik göstərməsi məqsədilə Gəncə şəhər Abbas Səhhət adına xəstəxnada həmin xəstəxananın həkimi Raqil həkimə vermişdir. Şahid27 işi düzəlmədiyi üçün pulunu geri qaytarmasını istədiyi üçün onun pulunun 1700 manatını geri qaytarmış, hazırda 500 manat məbləğində ona pul borcu qalmışdır.2018-ci ilin oktyabr ayında Şahid28 onunla əlaqə saxlayaraq oğlunun yol nəqliyyat hadisəsi nəticəsində ölməsinə görə kompensasiya düşdüyünü bildirərək ona köməklik göstərməsini xahiş etmişdir. Həmin məqsədlə 2018-ci ilin oktyabr ayında Daşkəsən şəhərində onunla görüşərək ondan 300 manat pul almışdır. Bakı şəhərinə gedən zaman həmin şəxsin işi ilə maraqlandıqda oğlunun ölümünə görə kompensasiya düşmədiyini öyrəndikdə bu barədə ona məlumat vermiş, həmin pulu geri qaytarmağını tələb etdiyindən 300 manat məbləğində aldığı pulu sonradan geri qaytarmışdır. Şahid23 İbrahim qızı oğlu Əziz Qarabağ müharibəsi veteranı olduğuna görə ona dövlət vəsaiti hesabına ev və maşın verilməsində köməklik göstərməsini xahiş etmiş, lakin ona müvafiq qaydada növbəyə yazılmasını bildirmişdir. Həmin şəxsdən 2018-ci ilin iyun-iyul aylarında borca 5000 manat məbləğində pul almış, bu barədə onlara kağız üzərində onlardan pul almasını təsdiq edən yazı yazıb vermişdir. Borca aldığı həmin pulu tamamilə geri qaytarmışdır.2018-ci ilin yanvar ayında tanışı Şahid29 onunla telefonla əlaqəsi saxlayaraq görüşmək istədiyini bildirmişdir. Bakı şəhərində onunla görüşən zaman Toğrul ona dövlət hesabına verilən evlərdən ev almaq istədiyini bildirmişdir. Lakin onun təqdim etdiyi sənədlərə baxdıqdan sonra ona ev və ya avtomobil düşmədiyini bildirmişdir. Belə olan halda Toğrul tanışı Məhərrəmin sənədlərini təqdim edərək ona ev verilməsində köməklik göstərməsini xahiş etmiş, onun sənədlərinə baxdıqda Məhərrəmə köməklik etmək qərarına gəlmişdir. Bu məqsədlə 2018-ci ilin yanvar ayında Toğrul və Məhərrəmlə Bakı şəhərində Biləcəri dairəsi yaxınlığında görüşüb Məhərrəmdən 15000 manat pul almışdır. Həmin pulu 2018-ci ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəri X117 ilə əvvəlcədən danışıb bu barədə razılaşdığı üçün həmin tarixdə onunla nazirliyin inzibati binasının yaxınlığında görüşərək ona vermişdir.Şahid30 Qarabağ müharibəsi veteranı olduğu üçün ona dövlət vəsaiti hesabına ev verilməsi üçün ondan 15800 manat deyil 2018-ci ilin yanvar ayında 15.000 manat almışdır. Belə ki, 2018-ci ilin yanvar ayında ona ev verilməsində köməklik göstərilməsi məqsədilə Məhərrəm Toğrulun iştirakı ilə ona 15000 manat pul vermişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəri “Əjdər ol” ləqəbli X117 ilə əvvəlcədən danışıb bu barədə razılaşdığı üçün həmin tarixdə onunla nazirliyin inzibati binasının yaxınlığında görüşərək Məhərrəmdən aldığı 15000 manat pulu və sənədləri Məhərrəmə ev verilməsində köməklik göstərilməsi məqsədilə Əjdər Cəbiyevə vermişdir.Şahid45 İmaş oğlunu Toğrulun vasitəsilə tanımışdır. Həmin şəxslə Bakı şəhərində Hərbi Hospitalın yaxınlığında Toğrulun və bir nəfər Sumqayıt şəhər sakinin iştirakı ilə görüşərək onunla söhbət etmişdir. Mütalib Şahin adlı qohumuna “Qarabağ müharibəsi veteranı” statusu düzəltmək üçün köməklik etməsini xahiş emişdir. Ona köməklik edəcəyini bildirmişdir. Bundan bir müddət sonra Mütalib avtobus vasitəsilə ona 4000 manat pul göndərmişdir. Həmin pulu Bakı şəhərində Beynəlxalq avtovağzalda Toğrulla birlikdə tanımadığı şəxsdən götürmüşdür. Həmin şəxs təqaüdün düzəlməsinə görə Mütalibin göndərdiyi pul oduğunu demişdir. Daha sonra bilmişdir ki, Mütalib Şahin adlı qohumuna əlillik dərəcəsi təyin etdirmək üçün sənədləri saxtadır, ona görə də köməklik edə bilməyəcəyini bildirib həmin pulu Toğrula Bakı şəhərində geri qaytarmışdır.Şahid31 Yaqub oğlundan 2018-ci ilin sentyabr ayında 1000 manat məbləğində borca pul almış, həmin şəxsə oğlunu Fövqəladəə Hallar Nazirliyinə işə düzəltmək barədə hər hansı vəd verməmişdir. Bu barədə göstərilənlər yalandır. X172 gəlini Kəmalənin təqaüdünün artırılması məqsədilə hər hansı məbləğdə pul almamışdır.Abışova Südabədən hər hansı bir işin görülməsi müqabilində hər hansı bir məbləğdə pul almamışdır.Gəncə şəhər 1 nömrəli Uşaq poliklinikasının həkimi Təqsirləndirilən şəxs2 2016-cı ilin aprel–may aylarından birində Müzəffər Nəzərəliyevə əlillik təyin edilməsinə görə 1000 manat, X97 əlillik dərəcəsi təyin edilməsinə görə 1000 manat, X96 əlillik dərəcəsi təyin edilməsi üçün 3000 manat, X69 əlillik dərəcəi təyin edilməsi görə 3500 manat pul vermişdir, həmin pulları da 2016-cı ilin aprel-may aylarında Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının həkimi Raqif Quliyeva işlədiyi xəstəxanada vermişdir. Lakin Raqif vədinə əməl etmədiyinə görə adı qeyd edilən şəxslərin işləri alınmamış və nəticədə şikayət emişlər.X75 hər hansı bir adla pul almamış, bununla bağlı göstərilənlər düzgün deyildir. Şahid33 oğlu Xaliq Verdiyevə əlillik dərəcəsi düzəldilməsi üçün 2017-ci ilin aprel ayında 500 manat pul almış və həmin pulu 2017-ci ilin aprel ayında Daşkəsən rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirzəkərimə vermişdir. Belə ki, Mirzəkərimlə danışıqlarına əsasən o, Xaliqə Daşkəsən MRX-da xəstəlik tarixçəsi açmalı idi. Lakin Xaliqin ilkin xəstəlik sənədləri tapılmadığından Mirzəkərim ona xəstəlik tarixi açmaqdan imtina etmiş, pulu ona geri qaytarmışdır. O da pulu Şahid33 qaytarmışdır.İlqar Səttərovdan hazırda xatırlamadığı tarixdə oğluna əlillik dərəcəsi təyin edilməsinə görə 2800 manat pul amış və həmin pulu A.Səhhət xəstəxanasının həkimi Raqil Quliyevə vermişdir.Lakin iş düzəlməməsinə baxmayaraq Raqil həkim pulu qaytarmamışdır. Şahid36 və Feruz Allahverdiyev adlı şəxsləri tanımır onlardan hər hansı adla pul almamışdır.X39 2018-ci ilin iyul ayında Qarabağ müharibəsi zamanı yaralanması ilə əlaqədar müvafiq tibbi sənədlərin alınmasına köməklik göstərilməsi üçün 3000 manat deyil 2500 manat almış, 2018-ci ilin yayında Gəncə şəhər Hərbi Hospitalın rəisi işləmiş Fəxrəddinə bununla bağlı müraciət etmiş, lakin tibbi sənədlər aşkar edilmədiyindən Şahinin də pulunu geri qaytarmışdır.X153 2018-ci ilin iyul ayında Gəncə şəhərində 3300 manat deyil 2500 manat pul almış, Yaşar Yoçunun dostu idi və ona da Qarabağ müharibəsi zamanı yaralanması ilə əlaqədar müvafiq tibbi sənədlərin alınması lazım idi. Yaşar Əliyevin yaralanması ilə bağlı tibbi sənədlərin alınması üçün 2018-ci ilin yayında Gəncə şəhər Hərbi Hospitalın rəisi işləmiş Fəxrəddinə bununla bağlı müraciət etmiş, lakin iş alınmadığına görə yəni tibbi sənədlər aşkar edilmədiyindən Şahinin də pulunu geri qaytarmışdır.X40 isə 2018-ci ilin iyun aynda oğlu Seymura Gəncə şəhər İcra hakimiyyəti tərəfindən tikilən evlərdən verilməsi üçün 4000 manat alıb həmin pulu da eyni tarixdə keçmiş Gəncə şəhər İcra hakimiyyətinin memarlıq şöbəsinin müdiri Məharətə vermişdir.Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər 1 X110 həkimi kimi uzun müddətdir ki, tanıyır onunla yaxşı münasibətləri olmuşdur. 2016-cı ildə görüşlərində birində Mənzər ona bir neçə tanışına əlillik dərəcəsi təyin edilməsində köməklik göstərməsini ondan xahiş etmişdir. O da razılıq verib uşaqlara 1000 manata, böyüklərə isə 3000-3500 manata əlillik dərəcəsi təyin etdirməyin mümkün olduğunu bildirmiş, 2016-cı ilin aprel-may aylarında Təqsirləndirilən şəxs2 Gəncə şəhərində yaşadığı evdə tanışları Müzəffər Məhərrəmova əlillik dərəcəsi təyin edilməsinə görə 1000 manat, X97 əlillik dərəcəsi təyin edilməsinə görə 1000 manat, X96 əlillik dərəcəsi təyin edilməsi üçün 3000 manat, X69 əlillik dərəcəsi təyin edilməsi görə 3500 manat pul vermiş, həmin pulları da o, Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının həkimi Raqif Quliyeva vermişdir. Lakin Raqif vədinə əməl etməyib adları qeyd edilən şəxslərə əlillik dərəcəsi həll edilməsi məsələsini həll etmədiyindən həmin şəxslər şikayət etmişlər. Məhkəmənin diqqətinə çatdırır ki, kimsəyə qarşı dələduzluq etmək niyyəti olmamış, ona müraciət edən şəxslərə köməklik etmək istəmişdir. Sənədlərin toplanması ilə bağlı xərclər tələb olunduğundan o ayrı-ayrı şəxslərdən pul almış və işin düzəlməsi üçün xərcləmişdir. Lakin müəyyən səbəblərdən ona müraciət edən şəxslərin bəzilərinin işi düzəlməmiş, ona verilmiş pullar xərcləndiyindən həmin şəxslər ondan şikayət etmişlər. Bir daha məhkəməyə bildirir ki, o kiməsə qarşı dələduzluq etməmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 32,4, 312.2-ci maddəsilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2011-ci ilin iyun ayından 2015-ci ilin iyul ayınadək 1 X192 xəstəxanasının baş həkimi işləmiş, 2015-ci ilin iyul ayından isə həmin xəstəxanada pediatr işləyir. Həkim pediatr işlədiyi müddətdə işi 18 yaşına qədər olan xəstələri müayinə etmək, xəstəliyinə uyğun diaqnoz qoymaq və diaqnozuna uyğun müalicə etməkdən ibarətdir. X118, X139, X138, X34 uzun müddət tanıdığı tanışları eyni zamanda qohumlarıdır. Rafael və Afət uzun müddətdir ki, sinir əsəb xəstəliklərindən əziyyət çəkdiklərindən Gəncə şəhər Abbas Səhət adına xəstəxanada müalicə və müayinə olunmuş, Müzəffər böyrək xəstəliyindən əziyyət çəkdiyindən və Aysel isə asma xəstəliyindən əziyyət çəkdiyindən işlədiyi Gəncə şəhər 1 nömrəli Uşaq Birləşmiş xəstəxanasında müalicə olunmuşlar. Həmin adların çəkdiyi şəxslərlə münasibəti olduğundan Rafael və Afət özləri və Müzəffər və Ayselin valideynləri ona müraciət edərək bir qohum kimi onlara əlillik dərəcəsi təyin edilməsində köməklik göstərilməsini xahiş etmişlər. Əvvəlcə tanışları olmadığından həmin şəxslərə kömək edə bilməyəcəyini bildirmiş, lakin 2016-cı ilin fevral-mart aylarının birində əvvəllər tanıdığı Daşkəsən rayon sakini eyni zamanda Daşkəsən rayon X54 cəmiyyətinin sədri Təqsirləndirilən şəxs1 iş yerinə gəlib onunla söhbət edərkən Əmək və Əhalinin Müdafiəsi Nazirliyində işləyən qohumları olduğunu və onların vasitəsilə əlillik dərəcəsi təyin edilməsi məsələsini həll edə biləcəyini, əgər istəsə bununla bağlı ona müraciət etməsini bildirmişdir. Bəxtiyar uşaqlara 1000 manata, böyüklərə isə 3000-3500 manat əlillik təyin etdirəcəyini bildirmişdir. Ondan sonra o, bu barədə Rafaelə, Afətə, Müzəffərin valiynləri Füzuli və Gülnara, Ayselin anası Vüsaləyə məlumat vermiş, Bəxtiyar adlı tanışının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışları olduğunu bildirib onlar vasitəsilə əlillik təyin edilməsi məsələsini həll edəcəyini bildirmişdir. Onlar da razılıq verdikdən sonra Rafaelin bacısı Sahilə 2016-cı ilin aprel-may aylarının birində yaşadığı evdə Rafaelə 2-ci qrup əlillik dərəcəsi verilməsi müqabilində 3000 manat, Afət Alıyeva özünə 2-ci qrup əlillik dərəcəsi təyin edilməsinə görə 3500 manat, Müzəffərə müavinət təyin edilməsinə görə atası Fuzuli iş yerində 1000 manat, Ayselə isə müavinət təyin edilməsinə görə anası Vüsalə yaşadığı evdə ona pul vermişdir. Aldığı həmin pulları 2016-cı ilin aprel-may aylarında Təqsirləndirilən şəxs1 Gəncə şəhərində yaşadığı evdə vermişdir. Bəxtiyar da pulları aldıqdan sonra ƏSMN-də işləyən tanışları vasitəsilə qısa müddət ərzində əlillik dərəcəsi təyin etdirəcəyini bildirmişdir. Lakin 1 ilə yaxın müddət keçdikdən sonra artıq 2017-ci ildə dəfələrlə Bəxtiyardan nəyə görə vədinə əməl etmədiyini soruşduqda hər dəfə yaxın vaxtlarda işin həll ediləcəyini bildirmiş, lakin artıq Bəxtiyarın işi həll etmədiyini görüb yuxarıda adlarını göstərdiyi şəxslərdən aldığı pulları özü qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X98 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 qohumluq münasibətləri olduğuna görə uzun müddətdir ki, tanıyır. 30.12.2018-ci ildə Təqsirləndirilən şəxs1 onun yaşadığı ünvana gələrək Bakı şəhərindən müfəttiş gəldiyini oğlu Şahid12 adına prezident təqaüdü olduğunu bildirib həmin təqüdün alınmasına görə müfəttişə 1000 manat pul verilməli olduğunu bildirmişdir. Bəxtiyarla razılaşdıqdan sonra o, 1050 manat pul istəmiş, 03.01.2019-cu il tarixədək pulun köçürüləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin gün evlərində 1050 manat verdikdən sonra Arif onunla birlikdə harasa gedib bir müddət sonra qayıtmışlar. Sonradan həmin gün Bəxtiyar işin düzəlməsi üçün əlavə 200 manat da pul istəmiş, arvadı Şahid11 ilə birlikdə Daşkəsən şəhərində bazarın giriş hissəsinin yaxınlığında Bəxtiyarla görüşüb ona 187 manat pul vermişlər. 03.01.2019-cu ildə arvadı Mənzər Nəsibov və oğlu Şahid12 Bəxtiyarla Gəncə şəhəri Sabir küçəsində yerləşən “xxxx”ASC-nin fililalının qarşısında görüşmüş, Bəxtiyar Arifin adına bankda hesab açdıraraq pulun həmin hesaba köçəcəyini bildirmişdir. Lakin həmin hesaba pul keçmədiyindən Bəxtiyarla əlaqə saxlamasına baxmayaraq sonda Bəxtiyarın onları aldatdığını görüb ondan şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qohumluq münasibətləri olduğuna görə uzun müddətdir ki, tanıyır. 30.12.2018-ci ildə Təqsirləndirilən şəxs1 onun yaşadığı ünvana gələrək Bakı şəhərindən müfəttiş gəldiyini, oğlu Şahid12 adına prezident təqaüdü olduğunu bildirib həmin təqüdün alınmasına görə müfəttişə 1000 manat pul verilməli olduğunu bildirmişdir. Bəxtiyarla razılaşdıqdan sonra Bəxtiyar 1050 manat pul istəmiş, 03.01.2019-cu il tarixədək pulun köçürüləcəyini bildirmişdir. Sonradan həmin gün Bəxtiyar işin düzəlməsi üçün əlavə 200 manat pul istəmiş, əri Şahid10la Daşkəsən şəhərində bazarın giriş hissəsinin yaxınlığında onunla görüşüb 187 manat Bəxtiyara pul vermişlər. 03.01.2019-cu ildə o və oğlu Şahid12 Bəxtiyarla Gəncə şəhəri Sabir küçəsində yerləşən “xxxx”ASC-nin fililalının qarşısında görüşmüş, Bəxtiyar Arifin adına bankda hesab açdıraraq pulun həmin hesaba köçəcəyini bildirmişdir. Lakin həmin hesaba pul keçmədiyindən Bəxtiyarla əlaqə saxlamasına baxmayaraq sonda Bəxtiyarın onları aldatdığını görüb ondan şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 atası Şahid10 və anası Şahid11 ilə eyni məzmunlu ifadə verərək onların göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2011-ci ildə oğlu X141 hərbi xidmətdə olarkən vəfat etmiş, dəfn mərasimində Daşkəsən rayon X54 və Şəhid ailələri cəmiyyətinin sədri kimi Təqsirləndirilən şəxs1 da iştirak etmişdir. Həmin vaxtdan Təqsirləndirilən şəxs1 tanımışdır. 2014-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs1 onunla telefon əlaqəsi saxlayıb şəhid ailəsi olduğuna görə ona dövlət vəsaiti hesabına tikilən evlərdən düşdüyünü, eyni zamanda təqaüd düzəltməyə imkanı olduğunu bildirib bununla bağlı ona köməklik edəcəyini bildirmişdir. 2014-cü ilin sentyabr ayında Bəxtiyar onun yaşadığı Daşkəsən rayonu Nizami küçəsi ev15-də yerləşən binanın qarşısına gəlib ona və oğlu Məzahir Məmədovun adına təqaüd təyin etdirəcəyini bildirib ondan buna görə 1000 manat pul istəmişdir. Həmin vaxt 800 manatı olduğundan qonşusu Fizzədən gedib 200 manat borc alaraq Bəxtiyara 1000 manat pul vermişdir. Ondan sonra bir neçə dəfə Bəxtiyarla əlaqə saxlayıb işin nətcəsini maraqlandıqda Bəxtiyar yaxın vaxtlarda işin düzələcəyini bildirmişdir. Bəxtiyar beləcə onu uzun zaman arxayın salmış və 2016-cı ilin oktyabr ayında yenidən Bəxtiyar onunla telefon əlaqəsi saxlayaraq sənədlərin düzəlmədiyini və əlavə olaraq 1000 manat da pul lazım olduğunu bildirmişdir. Yenə Bəxtiyara inanıb 2016-cı ilin oktyabr ayında Bəxtiyara Daşkəsən şəhərində yaşadığı mənzildə 1000 manat təqaüd məsələsini həll etmək üçün pul vermişdir. 2017-ci ilin dekabr ayında Bəxtiyarı Daşkəsən şəhərində görüb işi ilə bağlı maraqlandıqda Bəxtiyar artıq ona təqaüd təyin edildiyini bildirib sənədləri verən şəxslərin 100 manat şirinlik istədiklərini bildirmişdir. Bəxtiyara inanıb ona 80 manat pul vermişdir. Ondan sonra dəfələrlə Bəxtiyardan işin nə yerdə olduğunu maraqlandıqda Bəxtiyar hər dəfə bir bəhanə uydurmuş və sonda aldadıldığını görüb Bəxtiyardan şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 Cəmşid oğlu oğlu ifadəsində göstərmişdir ki, 2018-ci ilin yanvar-fevral ayında anası Şahid13 ona Daşkəsən rayon sakini eyni zamanda X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri Təqsirləndirilən şəxs1 ondan təqaüd təyin etdirəcəyi adı ilə 2080 manat pul aldığını, lakin işini həll etmədiyini demişdir. Anasından Bəxtiyarın ***-***-**-** saylı mobil nömrəsini alıb onunla əlaqə saxlayaraq pulu tələb etmiş, Bəxtiyar həqiqətən 2080 manat aldığını bildirib həmin pulu hissə-hissə qaytaracağını vəd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Beypud oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Daşkəsən rayon Qarabağ Əlillər cəmiyyətinin sədri kimi tanımışdır. 08- 09 oktyabr 2018-ci il tarixdə oğlu Anar Daşkəsən şəhərindən Gəncə şəhərinə gedən zaman yolda Təqsirləndirilən şəxs1la rastlaşıb onunla birlikdə Gəncə şəhərinə getmişdir. Bəxtiyar yolda olarkən Anara bir nəfəri Fövqəlada Hallar Nazirliyinə işə düzəldəcəyini deyib, əgər istəsə onu da düzəldə biləcəyini bildirmişdir. Anar ona müəllim işləyəcəyini bildirdikdə Bəxtiyar əgər qardaşı varsa onu FHN-ə işə qəbul etdirə biləcəyini deyib atasının onunla əlaqə saxlamasını tapşırmışdır. Anar Bəxtiyarın telefon nömrəsini ona verib aralarında olan söhbəti danışdıqdan sonra Bəxtiyara zəng vurub onunla əlaqə saxlamış, Bəxtiyar ona oğlunu 7000 manata FHN-nin Gəncə şəhərində yerləşən mərkəzinə rabitə işinə işə qəbul etdirəcəyini bildirmişdir. Bəxtiyarla razılaşaraq əvvəlcə 3000 manat verib, daha sonra qalan pulu verəcəyini demiş, lakin Bəxtiyar razılaşmayaraq ilkin olaraq 5000 manat pul verilməli olduğunu demişdir. Bəxtiyarla danışıqlar zamanı qardaşı oğlu Ramin də onun yanında olduğundan ona 2000 manat verə biləcəyini bildirmiş və bununla bağlı atası Rafiqdən 2000 manat pul alıb vermişdir. 2018-ci ilin oktyabr ayında Bəxtiyar onun Gəncə şəhəri Sevinc qəsəbəsində yerləşən evinə gəlmiş, Bəxtiyara oğlanları -Anar, Azər və qardaşı oğlu Raminin iştirakı ilə 5000 manat pul sayıb vermişdir. Səhəri gün Bəxtiyar Azəri həkim müayinəsindən keçirmək üçün Gəncə şəhər 3 nömrəli Mərkəzi şəhər xəstəxanasına aparmışdır. Daha sonra 16 oktyabr 2018-ci ildə Bəxtiyar ikinci dəfə Azəri həkim müayinəsindən keçirmək üçün Bakı şəhərinə aparmışdır. Həmin gün Bəxtiyar ona zəng edərək işin düzəlməsi üçün əlavə 1500 manat pul lazım olduğunu bildirib həmin gün pulun ona çatmalı olduğunu bildirmişdir. Həmin günü yəni 16.10.2018-ci il tarixdə Bəxtiyar şəxsiyyət vəsiqəsinin üstündə olmadığını deyib pulu X152 adına poçt vasitəsilə göndərməsini tapşırmış, Bəxtiyarın tapşırığına əsasən “xxxx” MMC-nin Gəncə Poçt X11 adına 1500 manat pul göndərmişdir. Həmin günü axşam Bəxtiyarla əlaqə saxlayan zaman Bəxtiyar işin alındığını, ona bir paket verdiklərini və həmin paketi FHN-nin Gəncə şəhər Kəpəz rayon idarəsinin rəisinə çatdıracağını və həmin şəxslə əlaqə saxladıqdan sonra nəticəsini deyəcəyini bildirmişdir. Azərdən işin alınıb-alınmadığını soruşduqda isə Azər bu barədə məlumatının olmadığını, sadəcə bir xəstəxanaya girib çıxdıqlarını bildirmişdir. 17.10.2019-cu il tarixdə yenidən Bəxtiyarla əlaqə saxlayan zaman paketin FHN-nin Kəpəz rayon idarəsinin rəisinə çatdığını, lakin həmin şəxsin pulun az olduğunu bildirdiyini deyib əlavə 500 manat da vermək lazım olduğunu demişdir. Ondan sonra həmin gün qardaşı qızı Aynur vasitəsilə Bəxtiyara 500 manat pul göndərmiş, Bəxtiyar Daşkəsən şəhərində Tofiq İsmayılov adına yataqxananın qarşısında Aynurdan pulu almışdır. Ondan sonra Bəxtiyarın işi düzəldə bilmədiyini və onu aldatdığını görüb Bəxtiyardan pulunu geri tələb etmiş və Bəxtiyar ona 24.10.2018-ci il tarixdə poçt vasitəsilə 2000 manat pul göndərmiş, daha sonra Nazim adlı tanışları vasitəsilə bir dəfə 400 manat və Ələkbər adlı avtobus sürücüsü vasitəsilə iki dəfəyə 850 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs1 qalan pulu vermədiyini görüb ondan DİN-nin 102 xidmətinə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Daşkəsən rayon sakini kimi əvvəllər tanımışdır. Əmisi Şahid1la 09.10.2019-cu il tarixdə Beyləqan rayonunda olarkən əmisi oğlu Anar Ziyəddinə zəng vurub Bəxtiyar adlı şəxslə tanış olduğunu və onun qardaşı Azəri FHN-ə işə düzəltməyə kömək edə biləcəyini demişdir. Beyləqan rayonundan qayıtdıqdan sonra Ziyəddin Bəxtiyarla telefon əlaqəsi saxlamış və Bəxtiyar ona Azəri FHN-nin Gəncə şəhərində olan mərkəzinə çavuş rütbəsi ilə rabitə xidmətinə 7000 manata işə qəbul etdirəcəyini bildirmişdir. Ondan sonra onun iştirakı ilə 2018-ci ilin oktyabr ayında Ziyəddin yaşadığı evdə Bəxtiyara əvvəlcə 5000 manat vermiş və iş tam düzəldikdən sonra qalan pulu da verəcəyini bildirmişdir. Həmin pulun 2000 manatını Bəxtiyara verməsi üçün əmisi Ziyəddinə o vermişdir. Bir müddətdən sonra 2018-ci ilin oktyabr ayında Ziyəddin onun yaşadığı evə gələrək işin düzəlməsi üçün Bəxtiyarın əlavə 1500 manat da istədiyini bildirmiş, Ziyəddinlə birlikdə poçt vasitəsilə Bəxtiyara Bakı şəhərinə 1500 manat pul göndərmişlər. Lakin 2018-ci ilin oktyabr ayında yenidən Bəxtiyar Ziyəddinlə əlaqə saxlayıb FHNnin Gəncə şəhər mərkəzinin rəisinin əlavə olaraq 500 manat da istədiyini bildirmiş, bu dəfə Ziyəddin qohumları Aynur vasitəsilə Daşkəsən şəhərində Bəxtiyara 500 manat pul göndərmişdir. Lakin buna baxmayaraq pulun verilməsindən xeyli müddət keçsə də Bəxtiyar işi həll etməmiş, sonda Ziyəddin ona Bəxtiyarın onu aldatdığını və ona görə də şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Ziyəddin oğlu qardaşı Şahid2 Ziyəddin oğlu və atası Şahid1la oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs1 əvvəllər tanımadığını, 08-09 oktyabr 2018-ci ildə Daşkəsən şəhərindən Gəncə şəhərinə gedərkən onu yolda tanıdığını və Bəxtiyarın ona FHN-ə işə düzəlmək imkanı olduğunu dediyini və bu barədə atası Şahid1 məlumat verdikdən sonra qardaşı Şahid2 FHN-ə işə düzəlmək qərarına gəldiklərini və buna görə atasının Bəxtiyara 13.10.2018-ci ildə yaşadıqları evdə 5000 manat, daha sonra hissə-hissə 2000 manat pul vermişdir. Həmin məbləğin 1500 manatı Bəxtiyara poçt vasitəsilə göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Ziyəddin oğlu qardaşı Şahid3 Ziyəddin oğlu və atası Şahid1la oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs1 əvvəllər tanımadığını, 08-09 oktyabr 2018-ci ildə Daşkəsən şəhərindən Gəncə şəhərinə gedərkən onu yolda tanıdığını və Bəxtiyarın ona FHN-ə işə düzəlmək imkanı olduğunu dediyini və bu barədə atası Şahid1 məlumat verdikdən sonra qardaşı Şahid2 FHN-ə işə düzəlmək qərarına gəldiklərini və buna görə atasının Bəxtiyara 13.10.2018-ci ildə yaşadıqları evdə 5000 manat, daha sonra hissə-hissə 2000 manat pul verdiyini göstərmişdir. Həmin məbləğin 1500 manatın Bəxtiyara poçt vasitəsilə göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış onunla dostu Şahid16 vasitəsilə 2015-ci ildə tanış olmuşdur. Fəzail ona Bəxtiyarın “Qarabağ müharibəsi veteranı” statusu düzəldə biləcəyini bildirmiş, o da Fəzaillə razılaşaraq bu barədə Bəxtiyarla söhbət etməsini xahiş etmişdir. Fəzail Bəxtiyarla bu barədə danışdıqdan sonra ona “Qarabağ müharibəsi veteranı” statusu verilməsinə görə Bəxtiyarın 5000 manat pul istədiyini bildirmişdir. Fəzaillə razılaşaraq əvvəlcə 2000 manat pul verəcəyini, vəsiqə alındıqdan sonra isə qalan 3000 manatı verəcəyini bildirmiş, Fəzail də bu barədə Bəxtiyara demişdir. Bəxtiyar razılıq verdikdən sonra 2015-ci ilin aprel ayında Bəxtiyara verməsi üçün Fəzailə 2000 manat pul vermiş, Fəzail isə həmin pulu Bəxtiyarla Gəncə şəhərində görüşərək ona vermişdir. 2015-ci ilin oktyabr ayında Bəxtiyar istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ona zəng edərək işin həll edilməsi üçün əlavə 2000 manat pul lazım olduğunu bildirmiş, pulun nəyə lazım olduğunu Bəxtiyardan soruşduqda Bəxtiyar həmin pulun bir qismini rusum kimi ödəyəcəyini, bir qismini isə Bakı şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışlarına işin düzəlməsi üçün verəcəyini demişdir. Həmin günü Bəxtiyarla Gəncə şəhəri “Xan bağı” adlanan ərazidə “Yaşıl çayçı” adlanan çayçıda görüşərək ona 2000 manat əlavə pul vermişdir. Ondan sonra mütamadi olaraq Bəxtiyarla telefon əlaqəsi saxlamış, Bəxtiyar da hər dəfə işin yaxın vaxtlarda həll olunacağını bildirmişdir. 2016-cı ilin aprel ayında Bəxtiyar onunla əlaqə saxlayaraq həkim yoxlanışından keçmək lazım olduğunu bildirib onunla birlikdə Gəncə şəhər 3 nömrəli Mərkəzi xəstəxanaya getmək lazım olduğunu bildirmişdir. Həmin vaxt həkim müayinəsindən keçmək üçün Bəxtiyar 400 manat pul lazım olduğunu bildirib ondan 400 manat pul almışdır. 2016-cı ilin iyun ayında Bəxtiyar yenə onunla əlaqə saxlayaraq işin düzəldiyini bildirib bankda adına kart açdırmaq lazım olduğunu bildirmişdir. 2016-cı ilin iyun ayında Bəxtiyarla Gəncə şəhərində yerləşən “xxxxın” qarşısında görüşmüş, bankda adına iki illik kart açdırmış, ondan sonra Bəxtiyar ona 80 manat pul verməli olduğunu deyib ondan 80 manat pul almışdır. Bəxtiyar kartı ondan alıb Bakı şəhərinə gedəcəyini bildirib işi tezliklə həll edəcəyini bildirmişdir. Bir müddət sonra Bəxtiyar yenidən onunla əlaqə saxlayıb sənədlərin hazır olduğunu bildirib əlavə 600 manat pul lazım olduğunu bildirmiş və sənədləri Bakı şəhərindən götürüb gəlmək üçün 50 manat da yol pulu istəmişdir. 2016-cı ilin avqust ayında Bəxtiyarla Daşkəsən şəhərində yerləşən “Fərhadın heykəlinin” yaxınlığında görüşüb ona 650 manat pul vermiş, Bəxtiyar işin bir həftəyə həll olunacağını bildirmişdir. Ondan sonra bir neçə dəfə Bəxtiyarla əlaqə saxlamış, 2017-ci ilin sentyabr–oktyabr aylarında Bəxtiyarla telefon əlaqəsi saxlayarkən Bəxtiyar ona bir-birini başa düşmədiklərini deyib pulu qaytaracağını bildirmişdir. Ondan sonra 2018-ci ilin may ayında Bəxtiyar poçt vasitəsilə ona 400 manat pul göndərmişdir. Ondan sonra Bəxtiyar tərəfindən aldadılması ilə bağlı 23.01.2019-cu il tarixdə Daşkəsən rayon prokurorluğuna Bəxtiyar barəsində şikayət edib qayıdarkən yolda Bəxtiyarla rastlaşıb ondan şikayət etdiyini bildirmiş, Bəxtiyar ondan şikayət etməməsini xahiş edib kağıza ondan 5000 manat aldığını və həmin pulun 3000 manatını 25.02.2019-cu il tarixədək qaytaracağını, qalan pulu da hissə hissə qaytaracağını yazıb ona vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2015-ci ilin mart ayında Daşkəsən rayonunda bacısının kürəkənin yas mərasimində tanımış, onunla söhbət edən zaman bir nəfər dostunun Qarabağ müharibəsində iştirak etdiyini, lakin veteran statusu olmadığını bildirib bununla bağlı köməklik etməsini xahiş etmişdir. Bəxtiyar ona köməklik edə biləcəyini bildirib bir az xərci olduğunu demişdir. Yaşadığı Şəmkir rayonuna qayıtdıqdan sonra dostu Zabitlə görüşüb Daşkəsən rayonunda Bəxtiyar adlı şəxslə tanış olduğunu və ona Qarabağ müharibəsi veteranı statusu verilməsində köməklik edə biləcəyini demiş, Zabit də bununla bağlı Təqsirləndirilən şəxs1la ətraflı söhbət etməsini xahiş etmişdir. Bəxtiyarla əlaqə saxlayan zaman Bəxtiyar veteran statusu almaq üçün 5000 manat lazım olduğunu bildirib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışları vasitəsilə bu məsələni həll edəcəyini demişdir. Bəxtiyarla razılaşıb pulun 2000 manatını əvvəlcə, iş düzdəldikdən sonra isə qalan 3000 manatını verəcəyi ilə bağlı razılaşmışlar. 2015-ci ilin aprel ayında Zabit ona 2000 manat verərək Bəxtiyara verməsini bildirmiş, həmin gün Bəxtiyarla Gəncə şəhərində “Heydər Əliyev” parkının yaxınlığında görüşüb 2000 manatı ona vermişdir. Bir daha Bəxtiyarla söhbət edərək qalan 3000 manatı iş düzəldikdən sonra verəcəyini bildirmişdir. Bir müddətdən sonra 2015-ci ilin oktyabr ayında Zabit onunla telefon əlaqəsi saxlayaraq Bəxtiyarın işin düzəlməsi üçün ondan əlavə 2000 manat pul isətdiyini bildirib həmin pulu Bəxtiyarla Gəncə şəhərində görüşüb ona verdiyini bildirmişdir. Ondan sonra dəfələrlə Bəxtiyarla əlaqə saxlasa da hər dəfə yaxın vaxtlarda işin həll olunacağını bildirmiş, sonda Bəxtiyarın onları aldatdığını görüb ondan şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X154 ifadəsində göstərmişdir ki, oğlu Şahid35 2015-ci il tarixdə hərbi xidmətə getmiş, səhhətində olan problemlərlə əlaqədar olaraq 2015-ci ilin dekabr ayında hərbi xidmətdən vaxtından əvvəl azad olunmuş, hərbi xidmətə yararsız hesab edilmişdir. Bundan bir müddət keçdikdən sonra Ceyhun “Göygöl şərab-2” istehsalat birliyində işə başlamışdır. Orada iş yoldaşları ilə söhbət edən zaman ona hərbi ximətdən yararsız kimi qayıtdığı üçün ona kompensasiya düşdüyünü bildirmişlər. Ceyhun bu barədə danışdıqda ona tanışlarının olmadığını bunu düzəldə bilməyəcəyini bildirmişdir. Bundan bir müddət keçdikdən sonra Ceyhun ona Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı telefon nömrəsini verərək həmin nömrənin Bəxtiyara məxsus olduğunu, X127 Cəmiyyətinin sədri olduğunu təqaüd, kompensasiya və.s məsələlər həll etdiyini bildirmişdir. Bundan sonra Bəxtiyarla telefon vasitəsilə əlaqə saxlayaraq onunla Gəncə şəhərində Bağbanlar qəsəbəsi adlanan yerdə 2016-ci ilin fevral ayında görüşmüş, Bəxtiyarla görüşən zaman onunla danışaraq Ceyhunun hərbi xidmətdən yararsız olaraq ayrıldığını, indi isə ona kompensasiya düşdüyünü həmin pulu almaq istədiklərini bildirmişdir. Bəxtiyar özünün Qarabağ Əlillər Cəmiyyətinin sədri olduğunu belə işləri çox həll etdiyini bildirib həmin məsələlərin həll edilməsi üçün yaşayış yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti və s sənədlər istəmişdir. O həmçinin həmin məsələnin həll üçün 2500 manat pul lazım olduğunu bildirib həmin pulu müəyyən vəzifəli şəxslərə verdikdən sonra 6000 manat kompensasiya alacağını bildirmişdir. Onunla razılaşaraq 2016-cı ilin fevral ayında onunla ilkin görüşdən bir neçə gün sonra Gəncə şəhərində “Bağbanlar” qəsəbəsində çayxanada Bəxtiyarla görüşərək ona oğlunun kompensasiya məsələsini həll etməsi üçün 1450 manat məbləğində pul vermiş, aralarında olan razılığa əsasən pulun qalan hissəsini yəni 1050 manatını iş hazır olduqdan sonra ona verəcəyini demişdir. Bəxtiyar işin 3 ay ərzində hazır olacağını bildirsə də həmin müddət ərzində iş həll olmamışdır. Bu müddət ərzində tez-tez Bəxtiyara məxsus ***-***-**- **, , ***-***-**-**, ***-***-**-** saylı nömrələrlə əlaqə saxlasada o tezliklə işlərin həll olacağını bildirərək hər dəfəsində müxtəlif bəhanələrlə onu aldatmışdır. Təxminən 3 ay keçdikdən sonra Bəxtiyar ona artıq qərarın dəyişdiyini kompensasiya məbləğinin 7000 manata qalxdığını bildirərək həmin pulun verilməsi üçün əlavə olaraq 500 manat pul verməli olduğunu demişdir. Onunla razılaşaraq 2016-cı ilin may ayında Gəncə şəhərində “Gəncə Bağı” adlanan restoranın yaxınlığında yerləşən avtomobil təmiri sexində onunla görüşərək ona 500 manat məbləğində pul vermişdir. Bəxtiyar işin düzəldiyini kart almalı olduğunu, pulun karta köçəcəyini demişdir. Bundan bir həftə keçdikdən sonra Bəxtiyar onunla əlaqə saxlayaraq onunla birlikdə Banka gedib kart almalı olduğunu, kartın dövlət rüsumunun 500 manat olduğunu bildirmişdir. Onunla Gəncə şəhərində “Yeni Gəncə” adlanan ərazidə görüşüb birlikdə Sabir küçəsində yerləşən xxxxın filialına getmiş, Bəxtiyar ona Sabir küçəsində bankın yaxınlığında gözləməsini bildirmiş, kartın verilməsi üçün ona 475 manat məbləğində pulu verməsini bildirib ondan həmin pulu alaraq banka daxil olub təxminən 15-20 dəqiqə qaldıqdan sonra bankdan qayıdıb ona xxxxa məxsus bir ədəd plastik kart verərək pulun həmin karta köçəcəyini bildirmişdir. Təxminən iki-üç ay ərzində onunla əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşduqda Bəxtiyar hər dəfəsində müxtəlif bəhanələrlə onu aldadaraq işin tezliklə həll olacağını bildirmişdir. Təxminən 3 ay keçdikdən sonra onunla əlaqə saxlayan zaman Ceyhunun onunla birlikdə Bakı şəhərinə gedərək həkim yoxlanışından keçməli olduğunu bildirmişdir. 2016-cı ilin iyul ayında Bəxtiyar Ceyhunu həkim yoxlanışından keçirmək məqsədilə özü ilə birlikdə Bakı şəhərinə aparmış, həmin günü Ceyhun zəng edərək Bakı şəhərindən geri qayıtmağa hazırlaşdığını, Bəxtiyarın artıq işi həll etdiyini dediyini bildirmişdir. Bəxtiyar onunla əlaqə saxlayaraq artıq işi danışıb həll etdiyini bildirmiş, həmin günü axşam Bəxtiyar onunla əlaqə saxlayaraq işin həll olunması üçün əlavə olaraq həkim yoxlanışı üçün həkimə vermək üçün 1500 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Bəxtiyara heç bir pulunun olmadığını bildirmiş, Bəxtiyar işi artıq bura qədər gətirdiyini bildirərək bunu da etmək lazım olduğunu demişdir. Bəxtiyar pulu özü tapıb onun əvəzindən verəcəyini gələndə ondan alacağını demişdir. Məcbur olaraq ailə üzvlərilə məsləhət etdikdən sonra Bəxtiyarla əlaqə saxlayaraq razılaşmışdır. Təxminən iki üç gün keçdikdən sonra Bəxtiyar zəng edərək onunla Göygöl rayonu Asif Fərzəliyev adına küçədə görüşərək Bəxtiyara 1500 manat məbləğində pul vermişdir. 2017-ci ilin iyun ayınadək olan vaxt ərzində iş düzəlməmiş Bəxtiyar müxtəlif bəhanələrlə onu aldatmışdır. Bundan sonra Bəxtiyarla əlaqə saxlayan zaman o artıq işin düzəldiyini oğluna kompensasiya qismində 8000 manat pul ayrıldığını bildirmişdir. Həmin 8000 manatdan Bəxtiyar ona 1000 manat verməli olduğunu bildirmiş və onunla razılaşmışdır. Təxminən 2017-cı ilin iyun ayının ortalarında Bəxtiyar telefonla əlaqə saxlayaraq bir-iki günə pulun köçəcəyini bildirərək köçməli olan 8000 manat puldan ona verməli olduğu 1000 manatın beş yüz manatını verməsini xahiş etmişdir. O avtomobilini vurduğunu pula ehtiyacı olduğunu bildirərərk pulun hesaba tezliklə köçəcəyini demişdir. Sabahsı günü səhər saat 10 radələrində onunla Daşkəsən şəhərində bazarın yaxınlığına görüşərək ona 500 manat məbləğində pul vermişdir. Lakin bundan sonra Bəxtiyarla dəfələrlə əlaqə saxlasa da o işi düzəltməmiş, hər hansı kompensasiya almamışlar. Beləlilə Bəxtiyar onu aldadaraq 4425 manat məbləğində pulunu ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid35 və Şahid50 ifadələrində Şahid34 göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid31 Yaqub oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Qurban oğlunu 2016-cı ildən tanıyır. 2018-ci ilin sentyabr ayında Daşkəsən rayonu Xoşbulaq kəndində olan zaman Bəxtiyarla kafedə söhbət edən zaman Bəxtiyar ona Daşkəsən rayon X111 və şəhid ailələri cəmiyyətinin sədri olduğuna görə ayrı-ayrı dövlət qrumlarında tanışlarının olduğunu işə adam düzəltmək, təqaüdə adam çıxartmaq və sair bu kimi işləri görə biləcəyini bildirmişdir. Bəxtiyar onun oğlu Yaqubun işsiz olduğunu bilib onu işlə təmin etməyə köməklik edə biləcəyini bildirmişdir. Bəxtiyardan oğlunu hara işə düzəldə biləcəyini soruşduqda o, X178 Nazirliyinə işə düzəldə biləcəyini, həmin yerə işə düzəlməyin 5000 manat xərci olduğunu, lakin onu tanıdığına görə hörmət edib 4000 manata həll edəcəyini demişdir. Bəxtiyara həmin məbləğdə pulu olmadığını ilkin olaraq ona 1000 manat pul verəcəyini, qalan pulu da hissə hissə verəcəyini bildirmişdir. Bəxtiyar da onunla razılaşmışdır. 2018-ci ilin sentyabr ayında Bəxtiyarla Gəncə şəhəri Təbriz küçəsində görüşərək onu “Naz Lifan” markalı avtomobilində Bəxtiyara 1000 manat pul vermişdir. Ondan sonra Bəxtiyar onu Gəncə şəhərində müxtəlif ünvanlara apararaq orada sənədlərin düzəldiyini bildirmişdir. Ondan sonra Bəxtiyar onu FHN-nin Gəncə şəhər şöbəsinin yanına aparmış, ona avtomobildə gözləməsini gedib işi danışıb qayıdacağını bildirmişdir. Bəxtiyar FHN-nin Gəncə şəhər bölməsinin növbətçi hissəsinə yaxınlaşaraq orada 10-15 dəqiqə söhbət edib qayıdaraq işin düzəldiyini bildirmişdir. Bəxtiyar səhəri gün Yaqubu Bakı şəhərinə həkim komisiyasından keçirmək üçün aparacağını bildirmişdir. Lakin səhəri gün Bəxtiyara zəng etdikdə onun telefonuna zəng çatmamış, təxminən bir ay sonra onunla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda FHN-də işi düzəldən adamın işdən çıxarıldığını bildirmiş, pulu qaytaracağını bildirsə də qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid54 ifadəsində Şahid31 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X76 ifadəsində göstərmişdir ki, Şahid27 onun qardaşıdır. Təqsirləndirilən şəxs1 X54 və Əlillər Cəmiyyətinin Daşkəsən rayon filialının sədri kimi tanımışdır. 24.10.2018-ci il tarixdə Gəncə şəhərində olarkən qardaşı Xasay ona zəng edərək Təqsirləndirilən şəxs1 ona dövlət hesabına ev verdirəcəyini və bunun müqabilində ondan 2200 manat pul istədiyini və Bəxtiyara borc alaraq 2200 manat pul verdiyini bildirmişdir. Xasaya Bəxtiyarla görüşmək istədiyini bildirib həmin gün Gəncə şəhərində 3 nömrəli xəstəxanın yanında Bəxtiyarla görüşmüş, Bəxtiyar pulu poçt vasitəsilə Bakı şəhərinə lazımı qruma göndərdiyini bildirdiyinə görə ondan pulun göndərilməsi ilə bağlı çeki tələb etmiş, lakin Bəxtiyar çeki göstərə bilmədiyindən qohumları Zaura zəng edərək məsələni aydınlaşdırmaq üçün olduqları yerə çağırmışdır. Zaur da bir müddət sonra onların olduğu yerə gəlib məsələ ilə maraqlandıqda Bəxtiyar Xasaya dövlət hesabına ev alacağını bildirmiş, lakin Zaur buna ehtiyac olmadığını bildirib pulu qaytarmasını demişdir. Bəxtiyar səhəri gün pulu qaytaracağına söz vermiş, lakin Bəxtiyara inanmadıqlarına görə onu yaşadıqları Daşkəsən rayon Mollahəsənli kəndindəki evlərinə aparıb orada Xasaydan ev verilməsinə görə əlyazma yazmasını tələb etmişlər. Bəxtiyar da bu barədə əlyazma yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X94 ifadəsində göstərmişdir ki, 1977-ci ildən İİ qrup əlildir. Təqsirləndirilən şəxs1 Daşkəsən rayon sakini eyni zamanda Daşkəsən rayon X54 və Şəhid ailələri cəmiyyətinin sədri kimi tanımışdır. 2015-ci ilin yaz aylarının birində Bəxtiyarla görüşən zaman ona təqaüdünün 55 manat manat olduğunu bildirib, maddi imkanının zəif olduğunu bildirmiş, Bəxtiyar isə ona təqüdünün artırılmasına köməklik edəcəyini buna görə həmin işlə məşğul olan şəxslərə 500 manat pul verilməli olduğunu bildirmişdir. Bəxtiyarla görüşdükdən bir müddət sonra heyvanın satıb 500 manat düzəldərək Bəxtiyarın Daşkəsən şəhərində yaşadığı evinə gəlib onunla görüşərək Bəxtiyara 500 manat pul vermişdir. Bəxtiyar ona yaxın vaxtlarda təqüdünün artırılması məsələsinin həll ediləcəyini bildirmişdir. Lakin bir müddət keçdikdən sonra təqüdünün artırılmadığını görüb Bəxtiyardan şikayət etmiş və ondan sonra Bəxtiyar pulunu geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid57 Beypud oğlu ifadəsində göstərmişdir ki, 2018-ci ilin oktyabr ayında qardaşı Ziyəddin ona zəng edərək oğlu Anarı FHN-ə işə düzəltmək istədiyini buna görə 5000 manat pul lazım olduğunu, 3000 manat özündə olduğunu, 2000 manat isə ondan borc istədiyini, Ziyəddinlə ətraflı söhbət edən zaman oğlunu Bəxtiyar adlı tanışı vasitəsilə işə düzəldəcəyini bildirdiyini və ondan sonra Ziyəddinin onun müvəqqəti yaşadığı Samux rayonu Zazalı kəndinə gəlib ondan 2000 manat pul aldığını, lakin bir müddət sonra Ziyəddindən Bəxtiyarın aldadaraq onun 7000 manat pulunu ələ keçirdiyini öyrəndiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, 2019-cu ilin fevral ayının 1 ya 2-si qardaşı Şahid48 zəng edərək Daşkəsən rayon sakini Təqsirləndirilən şəxs1 onu axtardığını bildirib onunla nə işi olduğunu soruşmuş, qardaşına Bəxtiyarı tanımadığını demiş, həmin vaxt Təqsirləndirilən şəxs1 qardaşının yanında olduğundan onunla telefonda danışmış, Bəxtiyar özünü X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri olduğunu bildirib ona ***-***-**-** saylı mobil nömrəsini verərək onunla əlaqəsi saxlamasını tapşırmışdır. Həmin gün Bəxtiyarla telefon əlaqəsi saxlamış, Bəxtiyar ona adına 28.000 manat prezident təqaüdü olduğunu bildirib onunla görüşmək istədiyini bildirmişdir. 2019-cu ilin fevral ayında Bəxtiyarla Gəncə şəhəri Yeni Gəncə adlanan yerdə görüşmüş, Bəxtiyar ona müharibə iştirakçısı olduğuna görə adına prezident təqüdünün olduğunu bildirib həmin məbləği almaq üçün 5000 manat verməli olduğunu demişdir. Bəxtiyardan pulu nəyə görə verməli olduğunu bildirikdə pulu banka köçürəcəyini bildirmişdir. Bəxtiyara nağd pulu olmadığını, ancaq heyvanları satıb ona 5000 manat verə biləcəyini demiş, Bəxtiyar da onunla razılaşaraq gözləyəcəyini demişdir. Bəxtiyar işin düzəlməsinə görə ondan ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin surətini və 3-4 ölçüdə fotoşəkil almışdır. Bundan sonra Bəxtiyar ona hər gün zəng edərək işin həll olduğunu deyib 5000 manatını gətirməsini tələb etmişdir. 2019cu ilin fevral ayında Bəxtiyara zəng edib heyvanları satdığını və pulun hazır olduğunu bildirmiş, Bəxtiyar təcili pulu ona çatdırmaq lazım olduğunu bildirib 26.02.2019-cu il tarixədək pul ödənilmədiyi halda adına olan təqüdün dövlət büdcəsinə qaytarılacağını demişdir. 2019-cu ilin fevral ayında Daşkəsən rayonuna gedib Bəxtiyarla əlaqə saxlayıb onunla görüşmüş və Bəxtiyarın Daşkəsən şəhəri Nizami küçəsində yerləşən evinin qarşısında ona məxsus avtomobildə Bəxtiyara sayaraq 5000 manat pul vermişdir. Ondan sonra Bəxtiyarla nahar etmək üçün yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbinə gəlmiş, evdə kürəkəni Natiq Abbasovla birlikdə söhbət edən zaman Bəxtiyar 1-ci gün pulun köçəcəyini bildirmişdir. Həftənin birinci günü Bəxtiyarla əlaqə saxladıqda Bəxtiyar sistemdə problem olduğunu bildirib tezliklə pulu alacağını vəd etmişdir. 25.02.2019-cu il tarixdə Bəxtiyar ona ASAN xidmətdə hesab açdırmalı olduğunu bildirib pulun həmin hesaba köçəcəyini bildirmiş, lakin ondan sonra telefonlara cavab verməmiş, belə olan halda ondan şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust ayının əvvələrində tanışı Təqsirləndirilən şəxs1 **-AK-*** dövlət qeydiyyat nişanlı avtomaşını onun yanında saxlayıb X163 vəsiqəsinin müddətinin keçdiyini, vəsiqəni dəyişmək üçün X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialına gəlməsini bildirmişdir. Həmin vaxt Bəxtiyar ondan telefon nömrəsini alıb onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən 10 gündən sonra Bəxtiyar telefon vasitəsilə onunla əlaqə saxlayaraq müharibə iştirakçısı olduğu üçün ona medal, ev və avtomobil düşdüyünü onları almaqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışları vasitəsilə köməklik edə biləcəyini bildirib 1500 manat pul lazım olduğunu demişdir. Lakin Bəxtiyara həmin məbləği verməyə imkanı olmadığını bildirdikdə, Bəxtiyar ona əvvəlcə nəyə imkanı varsa verməyi qalan pulu da sonradan verməsini bildirmişdir. Ondan sonra 2018-ci ilin sentyabr ayında qardaşı Şahid38 vasitəsilə Bəxtiyara 550 manat pul göndərmiş, X149 rayonu Xoşbulaq kəndində görüşüb pulu ondan almışdır. Bir müddətdən sonra Bəxtiyar onunla yenidən telefon əlaqəsi saxlayıb işin düzəldiyini qalan pulu da verməsini istəmiş, lakin Bəxtiyara imkanı olmadığını bildirdikdə Bəxtiyar “nəyə imkanın çatırsa ver qalanın sonra verərsən” demişdir. Belə olan halda 2018-ci ilin sentyabr ayında Bəxtiyarla Daşkəsən şəhərində bazarın yaxınlığında görüşüb ona 400 manat pul vermişdir. Pulu aldıqdan sonra Bəxtiyar onun işin düzəldiyini tezliklə ona medal ev və avtomobil veriləcəyini bildirmişdir. Bir müddətdən sonra 2018-ci ilin oktyabr ayının əvvəllərində Bəxtiyar onunla telefon əlaqəsi saxlayıb işin artıq düzəldiyini bildirərək qalan pulu da vermək lazım olduğunu bildirmiş, həmin gün axşam saat 18 radələrində Bəxtiyarla Gəncə şəhəri Sevinc qəsəbəsində 650 manat pul vermişdir. Pulu aldıqdan sonra Bəxtiyar ona işin hazır olduğunu bildirib səhər həll olunacağını demişdir. Lakin sonradan Bəxtiyar telefona cavab verməmiş, müxtəlif bəhanələr gətirmişdir. Bəxtiyarın onu aldatdığını görüb onun barəsində qanuni tədbir görülməsi üçün polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid38 ifadəsində Şahid20 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 İsa qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri kimi tanımışdır. X232 səhətində problem olduğundan 2015-ci ilin yanvar ayınadək İİ qrup əlilliklə bağlı təqaüd almış, lakin sonradan səhəti düzəldiyi üçün ona təyin edilmiş təqaüd ləğv edilmişdir. 2015-ci ilin mart ayında Bəxtiyarla Daşkəsən rayonunda görüşən zaman Bəxtiyar Rəşadın təqaüdünün nə səbəbə kəsildiyini soruşub onu bərpa etdirə biləcəyini bildirmişdir. X194 İİ qrup əlil kimi təqaüd verilməsini münasibəti olan vəzifəli şəxslər vasitəsilə bərpa etdirəcəyini bildirib ondan buna görə 1500 manat pul istəmişdir. Bəxtiyarla razılaşıb 2015-ci ilin mart ayında Daşkəsən rayon xəstəxanasının yaxınlığında ona 1500 manat pul vermişdir. Pulu Bəxtiyara verməsindən 1 il keçməsinə baxmayaraq Bəxtiyar vədinə əməl etmədiyindən ondan Daşkəsən RPŞ-ə şikayət etmiş, şikayət etdikdən sonra Bəxtiyar pulu tam şəkildə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid47 ifadəsində Şahid24 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid29 ifadəsində göstərmişdir ki, 1994-cü ildə Qarabağ müharibəsində iştirak edən zaman xəsarət aldığından İİ qrup X163dir. 2017-ci ilin sentyabr ayında Bakı şəhərində Müdafiə Nazirlyinin Mərkəzi Hospitalının yaxınlığında çayxanada olan zaman Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Bəxtiyarla tanış olduqdan sonra Bəxtiyar ona qardaşı mərhum Seymur Məmmədovla dost olduğunu bildirmişdir. Ondan sonra Bəxtiyarla səmimi münasibətləri yaranmışdır. Bəxtiyar onun kirayədə yaşadığını öyrənib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışları vasitəsilə verilən sosial evlərdən ona təşkil edə biləcəyini bildirib ondan 15.000 manat pul istəmiş, həmin pulu ƏƏSMN-də işləyən Əjdər Cəbiyev, İlqar və Şahin adlı şəxslərə verəcəyini bildirmişdir. Bəxtiyar ona Bakı şəhəri Nərimanov rayonu ərazisində tam təmirli 4 otaqlı ev verdirəcəyini bildirmişdir. Bəxtiyarla razılaşıb pulu yığdıqdan sonra onunla əlaqə saxlayacağını demişdir. Bir müddət sonra bacısı oğlu Şahid30la söhbət zamanı ona Bəxtiyar barəsində danışıb ona sosial evlərdən verdirəcəyini bildirmiş, Məhərrəm ona və 2-ci qrup Qarabağ müharibəsi veteranı olan Şahid45 ev verilməsi məsələsi ilə bağlı Bəxtiyarla görüşmək istəyini bildirmişdir. Bununla bağlı 2017-ci ilin noyabr- dekabr aylarında o, Məhərrəm və Mütalib bir neçə dəfə Bəxtiyarla Bakı şəhərində görüşüb söhbət etmiş, veriləcək pulun iki dəfəyə verilməsi barədə razılaşmışlar. 2018-ci ilin yanvar ayında o və Məhərrəm hərəsi 7500 manat pul düzəldib Bəxtiyarla əlaqə saxlayaraq Abşeron rayonu Saray qəsəbəsi Sevil Qazıyeva küçəsində Bəxtiyarla görüşüb ona hər biri 7500 manat pul vermişdir. Pulu verdikdən sonra Bəxtiyar ona əlavə 7500 manat, Məhərrəmə isə 8500 manat düzəltməsini bildirib həmin puldan 200 manat özünə çatacağını, qalan pulu isə ƏSMN-də işləyən adların çəkdiyi vəzifəli şəxslərə verəcəyini bildirmişdir. Ondan sonra Bəxtiyar onlara üzərində ƏSMN-nin emblemi olan kağız verib anket məlumatlarını yazması deyəyək həmin sənədləri də dediyi vəzifəli şəxslərə çatdıracağını bildirmişdir. Bir müddət sonra Şahid45la danışan zaman onun və Məhərrəmin pulun bir hissəsini Bəxtiyara verdiyini bildirmiş, Mütalib də pulun bir hissəsini hazırladığını deyib gələn dəfə pulu verəndə ona da məlumat verilməsini demişdir. 2018-ci ilin fevral ayında Bəxtiyar onunla əlaqə saxlayaraq evlərin 2-3 günə veriləcəyini bildirib pulların qalan hissəsinin verilməli olduğunu demişdir. 2018-ci ilin fevral ayında o, Məhərrəm və Mütalib Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində Uşaq poliklinikasıbnın yaxınlığında çayxanada Bəxtiyarla görüşərək o, 7500 manat, Məhərrəm 8300 manat, Mütalib isə 7000 manat ev verilməsi məsələsinə görə Bəxtiyara pul vermişdir. Lakin bir müddət keçdikdən sonra Bəxtiyarın onları aldatdığını görüb ev növbəsində olmaları barədə ondan rəsmi sənəd tələb etmiş, lakin Bəxtiyar yenə bəhanə gətirib onları aldatmış, belə olan halda DİN-nin 102 xidmətinə Bəxtiyardan şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məhərrəmov X122 Məmmədovla oxşar məzmunlu ifadə verərək dayısı Şahid29 2017-ci ildə onunla telefon əlaqəsi saxlayarq Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış olduğunu onun X111 və X187 birliyinin Daşkəsən rayon filialının sədri olduğunu ona görə də müxtəlif dövlət qrumlarında tanışları olduğunu və ona sosial evlərin verilməsinə köməklik göstərə biləcəyini bildirmişdir. Evi olmadığından Toğruldan ev verilməsinə köməklik edilməsi üçün Bəxtiyardan xahiş etməsini bildirmiş və bununla bağlı Toğrulun iştirakı ilə Bakı şəhərində bir neçə dəfə Bəxtiyarla görüşüb söhbət etmişlər. Bəxtiyar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışları vasitəsilə verilən sosial evlərdən onlara təşkil edə biləcəyini bildirib ondan 16.000 manat pul istəmiş, həmin pulu ƏSMN-də işləyən Əjdər Cəbiyev, İlqar və Şahin adlı şəxslərə verəcəyini bildirmişdir. Hətta Bəxtiyarla görüşlərin birində Bəxtiyar onlara üzərində ƏSMN-nin emblemi olan kağız verib anket məlumatlarını yazması deyəyək həmin sənədləri də dediyi vəzifəli şəxslərə çatdıracağını bildirmişdir. 2018-ci ilin yanvar ayında o və Məhərrəm hərəsi 7500 manat pul düzəldib Bəxtiyarla əlaqə saxlayaraq Abşeron rayonu Saray qəsəbəsi Sevil Qazıyeva küçəsində Bəxtiyarla görüşüb ona hər biri 7500 manat pul vermişdir. 2018-ci ilin fevral ayında Bəxtiyar onunla əlaqə saxlayaraq evlərin 2-3 günə veriləcəyini bildirib pulların qalan hissəsinin verilməli olduğunu demişdir. 2018-ci ilin fevral ayında o, Məhərrəm və dayısı Məhərrəmin dostu Mütalib Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində Uşaq poliklinikasının yaxınlığında çayxanada Bəxtiyarla görüşərək o, 8300 manat, Toğrul 7500 manat, Mütalib isə 7000 manat ev verilməsi məsələsinə görə Bəxtiyara pul vermişdir. Lakin bir müddət keçdikdən sonra Bəxtiyarın onları aldatdığını görüb ev növbəsində olmaları barədə ondan rəsmi sənəd tələb etmiş, lakin Bəxtiyar yenə bəhanə gətirib onları aldatmış, belə olan halda DİN-nin 102 xidmətinə Bəxtiyardan şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, 16-17 noyabr 2018-ci il tarixlərdə Daşkəsən rayon sakini olduğunu sonradan öyrəndiyi Təqsirləndirilən şəxs1 qardaşı Şahid6 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə, özünün istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng vuraraq özünü mərhum atası İbrahimxəlil Bayramovun dostu və X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri kimi təqdim edib onunla görüşmək istədiyini bildirmiş, 18 noyabr 2018-ci il tarixdə Gəncə şəhərində yerləşən “Dəyirmanın dairəsi” adlanan yerdə Kamalla görüşdükdən sonra söhbət əsnasında Şahid6 və onun işsiz olduğunu öyrənib onları işlə təmin etməyə imkanı olduğunu bildirmişdir. Şahid6 onunla telefon əlaqəsi saxlayıb atası mərhum İbrahimxəlilin dostu Bəxtiyarla görüşdüyünü bildirib onu da görüşdükləri yerə dəvət etmişdir. Həmin vaxt Gəncə şəhərində bibisi Zöhrəgildə olduğundan oradan çıxıb qardaşı Kamal və Bəxtiyarla Gəncə şəhəri “Dəyirmanın kruqu” adlanan ərazidə görüşmüşdür. Görüş zamanı Bəxtiyar onu və qardaşını işə düzəltməyə imkan olduğunu bildirib onu Daşkəsən rayonunda Əmirvar kəndində Su anbarları olduğunu bildirib həmin anbara nəzarətçi kimi işə qəbul etdirəcəyini bildirmiş, lakin həmin yerə işə qəbul olunmaq üçün 1000 manat pul lazım olduğunu demişdir. Ondan sonra pul tapmaq üçün bir neçə tanışı ilə əlaqə saxlamış, qohumu Fəxri ona 700 manat borc verəcəyini bildirmişdir. Həmin vaxt Fəxri Gəncə şəhərində yaşayan qohumları Zöhrəgildə olduğundan ora gedərək Fəxridən işə düzəlmək üçün 700 manat pul almış və qayıdaraq həmin pulu Gəncə şəhərində “Univermaq” adlanan yerin yaxınlığında Bəxtiyara vermişdir. Pulu aldıqdan sonra Bəxtiyar ona anası Ofeliyanı təqaüdə çıxartmağa imkan olduğunu bildirib 1400 manata bunu edə biləcəyini demişdir. Belə olan halda yenidən bibisi Zöhrəyə zəng edərək Ofeliyanı təqüdə çıxartmağa imkan olduğunu deyib buna görə 1400 manat pul lazım olduğunu deyərək həmin gün Zöhrədən 1400 manat da əlavə alıb həmin pulu Gəncə şəhərində yerləşən mal bazarının yaxınlığında Bəxtiyara vermişdir. Bir neçə gündən sonra Bəxtiyar ona zəng vuraraq işinin düzəlməsi üçün əlavə 500 manat pul lazım olduğunu bildirmiş, o da yenidən bibisi Zöhrədən 500 manat alıb Daşkəsən rayonunda “Kombinatın” yaxınlığında Bəxtiyara vermişdir. Bəxtiyarla görüşdükdən 2-3 gün sonra yenə Bəxtiyar onunla əlaqə saxlayıb arayış almaq üçün 100 manat lazım olduğunu demiş, Bəxtiyarla Daşkəsən rayon İcra hakimiyyətinin binasının yaxınlığında görüşüb ona 100 manat arayış alması üçün pul vermişdir. Beləliklə, Bəxtiyara 2018-ci ilin noyabr ayında ayrı-ayrı vaxtlarda ümumilikdə 2700 manat pul vermişdir. Ondan sonra Bəxtiyarla əlaqə saxlayan zaman yaxın zamanlarda işin həll olunacağını bildirsə də sonradan Bəxtiyarın onu aldatdığını görüb ondan şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində Niyazi Bayramovun göstərdiyi xüsusatları təsdiq edərək Niyazi Bayramovun 2018-ci ilin noyabr ayında ona Bəxtiyar adlı tanışının Daşkəsən rayon Su İdarəsinə işə qəbul etdirəcəyini bildirib həmin vaxt evlərində olan qohumları Şahid7 700 manat, bir müddət sonra isə anası Ofelyanı həmin Bəxtiyar adlı şəxs vasitəsilə təqaüdə çıxartmağa imkan olduğunu bildirib 1400 manat pul istədiyini, həmin məbləğin 1000 manatını qonşusu Əsmətdən, 400 manatını isə qonşusu Mehribandan alıb Niyaziyə verdiyini, səhəri günü Niyazinin yenə ona zəng edib işinin düzəlməsi ilə bağlı 500 manat pul istədiyini, həmin pulu da qonşusu Mehribandan alıb Niyaziyə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid61 ifadəsində göstərmişdir ki, Daşkəsən rayon sakini Təqsirləndirilən şəxs1 qohumu Abbas Qədimov vasitəsilə tanımışdır. Bəxtiyar özünü Daşkəsən rayon X54 və Şəhid ailələri cəmiyyətinin sədri kimi təqdim edib müharibə iştirakçısı olduğuna görə ona dövlət vəsaiti hesabına əlillərə verilən ev və avtomobillə təmin etməkdə kömək edə biləcəyini bildirmişdir. Bəxtiyar ona ƏSMN-də işləyən tanışları vasitəsilə ev verilməsi məsələsini həll edəcəyini bildirmişdir. Bəxtiyarın onu evlə təmin etməsi üçün 21 iyun 2018-ci il tarixdə anası Ziyafət, arvadı İradənin iştirakı ilə “xxxx“ ASC-nin Gəncə şəhərində yerləşən filialının yaxınlığında Bəxtiyara 4500 manat pul vermiş, daha sonra ev məsələsinin həll edilməsi üçün anası Ziyafətdən Bəxtiyar əlavə 1500 manat da pul almışdır. Beləliklə Bəxtiyar onlardan ev verilməsi müqabilində 6000 manat pul almış, lakin heç bir iş görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid62 ifadəsində Şahid61la oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid40 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə qonşuluqda yaşamış eyni zamanda, qızı Aysel Ələsgərova asma xəstəsi olduğundan müayinə və müalicə olunması üçün mütamadi olaraq Mənzər həkimin yanına aparmışdır. Təqsirləndirilən şəxs2 uzun müddət həkim işlədiyinə görə Ayselə əlillik təyin etdirməyin mümkün olub-olmaması barədə onunla məsləhətləşmiş, Mənzər də ona Daşkəsən rayon X54 və Əlillər Cəmiyyətinin sədri Təqsirləndirilən şəxs1 adlı tanışı vasitəsilə Ayselə əlillik dərəcəsi təyin etdirəcəyini bildirib buna görə 1000 manat pul verilməli olduğunu demişdir. 2016-cı ilin aprel-may ayında Mənzər həklimə yaşadığı evində Aysel Ələsgərovaya əlillik dərəcəsi təyin edilməsinə görə 1000 manat pul vermiş, Lakin pulu Mənzərə verdikdən sonra 6-7 ay keçməsinə baxmayaraq işi düzəltmədiyini görüb pulu ondan geri tələb etmiş və Mənzər də onun pulunu tamamilə geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid23 İbrahim qızı ifadəsində göstərmişdir, Təqsirləndirilən şəxs1 oğlu Qarabağ müharibəsi veteranı mərhum Əziz Verdiyevlə bir yerdə hərbi xidmətdə olması ilə bağlı tanımışdır. 2018-ci ilin oktyabr ayında Bəxtiyarla görüşlərin birində Bəxtiyar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirərək, həmin vəzifəli şəxslər vasitəsilə şəhid ailəsi olduqlarına görə ona növbədənkənar ev və avtomobin verilməsini, bundan əlavə mərhum oğlu Əziz Verdiyevin adına olan təqaüdün onun adına keçirilməsini və hətta ona sosial müavinət düzəldilməsini təşkil etməyə imkanının olduğunu bildirmişdir. Bəxtiyar həmin məsələləri həll etməyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yüksək vəzifəli şəxslərə vermək üçün 7000 manat məbləğində pul lazım olduğunu demişdir. 2018-ci ilin oktyabr ayında dörd dəfəyə Daşkəsən şəhəri Xoşbulaq kəndində yaşadığı evdə əvvəlcə dövlət vəsaiti hesabına sosial ev və avtomobilin verilməsi üçün 2300 manat, daha sonra eyni niyyətlə mərhum Əziz Verdiyevin adına olan təqaüdü onun adına keçirilməsinə görə Xoşbulaq kəndindəki evdə 2200 manat, eyni zamanda sosial müavinət təyin edilməsi adı ilə həmin evdə 1000 manat Bəxtiyara pul vermiş, sonra avtomobil alınmasına görə əlavə olaraq Bəxtiyar 1500 manat lazım olduğunu bildirib ondan əri Şahid58 vasitəsi ilə Gəncə 1500 manat olmaqla, ümumilikdə 7000 manat məbləğində pul almışdır. Lakin bir müddətdən sonra Bəxtiyar işi həll etmədiyindən ondan pulu tələb etmiş, Bəxtiyar ayrı-ayrı şəxslər vasitəsilə ona 4650 manat pul qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X155 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2013-cü il tarixdən tanıyır, onunla münasibətləri normal olmuşdur. Bəxtiyar Daşkəsən rayon Qarabağ əlillər cəmiyyətinin sədri olduğunu bildirmiş, X35 üçün onunla münasibəti yaranmışdır. Bəxtiyarı əvvəlcədən tanıdığı və onunla normal münasibəti olduğu üçün 2018-ci ilin noyabr ayında Bəxtiyar Gəncə şəhərində Nizami rayonu Təbriz küçəsində ürək xəstəxanasının yaxınlığında ona yaxınlaşaraq söhbət etməyə başlamış, söhbət zamanı ona avtomobilinin köhnə olduğunu deyərək əgər istəsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışları vasitəsilə təzə avtomobil verdirə biləcəyini bildirmişdir. Onun bu fikri ilə əvvəlcə razılaşmayaraq Bəxtiyara avtomobil artıq verildiyini deyərək ikinci avtomobil verdirməyin mümkünsüz olduğunu demiş, lakin Bəxtiyar ona Qarabağ əlillər cəmiyyətinin sədri olduğuna görə ƏSMN-də olan tanışları vasitəsilə avtomobil verdirəcəyini bildirmişdir. Bəxtiyar təzə avtomobil verdirmək üçün 1500 manat pul lazım olduğunu demiş, onunla danışan zaman 1500 manatı işi həll edən adamlara verəcəyini bildirmişdir. Bəxtiyar ona pulun 1000 manatın verərsən qalan 500 manatı isə daha sonra verərsən demişdir. Onunla danışıb razılaşdıqdan təxminən 10 gün keçdikdən sonra Bəxtiyarla təsadüfən Göygöl rayonu ərazisində qarşılaşmış, söhbət zamanı yenə Bəxtiyar bu barədə onunla söhbət edib avtomobil verilməsində köməklik edəcəyini bildirmişdir. Həmin günü evə gedərək Bəxtiyara vermək üçün 500 manat pul götürüb geri qayıdıb 2018-ci ilin noyabr ayında Göygöl rayonunda körpünün yaxınlığında görüşərək Bəxtiyara 500 manat pul vermişdir. Ona pul verdikdən sonra 1 ay ərzində onunla mütəmadi olaraq əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşduqda avtomobilin gah Göygölə, gah Ağdaş rayonuna gələcəyini gedib oradan götürmək lazım olduğunu demişdir. Təxminən 1 ay keçdikdən sonra 2018-ci ilin dekabr ayında Bəxtiyar onunla əlaqə saxlayaraq avtomobilin hazır olduğunu deyərək pulun qalan hissəsini vermək lazım olduğunu, avtomobili götürməyə Bakı şəhərinə getdiyini demişdir. Onunla razılaşaraq həmin günü onunla Gəncə şəhərində Nizami rayonu ərazisində Təbriz küçəsində şəhərlərarası ürək xəstəxanasının yaxınlığında görüşərək Bəxtiyara əlavə 500 manat pul vermişdir. Təxminən 1 ay keçdikdən sonra onunla mütəmadi olaraq əlaqə saxlamağa çalışsada Bəxtiyarın telefonlarına zəng çatmamış, telefonları açdıqda isə yalandan müxtəlif vədlər verərək tezliklə avtomobili alacağını bildirmişdir. Təxminin 2-3 ay keçdikdən sonra Bəxtiyarın onu aldatdığını bildiyi üçün pulu geri qaytarmasını xahiş etmiş, lakin Bəxtiyar tezliklə pulu geri qaytarcağını bildirsə də hazıradək pulu geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid51 ifadəsində Şahid32 ifadəsində işin halları bağlı ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 17 noyabr 2018-ci il tarixdə axşam saatlarında istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş, zəng edən şəxs adının Bəxtiyar olduğunu bildirib Qarabağ əlillər cəmiyyətinin sədri olduğunu deyərək əvvəllər mərhum atası İbrahimxəlillə dostluq münasibətlərinin olduğunu bildirib onunla görüşmək istədiyini bildirmişdir. Səhəri gün 18.11.2019cu il tarixdə Bəxtiyarla Gəncə şəhərində “Dəyirmanın kruqu” adlanan yerdə görüşmüş, bir az söhbət etdikdən sonra Bəxtiyar ondan ailədə neçə uşaq olduqlarını və kimin harda işlədiyini maraqlandıqda Bəxtiyara özündən başqa heç kəsin işləmədiyini bildirmişdir. Belə olan halda Bəxtiyar ona qardaşı Niyazini də dəvət etməsini xahiş etmiş, o da zəng edərək Niyazi Bayramovu da olduqları yerə dəvət etmişdir. Niyazi gəldikdən sonra işi olduğuna görə onu Bəxtiyarla qoyub getmişdir. 16.12.2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 yenidən ona zəng edərək qohumları Zöhrənin ondan şikayət etmək istədiyini bildirərək onu şikayət etməyə qoymamağı xahiş etmiş, Bəxtiyardan nə səbəbə onun barəsində Zöhrənin şikayət etmək istədiyini soruşduqda Bəxtiyar ona Niyazini işə düzəlmək və anası Ofelyaya təqaüd düzəltmək adı ilə Niyazidən 2700 manat pul aldığını bildirmişdir. Bəxtiyarla danışan zaman o pulu tezliklə qaytaracağını bildirsə də pulu qaytarmadığından ondan şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid27 ifadəsində göstərmişdir ki, 24.10.2018-ci il tarixdə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrədən ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Qarabağ müharibəsi veteranı olduğuna görə ona dövlət vəsaiti hesabına ev və avtomobil düşdüyünü, lakin hazırda tikili ev olmadığını onun əvəzinə 40.000 manat konpensasiya düşdüyünü bildirmişdir. Bəxtiyar ona ev və avtomobil alınması üçün müvafiq sənədləşmə işlərinin aprılması üçün 2200 manat pul lazım olduğunu demişdir. Bəxtiyara pulu olmadığını deyib əgər pul tapsa onunla əlaqə saxlayacağını demiş, Bəxtiyar isə mütləq pul tapıb onunla əlaqə saxlamasını tapşırmışdır. Ondan sonra bu barədə bacısı Nigarla söhbət etmiş, qonşusu Hüseyn heyvan satdığından ondan borc pul almaq qərarına gəlmişdir. Hüseyngilə gedib ondan borca 2200 manat pul istəmiş, bir həftəyə pulu qaytaracağını bildirmişdir. Hüseyndən pulu aldıqdan sonra Bəxtiyarla telefon əlaqəsi saxlayıb pul tapdığını bildirmiş, Bəxtiyar da öz növbəsində Daşkəsən şəhərinə gəlməsini bildirmişdir. Bəxtiyarla Daşkəsən rayonunda yerləşən” Narzan” istirahət mərkəzinin yaxınlığnda görüşmüş, Bəxtiyar ona pulu poçt vasitəsilə Bakı şəhərinə göndərəcəyini, sonra isə Gəncə şəhərində xəstəxanada həkim müayinəsindən keçdikdən sonra Bakı şəhərinə getməli olduğunu demişdir. Daşkəsən şəhərində poçtun qarşısında Bəxtiyarın avtobilində ona 2200 manat pul vermiş, ondan sonra Bəxtiyar avtomobildən düşərək poçta gedib təxminən 10-15 dəqiqədən sonra geri qayıdıb pulun Bakıya lazımı şəxslərə çatdığını bildirmişdir. Bəxtiyarla həkim müayinəsindən keçmək üçün Gəncə şəhərinə gedərkən yolda bacısı Nigar ona zəng vurub Bəxtiyardan şübhələndiyini onu aldadacağında ehtiyat etdiyini, özünün də Bəxtiyarla söhbət etmək istədiyini bildirmişdir. Həmin gün saat 16 radələrində Gəncə şəhərində yerləşən 3 nömrəli xəstəxanaya çatmış, Bəxtiyarla xəstəxanaya daxil olduqdan sonra Bəxtiyar boş bir otağa girib həkimlərin getdiyini deyib çıxmışlar. Bir müddətdən sonra bacısı Nigar və Nəsibə onların yanına gəlmiş, onlar Bəxtiyardan pulun hansı ünvana göndərdiyini soruşaraq pulun qəbzini tələb etmiş, lakin Bəxtiyar pulun göndərilməsinə dair çeki göstərmədiyi üçün ondan şübhələnib xalası oğlu Zaura zəng vuraraq gəlmsini bildirmişlər. Zaur onların olduğu yerə gəlib Bəxtiyardan pulu tələb etmiş, Bəxtiyar onunla razılaşaraq pulu səhəri gün qaytaracağına söz vermişdir. Lakin ondan sonra Bəxtiyara anasının narahat olmasını bildirib onu Daşkəsən rayon Mollahəsənli kəndinə gedib bu barədə anası Səyyarəyə ətraflı danışmağını bildirmiş, Bəxtiyar da onlarla birlikdə getmişdir. Daşkəsən rayonu Mollahəsənli kəndində Bəxtiyardan onlardan pul alması barədə yazılı kağız yazmasını tələb etmiş və Bəxtiyar ev və avtomobil verilməsi üçün ondan 2000 manat pul alması barədə əlyazma yazmışdır. Ondan sonra dəfələrlə Bəxtiyarla əlaqə saxlasa da telefonlara cavab verməmiş, lakin bir neçə dəfəyə ona 1600 manat pul qaytarmış, indiyədək isə qalan pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X41 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qohumudur. Təqsirləndirilən şəxs2 Gəncə şəhər 1 nömrəli Uşaq xəstəxanasında işlədiyindən o, oğlu Müzəffər Məhərrəmovu müayinə və müalicə olunması üçün mütamadi olaraq Mənzər həkimin yanına aparmışdır. Təqsirləndirilən şəxs2 uzun müddət həkim işlədiyinə görə Müzəffərə əlillik təyin etdirməyin mümkün olub-olmaması barədə onunla məskləhətləşmiş, Mənzər də bu barədə maraqlanıb məlumat verəcəyini bildirmişdir. Mənzər ona Müzəffərə əlillik dərəcəsi təyin edilməsi üçün ilk növbədə stosianar şəraitdə xəstəxanada yatmalı olduğunu bildirib ondan sonra əlillik dərəcəsi təyin edilməsi məsələsinin mümkün olacağını demişdir. 2015-ci ilin noyabr ayında təxminən 10 gün Müzəffər Gəncə şəhər 1 nömrəli Uşaq xəstəxanasında stasionar qaydada müalicə olunmuşdur. 2016-cı ilin aprel-may aylarında Mənzər həkim onunla əlaqə saxlayaraq Müzəffərə əlillik dərəcəsi təyin edilməsinin mümkün olacağını bildirib buna görə 1000 manat pul verilməli olduğunu demişdir. 2016-cı ilin aprel-may ayında Mənzər həklimlə onun işlədiyi Gəncə şəhər 1 nömrəli Uşaq xəstəxanasında görüşüb ona 1000 manat Müzəffərə əlillik dərəcəsi təyin edilməsinə görə pul vermişdir. Lakin pulu Mənzərə verdikdən sonra 1 il küçməsinə baxmayaraq işi düzəltmədiyini görüb pulu ondan geri tələb etmiş və Mənzər də onun pulunu tamamilə geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, 1-2 fevral 2019-cu ildə qaynı Şahid48 əri Şahid17 zəng edib X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri Təqsirləndirilən şəxs1 onu axtardığını onunla nə işi olduğunu soruşmuş, Ramiz isə Bəxtiyarla heç bir işinin olmadığını bildirdikdə Bəxtiyar Ramizlə telefonda danışıb onunla vacib məsələ ilə bağlı görüşmək istədiyini bidirib ona telefon nömrəsini vermişdir. Ramiz Bəxtiyarla onun və qızı Adilənin yanında telefon əlaqəsi saxlamış, Bəxtiyar Ramizə bir aydı onu axtardıqlarını və tapa bilmədiklərini adına 28.000 manat prezident təqaüdü olduğunu bildirmişdir. Ramiz Bəxtiyarla görüşdükdən sonra Bəxtiyar adına olan prezident təqüdünün alınması üçün 5000 manat pul ödənilməli olduğunu bildirib həmin puldan 500 manat pul köçürən işçilərə verəcəyini bildirmişdir. Nağd pul olmadığından Ramiz heyvanları satıb 5000 manat pul düzəldib 2019-cu ilin fevral ayında Daşkəsən rayonunda Bəxtiyara vermiş, ondan sonra Bəxtiyarla birlikdə yaşdıqları evə gələndə Bəxtiyar onlara Ramizin 28.000 manat pulu hissə-hissə alacağını, əvvəlcə 8000 manat qalan pulu isə sonradan alacağını demişdir. Bəxtiyar pulu aldıqdan sonra Ramiz bir neçə dəfə onunla əlaqə saxlamasına baxmayaraq hər dəfə bir bəhanə gətirmiş, belə olan halda ondan rəsmi şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid36 ifadəsində göstərmişdir ki, 2018-ci ilin fevral ayında heç bir yerdə işləmədiyi üçün qohumu Elşən Allahverdiyevlə söhbət edən zaman sonuncu ona bir nəfər tanışı olduğunu həmin şəxsin onu işə düzəldə biləcəyini demişdir. Elşənlə söhbət etdikdən sonra həmin şəxslə onu tanış etməsini bildirmişdir. 2018-ci ilin fevral ayının təxminin 10-u tarixdə Elşən onu Təqsirləndirilən şəxs1 ilə tanış etmişdir. Təqsirləndirilən şəxs1la Gəncə şəhərində Gülüstan qəsəbəsində görüşmüşlər. Onunla görüşüb söhbət edən zaman Bəxtiyar qohumunun Fövqəladə Hallar Nazirliyində işlədiyini, heç bir narahatçılıq olmadığını bildirib işə düzəltməsi üçün ona 3000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Bəxtiyara nə üçün pul verməli olduğunu dedikdə o həmin pulu rüşvət kimi nazirlikdəki tanışına verəcəyini onların isə işi düzəldəcəyini bildirmişdir. Bəxtiyara əvvəlcə 3000 manat vermək barədə razılığıa gəldikdən sonra o pulun yarısını əvvəlcədən qalanını isə daha sonra iş düzəldikdən sonra verməli olduğunu bildirmişdir. Onunla razılaşdığı üçün həmin günü Bəxtiyara məxsus “Naz Lifan” markalı 99AK187 dövlət nömrə qeydiyyat nişanlı avtomobillə Bərdə rayonunadək onunla birlikdə gedib dayısı oğlu Namiqdən borca 1500 manat məbləğində pul alaraq həmin pulu Təqsirləndirilən şəxs1 Bərdə rayonunda vermişdir. Bəxtiyar ona Bakı şəhərinə həkim yoxlanışından keçmək üçün getməli olduğunu dediyi üçün onunla razılaşıb səhəri günü Bakı şəhərinə getmişdir. Bakı şəhərində Beynəlxalq avtovağzalda Təqsirləndirilən şəxs1la görüşmüş, Bəxtiyarla söhbət edən zaman əlavə olaraq 200 manat pul veməli olduğunu dedikdə ona belə razılaşmadıqlarını bildirmişdir. Bəxtiyar ona həmin 200 manat pulu daha sonra verəcəyi 1500 manatdan çıxacağını bildirmişdir. Bəxtiyara nağd pulu olmadığını deyib pulu ancaq kart vasitəsilə çıxardıqdan sonra verə biləcəyini demiş, Bəxtiyar da ona pulu çıxarmasını, həmin müddətdə də özünün tibbi həkim komissiyasını həll edəcəyini demişdir. Bəxtiyara onsuz həkim komissiyasını necə həll edəcəyini dedikdə o üzərində pul olduğunu, verib sənədləri alacağını daha sonra isə pulu ondan alacağını demişdir. Təxminən yarım saat keçdikən sonra Bəxtiyar həmin yerə qayıdaraq işin həll olduğunu komissiyadan keçdiyini bildirmişdir. Bəxtiyarla razılaşaraq ona 200 manat pul vermişdir. Bəxtiyarla birlikdə həmin günü onun avtomobili ilə Gəncə şəhərinə qayıtmış, Gəncə şəhərinə qayıtdıqdan 15-20 gün sonra Bəxtiyarla əlaqə saxlayaraq ondan işinin nə yerdə olduğunu soruşduqda ayın axırınadək işin həll olacağını demişdir. Təxminən 2018-ci ilin mart ayında Bəxtiyar onunla əlaqə saxlayaraq sığorta almalı olduğunu bildirib buna görə 200 manat pul istəmiş, Bəxtiyarla Gəncə şəhərində Gülüstan qəsəbəsində görüşərək ona 200 manat pul vermişdir. Təxminən 2018-ci ilin mart ayının axırlarında onunla əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşduqda işiin hazır olduğunu bildirərək yerdə qalan pulu hazır etməyi bildirmişdir. Lakin pulu olmadığı üçün səhəri günü bankdan 3000 manat pul götürüb Gəncə şəhərinə gedib Təqsirləndirilən şəxs1la Gülüstan qəsəbəsində görüşərək ona 1100 manat məbləğində pul vermişdir. Bəxtiyar onunla bir neçə gün sonra əlaqə saxlayaraq sabahdan işə çıxmalı olduğunu desə də iş həll olunmamışdır. Təqsirləndirilən şəxs1 onun aldatdığını görüb pulu ondan tələb etmiş, Bəxtiyar 2018-ci ilin iyun ayında 1500 manat məbləğində pulu Elşən vasitəsilə geri qaytarmış, ondan sonra hissə hissə olmaqla ümumilkdə 2500 manat məbləğində pulu ayrı-ayrı vaxtlarda geri qaytarmışdır. Lakin qalan 500 manat məbləğində pulu hələ də geri qaytarmamışdır. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid7 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 17 noyabr 2018-ci il tarixdə yaxın qohumlarının toy mərasimində iştirak etmək üçün Göygöl rayonunda yaşayan qohumu Şahid8gilə getmişdir. Həmin vaxt qohumu Niyazi Bayramov da orada olmuşdur. Həmin günü saat 10 radələrində Niyazinin harasa getməyə hazırlaşdığını görüb ondan hara getdiyini soruşduqda Niyazi qardaşı Kamalın onu çağırdığını demişdir. Həmin gün saat təxminən 12 radələrində Niyazi ona zəng edərək nə qədər pulu olduğunu soruşmuş, ona 700 manat pulu olduğunu deyib nəyə görə soruşduğunu maraqlandıqda Niyazi işə düzəlmək üçün pul lazım olduğunu deyərək Bəxtiyar adlı tanışının onu Daşkəsən rayonunda Su idarəsinə işə düzəldəcəyini bildirmişdir. Niyazi ilə Yeni Gəncə adlanan yerdə görüşüb ona 700 manat pul vermişdir. Bir müddət sonra Niyazi ilə əlaqə saxlayan zaman Niyazi Bəxtiyar tərəfindən aldadıldığını və ona görə də şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid9 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid Əsmət Qasımova ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid8 göstərdiklərini təsdiq edərək 18.10.2018-ci ildə qonşusu Şahid8 onun yaşadığı evə gələrək qohumu Niyazi Bayramovun işə düzəlməsi ilə bağlı pul lazım olduğunu dediyini, ona bununla bağlı 1000 manat pul verdiyini, bir həftə sonra evin təmiri ilə əlaqədar Zöhrədən pulunu tələb etdikdə Zöhrənin ona Bəxtiyar adlı şəxsin Niyazinin işə düzəltmək adı ilə Niyazidən 2700 manat pul alıb aldatdığını bildirmişdir. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid19 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid19 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid18 ilə işin halları ilə bağlı eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid21 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid21 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, atası X8 müharibəsi iştirakçısı olmaqla İİ qrup X163dir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, Bəxtiyar 2018-ci ilin sentyabr ayında ona ***-***-**-** saylı mobil nömrədən zəng vurub özünü X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri kimi təqdim edərək atası Nəzər müharibə veteranı olduğundan ona avtomobil və ev düşdüyünü bildirib görüşmək istədiyini bildirmişdir. 2018-ci ilin sentyabr ayında anası Nahidə ilə birlikdə Gəncə şəhərində Yeni Gəncə adlanan yerdə Bəxtiyarla görüşmüş, Bəxtiyar ona ev olmadığından evin əvəzinə konpensasiya alacaqlarını bildirmişdir. Bəxtiyarla səhəri gün Daşkəsən şəhərində görüşmüş Bəxtiyar evə görə 40.000 manat konpensasiya alacağını deyib buna görə 2000 manat, avtomobil almaq üçün isə 1500 manat pul istəmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışları vasitəsilə məsələni həll edəcəyini demişdir. Bəxtiyarla razılaşdıqdan sonra 2018-ci ilin oktyabr ayında Bəxtiyar onun yaşadığı Göygöl rayonu Quşqara kəndində evində 2000 manat pul vermiş, Bəxtiyar ona ***-***-**-** saylı mobil nömrə verib evin şəkillərini çəkib telefonuna göndərməyini bildirmişdir. Ondan sonra Bəxtiyar tezliklə ona evə görə konpensasiya verilməsi məsələsinin həll ediləcəyini bildirmişdir. 2018-ci ilin oktyabr ayında Bəxtiyar onunla əlaqə saxlayıb əlillər üçün avtomobil verilməsi müqabilində 1500 manat pul istəmiş, eyni zamanda konpensasiyanın köçməsi üçün hesab açdırmaq lazım olduğunu demişdir. 2018-ci ilin oktyabr ayında Bəxtiyarla “xxxx”ASC-nin Kəpəz rayon filailının qarşısında görüşüb avtomobil verilməsinə görə Bəxtiyara 1500 manat pul vermiş, daha sonra konpensasiyanın köçürülməsi üçün bankda anası Nahidənin adına bank hesabı açdırmışdır. Bəxtiyarla ondan sonra bir neçə dəfə əlaqə saxlayan zaman konpensasiyanın hesaba ödənildiyini demiş, lakin hər dəfə hesabı yoxladıqda pul olmadığını görüb Bəxtiyarın onu aldatdığını bilmiş və ondan şikayət etmişdir. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, şahid X59 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid Nahidə İsgəndərova ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid21 ilə işin halları ilə bağlı eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid25 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid25 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust ayında dostu Şahid26la birlikdə olarkən tanışı Uğur ona zəng edərək Bəxtiyar adlı tanışının ona dövlət vəsaiti hesabına əlillərə verilən avtomobillərdən təşkil etməyə imkanı olduğunu bildirib Bəxtiyarın ***-***-**-** saylı mobil nömrəsini verərək onunla telefon əlaqəsi saxlamasını bildirmişdir. Ondan sonra Ramis Bəxtiyarla əlaqə saxlayaraq onun mobil nömrəsini Uğurdan aldığını bildirib əlillərə verilən avtomobildən alınmasında köməklik göstərməsini xahiş etmiş, Bəxtiyar isə bunun müqabilində ondan 2500 manat pul isətmişdir. Ramis Bəxtiyarla danışıb qurtardıqdan sonra o Ramisə Bəxtiyardan ona da avtomobil alınmasında köməklik etməsini deməsini xahiş etmiş, Ramis Bəxtiyarla yenidən telefon əlaqəsi saxlayıb bu barədə demiş, Bextiyar eyni qaydada ondan da 2500 manat pul istəmişdir. Təqsirləndirilən şəxs1la razılaşdıqdan sonra səhəri günü Ramiz Axundovla birlikdə Bakı şəhəri gedib avtovağzalın yaxınlığında Biləcəri dairəsi adlanan ərazidə Bəxtiyarla görüşüb sonuncunun “Naz Lifan” markalı avtomobilində hər biri Bəxtiyara 2500 manat olmaqla 5000 manat pul vermişdir. Söhbət zamanı Bəxtiyar onlara Əmək və Əhalinin Sosial Müdafiəısi Nazirliyində həmin işə baxan vəzifəli şəxslər vasitəsilə onlara avtomobil verdirəcəyini bildirmişdir. 08.09.2018-ci ildə Bəxtiyar onunla əlaqə saxlayaraq tibbi sənədlərinin qaydasında olmadığını bildirib buna görə təcili olaraq 105 manat pul verilməli olduğunu demiş, X165 Cəlilabad şəhərində yerləşən filialından Xəzri pul köçürmə xidməti vasitəsilə 105 manat pul göndərmişdir. Bir neçə gün sonra 12.09.2018-ci il tarixdə Bəxtiyar onunla yenidən əlaqə saxlyaraq avtomobilin avtomotat ötürücü qutusunun olması üçün onun və Ramiz Axundovun hər birinin 300 manat pul verməli olduğunu bildirimiş, Bəxtiyarla razılaşaraq yenə X166 şəhərində yerləşən filialından Xəzri pul köçürmə xidməti vasitəsilə Bəxtiyara hər biri 300 manat olmaqla 600 manat pul göndəmişlər. Ondan sonra mütamadi Bəxtiyarla danışan zaman Bəxtiyar yaxın vaxtlarda işin həll olunacağını bildirsə də onları aldatmışdır. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid26 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid26 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust ayında dostu Şahid25la birlikdə olarkən tanışı Uğur ona zəng edərək Bəxtiyar adlı tanışının ona dövlət vəsaiti hesabına əlillərə verilən avtomobillərdən təşkil etməyə imkanı olduğunu bildirib Bəxtiyarın ***-***-**-** saylı mobil nömrəsini verərək onunla telefon əlaqəsi saxlamasını bildirmişdir. Ondan sonra Bəxtiyarla əlaqə saxlayaraq onun mobil nömrəsini Uğurdan aldığını bildirib əlillərə verilən avtomobildən alınmasında köməklik göstərməsini xahiş etmiş, Bəxtiyar isə bunun müqabilində ondan 2500 manat pul istəmişdir. Bəxtiyarla danışıb qurtardıqdan sonra Rasim də Bəxtiyardan ona da avtomobil alınmasında köməklik etməsini deməsini xahiş etmiş, Bəxtiyarla yenidən telefon əlaqəsi saxlayıb bu barədə demiş, Bextiyar eyni qaydada ondan da 2500 manat pul istəmişdir. Təqsirləndirilən şəxs1la razılaşdıqdan sonra səhəri günü Şahid25la birlikdə Bakı şəhəri gedib avtovağzalın yaxınlığında Biləcəri dairəsi adlanan ərazidə Bəxtiyarla görüşüb sonuncunun “Naz Lifan” markalı avtomobilində hər biri Bəxtiyara 2500 manat olmaqla 5000 manat pul vermişdir. Söhbət zamanı Bəxtiyar onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həmin işə baxan vəzifəli şəxslər vasitəsilə onlara avtomobil verdirəcəyini bildirmişdir. 12.09.2018-ci il tarixdə Bəxtiyar onunla yenidən əlaqə saxlyaraq avtomobilin avtomotat ötürücü qutusunun olması üçün onun və Şahid25 hər birinin 300 manat pul verməli olduğunu bildirimiş, Bəxtiyarla razılaşaraq yenə X166 şəhərində yerləşən filialından Xəzri pul köçürmə xidməti vasitəsilə Bəxtiyara hər biri 300 manat olmaqla 600 manat pul göndəmişlər. Ondan sonra mütamadi Bəxtiyarla danışan zaman Bəxtiyar yaxın vaxtlarda işin həll olunacağını bildirsə də onları aldatmışdır. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid33 Cəbrayıl qızının ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid33 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlığından tanıyır. Bəxtiyarla 2017-ci ilin aprel ayında Daşkəsən şəhərində Anar adlı şəxsin çayxanasının yaxınlığında söhbət edərkən ondan oğlu Şahid55 Qarabağ əlili statusu düzəltməyin mümkün olub-olmaması haqqında söhbət etmiş, X167 Cəmiyyətinin sədri olduğu üçün Dövlət Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyində müxtəlif aparatlarda tanışı olduğunu, həmin vəzifəli şəxslərin vasitəsilə oğluna Qarabağ əlili statusu düzəldəcəyini bildirmişdir. Lakin Bəxtiyar bunun müqabilində 5000 manat məbləğində pul verməli olduğunu demişdir. Ondan həmin pulu nə üçün verməli olduğunu soruşduqda o nazirlikdə olan vəzifəli şəxslərə həmin pulu rüşvət kimi verərək oğluna Qarabağ əlili statusu düzəltdirəcəyini bildirmişdir. Bəxtiyara həmin məbləğə gücü çatmayacağını bildirib pul düzəldə bilsə onunla əlaqə saxlayacağını demişdir. Sonradan Bəxtiyar yenidən onunla əlaqə saxlayıb pulu düzəldə bilibbilmədiyini soruşduqda 5000 manata imkanı olmadığını bildirdikdə Bəxtiyar onunla görüşmək istədiyini demişdir. Görüş zamanı Bəxtiyar ona 3000 manata işi həll edə biləcəyini demişdir. Təxminən 2017-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1la Gəncə şəhərində “İmperial” şadlıq sarayının yaxınlığında oğlu Arzunun iştirakı ilə görüşüb Bəxtiyara məxsus “Naz Lifan” markalı avtomobildə 2600 manat məbləğində pul vermişdir. Bəxtiyara pulu sayıb verən zaman narahat olmamağı bildirərərk tezliklə Xaliqin işinin alınacağını ayda 600 manat məbləğində təqaüd alacağını bildirmişdir. Pulun yerdə qalan 400 manat hissəsini istədikdə ona işi həll edib təqaüd kartını nə zaman gətirib versə ona 400 manat yox daha artıq 500 manat məbləğində pul verəcəyini bildirmişdir. Bundan bir müddət keçsə də onunla əlaqə saxlayan zaman hər dəfəsində tezliklə işin həll olacağını bildirərək səbirli olmağı xahiş etmişdir.. Təxminən pulu verdikdən 1 il keçsə də onunla əlaqə saxlayan zaman tezliklə işin alınacağını bildirirdi. 2018-ci ilin iyun ayında Bəxtiyar Gəncə şəhərində yaşadığı ünvana gələrək işin həll olunması üçün əlavə olaraq 400 manat pul verməli olduğunu demiş, ona razılaşdığı kimi pulun qalan hissəsini nə vaxt təqaüd barədə sənədi və kartı gətirib versə onda verəcəyini bildirmişdir. Lakin həmin tarixdən indiki vaxtadək onunla dəfələrlə telefon və digər vasitələrlə əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşduqda o təqaüdün tezliklə düzələcəyini vəd etmişdir. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid41 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid41 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 həkim kimi tanıyır və onunla münasibətləri yaxşıdır. 2016cı ildə Mənzər X3 xəstəlik tarixini ona göndərib həmin şəxsin onun qohumu olduğunu, Ayselin real olaraq xəstə olduğunu bildirib gəlməyə imkanı olmadığını deyərərək onun adına Tibbi Sosial Ekspert komissiyasına göndəriş yazmasını xahiş etmişdir. O da Mənzərə inandığına və aralarında yaxşı münasibət olduğuna görə Aysel Ələsgərovanı görmədən və faktiki olaraq müayinə etmədən adına TSEK-ə göndəriş yazmışdır. Buna görə ona heç bir məbləğdə pul verilməmiş, eyni zamanda Təqsirləndirilən şəxs2 kiminsə vasitəsilə adı qeyd edilən xəstəyə əlillik dərəcəsi təyin etdirəcəyindən məlumatı olmamışdır. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid43 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid43 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 1991-1996-cı illərdə Qarabağ müharibəsinin iştirakçısı olmuş, müharibədə yaralandığına görə İ qrup əlildir. 2014-cü ildə X54na dövlət tərəfindən avtomaşın verilən zaman ona da “Naz Lifan” markalı avtomaşın verilmişdir. Lakin 2018-ci ildə yol nəqliyyat hadisəsi törətdiyinə görə dövlət tərəfindən verilmiş avtomaşını əzmişdir. Həmin vaxt tanışı Daşkəsən rayon sakini Bəxtiyar ona zəng edib əlaqə saxlayarkən Bəxtiyarla danışan zaman yol nəqliyyat hadisəsi keçirtdiyini və avtomaşının əzildiyini və özünün xəsarət aldığını bildirmişdir. Bəxtiyar ona dövlət hesabına yeni avtomobil ala biləcəyini və bununla bağlı onunla əlaqə saxlamağını tapşırmışdır. Bir müddətdən sonra 2018-ci ilin avqust ayında Bəxtiyarla ona məxsus sonu - 99 la bitən telefon nömrəsi ilə əlaqə saxlamış və ona avtomaşın məsələsi ilə bağlı söhbət etmək istədiyini bildirmişdir. Bəxtiyar ona 2500 manata dövlət hesabına yeni “Naz Lifan” markalı avtomaşın təşkil edə biləcəyini demişdir. Bəxtiyara cəmi 1000 manat pulu olduğunu deyib 2500 manata imkanı olmadığını demiş, Bəxtiyar da onunla razılaşmışdır. Ondan sonra Qarabağ müharibəsi veteranı olan tanışları olan Cəbrayıl Hacıyevə və Şahid26 bu barədə məlumat vermiş, onlar da razılaşmışlar. 2018-ci ilin avqust ayında o, Cəbrayıl Hacıyevlə birlikdə Bakı şəhərinə gəlib Bəxtiyarla 20 Yanvar metrostansiyasının yaxınlığında görüşmüş, Bəxtiyara o, 1000 manat, Cəbrayıl Hacıyev isə 2500 manat pul vermişdir. Bəxtiyar 2018-ci ilin sonuna qədər onlara dövlət hesabına əlillərə verilən “Naz Lifan” markalı avtomaşın veriləcəyini bildirmişdir. Sonradan Bəxtiyarla əlaqə saxlayan zaman Bəxtiyarın hər dəfə yalan vəd veridyini görüb onu aldatdığını anlayaraq pulunu tələb etmiş, lakin indiyədək Bəxtiyar pulu qaytarmamışdır. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, X16 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid Cəbrayıl Hacıyev ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 1990-1996-cı illərdə Qarabağ müharibəsinin iştirakçısı olmuş, müharibədə yaralandığına görə İİ qrup əlildir. 2018-ci ildə dostu Uğur ona zəng edib Bəxtiyar adlı tanışı olduğunu X54na dövlət tərəfindən “Naz Lifan” markalı avtomaşının verilməsinə köməklik etdiyini bildirmişdir. Avtomaşını olmadığından Uğura avtomaşın almaq istədiyini bildirmişdir. Uğur Bəxtiyarla danışıb ona nəticəsini deyəcəyini bildirmişdir. Bir müddətdən sonra 2018-ci ilin avqust ayında Uğur ona zəng edib Bəxtiyarın avtomobil məsələsini həll etməyə 2500 manat pul istədiyini bildirmişdir. Onunla razılaşıb 2018-ci ilin avqust ayında Uğurla birlikdə Bakı şəhərinə gedib 20 Yanvar metrostansiyasının yaxınlığında Bəxtiyarla görüşüb Bəxtiyarın avtomobilinə əyləşib orada Bəxtiyara o, 2500 manat, Uğur isə imkanı olmadığına görə 1000 manat pul vermişdir. Ondan sonra Bəxtiyar 2-3 ay ərzində Əmək və X150 Nazirliyi tərəfindən avtomaşınla təmin ediləcəklərini bildirmişdir. Lakin ondan bir neçə ay keçəməsinə baxmayaraq Bəxtiyar telefonlara cavab verməmiş, sonunda Bəxtiyarın onları aldatdığını başa düşüb ondan hüquq mühafizə orqanlarına şikayət etmişlər. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid46 Süleyman qızının ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid46 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Daşkəsən rayon X54 və Şahid ailələri cəmiyyətinin sədri kimi tanımış, onunla münasibətləri normal olmuşdur. 2014-cü ildə qonşusu Şahid13 yaşadığı evə gələrək Təqsirləndirilən şəxs1 ona təqaüd düzəldəcəyini deyib buna görə 1000 manat pul istədiyini, 800 manat özündə olduğunu, 200 manat isə ondan borc istədiyini bildirmişdir. Şahid13 200 manat təqaüd məsələsini həll etmək üçün pul vermişdir. Lakin bir müddətdən sonra Qərənfildən borcunu istədikdə Qərənfil Təqsirləndirilən şəxs1 onu aldatdığını və təqaüd düzəlməsi üçün Bəxtiyara 2000 manat pul verdiyini, lakin Bəxtiyarın pulu geri qaytarmadığını demişdir. Belə olan halda Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlayaraq pulu qaytarmasını xahiş etmiş, Bəxtiyar Qərənfildən 500 manat aldığını və yaxın vaxtlarda pulu qaytaracağını demişdir. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid48 İbitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid48 ibtidai istintaq orqanına verdiyi ifadəsində qardaşı Şahid17 ilə işin halları ilə bağlı eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, X6 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Nüşabə Allahverdiyeva ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid36 göstərdiyi xüsusatlarla oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid53 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid53 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, X139 onun qardaşıdır. Rafael Rəhimov uzun müddətdir ki, əsəb xəstəliyindən əziyyət çəkdiyindən ona əlillik dərəcəsi təyin edilməsi ilə bağlı 2016-cı ildə qohumu eyni zamanda Gəncə şəhər Uşaq xəstəxanasında həkim işləyən Təqsirləndirilən şəxs2 müraciət emiş, Mənzər ona uzun müddətdir ki, tanıdığı Qarabağ Əlilləri və Şəhid Ailələri icrtami birliyinin Daşkəsən şöbəsinin sədri Təqsirləndirilən şəxs1 bu sahədə tanışları olduğunu, onun vasitəsilə bu işi həll edəcəyini bildirmişdir. Mənzər əlillik dərəcəsi təyin edilməsi üçün 3000 manat pul lazım olduğunu bildirmiş, 2016-cı ildə ilin aprel-may aylarında Mənzərə yaşadığı evdə 3000 manat pul vermiş, Mənzərin deməsinə görə də o həmin pulu Rafaelin əlillik dərəcəsi təyin edilməsi məsələsinin həll edilməsi üçün Bəxtiyar adlı tanışına vermişdir. Mənzər yaxın vaxtlarda işin həll olunacağını bildirsədə uzun müddət keçməsinə baxmayaraq iş həll olunmamışdır. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid55 və X79 ibitidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid55 və Arzu Qədimov ibtidai istintaq orqanına verdiyi ifadələrində Şahid33 ifadəsində göstərilənlərlə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid58 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid58 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid23 İbrahim qızı ilə işin halları ilə bağlı eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid60 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid60 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid28la oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid28 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid28 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımış, lakin onunla münasibəti olmamışdır. X26 2013-cü ilin mart ayında Gəncə şəhərində Zazalı postu adlanan ərazidə yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. 2018-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 onunla telefon vasitəsilə əlaqə saxlayaraq özünü təqdim edib telefon nömrəsini Daşkəsən şəhərində yaşayan qızı Dürdanədən aldığını bildirərək 2013-cü il tarixdə oğlu Bəxtiyar vəfat edən zaman ölüm pulu almadığını, bu barədə sənədlərin ona gəldiyini demişdir. Bəxtiyar həmin pulun alınmasında ona kömək edə biləcəyini bildirmişdir. Bəxtiyar ona Bakı şəhərindən komissiya gəldiyini, komissiyanın hazırda Daşkəsən şəhərində olduğunu bildirib həmin komissiyaya 500 manat hörmət etmək lazım olduğunu bildirərək bunun müqabilində oğlu Bəxtiyarın ölüm pulu olaraq 10.000 manat məbləğində pul alacağını demişdir. Bəxtiyar onu Daşkəsən şəhərində gözlədiyini deyərək təcili 500 manat məbləğində pul və şəxsiyyət vəsiqəsinin surətini və ölüm kağızının surətini götürərək Daşkəsən şəhərinə gəlməsini tələb etmişdir. Həmin vaxt Gəncə şəhərində olduğu üçün təcili Bağbanlar qəsəbəsində yerləşən evinə gedib arvadı Şahid60 məsələni danışmış, həmin məsələni həll etmək məqsədilə evdən 500 manat məbləğində pul götürərək Daşkəsən şəhərinə gəlmişdir. Həmin gün təxminən saat 17 radələrində Daşkəsən şəhərinə gəlib çatdıqdan sonra Bəxtiyara zəng edərək bazarın yaxınlığında olduğunu bildirmiş, Bəxtiyar onu gözləməsini bildirib 5 dəqiqəyə çatacağını demişdir. Bəxtiyar gəldikdən sonra ona məxsus **-AK-*** dövlət nömrə nişanlı maşının içərisində oturaraq onunla söhbət etmiş, ondan bunun nə məsələ olduğunu soruşduqda Bəxtiyar onun da xəbəri olmadığını komissiya gəldiyini deyərək həmin pulun dövlət tərəfindən verildiyini deyərək həmin pulun alınması üçün kömək edəcəyini batmağa qoymayacağını demişdir. Bundan sonra Daşkəsən şəhərində bazarın yaxınlığında Bəxtiyara məxsus **-AK-*** dövlət nömrə nişanlı avtomobilin içərisində Bəxtiyara oğlunun ölüm pulunun alınmasında köməklik göstərməsi məqsədilə 500 manat məbləğində pul vermişdir. Bəxtiyardan onu komissiyanın yanına aparmasını tələb etdikdə Bəxtiyar komissiyanın icra hakimiyyətində olduğunu bildirərək onların yanına onu apara bilməyəcəyini bildirmişdir. Daha sonra Bəxtiyarla bir müddət telefon vasitəsilə əlaqə saxalayaraq işin nə yerdə olduğunu soruşduqda narahat olmamağı bildirərək pulun tezliklə keçəcəyini bildirmişdir. Təxminən bir ay sonra Bəxtiyarla əlaqə saxlayan zaman ona bankda hesab açdırmalı olduğunu deyərək pulun həmin hesaba köçəcəyini bildirmişdir. 20 noyabr 2018-ci il tarixdə Gəncə şəhərində Gəncə Dövlət Universitetinin yaxınlığında olan Kpital Bankın filialına gedərək orada hesab açdırdıqdan sonra Bəxtiyarla əlaqə saxlayaraq adına hesab açdırdığını bildirmişdir. Bəxtiyar hesaba dair sənədləri özündə saxlamağı bildirərək pulun həmin hesaba köçəcəyini və o hesabdan çıxaracağını bildirmişdir. Bəxtiyarla dəfələrlə əlaqə saxlayaraq pulun köçüb-köçmədiyini soruşduqda tezliklə köçəcəyini deyərək onu hər dəfə aldatmışdır. Bəxtiyarın barəsində şikayət etdikdən sonra 2019-cu ilin mart ayının əvvələrində Bəxtiyar onunla əlaqə saxlayaraq 300 manat pul göndərmişdir. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid45 İmaş oğlunun ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid45 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Qarabağ müharibəsində iştirak etmiş və 2-ci qrup müharibə əlilidir. 2017-ci ildə tanışı Şahid29 ona Təqsirləndirilən şəxs1 adlı tanışı olduğunu Bəxtiyarın X35nu, əlillərə dövlət tərəfindən ev verilməsi məsələsində köməklik edə biləcəyini demişdir. Belə olan halda Toğruldan onu Bəxtiyarla görüşdürməsini xahiş edib ev məsələsi ilə bağlı Bəxtiyarla danışacağını demişdir. Ondan sonra birinci dəfə Toğrul, Məhərrəm və o, Bəxtiyarla Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında görüşmüş, orada Bəxtiyarla evlə bağlı söhbət etmiş, Bəxtiyar ƏSMN-də tanışları olduğunu onlar vasitəsilə ev veriləcəyini bildirib buna görə 15.000 manat pul verməli olduğunu bildirmişdir. Bəxtiyarla həmin məbləğin iki dəfəyə verilməsi barədə razılığa gəlmiş, 2018-ci ilin aprel- may aylarında Bəxtiyara 7000 manat Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində Toğrul və Məhərrəmin iştirakı ilə çayxanada pul vermişdir. Lakin bir müddətdən sonra Bəxtiyarla əlaqə saxlamasına baxmayaraq Bəxtiyar hər dəfə bəhanələr gətirmiş. sonda Bəxtiyarın onu aldatdığını görüb pulu tələb etmiş, lakin Bəxtiyar indiyədək pulu qaytarmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 noyabr 2018-ci il tarixli Daşkəsən RPŞ-nin məsul növbətçisi tərəfindən verilmiş raportdan görünür ki, 13 noyabr 2018-ci il tarixində saat 01:17-da Daşkəsən şəhəri Nizami küçəsi ev 19, mənzil 34 yaşayan Şahid1 Behbud oğlu 102 xidmətinə zəng edərək X142 15 gün əvvəl onun 20 yaşlı oğlu Şahid3ı FHN-nə işə düzəldəcəyini vəd verərək digər oğlu Nəcəfdən 7000 manat almış, lakin vədinə əməl etməmiş və pulun bir miqdarının qaytarılmasına baxmayaraq qalan 4350 manatının qaytarılmamasını bildirdirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 noyabr 2018-ci il tarixli Daşkəsən RPŞ-nin məsul növbətçi tərəfindən verilmiş raportdan görünür ki, 18 noyabr 2018-ci il tarixində ünvan 24 ünvanda yaşayan Şahid1 Behbud oğlu saat 10:04-də ***-***- **-** nömrədən zəng edərək bildirilmişdir ki, Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrədən və digər nömrədən zəng vuraraq özünü öldürəcəyi ilə və ona nə isə edəcəyi ilə onu hədələmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 noyabr 2018-ci il tarixli Daşkəsən RPŞ-yə Şahid1 Behbud oğlu tərəfindən verilmiş ərizədən görünür ki, 15 oktyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 onun oğlu Şahid3 Ziyəddin oğlunu aldadaraq digər oğlu Şahid2 Ziyəddin oğlunu FHN-nə işə düzəltmək adı ilə 7000 manat məbləğində pulunu ələ keçirmiş, həmin puldan bir hissəni geri qaytarmış qalan 4350 manat pulu qaytarmamışdır və buna görə də həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 noyabr 2018-ci il tarixli Daşkəsən RPŞ-nin məsul növbətçisi tərəfindən verilmiş raportdan görünür ki, həmin gün Daşkəsən rayon Nizami küçəsi 19 mənzil 34-də yaşayan Şahid1 Behbud oğlu saat 21:34-də ***-***-**-** nömrədən zəng edərək bildirilmişdir ki, 1 ay əvvəl Təqsirləndirilən şəxs1 onun oğlu 20 yaşlı Şahid3ı FHN-nə işə düzəldəcəyini vəd edərək digər oğlu Nəcəfdən 7000 manat almış, lakin vədinə əməl etməyərək pulun bir miqdarının qaytarılmasına baxmayaraq, qalan 4350 manatı bu günə kimi qaytarmamış, bu barədə Daşkəsən RPŞ-yə ərizə ilə müraciət etməsinə baxmayaraq işin müsbət nəticəsinin olmamasından narazılıq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxx” MMCnin Gəncə poçt filialının qəbzinin surətindən görünür ki, 16 oktyabr 2018-ci il tarixdə saat 11:06da Şahid1 Behbud oğlunun adından X152 adına poçt vasitəsilə 1500 manat pul göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxx” MMCnin 24.10.2018-ci il tarixli çekinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 24 oktyabr 2018-ci il tarixdə poçt vasitəsilə öz adından Şahid1 Behbud oğlunun adına 2000 manat pul göndərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 dekabr 2018-ci il tarixli Daşkəsən RPŞ-nin İQ-nun müstəntiqi tərəfindən verilmiş raportdan görünür ki, Daşkəsən rayonunun Əmirvar kənd sakini X2 rayon Qarabağ Əlliləri cəmiyyətinin sədri Təqsirləndirilən şəxs1 Daşkəsən rayon Su İdarəsinin anbarlarından birinə işə düzəltmək adı ilə aldadaraq 2700 manat pulunu mənimsəməsi barədə Daşkəsən RPŞ-yə ərizə ilə müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 dekabr 2018-ci il tarixli Daşkəsən rayonunun Əmirvar kənd sakini X24 tərəfindən verilmiş ərizədən görünür ki, təxminən 1 ay əvvəl özünü Daşkəsən rayon Qarabaq Əlilləri Cəmiyyətinin sədri kimi təqdim etmiş X100 onu Daşkəsən Su İdarəsinin anbarlarının birinə işə düzələcəyinə vəd verib onun etibarından istifadə edib inandıraraq 2700 manat pulunu mənimsəmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 X60 2700 manat almasını öz imzası ilə təstiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 fevral 2019-cu il tarixli Şahid8 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 onu aldadaraq qardaşının oğlu Bayramov Niyazini işə düzəltmək və anasını təqaüdə çıxarmaq adı ilə 2700 manat pulunu almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 fevral 2019-cu il tarixli Daşkəsən RPŞ-nin İQ-nun müstəntiqi tərəfindən verilmiş raportdan görünür ki, Şəmkir rayonunun Dəllər-Cəyir kənd sakini Qasımov X146 rayon Prokurorluğuna ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 ona Qarabağ veteranı statusu düzəltməyinə vəd edərək aldadıb onun 5000manat məbləğində pulunu ələ keçirmişdir və və buna görə də onu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 yanvar 2019-ci il tarixli Şəmkir rayonu, Dəllər-Cəyir kənd sakini Şahid15 tərəfindən Daşkəsən rayon Prokurorluğuna verilmiş ərizədən görünür ki, 2015-ci ilin mart ayında Təqsirləndirilən şəxs1 ona veteran statusu almaq məqsədi ilə ondan 5000 manat almışdır, 400 manatını geri qaytarmasına baxmayaraq qalan pulu geri qaytarmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 tərəfindən verilərək öz imzası ilə təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 Şahid15 4600 manat almış və pulun 3000 manatını 25 fevral tarixinə qədər qaytarmasına yazılı sürətdə söz vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 fevral 2019-cu il tarixli Daşkəsən RPŞ-nin məsul növbətçi tərəfindən verilmiş raportdan görünür ki, həmin gün Daşkəsən şəhəri Nizami küçəsi 15b mənzil 23-də yaşayan Şahid13 Səyqulu qızı saat 14:14-də ***-***-**-** nömrədən zəng edərək bildirilmişdir ki, Bəxtiyar adlı şəxsə oğlunun xəstəliyi ilə bağlı sosial müavinət düzəltdirməsi üçün 2000 manat vermiş, lakin sonuncu vədinə əməl etməmiş və o pulunu geri ala bilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 fevral 2019-cu il tarixli ünvan 18 ünvanında yaşayan Nəsibov İmamverdi Qasım oğlu tərəfindən Daşkəsən RPŞ-yə verilmiş ərizədən görünür ki, 30 dekabr 2018-ci il tarixində Təqsirləndirilən şəxs1 onu aldadaraq oğlu Şahid12 İmamvedi oğluna Prezident Təqaüdü düşdüyünü, həmin pulun alınmasına kömək göstərəcəyini bidirib onu aldadaraq 1237 manat məbləğində pulunu dələduzluq edərək ələ keçirmişdir. Həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.01.2019cu il tarixdə “xxxx” ASC-nin Gəncə filialında Şahid12 İmanverdi oğlunun adına AZ25AİİB******************** nömrəli hesab açılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 mart 2019-cu il tarixində Daşkəsən RPŞ məsul növbətçisi tərəfindən verilmiş raportdan görünür ki, 05 mart 2019-cu il tarixində Daşkəsən rayonun Qalatəpə kənd sakini Şahid17 saat 17:20-də ***- ***-**-** nömrədən DİN-in “102” xidmətinə zəng edərək Təqsirləndirilən şəxs1 ölkə rəhbərinin veteranlar üçün pul ayırdığını, sonuncunun həmin yardımdan vətəndaşa 15000 manat pul yardım ayrılmasını təmin edəcəyi adı ilə 5000 manat pul almasını, lakin vədə əməl etməyərək pulu geri qaytarmamasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 mart 2019-cu il tarixində Göygöl rayon Quşqara kəndində qeydiyyatda olmaqla yaşayan Şahid21 Daşkəsən RPŞ-nə verilmiş ərizəsindən görünür ki, 2018-ci ilin sentyabırında Təqsirləndirilən şəxs1 atası X42 Qarabağ Əlili olduğuna görə ev və maşın almaqlarında köməklik göstərməsinə görə onları aldadaraq ümümilikdə 3500 manat məbləğində pullarını ələ keçirmişdir, lakin qaytarmağını tələb etsələr də pulu geri qaytarmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 mart 2019-cu il tarixli Daşkəsən rayon Qabaqtəpə kəndində daimi qeydiyyatda olmaqla yaşayan Şahid20 tərəfindən Daşkəsən RPŞ-nə verilmiş əzirədən görünür ki, X113 sədri kimi tanıdığı Təqsirləndirilən şəxs1 2018-ci ilin avqust ayında Qarabağ veteranı olduğuna görə ona ev və maşın düşdüyünü bildirmişdir. 2018-ci ilin avqust sentyabr aylarında həmin məqsədlə onu aldadaraq ümumilikdə 1500 manat pulunu dələduzluq edərək ələ keçirtmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 iyul 2017-ci il tarixdə Daşkəsən rayonu Piriverdilər kənd sakini X229 tərəfindən Daşkəsən RPŞ-nə verilmiş ərizədən görünür ki, 2 il əvvəl Qarabağ Əlilləri Cəmiyyətinin sədri Bəxtiyar adlı şəxs gəlininin pensiyasını artırmaq adı ilə onu aldadaraq 1200 manat məbləğində pulunu ələ keçirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 iyul 2017-ci il tarixdə Daşkəsən RPŞ-in TQ-un baş təhqiqatçısı polis kapitanı Elmar Ələkbərov tərəfindən verilmiş raportdan görünür ki, Daşkəsən rayonunun Pirverdilər kənd sakini X65 RPŞyə ərizə ilə müraciət edərək təxminən 2 il əvvəl rayonun Qarabağ Əllilər Cəmiyyətinin sədri Bəxtiyar adlı şəxsə gəlinin təqaüd pulunun artırılması ilə əlaqədar olaraq onu aldatmaqla 1200 manat pulunu aldığını, lakin indiyə qədər nə işini gördüyünü, nədə ki, pulunu qaytarmadığını bildirib barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 iyul 2017- ci il tarixli şifahi ərizə protokolundan görünür ki, Feruz Allahverdiyev bildirmişdir ki, 2015-ci ildə Təqsirləndirilən şəxs1 təqaüdünün artırılması məqsədi ilə 500 manat pul vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 iyul 2017-ci il Daşkəsən RPŞ-in TQ-un baş təhqiqatçısı polis baş leytenantı Samir Həsənov tərəfindən verilmiş raportdan görünür ki, Daşkəsən rayonunun Zinzahal kənd sakini X143 26.07.2017-ci il tarixdə rayon prokurorluğuna müraciətində X33 rayon şöbəsinin sədri Bəxtiyar adlı şəxs tərəfindən aldadılaraq 1500 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə ərizəsi, 27.07.2017-ci il tarixdəHK-1/415 nömrəli qeydə alınaraq araşdırma ona həvalə olunmuşdur. Araşdırma zamanı müəyyən olmuşdur ki, X33 rayon şöbəsinin sədri Təqsirləndirilən şəxs1 barəsində Daşkəsən RPŞ-nin TQ-nun baş təhqiqatçısı, polis mayoru Elmar Ələkbərovun icraatında HK-1/372 nömrəli material araşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 iyul 2017ci il Daşkəsən RPŞ-in TQ-nun baş təhqiqatçısı polis baş leytenantı Samir Həsənov tərəfindən verilmiş raportdan görünür ki, Daşkəsən rayon Zinzahal kənd sakini X143 26.07.2017-ci il tarixdə rayon prokurorluğuna müraciətində X33 rayon şöbəsinin sədri Bəxtiyar adlı şəxs tərəfindən aldadılaraq 1500 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 iyul 2017-ci il tarixli Daşkəsən rayon Zinzamal kənd sakini X185 tərəfindən Daşkəsən rayon Prokurorluğuna verilmiş ərizəsindən görünür ki, 2015- ci ildə oğlu X119 Tibbi Sosial Ekspert Komissiyasında həkim müayinəsindən bir daha keçməməsi və təqaüdünün artırılması adı ilə X91 İsmayılovBəxtiyar Nəcəf oğlu onu aldadaraq 1500 manat pulunu ələ keçirdiyini göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 avqust 2017-ci il tarixli Daşkəsən rayon Mirverdilər kənd sakini X229 tərəfindən verilmiş ərizədən görünür ki, 10 iyul 2017-ci il tarixdə Daşkəsən rayon polis şöbəsinə ərizə yazaraq bildirmişdir ki, 2015- ci ilin yanvar aylarında Təqsirləndirilən şəxs1 gəlini Həsənova Kəmalənin təqaüdünü artırmaq məqsədi ilə ondan 1200 manat pul almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 sentyabr 2017-ci il tarixli 980 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Daşkəsən rayon xəstəxanası tərəfindən verilmiş arayışından görünür ki, X5 MRX-nın dispanserində tez tez residiv verən adoptik forma ağır gedişli bronxial astma, tənəffüz çatışmamazlığının İİ dərəcəsi diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X229 tərəfindən verilmiş ərizədən görünür ki, sahə müvəkkili Verdiyev soyadlı polis əməkdaşı Qarabaq Əllilər Cəmiyyətinin sədri Təqsirləndirilən şəxs1 adından istifadə edərək gəlini Kəmalənin təqaüdünü artırmağı vəd etmiş və buna görə ondan 2400 manat almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 aprel 2019-cu il tarixli Şahid23 İbrahim qızı tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 onun mərhum oğlu X140 dövlət hesabına ev və maşın düsdüyünü bildirərək onların alınmasında köməklik göstərəcəyini vəd edib aldadaraq 7000 manat pulunu ələ keçirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 sentyabr 2018-ci il tarixli Təqsirləndirilən şəxs1 tərəfindən yazılmış qəbzdən görünür ki, o Qarabağ Əllilər Cəmiyyətinin sədri kimi Şahid58 ev almasına, pensiya artırılmasına, maşın verilməsinə və sığorta almasına görə ondan 7000 manat pul adığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 aprel 2019-cu il tarixli ”Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında “ qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 aprel 2019-cu il tarixli “ Təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilməsi üçün onun tutulması və barəsində axtarış elan edilsməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 dekabr 2018-ci il tarixli raportdan görünür ki, Cəlilabad rayonu Koroğlu küç ev 14-də yaşayan X64 19:24 radələrində Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq bildirmişdir ki, Biləcəri dairəsində Qarabağ əlili olan Təqsirləndirilən şəxs1 ona Dövlət tərəfindən növbədən kənar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi vasitəsi ilə pulsuz “Lifan” markalı əlil maşının verilməsinə kömək ediləcəyi adı ilə 05.09.2018-ci il tarixində 2800 manat məbləğində pul vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 dekabr 2018-ci il tarixli Cəlilabad rayon Koroğlu küçəsi 14, m 3-də yaşayan 2-ci qrup əlili X173 tərəfindən verilmiş ərizədən görünür ki, 05 sentyabr 2018-ci il tarixində Təqsirləndirilən şəxs1 ondan hissəhissə 2800 manat pul almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 dekabr 2018-ci il tarixli raportdan görünür ki,saat 18:23 radələrində Cəlilabad şəh, Koroğlu küç, ev 16, m 6-da yaşayan Şahid25 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək bildirmişdi ki, Biləcəri qəsəbəsində 4 ay əvvəl Təqsirləndirilən şəxs1 onu dövlət tərəfindən verilən avtomobil ilə təmin edilməsinə görə ondan 3905 manat almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 dekabr 2018-ci il tarixli Cəlilabad şəh, Koroğlu küç, ev 16, m 6-da yaşayan Şahid25 tərəfindən verilmiş ərizədən görünür ki, 05.09.2018-ci il tarixində Təqsirləndirilən şəxs1 ondan 2905 manat pul almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 sentyabr 2019-cu il tarixli köçürmə haqqında bildirişdən görünür ki, həmin tarixdə saat 11:12 də Şahid26 tərəfindən Təqsirləndirilən şəxs1 adına 600(alti yüz) manat məbləqində pul köçürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “xxxx” ASC 23 yanvar 2019-cu il tarixli məktubundan görünür ki, 08.09.19 –cu il tarixdə Şahid25 tərəfindən Təqsirləndirilən şəxs1 köçürülən məbləğin bankomatdan çıxarılmasına dair fotogörüntülər təqdim edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 29.03.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 oğlunun əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin Gəncə şəhəri Rayonlararası Ruhi-Əsəb Dispanserinin 28 mart 2019-cu il tarixli, 1314 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Rayonlararası Ruhi-Əsəb Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsinin Narkoloji dispanserinin 28 mart 2019-cu il tarixli, 1896 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 mart 2019cu il tarixli **********6 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Daşkəsən rayon şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 hal hazırda İİ qrup əlillliyə görə 221,36 manat əmək pensiyası və 158 manat prezident təqaüdü alır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 mart 2019-cu il tarixli Daşkəsən rayon Molla Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan Şahid27 tərəfindən verilmiş ərizədən görünür ki, 2018-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 Qarabağ müharibəsinin müdafiəçisi olduğu üçün ona əlil maşını verilməsi üçün kömək göstərəcəyini vəd etmişdir və onu aldadaraq ondan 2200 manat məbləqində pul almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş qəbzdən (arayışdan) görünür ki, Təqsirləndirilən şəxs1 Şahid27 maşın alması üçün 2000 manat pul almışdır və 25.0.2018 –ci ilə kimi qaytaracağına söz vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 mart 2019-ci il tarixli Göygöl rayonu Aşıqlı kənd sakini Şahid28 tərəfindən Daşkəsən rayon Prokurorluğuna verilmiş ərizəsindən görünür ki, Daşkəsən rayon Müharibə Əlilləri Cəmiyyətinin sədri Təqsirləndirilən şəxs1 onun mərhum oğlunun yol nəqliyyat hadisəsi nəticəsində ölməsinə görə ona sığorta pulunun verilməsini təşkil edəcəyi vədi ilə aldadaraq 500 manat məbləğində pulunu ələ keçirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 noyabr 2018-ci il tarixdə “xxxx” ASC-nin Gəncə kart Mərkəz filialında Şahid28 adına AZ55AİİB******************** nömrəli hesab açılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 noyabr 2018-ci il tarixli raportdan görünür ki, Nərimanov rayonu, C.Hacıbəyli ev 52 m 59 yaşayan Şahid29 Teymur oğlu 15 noyabr 2018-ci il saat 20:37 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 adlı şəxs ona ev almaq vədi ilə sonuncu dəfə dəfə 5000 manat almaqla ümumi 40000 manatdan çox pulunu alaraq vədinə əməl etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 noyabr 2018-ci il tarixli Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 52, mənzil 59-da yaşayan Şahid29 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 özünü Daşkəsən rayon Əlillər Cəmiyyətinin sədri kimi təqdim edib və onun dörd otaqlı mənzillə təmin olmağına görə ondan 15000 manat pul almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 noyabr 2018-ci il tarixli Abşeron rayonu, Novxanı qəsəbəsi, Orucov küçəsi, döngə 14 nömrəsiz evdə yaşayan Şahid30 Oktay oğlu tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 özünü Daşkəsən rayon Əlillər Cəmiyyətinin sədri kimi təqdim edib onun üç otaqlı mənzillə təmin ediləcəyinə vəd verərək ondan ardıcıl olaraq 7500 manat və 8300 manat pul almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 noyabr 2018-ci il tarixli Fizuli rayonunun Cocuq Mərcanlı kəndində yaşayan Şahid45 İmaş oğli tərəfindən Suraxanı rayon 31-ci Polis Bölməsinə verilmiş ərizəsindəndən görünür ki Təqsirləndirilən şəxs1 ona əlil kimi ev ya evin pulunun alınmasında kömək edəcəyini bildirib aldadaraq 7000 manat məbləqində pulunu ələ keçirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan X111, Veteranları və X187 Birliyinin 12 dekabr 121109/139 nömrəli məktubdan görünür ki, İİ qrup X163 Təqsirləndirilən şəxs1 2001-ci ildən 07 noyabr 2018-ci il tarixinədək Azərbaycan X111 Veteranları və X187 Birliyinin Daşkəsən rayon filialının sədri vəzifəsində ictimai əsaslarla işləmişdir. 01 noyabr 2018-ci il tarixində öz arzusu ilə işdən azad olunması üçün ərizə ilə ictimai birliyə müraciət etmiş və ictimai birliyinin idarə heyətinin 08 saylı 02 noyabr 2018-ci il tarixli Qərarına əsasən 07 noyabr 2018-ci il tarixində 15 nömrəli əmr ilə tutduğu vəzifədən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 may 2019-cu il tarixli ünvan 26 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan Şahid31 Yaqub oğlu tərəfindən verilmiş ərizədən görünür ki, 2018-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs1 övladı Şahid54 FHN-in Daşkəsən rayon şöbəsinə işə düzəltmək adı ilə aldadaraq 1000 manat məbləğində pulunu ələ keçirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 may 2019-cu il tarixli “Axtarışda olan şəxsin könüllü gələrək təslim olması və tutulması haqqında” protokoldan görünür ki, Daşkəsən RPŞ-nin İQ-nun icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs1 21.05.2019-cu il tarixdə könüllü olaraq Daşkəsən polis şöbəsinə gələrək özünü təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 aprel 2019-cu il tarixli “Təsqirləndirilən çəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və qərar ona elan olunmaqla, sürəti təqdim edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 may 2019-cu il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzərətə altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 may 2019-cu il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid1 Beypud oğlu ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək Bəxtiyar İmanovun üzünə qarşı oğlu Şahid2 7000 manata FHN-nin Gəncə şəhərində yerləşən mərkəzinə rabitə işinə işə qəbul etdirəcəyini vəd etdiyini, 2018-ci ilin oktyabr ayında Bəxtiyara Gəncə şəhəri Sevinc qəsəbəsində yerləşən evində 5000 manat pul verdiyini, 2018-ci ilin noyabr ayında isə Bəxtiyarın tələbinə əsasən X152 adına poçt vasitəsilə Bakı şəhərinə 1500 manat pul göndəridiyini, 17.10.2019-cu il tarixdə yenidən Bəxtiyarla əlaqə saxlayan zaman FHN-nin Kəpəz rayon idarəsinin rəisinin əlavə 500 manat pul istədiyini, ona görə Bəxtiyara qohumu Aynurdan 500 manat pul göndərdiyini, beləliklə ona 7000 manat pul verməsinə baxmayaraq Bəxtiyarın onu aldatdığını və heç bir iş görmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 may 2019-cu il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid11 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid11 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 may 2019cu il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid8 Təqsirləndirilən şəxs1 ilə aralarında aparılan üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərilənləri təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı ifadəsində qeyd etdiklərini göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 may 2019-cu il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, X24 ilə Təqsirləndirilən şəxs1 ilə arasında aparılan üzləşdirmə zamanı Şahid5 Təqsirləndirilən şəxs1 üzünə qarşı Bəxtiyarın özünü onun mərhum atası İbrahimxəlil Bayramovun dostu və X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri kimi təqdim etdiyini bildirib görüşmək istədiyini, onunla görüşdükdə onu Daşkəsən rayonunda Əmirvar kəndində Su anbarlarına nəzarətçi kimi işə qəbul etdirəcəyini, lakin həmin yerə işə qəbul olunmaq üçün 1000 manat pul lazım olduğunu, Bəxtiyara Gəncə şəhərində “Univermaq” adlanan yerin yaxınlığında 700 manat pul verdiyini, pulu aldıqdan sonra Bəxtiyarın ona anası Ofeliyanı təqaüdə çıxarmağa imkan olduğunu bildirib 1400 manata bunu edə biləcəyini dediyini, 1400 manat da borc tapıb Gəncə şəhərində yerləşən mal bazarının yaxınlığında Bəxtiyara verdiyini, bir neçə gündən sonra Bəxtiyarın ona zəng vuraraq işinin düzəlməsi üçün əlavə 500 manat da pul lazım olduğunu bildirdiyini, yenidən bibisi Zöhrədən 500 manat alıb Daşkəsən rayonunda Kombinatın yaxınlığında Bəxtiyara verdiyini, Bəxtiyarla görüşdükdən 2-3 gün sonra yenə Bəxtiyarın onunla əlaqə saxlayıb arayış almaq üçün 100 manat lazım olduğunu və Bəxtiyarla Daşkəsən rayon İcra hakimiyyətinin binasının yaxınlığında görüşüb ona 100 manat arayış alması üçün pul verdiyini, beləliklə Bəxtiyara 2018-ci ilin noyabr ayında ayrı ayrı vaxtlarda ümumilikdə 2700 manat pul verdiyini, lakin Bəxtiyarın heç bir iş görməyərək onu aldatdığını göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 may 2019-cu il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid17 ilə Təqsirləndirilən şəxs1 ilə arasında aparılan üzləşdirmə zamanı Şahid17 ifadəsində göstərilənləri təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı ifadəsində qeyd etdiklərini söyləmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 may 2019cu il tarixli raportdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu 2 saylı məcburi köçkün qəsəbəsində yaşayan Şahid32 23 may 2019-cu il tarixdə saat 14:24 radələrində Göygöl RPŞ-nin İƏQ-nun tərkibində olarkən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq bildirmişdir ki, 7 ay əvvəl Bəxtiyar adlı şəxsə avtomobil almaq məqsədi ilə 1050 manat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 may 2019ci il tarixli Gəncə şəhəri Kəpəz rayonu 2 saylı Məcburi köçkün qəsəbəsi küçə 15 ev 228 yaşayan Şahid32 tərəfindən Daşkəsən RPŞ-yə verilmiş ərizədən görünür ki, Daşkəsən rayon sakini Təqsirləndirilən şəxs1 08 noyabr 2018-ci il tarixdə İİ qrup Qarabağ əlili olduğu üçün maşın verilməsində köməklik göstərilməsi adı ilə onu aldadaraq Göygöl rayonu ərazisində 1050 manat məbləğində pulunu ələ keçirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 may 2019-cu il tarixli Şahid33 Cəbrayıl qızı tərəfindən verilmiş ərizədən görünür ki, 2017-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 övladı X224 statusu düzəldəcəyinə vəd verib onu aldadıb 2600 manat pulunu almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 iyun 2019-cu il tarixli raportdan görünür ki, Göygöl rayonu Asif Fərzəliyev qəsəbəsində yaşayan Şahid34 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə saat 21:34 zəng edərək bildirmişdir ki, Daşkəsən bazarının qarşısında oğlunun konpensasiya işini həll etmək üçün Daşkəsən rayonunda yaşayan Bəxtiyar adlı şəxs ümumilikdə 4500 manat pulunu alaraq vədinə əməl etməmiş və pulunu geri qaytamamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daşkəsən rayon Qabaqtəpə kəndində anadan olmuş Göygöl şəhəri Asif Fərzəliyev adına küçədə yaşayan Şahid34 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 2016-2017-ci illər ərzində oğlu Ceyhun Hərbi xidmətə yararsız olduğu üçün 8000 manat kompensasiya verəcəyini vəd etmiş, onu aldadıb 4500 manat pulunu ələ keçirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Kəlbəcər rayon Təkdam kəndində daimi qeydiyyatda olmaqla, Daşkəsən rayonunun Bayan kəndində yaşayan Şahid36 tərəfindən verilmiş ərizədən görünür ki, Daşkəsən rayon sakini Təqsirləndirilən şəxs1 onu FHN-nə düzəldəcəyinə vəd edərək 2018-ci ilin fevral ayında 3000 manat pulunu almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 avqust 2019-cu il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər 1 X110 həkimi Təqsirləndirilən şəxs2 həmin şəxslərə əlillik dərəcəsi təyin edilməsi məqsədilə X97 məxsus 350/162, 17/8 nömrəli stasionar xəstənin tibbi kartlarından çıxarış sənədləri, Ələsgərova Aysel qızının şəxsiyyət vəsiqəsinin ksero sürətini təqdim etmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 həmin sənədlərlə birlikdə Mənzər həkimin ona 2800 manat təqdim etdiyini, X21 məxsus 846/303 nömrəli stasionar xəstənin tibbi kartasından çıxarışı Az İİ 393927 saylı doğum haqqında şəhadətnaməsi təqdim etmiş, həmin sənədlərlə birlikdə Mənzər həkimin ona 2800 manat məbləğində pul verdiyini, X80 məxsus 21.06.2016-cı il tarixli və 10.10.2013-cü il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışları, şəxsiyyət vəsiqəsinin sürətini təqdim etdiyini və həmin sənədlərlə birlikdə Mənzər həkimin 3400 manat məbləğində pulu ona verdiyini, X96 məxsus 01.03.2013-cü il tarixli x/t414 nömrəli, 29.05.2013-cü il tarixli x/t 1690 nömrəli stasionar xəstənin tibbi kartlarında çıxarışı, iki ədəd 3-4 foto şəkil və şəxsiyyət vəsiqəsinin ksero sürətini təqdim etməsi və həmin sənədlərlə bilrikdə Mənzər həkimin ona 4100 manat məbləğində pul verməsini, o isə adları göstərilən şəxslərə məxsus sənədləri və Mənzər həkimdən almış olduğu pulları həmin şəxslərə əlillik dərəcəsinin təyin edilməsi məqsədilə Gəncə şəhər Abbas Səhhət adına şəhər xəstəxanasının nevropatologiya şöbəsinin müdiri Quliyev Raqifə verməsinu, Raqif həkim bunun müqabilində həmin şəxslərin HMK-dan keçməsi barədə X78 adına tərtib edilmiş 23.04.2016-cı il tarixli 0501003AAAJ9 nömrəli və 0501003AAAKX seriya nömrəli 19.05.2016-cı il tarixli TSEK-ə göndəriş sənədlərini, X17 adına tərtib edilmiş 0502003AAAH0seriya nömrəli TSEK-ə göndəriş sənədini, X61 adına tərtib edilmiş 0494003AACA8 seriya nömrəli 22.06.2016-cı il tarixli TSEK-ə göndəriş sənədini, X81 adına tərtib edilmiş nömrəsiz TSEK-əgöndəriş sənədlərini təqdim edərək həmin sənədləri ona Raqif Quliyevin təqdim etməsini bildirmişdir.. Həmin sənədlər götürülüb müvafiq qaydada portokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Stasionar xəstənin tibbi kartasından çıxarışda görünür ki, X81 adına Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada 01.02.2013-ci il tarixdən 01.03.2013-cü il tarixədək, eyni zamanda 07.05.2013-cü il tarixdən 29.05.2013-cü il tarixədək stasionar müalicə olunmasına dair xəstəlik tarixçələri açılmışdır. Həmin tibbi sənədlərdən görünür ki, Rəfail Rəhimova vertobrobazilyar hövzədə xroniki qan dövranının pozulması, ensefolopatiya İİ mərhələ, serebral araxnoidit, asteno nevrotik sindrom diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İstintaq materiallarından görünür ki, X56 adına Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada 04.06.2016-cı il tarixdən 21.06.2016-cı il tarixədək və 19.09.2013cü il tarixdən 10.10.2013-cü il tarixədək stasionar müalicə olunmasına dair xəstəlik tarixçələri açılmışdır. Həmin tibbi sənədlərdən görünür ki, Afət Alıyevaya kəllə daxili hiperteniziya ilə nəticələnən serebral araxnoidit, sinir sisteminin zədələnməsi, sol üz sinirinin neyropasiyası, asteno nevrotik sindrom dioqnozu qoyulmuşdur. Eyni zamanda iş materiallarında olan Gəncə şəhər 1 nömrəli poliklinikadan verilmiş 22.06.2016-cı il tarixli göndərişlə X225 Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X18 adına olan 846/303 nömrəli xəstəlik tarixindən görünür ki, o 25.11.2015-ci il tarixdən 14.12.2015-ci il tarixədək Gəncə şəhər 1 nömrəli X68 müalicə olunmaqla ona xroniki nefrotik sindromu diaqnozu qoyulmuş, eyni zamanda Gəncə şəhər 4 nömrəli poliklinikasının Həkim Məsləhər Komissiyası tərəfindən ona 01.06.2016-cı il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər 4 nömrəli Uşaq poliklinikasından istintaqa daxil olmuş 30.09.2019-cu il tarixli məktubdan görünür ki, 17.02.2010-cu il tarixli Məhərrəmov Müzəffər Füzuli oğlu 18.03.2016-cı il tarixdən poliklinikada qeydiyyatdadır. Müzəffər Məhərrəmov xroniki böyrək çatışmazlığı İİ dər diaqnozu ilə dispanser qeydiyyata alınmışdır. 01.06.2016-cı ildə uşaq yoxlanılaraq ona əlillik dərəcəsi təyin edilməsi məsələsinə baxılması üçün Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmiş, lakin əlillik təyin edilməmişdir. 20.09.2017-ci il tarixdə anası G.Məmmədova poliklinikaya müraciət edərək Şahid30 inkşaf tarixi kitabçasını ərizəsi əsasında götürmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X78 adına olan-350/162 nömrəli xəstəlik tarixindən görünür ki, o 10.04.2016-ci il tarixdən 23.04.2016-cı il tarixədək Gəncə şəhər 1 nömrəli X68 müalicə olunmaqla ona bronxial astma diaqnozu qoyulmuş, eyni zamanda Gəncə şəhər 3 nömrəli poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən ona 19.05.2016-cı il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi–Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən istintaqa təqdim edilmiş 16.10.2019-cu il tarixli məktubdan görünür ki, X118, X139, X45 və X138 əlilliyə görə pensiya və ya müavinət almırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 sentyabr 2019-cu il tarixli “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən olmuşdur ki, “CD” disk ağ rəngdədir. Diski “HP Pro 3520” markalı ximəti kompyuterə qoşmaqla baxış keçirilmişdir. Diski açdıqda içərisində 26123-02.09.2019 zip faylı vardır, həmin fayl açıldıqda 50-886-04-44 sms.txt, abunəçilər.xls, antenna 207-xls, antenna 2019 xls, antenna 2018 xls və 50-886-04-44.txt faylları mövcuddur. 50-886-04-44 sms.txt faylında Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 2017-2019-cu illərdə daxil olan və göndərilən mesajlar öz əksini tapmışdır. Həmin mesajların baxış keçirilən zaman 1/10/2018- ci il tarixdə saat 8:54:06,99-da Şahid16 istifadəsində olan ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan 994-50-886-04-44, nömrəyə “Yekə baş telefonu aç” məzmunlu mesaj yazıldığı müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2017-2019-cu illər ərzində daxil olan və çıxan zənglərə dair 50- 886-04-44.txt.fayla baxış keçirilərkən müəyyən edilmişdirki , Şahid15 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 16.05.2018, 21.05.2018, 30.05.2018, 03.06.2018, 05.06.2018, 30.06.2018, 09.07.2018, 17.07.2018, 17.07.2018, 05.09.2018, 12.09.2018, 14.09.2018, 08.02.2018- ci il tarixlərdə həmçinin Şahid45 İmaş oğlunun istifadəsində olan ***-***-**-** nömrə ilə 08.02.2019, 09.020.2019, 22.02.2019, 25.02.2019, 26.02.2019, 27.02.2019 və 28.02.2019- cu il tarixlərdə mütamadi olaraq telefon danışıqları olmuşdur. Həmçinin Abunəçilər.xls faylından görünür ki, ***- ***-**-** saylı mobil nömrə Şahid15 ***-***-**-** saylı mobil nömrə isə Şahid45 İmaş oğlunun adına qeydiyyatdadır. (cild-5, s.75) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Səhiyyə İdarəsi 2 nömrəli Şəhər Xəstəxanasının 28 sentybar 2019-cu il tarixli 62 nömrəli məktubundan görünür ki, Şahid15, Şahid45 İmaş oğlu xəstəxanaya müalicə və müayinə üçün müraciət etməmişlər. Lakin vətəndaş Şahid16 14.04.2015-ci il tarixində fəaliyyət göstərən EEQ kabinetində müayinə olunmuşdur. Müayinənin nəticəsində “ Qan dövranının pozğunluğu” aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 oktyabr 2019-cu il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid29la Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid29 bir daha ifadəsində göstərilən xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs1 ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışları vasitəsilə verilən sosial evlərdən təşkil edə biləcəyini bildirib ondan 15.000 manat pul istədiyini, həmin pulu ƏSMN-də işləyən Əjdər Cəbiyev, İlqar və Şahin adlı şəxslərə verəcəyini bildirdiyini, Bəxtiyarın ona Bakı şəhəri Nərimanov rayonu ərazisində tam təmirli 4 otaqlı ev verdirəcəyini bildirdiyini. 2018-ci ilin yanvar ayında Bəxtiyarla əlaqə saxlayaraq Abşeron rayonu Saray qəsəbəsi Sevil Qazıyeva küçəsində Bəxtiyarla görüşüb ona birinci dəfə 7500 manat pul verdiyini, Bəxtiyarın həmin puldan ona 200 manat çatacağını, qalan pulu isə ƏSMN-də işləyən adların çəkdiyi vəzifəli şəxslərə verəcəyini bildirdiyini, 2018-ci ilin fevral ayında Bəxtiyarın onunla əlaqə saxlayaraq evlərin 2-3 günə veriləcəyini bildirib pulların qalan hissəsinin verilməli olduğunu dediyini, 2018-ci ilin fevral ayında Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində Uşaq poliklinikasıbnın yaxınlığında çayxanada Bəxtiyarla görüşərək o, 7500 manat pul verdiyini bildirərərk, guya kimlərəsə əlillik dərəcəsi təyin edilməsi ilə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hospitalının Arxiv İdarəsinin rəisi Könül xanıma pul verməsi, kimlərəsə saxta arayış alması barədə yalan olduğunu və bacısı qızı Vəfa Məhərrəmovaya təyin edilmiş təqaüdün artırılmasına görə Bəxtiyara pul verməsi barədə Bəxtiyarın dediklərinin yalan olduğunu göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 oktyabr 2019-cu il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid30 Oktay oğlu ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid30 bir daha ifadəsində göstərilən xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs1 qohumu Şahid29 vasitəsilə tanıdığını Bəxtiyarın ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışları vasitəsilə verilən sosial evlərdən təşkil edə biləcəyini bildirib ondan 15.000 manat pul istədiyini, həmin pulu ƏSMN-də işləyən Əjdər Cəbiyev, İlqar və Şahin adlı şəxslərə verəcəyini bildirdiyini, bununla bağlı 2018-ci ilin yanvar ayında Bəxtiyarla əlaqə saxlayaraq Abşeron rayonu Saray qəsəbəsi Sevil Qazıyeva küçəsində Bəxtiyarla görüşüb ona birinci dəfə ona 7500 manat pul verdiyini, Bəxtiyarın həmin puldan ona 200 manat çatacağını, qalan pulu isə ƏSMN-də işləyən adların çəkdiyi vəzifəli şəxslərə verəcəyini bildirdiyini, 2018-ci ilin fevral ayında Bəxtiyarın onunla əlaqə saxlayaraq evlərin 2-3 günə veriləcəyini bildirib pulların qalan hissəsinin verilməli olduğunu dediyini, 2018-ci ilin fevral ayında Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində Uşaq poliklinikasının yaxınlığında çayxanada Bəxtiyarla görüşərək o, 8300 manat pul verdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 oktyabr 2019-cu il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid26 ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid26 Təqsirləndirilən şəxs1 üzünə qarşı onunla ortaq tanışıları Uğur vasitəsilə tanış olduğunu Bəxtiyarın ona müharibə iştirakçısı olduğuna görə ƏSMN-nin vəzifəsi şəxsləri vasitəsilə 2500 manata əlillərə verilən avtomobildən verdirəcəyini bildirdiyini, 2018-ci ilin avqust ayında dostu və həmkəndlisi Şahid25la birlikdə Bakı şəhərində Biləcəri dairəsi yaxınlığında Bəxtiyarla görüşüb hər birinin avtomobil alınmasına görə Bəxyiyara 2500 manat olmaqla cəmi 5000 manat pul verdiklərini, sonradan 2018-ci ilin sentyabr ayında avtomobilin avtomat ötürücü olması üçün Bəxtiyarın ondan əlavə 300 manat pul istədiyini, X166 şəhərində yerləşən filialından Xəzri pul köçürmə xidməti vasitəsilə Bəxtiyara özü və dostu Şahid25 hər biri 300 manat olmaqla 600 manat pul göndərdiklərini, lakin Bəxtiyarın onları aldatdığını demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, köçürmə haqqında bildirişdən görünür ki, Şahid26 tərəfindən 13 sentyabr 2018-ci il tarixində **********77 hesaba 600 manat pul köçürtmuşdür və həmin pul Təqsirləndirilən şəxs1 tərəfindən qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 oktyabr 2019-cu il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid25 ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 arasınada üzləşdirmə istintaq hərəkəti aparılarkən Şahid25 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı onunla ortaq tanışları Uğur vasitəsdilə tanış olduğunu Bəxtiyarın ona müharibə iştirakçısı olduğuna görə ƏSMN-nin vəzifəsi şəxsləri vasitəsilə 2500 manata əlillərə verilən avtomobildən verdirəcəyini bildirdiyini, 2018-ci ilin avqust ayında dostu və həmkəndlisi Şahid26la birlikdə Bakı şəhərində Biləcəri dairəsi yaxınlığında Bəxtiyarla görüşüb hər birinin avtomobil alınmasına görə Bəxtiyara 2500 manat olmaqla cəmi 5000 manat pul verdiklərini, 08.09.2018-ci ildə Bəxtiyarın yenidən onunla əlaqə saxlayaraq tibbi sənədlərinin qaydasında olmadığını bildirib buna görə təcili olaraq 105 manat pul verilməli olduğunu X165 Cəlilabad şəhərində yerləşən filialından Xəzri pul köçürmə xidməti vasitəsilə 105 manat pul göndərdiyini, sonradan 2018-ci ilin sentyabr ayında avtomobilin avtomat ötürücü olması üçün Bəxtiyarın ondan əlavə 300 manat pul istədiyini, X166 şəhərində yerləşən filialından Xəzri pul köçürmə xidməti vasitəsilə Bəxtiyara özü və dostu Şahid25 hər biri 300 manat olmaqla 600 manat pul göndərdiklərini, lakin Bəxtiyarın onları aldatdığını demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 oktyabr 2019-cu il tarixli Astara rayonu Siyatük kəndində yaşayan və qeydiyyatda olan Şahid43 tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 onun etibarından sui istifadə edərək ona X111nə verilən “Naz Lifan” markalı avtomaşından verilməsini təşkil edəcəyini deyib 2018-ilin avqust ayında Bakı şəhərində 20 yanvar metrostansiyanın yaxınlığında ondan 1000 manat pulu alıb ona qarşı dələduzluq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 oktyabr 2019-cu il tarixli Lənkəran rayonu Xolmili kəndində yaşayan və qeydiyyatda olan X46 tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 onun etibarından sui istifadə edərək ona X111nə verilən “Naz Lifan” markalı avtomaşından verilməsini təşkil edəcəyini deyib 2018-ilin avqust ayında Bakı şəhərində 20 yanvar metrostansiyanın yaxınlığında ondan 2500 manat pulu aıb ona qarşı dələduzluq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 oktyabr 2019-cu il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid15 ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılarkən Şahid15 ifadəsində göstərilən xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 oktyabr 2019-cu il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid45 İmaş oğlu ilə Təqsirləndirilən şəxs1 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid45 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 oktyabr 2019-cu il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs2 2016-cı ildə Bəxtiyarla söhbətlərin birində Bəxtiyarın ona ƏSMN-də işləyən tanışlarının olduğunu onlar vasitəsilə əlillik dərəcəsi təyin etdirməyə imkanı olduğunu bildirdiyini, əgər istəyən olsa ona bu barədə deməsini bildirdiyini, uşaqlara 1000 manata, böyüklərə isə 3000 manata əlillik təyin etdirə biləcəyini, bundan bir müddət sonra onun da tanışları Müzəffər Məhərrəmova əlillik dərəcəsinin təyin edilməsi üçün 1000 manat onun atası Füzuli Məhərrəmovdan, Aysel Ələsgərovaya əlillik dərəcəsinin təyin edilməsi üçün 1000 manat onun anası Şahid40, Rafael Rəhimova əlillik dərəcəsinin təyin edilməsi üçün 3000 manat bacısı Sahilə Rəhimovadan və Afət Alıyevaya əlillik dərəcəsinin təyin edilməsi üçün sonuncunun özündən 3500 manat olmaqla cəmi 8500 manat məbləğində pulu alaraq yaşadığı ünvan 27 ünvanda Təqsirləndirilən şəxs1 verdiyini bildirmiş, Təqsirləndirilən şəxs1 isə həmin məbləğləri Mənzərdən aldğını etiraf etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Gəncə şəhər İcra Hakimiyyətinin Səhiyyə İdarəsinin 01 iyun 2011-ci il tarixli 62 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs2 1 saylı uşaq xəstəxanasının baş həkimi vəzifəsinə 01.06.2011-ci il tarixdən 1 ay sınaq müddəti ilə təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 oktyabr 2019- cu il tarixli 01/179 nömrəli xasiyyətnamədən görünür ki, Mənzər Nəsrəddin qızı işlədiyi müddətdə o, həm xəstələr, həm də kollektivin hər bir üzvünə münasibətdə səmimi, qayğıkeş və diqqətlidir. Praktik həkim işlədiyi dövrdə dəfələrlə ixtisasartırma kurslarında iştirak edib, bilik və bacarığını artırmağa çalışmışdır. İki dəfə sertifikasiya imtahanında yüksək balla keçmişdir. Şəhərin və xəstəxanın tədbirlərində fəal iştirak edir, kollektiv arasında hörmət qazanmışdır. Təqsirləndirilən şəxs2 etibarlı və səmimi iş yoldaşı olmaqla bərabər həm də qayğıkeş ana və nənədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 18 oktybar 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 18 oktybar 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 oktyabr 2019-cu il tarixli “ Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuş “ CD” disk ağ rənglidir. Diski “ HP Pro 3520” markalə xidməti kompyuterə qoşmaqla baxış keçirilmişdi. Diski açdıqda içərisində 30574.zip faylı vardır, həmin fayl açıldıqda ********* sms.txt, abunəçilər 30574.xls, antenna30574-2019.xls, antenna 30574-2019 xls, antenna 30574- 2018 xls, antenna 30574-2017 xls, antenna 30574-2016 xls, antenna 30574-2015xls, antenna 30574-2014xls və 5********.txt faylları mövcuddur. ********* sms.txt faylında Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı mobil nömrəyə 2014-2019-cu illərdə daxil olan və göndərilən mesajlar öz əksini tapmışdır. Həmin mesajların mətninə baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Nəsrəddin qızının istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ********* nömrəyə 02/11/2016-ci il tarixdə saat 18:57:21də “ Bəxtiyar bu oyunu qurtar, Vallah bunun axırı yaxşı olmuyacax, Getir camaatın pulunun qaytar Allahdan qorx” 26/12/2016-ci il tarixdə saat 17:59:02-də “ Seni çox gözləyək” 26.12.2016ci il tarixdə saat 18:00:05-də “ Telefonunu keçirmək çıxış yolu deyil, Getir camaatın pulunu qaytar Allahdan qorx”, 02.03.2017-ci il tarixdə 16:09:48-də “Telefonu ac gəlim sənədi götürüm”, 2/03/2017-ci ildə saat 17:38:24-də “Pulu vermirsən heç olmasa sənədləri qaytar aparıb keçirsin dee, Sene ne pisliyimiz deyib bu oyunları acdın başımıza? Allahdan qorxmursan?” 4/03/2017, 21:31:32, **********6, **********21, Senin kimi eclaf ciqan adam görmədim bu heyatda, eyni tarixdə “Daşkəsənli arvad səni polisə verib gelib cavab verərsən haram olsun yediyin pullar”. Həmçinin Şahid16 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 13/03/2017-ci ildə, saat 20:29:00-da “ Zabit deyir mənim ya işimi görsün, ya onu versin” 16/03/2017-ci ildə saat 21:14:56-da “ Telefonu aç mənə bir söz de gəlim ya yox” 20/01/2019-ci ildə saat 17:53:10-da “ Sabah Zabit işi verir məhkəməyə sorasını özünü bil”. 03/08/2017-ci ildə saat 17:54:45-də Şahid33 istifadəsində olan **********85 mobil nömrədən “Mən Raya sənnən o pulu almağın yolunu bilirəm arvadından alajam gəlib evində oturajam axşam sizə evinizə gələjəm” məzmunlu mesajlar yazıldığı müəyyən edilir. Həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olan ********* saylı mobil nömrəyə 2014-2019-cu illər ərzində daxil olan və çıxan zənglərə dair 5********.txt. fayla baxış keçirilərkən müəyyən edildi ki, 11.11.2018-ci il tarixdən 01.04.2019-cu il tarixədək Şahid1 Behbud oğlunun istifadəsində olmuş ***-***-**-** saylı nömrədən, 14.01.2019-cu il tarixdən 22.01.2019-cu il tarixədək Şahid15 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən, Şahid10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 22.01.2019-cu il tarixdə Şahid20 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 05.02.2019-cui l tarixdən 08.03.2019-cu il tarixədək, X101 istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrədən 08.03.2019- cuil tarixdən 24.05.2019-cu il tarixədək, Şahid43 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 06.06.2019-cu il tarixdən 10.09.2019-cu il tarixədək, Şahid34 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 03.07.2016-cıi l tarixdən 26.08.2019-cu il tarixədək mütamadi zənglər olmuşdur. Eyni zamanda X82 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 03.10.2015, 10.11.2015, 30.06.2015, 08.10.2015, 25.01.2016, 18.02.2016, 02.05.2016, 20.11.2016, 21.11.2016-cli llərdə, X25 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 06.05.2016-cı il tarixdən 06.08.2017-cı il tarixədək Təqsirləndirilən şəxs1 istifadəsində olan ********* saylı mobil nömrəyə olaraq zənglər olunmuşdur. (cild-5, s.194) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 oktyabr 2019-cu il tarixli 25605 nömrəli rəyindən görünür ki, cinayət işinin materiallarının birinci cildində 46-cı vərəqində “Mən Təqsirləndirilən şəxs1 X9 2700 manat aldım”, yazısı, həmçinin 1-ci cilddə 87-ci vərəqədə “Mən Təqsirləndirilən şəxs1 Şahid15 4000 manat 600m borcalmışam 3000 manatın fevral ayının 25-ə kimi verəcəm” sözləri, bundan başqa cinayət işinin 2-ci cildində 104cü vərəqədə olan əlyazma Təqsirləndirilən şəxs1 tərəfindən icra edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, Cəlilabad sakinləri Şahid26 Səməd oğlu, Şahid25 və Tərtər rayon sakini Şahid30 avtomobil, mənzil və ya fərdi evlə təmin olunmaları ilə bağlı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna rəsmi müraciətləri olmamışdır. Cəlilabad rayon sakini Axundov X203 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2004-cü ildə pulsuz olaraq minik avtomobil və 2006-ci ildə Cəlilabad rayonunda mənzillə təmin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 oktyabr 2019-cu il tarixli Gəncə şəhəri, Kəpəz rayonu V.Tereşkova küçəsi ev 43 mənzil 38-də yaşayan X115 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 onu aldadaraq oğlu müharibə veteranı Şahid61 3 otaqlı ev düzəltdirəcəyinə vəd verərək ondan 6000 manat pul almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Tərtər rayonu Qapanlı kənd sakini Suleymanov Yolçu Muraq oğlunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, Gəncə Hərbi Hospitalından yaralanma kağızının alınmasına köməklik edəcəyini vəd edərək Təqsirləndirilən şəxs1 onun 3000 manat pulunu ələ keçirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 oktyabr 2019-cu il tarixli Daşkəsən rayonunun Zinzahal kəndində yaşayan X83 tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ondan Qarabağ müharibəsində iştirakında xasərət aldığı və əlillik dərəcəsinin düzəltdirilməsi üçün ondan 2000 manat pulunu almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, vətənda. Daşkəsən rayonu Piriverdilər kənd sakini X229 tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən onun 1200 manat pulu tam ödənilmişdir, onun Təqsirləndirilən şəxs1 şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayonu Qapanlı kənd sakini X219 tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilmiş ərizəsindən görünür ki Daşkəsən rayon sakini Təqsirləndirilən şəxs1 2018-ci ilin iyul aylarında Qarabağ müharibəsi zamanı xəsarət aldığına görə tibbi sənədləri Gəncə şəhər Hərbi Hospitalın rəisi vasitəsii lə alıb ona verəciyini bildirib 3330 manat pulunu almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 noyabr 2018-ci il tarixli 15 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 02 noyabr 2018-ci il tarixdən tutduğu Azərbaycan X111, Veteranları və X187 birliyinin Daşkəsən rayon filialının sədri vəzifədən öz ərizəsi və ictimai birliyin idarə heyətinin qərarına əsasən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş Məhkəmə-fonoskopik ekpertiszasının 12 noyabr 2019cu il tarixli 25604 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların məzmunu aşağıda göstərilən yazılı mətn və mətn hissələrindən ibarətdir. Q1 – Bə o müstəntiq sənin adını çəkibdi də, sənin də orda adını çəkibdi. Bəxtiyarın şikayətidi K2 – Bəli. Bə mən bu pulları/// Q2 – Bə yox indi sən pul almışam əvəzinə deyirsən pul vermişəm, Mənzərə? K2 – Bir dəyqə də. Mən Mənzərə deməmişəm a pul vermişəm Q2 – Bə mənim adımı orda kim çəkib?///Mənə maraqlı da odu ki, bizim balnisaya zəng vuranda mənim adımı çəkmillər/// K2 – Bir dəyqə. Deyib həmin bu adamların işi bəyaq sənnən mən danışdım da. Həmin bu adamların işi dedim ki, qardaş, bu adamların işi olub, düzəlmiyib, pulları qaytarıb çıxıb gedib. Həmin bu pulları mən özüm///Dediyim sözü mən deyirəm də saa Q1 – Hə de yaxşı, hə, de K2 – Deyir bu pullar qaytarılıb, şeyin də pulu o qaytarılan pullar var idi, pulları qaytardıq. Mən də həmin o sözümü demişəm ki, qardaş, mən bunnan pulumu alanmıram, Raqifgildən pulumu alanmıram. Bular maa demişdi adamları biz özümüz keçirdəciyik, belə eliyəciyik, helə eliyəciyik, indi mən pullarımı alanmıram, ay doxtur, bə mən nağayrım? “AUD-20190208-WA0011.mp3” 00.00-01.00 K2 – Alo Q2 – Alo K2 – Axşamın xeyir Q2 – Hər vaxtın xeyir ay bala, nağayrırsan bə? K2 – Sağlığın heç nə, görüm səhər yekunnaşdırıram Q2 – E elə hər gün yekunnaşdırırsan K2 – Yox, yox, səhər təmiz qutaracax Q2 – Ay Baxtiyar, qulaq as, Baxtiyar. Mən o pulu saa verdim, nə üçün? Sənəd düzəltməyə düzdümü, qardaş? K2 – Bəli Q2 – Ay sağol. Sən də əmələ gəlmədi sənəd düzəltməyin, eləmi? K2 – Sabahları verəcəm Q2 – Yox da, indi sözümə cavab ver. Mən də dedim, sənin də əmələ gəlmədi sənəd düzəltməyin düzdümü, qadan alım? Ə di gətir pulumu qaytar da. Burda nə var ki K2 – Yaxşı Q2 – Di yaxşı, yaxşı deyirsən gəlmirsən, ay Baxtiyar K2 – Allah haqqı, sabah saat 4-də gələcəm Q2 – A mənim ürəyim dözmür e saa pisdik eləməyə. Sən bunu başa düşginən, yekə oğlansan, ayıbdı K2 – Qurana and olsun, 4-də gələcəm Q2 – Oy, oy, ə Qurana da and içirsən, atana da and içirsən, sən eləmirsən axı, ayıbdı, maşenniksən sən. Sən əməlli-başdı maşennikliksən K2 – Allaha and olsun, saat 4-də ordayam Q2 – Havax görüşək, gecə, sabah? K2 – Sabah e, günorta 4-də ordayam “2.mp3” 00.11-00.43 K4 – Ay Bəxtiyar K2 – Ay can K4 – Sən 1 həftə deyirdin, 2 həftə keçdi, sənnən bir xəbər çıxmadı K2 – Yox, ta uje səhər olacaxdı K4 – Səhər yox e, mən bu gün aparıb səni prokuraturaya verəcəm. İstiyirsən inan, istiyirsən inanma. Saa zəng eliyəcəklər özdəri K2 – Yekə kişisən/// K4 – Bəs sən yekə kişi döyülsən? K2 – Ay Zabit, mən bir şey ola ki, verim. Xoşumamı gəlir aramızda narazıçılıq olsun K4 – Narazılıq nətər olur ayrı?///məni alladersan. Mən 5 mini yerdən yığmamışam ki. mən də kimnənsə borc alıb vermişəm dana saa 03.45-04.40 K6 – Niyə onu birinci günə saxlamadı ki, a Bəxtiyar? K2 – Gərək köçürmə ola K6 – Bank köçürməsidi, yoxsa nətər? K2 –Yox… K6 – Bizimkin də elə … K2 - … K6 - … K2 – Telefonuna da mesaj gələcək K6 – Mənim telefonuma? K2 – Mesaj gələcək K6 – Həqiqi deyirsən? Başımız çıxmır bizim, başımız çıxmır ha. A qızım, başın çıxer, deyir mesaj gələcək Q – Nə mesaj gələcək? K2 - … Q – Sən özün///baxarıq da indi gələndə… K6 – Mən bilmeram a, lap gəlsin Q – Dayı, indi noldu, knijkasının axırı nətər oldu K2 – Hazırdı Q – Ordadı helə? 32.16-32.31 Q – Dayının indi sosiyalıynan bir gələcək helə bizim kağızdar, yoxsa? K6 – Deyir gəlməlidi K2 – Həə, ola bilsin bir gün fərq eliyər K6 - … K2 – İndi orda dəyqə var dana, saat var K6 – Komputer … Ekspertizaya təqdim olunmuş tədqiqatı tələb olunan mübahisəli fonoqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətn və mətn hissələrində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs1məxsusdur. 3.4 Ekspertizaya təqdim olunmuş tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətn və mətn hissələrində «K4» kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid15 məxsusdur. Ekspertizaya təqdim olunmuş tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətn və mətn hissələrində «K5» kimi işarə olunmuş diktorun səsi və nitqi – Allahverdiyev Ramin Allahverən oğluna məxsusdur. Ekspertizaya təqdim olunmuş tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətn və mətn hissələrində «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs2 məxsusdur. Ekspertizaya təqdim olunmuş tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqlarda Şahid16 səs və nitqi ilə eynilik təşkil edən diktorun səs və nitqi aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 noyabr 2019-cu il tarixli 457.4 /KEŞ nömrəli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Ələsgərova Aysel Arzu qızının adına tərtib edilmiş tibii sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq ekspertiza qarşısında qoyulmuş suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir. 1.X84 adına tərtib edilmiş tibbi sənədlərdə əsasən, onda “ Bronxial astma” diaqnozu təyin edilmişdir. 2. Ələsgərova Aysel Arzu qızına qoyulmuş diaqnozla onun TSEK-ə göndərilib göndərilməməsi məhkəmə tibb ekspertiza komissiyasının səlahiyyətinə adi deyil. 3. Ələsgərova Aysel Arzu qızının adına tərtib edilmiş tibbi sənədlərdə döş qəfəsinin rentgen filmi olmadığından ona diaqnozun düzgün təyin edilib-edilməməsi barədə fikir söylənilməsi mümkün olmamışdır. 4. Ələsgərova Aysel Arzu qızına diaqnozun təyin edilməsi ilə əlaqədar təqdim edilmiş tibbi sənədlərdə instrumental müayinə tədqiqatları tam həcmdə deyildir. Bu baxımdan müalicə həkimi tərəfindən Səhiyyə Sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndlərin pozulması kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 noyabr 2019-cu il tarixli 457.6/KEŞ nömrəli rəyindən görünür ki, 1967-ci il təvəllüdlü X217 oğlunun adına tərtib edilmiş tibii sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq ekspertiza qarşısında qoyulmuş suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir. 1. X85 adına tərtib edilmiş tibbi sənədlərə göstərinlərə əsasən, ona “Vertebrobazilyar hövzədə xroniki qan dövranının pozulması, serebrovaskulyar çatmamazlıq. Ensefolopatiya İİ mərhələ, serebral araxnoidit. Vegetodamar prokzimaları ilə ifadəli asteno nevrotik sindrom. Sağ tərəfli çiyin pleksiti” diaqnozu təyin edilmişdir. 2. X217 oğluna qoyulmuş diaqnozla onun TSEK-ə göndərilib-göndərilməməsi məhkəmə-tibb ekspertiza komissiyasının səlahiyyətinə aid deyildir. 3. X217 oğlunun adına tərtib edilmiş tibbi sənədlərdə Elektrosefaloqrafiya müayinəsinin lenti və kəllənin MRT müayinəsi olmadığından ona diaqnozun düzgün təyin edilib-edilməməsi barədə fikir söylənilməsi mümkün olmamışdır. 4. X217 oğlunun diaqnozun təyin edilməsi ilə əlaqədar təqdim edilmiş tibbi sənədlərdə instrumental müayinə tədqiqatları tam həcmdə deyildir. Bu baxımdan müalicə həkimi tərəfindən Səhiyyə Sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndlərin pozulması kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 noyabr 2019-cu il tarixli 457.2/KEŞ nömrəli rəyindən görünür ki, 2010-ci il təvəllüdlü X17 adına tərtib edilmiş tibii sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq ekspertiza qarşısında qoyulmuş suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir. 1. X17 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona “Xronik nefrotik sindrom” diqnozu təyin edilmşdir. 2. X21 təyin edilmiş diaqnozla pnun TSEK-ə göndərilib -göndərilməməsi məhkəmə-tibb ekspertiza komissiyasının səlahiyyətinə aid deyildir. 3. X21 adına tərtib edilmiş tibbi sənədlərdə biokimyəvi analizlərin nəticələrinin olmadığından ona diaqnozun düzgün təyin edilib edilməməsi barədə fikir söylənilməsi mümkün olmamışıdır. 4. X21 diaqnozun təyin edilməsi ilə əlaqədar təqdim edilmiş tibbi sənədlərdə instrumental müayinə tədqiqatları tam həcmdə deyildir.Bu baxımdan müalicə həkimi tərəfindən Səhiyyə Sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndlərin pozulması kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 noyabr 2019-cu il tarixli 457.5/KEŞ nömrəli rəyindən görünür ki, 1972-ci il təvəllüdlü X61 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq ekspertiza qarşısında qoyulmuş suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir. 1. X61 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona “ Keçirilmiş meninqoensefalitin qalıq əlamətləri (2007-ci il) Ensefelopatiya İİ mərhələ. Kəllədaxili hipertenziya ilə nəticələnən serebral araxnoidit. Mərkəzi sinir sisteminin zədələnməsi. Sol üz sinirin neyropasiyası. Səyirici əzələ yığılması ilə tez-tez təkrarlanan vegetodamar porokzimal və qıc olma tutmaları ilə kəskin ifadəli asteno nevrotik sindrom” diaqnozu təyin edilmişdir. 2. X80 təyin edilmiş diaqnozla onun TSEK-ə göndərilib-göndərilməməsi məhkəmə-tibb ekspertiza komissiyasının səlahiyyətinə aid deyildir. 3. X61 adına tərtib edilmiş tibbi sənədlərdə Elektroensefaloqrafiya müayinəsinin lenti və kəllənin MRT müayinəsi olmadığından ona diaqnozun düzgün təyin edilib-edilməməsi barədə fikir söylənilməsi mümkün olmamışdır. 4. X80 diaqnozun təyin edilməsi ilə əlaqədar təqdim edilmiş tibbi sənədlərdə instrumental müayinə tədqiqatları tam həcmdə deyildir. Bu baxımdan müalicə həkimi tərəfindən Səhiyyə Sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndlərinin pozulması kimi qiymətləndirilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 noyabr 2019-cu il tarixli 004945 nömrəli “ Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 və Şahid15 arasında olan səs yazılarını əks etdirrən disklər və “Mən Təqsirləndirilən şəxs1 X9 2700 manat aldım”, Mən Təqsirləndirilən şəxs1 Şahid15 4000 manat 600 m borc almışam 3000 manatını fevral ayının 25-ə kimi verəcəm” sözləri, bundan başqa “ Şahid58 pensiya artırılmasına görə, sosial verilməsinə görə 7000 manat aldım” yazıları olan əlyazmalar iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 noyabr 2019-cu il tarixli 004946 nömrəli “ Sübutların qiymətləndirilməsi haqqında" qərardan görünür ki, smayılov Bəxtiyar Nəcəf oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29, 1782.2, 29, 178.23 və 32.4, 312.2-ci maddələri, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 32.4.312.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına və onlara həmin maddələrlə ittiham elan edilməsinə, Təqsirləndirilən şəxs1 Feruz Allahverdiyevə məxsus 500 manat və Şahid28 məxsus 500 manat pulu ələ keçirməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibi yaranmadığından Bəxtiyar İmsayılova həmin epizodlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilməsinə, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə, X47, X229, X94, X185, Şahid15, Şahid39, Şahid40, Şahid53 və X118, Şahid34, X71, Şahid33 Cəbrayıl qızı, Şahid29, Şahid30 Oktay oğlu, Allahverdiyev Elşən Nəbi oğlu, Şahid45 İmaş oğlu, X120, X116, Şahid43, X48, Şahid25, Şahid31 Yaqub oğlu, Şahid20, Şahid21, Şahid26, Şahid27, Şahid28, Şahid23 İbrahim qızı, Şahid1 Behpud cğlu, Şahid6, Şahid32, X103, Şahid17, X174 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312–ci maddəsilə cinayət təqibinin başlanması rədd edilməsinə, Şahid43, Şahid16, X104, X117, X144, X49 və X28 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.2–ci maddəsinə əsasən cinayət təqibin xitam verilməsinə, Təqsirləndirilən şəxs1 Şahid1 Beypud oğlunu və Şahid13 ölümlə hədələməsi barədə sonuncuların müraciətlərində göstərilən xüsusatlarda onlara qarşı hər hansı real hədənin olmadığı müəyyən edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsilə Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibinin başlanması rədd edilməsinə, Təqsirləndirilən şəxs1 Şahid1 Behpud oğlundan 7000 manat deyil 4000 manat alması, X1 silahına sənəd düzəltmək üçün pul alması, X13 ümumiyyətlə pul almaması, X29 borca 1000 manat pul alması, Şahid21 3000 manat borca pul alması, Şahid23 İbrahim qızından borca 5000 manat alması, Şahid29 hər hansı adla pul almaması, Şahid31 Yaqub oğlu, X156, Şahid36 və Feruz Allahverdiyevdən eləcə də X229 və Şahid24 ısa qızından hər hansı məbləğdə pul almamaması X39 2018-ci ilin iyul ayında Qarabağ müharibəsi zamanı yaralanması ilə əlaqədar müvafiq tibbi sənədlərin alınmasına köməklik göstərilməsı üçün 3000 manat deyil 2500 manat alması ilə baglı ifadəsində göstərilən xüsusatlar işin faktiki halları ilə uyğun gəlmədiyindən sübut kimi qəbul olunmadan rədd edilməsinə, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 və Şahid15 arasında danışıqlar əks olunmuş disklər və Təqsirləndirilən şəxs1 əlyazmalarının 18.11.2019-cu il tarixli qərarla maddi sübut kimi tanınmaları nəzərə alınmasına, Məhkəmə–fonoskopik ekspertizasının 12.11.2019–cu il tarixli 25604 nömrəli, Məhkəmə xətşunaslıq ekspertizasının 18.10.2019–cu il tarixli 25605 nömrəli rəyi və məhkəmə tibbi ekspertizasının 13.11.2019–cu il tarixli 457.4/KEŞ saylı, 457.6/KEŞ saylı, 457.2/KEŞ saylı, 457.5/KEŞ saylı rəyləri sübut növu kimi qiymətləndirilsinə, Şahid1 tərəfındən məhz oğlunun işə düzəldilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 7000 manat pul verməsi müəyyən edildiyindən Bəxtiyar X7 işə qəbul etdirməsi üçün 7000 manatını ələ keçirməsi kimi qiymətləndirilməsinə, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313–cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılmasına, Şahid13, X229, X94, X185, Şahid15, Şahid39, Şahid40, Şahid53 və X118, Şahid34, X71, Şahid33 Cəbrayıl qızı, Şahid29, Şahid30 Oktay oğlu, X72, Şahid45 İmaş oğlu, Şahid25, Şahid31 Yaqub oğlu, Şahid20, Şahid21, Şahid26, Şahid27, Şahid28, Şahid23 İbrahim qızı, Şahid1 Behpud oğlu, Şahid6, Şahid32, X98, Şahid17 cinayət işi üzrə cinayət prosesində zərərçəkmiş şəxs qismində iştiraklarına xitam verilməsinə, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs1 Şahid1 Beypud oğlundan 7000 manat deyil 4000 manat alması, X1 silahına sənəd düzəltmək üçün pul alması, Şahid13 ümumiyyətlə pul almaması, X29 borca 1000 manat pul alması, Şahid21 3000 manat borca pul alması, Şahid23 İbrahim qızından borca 5000 manat alması, Şahid29 hər hansı adla pul almaması, Şahid31 Yaqub oğlu, X157, Şahid36 və Feruz Allahverdiyevdən, eləcə də X229 və Şahid24 İsa qızından hər hansı məbləğdə pul almamaması, X39 2018-ci ilin iyul ayında Qarabağ müharibəsi zamanı yaralanması ilə əlaqədar müvafıq tibbi sənədlərin alınmasına köməklik göstərilməsi üçün 3000 manat deyil 2500 manat alması ilə bağlı ifadəsində göstərilən xüsusatlar işin faktiki halları ilə uyğun gəlmədiyindən sübut kimi qəbul olunmadan rədd edilməsinə, X145 və X121 əlillik dərəcəsi təyin edilməsi epizodları üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham verilməməsinə, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 və Şahid15 arasında danışıqlar əks olunmuş disklər və Təqsirləndirilən şəxs1 əlyazmalarının l8.11.2019-cu il tarixli qərarla maddi sübut kimi tanınmalarının nəzərə alınmasına, məhkəmə-fonoskopik ekspertizasının 12.11.2019-cu il tarixli 25604 nömrəli, Məhkəmə xətşunaslıq ekspertizasının 18.10.2019-cu il tarixli 25605 nömrəli rəyi və məhkəmə tibbi ekspertizasının 13.11.2019-cu il tarixli 457.4/KEŞ saylı, 457.6/KEŞ saylı, 457.2/KEŞ saylı, 457.5/KEŞ saylı rəyləri sübut növu kimi tanınaraq cinayət işinə əlavə edilməsinə dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 noyabr 2019-cu il tarixli ******* nömrəli “Təqsirləndirilən şəxsə elan olunmuş ittiham dəyişdirilməsi , ona əlavələr edilməklə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki,cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yenidən ittihm elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 noyabr 2019-cu il tarixli 2036 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən Daşkəsən şəhəri H.Əliyev 26, mənzil 3 qeydiyyatdadır. Ailə üzvləri- həyat yoldaşı İsmayılova Aynur Xurşid qızı, qızı -X50, oğlu-X51, X63, X14 ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 8 noyabr 2019-cu il tarixli 129 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 1975-ci ildə Daşkəsən şəhərində anadan olub, o Daşkəsən şəhəri H.Əliyev küçəsi ev 26 mənzil 3-də yaşamışdır. Yaşadığı müddətdə qonşularla münasibəti yaxşı olmuşdur. Onun haqqında Daşkəsən şəhər Kommunal-Müəssisələri Kombinatına nə yazılı nə də şifahi şikayət daxil olmamışdır. Ailəlidir. Dörd övladı var. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 noyabr 2019-cu il tarixli 004949 nömrəli “ Qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki , 19 avqust 1975-ci ildə Daşkəsən şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 29 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimmkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 noyabr 2019- cu il tarixli 004965 nömrəli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 noyabr 2019-cu il tarixli 199 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən Gəncə şəhəri C.Rəfibəyli küçəsində qeydiyyatdadır. Ailə üzvləri: həyat yoldaşı- X86, oğlu- X106, oğlu- X87, gəlini-X30, nəvəsi- X107, nəvəsi- X52 ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 noyabr 2019-cu il tarixli 004967 nömrəli “ Qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, xx.xx.1959-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Gəncə şəhər 1 X192 xəstəxanasının pediatrik şöbəsinin sahə həkim pediatrı işləyən, ünvan 2-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxx” ASC-dən 23 yanvar 2019-cu il tarixli 125000/2-02-529 nömrəli məktubdan görünür ki, hesab açılmadan fiziki şəxslər arasında beynəlxalq sürətli pul köçürmələrinin aparılmasını təmin edən Xəzri pulköçürmə sistemi ilə 13 sentyabr 2018-ci il tarixdə Şahid26 Səməd oğlu tərəfindən Təqsirləndirilən şəxs1 köçürülən məbləğ “xxxx” ASC-ə məxsus A0127002 nömrəli bankomatda (Gəncə şəhəri H.Əliyev prospekti 101A ünvanında yerləşən X201) aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxx” ASC-dən 23 yanvar 2019-cu il tarixli 125000/2-02-530 nömrəli məktubdan görünür ki, hesab açılmadan fiziki şəxslər arasında beynəlxalq sürətli pul köçürmələrinin aparılmasını təmin edən Xəzri pulköçürmə sistemi ilə 08 sentyabr 2018-ci il tarixdə Şahid25 tərəfindən Təqsirləndirilən şəxs1 köçürülən məbləğ “xxxx” ASC-ə məxsus A0127017 nömrəli bankomatda (Gəncə şəhəri Kəpəz rayonu N.Gəncəvi prospekti 24 B ünvanında yerləşən Kəpəz filialından) aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 noyabr 2018-ci il tarixdə “xxxx” ASC-nin Gəncə kart Mərkəz filialında Şahid28 adına AZ55AİİB******************** nömrəli hesab açılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Abşeron rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli 1(012)-235/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15.12.2019-cu il tarixdən 17.12.2019-cu il tarixdək şübhəli şəxs qismində saxlandığı 02 gün, 25.08.2020-ci il tarixdən 14.10.2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 21 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 il 02 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Sumqayıt şəhər Probasiya Xidmətinin 20.05.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli 1(012)-235/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilnib qəti olaraq 02 il 02 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzasının çəkilməsi məqsədi ilə məhkum 19 noyabr 2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Cəzasının çəkilməmiş hissəsi 01 il 08 ay 17 gün təşkil edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında vermiş olduğu ifadədə onun hər hansı bir şəxsə qarşı dələduzluq etməməsinə dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3, 32.4, 312.2 maddələrində və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4 və 312.2 maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onlar tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Məhkəmə hesab edir ki, belə bir nəticəyə gəlməyə məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanmış sübutların toplusu imkan verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3, 32.4, 312.2-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 32.4 , 312.2-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onların törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 İ Qarabağ Müharibəsinin iştirakçısı (veteranı) olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, könüllü istintaq orqanına gəlib təslim olması, vurulmuş ziyanın bir hissəsini ödəməsini, əlil olmasını, himayəsində 2-si əlil 2-si azyaşlı olmaqla 4 uşağının olmasını, həyat yoldaşı X93 xəstə olmasını, digər iştirakçıların ifşa olmasında köməklik göstərməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını, qadın olmasını, yaşlı olmasını, dəymiş ziyan üzrə 8500 manat ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara ittiham elan edildiyi CM-in 312.2-ci maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini cəzalarını ağırlaşdıran hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yaşlı qadın olmasını, dəymiş ziyan üzrə 8500 manat ödəməsini bununla da, cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən (cəza çəkmədən) onun islah olunması mümkündür. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalı və təyin edilmiş cəza şərti tətbiq olunmaqla, barəsində sınaq müddəti müəyyən edilməli, onun üzərinə qanunla müəyyən edilmiş qaydada vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o dərhal məhkəmə zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 may 2019-cu il tarixli “Axtarışda olan şəxsin könüllü gələrək təslim olması və tutulması haqqında” protokoldan görünür ki, Daşkəsən RPŞ-nin İQ-nun icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs1 21.05.2019-cu il tarixdə könüllü olaraq Daşkəsən polis şöbəsinə gələrək özünü təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 may 2019-cu il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzərətə altına vermə qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 21.05.2019-cu il tarixdən 23.05.2019-cu il tarixədək, bu iş üzrə üç gün tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Abşeron rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli 1(012)-235/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15.12.2019-cu il tarixdən 17.12.2019-cu il tarixdək şübhəli şəxs qismində saxlandığı 02 gün, 25.08.2020-ci il tarixdən 14.10.2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 21 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 il 02 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Sumqayıt şəhər Probasiya Xidmətinin 20.05.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli 1(012)-235/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilnib qəti olaraq 02 il 02 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzasının çəkilməsi məqsədi ilə məhkum 19 noyabr 2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Cəzasının çəkilməmiş hissəsi 01 il 08 ay 17 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzaya Abşeron rayon Məhkəməsinin 1(011)-235/2020 saylı 14.10.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş və çəkilməmiş 01 il 08 ay 17 gün növündə cəza Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələblərinə riayiət edilməklə qismən birləşdirilməli və qəti cəza təyin edilməlidir. Göstərilənlərdən savayı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3 və 32.4, 312.2-ci, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci, maddəsinin sanksyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası nəzərdə tutulmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinin tələblərini rəhbər tutub hesab edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın məqsədinə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) nail olunması üçün onlara əsas cəza ilə yanaşı müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Belə olan halda, həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən qeyd edilən cəza növü əlavə cəza kimi bir ildən üç ilədək müddətə təyin edilir. Məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli Qərarının tələbləri baxımından da əsaslıdır. Belə ki, qeyd edilən qərarda birmənalı göstərilmişdir ki, müəyyən vəzifə tutma hüququndan məhrum etmə əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 əlyazmaları və CD disklər cinayət işinin materillarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni quvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs1 əlyazmaları və CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 404 (dörd yüz dörd) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 404 (dörd yüz dörd) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 göstərilmiş 90 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi2 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 540 manat, Təqsirləndirilən şəxs2 göstərilmiş 90 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 540 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3 maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilməklə 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilməklə 2 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas və əlavə cəzalar qismən toplanmaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 3 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 21 may 2019-cu il tarixdən 23 may 2019-cu il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 3 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Abşeron rayon Məhkəməsinin 1(011)-235/2020 saylı 14.10.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 02 il 02 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 08 ay 17 gündən ibarət hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hazırki hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilərək qəti olaraq Təqsirləndirilən şəxs1 3 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 20 may 2021-ci il tarixdən hesablansın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilməklə 2 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 4 il sınaq müddəti ilə şərti hesab edislin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Gəncə Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs1 əlyazmaları və CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 404 (dörd yüz dörd) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş 90 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi2 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 540 manat, Təqsirləndirilən şəxs2 göstərilmiş 90 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 540 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti onla verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: Ellmin Rüstəmov (sədrlik edən) Dadaş İmanov Xəqani Səmədov