Məhkəmə qərarları › İş №1(100)-10/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-10/2022

28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-10/2022 28.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 26.01.2020-ci il tarixdə, saat 10 radələrindən saat 11 radələrinədək olan müddət ərzində Göygöl rayonu, Yeni Qızılca kəndində ev heyvanlarının satışının həyata keçirildiyi “Mal bazarı” adlanan bazarın yaxınlığında yerləşən “Çənlibel” kafesinin qarşısında dayanıqlı vəziyyətdə olan və Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2107” markalı, **-RN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sağ ön şüşəsini sındırmaqla qapısını açaraq avtomobilin salonuna daxil olub oradan 60 manat nağd pulu, Tailand Respublikası istehsalı olan “Pioneer” markalı, “DEHX1950UB” modelli 150 manat dəyərində 1 ədəd audiomaqnitafonu və Çin Respublikası istehsalı olan 4 giqabayt yaddaşa malik 15 manat dəyərində 1 ədəd mikro kartı, ümumilikdə isə zərərçəkmiş şəxsin vahid niyyətlə 225 manat dəyərində əmlakını tamah məqsədilə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar 09.02.2020-ci il tarixdə, saat 09 radələrindən saat 11 radələrinədək olan müddət ərzində Göygöl rayonu, Yeni Qızılca kəndində ev heyvanlarının satışının həyata keçirildiyi “Mal bazarı” adlanan bazarın yaxınlığında dayanıqlı vəziyyətdə olan və Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2107” markalı, **-DF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin kilidlənməmiş qapısını açmaqla salonuna daxil olub oradan Thailand Respublikası istehsalı olan “Pioneer” markalı, “DEH9350SD” modelli 320 manat dəyərində 1 ədəd audiomaqnitafonu və Çin Respublikası istehsalı olan “Samsung” markalı, “GT- C3322” modelli 15 manat dəyərində 1 ədəd mobil telefonu, ümumilikdə isə zərərçəkmiş şəxsin vahid niyyətlə 335 manat dəyərində əmlakını tamah məqsədilə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən xaşxaş bitkisindən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 519.82 qram külli miqdarda narkotik vasitə olan tiryəki satış məqsədi ilə qanunsuz olaraq əldə edib 11.659 qram çəkidə olan hissəsini bir ədəd siqaret qutusunun içərisində ağ rəngli sellofana büküb gizlətməklə eyni məqsəd ilə üzərində saxlayaraq daşımış, 508.161 qram olan hissəsini isə bir ədəd qara rəngli sellofan torbanın içərisində hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 272.465 qram, 132.361 qram və 103.335 qram olmaqla üç ədəd qara rəngli sellofan torbalarda bükümlərə ayıraraq yaşadığı Gəncə şəhəri, 77 saylı Texniki Peşə məktəbinin yataqxanasındakı 1 otaqlı mənzilində olan çarpayının üzərindəki döşəyin altında eyni məqsəd ilə gizlətməklə saxlamış, Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13.02.2020-ci il tarixdə, saat 14:10 dəqiqədə Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində, yolun kənarında saxlanılıb Kəpəz rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərinə baxış keçirildikdə əynindəki göy rəngli gödəkçənin sağ yan cibində olan bir ədəd siqaret qutusunun içərisindən ağ rəngli sellofana bükülü vəziyyətdə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 11.659 qram narkotik vasitə olan tiryək, bundan sonra isə yaşadığı Gəncə şəhəri, 77 saylı Texniki Peşə məktəbinin yataqxanasındakı 1 otaqlı mənzilinə baxış keçirildikdə həmin mənzildə olan çarpayının üzərindəki döşəyin altından bir ədəd qara rəngli sellofan torbanın içərisində olmaqla hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 272.465 qram, 132.361 qram və 103.335 qram, ümumi təmiz çəkisi isə külli miqdarda olan 508.161 qram olan üç ədəd ayrı-ayrı qara rəngli sellofan torbalara bükülü vəziyyətdə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə özünü təqsirli bilərək, 234.4.3-cü maddəsi ilə isə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, 77 saylı Texniki Peşə məktəbinin yataqxanasında tək yaşamışdır. Həyat yoldaşı ondan ayrı yaşadığı üçün azyaşlı övladı da həyat yoldaşının himayəsində olmuşdur. Özünün maddi imkanı zəifdir. Bunun üçün oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 26 yanvar 2020-ci il tarixdə, saat 10 radələrində Göygöl rayonu ərazisində yerləşən “Mal bazarı”na gəlmiş və bazarda bir qədər gəzdikdən sonra pulu olmadığı üçün bazardan çıxıb yaxınlıqda olan boş sahəyə getmişdir. Həmin sahədə avtomobillər dayandığını görmüş, həmin vaxt özü avtomobillərin birindən nəsə oğurlayıb sataraq pul əldə etmək barədə qərara gəlmiş və orada olan ağ rəngli, “VAZ 2107” markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilə yaxınlaşmışdır. Həmin avtomobilin yan şüşəsindən avtomobilin içərisinə baxanda sürət ötürücüsünün yanında pul olduğunu görüb yerdən daş götürmüş və həmin avtomobilin qabaq sağ qapısının şüşəsini sındıraraq avtomobilin içərisinə daxil olmuşdur. O, sürət ötürücüsünün yanında olan 60 manat pulu götürmüşdür. Həmin vaxt orada bir bankomat kartı da olmuş, lakin kartı götürməmişdir. Bu vaxt avtomobildə “Pioneer” markalı audiomaqnitafon və üzərində 1 ədəd yaddaş kartı da olmuşdur. O, həmin audiomaqnitafonla üzərində olan kartı da yerindən çıxararaq özüylə götürüb avtomobildən çıxıb oradan uzaqlaşmışdır. Həmin gün Gəncə şəhər avtovağzalının yaxınlığına getmiş və orada “VAZ 2107” markalı avtomobildən oğurladığı “Pioneer” markalı audiomaqnitafonu yaddaş kartı ilə birlikdə yolun kənarında nasaz vəziyyətdə dayanmış dövlət qeydiyyat nömrə nişanına diqqət etmədiyi “Kamaz” markalı yük avtomobilinin tanımadığı sürücüsünə 20 manata satmışdır. Həmin “VAZ 2107” markalı avtomobildən oğurluq nəticəsində əldə olunmuş pulları isə öz ehtiyacları üçün xərcləmişdir. 09 fevral 2020-ci il tarixdə yaşadığı ünvandan çıxaraq təkcə Göygöl rayon ərazisində yerləşən “Mal bazarı” nın yaxınlığına yeznəsi Vilayətlə görüşmək üçün getmişdir. Orada hərəkət edən zaman, təxminən 30 metr sonra yolun sağında yerləşən torpaq tökməklə hündürləşdirilmiş yerdə dayanan avtomobillərə yaxınlaşmış və yenə də avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Ona görə də həmin yerdə dayanmış qara rəngli, “VAZ 2107” markalı, **-DF-*** nömrə nişanlı avtomobilə yaxınlaşaraq avtomobilin şüşəsindən içəri baxanda gör sürət ötürücüsünün yanında “Samsung” markalı mobil telefon görmüşdür. O, avtomobilin qapısını yoxlayanda açıq olmasını müəyyən etmiş və ilk olaraq, kənarda kimlərin olub-olmamasına nəzər salmışdır. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra avtomobilin qapısını açıb içərisində oturmuş və sürət ötürücüsünün yanında olan sadə “Samsung” markalı mobil telefonu götürmüşdür. Bundan sonra avtomobildə olan “Pioneer” markalı audiomaqnitafonu da əliylə söküb yerindən çıxartmaqla oğurlamışdır. Hər iki əşyanı üzərində olan qara rəngli sellofan torbaya qoyaraq özüylə götürməklə avtomobilin yanından Gəncə şəhər istiqamətində hərəkət etmişdir. Bir az hərəkət etdikdən sonra şəhər arası işləyən 7 nömrəli marşrut avtobusuna minərək Gəncə şəhərində “Xan arxı” deyilən yerə getmişdir. Orada əvvəlcədən tanıdığı “VAZ 2106” markalı, **-MT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan Mətləb adlı şəxsə yaxınlaşaraq içərisində maqnitafon və bir ədəd telefon olan sellofan torbanı Mətləbə verib 3 manat pul verməklə yaşadığı ünvana aparmasını xahiş etmişdir. Bundan sonra “Xan arxı” deyilən yerdə çayxanaların birində əyləşmişdir. Həmin müddətdə isə polis əməkdaşları yaxınlaşaraq onu Göygöl RPŞ-yə dəvət etmişlər. 26 yanvar 2020-ci il tarixdə Göygöl rayonu ərazisində yerləşən “Mal bazarı”nın yaxınlığında Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2107” markalı, **- RN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən oğurladığı audiomaqnitafonu və yaddaş kartını satan zaman həmin əşyaların oğurluq olması barədə “Kamaz” markalı avtomobilin sürücüsünə heç bir söz deməmiş, həmin əşyaların özünə məxsus olduğunu, hazırda pul lazım olduğu üçün satdığını bildirmişdir. O, qeyd olunan əşyaları satdığı həmin şəxsi tanımır, harada yaşamasını bilmir, təsadüfən yolun kənarında dayandığını görüb oğurladığı əşyaları həmin şəxsə satmışdır. Bundan başqa, o, Mətləb adlı taksi sürücüsünə 3 manat verib həmin əşyaları yaşadığı evə aparmasını xahiş edərkən həmin əşyaların nə olmasını və haradan almasını Mətləbə deməmiş, sonuncu da həmin əşyaları sadəcə taksi kimi qəbul etmişdir. Əvvəllər narkotik vasitə olan heroindən və tiryəkdən istifadə etmişdir. 13 fevral 2020-ci il tarixdə, saat 14 radələrində oğurluq hadisəsi ilə Göygöl polis şöbəsindən izahat verib qayıtmış və marşurut avtobusundan Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində dayanacaqda düşmüşdür. Bu zaman bir neçə polis əməkdaşı ona yaxınlaşaraq onu saxlayıb Kəpəz RPİ-nə aparmışlar. Orada Şahin adlı polis əməkdaşı onu döyərək rayon ərazisindən oğurluq etməsində ittiham etmiş, o isə Kəpəz rayonu ərazisindən oğurluq etmədiyini bildirmişdir. Sonra onu Şahin adlı polis əməkdaşı onu narkotik vasitə saxlamaqla CM-nin 234.1-ci maddəsi ilə tutduracağını deyərək ona təzyiq göstərmiş və məcbur olub onun dedikləri ilə razı olmuşdur. Bundan sonra onun üzərinə narkotik vasitə qoyulmuş, bir az da yaşadığı evə narkotik vasitə qoyacaqlarını bildirmişlər. O da məcbur olun razılaşmışdır. Sonra dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və videoçəklişlə hüquq və vəzifələri izah edilərək polis əməkdaşları və adını sonradan bildiyi dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd siqaret qutusunun içərisində, sellofan bükülüdə ona məxsus tiryək aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin tiryək elektron tərəzidə çəkilmiş və çəkisi 12 qram təşkil etmişdir. Sonra isə həmin kütlə zərfdə qablaşdırılaraq zərfin üzəri Azərbaycan Respublikası DİN-in 120 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar, eləcə də onun özü tərəfdən imzalanmışdır. Bundan sonra isə bu barədə protokol tərtib olunmuşdur. Sonra onun yaşadığı evdə narkotik vaistə olması ehtimalı ilə bağlı polis əməkdaşları həmin evə baxış keçirmək istəmiş, ona bu barədə ərizə yazmasını dedikləri üçün o ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Evə baxış zamanı o, polis əməkdaşlarının onaə əvvəlcədən başa saldıqları kimi narkotik vasitənin harada olmasını könüllü olaraq göstərmişdir. Belə ki, o, güya çarpayının üzərindəki döşəyin altında gizlətdiyi qara rəngli sellofan torbada olan 3 ədəd sellofana bükülü vəziyyətdə narkotik vasitə olan tiryəki polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, lakin çəkilmə zamanı tərəzidə müəyyyən nasazlıq olduğu üçün çəkilər düzgün əks olunmamışdır. Sonda isə müəyyən edilmişdir ki, bükümlərdən biri 287 qram çəkidə, biri 75 qram çəkidə, digəri isə 170 qram çəkidə olmaqla, ümumilikdə 532 qram təşkil edir. Həmin bükümlər oradaca qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa, yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələri yerdən taparkən həmin narkotik vasitə ayrı-ayrı bükümlər şəklində idi. Ona dedikləri kimi əvvəlki izahat və ifadələrində qeyd edilən narkotik vasitəni pul müqabilində şəxsi istifadəsi üçün Bakı şəhərində Ağa kimi tanıdığı şəxsdən aldığını bildirmişdir. Sonra ona demişlər ki, üzərindən və mənzilindən aşkar edilmiş narkotik vasitələri tutulmazdan bir neçə gün əvvəl yaşadığı binanın yaxınlığında yerdən tapdığını və içərisində olan kütlələrin narkotik vasitə olduğunu bilib öz istifadəsi üçün saxladığını desin. Bu barədə qorxusundan heç kimə o cümlədən müdafiəçisinə bir söz deməmişdir. O, həmin narkotik vasitəni heç kimdən nə isə müqabilində almamış, Ağa ləqəbli şəxsi də tanımır. Bütün bunlara baxmayaraq oğurluq cinayətlərini törətdiyi üçün əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 09 fevral 2020-ci il tarixdə, saat 09:30-da etibarnamə əsasında idarə etdiyi atası X6 məxsus qara rəngli, VAZ 2107 markalı, **-DF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Göygöl rayonu ərazisində yerləşən mal bazarına getmişdir. Avtomobili yolun kənarında yerləşən torpaq doldurulmuş yerdə saxlayaraq bazara girmişdir. Həmin vaxt onun avtomobilinin qapılarının açıq və ya bağlı vəziyyətdə olmasını xatırlamır. Həmin gün saat 11:30 radələrində geriyə qayıtdıqda avtomobildə quraşdırılmış vəziyyətdə olan 320 manat dəyərində 1 ədəd “Pioneer 9350” markalı maqnitafonun və akkumlyatoru olmayan 1 ədəd 15 manat dəyərində “Samsung 3322” markalı mobil telefonun naməlum şəxs(lər) tərəfindən oğurlanmasını aşkar edərək bu barədə polisə müraciət etmişdir. Cinayət işi üzrə istintaq zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29.03.2020-ci il tarixli, 5543 saylı rəyinin ona aid olan müvafiq hissəsi ilə razı deyildir. Ona məxsus VAZ 2107 markalı avtomobildən oğurlanmış 1 ədəd “Pioneer” markalı, “DEH9350SD” modelli maqnitafonun qiyməti 160 manat deyil 320 manat manat olmuşdur. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 26 yanvar 2020-ci il tarixdə, saat 10 radələrində idarə etdiyi VAZ 2107 markalı, **-RN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Göygöl rayonu ərazisində yerləşən “Mal bazarı”na getmişdir. Avtomobili isə bazarın yaxınlığında yolun kənarında yerləşən torpaq doldurulmuş yerdə saxlayaraq bazara girmişdir. Təxminən, 1 saat sonra, yəni saat 11 radələrində o, bazardan çıxıb qayıtdıqda avtomobilin qabaq sağ qapısının şüşəsinin sınmış vəziyyətdə olduğunu görmüşdür. O, tez avtomobilin salonuna baxdıqda avtomobildə quraşdırılmış vəziyyətdə olan 150 manata aldığı “Pioneer” markalı, “DEH-X1950UB” markalı audiomaqnitafonun və üzərində olan 15 manata aldığı 4 gb yaddaş kartının yerindən çıxarıldığını, həmçinin sürət ötürücüsünün yanında qoyduğu 60 manat pulunun naməlum şəxs(lər) tərəfindən oğurlanmasını aşkar etmişdir. Buna görə özü Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Cinayət işi üzrə istintaq zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 mart 2020-ci il tarixli, 5543 saylı rəyinin ona aid olan hissəsi ilə razı deyil. Belə ki, ona məxsus VAZ 2107 markalı avtomobildən oğurlanmış 1 ədəd “Pioneer” markalı, “DEHX1950UB” modelli maqnitafonun qiyməti 150 manat, 1 ədəd 4 giqabayt yaddaşa malik mikro kartın qiyməti isə 15 manat olmuş və hadisə nəticəsində onun 225 manat dəyərinə əmlakı oğurlanmış, avtomobilinin şüşəsinin sındırılması nəticəsində isə ona 15 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası DİO-da xidmət edir, polis leytenantı xüsusi rütbəsini daşıyır. Təqsirləndirilən şəxs 13 fevral 2020-ci il tarixdən etibarən, narkotik vasitə əldə edib üzərində saxlaması ilə bağlı keçirdikləri əməliyyat tədbiri nəticəsində tanımış və Təqsirləndirilən şəxsla arasında heç bir ədavət, düşmənçilik münasibətləri olmamışdır. Həmin gün, yəni 13 fevral 2020-ci il tarixdə Gəncə şəhəri, 77 saylı Texniki Peşə Məktəbinin yataqxanasında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı tərəfindən müvafiq qərar qəbul edilməklə onun, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Seymur Quliyev və Kəpəz RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili, polis kiçik serjantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Belə ki, 13 fevral 2020-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində, yolun kənarında tərəflərindən saxlanılmış və Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasına aparılmışdır. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baş əməliyyat müvəkkili Seymur Quliyevin, kiçik əməliyyat müvəkkili Şahid2 və müdafiəçisinin, eləcə də onun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən siqaret qutusunun içərisində olan və sellofana bükülü vəziyyətdə, ilk baxışdan narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilərək müvafiq zərfin içərisində qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra qeyd edilən əməliyyat məlumatının yoxlanılması üçün Təqsirləndirilən şəxs özünün razılığı ilə yaşadığı Gəncə şəhəri 77 saylı Texniki Peşə Məktəbinin Yataqxanasında ikinci mərtəbə yerləşən mənzilinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mənzildəki çarpayının üzərində olan döşəyin altından 1 ədəd qara rəngli sellofana bükülü vəziyyətdə, içərisində üç ədəd ayrıayrı sellofan torbalara bükülmüş narkotik vasitə olan tiryəkə bənzər kütləni könüllü qaydada çıxarıb təqdim etmişdir. Həmin kütlələr də elektron tərəzidə çəkilərək müvafiq zərfin içərisində qablaşdırılmış və möhürlənmişdir. Çəkilmə zamanı elektron tərəzidə müəyyən nasazlıq yarandığı üçün narkotik vasitələrin çəkiləri elektron tərəzidə düzgün əks olunmamış, lakin sonda tərəzidə göstərilən çəkilər protokolda qeyd edilmişdir. Təqsirləndirilən şəxs ilkin dindirmə zamanı həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Ağa ləqəbli şəxsdən pul müqabilində aldığını bildirsə də, həmin şəxsin kim olması və deyilən məlumatın nə dərəcədə doğru olmasının müəyyənləşdilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hazırda onun Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni hansı mənbədən əldə etməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdikləri həqiqətə uyğun deyildir, ona heç kim fiziki və ya psizi zor tətbiq etməmiş, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələr ona məxsus olmuş, hes kim onun üzərinə və ya evinə narkotik vasitə qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 10 fevral 2020-ci il tarixdə Göygöl RPŞ-nin əməkdaşları onunla telefon əlaqəsi saxlayaraq qardaşı Mətləbin əvvəldən tanıdığı Sahil adlı şəxsdən 1 ədəd maqnitafon və 1 ədəd mobil telefon almasını bildirmiş, lakin o, xəbəri olmadığını demişdir. Bundan sonra qardaşı Mətləbin harada olmasını soruşmuşlar. O, isə hal-hazırda Mətəbin yerini bilmədiyini demişdir. Bundan sonra o, qardaşı Mətləbin həyat yoldaşı Elmira ilə telefon əlaqəsi saxlamış, Elmira isə Mətləbin evdə olmadığını bildirmişdir. O, Elmiradan məsələdən xəbərdar olub-olmadığını soruşmuş, Elmira isə heç nədən xəbərinin olmadığını və qardaşı Mətləbin idarə etdiyi VAZ 2106 markalı, **-MT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin isə hazırda onun atası Firuddin kimi çağırdıqları Rasimin evində olduğunu demişdir. Avtomobilə orada baxış keçirə biləcəklərini bildirmişdir. Bundan sonra onlar polis əməkdaşları ilə Rasimin yaşadığı ünvan 3 ünvana gedərək qardaşı Mətləbə məxsus VAZ 2106 markalı, **-MT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirmişlər. Avtomobilin yük yerində 1 ədəd “Pioneer” markalı audiomaqnitafon və 1 ədəd “Samsung” markalı mobil telefon olan sellofan torba aşkar olunmuşdur. Bundan sonra o, həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 09 fevral 2020-ci il tarixdə taksi kimi idarə etdiyi Vaz 2106 markalı avtomobillə Gəncə şəhəri, “Xan arxı” adlanan yerdə durub sərnişin gözləyən zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq bildirmişdir ki, avtomobil üçün audiomaqnitafon satır. O, həmin maqnitafonun qiymətini Sahildən maraqlandıqda sonuncu ona 100 manatdan artıq qiymət demiş, onun isə pulu olmadığı üçün almamışdır. Sonra Sahil həmin audiomaqnitafonu və cibindən çıxartdığı mobil telefonu sellofan torbaya qoyub 3 manat xidmət haqqı pulla birlikdə ona verərək həmin əşyaları özünün yaşadığı evə aparmasını, qardaşının götürəcəyini bildirmişdir. Bundan sonra Sahil oradan çıxıb getmiş, özü isə oradan qaynatasının yaşadığı evə getmişdir. O, qaynatasının evində olan zaman dostu ona zəng edərək birlikdə Gürcüstan Respublikasına gedib avtomobil üçün ehtiyyat hissələri alıb gətirməyi xahiş etdiyi üçün dostu ilə birlikdə Gürcüstan Respublikasına yola düşmüşdür. O, özünə məxsus olan VAZ 2106 markalı avtomobili qaynatasının yaşadığı evin qapısında saxlamış, getdiyi üçün Sahilin ona verdiyi əşyaları onun yaşadığı evə aparmaq yadından çıxmışdır. O, Gürcüstan Respublikasında olan zaman evdən onunla əlaqə saxlayıb bildirmişlər ki, polis əməkdaşları onu axtarır. O, nə ilə bağlı axtarıldığını soruşduqda ona bildirmişlər ki, Sahil ona maqnitafon verdiyi üçün axtarılır. O da bildirmişdir ki, Sahil ona evlərinə aparmaq üçün maqnitafon və mobil telefon vermiş, həmin maqnitafon və telefon isə avtomobilin yük yerində qalmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ona qeyd edilən əşyaların oğurluq yolu ilə əldə edilməsi barədə heç bir söz deməmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 13.02.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməkdə əldə edib üzərində gəzdirməkdə, yaşadığı evdə saxlamaqda və satmaqda şübhəli olması barədə əməliyyat məlumatı ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Baxış keçirilməsi və götürmə haqqında» 13.02.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən aşakra olunmuş siqaret qutusunda rəngsiz sellofana bükülü aşkar olundu. Bükülü açıldıqda içərisində kəskin iyili, çəhrayı rəngli, ilk baxışdan narkotik vasitə olan tiryəkəoxşar kütlə aşkar olunaraq götürüldü. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs üzərindən boş kibrit kutusu, alışqan, darağ və 9 ədəd siqaret aşkar olundu. Həmin kütlə qablaşdırıldı və möhürləndi. «Baxış keçirilməsi və götürmə haqqında» 13.02.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri 77 saylı Texniki Peşə Məktəbinin yataqxanasında yerləşən mənzilində çarpayının üzərində olan döşəyin altından qara rəngli selofan, içərisində 3 ədəd qara rəngli selofana bükülmüş kəkin iyli ilk baxışdan narkotik vasitə olan tiryəkə oxşar tünd çəhrayı rəngli kütlə aşkar olunaraq götürüldü. Həmin kütlə qablaşdırıldı və möhürləndi. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 09.02.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Göygöl rayonu Üçtəpə kəndinin ərazisidir.Zərərçəkmiş şəxs1 məxsus VAZ 2107 markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sürətlər qutusunun yanında olan “Samsung” markalı mobil telefon və ön hissədən “Pioner 9350” markalı maqintafon sökülərəl yerindən çıxarılımış vəziyyətdədir.Baxış zamanı heç bir maddi subut götürülmədi. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 26.01.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Göygöl rayonu Yeni Qızılca kəndinin ərazisində Mal bazarının yaxınlında «Çənlibel» adlı kefeyə gedən avtomobil yoludur. Avtomobil yolunda dayan dayanmış VAZ 2107 markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsi sındırılmışdır.Avtomobildə maqintafon yerində deyil.Avtomobildə digər zədə müəyyən edilmədi. «Baxış keçirilməsi və götürülməsi haqqında» 10.02.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus VAZ 2107 markalı, ** DF *** dövlət qeydiyyat nişanlı qara avtomobilin salonundan “Samsung” markalı mobil telefon və ön hissədən “Pioner 9350” markalı maqintafonu oğurlanması barədə məlumatla bağlı aparılan araşdırma zamanı qeyd edilən əşyaları oğurlayan Təqsirləndirilən şəxs maqintafonu və telefonu tanışı taksi sürücüsü Mətləb adlı şəxsə verməsi ilə əlaqədar, Mətləbə məxsus 99 MT-662 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir.Baxış zamanı araşdırma üçün mühüm əhəmiyyət kəsb etdiyindən 1 ədəd “Pioner 9350” markalı maqintafon və 1 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. «Diskə baxış keçirilməsi haqqında» 04.02.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə, habelə yaşadığı mənzilə videoçəkiliş aparılmaqla baxış aparılmasının videogörüntüləri olan 1 ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, özünü polis leytenantı Şahid1 kimi təqdim edən şəxs görüntünün 08:25 dəqiqəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirir. İlk öncə Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibinə baxış keçirilir və həmin cibdən 1 ədəd siqaret qutusu aşkar edilir. Həmin qutunun içərisinə baxış zamanı içərisində olan siqaret silindirləri ilə yanaşı ağ rəngli sellofana bükülü vəziyyətdə kütlə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış davam etdirilsə də onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilmir. Görüntüdə təhqiqatçı N.Məmmədov şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs həmin kütlənin nə olması və haradan əldə etməsi barədə sual verir. Şübhəli şəxs Təqsirləndirilən şəxs cavab olaraq bildirir ki, həmin kütlə narkotik vasitə olan tiryəkdir və onun özünə məxsusdur, öz şəxsi istifadəsi məqsədilə üzərində gəzdirir. Təqsirləndirilən şəxs, həmçinin bildirir ki, o, həmin narkotik vasitəni Bakı şəhərində əvvəlcədən tanıdığı “Ağa” ləqəbli şəxsdən almışdır. Bundan sonra həmin kütlə elektron tərəziyə qoyulub çəkilir və onun çəkisi 12 qram olduğu müəyyən edilir. Ardınca həmin büküm zərfə qoyularaq qablaşdırılır, möhürlənir və imzalarla təsdiq edilir. Diskə baxış zamanı, həmçinin müəyyən edilir ki, baxış və götürmə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, 77 saylı Texniki Peşə Məktəbinin yataqxananın 2-ci mərtəbəsində olan mənzildə aparılır. Qeyd edilən mənzil 1 otaqdan ibarət olmaqla mənzildə iki çarpayı, bir ədəd peç vardır. Mənzilə girərkən Təqsirləndirilən şəxs mənzildə axtarışa ehtiyac olmadığını bildirərək saxladığı narkotik vasitənin çarpayının üzərində olan döşəyin altında olduğunu bildirir və döşəyi qaldırıb narkotik vasitə sayılan tiryək olduğunu bildirdiyi kütləni təqdim edir. Həmin kütlə bir ədəd qara rəngli sellofan torbanın içərisində olmaqla üç ədəd ayrı-ayrı qara rəngli sellofan torbalardadır.Həmin vaxt təhqiqatçı N.Məmmədov şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs həmin kütlənin nə olması və haradan əldə etməsi barədə sual verir. Şübhəli şəxs Təqsirləndirilən şəxs cavab olaraq bildirir ki, həmin kütlə narkotik vasitə olan tiryəkdir və onun özünə məxsusdur, öz şəxsi istifadəsi məqsədilə yaşadığı mənzildə gizlədib. Təqsirləndirilən şəxs, həmçinin bildirir ki, o, həmin narkotik vasitəni Bakı şəhərində əvvəlcədən tanıdığı Ağa ləqəbli şəxsdən almışdır. Bundan sonra, həmin kütlələr ayrı-ayrılıqda elektron tərəziyə qoyulub çəkilir.Həmin kütlələr elektron tərəzidə çəkilərkən tərəzidə müəyyən nasazlıq olduğu, çəkilərin düzgün göstərilmədiyi müəyyən edilir. Sonda həmin kütlələrin hər birinin çəkisi müvafiq olaraq 170 qram, 287 qram, 75 qram olmaqla, ümumi çəkisi 532 qram təşkil edir. Bundan sonra həmin bükümlər zərfə qoyularaq qablaşdırılır, möhürlənir və imzalarla təsdiq edilir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 5(043)-25/2020 saylı qərarından görünür ki, 13.02.2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarının məhkəmə nəzarəti qaydasında yoxlanmasından imtina edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin 16 mart 2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, əməliyyat tapşırığı əsasında Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni haradan əldə etməsini, X2 dövriyyəsində bir qrup şəxs təşkil edib-etməməsini, eləcə də “Ağa” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Göygöl Rayon Polis Şöbəsinin 04 may 2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus avtomobildən oğurluq yolu ilə ələ keçirdiyi 1 ədəd audiomaqnitafonu və 1 ədəd yaddaş kartını Gəncə şəhəri, S.Rüstəmov küçəsində dayanıb müştəri gözləyən su maşınlarından birinin sürücüsünə 20 manata satması müəyyən edilmiş, lakin həmin sürücünün şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. «İfadənin yerində yoxlanılması haqqında» 06.05.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerlərində bir daha göstərərək ifadəsini təsdiq etmişdir. İstintaq hərərəkəti icra edilərkən şübhəli şəxs tərəfindən törədilmiş cinayətin üsul və mexanizminin baş vermiş cinayət hadisələri ilə üstüstə düşməsi müəyyən edilmişdir. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Materialların məhkəmə ekspertizasının 14.02.2020-ci il tarixli 128 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs sağ cibindən aşkar olunmuş narkotik vasitə” yazıları və imzalar olan kağız paketdəki bir ədəd şəffaf rəngli sellofan torbacıqda təmiz çəkisi-11.659 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək olmaqla, təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən müəyyən olunan narkotik vasitə...” yazıları və imzalar olan kağız paketdəki,1 ədəd qara rəngli polietilen kəsiyinə bükülmüş və 2 ədəd açıq şəkildə ayrıayrılıqda təmiz çəkiləri 272.465 qram, 132.361 qram, 103.335 qram, ümumi təmiz çəkisi- 508.161 qram maddələr, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir. Materialların məhkəmə ekspertizasının 22.05.2020-ci il tarixli 16/352 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs sağ cibindən aşkar olunmuş narkotik vasitə” yazıları və imzalar olan kağız paketdəki tiryək ilə üzərində ““Təqsirləndirilən şəxs yaşadığı evdən müəyyən olunan narkotik vaistə” yazılar və imzalar olan kağız paketdəki tiryəklər xarici əlamətlərinə və tərkib komponentlərinə görə eynidirlər. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29.03.2020-ci il tarixli 5543 saylı rəyindən görünür ki, Tailand Respublikası istehsalı olan 1 ədəd PİONEER DEH-9350SD markalı audiomaqnitafonun orta bazar qiyməti nəzəri qaydada, təxminən 160 manat, Tailand Respublikası istehsalı olan 1 ədəd PİONEER DEHX1950UB markalı audiomaqnitafonun orta bazar qiyməti nəzəri qaydada, təxminən 60 manat, Çin Respublikası istehsalı olan 1 ədəd SAMSUNG GT-C3322 markalı mobil telefonun orta bazar qiyməti nəzəri qaydada, təxminən 15 manat, Çin Respublikası istehsalı olan 1 ədəd 4GB yaddaşa malik mikro kartın orta bazar qiyməti nəzəri qaydada, təxminən 3 manat olaraq müəyyən edilmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 29.03.2020-ci il tarixli 224 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməklə, tərkibində narkotik vasitə olan tiryək alkaloidlərindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməklə, Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmaqla narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülməsi qeyd edilmişdir. Gəncə şəhər Psixonevroloji Dispanserinin 10.04.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin 29.02.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. “Şübhəli şəxsin tutulması haqqında” 13.02.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 15.02.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 fevral 2020-ci ildən hesablanmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 13.07.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsin uzadılmasından imtina edilmiş və o, dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 13.07.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X12 arasında 21.07.2017-ci il tarixdə Gəncə ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 1441 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur.Tərəflərin birgə nakahlarından 10.06.2012-ci il təvəllüdlü X14 anası X3 himayəsində saxlanılmış və X10 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs hər ay 130 manat sabil pul məbləğində aliment tutularaq X7 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 31.03.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 153-cü maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Əzizov X9-Qubadlı Hərbi Məhkəməsinin 10.06.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333, 24-cü maddəsi ilə təqsirli bilinib 01 il 02 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 04.06.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17.03.2010-cu il tarixli “Əfv” sərəncamına əsasən, cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının başlanğıcı 16.09.2020-ci il tarixdən hesablanmışdır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 06.01.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü manasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilmiş və ona Şəmkir Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 02 ay 09 gün hissəsi 06 ay azaldımışdır. Gəncə şəhər 1 saylı mənzil istismar sahəsinin 29.02.2020-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Texniki Peşə Məktəbi 77 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 07.05.2020-ci il tarixli qəbzdən görünür ki, 1 ədəd “Pioner 9350” markalı maqintafon və 1 ədəd “Samsung” markalı mobil telefon Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. «Sübutların qiymətləndirilməsi haqqında» 02.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzilindən aşkar edilərək götürülmüş ümumilikdə 519,82 qram çəkidə narkotik vaistə tiryəkin əldə edilməsi mənbəyi ilə bağlı fakta görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş üzrə maddi sübutlar ekspertiza tədqiqatından sonra qalıq qalmış, ümumilikdə 519.22 qram narkotik vasitə olan tiryək, Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmiş, 1 ədəd “Pioneer” markalı, “DEH9350SD” model audiomaqnitafon və 1 ədəd “Samsung” markalı, “GT-C3322” model mobil telefon saxlanılması üçün sahibinə qaytarılmışdır. Eləcə də bir ədəd DVD və bir ədəd CD disk isə cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 oğlunun məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilmədiyini, üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə olan tiryəkin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə olan heroindən və tiryəkdən istifadə etmişdir. 13 fevral 2020-ci il tarixdə, saat 14 radələrində Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yolun kənarı ilə yaşadığı evə gedərkən bir müddət əvvəl yaşadığı binanın yaxınlığında yerdən tapmış olduğu tiryəkin müəyyən bir miqdarı üzərində-siqaret qutusunda olmuşdur. Özü 13 fevral 2020-ci il tarixdə tutulan gün Şəmkir rayonuna getməli idi. Bir müddət orada qalacağı üçün özüylə bir qədər artıq tiryək götürmüşdür ki, orada istifadə etsin. Həmin vaxt 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək onu saxlamış və özləri ilə birlikdə Gəncə şəhər Kəpəz RPİ-yə aparmışdılar. Orada dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və videoçəklişlə hüquq və vəzifələri izah edilərək polis əməkdaşları və adını sonradan bildiyi dövlət hesabına təyin edilmiş vəkili X8 iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd siqaret qutusunun içərisində, sellofan bükülüdə ona məxsus tiryək aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin tiryək elektron tərəzidə çəkilmiş və çəkisi 12 qram təşkil etmişdir. Sonra isə həmin kütlə zərfdə qablaşdırılaraq zərfin üzəri Azərbaycan Respublikası DİN-in 120 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar, eləcə də onun özü tərəfdən imzalanmışdır. Bundan sonra isə bu barədə protokol tərtib olunmuşdur. Daha sonra onun yaşadığı evdə narkotik vaistə olması ehtimalı ilə bağlı polis əməkdaşları həmin evə baxış keçirmək istəmiş, o isə ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Evə baxış zamanı o, narkotik vaistənin harada olmasını könüllü olaraq göstərmişdir. Belə ki, o, çarpayının üzərindəki döşəyin altında gizlətdiyi qara rəngli sellofan torbada olan 3 ədəd sellofana bükülü vəziyyətdə narkotik vasitə olan tiryəki polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, lakin çəkilmə zamanı tərəzidə müəyyyən nasazlıq olduğu üçün çəkilər düzgün əks olunmamışdır. Sonda isə müəyyən edilmişdir ki, bükümlərdən biri 287 qram çəkidə, biri 75 qram çəkidə, digəri isə 170 qram çəkidə olmaqla, ümumilikdə 532 qram təşkil edir. Həmin bükümlər oradaca qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa, o, yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələri yerdən taparkən həmin narkotik vasitə ayrı-ayrı bükümlər şəklində idi. Həmin narkotik vasitədən az bir miqdarda özü istifadə etsə də, yaşadığı mənzildə tək yaşadığı üçün mənzilində narkotik vasitə olması barədə heç kimin məlumatı olmayıbdır. Həmçinin o, ifadəsinin sonunda bildirmişdir ki, üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələr onun özünə məxsusdur. Belə ki, o, üzərindən və mənzilindən aşkar edilmiş narkotik vasitələri tutulmazdan bir neçə gün əvvəl yaşadığı binanın yaxınlığında yerdən tapmış və içərisində olan kütlələrin narkotik vasitə olduğunu bilib öz istifadəsi üçün saxlamışdır. O, əvvəlki izahat və ifadələrində qeyd edilən narkotik vasitəni pul müqabilində şəxsi istifadəsi üçün Bakı şəhərində Ağa kimi tanıdığı şəxsdən aldığını bildirsə də, əslində Ağa ləqəbli şəxsi ümumiyyətlə tanımır. Belə ki, o, həmin narkotik vasitəni tutulmazdan bir neçə gün əvvəl yaşadığı binanın yaxınlığında yerdən tapmış və şəxsi istifadəsi üçün yaşadığı mənzilə aparıb gizlətmiş, bir qismini isə üzərində saxlamışdır ki, istifadə etsin. O, həmin narkotik vasitəni heç kimdən nə isə müqabilində almamış, Ağa ləqəbli şəxsi də tanımır. Belə bir yalanı polislərin ona inanmayacağını düşündüyü üçün bildirmişdir. Sonradan saxlanıldığı təcridxanada uzun-uzun düşünmüşdür ki, belə bir yalana ehtiyac yoxdur. Ona görə səmimi ifadə verir.Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 177.2.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X4 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən tiryək-şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 50 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satnmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamaları bükülməsi və işin halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamalarını, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına köməklik etməsini, himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Şəmkir rayon məhkəməsinin 11.10.2021-ci il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməllərini isə 26.10.2020 və 09.02.2020-ci il tarixlərdə törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini törədərkən “məhkumluğu olmayan şəxs” statusunda olmuş, həmin cinayət hadisəsini törətdiyi müddətdə onun barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olmamışdır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 06.01.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü manasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilmiş və ona Şəmkir Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 02 ay 09 gün hissəsi 06 ay azaldılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə, yəni hazırkı hökm üzrə təyin ediləcək cəza ilə Şəmkir Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 02 ay 09 gün hissəsindən “8 noyabr-Zəfər Günü manasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 06.01.2022-ci il tarixli qərarı ilə 6 aya azadılmış hissəsi yəni 08 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanmaq yolu qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 13.02.2020ci il tarixdə hazırki iş üzrə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 13.07.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs 13.02.2020-ci il tarixdən 13.07.2020-ci il tarixədək hazırki iş üzrə həbsdə olduğu 05 (beş) ay Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı tutulduğu 16.09.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış, ümumilikdə 519.22 qram narkotik vasitə olan tiryək, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyasının Daimi X13 Qrupu tərəfindən həyata keçirilməlidir. İş üzrə digər maddi sübutlar1 ədəd “Pioneer” markalı, “DEH9350SD” model audiomaqnitafon və 1 ədəd “Samsung” markalı, “GT-C3322” model mobil telefonun zərərçəkmiş şəxs qaytarılması, bir ədəd DVD və bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona CM-nin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, Şəmkir Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 02 ay 09 gün hissəsindən “8 noyabr-Zəfər Günü manasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 06.01.2022-ci il tarixli qərarı ilə 06 aya azadılmış hissəsi yəni, 08 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13.02.2020-ci il tarixdən 13.07.2020-ci il tarixədək hazırki iş üzrə həbsdə olduğu 05 (beş) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) il azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı tutulduğu 16 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış, ümumilikdə 519.22 qram narkotik vasitə olan tiryək, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyasının Daimi X13 Qrupu tərəfindən həyata keçirilsin. İş üzrə digər maddi sübutlar 1 ədəd “Pioneer” markalı, “DEH9350SD” model audiomaqnitafon və 1 ədəd “Samsung” markalı, “GT-C3322” model mobil telefonun zərərçəkmiş şəxs qaytarılması, bir ədəd DVD və bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar