Məhkəmə qərarları › İş №1(100)-10/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-10/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-10/2023 25.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), X16 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri X5, X17, X9, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Tərtər şəhəri, X52 küçəsi, ev 70-də faktiki yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4,308.1, 311.3.2, 313 və 32.4,313-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə və verilmiş mülki iddiaya açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi üzrə 26 may 2011-ci il tarixli 09/11-408 saylı əmrlə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin Ünvanlı Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən sektor müdiri kimi ünvanlı Sosial yardım və müavinət təyinatı prosesinə rəhbərlik etməklə həmin dövrdə qüvvədə olmuş Dövlət Sosial Müdafiə Fondunun sədrinin 13 aprel 2012-ci il tarixli 434 nömrəli əmri ilə təsdiq edilmiş “İnzibati vəzifələr üzrə vəzifə təlimatları”na əsasən sektora rəhbərlik edilməsi, sektora daxil olan vəsaitlərin düzgün xərclənməsi və təyinatı üzrə istifadəsinə nəzarətin təmin edilməsi, müavinətlərin qüvvədə olan qanunvericiliyə uyğun olaraq verilməsi, eləcə də həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına əsasən sosial yardımın təyin edilməsi üçün sənədlərin qəbul edilməsini təşkil etmək, ailənin gəlir və əmlakı haqqında məlumatların təsdiq edilmiş müvafiq formalar üzrə doldurulmasına nəzarət etmək, bəyan edilmiş məlumatların düzgünlüyünü, sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsinin əsaslarını yoxlamaq, həmçinin ərizə və ona əlavə olunmuş sənədləri ərizəçinin şəxsiyyət vəsiqəsi və təqdim etdiyi digər sənədləri onların əsli ilə qarşılıqlı yoxlamaq, zəruri hesab olunan hallarda yoxlanılmalarını təşkil etmək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 saylı qərarı ilə təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X11»na əsasən, müəssisə, idarə və təşkilat rəhbərlərinin əmr, tapşırıq və sərəncamlarının vaxtlı-vaxtında yerinə yetirilməsi, müavinətlərin təyin olunması üçün lazımi sənədlərin rəsmiləşdirilməsi, eləcə də Nazirlik tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən, vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi və digər səlahiyyətlərə malik, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak etmək də daxil olmaqla təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 21 oktyabr 2005-ci il tarixli “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2 və 3-cü maddəsinə əsasən ünvanlı sosial yardımla bağlı müraciəti əsasında rəhbərlik etdiyi sektorda aparılacaq yoxlama və uzlaşdırmaların nəticələrinin müavinətin təyin olunmasına imkan verəcək şəkildə qeyd edilməklə müraciətin müsbət həllində köməklik göstərilməsi ilə əlaqədar 2013-cü ilin avqust ayında özünə müraciət etmiş Şahid1 Tərtər şəhəri, Nizami küçəsi 23-də yerləşən xidməti iş otağında özü üçün dolayı yolla, yəni maddi nemət olan pul vəsaiti qismində ayrılacaq sosial yardımın yarısını rüşvət qismində şəxsən istəyib, Şahid1 razılıq verməsindən və sonuncunun adından edilmiş müvafiq müraciət qanuni əsaslarla təmin edilməklə 1 sentyabr 2013-cü il tarixdən hesablanmaqla ayda 125,36 manat olmaqla 1 il müddətə ona qanuni əsasla ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 avqust 2014-cü il tarixədək olan müddətdə ümumilikdə 1.504,32 manat (bir min beş yüz dörd manat otuz iki qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid1 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******0318 nömrəli plastik bank kartına köçürülməsinə və həmin plastik bank kartının sonuncu tərəfindən 2013-cü ilin dekabr ayında "xxxx" ASC-nin Tərtər rayon filialından götürülməsinə nail olmaqla, həmçinin, 2014-cü ilin oktyabr ayında Şahid1 eyni məzmunlu xahişi ilə əlaqədar onunla qeyd edilən xidməti iş otağında görüşləri zamanı sonuncudan özü üçün dolayı yolla, yəni maddi nemət olan pul vəsaiti qismində ayrılacaq sosial yardımın yarısını rüşvət qismində şəxsən istəyib, Şahid1 razılıq verməsindən və sonuncunun adından edilmiş müvafiq müraciət təsdiq edilməklə 1 noyabr 2014-cü il tarixdən hesablanmaqla ayda 142,1 manat olmaqla 1 il müddətə ona ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 oktyabr 2015-ci il tarixədək olan müddətdə ümumilikdə 1.705,2 manat (bir min yeddi yüz beş manat iyirmi qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid1 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******5045 nömrəli plastik bank kartına köçürülməsinə və həmin plastik bank kartının sonuncu tərəfindən 2014-cü ilin dekabr ayında "xxxx" ASC-nin Tərtər rayon filialından götürülməsinə nail olub, aralarındakı razılaşmaya əsasən, qeyd olunan hər iki kartı kartların götürülməsindən sonra Şahid1 alıb özündə saxlayaraq, həmin kartlara qeyd edilən müddətdə köçürülmüş cəmi 3.209,52 manat (üç min iki yüz doqquz manat əlli iki qəpik) məbləğində pul vəsaitini cinayətdən xəbərsiz olan müxtəlif şəxslərin vasitəsilə Tərtər rayonu ərazisində yerləşən ayrı-ayrı bankomatlardan qeyd edilən kartlardan istifadə etməklə məxaric edib, həmin pulun qeyd edilən müddətdə cəmi 1.050 manatını Şahid1 verib, qalan cəmi 2.159,52 manat (iki min bir yüz əlli doqquz manat əlli iki qəpik) məbləğində pul vəsaitini isə şəxsi ehtiyaclarına sərf etməklə, maddi nemət olan həmin pul vəsaitini özü üçün vahid niyyətlə dolayı yolla şəxsən Şahid1 rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 21 oktyabr 2005-ci il tarixli “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2 və 3-cü maddəsinə əsasən ünvanlı sosial yardımla bağlı müraciəti əsasında rəhbərlik etdiyi sektorda aparılacaq yoxlama və uzlaşdırmaların nəticələrinin müavinətin təyin olunmasına imkan verəcək şəkildə qeyd edilməklə müraciətin müsbət həllində köməklik göstərilməsi ilə əlaqədar 2014-cü ilin avqust ayında özünə müraciət etmiş Şahid3 qeyd edilən ünvanda yerləşən xidməti iş otağında görüşləri zamanı sonuncudan özü üçün dolayı yolla, yəni maddi nemət olan pul vəsaiti qismində ayrılacaq sosial yardımın yarısını rüşvət qismində şəxsən istəyib, Şahid3 razılıq verməsindən və sonuncunun adından edilmiş müvafiq müraciət qanuni əsaslarla təmin edilməklə 1 avqust 2014-cü il tarixdən hesablanmaqla ayda 164,39 manat olmaqla 1 il müddətə qanuni əsaslarla ona ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 iyul 2015-ci il tarixədək olan müddətdə ümumilikdə 1.972,68 manat (bir min doqquz yüz yetmiş iki manat altmış səkkiz qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid3 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******5849 nömrəli plastik bank kartına köçürülməsinə və həmin plastik bank kartının sonuncu tərəfindən 2014-cü ilin noyabr ayında "xxxx" ASC-nin Tərtər rayon filialından götürülməsinə nail olmaqla, həmçinin, 2015-ci ilin avqust ayında Şahid3 eyni məzmunlu xahişi ilə əlaqədar, onunla qeyd edilən xidməti iş otağında görüşləri zamanı sonuncudan özü üçün dolayı yolla, yəni maddi nemət olan pul vəsaiti qismində ayrılacaq sosial yardımın yarısını rüşvət qismində şəxsən istəyib, Şahid3 razılıq verməsindən və sonuncunun adından edilmiş müvafiq müraciət təsdiq edilməklə 1 avqust 2015-ci il tarixdən hesablanmaqla ayda 173,18 manat olmaqla 2 il müddətə, o cümlədən 08 yanvar 2016-cı il tarixdə əlavə 50 manat olmaqla qanuni əsaslarla ona ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 iyul 2017-ci il tarixədək olan müddətdə ümumilikdə 4.206,32 manat (dörd min iki yüz altı manat otuz iki qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid3 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******7564 nömrəli plastik bank kartına köçürülməsinə və həmin plastik bank kartının sonuncu tərəfindən 2015-ci ilin sentyabr ayında "xxxx" ASC-nin Tərtər rayon filialından götürülməsinə nail olub, aralarındakı razılaşmaya əsasən, qeyd olunan hər iki kartı kartların götürülməsindən sonra Şahid3 alıb özündə saxlayaraq, həmin kartlara köçürülmüş cəmi 6.179 (altı min bir yüz yetmiş doqquz) manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz olan müxtəlif şəxslərin vasitəsilə Tərtər rayonu ərazisində yerləşən ayrı-ayrı bankomatlardan qeyd edilən kartlardan istifadə etməklə məxaric edib, həmin pulun qeyd edilən müddətdə cəmi 2.700 manatını Şahid3 verib, qalan cəmi 3.479 (üç min dörd yüz yetmiş doqquz) manat məbləğində pul vəsaitini isə şəxsi ehtiyaclarına sərf etməklə, maddi nemət olan həmin pul vəsaitini özü üçün vahid niyyətlə dolayı yolla şəxsən Şahid3 təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 21 oktyabr 2005-ci il tarixli “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa və həmin Qanunun 6.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.3 və 3.3-cü bəndlərinə əsasən, ünvanlı sosial yardımla bağlı elektron formada müraciətin “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə edilməklə doldurulmuş “Ərizə-bəyannamə”nin X1 sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərilməsi ilə əlaqədar həmin altsistem tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə işlədiyi həmin Şöbəyə göndərilməklə icra ediləcək tapşırıq üzrə yoxlama və uzlaşdırmaların nəticələrinin sosial yardımın təyin olunmasına imkan verəcək şəkildə həmin altsistemdə qeyd edilməklə müraciətin qanuni əsaslarla müsbət həllinə görə 2016-cı ilin iyul ayında aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasında köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş Şahid9 qeyd edilən xidməti iş otağında görüşləri zamanı özü üçün dolayı yolla, yəni sonuncunun qızı X18 maddi nemət olan pul vəsaiti qismində ayrılacaq sosial yardımın yarısını rüşvət qismində şəxsən istəyib, Şahid9 razılıq verməsindən və Xəyalə Xanlarlının adından edilmiş müvafiq müraciət X1 sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində qanuni əsaslarla təsdiq edilməklə 1 avqust 2016-cı il tarixdən hesablanmaqla ayda 119,98 manat olmaqla 2 il müddətə qanuni əsaslarla ona ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 1 avqust 2018-ci il tarixədək olan müddətdə ümumilikdə 2.879,52 manat (iki min səkkiz yüz yetmiş doqquz manat əlli iki qəpik) məbləğində ünvanlı sosial yardımın Xəyalə Xanlarlının adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******9527 nömrəli plastik bank kartına köçürülməsinə və həmin plastik bank kartının sonuncu tərəfindən 2016-cı ilin oktyabr ayında "xxxx" ASC-nin Tərtər rayon filialından götürülməsinə nail olub, həmin karta yardım üzrə köçürülmüş pul vəsaitinin Şahid9 tərəfindən bankomatdan məxaric edilib nağdlaşdırılmasından sonra həmin pul vəsaitindən 2016-cı ilin noyabr ayından 2018-ci ilin avqust ayınadək hər ay 60 manat olmaqla, cəmi 1.440 (bir min dörd yüz qırx) manat məbləğində maddi nemət olan pul vəsaitini Tərtər şəhəri, Heydər Əliyev prospektində yerləşən Mərkəzi Bazarın daxilində Şahid9 özü üçün şəxsən dolayı yolla təkrarən rüşvət qismində almaqla şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 21 oktyabr 2005-ci il tarixli “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa və həmin Qanunun 6.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.3 və 3.3-cü bəndlərinə əsasən ünvanlı sosial yardımla bağlı elektron formada müraciətin “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə edilməklə doldurulmuş “Ərizə-bəyannamə”nin X1 sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərilməsi ilə əlaqədar həmin altsistem tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə işlədiyi həmin Şöbəyə göndərilməklə icra ediləcək tapşırıq üzrə yoxlama və uzlaşdırmaların nəticələrinin sosial yardımın təyin olunmasına imkan verəcək şəkildə həmin altsistemdə qeyd edilməklə qanuni əsaslarla müraciətin müsbət həllinə görə 2018-ci ilin fevral ayında barəsində Azərbaycan Respublikasının ərazisində yaşamaqla müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasında köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş Şahid10 qeyd edilən ünvanda yerləşən xidməti iş otağında özü üçün dolayı yolla, yəni maddi nemət olan pul vəsaiti qismində ayrılacaq sosial yardımın yarısını rüşvət qismində şəxsən istəyib, sonuncunun razılıq verməsindən sonra onun adından edilmiş müvafiq müraciət rəhbəri olduğu sektorda və X1 sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində təsdiq edilməklə 1 mart 2018-ci il tarixdən hesablanmaqla ayda 164,42 manat olmaqla 2 il müddətə, o cümlədən 27 dekabr 2018 və 30 dekabr 2019-cu il tarixlərdə əlavə olaraq hər dəfə 100 manat olmaqla qanuni əsaslarla ona ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 1 mart 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 4.146,08 manat (üç min doqquz yüz qırx altı manat səkkiz qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid10 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******5687 nömrəli plastik bank kartına köçürülməsinə və həmin plastik bank kartının sonuncu tərəfindən 2018-ci ilin may ayında "xxxx" ASC-nin Tərtər rayon filialından götürülməsinə nail olduqdan sonra həmin kartı Şahid10 alıb özündə saxlamaqla, həmin karta köçürülmüş cəmi 4.146,08 manat (dörd min bir yüz qırx altı manat səkkiz qəpik) məbləğində pul vəsaitini cinayətdən xəbərsiz olan müxtəlif şəxslərin vasitəsilə Tərtər rayonu ərazisində yerləşən ayrı-ayrı bankomatlardan qeyd edilən kartlardan istifadə etməklə məxaric edib, həmin pulun cəmi 1.920 manatını Şahid10 verib, qalan cəmi 2.226,08 manat (iki min iki yüz iyirmi altı manat səkkiz qəpik) məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, maddi nemət olan həmin pul vəsaitini özü üçün vahid niyyətlə Şahid10 dolayı yolla şəxsən təkrarən rüşvət qismində almışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş pul vəsaitini həmin Fondun Tərtər rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləyən digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində israf etmə yolu ilə talamaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, 2018-ci ilin oktyabr ayında aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasında şərait yaradılması üçün özünə müraciət etmiş Şahid11 digər şəxslə birlikdə köməklik etmək məqsədilə, tanışı olan Tərtər şəhəri ərazisində hüquqi şəxs yaratmadan ev quşlarının yetişdirilməsi sahəsində fərdi sahibkarlıqla məşğul olan vəzifəli şəxs (VÖEN **********) olan Tərtər rayon sakini Şahid12 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci madəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminə vahid şəxsi niyyətlə daxil edib vəzifə saxtakarlığı törədərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırmaqla bunun əsasında həmin şəxslərə guya təyin ediləcək maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına dair 2018-ci ilin oktyabr ayında qabaqcadan əlbir olduğu digər şəxs vasitəsi ilə müraciətinə əsasən Şahid12 razılığını alaraq onunla sövdələşməklə, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid12 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə sonuncunun Şahid11 ona məxsus ev quşlarının yetişdirilməsi müəssisəsində “xadimə” vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları xx.xx.2018-ci il tarixdə Tərtər şəhəri, Şakir Həsənov küçəsində yerləşən 4 nömrəli evində ona məxsus asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminə daxil edib Şahid12 qabaqcadan əlbir olduğu digər şəxslə birlikdə vəzifə səlahiyyətlərindən suiistifadə etmə və vəzifə saxtakarlığına təkrarən təhrik edib, həmin tarixli, 2PL7C52000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra ailə-məişət şəraitinin yoxlanışının nəticəsi üzrə vətəndaşın müraciətində göstərdiklərini həmin sistem üzərində qabaqcadan əlbir olduğu digər şəxslə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə ona məxsus asan imza ilə şəxsən təsdiqləyib, müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 sisteminin “Ünvanlı yardım” X38 və Təyinat Altsistemində (VEMTAS) 1 noyabr 2018-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid11 1 noyabr 2018-ci il tarixdən hesablanmaqla ayda 180,47 manat olmaqla 2 il müddətə, o cümlədən 27 dekabr 2018 və 30 dekabr 2019-cu il tarixlərdə əlavə olaraq hər dəfə 100 manat olmaqla qanunsuz və əsassız olaraq ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 1 noyabr 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 4.531,28 manat (dörd min beş yüz otuz bir manat iyirmi səkkiz qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid11 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******0360 nömrəli plastik bank kartına köçürülməsinə və həmin pul vəsaitinin Şahid11 və onun yaxınları tərəfindən Tərtər rayonu ərazisində bankomatlardan çıxarılmaqla şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş cəmi 4.531,28 manat (dörd min beş yüz otuz bir manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaitini təkrarən israf etmə yolu ilə talamış, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində informasiya resursuna şəxsi niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid12 vahid niyyətlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və təkrarən vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş pul vəsaitini həmin Fondun Tərtər rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləyən digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində israf etmə yolu ilə talamaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, 2019-cu ilin mart ayında aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasında şərait yaradılması üçün özünə müraciət etmiş Şahid6 digər şəxslə birlikdə köməklik etmək məqsədilə, tanışı olmaqla hüquqi şəxs yaratmadan Tərtər şəhəri ərazisində ev quşlarının yetişdirilməsi sahəsində fərdi sahibkarlıqla məşğul olan vəzifəli şəxs (VÖEN **********) Tərtər rayon sakini Şahid12 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci madəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminə vahid şəxsi niyyətlə daxil edib vəzifə saxtakarlığı törədərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırmaqla bunun əsasında həmin şəxslərə guya təyin ediləcək maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına dair 2019-cu ilin mart-aprel aylarında qabaqcadan əlbir olduğu digər şəxs vasitəsi ilə müraciətinə əsasən Şahid12 razılığını alaraq onunla sövdələşməklə, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid12 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə sonuncunun Şahid6 özünə məxsus ev quşlarının yetişdirilməsi müəssisəsində “quşlara qulluq göstərən və yemləyən işçi” vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları xx.xx.2019-cu il tarixdə Tərtər şəhəri, Şakir Həsənov küçəsində yerləşən 4 nömrəli evində ona məxsus asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminə daxil etməklə, Şahid12 digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına təkrarən təhrik edib, həmin tarixli, 2UY1Q7V000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra ailə-məişət şəraitinin yoxlanışının nəticəsi üzrə vətəndaşın müraciətində göstərdiklərini həmin sistem üzərində qabaqcadan əlbir olduğu digər şəxslə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə ona məxsus asan imza ilə şəxsən təsdiqləyib, müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 sisteminin “Ünvanlı yardım” X38 və Təyinat Altsistemində (VEMTAS) 19 aprel 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid6 1 aprel 2019-cu il tarixdən hesablanmaqla ayda 236,99 manat olmaqla 2 il müddətə, o cümlədən 30 dekabr 2019-cu il tarixdə əlavə olaraq 100 manat olmaqla qanunsuz və əsassız olaraq ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 1 aprel 2021-ci il tarixədək olan müddətdə ümumilikdə 5.787,76 manat (beş min yeddi yüz səksən yeddi manat yetmiş altı qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid6 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******7364 nömrəli plastik bank kartına köçürülməsinə və həmin pul vəsaitinin Şahid6 tərəfindən Tərtər rayonu ərazisində bankomatlardan çıxarılmaqla şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş cəmi 5.787,76 manat (beş min yeddi yüz səksən yeddi manat yetmiş altı qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində informasiya resursuna şəxsi niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid12 vahid niyyətlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmə və təkrarən vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş pul vəsaitini həmin Fondun Tərtər rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləyən digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində israf etmə yolu ilə talamaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, 2019-cu ilin mart ayında aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasında şərait yaradılması üçün özünə müraciət etmiş Şahid7 digər şəxslə birlikdə köməklik etmək məqsədilə, tanışı olan Tərtər şəhəri ərazisində hüquqi şəxs yaratmadan ev quşlarının yetişdirilməsi sahəsində fərdi sahibkarlıqla məşğul olan vəzifəli şəxs (VÖEN **********) olan Tərtər rayon sakini Şahid12 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci madəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminə vahid şəxsi niyyətlə daxil edib vəzifə saxtakarlığı törədərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırmaqla bunun əsasında həmin şəxslərə guya təyin ediləcək maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına dair digər şəxs vasitəsi ilə müraciətinə əsasən Şahid12 razılığını alaraq onunla sövdələşməklə, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid12 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə sonuncunun Şahid7 ona məxsus ev quşlarının yetişdirilməsi müəssisəsində “quşlara qulluq göstərən və yemləyən işçi” vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları xx.xx.2019-cu il tarixdə Tərtər şəhəri, Şakir Həsənov küçəsində yerləşən 4 nömrəli evində ona məxsus asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminə daxil edib Şahid12 digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına təkrarən təhrik edib, həmin tarixli, 1DUN0FL000400 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra ailə-məişət şəraitinin yoxlanışının nəticəsi üzrə vətəndaşın müraciətində göstərdiklərini həmin sistem üzərində qabaqcadan əlbir olduğu Şahid13 şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə ona məxsus asan imza ilə şəxsən təsdiqləyib, müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 sisteminin “Ünvanlı yardım” X38 və Təyinat Altsistemində (VEMTAS) 20 aprel 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid6 1 aprel 2019-cu il tarixdən hesablanmaqla ayda 148,80 manat olmaqla 2 il müddətə, o cümlədən 30 dekabr 2019-cu il tarixdə əlavə olaraq 100 manat olmaqla qanunsuz və əsassız olaraq ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 1 aprel 2021-ci il tarixədək olan müddətdə ümumilikdə 3.671,2 manat (üç min altı yüz yetmiş bir manat iyirmi qəpik) məbləğində ünvanlı sosial yardımın Məhərəm Vəliyevin adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******2228 nömrəli plastik bank kartına köçürülməsinə və həmin pul vəsaitinin Şahid7 tərəfindən Tərtər rayonu ərazisində bankomatlardan çıxarılmaqla şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş cəmi 3.671,2 manat (üç min altı yüz yetmiş bir manat iyirmi qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən israf etmə yolu ilə talamış, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində informasiya resursuna şəxsi niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid12 vahid niyyətlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və təkrarən vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni 21 oktyabr 2005-ci il tarixli “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa və həmin Qanunun 6.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.3 və 3.3-cü bəndlərinə əsasən ünvanlı sosial yardımla bağlı elektron formada müraciətin “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə edilməklə doldurulmuş “Ərizə-bəyannamə”nin X1 sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərilməsi ilə əlaqədar həmin altsistem tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə işlədiyi həmin Şöbəyə göndərilməklə icra ediləcək tapşırıq üzrə yoxlama və uzlaşdırmaların nəticələrinin sosial yardımın təyin olunmasına imkan verəcək şəkildə həmin altsistemdə qeyd edilməklə müraciətin müsbət həllinə və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin əsaslar olmadan qanunsuz olaraq sosial yardımın təyin olunmasında köməklik göstərilməsinə görə 2019-cu ilin aprel ayında barəsində Azərbaycan Respublikasının ərazisində yaşamaqla müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasında köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş Şahid2 qeyd edilən ünvanda yerləşən xidməti iş otağında görüşləri zamanı özü üçün birbaşa yolla maddi nemət olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitini əvvəlcədən rüşvət qismində istəməklə alıb, bundan sonra, maddi nemət olan pul vəsaiti qismində ayrılacaq sosial yardımdan da hər ay 80 manat olmaqla, cəmi 4 ay üzrə 320 manatı özü üçün dolayı yolla həmin görüşləri zamanı Şahid2 rüşvət qismində təkrarən istəməklə onun razılığını alıb, cinayətkar niyyətinə uyğun olaraq, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla ona etibar edilmiş pul vəsaitini də israf etmə yolu ilə talamaq məqsədilə Tərtər şəhəri ərazisində hüquqi şəxs yaratmadan ev quşlarının yetişdirilməsi sahəsində fərdi sahibkarlıqla məşğul olan vəzifəli şəxs (VÖEN **********) Tərtər rayon sakini Şahid12 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci madəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminə vahid şəxsi niyyətlə daxil edib vəzifə saxtakarlığı törədərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırmaqla bunun əsasında həmin şəxslərə guya təyin ediləcək maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına dair müraciətinə əsasən sonuncunun razılığını alaraq onunla sövdələşməklə, Şahid12 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə sonuncunun Şahid2 ona məxsus ev quşlarının yetişdirilməsi müəssisəsində “quşlara qulluq göstərən və yemləyən işçi” vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə Tərtər şəhəri, Şakir Həsənov küçəsində yerləşən 4 nömrəli evində ona məxsus asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminə daxil edib Şahid12 vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına təkrarən təhrik edib, qeyd olunan tarixlərdə müvafiq olaraq 4R8J9XN000100 və 4R8J9XN000200 nömrəli əmək müqaviləsi bildirişlərini əldə etdikdən sonra ailə-məişət şəraitinin yoxlanışının nəticəsi üzrə vətəndaşın müraciətində göstərdikləri həmin sistem üzərində rəhbəri olduğu sektorda asan imza ilə təsdiqlənib, müvafiq müraciət X1 sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində təsdiq edilməklə 1 may 2019-cu il tarixdən hesablanmaqla ayda 210,92 manat olmaqla, o cümlədən 30 dekabr 2019-cu il tarixdə 100 manat və 19 fevral 2020-ci il tarixdə 20 manat olaraq qanunsuz və əsassız olaraq ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 2.018,28 manat (iki min on səkkiz manat iyirmi səkkiz qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid2 adına "xxxx" ASCdən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******1537 nömrəli plastik bank kartına köçürülməsinə və həmin plastik bank kartının sonuncu tərəfindən 2019-cu ilin iyun ayında "xxxx" ASC-nin Tərtər rayon filialından götürülməsinə nail olub, həmin karta yardım üzrə köçürülmüş pul vəsaitinin sonuncu tərəfindən bankomatdan məxaric edilib nağdlaşdırılmasından sonra həmin pul vəsaitindən, 2019-cu ilin iyul-oktyabr ayları üzrə hər ay 80 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində maddi nemət olan pul vəsaitini cinayətdən xəbərsiz olan Tərtər şəhər sakini olan Şahid19 vasitəsilə Şahid2 özü üçün şəxsən dolayı yolla təkrarən rüşvət kimi alıb, ümumilikdə qeyd edilən qaydada Şahid2 özü üçün birbaşa və dolayı yolla şəxsən maddi nemət olan cəmi 570 (beş yüz yetmiş) manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf etmiş, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla ona etibar edilmiş cəmi 1448,28 manat (iki min on səkkiz manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən israf etmə yolu ilə talamış, Şahid12 vahid niyyətlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmənin hər iki tərkibinə verdiyi və yazılı təqdim etdiyi ifadəsində göstərdi ki, əməlində cinayət tərkibi əlamətləri olmadığı halda istintaq orqanı onu təqsirləndirilən şəxsə çevirmiş, cinayət törətmiş şəxslər isə məhkəmə məsuliyyətindən kənar qalmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 13 aprel 2012-ci il tarixli 434 nömrəli əmrlə Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin ünvanlı sosial yardım və müavinət sektorunun müdiri vəzifəsinə təyin edilmiş, 10 sentyabr 2019-cu ildə tutduğu vəzifədən azad edilmişdir Tabeçiliyində olduğu rəhbər şəxslər vəzifə səlahiyyətlərinin icra olunmasını məhdudlaşdırmışlar. 2016-cı ilin fevral ayınadək aztəminatlı ailələrin ünvanlı sosial yardımı almaq üçün müraciət etməsi, ünvanlı sosial yardımın təyin edilməsi, dayandırılması və ünvanlı sosial yardımn təyinatına imtina verilməsi işləri mərkəzdə aparılmış, həmin işlərin qanunvericiliyə əsasən icra olunmasına nəzarət rəhbəri olduğu sektor müdiri vəzifəsinə aid olsa da işlərin hamısına faktiki nəzarət mərkəzin direktorları və tabeçiliyində olan ünvanlı sosial yardım üzrə baş məsləhətçilərinin icrasında olmuşdur. İş bölgüsünü də direktorlar özü aparmaqla baş məsləhətçilər arasında bölgü etmişlər. Müraciət etmiş vətəndaşların evlərinə ailənin maddi məişət şəraitinin müayinə edilməsi üçün komissiya təşkil edilmişdir. Sənəd üzərində həmin komissiyanın tərkibində vəzifəsi qeyd edilsə də, heç bir evin maddi məişət şəraitin yoxlanmasında iştirak etməmiş və həmin toplanmış sənədlərin komissiya zamanı qəbul edilmiş qərar hissəsində imza etməmişdir. Buna səbəb kimlərin hansı məbləğdə təyinat alacağını bilməməyi olmuşdur. Rəhbəri olduğu ÜSY və Müavinət Sektorunun baş məsləhətçisi Şahid13 ona aid olan bütün səlahiyyətləri icra etmişdir. Şahid13 ARDSMF və Tərtər Rayon İcra Hakimiyyətinə daxil olmuş şikayət ərizələri əsasında DSMF-nin nümayəndəsi tərəfindən 2019 -cu ildə aparılmış ilkin araşdırma zamanı dövlətə dəymiş 38 000 (otuz səkkiz min) manat dəyərində olan ünvanlı sosial yardım sənədlərində onun imzası da saxtalaşdırılmışdır. 2015-ci ildə Mərkəzə təyin olunmuş yeni direktor X33 ünvanlı sosial yardım sənədlərinin bazaya yerləşdirilməsinə dair hər gün rəhbəri olduğu sektorun kompyüter bazasının şifrəsini dəyişdirərək baş məsləhətçilərə bildirmiş və baş məsləhətçilərə şifrənin ondan məxfi saxlanmasını tapşırmışdır. Məqsəd isə ünvanlı sosial yardımla bağlı müraciət etmiş şəxslər və komissiyada təyin olunmuş qərarlardan məlumatı olmaması olmuşdur. Dəfələrlə şifrəni işçilərdən soruşsa da ona “müdir dəyişdirib, biz deyə bilmərik” demişlər. Özü E.K.Məmmədovdan bunun səbəbini soruşduqda “mən belə istəyirəm!” demiş, rəhbərliyin mərkəzin müdirinin sözünü qoyub onun sözünü müdafiə edəcəyinə inanmadığı üçün rəhbərliyə məlumat verməmişdir. Aldığı əmək haqqına böyük ehtiyacı, himayəsində 1925-ci il təvəllüdlü, ağır ürək xəstəsi tək övladı özü olan anası olduğu üçün işdən çıxa bilməmişdir. 2016-cı ilin fevral ayından ünvanlı sosial yardımın müraciət edilməsi, təyin edilməsi, dayandırılması, xitam verilməsi və imtina edilməsi elektron sistemə keçirilmiş, işlədiyi sektorun baş məsləhətçilərinə elektron imza sifarişi verilmiş və sistemin öyrənilməsi üçün nazirliyə özü yox baş məsləhətçilər göndərilmişdir. Direktora “niyə mən getmirəm və niyə mənə elektron imza sifarişi verilmir?” sualını verəndə cavab olaraq “mən belə istəyirəm, bir də ki, Sən idarənin ictimai işlərində iştirak et, tədbirlərə get, baş məsləhətçilər də bu işləri icra etsinlər” eşitmişdir. Dəfələrlə təkid etdikdən sonra ona da elektron imza verilmiş, lakin heç vaxt həmin imzadan istifadə edə bilməmişdir. Buna səbəb isə mərkəzin rəhbərinin elektron imzanı deaktiv etməsi olmuş, bu barədə dəfələrlə Nazirliyin İT Xidmətinə yazılı müraciət etsə də bildirmişlər ki, tabeçiliyində olduğu şəxs tərəfindən bağlatdırılmış, yazılı müraciət olacağı təqdirdə aktiv ediləcəkdir . Müdirin etdikləri qanunsuz hərərkətləri ondan gizlətmdiyi üçün kənarlaşdırdıqlarını başa düşmüşdür. Hər rüb Nazirliyə hesabata getdikdə isə ünvanlı sosial yardıma aid statistik məlumatları elektron bazaya baxa bilmədiyi üçün tabeçiliyində olan Şahid13 Əsgər qızından almışdır. Qanunvericiliyə əsasən Nazirlik tərəfindən ünvanlı sosial yardım almaq üçün müraciət etmiş şəxslərin yaşadıqları evlərin maddi məişət şəraitinin müayinə edilməsi üçün göndərilmiş siyahını görmək və həmin evlərinin maddi məişət şəraitinin müayinəsi birbaşa həyata keçirmək öz səlahiyyətində olduğu halda müayinə olunmuş ailələrin siyahısının sadəcə sayını Şahid13 ala bilmişdir. Müdirə dəfələrlə səlahiyyətini məhdudlaşdırdığını desə də belə “belə məsləhət görürəm, get elə işlə, işləmək istəmirsən özün bil” sözlər demişdir. 2019-cu il sentyabr ayında işdən çıxarılma səbəbi isə ÜSY sektorunun baş məsləhətçisi Şahid13 ondan rüşvət alaraq ÜSY təyin etdirilməsi üçün adına iş yeri yazdıracağına dair Tərtər rayon sakininin ƏƏSMN və Tərtər rayon İcra Hakimiyyətinə etdiyi şikayətinin araşdırılması ilə bağlı olmuşdur. Nazirliyin nümayəndəsi Ədil adlı şəxs həmin şikayəti araşdırmaq üçün Tərtər rayon DSMF-yə ezam edilmiş, bir qrup şəxsə yüksək məbləğdə qanunsuz ÜSY təyin edilməsi aşkar edilmişdir. Dövlətə dəymiş 38 000 manat məbləğində olan ÜSY-nin təyin olunmasına dair aliələrin maddi məişət şəraitinin müayinəsini həyata keçirmək üçün aparılmış yoxlamalarda və tərtib edilmiş aktlarda özü iştirak etməmiş və imzaları saxtalaşdırılmışdır. Nazirliyin nümayəndəsinə verdiyi izahatda da qeyd etdiklərini bildirmiş, lakin imza saxtalaşdırılmasını ibtidai istintaq zamanı öyrənmişdir. DSMF isə tabeçiliyində olan və hüquqları pozulan işçiləri müdafiə etmək əvəzinə cinayət törətmiş işçi ilə birlikdə onu da işdən azad etmişdir. İbtidai araşdırma zamanı ilk dəfə Anar adlı prokurora 2019-cu ildə necə işləməsi barədə ifadə vermiş və bildirmişdir ki, işlədiyi dövrdə ondan İcra Hakimiyyəti, DSMF və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə heç bir şikayət daxil olmamışdır. Növbəti dəfə işin ibtidai istintaqını aparan müstəntiq Şahid21 Tərtər rayon prokurorluğunda eyni məzmunlu ifadə vermiş və aktlardakı imzaların onun tərəfindən icra edilib-edilməməsini yoxlamaq üçün ondan imza nümunələri götürülərək, xəttşünaslıq ekspertizası təyin edilmişdir. İbtidai istintaq dövründə bir neçə dəfə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Şahid21 xidməti otağında bu barədə onunla söhbət etmiş, Şahid21 isə onu təqsirləndirilən şəxs deyil, şahid qismində çağırdığını bildirmiş, hər dəfə dindirmənin sonunda nəyə qol çəkdiyini soruşduqda, “sənlik heçnə yoxdur, mən hara deyirəm ora qol çək” deyərək onu aldatmışdır. Müstəntiq heç vaxt ona təqsirləndirilən şəxs statusunda çağırıldığını demədiyinə görə idarəyə gedəndə müdafiəçisi olmamışdır. Şahid21 ona zəng edib,“təcili Fərid müəllim səni çağırır korrupsiya idarəsinə gəl” demiş, buna görə də həmin yerə getmiş, Tərtər rayonunda qonşusu Piri Müşviqi və bacanağı Şahid3 öz xidməti otağında görüşüb ondan şikayəti olub-olmayacağını soruşmuşdur. Piri Müşviq həmin vaxt ondan heç bir şikayəti olmadığını və olmayacağını bildirmiş, Şahid3 isə öz təhlükəsizliyinin təmin edilməsini xahiş etmişdir. Onlar otaqdan çıxdıqdan sonra Nicat ona suallar verib həmin şəxslərə hər hansı təsir göstərib göstərmədiyini soruşmuş, O isə “heç birinə məndən şikayət etməyin deməmişəm və bu barədə korrupsiya idrəsinə ərizə yazın demişəm” bildirmişdir. Nicat printerdən çıxartdığı izahat formasını ona oxumağa imkan vermədən “nə demisən, onu da yazmışam, tez qol çək adam tutmağa gedirəm” deyərək imzalatdırmışdır. Nicata təkrar heç birindən pul almadığını, pulun öz ailələrində olduğunu məsələni Piri Müşviqin anası və Şahid3 qaynanasını olan Ülkər adlı qadının bildiyini demişdir. Şahid21 ona inandığını, adını çəkdiyi bütün şəxsləri dəvət edib izahatını aldığını, çox adamın yığılmasına ehtiyac olmadığını, heç bir günahı olmadığını və şahid qismində dindirildiyini demişdir. Bir neçə aydan sonra isə Nicat Tərtər rayonunda baş həkimin müavini işləyən Mətanət adlı həkimlə ona xəbər göndərib guya xəstə olması barədə tibbi arayış alıb göndərməyini istəmiş, lakin xəstə olmadığı üçün həmin arayışı almamışdır. Bir müddət keçdikdən sonra həmin Mətanət adlı həkim vasitəsi ilə ona bildirmişdir ki, xəstə olması barədə evə təcili tibbi yardım çağırsın, lakin bunu da etməmişdir. Mətanət onu təcili yanına - xəstəxanaya cağırmış, Nicatın işini yekunlaşdıraraq onu işə bərpa edəcəyini demiş, lakin bununla razılaşmamışdır. Bir iki gün sonra sahə müvəkkili ona zəng edib, korrupsiya qarşı mübarizə idarəsinə getməli olduğunu demişdir. Həmin gün Mətanət həkim də ona zəng edib xəstəliyi barədə arayış alıb Nicata göndərməyi demiş, hansı xəstəliyi barədə arayış istənildiyini dedikdə özünün həll etdiyini demişdir. Şahid21lə həmin dövrdə hər hansı əlaqə saxlamamış, əlaqələri Mətanət vasitəsilə olmuşdur. Mətanət adlı həkim isə 2019-cu ildə rüşvətlə bağlı barəsində olan şikayətə görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılmış, Şahid21 Tərtər rayon Prokurorluğunda işlədiyin dövrdən onunla dostluq etmişdir. Şahid21lə Mətanət Hüseynova arasında yaxın əalqələrin olduğunu Tərtər rayonuna gələndə Mətanət həkimgildə qalması da təsdiq edir. Mətanət ona zəng edib Nicatla danışdığını, gəlməməyi demişdir. Lakin danışıqdan təxminən 10 dəqiqə keçmiş sahə müvəkkili evə gələrək təcili Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə getməli olduğunu və polis rəisinin qəbul edəcəyini bildirmişdir. Mətanət həkim danışdıqda müvəkkilə bildirməməyi deyəndə getməyi demişdir. Sahə müvəkkilinə “danışdım deyirlər ki biz xəbər edəndə gələrsən demişdir. Sahə müvəkkili telefonla danışdığı şəxsin kim olduğunu və telefon nömrəsini soruşduqda, Mətanətin tapşırığına əsasən kimlə danışdığını və nömrəni verməmiş, sahə müvəkkili öz rəisi ilə danışıb onu Tərtər rayon polis şöbəsinə aparmalı olduğunu bildirmişdir. Oğlu Yavuz sahə müvəkkilinə anasını özünün gətirəcəyini demiş, oğlu ilə birlikdə əvvəlcə Tərtər rayon X12 həkimin yanına getmişlər. Sahə müvəkkili isə öz avtomobili ilə onları izləmişdir. Mətanət həkimə “nə məsələdir mənim başıma bu nə oyundur açmısan? Məni nə vaxt çağırıblar korrupsiya idarəsinə getmişəm. Niyə mənə bildirməmisiz ki, mən ora getməliyəm evimə polis nəfəri göndərir?” deyəndə Mətanət Nicatla danışıb boş şeydir narahat olmayın, mən polisə heç bir məlumat verməmişəm” demişdir. Mətanət həkim ona xəstə olması barədə arayış verib sabah getməyi demiş xəstəxanadan çıxanda sahə müvəkkili onlara yaxınlaşıb rəisin gözlədiyini dediyi üçün xəstəxanadan birbaşa Tərtər rayon polis şöbəsinə getmişlər. Rəis müavini onları qəbul edib Bakıya getməli olduğunu bildirmiş, sonradan kiməsə zəng edib xəstə olduğunu deyib telefonu ona vermişdir. Telefondakı şəxs Şahid21 olmuş, ona heç kimə, heçnə deməməyi Mətanətə dediyi vaxtda idarəyə gəlməyi demişdir. Təcili Bakıya gedərək Şahid21 qəbulunda olmuş, Nicat xeyli sayda komputerdən çıxma A4 vərəqləri qarşısına qoyaraq göstərdiyi yerlərə qol çəkməyimi bildirmişdir. Oxumaq istəyəndə acıqlı şəkildə bütün bunların xeyrinə olduğunu deyib təcili qol çəkməyi tapşırmış, qol çəkmədikdə isə acıqlı şəkildə bütün vərəqləri əzib bükərək birazdan onu çağıracağını demişdir. Korrupsiya qarşı Mübarizə İdarəsinin qarşısında olarkən Mətanət həkim ona zəng vurub, Şahid21 sənədləri imzalamadığı üçün işə bərpasının mümkün olmayacağını, sənədləri imzalayacağı halda hər şeyin qaydasında olacağını bildirmişdir. Şahid21 yenidən onu yanına çağırıb gülə-gülə “arada Mətanət var ha Həcər...mən sənə heç vaxt pislik etmərəm!” deyərək yenidən sənədlərə qol çəkməyi demiş, onu aldadaraq istədiyi sənədlərə əlini ancaq imza yerlərinə qoyaraq və sənədləri oxumağa imkan verməyərək imza atmağı bildirmişdir. Otağa bir oğlan daxil olmuş, bir neçə dəqiqə sonra Şahid21 də gəlmişdir. Sənədlərin işə bərpa olunması üçün vacib sənədlər olduğunu və həmin oğlanın vəkil kimi dövlət hesabına təyin olduğunu demişdir. Tanımadığı həmin vəkil onunla heç bir söhbət etməyib Şahid21 üzünə baxanda Nicat pulunun olmadığını, ödənişi özünün edəcəyini demişdir. Şahid21 pul məsələsinin nə olduğunu soruşanda isə “eybi yox, sonra sən mənə ödəyərsən” deyib sağollaşaraq ayrılmış, heç bir günahı olmadığını və işə bərpa ediləcəyini bildirmişdir. Bir neçə gün sonra Nicat yenidən onu Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə çağırmış, həmişə qəbul etdiyi yerdə deyil, bir neçə pilləkən aşağıda qəbul etmişdir. Yenidən əvvəlki kimi bir neçə sənədlərə qol çəkməyi söyləyib, Həbibə, Elşad və Anar barədə suallar vermişdir. Onların kimlərdənsə pul almasını soruşduqda şahidi olmadığını bildirmiş, Nicat isə ona Həbibənin haqqında pis fikirlər söylədiyini, yaxşı davranmadığını deyib Həbibəgil barədə məlumat verməyi dəfələrlə təkid etmişdir. O, heç bir xəbəri olmadığını deyib otaqdan çıxmışdır. Pilləkənlərdən qalxanda Nicat ona işə bərpa olunduqdan sonra 2 illik əmək haqqı (təxminən 30 000 manatdan çox pul) veriləcəyini və bu məbləğin yarısını Mətanət bilməmək şərtilə ona verməyi xahiş etmişdir. O, Nicata pul istəmədiyini, işə bərpa olan kimi yenidən öz xahiş ilə ərizə yazib işdən çıxacağını deyib sağollaşmışdır. Bir müddət sonra Şahid21 Tərtər rayon Prokurorluğunda olduğunu Mətanət həkimdən öyrənmiş, sonuncu Nicatın onu qəbul edəcəyini demişdir. Təxminən 19:00-da Mətanət həkim zəng edərək Nicatın onu gözlədiyini bildirmiş, oğlu Yavuzla birlikdə rayon prokurorluğuna getmişlər. Nicat oğluna qonşu otaqdan bir neçə “A 4” vərəq gətirməsini demiş, Yavuz otaqdan çıxdıqdan sonra isə dərhal qarşısına bir neçə sənəd qoyaraq “bu sənin işə bərpa olunmağın üçün yekun sənədlərdir” deyib oxumadan imzalamağını istəmişdir. Yavuz otağa daxil olduğu üçün həmin sənədləri dərhal yığışdırmış, həmin vaxt sənədlərə imza edə bilməmişdir. Yavuza başqa bir sənəd verib onu imzalamağı istəmiş, oğlu oxuduqdan sonra imza etmişdir. Bundan sonra Yavuzdan şəxsiyyət vəsiqəsinin olub-olmadığını soruşmuş, Yavuz vəsiqənin üstündə olmadığını bildirdikdə vəsiqəni götürmək üçün onu evə göndərmiş, Yavuz getdikdən sonra sənədləri yenidən qarşısına qoyub tez qol çəkməyini istəmişdir. Sənədin işə bərpa olunmağı üçün vacib sənədlər olduğunu bildirdiyinə görə sənədlərə oxumadan imza etmişdir. İşin istintaqını aparan müstəntiq Şahid21 təkcə onun deyil, ibtidai istintaq zamanı ifadələri alınmış bütün şahidlərin ifadələrini təhrif edib, ona qarşı qanunsuz və əsassız ittiham vermişdir. Məhkəmə istintaqı zamanı dindirilmış şahidlər ifadələrinin müstəntiq tərəfindən yazıldığını, oxumadan imzaladıqlarını və istintaq zamanı vermiş olduqları ifadələrin həqiqəti əks etdirmədiyini bildirmişlər. Ona elan olunmuş ittiham bilərəkdən və məqsədyönlü şəkildə saxtalaşdırılmış, əməllərində cinayət tərkibi əlamətləri olmadığı halda təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmə istintaqına verilmişdir. Lakin haqqında şikayət olunan, dövlətə 38000 manat ziyan vuran, onun imzalarını saxtalaşdıran, vəzifə və səlahiyyətlərimi icra edən Şahid13 Şahid21lə əlbir olub Həbibənin etdiyi qanunsuzluqları gizlətmək məqsədilə müstəntiq onu cəlb etmişdir. Şahid13, X4 təqsirləndirilmələrinə dair cinayət işi ayrılmış lakin cinayət işinin məhkəməyə göndərilməsini yolverilməz dərəcədə uzadılmasına səbəb olan halın nədən ibarət olması qeyd edilməmiş, qərar formal olaraq müstəntiq tərəfindən qəbul edilmiş, bilərəkdən və məqsədyönlü şəkildə məhkəmə aidiyyatı üzrə göndərilmiş, ayrılan cinayət işi üzrə icraat isə heç bir əsas olmadan dayandırılmışdır. Cinayət Prosessual Məcəllənin tələbləri kobud şəkildə pozulmuşdur. Bununla bağlı məhkəmə hazırlıq iclasında müdafiəçisi tərəfindən cinayət işinin baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət verilsə də, məhkəmə heç bir əsas gətirmədən vəsasəti təmin etməmiş, məhkəmə istintaqı zamanı ziddiyyətli məqamlar üzə çıxmışdır ki, yekunda məhkəmənin bu hallara qiymət verməsi cinayət qanunvericiliyi baxımından mümkün deyildir. İbtidai istintaq orqanının məqsədyönlü şəkildə işlətdiyi istintaq taktikası, yəni əməlində cinayət tərkibinin əlamətləri olmayan şəxsin barəsində cinayət işinin materiallarını ayırıb, məhkəmə istintaqına verilməsi, cinayət törətmiş şəxsləri isə məqsədli şəkildə cinayət məsuliyyətindən kənarlaşdırılması məhkəmə istintaqı zamanı bir daha sübuta yetirilmişdir. Məhkəmədə dindirilmiş Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin əməkdaşı olmuş Şahid14 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin əksinə vicdanlı işçi olduğunu, işlədiyi müddətdə hər hansı nöqsanı olmadığını, kimlərdənsə pul qarşılığında qanunsuz ünvanlı sosial yardım təyin etmədiyini, bu barədə hər hansı məlumat eşitmədiyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin müstəntiq tərəfindən yazıldığını, ifadəni oxumadan qol çəkdiyini, özünün həmin dövrdə sektor müdiri olsa da ünvanlı sosial yardım təyin edilməsi ilə bağlı hər hansı bir səlahiyyəti olmadığını, müraciət edən şəxslər tərəfindən daxil olan məlumatların düzgünlüyünü yoxlamaq, müayinə aktının tərtibinin işçilər tərəfindən həyata keçirildiyini, heç bir müayinədə iştirak etmədiyini, 2016-ci ilin fevral ayından sonra isə Dövlət Sosial Müdafiə Fondunun X1 sisteminin “Ünvanlı Yardım” X38 və X47 (VEMTAS) vətəndaşların özləri tərfindən daxil edilmiş məlumatları yoxlayaraq, düzgünlüyünü təsdiq etmək və həmin məlumatları Asan imza ilə təsdiq edilərək sistemə daxil edilməsini Şahid13 tərəfindən həyata keçirildiyini, Asan imzasının işləmədiyini, bütün bu proseslərdən kənarda qaldığını bildirmişdir. Sektor müdiri olsa da faktiki olaraq ünvanlı sosial yardım təyin edilməsində iştirak etməmiş, lazımı sənədlərə imza atmalı olduğu üçün vətəndaşlara ünvanlı sosial yardım təyin edilən zaman onun adından müayinə aktları və sair sənədlərə imza edilmişdir. İbtiadi istintaq zamanı sənədlərdəki imzaların ona məxsus olub-olmaması üçün imza nümunələri götürülmüş və məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi alınsa da, həmin xətşünaslıq ekspertizası təyin edilməsi üçün əsas olmuş sənədlər və müvafiq rəy hazırki cinayət işinə əlavə edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, Şahid13 da məhkəmə istintaqı zamanı vətəndaşlara sosial yardımın təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanması, sosial yardım işlərinin şəxsi hesablarla üzləşdirilməsi, sosial yardım təyinatına dair hesabatların tərtib edilməsi, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində yoxlanılması, sosial yardımların təyin edilməsi haqqında tərtib edilən qərar layihələrinin qanunauyğunluğunun yoxlanması və təsdiqi, ünvanlı sosial yardım təyinatının aparılması üçün vacib olan ailənin maddi-məişət şəraitinin yoxlanması, aktın tərtib edilməsi və sistemə yerləşdirilməsi, eləcə də vətəndaşlar tərəfindən VEMTAS proqramına daxil edilmiş məlumatlarla aktdakı məlumatların uzlaşdırılması və ünvanlı sosial yardımın təyin edilibedilməməsi üçün komissiya üzləri ilə birlikdə rəyin verilməsinin onun əmək funksiyasına daxil olduğunu və həmin səlahiyyətləri icra etdiyini bildirmiş və cinayət işinin materiallarında da həmin səlahiyyətlərin Şahid13 məxsus olması göstərmişdir. Şahid13 onun Asan imzasının aktiv olduğunu və onunla məlumatların təsdiq edilərək sistemə yerləşdiyini və cinayət işi üzrə ünvanlı sosial yardım təyin edilmiş şəxslərin əksəriyyətinin mənzil-məişət şəraitinin yoxlanmasının komisiyası üzvü kimi onun tərəfindən həyata keçirildiyini və müvafiq aktların tərtib etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsinin müstəntiq tərəfindən yazıldığını, müstəntiqin ifadəsinin məzmununu ona elan etmədən, oxumadan imzaladığını və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməyərək bildirmişdir ki, hazırda da ünvanlı sosial yardım alır, ona ünvanlı sosial yardım təyin edilməsində hər hansı bir rolu olmamış, ona məxsus olan bank kartını, ünvanlı sosial yardım təyin edilməsi zamanı və bundan sonra ona hər hansı məbləğdə pul verməmiş, ibtidai istintaq zamanı yazmış olduğu ərizəsində qeyd olunan xüsusatları bildirmişdir. Sonradan bədxərclik etdiyi üçün evdən ona bank kartının guya özünə verildiyi bildirilmiş, əslində isə ona məxsus olan bank kartının anası X20 olmuş, pulun hamısını xərcləməmək üçün bir hissəsi özünə verildiyi, qalan hissəsinin isə guya ona verilməsi bildirildiyi üçün ilkin olaraq onun barəsində əsassız şikayət etmiş, ailəsi tərəfindən həqiqətlər ona bildirilmiş, bundan sonra yanlışanlaşılma ilə bağlı müvafiq ərizə ilə Şahid21 müraciət etmişdir. Hazırda da ailə təsərrüfatını anası Ülkər Əliyeva idarə edir və ünvanlı sosial və pensiya kartı anası Ülkər Əliyevadadır. Piri Muşfiq məhkəmə istintaqı zamanı dindirilib sərbəst ifadə verdikdən sonra ibtidai istintaq aparmış müstəntiq Şahid21 onun mobil telefonuna zəng edərək, məhkəmədə verdiyi ifadəsinin dəyişməsini, əks halda onun özü ilə yanaşı anası Ülkər Əliyevanın da cinayət məsuliyyətinə cəlb olunacağını, ibtidai istintaq zamanı yazılan ifadəni təsdiq etməsini deməklə onu hədələmişdir. Bütün bunlar şahidlərə təsir və təzyiqinin davam etdiyini göstərir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsinin müstəntiq tərəfindən cinayət işinin xitama veriləcəyini deyərək aldatma yolu ilə alındığını, bu səbəbdən də ifadəsinin və üzləşdirmə protokolunu oxumadan imzaladığını, ondan ünvanlı sosial yardım təyin edilməsinə köməklik edilməsi üçün hər hansı bir məbləğdə pul almadığını, Piri Müşviqlə qonşu və qohum olduğunu, ona ünvanlı sosial yardım təyin ediləndən sonra ilkin olaraq 1- 2 ay bütün məbləği özünün kartdan çıxardığını və hamısını öz şəxsi ehtiyacları üçün xərclədiyini, sonrakı dövrdə isə evdən ünvanlı sosial yardımla bağlı aldığı pulun bir hissəsinin xərclənmək üçün ona verildiyini, pulun yerdə qalanına isə xırda buynuzlu heyvan alınaraq saxlanıldığının sonradan ona məlum olduğunu, bank kartının yaxın qohumu olan Ülkər Əliyevada (bacanağının anası) olduğunu öyrənmişdir. Ülkər və arvadı isə ona pulu içki və və kafelərdə xərcləməməsi, ailə büdcəsinin artımı bu cür etdiklərini demiş, ibtidai istintaq zamanı qeyd etdiklərini ərizə yazaraq istintaqı aparan müstəntiqə göndərmişdir. Şahid10 və Şahid3 ifadələrinin nöqtə-vergülə kimi üst-üstə düşməsi, ifadələrində göstərmiş xüsusatların və kompüter vasitəsilə yazılan ifadələrində olan hərf səhvlərinin belə eyni olması, oxuma yazmaqda çətinlik çəkən, təhsili olmayan iki şəxsin eyni sərbəst ifadə verə bilmələrinin qeyri mümkünlüyü həmin ifadələrin müstəntiq tərəfindən aldatma yolu ilə yazıldığını bir daha sübut edir. Şahid7 da məhkəmədə vermiş olduğu ifadəsində bildirmişdir ki, ünvanlı sosial yardım təyin edilməsi zamanı ailənin maddi məişət şəratinin yoxlanılması məqsədi ilə onun yaşadığı mənzilə Şahid13 gəlmiş, ona təyin edilmiş sosial yardımı oğlu Fərid kartdan çıxarmış, ünvanlı sosial yardım almaq üçün Şahid13 müraciət etmiş, özünün qəbulunda isə yalnız məsləhət almaq, yəni ona ünvanlı sosial yardım düşüb-düşməməsini öyrənmək üçün olmuşdur. Ünvanlı sosial yardım almaq üçün işə düzəlmək lazım olduğundan Nurəddinin yanına onu Şahid13 göndərmiş, ona təyin edilmiş 148 manat yardımdan heç kimə bir manat olsun belə pul verməmiş və ondan pul tələb edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid12 da ibtidai istintaq zamanı ifdəsinin müstəntiq tərəfindən aldatma yolu ilə alındığını bildirərək göstərmişdir ki, ilk dəfə müstəntiq Şahid21 yanında ifadə verən zaman müstəntiq onun haqqında heç nə soruşmamış və ona hər hansı sual verməmişdir. Sonradan oktyabr ayında müstəntiq ona zəng edib sənədlərdə səhvlər olduğunu, yenidən imzalamalı olduğunu deyərək ifadəsini elan etmədən, oxumasına imkan vermədən “əvvəl verdiyin ifadəndir” deyib qol çəkdirmişdır. İfadəsinin sonunda özünün kimisə işə düzəltməyi xahiş etmədiyini, işə düzəlmək üçün onun yanına gələn şəxslərin hamısının Şahid13 tərəfindən göndərildiyini, özü ilə yalnız bir neçə dəfə məsləhət almaq üçün telefonla əlaqə saxladığını, həmçinin Şahid6, Şahid7, Şahid11 və Şahid2 da Həbibənin işə düzəlmək üçün onun yanına göndərdiyini demişdir. Məhkəmə istintaqı zamanı ifadəsi alınmış Şahid6 2019-cu ilin aprel ayında ona 237 manat ünvanlı sosial yardım təyin edildiyini, hazırda ünvanlı sosial yardım aldığını, ona təyin edilmiş ünvanı sosial yardımla bağlı heç kimə pul vermədiyini və işə düzəlmək üçün onu Nurəddinin yanına onu Şahid13 göndərdiyini bildirmişdir. Oğlu Şahid18 da məhkəmədə ifadə verərək, Piri Müşviqi qonşu kimi tanıdığını, Piri Müşviqin anası Ülkər Əliyevanın ona rayon mərkəzinə getdiyi üçün plastik kartı verib, pulu çıxardaraq qaytarmasını xahiş etdiyini, xatırlamadığı məbləğdə pulu çıxarıb kartla birlikdə Ülkər Əliyevaya qaytardığını, rayon yeri olduğu bankomatların sayı məhdud olduğu üçün belə halların mütəmadi olduğunu, əvvəllər də bir neçə dəfə rayon sakinləri bankomatdan pul çıxara bilmədiyi üçün vermiş olduqları kartlardan pul çıxarıb özlərinə qaytardığını bildirmişdir. Məhkəmə dindirilmiş Şahid11 da ona təyin edilmiş ünvanlı sosial yardım 2018ci ilin noyabr ayında dayandırıldıqdan sonra qonşuluğunda yaşayan tələbəyə məlumat verdiyini, Vidadi adlı həmin tələbənin ona elektron qaydada müraciət etmək üçün köməklik etdiyini lakin imtina cavabı verildiyini demişdir. İmtina səbəblərindən biri yaşadığı mənzildə olan işıq sayğacının onun adına qeydiyyata alınmaması olmuşdur ki, buna görə məsləhət almaq üçün yanına gəlmişdir. Ona problemin işıq idarəsi ilə bağlı olduğunu sənədləri düzəldib yenidən müraciət etməyini desə də eyni qaydada imtina cavabı gəlmişdir. Bundan sonra Nahayət özü Nurəddinin atası olan Yuzasif dayını tanıdığı üçün onun yanına getmiş və Yüzasif oğlundan onu işə düzəltməyi xahiş edəcəyini bildirmişdir. Qəbulunda yalnız bir dəfə olduğunu və məsləhət aldığını, təyin edilmiş ünvanlı sosial yardımla bağlı ona hər hansı bir məbləğdə pul vermədiyini, evlərinə maddi məişət şəraitinin yoxlanmasına da Şahid13 da gəldiyini, ibtidai istintaq zamanı eyni bu məzmunda ifadə verdiyini, lakin oxumadan imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ünvanlı sosial yardım almaq üçün Şahid13 yanında olmuş, Həbibə ona “uzun müddətdir yardım alırsan, bu vaxta kimi harda idin!?” deyərək otaqdan qovmuş, aşağı mərtəbəyə düşüb müdirlə maraqlananda otağı ona göstərilmiş, qəbul zaman əvvəlki qaydada müraciət etməyin lazım olduğunun izah edildiyini, sənədlərini toplayıb elektron qaydada müraciət etdiyini Nürəddinin yanına da özünün işə düzəldiyini, ilk dəfə imtina cavabı gəlsə də sonradan təkrar müraciəti zamanı ona sosial yardım təyin edildiyini, aylıq 210 manat ünvanlı sosial yardım aldığını bildirmişdir. Onu hörmətlə qarşılayıb qanunvericiliyin tələblərini izah etdiyinə görə Cavid öz istəyi ilə hörmət etmək məqsədilə ona çatdırılması üçün Cavad adlı şəxsə pul verərək zəng edib həmin pulu götürməyi xahiş etmiş, özünün isə etiraz edərək heç nəyə ehtiyacı olmadığı və pulun geri götürməsini dediyi üçün verdiyi 80 manat pulu Cavaddan geri götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 aztəminatlı ailə olduğunu, işə düzəlmək üçün Nurəddin adlı şəxsin qəbulunda olub onunla əmək müqaviləsi bağlamışdır. Şakirin Nürəddinin yanında işə başlayacagını bilən qardaşı Xaliq etiraz ederək ona öz yanında iş vereceyini demiş, bu səbəbdən Şakir Nürəddinə zəng edib əmək müqaviləsini ləğv etməsini bildirmiş, 2019-cu ilin oktyabr ayında aztəminatlı ailə olduğu üçün ÜSY almaq məqsədi ilə elektron qaydada müraciət etmişdir. X2 məxsus ictimai iaşə obyektində işlədiyini qeyd etmiş və ona 2019-cu ilin noyabr ayınında sosial yardım təyin edilmişdir. Özü xx.xx.2019-cu ildə tutduğu vəzifədən azad edilmiş, Şakirin ünvanlı sosial yardımla bağlı müraciəti və təyinatı işləmədiyi dövrdə olmuşdur. Şakirin sosial yardım alması ilə bağlı heç bir əlaqəsi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 göstərmişdir ki, onunla qonşuluqda yaşayır, İsrafil Əhmədov onun qohumudur, taksi fəaliyyəti ilə məşğuldur. İsrafil ona aparmağa gələn zaman özü Ülkərlə söhbət etmiş, Ülkər kartı ona verib, pulu çıxarıb qaytarmağı demişdir. Kartın kimə məxsus olmasını bilməmiş, kartdan pulu çıxarıb, Ülkər xanıma çatdırmasını ona demiş, o isə öz növbəsində kartdan çıxardığı pulu Ülkərə vermişdir. Özü ilə əlaqəsasi ancaq taksi fəaliyyəti ilə bağlı telefon vasitəsilə olmuş, özündən başqa rayon sakinləri də ondan xahiş etdiyi halda kartdan pul çıxarıb onlara qaytarmış, bu işdə heç bir təmannası olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 isə bildirmişdir ki, özünün qohumudur, iş yeri uzaq olduğu üçün arabir onu işə aparıb gətirir, bankomat rayon mərkəzində olduğu və bir çox yaşlı sakinlərin gedib gəlməsində çətinlik olduğundan, o isə taksi kimi mütəmadi rayon mərkəzinə getdiyindən çox adam təqaüd və sosial ödənişlər verilən zaman ona kart verib pul çıxarmasını xahış etmişdir. Bir neçə dəfə Ülkər ona plastik kart verib pul çıxarmasını xahış etmiş və o həmin kartdan pul çıxarıb Ülkərə vermişdir. Cinayət işi üzrə digər şahidlər olan Şahid1, Şahid9, X25 və Şahid19 ifadələri isə həqiqəti əks etdirmiş şər və bötandır, onlar müstəntiq Şahid21 tərəfindən öydərilmiş və onun hədə-qorxusu altında ifadə vermişlər. İşlədiyi 39 ildə dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etmiş,1991-ci ildən 2019-cu ilə qədər eyni nazirliyin işçisi olmuş, dövlət məşğulluq orqanında 1991-ci ildən 2012-ci ilə kimi, 2012-ci ildən 2019-cu ilə kimi DSMF-nın Tərtər rayon şöbəsində işləmiş, işlədiyi dövrdə heç bir qanun pozuntusuna yol verməmiş cəza almamışdır. YAP-nın üzvüdür, Tərtər rayon təşkilatının iki dəfə (işdən azad olunana qədə ) təsis konfransının qərarı ilə nəzarət təftiş komisiyasının sədri olmuş, müxtəlif təltif və fəxri fərmanlarla mükafatlandırılmışdır. Əri İ Qarabağ müharibəsi iştirakçısıdır, özünün himayəsində ahıl xəstə anası vardır, özü də ağır şəkər xəstəliyindən əziyyət çəkir, barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X29 DSMF tərəfindən verilmiş mülki iddianın məzmununa uyğun ifadə verərək, mülki iddianın təmin edilməsini, Təqsirləndirilən şəxs 21.688.62(iyirmi bir min altı yüz səksən səkkiz manat altmış iki qəpik) manat maddi ziyanın tutularaq ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkəmə istintaqı zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 bildirmişdir ki, 2005-ci ildə X50 ilə faktiki ailə quraraq birlikdə yaşamışlar. Həmin nikahdan 2006-cı il təvəllüdlü Aysu, 2008-ci il təvəllüdlü Aysel adlı iki övladları olmuşdur. Lakin ailəsinin maddi durumu ağır olduğundan bir necə dəfə ünvanlı sosial yardım almaq üçün DSMF-nin Tərtər rayon şöbəsində müraciət etsə də hər dəfə müraciəti təmin edilməmişdir. Bu barədə anası Ahuzər Nəcəfquliyevaya məlumat verdikdən sonra sonuncu 2013-cü ilin təxminən iyul-avqust aylarında onu tanımadığı şəxsin vasitəsilə DSMF-nin Tərtər rayon şöbəsinin ünvanlı sosial yardım sektorunun əməkdaşı olan Təqsirləndirilən şəxs müraciət edərək köməklik etməsini xahiş etmişdir. Həcər ona ünvanlı sosial yardım təyin etmək üçün əvvəlcə nağd olaraq məbləğini unutduğu miqdar pul istəmiş, həmin pulu ödəmək imkanının olmadığını bildirmiş, 2013-cü ilin təxminən avqust ayında Həcər öz xidməti otağında təklikdə görüşüb təyin olunacaq müavinətin yarısını ona verəcəyi təqdirdə köməklik edib müavinət təyin edəcəyini bildirmişdir. O da Həcərin təklifini qəbul edərək 2013-cü ilin avqust ayında müavinətin təyin olunması üçün lazım olan sənədləri toplayıb Həcərə təqdim etmiş və bir-neçə ay sonra sonuncu ona zəng edib "xxxx" ASC-nin Tərtər rayon filialına müraciət etməklə adına olan müavinət kartını götürməsini tapşırmışdır. Kartı təxminən 2013-cü ilin oktyabr ayında göstərilən Bankın filialından götürüb Həcərə vermişdir. Sonra isə hər ay Həcərin həmin vaxt istifadə etdiyi, lakin hazırda unutduğu telefon nömrəsindən zəng edib pulun yarısını Tərtər şəhəri Nizami küçəsində təxminən 2015-2016-ci illərdə fəaliyyət göstərən “Arçelik” mağazasından götürməsini tapşırmış, o isə həmin mağazadan hazırda xatırlamadığı satıcıdan hər ay 60 manat pul götürmüşdür. Həcərin köməkliyi ilə 2014-cü ilin noyabr ayında yenidən ona müavinət təyin olunmuş, həmin müavinət kartını da filialdan götürüb Həcərə vermişdir. Həcər həmin müavinətdən hər ay 70 manat olmaqla ona cəmi 4 ay eyni qaydada pul vermiş, sonra isə bank kartının bağlandığını bildirmiş, O isə Həcərə inanmışdır. Məhkəmə iclasında məhkəmə istintaqı zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid9 bildirmişdir ki, qızı Xəyalə Xanlarlı 2013-cü ildə ailə qurmuş, 2015-ci ildə isə boşanmış və həmin tarixdən 15 dekabr 2013-cü il təvəllüdlü Sübhan və 12 dekabr 2014-cü il təvəllüdlü Şəbnəm adlı iki övladı ilə ona məxsus Tərtər şəhəri Elman Hüseynov küçəsində yerləşən evdə yaşamışdır. Boşandıqdan sonra Xəyalə maddi sıxıntı keçirtdiyindən o, Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə gedib şöbənin ünvanlı yardım sektorunun müdiri olan Təqsirləndirilən şəxslə görüşərək ünvanlı sosial yardım almaq üçün haraya və necə müraciət etmək lazım olduğunu soruşmuş, sonuncu isə yalnız pul, yəni rüşvət müqabilində ünvanlı sosial yardım təyin olunduğunu ona bildirmişdir. O, nağd pulunun olmadığını bildirdikdə isə Həcər rüşvət qismində istədiyi pulu gələcəkdə Xəyaləyə təyin olunacaq müavinət üzrə aylıq ödənilən pulun yarısını ona verməklə həll etməyi təklif etmiş və təklifi ilə razı olacağı halda müavinəti təyin edəcəyini bildirmişdir. Həcərlə razılaşdıqdan sonra sonuncunun tapşırığı əsasında Xəyaləyə aid bütün sənədlərin surətini Həcərə təqdim etmiş, sonuncu isə həmin sənədlərdən istifadə edərək Xəyalənin adından müraciət edərək qızı Xəyalə Xanlarlıya 01 avqust 2016-cı il tarixdən 01 avqust 2018-ci ilədək olan dövr ərzində aylıq 119,98 manat məbləğində müavinətin təyin olunmasına nail olmuşdur. Bundan sonra Xəyalə Həcərin sözlərinə əsasən 2016-cı ilin təxminən sentyabr-oktyabr ayında "xxxx" ASC-nin Tərtər rayon filialına müraciət edərək adına olan müavinət bank kartını götürüb ona vermişdir. O isə Xəyaləyə aylıq təyin olunmuş müavinətin 60 manatını Həcərə, qalan hissəsini isə Xəyaləyə vermişdir. Məhkəmə iclasında məhkəmə istintaqı zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş şahid X25 atası Şahid9 ilə eyniməzmunlu ifadə verərək Təqsirləndirilən şəxs atasının ünvanlı sosial yardım düzəlməsi üçün müraciət etdiyini, karta köçürülən pulun yarısının da Həcər istədiyinə görə atası tərəfindən kartdan çıxarıldıqdan sonra ona verildiyini yarısının isə özünə verildiyini bildirmişdir. Məhkəmə iclasında məhkəmə istintaqı zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid19 ifadəsində bildirmişdir ki, 2014-cü ilin yanvar ayından hazırkı dövrə qədər ünvan 5 ünvanda yerləşən “Tərtər Ticarət Mərkəzi”ndə satıcı işləyir. 2019-cu ilin iyul, avqust, sentyabr və oktyabr aylarında Tərtər rayonu, Səhləbad kənd sakini Şahid2 işlədiyi mağazaya gəlib DSMF-nin Tərtər rayon şöbəsinin əməkdaşı kimi tanıdığı Təqsirləndirilən şəxs çatdırmağı üçün 80 manat pul vermişdir, lakin üzərindən uzun müddət keçdiyindən həmin pulları məhz Həcərin özünə və ya göndərdiyi hər hansı başqa şəxsə verməsini unutmuşdur. Məhkəmə iclasında məhkəmə istintaqı zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 bildirmişdir ki, 2019-cu ildə idarəyə Şahid13 yanına getmiş, sonuncu ondan bundan əvvəl də sosial yardım aldığını, lakin yanına gəlmədiyini irad tutub otaqdan qovmuşdur. Aşağı düşüb maraqlananda, sektor müdirinin Həcər olduğunu bilib qəbuluna getmiş, ona ünvanlı sosial yardım almaq istədiyini demişdir. Həcər əvvəl hansı qaydada sosial alması ilə maraqlanmış, elektron qaydada olduğunu bildirdikdən sonra yenə elektron müraciət etməsini bildirmişdir. Sənədlərini toplayıb ağacların üzəri və müəyyən müəssisələrin qarşısında yerləşdirilmiş reklamlara zəng etmiş, Nurəddin adlı şəxslə görüşmüş işə ehtiyacı olduğunu bildirdikdən sonra işə qəbul edilmişdir. İlk dəfə imtina cavabı verilsə də, ikinci dəfə ona 210 manat aylıq müavinət ayrılması barədə məlumat verilmiş, kartı isə Bərdə rayonundakı "xxxx"dan götürmüşdür. Minnətdarlıq əlaməti olaraq bir dəfə Şahid19 işlədiyi dükana 80 manat pul qoyub Həcərə götürməsini bildirsə də sonradan Həcər həmin pulu götürməmişdir. Məhkəmə istintaqından fərqli olaraq ibtidai araşdırma zamanı Şahid2 ifadəsində göstərmişdir ki, X42 ilə 2011-ci ildə ailə qurmuş, həmin nikahdan iki övladı olmuşdur. Maddi vəziyyəti pis olduğu üçün 2019-cu aprel ayında ünvanlı sosial yardım almaq üçün DSMF-nin Tərtər rayon şöbəsində ünvanlı sosial yardım məsələlərini “həll edən” Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayında onunla iş otağında görüşmüş və rəsmi iş yeri olmadığı üçün ona müavinət təyin edə bilməyəcəyini, bununla belə 250 manat pul verəcəyi təqdirdə adını Nurəddin adlı şəxsin quşculuq müəssisəsində yazdıraraq müavinət təyin edə biləcəyini bildirmişdir. O, Həcəri şərtini qəbul etdikdən sonra sonuncunun tapşırığı ilə topladığı sənədləri və 250 manat pulu 2019-cu ilin aprel ayında iş otağında təklikdə Həcərə təqdim etmişdir. Həmin vaxt Həcər əlavə olaraq bildirmişdir ki, təyin olunacaq müavinəti ilk dörd ayını yəni 80 manat pulu ona verəckdir. Məcbur qalıb Həcərin həmin şərtini də qəbul etmişdir. Bundan sonra 2019-cu ilin may ayında ona aylıq 210,92 manta məbləğində sosial yardım təyin edilmişdi. O, 2019-cu ilin iyul ayında adına olan bankomat kartını Kapital Bank ASC-nin Tərtər filialından götürdükən sonra 2019-cu ilin iyul, avqust, sentyabr və oktyabr ayları üzrə hər ay 80 manat olmaqla cəmi 320 manat Həcərə vermişdir. Həmin pulu hər dəfə 80 manat olmaqla dörd ay ərzində Tərtər Ticarət mərkəzində işləyən Cavad adlı şəxsə vermiş, Həcər isə həmin pulu Cavaddan götürmüşdür. Məhkəmə iclasında məhkəmə istintaqı zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 bildirmişdir ki, maddi çətinlik çəkdiyi üçün ünvanlı sosial yardım almış, lakin sonradan həmin müavinət kəsilmişdir. Bundan sonra Tərtər şəhərində yerləşən cücəartırma fəaliyyəti ilə məşğul olan X6 müraciət etmiş və 9 ay orada süd zavodunda işləmiş, sonra isə işdən çıxmışdır. 2019-cu ilin aprel ayında adına təxminən 237 manat müavinət təyin olunmuş, həmin müavinətlə bağlı bankomat kartını özü "xxxx" ASC-nin Tərtər rayon fililından götürüb hər ay kartdan pulu məxaric etmiş, həmin müavinətin təyin edilməsi ilə əlaqədar nə Həcərə, nə də hər hansı başqa şəxsə pul və ya rüşvət verməmişdir. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində isə Şahid6 bildirmişdir ki, maddi çətinlik çəkdiyinə görə 2019-cu ilin mart ayında ünvanlı sosial yardım müavinəti almaq üçün Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu isə müavinət almaq üçün mütləq qaydada adına rəsmi iş yeri olmalı olduğunu ona bildirmişdir. Bu səbəbdən o, Tərtər şəhərində cücəartırma fəaliyyəti ilə məşğul olan Şahid12 müraciət edərək formal olaraq adına əmək müqaviləsi tərtib etməsini xahiş etmişdir. Sonuncu onun xahişi yerinə yetirdikdən sonra, o müvafiq sənədləri toplayıb müavinət təyin edilməsi üçün Təqsirləndirilən şəxs vermişdir. Daha sonra 2019-cu ilin aprel ayında ona təxminən 237 manat müavinət təyin olunmuşdur. Həmin müavinətlə bağlı bankomat kartını özü "xxxx" ASC-nin Tərtər rayon fililından götürüb çıxartmışdır. Müavinət aldığı dövrdə işdən azad olunması barədə DSMF-nin Tərtər rayon şöbəsinin hər hansı əməkdaşına məlumat verməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirdi ki, aztəminatlı ailə olmuş, idarə həyətində qaldığı üçün ünvanlı sosial yardım almışdır. 2018-ci ilin təxminən noyabr, yaxud dekabr aylarında sosial yardım dayandırılmış, həmin vaxt qonşuqluda yaşayan Vidadi adlı şəxsə sənədlərini vermiş o, da elektron qaydada müraciət etmişdir. Lakin imtina cavabı verilmiş səbəblərdən biri kimi qaldığı evin işiğın abunə kodunun adına olmaması göstərilmişdir. Bunu başa düşmədiyi üçün idarəyə getmiş, orada iş yeri olmasının vacib olması bildirilmişdir. Bir neçə məktəbə xadimə üçün müraciət etsə də yer olmamışdır. Sonra Həcər xanımın yanına getdim və imtina barədə bildirmişdir. Həcər ona probleminin işiqla bağlı olduğunu, işiq idarəsinə müraciət etməyi bildirmiş və əlavə olaraq iş yerinin də olmasını demişdir. İşıq idarəsindən sənəd aldıqdan sonra yenidən elektron qaydada müraciət etsə də imtina cavabı gəlmişdir. Sonra qonşunun yoldaşı Yuzasif adlı şəxsin sahibkarlıqla məşğul olduğunu, həmişə ondan cücə götürüb saxladıqlarını kömək üçün ona müraciət etməyi tövsiyyə etmişdir. Bildiyi qədər Həcər də ona görə ağız açmış, Yuzasif ondan şəxsiyyət vəsiqəsini alıb oğlu Nurəddinə verəcəyini qeydiyyata alıb iş başlayanda xadimə kimi çağıracaqlarını demişdir. Təxminən 1 ay sonra oğlu evə hansısa sənəd gəldiyini demişdir. Ünvanlı sosial yardımın təyin edilməsinə köməklik göstərilməsi üçün Təqsirləndirilən şəxs ondan hər hansı məblə pul istəməmiş və kiməsə pul verməmişdir. Təqsirləndirilən şəxslə arasında olan telefon danışıqları isə ümumi məişət işləri ilə bağlı olmuşdur. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid11 ibtidai istintaq zamanı ifadəsində isə göstərmişdir ki, 2018-ci ildə DSMF-nin Tərtər şöbəsinə gedib orada ünvanlı yardım sektorunun müdiri Həcər xanımla görüşüb sonuncudan köməklik etməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona müavinət təyin etdirmək üçün əvvəlcə tanışı Şahid12 Yuzasif oğlunun vasitsilə adına əmək müqaviləsi tərtib etdirmiş, sonra isə ondan tələb edib aldığı sənədlər əsasında ona müavinət təyin etdirmişdir. Bundan sonra o, "xxxx" ASC-nin Tərtər rayon filialına müraciət edib adına olan müavinət kartını götürmüş və sonrakı dövrdə kartdan pulu ancaq özü çıxarıb ailəsinin dolanışığına xərcləmişdir. Köməklik etdiyinə görə o, nə Həcərə, nə də Nurəddinə pul verməmişdir. Şahid11 ifadəsində bildirmişdir ki, o, faktiki olaraq heç vaxt Nurəddinin sexində işləməmiş, sonuncunun nə vaxt onun adına müqavilə tərtib etməsini və nə vaxt həmin müqaviləyə xitam etməsini bilməmişdir. Məhkəmə iclasında məhkəmə istintaqı zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 2001-ci il tarixdə X22 ilə ailə qurmuş və iki övladları olmuşdur. Maddi vəziyyətləri ağır olduğu üçün arvadı Yeganə Vəliyevaya 2019-cu ilin təxminən aprel ayının əvvəllərində ünvanlı sosial yardım almaq üçün Dövlət Sosial Müdafiə Fondunun ünvan 9üavinət sektorunun müdiri Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron portallarına müvafiq müraciət göndərməli olduğunu bildirmişdir. Bundan sonra onun adından müvafiq müraciət nazirliyinin elektron ünvanına göndərilmiş, müraciətdən sonra DSMF-nin Tərtər rayon şöbəsinin əməkdaşı olan Həbibəova Həbibə onların evlərinə gəlib müvafiq akt tərtib edib getdikdən sonra adına müavinət təyin edilmiş və o, 2019-cu ilin iyun ayında adına olan müavinət plastik kartını "xxxx" ASC-nin Tərtər rayon şöbəsindən almışdır. 2021-ci ilin mart ayınadək aylıq olaraq həmin karta 148,80 manat məbləğində pul vəsaiti mədaxil olunmuşdur. Plastik kartından pulu adətən oğlu Fərid məxaric etmişdir. 19 aprel 2019-cu ildən 15 noyabr 2019-cu ilədək formal olaraq Şahid12 məxsus cücəartıma müəssisəsində quş yemləyən işləmiş, faktiki əmək haqqı almamışdır. 15 noyabr 2019-cu ildə işdən azad olunan zaman bu barədə DSMF-nin Tərtər rayon şöbəsinə məlumat verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 bildirdi ki, ünvanlı sosial yardımı özüm alsa da, ailəsinə bir qəpik belə xərcləməmiş, bədxərclik etmişdir. Kartını anası ondan aldıqdan sonra sosialın pulunun yarısını ona verib yarısının ona çatdığını, digər yarısının isə sosial müdafiə fondunda işləyən və onlarla qonşu binada yaşayan Həcərə çatdığını demişdir. Bundan sonra o, bununla bağlı Korrupsiya idarəsinə sosialın ancaq yarısını alması, qalan yarısının isə Həcər tərəfindən götürülməsi barədə şikayət etmiş və anasıgilə bu barədə məlumat vermişdir. Anası onunla dalaşıb təhqir etmiş, pulun özündə olduğunu, ondan gizlətdiyini demişdir. Bundan sonra iş üzrə istintaq aparan Nicat müəlimin yanına gedib yanlışlıq olduğunu demiş, təsdiq üçün anasını da izahat verməyə gətirə biləcəyini demişdir. Eyni zamanda Baş Prokurorluğa da həmin anlaşılmazlıq barədə yazılı müraciət etmişdir. O, Nicatın qəbulunda əvvəlcə təklikdə sonra isə Həcərlə birlikdə dindirilmiş və həmin vaxt bir daha Nicata Həcərdən şikayətçi olmadığını bildirmişdir. Şahid10 məhkəmə iclasında verilmiş suallara cavab olaraq sosial müdafiə fondunun işçiləri ilə bağlı araşdırma zamanı Tərtər rayon Prokurorluğundan çağırıldıqda, gedib bacanağı Maariflə birlikdə sosial yarıdımın hamısının verilməməsi barədə ərizə yazdığını, həmin vaxt şikayətçi olduğunu dediyini lakin evdə həmin məsələni anası ilə dəqiqləşdirdikdən sonra ikinci ərizəni də özünün yazıb həmin vaxt artıq müstəntiq getdiyi üçün bacanağı Maariflə Baş Prokurorluğa göndərdiyini demişdir. Şahid10 ibtidai isitintaq zamanı müstəntiq tərəfindən ifadələrinin düzgün yazılmadığını, şikayətindən sonra verdiyi izahatda Həcərin ondan pul alması, Həcərə pul təklif etmə barədə hansısa məlumat vermədiyini, Həcərlə üzləşmənin Nicatın xidməti otağında olduğunu, müstəntiqin ona işin Həcərin xeyrinə bağlanacağını deyib oxumadan qol çəkdirdiyini, yazılanların məzmunu barədə ancaq məhkəmədə ifadəsi elan edilərkən məlumatlı olduğunu, ifadəsindəki əlyazma yazı və imza ona aid olsa da müstəntiq Nicatın diktəsi ilə yazıldığını, Tərtər rayon prokurorluğu və Korrpusiya qarşı Mübarizə Baş idarəsində olarkən Həcərdən şikayətçı olmadığımı bildirmişdir. Müstəntiq Nicat tərəfindən Bakıya çağırıldıqda Maariflə birlikdə getdiklərini, Həcərin orada olması barədə məlumatı olmadığını sonradan üzləmə zamanı da hər hansı şikayəti olmadığını demişdir. Həcərin kimdənsə pul alıb ünvanlı sosial yardım düzəltməsini eşitməmiş, ünvanlı sosial yardım düzəlməsində mən Həcər xanıma hər hansı məbləğdə pul verməmişdir hazırda da bütün kartları anasındadır. Marif Əliyev onu bacanağıdır. Maarif də sosial almışdır, lakin sosialı necə düzəlməsi və nə qədər almasından xəbəri olmamışdır. Hazırda da sosial alır. İlk dəfə Tərtər Prokurorluğuna çağırılıb Prokurorluğa 160 manat sosial almalı olduğunu dedikdə 80 manat aldığını demiş, sosial yardımın məbləğinin 160 manat olduğunu bilib prokurorluğa çağırılandan sonra "xxxx"dan çıxarış almış, 160 manat almalı olsa da 80 manat aldığını öyrənmiş və şikayətlə müraciət etmişdir. Həmin vaxta qədər şikayət ərizəsi olmamışdır. Şahid2 həmkəndli kimi tanımışdır. Onun sosial yardım alması barədə məlumatı olmamışdır. Əvvəllər sosial yardım almamışdır. Həmçinin ifadəsində göstərdi ki, o ötən məhkəmə iclasından çıxdıqdan sonra müstəntiq Nicat istifadəsində olan mobil nömrəyə zəng edib niyə məhkəmədə şikayətinin olmamasını bildirməsi və fərqli ifadə verməsini irad tutan zaman Nicata ibtidai istintaq dövründə dəfələrlə anlaşılmazlıq olmasını desə də ifadələrini fərqli məzmunda yazdığını demiş, bundan sonra işin müstəntiqi olmuş Nicat ona “ananız Həcərlə əlbir olub, dövlətə ziyan vurub, əgər istintaqdakı ifadəni verməsən ananı tutacam” demiş ona görə də bu barədə təkrar məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadəsində isə Şahid10 bildirmişdir ki, X45 ilə rəsmi nigahdan İbrahim, Tunar və Fatimə adlı üç övladı olmuşdur. Maddi vəziyyəti pis olduğu üçün 2018-ci ilin əvvəllərində ünvanlı sosial yardım almaq üçün DSMF-nin Tərtər rayon şöbəsinin əməkdaşı olan Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu isə ona ünvanlı sosial yardım təyin etmək üçün əvvəlcə ondan nağd olaraq məbləğini unutduğu miqdrda pul istəmiş, o, həmin pulu ödəmək imkanının olmadığını bildirdikdə isə Həcər ona təyin olunan ünvanlı sosial yardım pulunun yarısını verməyə razı olacağı təqdirdə müavinət təyin etdilməsində köməklik edəcəyini bildirmişdir. Bundan başqa Həcər ona bildirmişdir ki, ünvanlı sosial yardım sektorunun müdiri olduğundan, köməkliyi olmadan müavinət ala bilməyəcəkdir. Bu səbəbdən o, Həcərin şərtini qəbul edərək, sonuncunun sözləri əsasında müvafiq sənədləri toplayıb 2018-ci ilin təxminən fevral ayında iş otağında Həcərə vermişdir. 2018-ci ilin may ayında isə Həcər ilə birlikdə "xxxx" ASC-nin Tərtər rayon filialına gedib müvafiq sənədləri imzalamış və adına olan plastik kartı götürüb Həcərə vermişdir. Həmin vaxtdan başlayaraq növbəti aylar üzrə sosial müavinətlər ödənilən zaman Həcər onun istifadə etdiyi ***-***-**- ** nömrəsinə zəng edərək işlədiyi idarəyə dəvət etmiş, bəzən isə özü müavinətlərin ödənilməsini öyrənib DSMF-nin Tərtər rayon şöbəsinə gedərək Həcərlə görüşmüş və hər dəfə Həcər ona yalnız 80 manat pul vermişdir. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin may ayından 2020-ci ilin mart ayınadək onun adına olan müavinətin bank kartından müxtəlif məbləğlərdə pul məxaric etsə də ona həmişə 80 manat pul vermişdir. Məhkəmə iclasında məhkəmə istintaqı zamanı verdiyi ifadəsi elan edirlərək tədqiq edilmiş Şahid3 bildirdi ki, Həcəri həmkəndli kimi tanıyır. Həcər bacanağı Müşfiqgillə qonşudur. Həcəri onlara gedib gələn zaman tanımışdır. Müşfiqin anası Ülkər onlara analıq etmişdir. Ünvanlı sosial yardımın düzəlməsində Həcərin rolu sənədlərin yığılmasında yol göstərməsi olmuşdur. Həmin sənədlər tolanılmış, sosial yardımı 2-3 ay 200 manata yaxın məbləğdə almışdır. Həmin vaxtı kartı daima mərhum yoldaşında olmuş, pulu xərcləyib, yığa bilmədiyi üçün yoldaşı Ülkərlə guya pulun yarısının ona yarısının da kömək etdiyi üçün Həcərə çatacağını demişlər. Onu prokurorluğa çağırdıqda gedib ifadə vermiş, ünvanlı sosial yardımın yarısının mərhum arvadı elə dediyinə görə Həcərə çatdığını demiş, evə gəlib yoldaşına prokurorluqdan çağırıldığını, ünvanlı sosial yardımın yarısını aldığını dedikdə arvadı pulun Həcərə verilmədiyini demiş sonradan ona hər şeyi olduğu kimi danışmışdır. Şahid3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, özü Həcərin qəbulunda olmamış, ərizə verməmişdir. Sənədləri yoldaşı hazırlayıb təqdim etmişdir. Evinə də baxışa gələnlər içində Həcər olmamışdır. Sosial yardım təyin olunandan sonra kartı bankdan özü şəxsiyyət vəsiqəsi ilə götürmüş, 2-3 ay kart özündə qaldıqdan sonra kartı qaynatasının məsləhəti ilə Ülkərə vermiş, Ülkərlə arvadı isə guya kartdakı məbləğin yarısının Həcərə çatdığını demişlər. Onların pulu yığmasını isə şikayətindən sonra bilmiş pulun əvəzində ona 22-23 baş xırdabuynuzlu qoyun vermişlər. O, kartı Ülkərə, yəni öz xalasına vermişdir. Evdəkilər pul yığmalarını demədiyi üçün şikayət etmiş, şikayət etməsi üçün müstəntiq təzyiq etməmişdir. Həcəri tanımamış, kartdan çıxartdığı puldan ona hər hansı məbləğ verməmişdir. Məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadəsində isə Şahid3 göstərmişdir ki, X34 ilə birgə nikahdan Rəvanə, Şəfəq və Hüseyn adlı üç övladı olmuşdur. Maddi vəziyyəti pis olduğundan 2014-cü ilin iyul ayında ünvanlı sosial yardım almaq üçün DSMF-nin Tərtər rayon şöbəsinin əməkdaşı olan Təqsirləndirilən şəxs müraciət etmişdi. Həcər isə ona ünvanlı sosial yardım təyin etmək üçün əvvəlcə ondan nağd olaraq məbləğini unutduğu miqdrda pul istəmiş, o, həmin pulu ödəmək imkanının olmadığını bildirdikdə isə Həcər ona təyin olunan ünvanlı sosial yardım pulunun yarısını verməyə razı olacağı təqdirdə müavinət təyin etdilməsində köməklik edəcəyini bildirmişdir. Bundan başqa Həcər ona bildirmişdir ki, şöbənin sektor müdiri olduğundan “hər şey onun əlindədi” və kömək etməyəcəyi halda o, müavinət ala bilməyəcəkdir. Bu səbəbdən o, məcbur olub Həcərin təklifini qəbul etmiş, sonuncunun sözləri əsasında müvafiq sənədləri Nazirliyin elektron sistemində olan Vemtas proqramına işlənməsi üçün 2014-cü ilin iyul ayının sonunda Təqsirləndirilən şəxs iş otağında təklikdə vermişdir. 2014-cü ilin noyabr ayında isə Həcər ilə birlikdə Kapital Bank ASC-nin Tərtər rayon filialına müraciət edərək adına olan plastik kartın götürülməsi üçün müvafiq sənədləri imzalamış və plastik kartı filialdan götürüb Həcərə vermişdi. Həmin vaxtdan başlayaraq növbəti aylar üzrə sosial müavinətlər ödənilən zaman Təqsirləndirilən şəxs onun istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng edərək pul vermək üçün işlədiyi idarəyə dəvət etmiş, bəzən isə sosial müavinətlərin ödənildiyini rayon camaatından öyrənib DSMFnin Tərtər rayon şöbəsinə gedərək Təqsirləndirilən şəxs ilə görüşmüş və hər ay ondan cəmi 75 manat pul almışdır. 2015-ci ilin iyul ayında müavinət ödənişi bitdikdən sonra Həcər təkrar olaraq ona müavinət təyin etmiş və növbəti müavinətin kartını o, 2015-ci ilin sentyabr ayında Kapital Bank ASC-nin Tərtər rayon filialından götürüb Həcərə vermişdir. Həmin müavinətin ödənişi isə 2017-ci ilin avqust ayında yekunlaşmışdı. İkinci müavinətlə bağlı da Həcər hər ay ona cəmi 75 manat pul vermişdir. Məhkəmə iclasında məhkəmə istintaqı zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsində bildirmişdir ki, ailəsinin maddi vəziyyəti ağır olduğu ünvanlı sosial yardım almaq üçün 2018-ci ilin oktyabr ayında və 2019-cu ilin oktyabr ayında elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və arvadı Şahid4 adına sosial yardım müavinəti təyin olunub. Pərvanə müavinətlə bağlı plastik kartı "xxxx" ASC-nin Tərtər rayon filialından götürüb ona vermişvə aylıq pulu çıxarıb ailəsin xərcləmişdir. Nurəddinin yanında işləyəndə sosial yardım almamışdır. Nurəddinin yanından cücə götürüb aparıb saxlamış, 3-5 ay işləmiş, onunla əmək müqaviləsi olmuşdur. Cücə saxlayıb satmış, 50-60 ədədi özünə qalmışdır. Sosial yardım düzəlməsində Həcərə hər hansı məbləğ pul verməmişdir. Evə baxış keçirilmiş, Həbibə və iki nəfər ayrı adam olmuşdur. İbtidai istintaq zamanı müstəntiq ondan saxta sosial müavinat aldığını dedikdə razlaşmamış araşdırmağı və qanuni qərar qəbul etməsini demişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilərək əlavə şahid qismində dindirilmiş və ifadəsi elan edilərk tədqiq edilmiş X35 bildirmişdir ki, Müşfiqin anasıdır, Maarifin isə qaynana kimidir. Onların təyin edilmiş sosial yardımla bağlı kartları özündə olmuşdur. Tələbxərclikləri çox olduğu üçün pulları özü yığmış, infakrt keçirdiyi üçün kartı 3-4 dəfə pulu çıxartması üçün taksi sürücüsü İsrafilə, bəzi vaxtlarda,təxminən 2-3 dəfə isə Həcərə vermişdir. Karta köçürülən bütün məbləği özü almış, Müşfiq ilə Maarifə isə guya pulu xərclədiyini, yaxud Həcərə verdiyini demişdir. Pulu təsərrüfat qurmaq üçün heyvan almaq məqsədilə yığmış, Müşfiq ev alan vaxt, Maarif isə heyvan alanda kartlarından çıxarıb yığdığı pulu onlara vermişdir. Müşfiqlə Maarifin sənədlərini özü toplamış və sosiala müraciət etmişdir. Sənədləri toplayıb verəndə Müşfiq və Maarif də yanında olmuşdur. Müşfiq həmin vaxt yaşıllaşdırmada, Maarif isə cücəartırmada işləmişdir. Məhkəmə iclasında məhkəmə istintaqı zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid16 ifadəsində bildirmişdir ki, 2018 və 2019-cu illərdə Təqsirləndirilən şəxs bir neçə dəfə bankomat plastik kartlarını verib, bankomatdan anlayışı olmadığını deyərək, kartdan pul çıxartmaqda ona köməklik etməyini xahiş etmiş, O isə Həcərin xahişini yerinə yetirib pulu məxaric edib sonuncuya vermişdir. Həmin vaxt Həcər məxaric etdiyi puldan ona heç nə verməmişdir. Özü isə həmin kartların kimə məxsus olmasını bilməmiş, kartın üzərində qeyd olunan yazıları oxumamışdır. Sonradan xatırlamadığı şəxslərdən Təqsirləndirilən şəxs müxtəlif şəxslərə pul müqabilində ünvanlı sosial yardım düzəldiyini eşitmiş, 2019-cu ilin sonlarında isə Həcər işdən azad edilmişdir. Şahid16 məhkəmədə verilmiş suallara cavab olaraq göstərmişdir ki, pulları məxaric etdiyi bankomat mağazanın qarşısında yerləşir. Həcərin verdiyi kartlardan pulları 2016-2018-ci illərdə çıxartmış, kartların kimə məxsus olmasını isə bilməmişdir. Məhkəmə iclasında məhkəmə istintaqı zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid15 ifadəsində bildirmişdir ki, Həcər onun uzaq qohumudur. İş yeri uzaq olduğu üçün onu işə aparıb gətirməsini xahiş etmişdir. Həcər zəng edəndə o, gəlib Həcəri işə aparmışdır. Bir neçə dəfə qonşuda yaşayan Ülkər adlı qadın da kartını Həcərə verib, pulu çıxarmasını demişdir. O, 3-4 dəfə Ülkərin kartından pul çıxarıb Həcərə vermişdir. Özü kənddə yaşasa da başqa qohumları, qonşuları çox vaxt ona kart vermiş ki, pulu çıxarıb gətirsin. Kartdan çəkdiyi məbləğlər yadında qalmamışdır. Həcərlə aralarında dəfələrlə telefon danışığı olsa da, bu ancaq sonuncunu işə gətirib aparmaq barədə olmuşdur. Ülkər kartı özü ona verib pulun çıxarıb verməsini, uzaq getdiyinə görə Həcərə verməyi demişdir. Başqa adamların kartlarından pul çıxarıb Həcərə verməmiş, Ülkərin kartından isə pulu çıxarıb Həcərə vermişdir. Ülkər ona pul çıxartması üçün iki kart vermiş, Həcərə təcili lazım olanda kartı özünə vermişdir. İbtidai istintaq zamanı isə verdiyi ifadəsində göstərmişdir ki, Şahid3 və Şahid10 Tərtər rayon sakinləri kimi tanımış, heç biri ilə qohumluğu və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs isə Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin sektor müdiri kimi tanımış, onunla da qohumluğu və ədavəti olmamışdır. Şahid10 adına təyin olunmuş ünvanlı sosial yardım müavinəti ilə əlaqədar verilmiş bankomat plastik kartından istifadə edilən zaman çəkilmiş fotoşəkillərə əsasən Şahid10 məxsus bankomat kartından kart sahibi özü, qohumu Ayxan Həydərov, Tərtər rayon sakini Şahid16, Təqsirləndirilən şəxs və sonuncunun oğlu Yavuz İbrahimov müxtəlif vaxtlarda pul məxaric etmişlər. Müşfiqin kartından qohumu Şahid17 2019-cu ilin aprel və həmin ilin dekabr ayında, Şahid16 2017-ci ilin oktyabr, 2018-ci ilin iyul, sentyabr, noyabr, 2019-cu ilin yanvar, fevral, mart, aprel, iyul, avqust aylarında, Təqsirləndirilən şəxs 2018-ci ilin may ayında, Yavuz İbrahimov isə 2019-cu ilin iyun ayında pul məxaric etmişlər. Şahid3 adına təyin olunmuş ünvanlı sosial yardım müavinəti ilə əlaqədar verilmiş bankomat plastik kartından istifadə edilən zamanı çəkilmiş fotoşəkillərə əsasən Şahid3 məxsus bankomat kartından o, 2016-cı ilin may, iyul, avqust, sentyabr, oktyabr, noyabr, 2017-ci ilin fevral, mart, aprel, may, iyun aylarında hazırda xatırlamadığı məbləğdə pul vəsaiti məxaric edib Təqsirləndirilən şəxs vermişdir. Belə ki, həmin plastik kartı ona Həcər verib, kartda olan pul vəsaitini məxaric etməklə ona qaytarmasını tapşırmış, o, isə pulu məxaric edib, tam şəkildə Təqsirləndirilən şəxs vermişdir. Kartdan pul məxaric etdiyinə görə Həcər ona hər hansı məbləğdə pul verməmişdir. Həmin kartın Şahid3 aid olmasını bilməmiş, kartı ona Həcər təqdim etdiyi üçün kartdan məxaric etdiyi pulu Həcərə vermişdir Məhkəmə iclasında məhkəmə istintaqı zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid17 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə qonşudur, belə ki, binaları üzbəüzdür. İsrafil adlı qohumu həmişə Həcəri işə aparıb gətirmişdir. Bəzən öz işi olanda Həcəri aparmağı ona tapşırmışdır. O, bir dəfə Həcəri götürməyə gələndə Həcər və yaşlı qadın olan qonşuları Ülkərin söhbət etdiyinə şahidlik etmiş, Ülkər kartı Həcərə verib pulu çıxarandan sonra gətirməyi demişdir. O, Həcərlə birlikdə işə gedərkən bankomatın qarşısından keçəndə adam çox olduğuna görə Həcər kartı ona verib pulu çıxarıb Ülkərə verməyi xahiş etmişdir. O, kartdan pulu çıxarıb aparıb Ülkərə vermişdir. Həcəri işə aparıb gətirməklə bağlı olub zəngləri olmuşdur. Kartdan cəmi bir dəfə pul çəkmişdir. Əvvəllər digər qonşuların kartından da pul çıxarıb özlərinə vermiş, lakin kartın kimin adına olmasına baxmamış, kartın kodu üzərində yazılmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid17 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi ona məxsusdur. Xətt və imza ona məxsus olsa da oxuya bilməmiş, müstəntiqin diktəsi ilə hərf-hərf yazmışdır. İbtidai istintaq zamanı təqdim olunmuş fotoşəkillərə əsasən Şahid10 adına təyin olunmuş ünvanlı sosial yardım müavinəti ilə əlaqədar verilmiş bankomat plastik kartından 2019-cu ilin aprel və həmin ilin dekabr ayında, hazırda xatırlamadığı məbləğdə pul vəsaiti məxaric edib Təqsirləndirilən şəxs vermiş, sonuncu isə həmin puldan ona heç nə qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirdi ki, 1 dekabr 2000-ci ildən 11 sentyabr 2019-cu il tarixədək DSMF-nin tərtər rayon şöbəsində müxtəlif vəzifələrdə 13 iyun 2011-ci ildən 11 sentyabr 2019-cu il tarixdək isə sosial yardım və müavinətlər sektorunda baş məsləhətçi vəzifəsində işləmişdir. Sosial yardım və müavinətlər sektorunda baş məsləhətçi işləyən zaman vəzifəm ünvanlı sosial yardım təyinatının aparılması üçün vacib olan ailənin maddi-məişət şəraitinin yoxlanılması, aktın tərtib edilməsi və sistemə yerləşdirilməsi, eləcə də vətəndaş tərəfindən VEMTAS proqramına əlavə edilmiş məlumatlarla aktdakı məlumatların uzlaşdırılması və ünvanlı sosial yardımın təyin edilib-edilməməsi komisiya üzvləri ilə birlikdə rəy verilməsindən ibarət olmuşdur. Həmçinin qulluq funksiyasına vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması və sairdən ibarət olmuşdur. Dövlət ünvanlı sosial yardımın təyinatı ilə əlaqədar ümumi qaydaya əsasən hər növbəti iş günü şöbənin sosial yardım və müavinət sektorunun məsləhətçiləri VEMTAS proqramında Tərtər rayonu üzrə yeni müraciət etmiş və sistemdən keçmiş, eləcə də proqramın maddi-məişət şəraitinin müayinəsi qrafikində əks olan müvafiq vətəndaşlar barədə məlumata əsasən həmin şəxslərin proqramda qeyd etdiklərinə əsasən həmin ünvanlara gedib ailənin maddi-məişət şəraitini müayinə edib müvafiq akt tərtib etmişlər. 2017-cı ilin may ayından 2019-cu ilin sentyabr ayınadək o, İbrahimli Elşad və Axundov Ramil sosial yardımın təyin olunması və imtina edilməsi üçün maddi-məişət şəraitinin müayinəsi üzrə komissiyanın üzvü olmuşlar. 2017-ci ildən sonra vətəndaş ünvanlı sosial yardımın alınması üçün elektron qaydada Nazirliyə müraciət edirmiş. “Vemtas” elektron altsistemində vətəndaşın maddi-məişət şəraitinin müayinəsi üçün cavab gəlindikdən sonra özü və komissiyanın tərkibinə daxil olan digər şəxslər həmin vətəndaşın maddi-məişət şəraitinin müayinəsi üçün yaşadığı ünvana gedib, baxış keçirmiş, aşkar olunanları rəy formasında DSMF-nin ünvan 13üdirinə məruzə etmiş, hər hansı uyğunsuzluğun aşkar olunub-olunmamasına dair elektron portalda məlumat yerləşdirib, elektron imza ilə bunu təsdiqləmişlər. Təqsirləndirilən şəxs ilə əvvəllər birlikdə işləmiş, sonuncu DSMF-nin Tərtər rayon şöbəsinin Sosial yardım və müavinətlər sektorun yəni işlədiyi sxektorun müdiri olmuşdur. Aralarında narazılıq və ədavət olmamışdır. Tərtər rayon uşaq musiqi məktəbinin müəllimi kimi tanıdığı Şahid1 ünvanlı sosial yardım almaq üçün Təqsirləndirilən şəxs müraciət etməsini tanışı Şahid20 eşitdə də Həcərin Mehribana qanuni və ya qanunsuz olaraq müavinət təyin edib-etmədiyini bilməmişdir. Şahid5 və onun arvadı Şahid4 Tərtər şəhər sakinləri kimi tanımış, onlarla qohumluğum, ədavətim və yaxın münasibəti olmamışdır. Vəzifəsi ünvanlı sosial yardım təyinatında müayinə aktlarının yerinə yetirilməsi olmuş, yoxlamalara Həcər və digər işçilərlə də birlikdə getmişdir. Həcər xanım komissiyanın sədri olmuşdur. Şahid1 tanımış təyinatında iştirak etmişdir, sonuncuya müavinət qanuni əsaslarla təyin edilmişdir. Şahid11, Şahid10 və Şahid3 vətəndaş kimi tanısa da ona sosial yardımın təyinatında iştirak etmişdir. Onlar da sosial yardım üçün müraciət etmişlər, lakin onlara müavinətin təyin olunmasında iştirak etməyini xatırlamır, az təminatlı adamlardır. Müşfiq və ya Maarifdən Həcər yaxud qeyri şəxsin hər hansı pul tələb etməsindən xəbəri yoxdur. Xəyalə Xanlarlını da tanıyır, təyinatında iştirak etmiş, lakin onun kiməsə pul verməsi və ya müəyyən ayların pulunun götürülməsi kimi halları xatırlamır. Şakir və arvadı Pərvanənin də mənzil şəraitinin yoxlamasında iştirak etmiş, onlar da az təminatlı ailə olmuşlar. Şahid6 də tanıyır, o, az təminatlı ailədir. Ona köməklik edilməsini yəni məşğulluğunun təmin edilməsini ondan Təqsirləndirilən şəxs xahiş etmişdir. Şahid7 də xatırlayır, lakin onun məşğulluğunu təmin edilməsini Həcərin, yoxsa özünün təşəbbüsü ilə Nurəddindən xahiş etdiyi yadında deyil. Nurəddinlə dəfələrlə telefon əlaqəsi olsa da müəssisəsində bu qədər işçinin işə qəbul edilməsinin ona hansı xeyri olduğunu bilmir. Elektron təyinat olandan sonra vətəndaşın yaşayış şəraitini müəyyən edərək aktlar yazmış, ərizə bəyannamədə göstərilən şəraitə uyğun olanda sistemə bu barədə məlumat ötürmüşlər. Ünvanlı sosial yardımla bağlı müraicət edən şəxslərin məşğulluğu olmadıqda, məşğulluğu təmin edilməsi üçün fərdi əməklə məşğul sahibkarlara müraciət eləməyi, mövsümlük işlərlə məşğul olması tövsiyyə etmişlər. Müqavilələr də adətən qısa müddətli 3 (üç) aylıq olmuş, vətəndaş onlara əmək müqaviləsini göstərdikdən sonra məşğulluq barədə sistemə məlumatları daxil etmişlər. Lakin bağlanmış müqaviləyə nə vaxt xitam verilməsi barədə onlarda məlumat olmamışdır. İşlədiyi dövrdə sosial yardım iki illik təyin edilmiş, təyinatı müvafiq məlumatlar daxil edildikdən sonra proqram özü vermişdir. Həmin sosial yardımın dayandırılması isə yalnız vətəndaş müraciəti əsasında mümkün olmuş, sistemə ümumi nəzarəti isə Nazirlik etmişdir. Nurəddinin müəssisəsi qanuni müəssisə olduğu üçün ora yüzlərlə şəxsi istiqamətləndirmişlər. Həmin müəssisəsinin vergidə, sığortada və məşğulluqda qeydiyyatı var. Müqavilələrə isə məşğulluq xidməti nəzarət edir və elektron müqavilənin saxta olub-olmamasının yoxlanılması həmin idarənin səlahiyyətindədir. Nurəddinin müəssisəsini görməmiş, ünvanlı yardım təyin edilmiş şəxslərin iş yerlərinə getmək kimi səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs işlərə ümumi nəzarət edib komissiyada iştirak etmiş və vətəndaş qəbulunu həyata keçirtmiş, təyinatın düzgün aparılmasına, qanuna uyğun olub-olmamasına nəzarət etmiş, Həcər müayinələrin hamısında yox bəzisində iştirak etmiş, Şakir, Xəyalə, Elşad, Məhərrəm adlı şəxslərin ailə məişət şəraitinin yoxlanılmasına birgə getmişlər. Komissiya ümumilikdə 4 üzvdən ibarət tərkibdə, Həcərin sədrliyi və özü ifadəsində göstərdiyi digər iki nəfər digər işçi iştirak etmişdir, tərtib edilmiş aktlar isə vətəndaşın iştirakı ilə akt imzalanmışdır. Müvafiq rəylər də elektron sistemə daxil edildikdən sonra özünün və Həcərin imzası ilə təsdiq edilmişdir. Həcərin imzasının aktivliyi və qeyri aktivliyi barədə bilməsə də özünün elektron imzasının da aktiv olmayan vaxtları olub, amma səbəbini bilmir. Ünvanlı sosial yardım barədə hesabatları Həcərlə birlikdə tərtib eləmiş, məlumatları Həcərə o vermiş, elektron qaydada Nazirliyə göndərilmişdir. Aldığı məlumatlar barəsində yalnız Həcərə və müdriyyət maraqlananda. Təqsirləndirilən şəxs Maarif, Müşfiq və Şakir adlı vətəndaşlardan sosial yardım təyin edilməsi üçün pul almasını eşitməmiş və görməmişdir. Məhkəmə iclasında məhkəmə istintaqı zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid14 ifadəsində bildirmişdir ki, baş məsləhətçi olmuş, ittihamda göstərilən şəxslərə ünvanlı sosial yardımın təyinatında iştirak etməmişdir. Sosial yardımda vətəndaşın ilkin müraciəti zamanı ərazi üzrə məsləhətçi şifahi sorğu-sual etmiş, uyğunluq olduqda izah edilmə, şərtlərin bildirilməsi, müraciətdən sonra isə sənədlərin toplanılaraq uyğunluqların yoxlanılması üçün komissiyanın təşkil olunaraq evə baxış keçirilməsi, komissiyanın müzakirəsinə təqdim olunaraq hər həftənin 5-ci günü təmsilçinin adına təyin olunması formasında olmuşdur. 2016-ci ilin fevral ayının əvvəllərindən isə elektron sistem yaranmış, şəxslərin iş yerlərində tabelləri müvafiq əmr olduqda yoxlanılmışdır. Yeni VEMTAS elektron sistemi özü uyğunsuzluqları müəyyən etdikdə sosial ayrdımı dayandırmış, köhnə sistemdə isə müqaviləyə xitam verildikdə vətəndaşın özünün bu barədə məlumat vermək öhdəliyi olmuşdur. Hər hansı şübhəli məqam yarandıqda isə idarə tərəfindən məşğulluq idarəsinə sorğu verilərək həmin hallar yoxlanılmışdır. Ərazi sahələr üzrə inspektorlar arasında bölünmüş vətəndaş müraciətindən sonra, bütün sənədlər düzgün olduqda, köhnə sistemdə isə hər sahənin öz inspektoru tərəfindən, yeni sistemdə isə Həbibə Həsənova tərəfindən təsdiq edilib göndərilmişdir. 2016-cı ilin fevral ayından sonra sənədləri təsdiq edib Nazirliyə göndərən Həbibə xanım olmuş, Həcərin həmin dövrdə səlahiyyətləri alınmışdır. Şahid6, Şahid11, Şahid5 adlı şəxləri rayon adamı kimi tanımış, onların sosial yardımla bağlı danışıqlarının şahidi olmasa da bununla bağlı müraciət etmələrindən məlumatı olmuşdur. Amma Həcərin kimdənsə pul alıb ünvanlı sosial yardım düzəltməsini eşitməmiş və görməmişdir. Şahid1, Şahid2, Şahid3 tanımır, Xəyalə Xanlarlını, Şahid10 isə tanıyır. Həcərin pul müqabilində kiməsə ünvanlı sosial yardım düzəltməsini görməsə də işçilərdən Xəyalə Xanlarlı və Şahid10lə Həcəri arasında narazılıq olduğunu bilmiş, narazılıq isə Nazirlik tərəfindən aparılan yoxlama vaxtı yaranmışdır. Nurəddini tanısa da onun Həcərlə hansı əlaqəsi olmasını bilmir, Nurəddin cücə inkubatoru işlədir, qonşudur, təxmini neçə işçisi olmasını bilmir, özü də bir dəfə həqiqətən ehtiyacı olan şəxslə bağlı təxminən 4-5 il əvvəl sosial yardımla əlaqədar müraciət etmiş, mümkün olsa köməklik göstərməsini istəmişdir. Həcər həmin vaxt şöbə müdiri olmuşdur. Münasibəti olduğuna görə ondan müdiri kimi xahiş etmişdir. Sosial yardımla bağlı təyinat veriləndən sonra ümumi proqrama nəzarəti Nazirlik həyata keçirtmiş, yeni sistem yaradılandan sonra Həcər faktiki olaraq səlahiyyəti əlindən alınaraq kənarlaşdırılmışdır. Problemli vətəndaşları sektor müdiri qəbul etmiş bəzən vətəndaşlar birbaşa Həcərə müraciət etmişlər. Həcərin komissiyada səs hüququ olmuş, yeni sistemdə komissiya məsələsi olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış cinayət işinin başlanması haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material üzrə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən fakta görə başlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış sənədlədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi üzrə 26 may 2011-ci il tarixli 09/11-408 saylı əmrlə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin Ünvanlı Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən sektor müdiri qismində ünvanlı Sosial yardım və müavinət təyinatı prosesinə rəhbərlik etməklə həmin dövrdə qüvvədə olmuş Dövlət Sosial Müdafiə Fondunun sədrinin 13 aprel 2012-ci il tarixli 434 nömrəli əmri ilə təsdiq edilmiş “İnzibati vəzifələr üzrə vəzifə təlimatları”na əsasən sektora rəhbərlik edilməsi, sektora daxil olan vəsaitlərin düzgün xərclənməsi və təyinatı üzrə istifadəsinə nəzarətin təmin edilməsi, müavinətlərin qüvvədə olan qanunvericiliyə uyğun olaraq verilməsi, eləcə də həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına əsasən sosial yardımın təyin edilməsi üçün sənədlərin qəbul edilməsini təşkil etmək, ailənin gəlir və əmlakı haqqında məlumatların təsdiq edilmiş müvafiq formalar üzrə doldurulmasına nəzarət etmək, bəyan edilmiş məlumatların düzgünlüyünü, sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsinin əsaslarını yoxlamaq, həmçinin ərizə və ona əlavə olunmuş sənədləri ərizəçinin şəxsiyyət vəsiqəsi və təqdim etdiyi digər sənədləri onların əsli ilə qarşılıqlı yoxlamaq, zəruri hesab olunan hallarda yoxlanılmalarını təşkil etmək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 saylı qərarı ilə təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X11»na əsasən, müəssisə, idarə və təşkilat rəhbərlərinin əmr, tapşırıq və sərəncamlarının vaxtlı-vaxtında yerinə yetirilməsi, müavinətlərin təyin olunması üçün lazımi sənədlərin rəsmiləşdirilməsi, eləcə də Nazirlik tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən, vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi və digər səlahiyyətlərə malik, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak etmək də daxil olmaqla təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 308.1, 311.3.2, 313 və 32.4,313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Müdafiə tərəfinvəsatəti əsasında məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 noyabr 2022ci il tarixli **********4 saylı məktubundan görünür ki, Nazirliyin tabeliyində X39 keçmiş Tərtər rayon şöbəsinin əməkdaşı olmuş Təqsirləndirilən şəxs aid elektron imza ilə VEMTAS-da ailənin maddi məişət şəraitinin müayinəsinə dair məlumatların təsdiqlənməsi halı aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış ƏƏSMN tabeliyində DSMF-nin 21 may 2021-ci il tarixli **********1 nömrəli məktubu və əlavə edilmiş sənədlərdən görünür ki, - Şahid1 xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixdək hər ay 125,36 manat olmaqla ümumilikdə 1504,32 manat və xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək hər ay 142,10 manat olmaqla ümumilikdə 4156,32 manat olmaqla cəmi 3.209,52 manat məbləğində müavinət ödənilmişdir. - Şahid3 xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixdək hər ay 164,39 manat olmaqla ümumilikdə 1972,68 manat və xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 173,18 manat olmaqla ümumilikdə 4156,32 manat olmaqla cəmi 6.129 manat məbləğində müavinət ödənilmişdir. - X18 xx.xx.2016-cı il tarixdə təyin edilmiş müavinət avtotəyinatla icra edilmişdir. Həmin təyinata görə Xəyalə Xanlarıya xx.xx.2016-cı il tarixdən xx.xx.2028-ci il tarixədək hər ay 119,82 manat olmaqla ümumilikdə 2879,52 manat məbləğində müavinət ödənilmişdir. - Şahid10 xx.xx.2018-ci il tarixdə təyin edilmiş müavinət Şahid13 elektron imzası ilə təsdiq edilmişdir. Həmin təyinata görə Şahid10 xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 164,42 manat olmaqla ümumilikdə 3946, 08 manat məbləğində müavinət ödənilmişdir. - Şahid4 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 279,55 manat məbləğində müavinət ödənilmişdir. - Şahid11 xx.xx.2018-ci il tarixdə təyin edilmiş müavinət Şahid13 elektron imzası ilə təsdiq edilmişdir. Həmin təyinata görə Şahid11 xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 180,47 manat olmaqla ümumilikdə 4331,28 manat məbləğində müavinət ödənilmişdir. - Şahid6 xx.xx.2019-cu il tarixdə təyin edilmiş müavinət Şahid13 elektron imzası ilə təsdiq edilmişdir. Həmin təyinata görə Şahid6 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 236,99 manat olmaqla ümumilikdə 5687,76 manat məbləğində müavinət ödənilmişdir. - Şahid7 xx.xx.2019-cu il tarixdə təyin edilmiş müavinət Şahid13 elektron imzası ilə təsdiq edilmişdir. Həmin təyinata görə Şahid7 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 148,8 manat olmaqla ümumilikdə 3571,2 manat məbləğində müavinət ödənilmişdir. - Şahid2 xx.xx.2019-cu il tarixdə təyin edilmiş müavinət Şahid13 elektron imzası ilə təsdiq edilmişdir. Həmin təyinata görə Şahid2 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 210,92 manat olmaqla ümumilikdə 1898,28 manat məbləğində müavinət ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 10 sentyabr 2021-ci il tarixli **********7 nömrəli məktubdan görünür ki, Şahid12 (VÖEN: **********; SUN: **********5) isə xx.xx.2018-ci il tarixdə fərdi sahibkar (özü-özünü sığortaedən) kimi uçota alınaraq sığortaedənin uçot nömrəsi (SUN) ilə təmin edilmişdir. Nazirliyin “X1 Sistemi”nin (MEİS) “Sığorta” (Hesabat) altsistemindən əldə olan məlumatlara əsasən sığortaolunanlar, Şahid11 (FİN: 2PL7C52; SSN: **********649), Şahid7 (FİN: 1DUN0FL; SSN: **********416), Şahid5 (FİN: 2C5FS5A; SSN: **********675) fərdi şəxsi hesablarında Şahid12 tərəfindən məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olmuş 13 sentyabr 2021-ci il tarixli 02/5-758çıx-21 saylı məktub və sənədlərdən görünür ki, - xx.xx.2019-cu il tarixli 1DUNOFL000400 nömrəli müqaviləyə əsasən Şahid7 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işəgötürən X7 məxsus ev quşlarının yetişdirmə müəssisəsində “qulluq göstərən və yemləyən işçi” kimi qeydiyyata alınmışdır. - xx.xx.2019-cu il tarixli 2UY1Q7V0000100 nömrəli müqaviləyə əsasən Şahid6 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək işəgötürən X7 məxsus ev quşlarının yetişdirmə müəssisəsində “qulluq göstərən və yemləyən işçi” kimi qeydiyyata alınmışdır. - xx.xx.2019-cu il tarixli 4R8J9XN0000100 nömrəli müqaviləyə əsasən Şahid2 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, eləcə də xx.xx.2019-cu il tarixli 4R8J9XN0000200 nömrəli müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, işəgötürən X7 məxsus ev quşlarının yetişdirmə müəssisəsində “qulluq göstərən və yemləyən işçi” kimi qeydiyyata alınmışdır. - xx.xx.2019-cu il tarixli 2C5FS5A000200 nömrəli müqaviləyə əsasən Şahid5 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işəgötürən X7 məxsus ev quşlarının yetişdirmə müəssisəsində “satıcı” kimi qeydiyyata alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış telefon danışıqlarına dair məlumatların əks olunduğu “CD” disk-dən və diskə baxış protokolundan görünür ki, - ********** və **********- nömrələri Şahid12, ********** nömrəsi Şahid19, ********** nömrəsi Şahid20, ********** nömrəsi Şahid3, ********** nömrəsi Şahid5, ********** nömrəsi Şahid6, və ********** nömrəsi Şahid2 adına rəsmiləşdirilmişdir. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsinə daxil olan və çıxan zənglər barədə məlumatların əks oldunuğu “**********31.txt” başlıqlı faylda baxış zamanı Təqsirləndirilən şəxs qeyd olunan nömrəsi ilə Şahid13 istifadəsində olmuş ********** nömrəsi arasında 2014-cü ilin sentyabr ayından 2019-cu ilin oktyabr ayınadək mütəmadi telefon əlaqəsi olmuşdur. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid17 istifadə etdiyi ********** nömrəsi ilə 2015-ci ilin mart ayının 10 tarixində telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid16 istifadə etdiyi ********** nömrəsi ilə 2018-ci ilin iyul ayının 28 və 29, avqust ayının 04 və 21, sentyabr ayının 06 və 13, dekabr ayının 20 və 21, 2019-cu ilin yanvar ayının 21 və 23, fevral 23, mart ayının 06 və 17, aprel ayının 09 və 23, iyun ayının 06, avqust ayının 09, 11 və 15, sentyabr ayının 06, oktyabr ayının 28 və noyabr ayının 27 tarixində mütəmadi telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid12 istifadə etdiyi ********** nömrəsi ilə 2019-cu ilin avqust ayının 30, noyabr ayının 26 və 27 tarixində telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid12 istifadə etdiyi ********** nömrəsi ilə 2019-cu ilin may ayının 07 və 08, sentyabr ayının 02 tarixində telefonla əlaqə saxlamışdırş - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid19 istifadə etdiyi ********** nömrəsi ilə 2018-ci ilin may ayının 22, 2019-cu ilin mart ayının 17 tarixində telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid20 istifadə etdiyi ********** nömrəsi ilə 2014-cü ilin avqust ayının 07, 08, 10,11,12,14, 20, 21 və 25, sentyabr ayının 06, 09, 10, 11,12, 15, 20, 22, 23 və 25, oktyabr ayının 04, 20 və 22, noyabr 11 və 14, dekabr 18, 23 və 25, 2015-ci ilin aprel ayının 13, iyun ayının 24, avqust ayının 06, oktyabr ayının 21, noyabr ayının 01, 2016-cı ilin yanvar ayının 15, fevral ayının 27, iyun ayının 23, avqust ayının 24, sentyabr ayının 26, 2017-ci ilin fevral ayının 21 və 28, mart ayının 12, aprel ayının 08 və 27, may ayının 17, sentyabr ayının 05 və 22, oktyabr ayının 25, noyabr ayının 06, dekabr ayının 12, 2018-ci ilin yanvar ayının 11 və 15, fevral ayının 12 və 22, aprel ayının 11, dekabr ayının 10, 12 və 18 tarixində mütəmadi telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid1 istifadə etdiyi ********** nömrəsi ilə 2015-ci ilin avqust ayının 20, sentyabr ayının 22 və 23, oktyabr ayının 23, noyabr ayının 22 və 23, dekabr ayının 19 və 21, 2016-cı ilin yanvar ayının 08, fevral ayının 23 və may ayının 27 tarixində mütəmadi telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid3 istifadə etdiyi ********** nömrəsi ilə 2014-cü ilin sentyabr ayının 23, oktyabr ayının 17 və 20, 2017-ci ilin iyul ayının 31 tarixində mütəmadi telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid9 istifadə etdiyi ********** nömrəsi ilə 2016-cı ilin iyun ayının 08 və 14, 2017-ci ilin iyul ayının 17, 2018-ci ilin fevral ayının 01, mart ayının 03, may ayının 29, avqust ayının 28, 29 və 30, 2019-cu ilin fevral ayının 09 tarixində mütəmadi telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid10 istifadə etdiyi ********** nömrəsi ilə 2015-ci ilin dekabr ayının 16, 2018-ci ilin may ayının 08 və 30, sentyabr ayının 24, 2019-cu ilin yanvar ayınının 24 və 28, mart ayının 12, may ayının 31 və iyun ayının 28 tarixində mütəmadi telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid5 istifadə etdiyi ********** nömrəsi ilə 2018-ci ilin noyabr ayının 20, 21, 22, 26, 2019-cu ilin yanvar ayının 28, fevral ayının 02 və 05, iyul ayının 04 və 18, avqust ayının 01, 02, 03, 12 və 17, sentyabr ayının 02 və 22, oktyabr ayının 16 tarixində mütəmadi telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə X19 istifadə etdiyi ********** nömrəsi ilə 2018-ci ilin sentyabr ayının 25 tarixində telefonla əlaqə saxlamışdır. - Xeyri istifadəsində olan ********** nömrəsi ilə X10 istifadə etdiyi ********** nömrəsi ilə 2014-cü ilin avqust ayının 13, noyabr ayının 20, dekabr 25, 2018-ci ilin fevral ayının 19 və 20, mart 06, 07, 09, 14, 16 və 30, mart ayının 06, 07, 09, 14, 16 və 30, aprel ayının 04, 05,17,18, 19, 22, 24 və 30, may ayının 07, iyun ayının 05, 11 və 22, iyul ayının 19, 22, 27 və 31, avqust ayının 03,07, 09, 13 və 29, sentyabr ayının 06, 14, 17 və 18, oktyabr ayının 02, 15, 18 və 26, oktyabr ayının 02, 15, 18 və 26, noyabr ayının 07, 12, 16, 22 və 28, dekabr ayının 14 və 17, 2019-cu ilin yanvar ayının 08, 11, 25, 26 və 30, fevral ayının 01, 11, 14 və 22, mart 01, 06, 11, 12, 13, 15 və 22, aprel ayının 04, 10, 19, 21, 22 və 25, may ayının 06, 10, 13 və 25, iyun ayının 27, 28 və 29, iyul ayının 03, 08, 09, 16, 18, 19, 22, 25 və 26, avqust ayının 02, 08, 09, 19, 28 və 29, sentyabr ayının 05 və 13, oktyabr ayının 18 tarixində mütəmadi telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid6 istifadə etdiyi ********** nömrəsi ilə 2018-ci ilin may ayının 30, sentyabr ayının 12, oktyabr ayının 16, 2019-cu ilin mart ayının 01, aprel ayının 16 və iyun ayının 10 tarixində mütəmadi telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid2 istifadə etdiyi ********** nömrəsi ilə 2019-cu ilin aprel ayının 04, 22, 23 və 25, may ayının 08,14, 20, 27 və 31, iyun ayının 14, 28, və 29, iyul ayının 27, avqust ayının 19, 28 və 30, oktyabr ayının 21 tarixində mütəmadi telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsinə daxil olan və çıxan zənglər barədə məlumatların əks oldunduğu “**********10.txt” başlıqlı faylla baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qeyd olunan nömrəsi ilə Şahid13 istifadəsində olmuş ********** nömrəsi arasında 2014-cü ilin sentyabr ayından 2019-cu ilin fevral ayınadək mütəmadi telefon əlaqəsi olmuşdur. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid13 istifadə etdiyi ********** nömrəsi ilə 2018-ci ilin may ayının 17 və oktyabr ayının 01 tarixində telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid20 istifadə etdiyi ********** nömrəsi ilə 2017-ci ilin noyabr ayının 06 tarixində mütəmadi telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid16 istifadə etdiyi ********** nömrəsi ilə 2018-ci ilin oktyabr ayının 05, noybar ayının 01 və 04, dekabr ayının 21 və 29, 2019-cu ilin mart ayının 16 tarixində mütəmadi telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə X8 istifadə etdiyi ********** nömrəsi ilə 2018-ci ilin fevral ayının 01 tarixində mütəmadi telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid12 istifadə etdiyi ********** nömrəsi ilə 2019-cu ilin mart ayının 14, 19 və 27, may ayının 05 tarixində telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid12 istifadə etdiyi ********** nömrəsi ilə 2019-cu ilin may ayının 06, 08, 11,12 və 14 tarixində telefonla əlaqə saxlamışdır. - Şahid13 istifadəsində olmuş ********** nömrəsinə daxil olan və çıxan zənglər barədə məlumatların əks oldunuğu “9945**********.txt” başlıqlı faylla baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şahid13 qeyd olunan nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** nömrəsi arasında 2014-cü ilin sentyabr ayından 2019cu ilin fevral ayınadək mütəmadi telefon əlaqəsi olmuşdur. - Şahid13 istifadəsində olan ********** nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ********** nömrəsi ilə 2014-cü ilin sentyabr ayından 2019-cu ilin oktyabr ayınadək mütəmadi telefon əlaqəsi olmuşdur - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid12 istifadə etdiyi ********** nömrəsi ilə 2018-ci ilin iyun ayının 02, iyul ayının 05 və 10, avqust ayının 03 və 13, sentyabr ayının 06, oktyabr ayının 04, 08, 11, 13, 30 və 31, noyabr ayının 02, 03 və 05, dekabr ayının 11, 20 və 21, 2019-cu ilin yanvar ayının 08, 09, 12, 14 və 18, fevral ayının 02, 04, 06, 11, 12, 18, 19, 21, 22, 24, 25 və 26, mart ayının 06, 11, 13, 15, 20, 24, 27, 28 və 29, aprel ayının 02, 05, 10, 11, 23 və 28, iyun ayının 03, 07, 14, 15 və 24, iyul ayının 03 və 18, sentyabr ayının 03, 05, 12 və 29, oktyabr ayının 01, 08 və 11, noyabr ayının 02, 2020-ci ilin yanvar ayının 06 və 28 tarixində telefonla əlaqə saxlamışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə Şahid13 istifadə etdiyi ********** nömrəsi arasında xx/xx/2015,08:47:07,**********05,**********31,Saat 11-də zəng vur denən ki “evə baxışa gedirik” məzmunda yazışma olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış "xxxx" ASCdən daxil olmuş 23 avqust 2021-ci il tarixli 157000/2-4285 saylı məktuba əlavə olunmuş sənədlərdən görünür ki, - Şahid1 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******0318 nömrəli plastik bank kartına 08 oktyabr 2013-cü il tarixdən 14 avqust 2014-cü il tarixədək hər ay 125,36 manat, həmin hesaba bağlı olan 416974******5045 nömrəli plastik bank kartına isə 24 dekabr 2014-cü il tarixdən 19 oktyabr 2015-ci il tarixədək hər ay 142,10 manat olmaqla cəmi 3.209,52 manat məbləğində müavinət mədaxil olunmuş, 3.209,52 manat məxaric edilmişdir. - Şahid3 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******5849 nömrəli plastik bank kartına 20 oktyabr 2014-cü il tarixə 493,17 manat, 18 noyabr 2014-cü il tarixdən 16 iyul 2015-ci il tarixədək hər ay 164,39 manat, həmin hesaba bağlı olan 416974******7564 nömrəli plastik bank kartına 21 sentyabr 2015-ci il tarixə 346,36 manat, 19 oktyabr 2015-ci il tarixdən 18 avqust 2017-ci il tarixədək hər ay 173,18 manat, eləcə də 08 yanvar 2016-cı il tarixdə əlavə 50 manat olmaqla cəmi 6179 manat məbləğində müavinət mədaxil olunmuş, həmin məbləğ tam olaraq məxaric edilmişdir. - X13 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******9527 nömrəli plastik bank kartına 24 oktyabr 2016-cı il tarixdən 26 iyul 2018ci il tarixədək hər ay 119,98 manat olmaqla cəmi 2879,52 manat məbləğində müavinət mədaxil olunmuş, 2879 manat olan hissəsi məxaric edilmişdir. - Şahid10 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******5687 nömrəli plastik bank kartına 23 aprel 2018-ci il tarixdən 28 fevral 2020-ci il tarixədək hər ay 164,42 manat, eləcə də 27 dekabr 2018 və 30 dekabr 2019-cu il tarixlərdə əlavə olaraq hər dəfə 100 manat məbləğində pul mədaxil olmaqla, cəmi 4146,08 manat məbləğində müavinət mədaxil olunmuş, 4146 manat olan hissəsi məxaric edilmişdir. - Şahid4 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******0245 nömrəli plastik bank kartına 30 dekabr 2019-cu il tarixdən 16 iyul 2021ci il tarixədək hər ay 279.55 manat, eləcə də 30 dekabr 2019-cu il tarixdə 100 manat məbləğində pul mədaxil olmaqla cəmi 5970,55 manat məbləğində müavinət mədaxil olunmuş, 5970 manat olan hissəsi məxaric edilmişdir - Şahid11 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******0360 nömrəli plastik bank kartına 27 dekabr 2018-ci il tarixdən 26 oktyabr 2020-ci il tarixədək hər ay 180,47 manat, eləcə də 27 dekabr 2018 və 30 dekabr 2019-cu il tarixlərdə əlavə olaraq hər dəfə 100 manat məbləğində pul olmaqla, cəmi 4531,28 manat məbləğində müavinət mədaxil olunmuş, həmin məbləğin 4.531 manat olan hissəsi məxaric edilmişdir. - Şahid6 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******7364 nömrəli plastik bank kartına 30 may 2019-cu il tarixdən 19 mart 2021-ci il tarixədək hər ay 236,99 manat, eləcə də 30 dekabr 2019-cu il tarixdə 100 manat məbləğində pul olmaqla cəmi 5787,76 manat məbləğində müavinət mədaxil olunmuş, həmin məbləğin 5787 manat olan hissəsi məxaric edilmişdir. - Şahid7 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******2228 nömrəli plastik bank kartına 28 iyun 2019-cu il tarixdən 19 mart 2021-ci il tarixədək hər ay 148,80 manat, eləcə də 30 dekabr 2019-cu il tarixdə 100 manat məbləğində pul mədaxil olmaqla, cəmi 3671,2 manat məbləğində müavinət mədaxil olunmuş, məbləğin 3671 manat olan hissəsi məxaric edilmişdir. - Şahid2 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******1537 nömrəli plastik bank kartına 28 iyun 2019-cu il tarixdən 19 fevral 2020-ci il tarixədək hər ay 210,92 manat, eləcə də 30 dekabr 2019-cu il tarixdə 100 manat və 19 fevral 2020-ci il tarixdə 20 manat məbləğində pul olmaqla cəmi 2018,28 manat məbləğində müavinət mədaxil olunmuş, həmin məbləğin 2018 manat olan hissəsi məxaric edilmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs məhkəməyə qədərki dövrdə ifadələrinin müstəntiq tərəfindən yazılaraq, müstəntiqlə yaxın tanışlıq münasibətləri olan Mətanət Hüseynova adlı şəxsin təhriki ilə guya onun xeyrinə işin yekunlaşdırılmasına inandırılaraq imza etdirildiyini bildirmiş, eyni zamanda iş üzrə şahidlər olan Şahid10 və Şahid3lə üzləşdirmə zamanı da həmin protokolların həm özü, həm də şahidlərə aldadılaraq tanış edilmədən imza etdirildiyini bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə “DVD” disk təqdim edilmiş, işin Təqsirləndirilən şəxs xeyrinə istiqamətində həll olunması üçün ondan müxtəlif dövrlərdə dəymiş ziyanın ödənilməsi adı ilə tanışı Mətanət Hüseynova vasitəsilə müxtəlif məbləğlərdə pul alındığını, lakin sonradan Təqsirləndirilən şəxs barəsində cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib sonuncu çağırıldıqda işin məhkəməyə verildiyini görüb verdiyi məbləği geri istəməsi və pulun ona Mətanət Hüseynovaya məxsus kart vasitəsilə göndərildiyini, həmin halların təqsirləndirilən şəxsin ifadələrinin aldadılma yolu ilə alınmasını təsdiq edən sübutlar olduğunu bildirmişdir. Göstərilən xüsusatlarla əlaqədar müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X14 göstərdi ki, hazırki iş üzrə ibtidai istintaqı aparmış X41 rayon prokurorluğunda işlədiyi dövrdə tanımış və onunla yoldaşlıq münasibətləri olmuşdur. Şahid21 rayonda xidməti işlə bağlı ezamiyyətdə olarkən çox vaxt onların evində qalmışdır. Təqsirləndirilən şəxs işi ilə əlaqədar sonuncunun xahişi ilə o, Şahid21 sonuncuya köməklik göstərilməsini xahiş etsə də, dəymiş ziyanın ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs hansısa məbləğdə pul almamış və bununla bağlı aralarında danışıq olmamış, müstəntiq Həcərdən onun vasitəsilə pul almamış və geri qaytarmamışdır. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi və məhkəmə baxışında tədqiq edilmiş “DVD” diskdən görünür ki, Mətanət Hüseynzadə ilə Təqsirləndirilən şəxslə arasında sonuncunun evində 2021-ci il dekabr ayında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəməyə göndərilməsinə görə narazılıq etməsi, eləcə də dəymiş ziyanın ödənilməsinə görə alınmış pul vəsaitinin geri qaytarılması məzmununda danışıqlar aparılmış, pulun geri qaytarılması ilə bağlı həmin dövrdə Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq idarəsinin rəisi olmuş Fərid Nağıyev adlı şəxsin və iş üzrə ibtidai istintaqı aparan Şahid21 adı çəkilmiş, Mətanət Hüseynzadə aparılmış videoçəkiliş zamanı mobil telefonla müdafiə tərəfi tərəfindən Şahid21 olduğu iddia edilən şəxslə mobil telefonla danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 məhkəmənin həm əvvəlki, həm də hazırki tərkibi tərəfindən şahid qismində dindirildikdən sonra fərqli məzmunlu inkarecici ifadə verdiyi üçün iş üzrə ibtidai araşdırma aparmış müstəntiq Şahid21 ona mobil telefonla zəng edərək məhkəmədə verdiyi ifadəsini dəyişməsi ilə əlaqədar hədə-qorxu gələrək özünü və anasını cinayət məsuliyyətinə cəlb edəcəyini bildirməsini demişdir. Məhkəməyə ünvanladığı ərizə ilə bağlı şahid qismində əlavə olaraq yenidən dindirilmiş Şahid11 məhkəmənin əvvəlki tərkibi tərəfindən dindirildikdən sonra yaşadığı ərazinin kənd icra nümayəndəsi tərəfindən bildirildiyinə görə Tərtər rayon prokurorluğunda cinayət işi üzrə istintaq aparan Nicat Şahverdiyin qəbuluna getdiyini, orada digər işlə bağlı ifadəsini aldıqdan sonra müstəntiqin ona məhkəməyə yazılı ərizə ilə müraciət edib, Təqsirləndirilən şəxs işi ilə bağlı əvvəlki məhkəmə baxışında verdiyi ifadəsini deyil, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etməsi məzmunda ərizə yazmasını bildirmişdir. Göstərilənlərlə əlaqədar iş üzrə ibtidai istintaqı aparmış Şahid21 dəfələrlə iş yeri olan Baş prokurorluq və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vasitəsilə, eləcə də birbaşa elektron məhkəmə informasiya sisteminin “sms məlumatlandırma” xidməti vasitəsilə şahid qismində məhkəmə iclaslarına çağırılsa da, iş yerindən şəxsin xidməti ezamiyyətdə olması əsası ilə onun məhkəmə baxış iclasında iştirakının mümkün olmadığı göstərilmişdir. Odur ki, göstərilənlərlə əlaqədar müvafiq yoxlama aparmaq səlahiyyəti olmadığından məhkəmə, həmin hallarla bağlı materialın və təqdim edilmiş “DVD” diskin araşdırılaraq müvafiq qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini ədalət mühakiməsinin mənafeyi və qanunçuluq prinsipinə uyğun hesab edir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə artıq məlum olan hallar üzrə faktiki şübhəli yaxud təqsirləndirilən statusunda olan şəxsin ilkin olaraq şahid qismində dindirilməsi daxili və beynəlxalq hüququn qanunçuluq prinsipinə ziddir və şəxsin özünü ifşa etməmək hüququ olmasına baxmayaraq onun şahid statusunda tanınması həmin hüquqlarını pozur. Bütün yuxarıda qeyd edilənlər məhkəmə tərkibində Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə şahid və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinin aldatma yolu ilə alınmasına əsaslı şübhələr yaratdığından məhkəmə təqsirləndirilən şəxsin həmin ifadələri sübut növü kimi qəbul etmir və Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadələrini əsas götürərək CPM-nin 125-ci maddəsinə əsasən həmin ifadəni digər şahid ifadələri və sübutlarla müqayisəli şəkildə təhlil edərək qiymətləndirir. İş üzrə dindirilmiş şahidlər Şahid10, Şahid3 məhkəmə baxışında hər iki məhkəmə tərkibi tərəfindən dindirilərkən Təqsirləndirilən şəxs ünvanlı sosial yardımın təyin edilməsi ilə əlaqədar onlardan hər hansı məbləğdə pul istəyib almadığını, həmçinin aldıqları sosial yardımdan Təqsirləndirilən şəxs heç bir məbləğdə pul vermədiklərini, ibtidai araşadırma dövründə müstəntiq tərəfindən yazılmış ifadələrini isə oxumadan imza etdiklərini, aparılmış üzləşmə zamanı isə protokolda göstərilənlərlə bağlı aralarında üzləşmə keçirilmədiyini, Təqsirləndirilən şəxs əleyhinə hansısa məzmunda ifadə vermədiklərini göstərmişlər. Məhkəmə Şahid10 və Şahid3 məhkəmə baxışında deyil, ibtidai istintaq zamanı verdiyi ifadələrini əsas götürərək qeyd edir ki, göstərilən şəxslər işin ibtidai istintaqı dövründə ilkin yoxlama hərəkətləri zamanı Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə hələ xx.xx.2019-cu ildə verdikləri ifadələrində bildirmiş, iş materiallarından da göründüyü kimi, həmin ifadədən təxminən 6 (altı) ay sonra guya yanlış anlaşılma və ailə üzvləri tərəfindən vaxtında məlumatlandırılmama ilə əlaqədar (məhkəmənin qənaətinə əsasən isə təqsirləndirilən şəxs və qeyrilərinin xahişi və təsiri ilə) şikayət etdiklərini göstərmişlər. Həm Şahid10, həm də Şahid3 xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı verdiyi ifadələrində məhz sonuncunun şikayətlərindən sonra onlardan yanlışanlaşılma ilə bağlı ərizə yazılmasını xahiş etdiyini bildirmişlər. Bundan başqa Şahid10 və Şahid3 cinayət işinin sonrakı istintaq mərhələsində xx.xx.2021-ci il tarixli ifadələrində, eləcə də digər rüşvət vermiş şəxslərlə bərabər xx.xx.2021-ci ildə istintaqa yazdıları ərizələrdə könüllü olaraq rüşvət istənilməsi barədə məlumat verdikləri üçün CM-nin 312-ci maddəsinin Qeyd hissəsinə əsasən barələrindəki cinayət təqibinə xitam verilməsinə etiraz etmədiklərini göstərmişlər. Xüsusilə qeyd edilməlidir ki, Şahid10 və Şahid3 münasibətdə sonuncuların yaxın qohumu (ana və qaynanası) olan Ülkər Əliyevanın bank kartlarını sonunculardan guya izafi xərclərin qarşısının alınması məqsədilə alınması və yalnız sonuncuların şikayətindən sonra qaytarılması, həmçinin özü yaşlı olduğu üçün həmin bank kartlarını pulun çıxarılıb özünə qaytarılması üçün Təqsirləndirilən şəxs verilməsi işin faktiki halları ilə əsaslı təzad təşkil edir. Məhkəmənin əvvəlki tərkibi tərəfindən dindirilərkən Ülkər Əliyeva qocalığının özünün pulu kartlardan məxaric etməsinə imkan vermədiyini göstərsə də, işin faktiki hallarından görünür ki, həm Şahid10, həm də Şahid3 sosial yardım düzəlməsi ilə bağlı sənədlərin toplanması, aidiyyəti orqanlara onlarla birgə müraciət bilavasitə özü tərəfindən edilmişdir ki, bu da onun kifayət qədər fiziki və psixi dayanıqlığa malik olduğunu göstərir. Qeyd edilən şəxslərin sonrakı dövrdə ifadələrinin dəyişməsini (yumşalmasını), verilən ifadələrdə ittihamedici meyllərin isə təqsirləndirilən şəxsin müdafiəsinə yönəlməsi məhkəmə tərkibində yuxarıda da göstərildiyi kimi onların qonşu və tanış olması, təyin edilmiş sosial yardımın qalıq hissəsi Ülkər Əliyeva (məhkəmənin qənaətinə görə isə Təqsirləndirilən şəxs tərəfindən qaytarılandan sonra) təqsirləndirilən şəxs özlərinə tam olaraq verildikdən sonra sonuncu və ailə üzvləri ilə münasibəti korlamaq istəməmələri qənaətinə gəlmişdir. Məhkəmənin həmin nəticəyə gəlməsinə həmçinin şahidlərin məhkəmə baxışında verdiyi ifadələri ilə işdəki sübutlar arasında kəskin ziddiyyətlər olması səbəb olmuşdur. Belə ki, Şahid10 məhkəmə baxışında əvvəlki və sonrakı tərkibə verdiyi ifadələrində gah sosial yardım kartının həmişə özündə olduğunu bir neçə ay özü pulu çıxartdığını göstərmiş, gah da əvvəldən anası tərəfindən götürülüb saxlanıldığını demişdir. Lakin iş materiallarında əlavə edilmiş və məhkəmə baxışında da tədqiq edilmiş pulun məxaric edilməsi zamanı qeydə alınan fotoşəkillərdən görünür ki, qeyd edilən dövrdə ona məxsus kartdan pul özü tərəfindən deyil, müxtəlif şəxslər tərəfindən məxaric edilmişdir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-dən daxil olmuş 01 iyun 2021-ci il tarixli 157000/2-2628 və 17 iyul 2021-ci il tarixli 157000/2-3570 saylı məktublara əlavə olunmuş disklərə və baxış protokollardan görünür ki, Şahid10 məxsus plastik kartdan Şahid17 2019-cu ilin aprel və dekabr, 2017-ci ilin oktyabr, 2018-ci ilin iyul, sentyabr, noyabr, eləcə də 2019-cu ilin yanvar, fevral, mart, aprel, iyul, avqust aylarında Rahil Rzayev, 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs, 2019-cu ilin iyun ayında isə Yavuz İbrahimov müxtəlif məbləğlərdə pul məxaric etmişlər. Şahid3 məxsus kartdan 2016-cı ilin may, iyul, avqust, sentyabr, oktyabr, noyabr, 2017-ci ilin fevral, mart, aprel, may, iyun aylarında Şahid15 müxtəlif məbləğlərdə pul məxaric etmişlər. Xəyalə Xanlarıya məxsus kartdan pulu atası Şahid9, Şahid4 məxsus kartdan pulu əri Şahid5, Şahid2, Şahid11 və Şahid6 məxsus kartdan pulları isə sonuncular özləri məxaric etmişlər. Odur ki, məhkəmə göstərilən epizodlar üzrə Şahid10 və Şahid3 ünvanlı soial yardım alınması üçün Təqsirləndirilən şəxs hər hansı məbləğ pul verilməməsi barədə göstərdiklərini həqiqətəuyğun olmayan hesab edir, qonşuluq və tanışlıq münasibətlərindən irəli gələn təqsirləndirilən şəxsin ifşa edilməsində iştirak etməmək istəyi kimi qiymətləndirir. Həmçinin məhkəmə tərkibi digər şahidlərin də məhkəmə baxışında ibtdai araşdırmaya nisbətdə daha yumşaq (Təqsirləndirilən şəxs xeyrinə) ifadə vermələrini onların həmyerli və tanış olmaları ilə əlaqələndirir və ibtidai istintaqda verdikləri ifadələrini işin faktiki halları ilə daha uyğun olduğu üçün sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid11, Şahid7, Şahid2, X25, Şahid10, Şahid6, Şahid3, Şahid1 ünvanlı sosial yardım verilməsi üçün maddi məişət şəraitinin müayinəsinə dair məlumatların Şahid13 və qeyri işçilərə aid elektron imzalarla təsdiq edildiyini əsas gətirərək, onlara ünvanlı sosial yardım verilməsi üçün hər hansı səlahiyyətə malik olmadığını göstərsədə məhkəmə qeyd edir ki, həmin əsas Təqsirləndirilən şəxs 5 epizod üzrə ünvanlı yardımın təyin edilməsi üçün rüşvət istənilib alınmasını, eləcə də 5 epizod üzrə dövlət əmlakının israf edilməsində iştirak etməsini inkar edən hal kimi nəzərdən keçirilə və qiymətləndirilə bilməz. Ünvanlı sosial yardım təyin edilmiş şəxslər onların məişət şəraitinin yoxlanılmasında bilavasitə iştirak etməsə də həmin orqana ilkin müraciətləri zamanı birbaşa Təqsirləndirilən şəxs tərəfindən qəbul edildiklərini, sosial yardlımın təyinatı ilə bağlı ondan şifahi məsləhət (məhkəmənin qənaətinə əsasən isə təqsirləndirilən şəxsin təhriki ilə məcburiyyət qarşısında sövdələşməyə gedərək) alaraq sənədləri ona təqdim etdiklərini göstərmişlər. Məhkəmə nəzərə çatdırır ki, iş üzrə tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs inkar etməsinə baxmayaraq ÜDSYT sektorunun müdiri olaraq rəhbərlik etdiyi işçilərin elektron imzası ilə maddi məişət şəraitinin müayinəsinə dair məlumatları elektron sistemə daxil edilməsi üçün göstəriş verərək, həmçinin hazırki iş üzrə digər təqsirləndirilən şəxs ilə (Şahid13) qabaqcadan əlbir olaraq dövlət əmlakını israf etmiş, rüşvət aldığı şəxslərə ünvanlı sosial yardım təyin etmişdir. İbtidai istintaq orqanının təqsirləndirilən şəxsə verdiyi ittihamlardakı epizodlardan biri üzrə göstərilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla ona etibar edilmiş pul vəsaitini israf etmə yolu ilə talamaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, 2018-ci ilin oktyabr ayında aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasında şərait yaradılması üçün özünə müraciət etmiş Şahid5 köməklik etmək məqsədilə, tanışı olan Tərtər şəhəri ərazisində hüquqi şəxs yaratmadan ev quşlarının yetişdirilməsi sahəsində fərdi sahibkarlıqla məşğul olan vəzifəli şəxs olan (VÖEN **********) Tərtər rayon sakini Şahid12 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci madəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminə vahid şəxsi niyyətlə daxil edib vəzifə saxtakarlığı törədərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırmaqla bunun əsasında həmin şəxslərə guya təyin ediləcək maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına dair müraciətinə əsasən sonuncunun razılığını alaraq onunla sövdələşməklə, Şahid12 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə sonuncunun Şahid5 özünə məxsus ev quşlarının yetişdirilməsi müəssisəsində fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları xx.xx.2018-ci il tarixdə Tərtər şəhəri, Şakir Həsənov küçəsində yerləşən 4 nömrəli evində ona məxsus asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminə daxil etməklə, Şahid12 vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına təhrik edib, həmin tarixli, 2C5FS5A000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra ailə-məişət şəraitinin yoxlanışının nəticəsi üzrə vətəndaşın müraciətində göstərdikləri həmin sistem üzərində rəhbəri olduğu sektorda asan imza ilə təsdiqlənib, müvafiq elektron müraciətə baxılması nəticəsində ünvanlı dövlət sosial yardımı təyin edilmədikdən sonra, 2019-cu ilin oktyabr ayında Şahid5 özünə eyni məzmunlu müraciəti əsasında özünün Şahid12 eyni xarakterli xahişinə əsasən sonuncunun razılığını alaraq onunla sövdələşməklə, Şahid12 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə Şahid5 özünə məxsus ev quşlarının yetişdirilməsi müəssisəsində fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları xx.xx.2019-cu il tarixdə qeyd edilən evində ona məxsus asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminə daxil edib Şahid12 vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına təhrik edib, 2C5FS5AA000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra ailə-məişət şəraitinin yoxlanışının nəticəsi üzrə vətəndaşın müraciətində göstərdikləri həmin sistem üzərində rəhbəri olduğu sektorda asan imza ilə təsdiqlənib, müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 sisteminin “Ünvanlı yardım” X38 və Təyinat Altsistemində (VEMTAS) 1 noyabr 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid5 arvadı Şahid4 1 noyabr 2019-cu il tarixdən hesablanmaqla ayda 279,55 manat olmaqla 2 il müddətə, o cümlədən 30 dekabr 2019-cu il tarixdə əlavə olaraq 100 manat olmaqla qanunsuz və əsassız olaraq ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 1 sentyabr 2021-ci il tarixədək olan müddətdə ümumilikdə 6.250,1 manat (altı min iki yüz əlli manat on qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid4 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******0245 nömrəli plastik bank kartına köçürülməsinə və həmin pul vəsaitinin Şahid4 və onun yaxınları tərəfindən Tərtər rayonu ərazisində bankomatlardan çıxarılmaqla şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla ona etibar edilmiş 6.250,1 manat (altı min iki yüz əlli manat on qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamış, Şahid12 vahid niyyətlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Lakin məhkəmə baxışı zamanı işin faktiki hallarını araşdıran və ittiham tərəfindən məhkəməyə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə müqayisə edən məhkəmə tərkibi Şahid5 və arvadı Şahid4 2019-cu il noyabr ayında ünvanlı sosial yardımın təyin edilməsi və DSMF-yə məxsus əmlakın israf edilməsinə Təqsirləndirilən şəxs təqsirinin verilmiş ittiham üzrə sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Belə ki, iş materiallarında olan və araşdırılmış sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci ildə xitam verilmiş, sonuncu dəfə onun elektron imzası ilə xx.xx.2019-cu ildə VEMTAS elektron sisteminə daxil olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həmin epizod üzrə digər şəxs(lər)lə əvvəlcədən razılaşma və sövdələşməsinin olması, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında dövlət əmlakının israf edilməsi, digər şəxsi vəzifə səlahiyyətlərindən sui-istifadəyə və vəzifə saxtakarlığına təhriketmə ilə bağlı ittiham Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edəcək sübutlar ittiham tərəfindən məhkəməyə təqdim edilmədiyindən həmin epizod ittihamdan xaric edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 32.4,308.1, 311.3.2, 313, 32.4,313-cü maddələri ilə Təqsirləndirilən şəxs verilmiş digər epizodlar üzrə nəzərdə tutulan cinayət əməllərini törətməsi şahid ifadələri sənədlər və araşdırılmış digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti (sonuncu dəfə Şahid12 tərəfindən 2019cu ildə elektron sistemə bilə-bilə yalan məlumatlar daxil edilmişdir) keçsə də Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyi və müdafiə tərəfi təqsirləndirilən şəxs barəsində cinayət təqibinə həmin hissədə bəraətverici əsaslar olmadan xitam verilməsi üçün razılıq bildirmədiyindən verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,313 və 313-cü maddələri üzrə Təqsirləndirilən şəxs cəza təyin edilmədən ittiham hökmü çıxarılması qanunidir. Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən digər epizodlar, yəni Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, və 179.2.4-cü maddələri üzrə cinayət təqibinə xitam verilməsi imkanı olsa da, Təqsirləndirilən şəxs təqsirini etiraf edib zərərçəkmiş şəxslə (DSMF) barışıq əldə etmədiyi, həmin publik hüquqi şəxsə dəymiş ziyanı ödəmədiyi və vurulmuş ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə pul ödəmədiyindən həmin hissədə təqsirləndirilən şəxsə cəza təyin edilməklə barəsində ittiham hökmü çıxarılmaldır. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə verilmiş ittihama münasibətdə isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bütün məhkəmə baxışı zamanı ünvanlı sosial yardım təyin edilməsi üçün xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı şəxsdən pul istəyib almadığını, yaxud təyin ediləcək sosial yardımın bir hissəsini rüşvət olaraq almadığını göstərsə də işin məhkəmə baxışında araşdırılmış obyektiv halları və digər sübutlarla həmin hallar təkzib edilmişdir və məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışında verdiyi ifadələrini həmin hissədə həqiqətəuyğun olmayan hesab edir və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan yayınma meyli kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs hazırki ittiham üzrə şahid qismində göstərilənlərə şəxslərə məxsus "xxxx" ASC-yə məxsus ünvanlı sosial yardım bank kartlarının ancaq qonşuluq və kömək məqsədilə ona verilməsini, özü və qeyri şəxslər tərəfindən müxtəlif bankomatlardan çıxarılaraq nağd pul şəklində kart sahiblərinə verilməsini göstərsə də, məhkəmə həmin ifadələri həqiqətəuyğun olmayan, qeyri-səmimi qiymətləndirir və ağlabatan hesab etmir. Təqsirləndirilən şəxs məhkəmənin hər iki tərkibinə verdiyi ifadələrində digər şəxslərin işə götürlüməsi və onlarla əmək müqaviləsi bağlanılması üçün özünü deyil digər şəxs (Şahid13) Nurədddin Xanlarova müraciət etdiyini göstərsə də, məhkəmə baxışında şahid qismində dindirilmiş həm Şahid13 həm də iş üzrə dindirilmiş digər şahidlər Həbibə ilə yanaşı Həcərin də Nurəddinə özlərinin sossial yardım almaları üçün Şahid12 müraciət etdiyini göstərmişlər. Məhkəmə tərkibi təqsirləndirilən şəxsə münasibətdə şahidlərin ifadələrini daha həqiqətəuyğun hesab edir və onun ifadələrini inkar edən əsas sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs hazırki ittihamda göstərilən epizodlar üzrə digər şəxsi (Şahid12) vəzifə səlahiyyətlərindən sui istifadə edərək şəxslərə ünvanlı sosial yardım təyin edilməsinə nail olduğu və bununla da təmsil etdiyi publik hüquqi şəxs olan Dövlət Sosial Müdafiə Fondunun mənafelərinə mühüm zərər vurduğundan məhkəmə kollegiyası hesab edir ki, onun əməli həmin epizodlar üzrə Cinayət Məcəlləsinin 32,4,308.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir və həmin hissədə də sonuncu təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4,308.1, 311.3.2, 313 və 32.4,313-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətləri vardır, cinayət hadisələri məhz onun tərəfindən (müəyyən epizodlar üzrə isə iştirakçılıqla) törədilmişdir, bu cinayətlərin törədilməsində o, təqsirlidir və cəzlanmalıdır.(cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmiş epizodlar istisna olmaqla) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Tərtər RİHBnin Tərtər Şəhər İƏD üzrə nümayəndəliyindənverilmiş xx.xx.2023-cü il tarixli 1823 saylı arayışdan görünür ki, Xeyri X23 Şəhəri M.F.Axundov küçəsi 70 ünvanda 1928-ci il təvəllüdlü anası ağır ürək xəstəliyindən əziyyət çəkən X15 və digər ailə üzvləri ilə birlikdə yaşayır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.1998-ci il tarixdə verilmiş 021175 saylı vəsiqədən və SHXÇDX-nin Tərtər rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 535 saylı arayışdan görünür ki, təqsirləndirilən şəxsin əri 1967-ci il təvəllüdlü X26 İ Qarabağ müharibəsi veteranıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ağır şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, himayəsində ahıl xəstə anasının olmasını, ərinin İ Qarabağ müharibəsi veteranı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qeyd edilən cinayət əməllərinin təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs halında olaraq törətməsidir. Azərbaycan Respublikası CM-nin 179.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsinə əsasən rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsinin külli miqdarda törədilməsi səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinə əsasən Məcəllənin 311.3.3-cü maddəsinə əsasən "külli miqdar" dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması cinayət məsuliyyəti yaradır və iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessaul Məcəlləsinin 181.1 və 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmədə araşdırılmış işin faktiki hallarına əsasən məhkəmə verilmiş mülki iddanın qismən təmin edilməsi qərarına gəlmiş və israfetmə nəticəsində təqsirli hərəkətləri ilə DSMF-yə vurulmuş maddi ziyanın 15.438,62 (on beş min dörd yüz otuz səkkiz manat, altmış iki qəpik) manat hissəsi verilmiş ittiham üzrə sübuta yetirildiyindən Təqsirləndirilən şəxs tutulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri sübuta yetirilmiş maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İttiham olunduğu maddənin (CM-nin 178.2-ci hissəsinə münasibətdə) sanksiyasında azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulsa da məhkəmə Təqsirləndirilən şəxs yaşını, təxminən 4 il müddətində özünün işsiz, ağır şəkərli diabet xəstəsi və himayəsində xüsusi qayğıya ehtiyacı olan ahıl yaşlı anasının olmasını nəzərə alaraq ona cərimə növündə cəza təyin edilməsini özünün və ailəsinin maddi rifah şəraitinə mənfi təsir göstərəcəyini, azadlıqdan məheumetmə növündə cəzanın isə uzun müddət sonuncu ilə birgə yaşamış anasının həyat və məişət qayğılarına mənfi təsir göstərəcəyini nəzərə alaraq sonuncuya azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəliliyini, cinayət işi başlanıldığı dövrdən dörd il müddətində ibtidai araşdırma və məhkəmə istintaqı aparılmasını, bütün müddətdə törətdiyi əməli etiraf etməsə də məhkəmənin bütün tərkiblər tərəfindən keçirilmiş çoxsaylı məhkəmə baxış iclaslarında daimi iştirak etməsini, (xx.xx.2023-cü ildə keçirilmiş antiterror əməliyyatı istisna olmaqla) məhkəmə iclaslarındakı davranışını, barəsində seçilmiş qətimkan tədbirinin tələblərini pozmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsinə münasibətdə yalnız azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulsa da məhkəmə yuxarıda qeyd edilən əsasları nəzərə alaraq təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin maddəsində müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsin davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərlən halların göstərilən yüngüllləşdirici halların məcmusu müstəsna hal kimi qiymətləndirilərək Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi 311.3.2-ci maddəsinə münasibətdə Cinayət Məcəlləsinin maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza (azadlığın məhdudlaşdırılması təyin edilməsini qanuni, ədalətli və əsaslı hesab etməklə, həmçinin cəzanın məqsədlərinə, sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə uyğun olduğu qənaətinə gəlir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 13.3-cu maddəsi ilə məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması tövsiyyə edilmişdir. Hazırda baxılan iş üzrə də qeyd edilən epizodlar üzrə son əməlin (CM-nin 311.3.2) təqribən 5 il əvvəl törədilməsi, sonrakı müddətdə də təqsirləndirilən şəxsin eynixarakterli, yaxud digər cinayət əməllərinə yol verməməsi, məhkəmə tərkibində onun təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası çərçivəsində islah olunacağına dair inam yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1 azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2 və 52-1.2.3-cü maddələri azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs üçün məhkəmənin yaşayış yerini məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək kimi vəzifələri qoyula bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Tərtər şəhərində qeydiyyatda olsa da, məşğulluğunun təmin edilməsi, mövcud ailə-məişət şəraitini, özünü və himayəsindəki şəxsin (ahıl yaşlı anasının) tibbi və sair hallarla əlaqədar yarana biləcək zərurətin mümkünlüyünü, eləcə də müvafiq sənədləşmələrlə bağlı dövlət idarə və müəssisələrinin regional bölmələri, publik hüquqi şəxslərin filial və nümayəndəliklərinin Gəncə şəhərində yerləşdiyi nəzərə alıb təqsirləndirilən şəxsə ərazi hüdudları təyin edərkən həmin halları da nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkar şəxsin şəxsiyyəti nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini öz qulluq mövqeyindən istifadə edərək törətdiyini, həmçinin təqsirləndirildiyi CM-nin 32,4 308.1-ci maddəsinin sanksiyasında da üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza nəzərdə tutulduğunu nəzərə alan məhkəmə kollegiyası təyin ediləcək əsas cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın da təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “Azercell” və "xxxx" MMC-lərdən daxil olan CD disklər, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olmuş Şahid1, Şahid3, X25, Şahid10, Şahid4, Şahid5, Şahid11, Şahid6, Şahid7 və Şahid2 dair sosial arayışlar, "xxxx" ASC-dən təqdim olunan disklərdəki məlumatlar, hesabdan çıxarışlar və cədvəllər, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan daxil olan Şahid1, Şahid3, Xəyalə Xanlarlı, Şahid10, Şahid4, Şahid11, Şahid6, Şahid7 və Şahid2 təyin olunmuş müavinətə dair məlumatları özündə əks etdirən cədvəllər eləcə də müdafiə tərəfindən təqdim edilmiş 1 ədəd DVD disk iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə kollegiyası həmçinin hökmün təsviri əsaslandırıcı hissəsində göstərilənlərə əsasən hesab edir ki, verilmiş mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 15432, 62 (on beş min dörd yüz otuz səkkiz manat, altmış iki qəpik) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179-183, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4,308.1, 311.3.2, 313 və 32.4,313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 32.4, 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin maddələrlə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs 1( bir) il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç ) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4, 66.5-ci maddəsi tətbiq edilməklə təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə onun üzərində qəti olaraq 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Tərtər, Bərdə, Goranboy rayonlarının, eləcə də Gəncə şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqan Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 15 432, 62 (on beş min dörd yüz otuz iki manat, altmış iki qəpik) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X58 Şəxsə ödənilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “Azercell” və "xxxx" MMC-lərdən daxil olan CD disklərin, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olmuş Şahid1, Şahid3, X25, Şahid10, Şahid4, Şahid5, Şahid11, Şahid6, Şahid7 və Şahid2 dair sosial arayışların, "xxxx" ASC-dən təqdim olunan disklərdəki məlumatların, hesabdan çıxarışların və cədvəllərin, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan daxil olan Şahid1, Şahid3, Xəyalə Xanlarlı, Şahid10, Şahid4, Şahid11, Şahid6, Şahid7 və Şahid2 təyin olunmuş müavinətə dair məlumatları özündə əks etdirən cədvəllərin, eləcə də müdafiə tərəfindən təqdim edilmiş 1 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar