Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-10/2024 28.10.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi; hakimlər Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, X29 və X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri X20, X13, X21, X4, X14, X37, X6, Bakı şəhəri 2 sayli vəkil bürosunun vəkili X15, Yevlax şəhər vəkil bürosunun vəkili X5, Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi və «Arbiturum» vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1995-ci ildə Ağdaş rayonu, Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Ağdaş rayonu Pirəzə Ərazi Dairəsi Pirəzə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx.xx.1985-ci ildə Ağdaş rayonu, Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Ağdaş rayonu, Pirəzə Ərazi Dairəsi, Pirəzə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx.xx.1966-cı ildə Ağdaş rayonu, Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3, xx.xx.1981-ci ildə Ağdaş rayonu, Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olmaqla həmin ünvanda ünvanda yaşamış hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4, xx.xx.1956-cı ildə Ağdaş rayonu, Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5, xx.xx.1966-cı ildə Ağdaş rayonu, Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1, həmkəndliləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2021-ci ilin aprel ayında Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsində yerləşən ada tipli torpaq sahəsində qanunsuz olaraq külli miqdarda, yəni 5780 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2021-ci il tarixdə saat 11:30-dan başlayaraq Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsindəki ada tipli torpaq sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib-becərdiyi, xüsusi aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi külli miqdarda, yəni 5780 ədəd, təmiz çəkisi 8650 kiloqram tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 iyun 2021-ci il tarixdə saat 10:00-da Ağdaş rayonu, Pirəzə kəndində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən X41 Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 31,910 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana iki ədəd şəffaf polietilen torbada, ayrı-ayrılıqda 14,920 qram və 16,990 qram olmaqla əynindəki göy rəngli şalvarın sağ və sol yan ciblərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmkəndliləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2021-ci ilin aprel ayında Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsində yerləşən ada tipli torpaq sahəsində qanunsuz olaraq külli miqdarda, yəni 5780 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2021-ci il tarixdə saat 11:30-dan başlayaraq Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsindəki ada tipli torpaq sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkibbecərdiyi, xüsusi aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi külli miqdarda, yəni 5780 ədəd, təmiz çəkisi 8650 kiloqram tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 iyun 2021-ci il tarixdə saat 12:30-da Ağdaş rayonu, Pirəzə kəndində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən X41 Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 23,530 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana bir ədəd polietilen kəsiyi bükümündə olmaqla əynindəki göy rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3, həmkəndliləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2021-ci ilin aprel ayında Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsində yerləşən ada tipli torpaq sahəsində qanunsuz olaraq külli miqdarda, yəni 5780 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2021-ci il tarixdə saat 11:30-dan başlayaraq Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsindəki ada tipli torpaq sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkibbecərdiyi, xüsusi aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi külli miqdarda, yəni 5780 ədəd, təmiz çəkisi 8650 kiloqram tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 iyun 2021-ci il tarixdə saat 16:00-da Ağdaş rayonu, Pirəzə kəndində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən X41 Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 14,92 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana bir ədəd şəffaf sellofan bükümdə olmaqla əynindəki göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 həmkəndliləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2021-ci ilin aprel ayında Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsində yerləşən ada tipli torpaq sahəsində qanunsuz olaraq külli miqdarda, yəni 5780 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2021-ci il tarixdə saat 11:30-dan başlayaraq Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsindəki ada tipli torpaq sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkibbecərdiyi, xüsusi aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi külli miqdarda, yəni 5780 ədəd, təmiz çəkisi 8650 kiloqram tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 iyun 2021-ci il tarixdə saat 20:00-da ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən X41 Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 11,98 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana bir ədəd polietilen kəsiyi bükümündə olmaqla əynindəki qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs5 həmkəndliləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Suracəddin oğlu, Təqsirləndirilən şəxs6 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2021-ci ilin aprel ayında Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsində yerləşən ada tipli torpaq sahəsində qanunsuz olaraq külli miqdarda, yəni 5780 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2021-ci il tarixdə saat 11:30-dan başlayaraq Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsindəki ada tipli torpaq sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib-becərdiyi, xüsusi aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi külli miqdarda, yəni 5780 ədəd, təmiz çəkisi 8650 kiloqram tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 iyun 2021-ci il tarixdə saat 18:00-da Ağdaş rayonu, Pirəzə kəndində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən X41 Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 17,96 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana bir ədəd şəffaf sellofan bükümdə olmaqla əynindəki göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs6 həmkəndliləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2021-ci ilin aprel ayında Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsində yerləşən ada tipli torpaq sahəsində qanunsuz olaraq külli miqdarda, yəni 5780 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2021-ci il tarixdə saat 11:30-dan başlayaraq Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsindəki ada tipli torpaq sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs6 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkibbecərdiyi, xüsusi aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi külli miqdarda, yəni 5780 ədəd, təmiz çəkisi 8650 kiloqram tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa o, Ədilov X18 İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 iyun 2021-ci il tarixdə saat 20:15-də Ağdaş rayonu, Pirəzə kəndində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən X41 Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 15,260 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana bir ədəd polietilen kəsiyi bükümündə olmaqla əynindəki göy rəngli şalvarın arxa sağ cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 törətdikləri cinayət əməlləri şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.2, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik tərkibli bitkiləri əkməmiş, Kür çayında əkilmiş çətənə bitkilərinin kimlər tərəfindən əkilməsindən xəbəri yoxdur. Birlikdə təqsirləndirildiyi şəxslər həmkəndliləridir, onların da narkotik vasitə əkmələri barədə heç bir məlumatı yoxdur. Üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana da ona məxsus olmamışdır. Polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Orada ona fiziki zortətbiq edərək həmkənliləri ilə birlikdə narkotik tərkibli çətənə kollarının əkməsini etiraf etməsini tələb etmişlər. O narkotik vasitə əkiləməsindən xəbəri olmadığını demiş, lakin boynuna alması qardaşını da həbs edəçəklərini bildirmişlər. Sonra məcbur olun onların təklifi ilə razı olmuş, üzərinə də az miqdarda marixuana qoymuşlar. Müdafiəciyə bu barədə bir söz deməmişdir. Qorxduğu üçün müstəntiq tərəfindən dindirilərkən ona təsir olunmasını və buna görə etirafedici ifadə verməsi barədə bir söz deməmişdir. O, Kür cayında olan adada çətənə bitkiləri əkməmiş, kimlərin əkməsi barədə məlumatı olmamışdır. Onunla birlikdə həbs olunan şəxslər həmkəndliləridir, polis əməkdaşları onlarla birlikdə əkmələrini dedikləri üçün məcbur olub onların adlarını çəkmişdir. Hazırda bədəni üzərində heç bir xəsarət izi qalmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.2, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik tərkibli bitkiləri əkməmiş, Kür çayında əkilmiş çətənə bitkilərinin kimlər tərəfindən əkilməsindən xəbəri yoxdur. Birlikdə təqsirləndirildiyi şəxslər həmkəndliləridir, onların da narkotik vasitə əkmələri barədə heç bir məlumatı yoxdur. Üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana da ona məxsus olmamışdır. Tutulduğu gün kənddə olmuş, polis əməkdaşları kəndin içərisində onu saxlayaraq polis şöbəsinə aparmışlar. Orada ona fiziki zortətbiq edərək həmkənliləri ilə birlikdə narkotik tərkibli çətənə kollarının əkməsini etiraf etməsini tələb etmişlər. O narkotik vasitə əkiləməsindən xəbəri olmadığını demiş, lakin boynuna alması qardaşını da həbs edəçəklərini bildirmişlər. Sonra məcbur olun onların təklifi ilə razı olmuş, üzərinə də az miqdarda marixuana qoymuşlar. Sonra müdafiəçi dəvət olunmuş, üzərinə baxış keçirilmiş və az miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Müdafiəciyə bu barədə bir söz deməmişdir. Qorxduğu üçün müstəntiq tərəfindən dindirilərkən ona təsir olunmasını və buna görə etirafedici ifadə verməsi barədə bir söz deməmişdir. O, Kür cayında olan adada çətənə bitkiləri əkməmiş, kimlərin əkməsi barədə məlumatı olmamışdır. Onunla birlikdə həbs olunan şəxslər həmkəndliləridir, polis əməkdaşları onlarla birlikdə əkmələrini dedikləri üçün məcbur olub onların adlarını çəkmişdir. Hərbi xidmətdə olarkən mina partlayışı nəticəsində əlini itirmişdir. Polis əməkdaşlarına qolu olmadığını, bu vəziyyətdə necə ola bilər ki, qayıqla hərəkət edib çətənə bitkilərinə qulluq etdiyini desə də, ona inanmamışlar. Hazırda bədəni üzərində heç bir xəsarət izi qalmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.2, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik tərkibli bitkiləri əkməmiş, Kür çayında əkilmiş çətənə bitkilərinin kimlər tərəfindən əkilməsindən xəbəri yoxdur. Birlikdə təqsirləndirildiyi şəxslər həmkəndliləridir, onların da narkotik vasitə əkmələri barədə heç bir məlumatı yoxdur. Üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana da ona məxsus olmamışdır. Tutulduğu yaşadığı evdə olmuş, polisə əməkdaşları onu evindən çağırıb aparmışlar. Həmin vaxt ailə üzvləri və qohumları da evdə olmuşdur. Polisdə ona fiziki zor tətbiq edərək həmkənliləri ilə birlikdə narkotik tərkibli çətənə kollarının əkməsini etiraf etməsini tələb etmişlər. O narkotik vasitə əkilməsindən xəbəri olmadığını demişdir. Sonra məcbur olun onların təklifi ilə razı olmuş, üzərinə də az miqdarda marixuana qoymuşlar. Sonra müdafiəçi dəvət olunmuş, üzərinə baxış keçirilmiş və az miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Müdafiəciyə bu barədə bir söz deməmişdir. Qorxduğu üçün müstəntiq tərəfindən dindirilərkən ona təsir olunmasını və buna görə etirafedici ifadə verməsi barədə bir söz deməmişdir. Onunla birlikdə həbs olunan şəxslər həmkəndliləridir, polis əməkdaşları onlarla birlikdə əkmələrini dedikləri üçün məcbur olub onların adlarını çəkmişdir. Hazırda bədəni üzərində heç bir xəsarət izi qalmamışdır. Üzərində narkotik vasitə olsa idi, polislər onu evdən çağırarkən atardı. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.2, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik tərkibli bitkiləri əkməmiş, Kür çayında əkilmiş çətənə bitkilərinin kimlər tərəfindən əkilməsindən xəbəri yoxdur. Birlikdə təqsirləndirildiyi şəxslər həmkəndliləridir, onların da narkotik vasitə əkmələri barədə heç bir məlumatı yoxdur. Üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana da ona məxsus olmamışdır. Tutulduğu gün Mingəçevir şəhərində tanışı ilə birlikdə olarkən polisə əməkdaşı ona zəng edərək görüşmək istədiyini bildirmiş, o da yaxınlıqda olan çayxanaya gəlməsini demişdir. Sonra polis əməkdaşları gəlib onunla görüşdükdən sonra onu polis şöbəsinə aparmışlar. Orada Kür çayında adada əkilmiş çətənə bitkiləri barədə soruşulmuş, o da bundan xəbəri olmadığını bildirmişdir. Sonra polisə əməkdaşları ona fiziki və psixi təsir göstərərk həmkəndliləri ilə birlikdə narkotik vasitə əkməsini və üzərinə az miqdarda narkotik vasitə qoyulacağını, narkotik vasitəni isə özü qəbul etməsi üçün özərində gəzdirməsini etiraf etməsini demişlər. Məcbur qalıb onların dedikləri ilə razılaşmışdır. Sonra müdafiəçi dəvət olunmuş, üzərinə baxış keçirilmiş və az miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Müdafiəciyə bu barədə bir söz deməmişdir. Qorxduğu üçün müstəntiq tərəfindən dindirilərkən ona təsir olunmasını və buna görə etirafedici ifadə verməsi barədə bir söz deməmişdir. O, Kür cayında olan adada çətənə bitkiləri əkməmiş, kimlərin əkməsi barədə məlumatı olmamışdır. Onunla birlikdə həbs olunan şəxslər həmkəndliləridir, polis əməkdaşları onlarla birlikdə əkmələrini dedikləri üçün məcbur olub onların adlarını çəkmişdir. Üzərində narkotik vasitə olsa idi, polislərlə görüşməyə gedərkən atardı.Hazırda bədəni üzərində heç bir xəsarət izi qalmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.2, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun qeyd edilən ittihamla heç bir əlaqəsi yoxdur. O, narkotik tərkibli bitkiləri əkməmiş, Kür çayında əkilmiş çətənə bitkilərinin kimlər tərəfindən əkilməsindən xəbəri yoxdur. Birlikdə təqsirləndirildiyi şəxslər həmkəndliləridir, onların da narkotik vasitə əkmələri barədə heç bir məlumatı yoxdur. Üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana da ona məxsus olmamışdır. Kür çayında adada əkilmiş çətənə bitkiləri aşkar olunandan sonra onu da BNMİ-nin əməkdaşları tutub saxlamış, ona Kür çayında yerləşən adada narkotik vasitə əkməsini demişlər, o isə narkotik vasitə əkmədiyini demiş, sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində adını bilmədiyi polisə əməkdaşları ona psixi təsir göstərərk həmkəndliləri ilə birlikdə narkotik vasitə əkməsini və üzərinə az miqdarda narkotik vasitə qoyulacağını, narkotik vasitəni isə özü qəbul etməsi üçün özərində gəzdirməsini etiraf etməsini demişlər. Əvvəl razı olmasa da sonra məcbur qalıb onların dedikləri ilə razılaşmışdır. Sonra müdafiəçi dəvət olunmuş, üzərinə baxış keçirilmiş və az miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Müdafiəciyə bu barədə bir söz deməmişdir. Sonra da qorxduğu üçün müstəntiq tərəfindən dindirilərkən ona təsir olunmasını və buna görə etirafedici ifadə verməsi barədə bir söz deməmişdir. O, Kür cayında olan adada çətənə bitkiləri əkməmiş, kimlərin əkməsi barədə məlumatı olmamışdır. Onunla birlikdə həbs olunan şəxslər həmkəndliləridir, polis əməkdaşları onlarla birlikdə əkmələrini dedikləri üçün məcbur olub onların adlarını çəkmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs6 ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.2, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 19 iyun 2021-ci il tarixdə Bakı şəhərinə oğlunun evinə getmiş və iki gün orada qalmışdır. Sonra evdən ona zəng edilərək polislərin kənddə onu axtardıqlarını demişlər. Sonra Bakı şəhərindən taksi ilə yaşadıqları kəndə qayıtmış, polis əməkdaşlarının kənddə olmadığını bilmişdir. Sonra kənddə Məmmədyarın işlətdiyi kafeyə gedərək yemək yemiş, orada bilmişdir ki, Gəncə şəhərində yerləşən X19 İdarəsini əməkdaşları onu axtardığı üçün Məmmədyar və kəndciləri Balaqardaşla birlikdə Gəncə şəhərinə gəlmişlər. Sonra Məmmədyar adını bilmədiyi polis əməkdaşına zəng edərək hara gəlməklərini soruşmuş, polis əməkdaşı onlara BNMİ-nin QBRŞ-nə gəlmələirini dediyi üçün həmin polis şöbəsinə gələrək yaxınlıqdakı cayxanada oturub cay icmişlər. Sonra Azər adlı polis əməkdaşı bir necə nəfərlə onların yanına gəlmiş və onlardan nəyə görə onu axtardıqlarını soruşmudur. Ona Kür çayında yerləşən adada narkotik vasitə əkməsi ilə bağlı axtardıqlarını demişlər. O, isə narkotik vasitə əkmədiyini demiş, sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində adını bilmədiyi polisə əməkdaşları ona psixi təsir göstərərk həmkəndliləri ilə birlikdə narkotik vasitə əkməsini və üzərinə az miqdarda narkotik vasitə qoyulacağını, narkotik vasitəni isə özü qəbul etməsi üçün özərində gəzdirməsini etiraf etməsini demişlər. Əvvəl razı olmasa da sonra məcbur qalıb onların dedikləri ilə razılaşmışdır. Sonra müdafiəçi dəvət olunmuş, üzərinə baxış keçirilmiş və az miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Müdafiəciyə bu barədə bir söz deməmişdir. Sonra da qorxduğu üçün müstəntiq tərəfindən dindirilərkən ona təsir olunmasını və buna görə etirafedici ifadə verməsi barədə bir söz deməmişdir. O, Kür cayında olan adada çətənə bitkiləri əkməmiş, kimlərin əkməsi barədə məlumatı olmamışdır. Onunla birlikdə həbs olunan şəxslər həmkəndliləridir, polis əməkdaşları onlarla birlikdə əkmələrini dedikləri üçün məcbur olub onların adlarını çəkmişdir. Üzərində narkotik vasitə olsa idi, polisə gedərkən onu atardı. Hazırda bədəni üzərində heç bir xəsarət izi qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, evlidir, bir azyaşlı övladı vardır, əvvəllər məhkum olunmuşdır, rəsmi olaraq heç yerdə işləmir. Təxminən 2 ildir narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitələri yaşadığı kəndin ərazisində olan yabanı halda bitən kollardan yığmış və ya rayon ərazisində başqa şəxslərdən alıb istifadə etmişdir. Maddi imkansızlıqdan və iş tapa bilmədiyindən narkotik vasitə bitkilərini əkmək qərarına gəlmiş. Bu barədə tanışı, həmkəndlisi Şahid2 ona təklif etmiş, onunla razılaşmış və oturub bu barədə danışıb kəndin ərazisində olan Kür çayıın sahilindəki torpaq sahəsində çətənə kolları əkmək qərarına gəlmişlər. Hər ikisi narkotik vasitə olan marixuanadan istifadə etdikləri üçün hər dəfə çəkdikləri narkotik vasitənin toxumlarını yığmışlar. Beləliklə əllərində bir neçə min ədəd çətənə toxumları olmuşdur. Bundan başqa rayon ərazisində yabanı halda bitən çətənə kollarından toxumlar yığıb saxlamışlar. 2021-ci ilin mart ayının 15-də əvvəlcədən baxdıqları torpaq sahəsinə gedib orada çətənə toxumlarını əkib onlara su vermişlər. Bundan bir neçə gün sonra həmin yerə gedib yenə toxumlara su vermişlər. Toxumları əkdikdən təxminən 20 gün sonra onların cücərdiklərinin şahidi olmuşlar və toxumlar cücərdiyinə görə ştilləri çıxarıb başqa yerdə əkmək qərarına gəlmişlər. 2021-ci ilin aprel ayının ortalarında həmin yerə getmişlər və cücərən ştilləri çıxarıb cərgə ilə əkməyə başlamışlar. Proses təxminən 1 həftə çəkmişdir. Çünki orada ştillər çoxlu sayda, yəni bir neçə min ədəd olmuşdur. Ştilləri əkdikdən sonra onlara mütəmadi olaraq qulluq edərək onlara su vermişlər, diblərini belləmişlər, gübrələmişlər. Həmin ştillərə suyu isə əkin yerinin yanında olan Kür çayından təmin etmişlər. Orada bəzi kollar hündür olsa da, bəziləri balaca olmuşdur. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Tayfunla çətənə kolları əkdikləri torpaq sahəsində işləmək üçün gedən zaman bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuşlar. Ğzlərini təqdim edərək anket məlumatlarını qeyd etmişlər, həmin şəxslər də DİN-in BNMİnin əməkdaşları olduqlarını deyib onların külli sayda çətənə kolları əkdikləri barədə onlarda məılumat olduğunu demişlər. İfşa olunduqlarını bilib törətdikləri əməli etiraf edərək yaşadığımız kəndin ərazisində çətənə kolları əkdiklərini etiraf etmişlər və oraya baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Bundan sonra onlara mülki geyimdə 3 nəfər şəxs təqdim olunaraq onların baxışda iştirak edəcək hal şahidləri olduqlarını demişlər və çətənə kollarını əkdikləri torpaq sahəsinə getmişlər. Onların, hal şahidlərinin və aqronomun iştirkakı ilə baxış keçirilmiş və baxış zamanı orada olan kollar kökündən çıxarılaraq sayılmışdır. Bundan sonra digər adaya baxış keçirilmiş və orada olan kollar da yığılıb sayılmışdır. Sorğu zamanı həmin adada olan çətənə kollarının onlara məxsus olmadığını demişlər, lakin ilkin yerin onlara məxsus olduğunu bildirmişlər. Həmin kollara aqronom baxış keçirmiş və onlara qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 onun həmkəndliləridir, onların həmin adada narkotik vasitə əkmələri barə də heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, DİN-nin BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 iyun 2021-ci il tarixdə Ağdaş rayonu Pirəzə kənd sakinləri Şahid2 və Şahid1 qanunsuz olaraq külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. 15 iyun 2021-ci il tarixdə Ağdaş rayonuna çatıb Ağdaş RPŞ-nə getmişlər. Şöbə rəisinin tapşırığına əsasən PŞ-in bir qrup əməkdaşı onlarla birlikdə keçiriləcək əməliyyat-axtarış tədbirlərində onlara köməklik göstərmələri barədə tapşırıq verilmişdir. Həmin tarixdə həmin şəxsləri müəyyən etmək məqsədilə yaşadıqları Ağdaş rayonu, Pirəzə kəndinə yola düşüb kəndə çatmışlar. Həmin gün saat 11:30-da kəndin ərazisində piyada hərəkət edən xarici görünüşlərinə görə Şahid1 və Şahid2 oxşar şəxslərin olması müşahidə edilmiş, həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını deyib onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Şahid1 və Şahid2 olduqlarını bildirmiş və anket məlumatlarını qeyd etmişlər. Həmin şəxsləri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış etmişlər və onların qanunsuz olaraq tərkibində narkotik təbiətli bitkiləri külli miqdarda kultivasiya etmələri barədə məlumat daxil olduğunu demişlər. Həmin şəxslər dediklərini təsdiq edərək, Kür çayının yaşadıqları kəndin ərazisindən keçən hissəsindəki adaların birində çətənə bitkiləri əkdiklərini qeyd etmişlər. Həmin yeri göstərmələrini xahiş olunmuş, bundan sonra aqronom və baxışda iştirak etməsi üçün 3 nəfər hal şahidləri dəvət olunmuşdur. Bundan sonra birlikdə adaların birinə lotka vasitəsilə getmişlər. Oraya çatan zaman təhqiqatçı videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyini qeyd etmiş, həmin şəxslər etiraz etməmiş və bu zaman baxış başlanmışdır. Baxış zamanı Şahid2 və Şahid1 adalarda olan birtkiləri təqdim edərək həmin bitkilərin çətənə bitkiləri olduğunu demiş, bu zaman aqronom həmin bitkilərə baxış keçirmiş və bitkilərin narkotik təbiətli çətənə bitkiləri olduğunu qeyd edərək həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmin bitkilər torpaqdan çıxarılmış və orada ümumilikdə 8227 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Həmin bitkilər qablaşdırılaraq götürülmüş, sorğu zamanı Şahid1 və Şahid2 həmin adanın yanındakı daha bir adada çətənə bitkilərinin olduğunu, orada olan adada kimlərin narkotik təbiətli bitkilər əkdiklərindən məlumatlarının olmadığını deyərək onları da təqdim edə biləcəklərini qeyd etmişlər. Bundan sonra həmin adaya getmişlər və oraya çatan zaman videoçəkilişdən istifadə olunmaqla yenidən baxış keçirilmişdir. Baxış zamanı həmin şəxslər adadakı kolların narkotik tərkibli bitkilər olduğunu demiş və onların kim və ya kimlər tərəfindən əkildiyini görmədiklərini qeyd etmişlər. Bundan sonra orada olan kollar da torpaqdan çıxarılmaqla qablaşdırılaraq götürülmüş, oradan ümumilikdə 5780 ədəd çətənə bitkiləri qablaşdırılaraq götürülmüşdür. Bundan sonra keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Pirəzə kəndində yaşayan Təqsirləndirilən şəxs1 da həmin adaların birində külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edərək dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitələr saxlaması barədə 20 iyun 2021ci il tarixdə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa DİN-in BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili Şahid5 daxil olmuş, qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. 21 iyun 2021-ci il tarixdə saat 10:00-da Ağdaş rayonu, Pirəzə kəndində olan zaman piyada hərəkət edən xarici görünüşünə görə Təqsirləndirilən şəxs1 oxşar şəxsin olması müşahidə edilmiş, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını demişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirmiş və anket məlumatlarını qeyd etmişdir. Həmin şəxsi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış etmişlər və onun qanunsuz olaraq tərkibində narkotik təbiətli bitkiləri külli miqdarda kultivasiya etməsi və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu deyərək onlarla birlikdə DİN-in BNMİ-nin QBRŞ-nə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs1 buna etiraz etməmiş və onlarla birlikdə gələ biləcəyini qeyd etmişdir. Bundan sonra DİN-in BNMİ-nin QBRŞ-nə gəlmişlər və Təqsirləndirilən şəxs1 təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah edib üzərinə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın video çəkilişlə aparılacağını bildirilmişdir. Təqsirləndirilən şəxs1 etiraz etməmiş, bundan sonra təhqiqatçı vəkilllərin siyahısını ona təqdim etdikdə Təqsirləndirilən şəxs1 istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini demişdir. Bundan sonra vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs1 təqdim olunmuşdur. Bundan sonra şəxsi axtarış başlanmış və şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya varsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümü, dərmanı, şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş, daha sonra sonuncunun üzərinə şəxsi axtarış aparılan zaman pul aşkar olunmuşdur. Pullar və dərman özünə geri qaytarılmış, bükümlər açılanda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bükümlərdəkinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, onları Kür çayındakı adaların birində həmkəndlisi Nazim adlı şəxslə birlikdə əkdiyi kollardan yığdığını qeyd etmişdir. Bundan sonra həmin bükümlər qablaşdırılaraq götürülmüş, bundan sonra videoçəkiliş dayandırılmış və baxışın keçirilməsinə dair protokol tərtib edilmiş, həmin protokolu hər bir iştirakçı kimi imzalamışdır. Bundan sonra keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Pirəzə kəndində yaşayan Təqsirləndirilən şəxs4 da həmin adaların birində külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edərək dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitələr saxlaması barədə 21 iyun 2021-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. 21 iyun 2021-ci il tarixdə həmin şəxsin Mingəçevir şəhərində olması barədə məlumat daxil olmuş və həmin tarixdə saat 20:00-da ünvan 4 ünvanının yaxınlığında olan zaman piyada hərəkət edən xarici görünüşünə görə Təqsirləndirilən şəxs4 oxşar şəxsin olması müşahidə edilmişdir. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını demişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs4 olduğunu bildirmiş və anket məlumatlarını qeyd etmişdir. Həmin şəxsi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış etmişlər və onun qanunsuz olaraq tərkibində narkotik təbiətli bitkiləri külli miqdarda kultivasiya etməsi və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu deyərək onlarla birlikdə DİN-in BNMİ-nin QBRŞ-nə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs4 buna etiraz etməmiş və onlarla birlikdə gələ biləcəyini qeyd etmişdir. Bundan sonra DİN-in BNMİ-nin QBRŞ-nə gəlmişlər və sonuncunu təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs4 hüquq və vəzifələrini izah edib üzərinə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın video çəkilişlə aparılacağını bildirmiş, sonuncu etiraz etməmişdir. Bundan sonra təhqiqatçı vəkilllərin siyahısını ona təqdim etdikdə Təqsirləndirilən şəxs4 istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini demiş, bundan sonra vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs4 təqdim olunmuşdur. Bundan sonra şəxsi axtarış başlanmış və şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs4 üzərindən qanunsuz əşya varsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs4 əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümü, şalvarının digər ciblərindən siqaret qutusunu, alışqanı və pullarını çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış aparılan zaman hər hansı aşya aşkar edilməmiş, pullar, siqaret və alışqan özünə geri qaytarılmış, büküm açılanda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs4 həmin bükümdəkinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, onları Kür çayındakı adaların birində həmkəndliləri Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3la birlikdə ümumilikdə 90 ədəd olmaqla əkdiklərini, ona məxsus 30 ədəd çətənə bitkisinin olduğunu, özünün narkotik vasitə istifadə etdiyini qeyd etmişdir. Bundan sonra həmin büküm qablaşdırılaraq götürülmüş, bundan sonra videoçəkiliş dayandırılmış və baxışın keçirilməsinə dair protokol tərtib edilmişdir. Həmin protokolu hər bir iştirakçı kimi imzalamışdır. Bundan sonra keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Pirəzə kəndində yaşayan Təqsirləndirilən şəxs6 da həmin adaların birində külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edərək dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitələr saxlaması barədə 22 iyun 2021-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 22 iyun 2021-ci il tarixdə həmin şəxsi müəyyən etmək məqsədilə yaşadığı Ağdaş rayonu Pirəzə kəndinə yola düşmüşlər. Həmin tarixdə saat 20:15-də Ağdaş rayonu, Pirəzə kəndində olan zaman piyada hərəkət edən xarici görünüşünə görə Təqsirləndirilən şəxs6 oxşar şəxsin olması müşahidə edilmiş, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını demişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs6 olduğunu bildirmiş və anket məlumatlarını qeyd etmişdir. Həmin şəxsi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış etmişlər və onun qanunsuz olaraq tərkibində narkotik təbiətli bitkiləri külli miqdarda kultivasiya etməsi və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu deyərək onlarla birlikdə DİN-in BNMİ-nin QBRŞ-nə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs6 buna etiraz etməmiş və onlarla birlikdə gələ biləcəyini qeyd etmişdir. Bundan sonra DİN-in BNMİ-nin QBRŞ-nə gəlmişlər və Təqsirləndirilən şəxs6 təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs6 hüquq və vəzifələrini izah edib üzərinə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın video çəkilişlə aparılacağını bildirilmişdir. Təqsirləndirilən şəxs6 etiraz etməmiş, daha sonra təhqiqatçı vəkilllərin siyahısını ona təqdim etdikdə sonuncu istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini demişdir. Bundan sonra vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs6 təqdim olunmuşdur. Bundan sonra şəxsi axtarış başlanmış, şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs6 üzərindən qanunsuz əşya varsa təqdim etməsini xahiş etmiş, sonuncu əynində olan göy rəngli şalvarın arxa sağ cibindən 01 ədəd bükümü, şalvarın digər ciblərindən pulları, tibbi maskanı, əynindəki köynəyin döş cibindən şəxsiyyət vəsiqəsini və siqaret qutusunu çıxarıb təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs6 üzərinə şəxsi axtarış aparılan zaman hər hansı əşya aşkar olunmamışdır. Pullar, siqaret, tibbi maska özünə geri qaytarılmış, şəxsiyyət vəsiqəsi isə götürülmüşdür. Daha sonra təqdim olunan büküm açılanda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs6 həmin bükümdəkinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, onları Kür çayındakı adaların birində həmkəndlisi Nazim adlı şəxslə birlikdə əkdiyi kollardan yığdığını, özünün narkotik vasitə istifadəçisi olduğunu, həmin adaların birində Nazimlə birlikdə çətənə bitkiləri əkdiyini qeyd etmişdir. Bundan sonra həmin büküm qablaşdırılaraq götürülmüş, bundan sonra videoçəkiliş dayandırılmış, baxışın keçirilməsinə dair protokol tərtib edilmiş, həmin protokolu imzalamışdır. Həmin işlə bağlı yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik tərkibli çətənə bitkilərini əkiləməsini həyata keçirmiş digər şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 oğlu saxlanılaraq polis şöbəsinə aparılmış, üzərlərinə baxış keçirilərkən onların da üzərlərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirdəndirilən şəxslərin məhkəmə iclasında dediklərinin həqiqətə uyğun olmadığını, yəni onlara fiziki və ya psixi zor tətbiq olunmamış, üzərlərinə narkotik vasitə qoyulmamış və əkilmiş narkotik tərkibli çətənə kollarının əkmələrini etiraf edilməsinə məcbur olunmamışlar. Üzərlərindən aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamaları barədə onlarda hər hansı bir məlumat olmamışdır. Onların narkotik tərkibli çətənə kollarının əkmələri barədə və üzərlərində narkotik vasitə saxlamaları barədə əməliyyat məlumatları olmuşdur. Sorğu zamanı üzərlərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı özləri qəbul etmək məqsədi ilə saxladıqlarını bildirmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid11, Şahid10, Şahid8, Şahid14 və Şahid5 oxşar ifadələr verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir və fərdi əməklə məşğul olur, əvvəllər məhkum olunmamışdır. 15 iyun 2021-ci il tarixdə həmkəndliləri Şahid16 Əlihəsən oğlu və Şahid17 ilə yaşadıları kəndin yaxınlığında yerləşən “Ləki Market” adlanan yerin yaxınlığında olan zaman bir neçə polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmiş və adlarını soruşmuşdur. Hər biri anket məlumatlarını qeyd etmiş, bundan sonra polis əməkdaşları iki nəfər şəxsin Kür çayının Ağdaş rayonu, Pirəzə kəndi ərazisindən keçən hissəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri kultivasiya etmələri barədə məlumat daxil olduğunu deyərək onların həmin əraziyə keçiriləcək baxışda hal şahidi kimi iştirak etmələrni xahiş etmişlər. Polis əməkdaşlarının dediklərini vətəndaşlıq borcu bilib onlara etiraz etməmişlər və bundan sonra birlikdə Ağdaş Rayonu, Pirəzə kəndi ərazisinə getmişlər. Orada polis əməkdaşları iki nəfər şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və ondan anket məlumatlarını soruşmuşlar. Bu zaman həmin şəxslər Şahid2 və Şahid1 olduqlarını demiş və anket məlumatlarını qeyd etmişdir. Bundan sonra polis əməkdaşları onları həmin şəxslərə təqdim edərək onları tanıyıb-tanımadıqlarını, düşmənçiliklərinin olub-olmadığını soruşmuş, həmin şəxslər onları tanımadıqlarını, ədavətlərinin və düşmənçiliklərinin olmadığını bildirmişlər. Həmin sullar onlardan də soruşulmuş və onları tanımadıqlarını, ədavətlərinin və düşmənçiliklərinin olmadığını demişlər. Bundan sonra polis əməkdaşları həmin şəxslərdən narkotik bitkiləri əkib-əkmədiklərini, müsbət halda yerini göstərmələrini xahiş etmiş, bundan sonra həmin şəxslər adların birində çətənə bitkiləri əkdiklərini təsdiq etmiş və oranı göstərəcəklərini demişlər. Bundan sonra həmin yerə lotka vasitəsilə getmişlər. Oraya çatan zaman təhqiqatçı videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyini qeyd etmiş, həmin şəxslər etiraz etməmiş, bu zaman baxış başlanmış və baxış zamanı Şahid2 və Şahid1 adalarda olan bitkiləri təqdim edərək həmin bitkilərin çətənə birkiləri olduğunu demişlər. Bu zaman aqronom həmin bitkilərə baxış keçirmiş və bitkilərin narkotik təbiətli çətənə bitkiləri olduğunu qeyd edərək həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Orada şərait olmadığı üçün təhqiqatçı videoçəkilişi dayandırmış və həmin kollar orada iştirak edən şəxslər vasitəsilə torpaqdan çıxarılmağa başlanmışdır. Həmin bitkilər torpaqdan çıxarılmış və qablaşdırılaraq götürülmüş, sorğu zamanı Şahid1 və Şahid2 həmin adanın yanındakı daha bir adada çətənə bitkilərinin olduğunu, orada olan adada kimlərin narkotik təbiətli bitkilər əkdiklərindən məlumatlarının olmadığını deyərək onları da təqdim edə biləcəklərini qeyd etmişlər. Bundan sonra həmin adaya getmişlər və oraya çatan zaman videoçəkilişdən istifadə olunmaqla yenidən baxış keçirimiş, baxış zamanı həmin şəxslər adadakı kolların narkotik tərkibli bitkilər olduğunu demiş və onların kim və ya kimlər tərəfindən əkildiyini görmədiklərini qeyd etmişlər. Bundan sonra orada olan kollar da torpaqdan çıxarılmaqla qablaşdırılaraq götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid16 Əlihəsən oğlu və Şahid17 oxşar ifadələr verərək Şahid15 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş, X43 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun qardaşıdır. Rahib tutulan gün onu da polis əməkdaşları saxlayıb polis şöbəsinə aparmışlar. Ona da fiziki zot tətbiq edərək Kür çayındakı adada narkotik tərkibli çətənə bitkilərinin əkilməsində iştirak etməsini etiraf etməyi bildirmişlər. Lakin o narkotik tərkibli bitkilərin əkilməsindən xəbəri olmadığını deyərək polis əməkdaşlarının dediklərinə razı olmamışdır. Sonra onun üzərinə narkotik vasitə qoymuşlar. Qardaşı Rahibə təzyiq edilərək cinayəti boynuna almasa qardaşını, yəni onu həbs edəcəkləri ilə hədələdikləri üçün Rahib çətənə kollarını əkməsini və üzərində narkotk vasitə salamasını etiraf etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X30 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 onun əridir. Azadı polislər tutduğu gün bacısı Elza, qaynı Elton da evdə olmuşdur. Polis əməkdaşları evlərinə gəlib Azadı çağırmışlar. Azad da onlarla birlikdə avtomobilə əyləşib getmişdir. Sonra bilmişdir ki, Azadı narkotik vasitə saxladığına görə həbs ediblər. Azadın üzərində narkotik vasitə olsa idi, polislər onu evdən çağıranda üzərindən atardı. Azadın heç bir günahı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X49 və X7 eyni məzmunlu ifadələr verərək X16 ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs4 onun qardaşıdır. Şöhrət tutulan gün qohumu Fəxri Əliyevlə birlikdə Mingəçevir şəhərində olmuşdur. Polis əməkdaşları Şöhrətə zəng edərək harada olduğunu soruşmuş, o da Mingəçevir şəhərində olduğu yeri demişdir. Sonra polis əməkdaşları Mingəçevirə gələrək Şöhrəti polis şöbəsinə aparmışlar. Əgər Şöhrətin üzərində narkotik vasitə olsa idi, polis əməkdaşları ilə görüşməyə gedərkən üzərindən atardı. Şöhrətin bui şlə bağlı heç bir təqsiri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X50 eyni məzmunlu ifadə verərək X3 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X25 ifadəsində göstərdi ki, X38 onun qohumudur. Edilxan tutulan gün onun yeməkxanasına gəlmiş və polis əməkdaşlarının onu axtardığını bildirmişdir. Sonra tanışı Azər adlı polis əməkdaşına zəng edərək Edilxanın axtarıldığını demiş və o da Gəncə şəhərinə polis idarəsinə gəlmələrini bildirmişdir. Sonra yemək yedikdən sonra tanışları Balaqardaş Eminovla birlikdə Gəncə şəhərinə Narkotiklərlə Mübarizə İdarəsinin yaxınlığında yerləşən çayxanaya gəlmişlər. Sonra polis əməkdaşı Edilxanı polis şöbəsinə apramışdır. Sonra eşitmişdir ki, Edilxanı həbs etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 eyni məzmunlu ifadə verərək X11 ifadəsində göstərdiklərini təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi və üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2021-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi və üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2021-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi və üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2021-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs4 Siracəddin oğlunun qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi və üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2021-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs5 Sirac oğlunun qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi və üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2021-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs6 qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi və üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» qararlardan görünür ki, təqsirləndirilən şəxslərin qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi və üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21.06. 2021-ci ildən hesablanmışdır. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21.06. 2021-ci ildən hesablanmışdır. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Məhəmmədiyyə oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 Məhəmmədiyyə oğlunun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci ildən hesablanmışdır. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci ildən hesablanmışdır. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs5 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci ildən hesablanmışdır. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs6 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs6 Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci ildən hesablanmışdır. 21 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman tərtib edilmiş 03 vərəqdən ibarət “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ və sol yan ciblərindən iki ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 21 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman tərtib edilmiş 03 vərəqdən ibarət “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 21 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış aparılan zaman tərtib edilmiş 03 vərəqdən ibarət “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 21 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 Siraacəddin oğlunun üzərinə şəxsi axtarış aparılan zaman tərtib edilmiş 03 vərəqdən ibarət “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 22 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs5 üzərinə şəxsi axtarış aparılan zaman tərtib edilmiş 03 vərəqdən ibarət “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs5 üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 22 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs6 üzərinə şəxsi axtarış aparılan zaman tərtib edilmiş 03 vərəqdən ibarət “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs6 üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın arxa sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X42 Bölməsinin 15 iyun 2021-ci il tarixli 17/435 nömrəli rəyində aşağıdakılar göstərilmişdir:Tədqiqata təqdim edilmiş bağlamanın içərisində hündürlükləri 150 sm-dən 300-sm-dək, ümumi təmiz çəkiləri – 12270 kiloqram olan 8227 (səkkiz min iki yüz iyirmi yeddi) ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Tədqiqata təqdim edilmiş bağlamanın içərisində hündürlükləri 150 sm-dən 300-sm-dək, ümumi təmiz çəkiləri – 8650 kiloqram olan 5780 (beş min yeddi yüz səksən) ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş ümumi sayları 14007 (on dörd min yeddi) ədəd çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronom mütəxəssis Arif Səmədovun 15 iyun 2021-ci il tarixli rəyinə əsasən 14007 (on dörd min yeddi) ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd: çətənə bitkilərinin ümumi təmiz çəkisi – 20920 kq, tədqiqata sərf edildi – 6.00 qr, (120 ədəd bitkidən 0,05 qr) qalıq – 20919 kq 994 qr. Məhkəmə-bioloji ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X36 Bölməsinin 21 iyun 2021-ci il tarixli 16/584 nömrəli rəyində aşağıdakılar göstərilmişdir:Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2 ədəd sellofan büküm...” sözləri yazılmış kağız paketdəki 2 (iki) ədəd şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 14.920, 16.990 ümumi təmiz çəkisi 31.910 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdəki marixuanalar tərkiblərinə görə eynidirlər.Qeyd: marixuanaların ümumi təmiz çəkisi – 31.910 qr, tədqiqata sərf edildi – 0.1 qr (hər ob 0.05 qr) qalıq – 31.810 qr (1-2 №-li ob). Məhkəmə-bioloji ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X36 Bölməsinin 21 iyun 2021-ci il tarixli 16/585 nömrəli rəyində aşağıdakılar göstərilmişdir:Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə...” sözləri yazılmış kağız paketdəki 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 23.530 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Qeyd: marixuananın ümumi təmiz çəkisi – 23.530 qr, tədqiqata sərf edildi – 0.1 qr, qalıq – 23.430 qr. Məhkəmə-bioloji ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X36 Bölməsinin 22 iyun 2021-ci il tarixli 16/586 nömrəli rəyində aşağıdakılar göstərilmişdir:Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 14.92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Qeyd: marixuananın ümumi təmiz çəkisi – 14.92 qr, tədqiqata sərf edildi – 0.2 qr, qalıq – 14.72 qr. Məhkəmə-bioloji ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X36 Bölməsinin 22 iyun 2021-ci il tarixli 16/593 nömrəli rəyində aşağıdakılar göstərilmişdir:Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm...” sözləri yazılmış kağız paketdəki 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 11.98 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Qeyd: marixuananın ümumi təmiz çəkisi – 11.98 qr, tədqiqata sərf edildi – 0.1 qr, qalıq – 11.88 qr. Məhkəmə-bioloji ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X36 Bölməsinin 23 iyun 2021-ci il tarixli 16/597 nömrəli rəyində aşağıdakılar göstərilmişdir:Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs5 üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 17.96 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın ümumi təmiz çəkisi – 17.96 qr, tədqiqata sərf edildi – 0.2 qr, qalıq – 17.76 qr. Məhkəmə-bioloji ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X36 Bölməsinin 23 iyun 2021-ci il tarixli 16/598 nömrəli rəyində aşağıdakılar göstərilmişdir:Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs6 üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm...” sözləri yazılmış kağız paketdəki 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 15.260 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın ümumi təmiz çəkisi – 15.260 qr, tədqiqata sərf edildi – 0.1 qr, qalıq – 15.160 qr. Komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 2148 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs4 xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs4 hər hansı psixi xəstəliyin əlamətləri qeyd edilmir. Təqsirləndirilən şəxs4 ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs4 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs4 barəsində tibbi xarakterli müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 2151 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3397 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3538 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs5 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs5 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3643 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs6 Kannobioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs6 ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, təxminən 1 ildir ki, mütəmadi olaraq hər gün narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Sonuncu dəfə narkotik vasitə olan marixuanadan 3-4 ay əvvəl istifadə etmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3762 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 Kannobioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs3 ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3767 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs4 Kannobioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs4 ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, 2017-ci ildən narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Sonuncu dəfə narkotik vasitə olan marixuanadan 10-15 gün əvvəl istifadə etmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 09 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannobioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının tətbiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİ dərəcəli əlil olması ilə əlaqədar, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********77 nömrəli məktubdan görünür ki, müraciətdə qeyd olunan məsələ idarənin xidmət göstərdiyi rayonları əhatə etmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin əhatə etdiyi rayonlar Ağdaş rayonu, Yevlax rayonu və Mingəçevir şəhəridir. Baxış keçirilən ərazi isə Bərdə rayonunun ərazisidir. Bundan başqa əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqan tərəfindən 15 iyun 2021-ci il tarixdə Ağdaş şəhərində tərtib olunmuş 03 vərəqdən ibarət “baxış və götürmə haqqında” protokoldan görünür ki, Kür çayında yerləşən torpaq sahələrinə baxış keçirilən zaman 02 ədəd ada tipli torpaq sahələrindən külli miqdarda aqrotexniki qaydada qulluq edərək yetişdirilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2021-ci ci tarixdə həbs qətimkan tədbiri seçilən zaman məhkəmə iclasında bildirmişdir ki, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Belə ki, narkotik vasitələri yalnız şəxsi istifadəsi üçün kultivasiya etmişdir. Satış niyyəti olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2021-ci ci tarixdə həbs qətimkan tədbiri seçilən zaman məhkəmə iclasında bildirmişdir ki, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Belə ki, narkotik vasitələri yalnız şəxsi istifadəsi üçün kultivasiya etmişdir. Satış niyyəti olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində xx.xx.2021-ci ci tarixdə həbs qətimkan tədbiri seçilən zaman məhkəmə iclasında bildirmişdir ki, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Belə ki, narkotik vasitələri yalnız şəxsi istifadəsi üçün kultivasiya etmişdir. Satış niyyəti olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində xx.xx.2021-ci ci tarixdə həbs qətimkan tədbiri seçilən zaman məhkəmə iclasında bildirmişdir ki, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Belə ki, narkotik vasitələri yalnız şəxsi istifadəsi üçün kultivasiya etmişdir. Satış niyyəti olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs5 barəsində xx.xx.2021-ci ci tarixdə həbs qətimkan tədbiri seçilən zaman məhkəmə iclasında bildirmişdir ki, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Narkotik vasitələrin kultivasiyasını Şöhrətlə birlikdə icra etmişdir. İlk dəfə idi ki, narkotik vasitələri əkib-becərmişdir. Buna baxmayaraq heç bir qazanc əldə etməmişdir. O, yalnız narkotik vasitəni əkmiş, lakin narkotik vasitələrin kimə satılacağı barədə məlumatı olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs6 barəsində xx.xx.2021-ci ci tarixdə həbs qətimkan tədbiri seçilən zaman məhkəmə iclasında bildirmişdir ki, X12 dövriyyəsi ilə məşğul olmaq istəməmişdir. Onun əsas məqsədi nəvəsini müalicə etdirmək idi. Nəvəsinin müalicəsi üçün pul lazım idi. Narkotik vasitələrin istifadəçisi deyil. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 008-4378-1221 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Ədilxan Ədilovun, Təqsirləndirilən şəxs5, Sahil Əməliyevin və Təqsirləndirilən şəxs3 başqa cinayətlərdə iştiraklarını, həmin şəxslərin cinayət hadisəsini törədən zaman onlara köməklik etmiş şəxslərin, eləcə də cinayətin digər iştirakçılarını müəyyən etmək məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində əlavə məlumat əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsində xüsusi aqrotexniki qaydada yetişdirib kultivasiya etdikləri 5780 ədəd narkotik vasitə çətənə (kannabis) bitkiləri, həmçinin üzərilərinə şəxsi axtarış aparılan zaman aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və çətənə (kannabis) bitkiləri DİN-in Ağdaş RPŞ-nin sübutların saxlanma kamerasına, narkotik vasitə qurudulmuş marixuana isə DİN-in BMCMİ-nin sübutların saxlanma kamerasına təhvil verilmiş, 09 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. 02 mart 2022-ci il tarixdə ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiyası ilə məşğul olan cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Ağdaş rayon İHB-nın Pirəzə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 348 №-li arayış və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Ədliyyə Nazirliyi PX-in Müalicə müəsissənin xx.xx.2023-cü il tarixli №20-04 məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs1 «Betta Talasemiya, Xroniki anemiya» diaqnozu ilə Müalicə Müəsissəsinə köçürülmüş, «Betta talasemiya ağır gedişli hemolitik kriz, Xroniki anemiya ağır gedişli » diaqnozu müəyyən edilmişdir. Ağdaş rayon İHB-nın Pirəzə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 350 və 351 №li arayış və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur, himayəsində xx.xx.2011-ci təvəllüdlü X51 və xx.xx.2015-ci il təvəllüdlü X44 adlı övladı var. Ağdaş rayon İHB-nın Pirəzə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 344 və 345 №-li arayış və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs4 Sracəddin oğlu yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur, himayəsində xx.xx.2011-ci təvəllüdlü X26 və xx.xx.2014-cü il təvəllüdlü X22 adlı övladı var. Ağdaş rayon İHB-nın Pirəzə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 354 №-li arayış və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Ağdaş rayon İHB-nın Pirəzə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 352 №-li arayış və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs5 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Ağdaş rayon İHB-nın Pirəzə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 229 №-li arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs5 himayəsində 94 yaşlı “Şəhid Atası” X52 və 34 yaşlı xəstə qızı X32 var. Ağdaş rayon İHB-nın Pirəzə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 342 №-li arayış və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs6 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs4 Sracəddin oğlu məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs3 məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs5 məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs6 məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 narkotik tərkibli çətənə kollarını əkmədiklərini və üzərlərindən aşkar olunmuş narkotik vasitənin onlara məxsus olmadığını, təqsirləndirilən şəxslərin qohumları ifadələrində təqsirləndirilən şəxslərin narkotik tərkibli çətənə kollarını əkmədiklərini və üzərlərindən aşkar olunmuş narkotik vasitənin onlara məxsus olmadığını bildirsələr də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, təqsirləndirilən şəxslərin özlərinin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdikləri ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ifadələrində elan olunmuş ittiham üzrə dindirilərkən özünü təqsirli hesab edərək ifadələrində göstərmişdir ki, subaydır, əvvəllər məhkum olunmamışdır, rəsmi olaraq heç yerdə işləmir. Maddi vəziyyəti və xəstəliyi ucbatından pula ehtiyacı olmuş, 2021-ci ilin mart ayının sonlarında qonşusu X23 ona yaşadıqları kəndin ərazisində çətənə kolları əkdiyini deyərək ona kömək etməyini xahiş etmiş, onun təklifinə əsasən orada onun çətənə kolları əkdiyi kiçik adada ona məxsus olan çətənə kollarına qulluq etməli, onları yetişdirməli və sonra orada olan kollara şərik olmalı idi. Maddi imkansızlıqdan onunla razılaşmış və 2021-ci ilin aprel ayında Nazimin dediyi yerə yəni Kür çayının sahilində, kənlərinin ərazisində yerləşən adada çətənə kolları əkmək qərarına gəlmişdir. Oraya Nazimə məxsus olan lotka ilə gedib-gəlmişlər. Oraya birinci dəfə gedəndə Nazim adada bir neçə ədəd çətənə kolu əkmiş, oraya çatan zaman yanlarında heç kim olmamış, oraya çatan zaman Nazim həmin çətənə kollarına qulluq etməyini tapşırmışdır. Belə ki, çətənə kollarına qulluq etməli, onlara su verməli, diblərini təmizləməli və dərmanlamalı olmuşdur. Həmin adada olan çətənə kollarına qullluq etmiş, oraya təxminən həftədə bir dəfə və ya 10 gündə bir dəfə getmiş, onlardan başqa adaya başqa şəxslər də getmişdir. Lakin həmin yer qamışlıq olduğuna görə həmçinin oraya ayrı-ayrı şəxslər müxtəlif saatlarda getdiklərinə görə onlar görüşməmişlər. Bundan başqa onların işlədikləri adanın yanında Tayfun və Şahid1lar da çətənə kolları əkmişlər. Mütəmadi olaraq adaya gedib kollara qulluq etmiş, qulluq etməkdə məqsədi gələcəkdə Nazimdən pul almaq olmuşdur. xx.xx.2021-ci il tarixdə həmin ərazilərin DİN-inin əməkdaşları tərəfindən bilindiyini və orada olan çətənə kollarının yığıldığını öyrənmiş, həmin vaxt həmkəndliləri Çingiz və Şahid2lar tutulmuş, lakin adının çəkilməyəcəyinə görə tutulmayacağını düşünmüşdür. Adaya gedən zaman oradan şəxsi istifadəsi həmçinin kiməsə satmaq üçün ağacların birindən yarpaqlar yığmış və yaşadığı evin həyətində gizlətmişdir. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində evdən çıxıb iş axtarmağa getmək qərarına gəlmiş, evdən çıxanda marixuanaları kiməsə satmaq üçün üzərində götürmüş, həmin gün saat 10 radələrində kəndlərinin ərazisində olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq ad soyadını soruşmuş, özünü təqdim etmiş, bu zaman mülki geyimli şəxslər özlərini təqdim edərək DİN-in BNMİ-nin əməkdaşları olduqlarını demiş və onun narkotik vasitələrin kultivasiyası ilə məşğul olmağı və narkotik vasitələri üzərində saxlamağı barədə onlarda məlumat olduğunu deyərək onu DİN-in BNMİ-nin QBRŞ-nə dəvət etmişlər. İfşa olunduğunu bilib etiraz etməmiş, bundan sonra birlikdə həmin idarəyə getmiş və orada onu bir otağa aparmışlar. Orada təhqiqatçı hüquq və vəzifələrini izah edərək üzərinə şəxsi axtarış aparılacağını bildirmiş və etiraz etməmişdir. Bundan sonra ona vəkillərin siyahısı təqdim olunmuş, istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini demiş, bundan sonra vəkil Nadim Heydərov dəvət edilərək ona təqdim olunmuş və vəkilə etiraz etmədiyini demişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı təhqiqatçı üzərində olan əşyaları stolun üstünə qoymağını təklif etmişdir. Əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd bükümü, şalvarın sol yan cibindən 1 ədəd bükümü, dərmanını təqdim etmiş, bundan sonra üzərinə şəxsi axtarış aparılmış, lakin qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı aşkar edilmiş bükümdəkilərin marixuana olduğunu, onları Kür çayında olan adaların birindən yığdığını, ondan narkotik vasitə kiminsə istəyəcəyi halda ona verəcəyini, marixuanaları isə qonşuları Nazimlə birlikdə şərik kimi əkdiyini, onları əkdməkdə məqsədinin pul qazanmaq olduğunu bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş, düzgün yazıldığı üçün protokolu imza etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ifadələrində elan olunmuş ittiham üzrə dindirilərkən özünü təqsirli hesab edərək ifadələrində göstərmişdir ki, evlidir, əvvəllər məhkum olunmamışdır, rəsmi olaraq heç yerdə işləmir. 2003-cü ildə Tərtər rayonu ərazisində yerləşən hərbi hissələrin birində xidmətdə olan zaman mina partlaması nəticəsində sağ qolunu biləkdən aşağı hissəsi zədələnmiş, 2004-cü ildə isə fiziki vəziyyəti ilə bağlı xidmətdən xaric edilmişdir. Həmin vaxtdan fikirlərini dağıtmaq üçün marixuanadan istifadə etməyə başlamış, narkotik vasitəni yaşadığı kəndin ərazisində yerləşən çətənə kollarından yığıb istifadə etmişdir. 2021-ci ilin əvvəllərində yaşadığı kəndin ərazisində olan adaların birində çətənə kolları əkmək qərarına gəlmiş, orada 2 ədəd ada olmuşdur. Onlardan biri digərinə nisbətdə biraz balaca olmuş, oda məhz kiçik adada çətənə kolları əkmək qərarına gəlmişdir. İstifadə etdiyi çətənə kollarından yığdığı toxumlardan həmin yerdə 2021-ci ilin aprel ayının əvvəllərində əkmək qərarına gəlmiş, oraya böyük yük avtomobilinin kamerinin üzərində gedib-gəlməyə başlamışdır. Həmin adada təxminən 30 kv/m sahəni qamışdan təmizləmiş və orada çətənə toxumlarını əkmişdir. Toxumlara Kür çayından su töküb onları sulamağa, sonradan isə onların diblərinə peyin verib təmizləməyə başlamışdır. Orada təxminən 70-80 ədəd çətənə bitkisi yetişmiş, onlara həftədə bir dəfə və ya 10 gündə bir dəfə gedib qulluq etmiş, çox vaxt sübh tezdən yəni saat 05-06 radələrində getmişdir ki, orada onu heçkim görməsin. Həmin adada və onun yanında olan başqa bir adada başqa şəxslər də çətənə kolları əkmiş, lakin oraya sübh tezdən getdiyi üçün kimlərin orada çətənə kolları əkməsini görməmişdir. Həmçinin onu da orada görən olmamışdır. Son bir aydır özünün əkdiyi çətənə kollarının budaqlarından yığıb istifadə etməyə başlamış, oraya hər dəfə gedəndə bir qədər marixuana gətirib qurudub istifadə etmişdir. Çətənə kollarını əkməkdə məqsədi onları satmaq yox şəxsi istifadəsi üçün qurudub saxlamaq olmuşdur. Təxminən 4 gün əvvəl əkin sahəsinə gedən zaman oradan bir qədər marixuana gətirib qurudub istifadə etməyə başlamışdır. xx.xx.2021-ci il tarixdə saat 12:30-da evdən çıxan zaman istifadə etməyi üçün marixuanaları da özü ilə götürmüş, evdən çıxıb biraz gedəndən sonra kəndlərinin ərazisində olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq ad soyadını soruşmuş, özünü təqdim etmişdir. Bu zaman mülki geyimli şəxslər özlərini təqdim edərək DİN-in BNMİ-nin əməkdaşları olduqlarını demiş və onun narkotik vasitələrin kultivasiyası ilə məşğul olmağı və narkotik vasitələri üzərində saxlamağı barədə onlarda məlumat olduğunu deyərək onu DİN-in BNMİ-nin QBRŞ-nə dəvət etmişlər. Artıq ifşa olunduğunu bilib etiraz etməmiş, bundan sonra birlikdə həmin idarəyə getmişlər və orada onu bir otağa aparmışlar. Orada təhqiqatçı hüquq və vəzifələrini izah edərək üzərinə şəxsi axtarış aparılacağını bildirmiş və etiraz etməmişdir. Bundan sonra ona vəkillərin siyahısı təqdim olunmuş, istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini demişdir. Bundan sonra vəkil Xəqani Əkbərov dəvət edilərək ona təqdim olunmuş və vəkilə etiraz etmədiyini demişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı təhqiatçı üzərində olan əşyaları stolun üstünə qoymağını demişdir. Əynində olan göy rəngli şalvarın sağ yan cibindən mobil telefonunu və şalvarının sol yan cibindən 1 ədəd bükümü təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış, lakin qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı aşkar edilmiş bükümdəkinin marixuana olduğunu, onları Kür çayında olan adaların birindən yığdığını, orada olan kiçik adada təxminən 70-80 ədəd çətənə bitkiləri əkdiyini, onları əkməkdə məqsədinin onlardan istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş, düzgün yazıldığı üçün protokolu imza etmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ifadələrində elan olunmuş ittiham üzrə dindirilərkən özünü təqsirli hesab edərək ifadələrində göstərmişdir ki, evlidir, əvvəllər məhkum olunmamışdır, rəsmi olaraq heç yerdə işləmir. 3 ildən artıqdır narkotik vasitənin marixuana növündən istifadə etmişdir. Son zamanlar maddi durumu qaydasında olmamış və ailəsini dolandırmağa imkanı çatmamışdır. Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 uzun müddətdir tanıyır. Həmin şəxslər rayonda onunla qonşuluqda yaşamış və aralarında dostluq-yoldaşlıq münasibətləri yaranmışdır. 2021-ci ilin aprel ayında Məmməd və Şöhrət ilə aralarında olan söhbət zamanı həmin şəxslər də maddi vəziyyətlərinin yaxşı olmadığını bildirmiş, maddi vəziyyətlərini yaxşılaşdırmaq məqsədi ilə 2021-ci ilin aprel ayında yaşadıqları kəndin ərazisində olan adaların birində çətənə kolları əkmək qərarına gəlmişlər. Orada 2 ədəd biri digərinə nisbətdə biraz balaca ada olmuş, aralarında olan söhbət zamanı sahəsi kiçik olan adada çətənə kolları əkmək qərarına gəlmişlər. 2021-ci ilin aprel ayında Təqsirləndirilən şəxs4 çətənə kollarının toxumlarını gətirmiş, üçü də rayon yerində böyüdükləri üçün bitkilərə hansı qaydada qulluq edildiyini bilmişlər və aralarında olan razılığa əsasən üçü də mütəmadi olaraq, ən azı həftədə bir dəfə olmaqla, oraya gedərək həmin bitkilərə qulluq etməyə başlamışlar. Toxumlara Kür çayından su töküb onları sulamağa, sonradan isə onların diblərinə peyin verib təmizləməyə başlamışlar. Orada təxminən 90-100 ədəd çətənə bitkisi yetişdirmişlər. Çox vaxt sübh tezdən yəni saat 05-06 radələrində oraya getmişlər ki, onları heçkim görməsin. Həmin adada və onun yanında olan başqa bir adada başqa şəxslər də çətənə kolları əkmiş, lakin oraya sübh tezdən getdikləri üçün kimlərin orada çətənə kolları əkməsini görməmişdir. Həmçinin onu da adada görən olmamışdır. Əkdikləri çətənə kolları 3 aylıq tam yetişməmiş olduğu üçün çətənə kollarının budaqlarından yığıb şəxsi istifadəsi üçün istifadə etməmiş və heç kimə satmamışdır. Sonuncu dəfə həmin əraziyə təxminən 10-11 iyun 2021-ci il tarixdə şərikləri ilə birlikdə getmiş, 21 iyun 2021-ci il tarixdə saat 16:00 radələrində yaşadığı Ağdaş rayonu, Pirəzə kəndində piyada hərəkət etdiyi zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq ad soyadını soruşmuş, özünü təqdim etmiş, bu zaman mülki geyimli şəxslər özlərini təqdim edərək DİN-in BNMİ-nin əməkdaşları olduqlarını demiş və onun narkotik vasitələrin kultivasiyası ilə məşğul olmağı və narkotik vasitələri üzərində saxlamağı barədə onlarda məlumat olduğunu deyərək onu DİN-in BNMİ-nin QBRŞ-nə dəvət etmişlər. İfşa olunduğunu bilib etiraz etməmiş, bundan sonra birlikdə həmin idarəyə getmişlər. Orada onu bir otağa aparmışlar. Orada təhqiqatçı hüquq və vəzifələrini izah edərək üzərinə şəxsi axtarış aparılacağını bildirmiş və etiraz etməmişdir. Bundan sonra ona vəkillərin siyahısı təqdim olunmuş, istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini demiş, bundan sonra vəkil Asif Abdullayev dəvət edilərək ona təqdim olunmuş və vəkilə etiraz etmədiyini demişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı təhqiqatçı üzərində olan əşyaları stolun üstünə qoymağını təklif etmiş, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellfon bükümü, 01 ədəd “Tara” markalı mobil telefonunu, siqaret qutusu və alışqanı, şalvarın arxa sağ cibindən 61 manat nağd kağız pulu, əynindəki köynəyin sol döş cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, sağ və sol yan ciblərindən qəpik pulları təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış, lakin qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Daha sonra ona məxsus pul, siqaret və alışqan özünə qaytarılmış, iş üçün əhəmiyyət daşıdığı bildirilərək, mobil telefonu və şəxsiyyət vəsiqəm götürülmüşdür. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilən zaman bükümün içərisində tünd yaşıl rəngli, qurudulmuş halda narkotik vasitə olması müəyyən edilmiş, sorğu zamanı aşkar edilmiş bükümdəkinin marixuana olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində gəzdirdiyini, büküm isə meşədən tapdığını bildirmişdir. Daha sonra ona Ağdaş rayonu, Pirəzə kəndində yerləşən adalardan birində qanunsuz olaraq tərkibində narkotik vasitə olan bitkiləri kultivasiya etməkdə şübhəli olduğu bildirilmiş, sorğu zamanı həmin ərazidə olan Kür çayındakı kiçik adada şərikləri olan həmkəndliləri X33 və Təqsirləndirilən şəxs4 ilə birlikdə təxminən 90-100 ədəd çətənə kolları əkdiklərini, həmin kolları əkməkdə məqsədlərinin sonradan çətənə kollarından əldə etdikləri kütləni sataraq gəlir əldə etmək olduğunu bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, bu barədə protokol tərtib olunmuş, düzgün yazıldığı üçün protokolu imza etmişdir. Təqsirləndirilən şəxs4 xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ifadələrində elan olunmuş ittiham üzrə dindirilərkən özünü təqsirli hesab edərək ifadələrində göstərmişdir ki, evlidir, əvvəllər məhkum olunmamışdır, rəsmi olaraq heç yerdə işləmir. 2016-cı ildə yeznəsi X27 Ağdaş rayonu, Abad kəndinin ərazisində yerləşən meşədə özünü asaraq intihar etdiyini ilk olaraq gördüyü üçün dərin stres keçirmiş və əsəb xəstəliyi əmələ gəlmişdir. Bu səbəbdən həmin hadisədən sonra ayda bir dəfə olmaqla narkotik vasitə olan marixuana istifadə etməyə başlamışdır. Narkotik vasitəni yaşadığı kəndin ərazisində yerləşən çətənə kollarından yığıb istifadə etmişdir. 2021-ci ilin mart ayında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs5 Sirac oğlu və Təqsirləndirilən şəxs3 Məhəmmədiyyə oğlu ilə birlikdə yaşadığı kəndin ərazisində olan adaların birində çətənə kolları əkmək qərarına gəlmiş, orada 2 ədəd ada olmuş, biri digərinə nisbətdə biraz balaca olmuşdur. Məhz kiçik adada çətənə kolları əkmək qərarına gəlmiş, istifadə etdiyi çətənə kollarından yığdığı toxumlardan həmin yerdə 2021-ci ilin aprel ayının sonlarında əkmək qərarına gəlmiş və oraya Təqsirləndirilən şəxs5 Sirac oğluna məxsus gəmi ilə gedib gəlməyə başlamışlar. Həmin adanın bir hissəsini kollardan təmizləyib orada çətənə toxumları əkmiş, toxumlara Kür çayından su töküb onları sulamağa və ilk əvvəllər duz gübrəsi verməyə başlamışdır. Orada təxminən 90 ədəd çətənə bitkisi yetişmiş, onlara 5 gündən bir dəfə, həftədə bir dəfə və ya 10 gündə bir dəfə gedib qulluq etmişlər. Həmin yerə çox vaxt axşam hava qaraldıqdan sonra, bəzən isə sübh tezdən geetmişlər ki, onları heçkim görməsin. Həmin adada və onun yanında olan başqa bir adada başqa şəxslər də çətənə kolları əkmiş, lakin kimlərin orada çətənə kolları əkməsini görməmiş, həmçinin onu orada görən olmamışdır. Özlərinin əkdikləri çətənə kollarının budaqlarından yığıb satmağı planlaşdırmış, oraya gedən zaman arabir bir qədər marixuana gətirib qurudub istifadə etmiş, çətənə kollarını əkməkdə məqsədi onları satıb gəlir əldə etmək olmuşdur. Təxminən bir həftə əvvəl əkin sahəsinə gedən zaman oradan bir qədər marixuana gətirib qurudub istifadə etməyə başlamışdır. 21 iyun 2021-ci il tarixdə saat təxminən 20:00 radələrində ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edən zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq ad soyadını soruşmuş, özünü təqdim etmiş, bu zaman mülki geyimli şəxslər özlərini təqdim edərək DİN-in BNMİ-nin əməkdaşları olduqlarını demiş və onun narkotik vasitələrin kultivasiyası ilə məşğul olmağı və narkotik vasitələri üzərində saxlamağı barədə onlarda məlumat olduğunu deyərək onu DİN-in BNMİ-nin QBRŞ-nə dəvət etmişlər. İfşa olunduğunu bilib etiraz etməmiş, bundan sonra birlikdə həmin idarəyə getmişlər və orada onu bir otağa aparmışlar. Orada təhqiqatçı hüquq və vəzifələrini izah edərək üzərinə şəxsi axtarış aparılacağını bildirmiş və etiraz etməmişdir. Bundan sonra ona vəkillərin siyahısı təqdim olunmuş, istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini demiş, bundan sonra vəkil Xəqani Əkbərov dəvət edilərək ona təqdim olunmuş və vəkilə etiraz etmədiyini demişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı təhqiqatçı üzərində olan əşyaları stolun üstünə qoymağını təklif etmiş, bundan sonra əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd içərisində istifadə edilməmiş siqaretlər olan siqaret qutusunu, 1 ədəd alışqanı, arxa sağ cibindən ona məxsus 15 manat pulu, sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümü, yarı açıq vəziyyətdə təqdim etmişdir. Təqdim etdiklərindən başqa üzərində qanunla qadağan olunmuş başqa heç bir əşya və ya predmet olmadığını bildirmiş, bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də, heç nə aşkar edilməmişdir. O Ona məxsus 15 manat pul, siqaretlər ilə birlikdə özünə qaytarılmışdır. Sorğu zamanı aşkar edilmiş bükümdəkinin marixuana olduğunu, onları Kür çayında olan adaların birindən yığdığını, orada olan kiçik adada təxminən 90 ədəd çətənə bitkiləri əkdiyini, onları əkməkdə məqsədinin onlardan istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş, düzgün yazıldığı üçün protokolu imza etmişdir. Təqsirləndirilən şəxs5 xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ifadələrində elan olunmuş ittiham üzrə dindirilərkən özünü təqsirli hesab edərək ifadələrində göstərmişdir ki, evlidir, əvvəllər məhkum olunmamışdır, rəsmi olaraq heç yerdə işləmir. Maddi vəziyyəti ilə əlaqədar pula ehtiyacı olmuş və 2021-ci ilin mart ayının əvvəllərində qonşusu Təqsirləndirilən şəxs4 ona yaşadıqları kəndin ərazisində çətənə kolları əkmək təklifini etmişdir. Onun sözünə görə ondan başqa həmkəndliləri Təqsirləndirilən şəxs3 da onlarla birlikdə çətənə kolları əkməli olmuşdur. Əvvəllər çətənə kolları əkməmiş, onların da əvvəllər çətənə kolları əkdiklərini dəqiq bilmir. Onun təklifinə əsasən orada çətənə kolları əkməli olmuşlar və sonradan yetişdirdikləri çətənə kollarını satmalı və əldə olunan gəliri aralarında bölməli olmuşlar. Lakin marixuanaları kimin harada satması barədə danışmamışlar. Beləliklə 2021-ci ilin aprel ayının əvvəllərində Şöhrət onu kəndlərinin ərazisində, Kür çayının içərisində olan kiçik adaya aparmış və oraya ona çətənə toxumları verərək onları əkməyini demişdir. Onun hansı qaydada əkilməyini, ona hansı qaydada qulluq edilməyini Şöhrət ona demişdir. Orada olan qamışları təmizləyib yer hazırlamış və oraya təxminən 30-35 ədəd çətənə toxumları əkmişlər. Bundan sonra həmin yeri sulamışlar. Təxminən 7-8 gündə bir dəfə hər biri həmin yerə lotka vasitəsilə getmiş və onlara qulluq etmişlər. Çətənə ştilləri yetişdikdən sonra onlara ayrı-ayrılıqda qulluq etməyə “su vermək, diblərini təmizləməmək, peyin vermək) başlamışlar. Beləliklə orada hər birinin birgə çətənə kolları olmuş, orada başqa yerlərdə də çətənə kolları olmuş, lakin kimlərlə birlikdə əkməsi barədə məlumaı olmamışdır. Orada çətənə kolları yetişdikdən sonra narkotik vasitədən istifadə etmək qərarına gəlmiş və orada olan kollardan bir qədərini yığıb həmin yerdə qurutmuş və istifadə etməyə başlamışdır. Təxminən son 1 ayda marixuanadan itifadə etməyə başlamış və marixuanaları da orada olan ağacların budaqlarından yığmışdır. xx.xx.2021-ci il tarixdə həmin ərazilərin DİN-inin əməkdaşları tərəfindən bildiyini və orada olan çətənə kollarının yığıldığını bilmiş, həmin vaxt həmkəndliləri Çingiz və Şahid2lar tutulmuş, lakin adının çəkilməyəcəyinə görə tutulmayacağını düşünmüşdür. Adaya gedən zaman oradan yığdığı kollardan bir qədərini mütəmadi olaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində evə qayıdan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq ad soyadını soruşmuş, özünü təqdim etmişdir. Bu zaman mülki geyimli şəxslər özlərini təqdim edərək DİN-in BNMİ-nin əməkdaşları olduqlarını demişlər və onun narkotik vasitələrin kultivasiyası ilə məşğul olmağı və narkotik vasitələri üzərində saxlamağı barədə onlarda məlumat olduğunu deyərək onu DİN-in BNMİ-nin QBRŞ-nə dəvət etmişlər. İfşa olunduğunu bilib etiraz etməmiş, bundan sonra birlikdə həmin idarəyə getmişlər və orada onu bir otağa aparmışlar. Orada təhqiqatçı hüquq və vəzifələrini izah edərək üzərinə şəxsi axtarış aparılacağını bildirmiş və etiraz etməmişdir. Bundan sonra vəkillərin siyahısı təqdi olunmuş, istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini demiş, bundan sonra vəkil Elxan Osmanov dəvət edilərək ona təqdim olunmuş və vəkilə etiraz etmədiyini demişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı təhqiqatçı üzərində olan əşyaları stolun üstünə qoymağını demiş, əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü və şalvarının arxa cibindən pulunu təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış, lakin qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Pulu geri qaytarılmış, lakin marixuana qabılaşdırılaraq götürülmüşdür. Sorğu zamanı aşkar edilmiş bükümdəkilərin marixuana olduğunu, onları Kür çayında olan adaların birində Şöhrət və Azadla birlikdə əkdiyi kollardam yığdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, orada təxminən 30 ədəd çətənə kolları əkdiyini və çətənə kollarını əkməkdə məqsədinin pul qazanmaq olduğunu bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş, düzgün yazıldığı üçün protokolu imza etmişdir Təqsirləndirilən şəxs6 xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ifadələrində özünü qismən təqsirli hesab edərək ifadələrində göstərmişdir ki, evlidir, əvvəllər məhkum olunmamışdır, rəsmi olaraq heç yerdə işləmir. Maddi vəziyyət i ilə bağlı pula ehtiyacı olmuş, 2021-ci ilin mart ayının əvvəllərində qonşusu, həmdə həyat yoldaşı X17 dayısı X23 ona yaşadıqları kəndin ərazisində çətənə kolları əkmək təklifini etmiş, onun təklifinə əsasən orada onunla çətənə kolları əkməli olmuş, sonradan yetişdirdikləri çətənə kollarını Nazim əkdikdən sonra özü narkotik vasitələri satmalı və əldə olunan gəliri aralarında bölməli olmuşlar. Beləliklə 2021-ci ilin aprel ayının əvvəllərində Nazim ona kəndlərinin ərazisində, Kür çayının içərisində olan kiçik adaya aparmış, orada ona çətənə toxumları verərək onları əkməyini demişdir. Onun hansı qaydada əkilnməyini, ona hansı qaydada qulluq edilməyini Nazim demişdir. Orada olan qamışları təmizləyib yer hazırlamış və oraya təxminən 30-35 ədəd çətənə toxumları əkmişdir. Bundan sonra həmin yeri sulamış, təxminən 7-8 gündə bir dəfə Nazimlə həmin yerə lotka vasitəsilə getmiş və onlara qulluq etmişdir. Çətənə ştilləri yetişdikdən sonra onlara ayrı-ayrılıqda qulluq etməyə (su vermək, diblərini təmizləmək, peyin vermək) başlamışdır. Beləliklə orada Nazimlə onun birgə çətənə kollarımız olmuş, orada başqa yerlərdə də çətənə kolları olmuş, Nazim onların da bir hissəsinin ona məxsus olduğunu demişdir. Lakin kimlərlə birlikdə əkməsi barədə məlumat verməmişdir. Orada çətənə kolları yetişdikdən sonra narkotik vasitədən istifadə etmək qərarına gəlmiş və orada olan kollardan bir qədərini yığıb həmin yerdə qurutmuş və istifadə etməyə başlamışdır. Təxminən son 1 ayda marixuanadan istifadə etməyə başlamış, marixuanaları da orada olan ağacların budaqlarından yığmışdır. xx.xx.2021-ci il tarixdə həmin ərazilərin DİN-inin əməkdaşları tərəfindən bilindiyini və orada olan çətənə kollarının yığıldığını bilmişdir. Həmin vaxt həmkəndliləri Çingiz və Şahid2lar tutulmuş, lakin adının çəkilməyəcəyinə görə tutulmayacağını düşünmüşdür. Adaya gedən zaman oradan yığdığı kollardan bir qədərini mütəmadi olaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 20:15 radələrində evə qayıdan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq ad soyadını soruşmuş, özünü təqdim etmiş, bu zaman mülki geyimli şəxslər özlərini təqdim edərək DİN-in BNMİ-nin əməkdaşları olduqlarını demiş və onun narkotik vasitələrin kultivasiyası ilə məşğul olmağı və narkotik vasitələri üzərində saxlamağı barədə onlarda məlumat olduğunu deyərək onu DİN-in BNMİ-nin QBRŞ-nə dəvət etmişlər. İfşa olunduğunu bilib etiraz etməmiş, bundan sonra birlikdə həmin idarəyə getmişlər və orada onu bir otağa aparmışlar. Orada təhqiqatçı hüquq və vəzifələrini izah edərək üzərinə şəxsi axtarış aparılacağını bildirmiş və etiraz etməmişdir. Bundan sonra ona vəkillərin siyahısı təqdim olunmuş, istənilən vəkil tərəfinən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini demişdir. Bundan sonra vəkil Kərim Məmmədov dəvət edilərək ona təqdim olunmuş və vəkilə etiraz etmədiyini demişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı təhqiqatçı üzərində olan əşyaları stolun üstünə qoymağını təklif etmiş, əynində olan göy rəngli qısaqol köynəyin sol döş cibindən siqaretini, şəxsiyyət vəsiqəsini, şalvarının sağ yan cibindən pullarını, şalvarının sol cibindən isə maskaı, şalvarının arxa cibindən isə bir ədəd bükümü təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış, lakin qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı aşkar edilmiş bükümdəkilərin marixuana olduğunu, onları Kür çayında olan adaların birində Nazimlə birlikdə əkdiyi kollardan yığdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, orada təxminən 30 ədəd çətənə kolları əkdiyini və çətənə kollarını əkməkdə məqsədinin pul qazanmaq olduğunu bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş, düzgün yazıldığı üçün protokolu imza etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 elan edilmiş Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla razılaşsa da onlara elan edilmiş CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 ittiham verilmişdir ki, onlar satış məqsədi ilə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərlərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 əməllərini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 əməllərini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirərkən heç bir möhtəbər sübutlara əsaslanmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 üzərlərindən aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları eəqsirləndirilən şəxslərin narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmiş, məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları isə təqsirləndirilən şəxslərinin narkotik tərkibli çətənə kollarının kultivasiya etmələri və üzərlərində narkotik vasitə saxlamaları barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar xx.xx.2021-ci il tarixli 008-4378-1221 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, təqsirləndirilən şəxslərin üzərlərindən aşkar olunmuş narkotik vasitələrin satış məqsədi ilə saxlamaları öz təsdiqini tapmamışdır. Bundan başqa təqsirləndirilən şəxslərin barələrində daxil olmuq məlumatlarla bağlı tərtib olunmuş “Raport”lardan da məlum olur ki, onların barələrində külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmələri və üzərlərində narkotik vasitə saxlamaları barədədə məlumat daxil olmuşdur. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 əməllərini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində dair heç bir möhtəbər dəlilə əsaslanmamışdır. Azərbaycan Respublikası CPM-nin 7.0.20-ci maddəsinə əsasən “ittiham - bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən, “cinayətin törədildiyi yer, vaxt, törədiləmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayətinin əsas tərkibini təsbit edən üsullar göstərilmişdir. Bu səbədən şəxsə qarşı irəli sürülmüş qeyd edilən cinayətini törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, cinayətin hansı üsulla törədilməsini və müvafiq üsulu təşkil edən hərəkətləri əks etdirməsi tələb olunur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2,Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamda isə narkotik vasitəni satış məqsədi ilə törədildiyi qeyd olunmaqla CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti olan cinayətin törədilmə üsulu konkretləşdirilməmiş, onun hansı sübutlarla narkotik vasitəni satış məqsədi ilə saxlamaları dəqiqləşdirilməmiş, həmin əlamət və müvafiq olaraq bu və ya digər üsulu təşkil edən təqsirləndirilən şəxslərin hərəkətlərinin konkret məzmunu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3a, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X12 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda ehtimallara əsaslanıb narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də onların əməli satış məqsədi ilə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxslərdən aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 əməlində satış məqsədi ilə narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onların əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3 və 234.1-ci maddlərində nəzərdə tutulmuş cinayət əməlini törətmələri şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3 və 234.1-ci maddləri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslərdən aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X24 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə məüsbət xarkterizə olunmasını və «Betta talasemiya ağır gedişli hemolitik kriz, Xroniki anemiya ağır gedişli» diaqnozla xəstə olmasını, Təqsirləndirilən şəxs2 yaşayış üzrə müsbət xarakterizə olunmasını, himayəsində xx.xx.2011-ci təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü iki azyaşlı uşağının olmasını və 2-ci qrup əlil olmasını, Təqsirləndirilən şəxs4 Sracəddin oğlunun yaşayış üzrə müsbət xarakterizə olunmasını, himayəsində xx.xx.2011-ci təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdlü iki azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yaşını, himayəsində 94 yaşlı “Şəhid Atası”nın və xəstə qızının olmasını, Təqsirləndirilən şəxs6 yaşayış yeri üzrə müsbət xarakterizə Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəzalarını yüngülləşdirən halların olmasını, cəzalarını ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, onlara ittiham olunduğu maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onların barələrində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5n və Təqsirləndirilən şəxs2 Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Ağdaş RPŞ-nin sübutların saxlanma kamerasında saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsində xüsusi aqrotexniki qaydada yetişdirib kultivasiya etdikləri 5780 ədəd narkotik vasitə çətənə (kannabis) bitkiləri, həmçinin DİN-in BMCMİ-nin sübutların saxlanma kamerasında saxlanılan üzərilərinə şəxsi axtarış aparılan zaman aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 114.76.qram qalmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X12 X24 üzrə Dövlət Komissiyasının Daimi X48 Qrupu tərəfindən həyata keçirilməlidir. İstintaq hərəkətinin görüntülərini özündə əks etdirən 09 ədəd disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 257,35 manat (iki yüz əlli yeddi manat otuz beş qəpik) məbləğində pul təqsirləndirilən şəxslərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı 21 iyun 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı 21 iyun 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs3 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı 21 iyun 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs4 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı 21 iyun 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs5 oğluna 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 oğlu yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs6 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs6 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağdaş RPŞ-nin sübutların saxlanma kamerasında saxlanılan təqsirləndirilən şəxslər tərəfindən Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsində xüsusi aqrotexniki qaydada yetişdirib kultivasiya etdikləri 5780 ədəd narkotik vasitə çətənə (kannabis) bitkiləri, həmçinin DİN-in BMCMİ-nin sübutların saxlanma kamerasında saxlanılan üzərilərinə şəxsi axtarış aparılan zaman aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 114.76.qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X12 X24 üzrə Dövlət Komissiyasının Daimi X48 Qrupu tərəfindən həyata keçirilsin. İstintaq hərəkətinin görüntülərini özündə əks etdirən 09 ədəd disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 257,35 manat (iki yüz əlli yeddi manat otuz beş qəpik) məbləğində pul təqsirləndirilən şəxslərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Faiq Mahmudov
2. Dadaş İmanov
3. Elmin Rüstəmov
Düzdür: Məhkəmənin hakimi Faiq Mahmudov