Məhkəmə qərarları › İş №1(100)-10/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-10/2025

02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-10/2025 02.10.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X4 və ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə Regional Vəkil bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən inzibati binada qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava, ev 153-də yaşayan -barəsində «həbs qətimkan tədbiri seçilərək» PX-in Gəncə şəhər 2 saylı İstintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən, 2022-ci ilin avqust ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində şəxsiyyəti istintaqa “Murad” kimi məlum olan şəxsdən 300 manat pul müqabilində alıb, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 1 ədəd şəffaf polietilen torba kəsiyi bükümündə təmiz çəkisi 28,481 qram külli miqdarda maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroini üzərində saxlayaraq daşıyarkən, 06 avqust 2022-ci il tarixdə saat 08:30 radələrində, Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu, Goran qəsəbəsi ərazisində saxlanılaraq Goranboy rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 1 ədəd şəffaf polietilen torba kəsiyi bükümündə təmiz çəkisi 28,481 qram külli miqdarda maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin ona məxsus deyil, 2022-ci il tarixində, təxminən may və iyun aylarında Namiq və Elşən adı ilə tanıdığı, əsl adı isə Teymur olan şəxslərlə tanışlığı yaranmış və onlarla birgə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin yaxınlığında “çay evi” işlətmişlər. Sözügedən şəxslər ona Elşənin (əsl adı Teymur) Goranboy rayonunda yerləşən evinə oğru girdiyini və buna görədə onlarla birlikdə Goranboy rayonuna getməyi təklif etmişlər. Onlar birlikdə Goranboy rayonuna gedən vaxt, gecə saat 03:00 radələrində, Qaradağ rayonunda avtomobilləri xarab olmuş və hərəkətlərinə həmin ərazidən keçən başqa mikroavtobusla davam etmişlər. Goranboy rayonuna dörd nəfər getmişlər və İsrafil adlı dostları da onlarla birlikdə olmuşdur. Goranboy rayonunda yol kənarında yerləşən dayanacaqda dayandıqları zaman, onların çantasına narkotik vasitə atmışlar, daha sonra polis əməkdaşları onları tutub, polis bölməsinə aparmışlar. Elşən (əsl adı Teymur) adlı şəxs ona üzərində 4-5 qram narkotik vasitə olduğunu bildirmiş, lakin digər narkotik vasitələri dayanacaqda onların çantasına atmışlar. O, polis şöbəsində sözügedən narkotik vasitələrin ona məxsus olduğunu, habelə İsrafilin həmin narkotik vasitədən xəbəri olmadığını dedikdən sonra həmin şəxsləri buraxmışlar. Əlavə olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, həmin şəxsləri bir məhəllədə qaldıqları üçün tanımışdır. Tanış olduqdan sonra birgə işləmişlər. Elşən (əsl adı Teymur) adlı şəxs narkotik vasitə istifadə etmişdir. O da narkotik vasitə istifadəçisi olmuş və Elşənlə birlikdə istifadə etmişlər. Elşən (əsl adı Teymur) ona, onlarla birlikdə Goranboy rayonuna getməyi təklif etmiş, üzərində 5 qram narkotik vasitə olan heroin olduğunu bildirmiş və sözügedən narkotik vasitəni dostuna verəcəyini, eyni zamanda birlikdə istifadə edəcəklərini bildirmişdir. Narkotik vasitədən gündəlik az istifadə etmiş, narkotik vasitələri müxtəlif yerlərdən əldə etmiş, Elşənlə (əsl adı Teymur) narkotik vasitə istifadə etdikdə ona pulsuz vermiş və birgə istifadə etmişlər. Narkotik vasitə olan heroinin qiyməti təxminən 25 AZN olmuşdur. Namiq və İsrafildə onlarla birlikdə getmiş, lakin onlar narkotik vasitə istifadə etməmişlər, Namiq sürücü olmuş və İsrafilə isə rayona getməyi, o təklif etmişdir. Onların avtomobilləri Qaradağ rayonunda yerləşən “Yaşıl Petrol” adlı yanacaq doldurma məntəqəsinin yaxınlığında xarab olmuşdur. Daha sonra onlar dörd nəfər birlikdə mikroavtobusla hərəkətlərinə davam etmiş və Elşən (əsl adı Teymur) adlı şəxs mikroavtubusun sürücüsünə kartdan pul çıxaracağını bildirib, Goranboy rayonunda yerini dəqiq xatırlamadığı dayanacaqda saxlatmış və onlara maşından enib birlikdə siqaret çəkməyi təklif etdikdən sonra polis əməkdaşları gələrək onları saxlamışlar. Mikroavtobusdan enən zaman ətrafda onlarla birlikdə tanımadığı 1-2 nəfər xanım da olmuşdur. Polis əməkdaşları onları saxladıqı zaman, çantaları mikroavtobusun arxa hissəsində olmuşdur. Polis əməkdaşları mikroavtobusun sürücüsündən onlara məxsus olan çantanı istəmiş və daha sonra sözügedən çantanı götürmüşlər. Sözügedən çantada şalvar və köynək olmuşdur. Polis əməkdaşları çantanı götürdükdən sonra, içərisində 28 qram heroin olduğunu bildirmişlər. O, dostuna görə çantadan çıxan narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmək məcburiyyətində qalmışdır. Polis əməkdaşları onlara həmin şəxslərdən birinin tutulmalı olduğunu bildirdikən sonra dostunun tutulmamağı üçün narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Namiq və Elşənin (əsl adı Teymur) polis şöbəsinə aparılmasından məlumatı olmamış, İsrafil və o isə polis şöbəsinə aparılmışdır. Elşən (əsl adı Teymur) olan şəxs narkotik vasitəni onun çantasına atmışdır. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, X6 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə istifadə edir. Təxminən 2-3 gün əvvəl 2022-ci ilin avqust ayının əvvəlində Bakı şəhərində olan zaman yaşadığı Nəsimi rayonu ərazisində yaşayan Murad kimi tanıdığı şəxsdən 300 manat pul müqabilində bir ədəd şəffaf polietilen torba kəsiyi bükümündə narkotik vasitə olan heroin almış, bundan sonra narkotik vasitə olan heroini cib dəsmalına bükərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş, narkotik vasitə olan heroini şəxs istifadəsi ilə əlaqədar olaraq almış, lakin Bakı şəhərində olan zaman aldığı narkotik vasitə olan heroindən istifadə etməmiş, belə ki, tanışı Şahid3 ilə Gəncə şəhərinə gəzməyə getmək barədə razılaşmışlar. Odur ki, üzərində saxladığı narkotik vasitə olan heroini Gəncə şəhərinə getdikdən sonra istifadə etmək istəmiş, narkotik vasitə olan heroini istifadə etmək üçün isə əvvəlcədən özünə məxsus olan dəmir materialdan olan aləti də əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə yerləşdirmiş, 06 avqust 2022-ci il tarixdə təxminən saat 03 radələrində Bakı şəhərində yerləşən avtovağazala gəlib orada İsrafillə görüşdükdən sonra Gəncə şəhərinə gedən dövlət qeydiyyat nişanlarını xatırlamadığı Mercedes Vito markalı avtomobilə əyləşmişlər.Həmin vaxt narkotik vasitə olan heroin və narkotik vasitə olan heroini istifadə etməyi üçün dəmir materialdan olan alət əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olmuş, avtomobildə isə onlardan başqa da tanımadığı sərnişinlər olmuş, avtomobil bir müddət sonra sürücü tərəfindən işə salınıb Gəncə şəhəri istiqamətində hərəkətə başlamış, təxminən saat 08:30 radələrində İsrafillə birlikdə gəldikləri avtomobilin sürücüsü bir az istirahət etmək məqsədi ilə Goranboy rayonu Goran qəsəbəsində yolun kənarında avtomobili saxlamış, həmin vaxt o və digər sərnişinlər yerə düşmüşlər.İsrafillə orada siqaret çəkən zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini təqdim etdikdən sonra İsrafillə onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyib bununla bağlı hüquq və vəzifələrini izah edib onları Goranboy rayon polis şöbəsinə dəvət etmişlər. Odur ki, o və İsrafil polis əməkdaşlarının təklifini qəbul edib onlarla birlikdə Goranboy rayon polis şöbəsinə gəlmişlər. Goranboy rayon polis şöbəsinin inzibati binasına daxil olduqdan sonra İsrafillə onu ayrı-ayrı otaqlara aparmışlar. Otaqda olan zaman şübhəli şəxs qismində saxlanıldığını demişlər və ona üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmiş, həmçinin polis əməkdaşları onun hüquqlarının müdafiəsi ilə bağlı vəkil seçmək hüququnun olmasını izah etmişlər. Bunun ardınca isə təqdim edilmiş siyahı üzrə vəkil X2 hüquqlarını müdafiə etməsini istəmiş, buna görə də X8 rayon polis şöbəsinə dəvət edilmiş, Vəkil Sərvər Mustafayev gəldikdən sonra isə üzərimdə şəxsi axtarış aparılacağı bir daha polis əməkdaşları tərəfindən ona bildirilmiş, həmçinin yenidən hüquq və vəzifələri izah edilmiş, bundan sonra polis əməkdaşları və vəkil Sərvər Mustafayevin iştirakı ilə onun üzərində video çəkiliş altında şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi bildirildiyi üçün əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən cib dəsmalına bükülü vəziyyətdə bir ədəd şəffaf polietilen torba kəsiyi bükümündə narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuş, həmçinin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitə olan heroini istifadə etməyi ilə bağlı dəmir materialdan olan aləti masanın üzərinə qoymuş, polis əmədkaşları tərəfindən cib dəsmalına bükülü vəziyyətdə olan narkotik vasitə heroinə və narkotik vasitəni istifadə etməyi üçün dəmir materialdan olan alətə baxış keçirilmiş, bunun ardınca üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzi vasitəsi ilə çəkilib polis əməkdaşları tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş, həmçinin narkotik vasitəni istifadə etməyi üçün üzərindən aşkar olunmuş dəmir materialdan olan alət də polis əməkdaşları tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş, bundan başqa isə şəxsi axtarış zamanı üzərindən hər hansısa əşya və ya məmulat aşkar olunmamış, eyni zamanda üzərindən dövriyyəsi qadağan olunmuş başqa hər hansısa əşya və ya alət aşkar edilməmiş, şifahi sorğu zamanı narkotik vasitə olan heroini 300 manat pul müqabilində Bakı şəhərində Murad kimi tanıdığı şəxsdən aldığını demiş, üzərindən aşkar edilmiş bir ədəd cib dəsmalı iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmış, sonda isə digər iştirakçılar ilə birlikdə tərtib edilmiş sənədləri imza etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində mütəmadi olaraq narkotik vasitə istifadə etidyi üşün şəxsi istifadəsi ilə əlaqədar olaraq 300 manat pul müqabilində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yaşayan Murad kimi tanıdığı şəxsdən aldığını, bundan sonra isə həmin narkotik vasitə olan heroini şəxsi istifadəsi ilə əlaqədar olaraq üzərində saxladığını, yəni narkotik vasitə olan heroini üzərində qanunsuz olaraq saxlamaqda niyyətinin şəxsi istifadəsi ilə əlaqədar olduğunu, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini satmaq niyyətinin olmadığını, tanışı İsrafilin onun üzərində narkotik vasitə olan heroin daşımağı barədə heç bir məlumatı olmadığını, çünkü bu barədə İsrafilə məlumat vermədiyini, həmçinin də üzərində olan narkotik vasitə heroin daşımağı barədə əvvəlcədən və ya sonradan İsrafillə aralarında hər hansısa razılaşma olmadığını, İsrafillə sadəcə olaraq Gəncə şəhərinə gəzmək məqsədi ilə getdiklərini, İsrafilə üzərində narkotik vasitə olan heroin olması barədə heç bir məlumat vermədiyini, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini Murad adlı şəxsdən alan zaman həmin narkotik vasitəni başqa şəxslərə satmağı ilə bağlı Murad adlı şəxslə aralarında hər hansısa razılaşma mövcud olmadığını, saxlanılmamışdan təxminən 2-3 gün əvvəl Bakı şəhərində Murad adlı şəxsdən narkotik vasitə olan heroini aldığını, mütəmadi olaraq narkotik vasitə qəbul etdiyi üçün narkotik vasitə istifadə edən zaman bir gündə təxminən 2 və ya 2,5 qram çəkidə narkotik vasitə olan heroin istifadə etdiyini, Gəncə şəhərinə gedib bir neçə gün qalacağı üçün isə narkotik vasitə olan heroini bir qədər çox aldığını, orada qaldığı vaxtlarda istifadə etmək istədiyini, mobil telefon istifadə etdiyini, istifadə etdiyi mobil telefonda ***-***-**-** mobil nömrəsindən istifadə etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Goranboy RPŞ-nin, CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edən zaman, 2022-ci il tarixdə, avqust ayının əvvəllərində ona və şöbənin digər əməkdaşı olan Şahid2 Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid3 narkotik vasitələrin qanunsuz istifadəsi və dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra daxil olmuş əməliyyat məlumatına əsasən, səhər saatlarında sözügedən şəxslərə yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib, onları Goranboy RPŞ-yə dəvət etmişlər. Daha sonra sözügedən şəxslər Goranboy RPŞ-ə aparıldıqdan sonra onlarına üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və şəxsi axtarış nəticəsində Xürrəmin Həsənovun üzərindən narkotik vasitə olan heroin və “turbuçka” aşkar olunmuşdur. Digər şübhəli şəxs olan Şahid3 üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Əlavə olaraq, Şahid1 verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan heroinin çəkisini xatırlamamış və heroin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuşdur. Ətrafda başqa şəxsləri görməmiş, sadəcə olaraq Təqsirləndirilən şəxs və Şahid3 olmuşdur. Onlar həmin yerə gedən vaxt ümumilikdə iki şəxs olmuşdur. Əməliyyat məlumatı ona daxil olmuş və onunla yanaşı digər əməliyyat müvəkkili Şahid2 da iştirak etmişdir. Şübhəli şəxslərin hansı nəqliyyat vasitəsi ilə gəlmələri barədə dəqiq məlumatları olmamış və onlar şəxslərin saxlanıldığı yerə 40 dəqiqə əvvəlcədən getmişlər. Goranboy rayonunda mikroavtobusların dayanması üçün bir dayanacaq olduğu üçün həmin yerə getmişlər. Narkotik vasitə Xürrəmin Həsənova məxsus şalvarın cibindən aşkar olunub. Sözügedən şəxslərin Bakı şəhərindən hansı nəqliyyat vasitələri ilə gəlmələri barədə məlumatları olmamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təzyiq olunmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 06 avqust 2022-ci il tarixdə Baki şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid3 narkotik vasitənin qanunsuz dövriyyəsi işi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra isə Təqsirləndirilən şəxs və Şahid3 qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat dərhal onun tərəfindən Goranboy rayon polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş, təxirə salınmadan əməliyyataxtarış tədbirləri keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri isə Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X9 və ondan ibarət olmuş, bundan sonra isə Təqsirləndirilən şəxs və Şahid3 qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə saat 07:40 radələrində xidməti avtomobillə əməliyyat müvəkkili Şahid2la birlikdə Goranboy rayonu Goran qəsəbəsi ərazisinə yollanmışlar. Təxminən 10 dəqiqə sonra Goranboy rayonu Goran qəsəbəsi ərazisinə çatmışlar.Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs və Şahid3 Goranboy rayonu Goran qəsəbəsi ərazisində olacağı məlum olduğu üçün həmin yerə gedib orada təxminən 40-50 dəqiqə gözlədikdən sonra saat 08:30 radələrində Goran qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs Şahid3la birlikdə dayanıb yolun kənarında siqaret çəkmələrini görüb onlara əməliyyat müvəkkili Şahid2 ilə birlikdə yaxınlaşıb xidməti vəsiqələrini çıxarıb Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib Təqsirləndirilən şəxs və Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirib hüquq və vəzifələrini izah edib birlikdə üzərlərində şəxsi axtarış aparılacağı məqsədi ilə Goranboy rayon polis şöbəsinə gəlməli olduqlarını demişlər.Təqsirləndirilən şəxs və Şahid3 da onların təklifini qəbul edib hüquqlarının və vəzifələrinin onlara aydın olduğunu bildirərək Goranboy rayon polis şöbəsinə getməyə razılıq vermişlər.Odur ki, Təqsirləndirilən şəxs və Şahid3 xidməti avtomobillə onlarla birlikdə Goranboy rayon polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs Goranboy rayon polis şöbəsinə gətirildikdən sonra təhqiqatçı Həbib Hacıyevin xidməti otağına aparılmış, Şahid3 isə başqa bir otaqda aprılaraq orada saxlanılmış, təhqiqatçı Həbib Hacıyev tərəfindən yenidən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı bunun üçün isə şübhəli şəxs qismində tutulacağı bildirilmiş, Təqsirləndirilən şəxs da bununla bağlı heç bir etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Həbib Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, bunun ardınca isə təhqiqatçı Həbib Hacıyev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində və digər yerlərdə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının Goranboy rayon vəkil bürosunun vəkili X5 tərəfindən müdafiə edilməsini istədiyi üçün vəkil Sərvər Mustafayev müdafiəçi qismində dəvət edilmiş, bir az sonra vəkil Sərvər Mustafayev gəlmiş, bundan sonra onun, Şahid2 və vəkil Sərvər Mustafayevin iştirakı ilə video çəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmış, video çəkilişi isə Goranboy RPŞ-nin PPXB-nün manqa komandiri, polis baş serjantı X10 həyata keçirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən cib dəsmalına bükülü bir ədəd şəffaf polietilen torba kəsiyi bükümündə içərisində narkotik vasitə olan heroini və narkotik vasitə olan heroini istifadə etdiyi metal alətdən hazırlanmış əşyanı (durbuçka) masanın üzərinə qoymuş, bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya digər məmulatlar aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd polietilen torba kəsiyinin içərsində narkotik vasitə olan heroin elektron tərəzi vasitəsi ilə çəkilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf poietilen torba kəsiyinin içərsindəki narkotik vasitə olan heroin təhqiqatçı Həbib Hacıyev tərəfindən qablaşdırılmış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüş, bununla yanaşı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini istifadə etdiyi metal alətdən hazırlanmış əşya da (durbuçka) təhqiqatçı Həbib Hacıyev tərəfindən qablaşdırılmış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd cib dəsmalı isə iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün sonda özünə qaytarılmış, təqhqiatçı Həbib Hacıyev tərəfindən tərtib edilmiş sənədləri isə digər iştirakçılar ilə birlikdə imza etmişdir. Bundan sonra isə Şahid3 təhqiqatçı Həbib Hacıyevin otağına gətirilmiş, təhqiqatçı Həbib Hacıyev tərəfindən yenidən Şahid3 hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı bunun üçün isə şübhəli şəxs qismində tutulacağı bildirilmiş, Şahid3 da bununla bağlı heç bir etirazının olmadığını bildirmiş, bundan sonra Şahid3 təhqiqatçı Həbib Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, bunun ardınca isə təhqiqatçı Həbib Hacıyev tərəfindən Şahid3 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində və digər yerlərdə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Şahid3 hüquqlarının Goranboy rayon vəkil bürosunun vəkili X7 tərəfindən müdafiə edilməsini istədiyi üçün vəkil Ədalət Verdiyev müdafiəçi qismində dəvət edilmiş, bir az sonra vəkil Ədalət Verdiyev gəlmiş, bundan sonra onun, Şahid2 və vəkil Ədalət Verdiyevin iştirakı ilə video çəkiliş altında Şahid3 üzərində şəxsi axtarış aparılmasına başlanılmış, video çəkilişi isə Goranboy RPŞ-nin PPXB-nün manqa komandiri, polis baş serjantı X10 həyata keçirmiş, şəxsi axtarış zamanı Şahid3 üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, buna görə də Şahid3 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Leobank” banka aid plastik kartı çıxarıb masanın üzərinə qoymuş, şəxsi axtarış zamanı bundan başqa Şahid3 üzərində hər hansısa əşya və ya məmulat aşkar olunmamış, eyni zamanda şəxsi axtarış zamanı Şahid3 üzərindən narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş əşya aşkar olunmamış, şəxsi axtarış zamanı Şahid3 üzərindən aşkar olunmuş bir ədəd “Leobank” banka aid plastik kart iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün onun özünə qaytarılmış, sonda isə təqhqiatçı Həbib Hacıyev tərəfindən tərtib edilmiş sənədləri digər iştirakçılar ilə birlikdə imza etmişdir. Məhkəmə iclasında digər şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(045)-39/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi еkspertizasının 06 avqust 2022-ci il tarixli 16/932 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə...” sözləri və imzalar olan kağız paketdəki, 1 ( bir ) ədəd şəffaf polietilen torba kəsiyi bükümündə, təmiz çəkisi 28,481 qram maddə, kustar üsulla hazılranmış narkotik vasitə - heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 1372 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs əynində 1 (bir) ədəd qara rəng qısa qol köynək, 1 (bir) ədəd göy rəngli üzəri sökülmüş olan cins şalvar, ayağında 1 (bir) cüt qara rəngli ayaqqabı vardır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən cib dəsmalına bükülü 1 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisində narkotik vasitə olan heroinə bənzər kütləni və narkotik vasitə çəkmək üçün istifadə etdiyi metal alətdən hazırlanmış əşya (durbuçka) masanın üzərinə qoymuş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi şəffaf rəngli sellofan torbanın içərisində olan kütlənin narkotik vasitə olan heroin olduğunu, Bakı şəhərində tanışı Murad adlı şəxsdən 300 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisində narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək ümümi çəkisi 33.3 qram olduğu müəyyən edilmiş və ağ rəngli zərfə yerləşdirilərək qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün götürülmüş, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə çəkmək üçün istifadə etdiyi metal alətdən hazırlanmış əşya (durbuçka) maddi sübüt əhəmiyyəti kəsb etdiyi üçün ağ rəngli zərfə yerləşdirilərək qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək götürülmüş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd cib dəsmalı iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün sonda özünə qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy rayon polis şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 197-18405-1122 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüş 1 ədəd şəffaf polietilen torba kəsiyi bükümündə, təmiz çəkisi 28,481 qram külli miqdarda maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroini 2022-ci ilin avqust ayının əvvəlində dəqiq olmayan gündə Bakı şəhəri, Nəsimi rayonu ərazisində Murad adlı şəxsdən 300 manat pul müqabilində almış və həmin narkotik vasitə olan heroini satış məqsədi ilə üzərində qanunsuz olaraq saxlayıb daşımışdır. Təqsirləndirilən şəxs faktiki olaraq narkotik vasitələr satdığı şəxslər müəyyən edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs Goranboy rayonu ərazisində və digər ərazilərdə analoji cinayətlərdə iştirakının olması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 746 nömrəli arayış və xasiyyətnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu 3-cü Alatava küçəsi 153 saylı özbaşına tikilidə atası - X3 qeydiyyatdadır və qeydiyyatda olduğu yerdən müsbət xarakterizə edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs götürülərək 1 ədəd paketdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 28,381 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin maddi sübut kimi tanınaraq Goranboy RPŞ-nin saxlancına verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı psixoloji təzyiqlərə məruz qalaraq, sırf dostunun cinayət məsuliyyətinə cəlb olunmaması üçün aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsi ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Xürrəmin Həsənovun özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi, videoçəkilişdən istifadə olunmaqla üzərinə keçirilmiş “şəxsi axtarış və baxış keçirilməsi haqqında” protokol, iş üzrə dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi verdiyi ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə istifadə edir.Təxminən 2-3 gün əvvəl 2022-ci ilin avqust ayının əvvəlində Bakı şəhərində olan zaman yaşadığı Nəsimi rayonu ərazisində yaşayan Murad kimi tanıdığı şəxsdən 300 manat pul müqabilində bir ədəd şəffaf polietilen torba kəsiyi bükümündə narkotik vasitə olan heroin almış, bundan sonra narkotik vasitə olan heroini cib dəsmalına bükərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş, narkotik vasitə olan heroini şəxs istifadəsi ilə əlaqədar olaraq almış, lakin Bakı şəhərində olan zaman aldığı narkotik vasitə olan heroindən istifadə etməmiş, belə ki, tanışı Şahid3 ilə Gəncə şəhərinə gəzməyə getmək barədə razılaşmışlar.Odur ki, üzərində saxladığı narkotik vasitə olan heroini Gəncə şəhərinə getdikdən sonra istifadə etmək istəmiş, narkotik vasitə olan heroini istifadə etmək üçün isə əvvəlcədən özünə məxsus olan dəmir materialdan olan aləti də əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə yerləşdirmiş, 06 avqust 2022-ci il tarixdə təxminən saat 03 radələrində Bakı şəhərində yerləşən avtovağazala gəlib orada İsrafillə görüşdükdən sonra Gəncə şəhərinə gedən dövlət qeydiyyat nişanlarını xatırlamadığı Mercedes Vito markalı avtomobilə əyləşmişlər.Həmin vaxt narkotik vasitə olan heroin və narkotik vasitə olan heroini istifadə etməyi üçün dəmir materialdan olan alət əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olmuş, avtomobildə isə onlardan başqa da tanımadığı sərnişinlər olmuş, avtomobil bir müddət sonra sürücü tərəfindən işə salınıb Gəncə şəhəri istiqamətində hərəkətə başlamış, təxminən saat 08:30 radələrində İsrafillə birlikdə gəldikləri avtomobilin sürücüsü bir az istirahət etmək məqsədi ilə Goranboy rayonu Goran qəsəbəsində yolun kənarında avtomobili saxlamış, həmin vaxt o və digər sərnişinlər yerə düşmüşlər. İsrafillə orada siqaret çəkən zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini təqdim etdikdən sonra İsrafillə onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyib bununla bağlı hüquq və vəzifələrini izah edib onları Goranboy rayon polis şöbəsinə dəvət etmişlər.Odur ki, o və İsrafil polis əməkdaşlarının təklifini qəbul edib onlarla birlikdə Goranboy rayon polis şöbəsinə gəlmişlər.Goranboy rayon polis şöbəsinin inzibati binasına daxil olduqdan sonra İsrafillə onu ayrı-ayrı otaqlara aparmış.Otaqda olan zaman şübhəli şəxs qismində saxlanıldığını demişlər və ona üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmiş, həmçinin polis əməkdaşları onun hüquqlarının müdafiəsi ilə bağlı vəkil seçmək hüququnun olmasını izah etmişlər. Bunun ardınca isə təqdim edilmiş siyahı üzrə hüquqlarının müdafiəsi üçün vəkil X2 hüquqlarını müdafiə etməsini istəmiş, buna görə də X8 rayon polis şöbəsinə dəvət edilmiş, Vəkil Sərvər Mustafayev gəldikdən sonra isə üzərimdə şəxsi axtarış aparılacağı bir daha polis əməkdaşları tərəfindən ona bildirilmiş, həmçinin yenidən hüquq və vəzifələri izah edilmiş, bundan sonra polis əməkdaşları və vəkil Sərvər Mustafayevin iştirakı ilə onun üzərində video çəkiliş altında şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi bildirildiyi üçün əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən cib dəsmalına bükülü vəziyyətdə bir ədəd şəffaf polietilen torba kəsiyi bükümündə narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuş, həmçinin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitə olan heroini istifadə etməyi ilə bağlı dəmir materialdan olan aləti masanın üzərinə qoymuş, polis əmədkaşları tərəfindən cib dəsmalına bükülü vəziyyətdə olan narkotik vasitə heroinə və narkotik vasitəni istifadə etməyi üçün dəmir materialdan olan alətə baxış keçirilmiş, bunun ardınca üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzi vasitəsi ilə çəkilib polis əməkdaşları tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş, həmçinin narkotik vasitəni istifadə etməyi üçün üzərindən aşkar olunmuş dəmir materialdan olan alət də polis əməkdaşları tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş, bundan başqa isə şəxsi axtarış zamanı üzərindən hər hansısa əşya və ya məmulat aşkar olunmamış, eyni zamanda üzərindən dövriyyəsi qadağan olunmuş başqa hər hansısa əşya və ya alət aşkar edilməmiş, şifahi sorğu zamanı narkotik vasitə olan heroini 300 manat pul müqabilində Bakı şəhərində Murad kimi tanıdığı şəxsdən aldığını demiş, üzərindən aşkar edilmiş bir ədəd cib dəsmalı iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmış, sonda isə digər iştirakçılar ilə birlikdə tərtib edilmiş sənədləri imza etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində mütəmadi olaraq narkotik vasitə istifadə etidyi üşün şəxsi istifadəsi ilə əlaqədar olaraq 300 manat pul müqabilində Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan Murad kimi tanıdığı şəxsdən aldığını, bundan sonra isə həmin narkotik vasitə olan heroini şəxsi istifadəsi ilə əlaqədar olaraq üzərində saxladığını, yəni narkotik vasitə olan heroini üzərində qanunsuz olaraq saxlamaqda niyyətinin şəxsi istifadəsi ilə əlaqədar olduğunu, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini satmaq niyyətinin olmadığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, tanışı İsrafilin onun üzərində narkotik vasitə olan heroin daşımağı barədə heç bir məlumatı olmadığını, çünkü bu barədə İsrafilə məlumat vermədiyini, həmçinin də üzərində olan narkotik vasitə heroin daşımağı barədə əvvəlcədən və ya sonradan İsrafillə aralarında hər hansısa razılaşma olmadığını, İsrafillə sadəcə olaraq Gəncə şəhərinə gəzmək məqsədi ilə getdiklərini, İsrafilə üzərində narkotik vasitə olan heroin olması barədə heç bir məlumat vermədiyini, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini Murad adlı şəxsdən alan zaman həmin narkotik vasitəni başqa şəxslərə satmağı ilə bağlı Murad adlı şəxslə aralarında hər hansısa razılaşma mövcud olmadığını, saxlanılmamışdan təxminən 2-3 gün əvvəl Bakı şəhərində Murad adlı şəxsdən narkotik vasitə olan heroini aldığını, mütəmadi olaraq narkotik vasitə qəbul etdiyi üçün narkotik vasitə istifadə edən zaman bir gündə təxminən 2 və ya 2,5 qram çəkidə narkotik vasitə olan heroin istifdə etdiyini, Gəncə şəhərinə gedib bir neçə gün qalacağı üçün isə narkotik vasitə olan heroini bir qədər çox aldığını, orada qaldığı vaxtlarda istifadə etmək istədiyini, mobil telefon istifadə etdiyini, istifadə etdiyi mobil telefonda ***-***-**-** mobil nömrəsindən istifadə etdiyini göstərmişdir. Eyni zamanda məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində Xürrəmin Həsənovun məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı saxlanılarkən təqsirləndirilən şəxsə qarşı heç bir psixoloji və ya fiziki təzyiq olunmadığını bildirmişlər. Məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 1372 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ilkin izahatının işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, saxladığı ümümi təmiz çəkisi 28,481 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də, məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə vurğulayır ki, istər iş üzrə aparılmış ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan narkotik vasitə olan heroini satış məqsədilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Həmçinin verilmiş əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli 197-18405-1122 nömrəli cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüş 01 ədəd şəffaf polietilen torba kəsiyi bükümündə, təmiz çəkisi 28,481 qram külli miqdarda maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 2022-ci ilin avqust ayının əvvəlində dəqiq olmayan gündə Bakı şəhəri Nəsimi rayonu ərazisində Murad adlı şəxsdən 300 manat pul müqabilində almış, lakin onun narkotik vasitə və psixotrop maddəni satdığı şəxsləri müəyyən edib dindirilməsi üçün istintaqa təqdim etmək mümkün olmamışdır. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Xürrəmin Həsənovun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs heroini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Odur ki, şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin külli miqdarda olmasını ehtimal edib, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş narkotik vasitənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmənin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha vurğulayır ki, təqsirləndirilən şəxs Xürrəmin Həsənovun külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması, nə birbaşa və nə də dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, videoçəkilişdən istifadə olunmaqla üzərinə keçirilmiş şəxsi axtarış və baxış keçirilməsi haqqında protokoldan, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, həmçinin həmin qanuna əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, yəni külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 1372 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(045)-39/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, maddi sübut olan və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 28,481 qram olan narkotik vasitə olan heroin Goranboy RPŞ-də məsul saxlanca verilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Goranboy RPŞ-nin saxlama anbarına saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 28,481 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiya” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 109 (bir yüz doqquz) iş saatı (83 iş saatı xx.xx.2025-ci il tarixədək, 26 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına müdafiəçi üçün 784 (yeddi yüz səksən dörd) manat məbləğində pul köçürülməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 06 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Goranboy RPŞ-də saxlanca verilmiş 01 (bir) ədəd paketdə qablaşdırılmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 28,481 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfləri – 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 109 (bir yüz doqquz) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional vəkil Bürosunun hesabına 784 (yeddi yüz səksən dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar