Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-100/2022 25.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 7,460 qram və 8,731 qram, ümumi təmiz çəkisi 16,191 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”i əldə edib üzərində və yaşadığı evin əl damında saxlamaqla daşımış, 05.07.2021-ci il tarixdə saat 19:00 radələrində, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri “Dəmiryoluvağzalı” yaxınlığında yerləşən Zülfi Hacıyev küçəsində saxlanılaraq Gəncə şəhəri H.Əliyev prospekti-265 ünvanında yerləşən Kəpəz RPİ-yə gətirilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümün içərisində olan külli miqdarda-yəni, təmiz çəkisi 7,460 qram və yaşadığı ünvan 4 ünvanında yerləşən evindən isə 1 ədəd sellofan bükümün içərisində olan külli miqdardayəni, təmiz çəkisi 8,731 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ali təhsili olmaqla Moskva şəhərində oxumuş və son 5 aydır ki, narkotik vasitələrdən istifadə edir. Lakin o, əməlindən peşman olaraq müalicə almaq üçün könüllü olaraq dispanserdə qeydiyyata durmuşdur. 02.07.2021-ci il tarixdə həkim nəzarəti altında ambulator müalicədə olduğu vaxtda Kəpəz rayon polis əməkdaşları onu yaşadığı evin qarşısında tutaraq Kəpəz rayon polis idarəsinə aparmışlar. Lakin həmin vaxt onun üzərindən heç nə çıxmamışdır. Şahin, Elşən və bir neçə nəfər tanımadığı şəxslərin oyunu ilə onu 4-cü mərtəbəyə qaldırmışlar. Orda ona ya silah, ya narkotik vasitəni üzərinə götürməsini bildirmişlər. Bundan sonra onun əlini qolunu skoçla bağlayaraq ona təyziq göstərmişlər. Daha sonra onun gözünü açaraq başına qadın pariki geyindirib “ya burdan əksik kimi evə gedəcəksən, ya kişi kimi Gəncə türməsinə gedəcəksən” demişlər. O, ailəsinin adına xələl gəlməsin deyə məcbur narkotik vasitəni üzərinə götürmüşdür. O, videogörüntü ilə verdiyi ifadəsini təyziq altında vermişdir. Onun evinə baxış zamanı da eyni üsülla polis əməkdaşları onu aldadaraq, rəis üçün evində qısa çəkiliş edəcəklərini, onu 48 saat saxlayıb CM-nin 234.1-ci maddəsi ilə buraxacaqlarını bildirmişlər. Onların evinin qarşısına gələn zaman anası qapını açmamış və evdə axtarış üçün prokurordan icazə gətirmələrini bildirmişdir. Bundan sonra onun anasını kənara çəkərək axtarışın sadəcə çəkiliş üçün olduğunu bildirərək sonra polis əməkdaşları evə baxış keçirmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq, 02 iyul 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulduğunu, onun üzərində və evində heç bir narkotik vasitə olmadığını, bundan başqa cinayət işi materiallarında olan ********** saylı nömrənin onun istifadəsində olmadığını və ümumiyyətlə onun həmin nömrə ilə heç bir əlaqəsinin olmadığını bildirdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “Təxminən 1 ay bundan əvvəl yaşadığı evin yaxınlığında yerləşən dəmiryolu xətlərinin yaxınlığında olan zaman yerdən sellofan büküm tapmışdır. Həmin sellofan bükülünü açdıqda içində el arasında kokos kimi tanınan heroinə bənzər toz aşkar etmişdir. O, heroin istifadəçisi olduğu üçün görünüşündən və iyindən onu dərhal tanımışdır. Tapdığı heroini istifadə etmək üçün bir qismini üzərində, digər qismini isə yaşadığı evin əl damında saxlamışdır. 05.07.2021-ci il tarixdə saat 19:00 dəqiqədə narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində və yaşadığı evdə gəzdirməkdə, saxlamaqda və satmaqda şübhəli olduğu üçün Gəncə şəhər Dəmiryolu vağzalı yaxınlığında Zülfi Hacıyev küçəsində saxlanılaraq Kəpəz RPİ-yə gətirilmiş və 05.07.2021-ci il taixdə Saat 19:30 da şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələrim izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsində "Panasonic" markalı video kamera vasitəsi ilə müdafiəçi X4 iştirakı ilə hüquqları izah edildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan “heroinə” oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş “heroin”-ə oxşar kütlə elektron tərəzisində çəkilmiş, narkotik vasitəyə oxşar 1 ədəd sellofan büküm ilə birlikdə çəkisi 7,68 (yeddi tam yüzdə altmış səkkiz ) qram olmaqla aşkar olunduğu zərfdə qablaşdırılmış və ağzı Az.Resp-sı DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirkçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub olmaması və dəqiq çəkisi barədə arayış alınması üçün Məhkəmə Ekspertizası X5 bölməsinə göndərilmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin əl damından 1 ədəd sellofan bükümdə narkotik vasitə olan “heroin”-ə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş “heroin”-ə oxşar kütlə elektron tərəzisində çəkilmişi, narkotik vasitəyə oxşar 1 ədəd büküm sellofan ilə birlikdə çəkisi 9,00 (doqquz) qram olmaqla aşkar olunduğu zərfdə qablaşdırılmış və ağzı Az.Resp-sı DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirkçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub olmaması və dəqiq çəkisi barədə arayış alınması üçün Məhkəmə Ekspertizası X5 bölməsinə göndərilmişdir. O, üzərində və yaşadığı evin əl damında aşkar olunaraq götürülmüş narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini yaşadığı evin yaxınlığında yerləşən dəmiryolu xətlərinin yaxınlığında olan zaman yerdən sellofan büküm tapışdır. Həmin bükümü götürərərək öz istifadəsi üçün saxlamışdır. O, narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir. O, narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini özü istifadə etmək üçün saxlamışdır. Onun narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini əldə etməyindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Barəsində əməliyyataxtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Bununla əlaqədar hər hansı vəsatəti və şikayəti yoxdur”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hazırda isə Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ona ünvan 4 ünvanında yaşayan Ruslan adlı şəxsin mütəmadi olaraq narkotik vasitə əldə edib saxlaması, istifadə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyatla həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, bundan sonra 05.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və onun yerinin müəyyən olunaraq üzərinə və yaşayış yerinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, Kəpəz RPİ-nin əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri Dəmiryoluvağzalı yaxınlığında yerləşən Zülfi Hacıyev küçəsində dayandığını görmüşlər. Həmin vaxt onlar Ruslana yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Kəpəz RPİ-nə gətirmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükülüdə kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 7 qramdan artıq olması müəyyən edilmiş, zərfdə qablaşdırılaraq ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin kokos kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu, özünə məxsus olduğunu, həmçinin həmin narkotik vasitə heroinin bir hissəsini yaşadığı evdə saxladığını və onun yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilməsinə başlanmışdır. Həmin vaxt Ruslan yaşadığı evin əl damında narkotik vasitə heroin saxladığını bildirmiş və yaşadığı evin əl damına baxış keçirilən zaman 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 9,00 qram olması müəyyən edilmiş, zərfdə qablaşdırılaraq ağzı möhürlənmiş və götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadəni özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, uzun müddət marixuana istifadəçisi olmuş, Ruslanı uzun müddətdir tanıyır və onun da nakotik vasitə aludəçisi olduğunu bilmişdir. Təxminən 4 ay bundan əvvəl o, özünə məxsus mobil nömrə ilə Ruslana məxsus mobil nömrəyə zəng edərək “10 manatı var, əlin çatarmı, narkotik tapa bilərsənmi və yaxud səndə də 10 manat varsa alaq çəkək”. Bundan yarım saat keçdikdən sonra Ruslan zəng edərək tapa bilmədiyini bildirmişdir. O da cavabında Ruslana mesaj yazmışdır ki, “tapa bilmədin canın sağ olsun”. Şahid3 məhkəmə iclasında verilən suallara cavab olaraq, Ruslana zəng edərək onda 10 manat olduğunu və 10 manata ona nəşə tapa bilməsini soruşmuş, bundan yarım saat keçdikdən sonra Ruslan ona zəng edərək, nə 10 manat, nə də şey tapmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “Nadir hallarda nəşə kimi tanıdığı marixuana çəkmişdir. O, təxminən 6-7 ay bundan əvvəl Gəncə şəhəri, Dəmiryolu vağzalı ətrafında yerləşən çayxanada təxminən 30-35 yaşlarında, arıq, həmin ərizədə yaşayan Ruslan adlı şəxslə tanış oluş və aralarında münasibət yaranmışdır. Sonradan o, onun nakotik vasitə aludəçisi olduğunu, lazım olduqda ondan narkotik vasitə ala biləcəyini öyrənmişdir. Təxminən 4 ay bundan əvvəl o, özünə məxsus ********** saylı mobil nömrə ilə Ruslana məxsus ********** saylı mobil nömrəsinə zəng edib daha sonra mesaj yazaraq ona nəşə kimi tanıdığı marixuana almaq istədiyini bildirmişdir. Ruslan ona bir müddət gözləməyini qısa vaxtda xəbər edəcəyini bildirmişdir. Bir neçə saatdan sonra ona zəng edərək nəşə tapa bilmədiyini demişdir. O, Ruslanın narkotik vasitələrin alqısatqısında iştirak etdiyini bilirmişdir və ona görə də, təxminən 4 ay bundan əvvəl ona zəng edərək 10 manat dəyərində nəşə kimi tanıdığı marixuana almaq istədiyini bildirmişdir. Bir neçə saat sonra Ruslan marixuana tapa bilmədiyi üçün o, ondan marixuana ala bilməmişdir. Lakin o nəşə kimi tanıdığı marixuana tapa bilsəydi 10 manat qarşılığında ondan həmin marixunananı Ruslandan alacaqmış. O, nadir hallarda narkotik vasitə istifadə etdiyi üçün tanımadığı şəxslərdən yalnız nəşə kimi tanıdığı marixuana almışdır”. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə rəsmi nigaha daxil olmaqla ailə qurmuşlar və birgə nigahlarından bir övladları var. Yoldaşı narkotik vasitə aludəçisi olduğundan 29 iyun 2021-ci il tarixdə könüllü olaraq narkoloji dispanserə qeydiyyata düşərək, müalicəsinə ambulator qaydada evdə davam etmişdir. 02 iyul 2021-ci il tarixdə o, yorğun olduğu üçün yatmağa getmişdir. Bundan bir qədər sonra qışqırıq səsləri eşidərək, həyətə çıxmış və Ruslanı apardıqlarını görmüşdür. Həmin gün axşam 8 radələrində polis əməkdaşı Şahin müəllim qaynanasına zəng edərək, onlara gələcəklərini bildirmişdir. Qaynanası isə cavabında “mənim evimdən apardığınızı apardız, daha nə üçün gəlirsiz” demişdir. Bundan sonra polis əməkdaşları Rulsanla birlikdə onların yaşadıqları evə gəlmiş, Ruslan maşında qalmış, ilkin olaraq qaynanası onları içəri buraxmamış, lakin sonradan qaynanasını razı salmışlar. Bundan sonra iki nəfər içəri keçərək, onların zirzəmisinə daxil olmuşlar. Daha sonra Ruslanı gətirərək zirzəmiyə salmış və çıxarmışlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 05 iyul 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində və yaşadığı evdə gizlətməkdə, saxlamaqda və satmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 05 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokoldan və diskdən görünür ki, Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunur. Həmin kütlə sellofanla birlikdə tərəzidə çəkilir və sellofanla birlikdə çəkisi 7,68 qram gəlir və zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin kokos kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni təxminən 1 ay bundan əvvəl yaşadığı evin yaxınlığındakı dəmir yolu xətlərinin yaxınlığında tapdığını bildirir. Daha sonra müdafiəçi X10 Alıyevdən həmin narkotik vasitə olan heroinin və dedikləri xüsusatların doğruluğunu soruşarkən, Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək, həmin narkotik vasitə olan heroinin ona məxsus olduğunu bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 05 iyul 2021-ci il tarixli “baxış və götürmə” haqqında protokoldan və diskdən görünür ki, Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin əl damından 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunur. Həmin kütlə sellofanla birlikdə tərəzidə çəkilir və sellofanla birlikdə çəkisi 9,00 qram gəlir və zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin kokos kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni təxminən 1 ay bundan əvvəl yaşadığı evin yaxınlığındakı dəmir yolu xətlərinin yaxınlığında tapdığını, bir hissəsini istifadə üçün üzərində saxladığını, digər hissəsini isə yaşadığı evin əl damında saxladığını bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 06 iyul 2021-ci il tarixli 16/643 nömrəli ekspert rəyindən görünür ki, üzərində tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik maddə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 7,460 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin əl damından aşkar edilən narkotik maddə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 8,731 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş heroinlər xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 20 avqust 2021-ci il tarixli 976 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroli Dispanserin 07 iyul 2021-ci il tarixli, 2433 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 08 iyul 2021-ci il tarixli, 2899 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2019-cu il tarixdən Opioidlərdən asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Kəpəz Rayon İdarəsinin 10 iyul 2021-ci il tarixli, 120-20923-1221 nömrəli məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrə olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə olan heroin satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin aparılmış əməliyyataxtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə aşkar edilmiş narkotik vasitə olan heroini haradan, kimdən, nə vaxt əldə etməsi müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bakcell MMC-dən daxil olan CD diskə “baxış keçirilməsi haqqında” 11 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin diskdə “SMS tarixçəsi” adlı faylın içərisinə daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrlə digər şəxslərə məxsus olan mobil nömrələr arasında müxtəlif məzmunlu yazışmalar müəyyən edilmişdir. Həmin yazışmalar zamanı Təqsirləndirilən şəxs istifadəsində olan +**********95 saylı mobil nömrədən +**********81 saylı mobil nömrə arasında 29-05-2021-ci il tarixdə saat 17:01:55-də “АY QАQА БАWNА ДONЕRЕM VЕRMİR БİДЕNЕNİ 45 MАNАT ДЕYİR” məzmunlu sms mətni, 31-05-2021-ci il tarixdə saat 17:04:32-də “Qaqa 5 qiram kola var 200 manada goturmek isdeyisen temiz ceki temiz mal di” məzmunlu sms mətni, 01-06-2021-ci il tarixdə saat 20:06:37-də “1 qiram 45 di qaqa qiramda yoxdu yaridi oda 30 manadi beyax demedim yez gel deyisen 230 goturub gele gelisen borcunu getirsen bele weyler olmaz mede kimn” məzmunli sms mətni, 02-06-2021-ci il tarixdə saat 09:27:54-də “Dune gunortada sen gedib 230manat guyA pulu getiridin gedin gece geldin yanki o menim eynimdedi gotresi delsen camada qoy sozumu deyim narazliqim olmasin” məzmunlu sms mətni, 06-06- 2021-ci il tarixdə saat 03:34:24-də “Yox qaqa 35 di gunuz olsaydi nese elemey olardi cetin vermiyece” məzmunlu sms mətni, 12-06-2021-ci il tarixdə saat 09:24:42-də “Borcunu deyen kimi sesin cixmadi ne fikirlewisen yadinan cixmiwdi qaqaw nebilim gedib 60manat verib 0 8 mal alisiz yaxwiliq elem alib verem isdiyirem sesiniz cixmir nese ay ruslan alisan vermeyinide fikirlew yaxwi” məzmunlu sms mətni, 12-06-2021-ci il tarixdə 10:14:53-də “Qaqa sa ne lazimdi ne qeder pulun var” məzmunlu sms mətni, +**********00 saylı mobil nömrə arasında 12-06-2021-ci il tarixdə saat 08:47:43-də “Brat pulnan kokos kotura bilarik” məzmunlu sms mətni, +**********30 saylı mobil nömrə arasında 19-06-2021-ci il tarixdə saat 02:27:22-də “Ata men dediyimkimi emele yelir qadanam kolani goturerdiy sabah tezdende azad patpres verejeydi ma verejem sa ata enele geler?” məzmunlu sms mətni, +**********46 saylı mobil nömrə arasında 19-06-2021-ci il tarixdə saat 03:50:12-də “Ayqa 3 4 manat pulda tapmaq olar i tezdende dobru patpres verejiy qadanam hemin adama de gor razidi aqriyiram gunorta elediyimdi” məzmunlu sms mətniləri müəyyən edilmişdir. Bundan başqa “X3” adlı digər faylın içərisinə daxil olan zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrlə müxtəlif mobil nömrələr arasında, çoxsaylı zənglər olmuş, həmin zənglər zamanı Təqsirləndirilən şəxs Gəncə şəhərində müxtəlif anten dairələrində olmuşdur. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Məhkəmənin sorğusu əsasında cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 16 dekabr 2021-ci il tarixli 120-38186-1221 nömrəli məktubuna əlavə olunmuş şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabının surənindən görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdə tutularaq Kəpəz rayon Polis İdarəsinə gətirilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 13 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış 518c-21 nömrəli materialda cinayət hadisəsi müəyyən olunmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 14 okyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 7,260 qram qram olan narkotik vasitə heroin, yaşadığı evdən aşkar aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8,531 qram olan narkotik vasitə heroin, həmçinin həmçinin cinayət işinə əlavə edilmiş 04 iyul 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı, həmçinin yaşıdığı evə baxış keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 2 ədəd “DVD” disk və "xxxx" MMC-dən BKC/LGL-15213/21 nömrəli məktubla daxil olmuş 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı övladı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 05 iyul 2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokoldan və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 İdarəsinin tərəfindən verilmiş 14 iyul 2021-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin əl damından aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmamasına, üzərindən yaşadığı evin əl damından aşkar olunan heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına və polis əməkdaşları tərəfindən ona təyziq göstərilməsinə dair ifadələri, özünün ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, üzərinə “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Evinə baxış keçirilməsi və götürmə haqqında” protokollar, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş üzərinə və yaşadığı evə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 2 ədəd “DVD” diskə baxış zamanı, ekspert rəyləri, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə iclasında araşdırılmış təqsirləndirilən şəxsə məxsus mobil telefon nömrələrinə daxil olan və çıxan zənglərin, mesaj mətnlərinin tədqiqi, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və həmin hissədə sübut növü kimi qəbul etmir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdə şübhəli qismində tutularkən üzərində və yaşadığı evdə prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş və ona hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuşdur. Onun üzərinə və yaşadığı evin əl damına baxış zamanı prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmiş, baxış zamanı, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin əl damından aşkarlanmış narkotik vasitə heroinin ona məxsus olmasını, həmin narkotik vasitə heroini tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində 05 iyul 2021-ci il tarixdə deyil 02 iyul 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulduğunu bildirsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 16 dekabr 2021ci il tarixli 120-38186-1221 nömrəli məktubuna əlavə olunmuş şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdə tutulmuşdur. Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs ifadəsinə həmin hissədə də tənqidi yanaşaraq sübut kimi qəbul etmir. Bundan əlavə Təqsirləndirilən şəxs ********** saylı mobil nömrənin ona məxsus olmamasını göstərsə də ********** saylı nömrəyə daxil olan və çıxan zənglərinə, mesaj mətnlərinə baxış zamanı müəyyən edilir ki, həmin mesajların ünvanlandığı şəxsin adı kimi məhz “Ruslan” qeyd edilmiş, həmçinin zənglərin məxsusluq tarixçələri ilə müəyyən edilir ki, ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs arvadı Yeganə Alıyevaya məxsus mobil nömrə arasında telefon zəngləri olmuşdur. Bütün bunlar təqsirləndirilən şəxsin həmin ifadəsinin özünü müdafiə məqsədi ilə verdiyini bir daha təsdiq edir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin əl damından aşkar edilmiş narkotik vasitənin külli miqdarda yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasına, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə edib daşımaqla saxlaması qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkətinin protokollarını, maddi sübutlar, təqsirləndirilən şəxsə məxsus mobil telefon nömrələrinə daxil olan və çıxan zəngləri, mesaj mətnləri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Evinə baxış keçirilməsi və götürmə haqqında” protokollarını tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 05 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olaraq Gəncə şəhər BPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 7,260 qram olan narkotik vasitə olan heroin, yaşadığı evdən aşkar aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8,531 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı, həmçinin yaşıdığı evə baxış keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 2 ədəd “DVD” disk və "xxxx" MMC-dən BKC/LGL-15213/21 nömrəli məktubla daxil olmuş 1 ədəd “CD” isə cinayət işinin materialında saxlanılmaları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəməyə bir ədəd CD disk təqdim edərək bildirmişdir ki, həmin diskdə olan səs yazılarında görünür ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməyərək, narkotik vasitə almaq üçün Ruslana müraciət etmədiyini bildirmişdir. Onun məhkəməyə təqdim etdiyi diskdəki səs yazısı Şahid3 ibtidai istintaq dövründə təyziq altında ifadə verməsini təsdiq edir. Buna görə də həmin diskin maddi sübut kimi tanınmasını xahiş etmişdir. Müdafiəçisi Müdafiəçi məhkəməyə təqdim etdiyi CD disk məhkəmədə nümayiş etdirildikdən sonra, məhkəmə ittiham və müdafiə tərəflərinin fikirlərini dinləmiş və müşavirə otağında belə qərara gəlmişdir ki, CD diskdə öz əksini tapan səs yazıları qanunvericiliyin tələblərinə uyğun əldə edilmədiyindən, yəni həmin səs yazıları həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan onlar sübut kimi qəbul edilə bilməz. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 30,40 manat (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 05 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olaraq Gəncə şəhər BPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 7,260 qram olan narkotik vasitə olan heroin, yaşadığı evdən aşkar aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8,531 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin və həmçinin 2 ədəd “DVD” disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” diskin cinayət işinin materialında saxlanılmaları nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-100/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-100/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver