Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-100/2023 08.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Şahid2 Fəhrad oğlunun iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayon Məhkəməsinin 07 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda “Narkotk vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahılarına əsasən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 13,27 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 5,118 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində saxlamış, 14 iyun 2022-ci il tarixdə, saat 01:05 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Bərdə şəhəri Bakı küçəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi olmadan saxladığı 2 (iki) sellofan bükümlərdəki ayrı-ayrılıqda təmiz çəkiləri 5,632 qram və 7,638 qram ümumi təmiz çəkisi 13,27 qram külli miqdarda kustar üsulla hazırlanmış heroin və 1 (bir) ədəd şəffaf bükümdəki digər 1(bir) ədəd yaşıl rəngli sellofan bükümdə təmiz çəkisi 5,118 qram olan maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı Bərdə şəhəri Koroğlu küçəsində polis əməkdaşları onu tutub Bərdə rayon polis şöbəsinə gətirmişlər. Sonra üzərinədə axtarış aparmışlar, lakin üzərindən qanunsuz heç bir əşya aşkar olunmamışdır. Üzərindən 1 ədəd telefon 616 manat pul, 1 ədəd gümüşü bilərzik, 1 ədəd gümüşü boyunbağı, 1 ədəd qol saatı və 150 manat pul aşkar olunmuşdur. Polis əməkdaşları onun narkotik vasitə istifadə etdiyini bildiklərini deyərək narkotik vasitəni haradan və kimlərdən aldığını soruşmuş, o isə tanımadığı şəxslərdən alıb qəbul etdiyini bildirmişdir. Buna görə polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Bundan sonra Azər adlı və digər polis əməkdaşları narkotik vasitə aldığı şəxsərin adlarını demədiyinə görə ona zor tətbiq edərək hədə-qorxu gəlmiş və üzərinə narkotik vasitə qoyacaqlarını və onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edəcəklərini əks halda, ona şəxsiyyətini alcaldılacaq formada təzyiq olunacağını və qardaşının üzərinə və evlərinə narkotik vasitə qoyulacağını demişlər. Ona görə də polis əməkdaşlarının dedikləri ilə razı olmuşdur. Bundan sonra onun üzərinə, şalvarının ciblərinə narkoti vasitə və elektron tərəzi qoymuşlar və demişlər ki, elektron tərəzi barədə də soruşulanda bildirsin ki, narkotik vasitə aldığı şəxslər onu aldatmasın deyə narkotik vasitəni alarkən öz tərəzisi ilə cəkisini dəqiqləşdirir. Dəvət olunmuş müdafiəçinin və iki nəfər polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təklif edilmiş və o təqdim etmişdir. O masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd ağ sellofana bükülmüş bükülünü, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd elektron tərəzini, 1 ədəd 5 manatlıq pul əskinası, 4 ədəd 1 manatlıq pul əskinaslarını çıxardaraq masaya qoymuşdur. Onun təqdim etdiyi bir ədəd ağ rəngli sellofana bükülmüş bükülüyə baxış keçirildikdə həmin 1 ədəd bükülünün içərisində 1(bir) ədəd yaşıl rəngli sellofan bükümdə metafetaminə bənzər kütlə, 1(bir) ədəd yaşıl rəngli sellofan bükümdə heroinə bənzər kütlə, 1(bir) ədəd ağ rəngli seloffan bükümdə metafetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra 1(bir) ədəd yaşıl rəngli sellofan bükümlə birlikdə metafetaminə bənzər kütlə, 1(bir) ədəd yaşıl rəngli sellofan bükümlə birlikdə heroinə bənzər kütlə, 1(bir) ədəd ağ rəngli seloffan bükümlə birlikdə metafetaminə bənzər kütləcəkilmiş cəkisi yadında qalmamışdır. Sonra aşkar orlunmuş əşyalar qablaşdırılmışdır. Sonra sənədləşmə aparılmış və o yazılanların heç birini oxumadan imza etmişdir. Ona qarşı edilən qanunsuzluqlar barədə vəkilinə deməmişdir. Əvvəlcə barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, polis əmkdaşlarının dedikləri kimi ifadə vermiş, lakin məzmununu oxumamışdır. Müstəntiq tərəfindən üzərindən aşkar olunmuş elektron tərəzi barədə sual verilməsi və ona cavab yazılması barədə ifadələrini oxumadığı üçün bir söz deyə bilmir. Bundan sonra onun əməli əsassız olaraq ağırlaşdırılmışdır. Sonradan bu barədə şikayət etmişdir. İstintaq zamanı ifadələrini oxumadan imza etmişdir. Axtarış zamanı cibinə qoyulmuş elektron tərəzinin taleyi barədə məlumatı yoxdur. Hesab edir ki, əsassız olaraq üzərinə narkotik vasitə ilə bərabər qoyulmuş tərəzini sonradan ona verilən ittihamdan çıxarıblar. O şikayət etdikdən sonra üzərindən aşkar olunumuş 1 ədəd telefon 616 manat pul, 1 ədəd gümüşü bilərzik, 1 ədəd gümüşü boyunbağı, 1 ədəd qol saatı və 150 manat pul Azər adlı polis əməkdaşı tərəfindən qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsində əməliyyat müvəkkili işləyir. 14 iyun 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələr saxlaması, gəzdirməsi və satması barədə məlumatlar olduğu üçün onun və Bərdə RPŞ-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və 14 iyun 2022-ci il tarixdə saat 01:05 dəqiqədə adı çəkilən şəxs Bərdə şəhəri Bakı küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində Təqsirləndirilən şəxs müdafiəçinin ilə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmetlərin olub olmaması soruşulmuş və könüllü olaraq təqdim etməsi tövsiyyə olunmuş bu zaman Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd ağ sellofana bükülmüş bükülünü, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd elektron tərəzi, 1 ədəd 5 manatlıq pul əskiası, 4 ədəd 1 manatlıq pul əskinaslarını çıxardaraq masaya qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli sellofana bükülmüş bükülüyə baxış keçirildikdə həmin 1 ədəd bükülünün içərisində 1 (bir) ədəd yaşıl rəngli sellofan bükümdə metafetaminə bənzər kütlə, 1(bir) ədəd yaşıl rəngli sellofan bükümdə heroinə bənzər kütlə, 1(bir) ədəd ağ rəngli seloffan bükümdə metafetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra 1(bir) ədəd yaşıl rəngli sellofan bükümlə birlikdə metafetaminə bənzər kütlə ilkin çəkisi 8,479 qram, 1(bir) ədəd yaşıl rəngli sellefon bükümlə birlikdə heroinə bənzər kütlə ilkin çəkisi 5,42 qram, İ(bir) ədəd ağ rəngli sellefan bükümlə birlikdə metafetaminə bənzər kütlə ilkin çəkisi 9,39 qram olduğu müəyyən edilmiş, daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilmiş 1(bir) ədəd yaşıl rəngli sellofan bükümdə metafetaminə bənzər kütlə, (bir) ədəd yaşıl rəngli sellofan bükümdə heroinə bənzər kütlə, 1(bir) ədəd ağ rəngli seloffan bükümdə metafetaminə bənzər kütlə, 1(bir) ədəd elektron tərəzi ağ rəngli bir ədəd zərfə qoyularaq qablaşdırımış, iştirakçılar tərəfindən, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalamış və DİN-in möhürü ilə möhürlənərək götürülüb protokola əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd 5 manatlıq əskinas, 4 ədəd manatlıq əskinaslar aşkar edilmiş, hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələrdən başqa narkotik maddənin olub-olmaması soruşulmuş, o üzərində aşkar edilərək götürülmüş narkotik vasitələrdən başqa heç bir narkotik vasitə olmadığını, üzərindən aşkar olunmuş narkotik vasitəni haradansa tapdığını, əvvəllər istifadə etdiyi narkotik vasitəni adını bilmədiyi şəxslərdən aldığını, elektron tərəzini isə narkotik vasitə alarkən onu aldatmasınlar deyə özü çəkisini yoxlaması üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dediklərinin həqiqətə uyğun olmadığını, onun qarşısında heç bir şərt qoyulmadığını, zor tətbiq olunmadığı, qardaşının üzərinə və evinə narkotik vasitə qoyulacağı ilə hədələnmədiyini üzərinə qoyulacaq narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsinə məcbur olunmadığını bildirmişdir. Onun üzərindən qeyd olunanlardan başqa əlavə pul, telefon və bəzək əşyaları aşkar olunmamışdır. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin satış məqsədi ilə saxlaması və daşıması barədə məlumat olmuşdur. Təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması o cümlədən satış məqsədi ilə üzərində saxlaması və daşıması barədə məlumat göstərilir. Lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni saxlaması, gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 2 (iki) sellofan bükümləri və 1 (bir) ədəd şəffaf bükümdəki digər 1(bir) ədəd yaşıl rəngli sellofan bükülü çıxardaraq həmin bükülülərin içərisində olan kütlələrlə birlikdə çıxarıb təqdim etmiş və həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(021)-114/2022 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Daxili İşlər Nazirliyinin Bərdə rayon polis şöbəsinin NMQ-nın əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Bərdə rayon Polis Şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə şəhəri, Koroğlu küçəsi ev 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni aldığı əldə etdiyi şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs adına Azercell, Bakcell, Nar mobile operatorlarından nömrə qeydiyyat edilməmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/671 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş..” sözləri və imzalar olan kağız paketdəki: 1 (bir) ədəd yaşıl rəngli sellefon bükümdə və 2 (iki) ədəd iç-içə olan sellefon bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 5,632 qram, 7,638 qram ümumi təmiz çəkisi 13,27 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. 1(bir) ədəd şəffaf sellefon bükümdəki digər 1 (bir) ədəd yaşıl rəndli sellefon bükümdə, təmiz çəkisi 5,118 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 1(bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə və pixotrop maddə izləri aşkar edilmədi. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1ci siyahısıın İİ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1417 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 iyun 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağdam rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il 02 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Ağdam rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 01 il 02 ay 08 gün hissəsi 01 il azaldılmışdır. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 13,27 qram, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 13,17 qram olan heroin, 5,118 qram, lakin ekspertiza təqdiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 5,018 qram olan metamfetamin Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Eləcə də 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması, habelə pul və qiymətli əşyalarının götürülərək qaytarılmaması əsasında Bərdə rayon prokurorluğunda araşdırma aparılmış və göstərilən xüsusatlar tam və hərtərəfli şəkildə yoxlanılaraq nəticədə Bərdə rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X6 tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən,“cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, …Uzun müddətdir ki, narkotik vasitə istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 00 radələrində yaşadığı Bərdə şəhəri Koroğlu küçəsi ilə evə gedən zaman yolun kənarında bükülü vəziyyətdə ağ sellofan görmüşdür. O həmin sellofanı yerdən götürmüşdür. Sellofanı açıb içərisinə baxan zaman həmin 1 ədəd sellofan bükümün içərisində 2 ədədi yaşıl rəngli, 1 ədədi ağ rəngli büküm görmüşdür. Həmin bükümləri kənar çəkilərək açıb baxan zaman əvvəllər narkotik istifadəçisi olduğu üçün 1 ədəd göy rəngli sellofan bükümdəki heroin, 1 ədəd ağ selofan bükümdəki metafetamin, 1 ədəd yaşıl rəngli sellofan bükümdəki isə metafetamin olduğunu görmüşdür. Həmin bükümləri kimsə görməsin deyə əynindəki şalvarın sol yan cibinə yerləşdirmişdir. Həmin narkotik vasitələri üzərində saxlamağa başlamışdır. Həmin tarixdə Bərdə şəhəri Bakı küçəsi ilə yoluna davam edən zaman polis əməkdaşları onun yanına yaxınlaşaraq üzərində narkotik vasitələrin saxlanılasında, daşınmasında şübhəli olduqlarını bildirib onu Bərdə rayon polis şöbəsinə gətirmişdirlər. Bərdə rayon polis şöbəsində müdafiəçinin və iki nəfər polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təklif edilmiş və o təqdim etmişdir. O masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd ağ sellofana bükülmüş bükülünü, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd elektron tərəzini, 1 ədəd 5 manatlıq pul əskinası, 4 ədəd 1 manatlıq pul əskinaslarını çıxardaraq masaya qoymuşdur. Onun təqdim etdiyi bir ədəd ağ rəngli sellofana bükülmüş bükülüyə baxış keçirildikdə həmin 1 ədəd bükülünün içərisində 1(bir) ədəd yaşıl rəngli sellofan bükümdə metafetaminə bənzər kütlə, 1(bir) ədəd yaşıl rəngli sellofan bükümdə heroinə bənzər kütlə, 1(bir) ədəd ağ rəngli seloffan bükümdə metafetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra 1(bir) ədəd yaşıl rəngli sellofan bükümlə birlikdə metafetaminə bənzər kütlə ilkin çəkisi 8,479 qram, 1(bir) ədəd yaşıl rəngli sellofan bükümlə birlikdə heroinə bənzər kütlə ilkin çəkisi 5,42 qram, 1(bir) ədəd ağ rəngli seloffan bükümlə birlikdə metafetaminə bənzər kütlə ilkin çəkisi 9,39 qram olduğu müəyyən edilmiş, daha sonra əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilmiş narkotik vasistəyə bənzər kütlələr və 1(bir) ədəd elektron tərəzi ağ rəngli bir ədəd Zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən, onun və müdafiəçisi tərəfindən imzalanmış və polis əməkdaşı tərəfindən möhürlənərək götürülüb protokola əlavə edilmişdir.Təqsirləndirlən şəxs qismində dindirlən Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin narkotik vasitəni özü qəbul etmək məqsədi ilə saxlamış, həmin narkotik vasitəni satmaq məqsədi olmamış, üzərindən aşkar edilərək götürülən narkotik vasitə və psixotrop maddələri xx.xx.2022-ci il tarixdə saat 00 radələrində yaşadığı Bərdə şəhəri Koroğlu küçəsi ilə evə gedən zaman yolun kənarında bükülü vəziyyətdə ağ sellofanda tapmış, şəxsi istifadəsi üçün götürüb üzərində saxlamış,o həmin narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün üzərində saxlamış, o heç kimə narkotik vasitə və psixotrop maddələri satmamış və heç kimə verməmiş, ona polis əməkdaşları tərəfindən heç bir təzyiq və zor tətbiq olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə maddə əldə etmiş və saxlamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitələr və psixotrop maddələrin satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biribirini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddəni əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını, ibtidai istintaq zamanı ifadələrində və daxil olmuş əməliyyat məlumatında narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə göstərdikləri halları onunla əsaslandırmışlar ki, təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması o cümlədən satış məqsədi ilə üzərində saxlaması və daşıması barədə məlumat olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını, bu iş üzrə də keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və Bərdə rayon Polis Şöbəsindən cavab alınmışdır. Həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni aldığı əldə etdiyi şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs adına Azercell, Bakcell, Nar mobile operatorlarından nömrə qeydiyyat edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən üzərind qeyd olunan narkotik vasitə və psixotrop maddədən əlavə 1 ədəd elektron tərəzi, 1 ədəd 5 manatlıq pul əskinası və 4 ədəd 1 manatlıq pul əskinasları aşkar olunmuşdur. Sadalanan əşyalardan iş üzrə mühüm əhəmiyyət kəsb edən 1 ədəd elektron tərəzi ibtidai istintaq tərəfindən ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən ittihamın məzmununa daxil edilməmiş, «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarda da ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən yekun ittihamda da elektron tərəzi ona elan edilən ittiham üzrə sübüt növü hesab edilməmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/671 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş1(bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə və pixotrop maddə izləri aşkar edilmədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi elektron tərəzini narkotik vasitə alarkən onu aldatmasınlar deyə özü çəkisini yoxlaması üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən ittiham üzrə mühüm əhəmiyyət kəsb etmədiyinidən istintaq orqanı da elektron tərəzi ona elan edilən ittiham üzrə sübüt növü hesab etməmişdir. Bundan başqa ibtidai istintaq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən ittiham üzrə onun satış məqsədini dəqiqləşdirmək üçün o cümlədən aşkar olunan elektron tərəzi barədə də Təqsirləndirilən şəxs nə də, iş üzrə dindirilmiş şahidlərə bu barədə sual belə verməmiş, yalnız onların narkotik vasitənin aşkar olunmasından və məzmununda narkotik vasitənin satış məqsədi ilə deyil, satış məqsədi olmadan saxlanmasından bəhs edən ifadələrinə əsassız və yalnış hüquqi qiymət verib Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Bu faktların özü də ibtidai istintaq tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən ittiham ehtimala əsaslandığını sübut edir. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadəsinə o cümlədən yuxarıda sadalanan ehtmallara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X2 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını da ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psitrop maddəni əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs oğlundan aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür göstərilmişdir. Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X3 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Ağdam rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 02 ay 08 gün müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Ağdam rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 01 il 02 ay 08 gün hissəsi 01 il azaldılmışdır. Qeyd edilən hökm üzrə təyin edilən cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən həmin məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının cəzasının iki günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağdam rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01 il 02 ay 08 gün müddətinə azadlığı məhdudlaşdırılması cəzası, Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 il azaldılmış, çəkilməmiş qalan 02 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 01 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən, birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 13,17 qram olan heroin, 5,118 qram, lakin ekspertiza təqdiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 5,018 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X7 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ağdam rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən qəti olaraq təyin edilmiş 01 il 02 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 il azaldılmış və çəkilməmiş qalan 02 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 01 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunmuş 03 (üç) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və qəti olaraq ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 14 iyun 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 13,17 qram olan heroin, 5,118 qram, lakin ekspertiza təqdiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 5,018 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X7 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-100/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-100/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver