Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-100/2024 02.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X24, X18 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X38, zərərçəkmiş şəxsin hüquqi varisi X8, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ağdərə rayonu, Sırxavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə təyin edilmiş cəzadan Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, fərdi fəaliyyətlə məşğul olan, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu, Alaçadırlı kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.8, 128 və 145.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs əvvəlcə sağlamlığına yüngül zərər vurduğu qeyri rəsmi nikah münasibətlərində yaşadığı ona aşkar surətdə hamilə vəziyyətdə olması məlum olan X10 qanunsuz olaraq azadlıqdan məhrum etməklə qısqanclıq zəminində qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 29 mart 2023-cü il tarixdə, saat 23 radələrində işlətdiyi Bərdə şəhəri S.Vurğun küçəsində yerləşən kafedə qeyri rəsmi nikah münasibətlərində yaşadığı (7 ay 3 həftəlik) aşkar surətdə hamilə vəziyyyətində olması ona məlum olan X9 həmin gün Yevlax şəhərinə əvvəlki ərindən olan uşaqlarını görmək üçün getməsi ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı əsəbləşərək həmin kafenin qarşısında Günay Ələkbərovaya əli ilə zərbələr yetirərək üst dodaq nahiyəsinin qançırı, yuxarı çənədə 3 (üç) ədəd dişin sınması ilə üst dodağın selikli qişasının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirib Günay Ələkbərovanı yerə yıxaraq saçından tutub kafeyə doğru yerdə sürüməklə sonuncuya təpə və sağ bud nahiyələrinin qançırları, sağ və sol diz nahiyələrinin sıyrıqları birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra kafenin mətbəxinə daxil edərək, qapını qıfıl ilə həyətdən bağlayıb adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etdikdən sonra istifadəsində olan ********** nömrəli telefonla Günay Ələkbərovanın anası Zərərçəkmiş şəxs istifadəsində olan ********** nömrəli mobil telefona zəng vuraraq Günayın həmin gün onun yanında olubolmamasını soruşaraq qızı haqqında ona irad bildirdikdə, Günay Ələkbərovanın balta ilə mətbəxin qapısına vurub qapını açmağa çalışmasını görüb telefona məşğul verərək kafenin qapısına doğru istiqamətlənmiş, qapını açdıqda Günayın cəld şəkildə çıxaraq qaçmağa cəhd etməsindən əsəbiləşib sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə yanındakı stolun üzərində olan soyuq silah hesab edilməyən mətbəx bıçağını əlinə götürüb Günay Ələkbərovaya canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət olan döş qəfəsi nahiyəsinin ürək kisəsi və ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd deşilmişkəsilmiş yarası və həmin yaralanma nəticəsində kəskin qanitirmə xəsarəti nəticəsində ölümünə səbəb olan xəsarəti Günay Ələkbərovaya yetirərək sonuncunu qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 120.2.8, 128 və 145.2.2-ci maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X13 ilə təxminən 6 ay əvvəl tanış olmuşdur. Günayla birlikdə yaşadıqları müddət ərzində gah onun anası Nəzakətin Bədə şəhəri, Təzə Məhəllə adlanan yerdə olan həyat evində, gah da ki, onun Alaçadırlı kəndində yerləşən kirayəyə götürdüyü evdə qalmışlar. O,Günayla qeyri-rəsmi nikah münasibətdə olmuşdur. 29 mart 2023-cu il tarixdə axşam saat 19 radələrində Günay onun Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən işlətdiyi kafeyə gələrək kefinin olamadığını demiş və onlarp bir qədər spirtli içki qəbul etmişlər. Həmin vaxt kafedə onlardan başqa heç kim olmamışdır. Günayla bir qədər söhbət etdikdən sonra aralarında mübahisə yaranmışdır. Həmsin vaxt Günay ona qışqıraraq çıxıb getmək istəmiş,o Günay qapıdan çıxarkən onun arxası ilə getmiş və kafenin həyətində onu tutub saxlamış, Günay getmək istəsə də o sonuncuya imkan verməmişdir. Bu zaman Günay yerə yıxılmış,o, Günayın saçlarından tutmuş və sürüyərək onu kafenin içərisinə salmış və Günay çıxıb geməsin deyə qapını çöl tərəfdən bağlamışdır. Daha sonra İstifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Günayın anası Nəzakətə zəng vurmuş və ona qızının narahat olduğunu demişdir. Nəzakət ona qızının keçmiş həyatı barəsində danışmağa başlamış və mübahisənin öz aralarında həll edilməsini demişdir. Nəzakətlə kafenin həyətində telefonla danışarkən Günayın kafenin içərisini dağıtdığını, qapını, eləcədə pəncərəni balta ilə vurduğunu görmüşdür. O,kafeyə girmiş və Günayın sinə nahiyəsinədən qan çıxdığını görmüşdür. Bir qədər onun yanında durduqdan sonra kafedən çıxmış və bazarın yuxarısından Anar adlı taksi sürücüsünü tapmış və onu kafeyə gətirmişdir. Kafeyə daxil olduqda Günayın içəridə olan kresloda oturuqlu vəziyyətdə sinəsindən xeyli qan axdığını görmüşdür. Onun Günayı avtomiobilə mindirməyə gücü çatmadığından taksi sürücüsü Anardan Günayı avtomobilə mindirməsinə köməklik etməsini xahiş etmişdir,Anar ona kömək edib Günayı mindirib Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. Xəstəxanada həkimlər Günayın vəziyyətinə baxmış və sonuncunun artıq vəfat etdiyini demişdir.”.O, Günayı vurmamış soununcu özü-özünə xəsarət yetirmişdir. O sadəcə olaraq Günayın ağzını bağlamış evdə saxlamışdır.Daha sonra o hadisə ilə bağlı Günayın anasina məlumat vermis və taksi tapıb Günayı xəstəxanaya aparmışdır. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, istintaqda Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CM-nin 120.2.8, 128 və 145.2.2-ci maddələri ilə elan olunmuş yeni ittihamlar üzrə özünü qismən, yəni Günay Ələkbərovanı qəsdən öldürmək fikrinin olmadığını bildirirək ifadəsində göstərmişdir ki, «Bərdə rayonu, Alaçadırlı kəndində anası Şəhla İmanova, atası Şahid3 və əvvəllər qeyri rəsmi nikah münasibətindən olan hazırda heç bir əlaqəsi olmayan qadından olan övladı Turan İmanov adlı 14 yaşlı övladı ilə birlikdə yaşayır. Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən kafeni icarə əsasında işlədir. Həmin kafedə ondan başqa işləyən işçi yoxdur. Kafedə adətən çay verilir. Oranın demək olar ki, müştərisi az olduğundan həmin yeri tək özü idarə edir. X13 ilə təxminən 6 ay əvvəl tanış olmuşdur. Onunla tanış olduqdan sonra bilmişdir ki, onun 3 övladı vardır. Övladlarının atası ilə birlikdə yaşadığını demişdir. Günayla birlikdə yaşadıqları müddət ərzində gah onun anası Nəzakətin Bədə şəhəri, Təzə Məhəllə adlanan yerdə olan həyat evində, gah da ki, onun Alaçadırlı kəndində yerləşən kirayə götürmüş olduğu evdə qalmışdırlar. Günayla qeyri-rəsmi nikah münasibətlərində olmuşdur. Günay ilə birlikdə yaşadığı müddətdə onunla cinsi əlaqə olmuşdur. 29 mart 2023-cu il tarixdə axşam saat 19 radələrində Günay onun Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən işlətdiyi kafeyə gələrək kefinin olamadığını dedikdən sonra onunla birlikdə oturaraq, bir qədər spirtli içki qəbul etmişlər. Həmin vaxt kafedə onlardan başqa heç kim olmamışdır. Belə ki, kafe adətən saat 19 radələrinə qədər müştərisi olur. Daha sonra isə heç kim kafeyə gəlmir. Günayla bir qədər söhbət etdikdən sonra aralarında mübahisə başlamışdır. Belə ki, Günay ona qışqıraraq çıxıb getmək istədiyini deyərək, qapıdan çıxarkən onun arxası ilə getmiş və kafenin həyətində onu tutaraq saxlamış, o getmək istəsə də ona imkan verməmişdir. Bu zaman o yerə yıxıldıqda, saçlarından tutmuş və sürüyərək onu kafenin içərisinə salmış və qapını çöl tərəfdən bağlamışdır ki, Günay çıxıb geməsin. İstifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Günayın anası Nəzakətin istifadəsində olan mobil nömrəyə zəng vuraraq ona qızının narahat olduğunu dedikdə Nəzakət ona qızının keçmiş həyatı barəsində danışmağa başlamış və mübahisənin öz aralarında həll edilməsini demişdir. Nəzakətlə kafenin həyətində telefonla danışarkən Günayın kafenin içərisini dağıtdığını, qapını, eləcədə pəncərəni balta ilə vurduğunu gördükdə, telefona adboy verərək kafenin qapısını açmış və qapının yanında olan stolun üzərindən mətbəx bıçağını sağ əlinə götürərək Günayın sol sinə nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Onun sinə nahiyəsinədən qan çıxdığını gördükdə bir qədər onun yanında durduqdan sonra kafedən çıxaraq bazarın yuxarısından Anar adlı taksi sürücüsünü tapmış və onu kafeyə gətirmişdir. Kafeyə daxil olduqda Günayın içəridə olan kresloda oturuqlu vəziyyətdə sinəsindən xeyli qan axdığını görmüşdür. Onu maşına mindirməyə gücü çatmadığı üçün taksi sürücüsü Anardan xahiş etmişdir ki, Günayı maşına mindirməsinə köməklik etsin. Onun köməkliyi ilə Günayı maşına mindirdik Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. Xəstəxanaya təxminən 5 dəqiqə ərzində çatmışlar. Orada həkimlər Günayın vəziyyətinə baxdıqda onun artıq vəfat etdiyini demişdir». Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şirxan qızı Günay ilə 2 ay birlikdə onun evində yaşamışdır. Qızının Şirxandan hamilə olduğunu gördükdə əsəbləşmiş və onların hər ikisini mənzilindən qovmuşdur.Ona həmin uşağı götürməsini bildirsə də, amma artıq gec olduğunu Şirxanın onu sevdiyini demişdir. Onları evindən qovduqdan sonra qızı ilə bir müddət əlaqə saxlammışdır. Daha sonra telefonla qızı ilə əlaqə saxlamışdır. Şirxan Günayı öldürülməmişdən 10-15 gündən əvvəl Şirxanın işlədiyi kafeya qızının yanına getmişdir. Orada qızının hamilə olması və Şirxanın qızına yaxşı baxmaması səbəbindən Şirxanla sözlü mübahisəsi olmuşdur. O,Günayı evinə aparmaq istəsə də Şirxan ona mane olmuş və əgər qızını apararsa onun ölüsü buradan çıxacaq demişdir .O da qorxduğu üçün qızını aparmamışdır. Hadisənin baş verdiyi gün, 29 mart 2023-cü il tarixdə təxminən səhər saatlarında qızı onunla elefonla danışmış və yanına yaşadığı evə gəlmişdir. Evdə Şirxanın onun barəsində bir plan cızdığını, son vaxtlar onunla yaxınlıq etmədiyini, ona qarşı münasibətinin dəyişildiyini demişdir. Günaya getməməyini desə də o qarnını açaraq doğum vaxtının yaxınlaşdığını və Şirxanın yanına getməli olduğunu demiş, burada onun yanında olduğunu heç kimə, xüsusilə Şirxana deməməsini tapşırmışdır.Günay ondan taksi pulu alaraq Şirxanın yanına getmişdir. Həmin gün axşam təxminən saat 23-də Şirxan onun mobil telefonuna zəng vurmuş və Gunayın ona yalan danışdığını, Gunayın bu gun onun yanında olub-olmamasını soruşmuş,o da qızına söz verdiyi üçün Şirxana Günayın onun yanında olmadığını demişdir. Həmin vaxt qızının telefonda qışqırarqaq səsini eşitmiş və o “ana bura gəl, yoxsa mama ..başqa şey olacaq.” dərhal qızının səsi kəsilmişdir. O,Şirxandan , “Günayı öldürdün Günay hanı,deyə soruşmuş, lakin Şirxan ona qızının başqa otağa getdiyini demişdir.” Həmin vaxt Şirxanın Günayı öldürdüyünü bilmişdir. Sonra nə qədər zəng vursa da Şirxan telefonu açmamışdır. Daha sonra isə onu xəstəxanaya çağırmışlar. Hamilə vəziyyətində olan qızı Şirxan tərəfindən öldürülmüşdür. Təqsirləndirlən şəxsdən şikayətçdir və ona ağır cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, kafeni Şirxana işlətmək üçün vermişdir. Bunun üçün Şirxan aylıq olaraq ona 100 manat icarə haqqı verməli idi.Axşam saatlarında obyektin qarışısından keçərkən qapının açıq olduğunu görmüş, sonra içəri daxil olmuş, orada polis əməkdaşlarının oljduğunu görmüşdür.Orada ona Şirxanın qeyri-rəsmi nikah münaibətlərinə olduğu Günay adlı şəxsi bıçaqla vurması və aldıbı xəsarət nəticəsində sonuncunun Bərdə Rayon Mərkəzi Xəstəxanasında vəfat etdiyini bilmişdir. Təqsirləndirilən şəxs qeyri rəsmi nikah münasibətlərində yaşadığı Günay adlı şəxsi həmin kafeyə gəlib gedərkən görmüşdür. Həmin şəxsi normal qadın kimi tanmışdır. Şirxanın onunla hər hansı bir ədvavət və düşmənçilyi barədə məlumatı olmamışdır.Sonuncu dəfə həmin qadın ona Şirxan içkili vəziyyətdə polis şöbəsinə aparılarkən ona Şirxanın telefonu ilə zəng vurmuş və Şirxanı polislərin apardığını və onu yolun ortasında qoyduğunu demişdir. O da Günayı həmin yerdə Qasımbəyli tərəfdən götürərək anasının evinə aparmışdır. Həmin vaxtda Günayın hamilə olduğu açıq aydın görünmüşdür. O,həmin qadını normal qadın kimi tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şirxanla münasibəti yaxşı olmuş , Şirxan ona kafeyə ərzaq məhsulları almağı tapşırmış o da alb gətirmişdir. Şirxanın münasibətdə olduğu Günayı sonuncunun anasının yaşadığı Bərdə şəhəri, Təzə məhəllə adlanan yerə aparmışdır. Sonuncu dəfə isə bu ilin mart ayında Şirxanın Alaçadırlı kəndində kirayə götürmüş olduğu mənzilə aparmışdır. Həmin vaxt qadının ağır-ağır hərəkət etdiyini və qarnının şişdiyini görüb sounucunun hamilə olduğunu bilmişdir Hətta o maşından düşərkən Şirxan ona bir az tez düşməsini dedikdə Şirxana narahat olmamasını Günayın yavaş-yavaş düşməsini demişdir. 29 mart 2023-cü il tarixində saat 23 radələrində köhnə bazar adlı yerdə taksi fəaliyyəti ilə məşğul olarkən Şirxan qaçaraq çox tələskən vəziyyətdə maşına minmiş və tez sürməyini demişdir.O,Şirxana avtomobili hara sürməsini soruşduqda Şirxan ona obyektə sürməyi demişdir. Təxminən 2-3 dəqiqə ərzində obyektin qarşısında olmuşdur. Həmsn vaxt Şirxan ona Günayın özünü bıçaqla vurduğunu demişdir.O, Şirxana onu nə üçün çağırdığını, təcili yardım çağırmalı olmasını desə də ona təcili yardımın gec olacağını və Günayı xəstəxanaya aparlmalı olduğunu demişdir. Günayın hamilə olduğundan insanlıq xətrinə ona köməklik etmək qərarına gəlmişdir. Obyektə daxil olduqdan sonra Günay kresloda arxaya doğru söykənmiş, əllərində qan ləkələri, qarnının üzəri açıq, paltarı bir qədər qarnından yuxarı qalmış vəziyyətdə odlmuşdur. Günay hamilə olduğundan insanlıq xətrinə Şirxana Günayı maşına mindirməsinə köməklik etmişdir. Günay həmin an xırıldamışdır. X42 birlikdə Bərdə rayon mərkəzi xəstəxanasına gətirmiş və sonra oradan çıxaraq yaşadığı evə getmişdir. Soqnradan Şirxanın qeyri-rəsmi nikah münaibətlərinə olduğu Günayı bıçaqla vurması nəticəsində soununcunun Bərdə Rayon Mərkəzi Xəstəxanasında vəfat etdiyini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin Novruz bayramından sonra Şirxan adlı şəxs yaşadığı evə gəlmiş və kirayə vermiş olacağı mənzillə maraqlanmış, evə baxdıqdan sonra Şirxan məzildə hamilə yoldaşı ilə birlikdə qalacağını bildirib mənzilin kirayə qiymətində endirim etməsini xahiş etmişdir.O,Şirxanla razılaşmış və kirayə pulunu 80 manat etmişdir. Onlar kirayədə 10 günə yaxın qalmışlar. Təxminən mart ayının sonlarında Şirxanın işlədiyi çayxanada Günayı bıçaqla vuraraq öldürməsini eşitmişdir. Kirayə qaldıqları müddət ərzində onların hər hansı bir mübahisələrini eşitməmişdir. Şirxan həmişə ondan “Günaya kömək elə onu ağır əşyalar qaldırmasın ki, uşağa bir şey olar” deyə xahiş etmişdir. Günayın hamilə olması açıq aydın görünmüş və Günay ona 8 aylıq hamilə olduğunu, uşağın atasının isə Şirxan olduğunu demişdir. Onların rəsmi nikahda olub-olmamalrını soruşduqda Şirxan ona Günayın uşağı dünyaya gələməyə az qalmış rəsmi nikaha girəcəklərini demişdir. Hadisədən sonra isə Günayın anası onun yaşadığı evə gələrək Günayın evdən əşyalarını götürmüşdür. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şirxan axtarışda olmuşdur. xx.xx.2023 cü il tarixdə gecə saat 23 radələrində bir nəfər qadnın ölməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat əsasında şöbənin əməkdaşları ilə xəstəxanaya getmişlər. X39 adlı qadının ölümcül vəziyyətdə gətirilməsi bildirilmişdir. Orada həmin şəxsi xəstəxanaya gətirən şəxs Şirxan olması bildirilmişdi. Həmin vaxt Şirxan bildirmişdir ki, həqiqətəndə Günayı xəstəxanaya o gətirmişdir. Əvvəllər də Bərdədə olan davalarda Şirxan iştirak etmişdir. Daha sonra Şirxan şöbəyə dəvət olunmuş,onalr Şirxanı əvvəl prokurorluğa sonra isə Şirzanla birlikdə oradan hadisə yerinə getmişlər. Həmin ərazidə kamera olmuşdur və onlar o kameraya baxış keçirmişlər. Xəstəxanaya gələndə Şirxanın orada olub-olmamsını o bilməmiş və hal-hazırdada xatırlamır. Xəstəxanaya gətiriləndə qızın ölmüş olduğunu ona demişlər. Şirxanı o cinayətə meyilli şəxs kimi tanımış və əvvələr də 2020-ci ildə hadisəsi olmuşdur. Şirxana polis şöbəsində təzyiq və təsir olunmamış sounucu etmiş olduğu cinayəti etiraf etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, Günay Ələkbərovanın döş qəfəsi nahiyyəsində boşluğa keçən bir ədəd deşilmiş kəsilmiş yara olmuşdur. Üst dodaq nahiyyəsində qançır olmuşdur. Yuxarı çənədə iki ədəd əzilmiş yara olmuşdur. Sağ bud nahiyyələrində qançırlar olmuşdur. Sağ və sol diz nahiyyəsində sıyrıqlar olmuşdur. 1 dənə daxilə keçən kəsilmiş deşilmiş yara olmuşdur. Öd və ürəyi zədələmişdir. Sol mədəcik boşluğuna daxil olmuşdur. 12 sm dərinliyi olmuşdur. Alət bıçaq olmuşdur.(törədilmə aləti). Şəxsin özü özünə xəsarət yetirməsi mümkün deyil ona görə ki yaranın dərinliyinə əsasən. Yaranın o işdə əhəmiyyəi ondan ibarətdir ki, onda giriş hissəsi vardır ki özü özünə yetirə bilməz. Daxil kəçəndə orqanı zədələmir. Sinir sistemidir beyinlə əlaqədərdir. İnsan özünə xəsarət yetirində birincisi onun ağrısdır o səs çıxardır. 12 sm özünə xəsarət yetirə bilməz. Bu da əsas verir ki o istiqamətdə özü öznə xəsarət yetirməsi mümkün deyildir. Özü özünə yetirə bilməzdir. Özü özünə xəsarət yetirərkən istiqamət olmaldır yəni sağ-dan sola və ya yuxarıdan aşağı. Xəsarətlərlə bağlı bildiri ki, zədənin ətrafında kəsilmiş deşilmiş yara olsa onun ətrafında qan sızma olur. O da onu göstərir ki həyatıdır, öləndən sonra qan sızma olmur. Qansızmada o demədkir ki, kaplayrlar partlayır nəticədə onun ərngi dəyişir. Xəsarətlərin ardıcıllığını müəyyən etmək mümkün deyildir. Müəyyən müddət keçdikdə orada olan yaralar başlayır sağalmağa yəni yaşıllaşma olur. Kəsilmiş deşilmiş yarası deyirsizsə ürək sistemi nasos fəaliyyətidir ürək 1 dəqiqədə 6 litr qan devr edir. Nasos zədələnirsə sonlaşma başlayır. Qan itirmədən vəfat etmişdir. Yara istiqaməti rəydə yazılmışdır. Rəy qanuni və düz verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs bıçaqla X11 xəsarət yetirdiyi yer Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən avtomaşın yolu ilə dəmiryol xəttinin arasında yerləşən kafedir. Həmin kafe avtomaşın yolundan dəmiryolu xətti istiqamətində 25 metr məsafədə, dəmiryolu xəttinin altında 40.375008,47.112317 koordinatlarda yerləşir. Kafenin qarşısında boş torpaq sahəsi, bir ədəd maşın yuma məntəqəsi, sağ tərəfində isə dəmir şiferlərlə qaldırılmış tikili vardır. Kafenin içərisinə doğru daxil olduqda kafenin iki hissədən mətbəx və qonaqların əyləşməsi üçün nəzərdə tutulmuş zal hissəsindən ibarət olduğu görünür. Zal və mətbəx hissələrinin çöldən giriş üçün ayrıca hissələri, eləcə də kafenin içərisindən hər iki otağın bir birinə keçid üçün qapısı vardır. Hadisənin baş verdiyi kafenin mətbəx otağının eni 4 metr, uzunluğu, 3.5 metr, hündürlüyü 2.3 metr olmaqla həmin hissədən zala keçmək üçün bir ədəd qapı, həyətə çıxmaq üçün isə eni 90 sm, uzunluğu 1.95 sm olan qapı, bir ədəd çöl tərəfdən dəmir barmaqlıqla (reşotka) ilə bağlanmış, eni 180 sm, hündürlüyü 150 sm olan taxta materialdan olan pəncərə vardır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, kafenin qarşısında mübahisələri yarandıqdan sonra Günayın saçlarından tutaraq kafenin mətbəx otağına daxil etmiş həmin qapını çöl tərəfdən bağladıqdan sonra mətbəxin qapısını içəri tərəfdən zaldan bağlamış daha sonra isə Günayın anasına zəng vuraraq qızının bu gün onun yanında olub-olmamasını soruşmuşdur. Həmin vaxt Günay içəridə mətbəxin içərisində olan balta ilə qapıya, pəncərəyə zərbə endirdiyini gördükdə əsəbiləşmiş və qapını açaraq içəri daxil olduqda orada stolun üzərində olan mətbəx bıçağı ilə Günayı vurmuşdur. Zərbənin təsirindən Günay orada olan kreslonun üzərinə yıxılmışdır. Daha sonra bir müddət hadisənin təsirindən qorxduğu üçün bir neçə dəqiqə orada qaldıqdan sonra kafedən çıxaraq bazar istiqamətində qaçmış və orada olan taksi sürücüsünü maşınına əyləşərək onu kafeyə gətirmişdir. Həmin vaxt taksi sürücüsü Günayı aparmaq istəməsə də Günayın hamilə olduğunu düşünərək eləcə onun xahişi ilə qızı xəstəxanaya gətirmişdir. Xəstəxanada Günayın ölmüş olduğunu demişlər. Baxış zamanı müəyyən edildi ki, kafenin həyətində idman ayaqqabısı vardır. Həmin idman ayaqqabısının sağ və sol tayları bir-birindən 2 metr aralı məsafədə kafenin mətbəx hissəsinə doğru yerləşir. Həmin ayaqqabılar şərti olar 1 və 2 rəqəmləri ilə nömrələndi, kafenin həyətində sınmış vəziyyətdə olan stəkan qabı və onun bir parçası şərti olaraq 3 və 4 rəqəmi ilə nömrələndi. 3 və 4 rəqəmləri arasında olan məsafə 40 sm-dir. Kafenin mətbəx hissəsinin qarşısında olan soyuducunun üzərində kəmər hissəsi sınmış qol saatı şərti olaraq 5 rəqəmi ilə işərələndi. Kafenin mətbəx hissəsində olan pəncərənin qarşısında həyət tərəfdə yerdə 01 ədəd metal hissəsinin uzunluğu 17 sm, dəstəyinin uzunluğu 50 sm, bütövlükdə 55 sm olan balta aşkar edildi və şərti olaraq 6 rəqəmi ilə işarələndi. Kafenin həyət tərəfdən mətbəx hissəsinə daxil olduqda giriş qapısının sol tərəfində yerdə üzərində 01 ədəd üzərində qanabənzər ləkələr olan, dəstəyi qara rəngli, dəstəyinin uzunluğu 10 sm, bütövlükdə uzunluğu 22 sm ölçüdə, tiyəsinin bir tərəfi küt, digər tərəfi iti olan bıçaq aşkar edildi və şərti olaraq 7 rəqəmi ilə nömrələndi. Mətbəxdə olan stolun üzərində sınmış kül qabı və mürəbbə qabığının qapağı aşkar edildi və şərti olaraq 8 və 9 rəqəmləri ilə nömrələndi. Mətbəxdə olan kreslonun üzərində qanabənzər ləkələr, eləcə də yerdə kreslonun yan və qarşı tərəflərində qanabənzər ləkələr aşkar edildi. Şərti olaraq 10, 11, 12 rəqəmləri ilə işarələndi. Mətbəxdə olan odun sobasının üzərində içərisində az miqdarda alkoqol olan 07 ml şüşə butulka aşkar edildi və şərti olaraq 13 rəqəmi ilə işarələndi, mətbəxin qapısının içəri tərəfində balta izlərinə oxşar çapıqlar aşkar edildi. 10 sm uzunluqda olan çapıq 15, 4 sm uzunluqda olan çapıq 16, 4,5 sm uzunluqda olan çapıq 17 şərti rəqəmləri ilə işarələndi. Hadisə yerinə baxış keçirilərkən hadisə yerindən 01 ədəd üzərində qanabənzər ləkələr olan, dəstəyi qara rəngli, dəstəyinin uzunluğu 10 sm, bütövlükdə uzunluğu 22 sm ölçüdə, tiyəsinin bir tərəfi küt, digər tərəfi iti olan bıçaq, 01 ədəd metal hissəsinin uzunluğu 17 sm, dəstəyinin uzunluğu 50 sm, bütövlükdə 55 sm olan balta, 01 ədəd sınmış stəkan, 01 ədəd stəkan parçası olan şüşə, 01 ədəd sınmış kül qabı, 01 ədəd sınmış mürəbbə qabının qapağı, 01 ədəd üzərində “dokument” sözləri yazılmış, içərisində az miqdarda alkoqol olan 07 ml şüşə butulka, bir cüt idman ayaqqabısı, tampon vasitəsilə 03 ədəd qanabənzər nümunə, 01 ədəd qol saatı, iş üçün əhəmiyyət kəsb edə biləcəyi üçün tərəfimdən götürüldü və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olundu. Bundan əlavə, baxış zamanı müəyyən edildi ki, kafenin müşahidəsi kamerası mövcuddur. Kafeni sahibi Şahid1 bildirdi ki, hadisənin baş verdiyi yerdə yəni, kafenin içərisində kamera yoxdur, ancaq kafenin həyəti həmin kameradan görünür. İş üzrə kamera görüntüsünün yazıldığı qurğuya baxış keçirildi, baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs kafenin həyətində Günay Ələkbərova ilə mübahisə dalaşırlar. Şirxan Günayın saçlarından tutaraq, kafenin mətbəx otağında daxil edir və otağı həyətdən bağlayır, daha sonra isə kamera görüntüsündən itir, bir müddət sonra otağın qapısını açır, bu zaman Günay Ələkbərova qaçmaq istəyir, həmin Şirxan onu tutur və bıçaqla xəsarət yetirərək içəriyə daxil olur. Otaqda bir neçə dəqiqə qaldıqdan sonra qaçaraq, taksi çağırır. Həmin kamera görüntüləri iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülməsi qərara alında və bu məqsədlə mütəxəssis dəvət edildi. X2 hüquq və vəzifələri izah edildildikdən sonra kamera görüntüsü müvafiq qaydada diskə yazıldı və iş üzrə əhəmiyyət kəsb etdiyi üçün müvafiq qaydada qablaşdılırılaq götürüldü. Baxış zamanı Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin Baş Əməliyyat Müvəkkili, polis mayoru X6 Şirxan Əhməd oğlunun istifadə etdiyi “Tecno” və X9 istifadəsində olmuş “fly” markalı mobil telefon telefonları təqdim etdi. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün həmin mobil telefonlar müvafiq qaydada qablaşdırlılaq götüülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş meyitə baxış protokoldan görünür ki, meyit təşrih masası üzərində ağ parçaya bükülmüş meyit uzadılmışdır. Parça açıldı, meyitin əynində aşağıdakı paltarlar vardır: narıncı rəngli uzunqol (iki qollu) köynək, köynəyin sol arxa səthində aşağı sərbəst kənardan 36,0 sm yuxarı, çiyin tikişindən 29,0 sm aşağı, sol orta yan tikişdən 4,0 sm sağa 1,8 x 0,9 sm ölçüdə zədə vardır. Köynəyin sağ qoltuq tikişinin arxa səthində 6,3 sm uzunluqda sökülmə vardır. Köynək qana bulaşmışdır. Ağ rəngli lifçik, lifçik qana bulaşmışdır, lifçiyin sol hissəsində aşağı sərbəst kənardan 7,0 sm yuxarı, yuxarı sərbəst kənardan 13,0 aşağı, orta sol tikişdən 10,0 sm sağa 2,0 x 0,5 sm ölçüdə zədə vardır, lifçiyin döş hissəsində 3 (üç) AZN manat pul əskinzası vardır. Boz rəngli şalvar, şalvar qana bulaşıb, şalvarın sağ cibində ağ rəngli bir cüt sırğa və ağ rəngli metal qırıntı vardır, qara rəngli yanlarında iki ağ rəngli zolaqları olan idman şalvarı, qara rəngli bir enli ağ rəngli zolağı olan idman şalvarı, qara rəngli tursik, sol mil-bilək oynağında metal bilərzik. Paltarlar soyundurulduqdan sonra məlum oldu ki, meyit qadın cinslidir, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 164 sm-dir. Meyitin ümumi dəri örtüyü və görünən selikli qişaları ölgün avazımış rəngdədir. Əllə yoxladıqda meyit soyumuşdur, bədən səthi qana bulaşmışdır. Meyitin bədəninin arxa səthində adacıqlar şəklində ifadə olunmuş göyümtül-bənövşəyi rəngdə meyit ləkələri vardır. Ləkələrə barmaqla təzyiq etdikdə avazıyır və 5-6 dəqiqədən sonra öz əvvəlki rəngini alır. Meyit qacıması yoxlanılan bütün əzələ qruplarında yaxşı ifadə olunmuşdur. Başın tükləri qara rəngdədir, düzdürlər, uzunluqları 31,0-16,0 sm-dir, saçlarında qara rəngli karon rezin sıxac vardır. Əllədikdə kəllə qapağı sümükləri tamdırlar. Meyitin üzü girdə formadadır. Meyitin gözləri göz qapaqları ilə qapalı vəziyyətdədir. Göz qapaqlarının birləşdirici qişası solğun çəhrayı rəngdədir. Göz almaları salamatdır, buynuz qişa bulanıq, quzehli qişa tünd qəhvəyi rəngdədir. Göz bəbəkləri dairəvi formadadır, bərabər ölçülərdə olub hər biri 0,5 sm diametrindədir. Burun dəlikləri sərbəstdir, ifrazat yoxdur. Burunun sümük və qığırdaqlarını, eləcə də digər üz skelet sümüklərini əllədikdə tamdır. Qulaq seyvanları normal quruluşludur. Xarici qulaq keçəcəkləri sərbəstdir, ifrazat yoxdur. Ağzı qapalı vəziyyətdədir. Dili ağız boşluğunda-dişlərin arxasında sərbəst yerləşmişdir. Üst sol çənədə 2 (iki) ədəd dişi sarı rəngli metaldandır, qalan görünən dişləri tam və təbiidir. Boynu gövdəyə müvafiqdir, qacımaya görə az hərəkətlidir. Döş qəfəsi silindirik formada olub simmetrikdir. Qarını döş qəfəsindən hündür səviyyədədir. Onurğa sütununda patoloji əyilmələr yoxdur, əllədikdə fəqərə sümükləri tamdır. Xarici cinsiyyət üzvləri qadın tiplidir, normal quruluşludur. Arxa keçəcək dəliyi qapalı vəziyyətdədir, ətraf dərisi, aralıq nahiyəsi təmizdir, zədəsizdir. Hər iki yuxarı və aşağı ətraflar normal qurluşludur. Ətraf sümüklərini əllədikdə tamdırlar. Meyitin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər tapıldı: üst dodaq nahiyəsinin sağ yarısında 3,5 x 1,2 sm ölçüdə, qeyri-müəyyən formada, qırmızımtıl-göy rəngdə qançır vardır. Üst dodaq nahiyəsinin selikli qişasında sağda 1,6 x 0,3 sm ölçüdə, qeyri-müəyyən formalı, kənarları nahamar, ətrafları tünd qırmızımtıl rəngli qansızmalı olan yara vardır. Həmin yaraya uyğun nahiyədə 3 (üç) ədəd dişi yoxdur, diş yuvaları qırmızı rəngli qansızmalıdır, diş yuvalarının dibində dişlərinin sınmış hissəsi görünür. Döş qəfəsinin sol yarısının ön səthində-məmə xətti üzrə İV qabırğa səviyyəsində 2,4 x 0,4 sm ölçüdə, zolaq formada, kənarları hamar, qansızmalı, ucları iti yara vardır. Təpə nahiyəsində 2,0 x 1,8 sm, sağ bud nahiyəsinin yuxarı 1/3-nin ön səthində 4,7 x 3,9 sm ölçüdə, qeyri-müəyyən formalarda, qırmızımtıl-göy rəngdə qançırlar vardır. Sağ bud nahiyəsinin orta 1/3-nin ön səthində 2 (iki) ədəd 1,0 x 1,0 sm, 0,4 x 0,3 sm ölçülərdə, qeyri-düzgün oval formalarda, çəhrayımtıl rəngli çapıq toxuması vardır( müddəti 1 (bir) aya qədərdir). Qasıq nahiyəsində köndələn istiqamətdə 15,0 x 0,3 sm ölçüdə, zolaq formada, atrofiyalaşmış ağımtıl rəngdə çapıq toxuması vardır (müddəti 1,5 ildən yuxarıdır). Sağ diz nahiyəsinin ön səthində 6 (altı) ədəd ən böyüyü 0,8 x 0,5 sm, ən kiçiyi 0,2 x 0,2 sm, sol diz nahiyəsinin ön səthində 3 (üç) ədəd 0,5 x 0,3 sm, 0,5 x 0,3 sm, 1,0 x 0,5 sm ölçülərdə, qeyri-düzgün oval və qeyri-müəyyən formalarda, ətraf dəri səviyyəsindən aşağı qırmızımtıl rəngdə sıyrıqlar vardır. Sağ ayaqaltı nahiyədə 1,0 x 0,5 sm ölçüdə, dairəvi formada, çəhrayımtıl rəngdə sıyrıq piqmentasiyası vardır (müddəti 9-11 günə qədərdir). Meyitin xarici müayinəsində yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət aşkar edilmədi. Meyitə baxış keçirilməsi zamanı X3na məxsus 01 ədəd üzərindən “OPTC” sözləri yazılmış uzunqol kofta, 01 ədəd ağ rəngli busqalter (qadın alt paltarı), 01 ədəd qara rəngli trusik, 01 ədəd boz rəngli şalvar, 01 qara rəngli kənarları ağ xətli olan şalvar, 3 (üç) AZN manat pul əskinzası, bilərzik, 2 ədəd sırğa müvafiq qaydada qablaşdırılaraq götürüldü. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 05 aprel 2023-üi il tarixli 208 nömrəli rəyindən görünür ki, məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə ekspert komissiya cinayət işi meriallarının həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertiza zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Təqsirləndirilən şəxs hal-hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, öz hərəkətlərini ölçüb-biçmək və ya onlara hesabat vermək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl cinayət əməlini törədən zaman və ondan sonraki dövrdə həmçinin hal-hazırda hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi olmamışdır. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddasinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman anlaqllığı istisna etməyən psixi pozuntu müşahidə olunmamışdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissəsi Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlarinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs törətmiş olduğu hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra əsəbi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxsin psixi vəziyyəti zərərçəkənin ona qarşı etdiyi hərəkətlərin nəticəsində yarana bilərdi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 30 mart 2023-cü il tarixli 17 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi eksprtizasına və əlavə laborator müayinə cavablarına əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla həlli üçün ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlirik:X1 meyitinin bədənində aşağıdakı xəsarətlər-döş qəfəsi nahiyəsinin ürək kisəsi və ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası, üst dodaq nahiyəsinin qançırı, yuxarı çənədə 3 (üç) ədəd dişin sınması ilə üst dodağın selikli qişasının əzilmiş yarası, təpə və sağ bud nahiyələrinin qançırları, sağ və sol diz nahiyələrinin sıyrıqları vardır. Qeyd olunan xəsarətlər həyati olub ölümdən az vaxt əvvəl törənmişdir, müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Həmin xəsarətlərdən: a) döş qəfəsi nahiyəsinin ürək kisəsi və ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən olan bilsin ki bıçaqla; b) üst dodaq nahiyəsinin qançırı, yuxarı çənədə 3(üç) ədəd dişin sınması ilə üst dodağın selikli qişasının əzilmiş yarası, təpə və sağ bud nahiyələrinin qançırları, sağ və sol diz nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Dərəcələrinə görə: a) döş qəfəsi nahiyəsinin ürək kisəsi və ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir; b) üst dodaq nahiyəsinin qançırı, yuxarı çənədə 3 (üç) ədəd dişin sınması ilə üst dodağın selikli qişasının əzilmiş yarası canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir; c) təpə və sağ bud nahiyələrinin qançırları, sağ və sol diz nahiyələrinin sıyrıqları birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X1 ölümünə səbəb döş qəfəsinin deşilmiş-kəsilmiş yarası ilə əlaqədar ürəyin yaralanması nəticəsində kəskin qanitirmə olmuşdur.X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 10-12 saat olar baş vermişdir.X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqiatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı qanda 1%0-dir (xx.xx.2023-cü il tarixli 1196/k saylı maddi sübutların müayinəsi aktı). Etil spirtinin qanda tapılmış bu qatılığı canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq hesab edilir. X3 7,3 aylıq hamilədir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi kriminalistik və məhkəmə kriminalistik ekspertizalarının 05 may 2023-cü il tarixli 155/2023-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və X3na məxsus olmuş köynəyin arxa səthinin sol yarısının orta nahiyyəsində 01 ədəd seşilmiş-kəsilmiş yara vardır. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və zəif bürüzə olunan küpü olan yastı tiyə tipli deşici kəsici alətin təsirindən əmələ gəlmişdir. ekspertizaya təqdim edilmiş və X3na məxsus olmuş köynəyin sağ qolunun arxa səthində 01 bir ədəd küt yaranma mexaniozminə malik və köynəyin müvafiq nahiyyəsinin dartılması nəticəsində ekspertizaya təqdim edilmiş və X3na məxsus əmələ gəlməyə xarakterik 01 ədəd kombinəolunmuş sökülmə-cırılma zədəsi vardır. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və zəif bürüzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir.Ekspertizaya təqdim edilmiş və X3na məxsus olmuş şalvar, idman şalvarı və tumanın üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya 02 (iki) ədəd fraqment halında təqdim olunmuş və hadisə yerindən götürülmüş armudu stəkan, kül qabı və qənd (şirniyyat) qabı qapağının üzərində, qeyd edilən əşyaların küt mexanizimlə qarşılıqlı təsirindən əmələ gəlmiş sınma və çatlama zədələri vardır. Ekspertizaya təqdim edilmiş və hadisə yerindən götürülmüş bir cüt ayaqqabı və maye qabı (butulka) üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş baltanın işçi metallik hissəsi zavod üsuslu ilə və dəstəyi kustar üsulla hazırlanmış, kəsici-çapıcı, vurucu-dağıdıcı xassəyə malik olan məişət təsərrüfat təyinatlı baltadır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşicikəsici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 08 may 2023-cü il tarixli 222/2023- MTBŞ saylı ekspert rəyində göstərilmişdir ki, X9 ABO sistemi üzrə qan qrupu: Abeta/H/(İİ),Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O(İ),Təqdim edilmiş X11 məxsus 01 ədəd şalvar, trusik, büsqalter, kofta, hadisə yerindən götürülmüş araq butulkası, 01 ədəd bıçaq,və 09 ədəd tənzif tampon üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzərində təyin edildikdə “A” və “H” antingenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən X11 məxsus ola bilər. Qanın qarışıq olduğu halda və hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olubsa, ləkələrdə onun da qarışmış qanının olması inkar olunmur, təqdim olunmuş X11 məxsus bir cüt idman ayaaqabısı (krasovka) hadisə yerindən götürülmüş tamlığı pozulmuş armudu stəkan və ondan ayrılmış bir hissə, kül qabı, tamlığı pozulmuş şüşə qapaq hissə və balta üzərində qana şübhəli hissə və balta üzərində hər hansı bir ləkə aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 30 mart 2023-cü il tarixli 221 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- başın təpə nahiyəsinin, sol bazu oynağının ön səthinin, sağ said nahiyəsinin yuxarı 1/3-nin arxa səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 may 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokolundan görünür ki, hadisə yerinə baxış istintaq hərəkəti zamanı aşkar edilmiş və maddi sübut kimi götürülmüş dəstəyi qara rəngli tiyəsi isə paslanmayan gümüşü rəngli metaldan ibarət, qatlanmayan, məişət təyinatlı, tiyəsinin bir tərəfi iti, digər tərəfi isə küt olan 01 ədəd bıçağın Təqsirləndirilən şəxs tərəfindən hadisə zamanı istifadə edilib-edilməməsinin aydınlaşdırılması üçün həmin bıçaq tanınmaya təqdim olunmuşdur. Təqsirləndirilən şəxs tanınma üçün ona təqdim edilmiş bıçaqları diqqətlə nəzərdən keçirib 3 nömrəsi altında tanımaq üçün ona təqdim edilmiş bıçağı dəstəyinin üzərində nötə şəkilli dairsə olması, eləcə də tiyəsinin deşik olması əlamətlərinə, işlətdiyi kafedə ondan başqa bıçaq olmadığına görə tanıdığını bildirmiş və həmin bıçaqla Günay Ələkbərovanı öldürdüyünü təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30 mart 2023-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokolundan görünr ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə, saat 23 radələrində qeri rəsmi nikah münasibətlərində yaşadığı X27 şəhəri, S.Vurgün küçəsində yerləşən kafenin mətbəxində stolun üzərindən götürmüş olduğu mətbəx bıçağı ilə sonuncunu vurduğu yeri və şəraiti göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 30 mart 2023-cü il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun şübhəli şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin 08 may 2023-cü il tarixli, 10487 nömrəli məktuna əlavə edilmiş 01 ədəd CD diskə baxış protokoluna əsasən müəyyən edilmişdir ki, disk aliminum rəngdə olmaqla üzərində “8147” rəqəmləri əks olunmuşdır. Həmin diskin içərisinə baxılması üçün disk “DELL” markalı kompyuterin (diskovod) disk işlətmək üçün olan yerinə yerləşdirildi. Disk açılan zaman orada olan 1 ədəd arxivləşdirilmiş “8147-xx.xx.2023” adlı fayl vardır. Qeyd olunan arxivləşdirilmiş fayl açıldıqda orada 8 ədəd fayl olduğu göründü. Həmin fayllar ayrı-ayrılıqda açılmaqla içərisində olan elktron məlumatlara baxış keçirildi. Həmin faylar aşağıdakılardır:1.“8147-ant.xlsx” fayl açıldı iş materiallarına əsasən **********77 Təqsirləndirilən şəxs tərəfindən istifadə edilmişdir. Həmin nömrənin xx.xx.2023-cü il tarixdən daxil olan və çıxan SMS mətnləri üzrə anten dairəsi əlavə edilir. 9250 00**********77 2023/03/29 09:59:53 SMS ARANANİN CELL İD-sib Berde r-nu, Alachadirli kendi 516766677 9600 00**********77 2023/03/29 10:00:04 SMS ARANANİN CELL İD-si Berde r-nu. 516766677 Azercell 00**********77 2023/03/29 10:02:32 SMS ARANANİN CELL İD-si Berde r-nu. 516766677 Azercell 00**********77 2023/03/29 10:02:32 SMS ARANANİN CELL İD-si Berde r-nu. 516766677 770 00**********77 2023/03/29 16:59:16 SMS ARANANİN CELL İD-si Berda rn, Zumurxan kendi 516766677 1.1 İş materiallarına əsasən **********89 X13 tərəfindən istifadə edilmişdir. Həmin nömrənin xx.xx.2023-cü il tarixdən daxil olan və çıxan SMS mətnləri üzrə anten dairəsi əlavə edilir: ********** 00**********89 2023/03/29 09:58:44 19ARANANİN CELL İD-si Berde r-nu X43 506828389 **********7700**********89 2023/03/29 09:58:44 19 ARAYANİN CELL İD-si Berde r-nu, Alachadirli kendi 506828389 ********** 00**********89 2023/03/29 10:00:20 41 ARANANİN CELL İD-si Berde sheheri ********* **********77 00**********89 2023/03/29 10:00:20 41 ARAYANİN CELL İD-si Berde r-nu. 506828389 ********** 00**********89 2023/03/29 10:05:13 552 ARANANİN CELL İD-si Berde r-nu X43 506828389 **********77 00**********89 2023/03/29 10:05:13 552 ARAYANİN CELL İD-si Berde r-nu. 506828389 ********** 00**********89 2023/03/29 10:55:17 205 ARANANİN CELL İD-siBerda rn, Zumurxan kendi 506828389 **********77 00**********89 2023/03/29 10:55:18 205 ARAYANİN CELL İD-si Berde ray., Gulogullar kendi, Qrand ticaret merkezi 506828389 ********** 00**********89 2023/03/29 11:21:30 64 ARANANİN CELL İD-si Berde r-nu, Alachadirli kendi **********9********** 00**********89 2023/03/29 11:21:30 64 ARAYANİN CELL İD-si Berde seh, B. Haciyev kuc Turkmen kendine geden yol 506828389 ********** 00**********89 2023/03/29 11:22:59 116 ARANANİN CELL İD-si Berda rn, Zumurxan kendi 506828389 99********** 00**********89 2023/03/29 11:22:59 116 ARAYANİN CELL İD-si Berde seh, B. Haciyev kuc Turkmen kendine geden yol 506828389 ********** 00**********89 2023/03/29 11:30:11 36 ARANANİN CELL İD-si Berda rn, Zumurxan kendi 506828389 99********** 00**********89 2023/03/29 11:30:11 36 ARAYANİN CELL İD-si Berde seh, B. Haciyev kuc Turkmen kendine geden yol 506828389 ********** 00**********89 2023/03/29 11:39:58 672 ARANANİN CELL İD-si Berde r-nu, Alachadirli kendi 506828389 **********77 00**********89 2023/03/29 11:39:58 672 ARAYANİN CELL İD-si Berde r-nu, Alachadirli kendi 506828389 ********** 00**********89 2023/03/29 11:57:43 293 ARANANİN CELL İD-si Berda rn, Zumurxan kendi 506828389 **********77 00**********89 2023/03/29 11:57:43 293 ARAYANİN CELL İD-si Berde r-nu. 506828389 ********** 00**********89 2023/03/29 14:43:06 15 ARANANİN CELL İD-si Berde, Muganli k. 506828389 99********** 00**********89 2023/03/29 14:43:06 15 ARAYANİN CELL İD-si Berde ray., Gulogullar kendi, Qrand ticaret merkezi 506828389 ********** 00**********89 2023/03/29 17:11:25 246 ARANANİN CELL İD-si Berde seh, B. Haciyev kuc506828389 **********77 00**********89 2023/03/29 17:11:25 246 ARAYANİN CELL İD-si Berde r-nu Kelenterli 506828389 ********** 00**********89 2023/03/29 17:21:15 34 ARANANİN CELL İD-si Berde seh, B. Haciyev kuc506828389 **********77 00**********89 2023/03/29 17:21:16 34 ARAYANİN CELL İD-si Berde r-nu X43 506828389 ********** 00**********89 2023/03/29 18:16:42 56 ARANANİN CELL İD-si Berde seh, B. Haciyev kuc506828389 **********77 00**********89 2023/03/29 18:16:42 56 ARAYANİN CELL İD-si Berde r-nu, Alachadirli kendi 506828389 ********** 00**********89 2023/03/29 19:25:07 232 ARANANİN CELL İD-si Berde seh, B. Haciyev kuc506828389 **********77 00**********89 2023/03/29 19:25:07 232 ARAYANİN CELL İD-si Berde r-nu, Alachadirli kendi 506828389 ********** 00**********89 2023/03/29 19:37:41 22 ARANANİN CELL İD-si BERDE r-nu 506828389 **********77 00**********89 2023/03/29 19:37:41 22 ARAYANİN CELL İD-si Berde r-nu. 506828389 ********** 00**********89 2023/03/29 19:44:57 105 ARANANİN CELL İD-si Berde seh, B. Haciyev kuc506828389 **********77 00**********89 2023/03/29 19:44:57 105 ARAYANİN CELL İD-si Berde r-nu. 506828389 ********** 00**********89 2023/03/29 20:14:00 47 ARANANİN CELL İD-si Berde 506828389 **********77 00**********89 2023/03/29 20:14:00 47 ARAYANİN CELL İD-si Berde seh 506828389 2.“8147-k.m..xlsx” fayl açıldı və fayl açıldı və faylda abunəçilərin siyahısına dair cari bazada mövcud olan məlumatlar əks olunmuşdur. 516766677 ÏBÏØOV ELÇÏN ZAKÏR OÆLU Bãrdã BÃRDÃ RAYONU, BÃRDÃ ØÃHÃRÏ, NÜØABÃ KÜÇÃSÏ, EV 23 26.noə.86 AZE N AA1743571 ********* QOCAYEV BÃHRUZ FÏRUDÏN OÆLUBãrdã BÃRDÃ RAYONU, BÃRDÃ ØÃHÃRÏ, ÃDALÃT ÃDÏLOV KÜÇÃSÏ, EV 18 24.ənv.91 aa2057101 506828389 VÃLÏYEV AZÃR RÖVØÃN OÆLU Bãrdã BÃRDÃ øãh., Ü.HACİBÃYOV KÜÇ., ev.45, m.4 25.okt.81 16857479 507509291 Qocayeva Nãzakãt Øãmsãddin Bãrdã Øãrq Küç. Ev 26 AXUNDOFF 18.apr.69 AZE N 05271866
3. “503283183_SMS.txt” fayl açıldı və qeyd olunan mobil nömrə iş materiallarına əsasən X13 tərəfindən istifadə edilmişdir. Faylda iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir sms mətninə rast gəlinmədi. 4.“506828389_SMS.txt” fayl açıldı fayl açıldı və qeyd olunan mobil nömrə iş materiallarına əsasən X13 tərəfindən istifadə edilmişdir. Fayla baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı sms mətnlərinə rast gəlindi: xx/xx/2023,17:13:07,**********89,**********77,Bizim masina nece baxrdin gozde bonun qirlar ele baxma küçük xx/xx/2023,22:26:56,**********77,**********89,Kucuk oznsen menden kucuk olmaz gudrma
5. “516766677_SMS.txt” fayl açıldı və qeyd olunan mobil nömrə iş materiallarına əsasən Təqsirləndirilən şəxs tərəfindən istifadə edilmişdir. Fayla baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı sms mətnlərinə rast gəlindi: xx/xx/2023,17:13:07,**********89,**********77,Bizim masina nece baxrdin gozde bonun qirlar ele baxma kucuk xx/xx/2023,17:13:07,**********89,**********77,Bizim masina nece baxrdin gozde bonun qirlar ele baxma kucuk xx/xx/2023,22:26:56,**********77,**********89,Kucuk oznsen menden kucuk olmaz gudrma xx/xx/2023,22:26:56,**********77,**********89,Kucuk oznsen menden kucuk olmaz gudrma
6. “**********83.txt” fayl açıldı və qeyd olunan mobil nömrə iş materiallarına əsasən X13 tərəfindən istifadə edilmişdir. Faylda ***-***-**-** mobil nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həmin nömrəyə daxil olan və çıxan zənglər qeyd olunmuşdur. Faylda iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir sms və zəngə rast gəlinmədi.
7. “**********89.txt” fayl açıldı və qeyd olunan mobil nömrə iş materiallarına əsasən X13 tərəfindən istifadə edilmişdir. Faylda **********89 mobil nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həmin nömrəyə daxil olan və çıxan zənglər qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə olan zənglər və “sms”lər əlavə edilir. ********** 506828389 2023-03-29 09:58:44 19 **********72464 **********07010 - = ********** 506828389 2023-03-29 10:00:20 41 **********72464 **********07010 -= ********** 506828389 2023-03-29 10:05:13 552 **********72464 **********07010 -= 9600(**********41) **********89 2023-03-29 10:44:58 SMS **********72464 **********07010 -= 9600(**********41) **********89 2023-03-29 10:45:00 SMS **********72464 **********07010 -= 2500(**********41) **********89 2023-03-29 10:45:27 SMS **********72464 **********07010 -= 2500(**********41) **********89 2023-03-29 10:45:29 SMS **********72464 **********07010 -= ********** 506828389 2023-03-29 10:55:17 205 **********72464 **********07010 -= 9155(**********41) **********89 2023-03-29 10:59:22 SMS **********72464 **********07010 -= 9155(**********41) **********89 2023-03-29 10:59:24 SMS **********72464 **********07010 -= ********** 506828389 2023-03-29 11:21:30 64 **********72464 **********07010 -= ********** 506828389 2023-03-29 11:22:59 116 **********72464 **********07010 -= ********** 506828389 2023-03-29 11:30:11 36 **********72464 **********07010 -= ********** 506828389 2023-03-29 11:39:58 672 **********72464 **********07010 -= ********** 506828389 2023-03-29 11:57:43 293 **********72464 **********07010 -= ********** 506828389 2023-03-29 14:43:06 15 **********72464 **********07010 -= 770(**********41) **********89 2023-03-29 17:01:37 SMS **********72464 **********07010 -= ********** 506828389 2023-03-29 17:11:25 246 **********72464 **********07010 -= ********** 506828389 2023-03-29 17:21:15 34 **********72464 **********07010 -= ********** 506828389 2023-03-29 18:16:42 56 **********72464 **********07010 -= ********** 506828389 2023-03-29 19:25:07 232 **********72464 **********07010 -= ********** 506828389 2023-03-29 19:37:41 22 **********72464 **********07010 -= ********** 506828389 2023-03-29 19:44:57 105 **********72464 **********07010 -= ********** 506828389 2023-03-29 20:14:00 47 **********72464 **********07010 - = 8. “ **********77.txt” fayl açıldı və qeyd olunan mobil nömrə iş materiallarına əsasən Təqsirləndirilən şəxs tərəfindən istifadə edilmişdir. Faylda **********77 mobil nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həmin nömrəyə daxil olan və çıxan zənglər qeyd olunmuşdur Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********* mobil nömrə ilə 29 mart 2023-cü il tarixdə Günay Ələkbərovanın anası Zərərçəkmiş şəxs isifadəsində olan ********** mobil nömrə ilə, eləcə də xalası qızının istifadəsində olan ******* mobil nömrə ilə danışmışdır. xx.xx.2023-cü il tarixdə olan zənglər və “sms”lər əlavə edilir. **********77 00**********89 2023-03-29 09:58:44 19 **********66677 **********69890 -= 9250(**********41) **********77 2023-03-29 09:59:53 SMS **********66677 **********69890 -= 9600(**********41) **********77 2023-03-29 10:00:04 SMS **********66677 **********69890 -= **********77 00**********89 2023-03-29 10:00:20 41 **********66677 **********69890 -= Azercell(**********41) **********77 2023-03-29 10:02:32 SMS **********66677 **********69890 -= Azercell(**********41) **********77 2023-03-29 10:02:32 SMS **********66677 **********69890 -= **********77 00**********89 2023-03-29 10:05:13 552 **********66677 **********69890 -= **********77 00**********89 2023-03-29 10:55:18 205 **********66677 **********69890 -= ********** 516766677 2023-03-29 10:59:03 17 **********66677 **********69890 -= ********** 516766677 2023-03-29 11:22:05 39 **********66677 **********69890 -= **********77 00**********89 2023-03-29 11:39:58 672 **********66677 **********69890 -= **********77 00**********89 2023-03-29 11:57:43 293 **********66677 **********69890 -= ********** 516766677 2023-03-29 13:19:49 66 **********66677 **********69890 -= **********77 ********** 2023-03-29 13:31:52 56 **********66677 **********69890 -= ********** 516766677 2023-03-29 13:48:53 435 **********66677 **********69890 -= **********77 **********2804 2023-03-29 14:11:34 55 **********66677 **********69890 -= **********77 ********** 2023-03-29 14:12:57 65 **********66677**********69890 -= **********77 ********** 2023-03-29 14:14:25 22**********66677 **********69890 -= **********77 ********** 2023-03-29 14:51:11 20**********66677 **********69890 -= ********** 516766677 2023-03-29 14:53:05 139 **********66677 **********69890 -= **********77 ********** 2023-03-29 15:24:32 145 **********66677 **********69890 -= ********** 516766677 2023-03-29 16:16:56 90 **********66677 **********69890 -= ********** 516766677 2023-03-29 16:19:33 231 **********66677 **********69890 -= **********77 **********6368 2023-03-29 16:29:59 74 **********66677 **********69890 -= **********77 ********** 2023-03-29 16:58:31 736 **********66677 **********69890 -= 770(**********41) **********77 2023-03-29 16:59:16 SMS **********66677 **********69890 -= **********77 00**********89 2023-03-29 17:11:25 246 **********66677 **********69890 -= **********77 **********3082 2023-03-29 17:15:50 126 **********66677 **********69890 -= ********** 516766677 2023-03-29 17:18:01 92 **********66677 **********69890 -= **********77 **********7503 2023-03-29 17:19:56 47 **********66677 **********69890 -= **********77 00**********89 2023-03-29 17:21:16 34 **********66677 **********69890 -= ********** 516766677 2023-03-29 17:21:46 56 **********66677 **********69890 -= **********77 **********2102 2023-03-29 17:52:16 36 **********66677 **********69890 -= **********77 ********** 2023-03-29 18:06:16 75 **********66677 **********69890 -= **********77 **********8989 2023-03-29 18:12:59 77 **********66677 **********69890 -= **********77 00**********89 2023-03-29 18:16:42 56 **********66677 **********69890 -= ********** 516766677 2023-03-29 18:21:01 35 **********66677 **********69890 -= **********77 **********2334 2023-03-29 18:22:55 12 **********66677 **********69890 -= **********77 **********3251 2023-03-29 18:29:48 22 **********66677 **********69890 -= **********77 **********3251 2023-03-29 18:34:46 6 **********66677 **********69890 -= ********** 516766677 2023-03-29 18:41:14 29 **********66677 **********69890 -= ********** 516766677 2023-03-29 18:46:07 90 **********66677 **********69890 -= ********** 516766677 2023-03-29 18:51:23 28 **********66677 **********69890 -= **********77 **********3082 2023-03-29 19:12:56 583 **********66677 **********69890 -= **********77 **********3435 2023-03-29 19:23:02 30 **********66677 **********69890 -= ********** 516766677 2023-03-29 19:23:35 80 **********66677 **********69890 -= **********77 00**********89 2023-03-29 19:25:07 232 **********66677 **********69890 -= **********77 00**********89 2023-03-29 19:37:41 22 **********66677 **********69890 -= **********77 **********2804 2023-03-29 19:38:43 86 **********66677 **********69890 -= **********77 ********** 2023-03-29 19:44:57 105 **********66677 **********69890 -= **********77 ********** 2023-03-29 20:14:00 47 **********66677 **********69890 -= ********** 516766677 2023-03-29 21:47:49 123 **********66677 **********69890 -= **********77 ********** 2023-03-29 22:19:26 67 **********66677 **********69890 -= **********77 ********** 2023-03-29 23:31:39 25 **********66677 **********69890 -= **********77 ********** 2023-03-29 23:33:16 140 **********66677 **********69890 -= ********** 516766677 2023-03-29 23:43:25 461 **********66677 **********69890 -= ********** 516766677 2023-03-29 23:57:45 60 **********66677 **********69890 -= ********** 516766677 2023-03-30 00:02:00 46 **********66677n **********69890Qeyd olunanlardan başqa, diskə baxış keçirilən zaman sübut əhəmiyyəti kəsb edən əlavə məlumat aşkar edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi zamanı kafenin müşahidə kamerasından götürülmüş video” görüntülərin əks olunduğu 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, disk aliminum rəngdə olmaqla üzərinə heç bir yazı əks olunmamışdır. Həmin diskin içərisinə baxılması üçün disk “DELL” markalı kompyuterin (diskovod) disk işlətmək üçün olan yerinə yerləşdirildi. Disk açılan zaman orada olan 1 ədəd fayl olduğu göründü. Həmin faylda olan videoya baxış zamanı müəyyən edildi ki, 40 dəqiqə, 17 saniyədən ibarət video yazısı vardır. Həmin videoya baxış zamanı müəyyən edildi ki, 10:30 saniyədən sonra müəyyən edildi ki, Günay Ələkbərova ilə Təqsirləndirilən şəxs kafenin mətbəx hissəsinin qarşısında bir qədər danışırlar. Daha sonra ani olaraq Günay Ələkbərova oradan uzaqlaşmaq istəyərkən Şirxan onun ardı ilə qaçır və Günayın boyun nahiyəsindən tutur, bir qədər onunla mübahisə edir, kamera görüntüsündən uzaqlaşırlar, daha sonra Günay yerdə oturaq vəziyyətdə Şirxan isə ayaqüstə dayanmış olaraq bir qədər danışırlar. Günay Şirxanın ayaqlarından tutmaq istəsə də Şirxan buna imkan vermir. Şirxanın onun ağız nahiyəsinə zərbə vurur və saçlarından tutaraq, sürüyərək kafenin mətbəx otağına salır, həyətdən götürmüş qıfıl ilə qapını bağlayır, kafenin zal hissəsinə keçir, bir neçə saniyə orada qaldıqdan sonra işıqları söndürür və oradan çıxaraq kameranın əhatə dairəsindən uzaqlaşır. Həmin müddətdə kafenin mətbəx otağında olan Günay əlində olan balta ilə bir neçə dəfə qapıya zərbələr vurur, pəncərəyə yaxınlaşaraq oradan kimisə çağırdığı, qışqırdığı görünür. 28-ci dəqiqədə qapını açmaq istəyən Günay balta ilə qapıya zərbələr endirir. Həmin vaxt həyət tərəfdən Şirxan qapıya yaxınlaşır və qapını açır və oradan uzaqlaşmaq istəyən Günayı tutur və Günay yerə yıxılır. Həmin vaxt Günayı içəri aparır. Daha sonra isə qapını örtür. Bir neçə dəqiqə içəridə qaldıqdan sonra Şirxan qaçaraq oradan uzaqlaşır və taksi sürücüsü çağırır. Həmin taksi sürücüsünün də köməyi ilə Günayı maşının arxa oturacağını mindirirlər və taksi maşınına əyləşərək oradan uzaqlaşırlar. Həmin görüntülürə baxdıqdan sonra Təqsirləndirilən şəxs bildirdi ki, kamera görüntüsündə olan şəxs onun özüdür, digər qadın isə Günay Ələkbərovadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş X11 məxsus mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqdim edilmiş mobil telefon “fly” markalı, qara rəngli, arxa örtük qapağı olmayan sadə telefondur. Mobil telefonun saatı və tarixi real saat və tarixdən fərqlidir, yəni saat və tarix doğru deyildir. Həmin mobil telefona ********* nömrəli mobil telefon sim kartı daxil edilmişdir. Mobil telefonun edilmiş və qəbul edilmiş zəngləri olan siyahılara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən 050 750-92-91, “sevdiyim” ilə adı ilə qeyd edilmiş nömrə ilə danışıqlar müəyyən edildi. Bundan başqa hər hansı bir danışıq müəyyən edilmədi. Baxış zamanı telefonun mesajlar hissəsində “Kucuk oznsen menden küçük olmaz” SMS-ə rast gəlindi. Həmin mesaj ***-***-**-** mobil nömrəli telefondan daxil olduğu müəyyən edildi. Mobil telefonun kontaktlar bölməsində “Sevdiyim” adı ilə qeyd edilmiş nömrənin ***-***-**-** olduğu müəyyən edildi. Bununla da “fly” markalı mobil telefona, baxış sona çatdı. Mobil telefon müvafiq qaydada qablaşdırılaraq iş materiallarına əlavə edildi. Protokol oxundu, əlavə və düzəliş daxil edilmədi, düzgün tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şahid2 məxsus mobil telefona sonuncunun iştirakı ilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim edilmiş mobil telefon “Samsung” markalı, qara rəngli telefondur. Həmin mobil telefona ***-***-**-** nömrəli mobil telefon sim kartı daxil edilmişdir. Mobil telefonun edilmiş və qəbul edilmiş zəngləri olan siyahılara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir danışıq müəyyən edilmədi. Baxış zamanı iş üzrə əhəmiyyətli hər hansı bir SMS-ə rast gəlinmədi. Mobil telefonun kontaktlar bölməsində “Şirxan dost” adı ilə qeyd edilmiş nömrənin ***-***-**-** olduğu müəyyən edildi. Şahid2 bildirdi ki, həmin nömrə Təqsirləndirilən şəxs məxsusdur və mobil nömrəni unutmamaq üçün kontaktında “Şirxan dost” adı ilə qeyd etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim edilmiş mobil telefon “tecno” markalı, qara rəngli, smartfon telefondur. Həmin mobil telefona **********77 nömrəli mobil telefon sim kartı daxil edilmişdir. Mobil telefondan edilmiş və qəbul edilmiş zəngləri olan siyahılara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən “sevgilim” ilə adı ilə qeyd edilmiş nömrə ilə danışıqlar müəyyən edildi. Bundan başqa hər hansı bir danışıq müəyyən edilmədi. Baxış zamanı telefonun mesajlar hissəsində “Kucuk oznsen menden küçük olmaz” SMS-ə rast gəlindi. Həmin mesaj ***-***-**-** mobil nömrəli telefondan daxil olduğu müəyyən edildi. Mobil telefonun kontaktlar bölməsində “Sevdiyim” adı ilə qeyd edilmiş nömrənin **********89 olduğu müəyyən edildi. Mobil telefonun şəkillərin əks olunduğu qalareyaya baxış keçirilən zaman Günay Ələkbərovanın hamilə vəziyyətdə olan şəkillərinin olduğu müəyyən edildi. Həmin şəkillər müvafiq qaydada diskə köçürüldü və protokola əlavə edildi. Bundan əlavə mobil telefona baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs danışdığı bəzi nömrələrdə olan olan danışıqlarının səslərini yazmışdır. Təqsirləndirilən şəxs Günay Ələkbərova arasında olan telefon danışıqlarının səslərinə qulaq asdıqda müəyyən edildi ki, həmin danışlar şərti olaraq A və B hərfləri ilə işarələndi. A: Şirxan Əhmədov, B: Günay Ələkbərova Mətn aşağıdakılardan ibarətdir. A: Səni var e B: Alo A: Eşidirsən məni B: Hə A: Sağlıq olsun B: Səndən, yaxşı oldu sağ ol A: Eşdirsən məni B: Eşidirəm indi fikirləşdiyin kim idi, mən sənə xoş sözlər deyəndə sənə pis gəlirdi, mən sənə dəstək olurdum məni düşmən kimi görürdün A: Hansı dəstək olmusan mənə? B: Heç nə eləməsəm də ətrafında meymunluq edərək, şirindil danışaraq, səni axtarıdım e onun özü böyük şeydi A: Ay sağ ol onu özünə de B: Allaha şükür ki, sağ-salmatlıçılıqla ayrıldıq, qurtardı e daha vsyo A: Hə, evin açarını hara qoymusan? B: Elə maşınında oradan mən heçnə götürməmişəm, elə özümü götürdüm çıxdım. A: Eşidirsən məni səni var elə bil ki, bu elədiyin hərəkətinə görə, eşidirssən məni B: hə A: sənin elədiyin bu hərəkətinə görə qeyrətini .... (nalayiq söyüşlə təhqir edir) və səni peşman edəcəm B: Nə eliyəcəksən? deyirsən mən qəhbəliyə keçim, gedim ərizə yazım qoyum oraki, iki canlıyam məni belə-belə edib salıb çöllərə A: Ərizə yazdığın var e onun ağzını..... (nalayiq söyüşlə təhqir edir) B: Əl çəkdə neçə vaxtı bezdirdin bezdirdin A: Sənin ...... (nalayiq söyüşlə təhqir edir), qarnında o bicdə heç kimdəndi bilmirəm B: Ə yaxşı bilmir e, sağ ol A: Eşitdin,....... (nalayiq söyüşlə təhqir edir) Həmin səs yazısı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün müvafiq qaydada diskə yazıldı. Bununla da “tecno” markalı mobil telefona, baxış sona çatdı. Mobil telefon müvafiq qaydada qablaşdırılaraq iş materiallarına əlavə edildi. Mobil telefonda olan iş üzrə əhəmiyyət kəsb edən şəkillər və səs yazısı müvafiq qaydada diskə yazıldı və həmin disk protokola əlavə olundu. Protokol oxundu, əlavə və düzəliş daxil edilmədi, düzgün tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023cü il tarixli, 68/2-190xx/xx-34644 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs X10 qəsdən həyatdan məhrum etmə cinayətini törətməsi ilə əlaqədar bir sıra əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət bir nəticə əldə olunmamışdır. Faktla bağlı gələcəkdə hər hansı bir məlumat əldəolunarsa bildirəcəyi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023cü il tarixli, Azərbaycan Respublikası Baş prokurorluğundan daxil olmuş tələbnamədən görünür ki, X13 barəsində hər hansı bir məhkumluq aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşağıdakı məhkumluqları olmuşdur: Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128 və 132-ci maddəsi ilə təqsirli bilinmiş, barışdıqlarına görə işə xitam verilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 132, 221.2.1-ci maddələri 2 il, 1 ay, 27 gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəllləsinin 221.1,67,69.3 cü maddələri Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən hökmün icrası uşağı 8 yaşına çatadək təxirə salınmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs Bİnəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 və 67.1-ci maddələri ilə 2 il, 8 ay, 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya qərarı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 157.1,66.1.3,234.1,66.2-ci maadələrinə əsasən 1 il, 1 ay cəza təyin edilib, X7 qərarı ilə qəti 11 ay cəza təyin edilib, cəzasının sonu ilə azad edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 1(101)1098/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4 mart 2023-cü il tarixli, 7(007)-537/2022 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 noyabr _Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4cü hisəsinə əsasən 6 ay azaldırlmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon MƏhkəməsinin 2 iyun 2022-ci il tarixli, 7(007)-717/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 2 ay 14 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 1(021)-175/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icratın materialları üzrə cinayət təqibinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 15 may 2023-cü il tarixli, 847 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heraindən sui istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Hazırda narkotik abstinensiya (narkotik madddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə RİHBnin Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvlərinin atası Şahid3, anası X12, oğlu X14 ibarət olması qeyd edilmiş həmçinin Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamədə xx.xx.1984-cü ildə Ağdam rayonu, Sırxavənd kəndində doğulduğu, subay, tam orta təhsilli, hərbi mükəlləfiyyətli, olması Ağdam rayonu, Sırxavənd kəndində rəsmi qeydiyyatda olması, Bərdə rayonu, Alaçadırlı kəndində məskunlaşdığı, bir övladı olduğunu, fərdi əməklə məşğul olduğunu, nümayənədliyə Təqsirləndirilən şəxs və ailə üzvlərinin ərizə və şikayəti daxil olmadığı, dəfələrlə məhkum olunduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixli övladı vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş 10 aprel 2023-cü il tarixli PHŞ-6-28/2-397/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Bərdə RMX PHŞ-nin poliklinikasının narkoloji kabinetində xx.xx.2019-cu il tarixdən (opioid qəbulu) dispanser qeydiyyatındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş X50 Dispanserindən daxil olmuş xx.xx.2023-cü il tarixli 405 nömrəli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs X50 Dispanserində dispanser müşahidəsində deyildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 30 mart 2023-cü il tarixli, 315 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcədə (1ppr mil) sərxoş olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş 10 aprel 2023-cü il tarixli PHŞ-6-28/2-395/2023 nömrəli məktubdan görünür ki, X4 RMX PHŞ-nin poliklinikasının narkoloji kabinetində xx.xx.2022-ci il tarixdən (opioid) qəbulu dispanser qeydiyyatındadır. X19 xx.xx.2021-ci il tarixdən “normal birinci hamiləliyin gedişi üzərində müşahidə” xx.xx.2022-ci il tarixdə “budun açıq yarası.itin dişləməsi və ya zərbəsi”, xx.xx.2023-cü il tarixdə “normal hamiləlyinin gedişi üzərində müşahidə”, xx.xx.2023-cü il tarixdə “hamiləliyi, doğuşu və zahılıq dövrünü ağırlaşdıran anemiya”, xx.xx.2023-cü il tarixdə “döş qəfəsinin açıq yarası. Ölümün digər qeyri dəqiq göstərilməmiş və naməlum səbəbləri” diaqnozları xəstəxanaya müraciət etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, X13 12 aprel 2012-ci il tarixdə X20 ilə nikahları bağlanmışdır. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X15,14 may 2009-cu il təvəllüdlü X16, xx.xx.2010-cü il təvəllüdlü X17 adlı övladları vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 30 mart 2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 31 mat 2023-ci il tarixli qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhəkəmə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Günay Ələkbərovanı vurmaması və soununcunun özü-özünə xəsarət yetirərək özünün öldürmsi barədə ifaədəsinə digər mötəbər sübutlarla təkzib olunduğundan və iş materiallarında olan sübütdarala təsdiq olunmalığındlan,eləcə də təqsirləndirlən işəxsin istintaq zamanı qismən etirafedici iffdəsi ilə təkzib edildiyindən ,həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyərək məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, hadisə yerinə, meyitə, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” diskə və 01 ədəd mobil telefona baxış, ifadələrin yerində yoxlanılması, əşyanı tanınmaya təqdim etmə, kafenin müşahidə kamerasına baxış istintaq hərəkəti protokolları, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 05 aprel 2023-cü il 208 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 15 may 2023-cü il tarixli 847 nömrəli, məhkəmə-tibbi ekspertizasının 26 aprel 2023-cü il tarixli 17 nömrəli, məhkəmə-tibbi ekspertizasının 30 mart 2023-cü il tarixli 221 nömrəli, məhkəmə-tibbi kriminalistik ekspertizasının 05 may 2023-cü il tarixli 155/2023-MTKŞ saylı, məhkəmə-tibbi bioloji ekspertizasının 11 may 2023-cü il tarixli 222/2023-MTBŞ saylı rəyləri tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikasının CM-nin 120.2.8,128 və 145.2.2-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş və təqsirləndirilən zərərçəkmiş şəxslə barışmamışdır. Məhkəmə bu nəticəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının izahını da nəzərə alır. Beli ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarın 12ci bəndinin izahına görə əməlin CM-nin 120.2.8-ci maddəsi ilə tövsif edilməsi üçün işdə zərərçəkmiş şəxsin hamiləliyinin təqsirkara aşkar surətdə bəlli olması barədə məlumatların (qadının xarici əlamətləri, digər məlumatlar) olması zəruridir. Bu zaman qadının öldürülməsi nəticəsində dölün də məhv olub-olmamasının və cinayətin motivinin əməlin tövsifinə hər hansı təsiri ola bilməz Məhkəmə kolegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.2.8, 128 və 145.2.2-ci maddələri ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələbinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 120.2.8, 128 və 145.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədələrinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağın olması, Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən atasının birinci qarabağ müharibəsi iştirakçısı olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs olaraq yenidən qəsdən cinayət törətməsi, cinayətin residivi ağırlaşdıran haldır. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 30 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmaldır. İş üzrə Bərdə rayon prokurorluğunda saxlanılan maddi sübutlar – Təqsirləndirilən şəxs istifadəsində olmuş “Tecno” markalı mobil telefon yaxın qohumların qaytarılmalı, imtina etdikdə məhv edilməldir. X1 istifadəsində olmuş “fly” markalı mobil telefon, X3na məxsus 01 ədəd üzərindən “OPTC” sözləri yazılmış uzunqol kofta, 01 ədəd ağ rəngli busqalter (qadın alt paltarı), 01 ədəd qara rəngli trusik, 01 ədəd boz rəngli şalvar, 01 qara rəngli kənarları ağ xətli olan şalvar onun hüquqi varisinə qaytarılmalı imtina etdikdə məhv edilməldir. Bir cüt idman ayaqqabısı, 01 ədəd qol saatı, qanuni sahibinə qaytarılmalı imtina etdikdə məhv edilməldir. 01 ədəd üzərində qanabənzər ləkələr olan, dəstəyi qara rəngli, dəstəyinin uzunluğu 10 sm, bütövlükdə uzunluğu 22 sm ölçüdə, tiyəsinin bir tərəfi küt, digər tərəfi iti olan bıçaq, 01 ədəd metal hissəsinin uzunluğu 17 sm, dəstəyinin uzunluğu 50 sm, bütövlükdə 55 sm olan balta, 01 ədəd sınmış stəkan, 01 ədəd stəkan parçası olan şüşə, 01 ədəd sınmış kül qabı, 01 ədəd sınmış mürəbbə qabının qapağı, 01 ədəd üzərində “dokument” sözləri yazılmış, içərisində az miqdarda alkoqol olan 07 ml şüşə butulka, tampon vasitəsilə 03 ədəd qanabənzər nümunə məhv edilməlidir. 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.8, 128 və 145.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.8-cü maddəsi ilə 16 (on altı) il 06 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 145.2.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bərdə rayon prokurorluğunda saxlanılan maddi sübutlar – Təqsirləndirilən şəxs istifadəsində olmuş “Tecno” markalı mobil telefon yaxın qohumların qaytarısın, imtina etdikdə məhv edisin. X1 istifadəsində olmuş “fly” markalı mobil telefon, X3na məxsus 01 ədəd üzərindən “OPTC” sözləri yazılmış uzunqol kofta, 01 ədəd ağ rəngli busqalter (qadın alt paltarı), 01 ədəd qara rəngli trusik, 01 ədəd boz rəngli şalvar, 01 qara rəngli kənarları ağ xətli olan şalvar onun hüquqi varisinə qaytarısın, imtina etdikdə məhv edilsin. Bir cüt idman ayaqqabısı, 01 ədəd qol saatı, qanuni sahibinə qaytarılsın imtina etdikdə məhv edilsin. 01 ədəd üzərində qanabənzər ləkələr olan, dəstəyi qara rəngli, dəstəyinin uzunluğu 10 sm, bütövlükdə uzunluğu 22 sm ölçüdə, tiyəsinin bir tərəfi küt, digər tərəfi iti olan bıçaq, 01 ədəd metal hissəsinin uzunluğu 17 sm, dəstəyinin uzunluğu 50 sm, bütövlükdə 55 sm olan balta, 01 ədəd sınmış stəkan, 01 ədəd stəkan parçası olan şüşə, 01 ədəd sınmış kül qabı, 01 ədəd sınmış mürəbbə qabının qapağı, 01 ədəd üzərində “dokument” sözləri yazılmış, içərisində az miqdarda alkoqol olan 07 ml şüşə butulka, tampon vasitəsilə 03 ədəd qanabənzər nümunə məhv edilsin. 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.