Məhkəmə qərarları › İş №1(100)-100/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-100/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-100/2025 28.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1976-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş Gəncə şəhəri, Puşkin küçəsi, ev 104-də qeydiyyatda olmaqla ünvan 1-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasından saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, habelə yayma məqsədi ilə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları yaşadığı evdə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 2,214 qram və 2,240 qram olmaqla, ümumi təmiz çəkisi 4,454 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 31 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhəri, S.Vurğun küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 02 ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,214 qram və 2,240 qram olmaqla, ümumi təmiz çəkisi 4,454 qram çəkidə narkotik vasitə olan heroin onun əynində olan qara rəngli jiletin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, dini ekstremist materialları saxlama və yayma məqsədilə istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran, dini nifrət və düşmənçiliyin salınmasına yönələn, forma və məzmunu Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyalar təbliğ etməkdən ibarət olan üzərində «Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı» adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin təsviri və "X10: “Hüseyniyyun ordusu əmrini gözləyir!!!” yazıları olan dini ekstremist təyinatlı material olan 02 ədəd plakatı və üzərində «Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı» adlı qanunsuz silahlı qruplaşmanın üzvlərindən biri olan Yunis Səfərovun təsviri və “Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq” yazıları olan dini ekstremist təyinatlı material olan 02 ədəd plakatı istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə edərək gələcəkdə yayma məqsədi ilə 2 fevral 2023-cü il, saat 19:00-dək, yəni Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən evində axtarış aparılıb götürülənədək yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində saxlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, O, 31 yanvar 2023-cü il tarixində, evinin həyətində gül əkən zaman qapının ağzında ağ maşın olduğunu görmüş, daha sonra isə Zaur adlı polis əməkdaşı ona yaxınlaşaraq Gəncə Şəhər Baş Polis İdarəsinə dəvət etmişdir. O, əvvəllər də polis şöbəsinə dəvət edildiyi üçün yenə eyni səbəbdən çağırıldığını düşünmüş, soruşanda isə həmişə nə üçün aparılırdısa, yenə də o səbəbdən aparıldığı deyilmişdir. Şöbəyə gedən zaman Rəşad adlı şəxs polis əməkdaşından Zeynalın qoluna niyə qandal vurulmadığını soruşmuş, daha sonra isə onun yaxasından sirkələyərək “sənin vaxtın çatdı” tipli ifadələr işlətmişdir. Daha sonra CAB-ın rəisinin otağında ona iki büküm narkotik vasitə verilmiş, lakin o, narkotik vasitənin külli miqdarda olduğunu bilməmişdir. Ondan narkotik vasitəni cibinə qoyması istənilmiş, 2 nəfər polis əməkdaşı isə ona çəkilişin formal olacağını demişdir. Ona çəkilişdən öncə içməsi üçün sirab butulkasında su verilmiş, lakin suyu içən zaman dadı acı olmuşdur. Bu zaman Zaur adlı polis işçisi yanındakı İlkin adlı polis işçisinə “başa düşdü” tipli ifadə işlətmişdir. Butulkanı ekspertizaya göndərməsinə icazə verilməmiş, o, butulkanın içərisində narkotik vasitə olduğunu düşünmüş və Gəncə türməsinə gedən zaman butulkanı kameraya göstərmişdir. Həsən adlı şəxs ona hədəqorxu gəlmiş, əgər qol çəkməsə, narkotik vasitəni onun evinə qoyacağını və oğlunu tutacağını demişdir. Onun oğlu həmin vaxt Türkiyəyə oxumağa getmiş, şikayətləri də oğlu getdikdən sonra yazmışdır. Həmçinin evə baxış keçirilən zaman orada vəkil olmamış, iki nəfər hal şahidi olmuş, daha sonra hal şahidlərindən birinin ruhi xəstə olduğu deyilmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, bu günə qədər narkotik vasitə istifadə etməmiş, lakin ekspertiza rəyində narkotik vasitədən istifadə etdiyi çıxmışdır. Həmçinin çəkiliş zaman ona psixoloji təsir göstərilmiş, narkotik vasitəni məcbur qalaraq öz üzərinə götürmüş, bununla bağlı prokurorluğa şikayət etmiş, lakin cavab almamışdır. O, saxlanıldıqdan nə qədər sonra evinə baxış keçirildiyini bilmədiyini bildirmiş, həmçinin evindən tapılan kitabların bir qismini İrandan gətirdiyini, yarısını da buradan aldığını demiş, kitabların SSRİ dövründə alındığını və ərəb, fars dilində olduqlarını əlavə etmişdir. Həmçinin şəxslərin evə girən zaman bacısını itələyib yıxdıqlarını, plakatların isə evə sonradan qoyulduğunu, bunu hal şahidlırinin də etiraf etdiyini qeyd etmişdir. Eyni zamanda fiziki təsirə məruz qaldığını, lakin bədənində izlər olmadığı üçün bununla bağlı heç bir şikayət edə bilmədiyini bildirmişdir. Həmçinin, o, X2 Xidməti tərfindən saxlanılmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəasına məhkum edilmiş, 2020-ci ildə isə azadlığa buraxılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ibtidai istintaq zamanı təzyiq altında olduğu üçün etiraf ifadələri vermiş olduğunu demişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Gəncə Şəhər Baş Polis İdarəsinə aparılmış, orada şəxsin üzərinə videoçəkiliş və vəkilin iştirakı ilə baxış keçirilmiş, baxış keçirilən zaman təqsirləndiriləın şəxsin üzərindən narkotik vasitə aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitənin ona aid olduğunu etiraf etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, əməliyyat zamanı 3 nəfər olmuşlar, əməliyyat məlumatı Həsən adlı iş yoldaşının olmuş və Zeynalın üzərinə keçirilən baxış və şəxsi axtarış zamanı axıra qədər özü iştirak etmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə sellafona bükülmüş halda olmuş və Təqsirləndirilən şəxs narkotik vasitəni tapdığını etiraf etmişdir. Həmçinin o, təqsirləndirilən şəxsin sonuncuya məxsus evin yaxınlığında saxlanmasını qeyd edərək, Zeynala məxsus evə baxış keçirilən zaman orada olub olmadığını unutduğunu bildirmişdir. İstintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə bölməsinə Şahid1, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində qanunsuz saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatının doğruluğunun yoxlanması məqsədilə Rəşad Musayevə məruzə edilmiş, daha sonra təqsirləndirilən şəxs S.Vurğun küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılmış və Gəncə Şəhər Baş Polis İdarəsinə dəvət edilmişdir. İdarəyə aparıldıqdan sonra təhqiqatçı Elçinin otağında videoçəkiliş və vəkilin iştirakı ilə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən iki büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bunlardan əlavə şəxsin üzərindən əlcək, pul və telefon çıxmış, aşkar edilərək götürülmüş narkoti vasitəni isə tapdığını bildirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir olmamış, şəxsin üzərinə baxış videoçəkilişlə olmuş və özü narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmçinin təqsirləndirilən şəxs özü də polis əməkdaşlarına müqavimət göstərməmişdir. O, eyni zamanda təqsirləndirilən şəxsin evinə baxış keçirilən zaman da orada olmuş, şəxsin evindən narkotik vasitə aşkar edilməmiş, evdən təkcə dini kitablar aşkar edilmişdir. Həmçinin təqsirləndirilən şəxsi evlərinin yaxınlığında günorta saat 3 radələrində saxladıqlarını bildirmişdir. İstintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixində Təqsirləndirilən şəxs işləmək üçün evin həyətinə çıxmış, elə oaradanda saxlanılaraq polis şöbəsinə aparılmışdır. Saxlanıldıqdan 3 gün sonra müstəntiq protokol ilə evə gəlmiş və narkotik vasitələrlə bağlı evə baxış keçirəcəklərini dedikdən sonra içəri daxil olmuşdur. Polis əməkdaşları evə daxil olduqdan sonra divardakı dini yazıları, plakatları sökərək şəkillərini çəkmiş, evdə olan dini kitabxanadakı kitabları götürərərək baxmış, sonuncu otaqdan isə onlara aid olmayan yeni şəkillər gətirmişdirlər. Həmçinin o, polis əməkdaşlarının sayları çox olduğu üçün və evin iki giriş qapısının olduğu üçün onların hara getdiklərinə nəzarət edə bilməmiş, orada yazılan protokola qol çəkməmişdir. Orada olan hal şahidlərindən biri tapılmış plakatın orada olmadığını, sonradan gətirildiyini etiraf etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, evdə videoçəkiliş olmamış, təkcə şəkillər çəkilmiş və evə minimum 15 nəfər polis əməkdaşı daxil olmuş, evə daxil olanlar içəridə ayaqqabıyla gəzmiş, siqaret çəkmiş, istədikləri kimi davranmışdırlar. Həmçinin Təqsirləndirilən şəxs xəstə olduğunu və istəsə belə narkotik vasitə istifadə edə bilməyəcəyini bildirmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanımamış, şəxsin evinə baxış keçirilən zaman orada olmuş və şəxsin evindən dini kitablar, şəkillər, plakatlar tapılmış, baxış zamanı fotoçəkiliş olduğunu demişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, şəxsin üzərindən narkotik vasitə tapıldığı üçün evinə baxış keçirilmiş, baxış zamanı orada hal şahidləridə olmuş və bu səbəbdən videoçəkiliş aparılmamış, fotoçəkiliş olmuş, həmçinin hal şahidləri orada yazılan hər şeyə qol çəkmişdir. Həmin vaxt evdə ailəı üzvləri olmuş, lakin onların nəyəsə reaksiya verib vermədiklərini unutmuş, evdə qanunsuz heç nə aşkar edilməmiş, təkcə dini kitablar və şəkillər tapılmışdır. Həmçinin evə neçə nəfər polis əməkdaşının getdiyini unutmuş, orada olanların Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları olduğunu bildirmiş və evdə heç kəsə təzyiq və təsir omadığını əlavə etmişdir. O, yalnız evə baxış zamanı orada olduğunu bildirmiş və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, O, Rəşad adlı şəxsin ona hədə-qorxu gəldiyini “hal şahidi kimi iştirak et, əgər etməsən səni də Zeynal kimi tutub yüklüyəcik” tipli ifadələr işlətdiyini bildirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, ona baxış keçirildikdən sonra sənədə qol çəkəcəyi deyilmiş, baxış zamanı isə ilk baxdıqları otağa yenidən baxılmış və bu zaman orada dini kitablar və şəkillər tapılmış, lakin tapılanlar ilk dəfə otağa baxış keçirilən zaman orada olmamışdır. Həmin zaman Rəşada etiraz etmiş lakin Rəşad ona hədə-qorxu gəldiyi üçün qorxmuşdur, həmçinin evdən şəkillər tapılan zaman ev sahibi tapılanların onlara aid olmadığını bildirmişdir. O, Rəşad adlı şəxsi 2020-ci ildə narkotiklə bağlı tutulduğu zaman tanımış, Təqsirləndirilən şəxs qonşuluğunda yerləşən evdə işləyən zaman isə Rəşadla qarşılaşmış, daha sonra Rəşad onu hal şahidi kimi dəvət etmişdir, həmçinin o təkcə evə baxış keçirilən zaman hal şahidi olmuşdur. O, rus dilini bilmədiyini və Təqsirləndirilən şəxs yaşadığı evə Rəşadgillə birgə getdiyini əlavə etmişdir. Bayram Zeynalovun evinə baxış keçirilən zaman hal şahidi qismində iştirak etmiş hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs Şahid10 ilkin ifadəsindən fərqli ifadə verərək, Bayram Zeynalovun evinə baxışda iştirak etməsinə baxmayaraq, orada baş verənlərin polis əməkdaşları tərəfindən icra olunması barədə qeydləri hazırda birlikdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş B.Zeynalovu müdafiə xarakterlidir. Hər ikisinin Təcridxanada saxlanılması və Şahid10 Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılaraq, barəsində istintaqın aparılması hazırda həqiqətə uyğun olmayan ifadə verməsinə əsas verir. Belə olan halda onun ibtidai istintaq zamanı verdiyi ifadə əsas götürülməlidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, evə gedən zaman polis əməkdaşlarının onu hal şahidi kimi dəvət etdiyini, evə baxış keçirildikdən sonra geri qayıtdığını baxış zamanı isə evdən dini kitablar tapıldığını demişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, evdə özündən əlavə 1 nəfər də hal şahidi olmuş, ona qarşı heç bir təzyiq və təsir olmamış, evdə ailə üzvləri olmuş evə baxış keçiriən zaman heç bir problem olmamışdır. Həmçinin evdə dini kitablardan başqa heç nə olmamış və evə heç kim heç nə qoymadığı halda təqsirləndirilən şəxsin həyat yoldaşı onlara qarşı “şəkilləri evə siz qoyubsunuz” tipli ifadələr işlətmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Eləcə də, şahid qismində ifadə verən Kamran əlavə etmişdir ki, Təqsirləndirilən şəxs bacısı icazəsiz olaraq onların evinə gəlmiş, onun razılığı olmadan evdə videoçəkiliş apararaq, ifadəsinin dəyişilməsi ilə əlaqədar təzyiq göstərmişdir. Bildirmişdir ki, onun razılığı olmadan evlərinə gələn xanım qardaşının əsassız yerə həbs olunmasını və cinayət törətmədiyini qeyd edərək, ifadəsini dəyişdirməyi tələb etmişdir. Onun özünə və ailə üzvlərinə qarşı təzyiq göstərmişlər, hazırda bu barədə şikayətçi olmasa da, qanunvericiliklə müəyyən olunmuş qaydada ilkin ifadəsini təsdiq edir, verdiyi ifadələrin əsas götürülməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü ildə Şahid3 Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla bağlı rəhbərliyə məruzə edildikdən sonra şəxs evinin yaxınlığında saxlanılmış və Gəncə Şəhər Baş Polis İdarəsinə aparılmış, aparıldıqdan sonra tədqiqatçı Elçinin otağında təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş, baxış keçirilməzdən öncə üzərində qanunsuz narkotik vasitə varsa təhvil verməsi təklif olunmuş, daha sonra Təqsirləndirilən şəxs əynindəki qara köynəyin sağ cibindən iki ədəd bükümü polis əməkdaşlarına təhvil vermiş, həmin bükümlərin nə olduğu soruşulanda isə bükümün içərisində heorin olduğunu, Şəmkir avtovağzalının yaxınlığından tapdığını və əvvəllərdə arabir istifadə etdiyini demişdir.O, təqsirləndirilən şəxsin evinə baxış keçirildiyini unutmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, şəxsin üzərindən aşkar edilən heroin adlanan narkotik vasitənin çəkisi 4 qrama yaxın olmuş, onu şəxsi axtarış zamanı şəxs özü təqdim etmişdir. Həmçinin şəxs polis şöbəsinə aparılarkən heç bir problem çıxarmamış, eyni zamanda ona heç bir təzyiq vəı təsir olmamışdır. O, şəxsi axtarış zamanı sona qədər orada iştirak etmiş və istintaq zamanl verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs evinə baxış zamanı orada olmuş, baxış zamanı təqsirləndirilənn şəxsin evindən dini kitablar müəyyən olunmuşdur. Şəxs narkotiklə bağlı tutulmuş, buna görə də evinə baxış keçirimiş, amma evdən narkotik vasitə aşkar edilməmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, həmin zaman onlar qapını təqsirləndirilən şəxsin yoldaşı açmış, tapılan dini kitablar isə şakıfn içində olmuş, kitabların kimin olması ilə bağlı Təqsirləndirilən şəxs yoldaşı heç bə deməmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, evə baxış keçirilmiş oda baxış zamanı orada iştirak etmiş, həmin zaman evdən dini kitablar və şəkillər tapılmışdır. Həmin zaman evdə şəxsin bacısı və yoldaşı olmuş, o, evdə olan şəxslərin tapılan şəkillərlə bağlı nə dediklərini unutmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, eə baxış keçirilən zaman evdə təqsirləndirilən şəxsin həyat yoldaşı, uşaqları və bacısı olmuş, onlar tapılan kitabların və şəkillərin kimə məxsus olduğunu bilməmiş, həmçinin evə baxış hal şahidləırinin iştirakı və çəkilişlə keçirilmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, O, təqsirləndirilən şəxsi saxlanılması zamanı orada olmadığını, onu əvvəllər başqa işlə bağlı dəvət etdiyini bildirmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023cü il tarixli Gəncə Şəhər Baş Polis İdarəsinin NMB-nin rəisinin İdarə rəisinə ünvanladığı raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixatrop maddələrin qəbul etməsi, gəzdirməsi və satışı ilə məşğul olması qeyd olunub. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş tutmaq haqqında xx.xx.2023-cü il tarixli Qərar və Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli bilinərək Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və müdafiəçi ilə təmin olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli Protokolan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərinə baxış keçirilmiş və əynində olan qara rənhli jiletin sağ yan cibindən təmiz çəkiləri 2,50 qram və 2,45 qram olmaqla, ümumi təmiz çəkisi 4,95 qram çəkidə narkotik vasitə olan heroini aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/167 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 2(iki) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,214 qram, 2,240 qram, ümumi təmiz çəkisi 4,4545 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1ci siyahısının İ bəndinə daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 4,454 tədqiqata sərf edildi – 0,2 qr (hər birindən 0,1 qr) qalıq – 4.254 qram İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 fevral 2023-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin hakimi X3 02 fevral 2023-cü il tarixli qərarında görünür ki, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 5 (125)-65/2023 Qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində axtarış və götürmə aparılmasına icazə verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-da “axtarış və götürmə” istintaq hərəkəti keçirilmiş və həmin mənzildən ərəb əlifbası ilə yazılmış ərəbcə 155 ədəd kitab, rus əlifbası ilə yazılmış rus dilində 10 ədəd dini kitab, latın və kiril əlifbası ilə Azərbaycan dilində 54 ədəd, bir ədəd türk dilində cəmi 55 ədəd kitablar aşkar olunmuşdur. Bundan başqa evin birnici mərtəbəsində yerləşən yataq otağında paltar şkafının üstündən 10(on) ədəd Hacı Talehin, Yunis Səfərovun, Xomeyninin və Xamneyinin şəkilləri olan plakatlar aşkar olunmuşdur. İki ədəd qara rəngli plakatın üzərində X5 fotoşəkli təsvir olunmuşdur. Plakatda Azərbaycan dilində “X11 Yaşar Rəhbər” səzləri yazılmışdır. İki ədəd yaşıl rəngli plakatın üzərində Taleh Bağırzadənin fotoşəkili təsvir olunmuşdur. Plakatda Aəzrbaycan dilində “Gələcəyin rəhbəri Hacı Talehə azadlıq!!!” sözləri yazılmışdır. İki ədəd göy rəngli plakatın üzərində İran İslam Respublikasının ali dini rəhbəri X16 fotoşəkli təsvir olunmuşdur. Plakatda Azərbaycan dilində “Dahi rəhbər Xamneyi ağa: Cihada hazırlıq” sözləri yazılmışdır. İki ədəd bozumtulmavi rəngli plakatın üzərində Tohid İbrahimbəylinin fotoşəkli təsvir olunmuşdur. Plakatda Azərbaycan dilində “X10: Hüseyniyyun ordusu əmirini gözləyir” sözləri yazılmışdır. İki ədəd mavi rəngli plakatın üzərində Yunis Səfərovun fotoşəkli təsvir olunmuşdur. Plakatda Azərbaycan dilində “Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq” sözləri yazılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 4 (125)-55/2023 nömrəli Qərarından görünür ki, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində dörd ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2014-cü il tarixli 1(089)-318/2014 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Bayramov X8 Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 iyul 2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə azadlığa buraxılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Gəncə Şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2023-cü il tarixli, 1644 nömrəli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserində qeydiyyata durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserindən verilmiş xx.xx.2023cü il tarixli, 1949 nömrəli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Narkoloji Dispanserdə “opium narkoman” diaqnozu ilə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məkəmə-Tibbi Ekspertiza və X6 PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli, 149 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserindən verilmiş xx.xx.2023cü il tarixli, 597 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Nizami rayonu Evlər üçlüyü №10-dan verilən xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri S.Vurğun küçəsi 1-ci döngə 19A saylı evdə arvadı və üç övladı ilə birlikdə yaşayır. Habelə qonşular tərəfindən tərtib olunmuş aktda Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının 30 may 2023-cü il tarixli 4/861 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəyli və Yunis Səfərovun təsvirləri əks olunmuş plakatların və onların üzərindəki yazıların ( “X10: Hüseyniyyun ordusu əmrini gözləyir!!!”; “Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq”) forma və məzmunu Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, diniekstremist ideyalar təbliğ etməkdən ibarətdir. Təqdim olunmuş materiallar linqvistik və dinşünaslıq baxımından təhlil edildikdə Azərbaycanda konstitusion quruluşun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar aşkarlanmamışdır. Ekspertizaya təqdim edilmiş dini təyinatlı məlumat materiallarından "Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin fotoşəkilindən ibarət plakatda və Yunis Səfərovun fotoşəkli əks olunmuş plakatda dini nifrət ve düşmənçiliyin salınmasına yönələn hərəkətlərin əlamətləri vardır. Ekspertizaya təqdim edilmiş Tohid İbrahimbəylinin fotoşəklindən ibarət plakat və Yunis Səfərovun fotoşəkili əks olunmuş plakat “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşmanın təbliğatı mahiyyəti daşıdığından dini ekstremist material sayılır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 3-13-57/2-17173/2023 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında aparılan əməliyyat işinə baxmayaraq, sonuncunun narkotik vasitələri kimdən alması, habelə kimlərə satması məlum olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən 26 sentyabr 2023-cü il tarixli “BKC/LGL-10112/23 nömrəli məktuba əlavə edilmiş bir ədəd “CD” diskə baxış keçirilmiş müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan +**********14 saylı mobil nömrəyə hər hansı bir şəxsdən mesaj gəlməmiş, eyni zamanda heç kimə də mesaj göndərilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, AZF/LGL-15102/23 nömrəli məktuba əlavə edilmiş bir ədəd “CD” diskə baxış keçirilmiş müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan +**********14 saylı mobil nömrədə iş üçün əhəmiyyət kəsb edən zəng və ya mesaj aşkarlanamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs və arvadı Şahid9in müxtəlif instansiyalara ünvanladığı şikayət ərizələri tədqiq edilmiş, eləcə də ərizələrində qeyd etdikləri xüsusatlar üzrə Gəncə Şəhər Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cinayət işinin başlanması rədd edilməsi barədə materiallara əlavə olunmuşdur. Eləcə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 1 (bir) ədəd diskə baxış keçirimiş, təqsirləndirilən şəxs videogörüntünün bacısı tərəfindən qeydə alınmasını və evinə baxış zamanı iştirak etmiş hal şahidi Şahid7 olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində ibtidai istintaq zamanı etirafedici ifadələrini təzyiq altında verdiyini narkotik vasitəni üzərinə götürməyəcəyi halda hədələdiklərini, yaşadığı evdə axtarış zamanı aşkar edilmiş kitabların ona məxsus olduğunu, digər kitab və predmetlərin ona məxsus olmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində verdiyi ilkin izahatı, təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən yaşadığı evə keçirilmiş axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş fotocədvəl, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Şahid9in ifadəsində qeyd etdiyi xüsusatlar əri Bayram Zeynalovun müdafiəsinə hesablanmış, eləcə də ərini müdafiə məqsədi daşıyır. Belə ki, Bayram Zeynalova məxsus olan evdə müvafiq məhkəmənin qərarına əsasən axtarış keçirilmiş, sonuncu ərizə ilə müraciət edərək özünün axtarışda iştirak etmək istəmədiyini bildirmişdir. Belə olan halda isə hal şahidlərinin və şahidlərin iştirakı ilə evə baxış keçirilməklə dini ektremist materiallar hesab olunan və müvafiq rəylə təsdiq olunan plakatlar və digər materiallar aşkarlanmışdır. Şahid9in ərini müdafiə etmək məqsədilə qeyd olunan plakatlar və digər materialların onlara aid olmadığını bildirmişdir. Habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin Təqsirləndirilən şəxs döymədiyini, üzərinə narkotik vasitə qoymadığını, üzərindən aşkar olunan narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etdiyini göstərmişlər. Eləcə də iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı ondan başqa digər polis əməkdaşlarının, hal şahidlərinin, təqsirləndirilən şəxsin arvadının iştirak etdiklərini, baxış zamanı evdə dini ədəbiyyata aid kitab və plakatların aşkar edildiyini, axtarış zamanı da Təqsirləndirilən şəxs ailə üzvlərinə qarşı hər hansı zorakılıq tətbiq edilmədiyini göstərmişlər. Hətta iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məkəmə- Tibbi Ekspertiza və X6 PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli, 149 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Əksinə həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində ona qarşı edilmiş təzyiqlə bağlı sanksiyaya çıxarkən məhkəməyə yaxud hər hansı bir quruma şikayət etmədiyini göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə şübhəli şəxs qismində verdiyi ilkin izahatında, təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin yaşadığı evinə baxış keçirilməsi haqqında protokolda, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, eləcə də barəsində tərtib olunmuş tibbi sənədlərdə və “həbs” qətimkan tədbirlərinin seçilməsinə dair məhkəmə qərarında Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs müdafiəçisinin sualına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa məruz qalmadığını, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Bayram Zeynalovun təqsirləndirildiyi cinayət əməlinin ictimai təhlükəliliyi müxtəlif dinlərə, məzhəblərə mənsub olan insanlar arasında münaqişə yaratmaqda, mövcud münaqişələri qızışdırıb kütləvi nifrət və düşmənçilik hisslərinin aşılanmasında, insanların qətlə yetirilməsinə, əmlakın məhv edilməsinə və zədələnməsinə yönələn təhlükəli çağırışların edilməsində, habelə cəmiyyətdə sosial tarazlığın pozulmasına, hüquq və azadlıqların tapdalanmasına gətirib çıxaran atmosfer yaradılmasında və sair amillərdə ifadə olunur. Qeyd olunan əməlin predmeti dini ekstremist materiallar hesab olunan məxsus kitablar və fotoşəkillərdir. Sözügedən materiallar ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran xarakterə malik olmalıdır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının 20 avqust 1992-ci il tarixli Qanunun 1-ci maddəsinə əsasən dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyətin qadağan olunması bildirilir. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 4 dekabr 2015-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə görə dini ekstremizmin (dini ekstremist fəaliyyətin) əsas əlaməti onun dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində həyata keçirilməsidir. Eləcə də, həmin Qanunun 1.0.1.8-ci maddəsinə əsasən dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində dini ekst-remist materialların, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və ya yayılması dini ekstre-mizmin təzahür formalarından biridir. Dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar dedikdə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsini, qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılmasını, həmin birləşmə və ya qruplarda iştirakını ehtiva edir. Eləcə də, qeyd olunan fəaliyyət terrorun törədilməsini, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirakı, milli, sosial və ya dini nifrətin salınmasını, milli ləyaqətin alçaldılmasını, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsini, şəxsin hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsini, habelə sadalanan fəaliyyətlərə açıq çağırışların edilməsini ehtiva edən kağız vərəqələr, kağız və ya elektron məktublar, internet infomasiya ehtiyatlarında sosial şəbəkələrdə yazılı, görüntülü, səsli paylaşımlar, mediada dərc olunan məqalələr, bəyanatlar və sair bu kimi materiallar başa düşülməlidir. Qeyd olunan halda Bayram Zeynalovun evində saxladığı qanunvericiliklə qadağan olunmuş kitablar, eləcə də ekstremist fəaliyyətə haqq qazandıran dini ekstremist materialları saxlama dedikdə, həmin materialların şəxsin sahibliyində (məsələn, gizli saxlanc yerlərində, binalarda, elektron daşıyıcılarda və s.) qalmasını təmin edən hər hansı qəsdən edilən hərəkətlərdir. Bayram Zeynalov həmin materialların onun tərəfindən hazırlanmamsını eləcə də evində saxlanmamasını qeyd etsə də, sözügedən maddənin tələbi dini ekstermist materialların həm onları hazırlayan şəxslər tərəfindən, həm də başqa şəxslər tərəfindən saxlanıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində verdiyi ilkin izahatını, təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən yaşadığı evə keçirilmiş axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş fotocədvəl, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Zeynal Bayarmovun məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində verdiyi ilkin izahatı, təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, dini ekstremist materiallarını əldə edərək gələcəkdə yayma məqsədi ilə yaşadığı evində saxlamasına münasibətdə Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 167-3.1-ci maddəsi ilə düzgün tövsif olunsa da, narkotik vasitəyə münasibətdə onun əməli düzgün tövsif olunmamış və qeyd edilən ittiham üzrə onun əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər BPİ-nin tərtib etdiyi raportda, o cümlədən digər ilkin sənədlərdə əməliyyat məlumatının narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlaması, satması və üzərində gəzdirməsi barədə daxil olduğu göstərilsə də, elə iş materiallarında olan əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin əldə edilmə mənbəyini və tarixini, həmçinin sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını, eləcə də onun narkotik vasitələr satmış şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Eyni zamanda iş materiallarında əməliyyat tapşırığına cavab məktubunda da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını, eləcə də onun narkotik vasitələr satmış olduğu şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün etirafedici ifadələrində, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, heç kimə narkotik vasitə satmadığını və vermədiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********14 və +**********14 mobil nömrələrinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olmuş disklərə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 597 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi, eləcə də narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması öz təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, iş faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubları ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktublarında Təqsirləndirilən şəxs verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə olan heroini satmasını, xüsusilə də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını və aşkar edilmiş heroinin iki bükümdə olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdarda olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, heroinin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında heroini məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktublarında bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını, həmçinin hər hansı şəxs və ya şəxslərə narkotik vasitə olan heroini satmasını, o cümlədən heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin iki bükümdə olması ilə bağlı da Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün etirafedici ifadələrində, eləcə də şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitənin külli miqdarda olması ilə yanaşı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Buna baxmayaraq, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Həmçinin cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Bununla belə, cinayət işinin materiallarında əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların CPM-in tələblərinə uyğun olaraq təqdim edilməsi və məhkəmə nəzarəti qaydasında yoxlanılması öz təsdiqini tapmır. Belə olan halda yalnız cinayət işinə əlavə edilmiş məktublara və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsdə sadəcə aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin külli miqdar təşkil etməsi və heroinin iki bükümdə olması əsas götürülərək Təqsirləndirilən şəxsin satış məqsədi ilə külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışı Qanunun 1.0.10-cu maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Plenumun həmin Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Məhkəmə tərkibi himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərkibi cinayətlərin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxsna cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək, ona ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yüksək ictimai təhlükəli şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167.1-3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Hazırkı işin faktiki halından görünür ki, Təqsirləndirilən şəxs qəsdən ittiham olunduğu ağır cinayətlər təsnifatına aid cinayət əməlini cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 31 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 97 (doxsan yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 1067 (min altmış yeddi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 280 (iki yüz səkksən) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4.254 qram narkotik vasitə olan heroin, yaşayış evində axtarış aparılan zaman aşkar edilərək götürülmüş dini ekstremist material hesab edilən «Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı» adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin təsviri və "X10: “Hüseyniyyun ordusu əmrini gözləyir!!!” yazıları olan 02 ədəd plakat və üzərində «Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı» adlı qanunsuz silahlı qruplaşmanın üzvlərindən biri olan Yunis Səfərovun təsviri və “Gələcəyin orud generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq” yazıları olan 02 ədəd plakat məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 ədəd disk, telefon danışıqlarına dair məlumatlar əks olunmuş 02 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 597 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 31 yanvar 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 1067 (min altmış yeddi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 280 (iki yüz səkksən) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4.254 qram narkotik vasitə olan heroin, yaşayış evində axtarış aparılan zaman aşkar edilərək götürülmüş dini ekstremist material hesab edilən «Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı» adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin təsviri və "X10: “Hüseyniyyun ordusu əmrini gözləyir” yazıları olan 02 ədəd plakat və üzərində “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşmanın üzvlərindən biri olan Yunis Səfərovun təsviri və “Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq” yazıları olan 02 ədəd plakat məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 ədəd disk, telefon danışıqlarına dair məlumatlar əks olunmuş 02 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar