Məhkəmə qərarları › İş №1(100)-101/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-101/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-101/2022 08.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Səmədov Xəqani Hacı oğlu (məruzəçi hakim) və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X4, X5 və Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı vəkil Bürosunun vəkili X6 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx xxxxx 1988-ci ildə Gəncə şəhərində andan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, çəkisi 3,197 qram olan psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, Gəncə şəhər, Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 08.07.2021-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospektində, “Dəyirman dairəsi” adlanan yerin yaxınlığında saxlanılıb, Kəpəz RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla təmiz çəkisi 3,197 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 180.2.4, 234.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmuşdur. Psixotrop maddə olan metamfetamini uzun müddətdir ki, falqada çəkir. 08.07.2021-ci il tarixdə saat 18 radələrində yaşadığı binanın qarşısında oturduğu vaxt 4 nəfər polis əməkdaşı ona yaxınlaşaraq üzərinə baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra onu qollarından tutaraq üzü aşağı vəziyyətdə avtomobilə əyləşdirib Kəpəz rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu döyərək narkotik vasitəni üzərinə götürməyini, götürməyəcəyi halda evinə baxış keçirib oradan 1 kq narkotik vasitə çıxaracaqlarını bildirmişlər. Bundan sonra narkotikin ona məxsus olduğunu bildirb, özünü CM-in 234.1-ci maddəsilə təqsirli bilmişdir. Lakin sonradan ona CM-in 234.4.3-cü maddəsilə ittiham verildiyindən etirazını bildirərək ittihamla razılaşmamışdır. İfadəsinə əlavə olaraq yaşadığı evin yaxınlığında saxlanıldığını, həmin vaxt yanında Mahir, Solmaz və Qənbər adlı qonşularının olduğunu, narkotik vasitə istifadəçisi olsa da həmin vaxt üzərində psixotrop maddə olan metamfetaminin olmadığını, həmin maddəni onun üzərinə polis əməkdaşlarının qoyduqlarını, tutulduğu vaxt ona göstərilmiş təzyiq nəticəsində narkotik vasitənin ona məxsus olduğunu bildirdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Kəpəz RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmətdə olduğu vaxt 08.07.2021-ci il tarixdə məlumat daxil olmuşdur ki, Cavid adlı Gəncə şəhər sakini psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğuldur, daimi üzərində psixotrop maddə gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəlidir və hazırda Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi, “Dəyirman dairəsi”nin yaxınlığındadır.Daxil olmuş məlumat idarə rəhbərliyinə məruzə olunandan sonra həmin gün saat 18 radələrində əməliyyat qrupu yaradılmış və o, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və digər polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi “Dəyirman dairəsi” deyilən yerdə adı, soyadı sonradan məlum olan Təqsirləndirilən şəxs olması müəyyən edilərək Kəpəz RPİ-nə dəvət edilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquq və vəzifələri elan olunmuş, daha sonra ona dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, daha sonra Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd alışqan, sağ yan iç cibindən bir ədəd ağ rəngli sellofan bükülüdə içərisində ağ rəngli kristal formasında, ilkin baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofanda olan bükülünün içərisində ağ rəngli kristal formalı kütlənin psixotrop maddə olan, “şüşə” adlanan metamfetamin olduğunu, tutulmamışdan 2 gün qabaq yaşadığı ərazidə yerdən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, özünün uzun müddətdir ki, psixotop maddə şüşəni falqada çəkmə yolu ilə qəbul etdiyini bildirmişdir.Aşkar olunmuş kütlə tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisi təxminən 3,37 qram olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar olunmuş psixotrop maddədən heç kimə satmadığını, borc və ya pay olaraq vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, onun narkotik vasitə istifadə etməsindən məlumatı olmamış, lakin qızıl-zinət əşyaları oğurladığına görə həbs edildiyini bilmişdir. Hadisənin baş verdiyi vaxt Təqsirləndirilən şəxsla binalarının qarşısında, küçədə söhbət etdikləri vaxt 3-4 nəfər polis əməkdaşı onlara yaxınlaşaraq Cavidi aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qonşudur. Hadisə günü atası ilə birlikdə yaşadıqları evin eyvanında olduğu vaxt dostu ilə söhbət edən Cavidin üç nəfər tərəfindən saxlanılaraq maşına mindirilib aparıldığını görmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin 08.07.2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərini keçirilməsinə dair” qərarından görünür ki, daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə Kəpəz RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1,Kəpəz RPİ-nin CAŞnin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. İş materiallarına əlavə edilmiş 08 iyul 2021-ci il tarixli “şübhəli şəxsi tutma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 08 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1, Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Gəncə şəhər 1 saylı hüquq bürosunun vəkili X7 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən alışqan, sol yan iç cibindən bir ədəd sellofana bükülüdə olan içərisində ağ rəngli, kristal formasında, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüş, həmin kütlə aptek tərəzisində çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin çəkisi 3,37 qram olmaqla zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri AR DİN-in 120 saylı möhrü ilə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bir ədəd sellofan bükülüdə olanın psixotrop maddə metamfetamin olduğunu, özü istifadə etmək üçün iki gün əvvəl yaşadığı ərazidə yerdən tapdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin maddə və materialların məhkəmə ekspertizasına dair 09 iyul 2021-ci il tarixli 16/659 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd şəffaf sellofan bükümdə,təmiz çəkisi 3,197 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1- ci siyahısının İİ bəndinə daxildir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 10.07.2021-ci il tarixli 4(043)-123/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 08.07.2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23.07.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 13.07.2018-ci il tarixli qərarı ilə CM-nə dəyişikilik haqqında Qanun tətbiq olunaraq cəzası azaldılaraq 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xəzər rayon Məhkəməsinin 14.08.2018-ci il tarixli qərarı ilə 11ay 15 gün vaxtından əvvəl şərti azad olunmuş, 29.07.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 08 iyul 2021-ci il tarixli “Əməliyyataxtarış tədbirinin keçirilməsinə dair” qərarının məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin 20 avqust 2021-ci il tarixli 122-25116-1221 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Kəpəz RPİ-də üzərində aşkar edilmiş psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsini, Gəncə şəhəri ərazisində və ya Respublika daxilində kimlərəsə narkotik vasitə satıbsatmamasını müəyyən etmək məqsədi ilə zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə etmək mümkün olmamış, lakin Təqsirləndirilən şəxs əvvəllərdə narkotik istifadəçisi olması, narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 11 avqust 2021-ci il tarixli 991 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 14 sentyabr 2021-ci il tarixli “baxışın aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 966 08 06 nömrəli telefon nömrəsinin 01.01.2021-ci il tarixdən 09.07.2021-ci il tarixədək daxil və xaric olmuş zənglərin, daxil və xaric olmuş mesajların 14.09.2021-ci il tarixdə daxil olmuş BKC/LGL-15960/21 nömrəli “CD “ diskdə olan yazısına baxış keçirilmiş,qeyd edilən nömrəyə daxil olan və çıxan zənglərə baxış zamanı hər hansı bir əhəmiyyət kəsb edəcək telefon nömrəsi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 23.07.2021-ci il tarixli 245 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X10, oğlu X8,anası X13, bibisi qızı X14 ilə birlikdə ünvan 3 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər MKTİB-nın təqdim etdiyi 23.07.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 17 may 2010-cu il təvvəllüdlü X8 adlı övladı vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 02.10.2021-ci il tarixli 5055 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən asılılıq diaqnozu ilə 2014-cü ildən dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserinin 09.10.2021-ci il tarixli 5120 nömrəli arayışından görünür ki, Mayılov X2 Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 31.01.2021-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilmiş və ona Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-150/2021 saylı 01.07.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 1 (bir) il azaldılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Probasiya Şöbəsinin10.05.2022-ci il tarixli, 90/2021 nömrəli məktubundan görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 7(043)-50/2022 saylı, 31.01.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək cəzası 01 il azaldılmış, Təqsirləndirilən şəxs üzərində 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək polis əməkdaşları tərəfindən yaşadığı evin yaxınlığında saxlanıldığını, həmin vaxt yanında Mahir, Solmaz və Qənbər adlı qonşularının olduğunu,narkotik vasitə istifadəçisi olsa da həmin vaxt üzərində psixotrop maddə olan metamfetaminin olmadığını, həmin maddəni onun üzərinə polis əməkdaşlarının qoyduqlarını, tutulduğu vaxt ona göstərilmiş təzyiq nəticəsində narkotik vasitənin ona məxsus olduğunu göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadəyə tənqidi yanaşaraq həmin ifadəni uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadə kimi qəbul edərək, həmin ifadənin onun məhkəməyədək icraat zamanı özünü qismən təqsirli bilməklə verdiyi ifadəsilə, şahidlərin ifadələrilə, o cümlədən baxış keçirilməsi haqqında protokol və digər iş materialları ilə təkzib olunduğunu hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı evin yaxınlığında saxlanılarkən yanında Mahir, Solmaz və Qənbər adlı qonşularının olduğunu göstərsə də, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X16 ifadəsində hadisənin baş verdiyi vaxt Təqsirləndirilən şəxsla binalarının qarşısında, küçədə söhbət etdiklərini göstərsə də, şahid qismində dindirlmiş X3 ifadəsində hadisə günü atası ilə birlikdə yaşadıqları evin eyvanında olduğu vaxt Cavidin üç nəfər tərəfindən saxlanılaraq maşına mindirilib aparıldığını gördüyünü göstərmiş, Qənbər adlı şəxsin isə orada olması həmin ifadələrdə öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə, yəni Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixatrop maddə əldə edib, daşıyaraq, saxlaması kimi tövsifi iş üzrə toplanmış sübutlarla təsdiq olunmur və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir, ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 3.197 qram olan psixotrop maddə metamfetamini əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış, Gəncə şəhər, Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 08.07.2021-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospektində, “Dəyirman dairəsi” adlanan yerin yaxınlığında saxlanılıb Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla təmiz çəkisi 3.197 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs üzərindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla təmiz çəkisi 3,197 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilməsini onun həmin psixotrop maddəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Lakin iş üzrə məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadələrində həmin psixotrop maddənin ona məxsus olmadığını bildirsə də, məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, “...Psixotrop maddə olan metamfetamini uzun müddətdir ki, falqada çəkir. 08.07.2021-ci il tarixdə təxminən saat 18 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospektində yerləşən “Dəyirman dairəsi” adlanan yerin yaxınlığında olan zaman mülki geyimdə iki nəfər ona yaxınlaşıb polis əməkdaşlarını olduqlarını bildirmişlər və ona üzərində psixotrop maddə gəzdirməkdə şübhələndiklərini bildirib Kəpəz rayon polis idarəsinə dəvət etmişlər. Polis idarəsində üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilib müdafiəçi istəyib-istəməməsi soruşulmuş, o da maddi imknı olmadığını və hüquqlarının müdafiə edilməsi üçün müdafiəçiyə ehtiyacı olduğunu bildirdiyi üçün Gəncə şəhər 1 saylı hüquq bürosunun vəkili X15 ona dövlət hesabına müdafiçə təyin olunmuşdur. Bundan sonra üzərində qanunla saxlanılması və gəzdirilməsi qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi bildirilmiş, daha sonra üzərinə vidoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd alışqan, sağ yan iç cibindən isə bir ədəd ağ rəngli sellofan bükümdə, içərisində kristal dənəciklərdən ibraət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Götürülmüş kütlə aptek tərəzisində çəkilmiş, psixotrop maddə şüşənin çəkisi sellofanla birlikdə 3,37 qram olmuşdur. Sorğu zamanı polis əməkdaşlarına sellofan bükülüdə olan kütlənin psixotrop maddə şüşə olduğunu, təxminən 2 gün bundan əvvəl yaşadığı ərazidə yerdən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, həmin psixotrop maddə şüşədən bu günə qədər heç kimə satmadığını, borc və ya pay olaraq vermədiyini bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, tərtib edilmiş protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq olunmuş və həmin protokola o da imza etmişdir. Sonra götürülmüş həmin kütlələr tərkibini və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə polis əməkdaşları tərəfindən qablaşdırılmış və üzri möhürlənərək götürülmüşdür. Daha sonra ekspertizanın rəyi gəlmiş və rəydə göstərilmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş kütlə ümumi təmiz çəkisi 3,197 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir...”. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrdə həmin psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, həmin vasitələri satmaq niyyətinin olması, olduğu təqdirdə kimə, nə vaxt və harada satacağı, habelə həmin psixotrop maddəni digər şəxsi maraq məqsədi ilə yaymağı ilə bağlı hər hansı xüsusat göstərməmiş, istintaq orqanı tərəfindən də həmin hallar müəyyən edilməmişdir. Həmçinin iş üzrə dindirilmiş şahidlərin ifadələri və digər istintaq materialları ilə də Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsi və saxlaması təsdiq olunmamışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 11 avqust 2021-ci il tarixli 991 nömrəli rəydən də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs üzərindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla təmiz çəkisi 3,197 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilməsi, heç də onun tərəfindən həmin psixotrop maddəni satış məqsədilə əldə etməsinə və saxlamasına dəlalət etmir. Belə ki, təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satacağı şəxsin, yəni istehlakçının müəyyən edilməməsi, bununla bağlı hər hansı razılaşmanın olmaması, həmin psixotrop maddənin çəkilərək xırda bağlamalara bükülməməsi, onun üzərindən həmin vasitələrin satışında istifadə edilən digər predmetlərin (məs. tərəzi və s.)aşkar edilməməsi, narkomaniya xəstəliyindən əzab çəkməsi və digər bu kimi hallar onun tərəfindən həmin psixotrop maddənin satış məqsədi olmadan, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamasını təsdiq etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki,“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetamin külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı ilə müəyyən edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Odur ki, qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə həmçinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qonşuları X9, X1 ifadələrilə bağlı hesab edir ki, həmin şəxslərin ifadələri təqsirləndirilən şəxsin xeyrinə, onun məsuliyyətdən kənarda qalmasına xidmət edən ifadələrdir, həm təqsirləndirilən şəxsin ifadəsi, həmçinin onların verdikləri ifadələr arasında olan ziddiyyətlər həmin ifadələrin obyektivliyinə şübhə yaratdığından məhkəmə həmin ifadələri inandırıcı və obyektiv ifadələr kimi qəbul etmir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin mövcudluğu qənaətinə gəlib, həmin halı onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə almışdır. Halbuki, iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23.07.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 13.07.2018-ci il tarixli qərarı ilə CM-nə dəyişikilik haqqında Qanun tətbiq olunaraq cəzası azaldılaraq 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xəzər rayon Məhkəməsinin 14.08.2018-ci il tarixli qərarı ilə 11 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuş, 29.07.2019-cu il tarixdə cəza müddəti başa çatmış, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayətlər həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına aid hesab olunduğundan, CM-in 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin cəzanı çəkib qurtardıqları gündən iki il keçdiyi halda məhkumluğun ödənilmiş hesab olunduğu nəzərə alındıqda Təqsirləndirilən şəxs əməlində həmin hissədə cinayətlərin residivinin mövcud olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi CM-in 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına aid hesab olunur və həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin cəzanı çəkib qurtardıqları gündən iki il keçdiyi halda məhkumluq ödənilmiş hesab olunur. Həmçinin CM-in 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud deyildir. Bundan başqa iş materiallarından görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 7(043)-50/2022 saylı, 31.01.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmış, Təqsirləndirilən şəxs üzərində 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsini müəyyən edən 67-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə təyin edilmiş cəzaya Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 (altı) ay hissəsi, CMnin 68.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 3 (üç) ay hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin anbarında saxlanılan ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 3,097 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 (altı) ayı, CM-nin 68.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 3 (üç) ay, hazırkı hökmlə təyin edilmiş 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə qismən birləşdirilməklə, qəti olaraq ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 08 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin anbarında saxlanılan ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 3,097 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar