Məhkəmə qərarları › İş №1(100)-101/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-101/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-101/2025 10.09.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi hakimlər; Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X7, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barsəində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə edib üzərində saxlamaqla daşımışdır. (köhnə red) Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.309 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə xx.xx.2022-ci il tarixdə, saat 17:15 radələrində Gəncə şəhəri ərazisində - “Totanlı dairəsi” adlanan yerin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekto 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarının ön sağ cibindən şəffaf sellofan bükümdə olmaqla 0.309 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında 12 may 2023-cü il tarixdə, saat 19:55-də Gəncə Şəhər 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri F.Həsənov küçəsində yerləşən SOS uşaq evinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanda yerləşən Gəncə şəhər 1-ci PŞ-yə aparılmış, həmin inzibati binada üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli şalvarın ön sağ cibindən bir ədəd şəffaf sellofan torbacıqda olan ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,451 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.2-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onun mülklə bağlı problemləri olmuşdur. Onu hamı tanıyır. O “Totanlı dairəsi” adlanan ərazidə olan zaman əvvəl Moskvadan tanıdığı şəxsə bankdan götürərək 2.000 min manat pul vermişdir. Hadisənin nə olmasını bilmir. O atasının mülkündə yaşamışdır. O avtomobildən düşən zaman saxlnalımış və polis idarəsinə aparılmışdır. Onu döymüşlər və narkotik vasitəni üzərinə qoymuşlar, o da etiraf etmişdir. O narkoloji kabinetdə qeydiyyatda durur. Onun əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. O döyüldükdən sonra ona “ata yurdunu mənə satırsanmı?” sualı verilmiş, o isə onun oğlunun olmasını bildirərək ata yurdunu satmayacağını bildirmişdir. Bu sözləri ona Hikmət adlı polis əməkdaşı demişdir. Bundan sonra Devran adlı polis əməkdaşı onu polisə şöbəsinə dəvət etmiş, o polis şöbəsinə gedən zaman ona “ala bu sənindir deyərək” cibinə silah və narkotik vasitə qoymuşdur. O polis şöbəsində döyülmüş və onun ağzında dişləri qalmamışdır. O həmin narkotik vasitədən imtina etmiş və onun barəsində həbs qətimkan tədbiri seçilən zaman hakim vəsatət və təqdimatdan imtina etmişdir. Onun üzərinə Nizami rayon polis şöbəsində 3 dəfə narkotik vasitə qoyulmuş o isə imtina etmişdir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, «…. ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti aydındır və özünü həmin cinayət hadisəsində təqsirli bilir. Ona elan edilmiş ittihamın mahiyyətinə dair göstərə bilər ki, ailəsi ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır və heç bir yerdə işləmir. Psixi pozuntuları olduğuna görə bir müddət müalicə alunmuşdur. “Kakos” kimi tanıdığı narkotik vasitədən, yəni heroindən bir neçə ildir istifadə edir. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında yaşadığı evin yaxınlığında yerdən “kakos” kimi tanıdığı heroindən tapmışdır. O, həmin narkotik vasitəni istifadə etmək üçün götürüb cibinə qoymuşdur. Həmin narkotik vasitə siqaret qutusunda və şəffaf sellofanın içərisində olmuşdur. Həmin gün iyləmək yolu ilə ondan bir miqdar istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində həmin narkotik vasitə üzərində olarkən “Totanlı dairəsi”nin yaxınlığında olmuşdur. Elə həmin vaxt mülki geyimli polis əməkdaşları onu saxlayıb Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə aparmışlar. Orada ona izah etlmişdir ki, narkotik vasitə əldə etməyinə görə saxlanılmışdır. Bundan sonra hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçi gəldikdən sonra onun üzərində videoçəkilişlə axtarış keçirilmişdir. Həmin vaxt o, cibində saxladığı və yerdən tapmış olduğu narkotik vasitə olan heroin ondan aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəyə baxış keçirilmiş və elektron tərəzidə çəkilmişdir. Onun çəkisi 0.34 qram gəlmişdir. Bundan başqa üzərində aşkar edilmiş digər əşyaları özünə qaytarılmışdır. Sonra həmin narkotik vasitə zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş və üzərində qeydlər aparıldıqdan sonra imzalarla təsdiq edilmişdir. Sorğu-sual zamanı o, həmin narkotik vasitəni yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, narkotik vasitə satmaqla məşğul olmadığını bildirmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, psixotrop maddənin “patı” deyilən növündən təxminən bir ilə yaxındır ki, istifadə etmişdir. Yuxarıda göstərilən ünvanda anası X5, oğlu X9 və atası X3 ilə birlikdə yaşamışdır. O, metamfetamini qızdıraraq tüstüsünü iyləməklə qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə saat 16-17 radələrində Gəncə şəhəri «Xan bağı» parkında olan zaman yerdən sellofana bükülmüş balaca büküm tapmışdır. Həmin bükümü açdıqda işindəki ağ rəngli kağızın içində onun qəbul etdiyi “şüşə, patı” kimi adlandırdığı psixotrop maddə “metamfetamin” olduğunu aşkar edilmişdir. Metamfetamini qəbul etdiyi üçün bir müddət sonra qəbul etmək məqsədilə tapdığı bükümü əynində olan tünd boz rəngli şalvarın ön sağ cibinə qoymuşdur. O, həmin bükümü açıb baxdıqdan sonra cibinə qoymazdan əvvəl içindəkinin dağılma riskini önləmək üçün sellofan torbanın ağzını alışqanı ilə əridib bağlamışdır. Lakin tapdığı bükümdən istifadə edə bilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində o, Gəncə şəhəri 3 saylı xəstəxananın yaxınlığında yerləşən “SOS” uşaq evinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq üzərində saxlamaqda, istifadə etməkdə şübhəli olduğu üçün onu Gəncə şəhər 1-ci Polis şöbəsinə gətirmişlər. Orada vəkilinin iştirakı ilə hüquqları ona izah edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli şalvarın ön sağ cibində saxladığı sellofana bükülmüş kağız bükümdəki kütlə aşkar olunmuşdur. Həmin bükülü açılmış və büküldüyü kağızla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,84 (sıfır tam yüzdə səksən dörd) qram gəlmişdir. Həmin büküm zərfdə qablaşdırılmışdır. Zərfin ağzı möhürlənmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci il sentyabr ayında CAB-nə əməliyyat məlumatı daxil olmuşdur.Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməsi ilə bağlı əməliyyat qrupu yaradılmış və “Totanlı” dairəsinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək onu 1-ci Polis şöbəsinə dəvət etmişlər. 1-ci Polis şöbəsində təhqiqatçı və müdafiəçinin iştirakı ilə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan “kakos” aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 19 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması haqqında olmuşdur. Daha sonra əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs 1-ci Polis şöbəsinə dəvət edilmiş və müdafiəçi ilə təmin olunmuşdur. Təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Üzərindən cins şalvarının sağ cibindən narkotik vasitə aşkar edilmişdir. Təxminən çəkisi 0.3 nəqədər olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 12 may 2023-ci il tarixdə Gəncə şəhər 1-ci Polis şöbəsinə narkotik vasitələrin daşınması və saxlanılması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupunun tərkibində olan Şahid4lə birgə əməliyyat tədbiri qurulmuşdur. Əməliyyat tədbiri əsasında Gəncə şəhəri, Bayan küçəsində qeydiyyatda olan vətəndaş Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri qurulmuş və həmin tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə, saat 19:00 radələrində «SOS» uşaq evinin ətrafında saxlanılaraq Gəncə şəhər 1-ci Polis şöbəsinə dəvər olunmuşdur. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra həmin şəxsə üzərində narktoik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində 0.84 qram metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə qablaşdırılaraq aidiyyəti üzrə göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında «SOS» uşaq kəndi adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışdır. Həmin vaxt o, Şahid3la bir yerdə olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqat bölməsinə təhvil verilmiş və onun üzərinə baxış keçirilən zaman üzərindən metamfetamin aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 14 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” vermə qətimkan tədbiri seçilmişdir. 19 sentyabr 2022-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2022-cü il tarixdə saat 17:55-də şübhəli şəxs şübhəli şəxs qismində tutulmuşdur. 21 sentyabr 2022-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. 14 may 2023-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi digər icraatda olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işi ********* nömrəsi altında istintaqı aparılmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli 16/1122 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Vət: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərsində narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd büküm, 0,34 qram çəkidə..” sözləri imzlar olan kağız paketdəki, 1 (bir) ədəd şeffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.309 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Məhkəmə-kimyəvi ekspertizasının 13 may 2023-cü il tarixli 16/504 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ .... vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan ümumi 0,84 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd şeffaf sellofan bükümdə olan 1(bir) ədəd ağ kağız bükümdə təzmiz çəkisi 0.451 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 23 yanvar 2023-cü il tarixli 110 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrul əlil olduğuna görə narkomaniya xəstələyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının 10 yanvar 2023-cü il tarixli 07 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. 19 sentyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirlməsi və ənəlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 0,391 qram psixotrop maddə metamfetamin, 0, 289 qram narkotik vasitə heroin, eləcədə içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan iki ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmalı və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməli, psixotrop maddə metamfetamin ilə narkotik vasitə heroin isə saxlanılması üçün Gəncə şəhər BPİnin anbarına təhvil verilməlidir. Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin əməkdaşları tərəfindən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirildikdən sonra idarədə üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərə Gəncə şəhər BPİ-nin inzibati binasında xidməti otaqda baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış keçirilməmişdən əvvəl baş təhqiqatçı, polis mayoru Heydər Əliyev bildirir ki, həmin günü saat 19:55 radələrində Təqsirləndirilən şəxs, Gəncə şəhəri F.Həsənov küçəsində yerləşən, SOS uşaq evinin yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilir, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil X11 müdafiəçi təyin edilir və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və onun əynində olan tünd boz rəngli şalvarının ön sağ cibindən bir ədəd şeffaf sellofana bükülmüş kağız bükümü və içərisində metamfetaminə bənzər kristal şəkilli kütləni təqdim etmişdir. Həmin 01 ədəd şeffaf sellofan içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və 0.84 qram gəlmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş pisxotrop maddə olan “metamfetamin”-i saxlandığı gün Gəncə şəhəri Xan Bağı adlanan parkdan yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, tapdığı şeffaf sellofanın içərisindəki psixotrop maddədən bir dəfə istifadə etdiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və götürülmüş içərisində pisxotrop maddə “metanfetamin” olan bir ədəd sellofan zərfə qoyularaq qablaşdırılmış üzəri DİN-in 110 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd sarı rəngli alışqan, xəstəliyi ilə bağlı sənədlər aşkar edilmiş, lakin onlar iş üçün əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə gətirildikdən sonra idarədə üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqda baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı, polis kapitanı Bəxtiyar Həşimov bildirir ki, 19 sentyabr 2022-ci il tarixdə saat 17:15 radələrində Təqsirləndirilən şəxs, Gəncə şəhəri Totanlı dairəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə gətirilir, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil X2 iştirakı və video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində “kakos” kimi tanınan narkotik vasitə olduğunu deyib təsdiq etmiş və əynində olan göy rəngli şalvarının ön sağ cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngli, toz halında, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olması məlum olmuşdur. Həmin kütlə içərisində olduğu sellofanla birgə elektron tərəzidə çəkilmiş və çəkisi 0.34 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə içərisi boş olan kağız zərfə qoyulmuş qablaşdırılmış, üzəri möhürlənmiş, qeydlər aparıldıqdan sonra iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı bir sıra şəxsi əşyalar, o cümlədən 1 ədəd tibbi şpirist aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin özünə məxsus olduğunu, narkotik vasitə aludəçisi olduğunu, ağrılarına görə mütəmadi olaraq narkotik vasitə istifadə etdiyini, ona qarşı hər hansı zorakılıq olmadığını bildirmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamini və narkotik vasitə heroini kimdən və harada əldə etməsi, həmin maddəni hansı məqsədlə üzərində daşıması, həmin maddədən kənar şəxslərə verib-verməməsini müəyyən etmək üçün Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavaba əsasən Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun Gəncə şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə bir sıra əməliyyat məlumatının olduğu, lakin onun psixotrop maddə metamfetamini və narkotik vasitə heroini satdığı şəxsləri müəyyən edib dindirilməsi üçün istintaq idarəsinə təqdim etmək mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Gəncə şəhər prokurorluğunun 11 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə Gəncə şəhər Prokurorluğuna polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı müraciəti Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış və ilə cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci (cinayət hadisəsi olmadıqda) maddəsi ilə rədd edilmişdir. Gəncə şəhər 21 saylı evlər üçlüyündən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Gəncə şəhər prokrorluğunun 23 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs döyülmə fakti ilə bağlı araşdırma aparılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilmişdir. Gəncə Ağır Cinayət Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(100)-101/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və iş üzrə icraat dayandırılmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili İşlər Nazirliyinin Gəncə şəhəri Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-57/2-25258/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və xx.xx.2025-ci il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.2-ci maddəsi ilə düzgün tövsif olunmamış və qeyd edilən ittiham üzrə onun əməli Azərbaycan Respublikasının CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, narkotiklə bağlı birinci epizod üzrə iş materiallarında olan Gəncə şəhər BPİnin 1-ci PŞ-nin CAM-ın əməliyyat müvəkkili Şahid4 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda, xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissəsində, o cümlədən saxlanması ilə bağlı xx.xx.2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsində, əldə edib üzərində gəzdirməsində və saxlamasında şübhəli olması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Həmçinin narkotiklə bağlı ikinci epizod üzrə Gəncə şəhər BPİ-nin 1-ci CAB-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportda,xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissəsində, o cümlədən saxlanması ilə bağlı xx.xx.2022-ci il tarixli raportda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində və Gəncə şəhəri ərazisində üzərində saxlamasında şübhəli olması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Eyni zamanda hər iki epizod üzrə ayrı-ayrılıqda şübhəli şəxsin tutulması haqqında protokollarda da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması göstərilmişdir. O cümlədən birinci epizodla bağlı məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrində əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi barədə daxil olduğunu, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 0.84 qram narkotik vasitə Təqsirləndirilən şəxs özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirdiyini, sonradan keçirilmiş əməliyyat tədbirləri nəticəsində də Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatın əldə olunmadığını göstərmişlər. Habelə ikinci epizodla bağlı məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları (Şahid3 və Şahid4 ifadələrində əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi və qəbul etməsi ilə bağlı daxil olduğunu, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən edə bilmədiklərini, Təqsirləndirilən şəxs narkotiki tapdığını və xəstə olduğu üçün istifadə etdiyini bildirdiyini göstərmişlər. Hətta hər iki epizod üzrə adları yuxarıda qeyd edilən polis əməkdaşları ibtidai istintaq zamanı da şahid qismində dindirilərkən ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini və ya satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığını göstərmişlər. O cümlədən iş materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda da göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da, narkotik vasitəni satdığı şəxslərin dairəsini, həmçinin narkotik vasitəni habelə istifadəsində mobil telefon nömrəsi olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitə olan heroinin və metamfetaminin təkrar satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, işin faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və mutafetamini satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə olan heroini və metafetamini satmasını müəyyən etməyin mümkün olmadığını göstərilmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı hər iki epizod üzrə ibtidai istintaq zamanı həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində verdiyi bütün izahat və ifadələrində üzərindən aşkar olunan narkotik vasitə olan heroinin özünə məxsus olmasını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və hər iki epizod üzrə üzərindən aşkar edilmiş narkotik vasitə və rsixotrop maddədən heç kimə satmadığını göstərmişdir. Həmçinin xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişlərdən də görünür ki, hər iki epizod üzrə ayrı-ayrılıqda qeyd edilən tarixlərdə müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə olan heroini tapdığını, öz istifadəsi üçün üzərində saxladığını, həmin kütlədən heç kimə satmadığını, istifadə etmədiyini və heç kimə vermədiyini bildirmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 110 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir və narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən də görünür ki, narkoloji müayinədən keçirilən zaman Təqsirləndirilən şəxs ekspert komissiyası tərəfindən ona verilmişi suallara cavab olaraq bir ilə yaxındır ki, narkotik vasitə olan heroindən çəkmə yolu ilə istifadə etdiyini göstərmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülü içərisində toz şəkilli, qəhvəyi rəngli, narkotik vasitə “heroinə” bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmçinin xx.xx.2022-ci il tarixli, 16/1122 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən də görünür ki, 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,309 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Göründüyü kimi istintaq orqanı tərəfindən təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroinin və pisixotrik maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, narkotik vasitənin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və pisixotrop maddəsi çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsini, o cümlədən narkotik vasitə olan heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddəni satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CMin 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikası CM-in 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə - bu əməl CM-in 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli sayılır. Maddənin dispozisiyasından göründüyü kimi, əməlin CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməsi üçün əvvəl əməldə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri mövcud olmalı, daha sonra isə qeyd edilən cinayətlərin hər biri ayrı-ayrılıqda təkrar törədilməlidir. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Nazım oğlunun əməlini CM-in 234.4.2-ci maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda olmasını və daxil olmuş əməliyyat məlumatlarını əsas götürmüşdür. Bununla belə, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Lakin hazırkı cinayət işinin materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə olan halda yalnız cinayət işinə əlavə edilmiş məktublara və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetamin çəkisinin şəxsi istehlak miqdarından artıq miqdarda olması əsas götürülərək Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 5ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışı Qanunun 1.0.10-cu maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən metamfetamin narkotik vasitə hesab olunur, metamfetamin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. (köhnə red) İş materiallarında olan 20 sentyabr 2022-ci il tarixli 16/1122 nömrəli və 13 may 2023-cü il tarixli 16/504 nömrəli məhkəmə-kimyəvi ekspertizalarının rəylərindən görünür ki, Təqsirləndirilən şəxs hər iki epizod üzrə üzərindən aşkar edilmiş heroinin və metamfetamin ümumi təmiz çəkiləri ayrı-ayrılıqda 0.309 qram və 0.451 qram olmaqla hər biri şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyi üçün məhkum olunmamış hesab olunur və onun əməlində cinayətlərin residivi mövcud deyildir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilə kimi və 19 sentyabr 2022-ci il tarixdən 21 sentyabr 2022-ci tarixədək, bu iş üzrə dörd gün şübhəli şəxs kimi saxlandığı müddət, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmaldır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə Gəncə şəhər Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı hökm çıxdığı gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə edilmiş narkoloji ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabnetdə qeydiyyatda alınmasına ehtiyac vardır. Həmçinin iş materiallarında olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” qaydasına əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Qeyd olunan qərara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin oluna bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, verilmiş rəyə uyğun olaraq Təqsirləndirilən şəxs narkoloji kabnetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Gəncə şəhər BPİ-nin saxlanılan təmiz çəkisi 0,289 qram narkotik vasitə heroin və 0.391 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 62.80 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilə kimi və 19 sentyabr 2022-ci il tarixdən 21 sentyabr 2022-ci tarixədək, bu iş üzrə dörd gün şübhəli şəxs kimi saxlandığı müddət, ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli hökm çıxdığı gündən, yəni 10 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Gəncə şəhər BPİ-nin saxlanılan təmiz çəkisi 0,289 qram narkotik vasitə heroin və 0.391 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 62.80 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar