Məhkəmə qərarları › İş №1(100)-102/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-102/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-102/2021 27.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X16 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi ev 16a, mənzil 20-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Gəncə 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,252 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 17.12.2019-cu il tarixdə saat 19 radələrində tanışı Şahid7 yaşadığı ünvan 1 ünvanında yerləşən evdə üzərində saxlayaraq daşıdığı narkotik vasitə heroindən istintaq zamanı müəyyən edilməmiş şəxsi maraq qarşılığında Şahid7 istifadə etməsi üçün bir ədəd ağ rəngli kağız bükümdə, bir ədəd sarı rəngli kağız bükümdə, bir ədəd “gümüşü” rəngli kağız bükümdə, iki ədəd göy rəngli kağız bükümdə, iki ədəd polietilen kəsikləri bükümlərində və bir ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,097 qram, 0,068 qram 0,145 qram, 0,047 qram, 0,057 qram, 0,136 qram, 0,119 qram, 0,169 qram ümumi təmiz çəkisi 0,838 qram narkotik vasitə heroini satmış, 17.12.2019-cu il tarixdə saat 19 radələrində həmin evdə üzərində saxlayaraq daşıdığı narkotik vasitə heroindən istintaq zamanı müəyyən edilməmiş şəxsi maraq qarşılığında tanışı Şahid8 istifadə etməsi üçün bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,326 qram narkotik vasitə heroini satmış, 17.12.2019-cu il tarixdə saat 20 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tanışı Şahid7 yaşadığı ünvan 1 ünvanında yerləşən evdə saxlanılıb üzərinə baxış keçirilərkən əynindəki gödəkçənin sağ cibinə qoyduğu “Magna” markalı siqaret qutusunun içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq 11 ədəd ağ rəngli kağız bükümlərdə, 7 ədəd gümüşü rəngli kağız bükümlərdə, 1 ədəd qara rəngli kağız bükümdə və 1 ədəd göy rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,062 qram, 0,051 qram, 0,064 qram, 0,061 qram, 0,053 qram, 0,058 qram, 0,045 qram, 0,059 qram, 0,048 qram, 0,054 qram, 0,042 qram, 0,065 qram, 0,067 qram, 0,049 qram, 0,055 qram, 0,069 qram, 0,047 qram, 0,043 qram, 0,039 qram, 0,057 qram ümumilikdə 20 ədəd bükümdə ümumi təmiz çəkisi 1,088 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda daimi pasport qeydiyyatında olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, fəhləliklə məşğul olmuşdur. O, təxminən 2-3 ildir ki, aradabir müxtəlif narkotik vasitələrdən istifadə etmiş, qanunsuz olaraq narkotik vasitə heroin əldə edib iynə ilə ineksiya yolu ilə damarına vurmuş, Gəncə şəhər sakinləri Şahid7 və Şahid8 bir neçə öncə tanımış, onların da narkotik vasitələrdən istifadə etməsini bilmişdir. 17 dekabr 2019-cu il tarixdə, saat 18 radələrində o, Şahid7 ilə görüşmək üçün yaşadığı evə getmiş, Həsənin ailə üzvləri evdə olmadığı üçün Həsənin yaşadığı evdə oturub söhbət etmiş, bir qədər sonra Şahid8, Şahid7 yaşadığı evə gəlmiş, onlar biraz oturub söhbət etdikdən sonra narkotik vasitə istifadə etmək qərarına gəlmişlər. Seymurun üzərində narkotik vasitə qurudulmuş marixuana olmuş, onun üzərində 1 ədəd siqaret qutusuna yığdığı 29 ədəd büküm narkotik vasitə heroin olmuş, ancaq o, əvvəlcədən Həsənə narkotik vasitə heroin olmadığını dediyi üçün üzərində narkotik vasitə heroin olmasını bildirməmiş və Seymurla, Həsənə onlara narkotik vasitə heroin təşkil edə biləcəyini demişdir. O, evdən çölə çıxmış, bir müddət binanın ətrafında gəzdikdən sonra Həsənin yaşadığı evə gəlmiş, gətirdiyi narkotik vasitə heroinin bir bükümünü istifadə etməsi üçün Seymura, 8 ədəd bükümü narkotik vasitə heroini isə Həsənə vermiş, Həsən bir bükümü açaraq kağızın üzərinə tökmüş, onlar biraz Seymurun gətirdiyi narkotik vasitə qurudulmuş marixuanadan çəkmişlər. Təxminən saat 20 radələrində onlar evdə olarkən mənzilin qapısı döyülmüş, Həsən stolun üzərində olan özü üçün bükümlərə ayırdığı narkotik vasitə heroin və qurudulmuş marixuana bükümlərini stolun üzərindən götürüb şkafın üzərinə qoymüş, o, 20 ədəd heroin bükümlərini yığdığı siqaret qutusunu gödəkçəsinin cibinə qoymuş, Seymur da bir ədəd kibrit qutusunu və 1 ədəd bükümü şalvarının cibinə qoymuşdur. Həsən qapını açarkən bir neçə nəfər mülki geyimli şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər, onlar video çəkiliş altında onların narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirib qəbul edilmiş qərarla onları tanış etmişlər. Həsən polis əməkdaşlarını mənzilə dəvət edərək baxışın keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Sonra polis əməkdaşları Həsəndən üzərində və yaşadığı evində narkotik vasitə və yə digər qanunsuz əşya vardırsa könüllü təqdim etməyini təklif etdikdə Həsən otaqdakı paltar şkafının üstünə qoyduğu altı ədəd bükümdə və ağ rəngli kağızın üzərində olan narkotik vasitə heroini götürüb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmiş, həmin üzərində heroin olan kağızın kənarları qatlanıb bükülərək digər altı ədəd bükümlə birlikdə video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, onlar zərfin üzərini imzalamışlar və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Həsən yenə də həmin şkafın üzərində olan beş ədəd bükümü və bir ədəd “West” markalı siqaret qutusunu götürüb stolun üzərinə qoyaraq həmin bükümlərin və siqaret qutusunun içərisindəkinin narkotik vasitə marixuana olduğunu bildirmiş, həmin bükümlərə baxış keçirilərkən bükümlərin birinin içərisində narkotik vasitə heroin olduğu digər bükümlərdə isə marixuana olduğu məlum olmuş, içərisində marixuana olan dörd büküm və siqaret qutusunun ağzı bükülərək video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, onlar zərfin üzərini imzalamışlar və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra Həsənin təqdim etdiyi içərisində heroin olan bir ədəd büküm ayrıca video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, onlar zərfin üzərini imzalamışlar və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Şahid8 üzərinə baxış keçirilərkən əynindəki şalvarının sol yan cibində olan bir ədəd kibrit qutusunu və sol arxa cibində olan bir ədəd bükümü çıxarıb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmiş və kibrit qutusunun içərisində narkotik vasitə marixuana, bükümün içərisində isə narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükümə və kibrit qutusuna baxış keçirildikdən sonra video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, onlar zərfin üzərini imzalamışlar və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onun üzərinə baxış keçirilərkən əynindəki tünd göy rəngli qış gödəkcəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bükümləri yığdığı həmin “Magna” adlanan siqaret qutusunu çıxarıb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmiş və bükümlərdəkinin narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükümlər sayılaraq 20 ədəd olması məlum olmuş, sonra həmin bükümlər yenidən həmin siqaret qutusuna yığılaraq video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, onlar zərfin üzərini imzalamışlar və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra narkotik vasitə heroin qəbul etmək üçün istifadə etdikləri, stolun üzərində olan şprislər və iki ədəd şüşə flakonlar video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, onlar zərfin üzərini imzalamışlar və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra baxış başa çatmış və onlar polis əməkdaşlarının xidməti avtomobillərinə əyləşib Gəncə şəhərində yerləşən şöbəyə gəlmişlər, şöbədə hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmasından ötrü ona müdafiəçilərin siyahısını təqdim etmişlər, o, təqdim olunmuş vəkillərin siyahısından X8 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş, müdafiəçi X11 dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. O, heroini özünün qəbul etməyi üçün təxminən 1 həftə əvvəl Yevlax rayonu ərazisində yerləşən Qaraçılar məhəlləsi kimi adlanan ərazidən 180 manata tanımadığı şəxsdən almış, heroini bükümlərdə almış, bir hissəsini istifadə etmiş, Şahid8 və Şahid7 tanışları olduğu üçün onlara da istifadə etmələri üçün vermiş, həmin narkotik vasitə heroini nə Şahid8 və Şahid7, eləcə də digər şəxslərə satmamış, satmaq fikri olmamışdır. 17 dekabr 2019-cu il tarixdə təxminən saat 18 radələrində Gəncə şəhərində Dəmiryolunun altı deyilən ərazidə yaşayan “Şako” ləqəbli Şahin adlı şəxsin istifadə etdiyi ***-***-**-** nömrəli telefonuna öz istifadəsində olan ***-***-**-** nömrəli telefonu ilə zəng edib danışmış, o, Şahinə borcu olduğuna görə narkotik vasitə istifadəçisi olduğu üçün onu da istifadə etməyə dəvət etmiş, ancaq Şahin gəlməkdən imtina etmiş, daha sonra polis əməkdaşları onları tutan zaman Şahinin onu satdığından şübhələndiyi üçün adını demişdir. Şahid8 və Şahid7 narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamış, narkotik vasitə heroini bükümlər halında əldə etmiş, Həsən isə öz istifadəsini asanlaşdırmaq üçün marixuananı bükümlərə bölmüş, o, birinci dəfə kiməsə pay kimi narkotik vasitə istifadə etməsi üçün vermiş, başqa heçkimə narkotik vasitə verməmişdir. O, əvvəllər həmin evdə olmuş, ancaq narkotik vasitə qəbul etməmiş, Həsənin ailə üzvlərinin evdə olmamasını bildiyi üçün Həsənlə söhbət etmək üçün evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid7 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda ailəsi ilə ayrıldığı üçün tək yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. 5-6 ildir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir.Qanunsuz olaraq narkotik vasitə heroin əldə edib iynə ilə ineksiya yolu ilə damarına vurmuş, dəfələrlə narkotik vasitədən istifadə etdiyi üçün məhkum olunmuşdur. Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid8 bir neçə ildir ki, tanımış, onların da narkomaniya xəstəliyindən əziyyət çəkdiklərini bilmişdir. 17 dekabr 2019-cu il tarixdə Ramin evdə dalaşdığı üçün onun yaşadığı evə qalmaq üçün gəlmiş, Seymuru da bir neçə il müddətdir ki, görməmiş, həmin gün təsadüfən Seymurla evin yanında görüşmüş və evə dəvət etmişdir. 17 dekabr 2019-cu il tarixdə təxminən saat 18:30 radələrində Ramin və Seymurla ona məxsus evdə olmuş, ailə üzvləri qaynatasıgildə olmuş, onlar narkotik vasitə istifadə etmək qərarına gəlmişlər. Ramin deməsinə görə narkotik vasitə heroin almaq üçün tanıdığı “Şako” ləqəbli şəxslə telefonla zəng edib danışaraq təxminən 30 dəqiqə sonra onunla görüşmək üçün evdən çıxıb getmişdir. Seymurun da üzərində bir kibrit qutusunda narkotik vasitə marixuana olmuş, təxminən 20-30 dəqiqədən sonra yenidən onların yanına, onun yaşadığı evə gəlmiş, Ramin adını demədiyi şəxsdən narkotik vasitə heroin alıb gətirmiş, heroin bükümləri 1 ədəd siqaret qutusunun içərisinə yığılmışdır. Raminin alıb gətirdiyi siqaret qutusunun içərisindəki narkotik vasitə olan bükümlərdən bir neçəsini istifadə etmək üçün stolun üzərinə qoymuşdur. O, istifadə etməsi üçün səkkiz ədəd büküm götürmüş, Seymur az istifadə etdiyi üçün bükümlərdən bir ədədini götürmüş, Seymur da şalvarının cibindən bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı stolun üzərinə qoymuş, onlar biraz həmin marixuanadan çəkmişlər. O, 5 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı qablaşdıraraq öz istifadəsi üçün saxlamaq istəmiş, heroini qəbul etmək üçün Raminin ona verdiyi bükümlərdən 1 ədədini açıb içindəki heroini ağ rəngli kağızın üstünə tökmüş, həmin vaxt qapı döyüləndə Raminin verdiyi içərisində narkotik vasitə heroin olan bükümləri və Seymurun qəbul etmək üçün ona verdiyi içərisində narkotik vasitə marixuana olan bükümləri və “West” markalı siqaret qutusunu stolun üzərindən götürüb olduqları otaqda olan paltar şkafının üstünə qoymuşdur. Ramin narkotik vasitə heroin bükümlərinin olduğu siqaret qutusunu gödəkçəsinin cibinə, Teymur isə bir ədəd kibrit qutusunu şalvarının cibinə qoymuş, qalxıb qapını açarkən bir neçə nəfər mülki geyimli şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər, onlar video çəkiliş altında onların narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirib qəbul edilmiş qərarla onları tanış etmişlər. Onlar heç bir müqavimət göstərməmişlər, polis əməkdaşlarını mənzilə dəvət edərək baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmış, sonra polis əməkdaşları ondan üzərində və yaşadığı evdə narkotik vasitə və yə digər qanunsuz əşya vardırsa könüllü təqdim etməsini təklif etdikdə otaqdakı paltar şkafının üstünə qoyduğu altı ədəd bükümdə və ağ rəngli kağızın üzərində olan narkotik vasitə heroini götürüb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin üzərində heroin olan kağızın kənarları qatlanıb bükülərək digər altı ədəd bükümlə birlikdə video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, onlar zərfin üzərini imzalamışlar və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan şonra o, yenə də həmin şkafın üzərində olan beş ədəd bükümü və bir ədəd “West” markalı siqaret qutusunu götürüb stolun üzərinə qoyaraq həmin bükümlərin və siqaret qutusunun içərisindəkinin narkotik vasitə marixuana olduğunu bildirmiş, həmin bükümlərə baxış keçirilərkən bükümlərin birinin içərisində narkotik vasitə heroin olduğu digər bükümlərdə isə marixuana olduğu məlum olmuş, içərisində marixuana olan dörd büküm və siqaret qutusunun ağzı bükülərək video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb DİN-in möhürlənmiş, onlar zərfin üzərini imzalamışlar və zərf ekspertizaya göndərilməsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra onun təqdim etdiyi içərisində heroin olan bir ədəd büküm ayrıca video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, onlar zərfin üzərini imzalamışlar və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Şahid8 üzərinə baxış keçirilərkən əynindəki şalvarının sol yan cibində olan bir ədəd kibrit qutusunu və sol arxa cibində olan bir ədəd bükümü çıxarıb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmiş və kibrit qutusunun içərisində narkotik vasitə marixuana, bükümün içərisində isə narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükümə və kibrit qutusuna baxış keçirildikdən sonra video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, onlar zərfin üzərini imzalamışlar və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Raminin üzərinə baxış keçirilərkən əynindəki tünd göy rəngli qış gödəkcəmin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bükümlər olan “Magna” adlanan siqaret qutusunu çıxarıb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmiş və bükümlərdəkinin narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükümlər sayılaraq 20 ədəd olduğu məlum olmuş, sonra həmin bükümlər yenidən həmin siqaret qutusuna yığılaraq video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, onlar zərfin üzərini imzalamışlar və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra narkotik vasitə heroin qəbul etmək üçün istifadə etdikləri, stolun üzərində olan şprislər və iki ədəd şüşə flakonlar video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, onlar zərfin üzərini imzalamışlar və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra baxış başa çatmış və onlar polis əməkdaşlarının xidməti avtomobillərinə əyləşib Gəncə şəhərində yerləşən şöbəyə gəlmişlər, şöbədə hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim etmişlər, o, təqdim olunmuş vəkillərin siyahısından X2 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş, müdafiəçi X4 dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş,, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Heroini Təqsirləndirilən şəxs, marixuananı isə Şahid8 özünün istifadəsi üçün ona versələr də onlara pul verməmiş və gələcəkdə də vermək fikri olmamış, onlar ona dost kimi istifadə etməyi üçün narkotik vasitələri pay vermişlər, onun istifadəsində 055 *** ** ** mobil nömrəsi olmuşdur. O, əvvəllər narkotik vasitəni Şirvan şəhərindən əldə etmiş, onun yaşadığı evdə əvvəllər belə bir hal olmamış, evlərində heç kim olmadığı və Ramin və Seymur dostları olduğu üçün onlara evə girmələrinə icazə vermişdir. O, narkotik vasitədən ancaq özü istifadə etmiş, Şahid8 və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamış, öz istifadəsini asanlaşdırmaq üçün marixuananı bükümlərə ayırmış, Ramin heroini hazır bükümlərdə alıb gətirmişdir. Seymurun haradan və neçəyə əldə etməsini bilməmiş, Raminin baxış keçirilən zaman deməsinə görə Şako ləqəbli şəxsdən almış, amma nə qədər pul ödəyərək almasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid8 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda daimi pasport qeydiyyatında olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, diş texnikliyi ilə məşğul olmuşdur. 5-6 ildir ki, narkomaniya xəstəliyindən əziyyət çəkmiş, qanunsuz olaraq narkotik vasitə marixuana qəbul etmiş, bəzən isə heroini yandırıb çəkmək yolu ilə qəbul etmiş, bir dəfə narkotik vasitədən istifadə etdiyi üçün məhkum olunmuşdur. 2013-cü ildə azadlığa buraxılmış, Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid7 bir neçə il öncə tanımış, onların da narkomaniya xəstəliyindən əziyyət çəkdiklərini bilmişdir. 17 dekabr 2019-cu il tarixdə təxminən saat 17:00 radələrində Həsənin yaşadığı evdə tək olduğunu bildiyi üçün özündə olan narkotik vasitə marixuananı qəbul etmək üçün Şahid7 Gəncə şəhəri, Kəpəz rayonu Heydər Əliyev prospektində yerləşən mənzilinə gəlmişdir. Ramin də Həsənin yaşadığı evdə olmuş, onlar hərənin özündə olan narkotik vasitəni stolun üzərinə qoyması, kim nə qədər istifadə edə bilirsə istifadə etməsi barədə razılaşmışlar. Həsəndə narkotik vasitə olmamış, Ramin isə narkotik vasitə heroin alıb gətirmək və sonradan onlardan pulunu almaq şərtilə evdən çıxıb getmiş, təxminən 30 dəqiqədən sonra yenidən onların yanına Həsənin yaşadığı evə gəlmişdir. Ramin bir siqaret qutusunun içərisinə yığılmış müxtəlif bükümlərdə narkotik vasitə heroin alıb gətirmiş, Ramin alıb gətirdiyi narkotik vasitə heroini otaqda stolun üzərinə qoymuşdur. O, içərisində narkotik vasitə heroin olan bükümlərdən birini özünün istifadə etməyi üçün götürmüş və əynindəki şalvarın sol arxa cibinə qoymuş, nə Həsən, nə də Ramin onun bir büküm narkotik vasitə heroin götürməsinə etiraz etməmişdir. O, da həmin vaxt üzərində olan bir kibrit qutusunda narkotik vasitə marixuananı qəbul etmək üçün cibindən çıxarıb stolun üzərinə qoymuş, həmin narkotik vasitə marixuanadan Həsən özünün istifadəsi üçün götürüb bir neçə bükümlərə yığmış, sonra o, həmin kibrit qutusunda qalan narkotik vasitə marixuananı götürüb əynindəki şalvarının sol yan cibinə qoymuş, Həsən, Raminin gətirdiyi narkotik vasitə heroindən bir neçə bükümünü istifadə etməsi üçün götürmüş, siqaret qutusunun içərisində qalan narkotik vasitə heroin bükümlərini Ramin gödəkçəsinin cibinə qoymuş, bir neçə dəqiqə sonra qapı döyüləndə Həsən stolun üzərində olan özü üçün götürdüyü narkotik vasitə heroin və marixuana bükümlərini oturduqları otaqdakı şkafın üzərinə qoymuşdur. Həsən qapını açarkən bir neçə nəfər mülki geyimli şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər, Polis əməkdaşları video çəkilişlə onların narkotik vasitə saxlamaqda şübhəli oldularını bildirib qəbul edilmiş qərarla onları tanış etmişlər, onlar heç bir müqavimət göstərməmişlər. Həsən polis əməkdaşlarını mənzilə dəvət edərək baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmış, sonra polis əməkdaşları Həsəndən üzərində və yaşadığı evdə narkotik vasitə və yə digər qanunsuz əşya vardırsa könüllü təqdim etməyini təklif etdikdə Həsən otaqdakı paltar şkafının üstünə qoyduğu altı ədəd bükümdə və ağ rəngli kağızın üzərində olan narkotik vasitə heroini götürüb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmiş, həmin üzərində heroin olan kağızın kənarları qatlanıb bükülərək digər altı ədəd bükümlə birlikdə video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, zərfin üzəri imzalanmış və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Həsən yenə də həmin şkafın üzərində olan beş ədəd bükümü və bir ədəd "West” markalı siqaret qutusunu götürüb stolun üzərinə qoyaraq həmin bükümlərin və siqaret qutusunun içərisindəkinin narkotik vasitə marixuana olduğunu bildirmiş, həmin bükümlərə baxış keçirilərkən bükümlərin birinin içərisində narkotik vasitə heroin olduğu digər bükümlərdə və siqaret qutusunda isə marixuana olduğu məlum olmuşdur. İçərisində marixuana olan dörd büküm və siqaret qutusunun ağzı bükülərək video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, zərfin üzəri imzalanmış və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüş, sonra Həsənin təqdim etdiyi içərisində heroin olan bir ədəd büküm ayrıca video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, zərfin üzəri imzalanmış və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onun üzərinə baxış keçirilərkən o, əynindəki şalvarının sol yan cibinə qoyduğu bir ədəd kibrit qutusunu və sol arxa cibində olan bir ədəd bükümü çıxarıb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmiş və kibrit qutusunun içərisində narkotik vasitə marixuana, bükümün içərisində isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümə və kibrit qutusuna baxış keçirildikdən sonra video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, zərfin üzəri imzalanmış və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, narkotik vasitə qurudulmuş marixuananı Şəmkir rayonu ərazisində tanımadığı şəxsdən əldə etməsini bildirmiş, bundan sonra Raminin üzərinə baxış keçirilərkən o, əynindəki tünd göy rəngli qış gödəkcəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bükümləri yığdığı “Magna” adlanan siqaret qutusunu çıxarıb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmiş və bükümlərdəkinin narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükümlər sayılaraq 20 ədəd olduğu məlum olmuş, sonra həmin bükümlər yenidən həmin siqaret qutusuna yığılaraq video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmiş, onlar zərfin üzərini imzalamışlar və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra narkotik vasitə heroin qəbul etmək üçün istifadə etdikləri, stolun üzərində olan şprislər və iki ədəd şüşə flakonlar video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb onlar zərfin üzərini imzalamışlar və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra baxış başa çatmış və onlar polis əməkdaşlarının xidməti avtomobillərinə əyləşib Gəncə şəhərində yerləşən şöbəyə gəlmişlər, şöbədə hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaqlarından ötrü onlara müdafiəçilərin siyahısını təqdim etmişlər, o, təqdim olunmuş vəkillərin siyahısından X5 hüquqlarımın dövlət hesabına müdafiə olunması üçün seçmişdir. Müdafiəçi X9 dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Ramin baxış keçirilən zaman narkotik vasitə heroini Şako ləqəbli şəxsdən almasını bildirmiş, ancaq həmin şəxsi tanımamış, həmin bir kibrit qutusu narkotik vasitə marixuananı təxminən 2-3 gün əvvəl Şəmkir rayonu ərazisində tanımadığı şəxsdən özünün istifadəsi üçün almış, onun istifadəsində 055 *** ** ** mobil nömrəsi olmuş, Orxandan narkotik vasitə qurudulmuş marixuana almamış, Orxan onun narkotik vasitə qəbul etməyini belə bilməmiş, polis əməkdaşları ondan ad soruşduqları üçün Şəmkir də tanıdığı Orxan adlı şəxsin adını demiş, Orxanın mobil nömrəsi ***-***-**-** olmuş, Orxanla aradabir Şəmkirə gedəndə və Orxan Gəncəyə gələndə əlaqə saxlamışlar. O, əvvəllər həmin evdə ümumiyyətlə olmamış, ilk dəfə həmin evə getmiş, Həsənin ailə üzvlərinin evdə olmamasını bilmiş, narkotik vasitədən ancaq özü istifadə etmiş, Şahid7 və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatım olmamış, cəmi 1 ay yarım olar ki, Azərbaycan Respublikasına gəlmişdir. O, Rusiyada yaşamış, Rusiyada müxtəlif şəxslərdən almış, Azərbaycanda isə birinci dəfə narkotik vasitə almış, Həsən istifadəsini asanlaşdırmaq üçün marixuananı bükümlərə ayırmışdır. Ramin isə heroini hazır bükümlərdə alıb gətirmiş, Raminlə onların yaxın münasibətləri olmuş, Raminə nə o, nədəki Həsən pul verməmiş, Ramin də narkotik vasitə heroini onlara pay kimi istifadə etmələri üçün vermiş, Raminin kimdən və nə qədər məbləğ ödəyərək narkotik vasitə heroin alması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan RespublikasıDİN-nin, QBRŞ-də XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, ünvan 5 ünvanda daimi pasport qeydiyyatında olan və yaşayan 16.10.1976-cı il təvəllüdlü Şahid7 yaşadığı ünvanda narkotik vasitə heroin olması, mütəmadi olaraq sonuncunun yaşadığı ünvana gələn Şahid8 və Təqsirləndirilən şəxs üzərlərində narkotik vasitə qurudulmuş marixuana və heroin gətirmələri, həmin ünvanda narkotik vasitə qəbul etmələri ilə bağlı DİN-in BNMİ-nin QBRŞ-yə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatları dərhal raportla QBRŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra Şahid7 yaşadığı evə baxış keçirilməsi və həmin ünvanda olan Şahid8 və Təqsirləndirilən şəxs üzərlərində narkotik vasitə heroin və marixuana olması faktının ifşa edilməsi məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmış, həmçinin, şöbə əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. 17.12.2019-cu il tarixdə saat 20:00 radələrində əməliyyat-axtarış qrupunun üzvləri Şahid7 ünvan 6 ünvanda yerləşən yaşayış evinin qarşısına gəlmişlər, evin giriş qapısında Şahid7 çağrılmış, Şahid7 qapını açaraq kim olduqlarını soruşduqda polisə əməkdaşları olduqlarını bildirərək yaşayış evinə daxil olmağa icazə verməsini xahiş etmiş, özünü Şahid7 kimi təqdim edən şəxs qeyd olunan ünvanda yerləşən yaşayış evinin ona məxsus olduğunu bildirmiş, ona görə də daxil olmağa icazə vermişdir. Onlar qeyd olunan ünvana daxil olaraq yaşayış evində olan 3 (üç) nəfər şəxsə xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş, onlara yaşayış evində və üzərlərində narkotik vasitə heroin olması ilə bağlı əməliyyat məlumatları olduğu üçün barələrində təxirəsalınmaz əməliyyat axtarış tədbirinin keçirilməsi barədə səlahiyyətli subyektin qərarını elan etmişlər. Həmin vaxt Şahid7 yaşadığı evdə özünün istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana və heroin olduğunu səmimi olaraq etiraf edərək könüllü olaraq təqdim etmək istədiyini bildirmişdir. Şahid7 təqdim etmək istədiyi narkotik vasitə qurudulmuş marixananaya və heroinə baxış keçirilməsi, video çəkiliş altında təqdim etməsi təklif olunmuş, Şahid7 heç bir etirazının olmadığını bildirmiş, bundan sonra video çəkiliş altında Şahid7 otaqda olan paltar şkafının üstündə saxladığı 6 (altı) ədəd bükümlərdə və ağ rəngli kağız parçasının üstündə olan narkotik vasitə heroini götürüb stolun üstünə qoyaraq təqdim etmişdir. Həmin üzərində heroin olan kağızın kənarları qatlanıb bükülərək digər altı ədəd bükümlərlə birlikdə video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb DİN-nin 7(2) №-li möhürü ilə möhürlənmiş, üzəri imzalanmış, zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Şahid7 yenə də həmin şkafın üzərində olan beş ədəd bükümü və bir ədəd “West” markalı siqaret qutusunu götürüb stolun üzərinə qoyaraq həmin bükümlərin və siqaret qutusunun içərisindəkinin narkotik vasitə marixuana olduğunu bildirmiş, həmin bükümlərə baxış keçirilərkən bükümlərin birinin içərisində narkotik vasitə heroin olduğu digər bükümlərdə isə marixuana olduğu məlum olmuş, içərisində marixuana olan dörd büküm və siqaret qutusunun ağzı bükülərək video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb DİN-nin 7(2) №-li möhürü ilə möhürlənmiş, zərfin üzəri imzalanmış, gələcəkdə sübut əhəmiyyəti kəsb etdiyi üçün ekspertizaya göndərilməsi məqsədi ilə tərəflərindən götürülmüşdür. Bundan sonra Şahid7 təqdim etdiyi içərisində heroin olan bir ədəd büküm ayrıca video çəkiliş altında ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb DİN-nin 7(2) №-li möhürü ilə möhürlənmiş, üzəri imzalanmış, tərəflərindən götürülmüş, baxış zamanı Şahid7 yaşayış evində başqa narkotik vasitə, odlu silah və kəsici-deşici aləti olmadığını bildirmişdir. Bundan sonra özünü Şahid8 kimi təqdim edən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğu üçün tutulduğu elan olunaraq ona üzərində narkotik vasitə varsa təqdim etməsi təklif olunmuş, əks halda QBRŞ-yə aparılıb orada üzərinə baxış keçiriləcəyi bildirilmiş, Şahid8 əynindəki şalvarının sol yan cibində olan bir ədəd kibrit qutusunu və şalvarının sol arxa cibində olan bir ədəd bükümü çıxarıb stolun üzərinə qoyaraq təqdim etmiş, kibrit qutusunun içərisində narkotik vasitə marixuana, bükümün içərisində isə narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükümə və kibrit qutusuna baxış keçirildikdən sonra video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb DİN-nin 7(2) №-li möhürü ilə möhürlənmiş, üzəri imzalanmış, ekspertizaya göndərilməsi üçün tərəflərindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə baxış keçirilərkən əynindəki tünd göy rəngli qış gödəkcəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroin bükümləri olan “Magna” adlanan siqaret qutusunu çıxarıb stolun üzərinə qoyaraq təqdim etmiş və bükümlərdəkinin narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükümlər sayılaraq 20 ədəd olması məlum olmuş, sonra həmin bükümlər yenidən həmin siqaret qutusuna yığılaraq video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, zərfin ağzı bağlanıb DİN-nin 7(2) №-li möhürü ilə möhürlənmiş, üzəri imzalanmış, ekspertizaya göndərilməsi üçün tərəflərindən götürülmüşdür. Bundan sonra narkotik vasitə heroin qəbul etmək üçün istifadə etdikləri, stolun üzərində olan şprislər və 2 (iki) ədəd şüşə flakon video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, zərfin ağzı bağlanıb DİN-nin 7(2) №-li möhürü ilə möhürlənib ekspertizaya təqdim etmək üçün götürülmüş, bundan sonra Şahid7, Şahid8 və Təqsirləndirilən şəxs BNMİ-nin QBRŞ-yə gətirilərək onların hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmasından ötrü hər birinə ayrı ayrılıqda müdafiəçilərin siyahısı təqdim edilmiş, onlar hər biri hüquqlarının müdafiə olunması üçün müdafiəçiləri seçmişlər, bundan sonra müdafiəçilər dəvət olunaraq onlara təqdim edilmişdir. Bununla bağlı BNMİ-nin QBRŞ-də protokol tərtib olunmuş, protokolun tərtib olunması yekunlaşaraq Şahid7, Şahid8 və Təqsirləndirilən şəxs seçimləri ilə dəvət edilmiş vəkillərin və digər baxışda iştirak edən şəxslərlə birlikdə tərəflərindən protokol tərtib edilmiş, protokol ucadan iştirakçılara oxunmuş, əməliyyat tədbirinin keçirilməsi, maddi sübutun götürülməsi, qablaşdırılması, digər hərəkətlər barədə heç bir şikayət, təklif və əlavələr daxil olmamış, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 və Şahid6 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahidlər Şahid3, Şahid4 və Şahid2 ibtidai istintaq orqanına verdikləri ifadələri elan edilmiş, Şahid3, Şahid4 və Şahid2 ibtidai istintaq orqanına verdikləri ifadələrində Şahid1 ilə eyni məzmunlu ifadələr verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 dekabr 2019-cu il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji-kimyəvi ekspertizasının 18 dekabr 2019-cu il tarixli 705 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “17.12.2019-cu il tarixdə ünvan 7 ünvanda baxış zamanı Şahid7 təqdim etdiyi 7 (yeddi) büküm heroinə bənzər maddə." sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə, 1 (bir) ədəd sarı rəngli kağız bükümdə, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə, 2 (iki) ədəd göy rəngli kağız bükümdə və 2 (iki) ədəd polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri - 0,097 qram, -0,068 qram - 0,145 qram, - 0,047 qram, - 0,057 qram, - 0,136 qram, - 0,119 qram, ümumi təmiz çəkisi -0,669 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Eləcə də tədqiqata təqdim olunmuş üzərində, “17.12.2019-cu il tarixdə ünvan 7 ünvanda yaşayan Şahid7 könüllü təqdim etdiyi heroinə bənzər maddə.” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi -0,169 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Habelə, tədqiqata təqdim olunmuş üzərində, “17.12.2019-cu il tarixdə ünvan 7 ünvanda baxış zamanı Şahid7 könüllü olaraq təqdim etdiyi...” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd “West” adlı baş hissəsi kəsilmiş siqaret qutusunda, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə və 3 (üç) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,667 qram, -0,253 qram -0,285 qram, -0,234 qram, - 0,229 qram, ümumi təmiz çəkisi -1,668 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmçinin həmin rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “17.12.2019-cu il tarixdə ünvan 7 ünvanda Şahid8 təqdim etdiyi kibrit qutusu və 1 ədəd gümüşü kağızda büküm. ” sözləri yazılmış kağız paketdə, -1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi - 0,326 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Eləcə də 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi -1,619 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Bundan əlavə rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “17.12.2019-cu il tarixdə ünvan 7 ünvanda Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi heroinə bənzər 20 büküm...” sözləri yazılmış kağız paketdəki, “Magna” adlı siqaret qutusunun içərisində 11 (on bir) ədəd ağ rəngli kağız bükümlərdə, 7(yeddi) ədəd “gümüşü” rəngli kağız bükümlərdə, 1 (bir) ədəd qara rəngli kağız bükümdə, 1 (bir) ədəd göy rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,062 qram, -0,051 qram -0,064 qram, - 0,061 qram, - 0,053 qram, - 0,058 qram, - 0,045 qram - 0,059qram, -0,048 qram,- 0,054 qram, - 0,042 qram, -0,065 qram -0,067 qram, - 0,049 qram, - 0,055 qram, -0,069 qram, - 0,047 qram -0,043 qram, -0,039 qram,- 0,057qram, ümumi təmiz çəkisi -1,088 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bundan başqa rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “17.12.2019-cu il tarixdə ünvan 8 ünvanda aşkar olunmuş şüşə flakon və şprislər.” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd üzərində “Valerianı” sözləri yazılan şüşə flakonunun, digər 1 (bir) ədəd şüşə flakonun, 3 (üç) ədəd 1 ml-lik, 4 (dörd) ədəd 2,5 ml-lik şprislərin içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. Təqdim edilmiş dörd ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İki ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19.12.2019-cu il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, 19 dekabr 2019-cui il tarixdə Təqsirləndirilən şəxs barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİnin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 dekabr 2019-cu il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi X6 iştirakları ilə 1 ədəd DVD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmənarkoloji ekspertizasının 02 mart 2020-ci il tarixli 110 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin 18.09.2013-cü il tarixli hökmü ilə AR CM-in 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzası təyin edilmiş, 11.07.2016-cı il tarixdə AR MM-in Amnistiya qərarı tətbiq olunaraq cərimədən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin 14 aprel 2020-ci il tarixli 1582 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Narkoloji Dispanserin 18 aprel 2020-ci il tarixli 1450 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Prosessual Məcburiyyət tədbirilərinin məcburi həyata keçirilməsi haqqında Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qərarı əsasında “xxxx” MMC-dən daxil olmuş çıxarışlara baxış keçirilən zaman müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində 055 575 92 29 mobil nömrəsinə mobil nömrəsinə daxil və xaric olan smslərdə heç bir əhəmiyyət kəsb edəcək məlumat aşkar edilmədi. Daxil və xaric olan telefon zənglərinə baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 16.12.2019-cu il və 17.12.2019-cu il tarixlərdə mütəmadi olaraq Şahid7 istifadəsində olan ***- ***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan həmin nömrə ilə 17.12.2019-cu il tarixdə 3 dəfə Şahid8 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Həmin zənglər saat 00:14-00:15 radələrində və 15:55 radələrində qeydə alınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan həmin nömrə ilə X1 istifadəsində olan ***- ***-**-** mobil nömrəsi ilə 17.12.2019-cu il tarixdə mütəmadi olaraq əlaqə saxlamışdır. Zənglərin anten dairələrindən görünür ki, edilmiş zənglərin daha çox hissəsi Gəncə şəhəri, X21 prospekti prospekti 53, 54, Gəncə şəhəri, Heydər Əliyev prospekti 95, Gəncə şəhəri, Dəmiryol vağzalı ərazilərində qeydə alınmışdır. 17 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan həmin nömrə ilə sonuncu dəfə saat 19:50 və 19:56 radələrində Şəmkir rayonu, Çinarlı kənd sakini Firidun Muxtərovun adına qeydiyyata alınmış 055 974 54 57 mobil nömrəsi ilə əlaqə saxlamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, iş üzrə verilmiş əməliyyat tapşırığından görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə heroini həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilməmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması, tutulduğu vaxtadək ayrı-ayrı şəxslərə müxtəlif növ narkotik vasitələr satması barədə əməliyyat məlumatı vardır. Lakin Təqsirləndirilən şəxs narkotik vasitələri satdığı şəxslərin dairəsi müəyyən edilə bilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 21 dekabr 2019-cu il tarixli, 5(043)-111/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşı olan Şahid1 tərəfindən keçirilmiş Şahid7 evinə baxış keçirilməsi haqqında 17 dekabr 2019-cu il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 may 2020-ci il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə icaat dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 iyun 2020-ci il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, 16 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs özünü könüllü olaraq gəlib özünü təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 iyun 2020-ci il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, 16 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs özünü könüllü olaraq gəlib istintaqa təqdim etdiyindən dayandırılmış cinayət işinin istintaqı təzələnmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyun 2020-ci il tarixli məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə ittiham aktı 24 iyun 2020-cui il tarixdə tərtib olunaraq təsdiq olunması üçün Gəncə şəhər prokurorluğuna təqdim edilmiş və 25 iyun 2020-ci il tarixdə ittiham aktı Gəncə şəhər prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün Gəncə şəhər Kəpəz rayon məhkəməsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Baş Polis İdarəsinin 19.11.2020-ci il tarixli məktubundan görünür ki, İş üzrə verilmiş əməliyyat tapşırığından görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə heroini həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilməmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması, tutulduğu vaxtadək ayrı-ayrı şəxslərə müxtəlif növ narkotik vasitələr satması barədə əməliyyat məlumatı vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 oktyabr 2015-ci il tarixli AZE 12432600 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 15 aprel 2010-cu il təvəllüdlü Tofiq Xəlilov Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 oktyabr 2015-ci il tarixli AZE 12432596 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 may 2012-ci il təvəllüdlü Əminə Xəlilova Təqsirləndirilən şəxs qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Kəpəz rayon Polis İdarəsinin 05.05.2021-ci il tarixli 122-19366-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01.05.2021-ci il tarixdə Kəpəz RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində və yaşadığı evdə ona məxsus narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər BPİ-də cinayət işi başlanılmış və barəsində Kəpəz rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda Xəlilov X3 Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə narkotik vasitə heroini özü istifadəsi üçün üzərində daşıyaraq saxlamasına, Şahid7 və Şahid8 narkotik vasitəni istifadə etmələri üçün pay verməsinə və narkotik vasitə heroini satmamasına dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmitədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş heroin, narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram hesab olunur. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, könüllü olaraq cinayət prosesini həyata keçirən orqana gələrək təslim olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal (şəxsin könüllü gəlib təqsirini boynuna alması) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmənarkoloji ekspertizasının 02 mart 2020-ci il tarixli 110 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 dekabr 2019-cu il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19.12.2019-cu il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, 19 dekabr 2019-cui il tarixdə Təqsirləndirilən şəxs barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİnin MSY-dən azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs 17.12.2019-cu il tarixdən 19.12.2019-cu il tarixədək, bu iş üzrə iki gün tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməli, həmçinin qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27.05.2021-ci il tarixdən hesablanmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər BPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 29 ədəd bükümdə ümumi qalıq çəkisi 1,672 qram narkotik vasitə heroin, 1 ədəd kibrit qutusunda və 5 ədəd bükümdə ümumi qalıq çəkisi 3,167 qram narkotik vasitə qurudulmuş marixuana, içərilərində narkotik vasitə heroin izləri olan 2 ədəd şüşə flakon, 3 ədəd 1 ml-lik, 4 ədəd 2,5 ml-lik şprislər ********* cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanca verilməsi nəzərə alınmaldır. Bundan əlavə cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X11 və X12, cinayət işinin məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X6 işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində, Təqsirləndirilən şəxs göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X7 işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində, Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 17 dekabr 2019-cu il tarixdən 19 dekabr 2019-cu il tarixədək bu iş üzrə cəmi 02 (iki) gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmənin başlanğıcı 27 may 2021-ci il tarixdən hesablansın və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 29 ədəd bükümdə ümumi qalıq çəkisi 1,672 qram narkotik vasitə heroin, 1 ədəd kibrit qutusunda və 5 ədəd bükümdə ümumi qalıq çəkisi 3,167 qram narkotik vasitə qurudulmuş marixuana, içərilərində narkotik vasitə heroin izləri olan 2 ədəd şüşə flakon, 3 ədəd 1 ml-lik, 4 ədəd 2,5 ml-lik şprislər ********* cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanca verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X6 işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində, Təqsirləndirilən şəxs göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X7 işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində, Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar