Məhkəmə qərarları › İş №1(100)-102/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-102/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-102/2022 03.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, X8 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X21 və Təqsirləndirilən şəxs iştirakları ilə, 15 avqust 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 11 fevral 2010-cu il tarixli 122 saylı akta əsasən rəsmi nikah münasibətlərində olduğu və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(011)-2960/2021 nömrəli qətnaməsi əsasında nikah münasibətlərinə xitam verilmiş keçmiş arvadı X9 nikah dövründə birgə yaşadıqları müddətdə və nikah münasibətlərinə xitam verildikdən sonrakı müddətlərdə yaşadığı ünvan 1 ünvanında yerləşən evin yaxınlığında yaşayan şəxslərlə münasibətdə olmasını özünə qarşı xəyanət kimi qiymətləndirərək Günay Amanovanın bu cür hərəkətləri nəticəsində rüsvay olacağından və cəmiyyətdə qınaq obyektinə çevriləcəyindən qorxub, sonuncunu qısqanclıq zəminində qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etməklə Günay Amanovadan qisas almaq qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə, 25 may 2021-ci il tarixdə yaşadığı evin mətbəx otağından “666 SANLİU” markalı bıçaq dəstinə aid olan, bir tərəfi küt, digər tərəfi isə kəsici ucu deşici xassəyə malik olan, boz rəngli metaldan hazırlanmış, tiyəsinin uzunluğu 210 mm, dəstəyinin uzunluğu 116 mm olan, kustar üsulla hazırlanmış, məişət təyinatlı, qatlanmayan tipli, soyuq silah hesab edilməyən bıçağı götürüb şəxsi mülkiyyətində olan “VAZ-2107” markalı “**-RS-***” dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhərindən Gəncə şəhərinə gəlmiş, 26 may 2021-ci il tarixdə saat 12 radələrində Günay Amanovanın hazırlıq kurslarına gedəcəyi üçün evdən çıxacağı barədə məlumatı qızı X10 əldə etdikdən sonra sonuncunu öldürərək qisas almaq istəyini həyata keçirmək üçün Günay Amanovanın yaşadığı ünvan 3 ünvanında yerləşən evdən çıxmasını gözləmiş, həmin gün saat 13 radələrində sonuncunun binanın qarşısında hərəkətdə olmasını görüb nəqliyyat vasitəsindən düşərək Günay Amanovaya yaxınlaşıb bu cür hərəkətlərə son verməsini tələb etdikdə sonuncunun ona sərt şəkildə cavab verməsindən sonra hiddətlənərək reallaşdırmaq istədiyi cinayəti, yəni Günay Amanovanı öldürərək qisas almaq istəyini tam qətiləşdirib müstəstna dərəcədə qəddarlıq nümayiş etdirərək, xüsusi ağrılar verdiyini dərk edib üzərində olan həmin bıçaqla sonuncunun həyat fəaliyyəti üçün vacib nahiyələrinə - ağırlıq dərəcələrinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin ön səthində yerləşən 2 (iki) ədəd, döş yanı xətt üzrə İV qabırğa səviyyəsində 1 (bir) ədəd, döş qəfəsinin sol yan səthində ön qoltuqaltı xətt üzrə yerləşən 1 (bir) ədəd olmaqla cəmi 4 (dörd) ədəd daxilə nüfuz edən, ağırlıq dərəcələrinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilən döş qəfəsinin ön səthində 4 (dörd) ədəd, sol qasıq nahiyəsində 2 (iki) ədəd, sağ said nahiyəsində 2 (iki) ədəd, sağ əlin ön səthində 4 (dörd) ədəd, sol said nahiyəsində 1 (bir) ədəd, sol əlin ön səthində 1 (bir) ədəd, sağ dirsək oynağı nahiyəsinin arxa səthində yerləşən 1 (bir) ədəd yara xəsarətləri ilə müşayiət olunan ümumilikdə çoxsaylı - 19 (on doqquz) ədəd kəsilmiş-deşilmiş yaralar kimi xəsarətlər yetirməklə Günay Amanovanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdən X22 ilə evlənmiş, birgə nikahdan 12.08.2010-cu il təvəllüdlü X25 və 02 fevral 2012-ci il təvəllüdlü X27 olmaqla 2 övladları olmuşdur. Günay Amanova ilə ailə həyatı qurmamışdan əvvəl də onlarla qohumçuluq münasibətlərində olmuş, belə ki, Günay Amanovanın atası Ağamir Süleymanovla onun atası Amanov Cavanşir doğma xalaoğlu olmuşlar. Günay Amanova ilə ailə həyatı qurduqdan sonra ünvan 4 ünvanında yaşamışlar. Günay Amanova ilə evli olduqları müddətdə G.Amanovanın Bakı şəhərində onlarla qonşuluqda yaşayan şəxslərlə ona xəyanət etdiyini düşünməsi səbəbindən onunla aralarında tez-tez ailədaxili münaqişələri olmuşdur. Belə ki, Günay Amanova ilə evli olduğu müddətdə G.Amanovanın onunla qonşuluqda yaşayan şəxslərlə gizlincə baxışdıqlarını və bir-birilərinə göz-qaş işarələri ilə, yəni üz mimikası ilə bir-birilərinə qarşı olan münasibətlərini açıq-aşkar sürətdə biruzə vermələrinin şahidi olmuşdur. Təxminən 2019-cu il tarixdə olan müddətlərin birində Günayla birlikdə yaşadığı binanın məhləsəinə çatdıqda Günayın onlarla qonşuluqda yaşamış Vüsal adlı şəxslə bir-biriləri ilə baxışdıqlarını müşahidə etmiş və avtomobildən düşüb Günayın yanına çatdıqda Günay ondan qorxduğunu həyəcanlı şəkildə biruzə vermişdir. O da Günayı məhlədən götürüb evə aparmış, həmin gün Günayla sözlə mübahisələri olmuşdur. Həmin günün ərtəsi Günay ona etiraf edib Vüsal adlı şəxslə baxışdıqlarını etiraf edib ondan üzr istəmiş, o da Günayı bağışamışdır. Həmin müddətlərdə Günayın mobil telefonunu yoxlayarkən onun “YOUTUBE” internət səhifəsinə daxil olaraq evli qadınların ərlərinə gizli xəyanət etmələrinin yolları barədə videoçarxlara baxmasını aşkar etmiş, nəticədə Günayla həmin davranışlarına görə boşanmaq qərarına gəlmişdir. Buna görə də, 09 mart 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayon məhkəməsinin qətnaməsi ilə Günayla nikah münasibətlərinə xitam verilmişdir. Məhkəmə qətnaməsinə əsasən uşaqları Günayın himayəçiliyinə verilmiş, uşaqların hər biri üçün də ona 175 AZN olmaqla iki övladı üçün ümumilikdə 350 AZN məbləğində aliment müəyyən edilmişdir. Günayla boşandıqdan sonra Günay Gəncə şəhərinə köçmüş və atasıgillə eyni binada, üzbəüz mənzildə kirayə də yaşamışdır. Hətta Günayla boşandıqdan sonra onları Gəncə şəhərinə yola salarkən də ona uşaqların xərcliyi üçün 1500 AZN pul vermişdir. Günay Gəncə şəhərinə köçdükdən sonra onun övladları ilə sərbəst əlaqə saxlamasına və danışmalarına maneçilik törətməyə başlamışdır. 25 may 2021-ci il tarixdə o, mobil telefon nömrəsi ilə qızı Aylinin telefon nömrəsinə zəng edib onunla telefonla danışarkən Aylin ona anası Günayın digər otaqda olduğunu, otağının da qapısının bağlı olduğunu demiş, o da Günayın qapını bağlamaqda məqsədinin gizlincə kənar şəxslərlə danışmaq olduğunu düşünüb qızı Aylinə “qızım mamaya de ki, ata yüz dəfə təkrar elədi ki, Bakıyla əlaqəsini kəssin, bilirəm ki, Vüsalla danışır” demiş, Günay da onun sözlərini eşidib ona “kişisən get onlarla danış, sən kişi deyilsən, sən kişi fahişəsisən” deyə cavab vermişdir. O, Günayla boşandıqdan sonra Günayın nikah dövründə ona məxsus Bakı şəhəri, Xətai rayonunda yaşadığı ünvanda digər şəxslərlə də münasibətlərinin olmasından şübhələnmiş, Günayın həmin hərəkətləri ona utancverici hiss olduğundan və özünü bina sakinləri arasında nüfuzdan düşmüş hesab etdiyi üçün başqa ünvana köçüb başqa mənzildə kirayədə yaşamışdır. O, Günayın həmin şəxslərlə münasibətlərinə son verməsi üçün Gəncə şəhərinə gedib Günayla danışmaq qərarına gəlmiş, buna görə də, 25 may 2021-ci il tarixdə özünə məxsus “VAZ-2107” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə tək Gəncə şəhərinə getmişdir. Həmin günün gecəni Gəncə şəhərindəki “AZPETROL” yanacaq doldurma məntəqəsinin mehmanxasında qalmış, 26 may 2021-ci il tarixdə həmin avtomobili ilə tək Günayın övladları ilə birgə kirayədə yaşadığı ünvana getmişdir. O, Günayla nikah dövrlərində onun anasıgilə gedib-gəldiyi üçün, Günayın da həmin evlə üzbəüz qaldığını bildiyi üçün həmin ünvana sərbəst şəkildə hərəkət etmişdir. Belə ki, X24 ilə üzbəüz aptekdən Günaygilin yaşadığı bina istiqamətində avtomobili hərəkət etdirib avtomobili bir qədər kənarda saxlamışdır. Günayın davranışlarını müşahidə etmək üçün də avtomobilin sürücü qoltuğundan düşüb avtomobilin arxa salonunda əyləşmişdir. Çünki avtomobilin tünd qara rəngli yan pərdələri olduğundan Günayın onu görə bilməyəcəyinə əmin olmuşdur. Bundan başqa da həmin müddətlərdə övladları ilə danışıb onlara Bakı şəhərində olduğuna inandırmış, Günayın da onun Gəncə şəhərinə gələcəyindən məlumatı olmamış, həmçinin əvvəllər istifadəsində başqa avtomobil olmuş, oraya getdiyi avtomobilin də qeydiyyat nömrəsi Günaygilə məlum olmamış, buna görə də, Günayın onu tanıya bilməyəcəyi şəraitdə onu müşahidə edə biləcəyinə əmin olmuşdur. Günay Gəncə şəhərinə köçdükdən sonra müəllim hazırlıq kurslarına başladığı üçün gündəlik olaraq evdən çıxıb hazırlıqlara getdiyini bildiyi üçün 26 may 2021-ci il tarixdə də qızı Aylinin telefonuna zəng edib ondan Günayın həmin gün saat 12-13 radələrində hazırlığa gedəcəyini və həmin ərəfələrdə evdən çıxacağını öyrənmişdir. Həmin gün saat 13 radələrində avtomobildə əyləşərkən övladları Aylinlə Ömərin də məhlədə oynadıqlarını görmüş, Günayın onun gəlişindən xəbəri olmaması üçün özünü uşaqlarına göstərməmiş, lakin özünə məxsus mobil telefonla avtomobilinin arxa salon hissəsindən uşaqlarının fotoşəklini çəkmişdir. Bir qədər sonra hava yağışlı olduğu üçün uşaqları evə tərəf getmiş, daha sonra isə Günayın yaşadığı binadan onun avtomobili saxladığı istiqamətdə gəlməsini görmüş, buna görə də, avtomobildən düşüb Günaya yaxınlaşmış və onunla söhbət etmək istədiyini bildirmişdir. Söhbət zamanı Günaya Bakıda yaşadıqları ünvanda onlarla qonşuluqda yaşayan şəxslərlə hələ də münasibətdə olmasından məlumatlı olduğunu deyib həmin şəxslərlə münasibətlərinə son verməsini istəmiş, lakin Günay da ona “kişisənsə sən özün çıx onların qabağına, gücün mənə çatır?” demiş, o da Günaya “mən onların cavabın verəcəm, onlar mənim çölə atılan dırnağım ola bilməz, ama sən nahaq məni onların ayağına verdin” dedikdə Günay təkrarən ona “Vüsal sənin dalını dağıdar, sən qorxundan Vüsalın qarşısına çıxa bilmirsən” deyə cavab vermişdir. Günayın həmin sözlərindən sonra qəzəblənərək Günayı öldürmək qərarına gəlmiş, buna görə də, Bakı şəhəri Xətai rayonunda yaşadığı evin mətbəxindən özü iə birlikdə Gəncə şəhərinədək gətirdiyi və Günayla danışarkən bel kəmərində saxladığı, əl dəstəyi qara rəngli, tiyəsi xrom metallik rəngli, ucu kəsici olan bıçağı sağ əli ilə belindən çıxarıb Günaya zərbələr endirmək istəmiş, lakin bıçağı çıxararkən bıçağın tiyəsindən tutmuş, Günay da bıçağın əl dəstəyindən tutaraq bıçağı ondan alıb özünü müdafiə etməyə çalışmış, hətta həmin vaxt özünün də əli zədələnmişdir. Daha sonra bıçağın əl dəstəyindən tutub Günayı öldürmək məqsədi ilə onun qarın və sinə nahiyələrinə bıçaq zərbələri vurmuşdur. Zərbələrin təsirindən Günay yerə yıxılmış və orada da ölmüşdür. Lakin o, Günayla söhbət etməmişdən əvvəl uşaqlarının evə qalxdıqlarını gördüyü üçün uşaqları onun Günayı öldürməsini görməmişdir. O daha sonra “VAZ-2107” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minib avtomobillə oradan uzaqlaşmışdır. Bıçağı da avtomobilin ön sərnişin oturacağının qarşısındakı əşyalar yığılan gözə qoymuş, həmin bıçağın da üzəri Günayın qanı ilə bulaşmış vəziyyətdə olmuşdur. Həmçinin Günayı bıçaqla qətlə yetirərkən özünün də paltarları Günayın qanı ilə bulaşmışdır. Günayı öldürdükdən sonra avtomobili sürüb tanımadığı istiqamətdə uzaqlaşmış və daha sonra əsas yoldan sağa tərəf dönərək binaların arasına saxlamışdır. O, avtomobildə tək olarkən adını və soyadını dəqiq bilmədiyi yol polisi əməkdaşı ona yaxınlaşıb özünün polis əməkdaşı olmasını təqdim etmiş, o da avtomobildən düşüb ona “nə üçün məni axtardığınızı bilirəm, arvadım Günayı mən öldürmüşəm, namus üstündə etmişəm” demiş və ona bıçağın da avtomobildə olduğunu bildirmişdir. Törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirir. Hazırda əməlindən peşmandır, məhkmədən aşağı həddə cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Amanova (Süleymanova) Günay Ağamir qızı onun doğma qızı olmuşdur. Günay 2009-cu ildə onlarla əvvəlcədən qohumluq münasibətlərində olmuş Təqsirləndirilən şəxs ilə evlənmişdir. Qafarla Günayın birgə nikahdan 12 avqust 2010-cu il tarixdə X25, 01 fevral 2013-cü il tarixdə isə X27 olmaqla iki övladları olmuşdur. Günay Qafarla evləndikdən sonra Bakı şəhərinə köçmüşdür. Qafarın anası ilə atası vəfat etdikdən sonra Qafar Günayla əsassız qıcqanclıq şübhələrinə görə mübahisələr etməyə başlamışdır. Günay ona Qafarla birlikdə hər hansı toy məclislərinə və ya şənliklərə gedib qayıtdıqdan sonra Qafarın onu başqa şəxslərə baxmaqda günahlandırdığını, əsassız olaraq ona qarşı şübhələndiyini bildirmişdir. Günay 19 mart 2021-ci il tarixdə bağça müəllimliyinə imtahan vermək üçün hazırlığa getmiş, buna görə də, Azərbaycan dili fənni üçün həftənin şənbə günü də daxil olmaqla 6 gün hazırlığa getmişdir. 26 may 2021-ci il tarixdə saat 13:20 radələrində oğlu Mirsadıx onu işdən götürüb evə gətirmiş, evə daxil olduqdan sonra onunla üzbəüz mənzildə yaşayan Günayın yaşadığı evə getmiş, Günay isə hazırlaşaraq hazırlığa getmişdir. Oğlu Mirsadıx onu evə gətirdikdən sonra işləri ilə əlaqədar oradan uzaqlaşdığı üçün Günay hazırlığa tək getməli olmuşdur. Günay binanın qarşısına düşüb məhlədə oynayan uşaqlarını yanına çağırmış, uşaqları ilə sağollaşdıqdan sonra oğlu Ömərdən aldığı çətiri başına tutaraq 17 nömrəli bina istiqamətində piyada hərəkət etməyə başlamışdır. Günay getdikdən təxminən 10 dəqiqə sonra o, məhlədə qışqırıq səsləri eşitmişdir. O da evlərinin aynasından məhləyə baxmış, lakin nəsə görməmişdir. O, aynadan baxarkən onunla birlikdə evlərin aynasından baxan qonşularından kimsə ona qızı Günayın bıçaqlandığını demişdir. O da həyəcanlı şəkildə məhləyə düşüb qızının onların binası ilə üzbəüz yerləşən 17 nömrəli binanın arxasında, yerdə uzanıqlı vəziyyətdə qaldığını görüb Günayın yanına çatdıqda onun üzü üstə, qarın və sifət nahiyəsi yerin asvalt örtüyünə dirənmiş vəziyyətdə, əl və bədəninin müxtəlif nahiyələrinin isə bıçaq xəsarətindən qanlı vəziyyətdə olduğunu görmüşdür. O, Günayın yanına çatdıqda artıq Günay ölmüş vəziyyətdə olmuş, qızının bıçaqlandığını görən kimi qızının keçmiş əri Qafar tərəfindən öldürüldüyünü bilmişdir. O, məhkəmədən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və sonuncuya ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər X37 Şöbəsinin tağım komandiri, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 2009-cu ildən X20, 2019-cu il tarixdən isə Gəncə şəhər X36 Şöbəsinin tağım komandiri vəzifəsində ximdət edir. 26 may 2021-ci il tarixdə günorta saatlarında, saat 15-18 radələrinə olan müddətlərin birində Gəncə şəhər Baş Polis İdarəsinin növbətçi hissəsindən radiostansiya vasitəsilə efirə çıxılaraq həmin gün Təqsirləndirilən şəxs keçmiş arvadı X13 qətlə yetirməkdə şübhələnildiyini, Təqsirləndirilən şəxs da adına qara rəngli “VAZ-2107” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qeydə alındığını, həmin nömrəli avtomobilin görüləcəyi halda növbətçi hissəyə məlumat verilməsini tapşırmışlar. O, həmin vaxt şəxsi istifadəsində olan “VAZ 21214” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri “Dəyirman Kruqu” adlanan ərazidə hərəkətdə olmuş, üzərində olmuş radiostansiya ilə həmin məlumatı o da eşitmişdir. O, həmin dairədə hərəkətdə olarkən radiostansiyada qeyd edilən “VAZ-2107” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Üzeyir Hacıbəyov küçəsi ilə Dövlət Miqrasiya Xidməti istiqamətində hərəkət edib həmin xidmətin inzibati binasının yanındakı işıqfordan düzünə hərəkət edib həmin küçədə yerləşən “Sultan” marketin yanından sağa dönüb küçəyə daxil olmasını, daha sonra təkrarən oradan sağa dönüb qarajların qarşısı ilə hərəkət edib yolun sonundakı yaşayış binasının yanında avtomobili saxlamasını müşahidə etmiş, o da avtomobilini həmin avtomobilin arxasınca sürmüşdür. Həmin vaxt avtomobildə tək olmuşdur. O, **-RS- *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda, sürücü oturacağında bir nəfər şəxsin əyləşdiyini, avtomobildə də ondan başqa heç kimin olmadığına əmin olduqdan sonra həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş, həmin avtomobildə əyləşən şəxs də ona özünü Təqsirləndirilən şəxs olmasını təqdim edib ona “keçmiş arvadım Günay Amanovanı mən öldürmüşəm, namus üstündə öldürmüşəm” deyə Günay Amanovanı öldürməsini etiraf etmişdir. Hətta Təqsirləndirilən şəxs ona Günayı öldürdüyü bıçağın da avtomobildə olmasını bildirmişdir. Daha sonra onun məlumatrı əsasında göndərilmiş əməliyyat qruppası Təqsirləndirilən şəxs Kəpəz rayon Polis İdarəsinə aparmışlar. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında yaşayır, yaşadığı evin də müşahidə kamerası olmuşdur. Həmin təhlükəsizlik kamerası 17 nömrəli binanın arxasında yerləşən yolun görüntülərini qeydə almaq üçün şəxsi olaraq onun tərəfindən quraşdırılmış, lakin həmin evdə daimi yaşamadığı üçün 2021-ci ilin may ayına olan müddətdə həmin evdə yaşamamış, lakin 2021-ci ilin iyun ayına olan müddətlərdə evinə getdikdə may ayında binanın arxa tərəfindən bir nəfər oğlanın keçmiş arvadını küçədə bıçaqlayaraq öldürməsini eşitmiş, buna görə də, kameranın həmin tarixinə olan görüntülərinə daxil olduqda həmin cinayət hadisəsinin ona məxsus kamerada da müşahidə edildiyini aşkar etmişdir. Belə ki, kameranı izləyərkən görmüşdür ki, 26 may 2021-ci il tarixdə bir nəfər oğlan qara rəngli “JİQULİ” markalı, yəni “VAZ 2107” markalı avtomobillə 17 nömrəli binanın arxasında avtomobilini sürüb yolun kənarında saxlamış, daha sonra avtomobilin sürücü qoltuğundan düşüb avtomobilin arxa salonunda əyləşmiş, daha sonra ödürdüyü qız avtomobilin yanında keçərkən həmin qıza yaxınlaşıb onunla söhbət edərək qızı məcbur şəkildə öz avtomobilinin yanına tərəf aparmış, qız isə oradan uzaqlaşmaq istədikdə əlindəki alətlə qıza bir neçə zərbə vurmuş, qız zərbələrin təsirindən yerə yıxılmış, qızın yerə yıxılmasına əsasən oğlanın ona zərbələri bıçaqla vurması qənaətinə gəlmiş, qız yerə yıxıldıqdan sonrada qıza təkrarən həmin bıçaqla zərbələr vurmuş, daha sonra cinayəti törətmiş şəxs avtomobilə minib X24 istiqamətində hərəkət etmək istəmiş, lakin avtomobili X24 istiqamətində döndərib hərəkət etmək istəyərkən avtomobilin digər qapısının açıq qaldığını görmüş, buna görə də, avtomobili saxlayıb digər qapını da örtmüş, daha sonra da yoluna davam edərək oradan uzaqlaşmışdır. O, daha sonra ifadəsində göstərmişdir ki, qeyd edilən hadisədən sonra cinayəti törədən şəxsin hüquq-mühafizə orqanları tərəfindən tutulduğunu bildiyi üçün həmin kamera görüntülərinin saxlama müddəti bitərkən silinməsinə mane olmamış, buna görə də, həmin kamera görüntüləri artıq silinmişdir. Həmin müddətlərdə öldürülən qızın anası onlara gələrək həmin kamera görüntülərini izləmələrinə icazə verməsini xahiş etmiş, lakin öldürülən qızın anasının həmin videogörüntülərə baxacağı halda səhhətinin pisləşəcəyindən qorxduğu üçün həmin videogörüntüləri onlara göstərməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 may 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, mərhum X30 qızının meyitinin aşkar olunduğu yer Gəncə şəhəri Kəpəz rayonu 4-cü mkr-da yerləşən 17 nömrəli binanın arxa hissəsindən keçən avtomobil yolunun üzərində, yolun səki hissəsində yerləşən elektrik dirəyindən 3.70 sm məsafədədir. Meyit üzü yolun asfalt örtüyünə dirənmiş vəziyyətdədir, hər iki ayağının diz qapaqları yerə dirənmiş vəziyyətdə, tam açıq vəziyyətdədir, sağ əli sağ çiyninə paralel qarşıya doğru açıq vəziyyətdə, sol əli isə beli istiqamətdə yarımbükülü vəziyyətdədir. Meyit yatağının yanında qanabənzər gölməçə və bir ədəd çantanın içərisində kitablar vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 may 2021-ci il tarixli meyitə baxış protokoldan görünür ki, təşrih masası üzərində arxası üstə meyit uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: 1. Bir cüt idman ayaqqabısı.

2. Bir cüt qara corab. 3. Göy rəngli cins şalvar. 4. frəngli tursik. 5. Göy rəngli cins gödəkcə.

6. Ağ rəngli kofta. 7. Ağ rəngli mayka.8. Ağ rəngli döşqabı. Paltarlar köhnədir, əyinə düzgün geyilmişdir, qanabənzər maddəyə bulaşmış vəziyyətdədir, koftanın ön səthində 0,5 x 2 sm ölçüdə yeddi ədəd zədə vardır, eyni zədələr maykanın ön səthində də qeyd olunur, döşqabının üzərində hər birində bir ədəd olmaqla 0,5 x 2 sm ölçülərdə zədələr vardır, kurtkanın ön səthində, yuxarda birinci düyməliyi uyğun hissədə 1 x 2 sm ölçüdə zədə qeyd olunur. Paltarları soyundurduqda meyit qadın cinsidir, boyun uzunluğu 165 sm-dir, düzgün bədən quruluşlu, qidalanması kafidir. Dərisi ağımtıl meyit rəngindədir, əllə yoxladıqda ilıqdır. Meyit ləkələri meyitin arxa səthində yerləşmişdir, görüntüsü zəifdir, göyümtülbənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə itir və öz əvvəlki vəziyyətinə tezdə bərpa olur. Meyit qacıması əllə yoxlanılan əzələ qruplarında inkişaf etməmişdir. Kəllə pağı sümükləri əllə yoxladıqda tamdır. Hər iki göz qapaqları örtülüdür, bəbəklər dairəvi formada olub, genişlənmişdir, buynuz qişaları şəffafdır, gözlərin birləşdirici toxumalarında nöqtəvari qansızmalar qeyd olunmur. Hər iki burun və qulaq dəlikləri sərbəstdir, burun sümükləri və qığırdaqları əllə yoxladıqda tamdırlar. Ağzı yarımaçıqdır, dişləri tamdır, təbiidir. Dili dişlərin arxasında sərbəst yerləşir. Boynu gövdəyə müvafiq inkişaf etmişdir. Döş qəfəsi normostenikdir, qurluşu simmetrikdir, qabırğalar əllə yoxladıqda tamdırlar. Sol süd vəzi nahiyəsinə əllə təzyiq etdikdə, döşün giləsindən az miqdarda südə bənzər maddə ifraz olunur. Qarnı döş qəfəsi səviyyəsindən aşağıda yerləşir. Xarici cinsiyyət üzvüləri düzgün inkişaf etmişdir Anal dəlik örtülüdür, ətrafinda hər hansı bir xəsarət qeyd olunmur. Yuxarı və aşağı ətraf sümükləri əllə yoxladıqda tamdırlar. Xəsarətlər: döş qəfəsinin ön səthində sağda körpücük orta xətti ilə İ-İİ qabırğa səviyyəsindən 1,5 x 0,5 sm ölçüdə, ondan bir qədər aşağıda eyni xətt üzrə, 1,5 x 0,5 sm ölçüdə, həmin xətt üzrə İV qabırğa səviyyəsində 2,5 x 0,5 sm ölçüdə, döş yanı xətt üzrə İV qabırğa səviyyəsində sağda 2 x 1 sm ölçüdə, həmin qabırğa səviyyəsində sol döş yanı xətt üzrə 2 x 1 sm ölçüdə, sol orta körpücük xətti üzrə V qabırğa səviyyəsində 2 x 1 sm ölçüdə, ondan bir qədər aşağıda və solda ön qoltuqaltı xətt üzrə 2 x 0,6 sm ölçüdə, sol qabırğaaltı nahiyədə 3,5 x 2 sm ölçüdə, sol qasıq nahiyəsində 1 x 1 sm, 1 x 1,5 sm ölçülərdə, sağ said nahiyəsinin orta 1/3 hissəsinin ön səthində 2,5 x 1 sm ölçülərdə iki ədəd, sol said nahiyəsinin orta 1/3 hissəsinin ön səthində 6,5 x 2 sm ölçüdə, sağ dirsək oynağı nahiyəsinin arxa səthində 1 x 0,5 sm ölçüdə, sol əlin ovuc səthində İ daraq sümüyü səviyyəsində 3 x 1 sm ölçüdə, sağ əlin ovuc səthində 3,5 x 1 sm, 0,5 x 4 sm ölçülərdə, sağ əlin İV barmaqlarının ön səthlərində 0,5 x 1 sm ölçülərdə, hər birində bir ədəd, kənarları hamar, düz xətt formalı yaralar vardır (cəmi on doqquz ədəd). Meyitin xarici müayinəsi zamanı digər xəsarət və onun izləri aşkar olunmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş X9 meyitinin müayinəsi zamanı üzərində olmuş geyim əşyalarına 27 may 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1 (bir) ədəd gödəkçə - açıq mavi rənglidir, cins materialdan hazırlanmışdır, kürəklik nahiyəsində müxtəlif rəng çalarlarından ibarət “M CHALLENGE” sözləri yazılmışdır, səthi çirklidir, üzəri qanabənzər ləkələrlə bulaşmış vəziyyətdədir, 1 (bir) ədəd şalvar - açıq mavi rənglidir, cins materialdan hazırlanmışdır, səthi çirklidir, üzəri qanabənzər ləkələrlə bulaşmış vəziyyətdədir. İki ədəd ön, iki ədəd isə arxa yan cibləri vardır, şalvarın kəmər keçirilən hissəsində sarımtıl rəngli firma etiketini göstərən “Armanı Jeans” sözləri yazılan sarımtıl-qəhvəyi rəngli etiket vardır, şalvarın bel tikişindən 5.5 sm aşağıda, sağ yan orta tikişdən 10 sm sağ tərəfdə 1 ədəd 4x0.5 sm ölçüdə,sol cibində, bel tikişindən 6.5 sm aşağıda, sol orta tikişdən 7 sm sağ tərəfə doğru olan hissədə 1 ədəd 1.5x0.2 sms ölçüdə, bel tikişindən 6 sm sağ tərəfə doğru 1.5x1.2 sm ölçüdə zədə izləri vardır, 1 (bir) ədəd alt tumanı - sarımtıl-qəhvəyi rənglidir, sağ bel tikişindən 8 sm ətək hissəsinə doğru, ətək tikişindən 15 sm bel tikişinə doğru olan hissədə 1 ədəd 0.1x0.3 sm ölçüdə zədə izi vardır, 1 (bir) ədəd büstqalter - ağ rənglidir, səthi çirklidir, üzəri qanabənzər ləkələrlə bulaşmış vəziyyətdədir, sol hissədə, ətək tikişindən 3 sm yuxarıda 1 ədəd 3.5x0.2 sm ölçüdə zədə izi vardır, 1 (bir) ədəd qısaqol alt köynək - ağ rənglidir, səthi çirklidir, üzəri qanabənzər ləkələrlə bulaşmış vəziyyətdədir, orta sinəlik tikişində 1.6x0.5 sm ölçüdə, həmin zədədən 15 sm aşağı ətək tikişinə olan hissədə 1 ədəd 1.2x1.7 sm ölçüdə, sol qoltuqaltı tikişindən 8.5 sm aşağı ətək tikişinədək olan hissədə 1 ədəd 2.2x1.5 sm ölçüdə, orta sinə tikişindən 17 sm aşağı ətək tikişinədək olan hissədə 1 ədəd 1x0.2 sm ölçüdə, orta sinə tikişindən 19.5 sm aşağıda 1 ədəd 1x0.3 sm ölçüdə, ətək tikişindən 17 sm yuxarıda 1 ədəd 2.2x0.5 sm ölçüdə, ətək tikişindən 5.2 sm yuxarıda 1 ədəd 1.1x0.5 sm ölçüdə, ətək tikişinin üzərində 1 ədəd 1.3x0.3 sm ölçüdə zədə izi vardır, 1 (bir) ədəd qısaqol köynək - ağ rənglidir, səthi çirklidir, üzəri qanabənzər ləkələrlə bulaşmış vəziyyətdədir, orta sinə tikişindən 7 sm aşağıda 1 ədəd 1.7x0.4 sm ölçüdə, orta sinə tikişindən 9.8 sm aşağıda 1 ədəd 1.7x0.3 sm ölçüdə, orta sinə tikişindən 15.5 sm 1 ədəd 2.2x0.5 sm ölçüdə, sol çiyin tikişindən 9 sm aşağıda 3.2x1.8 sm ölçüdə, aşağı ətək tikişindən 31 sm yuxarı hissədə 1 ədəd 1.7x0.8 sm ölçüdə, aşağı ətək tikişindən 20.4 sm yuxarıda 1 ədəd 2.1x1.2 sm ölçüdə, aşağı ətək tikişindən 21.4 sm yuxarıda 1 ədəd 1.5x0.3 sm ölçüdə zədə izləri vardır, 1 (bir) cüt çəkmə - qara rənglidir, çəkmənin boğaz və pəncə hissəsi qırmızı rənglidir, iplidir, idman çəkməsidir, səthi çirklidir, 1 (bir) cüt corab – qara rənglidir, səthi təmizdir, üzərində yaşıl sapla tikilmiş “NİKE” sözləri yazılmış etiketi vardır, 1 (bir) ədəd qol saatı – açıq sarımtıl rənglidir. kəməri rezin materialdandır, səthi çirklidir, üzəri qanabənzər ləkələrlə bulaşmış vəziyyətdədir, 1 (bir) ədəd əl çantası – açıq sarımtıl rənglidir, üzərində boyuna keçirilmək üçün ipi vardır, səthi çirklidir, aşağı hissəsi qanabənzər ləkələrlə bulaşmış vəziyyətdədir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə ərizə ilə Gəncə şəhər prokurorluğuna müraciət edərək X13 qətlə yetirdiyi bıçağın ona məxsus “VAZ-2107” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salon hissəsində, ön sərnişin oturacağının önündəki əşyalar yığılan gözdə olmasını bildirərək həmin nəqliyyat vasitəsinə baxış keçirməklə bıçağın götürülməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 may 2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış protokolundan görünür ki, “VAZ-2107” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salon hissəsindən, ön sərnişin oturacağının önündəki əşyalar yığılan gözdən üzərində qanabənzər ləkələr olan 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Baş X36 İdarəsinin Qeydiyyat-İmtahan idarəsindən təqdim edilmiş 08 iyul 2021-ci il tarixli 016-78870-1221 xaric olma nömrəli məktubdan görünür ki, DİN-in Baş X36 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə sorğu edilən “VAZ- 2107” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili AE128208 №-li şəhadətnamə əsasında 13.05.2021-ci il tarixdən Təqsirləndirilən şəxs adına qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əşyanın tanınmaya təqdim edilməsi zamanı Təqsirləndirilən şəxs ona təqdim edilmiş əşyalar arasında 25 may 2021-ci il tarixdən Bakı şəhəri Xətai rayonu Lütvizadə küçəsində yerləşən evinin mətbəxindən Gəncə şəhərinə gətirərək 26 may 2021-ci il tarixdə çoxsaylı zərbələr vurmaqla keçmiş arvadı X13 qətlə yetirdiyi və hadisədən sonrada istifadəsində olan “VAZ-2107” markalı “**-RS-***” dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının önündəki gözə qoyduğu bıçağı tanıyaraq, 26 may 2021-ci il tarixdə keçmiş arvadı G.A.Amanovanı həmin bıçaqla öldürməsini bir daha etiraf etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus “REDMİ” markalı mobil telefona 01 iyun 2021-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə saat 11:57 dəqiqədə 1:12 dəqiqə müddətində qızı X16 “Aylin bu səsi anaya eşitdirərsən. Eşidirsən Günay məni? Sən uşaqları mənnən gizlətməynən məni qıcıqlandırma, məni qıcıqlandırma, yəni sənin üçün yaxşı olmayacaq. Mən dedim mehribançılıq olsun, görürəm ki, sən istəmirsən. Sən ancaq deyirsən ki, ancaq müharibəynən. Sənə yenə deyirəm, həmin söhbət yenə qüvvədədir. Əgər sən həqiqətən də mənə xəyanət eləmisənsə, sənnən bir yerdə o kimlərki iştirak edib ha hamınız bu dünyada qonaqsınız. Onu unutma, onu qulağında sığa elə. Onsuzda olacaq. Əgər xəyanət aşkarlasam, bilsəm ki, tam dəqiq bilsəm ki, kimlərdisə, Siz hamınız bir yerdə bu dünyada qonaqsınız. Onu qulağında sırğa elə. Onu unutma. Əgər xəyanət etməmisənsə, həqiqətən də, mənə sadiq olmusansa, əgər xəyanət eləməmisənsə, ürəyini buz kimi saxla, bu evdə sənindi, maşında sənindi. Ama əgər eləmisənsə onlara da çatdır. Hər kimnənsə eləmisənsə Siz bu dünyada qonaqsınız. Onu unutma. Uşaqları da mənnən gizlətmə, məni qıcıqlandırma. Bu vəziyyətimdə məni qıcıqlandırma. Özün də başa düş ki, bu vəziyyətimdə məni qıcıqlandırma” səs yazısı göndərmişdir. Həmçinin Təqsirləndirilən şəxs məxsus “REDMİ” markalı mobil telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, X17 26 may 2021-ci il tarixdə dərs məşğələsi üçün evdən çıxacağı vaxtı öyrənmək məqsədi ilə qızı X14 istifadəsində olmuş +994-50-797-66-59 mobil telefon nömrəsinə zəng edərək 26 may 2021-ci il tarixdə saat 10:47 dəqiqədə 34:19 dəqiqə müddətində telefon danışığı aparmışdır. Bundan başqa da mobil telefonun “Qalareya” bölməsində saxlanılan, telefonun kamerası vasitəsilə 26 may 2021-ci il tarixdə saat 10:29 dəqiqədə çəkilmiş fotoşəkilə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə saat 10:29 dəqiqədə istifadə etdiyi VAZ-2107 markalı avtomobillə X13 qətlə yetirdiyi hadisə yerində dayanıb X9 evdən çıxacağı vaxtı gözləmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarı əsasında "xxxx" MMCdən Gəncə şəhər prokurorluğuna müşayiət məktubu ilə daxil olmuş və istintaq materiallarına əlavə edilmiş “CD” diskə 04 sentyabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, X22 istifadəsində olmuş **********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan **********99 mobil telefon nömrəsinə 02 may 2021-cil tarixdə, saat 07:48:49 dəqiqədə “Ay nesli qə..ə olan, kisisen get sadaladığın adamlara denen atdığın bohtani, şəri və inan ona gorə sənin başını yerindən ederlər. Mənim videom yoxdu bu gedisle səninki olacaq sən qasinirsan. Ve bu Ramazan ayının da mene atdigin bohtani ALLAH gorur seni ona tapşırıram.Cox heyif mən səni kişi bilirdi” məzmununda, 02 may 2021-cil tarixdə saat 08:51:29 dəqiqədə isə Təqsirləndirilən şəxs istifadəsində olan **********99 mobil telefon nömrəsindən X22 istifadəsində olmuş **********62 mobil telefon nömrəsində “Kimin qə..ə olduğu göz qabağındadır.mundar insan” məzmununda sms mətni göndərmişdir. Həmçinin “antenna.xls” faylına baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 25 may 2021-ci il tarixdən anten dairəsinə əsasən Gəncə şəhərində olmuş, həmçinin 26 may 2021-ci il tarixdə keçmiş arvadı X9 evdən çıxacağı vaxtı dəqiqləşdirmək üçün qızı X16 zəng edərkən də anten dairəsi Gəncə şəhəri olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş X9 adına tərtib olunmuş 26 may 2021-ci il tarixli, 37 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 bədəni üzərində kəsici, deşici-kəsici, alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş 19 ədəd kəsilmiş, deşilmiş-kəsilmiş yara aşkar edilmişdir. Yaralardan dördü daxilə nüfuz edən yaradır:- bu yaraların ikisi döş qəfəsinin ön səthində, döş yanı xətt üzrə İV qabırğa səviyyəsində, biri isə döş qəfəsinin sol yan səthində ön qoltuqaltı xətt üzrə yerləşir, hər üç yara ürəyin zədələnməsi ilə müşayiət olunur, döş qəfəsinin ön səthində yerləşən yaraların yara kanallarının istiqaməti üfüqi xətt üzrə öndən-arxaya doğru, döş qəfəsinin sol yan səthində yerləşən yaranın yara kanalının istiqaməti isə öndən-arxaya bir qədər soldan sağa və aşağıdan-yuxarıya doğru olmuşdur. Dördüncü daxilə nüfuz edən yara sol qabırğaaltı nahiyədə yerləşir, dalağın zədələnməsi ilə izlənilir, yara kanalının istiqaməti üfüqi xətt üzrə öndən-arxaya, bir qədər aşağıdan yuxarıya doğru olmuşdur. Yuxarıda qeyd olunan yaralar – ağırlıq dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilmişdir. Digər yaralardan dördü döş qəfəsinin ön səthində, ikisi sol qasıq nahiyəsində, ikisi sağ said nahiyəsində, dördü sağ əlin ön səthində, biri sol said nahiyəsində, digər biri sol əlin ön səthində, sonuncu isə sağ dirsək oynağı nahiyəsinin arxa səthində yerləşmişdir. Qeyd olunan yaralar daxilə nüfuz etməyən yaralardır, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilmişdir. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər həyatidir, xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 26.05.2021-ci il tarixə uyğun gəlmişdir. X1 ölümünə səbəb, döş qəfəsinin deşilmiş-kəsilmiş yaralarının nəticəsində ürəyin zədələnməsindən əmələ gələn kəskin daxili qanitirmə olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq, belə hesab edilmişdir ki, ölümün müddəti müayinə olunan vaxta nəzərən 2-4 saatdır (meyit 26.05.2021-ci il tarixdə saat 15:00-da müayinə edilmişdir). X4 xəsarət (xəsarətlər) yetirilərkən o, və ona xəsarət yetirən şəxs müxtəlif vəziyyətlərdə (üzbə-üz, yanba-yan, oturaq və s.) ola bilərmiş. X1 bədəni üzərində aşkar edilmiş xəsarətlərin qarşılıqlı dava-dalaş zəminində əmələ gəlib-gəlməməsini müəyyən etmək – məhkəmə-tibb ekspertin səlahiyyətlərinə aid deyil. X1 meyitindən götürülmüş qanının məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. X1 anal dəlik nahiyəsindən və uşaqlıq yolundan götürülmüş tamponlarda, məhkəmə-tibbi bioloji müayinə nəticəsində spermatozoidlər aşkar edilməmişdir. X2 hamiləlik müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Şəxsin icazəsi ilə götürmə aparılması haqqında” 26 may 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs razılığı alınmaqla ondan götürülmüş geyim əşyalarına baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd 01 (bir) ədəd göy rəngli cins şalvar, 01 (bir) ədəd qara rəngli qısaqol köynək və 01 (bir) cüt ayaqqabı üzərində qanabənzər ləkələrin olması aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 22 iyun 2021-ci il tarixli, 22 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) alfa, betadır. X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (1) alfa, betadır. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta-dır. Təqdim olunmuş iki ədəd tampon üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ), beta-dır. X15 məxsus paltarlar üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta-dır. X15 məxsus bir cüt qara rəngli corab və bir cüt idman ayaqqabısı üzərində qanabənzər ləkə aşkar olunmadığından müayinə edilməmişdir. Təqsirləndirilən şəxs məxsus paltarlar üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta-dır. X9 və Təqsirləndirilən şəxs hər ikisinin qan qrupları eyni - O (İ) alfa, beta olduğundan ekspertizaya təqdim olunan maddi sübutlarda aşkar edilən qan ləkələrinin dəqiq hansı şəxsə məxsus olmasını müəyyən etmək mümkün olmamış, həmin sualların aydınlaşdırılması üçün genetik ekspertizanın keçirilməsi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 avqust 2021-ci il tarixli, 21/480R nömrəli məhkəmə-genetik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus – 01 (bir) ədəd göy rəngli cins şalvar, 01 (bir) ədəd qara rəngli qısaqol köynək, həmçinin Təqsirləndirilən şəxs məxsus **-RS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin salonunda aşkar edilmiş 01 (bir) ədəd bıçaq üzərində olan qan nümunələri, X15 məxsus olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-trasoloji və məhkəmə-lifli materialların tədqiqi və məhkəmə-soyuq silah ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 16/912 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X15 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthi üzərində kənar lif mikrohissəcikləri olmuş, tərkib və kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X15 məxsus 01 ədəd gödəkcənin üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlmişdir. Tədqiqata təqdim edilmiş, X15 məxsus 01 ədəd şalvarın üzərindən tapılmış göy rəngli poliestr kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış mavi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X15 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış mavi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X15 məxsus 01 ədəd gödəkcənin tərkib liflərinə uyğun gəlmişdir. Tədqiqata təqdim edilmiş, X15 məxsus digər geyim əşyalarının səthi üzərindən tapılmış lif mikrohissəcikləri arasında, Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib lifləri olmamışdır. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus ayaqqabının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında, X15 məxsus geyim əşyalarının tərkib liflərindən olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-trasoloji və məhkəmə-lifli materialların tədqiqi və məhkəmə-soyuq silah ekspertizasının 30 sentyabr 2021-ci il tarixli 16/913/914 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı olmuş və soyuq silah hesab edilməmişdir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim olunan X4 məxsus gödəkçənin üzərində olan 02 ədəd “a”, “b” zədələri, köynəyin üzərində olan 07 ədəd “c”, “d”, “f” zədələri, maykanın üzərində olan 09 ədəd “f”, “k”, “İ” zədələri, busqalterin üzərində olan 01 ədəd zədə, şalvarın üzərində olan 02 ədəd zədələri və qadın alt tumanının üzərində olan 02 ədəd zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələri olmuşdur. Lakin təqdim edilmiş gödəkçənin, köynəyin, maykanın, busqalterin, şalvarın və tumanın üzərində olan zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Təqdim olunan X4 məxsus 01 cüt ayaqqabının, 01 cüt corabın, 01 ədəd çantanın və 01 ədəd qol saatının və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində hər hansı mexaniki zədə olmamışdır. Qərarda qoyulmuş “sadalanan əşyalar üzərində zədə vardırsa həmin zədələrin yetirilmə ardıcıllığı və məsafəsi, giriş – çıxış istiqamətləri necədir? Sualına ekspert trasoloqun səlahiyyətinə aid olmadığından cavab verilməmişdir. Həmçinin ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 26.05.2021-ci il tarixli 37 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş X4 məxsus gödəkçənin üzərində olan 02 “a”, “b” zədələri köynəyin üzərində olan 07 ədəd “c”, “d”, “f” zədələri, maykanın üzərində olan 09 ədəd “f”, “k” “İ” zədələri, busqalterin üzərində olan 01 ədəd zədə, şalvarın üzərində olan 02 ədəd zədələri və qadın alt tumanının üzərində olan 02 ədəd zədələri müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “yaraların ikisi döş qəfəsinin ön səthində, döş yanı xətt üzrə İV qabırğa səviyyəsində, biri isə döş qəfəsinin sol yan səthində ön qoltuqaltı xətt üzrə yerləşmiş, hər üç yara ürəyin zədələnməsi ilə müşayiət olunur, dördüncü daxilə nüfuz edən yara sol qabırğaaltı nahiyədə yerləşmiş, dalağın zədələnməsi ilə izlənilmiş, digər yaralar dördü döş qəfəsinin ön səthində, ikisi sol qasıq nahiyəsində” xəsarətləri ilə yuxarıda qeyd edilən zədələr yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədələr və yuxarıda qeyd edilən xəsarətlər üst-üstə düşmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının 12 iyul 2021-ci il tarixli 376/124 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək, əməlinin faktiki xarakterini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 21.3 maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malik olmuşdur: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur, keçirdiyi emosional halın yaranma səbəblərindən biri keçmiş həyat yoldaşı Günayın ona xəyanət etmə düşəncə ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır.(keçirməmişdir). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 12 iyul 2021-ci il tarixli 818 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(011)-2960/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X22 ilə aralarında olan 11.02.2010-cu il tarixdə bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Təqsirləndirilən şəxs iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X22 ilə aralarında olan 11.02.2010-cu il tarixdə bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş 12.08.2010-cu il təvəllüdlü X14 və 01.02.2013-cü il təvəllüdlü X23 anaları X30 himayəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs iddia tələbi təmin edilməklə Təqsirləndirilən şəxs ilə X22 arasındakı Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində 11.02.2010-cu il tarixdə 122 saylı aktla bağlanmış nikah pozulmuş, 12.08.2010-cu il təvəllüdlü X26 və 01.02.2013-cü il təvəllüdlü X27 anaları X9 himayəsində saxlanılmış, Təqsirləndirilən şəxs X26 və X23 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment təyin edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə verilmiş əməliyyat tapşırığının 26 iyul 2021-ci il tarixli 122-31321-1221 nömrəli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilə X22 münaqişəli ailə kimi Kəpəz RPİ-də qeydiyyatda olmamış, sonuncunun ölümündən əvvəl kiminləsə mübahisə edib-etməməsi, dalaşıb-dalaşmaması, döyülüb-döyülməməsi, onunla amansız rəftar olunub-olunmaması, təhqir olunub-olunmaması, ləyaqətinin alçaldılıbalçaldılmaması, ona qarşı hər hansı kənar şəxslər tərəfindən hədə-qorxu gəlinməsi, hər hansı zorakılıq hərəkətlərinin törədilib-törədilməməsi və hər hansı bir dini sektanın üzvü olub-olmamasını müəyyənləşdirmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 26 iyul 2021-ci il tarixli 52 saylı sərəcamından görünür ki, X5 nəvələri 01.02.2013-cü il təvəllüdlü X27 və 12.08.2010-cu il təvəllüdlü X16 qəyyum təyin edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının 12.07.2021-ci il tarixli 376/124 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək, əməlinin faktiki xarakterini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 21.3 maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(011)-2960/2021 nömrəli qətnaməsi əsasında nikah münasibətlərinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 25.06.2021-ci il tarixli 19/51-7010 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicə olunmamışdır və qeydiyyatda durmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 25.06.2021-ci il tarixli 5471 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs 28 may 2021-ci il tarixdə statistin iştirakı ilə foto və videoçəkiliş aparılmaqla keçirilmiş ifadəsinin yerində yoxlanılması zamanı o, 26 may 2021-ci il tarixli və 28 may 2021-ci il tarixli ifadələrini tam təsdiq edərək 26 may 2021-ci il tarixdə Günay Amanovanı qətlə yetirməmişdən əvvəl istifadəsində olan “VAZ-2107” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib saxlayaraq Günay Amanovanı gözlədiyi yeri, Günayın evdən çıxdıqdan sonra ona yaxınlaşıb söhbət etdikləri yeri, ona təqdim edilmiş maket bıçaq vasitəsilə Günayı qətlə yetirərkən bıçağı üzərində saxladığı yeri və hərəkət ardıcıllığı ilə bıçağı bel kəmərindən çıxarıb Günay Amanovaya ardıcıl xəsarətlər yetirməsini, habelə bununla bağlı baş vermiş hadisə üzrə bütün əhəmiyyət kəsb edən digər xüsusatları əyani şəkildə nümayiş etdirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 may 2021-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 26 may 2021-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 8-ci bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının Qərarının 8-cü bəndinin izahından görünür ki, əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Məhkəmə kolegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələbinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsinin sanksiyasının orta həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədələrinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 26 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Gəncə şəhər prokurorluğunda saxlanılan maddi sübutlar- 1 (bir) ədəd bıçaq məhv edilməsi, Təqsirləndirilən şəxs məxsus olmaqla razılığı alınmaqla ondan götürülmüş 01 (bir) ədəd göy rəngli cins şalvar, 01 (bir) ədəd qara rəngli qısaqol köynək, X15 məxsus olan - 01 (bir) ədəd göy rəngli cins materialdan şalvar, 01 (bir) ədəd ağ rəngli qısaqol köynək, 01 (bir) ədəd mavi rəngli cins materialdan olan gödəkçə, 01 (bir) ədəd alt tumanı, 01 (bir) cüt sırqa, 01 (bir) ədəd qol saatı, 1 (bir) ədəd əl çantası, Təqsirləndirilən şəxs məxsus olmaqla “İMEL1:**********30311/01 və İMEL2:**********30329/01” olmaqla iki emaili olan, seriya nömrəsi isə “c2c50dd90806” olan “REDMİ” markalı smartfon tipli mobil telefon onların yaxın qohumlarına qayatılmalı, imtina edildikdə məhv edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X21 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 35 (otuz beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X12 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 95.40 (doxsan beş manat qırx qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Gəncə şəhər prokurorluğunda saxlanılan maddi sübutlar- 1 (bir) ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs məxsus olmaqla razılığı alınmaqla ondan götürülmüş 01 (bir) ədəd göy rəngli cins şalvar, 01 (bir) ədəd qara rəngli qısaqol köynək, X15 məxsus olan - 01 (bir) ədəd göy rəngli cins materialdan şalvar, 01 (bir) ədəd ağ rəngli qısaqol köynək, 01 (bir) ədəd mavi rəngli cins materialdan olan gödəkçə, 01 (bir) ədəd alt tumanı, 01 (bir) cüt sırqa, 01 (bir) ədəd qol saatı, 1 (bir) ədəd əl çantası, Təqsirləndirilən şəxs məxsus olmaqla “İMEL1:**********30311/01 və İMEL2:**********30329/01” olmaqla iki emaili olan, seriya nömrəsi isə “c2c50dd90806” olan “REDMİ” markalı smartfon tipli mobil telefon onların yaxın qohumlarına qaytarılsın, imtina edildikdə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 95.40 (doxsan beş manat qırx qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X21 həyata keçirdiyindən 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar