Məhkəmə qərarları › İş №1(100)-102/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-102/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-102/2025 07.10.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X5 və Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1984-cü il tarixdə Xocalı rayonu, Kosalar kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, ali təhsilli, əvvəllər məhkum olunmamış, Xocalı rayonu, Kosalar kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, 2 saylı məcburi köçkün düşərgəsi, küçə 13, ev 136-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə 2017-ci ilin avqust ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə ünvan 4-də yaşayan Zərərçəkmiş şəxs3 guya şəhid ailəsini fala baxmaq adı ilə aldadıb pulunu alması ilə bağlı onda məlumat olduğunu və bu məlumatı youtube internet kanalında, eləcə də müxtəlif sosial ictimai kanallarda rüsvayedici materiallar yayacağı barədə məlumat verib, həmin materialların yayılmaması qarşılığında Zərərçəkmiş şəxs3 hədə qorxu 300 (üç yüz) manat nağd pul tələb edərək, həmin məbləğdə pulu sonuncuya özünün adına olan bank hesabına Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində quraşdırılmış ödəmə terminalından göndərtdirərək Zərərçəkmiş şəxs3 300 (üç yüz) manat nağd pul vəsaitini hədə-qorxu ilə tələb edib almışdır. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 özünü jurnalist kimi təqdim edib X18 iştirakçısı olan oğlu Şahid4 Daxili İşlər Nazirliyinin Şəki Rayonlararası Mühafizə şöbəsində xidmətə qəbul etdirəcəyi barədə yalan vədlər verib inandıraraq 2022-ci ilin mart ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Şəki şəhəri, X11 küçəsində yerləşən çayxanada Zərərçəkmiş şəxs4 200 (iki yüz) manat aldıqdan sonra vahid niyyətlə əhatə olunan davamlı qəsdlə həmin ayda dəqiq günü istintaqa məlum olmayan tarixdə Şəki şəhəri, X11 küçəsində yerləşən çayxanada 100 (yüz) manat, 2022-ci ilin aprel ayında dəqiq günü istintaqa məlum olmayan tarixlərdə Şahid4 vasitəsilə Bakı şəhəri, Ziya Bünyadov prospekti 36 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin A.Heydərov adına Hospitalının kafesində 200 (iki yüz) manat və həmin ayda dəqiq günü istintaqa məlum olmayan tarixdə Şəki şəhəri, X11 küçəsində yerləşən çayxanada Zərərçəkmiş şəxs4 özündən 100 (yüz) manat nağd pul alıb ələ keçirməklə verdiyi vədlərə əməl etməyərək göstərilən dövr ərzində Zərərçəkmiş şəxs4 ümumilikdə 600 (altı yüz) manat nağd pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X4 özünü jurnalist kimi təqdim edib onun ləğv edilmiş təqaüdünü bərpa etdirəcəyi barədə yalan vədlər verib inandırmaqla 25 noyabr 2022-ci il tarixdə Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Gəncə şəhər avtovağzalının qarşısında sonuncudan 1600 (min altı yüz) manat nağd pul aldıqdan sonra vahid niyyətlə əhatə olunan davamlı qəsdlə guya təyin etdirəcəyi təqaüdü müddətsiz etdirəcəyi barədə yenidən yalan vədlər verib inandırmaqla 10 mart 2023-cü il tarixdə X3 Gəncə şəhəri, Təbriz küçəsində yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsilə ona məxsus 416973******4078 nömrəli "xxxx"a aid kart hesabına ardıcıl olaraq dörd dəfə 50 (əlli) manat olmaqla 200 (iki yüz) manat, 15 mart 2023-cü il tarixdə 50 (əlli manat) və 27 mart 2023-cü il tarixdə 50 (əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat pulu alıb ələ keçirməklə verdiyi vədlərə əməl etməyərək göstərilən dövr ərzində zərərçəkmiş şəxs X3 ümumilikdə 1900 (min doqquz yüz) manat nağd pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə 12 aprel 2023-cü il tarixdə saat 23 radələrində Göygöl rayon Mərkəzi xəstəxanasında qazanxana gözətçisi işləyən Zərərçəkmiş şəxs1 axşam növbəsində yatmış vəziyyətdə tutub videoya çəkərək həmin video görüntünü özünə məxsus “Gəzər-xəbər” Tiktok kanalında yayımlayıb Göygöl rayon Mərkəzi xəstəxanasının yarıtmaz fəaliyyətini ictimailəşdirəcəyini bildirərək həmin görüntünün yayılmaması qarşılığında sonuncudan 300 (üç yüz) manat pul vəsaitini hədə qorxu ilə tələb edib 27 aprel 2023-cü il tarixdə Göygöl şəhəri, X22 küçəsi 1 ünvanında yerləşən Göygöl rayon Mərkəzi xəstəxanasının ərazisində Zərərçəkmiş şəxs1 300 (üç yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almışdır. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 özünü jurnalist kimi təqdim edib onun hərbi xidmətdə olan oğlu X6 xəstəliyi ilə əlaqədar olaraq hərbi xidmətdən tərxis etdirəcəyi və təqaüd təyin etdirəcəyi barədə yalan vədlər verib inandırmaqla 13 may 2023-cü il tarixdə Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən Gəncə şəhər Dəmiryol Vağzalının qarşısındakı çayxanada sonuncudan 300 (üç yüz) manat aldıqdan sonra, vahid niyyətlə əhatə olunan davamlı qəsdlə Zərərçəkmiş şəxs5 15 may 2023-cü il tarixdə həmin yerdə 200 (iki yüz) manat, 02 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Zərifə Əliyeva adına xəstəxananın qarşısında 3000 (üç min) manat, həmin tarixdə Bakı şəhəri, 20 Yanvar metrosunun yanında olan çayxanada 200 (iki yüz) manat nağd pulu alıb ələ keçirməklə verdiyi vədlərə əməl etməyərək göstərilən dövr ərzində Zərərçəkmiş şəxs5 ümumilikdə 3700 (üç min yeddi yüz) manat nağd pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ünvan 4-də yaşayan Zərərçəkmiş şəxs3 mollalıq və baxıcılıq fəaliyyəti ilə məşğul olması barədə şantaj xarakterli video hazırlayıb müxtəlif sosial kanallarda, eləcə də özünə məxsus “Gəzər-xəbər” Tiktok və youtube kanalında, sonuncu haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan davamlı qəsdlə 2016-cı ilin iyul ayından 2023-cü ilin iyun ayınadək olan müddət ərzində dəqiq günləri istintaqa məlum olmayan tarixlərdə aylıq orta hesabla 40 manat olmaqla, ümumilikdə göstərilən dövr ərzində sonuncunun yaşadığı ünvan 4 ünvanında yerləşən evində bir başa nağd formada hissə-hissə, həmçinin istifadəsində olan **********19 mobil nömrəsindən Zərərçəkmiş şəxs3 istifadəsində olan **********86 mobil nömrəsinə özünə məxsus **********808289, **********243443, **********124078, eləcə də istifadəsində olan **********238929 "xxxx"a aid hesab kartlarının məlumatlarını mesaj vasitəsilə göndərməklə həmin hesablara Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində quraşdırılmış “Milli Ön” və “eManat” ödəmə terminallarından Zərərçəkmiş şəxs3 ona nağd formada verdiyi və onun adına olan bank hesab nömrələrinə göndərdiyi ümumilikdə 3320 (üç min üç yüz iyirmi) manat məbləğində pulu hədə-qorxu ilə tələb edib almışdır. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 özünü vəkil və jurnalist kimi təqdim edib Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə əlaqədar olaraq Gəncə Şəhər Məhkəməsi tərəfindən 22 iyun 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş oğlu X9 həbsdən azad etdirəcəyi barədə yalan vədlər verib inandırmaqla 28 iyun 2023-cü il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs2 400 (dörd yüz) manat aldıqdan sonra, vahid niyyətlə əhatə olunan davamlı qəsdlə 2023-cü ilin iyun ayının son günlərində dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl rayonu, Üçtəpə kəndində yerləşən “Sədinin Kafesi” adlı yeməkxananın qarşısında sonuncudan 800 (səkkiz yüz) manat nağd pulu alıb ələ keçirməklə verdiyi vədlərə əməl etməyərək göstərilən dövr ərzində Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 (min iki yüz) manat nağd pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə 05 iyul 2023-cü il tarixdə özünün təsis etdiyi “Gəzər-xəbər” adlı Tik-tok sosial səhifəsində müştərinin Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli Market”dən aldığı şokoladın içərisindən qurd çıxması barədə həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar yayıb 07 iyul 2023-cü il tarixdə Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli Market”in inzibatçısı Zərərçəkmiş şəxs6 istifadəsində olan **********962 nömrəsinə **********19 nömrədən WhatsApp sürətli mesajlaşma sistemi vasitəsilə zəng edərək özünü jurnalist kimi təqdim edib müştərinin marketdən aldığı şokoladın içərisindən qurd çıxması barədə özünün təsis etdiyi “Gəzər-xəbər” adlı Tik-tok sosial səhifəsindən silinməsi və yaydığı videonun xəbər portallarında yayılmaması qarşılığında Zərərçəkmiş şəxs6 özünün istifadəsində olan **********124078 nömrəli bank hesabına 100 manat pul göndərməsini tələb edərək, Zərərçəkmiş şəxs6 Göygöl şəhəri, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli Marketdə” quraşdırılmış “Milli Ön” ödəmə terminalından ona məxsus **********124078 nömrəli "xxxx" hesabına göndərdiyi 100 (yüz) manat pul vəsaitini hədə-qorxu ilə tələb edib almışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 178.2.2 və 182.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs3 epizodu ilə bağlı ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 2020-ci ildən tanımışdır. O, 2016-cı ildə həbsdən azad olunduqdan sonra Sumqayıt və Bakı şəhərlərində tikinti sahəsində işləmiş və həmin ərazidə yaşamışdır. Ardınca 2019-cu ildə yenidən həbs edilmiş, lakin bəraət alaraq azadlığa çıxmışdır. Zərərçəkmiş şəxs3 isə İİ Qarabağ müharibəsindən sonra tanımışdır. Belə ki, Xırda xanımın övladı İİ Qarabağ müharibəsində şəhid olmuşdur. Qeyd etdiyi ərəfədə Xırda xanım ona zəng edərək Zərərçəkmiş şəxs3 verdiyi pulu sonuncunun geri qaytarmadığını bildirmiş və bununla bağlı köməklik göstərməyini xahiş etmişdir. O, Zahidin qardaşı Mirhəşimi mollalıqla məşğul olan şəxs kimi əvvəlcədən tanımışdır. O, Mirhəşimə zəng edərək qardaşı Zahidin şəhid ailəsi üzvü olan Xırda xanımdan pul aldığını demişdir. Mirhəşim də Gəncə şəhərinə gələcəyini və onunla görüşüb məsələni həll edəcəyini, bu söhbəti bir də açmamağını bildirmişdir. Daha sonra onlar Xırda xanımla görüşmüşlər. Bildiyi qədəri ilə Zahid aldığı pulun bir qismini Xırda xanıma qaytarmış, çünki Xırda xanım ona zəng edərək bu barədə minnətdarlığını bildirmişdir. Bu hadisədən bir müddət sonra Zahidlə aralarında xoş münasibət yaranmışdır. Bir gün Zahid ona zəng edərək bir nəfər şəxsin onun barəsində sosial şəbəkədə paylaşım etdiyini demişdir. O da həmin şəxsi tanıdığını və məsələni həll etməyə çalışacağını bildirmişdir. Lakin sonra Zahid ona zəng edərək məsələni həll etdiyini və heç kimə zəng etməməyini demişdir. Bu hadisələrdən sonra o, Qarabağ bölgəsində olarkən Zahidə zəng edərək evdən kənarda olduğunu və evin qaz pulunun bitdiyini deyib köməklik kimi kartına 40 manat göndərməsini xahiş etmişdir. Zahid də onun xahişini yerə salmayıb yalnız bir dəfə olmaqla kartına 40 manat göndərmişdir. Zahidin hər ay onun kartına 40 manat göndərməsi doğru olmamışdır. Əlavə olaraq müstəntiq saxta ittiham aktında qeyd edib ki, guya Zahid 2016-cı ildə Şəmkir şəhərindən onun bank hesabına 40 manat atmışdır. Həmin vaxt ümumiyyətlə Şəmkir şəhərinin Kür qəsəbəsində “Milli Ön” ödəmə terminalı olmamışdır. İbtidai istintaq zamanı Rəşad Zeynalov mobil telefonunda bank hesabına daxil olub hər ay, bəzi vaxtlarda isə ayda üç dəfə 40 manat məbləğində pulun mədaxil olduğunu görmüş, Zahid isə ona göndərilən həmin məbləğlərin özü tərəfindən atıldığını bildirmişdir. Əslində həmin məbləğlər İmişli və Biləsuvar rayonunda pivə ilə içilən balıq alveri ilə məşğul olan Elmar adlı dostu tərəfindən göndərilmişdir. Həmin epizodla bağlı Təqsirləndirilən şəxs ifadəsinin davamı olaraq bildirmişdir ki, Zahidin barəsində olan xəbər onun internet saytında paylaşılmamış, həmin xəbəri Arzu adlı başqa jurnalist paylaşmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 epizodu ilə bağlı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4la Şəki şəhərində yerləşən Bəxtiyar Vahabzadənin ev muzeyində tanış olmuşdur. Söhbət əsnasında sonuncu ondan oğlunu polis orqanlarına işə düzəltmək üçün köməklik etməyini xahiş etmiş, o da əlindən gələni edəcəyini bildirmişdir. Sonra o, Yaqubun oğlu Şahmuradın adından DİN-in internet saytı vasitəsilə elektron müraciət etmişdir. Müraciətdən sonra Şahmuradın özünün mobil telefon nömrəsinə Bakı şəhərində, çevik polis alayına, sıra baxışına dəvət olunması barədə məlumat gəlmişdir. Zərərçəkmiş şəxs4 oğlunu Bakı şəhərinə çağırdıqlarını bildirib oğlu ilə birlikdə getməyini xahiş etmişdir. O, Şahmuradla birlikdə lazım olan sənədləri toplayıb Bakı şəhərinə getmişdir. Onlar birlikdə 2-3 dəfə Bakı şəhərinə gedib-gəlmiş, hər dəfə Şahmuradın 150-200 manat yol xərci çıxmışdır. Şahmurad hər dəfə müxtəlif kateqoriyalar üzrə baxışdan keçirilmişdir. Sonda boyunun ölçüsü müəyyən edilmiş ölçülərdən 2-3 sm az olduğundan işə qəbul edə bilmədiklərini, lakin veteran olduğunu nəzərə alıb mühafizə polisinə işə götürəcəklərini demişlər. Sonra o, həbs olunduğu üçün nəticənin nə olduğunu bilməmişdir. Həmin epizodla bağlı Təqsirləndirilən şəxs ifadəsinin davamı olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs4 pul almamış, sonuncu oğlu Şahmuradın Bakı şəhərinə gedibgəlmək xərclərini qarşılamışdır. DİN-in hospitalına gedəndə Şahmurad pul ödəmiş və buna görə sonuncuya qəbz də verilmişdir. Bəxtiyar X1 epizodu ilə bağlı ifadəsində göstərmişdir ki, o, başqa işlə bağlı Gəncə şəhər BPİ-nin DYP-nin duracağına getmişdir. Orada olarkən Elşad Tanırverdiyev ona yaxınlaşıb avtomobilinin duracağa yerləşdirildiyini demiş və çıxarılmasına köməklik etməyini xahiş etmişdir. O, həmin vaxt DYP şöbəsinin rəisi Eldəniz müəllimdən Elşad Tanırverdiyevin avtomobilini buraxmasına köməklik etməsini xahiş etmiş, sonuncu da avtomobili buraxmışdır. Bununla da Elşad Tanırverdiyev ilə tanışlığı yaranmışdır. Bir müddət sonra Elşad Tanırverdiyev pensiyasının dayandırıldığını və bunun səbəbini öyrənmək istədiyini demişdir. O, sonuncuya məlumatlarını elektron sistemdə yoxlamasını demiş, Elşad isə bunu bacarmadığını bildirmişdir. Bundan sonra o, Elşad Tanırverdiyevdən sənədlərini götürüb sonuncu ilə birlikdə həkimin yanına gedərək sənədlərini göstərmişdir. Həkim Elşadın pensiya alması üçün stasionar qaydada müalicə edilməli olduğunu demişdir. O, Elşadın elektron sistemdə komissiyadan keçib-keçmədiyini yoxlamaq üçün şəxsiyyət vəsiqəsini göndərməsini istəmişdir. Ona görə o, Elşad Tanırverdiyevdən hər hansı məbləğdə pul almamışdır. Elşad Tanırverdiyev yalan danışmış, bütün bunların hamısı polisin qurması olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 epizodu ilə bağlı ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 tanımamışdır. Ümumiyyətlə nə Göygöl rayon mərkəzi xəstəxanasında olmuş, nə Eşqini görmüş, nə də ki sonuncudan pul tələb etmişdir. Üzləşdirmə istintaq hərəkəti zamanı Eşqin yalan olaraq onu gecə saat 01 radələrində xəstəxanada yatılı tutduğunu demiş, sonuncu ümumiyyətlə ibtidai istintaqı zamanı bir-biri ilə ziddiyyətli ifadələr vermişdir. O, Zərərçəkmiş şəxs1 300 manat məbləğində pul tələb etməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 epizodu ilə bağlı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 qohumu qız qaçırıb Daşkəsən rayonu, Bayan qəsəbəsi ərazisinə gətirmişdir. O, Daşkəsən rayonuna gedən zaman yolda ona zəng gəlmiş və o, dava-dalaş hadisəsinin baş verməsi barədə məlumat almışdır. Bundan sonra onunla birlikdə gələn Xırda adlı xanımı Daşkəsən rayonu, Bayan qəsəbəsində bir evə qoyub getmişdir. O, DİNin X19 Xidmətinin rəisi Eşqin Qasımovla əlaqə saxlamış və dərhal Daşkəsən RPŞ-yə gedib qayıtmalı olmuşdur. Polis şöbəsində məsələni həll etdikdən sonra yenidən Xırda xanımı Bayan qəsəbəsindən götürmüşdür. Yolda olarkən Xırda xanım getdiyi evdə bir qız saxlanıldığını və həmin qızın deməsinə görə döyülərək zorla qaçırıldığını, həmçinin kömək göstərilməsini xahiş etdiyini bildirmişdir. Bundan əlavə Xırda xanım həmin qızın dediklərini gizlin şəkildə video çəkilişlə qeydə aldığını bildirmişdir. O isə Xırdadan görüntünü ona göndərməsini xahiş etmişdir. Ardınca o, həmin videonu DİN-in əməkdaşı Eşqin Qasımova göndərmiş və görüntüdəki qızın zorla qaçırılaraq saxlanıldığını, köməklik etmək lazım olduğunu demişdir. Bundan sonra onunla əlaqə saxlanılmışdır. O, polis əməkdaşlarına qızın saxlanıldığı dəqiq ünvanı demiş və qızı qaçıran şəxs saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Həmin qızı qaçıran şəxs Zərərçəkmiş şəxs2 oğlu olmuşdur. Qaçırılan qız isə Zərərçəkmiş şəxs5 Kəmalə adlı qohumunun evində saxlanılmışdır. Qızı qaçıran şəxs saxlanıldıqdan sonra onu da polis şöbəsinə çağırmışlar. O, şöbəyə gedib qayıtdıqdan sonra Zərərçəkmiş şəxs5 Dağıstan adlı qohumu ona zəng edərək qızı evində saxlayan şəxsin nə günahı olduğunu, qızını da şöbəyə apardıqlarını demişdir. O isə Dağıstan adlı şəxsə polis şöbəsinin qarşısına gəlməsini demişdir. O, əlavə olaraq Eşqin Qasımova zəng edib Dağıstan adlı şəxsin qızının buraxılmasına köməklik göstərilməsini xahiş etmiş və sonuncunu həqiqətən də sərbəst buraxmışlar. Bunun qarşılığında Dağıstan adlı şəxsdən hər hansı bir məbləğ nə tələb etmiş, nə də ki almışdır. Bu hadisə ilə bağlı Zərərçəkmiş şəxs5la tanışlığı yaranmışdır. Bir müddət sonra Osman adlı şəxs ona zəng edib Zərərçəkmiş şəxs5 oğlunun sağlamlıq vəziyyətinin imkan verməməsinə baxmayaraq, hərbi xidmətə aparıldığını demiş və köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. O, Hüseynqulu ilə danışmış, daha sonra sonuncunun evinə gedib özü ilə arvadını danışdıraraq bu barədə video çəkiliş etmişdir. Video çəkilişi özünə məxsus “Gəzər xəbər” adlı sosial şəbəkə kanalında yayımlamışdır. Üzərindən bir müddət keçdikdən sonra Hüseynqulu onunla əlaqə saxlayıb oğlunun gözündə də zəiflik olduğunu və əvvəllər göz xəstəxanasında stasionar qaydada müalicə aldığını demişdir. Hüseynqulu xx.xx.2023-cü il tarixdə oğlunu hərbi hissəyə təhvil verməsi üçün Bakı şəhərinə gedəcəyini demiş, o da orada görüşə biləcəyini bildirmişdir. O, Hüseynqulu ilə Bakı şəhərində “20 Yanvar” metrostansiyasının yanındakı çayxanada görüşmüşdür. Bir qədər sonra Zərifə Əliyeva adına göz xəstəxanasına getmişlər. O, Hüseynqulunun oğlunun orada stasionar qaydada müalicə alması ilə bağlı sənədləri götürmək üçün mühafizəçilərdən xahiş edərək xəstəxanaya daxil olmuşdur. Xəstəxananın mühafizəsi sıra nömrəsi olmadığı halda heç kimi içəriyə buraxmadıqları üçün Hüseynquluya çöldə gözləməsini demişdir. O, içəridə xeyli növbə gözlədikdən sonra Hüseynqulunun oğlunun diaqnozunun əlillik təyinatı üçün əsas vermədiyini demişlər. Xəstəxanadan çıxdıqdan sonra Zərərçəkmiş şəxs5 avtomobilə benzin almaq üçün 20 manat məbləğində pul almış və qaytaracağını deyib sağollaşmışdır. Sonradan qız qaçırması hadisəsi ilə bağlı öz qohumu tutulduğundan Hüseynqulu onun barəsində şikayət etmişdir. Həmin epizodla bağlı Təqsirləndirilən şəxs ifadəsinin davamı olaraq bildirmişdir ki, o, əvvəllər anasının Zərifə Əliyeva adına göz xəstəxanasında əməliyyat edilməsi zamanı tanış olduğu həkim vasitəsilə sadəcə Zərərçəkmiş şəxs5 oğlunun gözündəki problemin əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyini öyrənmişdir. Onun Zərərçəkmiş şəxs5 köməklik etməkdə hər hansı maddi marağı olmamışdır. Fikrincə yol xərcləri ilə bağlı Zərərçəkmiş şəxs5 ümumilikdə 200 manat xərc çəkmişdir. O, Zərərçəkmiş şəxs5 20 manatdan başqa hər hansı məbləğdə pul almamışdır. O, Göz xəstəxanasının qarşısında mağazadan zərf almamış, sadəcə həkimlərə göstərmək üçün Hüseynqulunun oğlunun sənədinin surətini çıxarmış və əslini sonuncunun özünə qaytarmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 epizodu ilə bağlı ifadəsində göstərmişdir ki, o, dava-dalaş hadisəsi ilə bağlı DİN-in X19 Xidmətinin rəisi Eşqin Qasımovla əlaqə saxlamış, sonuncu da Daşkəsən rayonuna getməyini və orada onu gözlədiklərini demişdir. O, Daşkəsənə gedəndə Famil və Xırda adlı xanım da yanında olmuşdur. Həmin davadalaş hadisəsində söyüşlü ifadələr çox işlətdikləri üçün o, Xırda xanımı yolda bir yerə qoymaq qərarına gəlmişdir. Famil yolun üstündə bir qohumu olduğunu, Xırda xanımı oraya qoya biləcəklərini demişdir. Onlar yolda Xırda xanımı Familin qohumunun evində düşürüb Daşkəsənə getmişlər. İşini həll edib qayıdanda Xırda xanımı qoyduğu evdən götürmüşdür. Yolda Xırda xanım onu qoyduqları evdə bir oğlanın kəmərlə bir qızı döydüyünü, həmin hadisəni telefonun kamerası ilə çəkdiyini, döyülən qadının ona yalvarıb kömək istədiyini demiş və ondan həmin qıza necə kömək edə biləcəyini soruşmuşdur. O, həmin evə qayıda bilməyəcəyini, belə bir hal varsa polisin həll edəcəyini deyib bu barədə Eşqin Qasımova səsli mesaj göndərərək bir qadının zorla qaçırılıb təsir göstərilərək həmin evdə saxlanıldığını demiş və köməklik göstərməsini xahiş etmişdir. Sonuncu da dərhal köməklik edəcəyini demişdir. O, Gəncə şəhərinə çatan kimi Eşqin Qasımov ona zəng edib Daşkəsən rayonuna qayıtmağını istəmişdir. O, Daşkəsən rayon polis şöbəsinin qarşısına gedəndə həmin qızın qohumlarının orada olduqlarını görmüş, hətta sonuncular qıza köməklik etdiyi üçün ona təşəkkür də etmişlər. Bundan sonra qızı qaçıran şəxs saxlanılaraq barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmışdır. Həmin cinayət işi üzrə o da şahid qismində iştirak etmişdir. 1-2 gün sonra Dağıstan adlı şəxsin qohumu ona zəng edib qızın qaçırıldığı evin sahibinin Dağıstanın qızı olduğunu deyib sonuncunun həbs olunmaması üçün köməklik etməyini xahiş etmişdir. O da Eşqin Qasımova zəng edib həmin qadına köməklik etməsini xahiş etmiş, Eşqin də əlindən gələni edəcəyini demişdir. Sonra o, Gəncə şəhər BPİ-nin Nizami RPŞ-nə getmiş, Dağıtsan adlı şəxs də oraya gəlmiş, həmin vaxt Dağıstanın qızını polis şöbəsindən buraxmışlar. Aradan xeyli müddət keçdikdən sonra Zərərçəkmiş şəxs2 Dağıstanın qızının onun köməyi ilə polis şöbəsindən azad olunduğunu bilib öz oğlunun həbsdən azad olunması üçün köməklik etməyini xahiş etmiş və bu işlə bağlı çəkiliş etməyini istəmişdir. O da razılaşıb Şahbazla çəkiliş etmiş və çəkiliş zamanı sonuncu polis əməkdaşlarının oğlunu döydüklərini demişdir. O, təcridxanada Elçin adlı şəxsin qəbulunda olmuş, xahiş edərək Şahbazın oğlunun dişini çəkdirmiş, yəni əlindən gələn köməkliyi eləməyə çalışmışdır. Elçin müəllim onunla da çəkiliş edib yayımlamağını istəmiş, hətta Eşqin Qasımov da Şahbazın oğlunun barəsində olan cinayət işi ilə bağlı özünün də səslərinin yayımlamağını istəyib Şahbazın yalan danışdığını, polis əməkdaşlarına şər atdığını, oğlunun isə döyülmədiyini demişdir. O da hər şeyi yayımlamış, Şahbaza da oğlu polis əməkdaşları tərəfindən döyülübsə bu barədə şikayət edə biləcəyini demişdir. O, Bakı şəhərinə gedəndə Şahbaza birlikdə getməyi təklif etmiş, sonuncu da razılaşmışdır. Onlar birlikdə Daxili İşlər Nazirliyinə getmiş, 06 iyun 2023-cü il tarixdə oğlunun polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Birlikdə qəbula gedib ərizə yazaraq poçt qutusuna atmışlar. Bakı şəhərinə gedib-gəlmək xərcini Şahbaz qarşılamış, ona cəmi 60 manat pul vermişdir. Şahbaz ona “sən mənim oğlumu tutdurmusan, mən də səni tutduracam” demişdir. Həmin epizodla bağlı Təqsirləndirilən şəxs ifadəsinin davamı olaraq bildirmişdir ki, Şahbaz ona 1200 manat məbləğində pul verməmiş, sadəcə Bakı şəhərinə gedib-gəlmək xərcini çəkmişdir. O, Şahbazdan oğlunun polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı müsahibə alıb yayımlamış, həmin çəkiliş yayımlandıqdan sonra DİN-nin mətbuat xidmətindən zəng edib çəkilişi yayımdan çıxarmağını istəmişlər, o da çıxara bilməyəcəyini demiş, daha sonra ona vətəndaş qəbula gəlməsini demişlər. Bundan sonra Eşqin Zərərçəkmiş şəxs2ı Bakıya aparmağını demiş, Şahbazın oğlunun tutulmasına hardasa o, səbəb olduğu üçün Bakı şəhərinə gedəndə Şahbaza birlikdə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 epizodu ilə bağlı ifadəsində göstərmişdir ki, ayın 4-ü Göygöl rayon polis şöbəsinin rəisi Zaur Nəsirov ona zəng edərək şöbəyə gəlməyini demişdir. O da həmin vaxt Xırda xanım yanında olduğu üçün sonuncu ilə birlikdə Göygöl RPŞ-ya getmişdir. Xırda xanım aşağıda gözləmiş, o isə Zaur Nəsirovun yanına qalxmışdır. Zaur Nəsirov polis əməkdaşlarının barəsində səhv məlumat yaydığını bildirmiş və bu barədə olan xəbəri silməyini demişdir. O, sonuncu ilə razılaşmamış və xəbəri silməyəcəyini demişdir. Zaur Nəsirov ona hədə-qorxu gəlsə də, o, sonuncuya dövlətin qayda-qanunlarının olduğunu, istədiyini etməsini, barəsində məhkəməyə müraciət edə biləcəyini deyərək oradan çıxıb getmişdir. Ertəsi gün Gəncə şəhəri, Dəyirmanın dairəsində yerləşən “Bolmart” adlı marketin qarşısında taksilərin dayandığı yerdə avtomobilini saxlayıb su almaq üçün marketə daxil olmuşdur. Marketdən çıxdıqdan sonra tanımadığı taksi sürücüsü marketdə olarkən başqa avtomobilin onun avtomobilinin yanında saxlayaraq içəriyə nə isə atıb getdiyini demiş və həmin avtomobilin dairədən döndüyünü göstərmişdir. O, cəld şəkildə avtomobilə əyləşib həmin avtomobilin arxasınca düşmüş, lakin bir qədər getdikdən sonra itirmişdir. Bundan sonra birbaşa Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinə gəlmiş və naməlum şəxslərin avtomobilinə nə isə atıb qaçdıqları barədə ərizə vermişdir. Ardınca bir neçə polis əməkdaşı ilə birlikdə avtomobilinə binanın həyətində baxış keçirilmişdir. Baxış keçirən zaman avtomobilinin qabaq sağ qapısının cib hissəsinə söykənmiş vəziyyətdə bir bükülü aşkar edilmişdir. Polis əməkdaşları həmin bükülünü götürüb içərisinə baxış keçirəndə narkotik vasitə olan marixuana olduğunu demişlər. O, polislərə narkotik vasitənin özünə məxsus olmadığını demişdir. Polis əməkdaşları bu barədə tədbir görüləcəyini demişlər. Ayın 8-i polis şöbəsinə gələrək verdiyi ərizə barədə maraqlanmışdır. Ona birazdan rəisin qəbul edəcəyini demişlər, lakin bir qədər gözlədikdən sonra, yəni nahardan sonra yenidən gəlməyini demişlər. Saat 11 radələrində növbətçi hissədən telefonunu götürən zaman Göygöl RPŞnin əməkdaşları barəsində şikayət olduğunu deyib qoluna qandal vurmuşlar. O, həbs edildikdən sonra “Sevimli market”-in yanında yerləşən ödəmə terminalından bank hesabına 100 manat göndərilmişdir. Bir gün tanımadığı şəxs onunla əlaqə saxlayaraq “Sevimli” marketdən aldığı şokoladdan qurd çıxdığını demiş və bu barədə çəkdiyi videonu göndərmişdir. O, həmin videonu ictimailəşdirmişdir. Bu məsələ ilə bağlı heç kim onunla əlaqə saxlamamış və o, həmin xəbərin səhifəsindən silinməsi qarşılığında heç kimdən pul tələb etməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, tədqiq edilmiş istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir tanımışdır. O, yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsində molla kimi fəaliyyət göstərmiş, bəzi vaxtlarda isə fala baxmışdır. Təqsirləndirilən şəxs pul verməyəcəyi təqdirdə sosial şəbəkədə onun barəsində rüsvayedici məlumatlar yayacağını demişdir. O da məcbur olub Bəxtiyara ayda bir dəfə 20-30 manat pul vermişdir. Pul vermədiyi vaxtlarda isə barəsində olan çəkilişlər Təqsirləndirilən şəxs tərəfindən “Youtube” sosial şəbəkəsində paylaşılmışdır. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 5-10 dəfə 20-30 manat pul vermişdir. O, Bəxtiyarı jurnalist kimi tanımış, sonuncu onun işi ilə bağlı gəlib-getmişdir. O, baxıcı kimi fəaliyyət göstərdiyi üçün Təqsirləndirilən şəxs onun videosunu çəkib “youtube” sosial şəbəkəsində paylaşmış, o, həmin videonu görüb sonuncuya zəng edərək videonu paylaşma səbəbini soruşmuş, Bəxtiyar da xəbəri olmadığını, silinməsi üçün köməklik edə biləcəyini demiş, lakin videonun paylaşıldığı hesab Bəxtiyara məxsus olmuşdur. Bəxtiyar videonun silinməsi üçün 50 manat istəmiş, o da vermişdir. Bəxtiyar ondan pulu kommunal xərclərini ödəmək üçün istəmiş, o da hər dəfə 20-30 manat vermişdir. O, Bəxtiyara pul verməyə də bilərdi, lakin pul verməyəndə sonuncu onun barəsində xəbərlər paylaşdığı üçün o, məcbur olub vermişdir. Bəxtiyara pul verməyəndə sonuncu onun fala baxmağı ilə bağlı mənfi xəbərlər və videolar paylaşmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Ona dəymiş maddi ziyan ödənilməmiş, lakin Bəxtiyarla barışmış, sonuncuya qarşı şikayət və ya tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Şəki rayonunda MKTİB-də işləmişdir. Şəki şəhərində yerləşən Bəxtiyar Vahabzadənin ev muzeyində ağacları budayan vaxt təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Söhbət əsnasında isə o, sonuncuya oğlunun MKTİB-də deyil, başqa bir yerdə işləməsini istədiyini demişdir. Bəxtiyar isə kömək edə biləcəyini bildirmişdir. Bəxtiyar oğlu ilə bir neçə dəfə Bakıya gedib gəlsə də nəticə olmamış, oğlunun iş məsələsi düzəlməmişdir. Bundan sonra o, Bəxtiyara dəfələrlə zəng etsə də xəbər çıxmamışdır. Onun Bəxtiyardan şikayət etmək fikri olmamış, çünki sonuncu ona pulunu qaytaracağını demişdir. Bəxtiyar onun verdiyi pulun 40 manatını qaytarmış. Həmin ərəfələrdə ona Göygöl RPŞ-dən zəng gəlmiş və izahat verməyi üçün oraya gəlməli olduğu deyilmişdir. O, Göygöl RPŞ-də izahat verən zaman Bəxtiyarın tutulduğunu bilmişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs4 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ona özünün jurnalist olduğunu demişdir. O, Bəxtiyara inandığı üçün sonuncudan harada jurnalist işləməsini soruşmamışdır. Onlar tanışlıq zamanı bir-birinin nömrəsini götürmüş və adi qaydada əlaqə saxlamışlar. O, Bəxtiyarla söhbət zamanı sonuncu ona oğlunu mühafizə polisinə işə düzəldə biləcəyini demiş, o da bu işdə köməklik etməsini xahiş etmişdir. O, Bəxtiyardan oğlunu necə, yaxud kimin vasitəsilə işə düzəldəcəyi barədə soruşmamış, ona görə də bu barədə məlumatı yoxdur. Bəxtiyar ona sadəcə sənədləri hazırlamaq üçün pul lazım olduğunu demiş, o da pulu vermişdir. O, ümumilikdə Bəxtiyara 600 manat pul vermişdir. Bəxtiyar ondan bir dəfəyə 600 manat almamış, o, həmin məbləği hissə-hissə özü vermişdir. O, n oğlunun işə düzəlməsi ilə bağlı Bəxtiyarın hər hansı sənədi yığıb-yığmamasını bilməmiş, bu barədə oğlunun məlumatı olmuşdur. Oğlu Şahmuradı komissiyadan keçməsi üçün Bəxtiyar sonuncunun Bakı şəhərinə aparmışdır. Bəxtiyara pulu bir neçə dəfə özü vermiş, qalanı isə oğluna vermiş ki, nə isə lazım olsa köməklik üçün Bəxtiyara versin. Xatırladığı qədəri ilə Bəxtiyara ayrı-ayrılıq 100, 200, 60 manat pulu o, qalanını isə oğlu vermişdir. O, Bəxtiyara pul verməyinin vaxtını dəqiq xatırlamasa da bu oğlu müharibədən qayıtdıqdan bir neçə gün sonra baş vermişdir. Pulu verdikdən sonra Bəxtiyarla əlaqə saxlamış, sonuncudan oğlunun işinin nə vaxt düzələcəyini soruşmuş, Bəxtiyar da narahat olmamağını, işin tezliklə alınacağını demişdir. Onun Bəxtiyara inamı olmuşdur. O, oğlunun işini düzəltmədiyini gördüyü üçün Bəxtiyara zəng edib pulunu qaytarmasını əks halda polisə şikayət edəcəyini demişdir. Bundan sonra Bəxtiyar 40 manat pulunu geri qaytarmış, qalan pulu isə qaytaracağını demişdir. Lakin həmin vaxtdan sonra Bəxtiyara zəng çatmamışdır. Bəxtiyar əvvəldən işin alınmayacağı təqdirdə pulunu geriyə qaytaracağını demişdir. O, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini təsdiq etmişdir. Bəxtiyar verdiyi pulun qalan 560 manatını ona qaytarmamış, onun da maddi imkanı yaxşı deyil, heç olmasa yarısını qaytarsa yaxşı olar. Bununla belə, o, Bəxtiyarla barışmış, sonuncuya qarşı şikayət və ya tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, sürücülük vəsiqəsi olmadığına görə yol polisi əməkdaşları avtomobilini saxlayıb duracağa yerləşdirmişlər. Həmin vaxtı o, idarədə Təqsirləndirilən şəxsla tanış olmuş və sonuncudan avtomobilini duracaqdan çıxarmaq üçün kömək istəmişdir. Təqsirləndirilən şəxs ona avtomobilini duracaqdan çıxarmaq üçün köməklik edə biləcəyini demiş və polis idarəsinin yuxarı mərtəbəsinə qalxmışdır. Bir qədər sonra Bəxtiyar ondan üzərində nə qədər pul olduğunu soruşmuş, o da 40 manat pul olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin vaxt həqiqətən də avtomobilinin duracaqdan çıxarılmasına kömək etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla aralarında münasibət yaranmış və onlar tez-tez bir-biri ilə telefon vasitəsilə əlaqə saxlamışlar. Bundan 3-4 ay sonra o, Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq aldığı təqaüdün dayandırıldığını demişdir. O, təqaüdünün bərpa edilməsi ilə bağlı Təqsirləndirilən şəxs kömək istəmişdir. Sonuncu yenidən onunla əlaqə saxlayacağını demişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs ona zəng edərək təqaüdünün bərpa edilməsi üçün 1600 manat pul istəmişdir. O da sonuncu ilə razılaşmış, lakin bir müddət sonra zəng edib pulu tapa bilmədiyini demiş və avtomobilinin satılması üçün ona kömək etməsini istəmişdir. Təqsirləndirilən şəxs ondan avtomobilinin fotoşəkillərini istəmiş, o da göndərmişdir. Bundan sonra Bəxtiyar onunla əlaqə saxlayacağını demişdir. xx.xx.2022-ci il tarixdə avtomobilinə alıcı çıxmış, lakin etibarnamə verə bilmədiyi üçün avtomobili həmin şəxsə sata bilməmişdir. Bir neçə gün sonra avtomobilini bazarda başqa şəxsə satmışdır. Bundan sonra Bəxtiyarla əlaqə saxlayaraq avtomobilini satdığını və istədiyi 1600 manatı verə biləcəyini demişdir. Həmin gün axşamı Gəncə şəhərinin çıxışındakı avtovağzalda Bəxtiyarla görüşmüş və sonuncuya 1600 manat pulu vermişdir. Həmin vaxt qohumlarından biri vəfat etdiyi üçün Bəxtiyarla birlikdə Bakı şəhərinə gedə bilməmişdir. 10 gün sonra Bəxtiyara zəng edəndə sonuncu narahat olmamağını və işinin düzələcəyini demişdir. Bir müddət sonra Bəxtiyar ona zəng edərək şəhid ailəsi üçün tikilən evdə fəhlə kimi işləməyə adam axtardığını demiş, o da özünün işləyə biləcəyini bildirmişdir. O, Bəxtiyarın dediyi evə 3-4 dəfə gedib işləmişdir. Bu müddət ərzində dəfələrlə Bəxtiyardan işi haqqında soruşmuş, sonuncu isə həmişə narahat olmamağını, işinin alınacağını demişdir. 4 ay keçdikdən sonra Bəxtiyar ona Bakı şəhərindəki şəxslə danışdığını və işinin alınması üçün əlavə 300 manat pul istədiyini demişdir. O, Bəxtiyarla razılaşmış və sonuncunun ona göndərdiyi karta yaşadığı evinin yaxılığındakı “Milli Ön” ödəmə terminalı vasitəsilə 200 manat göndərmişdir. Qalan 100 manatı isə bir qədər sonra eyni qaydada göndərmişdir. Bir müddət sonra Bəxtiyarla əlaqəsi tamamilə kəsilmiş, o, Təqsirləndirilən şəxs “TikTok” adlı sosial şəbəkəsindəki kanalına “salam Bəxtiyar əmi” yazmış, lakin cavab olaraq yazan şəxs Bəxtiyar olmadığını, sonuncunun polis şöbəsində tutulduğunu demişdir. İfadəsinin davam olaraq Elşad Tanırverdiyev bildirmişdir ki, xatırladığı qədəri ilə pulu verdikdən 4-5 ay sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs pulu verdikdən 1 ay sonra işinin düzələcəyini demiş, pulu verdikdən sonra sonuncuya zəng edəndə ona həmişə narahat olmamağını, işinin öz həllini tapacağını demişdir. Təqsirləndirilən şəxs avtomobilinin duracaqdan çıxarılmasına köməklik etdiyi üçün onun etibarını qazanmışdır. O, Təqsirləndirilən şəxs 1600 manatı şəxsən vermiş, həmin vaxt yanında şahid olmamış və bu barədə hər hansı sənədləşmə etməmişdir. O, sübut kimi sadəcə sonuncu ilə zəngli danışarkən 1600 manatı gətirəcəyini deməyini göstərə bilmişdir. O, əvvəlcə Təqsirləndirilən şəxs ona göndərdiyi kart məlumatlarına yaşadığı evin yaxılığındakı “Milli Ön” ödəmə terminalı vasitəsilə 200 manat göndərmiş, daha sonra isə qalan 100 manatı həmin kart vasitəsilə Bəxtiyara göndərişdir. Bundan sonra Təqsirləndirilən şəxs yoldaşı onunla əlaqə saxlayaraq göndərdiyi pulların gəldiyini demişdir. Təqsirləndirilən şəxs yalan danışmış, çünki onlar Gəncə şəhərindəki avtovağzalda olarkən o, sənədləri və pulu şəxsən Bəxtiyara vermiş, daha sonra məcburi köçkünlər məskunlaşdığı qəsəbənin yaxınlığında yerləşən mağazaya getmişlər, Bəxtiyar onun verdiyi 1600 manat pulu terminal vasitəsilə ödəmiş və onu yenidən avtovağzalda düşürmüşdür. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Təqsirləndirilən şəxs şikayətçidir və 1900 manat pulunun qaytarılmasını tələb etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Göygöl rayon mərkəzi xəstəxanasında qazanxana gözətçisi işləmişdir. Qazanxanada bir gündən bir gecə növbəsinə qalmışdır. Bir gün rəhbərlik onu çağırıb Təqsirləndirilən şəxs onun barəsində şikayət etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun xəstəxanada sertifikatsız işləməyi ilə bağlı şikayət etmişdir. Həmin vaxta kimi onlar Bəxtiyarla bir-birini tanımamışlar. Bəxtiyarın şikayətindən sonra sertifikatsız işlədiyi üçün 800 manat cərimə ödənilmişdir. Ondan sonra bir dəfə də gecə növbəsində olarkən Bəxtiyar onu yatılı vəziyyətdə görüb videosunu çəkmiş, həmin vaxt masada pivə şüşəsi də olmuşdur. Sonra Bəxtiyar ona hədə-qorxu gələrək 500 manat tələb etmiş, əks halda çəkdiyi görüntüləri rəhbərliyə göstərəcəyini demişlər. O, 500 manat pulu olmadığını bildirmiş və 300 manat verməklə bağlı razılaşmışdır. Həmin ay əməkhaqqını alandan sonra xəstəxananın həyətində Bəxtiyara 300 manat vermişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, növbədə yatan zaman Bəxtiyar mobil telefonu vasitəsilə onun video görüntüsünü çəkmişdir. Pul verdiyi üçün Bəxtiyar həmin görüntünü paylaşmamışdır. Hadisədən bir il yarım müddət keçdiyi üçün Bəxtiyarın onun yatılı vəziyyətdə olan videosunu günün hansı saatında çəkdiyini dəqiq xatırılamamışdır. Bəxtiyar ondan aldığı pulu qaytarmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxsla barışmamış, sonuncudan şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, oğlu Sarı Həsənov Ədliyyə Nazirliyinin hərbi hissəsində hərbi xidmət etmişdir. Oğlunun gözlərinin zəif olmasına və 2022-ci ilin dekabr ayınadək təqaüd almasına baxmayaraq, hərbi xidmətə aparılmışdır. Oğlunun xəstəliyi ilə bağlı hərbi xidmətdən tərxis olunması üçün çoxsaylı etirazlar etsə də, nəticəsi olmamışdır. Həmin vaxtlarda “Tiktok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs çıxışlarını görüb sonuncuya müraciət etmək istəmişdir. Bununla bağlı qohumu Osman Rzayevə müraciət etmiş və sonuncudan Təqsirləndirilən şəxs nömrəsini istəmişdir. Osman bir qədər sonra ona zəng edib Təqsirləndirilən şəxs mobil nömrəsini vermişdir. O, Təqsirləndirilən şəxsla zəngləşib oğlu Sarı ilə bağlı olan problemi danışmışdır. Bəxtiyar isə qısa zamanda görüşüb məsələni həll edəcəyini bildirmişdir. 10-11 may 2023-cü il tarixlərdə Bəxtiyarla zəngləşib Gəncə şəhəri Dəmiryol vağzalının qarşısında yerləşən çayçıda görüşmüşlər. Həmin vaxtı o, Bəxtiyara oğlunu hərbi xidmətdən tərxis etmək istədiyini demiş və oğlunun xəstəliyi ilə bağlı sənədləri sonuncuya vermişdir. Bəxtiyarın yanında tanımadığı iki nəfər olmuşdur. Bəxtiyar ona 500 manat verəcəyi təqdirdə oğlunu hərbi xidmətdən tərxis etdirib pensiya təyin etdirəcəyini bildirmişdir. Həmin vaxtı üzərində işi ilə bağlı saxladığı obyektin pulu olmuşdur. O, üzərindəki 250 manat pulu Bəxtiyara verib qalan 250 manatı qısa zamanda verəcəyini demişdir. 2023-cü ilin aprel ayında oğlu Sarı hərbi xidmətdə olarkən ayağından əməliyyat olunmuş və bununla bağlı may ayında məzuniyyətə buraxılmışdır. Sarı məzuniyyətdə olarkən Bəxtiyar oğlu ilə birlikdə yenidən Dəmiryol vağzalının qarşısındakı çayçıda görüşmək istədiyini demiş, onlar da oraya gəlmişdir. Həmin vaxtı Bəxtiyarın yanında tanımadığı üç nəfər olmuşdur. O, sonuncuların yanında qalan 250 manat pulu da Bəxtiyara vermişdir. Bəxtiyar isə lazımi adamla danışıb oğlunu hərbi xidmətdən tərxis etdirəcəyini və təqaüdünü yenidən alacağı haqqında vədlər vermişdir. 29 may 2023-cü il tarixdə Bəxtiyar ona mobil nömrə ilə zəng edib 02 iyun 2023-cü il tarixdə Bakı şəhərində olacağını, oğlunu tərxis etdirəcəyini və təqaüd də düzəltdirəcəyi demiş, qarşılığında isə 3000 manat pul istəmişdir. O da 02 iyun 2023-cü il tarixdə oğlu Sarı ilə birlikdə Bakı şəhərinə getmiş, daha sonra saat 07:30 radələrində Sarını hərbi hissəyə təhvil vermişdir. Saat 09:30 radələrinlə Bəxtiyarla danışaraq “20 Yanvar” metrosunun yaxınlığındakı çayçıda görüşmüş və sonuncu saat 13:30-da onların Zərifə Əliyeva xəstəxanasının yanında olmalı olduğunu demişdir. Bundan sonra o, Bəxtiyarla birlikdə Zərifə Əliyeva xəstəxanasının qarşısındakı mağazaya getmişdir. Bəxtiyar pulu vermək üçün zərf almış və o, üzərindəki 3000 manat pulu özü götürərək zərfə qoymuşdur. Daha sonra o, Bəxtiyarla birlikdə xəstəxananın qarşısına gəlmiş, Bəxtiyar xəstəxanaya daxil olmuş, lakin sonuncu onun içəri daxil olmağına icazə verməmişdir. Təxminən 1 saat xəstəxananın qarşısında gözlədikdən sonra Bəxtiyar oradan çıxıb onun yanına gəlmişdir. Sonuncu xəstəxanadan çıxdıqdan sonra narahat olmamağını və oğlunun işinin düzələcəyini demişdir. Bundan sonra Bəxtiyar ondan əlavə olaraq 20 manat yol pulu istəmiş, o da vermişdir. Onlar birlikdə “20 Yanvar” metrosuna qayıtmış, lakin Bəxtiyar başqa avtomobillə gəldiyini və burada qalacağını deyib ondan ayrılmışdır. O da evinə qayıtmışdır. Bir müddət keçdikdən sonra Bəxtiyarın mobil nömrəsi ilə əlaqə saxladıqda sonuncu ona bir daha narahat olmamağını, oğlunun tərxis olunacağına və sonuncuya təqaüd kəsiləcəyinə söz vermişdir. Daha sonra o, Təqsirləndirilən şəxs Göygöl rayonunda tutulduğunu eşidib Göygöl RPŞ-ya getmişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs5 bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcə oğlu Sarını tərxis etdirmək üçün ondan 500 manat pul istəmiş və o, ayrı-ayrılıqda sonuncuya iki dəfə 250 manat pul vermişdir. Təqsirləndirilən şəxs sonradan oğlunun tərxis olunması və pensiya təyin edilməsi üçün 3000 manat istədiklərini demişdir. Sonuncu 3000 manatı əvvəldən istəməmiş, əvvəl sadəcə 500 manat istəmişdir. Bəxtiyar 3000 manatı xx.xx.2023-cü il tarixdə ona zəng edəndə istəmişdir. Təqsirləndirilən şəxs onun verdiyi 3000 manatın oğlunun işi ilə bağlı başqa bir adama çatacağını demiş, lakin o, həmin şəxsin kim olduğunu bilməmişdir. Bəxtiyar ona əvvəlcədən Zərifə Əliyeva adına xəstəxanaya gedəcəklərini deməmiş, bu barədə Bakı şəhərində olan zaman demişdir. Təqsirləndirilən şəxs görə onun ümumilikdə 3700 manat xərci çıxmışdır. O, Bəxtiyara oğlunun işi ilə bağlı pul verdikdən təxminən 1 ay yarım sonra sonuncunun polis tərəfindən tutulduğunu eşitmişdir. O, 2023-cü ilin iyul ayının əvvəlində Bəxtiyara zəng edib oğlunun işi barədə maraqlandıqda sonuncu narahat olmamağını və ayın sonunadək məsələnin öz həllini tapacağını demişdir. Bununla belə, Bəxtiyar nə oğlunu tərxis etdirə, nə də ki pensiya təyin etdirə bilmişdir. Təqsirləndirilən şəxs verdiyi məbləğlərlə bağlı hər hansı sənədləşmə aparmamış, bu barədə sadəcə bankdan kredit götürməyini təsdiq edən sənədləri təqdim edə bilmişdir. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ona məxsus olmuşdur. Onun Zərərçəkmiş şəxs2la hər hansı qohumluğu olmamışdır. Onun evindən qardaşı qızını qaçırmışdılar. Onun epizodu ilə bağlı Təqsirləndirilən şəxs danışdıqlarının hamısı yalan olmuşdur. Daşkəsən rayonunda qaçırılan qızın gətirildiyi ev qardaşı qızının evi olmuşdur. Onun oğlunun işi ilə bağlı Təqsirləndirilən şəxs pul verməyi qardaşı qızının evinə qız qaçırılmasından əvvəl olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və ən azından 3000 manat pulunu qaytarmasını tələb etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, oğlu Novruz Qasımov qız qaçırıb həmkəndlisi Dağıstan adlı şəxsin qızının evinə aparmışdır. Oğlunun bu əməlinə görə Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onlar oğlunu həbsdən çıxarmaq üçün yollar axtarmışlar. Qonşusunun atası Dağıstan kişi ona tanıdığı bir vəkilin iki günə oğlunu həbsdən çıxara biləcəyini demişdir. Həmin gün Qurban bayramı olduğu üçün Dağıstan Gəncə şəhərinə qurban kəsməyə getdiyini, qayıdandan sonra vəkili çağırıb onunla görüşdürəcəyini demişdir. Dağıtsan kişi qayıdandan sonra onunla Göygöl rayonu, Üçtəpə kəndində yerləşən Sədinin kafesində görüşmüşdür. Dağıstan zəng edərək vəkili oraya çağırmışdır. Bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs “VAZ-2106” markalı avtomobillə gəlmişdir. Həmin vaxt Bəxtiyarın yanında bir nəfər tanımadığı oğlan da olmuşdur. Onlar birlikdə söhbət edib oğlunun barəsində olan cinayət işi bağlı danışmış, Bəxtiyar 1 həftəyə oğlunu həbsdən çıxaracağını demiş və bunun qarşılığında onlar 5000 manat məbləğində pul verəcəyi ilə bağlı razılaşmışlar. Bəxtiyar ona pulun 1000 manatını əvvəlcə verməli olduğunu, çünki həmin pulu generala verəcəyini demiş, o da həmin vaxt üzərində olan 400 manat məbləğində pulu sonuncuya vermişdir. 2-3 gün sonra da qalananı verəcəyi ilə bağlı razılaşmışlar. Həmin gündən 2-3 gün sonra pulun qalan hissəsini vermək üçün o, Bəxtiyarla yenidən görüşmüşdür. Sonuncu Bakı şəhərinə generalla görüşməyə getdiyini, pulu verib oğlunu həbsdən çıxaracağını demişdir. O, həmin vaxt Bəxtiyara 800 manat məbləğində pul vermişdir. 1-2 gün sonra Bəxtiyar zəng edib Bakı şəhərinə gedib “general” ilə görüşmək lazım olduğunu bildirmiş, o da razılaşmışdır. Bəxtiyar və tanışı ilə birlikdə o, sonuncuya məxsus VAZ-2106 markalı avtomobillə Bakı şəhərinə getmişdir. Bəxtiyarın qaynanası da onlarla birlikdə Bakı şəhərinə getmişdir. Bakı şəhərində Bəxtiyarla birlikdə Daxili İşlər Nazirliyinin qarşısına getmişdir. Bəxtiyar orada öz kartından 200 manat pul çıxarıb ona verdiyi 800 manat pulu 1000 manata çatdırmış, daha sonra isə nazirliyin həyətinə daxil olmuş, o və Bəxtiyarın tanışı isə orada gözləmişlər. Təxminən yarım saat sonra Bəxtiyar geri qayıtmış və artıq oğlunun işini həll etdiyini bildirmişdir. Ertəsi gün onlar yenidən Nazirliyin qarşısına getmişlər. Bəxtiyar yenə nazirliyin həyətinə daxil olmuş, sonra onu da içəri çağırmışdır. O, vətəndaşların qəbulu şöbəsinə getmişdir. Bəxtiyar ona sənədə qol çəkdirmiş və həmin sənədi poçt qutusuna atmışdır. Sonra Bəxtiyar Bakı şəhərində qalmış, o da çıxıb yaşadığı Daşkəsən rayonuna qayıtmışdır. Bu hadisədən sonra o, Bəxtiyarla əlaqə saxlaya bilməmiş, çünki sonuncunun mobil telefonuna zəng çatmamışdır. Yaşadığı evə gedəndə o, Bəxtiyarın tutulduğunu öyrənmiş, sonra Göygöl RPŞ-ya gedib ərizə ilə müraciət etmişdir. O, Bəxtiyara ümumilikdə 1200 manat pul vermiş və sonuncu həmin pulun heç bir məbləğini ona qaytarmamışdır. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxsla 5000 manat pul qarşılığında oğlunu həbsdən çıxaracağı ilə bağlı razılığa gəlmişdir. Bəxtiyar pulun 1000 manatını generala verəcəyini deyib əvvəlcədən verməli olduğunu söyləmiş, hətta oğlunun qaçırdığı qızın evinə gedib, ailə üzvləri ilə danışıb razılaşdığını, pulun bir hissəsini də sonunculara verəcəyini demişdir. Oğlunun qaçırdığı qız şikayətçi olmuşdur. Bəxtiyar ona oğlunu həbsdən necə çıxaracağını deməmiş, sadəcə həbsdən çıxaracağını, hansı yolla edəcəyinin onluq olmadığını, ondan sadəcə 5000 manat verməyini istəmişdir. Bəxtiyar ona Bakı şəhərinə gedib pul verəcəyi generalın kim olduğunu deməmiş, əvvəlcə özü nazirliyin binasına daxil olub yarım saat sonra əlində ərizə ilə gəlmişdir. Həmin ərizəyə ona imza çəkdirib verdiyi 800 manat pulun üstünə də özünün 200 manat qoyduğunu, 1000 manat pulu generala verəcəyini demişdir. O, Bəxtiyarla ilk dəfə görüşüb razılaşanda sonuncuya 400 manat, ikinci dəfə isə 800 manat vermişdir. Oğlunun işi ilə bağlı müsahibə çəkilişindən əvvəl Bəxtiyar özü onu Gəncə şəhərinə, “Univermağın” yanına çağırıb çəkilişdə nə deməli olduğunu öyrətmiş, oğlunun polis əməkdaşları tərəfindən döyüldüyünü deməyini istəmiş, hətta 3-4 dəfə çəkiliş edib yaxşı olmadığı üçün silmişdir. Bəxtiyar həmin çəkilişdən sonra generalın yanına gedib Gəncə şəhər BPİ-nə zəng etdirib oğlunu azadlığa buraxdıracağını demişdir. Həmin çəkiliş Bəxtiyara 400 manat verəndən sonra olmuşdur. O, oğlunun qız qaçırması ilə bağlı ilkin məlumatı Bəxtiyarın verdiyini, eləcə də sonuncunun oğlunun tutulmasına səbəb olduğunu bilməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir və pulunun qaytarılmasını tələb etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, “Sevimli” marketdə müdir müavini vəzifəsində işləyir. Bəxtiyar tik-tok sosial şəbəkəsində hansısa müştəriyə qurd düşmüş konfet satmaqları barədə video paylaşmışdır. 15-20 gün sonra həmin video silinmişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs6 bildirmişdir ki, videonun silinməsi üçün Bəxtiyarla danışmamış, sonuncunu ümumiyyətlə tanımamışlar. Videonun silinmə səbəbini bilməmişlər, 15-20 gün sonra baxmışlar ki, video silinib. Bəxtiyar videonun silinməsi üçün onlardan pul tələb etməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən ona təzyiq olunmamışdır. Zərərçəkmiş şəxs6 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Zərərçəkmiş şəxs6 həmin ifadəsində göstərmişdir ki, o, 6 ildir Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli Market”də adminstrator vəzifəsində işləyir. 2023-cü ilin iyun ayının sonlarında dəqiq xatırlamadığı tarixdə tanımadığı müştəri işlətdiyi marketə gələrək 2-3 gün öncə marketdən almış olduğu “Mishka Kosolapiy” və “Qrilyaj Shokolade” növündə kilo ilə satılan şokoladın içərisindən qurd çıxması barədə narazılığını bildirmişdir. Həmin vaxt həmin müştəri ilə razılığa gəlməyə çalışmış, sonuncuya ümumilikdə 120 manat dəyərində 6 kiloqram şokolad verərək üzrxahlıq edib şokoladın istifadə müddətinin keçməməsini, sadəcə havaların isti olduğu üçün şokoladın içərisindən qurd çıxmasını izah etmişdir. Lakin yenə də həmin müştəri narazılıq edə-edə çıxıb getmişdir. Gedərkən də “görün sizin başınıza nə oyun açacam” demişdir. Bundan bir neçə gün sonra, 07 iyul 2023-cü il tarixdə mağazada olan zaman istifadəsində olan ***-***-**-** nömrəsinə ***-***-**-** nömrəndən WhatsApp zəngi gəlmiş və ona zəng edən şəxs özünü “Gəzər-xəbər” kanalının təsisçisi, jurnalist Bəxtiyar kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsin ona hansı səbəbə görə zəng etdiyini soruşduqda sonuncu ondan “Sevimli Market”in administratoru olmağı barədə dəqiqləşdirici sual vermişdir. Bunu təsdiqlədikdən sonra həmin şəxs ona işlətdiyi market barədə video hazırlayıb özünə məxsus “Gəzər-xəbər” tik-tok kanalında yaymasını bildirmişdir. Videoya baxmaq istədiyini dedikdə həmin şəxs ona “Tik-tok” sosial şəbəkəsinə girib özünə məxsus “Gəzər-xəbər” kanalına daxil olmağını demişdir. O, danışığı sonlandırıb həmin kanala daxil olduqda həqiqətən də bir neçə gün əvvəl mağazaya gələrək şokoladın içərisindən qurd çıxması barədə narazılıq edən müştərinin bu barədə video çəkməsini, Bəxtiyar adlı jurnalistin də mağaza barədə mənfi motivdə danışıb marketin imicinə xələl gətirmək istəməsini görmüşdür. Təkrar həmin şəxsə WhatsApp zəngi edərək videonun silinməsini istədiyini deyib ondan xahiş etmiş, Bəxtiyar bundan sonra ona videonun silinməsi üçün “əlin cibində olsun” demiş və həmin şəxsin ondan pul tələb etməsini başa düşmüşdür. O, Bəxtiyara nə qədər pul istəməsini dedikdə həmin şəxs 100 manat pul tələb etmişdir. O isə Bəxtiyara yaxın vaxtda pul verəcəyini demiş, bundan sonra həmin şəxs ona özünə məxsus 4169-7388-7612-4078 nömrəli "xxxx"a aid kart hesabının məlumatlarını verib pulu gözlədiyini bildirmişdir. Həmçinin onunla yalnız WhatsApp zəngi vasitəsilə əlaqə saxlamağını tapşırmışdır. xx.xx.2023-cü il tarixdə işlətdiyi marketin imicinə xələl gətiriləcəyindən və camaat içərisində rüsvay olacağından ehtiyat edərək özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs vermiş olduğu öz adına olan 4169-7388-7612-4078 nömrəli "xxxx"a aid kart hesabına işlətdiyi mağazada olan “Milli Ön” ödəmə terminalı vasitəsilə 100 manat pul göndərmişdir. Sonradan həmin şəxs barəsində maraqlandıqda həmin şəxsin Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Pulu Bəxtiyara göndərdikdən sonra sonuncuya WhatsApp zəngi edərək pulu göndərdiyini deyib videonu silməsini xahiş etmişdir. Lakin Bəxtiyar ondan yenidən pul tələb edərək, 100 manat pulun az olmasını demişdir. Bundan sonra özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs “əl çəkməyəcəyini” başa düşmüş və bu səbəbdən də Göygöl RPŞ-ya ərizə ilə müraciət etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs6 bildirmişdir ki, ibtidai istintaq materiallarında olan təqdim edilmiş ərizə və ifadədə olan imzalar ona məxsus olmuş, iş materiallarında olan şikayət ərizəsi onun tərəfindən yazılmış, Təqsirləndirilən şəxs sosial şəbəkədə onun işlədiyi “Sevimli Market” mağazasını nüfuzdan salmaq məqsədilə paylaşım etdiyi üçün o, polis idarəsinə şikayət etmiş, Təqsirləndirilən şəxs sosial şəbəkədə paylaşım etməməsi üçün o, sonuncuya əvvəlcə 100 manat göndərmiş, lakin Bəxtiyar sonradan razılaşmamış və paylaşım etmişdir. Əvvəlki məhkəmə iclasında Bəxtiyarın qohumu olduğunu bildirən bir nəfər şəxs WhatsApp tətbiqi vasitəsilə Rusiya Federasiyası nömrəsindən ona zəng edərək məhkəmədə başqa formada ifadə verməyini, şəhərin kiçik olduğunu, məhkəmədə Bəxtiyarın xeyrinə danışmağını və bunun hər ikisi üçün yaxşı olacağını dediyi üçün o, Bəxtiyarın 100 manat üçün tutulmasına ehtiyac olmadığını düşünmüşdür. Buna görə də əvvəlki məhkəmə iclasında indikindən fərqli ifadə vermişdir. Məhkəmədə Bəxtiyarın xeyrinə danışmağını deyən şəxs sonuncunun yaxını olduğunu demişdir. Bəxtiyarın yaxını kimi ona zəng edən şəxsin adını unutmuş, mobil nömrəsini isə silmişdir. Həmin şəxs ona Rusiya Federasiyası mobil nömrəsi ilə zəng etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, oğlu Novruz tutulan vaxt onlar heç Bəxtiyarı tanımamışdır. Onlar Gəncə şəhərinə oğlunun yanına getmişlər, körpünün üstündən keçəndə Dağıstan kişi və qızı onları dayandırıb “bir vəkil tanıyırıq, oğlunuzu ikicə günə buraxdıracaq” demişlər. Onlar da sevinib avtomobildən düşmüş və həmin vəkilin kim olduğunu soruşmuşlar. Dağıstangil həmin vəkilin Bəxtiyar adlı şəxs olduğunu və müraciət edən şəxslərin hamısına köməklik etdiyini demişlər. O, Dağıstangildən onları Bəxtiyarın yanına aparmalarını xahiş etmiş, Dağıstan kişi də qurban kəsməyə getdiyini, şəhərə gedib onu gözləmələrini demişdir. Yoldaşı Şahbaz, Şahid1 və o “Sədinin kafesi” adlanan yerdə oturub Dağıstan kişini gözləmişlər. Bir qədər sonra Bəxtiyar bir nəfərlə birlikdə onların yanına gəlmişdir. Sonra da Dağıstan kişi gəlmiş və onlar birlikdə oturub çay içmişlər. Kafedən çıxanda yoldaşı kamera olmasından ehtiyat edib Bəxtiyarla kənara çəkilmiş və sonuncuya 400 manat pul vermişdir. Həmin vaxt axşam üstü olduğu üçün Bəxtiyar artıq gec olduğunu, sabah oğlunun qaçırdığı qızın ailəsinin yanına gedib danışacağını demişdir. Ertəsi gün Bəxtiyar qızın ailəsinin yanına getmək üçün Şahbaz, Nizami və onu da götürmüşdür. Onlar 1 saat parkda gözlətdikdən sonra Bəxtiyar gəlib hər şeyin yaxşı olduğunu, qızın ailəsinin ona çay, yemək verdikləri, ikicə günə oğlunu buraxdıracağını demişdir. İki gün sonra Bəxtiyar onun əri Şahbaza zəng edib görüşmək istədiyini demiş və onlar Gəncə şəhər BPİ-nin Nizami rayon polis şöbəsinin yanında görüşmüşlər. Həmin vaxt Bəxtiyar yoldaşı ilə çəkiliş edib polislərə göndərmiş, yoldaşına da 800 manat pul verməsini, Bakı şəhərinə gedib generalla danışıb oğlunu buraxdıracağını demişdir. Sonra Bəxtiyar yoldaşını Bakı şəhərinə Daxili İşlər Nazirliyinə aparmış, orada ərizə yazdırmış, verdiyi pulu generala verib oğlunu buraxdıracağını demiş, sonra nazirliyin binasına daxil olub bir qədər sonra qayıdaraq “arxayın ol pulu verdim oğlunu buraxacaqlar” demişdir. Bir müddət sonra onlar Bəxtiyarın tutulduğunu eşitmişlər. Bəxtiyar özü də bilmiş ki, onlar sonuncuya 1200 manat pulu yeganə inəklərini satıb vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bəylərov X7 Arifə Hadı qızı ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahbaz adlı tanışının oğlu qız qaçırmışdı, buna görə də Şahbazın oğlu saxlanılmışdı. O, Təqsirləndirilən şəxsla Gəncə şəhəri, “Bağmanın başı” adlanan ərazidə yerləşən yeməkxanada tanış olmuşdur. O, Şahbazın oğlunun işi barədə Bəxtiyara danışıb sonuncudan kömək edə biləcəyini soruşmuş, Bəxtiyar da kömək edə biləcəyini demişdir. O da bu barədə Şahbaza demişdir. Bundan sonra Şahbazla Bəxtiyar görüşmüş, lakin o, sonuncuların nə danışdıqlarını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə atası Zərərçəkmiş şəxs4 vasitəsilə tanış olmuşdur. O, polis orqanlarına işə düzəlmək üçün Təqsirləndirilən şəxsla bir neçə dəfə Bakı şəhərinə Daxili İşlər Nazirliyinə getmişdir. Onu polis orqanlarında işə düzəltmək üçün atası Təqsirləndirilən şəxsla danışmışdır. Atası onu işə düzəltməsi qarşılığında Təqsirləndirilən şəxsla hər hansı məbləğ barəsində razılaşmamışdır. Onlar sadəcə Bakı şəhərinə gedibgələrkən Bəxtiyarın yol, qalmaq və yemək xərclərini qarşılamışdır. Bundan əlavə işə qəbulla bağlı sənədləri toplayarkən prosesi tezləşdirmək üçün həkimlərə şirinlik kimi məbləğlər verilməsindən ötrü onlar Bəxtiyara pul vermişlər. Onlar Təqsirləndirilən şəxs ümumilikdə 600 manat pul vermişlər. Həmin pulu atası Yaquba məxsus olmuşdur. Bakı şəhərinə sadəcə o və Təqsirləndirilən şəxs getmişdir. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxsla birlikdə 3-4 dəfə işə düzəlməyi ilə bağlı Bakı şəhərinə getmişdir. Onlar Təqsirləndirilən şəxs 600 manat məbləğində pulu bir dəfəyə verməmiş, hər dəfə Bakı şəhərinə gedəndə üzərində 200 manat götürmüşdür. Üzərində götürdüyü 200 manat pulu bütöv şəkildə Bəxtiyara verməmiş, həmin məbləği xərclər üçün ehtiyac olduqca 20, 30 yaxud 40 manat şəklində xırda məbləğlərlə vermişdir. Xərclərin qarşılanması üçün Təqsirləndirilən şəxs verilmiş məbləğlərdən başqa atası yaxud o, Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul verməmişdir. Şahid4 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid4 həmin ifadəsində göstərmişdir ki, o, 2020ci ildə İkinci Qarabağ müharibəsində iştirakçıdır. X23 şəhər MKTİB-nin təmir-tikinti ustası kimi işləmişdir. Atası 2022-ci ilin mart ayının əvvəllərində Şəki şəhəri, Ə.Haqverdiyev küçəsində yerləşən Bəxtiyar Vahabzadənin ev muzeyində işləyərkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Atası evə gəldikdə Bəxtiyar adlı şəxslə tanış olduğunu, Bəxtiyarın əlaqələri olduğunu və onu polisə işə düzəldəcəyini demişdir. Atası Bəxtiyarın onu polisə işə düzəltməsi müqabilində 500-600 manat pul istəməsini də bildirmişdir. Bu məqsədlə atası ona şəxsiyyət vəsiqəsinin, aldığı medalların vəsiqələrinin və fəxri fərmanların surətlərini çıxarıb Bəxtiyara vermək lazım olmasını demiş, o, da həmin sənədlərin surətlərini çıxarıb atasına vermiş, atası da həmin sənəd surətlərini aparıb Bəxtiyara vermişdir. Bundan təxminən 10 gün sonra atası Şəki şəhəri, Ə.Haqverdiyev küçəsində yerləşən çayxanada görüşüb Bəxtiyara 200 manat pul vermişdir. Bəxtiyar atasına onu da götürüb Bakı şəhərinə getməli olduğunu bildirmişdir. Bir neçə gün sonra atası yenə həmin çayxanada görüşüb Bəxtiyara 100 manat da vermişdir. 2022-ci ilin aprel ayının əvvəllərində o, Bəxtiyarla görüşüb sonuncu ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə gedəndə atası ona Bəxtiyara verməsi üçün 200 manat pul vermişdir. Bəxtiyar onu Daxili İşlər Nazirliyinin Hospitalına aparmış, orada tam müayinə olunmamış, ondan sadəcə qan nümunəsi götürmüşlər. Hospitalda olan zaman Bəxtiyar ondan 200 manat pulu almışdır. Daha sonra Bəxtiyarla Şəki şəhərinə qayıtmışlar. Şəkidə Bəxtiyar atasına onun polisə girmək üçün boyu çatmadığını demişdir. 2022-ci ilin aprel ayının sonlarında atası Şəki şəhəri, Ə.Haqverdiyev küçəsində yerləşən çayxanada Bəxtiyarla görüşüb onun müsahibədən keçməsi üçün Bəxtiyara 100 manat da pul vermişdir. Bəxtiyar qısa müddətə onu polisə düzəldəcəyini söz vermişdir. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq, heç bir xəbər çıxmamışdır. Ona görə də atası tez-tez Bəxtiyara zəng edib verdiklərini pulları tələb etmişdir. Lakin Bəxtiyar pulunun olmamasını, imkanı olduqda pulu qaytaracağını demişdir. 2023-cü ilin aprel ayında Bəxtiyar onun "xxxx"a məxsus 4169- 7388-8063-5820 nömrəli bank kartına 40 manat pul göndərmişdir. Lakin yerdə qalan 560 manatı geri qaytarmamışdır. Daha sonra atası Bəxtiyarın arvadı Nigarın nömrəsini tapıb Bəxtiyarı soraqlayan zaman Nigar onun Göygöl RPŞ-də həbs olunmasını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, o, elan edilmiş ifadəsini təsdiq etmişdir. Bəxtiyar 40 manatı onun kartına göndərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əmisi Zərərçəkmiş şəxs5 ondan oğlu Sarı Həsənovu hərbi xidmətdən tərxis etdirməyə köməklik göstərilməsi üçün 3000 manat məbləğində borc pul alaraq Təqsirləndirilən şəxs verdiyini desə də, sonuncu ondan bu məqsədlə pul almamışdır. Ümumiyyətlə əmisi ilə aralarında heç bu barədə danışıq belə olmamışdır. Əmisi Hüseynqulu ondan borc pul almamışdır. İbtidai istintaq zamanı ifadə verərkən heç bir təsir yaxud təzyiqə məruz qalmamış, sərbəst formada ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini yenidən oxumağa ehtiyac olmadığını düşündüyü üçün oxumadan imzalamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrindəki imzalar onun tərəfindən icra edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göygöl RPŞ-nin rəisi Zaur müəllim onu çağırıb Təqsirləndirilən şəxs guya onun adından ev tikmək üçün kimlərdənsə pul alıb ona verməməsi kimi yanlış məlumatlar verməyini bildirmişdir. Lakin Bəxtiyar onun üçün əlindən gələn hər şeyi etmiş, evi olmadığı üçün Bəxtiyar ona ev də tikdirmişdir. Bəxtiyar onun üçün aldığı pulları özünə götürməmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan 3-4 gün sonra Rəşad adlı müstəntiq onu çağıraraq qol çəkməyini demişdir. O, nə olduğunu soruşduqda, Rəşad Bəxtiyar barədə əhəmiyyətsiz bir ərizə olduğunu demişdir. O da gözləri zəif gördüyü üçün və savadsızlığa görə ərizəni oxumadan imzalamışdır. İbtidai istintaq zamanı müstəntiqə ifadə də vermişdir. O, baxıcı kimi işləyən Zərərçəkmiş şəxs3 az, təxminən 1 ay olardı ki tanımış, sonuncunun yanına da getmişdir. O, ərindən boşanmışdır. Baxıcı Zərərçəkmiş şəxs3 yanına övladları üçün, həmçinin əri ilə barışmaq üçün getmişdir. O, Zərərçəkmiş şəxs3 ailəsi ilə barışmaq üçün dua yazmağa görə pul vermiş, lakin həmin məbləğin nə qədər olmasını xatırlamır. O, bundan sonra Bəxtiyar müəllimə müraciət edərək Zərərçəkmiş şəxs3 işini düzəltmək üçün aldadıb pulunu aldığını, lakin həmin işin düzəlmədiyini deyib ona kömək etməsini xahiş etmişdir. Bəxtiyar da Zərərçəkmiş şəxs3 verdiyi pulun təxminən 50 manatını geri almışdır. Zərərçəkmiş şəxs3 onun 100-200 manat pulu qalmışdır. Bəxtiyar Zərərçəkmiş şəxs3 onun yanında “nə üçün bu qızı aldadıb pulunu almışsan” deyib pulunu geri almışdır. Onun sadəcə Bəxtiyarın Zərərçəkmiş şəxs3la pulunu geri almaq üçün olan əlaqəsindən məlumatı olmuşdur. Göygöl RPŞ-nin rəisi onu çağırıb Təqsirləndirilən şəxs əleyhinə ifadə verməyini istədiyi vaxt onlar Bəxtiyarla qeyri-rəsmi ər-arvad münasibətlərində deyildi, o, Bəxtiyarı bu işlərə görə tanımışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini “qaçırılmış qız barədə Bəxtiyara məlumat verməyim” hissəsində təsdiq etmiş, lakin Zərərçəkmiş şəxs3la bağlı olan hissədə təsdiq etməmişdir. Zərərçəkmiş şəxs3la bağlı məhkəmədə dedikləri doğru olmuşdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:00-da Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 iyul 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqdim edilmiş diskin və qəbzin surətinin götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Zərərçəkmiş şəxs6 könüllü olaraq təqdim etdiyi Təqsirləndirilən şəxs Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” barədə özünə məxsus “Gəzər-xəbər” Tik-tok kanalında yaymış olduğu videogörüntünü əks etdirən bir ədəd disk, həmçinin 100 manatın Təqsirləndirilən şəxs göndərilməsini əks etdirən “Milli ön” ödəmə terminalından əldə olunmuş bir ədəd qəbz götürülmüşdür. Zərərçəkmiş şəxs6 təqdim etdiyi 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə olan videonun üzərində sol tərəfdə “Tik-tok” sosial şəbəkəsinin işarəsi, altında isə @gezer-xeber kanalının adı yazılıb. Videonun üstündə qırmızı hərflərlə “SEVİMLİ MARKETİN SEVİLMƏYƏN ƏMƏLLƏRİ!”, aşağı hissədə isə “EHTİYATLİ OLUN Kİ, ZİZİDƏ ALDATMASİNLAR” yazıları yazılıb. Video 1:17 dəqiqə gedir və video hərəkətə başlayanda Təqsirləndirilən şəxs danışaraq tamaşaçıları salamlayır, daha sonra vətəndaşın Gülüstanda yerləşən marketdən şokolad almasını, şokoladın içərisindən qurd çıxmasını, dəfələrlə bu halın olduğu üçün vətəndaşın şokoladın videosunu çəkib ona atdığını bildirərək videonu təqdim etməsini deyir və dırnaqarası işbazların qurbanına çevrilməməyə çağırır. Daha sonra olan videoda şokolad görüntülənir, şokoladın kağızı açılıb içərisində qurd olması görünür. Kimsə şokoladı əli ilə çəkib qurdları göstərir və üzü düşməyən şəxs danışaraq “hamısı bu vəziyyətdədir” deyir. Daha sonra iki ədəd mağazaya aid tərəzi qəbzi görünür, qəbzin üzərində yazılar var, lakin həmin yazılarda tarix və mağazanın adı yoxdur. Video sonlanır və “Tik-tok” sosial şəbəkəsinin işarəsi, altında isə @gezer-xeber kanalının adı yazılır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs6 bildirmişdir ki, həmin videonu “Tik-tok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs özünə məxsus “gezerxeber” kanalından yükləmişdir. Təqsirləndirilən şəxs həmin videonu yayaraq onu rüsvay etmiş və hədə qorxu gələrək pul tələb etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs6 təqdim etdiyi 01 ədəd qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:59:21-də Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli Market”də olan "xxxx" MMC-yə aid 51450 nömrəli “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə B****B****S*****oğlu adına olan "xxxx"a aid 416973*******4078 nömrəli kart hesabına 100 manat pul köçürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Zərərçəkmiş şəxs3 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 2016-cı ildən bu günədək özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs hədə-qorxu nəticəsində hər ay 40 manat məbləğində pul ödədiyini, tanımadığı bir qadına görə Təqsirləndirilən şəxs ondan bir dəfə hədə-qorxu ilə 300 manat aldığını və ifadəsində göstərdiyi digər xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqdim edilən sənədlərin qəbul edilib cinayət işinin istintaq materiallarına əlavə edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 könüllü olaraq təqdim etdiyi oğlunun tibbi sənədləri, kredit müqaviləsinin və digər bank sənədlərinin surəti götürülmüşdür. Tibbi sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs5 oğlu Sarı Həsənov xəstəliyi ilə əlaqədar müxtəlif tarixlərdə xəstəxanada müalicə almışdır. "xxxx" ASC ilə Zərərçəkmiş şəxs5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs5 bank tərəfindən 6000 manat məbləğində kredit verilmiş, qeyd edilən məbləğdən 1962,35 manat əvvəli kreditinə silinmiş, qalan vəsait isə özünə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 oğlunun həbsdən azad olunması üçün Təqsirləndirilən şəxs ümumilikdə 1200 manat məbləğində pul verdiyini və ifadəsində göstərdiyi digər xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs5 oğlu Sarı Həsənovu hərbi xidmətdən tərxis etdirməsi üçün Təqsirləndirilən şəxs ümumilikdə 3700 manat məbləğində pul verdiyini və ifadəsində göstərdiyi digər xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs X8 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Elşad Tanırverdiyev təqaüdünün bərpa edilməsi üçün Təqsirləndirilən şəxs ümumilikdə 1900 manat məbləğində pul verdiyini və ifadəsində göstərdiyi digər xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcısı olan diskdən görünür ki, DİN-nin BİKİ-dən və "xxxx" MMC-dən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** və +99***-***-**- ** mobil nömrələrinə dair məlumatlara baxış zamanı müəyyən edilmişdir ki: 1) Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********19 mobil nömrədən ilə iş üzrə Zərərçəkmiş şəxs3 istifadəsində olmuş +**********86 mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 13:04:10-də “Salam Əli qarras zehmet olmasa meni yıg”, xx.xx.2023-cü il tarixdə saat 10:23:30-da “4169 7388 8424 3443 kapitaldı qardaş xahis edirem işiq qurtarıb yol”, “una tez qoy”, xx.xx.2023-cü il tarixdə saat 12:31:46-da “Qardaş qəsəbədəyəm zəhmət olmasa gprüsək isim var”, xx.xx.2023-cü il tarixdə saat 10:22:25-də “Salam qardaş mənəm Bəxtiyar”, xx.xx.2023-cü il tarixdə saat 14:59:28-də “Qardaş telefonu aç işim var Bəxtiyardı”, xx.xx.2023-cü il tarixdə saat 13:55:13-də “Salam qardaş qəsəbədəyəm seni görmək isdəyirem”, xx.xx.2023-cü il tarixdə saat 12:56:54-də “Qəsəbədəyəm aç işim var”, xx.xx.2023-cü il tarixdə saat 15:27:52-də “Salam seyid meni kiminse yaninda niye yalanci edirsen”, xx.xx.2023-cü il tarixdə saat 19:17:30-da “4169 7388 7612 4078 kapitaldi” məzmunda mesajlar yazmışdır. Həmçinin zəng məlumatlarına baxan zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə iki dəfə, xx.xx.2023-cü il tarixdə iki dəfə, xx.xx.2023-cü il tarixdə iki dəfə zəng vurmuş, lakin aralarında telefon danışığı olmamış, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 iki dəfə zəng vurmuş, birində aralarında telefon danışığı olmamış, birində isə 61 saniyə danışmışlar. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 beş dəfə zəng vurmuş, lakin aralarında telefon danışığı olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 beş dəfə zəng vurmuş, lakin aralarında telefon danışığı olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 iki dəfə zəng vurmuş, ikinci telefon danışığı zamanı aralarında 25 saniyə danışıq olmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 altı dəfə, xx.xx.2023-cü il tarixdə iki dəfə, xx.xx.2023-cü il tarixdə iki dəfə, xx.xx.2023-cü il tarixdə iki dəfə, xx.xx.2023-cü il tarixdə iki dəfə zəng vurmuş, lakin aralarında telefon danışığı olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 iki dəfə zəng vurmuş, ikinci telefon zəngində aralarında 25 saniyə telefon danışığı olmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 səkkiz dəfə, xx.xx.2023cü il tarixdə iki dəfə zəng vurmuş, xx.xx.2023-cü il tarixdə iki dəfə, xx.xx.2023-cü il tarixdə dörd dəfə, xx.xx.2023-cü il tarixdə üç dəfə, xx.xx.2023-cü il tarixdə bir dəfə zəng vurmuş lakin aralarında telefon danışığı olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 beş dəfə, xx.xx.2023-cü il tarixdə bir dəfə zəng vurmuş, lakin aralarında telefon danışığı olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 üç dəfə zəng vurmuş, ikinci telefon danışığı baş tutmuş və aralarında 113 saniyə danışıq olmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 üç dəfə zəng vurmuş, ikinci telefon danışığında 46 saniyə, üçüncü danışıq isə 22 saniyə olmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 on beş dəfə zəng vurmuş, bir dəfə 33 saniyə, bir dəfə 13 saniyə, bir dəfə 29, bir dəfə 10 saniyə danışıq olmuşdur. Telefon məlumatlarından görünür ki, mütəmadi olaraq Bağırov X10 Zahid Əyyub oğluna telefon zəngləri etmiş, ona sms vasitəsilə bank kartı məlumatları da göndərmişdir; 2) İş üzrə Zərərçəkmiş şəxs4 istifadəsində olmuş +**********74 mobil nömrəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********19 mobil nömrəsinə zənglər etmiş, çox vaxt Təqsirləndirilən şəxs onun telefon zənglərinə cavab verməmiş, az hallarda aralarında telefon danışığı olmuşdur; 3) İş üzrə zərərçəkmiş şəxs X8 istifadəsində olmuş +**********87 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********19 mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq zənglər etmiş, çox vaxt Təqsirləndirilən şəxs onun telefon zənglərinə cavab verməmiş, az hallarda aralarında telefon danışığı olmuşdur. E.Tanırverdiyev öz ifadəsində 2023-cü ilin mart ayında Gəncə şəhəri, Təbriz küçəsində yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs bank hesab kartına ayrı-ayrı vaxtlarda 3 dəfəyə 100 manat göndərməsini bildirmişdir. Həmin epizoda əsasən onun anten dairəsi məlumatları göstərir ki, o, həmin müddətdə həqiqətən də Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, Bayan küçəsi ərazisində olmuşdur. Gəncə şəhəri, Təbriz küçəsi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsinin və Bayan küçəsi ilə yaxın koordinatlarda yerləşir; 4) İş üzrə Zərərçəkmiş şəxs1 epizodu ilə bağlı Təqsirləndirilən şəxs anten məlumatları xx.xx.2023cü il tarixdə saat 23:19:48-də Göygöl şəhəri, Aydın Hacıyev küçəsində olmuşdur. Həmin küçəsi ünvan 7 ünvanında yerləşən Göygöl rayon mərkəzi xəstəxanasının qarşısından keçən küçədir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayonu ərazisində olmuşdur. Bununla da, Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərdiyi hallar anten dairəsi məlumatları ilə bir daha öz təsdiqini tapmışdır; 5) Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********19 mobil nömrəsi ilə iş üzrə Zərərçəkmiş şəxs5 istifadəsində olmuş +**********31 və **********82 mobil nömrələri arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək olan müddət ərzində telefon əlaqələri olmuşdur. Zərərçəkmiş şəxs5 öz ifadəsində 11 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla Gəncə şəhəri, Dəmiryol Vağzalının qarşısında yerləşən çayçıda görüşməsini bildirmişdir. Təqsirləndirilən şəxs anten məlumatlarından görünür ki, o, 11 may 2023-cü il tarixdə saat 11-12 radələrində Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində olmuşdur. Zülfü Hacıyev küçəsi isə Gəncə şəhər Dəmiryol Vağzalının qarşısında yerləşir. Həmçinin Zərərçəkmiş şəxs5 öz ifadəsində 13 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla Gəncə şəhəri, Dəmiryol Vağzalının qarşısında yerləşən çayçıda yenidən görüşməsini bildirmiş, həmin tarixdə Təqsirləndirilən şəxs anten məlumatları ilə onun Gəncə şəhər Dəmiryol Vağzalı yaxınlığında olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs5 ifadəsində 02 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla Bakı şəhərində görüşməsini, sonuncuya 3200 manat pul verməsini bildirmiş, Təqsirləndirilən şəxs anten məlumatlarından görünür ki, o həqiqətən də xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olmuşdur. Bununla da Zərərçəkmiş şəxs5 öz ifadəsində göstərdiyi hallar anten dairəsi məlumatları ilə bir daha öz təsdiqini tapmışdır; 6) Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********19 mobil nömrəsi ilə iş üzrə Zərərçəkmiş şəxs2 istifadəsində olmuş +**********33 mobil nömrəsi arasında xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq telefon əlaqələri olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs2 öz ifadəsində 24-28 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Sədinin kafesi” adlanan kafedə görüşməsini, bundan sonra Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinin qarşısına getdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs2 arvadı Şahid6 həmin vaxtın 28 iyun 2023-cü il olmasını bildirmişdir. Təqsirləndirilən şəxs anten məlumatlarından görünür ki, o həqiqətən də xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Üçtəpə kəndi ərazisində, daha sonra isə Gəncə şəhəri ərazisində olmuşdur. Bununla da Zərərçəkmiş şəxs2 öz ifadəsində göstərdiyi hallar anten dairəsi məlumatları ilə bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcısı olan diskdən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs adına 416974******8289, 4169******3443, 4169******4078 nömrəli üç ədəd bank hesab kartı olmuşdur. Həmin hesablarda olan əməliyyatlara baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 416974******8289 nömrəli "xxxx"a aid kart hesabına xx.xx.2022-ci il tarixdə terminal vasitəsilə 41 manat pul köçürülmüş, Təqsirləndirilən şəxs 4169******3443 nömrəli "xxxx"a aid kart hesabına xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə (üç dəfə), xx.xx.2023-cü il tarixdə terminal vasitəsilə 40 manat pul köçürülmüşdür. Təqsirləndirilən şəxs 4169******4078 nömrəli "xxxx"a aid kart hesabına xx.xx.2023-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və 22 05.2023-cü il tarixdə terminal vasitəsilə 40 manat pul köçürülmüşdür. Bununla da, iş üzrə Zərərçəkmiş şəxs3 mütəmadi olaraq ayda bir dəfə Təqsirləndirilən şəxs 40 manat pul göndərməsi öz təsdiqini tapmış, həmçinin əldə edilmiş bank məlumatları ilə Təqsirləndirilən şəxs özünə məxsus +**********19 mobil nömrədən Zərərçəkmiş şəxs3 məxsus +**********86 mobil nömrəyə mesaj vasitəsilə göndərdiyi 416974******8289 və 4169******3443 kart məlumatlarının da Təqsirləndirilən şəxs özünə məxsus olması öz təsdiqini tapmışdır. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxs X8 öz ifadəsində Təqsirləndirilən şəxs məxsus "xxxx" hesab kartına xx.xx.2023-cü il tarixdə 50 manatdan olmaqla 4 dəfəyə ümumilikdə 200 manat, xx.xx.2023-cü il tarixdə eyni kart hesabına 50 manat, xx.xx.2023-cü il tarixdə isə 50 manat pul göndərməsini bildirməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs adına olan 4169******4078 nömrəli "xxxx"a aid kart hesabına xx.xx.2023-cü il tarixdə 4 dəfə 50 manat pulun terminal vasitəsilə mədaxil edilməsi, eləcə də həmin kart hesabına xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat pulun terminal vasitəsilə mədaxil edilməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs6 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Göygöl PRŞ-ya ərizə ilə müraciət edərək özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs ona hədə-qorxu gələrək administrator kimi işlədiyi “Sevimli market” haqqında sosial şəbəkədə rüsvayedici məlumatlar yaymaması müqabilində ondan 100 manat tələb etdiyini və həmin məbləğdə pulu sonuncuya göndərdiyini göstərib qeyd edilən şəxs haqqında qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Göygöl PRŞ-ya ərizə ilə müraciət edərək özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs ona hədə-qorxu gələrək 300 manat tələb etdiyini və həmin məbləğdə pulu sonuncuya verdiyini göstərib qeyd edilən şəxs haqqında qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Göygöl PRŞ-ya ərizə ilə müraciət edərək özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs ona hədə-qorxu gəldiyi üçün 2016-cı ilin iyul ayından bu günədək sonuncuya 3320 manat pul verdiyini göstərib qeyd edilən şəxs haqqında qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Göygöl PRŞ-ya ərizə ilə müraciət edərək özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs dələduzluq yolu ilə onun 3700 manat məbləğində pulunu ələ keçirdiyini göstərib qeyd edilən şəxs haqqında qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Göygöl PRŞ-ya ərizə ilə müraciət edərək özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs dələduzluq yolu ilə onun 1200 manat məbləğində pulunu ələ keçirdiyini göstərib qeyd edilən şəxs haqqında qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Göygöl PRŞ-ya ərizə ilə müraciət edərək özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs dələduzluq yolu ilə onun 1900 manat məbləğində pulunu ələ keçirdiyini göstərib qeyd edilən şəxs haqqında qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Göygöl PRŞ-ya ərizə ilə müraciət edərək özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs dələduzluq yolu ilə onun 600 manat məbləğində pulunu ələ keçirdiyini göstərib qeyd edilən şəxs haqqında qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq Göygöl rayon prokurorunun köməkçisi X12 tərəfindən 70 C-23 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2023-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Göygöl RPŞ-nin rəisi Zaur Nəsirovun onun istifadəsində olan mobil nömrəsinə zəng etməsi, eləcə də xx.xx.2023-cü il tarixdə Zaur Nəsirovun onu polis şöbəsinə dəvət edərək hədə-qorxu gəlməsi barədə Təqsirləndirilən şəxs müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına, Bərdə Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1 və 221.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 02 il islah işləri cəzasına, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 01 ay 09 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xocalı RİH başçısının Kosalar kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Xocalı rayonu, Kosalar kənd sakinidir və müvəqqəti olaraq Gəncə şəhəri, Yeni qəsəbə 2, küçə 13, ev 136-da məskunlaşmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs6 təqdim etdiyi 01 (bir) ədəd disk və bir ədəd qəbzin surəti, üzləşdirmə istintaq hərəkətlərinə dair disklər, Zərərçəkmiş şəxs5 təqdim etdiyi tibbi sənədlər və bank rəsmiləşdirməsinə dair sənədlər, DİN-in KİBİ-dən və "xxxx" MMC-dən alınmış 02 (iki) ədəd disklər, eləcə də "xxxx" ASC-dən alınmış 01 (bir) ədəd disk sübut kimi tanınaraq iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 1 saylı Gəncə “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından və “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü Məhəmməd Bağırov, xx.xx.2019-cu il təvəllüdlü Adəm Bağırov və xx.xx.2022-ci il təvəllüdlü Əsnad Bağırzadə adlı azyaşlı övladları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan və məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə RPŞ-nin MSY-nə daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, RPŞ-nin İstintaq bölməsinin icraatında olan 23077099 nömrəli cinayət işi üzrə şübhəli şəxs kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:28-də əməliyyat müvəkkilləri tərəfindən polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir, sonuncunun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs6 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, sonuncunun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, sonuncunun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir, sonuncunun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs barışmış, ona dəymiş maddi ziyan ödənilməmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, sonuncunun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs şikayətçi olduqlarını və onlara dəymiş maddi ziyanın ödənilmədiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində Zərərçəkmiş şəxs3 hədə-qorxu gəlmədiyini və sonuncudan hər hansı məbləğdə pul almadığını, Zərərçəkmiş şəxs4 ittihamda qeyd olunan məbləğdə pulu ona vermədiyini, sonuncunun sadəcə olaraq oğlunun komissiyalardan keçirilməsi üçün pul verdiyini, X2 hər hansı məbləğdə pul almadığını, Zərərçəkmiş şəxs1 300 manat məbləğində pul tələb etmədiyini, Zərərçəkmiş şəxs5 20 manatdan başqa hər hansı məbləğdə pul almadığını, Zərərçəkmiş şəxs2 ona 1200 manat məbləğində pul vermədiyini, Zərərçəkmiş şəxs6 hər hansı məbləğdə pul almadığını, tutulduqdan sonra Zərərçəkmiş şəxs6 onun kartına 100 manat pul göndərdiyini, həmçinin Zərərçəkmiş şəxs6 işlədiyi “Sevimli market”də ödəmə terminalı olmadığını, eləcə də xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının onu qanunsuz olaraq saxladıqlarını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin zərərçəkmiş şəxslərin həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələri, şahidlərin ifadələri, üzləşdirmə istintaq hərəkətlərinə dair protokollar və protokollara əlavə edilmiş videoçəkilişlər, telefon danışıqlarına dair məlumatlar, bank hesablarına dair məlumatlar, həmçinin digər istintaq hərəkətlərinə dair protokollar, protokollara əlavələr və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Zərərçəkmiş şəxs3 ifadəsində falçılıq və baxıcılıq fəaliyyəti ilə məşğul olması səbəbindən Təqsirləndirilən şəxs ona hədə-qorxu gələrək özünə məxsus sosial şəbəkə hesabında barəsində rüsvayedici məlumatlar yayması ilə hədələdiyini, hətta bir dəfə onun barəsində öz hesabında rüsvayedici məlumatlar yaydığını, Təqsirləndirilən şəxs pul verdikdən sonra sonuncunun həmin videonu sildiyini, bu hadisədən sonra mütəmadi olaraq Təqsirləndirilən şəxs hər ay pul verdiyini, pul vermədiyi təqdirdə isə sonuncunun onun barəsində rüsvayedici xəbərlər paylaşdığını, məhz buna görə də məcbur olub Təqsirləndirilən şəxs hər ay pul verdiyini göstərmişdir. "xxxx" ASC tərəfindən təqdim olunmuş bank hesablarına dair məlumatlara baxdıqda Zərərçəkmiş şəxs3 mütəmadi olaraq ayda bir dəfə Təqsirləndirilən şəxs 40 manat pul göndərməsi öz təsdiqini tapmışdır. Telefon danışıqlarına dair məlumatlara da baxdıqda Təqsirləndirilən şəxs mütəmadi olaraq Zərərçəkmiş şəxs3 zəng etməsi, eləcə də mesaj vasitəsi ilə sonuncuya bank kart məlumatları göndərməsi öz təsdiqini tapmışdır. Həmçinin Zərərçəkmiş şəxs4 ifadəsində Təqsirləndirilən şəxs onun oğlunu mühafizə polisində işə düzəltməsi üçün ayrı-ayrı tarixlərdə ümumilikdə 600 manat verməsinə baxmayaraq, sonuncunun onu aldadaraq heç bir iş görmədiyini və pulunu geri qaytarmadığını göstərmişdir. Telefon danışıqlarına dair məlumatlara baxdıqda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs4la Təqsirləndirilən şəxs mütəmadi olaraq bir-birinə zəng etmələri öz təsdiqini tapmışdır. O cümlədən Elşad Tanırverdiyev ifadəsində təqaüdünün bərpa edilməsi üçün Təqsirləndirilən şəxs ümumilikdə 1900 manat məbləğində pul verməsinə baxmayaraq, sonuncunun onu aldadaraq heç bir iş görmədiyini və pulunu geri qaytarmadığını göstərmişdir. "xxxx" ASC tərəfindən təqdim olunmuş bank hesablarına dair məlumatlara baxdıqda Təqsirləndirilən şəxs adına olan 4169******4078 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə 4 dəfə 50 manat pulun terminal vasitəsilə mədaxil edilməsi, eləcə də həmin kart hesabına xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat pulun terminal vasitəsilə mədaxil edilməsi öz təsdiqini tapmışdır. Telefon danışıqlarına dair məlumatlara baxdıqda həqiqətən də Elşad Tanırverdiyevin istifadəsində olmuş mobil nömrənin anten dairəsinin sonuncunun 2023-cü ilin mart ayında bir neçə dəfə Təqsirləndirilən şəxs pul göndərdiyi “Milli Ön” ödəmə terminalının yerləşdiyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Bayan küçəsində olması öz təsdiqini tapmışdır. Habelə Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs onu işlədiyi Göygöl Rayon Mərkəzi Xəstəxanasında yatılı vəziyyətdə tutaraq bu barədə çəkdiyi videonu silməsi üçün sonuncuya 300 manat məbləğində pul verdiyini göstərmişdir. Hətta Zərərçəkmiş şəxs5 oğlu Sarı Həsənovu əlliliyi ilə bağlı ordu sıralarından tərxis etdirməsi üçün Təqsirləndirilən şəxs 3700 manat məbləğində pul verməsinə baxmayaraq, sonuncunun hər hansı bir iş görmədiyini və onun pulunu dələduzluq yolu ilə ələ keçirdiyini göstərmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs2 ifadəsində barəsində olan cinayət işi üzrə oğlunun həbsdən azad olunması üçün Təqsirləndirilən şəxs 1200 manat məbləğində pul verməsinə baxmayaraq, sonuncunun hər hansı bir iş görmədiyini və onun pulunu dələduzluq yolu ilə ələ keçirdiyini göstərmişdir. Eləcə də, Zərərçəkmiş şəxs6 ifadəsində işlədiyi Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli Market”dən alınmış şokoladların içərisində qurd çıxması ilə bağlı Təqsirləndirilən şəxs öz sosial şəbəkə hesabında paylaşdığı marketi nüfuzdan salan videonun silinməsi üçün sonuncuya elə işlədiyi marketdə quraşdırılmış ödəmə terminalından 100 manat məbləğində pul göndərdiyini göstərmişdir. Yuxarıda adları qeyd edilən hər bir zərərçəkmiş şəxs üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadələrini təsdiq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs6 işlədiyi “Sevimli market”də ödəmə terminalı olmadığını, eləcə də tutulduqdan sonra sonuncunun onun kartına 100 manat pul göndərdiyini iddia etsə də, iş materiallarında olan elə Zərərçəkmiş şəxs6 ibtidai istintaq orqanına təqdim etdiyi ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:59:21-də, yəni Təqsirləndirilən şəxs həmin gün Göygöl RPŞ-yə gətirilməsindən təxminən 4 saat əvvəl Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli Market”də olan "xxxx" MMC-yə aid 51450 nömrəli “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə B****B****S*****oğlu adına olan "xxxx"a aid 416973*******4078 nömrəli kart hesabına 100 manat pul köçürülmüşdür. "xxxx" ASC tərəfindən təqdim olunmuş bank hesablarına dair məlumatlara baxdıqda isə 416973*******4078 nömrəli kart hesabının Təqsirləndirilən şəxs adına olması öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanıldığını iddia etsəa də, iş materiallarında olan Göygöl RPŞ-dən alınmış “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs RPŞ-nin İstintaq bölməsinin icraatında olan 23077099 nömrəli cinayət işi üzrə şübhəli şəxs kimi xx.xx.2023cü il tarixdə saat 15:28-də əməliyyat müvəkkilləri tərəfindən polis şöbəsinə gətirilmiş, həmin gün saat 17:00-da şübhəli şəxs kimi tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasından daxil olmuş Göygöl RPŞ-nin rəisi Zaur Nəsirov tərəfindən qanunsuzluğa məruz qalması barədə Təqsirləndirilən şəxs müraciət əsasında Göygöl rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığına və əməldə cinayət tərkibi olmadığına görə Cinayət- Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən, yəni bəraətverici əsasla cinayət işinin başlanmasının rədd edilməsinə baxmayaraq, məhkəməyədək icraat zamanı nə Təqsirləndirilən şəxs, nə də müdafiəçisinin həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yaxud məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Bununla da, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi, həmçinin təkrar zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etməsi tam olaraq sübuta yetirilmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Həmçinin həmin qərarda göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-ci il tarixli 2 nömrəli qərarının 1-2-ci bəndində göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləciyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 yun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn, daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Beləliklə, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan görünür ki, o, Zərərçəkmiş şəxs3la bağlı birinci epizod üzrə Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini 2017-ci ilin avqust ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə törətmişdir. Cinayət Məcəlləsinin 182.1-ci maddəsi Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs3la bağlı irəli sürülmüş birinci ittiham üzrə 2017-ci ilin avqust ayından hesabladıqda yeddi il keçdiyinə görə Təqsirləndirilən şəxs həmin əməl üzrə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bununla belə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4la bağlı epizod üzrə, yəni ikinci epizod üzrə verilmiş ittihamdan görünür ki, o, qeyd edilən cinayət əməlini 2022-ci ilin mart-aprel aylarında törətmişdir. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs4la bağlı irəli sürülmüş ittiham üzrə 2022-ci ilin mart-aprel aylarından hesabladıqda iki il keçdiyinə görə Təqsirləndirilən şəxs həmin əməl üzrə də cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bununla belə, Təqsirləndirilən şəxs Elşad Tanırverdiyevlə bağlı epizod üzrə, yəni üçüncü epizod üzrə verilmiş ittihamdan görünür ki, o, qeyd edilən cinayət əməlini 2022-ci ilin mart-aprel aylarında törətmişdir. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Elşad Tanırverdiyevlə bağlı irəli sürülmüş ittiham üzrə 27 mart 2023-cü il tarixdən hesabladıqda iki il keçdiyinə görə Təqsirləndirilən şəxs həmin əməl üzrə də cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində əsasən bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Zərərçəkmiş şəxs1la bağlı Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham təkrarlığın nəzərə alınması zamanı birinci əməl kimi qiymətləndirilməli, növbəti əməllər isə cinayətin təkrar törədilməsi hesab olunmalıdır. Bundan başqa, ibtidai istintaq orqanı xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında Zərərçəkmiş şəxs3la bağlı irəli sürülmüş ittihama münasibətdə Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə məhkumluğunu cinayətlərin residivi kimi qiymətləndirlmişdir. Bununla belə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 46-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Məhkəmə tərkibi hesab edir ki, baxmayaraq ki, ibtidai istintaq orqanı ittiham aktında cinayətlərin residivini təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi qeyd etmişdir, faktiki olaraq Zərərçəkmiş şəxs3la, Zərərçəkmiş şəxs4la və Elşad Tanırverdiyevlə bağlı irəli sürülmüş ittihamlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, məhkəmə tərəfindən isə Zərərçəkmiş şəxs1la bağlı 2023-cü ilin aprel ayında, yəni 2016-cı ildən hesabladıqda Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə yaranmış məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildikdən sonra törədilmiş əməl birinci əməl kimi qəbul edildiyindən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi mövcud deyildir və həmin hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə tərkibi himayəsində üç azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hədə-qorxu ilə tələb etmə epizodları üzrə ayrı-ayrılıqda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsi, həmçinin həmin epizodlar üzrə dəymiş maddi ziyanın tam olaraq ödənilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələrini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmiş qalan epizodlar üzrə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək, ona ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 08 iyul 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə müdafiəçisi Müdafiəçi2 tərəfindən göstərilmiş 53 (əlli üç) iş saatı (24 iş saat xx.xx.2025-ci il tarixədək, 29 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 463 (dörd yüz altmış üç) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut yoxdur. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs4, X4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-187, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 08 iyul 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi2 üçün 463 (dörd yüz altmış üç) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs4, X4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar