Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-103/2021 13.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, müdafiəçilər Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1971-ci ildə Xanlar rayonu, Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1, 228.4, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə və xx xxxx 1976-cı ildə Samux rayonu, Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Samux rayonu, Sərkar kəndində qeydiyyata olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X15 istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddəni və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, özünün istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4.114,356 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, onun və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,524 qram çəkidə narkotik vasitə heroini, 0,325 qram çəkidə narkotik vasitə metadonu, 0,297 qram çəkidə narkotik vasitə kokaini, külli miqrdarda - 2,259 qram çəkidə psixotrop maddə metamfetamini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil olan tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 2,25 qram təçkil edən 1 ədəd konvalyutda 10 ədəd həbdə“Royal 225” adlı dərman vasitəsini əldə edib üzərilərində daşımaqla, Təqsirləndirilən şəxs2 idarə etdiyi Daimler Benz C180 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobildə və özünün istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4.114,356 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı,yaşadığı Samux rayonu, Sərkar kəndindəki evində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X25 Şöbəsinin əməkdaşları tərəfindən 13 fevral 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 16.10-da Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 41 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb X8 dəvət olunub üzərlərinə və avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının təklifindən sonra əynindəki gödəkçəsinin sol döş cibindən iki ədəd qəhvəyi rəngli kağız bükümdə, ayrı-ayrılıqda çəkiləri 1,193 qram və 1,066 qram olmaqla ümumilikdə külli miqdarda 2,259 qram çəkidə psixotrop maddə metamfetamini, iki ədəd kağız bükümdə, ayrı-ayrılıqda çəkiləri 1,017 qram və 0,507 qram olmaqla ümumilikdə 1,524 qram çəkidə narkotik vasitə heroini və iki ədəd kağız bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,181 qram və 0,144 qram olmaqla ümumilikdə 0,325 qram çəkidə narkotik vasitə metadonu, bundan başqa Təqsirləndirilən şəxs2 idarə etdiyi Daimler Benz C180 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoltuqaltı saxlanc yerindən dəri pul qabının içərisindən bir ədəd qırmızı rəngli kağız bükümdə 0,297 qram çəkidə narkotik vasitə kokaini və 1 ədəd konvalyutda 10 həbdə təsiredici maddəsinin ümumi miqdarı - 2,25 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə “tramadol hidroxlorid” tərkibli dərman preparatını çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin gün saat 20.30-da Təqsirləndirilən şəxs1 yaşadığı Samux rayonu, Sərkar kəndində yeləşən evinə baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra o, evin qiriş otağında olan qırmızı vedrənin içərisindən bir ədəd ağ rəngli sintetik çantada və iki ədəd qara rəngli polietilen torbada külli miqdarda - 4.100,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və qonaq otağında olan şkafın orta rəfindən 5 ədəd kibrit qutusunda ayrı-ayrılıqda 3,743 qram, 2,265 qram, 2,682 qram, 3,169 qram və 2,497 qram olmaqla ümumilikdə 14,356 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa o, istintqa məlum olmayan vaxt və mənbədən satış məqəsdi ilə hər hansı texniki qurğudan istifadə etməklə axınlı printer vasitəsi ilə çap olunaraq hazırlanmış 1 (bir) ədəd Azərbaycan Respublikası Mərkəzi Bankının 2013-cü il buraxılışlı C seriyalı 82092681 nömrəli 100-lük Azərbaycan manatı əskinasına oxşar eyni növ pul əskinasları üçün qəbul olunmuş standarta uyğun olmayan saxta pulu əldə edib üzərində saxlamış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X25 Şöbəsinin əməkdaşları tərəfindən 13 fevral 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 16.10-da Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 41 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb X8 dəvət olunub üzərlərinə baxış keçirilən zaman həmin 1 ədəd saxta 100-lük pul əskinazı aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxt və mənbədən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi ov təyinatlı soyuq silah hesab edilən bıçağı qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs2 idarə etdiyi “Daimler Benz C180” markalı 20CH535 dövlət qeydiyyat nişanlı avtomobilin qoltuqaltı saxlanc yerində saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X25 Şöbəsinin əməkdaşları tərəfindən 13 fvral 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 16.10-da Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 41 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb X8 dəvət olunmuş və həmin zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi ov təyinatlı soyuq silah hesab edilən bıçağı saxlamış olduğu Təqsirləndirilən şəxs2 idarə etdiyi “Daimler Benz C180” markalı 20CH535 dövlət qeydiyyat nişanlı avtomobilin qoltuqaltı saxlanc yerindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər X15 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X15 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 204.1, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan ittihamlar üzrə özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, külli miqdarda narkotik vasitələr və tramadolun satışında, saxta pul əldə edib üzərində gəzdirməyi ilə bağlı özünü təqsirli bilmir. Belə ki o, narkotik vasitə istifadəçisi olmuş və narkotik vasitələrin aludəçisi olmuşdur. Təqsirləndirilən şəxs2 tanıyır, sonuncu onun həmkəndlisidir, aralarında ədavət və düşmənçilik olmamışdır. 13 fevral 2020-ci il tarixdə Yaqubla o, özləri istifadə etmək üçün telefon vasitəsilə tanıdığı, lakin adını bilmədiyi şəxsdən narkotik vasitə almaq üçün Yaqubun avtomobili ilə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsinə gəlmişlər. O, həmin şəxsdən 40 manat dəyərində 0,5 qram heroin almışdır. Onlar heroini alıb geri qayıdarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları onları saxlayıb Gəncə şəhərində yerləşən Polis İdarəsinə aparmışlar. Orada Yaqubun üzərinə baxış keçirilsə də heç bir qeyri qanuni əşya aşkar olunmamışdır. Onun üzərinə baxış keçirilən zamanı isə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra Yaqubun avtomobilinə baxış keçirilmiş, avtomobildə ona məxsus bıçaq, həmçinin Yaqubun istifadə etdiyi kokain və tramadol götürülmüşdür. Üzərinə baxışdan sonra polis əməkdaşları onun yaşadığı evə baxış keçirmişlər və polislər özləri qoymuş olduğu narkotik vasitə olan qurudulmuş marixuananı ona məxsus kimi sənədləşdirmişlər. Təqsirləndirilən şəxs2lə birlikdə satış məqsədilə narkotik vasitə əldə etməmiş, heç vaxt narkotik vasiə satmamışdır. Təqsirləndirilən şəxs2 avtomobilində kokain və tramadol olması barədə onun məlumatı olmamış, həmin tramadol və kokain Yaqubun özünə məxsus olmuşdur. Onun üzərindən aşkar edilib götürülmüş kakos kimi tanınan heroini o, özü istifadə etmək məqsədilə əldə etmişdir. Həmin narkotik vasitə olan heroin onun özünə məxsus olmuş, həmin narkotik vasitədən heç kimə satmamış və satmaq niyyəti olmamışdır. Onun üzərindən və evindən aşkar edilib götürülmüş narkotik vasitələr ona məxsus olmamış, həmin narkotik vasitələri üzərinə və yaşadığı evinə narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları qoymuşlar. Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar olunub götürülmüş bıçaq onun özünə məxsusdur, o, həmin bıçağı təxminən 2 il əvvəl Bakı şəhərində xatırlamadığı ərazidən almışdır. O, yaşadıqları rayondan Gəncə şəhərinə gələn vaxt bıçağı üzərindən çıxardıb Təqsirləndirilən şəxs2 avtomobilinə qoymuşdur. O, kənd yerində yaşadığı üçün təsərrüfat işlərində lazım olduğuna görə üzərində bıçaq gəzdirmişdir. O, üzərindən aşkar olunmuş pulun saxta olması barədə məlumatı olmamış, həmin pulu haradasa alış-veriş zamanı ona vermişlər və o, da üzərində saxlamışdır. O, həmin pulun saxta olmasını bilməmişdir. Polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyulması barədə o, prokurorluğa şikayət etmişdir. Yalnız onun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin ona məxsus olmuş, o, həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə əldə etmişdir. İstintaq zamanı ifadəsini təzyiq altında vermişdir. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan ittihamlar üzrə özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 234.1, və 240.1-ci maddələri ilə nəzərdə tutulan ittihamlar üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisi olmuş və narkotik vasitələrin aludəçisi olmuşdur. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, aralarında ədavət və düşmənçilik olmamışdır. 13 fevral 2020-ci il tarixdə Elburus ondan o, avtomobili ilə Elburusu Gəncə şəhərinə gətirməsini, Elburus kiminləsə görüşüb 5 dəqiqəlik işini gördükdən sonra kəndə qaytarıb aparmasını xahiş etmişdir. O, da etiraz etməyib öz avtomobili ilə Elburusla birlikdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində İcra Hakimiyyətinin binasının yanına gəlmişlər. Elburus orada avtomobildən yerə düşüb bir nəfərlə görüşdükdən sonra yenidən gəlib avtomobilə əyləşmiş və o, avtomobilini idarə edərək Elburusla birlikdə yolda gedərkən onun mobil telefonuna zəng gəldiyi üçün o, idarə etdiyi avtomobili yolun kənarında dayandırıb telefonuna cavab verərkən həmin vaxt onun avtomobilinin ön və arxa tərəfində mülki avtomobillər dayanmışdır. Həmin avtomobillərdən düşən şəxslər onlara yaxınlaşıb vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim etmişlər və üzərlərində narkotik vasitələr gəzdirməkdə şübhəli olduqlarını bildirib onları X12 Mübarizə Şöbəsinə aparmışlar. Orada onun və Elburusun üzərinə vəkillərin iştirakları ilə baxış keçirilən zamanı onun üzərindən heç bir əşya və qeyri-qanuni predmet aşkar edilməmişdir. Elburusun üzərindən isə içərisində narkotik vasitə olan kağıza bükülmüş bükülü aşkar edilmişdir. Budan sonra polis əməkdaşları tərəfindən onun avtomoblinə baxış keçirilən zamanı o, özü istifadə etmək üçün saxladığı narkotik vasitə olan kokaini və güclü təsir edən tramadolu polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilən zamanı qoltuqaltından Elburusa məxsus bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitələr və bir ədəd bıçaq zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, onlar da imzalamışlar. O, narkotik vasitə aludəçisi olmuş, heç kimə narkotik vasitə satmamış və satmaq fikri də olmamışdır. X16 narkotik vasitə satmaq barədə əvvəlcədən hər hansı bir sövdələşməsi olmamışdır. Elburusun narkotik vasitə əldə etməsi barədə Gəncə şəhərinə gəlməsindən onun məlumatı olmamış, Elburusun narkotik vasitə əldə etməsi barədə əvvəlcədən aralarında razılaşma olmamış və o, narkotik vasitə əldə etmək üçün o, Elburusa pul verməmişdir. O, narkotik vasitə aludəçisi olduğuna görə kokain və tramadolu özü istifadə etmək məqsədilə əldə edib saxlamışdır. O, tramadolu Gəncə şəhərində Kənan adlı şəxsdən, kokaini isə Gəncə şəhərində Cəmaləddin adlı şəxsdən almışdır. İstintaq zamanı ifadələrində göstərdiyi, yəni narkotik vasitəni Elbrusdan almasını polis əməkdaşlarının ona təzyiq göstərdiyini görə demişdir. Elbrusun evindən aşkar olunmuş narkotik vasitədən də məlumatı olmamışdır. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X25 Şöbəsinində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Baş İdarənin Qərb X8 Samux rayonu Sərkar kənd sakinləri xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 sonuncuya məxsus “Mercedes” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə narkotik vasitələr almaq məqsədi ilə Gəncə şəhərinə gələcəkləri barədə əməliyyat məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədilə ilə əlaqədar “Təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında şöbənin əməkdaşlarından ibarət əməliyyat-təhqiqat qrupu yaradılmış, qrupun bütün üzvlərinə vəzifələri və görəcəkləri işlər barədə məlumat verilmişdir. 13 fevral 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatını yoxlanılması üçün şöbəyə məxsus xidməti avtomobil və əməkdaşa məxsus şəxsi avtomobillə onlar həmin gün saat 15:40 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsinə getmişlər. Təxminən 30- 40 dəqiqə müşahidə apardıqdan sonra saat 16:10 radələrində Təqsirləndirilən şəxs2 məxsus “Mercedes” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Yeni Gəncə qəsəbəsində olan Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən asfalt yolun kənarında dayandığını görmüşlər. Həmin vaxt idarə etdikləri avtomobillərlə həmin avtomobilin yanına yaxınlaşıb saxlamışlar və avtomobillərdən düşüb “Mercedes” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında olan sürücü Təqsirləndirilən şəxs2 və qabaq sərnişin oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs1 yaxınlaşmışlar, həmin şəxslərə xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində qəbul edilmiş qərarı elan etdikdən sonra üzərlərində və olduqları avtomobildə qanunsuz əşyanın, predmetin, həmçinin narkotik vasitələrin olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində, olduqları avtomobildə narkotik vasitə və qanunsuz predmetlərin olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində şəxsi axtarış və olduqları avtomobilə isə baxış keçiriləcəyini bildirib onların müşahidəsi altında həmin şəxslər şöbəyə gətirilmişlər. Təqsirləndirilən şəxs2 və Elburus Qarayevin hüquqlarını müdafiə etmək üçün inzibati ərazidə xidmət aparan Gəncə şəhəri 1 saylı Vəkil Bürosundan dəvət edilmiş vəkillərin iştirakları ilə üzərlərində şəxsi axtarış və Təqsirləndirilən şəxs2 avtomobilinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçəsinin sol döş cibində saxladığı 6 (altı) ədəd kağız bükümləri çıxarıb təqdim edərək avtomobilin yük hissəsinin üstünə qoymuşdur. Həmin bükülülərə nəzər salınan zaman bükümlərdən ikisinin içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə hesab edilən heroinə bənzər kütlələr, ikisinin içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə hesab edilən metamfetamə oxşar kütlə, ikisinin içərisində isə ağ rəngli, kristal şəkilli, narkotik vasitə hesab edilən metadona oxşar kütlə olması müəyyən olunmuşdur. Bundan sonra aşkar olunmuş bükülülər ayrı-ayrılıqda ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzərinə iştirakçılar tərəfindən imzalar atılmışdır. Sonra Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sağ döş cibindən aşkar olunmuş pul əskinaslarından C 82092681 nömrəli 100 manatlıq əskinasın həqiqi əskinaslardan kəskin fərqləndiyi müəyyən edilmiş və həmin 100 manatlıq pul əskinası da bir ədəd ağ rəngli zərfə qoyularaq üzərinə imzalar atılmaqla ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 saxlanmazdan əvvəl Təqsirləndirilən şəxs2 məxsus “Mercedes” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindiyi zaman qoltuqaltı saxlanc yerinə bıçaq qoyduğunu bildirib həmin bıçağı götürərək təqdim etmişdir. Elburus Qarayevin təqdim etdiyi bir ədəd bıçaq, həmçinin ona məxsus iki ədəd Samsung markalı mobil telefonlar gələcəkdə iş üçün əhəmiyyət kəsb etdiyindən ayrı-ayrı zərflərdə qablaşdırılmış, üzərlərinə imzalar atılmaqla ekspertizaya təqdim edilməsi üçün möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılsa da sonuncunun üzərindən qanunla qadağan olunmuş əşya və yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon da gələcəkdə iş üçün əhəmiyyət kəsb etdiyindən ağ rəngli zərfə qoyularaq qabalaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 məxsus “Mercedes” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı o, avtomobilin salonundakı qoltuqaltı saxlanc yerində saxladığı dəri pul qabını götürüb cibindən bir ədəd qırmızı rəngli kağız bükümü və içərisində 10 ədəd həb olan dərman preparatını təqdim edərək kağız bükümdəkinin narkotik vasitə olan kokain olduğunu və dərman həblərin isə tramadol olduğunu bildirmişdir. Sonra aşkar olunmuş maddələr ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzərinə iştirakçılar tərəfindən imzalar atılmışdır. Bundan sonra təxirəsalınmaz əməliyyat-axtarış tdəbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs1 Samux rayonu Sərkar kəndində yerləşən fərdi yaşayış evinə, evin həyətyanı sahəsinə və həyətyanı sahədə yerləşən digər qapalı tikililərə baxış keçirilməsindən ötrü Gəncə şəhərindən çıxıb saat 20:20 radələrində Samux rayonu Sərkar kəndində Elburus Qarayevin evinin qarşısına getmişlər. Əvvəlcədən xəbər verdikləri üçün Samux rayon Sərkar kənd İƏD üzrə icra nümayəndəsinin müavini ilə görüşmüşlər və videoçəkiliş vasitəsi ilə baxış keçirməyə başlamışlar. Baxış zamanı evin giriş otağında küncə yerdə olan qırmızı rəngli plasmas vedrənin içərisində iki ədəd qara rəngli sellofan torbada, bir ədəd ağ rəngli polietilen torbada yaşıl rəngli, kəskin iyi malik olan qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilmiş və aşkar edilmiş kütlələr qablaşdırılaraq üzərinə imzalar atılmışdır. Sonra baxış zamanı Elburus Qarayevin yaşadığı evin qonaq otağındakı dolabın orta yerindəki rəfin üzərində beş ədəd kibrit qutusunda içərisində yaşıl rəngli, kəskin iyə malik olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilmiş və ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Elburus Qarayev aşkar olunmuş narkotik vasitələri təxminən 3 il bundan qabaq Kür çayının sahilində yabanı halda bitdiyi yerdən özünün istifadə etməsi üçün yığdığını və yaşadığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 evindən aşkar olunmuş marixuananın onun özünü məxsus olması müəyyən edilmiş, yəni həmin marixuana ilə Təqsirləndirilən şəxs2 hər hansı əlaqəsinin olması barədə onlarda heç bir məlumat olmamışdır. Ona görə də iş üçün əhəmiyyət kəsb edən məlumat olmadığına görə Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs2 oğu və Təqsirləndirilən şəxs1 saxlanılarkən və yaxud üzərlərində şəxsi axtarış aparılan zamanı həmin şəxslərə qarşı hər hansı bir zor və yaxud fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı dediyi, yəni evindən və üzərindən aşkar olunmuş narkotik vasitələr marixuananın və metanfetaminin ona məxsus olmaması və polis əməkdaşlarının onun evinə qoyması, onun və Təqsirləndirilən şəxs2 ifadələrini təzyiq altında vermələrini demələri həqiqətə uyğun deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 13.02.2020-ci il tarixli qərardan görünür ki, Samux rayonu Sərkar kəndində yaşayan X5 üzərinə və yaşadığı evə, evin həyatyanı torpaq sahəsinə və həyatyanı torpaq sahəsində yerləşən digər qapalı tikililərə, eləcə də Samux rayonu Sərkar kəndində yaşayan gümüşü rəngli Mersedes markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 Zakir oğlunun üzərinə və sonuncuya məxsus gümüşü rəngli Mersedes markalı **-CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilməsinə dair qərar qəbul olunmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 5(043)-22/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X25 Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 27 sentyabr 2019-cu il tarixli qərarının X5 yaşadığı evə baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilmişdir. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 13.02.2020-ci il tarixli protokoldan görünür ki, video çəkiliş vasitəsilə X5 üzərinə baxış keçirilən zamanı əynindəki gödəkçənin sol döş cibindən 2 (iki) ədəd kağız bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlə, 2 (iki) ədəd kağız bükümün içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, 2 (iki) ədəd kağız bükümün içərisində ağ rəngli, kristal şəkilli narkotik vasitə metadona bənzər kütlələr aşkar olunmuş, həmin 6 ədəd bükümlər ağ rəngli kağız zərfə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 7(2) möhürü ilə möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan başqa X5 əynindəki gödəkçənin sağ döş cibindən aşkar olunmuş pul əskinaslarına baxış keçirilərkən 1 (bir) ədəd C 82092681 nömrəli 100 manatlıq saxta pul əskinası aşkar olunmuş, həmin pul əskinası ağ rəngli kağız zərfə qablaşdırılmış, DİN-nin 7(2) möhürü ilə möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Eyni zamanda X7 məxsus 2 (iki) ədəd Samsung markalı mobil telefonlar da gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 məxsus “Daımler Benz C 180” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin qoltuqaltı saxlanc yerindən üzərində “STAİNLESS STELL U.S.A.” yazısı olan bir ədəd cib bıçağı aşkar olunmuş, həmin bıçaq ağ rəngli kağız zərfə qablaşdırılmış, DİN-nin 7(2) möhürü ilə möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd Samsung markalı mobil telefon da gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 məxsus “Daımler Benz C 180” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin qoltuqaltı saxlanc yerindəki dəri pul qabından içərisində ağ rəngli, narın toz şəkilli narkotik vasitə kokain olan bir ədəd qırmızı rəngli kağıza bükülmüş bükülü və üzərində tramadol hidroxlorid 225 mg yazılmış bir ədəd konvalitdə içərisində 10 (on) ədəd həb olan güclü təsir edən dərman preparatı aşkar olunmuş, həmin büküm və dərman preparatı ağ rəngli kağız zərfə qablaşdırılmış, DİN-nin 7(2) möhürü ilə möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Axtarış prossesinin videoçəkilişi 1 ədəd DVD köçürülərək cinayət işinə əlavə edilmişdir. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 13.02.2020-ci il tarixli protokoldan görünür ki, video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs1 Samux rayonu Sərkar kəndində yaşadığı evinə baxış zamanı evin giriş otağında küncdə yerdə olan qırmızı rəngli plasmas vedrənin içərisindən iki ədəd qara rəngli sellofan torbada və bir ədəd ağ rəngli polietilen torbada yaşıl rəngli, kəskin iyli, qurudulmuş marixuanaya bənzər bitki kütlələri aşkar olunmuş, həmin kütlələr bir ədəd ağ rəngli polietilen kisəyə qablaşdırılmış, DİN-nin 7(2) möhürü ilə möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 yaşadığı evin qonaq otağındakı şkafın orta gözündəki rəfin üzərindən 5 (beş) ədəd kibrit qutusunda içərisində yaşıl rəngli, kəskin iyli, qurudulmuş marixuanaya bənzər bitki kütlələri aşkar olunmuş, həmin kütlələr bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, DİN-nin 7(2) möhürü ilə möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Axtarış prossesinin videoçəkilişi 1 ədəd DVD köçürülərək cinayət işinə əlavə edilmişdir. 13.02.2020-ci il tarixli ərizədən görünür ki, X15 ərizə yazaraq yaşadığı Samux rayonu Sərkar kəndində yerləşən yaşadığı evə, evin həyatyanı torpaq sahəsinə və həyatyanı torpaq sahəsində yerləşən digər qapalı tikililərə, baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. “Diskə baxış keçirilməsi haqqında” 13.11.2020-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış zamanı təqsirləndirilən şəxs X15 törətdiyi hadisə ilə əlaqədar olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin X25 Şöbəsində verdiyi ilkin izahatında 13 fevral 2020-ci il tarixdə Qorxmaz adlı şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib narkotik vasitə istədiyini bildirsə də 15.01.2020-ci il tarixdən 13.02.2020-ci il tarixədək təqsirləndirilən şəxs X5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə gələn və həmin nömrədən gedən zənglərə baxış zamanı məlum olmuşdur ki, istər Elburus Qarayevin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən həmin ***-***-**-** saylı mobil telefon nömrəsinə, istərsə də ***-***-**-** saylı mobil telefon nömrəsindən Elburus Qarayevin istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə zəng olunmamışdır. Həmçinin diskə baxış keçirilən zamanı təqsirləndirilən şəxs X5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə, eyni zamanda həmin nömrədən ayrı-ayrı vaxtlarda müxtəlif mobil operatorlarına zəng olunaraq müxtəlif müddətlərdə danışıqlar olsa da cinayət işi üzrə hər hansı bir maraq doğuran mobil telefon nömrələri müəyyən edilməmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs X5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin sahibini təsdiq edən «01» vərəqədən ibarət məxsusluq tarixçəsi çap olunaraq diskə baxış keçirilməsi barədə tərtib olunmuş protokola əlavə olunmuşdur. “Diskə baxış keçirilməsi haqqında” 13.11.2020-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış zamanı Baş Narkotiklərlə Mübarizə İdarəsinin X25 X1 törətdiyi hadisə ilə əlaqədar olaraq ilkin izahat verərkən 13 fevral 2020-ci il tarixdə Qorxmaz adlı şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib narkotik vasitə istədiyini bildirdiyinə görə 15.01.2020-ci il tarixdən 13.02.2020-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə gələn və həmin nömrədən gedən zənglərə baxış zamanı məlum olmuşdur ki, ***-***-**-** saylı mobil telefon nömrəsindən 07.02.2020-ci il tarixdə, saat 20:01-də və 20:02-də, 20:10-da, 09.02.2020-ci il tarixdə, saat 18:33-də, 10.02.2020-ci il tarixdə, saat 13:46-da, 11.02.2020-ci il tarixdə, saat 04:54-də, 05:13-də, 05:17-də, 05:19-da, 05:38-də, 09:58-də, 10:17-də, 16:47-də, 17:06-da, 12.02.2020-ci il tarixdə, saat 15:43-də, 13.02.2020-ci il tarixdə, saat 15:14-də Təqsirləndirilən şəxs2 istifadəsində olan 070-321- 47-27 saylı mobil telefon nömrəsinə zəng olunaraq müxtəlif müddətlərdə danışıqlar olmuşdur. Həmçinin, 15.01.2020-ci il tarixdən 13.02.2020-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 məxsus ***- ***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə gələn və həmin nömrədən gedən zənglərə baxış zamanı məlum olmuşdur ki, ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng olunmamış, o cümlədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən də ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng olunmamışdır. Diskə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə, eyni zamanda həmin nömrələrdən ayrı-ayrı vaxtlarda müxtəlif mobil operatorlarına qısa smslərin yazılması aşkar olunsa da smslərin mətlərinə əsasən cinayət işi üzrə hər hansı bir maraq doğuran smslərin olması müəyyən edilməmişdir. “xxxx” MMC-dən götürülmüş diskə baxış keçirilən zamanı ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng olunaraq müxtəlif müddətlərdə danışıqlar olmasını təsdiq edən «11» vərəqədən ibarət zənglərin qrafiki mətnləri çap olunaraq diskə baxış keçirilməsi barədə tərtib olunmuş protokola əlavə olunmuşdur. Materialların məhkəmə ekspertizasının 14.02.2020-ci il tarixli 3854 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs2 13.02.2020-ci il tarixdə minik avtomobilində qoltuqaltı saxlanc yerində saxlandığı.....» yazısı olan zərfdəki, 1 (bir) ədəd «qırmızı» rəngli kağız bükümdə, təmiz çəkisi 0,297 qram ağ rəngli toz şəkilli madda kustar üsulla hazırlanmış narkotik vasitə - kokaindir. Həmin zərfdə olan, zavod üsulu ilə hazırlanmış, üzərində «Royal 225 (tramadol hydrochloride tab. 225» yazısı olan kovnvalyutdakı, 10 ədəd, üzərində «225» yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı həblər, «güclü təsir edən maddələrin və onların külli miqdarının» siyahısına daxil olan tramadol hidroxlorid tərkibli dərman preparatıdır. 10 ədəd həbdə təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 2,25 qram təşkil edir (bir həbdə 0,225 qram tramadol hidroxlorid olmaqla). Materialların məhkəmə ekspertizasının 14.02.2020-ci il tarixli 3844 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «X5 13.02.2020-ci il tarixdə əynindəki gödəkçəsinin sol döş cibindən çıxarıb təqdim etdiyi....» yazısı olan zərfdəki, 2 (iki) ədəd qəhvəyi rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,193 qram və 1,066 qram, ümumi təmiz çəkisi 2,259 qram ağ rəngli kristallardan ibarət maddələr, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. 2 (iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,017 qram və 0,507 qram, ümumi təmiz çəkisi 1,524 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. 2 (iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,181 qram və 0,144 qram, ümumi təmiz çəkisi 0,325 qram ağ rəngli xırda kristallardan ibarət maddələr, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə – metadondur. Materialların məhkəmə ekspertizasının 14.02.2020-ci il tarixli 3845 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «13.02.2020-ci il tarixdə X5 yaşıdığı evin giriş hissəsindən...…» yazıları və imzalar olan bir ədəd ağ rəngli sintetik torbadakı ümumi çəkisi – 4100,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin, təqdim edilmiş üzərində «13.02.2020-ci il tarixdə X5 yaşıdığı evin qonaq otağındakı...…» yazıları və imzalar olan bir ədəd kağız paketdəki 05 (beş) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi – 14,356 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Bundan əlavə, tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sintetik torbadakı və 01 ədəd kağız paketdəki 06 ədəd kibrit qutusundakı, ümumi çəkiləri - 4114,356 qram oan marixuanalar tərkiblərinə görə eynidirlər. Sənədlərin texniki ekspertizasının 27.02.2020-ci il tarixli 4032 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd Azərbaycan Respublikası Mərkəzi Bankının 2013-cü il buraxılışlı C seriyalı 82092681 nömrəli 100-lük Azərbaycan manatı əskinasına oxşar pul vahidi hər hansı texniki qurğusundan (skaner və s.) istifadə etməklə axınlı printer vasitəsilə çap olunaraq hazırlanmışdırlar və eyni növ pul əskinasları üçün qəbul olunmuş standarta uyğun deyildirlər. Məhkəmə balistik ekspertizasının 10.03.2020-ci il tarixli 4068 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X24 X9 08.05.2020-ci il tarixli 1242 saylı rəyindən görünür ki, Elburus Qarayevin tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Məcburi müalicəyə əks göstərişi yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X24 X9 08.05.2020-ci il tarixli 1247 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Məcburi müalicəyə əks göstərişi yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 17.02.2020-ci il tarixli 1306 saylı məktubundan görünür ki, X15 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıblar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 19.02.2020-ci il tarixli 19/51-2924 saylı rəyindən görünür ki, X15 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzdə müalicədə olmayıb, Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 17.12.2016-cı il tarixli 643 saylı rəyiinə əsasən profilatik qeydiyyata alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 13.02.2020-ci il tarixli protokoldan görünür ki, X15 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə X5 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 fevral 2020-ci il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 13.02.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 fevral 2020-ci il tarixdən hesablanmışdır. Samux rayon Sərkar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.02.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Samux rayon Sərkar kəndində həyat yoldaşı X18 və övladı X10 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 yaşayış üzrə müsbət xarakterizə edilir. Samux rayon Sərkar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.02.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, X3 rayon Sərkar kəndində həyat yoldaşı X19 və övladları X20 və X21 ilə birlikdə yaşayır. X15 yaşayış üzrə müsbət xarakterizə edilir. AZ İİ № 086597 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X10 13.05.2008-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası X11r. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı ilə müəyyən edilir ki, X3 Rayon Məhkəməsinin 06.10.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. X3 Rayon Məhkəməsinin 24.10.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1 və 128-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. X3 Rayon Məhkəməsinin 23.02.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X4 şəhər Nizami Rayon Məhkəməsinin 15.09.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 76.2, 70.5-ci maddələrini rəhbər tutaraq 09 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuşdur. 06.07.2018-ci ildə cəza müddəti başa çatmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 15.11.2020-ci il tarixli qərardan görünür ki, X5 mərc oyunları təşkil etməsi və oynaması araşdrma materiallarında öz təsdiqini tapmadığından həmin xüsusat üzrə araşdırmanın aparılması əməlində cinayət tərkibi olmaması əsasına rədd edilmişdir. Təqsirləndirilən şəxs2 məxsus Daimler Benz C 180 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoltuqaltı saxlanc yerindən və X5 yaşadığı Samux rayonu, Sərkar kəndində yeləşən evindən aşkar olunub götürülmüş ekspertizadan qaytarılmış qalıqları, yəni 2,159 qram çəkidə psixotrop maddə olan metamfetamin, 1,424 qram çəkidə narkotik vasitə olan heroin, 0,205 qram çəkidə narkotik vasitə olan metadon, 0,197 qram çəkidə narkotik vasitə olan kokoin, 4.114,206 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 9 həb güclü təsir edən maddə “tramadol hidroxlorid” tərkibli dərman preparatı maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir. Təqsirləndirilən şəxs2 məxsus Daimler Benz C 180 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X25 Şöbəsində saxlanılır. Videoçəklişin qeydə alındı iki ədəd DVD disk və «xxxx» və «Azərfon» mobil operatorlarına məxsus nömrələrlə ötürülən telefon məlumatlarının əks olunduğu iki ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 15.11.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər X15 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X15 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 204.1, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan ittihamlar üzrə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 isə ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulan ittihamlar üzrə özlərini təqsirli bilmədiklərini bildirsələr də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilmiş X15 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 13 fevral 2020-ci il tarixdə çəkmək üçün həmkəndlisi Təqsirləndirilən şəxs2 narkotik vasitə lazım olduğu üçün onlar razılaşmışlar ki, Yeni Gəncəyə gedib oradan həm Yaquba, həm də ona narkotik vasitə alsınlar. Yaqubun “Mercedes 180” markalı, **-CH-*** nömrəli maşını ilə Yeni Gəncəyə getmişlər. Orada əvvəl narkotik vasitə aldığı şəxslərdən biri ilə təsadüfən rastlaşıb görüşmüş, üzərində olan 300 manat pulun müqabilində həmin şəxsdən yarım qram çəkidə iki bükümdə metadon, iki qram çəkidə iki bükümdə heroin və iki qram çəkidə iki bükümdə metamfetamin almışdır. Bundan sonra o, avtomaşına qayıtmış və Yaqubla birlikdə yaşadıqları Samux rayonu, Sərkar kəndinə qayıdarkən yolda onları polis əməkdaşları saxlamış, özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları kimi təqdim edib onların şəxsiyyətləri barədə soruşmuşlar. O və Yaqub şəxsiyyətləri barədə məlumat verdikdən sonra polis əməkdaşları onların X6 dövriyyəsi ilə məşğul olmaları barədə məlumatları olduqlarını, onlardan şübhələndiklərini bildirib barələrində daxil olmuş məlumat əsasında qəbul edilmiş qərarla onları tanış etmişlər. Sorğu zamanı o və Yaqub onun üstündə və avtomobilində narkotik vasitələr olduqlarını bildirmişlər. Bundan sonra baxış keçirilməsi üçün onları Gəncə şəhərində yerləşən polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onların hüquq və vəzifələri izah edilmiş, onlara vəkillər təqdim edilmişdir. Bundan sonra vəkillərin iştirakları ilə video çəkiliş vasitəsilə aparılan baxış zamanı o, gödəkçəsinin sol döş cibindən 6 bükümü çıxarıb polislərə vermiş və bildirmişdir ki, həmin bükümlərin ikisində heroin, ikisində metadon və ikisində metamfetamin var. Polislər baxış keçirib həmin 6 ədəd bükümləri zərfə qoyub qablaşdırmış və möhürləmişlər. Sonra o, Yaqubun maşınında ona məxsus olan cib bıçağı olduğunu bildirmiş və həmin bıçağı maşında qoltuq altındaki saxlanc yerindən götürüb polislərə vermişdir. O, həmin bıçağı Bakı şəhərində olan zaman dəqiq xatırlamadığı dükanların birindən aldığını, təsərrüfatda istifadə etmək üçün gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilən zamanı Yaqubdan bir ədəd telefon götürülmüşdür. Bundan başqa Yaqub avtomobilində narkotik vasitə saxladığını bildirib maşının orta qoltuqaltı saxlanc yerində pul qabının içərisindən bir büküm və bir list dərman çıxarıb polislərə vermişdir. Yaqub bükümdə olan maddənin kokain, bir list dərmanın isə tramadol olduğunu bildirmişdir. Həmin dərman və kokain zərfə qoyulub qablaşdırılmışdır. Yaquba həmin narkotik vasitə olan kokaini o, satmışdır. Bundan sonra polis şöbəsində müvafiq baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol onlara ucadan oxunduqdan sonra onlar da protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Sorğu zamanı o, evində də narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirdiyi üçün icazəsi əsasında polis əməkdaşları onun evinə getmişlər. İcra nümayəndəsinin iştirakı ilə video çəkiliş aparılmaqla onun evinə baxış keçirilən zamanı o, qiriş otağında olan qırmızı vedrənin içərisində saxladığı bir ədəd çantada və iki ədəd torbada təxminən 4 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və qonaq otağında olan şkafın orta rəfindən 5 ədəd kibrit qutusundakı təxminən 15 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə qablaşdırılmış, möhürlənmişdir. Bundan sonra onlar şöbəyə qayıtmışlar, polis şöbəsində müvafiq baxış və götürmə aparılması barədə tərtib edilmiş protokol onlara ucadan oxunduqdan sonta onlar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan başqa məhkəmə iclasında tədqiq olunan təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 13 fevral 2020-ci il tarixdə narkotik vasitə əldə etmək məqsədi ilə Elbrusa müraciət etmiş, onlar birlikdə həm ona, həm də Elburusa narkotik vasitə almaq üçün Gəncə şəhəri Yeni Gəncə qəsəbəsinə getmişlər. Orada Elbrus maşından enib kənarda kiminləsə görüşmüş və maşına qayıdıb minmişdir. Ona məlum olmuşdur ki, Elburus həmin şəxsdən 300 manata narkotiklər almışdır. Bundan sonra onlar yaşadıqları Samux rayonu, Sərkar kəndinə qayıdarkən yolda onları polis əməkdaşları saxlamışlar, özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları kimi təqdim edib onların şəxsiyyətləri barədə soruşmuşlar. O və Elburus şəxsiyyətləri barədə məlumat verdikdən sonra polis əməkdaşları onların X6 dövriyyəsi ilə məşğul olmaqları barədə məlumatları olduqlarını, onlardan şübhələndiklərini bildirib barələrində daxil olmuş məlumat əsasında qəbul edilmiş qərarla onları tanış etmişlər. Sorğu zamanı o və Elburus narkotik vasitələr olduqlarını bildirmişlər. Bundan sonra baxış keçirilməsi üçün onları Gəncə şəhərində yerləşən polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onların hüquq və vəzifələri izah edilmiş, onlara vəkillər təqdim edilmişdir. Bundan sonra vəkillərin iştirakları ilə video çəkilişlə baxış keçirilən zamanı Elbrus üstündə olan 6 bükümdə narkotik vasitələri, deməsinə görə saxta 100 manat pulu və onun maşınından özünə məxsus olan cib bıçağını çıxarıb polislərə təqdim etmişdir. Həmin maddələr, pul və bıçaq üç ədəd zərfdə qablaşdırılmışdır. Bundan sonra onun üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilən zamanı o, avtomobilində narkotik vasitə saxladığını bildirib maşının orta qoltuqaltı saxlanc yerində pul qabının içərisindən bir büküm və bir list dərman çıxarıb polislərə vermiş, bükümdə olan maddənin kokain, bir list dərmanın isə tramadol olduğunu bildirmişdir. Həmin dərman və narkotik vasitə olan kokain zərfə qoyulub qablaşdırılmışdır. Narkotik vasitə olan kokaini ona Elburus satmışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən ittihamdan əlavə ittiham verilmişdir ki, o istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, olan qrudulumuş marixuananı əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə tanışı X15 ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən onun və Elburus Qarayevin istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4.114,356 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edərək Təqsirləndirilən şəxs1 yaşadığı Samux rayonu, Sərkar kəndində yeləşən evində saxlamış və həmin gün saat 20.30-da Təqsirləndirilən şəxs1 yaşadığı Samux rayonu, Sərkar kəndində yeləşən evinə baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra o, evin qiriş otağında olan qırmızı vedrənin içərisindən bir ədəd ağ rəngli sintetik çantada və iki ədəd qara rəngli polietilen torbada külli miqdarda - 4.100,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və qonaq otağında olan şkafın orta rəfindən 5 ədəd kibrit qutusunda ayrı-ayrılıqda 3,743 qram, 2,265 qram, 2,682 qram, 3,169 qram və 2,497 qram olmaqla ümumilikdə 14,356 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 əməlini X15 ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən onun və Elburus Qarayevin istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4.114,356 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edərək Təqsirləndirilən şəxs1 yaşadığı Samux rayonu, Sərkar kəndində yeləşən evində saxlaması kimi qiymətləndirərkən mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə, həm ibtidai istintaq həm də, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, Elburus Qarayevin istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4.114,356 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edərək yaşadığı Samux rayonu, Sərkar kəndində yeləşən evində saxlaması epizodunda Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi və bu məqsədlə aralarında razılaşması sübuta yetirilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs2 Elburus Qarayevin istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4.114,356 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edərək yaşadığı evdə saxlamasında qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi və bu məqsədlə aralarında razılaşmasına dair heç bir sübut toplamamış, əksinə toplanmış sübutlar onun həmin faktla heç bir əlaqəsinin olmamasını təsdiq etdiyi halda, Təqsirləndirilən şəxs2 həmin epizodla Təqsirləndirilən şəxs1 ilə əsassız və yalnış olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi və bu məqsədlə aralarında razılaşmasısı kimi qiymətləndirmiş və onun əməlinin hansı sübutlara əsasən nə üçün qiymətləndirilməsini əsaslandırılmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs2 əməli heç bir halda Elburus Qarayevin istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4.114,356 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edərək yaşadığı evdə saxlamasında qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi və bu məqsədlə aralarında razılaşması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 və 21.3-cü maddələrində qeyd edilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilən ittihamdan Elburus Qarayevin istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4.114,356 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edərək yaşadığı evdə saxlamasında onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi və bu məqsədlə aralarında razılaşması ittihamın məzmunundan xaric edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 əməlli Azərbaycan Respublikası CM-nin 204.1, 228.4, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. X15 Azərbaycan Respublikası CM-nin 204.1, 228.4, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiklərindən həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı, başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X13 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən kokain- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, metadon- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1,6 qram, marixuana-kannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-nın təsdiq edilməsi haqqında 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa olunmuş bir nömrəli əlavənin 79-cu bəndində tramadol hidroxloridin- külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 6 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X5 əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İbtidai istintaq orqanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X5 cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi göstərsə də, məhkəmə hesab edir ki, X5 törətdiyi cinayətlərin residivi ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz və xaric edilməlidir. Belə ki, X3 Rayon Məhkəməsinin 23.02.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X4 şəhər Nizami Rayon Məhkəməsinin 15.09.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 76.2, 70.5-ci maddələrini rəhbər tutaraq 09 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsi-nin 83.3.2- 83.3.5 və 83.4-cü maddələrinin məzmunundan göründüyü kimi, həmin maddələrdə nəzərdə tutulmuş bütün hallarda məhkumluğun ödənilməsi müddətinin axımının başlanması cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilmə vaxtından hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair 25 may 2009-cu il tarixli qərara əsasən Azərbaycan Respublikası CM-nin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Göründüyü kimi X3 Rayon Məhkəməsinin 23.02.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 15.09.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 76.2, 70.5-ci maddələrini rəhbər tutaraq 09 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinin tələblərin görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. X15 hazırda ittiham olunduğu cinayətləri törədərkən əvvəl törətdiyi cinayətə görə cəzadan azad olunmasından iki ildən cox vax keçmişdir. Məhkəmə təqsirləndirilən şəxs X5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər X15 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzalarını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, onlara ittiham olunduğu maddələrin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onların barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. X15 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. Onlar həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onların əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, X15 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də təqsirləndirilən şəxslər X15 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus Daimler Benz C 180 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoltuqaltı saxlanc yerindən və X5 yaşadığı Samux rayonu, Sərkar kəndində yeləşən evindən aşkar olunub götürülmüş ekspertizadan qaytarılmış qalıqları, yəni 2,159 qram çəkidə psixotrop maddə olan metamfetamin, 1,424 qram çəkidə narkotik vasitə olan heroin, 0,205 qram çəkidə narkotik vasitə olan metadon, 0,197 qram çəkidə narkotik vasitə olan kokoin, 4.114,206 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 9 həb güclü təsir edən maddə “tramadol hidroxlorid” tərkibli dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X6 X13 üzrə Dövlət Komissiyasının Daimi X27 Qrupu tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs2 məxsus Daimler Benz C 180 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. Bundan başqa videoçəklişin qeydə alındığı iki ədəd DVD disk və «xxxx» və «Azərfon» mobil operatorlarına məxsus nömrələrlə ötürülən telefon məlumatlarının əks olunduğu iki ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 464 (dörd yüz altmış dörd) manat 16 (on altı) qəpik məbləğində pul təqsirləndirilən şəxslər X15 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1, 228.4, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 204.1ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə X7 qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 13 fevral 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X7 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. X15 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 13 fevral 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus Daimler Benz C 180 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoltuqaltı saxlanc yerindən və X5 yaşadığı Samux rayonu, Sərkar kəndində yeləşən evindən aşkar olunub götürülmüş ekspertizadan qaytarılmış qalıqları, yəni 2,159 qram çəkidə psixotrop maddə olan metamfetamin, 1,424 qram çəkidə narkotik vasitə olan heroin, 0,205 qram çəkidə narkotik vasitə olan metadon, 0,197 qram çəkidə narkotik vasitə olan kokoin, 4.114,206 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 9 həb güclü təsir edən maddə “tramadol hidroxlorid” tərkibli dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X6 X13 üzrə Dövlət Komissiyasının Daimi X27 Qrupu tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs2 məxsus Daimler Benz C 180 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. Bundan başqa videoçəklişin qeydə alındığı iki ədəd DVD disk və «xxxx» və «Azərfon» mobil operatorlarına məxsus nömrələrlə ötürülən telefon məlumatlarının əks olunduğu iki ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 464 (dörd yüz altmış dörd) manat 16 (on altı) qəpik məbləğində pul təqsirləndirilən şəxslər X15 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-103/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-103/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver