Məhkəmə qərarları › İş №1(100)-103/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-103/2022

31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-103/2022 31.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), hakimlər Rüstəmov Elmin İltizam oğlu (məruzəçi hakim) və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt ərazi dairəsi, Ələt qəsəbəsi, Qaraş Əmirov küçəsi, Hərbi şəhərcik ev 9Ada qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan digər şəxslər ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq külli miqdarda qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitələrini əldə edərək satış məqsədilə saxlamış və ümumilikdə xüsusilə külli miqdarda dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə Gürcüstandan Azərbaycan Respublikasına keçirmişdir Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satış məqsədi ilə əldə edərək saxlanılması və ümumilikdə xüsusilə külli miqdarda dərman vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə Gürcüstandan Azərbaycan Respublikasına keçirilməsi barədə 2021-ci ilin aprel ayında məlum olmayan Türkiyə Respublikasınının vətəndaşı və digərləri ilə ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 aprel 2021-ci il tarixdə Türkiyə Respublikasında olarkən, Azərbaycan Respublikasında satışını həyata keçirmək məqsədi ilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda 335,68 manat dəyərində 32 qutu kapsul Kreon 10000 İU, 1240, 96 manat dəyərində 64 qutu kapsul Kreon 25000 İU, 9195,60 manat dəyərində 194 qutu hər birində 30 tablet Madopar 125 mg, 1000 manat dəyərində 50 qutu flakon Symbicort Turbuhaler 160 mcg/4,5 mcg/doz, 392 manat dəyərində 14 qutu flakon X7 320/9 mcg/doz, 2355 manat dəyərində 20 qutu tablet Veforix 245 mg, 375,36 manat dəyərində 6 qutu tablet Viread 245 mg, 5955,44 manat dəyərində 116 qutu tablet Dostinex 0,5 mg, 150 manat dəyərində 5 qutu tablet Cialis 20 mg, 3508,20 manat dəyərində 180 qutu flakon Azarga 10 mg+5mg/ml, 2580 manat dəyərində 60 qutu tablet Arava 20 mg, 1300 manat dəyərində 50 ədəd Differin %0,1 Jel., 1320 manat dəyərində 50 ədəd Acnelyse 20 gr %0.1 krem, 394,50 manat dəyərində 15 ədəd flakon Fucicort 20 mg+1 mg 30 gr, 276 manat dəyərində 24 ədəd flakon Expigment %4. 30 gr, 1196,30 manat dəyərində 10 qutu Ketosteril, 446,50 manat dəyərində 5 ədəd ampul Zoladex 3.6 mg, 4286,4 manat dəyərində 16 ədəd ampul Zoladex 10.8 mg, 147,25 manat dəyərində 1 qutu kapsul Prograf 1mg, 5348 manat dəyərində 70 ədəd Salofalk 4g/60 g, 600 manat dəyərində 24 ədəd flakon Ventolin 2.5 mg/2.5 ml, 47,12 manat dəyərində 1 ədəd flakon Cisplatin 50 mg/100 ml, 16812,36 manat dəyərində 4 ədəd flakon Kadcyla 100 mg, 6843,25 manat dəyərində 1 ədəd flakon Perjeta 420 mg/14 ml, 242,22 manat dəyərində 3 ədəd inyeksiya qələmi NovoRapid 3ml, 199,59 manat dəyərində 3 ədəd inyeksiya qələmi Apidra 100ml, 90381,20 manat dəyərində 910 ədəd inyeksiya qələmi Lantus 3ml, 600 manat dəyərində 25 ədəd inyeksiya qələmi Levemir 100 U/ml 3ml, 15600 manat dəyərində 208 ədəd kapsul Emend 125/80 mg, 11690,10 manat dəyərində 90 ədəd qutu Hepa-Merz 600 mg, 37076 manat dəyərində 598 listdə hər birində 10 ədəd kapsul Hydrea 500 mg, 4400 manat dəyərində 400 listdə hər birində 14 tablet Paxil 20 mg, 2525 manat dəyərində 101 listdə hər birində 20 tablet Laroxyl 25 mg, 50600 manat dəyərində 920 listdə hər birində 10 tablet Salofalk 500 mg, 28320 manat dəyərində 708 listdə hər birində 10 tablet Roaccutane 20 mg, 15577,44 manat dəyərində 408 listdə hər birində 10 tablet olmaqla Pentasa- Mesalazine 500 mg, 5819 manat dəyərində 110 listdə hər birində 10 ədəd kapsul Anti-Asidoz 500 mg, 2526,68 manat dəyərində 226 listdə hər birində 10 tablet Colchicum-Dispert 0.5 mg, 3234 manat dəyərində 231 listdə hər birində 16 tablet Prednol 16 mg, 672 manat dəyərində 42 listdə hər birində 14 tablet Crestor 20 mg, 257,40 manat dəyərində 26 listdə hər birində 14 tablet Crestor 10 mg, 132 manat dəyərində 6 listdə hər birində 21 ədəd Cyclo- Progynova, 580 manat dəyərində 40 ədəd hər birində 28 tablet Estrofem 2 mg, 15,05 manat dəyərində 15 tablet Diamicron 60 mg, 2356,58 manat dəyərində 23 listdə hər birində 3 tablet Bonviva 150 mg, 19945,12 manat dəyərində 208 listdə hər birində 10 tablet Femara 2.5 mg, 10764 manat dəyərində 598 listdə hər birində 7 tablet Nexium 20 mg, 3685,20 manat dəyərində 83 listdə hər birində 10 tablet Topomax 25 mg, 2700 manat dəyərində 108 listdə hər birində 10 tablet Tegretol CR 200 mg, 7080 manat dəyərində 120 listdə hər birində 10 tablet Pletal 10 mg, 1419 manat dəyərində 172 listdə hər birində 20 tablet Prednol 4 mg, 27971,46 manat dəyərində 918 listdə hər birində 14 tablet Plavix 75mg, 22214,80 manat dəyərində 790 qutuda hər birində 30 tablet Triplixam 10 mg.2/5mg. 10mg, 9560,80 manat dəyərində 340 qutuda hər birində 30 tablet Triplixam 10 mg.2/5mg. 5mg, 44261,10 manat dəyərində 585 karopka hər karopkada 6 list olmaqla 3510 list 21060 tablet Galvus-Met 50mg/1000mg, 586,50 manat dəyərində 138 listdə hər listdə 5 kapsula Lasix 20mg/2ml, 1138,50 manat dəyərində 69 listdə hər listdə 5 ampula İsoptin 5mg/2ml, 87 manat dəyərində 10 listdə hər birində 5 ampula Dodex 1ml/1000mg, 4180 manat dəyərində 380 ədəd Prednol L-250, 44330 manat dəyərində 4030 ədəd Prednol L, 675 manat dəyərində 500 ampula Proluton Depot 2 ml, 2250 manat dəyərində 500 ədəd Beloc 5 ml/5mg, 154000 manat dəyərində 2200 ədəd Salofalk 1000 mg, ümumi dəyəri 695758,66 (altı yüz doxsan beş min yeddi yüz əlli səkkiz tam yüzdə altmış altı) manat təşkil edən cəmi 63 adda dərman preparatlarını, satış məqsədilə əldə edərək saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ümumilikdə xüsusilə külli miqdarda 335,68 manat dəyərində 32 qutu kapsul Kreon 10000 İU, 1240,96 manat dəyərində 64 qutu kapsul Kreon 25000 İU , 9195,60 manat dəyərində 194 qutu hər birində 30 tablet Madopar 125 mg, 1000 manat dəyərində 50 qutu flakon Symbicort Turbuhaler 160 mcg/4,5 mcg/doz, 392 manat dəyərində 14 qutu flakon X7 320/9 mcg/doz, 2355 manat dəyərində 20 qutu tablet Veforix 245 mg, 375,36 manat dəyərində 6 qutu tablet Viread 245 mg, 5955,44 manat dəyərində 116 qutu tablet Dostinex 0,5 mg, 150 manat dəyərində 5 qutu tablet Cialis 20 mg, 3508,20 manat dəyərində 180 qutu flakon Azarga 10 mg+5mg/ml, 2580 manat dəyərində 60 qutu tablet Arava 20 mg, 1300 manat dəyərində 50 ədəd Differin %0,1 Jel., 1320 manat dəyərində 50 ədəd Acnelyse 20 gr %0.1 krem, 394,50 manat dəyərində 15 ədəd flakon Fucicort 20 mg+1 mg 30 gr, 276 manat dəyərində 24 ədəd flakon Expigment %4. 30 gr, 1196,30 manat dəyərində 10 qutu Ketosteril, 446,50 manat dəyərində 5 ədəd ampul Zoladex 3.6 mg, 4286,4 manat dəyərində 16 ədəd ampul Zoladex 10.8 mg, 147,25 manat dəyərində 1 qutu kapsul Prograf 1mg, 5348 manat dəyərində 70 ədəd Salofalk 4g/60 g, 600 manat dəyərində 24 ədəd flakon Ventolin 2.5 mg/2.5 ml, 47,12 manat dəyərində 1 ədəd flakon Cisplatin 50 mg/100 ml, 832 manat dəyərində 52 ədəd flakon Deposilin 2,400.000 İU, 16812,36 manat dəyərində 4 ədəd flakon Kadcyla 100 mg, 6843,25 manat dəyərində 1 ədəd flakon Perjeta 420 mg/14 ml, 242,22 manat dəyərində 3 ədəd inyeksiya qələmi NovoRapid 3ml, 199,59 manat dəyərində 3 ədəd inyeksiya qələmi Apidra 100ml, 90381,20 manat dəyərində 910 ədəd inyeksiya qələmi Lantus 3ml, 600 manat dəyərində 25 ədəd inyeksiya qələmi Levemir 100 U/ml 3ml, 15600 manat dəyərində 208 ədəd kapsul Emend 125/80 mg, 11690,10 manat dəyərində 90 ədəd qutu Hepa-Merz 600 mg, 37076 manat dəyərində 598 listdə hər birində 10 ədəd kapsul Hydrea 500 mg, 4400 manat dəyərində 400 listdə hər birində 14 tablet Paxil 20 mg , 2525 manat dəyərində 101 listdə hər birində 20 tablet Laroxyl 25 mg, 50600 manat dəyərində 920 listdə hər birində 10 tablet Salofalk 500 mg, 28320 manat dəyərində 708 listdə hər birində 10 tablet Roaccutane 20 mg, 15577,44 manat dəyərində 408 listdə hər birində 10 tablet olmaqla Pentasa-Mesalazine 500 mg, 5819 manat dəyərində 110 listdə hər birində 10 ədəd kapsul Anti-Asidoz 500 mg, 2526,68 manat dəyərində 226 listdə hər birində 10 tablet Colchicum- Dispert 0.5 mg, 3234 manat dəyərində 231 listdə hər birində 16 tablet Prednol 16 mg, 672 manat dəyərində 42 listdə hər birində 14 tablet Crestor 20 mg, 257,40 manat dəyərində 26 listdə hər birində 14 tablet Crestor 10 mg, 132 manat dəyərində 6 listdə hər birində 21 ədəd Cyclo-Progynova, 580 manat dəyərində 40 ədəd hər birində 28 tablet Estrofem 2 mg, 15,05 manat dəyərində 15 tablet Diamicron 60 mg, 2356,58 manat dəyərində 23 listdə hər birində 3 tablet Bonviva 150 mg, 19945,12 manat dəyərində 208 listdə hər birində 10 tablet Femara 2.5 mg, 10764 manat dəyərində 598 listdə hər birində 7 tablet Nexium 20 mg, 3685,20 manat dəyərində 83 listdə hər birində 10 tablet Topomax 25 mg, 2700 manat dəyərində 108 listdə hər birində 10 tablet Tegretol CR 200 mg, 7080 manat dəyərində 120 listdə hər birində 10 tablet Pletal 10 mg, 1419 manat dəyərində 172 listdə hər birində 20 tablet Prednol 4 mg, 27971,46 manat dəyərində 918 listdə hər birində 14 tablet Plavix 75mg, 22214,80 manat dəyərində 790 qutuda hər birində 30 tablet Triplixam 10 mg.2/5mg. 10mg, 9560,80 manat dəyərində 340 qutuda hər birində 30 tablet Triplixam 10 mg.2/5mg. 5mg, 44261,10 manat dəyərində 585 karopka hər karopkada 6 list olmaqla 3510 list 21060 tablet Galvus-Met 50mg/1000mg, 586,50 manat dəyərində 138 listdə hər listdə 5 kapsula Lasix 20mg/2ml, 1138,50 manat dəyərində 69 listdə hər listdə 5 ampula İsoptin 5mg/2ml, 87 manat dəyərində 10 listdə hər birində 5 ampula Dodex 1ml/1000mg, 4180 manat dəyərində 380 ədəd Prednol L-250, 44330 manat dəyərində 4030 ədəd Prednol L, 675 manat dəyərində 500 ampula Proluton Depot 2 ml, 2250 manat dəyərində 500 ədəd Beloc 5 ml/5mg, 154000 manat dəyərində 2200 ədəd Salofalk 1000 mg, ümumi orta qiyməti 696590,66 manat dəyərində cəmi 64 adda dərman preparatlarını idarə etdiyi “MAN” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoşqu hissəsində yerləşdirib Gürcüstandan Azərbaycan Respublikasına daşımış, 12 aprel 2021-ci il tarixdə, saat 01:40-da X12 rayonunda yerləşən “Şıxlı” sərhəd nəzarəti məntəqəsindən Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı qeyd olunan dərman vasitələri həmin nəqliyyat vasitəsinin qoşqu hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 sentyabr 2020ci ildən X10 məxsus «Man» markalı **-CY-*** dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü kimi Azərbaycan-Gürcüstan-Türkiyə istiqamətində və əks istiqamətdə yükdaşıma fəaliyyəti ilə məşğul olmuş, işlədiyi müddət ərzində mütamadi olaraq dövlət sərhədini rəsmi qaydada keçmiş, hər hansı bir problemi olmamış, sonuncu dəfə 04 aprel 2021-ci il tarixdə saat 06:47 -də idarə etdiyi «Man» markalı **-CY-*** dövlət nömrə nişanlı yük avtomobili ilə dövlət sərhədini rəsmi qaydada keçməklə Türkiyə Respublikasının İstanbul şəhərinə yük aparmış, apardığı yükü İstanbul şəhərində yerləşən zavoda təhvil verdikdən sonra yenidən Bakı şəhərinə gətirilməsi üçün avtomobilə mal yükləmişdir. 07 aprel 2021-ci il tarixdə saat 11:00-da İstanbul şəhərində əvvəllər tanıdığı milliyyətcə azərbaycanlı olan, əvvəllər 10.000 (on min) manat borc istədiyi, özünü Qədir kimi təqdim edən şəxs gələrək onunla görüşmüş, Qədir ona dərman preparatları olduğunu və həmin bağlamaları Azərbaycan Respublikasına qaçaqyolla keçirəcəyi təqdirdə ona 10.000 (on min) AZN pul verəcəyini bildirmiş, Qədirdən dərman preparatlarının narkotik tərkibli olub-olmamasını soruşmuş sonuncu həmin yükün içərisində narkotik tərkibli dərman preparatlarının olmadığını bildirmişdir. Bundan sonra Qədir ilə razılaşmış, 07 aprel 2021-ci il tarixdə axşam saat 19 radələrində idarə etdiyi «Man» markalı **-CY-*** dövlət nömrə nişanlı yük avtomobilin qoşqu hissəsinin üzərinə çəkilmiş çadırı açmış, Qədirin gətirdiyi dərman vasitələrini avtomobildə olan yüklərin arasında gizlədib yenidən çadırı bağlamışdır. 10 aprel 2021-ci il tarixdə Türkiyə Respublikası ilə Gürcüstanın dövlət sərhədini keçən zaman **-CY-*** dövlət nömrə nişanlı yük avtomobilinin qoşqu hissəsinin qapıları plomblanmış, 12 aprel 2021-ci il tarixdə 01 radələrində Gürcüstanın dövlət sərhədini keçərək Azərbaycan Respublikasına daxil olmuşdur. «Şıxlı» sərhəd nəzarəti şöbəsində sənədlərini rəsmiləşdiridkdən sonra idarə etdiyi yük nəqliyyat vasitəsini gömrük baxışından keçirtmək məqsədi ilə gömrük əməkdaşlarına yaxınlaşmış, gömrük əməkdaşları nəqliyyat vasitəsinə vizual baxış keçirmiş, sonra o dövlət sərhədindən buraxılmışdır. Rejim zonasından çıxmaq istəyərkən sərhədçilər ona yaxınlaşaraq yük avtomobilinə yenidən baxış keçirəcəklərini və avtomobildə qanundankənar yük olub-olmamasını soruşmuş, sərhədçilərə avtomobilin yoxlanılmasına etiraz etməmiş, idarə etdiyi «Man» markalı **-CY-*** dövlət nömrə nişanlı yük avtomobili saxlanılmışdır. 12 aprel 2021-ci il tarixdə saat 10 radələrində yük avtomobili yoxlanılması üçün «SKAN» aparatında aparılarkən səhədçilərə avtomobilin qoşqusunda müxtəlif adda dərman preparatlarının olduğunu bildirmiş, avtomobіlin qoşqusuna vurulmuş plomb sərhəd və gömrük əməkdaşlarının iştirakı ilə açılaraq qoşqu hissəsindən yüklərin arasında gizlətdiyi 20 (iyirmi) ədəd qutu və 4 (dörd) ədəd bağlamada olan çoxlu sayda dərman preparatları sərhədçilər tərəfindən aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şıxı oğlu ifadəsində göstərmişdir ki, 12.04.2021-ci il tarixdə Şahid4 İsmayıl oğlu və o “Şıxlı” SNM-in xidməti ərazisinə hal şahidi kimi dəvət olunmuş, onlara hüquq və vəzifələri izah olunduqdan sonra Gürcüstandan Azərbaycan Respublikası istiqamətində gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi **-CY-*** dövlət nömrə nişanlı “MAN” markalı nəqliyyat vasitəsinə baxış keçirmiş, nəqliyyat vasitəsinin qoşqu hissəsinin baxış keçirilərkən orada gizlədilmiş halda gömrük bəyannaməsində göstərilməyən müxtəlif növ dərman preparatları aşkar edilərək götürülmüş, daha sonra sürücü Təqsirləndirilən şəxs qaçaqmalın Qədir adlı şəxsə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xasıyev X6 Faiq Şıxı oğlu ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Oruc oğlu ifadəsində göstərmişdir ki, 11 aprel 2021-ci il tarixdə saat 20:00-dan 12 aprel 2021-ci il tarixdə saat 09:00-dək kimi «Şıxlı» sərhəd nəzarəti şöbəsində «sənədlərin yoxlanışı» sərhəd naryadı xidmətinə təyin olunmuş, xidmətdə olduğu zaman «növbə rəisi» sərhəd naryadı xidmətində olan kapitan Şahid2 Gürcüstandan Azərbaycan Respublikası istiqamətində hərəkət edən «Man» markalı **-CY-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində dərman preparatlarının gətiriləcəyi ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirmiş, bu barədə onu təlimatlandıraraq lazımi göstərişlərini vermiş, 12 aprel 2021-ci il tarixdə Gürcüstandan Azərbaycan Respublikası istiqamətində hərəkət edən “Man” markalı **-CY-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi «Şıxlı» SNŞ-nin rejim ərazisinə daxil olmuş, o bu barədə «növbə rəisi» sərhəd naryadı xidmətində olan kapitan Şahid2 məlumat vermiş, «Man» markalı **-CY- *** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü xx.xx.1992-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs özünə məxsus olan C01649986 nömrəli pasportu və «Man» markalı 99CY071 dövlət nömrə nişanlı yük nəqliyyat vasitələrinin AD N870956, AD N870957 nömrəli sənədlərini dövlət sərhədindən keçməsi məqsədi ilə rəsmiləşdirilməsi üçün ona təqdim etmiş, o, sürücü Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlərə vizual və texniki baxış keçirib İAMAS-a daxil etmiş, pasporta giriş tarix ştampı vuraraq ona gömrük nəzarətindən keçməsi üçün gömrük əməkdaşlarına yaxınlaşmasını bildirmiş, .«Man» markalı 99CY071 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi gömrük baxışından keçdikdən sonra növbə rəisi kapitan Şahid2 sürücü Təqsirləndirilən şəxs yaxınlaşıb yük nəqliyyat vasitəsinə təkrar baxış keçirilməsi üçün nəqliyyat vasitəsini rejim zonasında saxlamasını bildirmiş, kapitan Şahid2 gömrük əməkdaşlarını təkrar baxış keçirilməsi üçün dəvət edərək, sürücü Təqsirləndirilən şəxs yük nəqliyyat vasitəsində gömrük bəyannaməsində qeyd olunmayan gizlədilmiş şəkildə, qaçaq yolla dövlət sərhədindən keçirmək istədiyi əşya və yüklərin olub olmamasnı soruşmuş, Təqsirləndirilən şəxs yük nəqliyyat vasitəsində hər hansı bir qaçaqmalın olmadığını bildirdikdən sonra kapitan Şahid2 sürücüdən yük nəqliyyat vasitəsinin qoşqu hissəsinə vurulmuş plombu açmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs yük nəqliyyat vasitəsinin qoşqu hissəsinə vurulmuş plombu açdıqdan sonra gömrük əməkdaşları ilə birlikdə qoşquya baxış keçirilmiş, qoşqu içərisində olan yüklərin arxa hissəsində gizlədilmiş şəkildə, gömrük bəyannaməsində göstərilməyən müxtəlif ölçüdə 20 ədəd qutu və 4 ədəd bağlamaların olduğunu aşkar edilmşdir. Kapitan Şahid2 Təqsirləndirilən şəxsla ilkin sorğu sual aparmış, sonuncu dərman vasitələrinin Türkiyə Respublikasında yaşayan milliyətcə azərbaycanlı olan, özünü Qədir kimi təqdim edən şəxsə məxsus olduğunu və yükləri Türkiyə Respublikasının İstanbul şəhərində yüklədiyini, Qədir adlı şəxsin göstərişinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədini keçdikdən sonra tanımadığı şəxslərə verəcəyini bildirmişdir. Bundan sonra kapitan Şahid2 bu barədə aidiyyatı üzrə məruzə edərək Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il tarixdə saat 01 radələrində saxlanılmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 Zülfü oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 Zülfü oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid1 Oruc oğlu ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 Sabir oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 Sabir oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 12 aprel 2021-ci il saat 09:00-dan 13 aprel 2021-ci il saat 09:00-dək «Qırmızı körpü» gömrük postunda «yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində» xidmətdə olmuş, xidmətdə olduğu zaman postun rəhbərliyindən deyilmişdir ki, **-CY-*** nömrəli yük maşını rentgen aparatından keçərkən şübhəli gizgilər aşkar olunmuşdur. Nəqliyyat vasitəsinə baxış keçirilməmişdən əvvəl Azərbaycan Respublikası vətəndaşı **-CY-*** nömrəli yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hüquq, vəzifələri və məsuliyyəti izah edilməklə gömrük orqanlarına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş predmetlərin könüllü olaraq təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “MAN” markalı **-CY-*** nömrəli nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmetin olmadığını bildirmişdir. Daha sonra baxış zamanı **-CY-*** nömrəli nəqliyyat vasitəsinin qoşqusunun ön hissəsindən CMR və invoysa qeyd olunmamış, gömrük orqanına bəyan edilməmiş külli miqdarda dərman preparatları aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Sərhəd Nəzarəti rəisinin birinci müavini – qərargah rəisi vəzifələrini müvəqqəti icra edən polkovnik Azad Qasımovun 12.04.2021-ci il tarixli raportundan görünür ki, 12 aprel 2021-ci il tarixdə Gürcüstandan Azərbaycan Respublikasına gələn xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt ərazi dairəsi, Ələt qəsəbəsi, Qaraş Əmirov küçəsi, Hərbi şəhərcik ev 9A pasport qeydiyyatında olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “MAN” markalı **-CY-*** nömrə nişanlı yük nəqliyyat vasitəsinə daxil olmuş məlumat əsasında Qərb Ərazi Gömrük İdarəsinin “Qırmızı Körpü”gömük postunun əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqu hissəsində olan yüklərin arxasında gizlədilmiş halda gömrük bəyannaməsində göstərilməyən dərman preparatları aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Sərhəd Nəzarətindən daxil olmuş sənəddən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 12 aprel 2021-ci il tarixdə Şıxlı SNM-dən Gürcüstandan Azərbaycan Respublikaslna daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 aprel 2021-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, 12 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 aprel 2021-ci il tarixli malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs oğlunun idarə etdiyi “MAN” markalı **-CY-***/**-ZH-*** nömrə nişanlı nəqliyyat vasitəsinin qoşqusunda CMR və invoysa qeyd olunmamış, gömrük orqanına bəyan olunmamış 32 qutu Kreon 10000 İU tablet, 64 qutu Kreon 25000 İU tablet , 194 qutu hər birində 30 Madopar tablet 125 mg, 50 qutu Symbicort Turbuhaler 160 mcg/4,5 mcg/doz, 14 qutu X7 320/9 mcg/doz, 20 qutu Veforix 245 mg, 6 qutu Viread 245 mg tablet, 40 qutu Dostinex 0,5 mg tablet, 5 qutu Cialis 20 mg tablet, 1 qutu Lameris 800 mg tablet, 76 qutu Dostinex 0,5 mg tablet, 180 qutu Azarga 10 mg+5mg/ml flakon göz damlası, 60 qutu Arava 20 mg tablet, 50 ədəd Differin %0,1 Jel., 50 ədəd Acnelyse 20 gr %0.1 krem 10 ədəd Madecassol %1 40 gr, 15 ədəd Fucicort 20 mg+1 mg 30 gr, 20 ədəd Psorcutan %0.005 30 gr 15 ədəd Madeleb 40 ml, 24 ədəd Expigment %4. 30 gr 10 qutu Ketosteril, 5 ədəd Zoladex 3.6 mg, 16 ədəd Zoladex 10.8 mg, 1 qutu Prograf 1mg, 105 ədəd Osirec 4g/60ml, 70 ədəd Salofalk 4g/60 g, 24 ədəd Ventolin 2.5 mg/2.5 ml, 30 ədəd Cipintu 50mg/50 ml, 1 ədəd Cisplatin 50 mg/100 ml, 49 ədəd Calcium Folinate 100mg/100 ml, 52 ədəd Deposilin 2.400.000 İU, 8 ədəd Sab-Simplex 69/19 mg/30 ml, 4 ədəd Kadcyla 100 mg, 1 ədəd Pemtrex 500 mg, 1 ədəd Vincristine 2mg/2ml, 1 ədəd Perjeta 420 mg/14 ml, 3 flakon Adrimisin 50 mg, 80 ədəd İnvanz 1 gr, 16 ədəd Gemtu 1000mg/10ml, 18 ədəd Oxatu-S 100 mg/20ml, 16 ədəd Calsium Folinate 300 mg/30ml, 20 ədəd Ronix 4mg/5ml, 17 ədəd İrontu 100mg/5ml, 22 ədəd Docetu 80 mg/4ml, 48 ədəd Puri-Nethol 50 mg tablet , 60 ədəd Cafoline 300mg/30ml, 3 ədəd NovoRapid 3ml, 3 ədəd Apidra 100ml 3ml, 910 ədəd Lantus 3ml, 25 ədəd Levemir 100 U/ml 3ml, 7 ədəd Mirena 52 mg, 208 ədəd Emend 125/80 mg, 90 ədəd Hepa-Merz 600 mg, 598 listdə hər birində 10 ədəd olmaqla Hydrea 500 mg, 117 listdə hər birində 10 tablet olmaqla Desyrel 50 mg, 400 listdə hər birində 14 tablet olmaqla Paxil 20 mg, 101 listdə hər birində 20 tablet olmaqla Laroxyl 25 mg, 450 listdə hər birində 10 ədəd olmaqla Abbott İsoptin 80 mg, 270 listdə hər birində 10 ədəd olmaqla Abbott İsoptin 40 mg, 920 listdə hər birində 10 tablet olmaqla Salofalk 500 mg, 708 listdə hər birində 10 tablet olmaqla Roaccutane 20 mg, 340 listdə hər birində 10 kapsul olmaqla Meda-Rantudil 60 mg, 20 listdə 32 tablet olmaqla Xatral XL 10 mg, 200 listdə hər birində 10 ədəd olmaqla 50 karopka Zinco 50 mg, 728 listdə hər birində 10 ədəd olmaqla Kapeda Soomg 500 mg, 110 listdə hər birində 10 ədəd olmaqla Anti-Asidoz 500 mg, 408 listdə hər birində 10 tablet olmaqla Pentasa-Mesalazine 500 mg, 206 listdə hər birində 25 tablet olmaqla Aspen-İmuran 50 mg, 74 listdə hər birində 14 tablet olmaqla Arimidex 1 mg, 226 listdə hər birində 10 tablet olmaqla Colchicum- Dispert 0.5 mg, 271 listdə hər birində 10 tablet olmaqla Alfamet 250 mg, 248 listdə hər birində 10 tablet olmaqla Propycl 50 mg, 231 listdə hər birində 16 tablet olmaqla Prednol 16 mg, 42 listdə hər birində 14 tablet olmaqla Crestor 20 mg, 26 listdə hər birində 14 tablet olmaqla Crestor 10 mg, 12 listdə hər birində 10 tablet olmaqla Megace 160 mg, 6 listdə hər birində 21 ədəd olmaqla Cyclo-Progynova, 3 listdə hər birində 4 listdə hər birində 7 tablet olmaqla Fondos 0.5 mg, 20 listdə hər birində 15 ədəd tablet olmaqla Aromasin 25 mg,40 ədəd hər birində 28 tablet olmaqla Estrofem 2 mg,4 listdə hər birində 14 tablet olmaqla Eliquis 5 mg, 6 listdə hər birində 10 tablet olmaqla Kapeda 150 mg, 2 listdə hər birində 14 tablet olmaqla Arimidex 1mg, 3 listdə hər birində 10 ədəd Alfamet 250 mg, 3 listdə hər birində 10 tablet olmaqla Astra Zeneca 100mg, 1 listdə hər birində 15 tablet olmaqla Diamicron 60 mg, 42 listdə hər birində 10 tablet olmaqla Seroquel 25 mg, 23 listdə hər birində 3 tablet olmaqla Bonviva 150 mg, 50 listdə hər birində 50 tablet olmaqla Casodex 50mg, 60 listdə hər birində 25 tablet olmaqla Levotiron 50 mcg, 208 listdə hər birində 10 tablet olmaqla Femara 2.5 mg71 listdə hər birində 20 tablet olmaqla Anti-Fosfat 500mg, 598 listdə hər birində 7 tablet olmaqla Nexium 20mg26 listdə hər birində 14 tablet olmaqla Forziga 10mg, 20 listdə hər birində 15 tablet olmaqla Azilect 1mg, 90 listdə hər birində 10 tablet olmaqla Trajenta 5 mg, 83 listdə hər birində 10 tablet olmaqla Topomax 25mg, 60 listdə 25 tablet olmaqla Levotiron 100mg, 117 listdə hər birində 10 tablet olmaqla Latixa, 375 mg 36 listdə 25 tablet olmaqla İmuran 50 mg, 30 listdə hər birində 10 tablet olmaqla Kordexa 4mg, 38 listdə hər birində 10 tablet olmaqla Kordexa 8mg, 60 listdə hər birində 10 tablet olmaqla Ferro-sanol-duodenal 100mg, 108 listdə hər birində 10 tablet olmaqla Tegretol CR 200mg, 120 listdə hər birində 10 tablet olmaqla Pletal 10mg, 9 listdə hər birində 10 tablet olmaqla Jardiance 10mg, 36 listdə hər birində 14 tablet olmaqla Efexor 75mg, 172 listdə hər birində 20 tablet olmaqla Prednol 4mg,337 listdə hər birində 5 tablet olmaqla Neoral 25mg, 270 listdə hər birində 5 tablet olmaqla Neoral 100mg, 918 listdə hər birində 14 tablet olmaqla Plavix 75mg, 790 qutuda hər birində 30 tablet Triplixam 10 mg.2/5mg. 10mg 340 qutuda hər birində 30 tablet olmaqla Triplixam 10 mg.2/5mg. 5mg 585 karopka- hər karopkada 6 list olmaqla 3510 list 21060 tablet Galvus-Met 50mg/1000mg 138 listdə hər listdə 5 kapsula Lasix 20mg/2ml 69 listdə hər listdə 5 ampula İsoptin 5mg /2ml 10 listdə hər birində 5 ampula Dodex 1ml/1000mg, Prednol L-250 380 ədəd açıq şəkildə, Prednol L-4030 ədəd açıq şəkildə, Proluton Depot 2 ml500 ampula, Beloc 5 ml/5mg 500 ədəd açıq şəkildə, Salofalk 1000 mg 2200 ədəd dərman preparatları aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 aprel 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 13 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 aprel 2021-ci il tarixli 4(009)-239/2021 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə barədə” Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 12 aprel 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mobil telefona baxış keçirlməsi haqqında 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus SAMSUNG Galaxy A51 markalı mobil telefonda “WhatsApp” proqramına baxış keçirilən zaman müəyyən edilir ki, «Qedir İSTANBUL» adı ilə qeyd olunmuş nömrə +90 534 *** ** ** olmaqla 20 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “ Səni yığıram zanit gedir axı, kimsə zəng edir sənə deyəsən?”.-Təqsirləndirilən şəxs 26 fevral 2021-ci il tarixdə “Qədir salam nətərsən? Zəng vururam iki nömrəvə ikisinədə zəng çatmır sənə.İmkan varsa mənimlə təcili əlaqə saxla bir yaxşı iş var.Onu danışaq həll edək, danışmışam uje. Azərbaycandayam, danışaq həll edək söhbəti bağlıyaq getsin. Mənə tez xəbər elə.”«Qedir İSTANBUL» adı ilə qeyd olunmuş nömrə 16 mart 2021-ci il tarixdə “Salam, Nətərsən getmisənmi?”-Təqsirləndirilən şəxs “Salam zyoma salam. Necəsən? Nə var nə yox? İndi hal-hazırda Samsundayam. Gedirəm yavaş yavaş Allahın izni ilə. Sən neyniyirsən, nağayırsan?”-Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdə “ Qədir salam ay qədir necəsən? İmkan varsa mənə zəng elə?”-Təqsirləndirilən şəxs 11 aprel 2021-ci il tarixdə “ Qədir salam ay qədir necəsən?Nə var nə yox? İmkan varsa mənə zəng elə, təcilidir?”«Qedir İSTANBUL» adı ilə qeyd olunmuş nömrə 12 aprel 2021-ci il tarixdə +994 55 971 31 71 nömrəsini göndərərək məni yığ”-Təqsirləndirilən şəxs “Mənə 5000 lazımdı, Ehmədov Nicat, Maraqlan qaq hec kimə demə ki, danişmışıq gorek neyniyirik. Gecə 2-də malı mənə yüklədilər. Qaqa o biri məni satdı.Qaqa boldede deyiləm mən, gömrükdəyəm, hə qaqa ama məni gömrük tutmayıb paqran tutub, Məhəmməd. Qaqa məni Bakıda baş idarəyə satıblar, X13 İdarəsi.Həə, Vallah qaqa nə bilim, Mən özüm qalmışam g.. ayağında .Bu dəqiqə deyirlər mal yiyəsi gəlsin. Bilirəm, bəs mən yetim necə edim qaqa. Hamsi tutulub qaqa, gözlə şəkilləri atıram. Oyuna düşdük qaqa. Onuda gətiriblər 3 şoferik qaqa. Baş gömrük bura gedir ona görə.Bəs onda deyirsiz mal yeyəsi gəlməsə mənim işim firildaqdıda. Bu malın qiyməti nə qədərdi de mənə. Nə danışırsan qaqa , mən öldüm ki. Azəri qiymətiynın 40000-55000 dollar həəə?. Bunlar 500000 deyir, yaxşı qaqa. ”«Qedir İSTANBUL» adı ilə qeyd olunmuş nömrə “ Maşınlar”«Qedir İSTANBUL» adı ilə qeyd olunmuş nömrə 16 aprel 2021-ci il tarixdə “Salam”06 aprel 2021-ci il tarixədək aralarında danışıqlar və zənglər olsada Qedir İSTANBUL» adı ilə qeyd olunmuş nömrə 12 aprel 2021-ci ildən sonrakı yazı və səsləri silmişdir. Bundan başqa «Qedir Turk» adı ilə qeyd olunmuş nömrə +90 534 517 56 90 olmaqla 22 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “ Salam, Necəsən?”.-Təqsirləndirilən şəxs “Salam, Sav olun kimdi”«Qedir Turk» adı ilə qeyd olunmuş nömrə “Nicat qardaş Sən bizə neçə dəfə mal aparmısan? Qedir.”-Təqsirləndirilən şəxs “Nolub ay qaqa”«Qedir Turk» adı ilə qeyd olunmuş nömrə “Axrıncı dəfə 11 qutuydu, 9-u burdan qalanı Trabzaondan, eləmi? Ondan qabağkıları at bir. Hesab eliyiriy ramizlə heç nə olmuyub”-Təqsirləndirilən şəxs 26 fevral 2021-ci il tarixdə “Ay Qədir yaxşı bir iş var başıva dönüm, zəng vururam açmırsan telefonu, təcili mənə zəng vur sözüm var.”«Qedir Turk» adı ilə qeyd olunmuş nömrə “Bəli səs göndər.”-Təqsirləndirilən şəxs 27 fevral 2021-ci il tarixdə “Qaqa imkan olanda zəng etdə.Söz soruşacam.«Qedir Turk» adı ilə qeyd olunmuş nömrə “Ay qardaş işim varda əlimdə, vallah işim var, billah işim var”.-Təqsirləndirilən şəxs 01 mart 2021-ci il tarixdə “Qədir nəsə set kəsildi eee dədə”.01 mart 2021-ci il tarixədək aralarında danışıqlar və zənglər olmuşdur. Bundan başqa «İstanbul» adı ilə qeyd olunmuş nömrə +90 534 234 93 93 olmaqla 20 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Salam, Necəsən, Nə var nə yox? Haralardasan?”.-Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə “Qədir vaxtın olanda mənə zəng vurda qardaş.-Təqsirləndirilən şəxs 29 yanvar 2021-ci il tarixdə “Qədir mən İstanbula gəlirəm qardaşım İstanbula”.«İstanbul» adı ilə qeyd olunmuş nömrə “**********4”- Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdə Qədir salam ay Qədir.Qədir vvatsapp nömrəm budu dədə.«İstanbul» adı ilə qeyd olunmuş nömrə “Yaxşı, uşaq yığdımı səni”- Təqsirləndirilən şəxs “Yoo, X19 canını sağ eləsin yığdı qardaşım”.«İstanbul» adı ilə qeyd olunmuş nömrə 09 fevral 2021-ci il tarixdə “Salam”-Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə “Salam”10 fevral 2021-ci il tarixədək aralarında danışıqlar və zənglər olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 22.04.2021ci il tarixli 3405 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 26.04.2021-ci il tarixli 19/51-4738 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Salyan rayon 1 saylı Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 28.04.2021-ci il tarixli 184 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Qaradağ rayonu, Ələt qəsəbəsi, 1 saylı Hərbi şəhərcikdə ev 9A-da qeydiyyatdadır və 08.07.1964-cü il təvəllüdlü anası X2, 17.07.1992-ci il təvəllüdlü arvadı X4 və 07.08.2020-ci il təvəllüdlü oğlu X3 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Salyan rayon 1 saylı Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Qaradağ rayonu, Ələt qəsəbəsi, 1 saylı Hərbi şəhərcikdə ev 9A-da qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 6/1451 və 9/2168 nömrəli 05 may 2021-ci il tarixli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərlərində “xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “MAN” markalı **-CY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindən aşkar olunaraq götürülmüş...” əl yazıları olan karton qutulardakı adları 1 saylı cədvəldə qeyd olunan 122 adda dərman vasitələri təsiredici maddələrinin adlarına əsasən 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasınınərazisində dövriyyəsi qadağan edilmiş məhdudlaşdırılmış və nəzarət ediləm narkotik vasitələrin , psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına , ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb prekursorların siyahılarına və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahılarına , habelə “Zəhərli maddələrin siyahılarına” daxil deyildirlər. Bundan başqa aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən apteklərdə və Tarif (qiymət) şurası tərəfindən təsdiq edilmiş mövcud olan qiymətlərə və internet saytlarının məlumatlarına əsasən, ekspertizaya təqdim edilən 335,68 manat dəyərində 32 qutu kapsul Kreon 10000 İU, 1240 manat dəyərində 64 qutu kapsul Kreon 25000 İU , 9195,60 manat dəyərində 194 qutu hər birində 30 tablet Madopar 125 mg, 1000 manat dəyərində 50 qutu flakon Symbicort Turbuhaler 160 mcg/4,5 mcg/doz, 392 manat dəyərində 14 qutu flakon X7 320/9 mcg/doz, 2355 manat dəyərində 20 qutu tablet Veforix 245 mg, 375 manat dəyərində 6 qutu tablet Viread 245 mg, 2053,60 manat dəyərində 40 qutu tablet Dostinex 0,5 mg, 150 manat dəyərində 5 qutu tablet Cialis 20 mg, 3901,84 manat dəyərində 76 qutu tablet Dostinex 0,5 mg, 3508,20 manat dəyərində 180 qutu flakon Azarga 10 mg+5mg/ml, 2580 manat dəyərində 60 qutu tablet Arava 20 mg, 1300 manat dəyərində 50 ədəd Differin %0,1 Jel., 1320 manat dəyərində 50 ədəd Acnelyse 20 gr %0.1 krem, 394,50 manat dəyərində 15 ədəd flakon Fucicort 20 mg+1 mg 30 gr, 276 manat dəyərində 24 ədəd flakon Expigment %4. 30 gr, 1196,30 manat dəyərində 10 qutu Ketosteril, 446,50 manat dəyərində 5 ədəd ampul Zoladex 3.6 mg, 4286,4 manat dəyərində 16 ədəd ampul Zoladex 10.8 mg, 147,25 manat dəyərində 1 qutu kapsul Prograf 1mg, 5348 manat dəyərində 70 ədəd Salofalk 4g/60 g, 600 manat dəyərində 24 ədəd flakon Ventolin 2.5 mg/2.5 ml, 47,12 manat dəyərində 1 ədəd flakon Cisplatin 50 mg/100 ml, 832 manat dəyərində 52 ədəd flakon Deposilin 2,400.000 İU, 16812,36 manat dəyərində 4 ədəd flakon Kadcyla 100 mg, 6843,25 manat dəyərində 1 ədəd flakon Perjeta 420 mg/14 ml, 242,22 manat dəyərində 3 ədəd inyeksiya qələmi NovoRapid 3ml, 199,59 manat dəyərində 3 ədəd inyeksiya qələmi Apidra 100ml, 90381,20 manat dəyərində 910 ədəd inyeksiya qələmi Lantus 3ml, 600 manat dəyərində 25 ədəd inyeksiya qələmi Levemir 100 U/ml 3ml, 15600 manat dəyərində 208 ədəd kapsul Emend 125/80 mg, 11690,10 manat dəyərində 90 ədəd qutu Hepa-Merz 600 mg, 37076 manat dəyərində 598 listdə hər birində 10 ədəd kapsul Hydrea 500 mg, 4400 manat dəyərində 400 listdə hər birində 14 tablet Paxil 20 mg , 2525 manat dəyərində 101 listdə hər birində 20 tablet Laroxyl 25 mg, 50600 manat dəyərində 920 listdə hər birində 10 tablet Salofalk 500 mg, 28320 manat dəyərində 708 listdə hər birində 10 tablet Roaccutane 20 mg, 15577,44 manat dəyərində 408 listdə hər birində 10 tablet olmaqla Pentasa-Mesalazine 500 mg, 5819 manat dəyərində 110 listdə hər birində 10 ədəd kapsul Anti-Asidoz 500 mg, 2526,68 manat dəyərində 226 listdə hər birində 10 tablet Colchicum-Dispert 0.5 mg, 3234 manat dəyərində 231 listdə hər birində 16 tablet Prednol 16 mg, 672 manat dəyərində 42 listdə hər birində 14 tablet Crestor 20 mg, 257 manat dəyərində 26 listdə hər birində 14 tablet Crestor 10 mg, 132 manat dəyərində 6 listdə hər birində 21 ədəd Cyclo-Progynova, 580 manat dəyərində 40 ədəd hər birində 28 tablet Estrofem 2 mg, 15,05 manat dəyərində 15 tablet Diamicron 60 mg, 2356 manat dəyərində 23 listdə hər birində 3 tablet Bonviva 150 mg, 19945,12 manat dəyərində 208 listdə hər birində 10 tablet Femara 2.5 mg, 10764 manat dəyərində 598 listdə hər birində 7 tablet Nexium 20 mg, 3685,20 manat dəyərində 83 listdə hər birində 10 tablet Topomax 25 mg, 2700 manat dəyərində 108 listdə hər birində 10 tablet Tegretol CR 200 mg, 7080 manat dəyərində 120 listdə hər birində 10 tablet Pletal 10 mg, 1419 manat dəyərində 172 listdə hər birində 20 tablet Prednol 4 mg, 27911,46 manat dəyərində 918 listdə hər birində 14 tablet Plavix 75mg, 22214,80 manat dəyərində 790 qutuda hər birində 30 tablet Triplixam 10 mg.2/5mg. 10mg, 9560,80 manat dəyərində 340 qutuda hər birində 30 tablet Triplixam 10 mg.2/5mg. 5mg, 44261 manat dəyərində 585 karopka hər karopkada 6 list olmaqla 3510 list 21060 tablet Galvus-Met 50mg/1000mg, 586 manat dəyərində 138 listdə hər listdə 5 kapsula Lasix 20mg/2ml, 1138,50 manat dəyərində 69 listdə hər listdə 5 ampula İsoptin 5mg/2ml, 87 manat dəyərində 10 listdə hər birində 5 ampula Dodex 1ml/1000mg, 4180 manat dəyərində 380 ədəd Prednol L-250, 44330 manat dəyərində 4030 ədəd Prednol L, 675 manat dəyərində 500 ampula Proluton Depot 2 ml, 2250 manat dəyərində 500 ədəd Beloc 5 ml/5mg, 154000 manat dəyərində 2200 ədəd Salofalk 1000 mg 65 adda dərman vasitələrinin 2021-ci ilin aprel ayına aparılmış fizikikimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla respublikadaxili orta bazar pərakəndə satış ümumi qiyməti təxminən 696590,66 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsindən daxil olmuş 18.05.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postundan ölkə ərazisinə gələrkən gömrük orqanına yazılı və ya şifahi hər hansı mal bəyan etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 may 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsindən 18 may 2021-ci il tarixli 1000-151(150-22) 007953 nömrəli məktubla daxil olmuş 1 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı 12 aprel 2021-ci il tarixdə saat 01 radələrində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “MAN” markalı **-CY-*** nömrə nişanlı yük avtomobil ilə “Şıxlı” SNM-dən Gürcüstandan Azərbaycan Respublikasına daxil olması, DSX və DGK əməkdaşları tərəfindən qeyd olunan avtomobilin kabin hissəsinə və kabinin sağ arxa hissəsində olan saxlanc hissəsinə baxış keçirilmiş, daha sonra yük avtomobili yoxlanılması üçün X-RAY cihazına salınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 may 2021-ci il tarixli qərardan görünür ki, 12 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından götürülmüş bütün dərman preparatları maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin N nömrəli hərbi hissənin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” X15 daxil olmuş məktublardan görünür ki, təqdim olunmuş nümunələrin hamısı dərman vasitəsidirlər, 118 dərman vasitələrindən 116 (yüz on altı) dərman vasitəsinin dövlət qeydiyyatı yoxdur, “Deposilin 2.400.000 İU” adlı dərman vasitəsinin isə qeydiyyatı vardır. “Sandimmun Neoral 100mg blister N1” adlı digər 1 (bir) dərman vasitəsi ikincili qablaşması olmadığından həmin dərman vasitəsinə baxış keçirilən zamanı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12.10.2021-ci il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 12.10.2021-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, istintaqa Qədir adı kimi məlum olan şəxs və qeyriləri barəsində ********* nömrəli cinayət işinin materiallarından ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Təqsirləndirilən şəxs Məmmədağa oğlunun ərizəsindən görünür ki, avtomobilindən aşkar olunmuş, ona aid olmayan və maddi sübüt kimi tanınmış 64 adda olan dərman preparatlarının əvəzsiz olaraq dövlət nəfinə keçirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AA3087236 nömrəli şəxsiyyət vəsiqəsinin surətndən görünür ki, 07.08.2020-ci il təvəllüdlü X1 Nicat Məmmədağa oğlunun oğludur. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Məmmədağa oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Məmmədağa oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Məmmədağa oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3-cü maddələrinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 206.3.2-ci maddələsinin sanksiyasında 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 12 aprel 2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış dərman preparatları qanuni sahibini müəyyən etmək mümkün olmadığından, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən həmin dərman preparatları məcburi qaydada və əvəzsiz olaraq dövlət müsadirə edilməlidir. Odur ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DSX-nin N nömrəli hərbi hissənin anbarında saxlanılan 32 qutu kapsul Kreon 10000 İU, 1240, 64 qutu kapsul Kreon 25000 İU, 194 qutu hər birində 30 tablet Madopar 125 mg, 50 qutu flakon Symbicort Turbuhaler 160 mcg/4,5 mcg/doz, 14 qutu flakon X7 320/9 mcg/doz, 20 qutu tablet Veforix 245 mg, 6 qutu tablet Viread 245 mg, 5955, 116 qutu tablet Dostinex 0,5 mg, 5 qutu tablet Cialis 20 mg, 180 qutu flakon Azarga 10 mg+5mg/ml, 60 qutu tablet Arava 20 mg, 1300 manat dəyərində 50 ədəd Differin %0,1 Jel., 50 ədəd Acnelyse 20 gr %0.1 krem, 15 ədəd flakon Fucicort 20 mg+1 mg 30 gr, 24 ədəd flakon Expigment %4. 30 gr, 10 qutu Ketosteril, 5 ədəd ampul Zoladex 3.6 mg, 16 ədəd ampul Zoladex 10.8 mg, 1 qutu kapsul Prograf 1mg, 70 ədəd Salofalk 4g/60 g, 24 ədəd flakon Ventolin 2.5 mg/2.5 ml, 1 ədəd flakon Cisplatin 50 mg/100 ml, 4 ədəd flakon Kadcyla 100 mg, 1 ədəd flakon Perjeta 420 mg/14 ml, 3 ədəd inyeksiya qələmi NovoRapid 3ml, 3 ədəd inyeksiya qələmi Apidra 100ml, 90381, 910 ədəd inyeksiya qələmi Lantus 3ml, 25 ədəd inyeksiya qələmi Levemir 100 U/ml 3ml, 208 ədəd kapsul Emend 125/80 mg, 11690, 90 ədəd qutu Hepa-Merz 600 mg, 598 listdə hər birində 10 ədəd kapsul Hydrea 500 mg, 400 listdə hər birində 14 tablet Paxil 20 mg, 2525 manat dəyərində 101 listdə hər birində 20 tablet Laroxyl 25 mg, 920 listdə hər birində 10 tablet Salofalk 500 mg, 708 listdə hər birində 10 tablet Roaccutane 20 mg, 408 listdə hər birində 10 tablet olmaqla Pentasa-Mesalazine 500 mg, 110 listdə hər birində 10 ədəd kapsul Anti-Asidoz 500 mg, 226 listdə hər birində 10 tablet Colchicum-Dispert 0.5 mg, 231 listdə hər birində 16 tablet Prednol 16 mg, 42 listdə hər birində 14 tablet Crestor 20 mg, 26 listdə hər birində 14 tablet Crestor 10 mg, 6 listdə hər birində 21 ədəd Cyclo-Progynova, 40 ədəd hər birində 28 tablet Estrofem 2 mg, 15 tablet Diamicron 60 mg, 23 listdə hər birində 3 tablet Bonviva 150 mg, 208 listdə hər birində 10 tablet Femara 2.5 mg, 598 listdə hər birində 7 tablet Nexium 20 mg, 83 listdə hər birində 10 tablet Topomax 25 mg, 108 listdə hər birində 10 tablet Tegretol CR 200 mg, 120 listdə hər birində 10 tablet Pletal 10 mg, 172 listdə hər birində 20 tablet Prednol 4 mg, 918 listdə hər birində 14 tablet Plavix 75mg, 790 qutuda hər birində 30 tablet Triplixam 10 mg.2/5mg. 10mg, 340 qutuda hər birində 30 tablet Triplixam 10 mg.2/5mg. 5mg, 44261, 585 karopka hər karopkada 6 list olmaqla 3510 list 21060 tablet Galvus-Met 50mg/1000mg, 138 listdə hər listdə 5 kapsula Lasix 20mg/2ml, 69 listdə hər listdə 5 ampula İsoptin 5mg/2ml, 10 listdə hər birində 5 ampula Dodex 1ml/1000mg, 380 ədəd Prednol L-250, 4030 ədəd Prednol L, 500 ampula Proluton Depot 2 ml, 500 ədəd Beloc 5 ml/5mg, 2200 ədəd Salofalk 1000 mg, dərman preparatları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməlidir. Hökmün icrası həmin hissədə Azərbaycan Respublikasının DSX-nin və Ədliyyə Nazirliyinin və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 400 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs Məmmədağa oğlunun maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 400 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs Məmmədağa oğlunun hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200- 1.2.3-cü maddələri ilə 2 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli tutulduğu tarixdən, yəni 12 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub və Azərbaycan Respublikası DSX-nin N nömrəli hərbi hissənin saxlanc yerinə təhvil verilmiş iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DSX-nin N nömrəli hərbi hissənin anbarında saxlanılan 32 qutu kapsul Kreon 10000 İU, 1240, 64 qutu kapsul Kreon 25000 İU, 194 qutu hər birində 30 tablet Madopar 125 mg, 50 qutu flakon Symbicort Turbuhaler 160 mcg/4,5 mcg/doz, 14 qutu flakon X7 320/9 mcg/doz, 20 qutu tablet Veforix 245 mg, 6 qutu tablet Viread 245 mg, 5955, 116 qutu tablet Dostinex 0,5 mg, 5 qutu tablet Cialis 20 mg, 180 qutu flakon Azarga 10 mg+5mg/ml, 60 qutu tablet Arava 20 mg, 1300 manat dəyərində 50 ədəd Differin %0,1 Jel., 50 ədəd Acnelyse 20 gr %0.1 krem, 15 ədəd flakon Fucicort 20 mg+1 mg 30 gr, 24 ədəd flakon Expigment %4. 30 gr, 10 qutu Ketosteril, 5 ədəd ampul Zoladex 3.6 mg, 16 ədəd ampul Zoladex 10.8 mg, 1 qutu kapsul Prograf 1mg, 70 ədəd Salofalk 4g/60 g, 24 ədəd flakon Ventolin 2.5 mg/2.5 ml, 1 ədəd flakon Cisplatin 50 mg/100 ml, 4 ədəd flakon Kadcyla 100 mg, 1 ədəd flakon Perjeta 420 mg/14 ml, 3 ədəd inyeksiya qələmi NovoRapid 3ml, 3 ədəd inyeksiya qələmi Apidra 100ml, 90381, 910 ədəd inyeksiya qələmi Lantus 3ml, 25 ədəd inyeksiya qələmi Levemir 100 U/ml 3ml, 208 ədəd kapsul Emend 125/80 mg, 11690, 90 ədəd qutu Hepa-Merz 600 mg, 598 listdə hər birində 10 ədəd kapsul Hydrea 500 mg, 400 listdə hər birində 14 tablet Paxil 20 mg, 2525 manat dəyərində 101 listdə hər birində 20 tablet Laroxyl 25 mg, 920 listdə hər birində 10 tablet Salofalk 500 mg, 708 listdə hər birində 10 tablet Roaccutane 20 mg, 408 listdə hər birində 10 tablet olmaqla Pentasa-Mesalazine 500 mg, 110 listdə hər birində 10 ədəd kapsul Anti-Asidoz 500 mg, 226 listdə hər birində 10 tablet Colchicum-Dispert 0.5 mg, 231 listdə hər birində 16 tablet Prednol 16 mg, 42 listdə hər birində 14 tablet Crestor 20 mg, 26 listdə hər birində 14 tablet Crestor 10 mg, 6 listdə hər birində 21 ədəd Cyclo-Progynova, 40 ədəd hər birində 28 tablet Estrofem 2 mg, 15 tablet Diamicron 60 mg, 23 listdə hər birində 3 tablet Bonviva 150 mg, 208 listdə hər birində 10 tablet Femara 2.5 mg, 598 listdə hər birində 7 tablet Nexium 20 mg, 83 listdə hər birində 10 tablet Topomax 25 mg, 108 listdə hər birində 10 tablet Tegretol CR 200 mg, 120 listdə hər birində 10 tablet Pletal 10 mg, 172 listdə hər birində 20 tablet Prednol 4 mg, 918 listdə hər birində 14 tablet Plavix 75mg, 790 qutuda hər birində 30 tablet Triplixam 10 mg.2/5mg. 10mg, 340 qutuda hər birində 30 tablet Triplixam 10 mg.2/5mg. 5mg, 44261, 585 karopka hər karopkada 6 list olmaqla 3510 list 21060 tablet Galvus-Met 50mg/1000mg, 138 listdə hər listdə 5 kapsula Lasix 20mg/2ml, 69 listdə hər listdə 5 ampula İsoptin 5mg/2ml, 10 listdə hər birində 5 ampula Dodex 1ml/1000mg, 380 ədəd Prednol L-250, 4030 ədəd Prednol L, 500 ampula Proluton Depot 2 ml, 500 ədəd Beloc 5 ml/5mg, 2200 ədəd Salofalk 1000 mg, dərman preparatları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət müsadirə olunmalıdır. Hökmün icrası həmin hissədə Azərbaycan Respublikasının DSX-nin və Ədliyyə Nazirliyinin və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs 400 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs Məmmədağa oğluna göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar