Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-103/2023 10.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X12 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X31 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1996-cı il tarixdə Tovuz rayonu Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Tovuz Rayon Məhkəməsinin 1(062)-95/2021 saylı, 05 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən cəzası 1 (bir) il azaldılmış, cəzasının 07 (yeddi) ay 15 (on beş) gün hissəsini çəkmiş, cəzasının 04 (dörd) ay 15 (on beş) gün hissəsi çəkilməmiş qalmış, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının axırlarında istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq cəmi 1,84 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özü ilə daşıyaraq üzərində gəzdirib saxlamış və 22 yanvar 2022-ci il tarixdə saat 17 radələrində həmin narkotik vasitədən 5 (beş) ədəd ağ salfet kağızına bükülmüş hissəsini Tovuz rayonu Düz Qırıqlı kəndində yaşayan tanışı, narkotik vasitənin alqı-satqısında maddi marağı olmayan yetkinlik yaşına çatmamış Şahid5 50 (əlli) manata qanunsuz olaraq satmış, həmin narkotik vasitənin bir hissəsi, yəni 1,45 qram çəkidə olan hissəsi, 25 yanvar 2022-ci il tarixdə saat 17:40-da Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ünvan 1 ünvanda yerləşən Tovuz RPŞ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın arxa sol yan cibindən 1 (bir) ədəd sellofan parçasına bükülmüş bükülüdə, cəmi 1,45 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yetkinlik yaşına çatmamış Şahid5 qanunsuz satdığı, lakin sonuncu tərəfindən maddi maraq olmadan tanışı Şahid6 verilmiş 5 (beş) bükümdən 3 (üç) bükümünü sonuncu özü qəbul etmiş, qalan 2 (iki) büküm isə 27 yanvar 2022-ci il tarixdə saat 20:50-də Şahid6, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ünvan 1 ünvanda yerləşən Tovuz RPŞ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) bükümdə, cəmi 0,39 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Tovuz rayonu Alakol kəndindəki iş yerində, yəni kənd camaatı içərisində “Elşənin moykası” kimi tanınan avtomobil yuma məntəqəsində olan zaman mülki geyimdə 3 nəfər polis işçisi ona yaxınlaşmış və onlardan Rəşad adlı polis işçisi idarə etdiyi VAZ-21010 markalı, dövlət qeydiyyat nişanının əvvəli 10, son rəqəmləri isə 810 olan avtomobilini ona verib avtomobilini yumağını istəmişdir. Daha sonra polis işçiləri onun iş yeri ilə eyni bir obyektdə olan, yəni obyektin arxa tərəfində yerləşən kafeyə daxil olmuşlar. O, təxminən 30 dəqiqədən sonra avtomobilin yuyulması və qurudulması işini yekunlaşdırmışdır. Həmin mülki geyimdə olan 3 nəfər polis işçisi də yeməkxanadan çıxmış, Rəşad adlı polis işçisi avtomobilin yuyulma haqqı olan 5 manat məbləğində pulu ona vermiş, sonra isə ona əynini dəyişməsini, 5 dəqiqəlik maşına oturub söhbət etməyi xahiş etmişdir. O da moykada olan təzə paltarlarını geyinmiş və Rəşadın avtomobilinə əyləşmişdir. Həmin vaxt avtomobilin ön oturacağında “Narkomaniyanın rəisi” kimi tanıdığı Orxan adlı polis işçisi əyləşmiş, arxa tərəfdə onun yanında isə Ruslan adlı polis işçisi əyləşmişdir. Rəşad avtomobildə ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu demiş və onlarla Tovuz RPŞ-nə getməyi bildirmiş, o da etiraz etməmişdir. Tovuz RPŞ-nə gələndən sonra isə Rəşadla Orxan siqaret kağızına bükülmüş halda 01 büküm narkotik vasitə olan marixuananı onun cibinə qoymuş, ona həmin narkotik vasitəni tapdığını etiraf etməsini və guya narkotik vasitəni polislər üzərinə baxış keçirən zaman üzərindən aşkar etdiklərini deməsini tapşırmışlar. Bundan sonra isə Tovuz RPŞ-nin inzibati binasında müdafiəçinin iştirakı və video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş və həmin narkotik vasitəni cibindən tapmışlar. O da şəxsi axtarış zamanı və izahatında təsir altında qalaraq bildirmişdir ki, həmin narkotik vasitə ona məxsusdur və həmin narkotik vasitəni işlədiyi avtomobil yuma məntəqəsinin yaxınlığında yerdən tapmışdır. Həmin narkotik vasitəni polis işçiləri onun cibinə qoyduqları üçün narkotik vasitənin mənbəyini də polislər bilirmişlər. Üzərinə şəxsi axtarış keçirilən zaman Müdafiəçi yanında olmuş, buna baxmayaraq polislər tərəfindən təsirə məruz qalmağını müdafiəçiyə deyə bilməmişdir. O, Şahid5 təxminən 7 aya yaxın müddətdir ki tanımış, Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən “Ocaq” restoranının avtomobil yuma məntəqəsində işləyən vaxt Şahid5 da həmin restoranda qulluqçu, yəni ofisiant işləmişdir. Tanışlıqları məhz bu səbəbdən yaranmışdır. Şöbədə ona Murada narkotik vasitə satdığını, Muradın da narkotik vasitəni ondan aldığını bildirdiyini, guya özünün də Murada satdığı narkotik vasitəni Eldar Qasımov adlı şəxsdən aldığını bildirmişlər. Daha sonra bu barədə ondan izahat almışlar və 26 yanvar 2022-ci il tarixdə şübhəli şəxs statusuna xitam verilməklə onu azad etmişlər. 26 yanvar 2022-ci il tarixdə azad edildikdən sonra polis əməkdaşları ondan pul istəmişlər, o da bu barədə DİN-in 102 xidmətinə zəng vurub şikayət etmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, əvvəllər Muradla birlikdə narkotik vasitədən istifadə etmiş, Muradla birlikdə istifadə etdiyi narkotik vasitəni sonuncu haradansa almış, pulun yarısını yəni 5 manatını Murad, 5 manatını isə o vermişdir. O, özü heç vaxt narkotik vasitə almamış, Şahid5 heç vaxt narkotik vasitə satmamışdır. Onun 2022-ci ilin yanvar ayına qədər Muradla telefon danışığı olsa da, 2021-ci ilin sentyabr ayından Muradla üz-üzə görüşməmişdir. O, narkotik vasitə istifadəçisi olsa da, tutulan zaman üzərində narkotik vasitə olmamış, polislər tərəfindən təzyiqlərə məruz qaldığı üçün polislərin dedikləri ilə razılaşıb həmin sənədlərə imza etmişdir. O, heç kimə narkotik vasitə satmadığı üçün narkotik vasitələr barədə məlumatı olmamış, polis əməkdaşları aşkarlanan narkotik vasitənin özünə məxsus olmasını bildirməsi üçün ona təzyiqlər etmişlər. Üzərində heç bir xəsarət olmamış və ona olunan təzyiqlərlə bağlı hər hansı orqana şikayət etməmişdir. İşlədiyi avtoyuma məntəqəsindən onu Rəşad, Orxan və Ruslan adlı polis əməkdaşları aparmış, o, Emin adlı polis əməkdaşını orada görməmişdir. Üzərinə baxış polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilmiş, baxış zamanı aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğu bildirilmişdir. O, Eşqin adlı şəxsi tanımamış və sonuncunu ilk dəfə məhkəmədə görmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə baxmayaraq, onun yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş aşağıdakı şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş hadisə baş verən vaxtı yetkinlik yaşına çatmayan Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 5-6 ay əvvəl Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisində yerləşən «Ocaq» yeməkxanasında qulluqçu işləyərkən həmin yeməkxananın qarşısında yerləşən avtomobillərin yuyulması məntəqəsində yuyucu işləmiş Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tanışlıqları dövründə 1-2 dəfə Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana qəbul etməsini görmüşdür. O, özü heç vaxt narkotik vasitə qəbul etməmiş, həmçinin Arzu ilə birlikdə narkotik vasitədən istifadə etməmişdir. 2022-ci ilin yanvarın 20-də saat 20 radələrində tanışları Tovuz rayonu Əyyublu kənd sakinləri Şahid6 və Şahid7 ilə birlikdə şam yeməyi yemək məqsədilə Tovuz rayonu Əyyublu kəndində Arzuman adlı şəxsin işlətdiyi kafeyə getmişlər. Yeməkxanaya daxil olmazdan əvvəl Şahid7 yemək sifariş etmək istəyərkən yeməkxananı işlədən şəxs boş yer olmadığını və yarım saatdan sonra boşalacağını demişdir. Şahid7 isə yarım saat orada gözləyənə kimi evlərinə gedib duş almağı, əynini dəyişməyi və sonra qayıtmağı təklif etmişdir. Ona görə də onlar birlikdə Şahid7 idarə etdiyi avtomobillə sonuncunun yaşadığı evin qarşısına getmişlər. Orada İmaməddin avtomobildən düşüb evlərinə keçmiş, o isə Şahid6la birlikdə avtomobildə gözləmişdir. Avtomobilin salonunda Şahid6 təklif etmişdir ki, yeməkxanada spirtli içki qəbul edəcəklər, əgər imkan olsa, bir çəkimlik nəşəni haradan əldə edə bilərlər, nəşə çəkmək istəyir. O da demişdir ki, “tanışı var, hərdənbir qəbul edir, onda ola bilər”. O, bir nəfər tanışı dedikdə Təqsirləndirilən şəxs nəzərdə tutmuşdur. Ona görə də öz istifadəsində olan (051)- 544-19-07 mobil nömrənin «WhatsApp» sosial şəbəkəsi üzərindən Təqsirləndirilən şəxs «WhatsApp» nömrəsinə sözlə mesaj yazıb ondan 1 çəkimlik nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana təşkil edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə «WhatsApp» nömrəsi ilə təşkil edə biləcəyini yazaraq, onu da qonaq edibetməyəcəklərini soruşmuşdur. Bunu Şahid6 deyəndə sonuncu cavabında qonaq edə biləcəklərini bildirmişdir. O da Arzuya qonaq edə biləcəklərini demişdir. Bunu deyəndə Təqsirləndirilən şəxs danışıb xəbər edəcəyini bildirmişdir. Aradan təxminən 4-5 dəqiqə keçmiş Təqsirləndirilən şəxs saat 21-də nəşənin hazır olduğunu və görüş üçün Alakol kənd orta məktəbinin qarşısına gəlməyini yazmışdır. Elə həmin ərəfədə Şahid7 qayıtmış və onlar birlikdə yeməkxanaya getmişlər. Yeməkxanada şam yeməyi yeyib üç nəfərə 1 litr spirtli içki araq qəbul etmişlər və saat təxminən 21 radələrinə kimi yeməkxanada olmuşlar. Saat 21 radələrində birlikdə Tovuz rayonu Alakol kəndində yerləşən orta məktəbin binasının yaxınlığına getmişlər. Məktəbin yaxınlığında Təqsirləndirilən şəxsla görüşüb birlikdə Şahid7 idarə etdiyi avtomobilə əyləşmişlər. Sürücü Şahid7, Təqsirləndirilən şəxs arxa oturacağa əyləşməsini görən kimi “sən kimsən, ayrı yerə gedirlər” demişdir. Təqsirləndirilən şəxs isə onlarla birlikdə gedəcəyini demişdir. Arzu başa düşmüş ki, narkotik vasitənin əldə edilməsindən sürücünün xəbəri yoxdur. Ona görə də vəziyyətdən çıxış yolu kimi Murada “onda yaxınlıqda Tərs yerə gedək, gələndə məni gətirib burada düşürərsiz” demişdir. Bundan sonra yola düşüb Tovuz rayonunun Alakol kəndi ilə həmsərhəd olan Gədəbəy rayonunun Tərs yer kəndinə getmişlər. Orada Təqsirləndirilən şəxs bələdçiliyi ilə bir küçəyə daxil olmuşlar və bir qədər getdikdən sonra su arxının üstündəki körpüdə dayanmışlar. Çünki Şahid7 idarə etdiyi avtomobilin arxası çox aşağı olduğu üçün sonuncunu maşının altının yerə sürtüləcəyini və keçə bilməyəcəyini demişdir. Həmin yerdə 2-3 ədəd ev olmuş, sağ tərəf isə kolluq olmuşdur. Orada Təqsirləndirilən şəxsla avtomobildən düşüb 6-7 metr məsafə qət etdikdən sonra sonuncu öz mobil telefonunu cibindən çıxardıb kiməsə zəng etmişdir. O, həmin şəxsin kim olmasını bilməmiş və Arzudan da soruşmamışdır. Təqsirləndirilən şəxs həmin şəxslə danışarkən o, yalnız Arzunun dediklərini eşitmiş, həmin şəxsin isə danışığını eşitməmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs həmin şəxsə “sən dediyin yerə çatmışam” demişdir. Həmin şəxsin cavabında Arzuya nə dediyini onlar bilməmişdir. Danışıb qurtarandan sonra Təqsirləndirilən şəxs ona “həmin şəxs Tovuz rayonu Düz Qırıqlı kəndində yeyib-içir, deyir ki, bir azdan gəlsinlər, verər” demişdir. Bu səbəbdən də onlar yenidən Şahid7 avtomobilinə əyləşib Tovuz rayonu Alakol kəndində qayıdaraq məktəbin yaxınlığında Təqsirləndirilən şəxs düşürüb Tovuz rayonu Qovlar şəhərində yerləşən çayxanaya getmişlər. Qayıdarkən yolda Təqsirləndirilən şəxs avtomobilin salonunda ona demişdir ki, pulu versin, sonra tələsiyə düşməsin. O da inanmadığı üçün pulu görüşəndə verəcəyini demişdir. Çayxanada təxminən 20-30 dəqiqə əyləşdikdən sonra Təqsirləndirilən şəxs onun istifadəsində olan telefonuna zəng edib pulu gətirməsini, nəşənin hazır olduğunu və bir qədər əvvəl getdikləri Tərs yer kəndinə bir daha getmələrini demişdir. Eyni zamanda Təqsirləndirilən şəxs tapşırmışdır ki, həmin şəxslər görməsin deyə o maşından düşər və kənarda görüşərlər. Ona görə də birlikdə Şahid7 idarə etdiyi avtomobillə qayıtmışlar Tərs yer kəndinə. Həmin kəndə daxil olub əvvəlki yerə, yəni körpüyə kimi getmiş və sürücü Şahid7 idarə etdiyi avtomobili döndərib üzü aşağı tərəfə dayandırmış, o isə avtomobildən düşərək əks istiqamətə hərəkət etmiş, Arzunun istinad etməsi ilə gedib yolda sonuncu ilə görüşmüşdür. Orada Arzuya 10 manat məbləğində nağd pul vermiş, həmin ərəfədə sol tərəflərindən sağ tərəfə doğru VAZ-2106 markalı nömrə nişanı yadında qalmayan avtomobil gəlmiş və yanlarında dayanmışdır. Həmin avtomobildən 20-25 yaş arası bir nəfər şəxs düşüb yanlarına gələrək Arzu ilə görüşüb hal-əhval tutaraq onlardan aralaşmış və onlarda Şahid7 idarə etdiyi avtomobilə getmişlər. O, həmin şəxsin Arzuya nə verməsini görməmişdir. Yolda qayıdarkən Təqsirləndirilən şəxs demişdir ki, həmin nəşənin üstündən bir azca özünə götürsün, qalanını isə versin. Arzu da razılaşmışdır. O, avtomobilin qabaq sağ oturacağında, Şahid6la Təqsirləndirilən şəxs isə arxa oturacaqda əyləşmişlər. Sonradan Şahid6 ona demişdir ki, yolda gedərkən Təqsirləndirilən şəxs həmin 1 ədəd bükülünü açıb içərisindən bir azacıq nəşədən özünə götürmüş, qalanını isə ona vermişdir. Onlar Tovuz rayonu Alakol kəndində Arzunu orta məktəbin yaxınlığında düşürüb yenidən Tovuz rayonu Qovlar şəhərindəki çayxanaya qayıtmışlar. Orada Şahid7 avtomobildən düşüb çayxanaya doğru hərəkət etmiş, onlar isə İmaməddindən bir qədər arxada qalmışlar. Həmin vaxt Şahid6 ona getməsini, özünün isə gələcəyini demişdir. Onlardan təxminən 5-6 dəqiqə sonra Eşqin də çayxanaya gəlmiş və birlikdə saat 22 radələrinə kimi həmin çayxanada olub sonradan birlikdə çayxanadan çıxmışlar. Orada Şahid6la sürücü Şahid7 onu kəndlərində yerləşən qəbiristanlığın yaxınlığında düşürüb özləri də çıxıb getmişlər. Bundan təxminən iki gün sonra, 22 yanvar 2022-ci il tarixdə saat 16-17 radələrində Şahid6 onun istifadəsində olan mobil telefona zəng edib keçən dəfəki nəşədən 2 çəkimlik ala bilibbilməyəcəyini soruşmuşdur. O da istifadəsində olan (051) ***-**-** nömrəsinin «WhatsApp»-ı ilə Təqsirləndirilən şəxs istifadəsində olan «WhatsApp» nömrəsinə, yəni (051) ***-**-** nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs cavab verərək əlində işinin olduğunu və “Ocaq” yeməkxanasında qonaqlıqda qulluq etdiyini demişdir. Onun telefonunun balansında kontur olmadığı üçün kəndlərinin baş tərəfindən «ADA Store» mağazası ilə üzbəüz olan çayxananın qarşısında dayanmış qonşusu Etibarın oğlu Kamrandan xahiş edib sonuncunun telefonu ilə Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə zəng etmiş və ondan 2 çəkimlik nəşə, narkotik vasitə olan qurudulmuş marixuana təşkil edə bilib-bilməməsi ilə maraqlanmışdır. Buna cavab olaraq Təqsirləndirilən şəxs «Ocaq» yeməkxanasında olduğunu və danışıb cavab verəcəyini demişdir. Həmin ərəfədə Şahid6 yenə də onun istifadəsində olan nömrəyə zəng edib nəşənin əldə edilməsi ilə maraqlanmış və o da demişdir ki, həmin şəxs təşkil edə biləcəyini deyir. Buna cavab olaraq Şahid6 ona 5 büküm ala bilib-bilməyəcəyinin soruşmuş, o yenidən qonşuları Kamranın istifadəsində olan telefonla Təqsirləndirilən şəxs istifadəsində olmuş telefona zəng edib nəşəni 2 deyil, 5 ədəd etmək imkanının olub-olmaması ilə maraqlanmış, Təqsirləndirilən şəxs da ona gözləməsini, danışıb xəbər edəcəyini, konturunun olmadığını və imkan varsa ona həmin şəxslə yenidən danışması üçün 1 manatlıq kontur yükləməsini demişdir. O, Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən «Favorit» mağazasında quraşdırılmış «Milliön» aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan (051) ***-**-** nömrəsinə 1 manatlıq kontur yükləmiş, həmin vaxt yenidən Kamranın istifadəsində olan telefonla Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə zəng edib nəşə tapıb-tapmaması ilə maraqlanmış, Təqsirləndirilən şəxs da demişdir ki, pulu gətirsin, hazır olanda deyər gəlib götürər. Ona görə də o, ustası Nurlanın, yəni Şahid7 idarə etdiyi VAZ-2107 markalı avtomobillə Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən «Ocaq» yeməkxanasına getmişlər. Orada Nurlanın idarə etdiyi avtomobildən düşərək yeməkxana ilə avtomobillərin yuyulması məntəqəsi arasındakı aralıqda Təqsirləndirilən şəxsla görüşmüş, Nurlanla Eşqin isə avtomobildən yerə düşməmiş və ona demişlər ki, aşağıda mağazaya gedib qayıdırlar. Eşqinlə avtomobilə əyləşməzdən əvvəl sonuncu demişdir ki, Təqsirləndirilən şəxs deməsin ki, nəşəni kim istəyir, əgər soruşsa desin ki, Bakı şəhərindən qonağı gəlmiş, onun üçün alır. Həmin vaxt Eşqin cibindən 60 manat məbləğində nağd pulu çıxardıb ona vermişdir. O, əvvəlcədən telefonla danışarkən Şahid6 borca 2-3 günlük 10 manat verməsini xahiş etmiş, ona görə də Eşqin ona 50 manat deyil, 60 manat vermişdir. Sonradan həmin 10 manatı Eşqinə qaytarmışdır. Təqsirləndirilən şəxsla görüşəndə sonuncuya demişdir ki, Bakı şəhərindən qonağı gəlmiş, ona 5 (beş) çəkimlik nəşə kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana lazımdır. Bunu deyəndə Təqsirləndirilən şəxs demişdir ki, 1 (bir) bükümünü 10 manatdan olmaqla 5 (beş) bükümünü 50 manat verər. O da razılaşmış və Eşqinin ona verdiyi 50 (əlli) manatı cibindən çıxardıb Arzuya vermişdir. Pulu alarkən Arzu demişdir ki, 1 saata kimi nəşə kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuananı gətirib gəlir. O da orada soyuqda qalmasın deyə ustası Nurlanın istifadəsində olan mobil telefonuna zəng edərək gəlib onu götürmələrini demişdir. Aradan 4-5 dəqiqə keçmiş Eşqinlə Nurlan, sonuncunun idarə etdiyi avtomobillə onu düşürdükləri yerə gəlmişlər və o, Nurlanın avtomobilinə əyləşdikdən sonra sonuncu başa düşməsin deyə Eşqinə qısaca “oğlan dedi ki, 1 saatdan sonra gəlib götürsünlər” demişdir. Eşqin isə ona demişdir ki, «onda o, şeyi gəlib götürər, o da gəlib onu ondan götürər». Daha sonra Eşqinlə Nurlan, sonuncunun idarə etdiyi avtomobillə onu evlərinin yaxınlığına kimi aparmış və o düşüb evlərinə getmişdir. Aradan təxminən 30-40 dəqiqə keçmiş Təqsirləndirilən şəxs onun istifadəsində olan (051) ***-**-** nömrəsinə zəng edib demişdir ki, gəlsin «Ocaq» yeməkxanasının yanına, buradadır, gəlib götürsün. Ona görə də yaşadığı evdən piyada çıxmış və üzü «Ocaq» yeməkxanasına tərəf dayandıqda sağ tərəfdəki ağaclığın arasında Təqsirləndirilən şəxsla görüşmüş, sonuncu sağ əlinin ovcunda tutduğu 1 (bir) ədəd siqaret sellofanına bükülmüş bükülünü ona vermişdir. O da sağollaşıb piyada evlərinə qayıtmışdır. O, evlərinə qayıdarkən yolda Eşqin, Nurlanın istifadəsində olan mobil telefonla ona zəng edib nəşəni götürüb-götürmədiyini soruşmuş, o da cavabında götürdüyünü və nəşənin onda olduğunu, evlərinə çatdığını demişdir. Eşqin isə ona demişdir ki, olduğu yerdə qalsın, gəlirlər ora, ondan da biri qalsın onda, deyəcək neyləyər, dördünü isə verər. Ona görə də o, Eşqingilin gələcəyi istiqamətə doğru getmişdir. Aradan 5-6 dəqiqə keçmiş Eşqin Nurlanla birlikdə sonuncunun idarə etdiyi VAZ-2107 markalı avtomobillə onun yanına gəlmişdir. Eşqin qabaq oturacaqda əyləşmişdir. O, avtomobilin sağ arxa qapısını açıb avtomobilə əyləşmişdir. Həmin vaxt Nurlan kiminləsə mobil telefon vasitəsi ilə danışmış və fikri onlarda olmamışdır. Eşqin qabaq oturacaqdan geriyə çönüb əlini arxaya uzatmış, o da Arzudan aldığı içərisində 4 (dörd) büküm narkotik vasitə qurudulmuş marixuana olan sellofan bükülünü Eşqinə vermiş, Eşqin də asta səslə demişdir ki, o bir dənəni də özü istifadə etsin. O isə Eşqinə demişdir ki, onluq deyil, istifadə edəni deyil. Buna baxmayaraq Eşqin tanışlarından kiməsə verməsini demişdir. O da Eşqinin əl çəkmədiyini görüb heç bir söz demədən avtomobildən düşmüş və sağ ovcunda 1 (bir) bükümdə olan nəşəni yerə tullamışdır. Bunu Eşqinin görüb-görmədiyini bilməmişdir. Bundan sonra onlar çıxıb getmiş, o da öz evlərinə getmişdir. Daha sonra isə bir daha Eşqini görməmiş və onunla görüşməmiş, mobil telefon vasitəsi ilə də əlaqə saxlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Düz Qırıqlı kənd sakini Şahid5 hadisədən iki ay qabaq tanışı Şahid7 görə tanımışdır. Tovuz rayonu Alakol kənd sakini Təqsirləndirilən şəxs isə 4-5 ilə yaxındır tanımışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində saat təxminən 19 radələrində tanışı Şahid5 ilə birlikdə Nurlan kimi tanıdığı Şahid7 Şəmkir rayonunu Düyərli kəndi ərazisində yerləşən avtomobillərin şinlərinin təmiri məntəqəsində olan vaxt Əyyublu kəndində şam yeməyi yemək qərara almışlar. Saat 19 radələrində Düyərli kəndindən çıxıb Əyyublu kəndinə getmişlər və orada bir qədər avtomobillə gəzdikdən sonra Tovuz rayonu Əyyublu kəndində Arzumanın yeməkxanasına getmişlər. Yeməkxanaya daxil olmazdan əvvəl Şahid7 yemək sifariş etmək istəsə də, yeməkxananı işlədən şəxs boş yerin olmadığını və yarım saata boşalacağını demişdir. Həmin vaxtı Şahid7 yarım saat burada gözləyənə kimi gedib evlərində çimməyi, əynini dəyişməyi, sonra isə qayıtmağı təklif etmişdir. Ona görə də onlar birlikdə Şahid7 idarə etdiyi avtomobillə sonuncunun yaşadığı evin qarşısına getmişlər. Orada Şahid7 avtomobildən düşüb evlərinə keçmiş, o isə Muradla avtomobildə gözləmişdir. Avtomobilin salonunda Nurlanı gözləyən ərəfədə o, Murada təklif etmişdir ki, yeməkxanada spirtli içki qəbul edəcəklər, əgər imkan olsa, bir çəkimlik nəşəni haradan əldə edə bilərlər, nəşə çəkmək istəyir. Buna cavab olaraq Murad demişdir ki, tanışı var, hərdənbir qəbul edir, onda ola bilər. Ona görə də Şahid5 öz istifadəsində olan (051) ***-**-** nömrəsinin «WhatsApp» sosial şəbəkəsi üzərindən Təqsirləndirilən şəxs «WhatsApp» nömrəsinə sözlə mesaj yazıb ondan 1 çəkimlik nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana təşkil edə bilib-bilməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs da «WhatsApp» nömrəsi ilə Şahid5 yazmışdır ki, təşkil edə bilər, lakin onu da qonaq edə bilərlərmi? O da Murada demişdir ki, narahat olmasın, qonaq edərlər. Murad da Arzuya qonaq edəcəklərini demişdir. Aradan təxminən 4-5 dəqiqə keçmiş Təqsirləndirilən şəxs cavab yazmışdır ki, saat 21-də nəşə hazır olacaq, gəlsinlər Alakol kənd orta məktəbin qarşısına, versin. Həmin ərəfədə Şahid7 qayıtmış və onlar birlikdə getmişlər yeməkxanaya. Yeməkxanada şam yeməyi yeyib üç nəfərə 1 litr spirtli içki araq qəbul etmişlər və saat təxminən 21 radələrinə kimi yeməkxanada olmuşlar. Saat 21 radələrində birlikdə getmişlər Tovuz rayonu Alakol kəndində yerləşən orta məktəbin binasının yaxınlığına. Məktəbin yaxınlığına çatıb avtomobili saxlamışlar, Şahid5 avtomobildən düşüb harasa getmiş və sonra bir nəfər, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs ilə avtomobilə minmişlər. Daha sonra birlikdə Tovuz rayonunun Alakol kəndi ilə həmsərhəd olan Gədəbəy rayonunun Tərs yer kəndinə getmişlər. Orada Təqsirləndirilən şəxs bələdçiliyi ilə bir küçəyə daxil olmuşlar və bir qədər getdikdən sonra su arxının üstündəki körpünün qarşısında dayanmışlar. Sürücü Şahid7 maşının altının yerə sürtüləcəyini və keçə bilməyəcəklərini demişdir. Həmin yerdə 2-3 ədəd ev olmuş, sağ tərəfdə isə kolluq olmuşdur. Təqsirləndirilən şəxsla Şahid5 avtomobildən düşüb harasa getmişlər. Aradan 4-5 dəqiqə keçmiş Muradla Arzu qayıtmış və avtomobilə əyləşib birlikdə Tovuz rayonu Alakol kəndinə getmişlər. Təqsirləndirilən şəxs düşürdükdən sonra onlar Tovuz rayonu Qovlar şəhərində yerləşən çayxanaya getmişlər. Çayxanada təxminən 20-30 dəqiqə olmuşlar və həmin ərəfədə Arzu Murada zəng edib nə isə demiş və sonuncu Arzunun zəng etdiyini və getməli olduqlarını demişdir. Onlar birlikdə Şahid7 avtomobil ilə qayıtmışlar Tərs yer kəndinə. Kəndə daxil olanda Şahid5 kiminləsə danışıb avtomobildən düşmüş, təxminən 3-4 dəqiqə keçmiş Muradla Arzu onların yanına gəlmiş və birlikdə avtomobillə yola düşmüşlər. Murad avtomobilin qabaq sağ oturacağında, onunla Arzu isə arxa oturacaqda əyləşmişlər. Avtomobilə əyləşəndən sonra Təqsirləndirilən şəxs demişdir ki, özünə yetdik bir az götürəcək, qalanı isə onlara verəcək. Onlar narkotik vasitəni alandan sonra qayıtmışlar Tovuz rayonu Qovlar şəhərində bazarın yaxınlığında yerləşən çayxanaya. X40 düşüb çayxanaya getmiş, o isə bir qədər işinin olduğunu deyərək gələcəyini bildirmişdir. Elə orada bir kənara çəkilib ətrafdan tapdığı plastmas butulkanın içərisinə Arzudan aldıqları nəşəni töküb yandırmış və tüstüsündən bir qədər qəbul etmişdir. Həmin vaxt onu ətrafdan heç kim görməmişdir. O, nəşəni çəkəndən sonra çayxanaya daxil olmuşdur. Bir qədər çayxanada qalandan sonra çıxıb evlərinə getmişlər. Bundan 1- 2 gün sonra yenə də Nurlan kimi tanıdığı Şahid7 avtomobil şinlərinin təmiri məntəqəsində olanda Şahid5 istifadəsində olan mobil telefona zəng edib onunla görüşmək istədiyini bildirmiş, danışıq zamanı Murad ondan borca 10 manat istəmiş, o da verəcəyini demişdir. Həmin vaxt Muradda nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu demişdir. Şahid5 isə demişdir ki, qoy zəng vurub soruşsun, olsa deyər, bir 2-3 dəqiqədən sonra zəng edər. O da 2-3 dəqiqədən sonra Şahid5 mobil telefonuna zəng edib danışanda sonuncu demişdir ki, gəlsin kəndlərinin girəcəyinə, onu da götürsün getsinlər «Ocaq» restoranının qarşısına. Bunu deyəndən sonra birlikdə Şahid7 idarə etdiyi avtomobili ilə getmişlər Tovuz rayonu Düz Qırıqlı kəndində «Qışlaq» deyilən əraziyə və Şahid5 götürmüşlər. Daha sonra isə birlikdə Əyyublu kəndi ilə Düz Qırıqlı kəndinin arasında yerləşən yanacaqdoldurma məntəqəsinə getmişlər, Şahid7 idarə etdiyi avtomobilə 10 manatlıq yanacaq tökmüşlər, sonra birlikdə Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən «Ocaq» yeməkxanasının qarşısına getmişlər. Gedərkən o, qabaq sağ oturacaqda, Murad isə arxa oturacaqda əyləşmişdir. Həmin yeməkxananın qarşısına çatanda Şahid7 yeməkxananı keçəndən sonra saxlamağı demişdir. İmaməddin də həmin yerdə yolun sağ hissəsində idarə etdiyi avtomobili saxlamış və saxlayarkən Muradın nəyə görə burada düşdüyünü soruşmuşdur. O isə sonuncuya Muradın işinin olduğunu demişdir. Düşməzdən bilavasitə əvvəl cibindən 60 manat çıxarıb Murada vermiş, onun 10 manatını borc olaraq, qalan 50 manatı isə nəşələrə görə verdiyini demişdir. Lakin avtomobilin salonunda pulu nə məqsədlə verməyi barədə İmaməddinə heç bir söz deməmişdir. Şahid5 avtomobildən düşəndən sonra Şahid7 ondan pulu nəyə görə Murada verdiyini və sonuncunun hara getdiyini soruşmuşdur. O isə Muradın bir az işinin olduğunu demişdir. Şahid7 ondan soruşmuş ki, nə işi var? Bunu deyəndə İmaməddinə demişdir ki, o bilməz. Elə həmin vaxt Şahid7 siqaret alıb qayıtmaq üçün Tovuz rayonu Düz Qırıqlı kəndində yaxınlıqdakı mağaza getməyi təklif etmişdir. Ona görə də onlar birlikdə gedib mağazadan siqaret alaraq geri qayıdarkən Şahid5 Şahid7 istifadəsində olan mobil telefona zəng edib gəlib onu da götürmələrini demişdir. Şahid5 düşürdükləri yerə gələndə görmüşlər ki, artıq sonuncu piyada üzü Düz Qırıqlı kəndi tərəfə gəlir. Muradı da avtomobilə mindirmişlər və sonuncu minən kimi sakitcə asta səslə demişdir ki, 50 manatı vermiş, 1 saatdan sonra hazır olacaq. Elə oradan da birlikdə getmişlər Şahid5 götürdükləri yerə və sonuncunu düşürdükdən sonra mərkəzi küçədən çıxıb Tovuz rayonu Əyyublu kəndinə qayıtmışlar. O, «Şəhidlərin abidəsi»-nin qarşısında Şahid7 idarə etdiyi avtomobildən düşmüş və düşərkən xahiş etmişdir ki, 1 saatdan sonra gəlib onu təkrar götürsün. 1 saata yaxın kəndlərində olmuş və orada tanımadığı bir nəfər şəxsin mobil telefonu ilə Şahid7 istifadəsində olan mobil telefona zəng edib gəlməsini xahiş etmiş, buna cavab olaraq İmaməddin ona əlində bir az işi olduğu üçün yarım saata gələcəyini demişdir. İmaməddinə eyni zamanda demişdir ki, yenidən Tovuz rayonu Düz Qırıqlı kəndində «Qışlaq» deyilən yerə getmələri üçün maşınına 5 manatlıq benzin tökəcəkdir. Aradan 25-30 dəqiqə keçmiş Şahid7 onun olduğu yerə gəlmiş və yenidən getmişlər Tovuz rayonu Düz Qırıqlı kəndində «Qışlaq» deyilən yerdən aşağı yerə, yəni yeni çəkilən avtomobil yoluna tərəf. Gedərkən o, Şahid7 idarə etdiyi avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Həmin yerə çatanda görmüşdür ki, Şahid5 piyada onlara tərəf gəlir. Sürücü Şahid7 idarə etdiyi avtomobili yanında saxlamış və Şahid5 avtomobilin arxa sağ qapısını açıb əyləşmişdir. Həmin vaxt Şahid7 kimsə zəng etdiyi üçün sonuncunun başı qarışmış, o da sağ əlini arxaya tərəf uzadıb siqaret sellofanına bükülmüş 4 ədəd bükülünü Şahid5 qəbul etmiş, çünki zəng edərkən Şahid5 demişdir ki, bir bükümünü özünə götürər, 4 bükümünü isə ona verər. Lakin, Şahid5 ona demişdir ki, özünə lazım deyil, istəmir. Buna baxmayaraq israrla Murada demişdir ki, qoy onda qalsın, qonağı olsa ona verər. Bundan sonra Şahid5 arxa qapını açıb avtomobildən düşmüş və düşərkən də 1 ədəd bükülünü avtomobilin qapısının yanına yerə tullayaraq çıxıb getmişdir. Bunu görüb o, tez qapını açaraq həmin bükülünü də götürmüşdür. Şahid7 danışığını qurtarıb ondan soruşmuş ki, buraya nəyə görə gəlmişlər, bəs Şahid5 nəyə görə avtomobildən düşüb getmişdir. Buna cavab olaraq demişdir ki, «heç nə sürüb getsinlər». Həmin bükülüləri Şahid5 ona ötürəndə Şahid7 bunu görməmiş, bundan başqa o özü də istəməmişdir ki, sonuncunun bundan xəbəri olsun. Yolboyu gedərkən Şahid7 ondan israrla əlindəkinin nə olduğunu soruşmuşdur. O isə demişdir ki «heç nə». İmaməddin yenə də təkrar soruşanda o nəşə olduğunu demişdir. Bunu eşidən kimi İmaməddin onu avtomobillə götürdüyü yerdə düşürmüş, özü isə Şəmkir rayonu Düyərli kəndi tərəfə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 Şahid6 ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Düz Qırıqlı kənd sakini Şahid5 həmkəndlisi olmaqla yanaşı qonşusudur və sonuncu ilə sinif yoldaşı olmuşdur. 22 yanvar 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Tovuz rayonu Düz Qırıqlı kəndində «ADA Store» mağazasının qarşısında dayanan zaman Şahid5 ona yaxınlaşıb salamlaşmış və zəng etmək üçün ondan mobil telefonunu istəmişdir. O da öz istifadəsində olan (051) ***-**-** nömrə ilə işləyən mobil telefonunu zəng etmək üçün Murada vermişdir. Sonuncu kimə və nə məqsədlə zəng edəcəyi ilə bağlı bir söz deməmiş, onun özü də maraqlanmamışdır. O, mobil telefonunu Şahid5 verəndən sonra sonuncu aralaşıb parka daxil olmuş və təxminən 15-20 dəqiqədən sonra gətirib mobil telefonunu ona qaytarmışdır. Sonuncu mobil telefonunu ona qaytarandan sonra o, zəng etmiş olduğu nömrəyə baxmadan telefonu cibinə qoymuşdur. 31 yanvar 2022-ci il tarixdə Tovuz RPŞ-yə dəvət ediləndə ona məlum olmuşdur ki, 22 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Şahid5 onun mobil telefonu ilə Tovuz rayonu Alakol kənd sakini, şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs istifadəsində olan (051) ***-**-** nömrəsinə zəng etmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir qohumluğu və yaxud ədavəti olmamış, heç bir vaxt sonuncunun istifadəsində olan nömrəni bilməmiş və (051) ***-**-** mobil nömrəsinə zəng etməmişdir. Həmin nömrəyə zəngi Şahid5 etmiş, çünki o, heç kəsə öz mobil telefonunu zəng etmək üçün verməmiş, sadəcə olaraq Şahid5 yaxşı tanıdığı üçün öz mobil telefonunu sonuncuya etibar etmişdir. Mobil telefonunda həmin nömrədən başqa digər nömrələrin hamısını tanımışdır. (051) ***-**-** nömrəsinə zəng etməmiş, həmin nömrə ilə istər çıxan, istərsə də daxil olan danışıqları Şahid5 aparmışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, rəsmi olaraq Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Gədəbəy rayonu Tərs yer kənd sakini X25, Tovuz rayonu Alakol kənd sakini Təqsirləndirilən şəxs və Tovuz rayonu Əyyublu kəndində yaşayan Şahid6 əvvəllər tanımamış, sonuncularla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 25 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrində Tovuz RPŞ-də gündəlik xidmətində olan zaman Tovuz rayon sakini Arzu adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat raportla şöbə rəhbərliyinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Xəyyat oğlu və PPXT-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Alakol kəndi ərazisində sonuncunun işlədiyi avtoyuma məntəqəsinin yanında saxlayaraq Tovuz RPŞ-ya dəvət etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra dövlət hesabına dəvət edilmiş Müdafiəçi iştirakı və video-çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarın arxa sol yan cibindən bir ədəd sellofanda olan kütləni çıxararaq təqdim etmiş, həmin kütləyə baxış keçirilən zaman kütlənin yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə marixuana olduğunu, Tovuz rayonu Alakol kəndində yerləşən və işlədiyi moykanın yanında yerdən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, həmçinin həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kağız parçası ilə birlikdə kütlənin ümumi çəkisi 1,7 qram olmuşdur. Daha sonra həmin kütlə tərkibinin və miqdarının müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş və protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi təsir və ya təzyiq göstərilməmişdir. Daha sonra həmin günü saat 19 radələrində Gədəbəy rayon sakini X32 qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla və daşımaqla məşğul olduğu üçün Alakol kəndi ərazisində saxlanılaraq Tovuz RPŞ-ya gətirilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi X3 iştirakı ilə və videoçəkiliş vasitəsi ilə şübhəli şəxs Eldar Qasımovun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilməmişdən əvvəl ona qanunla üzərində saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. X32 da əynində olan hərbi üst geyiminin sol yan cibindən bir ədəd qara rəngli sellofan torbada kütlə çıxararaq təqdim etmiş, həmin kütləyə baxış keçirilən zaman kütlənin yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Sorğu zamanı Eldar Qasımov üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni Tovuz rayonu Aşıralılar kəndində yolun kənarında yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından yığdığını, elə həmin yerdən də götürdüyü sellofana bükərək özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, həmçinin həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kağız parçası ilə birlikdə kütlənin ümumi çəkisi 178 qram olmuşdur. Daha sonra həmin kütlə tərkibinin və miqdarının müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş və protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Daha sonra 27 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Tovuz rayonu Əyyublu kənd sakini Şahid6 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduğu üçün Şahid6 Tovuz RPŞ-ya dəvət etmişlər və Şahid6 şübhəli şəxs qismində tutulduqdan sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi X16 iştirakı və videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid6 üzərindən qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şahid6 da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofanda olan iki ədəd kütləni çıxararaq təqdim etmiş, həmin kütləyə baxış keçirilən zaman kütlənin yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Şahid6 sorğu zamanı üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə marixuana olduğunu və həmin marixuananı Tovuz rayonu Düz Qırıqlı kənd sakini Murad adlı şəxsə 50 manat verib 5 ədəd salfetkaya bükülmüş bükülü aldığını, 03 ədədini istifadə etdiyini, 02 ədədini isə sonradan istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra sellofan torbada olan kütlə tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə çoxsaylı əməliyyat məlumatları olmuşdur. Təqsirləndirilən şəxs Şahid5 vasitəsi ilə narkotik vasitələri Şahid6 satması barədə məlumatlar olmuşdur. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və X2 Emin Tofiq oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 Xəyyat oğlu da Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, polis əməkdaşları oğlu Təqsirləndirilən şəxs Alakol kəndindəki işlədiyi avtomobil yuma məntəqəsindən aparmışlar. Ona bu barədə 25 yanvar saat 15:00 radələrində qardaşı məlumat vermişdir. O, da bunu bilən kimi avtomobil yuma məntəqəsində oğlu ilə birlikdə işləyən Rahil adlı şəxsə zəng vurmuş, sonuncu da Arzunun moykaya gələn 3 nəfər polis işçisi ilə moykanın qarşısında yolun əks istiqamətində təxminən 15 dəqiqə söhbət etdikdən sonra onlarla birlikdə getdiyini demişdir. Polis əməkdaşları Arzunu Tovuz RPŞ-nə apardıqları üçün o, da polis şöbəsinə getmiş və orada oğlu ilə görüşmək istəsə də, ona imkan yaradılmamışdır. Daha sonra Rəşad adlı polis əməkdaşı Arzunun buraxılması üçün pul vermək lazım olduğunu demişdir. O, da bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X24 Bölməsinin 26 yanvar 2022-ci il tarixli, 16/113 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofanda olan kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,45 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X24 Bölməsinin 28 yanvar 2022-ci il tarixli, 16/122 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Şahid6 üzərindən aşkar edilmiş kütlələr” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə olan 2 (iki) ədəd salfet kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,19 qram, 02 qram, ümumi təmiz çəkisi 0,39 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X24 Bölməsinin 07 fevral 2022-ci il tarixli, 16/159 nömrəli əlavə məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərlərində “vət. X22 üzərindən aşkar edilmiş sellofan torbada kütlə”, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofanda olan kütlə” və “vət. Şahid6 üzərindən aşkar edilmiş kütlələr” yazıları olan kağız paketlərdəki marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 25 aprel 2022-ci il tarixli, 545 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 20 aprel 2022-ci il tarixli, 246 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs, ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2022-ci il tarixdə saat 17.30-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə dövlət hesabına dəvət edilmiş Müdafiəçi iştirakı və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın arxa sol yan cibindən bir ədəd sellofanda kütlə aşkar edilərək götürülmüş, həmin büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,7 qram olmuşdur. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin sellofan torbada olan kütlənin narkotik vasitə marixuana olduğunu və həmin marixuananı Tovuz rayonu Alakol kəndində işlədiyi maşın yuma məntəqəsinin yaxınlığında yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra sellofan torbada olan kütlə tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs Şahid6 üzərinə dövlət hesabına dəvət edilmiş müdafiəçi X16 iştirakı və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofanda olan iki ədəd salfetə bükülü olan kütlə aşkar edilərək götürülmüş, həmin büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,5 qram olmuşdur. Sorğu zamanı şübhəli şəxs X29 həmin sellofan torbada olan kütlənin narkotik vasitə marixuana olduğunu və həmin marixuananı Tovuz rayonu Düz Qırıqlı kənd sakini Murad adlı şəxsə 50 manat vermiş 5 ədəd salfetə bükülmüş bükülü almış, 3 ədədini istifadə etmiş, 2 ədədini isə sonradan istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra sellofan torbada olan kütlə tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində statusuna xitam verilmiş və Tovuz RPŞ-nin MSY-dən dərhal azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etməklə ittiham elan olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 4(104)-22/2022 saylı, 02 mart 2022-ci il tarixli qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyat keçirən Tovuz rayon prokurorunun təqdimatı təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 25 may 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli isə 02 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 4(104)-42/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 mart 2022-ci il tarixdə seçilmiş “həbs” qətimkan tədbiri 25 may 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz Rayon Məhkəməsinin 4(062)-46/2022 saylı, 25 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 01 (bir) ay, yəni 25 iyun 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edildiyindən o, Azərbaycan Respublikası CM-in 234.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin tarixdə həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-325/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin cinayət işi üzrə yol verilmiş qanun pozuntularına görə Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən cinayət işinin baxılmasına xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri isə 1 (bir) ay müddətinə, yəni 01 avqust 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəl seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılmasına lüzum olmadığından həmin tarixdən etibarən onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər elan edilmiş ittihama əlavələr edildiyindən o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid5 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı 20 yanvar 2022-ci il tarixdə saat 22 radələrində tanışları Nurlan kimi tanıdığı Şahid7 və Şahid6 ilə birlikdə narkotik vasitə olan marixuana almaq üçün Tovuz rayonu Alakol kəndində gedib Təqsirləndirilən şəxs ilə görüşdüklərini, oradan Arzu ilə birlikdə Gədəbəy rayonu Tərs yer kəndinə getdiklərini, Arzunun kiminləsə telefonla danışdıqdan sonra yenidən Tovuz rayonu Alakol kəndinə qayıtdıqlarını, Arzunu avtomobildən düşürdükdən sonra aradan 20-30 dəqiqə keçəndən Arzunun zəngi ilə yenidən onu avtomobilə götürüb Gədəbəy rayonu Tərs yer kəndinə getdiklərini, orada 10 manatı Arzuya verdiyini, sonradan Arzunun onlar olan avtomobilin arxa oturacağında Eşqinin yanında əyləşdiyini, 01 büküm narkotik vasitəni Arzunun Eşqinə verdiyini, bundan sonra 22 yanvar 2022-ci il tarixdə saat 17 radələrində tanışı Eşqindən 50 manat alıb Tovuz rayonu Düz Qırıqlı kəndində olan “Ocaq” restoranın yanında Təqsirləndirilən şəxs verdiyini və Arzudan 5 büküm narkotik vasitə olan marixuana aldığını demişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid6 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı 20 yanvar 2022ci il tarixdə saat 22 radələrində tanışları Nurlan kimi tanıdığı Şahid7 və Şahid5 ilə birlikdə narkotik vasitə olan marixuana almaq üçün Tovuz rayonu Alakol kəndində gedib qarşısında əyləşən Təqsirləndirilən şəxs ilə görüşdüklərini, oradan Arzu ilə birlikdə Gədəbəy rayonu Tərsyer kəndinə getdiklərini, sonra yenidən Tovuz rayonu Alakol kəndinə qayıtdıqlarını, Arzunu avtomobildən düşürdükdən sonra aradan 20-30 dəqiqə keçəndən sonra qarşısında əyləşən Arzunun Murada zəngi ilə yenidən onu avtomobilə götürüb Gədəbəy rayonu Tərs yer kəndinə getdiklərini, orada Muradın 10 manatı Arzuya verdiyini, sonradan Arzunun onlar olan avtomobilin arxa oturacağında onun yanında əyləşdiyini, 01 büküm narkotik vasitəni qarşısında əyləşən Arzunun ona verdiyini, bundan sonra 22 yanvar 2022-ci il tarixdə saat 17 radələrində tanışı Murada 50 manat verdiyini, Muradın da Tovuz rayonu Düz Qırıqlı kəndində olan “Ocaq” restoranın yanında qarşısında əyləşən Təqsirləndirilən şəxs verdiyini və Arzudan 5 büküm narkotik vasitə olan marixuana aldığını demişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid4 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir ki, heç kim Təqsirləndirilən şəxs hər hansı bir formada təsir göstərməmiş, sonuncunun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə də məhz Təqsirləndirilən şəxs özünə məxsus olmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlamış, Təqsirləndirilən şəxs Tovuz RPŞ-yə gətirərkən yanlarında X6 olmamış, həmin əməliyyat tədbirində Rəşad Məhərrəmovun iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Xəyyat oğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir ki, nə özü, nə də ki X39 Əhmədova hər hansı bir formada təsir göstərməmiş, sonuncunun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə də məhz Təqsirləndirilən şəxs özünə məxsus olmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlamış, Təqsirləndirilən şəxs Tovuz RPŞ-yə gətirərkən yanlarında X6 olmamış, həmin əməliyyat tədbirində Rəşad Məhərrəmov iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir ki, Tovuz RPŞ-də olarkən nə Rəşad Məhərrəmov, nə də ki hər hansı bir digər şəxs Təqsirləndirilən şəxs hər hansı bir formada təsir göstərməmiş, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə Təqsirləndirilən şəxs Tovuz RPŞ-yə gətirilənədək onun üzərində olmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlamış, Təqsirləndirilən şəxs Tovuz RPŞ-yə gətirərkən yanlarında X6 olmamış, həmin əməliyyat tədbirində Rəşad Məhərrəmov iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı şahid qismində dindirilmiş X6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Rəşad Məhərrəmov ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir ki, o Təqsirləndirilən şəxs hər hansı bir formada təsir göstərməmiş, sonuncudan narkotik vasitənin ona məxsus olmasını etiraf etməsini istəməmiş, Təqsirləndirilən şəxs Tovuz RPŞ-yə gətirilərkən digər polislərlə birlikdə həmin əməliyyat tədbirində özü iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şahidin əlavə dindirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə videoçəkilişdən istifadə edilməklə əlavə ifadəsi alınmış Şahid7 istintaqa verdiyi əvvəlki ifadəsini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “yetkinlik yaşına çatmayan şahidin dindirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə videoçəkilişdən istifadə edilməklə əlavə ifadəsi alınmış Şahid5 qanuni nümayəndəsi qismində tanınmış atası X13 iştirakı ilə istintaqa verdiyi əvvəlki ifadəsini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şahidin əlavə dindirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə videoçəkilişdən istifadə edilməklə əlavə ifadəsi alınmış Şahid6 istintaqa verdiyi əvvəlki ifadəsini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şahidin ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsini yerində yoxlama istintaq hərəkəti keçirilmiş və Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək müvafiq yerləri əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şahidin ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsini yerində yoxlama istintaq hərəkəti keçirilmiş və Şahid6 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək müvafiq yerləri əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şahidin ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsini yerində yoxlama istintaq hərəkəti keçirilmiş və Şahid7 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək müvafiq yerləri əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid5 istifadəsində olan “REDMİ” markalı mobil telefona daxil olan və çıxan zənglərin siyahısına baxdıqda müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16.53-də “Arzu Alakol” adlı abonentin istifadəsində olan +99***-***-**-** mobil nömrədən Şahid5 mobil nömrəsinə zəng daxil olmuş və danışıq 28 saniyə davam etmişdir. Həmin günü saat 17.14-də “Arzu Alakol” adlı abonentin istifadəsində olan +99***-***-**-** mobil nömrədən Şahid5 mobil nömrəsinə ikinci zəng daxil olmuş və danışıq 1 dəqiqə 16 saniyə davam etmişdir. xx.xx.2022-ci il tarixdə “Arzu Alakol” adlı abonentin istifadəsində olan +99***-***-**-** mobil nömrədən Şahid5 mobil nömrəsinə saat 19.46-da zəng daxil olmuş və danışıq 1 dəqiqə 44 saniyə davam etmiş, həmin günü saat 19.49-da zəng daxil olmuş və danışıq 1 dəqiqə 33 saniyə davam etmiş, saat 20.59-da zəng daxil olmuş və danışıq 31 saniyə davam etmiş, saat 21.40-da zəng daxil olmuş və danışıq 43 saniyə davam etmiş, saat 21.51-də zəng daxil olmuş və danışıq 1 dəqiqə 50 saniyə davam etmiş, saat 22.03-də zəng daxil olmuş və danışıq 1 dəqiqə 16 saniyə davam etmiş, saat 22.05-də zəng daxil olmuş və danışıq 45 saniyə davam etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid8 istifadəsində olan “REDMİ” markalı mobil telefona daxil olan və çıxan zənglərin siyahısına baxdıqda müəyyən edilmişdir ki, Şahid8 istifadəsində olan mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 16.05-də, saat 16.12-də, saat 16.13-də, saat 16.19-da, saat 16.23-də, saat 16.35-də, saat 16.53-də, saat 17.31-də və saat 17.35-də +99***-***-**-** mobil nömrəsinə cəmi 9 dəfə zəng olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Azercell MMC-dən alınmış telefon nömrələrinin siyahısına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X4 məxsus olmaqla Tovuz rayon Alakol kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs oğlu istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrəsi ilə X26 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 20 yanvar 2022-ci il tarixdə saat 19:49-dan 21:50-dək bir neçə telefon danışığı olmuşdur. Eldar Qasımovun həmin mobil telefonun antena dairəsi ilk öncə Tovuz rayon Düz Qırıqlı kəndində, daha sonra isə Gədəbəy rayon Tərsyer kəndi ilə həmsərhəd olan Tovuz rayon Alakol kəndində və Tovuz rayon Qovlar şəhərində fəaliyyətdə olan antenaların əhatə dairəsində olmuşdur. 20 yanvar 2022-ci il tarixində saat 19:46-dan 22:05-dək Təqsirləndirilən şəxs istifadəsindəki həmin telefon nömrəsi ilə Tovuz rayon Düz Qırıqlı kənd sakini Şahid5 istifadəsindəki ***-***-**-** (bibisi X8 məsus olsa da Şahid5 istifadəsində olan) saylı mobil telefon nömrəsi arasında mütəmadi telefon danışığı olmuşdur. İlkin telefon danışıqlarında Şahid5 telefonu Tovuz rayon Əyyəblu kəndinin (əvvəlki adı ilə Aşağı Ayıblı kəndi) antena dairəsini, sonrakı müddətdə isə Təqsirləndirilən şəxsla görüşdüyü Tovuz rayon Alakol kəndini göstərməkdədir. 22 yanvar 2022-ci il tarixində saat 16:06-da Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng getmiş, bir neçə saniyəlik bir neçə telefon danışığı olmuşdur. Həmin vaxt Şahid8 telefonunun antena dairəsi Tovuz rayon Düz Qırıqlı kəndini göstərməkədir. Həmin gün, həmin zəngdən bir neçə dəqiqə sonra yenidən X42 Əhmədovun yuxarıda qeyd olunan nömrələri arasında telefon danışığı olmuş, bunun ardı ilə də Təqsirləndirilən şəxsla (***-***-**-**), Şahid5 arasında (***-***-**-**) mütəmadi zəngləşmələr olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs ilə Şahid5 arasında birincinin yetkinlik yaşına çatmayana narkotik vasitə satması ilə bağlı bir neçə telefon danışığının olması tam təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 1,37 və 0,31 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, içərisində Şahid6 və Təqsirləndirilən şəxs üzərilərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan iki ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış, iki ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 sentyabr 2022-ci il tarixli ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra maddi sübut olan 1,37 və 0,31 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanalar saxlanılması üçün Tovuz RPŞ-nin anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 5345 nömrəli məktuba əlavə olunmuş cədvəldən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16.19-da Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə 1 (bir) manat məbləğində vəsait (kontur) mədaxil edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin 27.0.2022-ci il tarixli, 185-2877-1122 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Tovuz rayon Alakol kənd sakini Təqsirləndirilən şəxs Tovuz rayon Düz Qırıqlı kənd sakini Şahid5 narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin 16 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Tovuz rayon Əyyublu kənd sakini Şahid6 üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı o, Tovuz rayon Düz Qırıqlı kənd sakini Şahid5 vasitəsilə Təqsirləndirilən şəxs almışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin xx.xx.2022-ci il tarixli, 185-2972-1222 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Tovuz rayonu Əyyublu kənd sakini Şahid6 saxlanılaraq RPŞ-ya gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 02 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Şahid6 üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə narkotik vasitə marixuananı Tovuz rayonu Düz Qırıqlı kənd sakini Şahid5 vasitəsi ilə Tovuz rayonu Alakol kənd sakini Təqsirləndirilən şəxs aldığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz Rayon Məhkəməsinin 1(062)-95/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 1(062)-95/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndində əsasən cəzası 01 (bir) il azaldılmışdır. Həmin hökm xx.xx.2021-ci il tarixdə Tovuz rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə cəzası xx.xx.2022-ci il tarixdə dayandırılmış, xx.xx.2022-ci il tarixdə məhkuma yenidən elektron nəzarət vasitəsi tətbiq edilərək cəzasının icrası müddəti davam etmiş, ancaq məhkum barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyinə görə xx.xx.2022-ci il tarixdə ona tətbiq olunan elektron nəzarət vasitəsi açılaraq cəzasının müddəti dayandırılmış, Təqsirləndirilən şəxs cəzasının 07 (yeddi) ay 15 (on beş) gün hissəsini çəkdiyinə görə 04 (dörd) ay 15 (on beş) gün hissəsi çəkilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, arxiv bazasında baş veriş avtomatlaşdırılmış texniki yenilənmə səbəbindən 2022-ci ilin yanvar ayı üzrə müraciətlər haqqında məlumatların araşdırılması mümkün deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, 26-27 yanvar 2023-cü il tarixlərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun 961 “Çağrı Mərkəzi”nə daxil olan müraciətlərdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs anası X21 və qardaşı X17 adlarına müraciətləri daxil olmamışdır. Eyni zamanda həmin şəxslərin yuxarıda göstərilən tarixlərdə 961 “Çağrı Mərkəzi”nə müraciət etmələrini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, X17 qardaşı Təqsirləndirilən şəxs Tovuz RPŞ-nin əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalması ilə bağlı 26 yanvar 2022-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə baxılması üçün Daxili İşlər Nazirliyinə göndərilmişdir. Daxili İşlər Nazirliyindən daxil olmuş 07 mart 2022-ci il tarixli cavab məktubundan görünür ki, xidməti təhqiqat zamanı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi faktı təsdiq olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz rayon prokurorluğunun müstəntiqi X5 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, oğlu Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə polis əməkdaşlarının ondan pul tələb etməsi barədə Tovuz rayonu Alakol kənd sakini X10 müraciəti üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Tovuz rayon Mərkəzi Xəstəxanası” X35 xx.xx.2022-ci il tarixli, 538 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz RMX PHŞ-in poliklinika şöbəsində həkim-narkoloqun və həkim-psixiatrın dispanser qeydiyyatında dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz rayon İcra Hakimiyyəti başçısının Alakol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamış, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid5 məxsus AA2037926 nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid5 doğum tarixi xx.xx.2004-cü ildir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olmadığını, narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, təsir altında qalaraq narkotik vasitənin özünə məxsus olduğunu etiraf etdiyini, üzərinə şəxsi axtarış keçirilən zaman Müdafiəçi yanında olmasına baxmayaraq polislər tərəfindən təsirə məruz qalmağını müdafiəçiyə deyə bilmədiyini, onu Rəşad adlı polis əməkdaşının saxladığını, 26 yanvar 2022-ci il tarixdə azad edildikdən sonra polis əməkdaşlarının ondan pul istəmələrini və onun da bu barədə DİN-in 102 xidmətinə zəng vurub şikayət etdiyini, onun 2022-ci ilin yanvar ayına qədər Şahid5la telefon danışığı olsa da, 2021-ci ilin sentyabr ayından Şahid5la üz-üzə görüşmədiyini, polislər tərəfindən təzyiqlərə məruz qaldığı üçün sonuncuların dediklərini edib sənədləri imzaladığını, heç kimə, o cümlədən yetkinlik yaşına çatmayan Şahid5 narkotik vasitə satmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduqdan sonra özünü qismən təqsirli bilməklə verdiyi ifadəsi, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış aparılması haqqında protokolla, istintaq hərəkəti protokolları ilə, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş 1 (bir) ədəd informasiya daşıyıcısı olan diskdəki videoçəkilişdən görünür ki, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində özünün seçdiyi dövlət hesabına dəvət edilmiş və sonradan bütün ibtidai istintaq dövründə onun hüquqlarını aralarında bağlanmış müqavilə əsasında müdafiə etmiş Müdafiəçi iştirakı və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol yan cibindən bir ədəd sellofanda kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə marixuana olduğunu, həmin marixuananı Tovuz rayonu Alakol kəndində işlədiyi maşın yuma məntəqəsinin yaxınlığında yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını etiraf etmişdir. Qeyd edilən videoçəkilişdə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa və ya təsirə məruz qalması öz əksini tapmamışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulduqdan və üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldıqdan sonra müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs izahatı alınmış və sonuncu müdafiəçisinin də imza etdiyi izahatında şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın arxa sol yan cibindən bir ədəd sellofanda kütləni təqdim etdiyini, həmin kütlənin narkotik vasitə marixuana olduğunu, həmin marixuananı Tovuz rayonu Alakol kəndində işlədiyi maşın yuma məntəqəsinin yaxınlığında yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını göstərərək narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olduğunu bir daha etiraf etmişdir. Habelə məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsində də göstərmişdir ki, “təxminən bir ildir narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə qəbul etmişdir. Narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 3 ay bundan əvvəl fəhləlik edən zaman tanış olduğu Gədəbəy rayonu Tərs yer kənd sakini X18 almışdır. Eldar onun yanında cibindən marixuana çıxarıb siqaretə dolduraraq çəkmiş və ona da çəkməyi təklif etmişdir. O da Eldarla birlikdə narkotik vasitə marixuana çəkmiş, bundan sonra aralarında yaxın münasibət yaranmışdır. Eldar ona nə vaxtı marixuana lazım olsa təşkil edə biləcəyini və bir çəkimlik marixuananı 10 manata verəcəyini demişdir. Həmin vaxtdan da o, mütəmadi olaraq 4-5 gündən bir özünə məxsus ***-***-**-** nömrəli mobil telefonla Eldarın ***-***-**- ** nömrəli mobil telefonuna zəng vurub sonuncudan marixuana istəmiş və hər dəfə də Eldar ona bir çəkimlik marixuananı 10 manata satmışdır. Təxminən 20-30 dəfə bir çəkimlik marixuananı Eldardan almış, hər dəfə də bir çəkimlik qurudulmuş marixuanaya görə Eldara 10 manat pul ödəmişdir. Hətta bir dəfə Eldar ona təklif etmişdir ki, ona marixuana verən adamla onu tanış etsin, 5 dənəsinə müştəri tapıb satsa həmin adam birini ona hədiyyə verəcək, yəni 5 çəkimlik marixuanaya müştəri tapsa, birini ona hədiyyə edəcəkdir. Ancaq o, razılaşmamış və istəməmişdir ki onun marixuana çəkdiyini kənddə bilsinlər və özünə lazım olanda zəng vurub özü üçün almağa razılaşmışdır. Eldar da onunla razılaşmış və hər dəfə zəng vuranda ona bir çəkimlik narkotik vasitə olan qurudulmuş marixuananı 10 manata satmışdır. 22 yanvar 2022-ci il tarixdə Düz Qırıqlı kəndində yaşayan tanışı Murad ona zəng vurub Bakı şəhərinə getdiyini və ona dörd çəkimlik narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu demişdir. O da özünə məxsus ***-***-**-** nömrəli mobil telefonla Eldarın ***-***-**-** nömrəli mobil telefonuna zəng vurub sonuncu ilə danışmış və 4 çəkimlik marixuana lazım olduğunu demişdir. Eldar da təşkil edəcəyini demişdir. Daha sonra o, Murada demişdir ki, gətirib 40 manat versin, o da zəng vursun, gətirsinlər. Murad da gətirib ona 40 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Eldar Alakol kəndində yerləşən “Ocaq” restoranının qarşısına gəlmiş və orada ona 4 çəkimlik marixuana verərək ondan 40 manat pul almışdır. O da Eldardan aldığı marixuananı elə həmin yerdə Murada vermişdir. 25 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Eldara zəng vurub demişdir ki, ona marixuana lazımdır, Eldar da demişdir ki, gəlsin evdən aparsın. O da təkcə Gədəbəy rayonu Tərs yer kəndinə getmiş, orada Eldardan 2 çəkimlik narkotik vasitə olan qurudulmuş marixuana alıb ona 20 manat pul vermişdir. Eldardan aldığı marixuananı cibinə qoyub geri qayıdan vaxt Tovuz rayonu Alakol kəndində polis əməkdaşları onu saxlayaraq özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə baxış keçirilən zaman X18 20 manata aldığı narkotik vasitə olan qurudulmuş marixuana üzərindən aşkar edilib götürülmüşdür.” Hətta iş üzrə şahid qismində dindirilmiş Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4, RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid3 Xəyyat oğlu və PPXT-nin polis nəfəri, polis serjantı Şahid2 da verdikləri ifadələrində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən cinayət prosessual qanunvericiliyin tələbinə əsasən müdafiəçi ilə təmin edildiyini və videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol yan cibindən bir ədəd sellofanda kütləni təqdim edərək, həmin kütlənin narkotik vasitə marixuana olduğunu, həmin marixuananı Tovuz rayonu Alakol kəndində işlədiyi maşın yuma məntəqəsinin yaxınlığında yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını dediyini göstərmişlər. O cümlədən iş materiallarında olan üzləşdirmə protokollarından da görünür ki, iş üzrə şahid qismində dindirilmiş Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4, RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid3 Xəyyat oğlu və PPXT-nin polis nəfəri, polis serjantı Şahid2 Təqsirləndirilən şəxsla üzləşmə zamanı ifadələrində Tovuz RPŞ-də olarkən nə Rəşad Məhərrəmovun, nə də ki hər hansı digər şəxsin Təqsirləndirilən şəxs hər hansı formada təsir göstərmədiyini, polis əməkdaşlarının Təqsirləndirilən şəxs üzərinə narkotik vasitəni qoymadığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar edildiyini və sonuncunun da etiraf edərək həmin narkotik vasitənin özünə məxsus olmasını dediyini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deməklə təsdiq etmişlər. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Şahid5, Şahid6 və Şahid7 da ifadələrində göstərmişlər ki, xx.xx.2022-ci il tarixdə Şahid5 narkotik vasitə olan qurudulmuş marixuananı məhz Təqsirləndirilən şəxs satmışdır. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X24 Bölməsinin 07 fevral 2022-ci il tarixli, 16/159 nömrəli əlavə məhkəmə-bioloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərlərində “vət. X22 üzərindən aşkar edilmiş sellofan torbada kütlə”, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofanda olan kütlə” və “vət. Şahid6 üzərindən aşkar edilmiş kütlələr” yazıları olan kağız paketlərdəki marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, təsir altında qalaraq narkotik vasitənin özünə məxsus olduğunu etiraf etdiyini, üzərinə şəxsi axtarış keçirilən zaman Müdafiəçi yanında olmasına baxmayaraq polislər tərəfindən təsirə məruz qalmağını müdafiəçiyə deyə bilmədiyini göstərsə də, ibtidai istintaq dövründə fiziki və ya psixi zorakılığın təsiri altında qalması nəticəsində narkotik vasitənin ona məxsus olmasını etiraf etməsi, həmçinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə yol verilmiş qanunsuzluqlarla bağlı müraciət etməmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə məhz fiziki və psixi zorakılığın təsiri altında qalması nəticəsində narkotik vasitənin ona məxsus olmasını etiraf etməsi, həmçinin iddia etdiyi qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi də qeyd edilən xüsusatlarla bağlı məhkəməyədək icraat dövründə hər hansı bir orqana müraciət etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində onu Rəşad adlı polis əməkdaşının saxladığını göstərsə də, ibtidai istintaq zamanı ifadəsi alınmış Tovuz RPŞ-nin PPXB-nin polis nəfəri X6 ifadəsində xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılması, RPŞ-yə gətirilməsi və üzərində şəxsi axtarış aparılması zamanı iştirak etmədiyini göstərmişdir. Habelə iş materiallarında olan X6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə istintaq hərəkəti protokolundan da görünür ki, Rəşad Məhərrəmov ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir ki, o Təqsirləndirilən şəxs hər hansı bir formada təsir göstərməmiş, sonuncudan narkotik vasitənin ona məxsus olmasını etiraf etməsini istəməmiş, Təqsirləndirilən şəxs Tovuz RPŞ-yə gətirilərkən digər polislərlə birlikdə həmin əməliyyat tədbirində özü iştirak etməmişdir. Hətta iş materiallarında olan Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4, RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid3 Xəyyat oğlu və PPXT-nin polis nəfəri, polis serjantı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokollarından da görünür ki, adı çəkilən polis əməkdaşları onun şübhəli şəxs qismində saxlanılması zamanı X1 iştirak etmədiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadələrini bir daha təsdiq etmişlər. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 26 yanvar 2022-ci il tarixdə azad edildikdən sonra polis əməkdaşlarının ondan pul istəmələrini və onun da bu barədə DİN-in 102 xidmətinə zəng vurub şikayət etdiyini göstərsə də, iş materiallarında Təqsirləndirilən şəxs və onun müdafiəçisinin polis əməkdaşlarının ondan pul tələb etməsi barədə nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə qanunsuzluqlarla bağlı müraciət etmələrinə dair hər hansı bir sübut yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz rayon prokurorluğunun müstəntiqi X5 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından isə görünür ki, oğlu Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə polis əməkdaşlarının ondan pul tələb etməsi barədə Tovuz rayonu Alakol kənd sakini X7 Əhmədovun xx.xx.2022-ci il tarixdə saxlanılmasından yalnız 8 ay sonra prokurorluğa ərizə ilə müraciət etmiş və müraciəti üzrə xx.xx.2022-ci il tarixdə bəraətverici əsaslarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmasına baxmayaraq qeyd edilən qərardan cinayət prosessual qanunvericiliyin tələbinə əsasən yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayətlə müraciət olunmamışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs anası ifadəsində Rəşad adlı polis əməkdaşının Arzunun buraxılması üçün ondan pul tələb etdiyi və onun da bu barədə DİN-nin 102 xidmətinə məlumat verdiyini göstərsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda arxiv bazasında baş veriş avtomatlaşdırılmış texniki yenilənmə səbəbinbədn 2022-ci ilin yanvar ayı üzrə müraciətlər haqqında məlumatların araşdırılmasının mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubunda isə 26-27 yanvar 2023-cü il tarixlərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun 961 “Çağrı Mərkəzi”nə daxil olan müraciətlərdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs anası X21 və qardaşı X17 adlarına müraciətlərinin daxil olmadığını, eyni zamadan həmin şəxslərin yuxarıda göstərilən tarixlərdə 961 “Çağrı Mərkəzi”nə müraciət etmələrini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. X17 qardaşı Təqsirləndirilən şəxs Tovuz RPŞ-nin əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalması ilə bağlı 26 yanvar 2022-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə baxılması üçün Daxili İşlər Nazirliyinə göndərilmişdir. Daxili İşlər Nazirliyindən daxil olmuş 07 mart 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, xidməti təhqiqat zamanı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi faktı təsdiq olunmamışdır. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində onun 2022-ci ilin yanvar ayına qədər Şahid5la telefon danışığı olsa da, 2021-ci ilin sentyabr ayından Şahid5la üz-üzə görüşmədiyini, heç kimə, o cümlədən yetkinlik yaşına çatmayan Şahid5 narkotik vasitə satmadığını, həmçinin Şahid6 tanımadığını göstərsə də, iş üzrə şahid qismində dindirilmiş Şahid5, Şahid6 və Şahid7 da ifadələrində göstərmişlər ki, xx.xx.2022-ci il tarixdə Şahid5 narkotik vasitə olan qurudulmuş marixuananı məhz Təqsirləndirilən şəxs satmışdır. Həmçinin Şahid5, Şahid6 və Şahid7 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı adı çəkilən şahidlər ifadələrində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı məhz onun narkotik vasitə olan marixuananı Şahid5 satdığını bir daha demişlər. Habelə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X24 Bölməsinin 07 fevral 2022-ci il tarixli, 16/159 nömrəli əlavə məhkəməbioloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərlərində “vət. X22 üzərindən aşkar edilmiş sellofan torbada kütlə”, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofanda olan kütlə” və “vət. Şahid6 üzərindən aşkar edilmiş kütlələr” yazıları olan kağız paketlərdəki marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Hətta iş materiallarında olan “Azercell MMC-dən alınmış telefon nömrələrinin siyahısına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X4 məxsus olmaqla Tovuz rayon Alakol kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs oğlu istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrəsi ilə X26 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 20 yanvar 2022-ci il tarixdə saat 19:49-dan 21:50-dək bir neçə telefon danışığı olmuşdur. Eldar Qasımovun həmin mobil telefonun antena dairəsi ilk öncə Tovuz rayon Düz Qırıqlı kəndində, daha sonra isə Gədəbəy rayon Tərsyer kəndi ilə həmsərhəd olan Tovuz rayon Alakol kəndində və Tovuz rayon Qovlar şəhərində fəaliyyətdə olan antenaların əhatə dairəsində olmuşdur. 20 yanvar 2022-ci il tarixində saat 19:46-dan 22:05-dək Təqsirləndirilən şəxs istifadəsindəki həmin telefon nömrəsi ilə Tovuz rayon Düz Qırıqlı kənd sakini Şahid5 istifadəsindəki ***-***-**-** (bibisi X8 məsus olsa da Şahid5 istifadəsində olan) saylı mobil telefon nömrəsi arasında mütəmadi telefon danışığı olmuşdur. İlkin telefon danışıqlarında Şahid5 telefonu Tovuz rayon Əyyəblu kəndinin (əvvəlki adı ilə Aşağı Ayıblı kəndi) antena dairəsini, sonrakı müddətdə isə Təqsirləndirilən şəxsla görüşdüyü Tovuz rayon Alakol kəndini göstərməkdədir. 22 yanvar 2022-ci il tarixində saat 16:06-da Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsindəki ***- ***-**-** saylı mobil telefon nömrəsinə zəng getmiş, bir neçə saniyəlik bir neçə telefon danışığı olmuşdur. Alınmış ifadələrə də uyğun olaraq müəyyən edilir ki, həmin vaxt Şahid8 telefonunun antena dairəsi Tovuz rayon Düz Qırıqlı kəndini göstərməkədir. Həmin gün, həmin zəngdən bir neçə dəqiqə sonra yenidən X42 Əhmədovun yuxarıda qeyd olunan nömrələri arasında telefon danışığı olmuş, bunun ardı ilə də Təqsirləndirilən şəxsla (***- ***-**-**), Şahid5 arasında (***-***-**-**) mütəmadi zəngləşmələr olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs ilə Şahid5 arasında birincinin yetkinlik yaşına çatmayana narkotik vasitə satması ilə bağlı bir neçə telefon danışığının olması tam təsdiq olunmuşdur. O cümlədən “Azercell MMC-dən alınmış telefon nömrələrinin siyahısı, şəxslər haqqında məlumat və nömrələrin antena dairəsi əks olunmuş informasiya daşıyıcısı olan diski məhkəmə istintaqı zamanı tədqiq edərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19.46-da birinci Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrədən Şahid5 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng etmişdir. Şahid5la danışdıqdan sonra Təqsirləndirilən şəxs həmin günü saat 19.49-da istifadəsində olan +99***-***-**-** mobil nömrədən Eldar Qasımovun istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng etmişdir. 19.49-da Eldar Qasımovla danışdıqnda sonra Təqsirləndirilən şəxs yenidən Şahid5 zəng etmişdir. Təqsirləndirilən şəxs Şahid5 zəng edən zaman sonuncunun istifadəsində olan +99***-***-**-** mobil nömrənin antena dairəsi Tovuz rayonu Aşağı Ayıblı kəndi, yəni hazırki Əyyublu kəndi ərazisində olmuşdur. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs ona zəng edən zaman o, Tovuz rayonu Əyyublu kəndi ərazisində yerləşən Arzuman adlı şəxsin kafesində Şahid6 və Şahid7la birlikdə olmuşlar. Bundan əlavə diskdəki məlumatlardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19.46-dan etibarən həmin günü saat 22.05-dək Təqsirləndirilən şəxsla həm Şahid5, həm də ki Eldar Qasımov arasında mütəmadi olaraq danışıqlar olmuşdur. Həmin günü saat 21.50-də Eldar Qasımov istifadəsində olan +99***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng edən zaman hər iki şəxsin mobil nömrələrinin antena dairəsi Tovuz rayonu Alakol kəndi ərazisində olmuşdur. Qeyd edilən hal sonuncuların həmin kənd ərazisində görüşdüklərini təsdiq edir. Çünki, saat 21.51-də Təqsirləndirilən şəxs Eldar Qasımovla Tovuz rayonu Alakol kəndi ərazisində görüşdükdən sonra istifadəsində olan +99***-***-**-** mobil nömrədən Şahid5 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng edir, Arzu Əsgərov mobil nömrəsinin antena dairəsi Tovuz rayonu Alakol kəndi ərazisində, Şahid5 mobil nömrəsinin antena dairəsi isə Tovuz rayonu Qovlar şəhəri ərazisində olmuşdur. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, ikinci dəfə Təqsirləndirilən şəxs ona zəng edib narkotik vasitənin hazır olduğunu və gəlib götürməsini bildirdikdə o, Şahid6 və Şahid7la birlikdə Tovuz rayonu Qovlar şəhərindəki çayxanada olmuşlar. Daha sonra həmin günü saat 22.03-də və 22.05-də Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrədən Şahid5 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng edir və hər iki şəxsin mobil nömrəsinin antena dairələri qeyd edilən vaxt ərzində Tovuz rayonu Alakol kəndi ərazisini göstərir. Bu isə sonuncuların həmin kənd ərazisində görüşdüklərini təsdiq edir. Halbuki Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 2021-ci ilin sentyabr ayından Şahid5la üz-üzə görüşmədiyini göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 2022-ci ilin yanvar ayına qədər Şahid5la aralarında telefon danışığının olduğunu göstərsə də, “Azercell MMC-dən alınmış telefon nömrələrinin siyahısı, şəxslər haqqında məlumat və nömrələrin antena dairəsi əks olunmuş informasiya daşıyıcısı olan diski məhkəmə istintaqı zamanı tədqiq edərkən müəyyən edilmişdir ki, sonuncular arasında 2021-ci ilin may ayından dekabr ayının sonuna qədər hər hansı bir danışıq olmamışdır. Bundan başqa, “Azercell MMC-dən alınmış telefon nömrələrinin siyahısı, şəxslər haqqında məlumat və nömrələrin antena dairəsi əks olunmuş informasiya daşıyıcısı olan diski məhkəmə istintaqı zamanı tədqiq edərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15.24-də Şahid6 Şahid7 istifadəsində olan +99***-***-**-** mobil nömrədən Şahid5 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng etmişdir. Həmin vaxtı Şahid7 mobil nömrəsinin antena dairəsi Şəmkir rayonu Düyərli kəndi, Şahid5 mobil nömrəsinin antena dairəsi isə Tovuz rayonu Aşağı Ayıblı, yəni hazırki Əyyublu kəndi ərazisində olmuşdur. Daha sonra həmin günü saat 16.06-da Şahid5 tanışı Şahid8 istifadəsində olan +99***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs Şahid5la danışdıqdan sonra həmin günü saat 16.34-də Eldar Qasımovun istifadəsində olan +99***- ***-**-** mobil nömrəsinə zəng edir. Saat 16.35-də Şahid5 yenidən Şahid7 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs zəng edir. Daha sonra saat 16.51-də Təqsirləndirilən şəxs yenidən Eldar Qasımova zəng edir. Sonuncu ilə danışdıqdan sonra saat 16.53-də Təqsirləndirilən şəxs Şahid5 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng edir. Saat 16.54-də Eldar Qasımov təkrar Təqsirləndirilən şəxs zəng edir. Saat 17.04-də Eldar Qasımov yenə də Təqsirləndirilən şəxs zəng edir və hər iki şəxsin mobil nömrələrinin antena dairəsi Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisində olmuşdur. Saat 17.14-də Təqsirləndirilən şəxs Şahid5 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng edir. Saat 18.36-da Təqsirləndirilən şəxs Eldar Qasımova zəng edir və hər iki şəxsin antena dairəsi yenidən Tovuz rayonu Düz Qırıqlı kəndini göstərir. Saat 18.50-də Şahid7 istifadəsində olan +99***- ***-**-** mobil nömrədən Şahid5 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng daxil olur və hər iki şəxsin antena dairəsi Tovuz rayonu Düz Qırıqlı kəndini göstərir. Bundan başqa, iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 5345 nömrəli məktuba əlavə olunmuş cədvəldən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16.19-da Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**- ** mobil nömrəsinə 1 (bir) manat məbləğində vəsait (kontur) mədaxil edilmişdir. Şahid5 məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs istifadəsində olmuş telefona zəng edib nəşəni 2 deyil, 5 ədəd etmək imkanının olub-olmaması ilə maraqlanmış, Təqsirləndirilən şəxs da ona gözləməsini, danışıb xəbər edəcəyini, konturunun olmadığını və imkan varsa ona həmin şəxslə yenidən danışması üçün 1 manatlıq kontur yükləməsini bildirmişdir. O, Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən «Favorit» mağazasında quraşdırılmış «Milliön» aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan (051) ***-**-** nömrəsinə 1 manatlıq kontur yükləmiş, həmin vaxt yenidən Kamranın istifadəsində olan telefonla Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə zəng edib nəşə tapıb-tapmaması ilə maraqlanmış, Təqsirləndirilən şəxs da demişdir ki, pulu gətirsin, hazır olanda deyər, gəlib götürər. Göründüyü kimi telefon nömrələrinin siyahısı, şəxslər haqqında məlumatlar və nömrələrin antena dairəsi əks olunmuş informasiya daşıyıcısı olan diskin tədqiqi zamanı həm xx.xx.2022-ci il tarixə, həm də ki xx.xx.2022-ci il tarixə dair aşkar olunan məlumatlar iş üzrə şahid qismində dindirilmiş Şahid5, Şahid6, Şahid7, Şahid8 və digər şahidlərin ifadələrində göstərdikləri xüsusatlara tam olaraq uyğun gəlir. Eyni zamanda diskin tədqiqi zamanı həm xx.xx.2022-ci il tarixə, həm də ki xx.xx.2022-ci il tarixə dair aşkar olunan məlumatlar məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsi ilə də tam uyğun gəlir. Yuxarıda sadalanan bütün hallar Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatların həqiqətə uyğun olmadığını, öz təsdiqini tapmadığını və özünümüdafiə xarakter daşıdığını təsdiq edir. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Tovuz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunu təqdim edərək, həmin məktubda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 20 və 22 yanvar 2022-ci il tarixlərdə Tovuz rayonu ərazisini tərk etmədiyini göstərsə də, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BİKİ-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə dair məlumatlar əks olunmuş siyahıdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21.01-də Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrənin antena dairəsi Tovuz rayonu Alakol kəndi ərazisində olmuş, həmin günü saat 21.03-də, 21.04-də, 21.06-da, 21.08-də, 21.09da və 21.11-də Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrənin antena dairəsi Qovla-Ağbaşlar-Gədəbəy yolunu göstərir. Həmçinin "xxxx" MMC-dən alınmış telefon nömrələrinin siyahısı, şəxslər haqqında məlumat və nömrələrin antena dairəsi əks olunmuş informasiya daşıyıcısı olan diski məhkəmə istintaqı zamanı tədqiq edərkən də müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16.34-də Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrədən Eldar Qasımovun istifadəsində olan +994-51-593-83-79 mobil nömrəsinə zəng edən zaman Təqsirləndirilən şəxs mobil nömrəsinin antena dairəsi Şəmkir rayonu Tatarlı kəndi ərazisində olmuşdur. Halbuki müdafiəçinin təqdim etdiyi məktubda Təqsirləndirilən şəxs 20 və 22 yanvar 2022-ci il tarixlərdə Tovuz rayonu ərazini tərk etmədiyi yazılmışdır. Bundan əlavə, iş üzrə şahid qismində dindirilmiş Şahid5 da ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs ona zəng edib saat 21-də nəşənin hazır olduğunu və görüş üçün Alakol kənd orta məktəbinin qarşısına gəlməyini yazmış, saat 21 radələrində o, Şahid6 və Şahid7la birlikdə Tovuz rayonu Alakol kəndində yerləşən orta məktəbin binasının yaxınlığına getmişlər, məktəbin yaxınlığında Təqsirləndirilən şəxsla görüşüb birlikdə Şahid7 idarə etdiyi avtomobilə əyləşmiş, daha sonra yola düşüb Tovuz rayonunun Alakol kəndi ilə həmsərhəd olan Gədəbəy rayonunun Tərs yer kəndinə getmişlər. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Şahid6 və Şahid7 da Şahid5la oxşar məzmunlu ifadə verib qeyd edilən xüsusatı təsdiq etmişlər. Ona görə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi təqdim etdiyi məktub mötəbər və mümkün sübut hesab edilə bilməz. Beləliklə də bütün yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olmadığını, narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, təsir altında qalaraq narkotik vasitənin özünə məxsus olduğunu etiraf etdiyini, üzərinə şəxsi axtarış keçirilən zaman Müdafiəçi yanında olmasına baxmayaraq polislər tərəfindən təsirə məruz qalmağını müdafiəçiyə deyə bilmədiyini, onu Rəşad adlı polis əməkdaşının saxladığını, 26 yanvar 2022-ci il tarixdə azad edildikdən sonra polis əməkdaşlarının ondan pul istəmələrini və onun da bu barədə DİN-in 102 xidmətinə zəng vurub şikayət etdiyini, onun 2022-ci ilin yanvar ayına qədər Şahid5la telefon danışığı olsa da, 2021-ci ilin sentyabr ayından Şahid5la üz-üzə görüşmədiyini, polislər tərəfindən təzyiqlərə məruz qaldığı üçün sonuncuların dediklərini edib sənədləri imzaladığını, heç kimə, o cümlədən yetkinlik yaşına çatmayan Şahid5 narkotik vasitə satmadığını göstərməsi cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətindən kənar qalmaq məqsədilə özünümüdafiə xarakteri daşıyır, qeyd edilən hallar həqiqətə uyğun deyil və məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi həmin məzmunlu ifadələrinə tənqidi yanaşır və uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edir. Ona görə də məhkəmə tərkibi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsini, həmçinin xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulduqdan və üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldıqdan sonra müdafiəçisi Müdafiəçi iştirakı ilə verdiyi izahatını iş üzrə şahid qismində dindirilmiş Şahid5, Şahid6, Şahid7, Şahid8 və digər şahidlərin ifadələri ilə, o cümlədən işdə olan ekspert rəyləri, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsi və xx.xx.2022-ci il tarixdə müdafiəçisi Müdafiəçi iştirakı ilə verdiyi izahatı əsas götürülməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 234.3-1-ci maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə cinayət əməli sayılır. Qeyd edilən maddədə nəzərdə tutulan cinayət əməlinin obyektiv cəhətinin bir qrupu yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri satmada ifadə olunur. Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında olan Şahid5 məxsus AA2037926 nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid5 doğum tarixi xx.xx.2004-cü ildir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan isə görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə saat 17 radələrində narkotik vasitənin 5 (beş) ədəd ağ salfet kağızına bükülmüş hissəsini Tovuz rayonu Düz Qırıqlı kəndində yaşayan tanışı, narkotik vasitənin alqı-satqısında maddi marağı olmayan yetkinlik yaşına çatmamış Şahid5 50 (əlli) manata qanunsuz olaraq satmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Şahid5 narkotik vasitəni satan zaman sonuncu yetkinlik yaşına çatmamış, yəni xx.xx.2022-ci il tarixdə Şahid5 18 yaşı tamam olmamış, sonuncunun 17 yaşı olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, Şahid5 yetkinlik yaşına çatmaması Təqsirləndirilən şəxs məlum olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Şahid5 7 aya yaxın tanıdığını, sonuncunun Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən “Ocaq” restoranında ofisiant işlədiyini, özünün də həmin restoranın avtomobil yuma məntəqəsində işlədiyini və bu formada Şahid5la münasibətinin yarandığını göstərmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Şahid5 da ifadəsində Təqsirləndirilən şəxsla təxminən 7 aya yaxın bir-birini tanıdıqlarını, özünün Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən “Ocaq” restoranında ofisiant işlədiyini, Təqsirləndirilən şəxs isə həmin restoranın avtomobil yuma məntəqəsində işlədiyini göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxsla Şahid5 arasında artıq bir ilə yaxın davam edən səmimi münasibətlər olmuş və sonuncular bir-biri haqqında kifayət qədər şəxsi məlumata sahib olmuşlar. Həmçinin qeyd olunmalıdır ki, CM-in 234.3-1-ci maddəsininin dispoziyasında “yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Maddənin dispozisiyasından göründüyü kimi, təqsirkar üçün yetkinlik yaşına çatmayan şəxsin yaşının ona aşkar olub-olmaması heç bir əhəmiyyət daşımır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 8-ci bəndində göstərmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişlər ki, “xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 10 manat məbləğində nağd pul vermiş, yolda qayıdarkən verəcəyi nəşənin üstündən bir azca özünə götürməsini, qalanını isə Şahid6 verməsini Təqsirləndirilən şəxs demiş, sonuncu da onunla razılaşmış və avtomobilin arxa oturacağında Şahid6la birlikdə əyləşərkən Təqsirləndirilən şəxs aldığı pulun müqabilində verməli olduğu 1 ədəd bükülünü açıb içərisindən bir azacıq nəşədən özünə götürmüş, qalanını isə Şahid6 vermişdir.” Həmçinin Şahid5 ifadəsində göstərmişdir ki, “xx.xx.2022-ci il tarixdə Şahid6 aldığı 50 manatı Təqsirləndirilən şəxs vermiş, sonuncu da aldığı pulun qarşılığında ona 5 büküm nəşə vermişdir.” Hər iki günə dair qeyd edilən ifadələri iş üzrə şahid qismində dindirilmiş Şahid6 da təsdiq etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs da ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsində göstərmişdir ki, “22 yanvar 2022-ci il tarixdə tanışı Murad ona zəng vurub Bakı şəhərinə getdiyini və ona dörd çəkimlik narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu demiş, o da Murada demişdir ki, gətirib 40 manat versin, o da zəng vursun, gətirsinlər. Murad da gətirib ona 40 manat pul vermişdir”. Göründüyü kimi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid5 1 büküm narkotik vasitə üçün aldığı 10 manatdan əlavə, sonuncuya satdığı narkotik vasitədən bir qədər də özünə istifadəsi üçün götürmüşdür. xx.xx.2022-ci il tarixdə isə Şahid5 Təqsirləndirilən şəxs 5 büküm narkotik vasitəyə görə cəmi 50 manat pul vermişdir. Qeyd edilən hallar isə Təqsirləndirilən şəxs mənfəət əldə etdiyini tam təsdiq edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində göstərilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 1(062)-95/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətsə də, məhkəmə hökmü ilə sonuncu azadlıqdan məhrum etmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi mövcud deyildir. Bununla belə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət, həmçinin CPM-nin 158.2.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində statusuna xitam verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 4(104)-22/2022 saylı, 02 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 25 may 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 mart 2022-ci il tarixdən hesablanmış, Gəncə Apellyasiya Məhkəməsinin 4(104)-42/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 mart 2022-ci il tarixdə seçilmiş “həbs” qətimkan tədbiri 25 may 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Tovuz Rayon Məhkəməsinin 4(062)-46/2022 saylı, 25 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 01 (bir) ay, yəni 25 iyun 2022-ci il tarixədək uzadılmış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-325/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri 1 (bir) ay müddətinə, yəni 01 avqust 2022-ci il tarixədək uzadılmış, xx.xx.2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs barəsində əvvəl seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılmasına lüzum olmadığından həmin tarixdən etibarən onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 01 (bir) gün şübhəli şəxs kimi tutulmuş, 01 (bir) ay 09 (doqquz) gün müddətində həbsdə saxlanılmış, xx.xx.2022-ci il tarixdən davamlı olaraq xx.xx.2022-ci il tarixədək, yəni 03 (üç) ay 21 (iyirmi bir) gün müddətində isə ev dustaqlığında saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün, “həbsdə” və “ev dustaqlığında” saxlanıldığı 05 (beş) ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalıdır. Bundan başqa, iş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 1(062)-95/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Tovuz rayon İcra və Probasiya şöbəsinin 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayons Məhkəməsinin 1(062)-95/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndində əsasən cəzası 01 (bir) il azaldılmışdır. Həmin hökm xx.xx.2021-ci il tarixdə Tovuz rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə cəzası xx.xx.2022-ci il tarixdə dayandırılmış, xx.xx.2022-ci il tarixdə məhkuma yenidən elektron nəzarət vasitəsi tətbiq edilərək cəzasının icrası müddəti davam etmiş, ancaq məhkum barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyinə görə xx.xx.2022-ci il tarixdə ona tətbiq olunan elektron nəzarət vasitəsi açılaraq cəzasının müddəti dayandırılmış, Təqsirləndirilən şəxs cəzasının 07 (yeddi) ay 15 (on beş) gün hissəsini çəkdiyinə görə 04 (dörd) ay 15 (on beş) gün hissəsi çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Tovuz Rayon Məhkəməsinin 1(062)-95/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 15 (on beş) gün hissəsi, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 02 (iki) ay 07 (yeddi) gün hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza ilə qismən birləşdirilməklə ona azadlıqdan məhrumetmə növündə qəti cəza təyin edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 52-ci bəndində göstərilmişdir ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi yeri (həbsxana və ya müəyyən növ cəzaçəkmə müəssisəsi) yalnız qəti cəza təyin edildikdən sonra göstərilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Ona görə də, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli hazırkı iş üzrə hökm çıxarıldığı tarixdən, yəni 10 aprel 2023-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-bioloji ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 91 (doxsan bir) manat 20 (iyirmi) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nin anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 1,37 və 0,31 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, Şahid6 və Təqsirləndirilən şəxs üzərilərinə şəxsi axtarış keçirilməsinə dair video çəkilişin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk, "xxxx" MMC-dən alınmış 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 25 aprel 2022-ci il tarixli, 545 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməli və o, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün, “həbsdə” və “ev dustaqlığında” saxlanıldığı 05 (beş) ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Tovuz Rayon Məhkəməsinin 1(062)-95/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 15 (on beş) gün hissəsi, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 02 (iki) ay 07 (yeddi) gün, hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətində azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 10 aprel 2023-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 91 (doxsan bir) manat 20 (iyirmi) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nin anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 1,37 və 0,31 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Şahid6 və Təqsirləndirilən şəxs üzərilərinə şəxsi axtarış keçirilməsinə dair video çəkilişin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk, "xxxx" MMC-dən alınmış 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-103/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-103/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver