Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-104/2021 24.08.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işləməyən, Şəmkir rayonu, Dəllər- Cırdaxan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 26 iyun 2020-ci il tarixdə, istifadəsində olan «Azercell» mobil operatoruna məxsus mobil telefonla Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs istifadəsində olan «Azercell» mobil operatoruna məxsus mobil telefonla zəng vuraraq sonuncudan 300 manat pul və ya həmin məbləğdə qızıl-zinyət əşyası istəmiş, Zərərçəkmiş şəxs etiraz edərək onun bu istəyini həyata keçirmədiyinə görə Təqsirləndirilən şəxs 20 iyul 2020-ci il tarixdə saat 01-02 radələrində qəsdən özgənin əmlakını hədə-qorxu ilə tələb etmək niyyəti ilə Zərərçəkmiş şəxs yaşadığı Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində yerləşən evinə pəncərədən daxil olaraq yataq otağında sonuncunun saçından tutub dartmaqla fiziki ağrı yetirib, yumruq zərbələri ilə sifət nahiyəsinə bir neçə dəfə vurmaqla ona sağ çənəaltı nahiyənin və sol əlin ovuc səthinin qançırları xəsarətləri ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor tətbiq etməklə Zərərçəkmiş şəxs tələb etdiyi 300 manat məbləğində pulu 20 iyul 2020-ci il tarixdə saat 11:00-dək ona çatdırmayacağı təqdirdə aralarında olmuş intim münasibətləri barədə rüsvayedici məlumatları əri X1 və yaxın qohumlarına yaymaqla, eləcə də şəxsiyyəti üzərində zor göstərəcəyi ilə hədələyib 300 manat pulu hədə-qorxu ilə tələb etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 182.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2017-ci ilin avqust ayında qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs tanışlıq təklif etmiş və sonuncu etiraz etəməmişdir. Həmin ərəfədə Aişənin mobil telefonu olmadığına görə əlaqə saxlamaq üçün ondan mobil telefon istəmiş, o da Aişəyə “Nokia” markalı mobil telefon və mobil nömrə alıb vermişdir. Aişə ilə tanış olduqdan sonra ona cinsi əlaqədə olmağı təklif etmiş və onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxt maddi çətinlikləri olduğuna görə Aişəyə yalandan, dostuna məxsus 800 manat pulu itirdiyini, həmin pulu qaytarmalı olduğunu bildirərək Aişədən borc pul istəmiş, Aişə də pulu olmadığını, lakin qızıl-zinyət əşyalarından verə biləcəyini demişdir. Bundan sonra Aişə ona 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl bilərzik vermiş və o da həmin qızıl-zinyət əşyaları Gəncə şəhərində “Univermaq” adlanan ticarət mərkəzində xatırlamadığı dükanda 800 manata satmış, pulu da öz ehtiyacları üçün xərcləmişdir. Təxminən 1 aydan sonra Aişə ondan qızılları istəmiş, o da pulunun olmadığını, olanda qızıllarını alıb qaytaracağını demişdir. 2020-ci ilin may ayının ikinci on günlüyündə Aişə istifadə etdiyi mobil nömrəsindən onun istifadəsində olan mobil nömrəyə mesaj yazıb, haləhvalını soruşmuş, o da Aişəyə zəng etmiş, lakin cavab verməmişdir. Bundan sonra Aişə mesaj yazıb, telefonunun qulaqcığının işləmədiyini, danışmaları üçün mobil telefon almağını xahiş etmiş, o da Dürdanə adlı tanışından telefon аlaraq Aişəyə vermişdir. Həmin gün Aişə ilə telefonla danışanda cinsi əlaqədə olmaq istədiyini demiş, Aişə də razılaşdığından həmin gün Aişənin yaşadığı evin həyətinə daxil olub evin qonaq otağında iki dəfə Aişə ilə təbii yolla cinsi əlaqədə olmuşdur. 26 may 2020-ci il tarixdə Aişə ilə telefonla danışarkən yenə də cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Aişə isə 2 gündən sonra azyaşlı oğlunun ad günü olacağını və qonaqlarının olacaqğını bildirmişdir. O da həmin gün gecə saatlarında Aişənin yaşadığı evə getmiş, evin qonaq və yataq otaqlarında bir dəfə cinsi əlaqədə olmuşlar. Bundan sonra bir neçə gün Aişə ilə mobil telefonla əlaqə saxlamış, sonra Aişə ona Paşa adlı şəxsdə ona aid video olduğunu və həmin videonu sildirməyini xahiş etmişdir. O da bir neçə gündən sonra Aişəni aldadaraq, Paşa adlı şəxsi tapdığını və həmin videonu sildirmək üçün 600 manat pul istədiyini, həmin pulun 300 manatını onun verəcəyini, qalan 300 manatın isə onun verməsini demişdir. Aişə də pulu olmadığını, qızıl verə biləcəyini demişdir. Bundan sonra Aişə ona axşam gəlməyini demiş, bu məqsədlə 20 iyul 2020-ci il tarixdə saat 02 radələrində Aişənin yaşadığı evin qarşısına gedib və daş hasardan evin həyətinə daxil olmuşdur. Sonra evin qarşısında yerləşən pəncərədən Aişənin yataq otağına daxil olmuş, həmin vaxt Aişə çarpayısında, qızlarından biri yanında, digəri isə otaqda olan digər çarpayıda yatmışdır. Aişənin qoluna toxunub onu oyatmış və Aişə oyanıb çarpayıda oturaraq atasının səhər gələcəyini, ona pul verəcəyini, ona görə də sabah saat 11-də gəlməyini demişdir. O da çıxıb getmiş, səhəri gün isə Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları onu yaşadığı kənddə saxlayıb polis şöbəsinə dəvət etmişlər. Aişədən 300 manat pulu almaq üçün ona yalandan həmin pulun üstünə də, özünün 300 manat qoyub həmin videonu sildirəcəyini demiş, Aişənin evinə daxil olub ondan 300 manat pul istəyərkən ona hər hansı zor tətbiq etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 3 il əvvəl Ceyhun dəfələrlə ona yaxınlaşıb xoşu gəldiyini bildirib, onu tanış olmağa məcbur etmişdir. 2017-ci ilin avqust ayının əvvəllərində mobil telefon vasitəsilə əlaqə saxlamaq məqsədilə Ceyhun ona qara rəngli “Nokia” markalı mobil telefon və mobil nömrə vermişdir. Ceyhunla tanış olduqdan təxminən 15 gün sonra, yəni avqust ayının sonlarında mobil telefonla danışanda Ceyhun ona dostuna məxsus 800 manat pulu itirdiyini və həmin pulu bir neçə gün ərzində qaytarmalı olduğunu, pulu varsa ona 800 manat pul verməsini, yoxdursa qızıllarından verməsini, onu girov qoyaraq borc pul götürməsini, borcunu qaytardıqdan sonra qızılı girovdan çıxaracağını demişdir. O, Ceyhuna inanаrаq pulunun olmadığını, lakin qısa müddət ərzində qaytarmaq şərtilə qızıl verə biləcəyini demişdir. Ceyhun razılaşmış, bundan sonra 2017-ci ilin avqust ayının sonlarında dəqiq tarixi xatırlamadığı gündə Ceyhuna özünə məxsus 17 qramlıq 583 əyyarlı qızıl qolbağını və 583 əyyarlı 20 qramlıq toxuma formalı qızıl boyunbağını vermişdir. Bundan bir neçə gün sonra qızılları geri istəmiş, əvvəlcə Ceyhun qızılları qaytaracağını bildirsə də, sonradan həmin qızılları qaytarmayacağını demiş, sonra isə aldığı telefonu geri istəmiş, o da qaytarmışdır. Təxminən 2 il ərzində Ceyhunla danışmamış, ailə üzvlərinə isə həmin qızılları itirdiyini demişdir. Təxminən 2019-cu ilin fevral ayında Ceyhun küçədə ona yaxınlaşaraq peşman olduğunu, onunla yenidən əlaqə qurmaq istədiyini, borcunun bir hissəsini ödəyib, qızıllarını qısa müddətə qaytaracağını demişdir. O, Ceyhuna inanaraq qızılları qaytarması üçün yenidən onunla danışmış, mobil telefon işlətmədiyi üçün Ceyhunla küçədə görüşəndə, mağazaya gedəndə və digər təsadüfü hallarda rastlaşanda danışmışdır. Əri telefona tez-tez nəzarət etdiyindən Ceyhuna əl çəkməsini, bir daha zəng vurmaması üçün sms yazmış, Ceyhun isə telefona cavab verməyəciyi halda onunla aralarında olan münasibəti ərinə deyəcəyini yazmış, həmçinin telefonun işləmədiyini demişdir. Səhəri gün Ceyhun onunla rahat danışmaq üçün mobil telefon gətirmiş, həmin gün də gecə gələcəyini, cinsi əlaqədə olacağını demişdir. Həmin vaxt əri Zirəddin fermada olduğundan razılaşmış, təxminən saat 01 radələrində Ceyhunla danışıb onu yaşadığı evin qonaq otağına çağırmışdır. Ceyhunla yataq otağında cinsi əlaqədə olmuş, bundan 2 gün sonra yenidən evin qonaq otağında onunla görüşmüş, həmin vaxt Ceyhun qaynanasının gəldiyini deyərək qaçmışdır. O, pəncərədən Ceyhunun Bəhruzla danışdığını və Bəhruzun ona irad bildirdiyini görmüş, səhəri gün Ceyhun Bəhruzun onları videoya çəkdiyini, videonu silmək üçün 3 quzu və 300 manat pul istədiyini, 3 quzunu onun verəcəyini, onun da 300 manat pul verməsini demişdir. O, əvvəlcə razılaşmış, lakin sonradan pulu verə bilməyəcəyini demişdir. Ceyhun 300 manat borc verməyini, qızılları da, pulu da qaytaracağını demiş, o da pulunun olmadığını, qızılının olduğunu deyəndə Ceyhun 300 manatlıq qızıl verməyini demişdir. Bundan sonra Ceyhunla əlaqəni kəsmək üçün telefonu tullamış, nömrəni də qırmışdır. 20.07.2020-ci il tarixinə keçən gecə saat 02 radələrində azyaşlı qızları Rəxşəndə və Ağgül ilə birlikdə yaşadığı evin yataq otağına yatan zaman kiminsə qoluna vurduğunu hiss etmiş, otaq qaranlıq olduğundan heç kimi görməmiş, əri Zirəddinin gəldiyini düşünmüş, həmin vaxt Ceyhun qarşısına keçib saçından tutmuşdur. Ceyhun ona niyə onu aldadaraq qızılları vermədiyini demiş, o da Ceyhuna yalandan onu aldatmadığını, qızılların Zirəddində olduğunu demişdir. Ceyhun ona “mənə dəxli yoxdur, sənin qızılların kimdədir, mənə onda 300 manat pul ver, yoxsa səni aramızda olan intim münasibətlərimizi yaymaqla qohumların, ərinin yanında biabr edəcəm”demiş, o da Ceyhuna pulunun olmadığını deyib, ona nə vaxta pul lazım olduğunu soruşmuş, həmçinin Ceyhunun hədəsindən qorxmuş, pul tapıb verərək canını qurtarmasını istəmişdir. Ceyhun ona sabah saat 11 radələrinədək 300 manat pulu gətirməsini, gətirməsə onu biabr edəcəyini və tutsa öldürəcəyini demişdir. Həmin vaxt Ceyhun eyni zamanda saçından tutaraq yolmuş, o da Ceyhuna qışqıraraq saçını buraxmasını deyən zaman Ceyhun yumruqla çənəsinin sağ tərəfindən vurub qışqırmamasını demişdir. Həmin vaxt səsə qızı Rəxşəndə yuxudan oyanmış və qışqırıb həmin şəxsin kim olduğunu soruşmuş, o da həmin şəxsin Ceyhun olduğunu, pul, qızıl istədiyini demişdir. Həmin vaxt Ceyhun uşağının yanında da qızıl və pul istəmiş, Rəxşəndənin qorxmaması üçün yenidən Ceyhuna pulu verəcəyini demiş, lakin Ceyhun inanmayaraq uşağının çarpayısında uzanıb tez qızılı, pulu verməsini, onu gözlədiyini, onu bir dəfə aldatdığına görə inanmadığını demişdir. O, Ceyhunu inandırmaq üçün and içib sabaha pulu çatdıracağını dedikdən sonra Ceyhun balkona getmiş, sonra geri qayıdaraq sabah saat 11-dək gözləyəcəyini, 300 manat pulu tapmasını, əks halda onu harda tutsa öldürəcəyini bildirmiş və pəncərədən çıxıb getmişdir. O, qorxduğuna görə və biabır olmamaq üçün bu barədə heç kəsə heçnə deməmişdir. Həmin gün saat 09 radələrində bu barədə qaynanası Şahid1 demiş və saat 11 radələrində dəfələrlə Ceyhunu evin ətrafında görmüş, bundan sonra Şəmkir rayon polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 zərərçəkmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 iyul 2020-ci il tarixdə günorta saatlarında oğlu Zirəddin fermaya getmiş və o, gəlini Aişə və nəvələri ilə birlikdə evdə qalmışdır. Səhəri gün saat 09 radələrində yuxudan oyandıqda Aişə gecə saat 02 radələrində qonşuları Ceyhunun pəncərədən onun yataq otağına daxil olaraq hədə-qorxu gəlib əvvəlcə qızıl-zinyət əşyalarını istədiyini, əks halda isə onu və övladlarını ölümlə hədələdiyini, qızılları olmadığına görə ondan 300 manat pulu həmin günü saat 11 radələrindək verməsini tələb etdiyini demişdir. Aişə həmçinin Ceyhun evə daxil olanda Rəxşəndəni onu oyatmaq üçün göndərsə də, Ceyhunun buna imkan vermədiyini bildirmişdir. Eləcə də Aişə ona Ceyhunun onu yumruqla vurduğunu demiş, Aişənin qolu da göyərmişdir. Həmin vaxt evin giriş qapısının qarşısında olanda, Ceyhunun evin ətrafından sağa-sola keçdiyini görmüş, qorxusundan bu barədə heç kimə məlumat verməmişdir. Bu barədə Zirəddinə desə Ceyhunu öldürəcəyindən ehtiyat edərək polisə məlumat verib Ceyhunu tutdurmaq və bundan sonra da Zirəddinə məlumat vermək qərarına gəlmişlər. Buna görə də Aişə səhəri gün Şəmkir rayon polis şöbəsinə gedərək şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Aişə ilə oğlu Ceyhunun münasibətlərinin olması barədə təxminən bir müddət əvvəlcədən məlumatının olduğunu, bununla bağlı Ceyhuna iradını bildirdiyini, 20 iyul 2020-ci il tarixdə saat 01 radələrində Ceyhunun sərxoş vəziyyətdə evə gələrək fermaya gedəcəyini bildirib evdən çıxıb getdiyini, 21 iyul 2020-ci il tarixdə Şəmkir rayon polis əməkdaşlarının Ceyhunu həmin günü gecə saatlarında Aişənin evinə daxil olaraq pul tələb etdiyinə görə tutduqlarını bildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin iyunda Ceyhunla birlikdə kəndin ərazisində yerləşən əkin sahəsini suvararkən Ceyhuna kiminsə tez-tez zəng etdiyini görüb, həmin şəxsin kim olduğunu soruşmuş, Ceyhun əvvəlcə danışdığı şəxsin kim olduğunu deməsə də, təkid etdikdən sonra həmin qadının qohumu Zirəddinin arvadı Aişə olduğunu və ondan əl çəkmədiyini demişdir. O da Ceyhunu danlamış, sonuncu da bir daha Aişə ilə danışmayacağına söz vermişdir. Təxminən 20 iyun 2020-ci il tarixdə axşam saatlarında Ceyhunla birlikdə kənddə yerləşən İsmixan adlı şəxsin çayxanasına getmiş, həmin vaxt Ceyhun kiminləsə danışmış, bu dəfə də Aişə ilə danışdığından şübhələnmişdir. Buna görə də Ceyhunu güdmək qərarına gəlmiş, təxminən 21.06.2020-ci il tarixdə saat 00:30 radələrində çayxanadan çıxmışlar və Ceyhun öz evinə getdiyini demişdir. Bundan sonra Ceyhunun evlərinin məhləsindən Zirəddinin evinin məhləsinə və oradan da pəncərədən içəri evə daxil olduğunu görmüş və məhlənin tor çəpərinin yanında dayanaraq Ceyhunun çıxmağını gözləmişdir. Təxminən 10-15 dəqiqə gözlədikdən sonra Ceyhun pəncərədən çölə çıxaraq yanından keçəndə ona bir daha Aişə ilə görüşməyəcəyi barədə söz verdiyini, niyə belə etdiyini soruşmuş, Ceyhun da peşman olduğunu demiş və buna görə də aralarında sözlü mübahisə yaranmışdır. Həmin vaxt Aişə də pəncərədən onlara baxmışdır. Bir müddətdən sonra isə kənddə olarkən Ceyhunu polis əməkdaşları Aişənin evinə daxil olub ondan pul tələb etdiyinə görə tutduqlarını bilmişdir. Paşa adlı şəxsi tanımır, Ceyhunu güdsə də, onunla Aişənin cinsi əlaqədə olduqlarını videoya çəkməmiş, Ceyhundan nə quzu, nə də ki, pul tələb etməmişdir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 22.07.2020-ci il tarixli 889 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər sağ çənəaltı nahiyəsinin və sol əlin ovuc səthinin qançırları küt əşyaların təsirindən törəmişlər, törəmə müddətləri 20 iyul 2020-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində bıçaqla yetirilməyə xarakterik xəsarətlər aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən ambulator məhkəmə-psixiatrik ekspertizasının 13.08.2020ci il tarixli 447 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Məhkəmədə tədqiq edilən Şəmkir İcra İHB-nın Dəllər-Cırdaxan kənd İƏD üzrə nümayəndəliyinin 24.07.2020-ci il tarixli 395 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Dəllər-Cirdaxan kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, hökm və qərarın surətlərindən görünür ki, Hüseynov X4 MR Hərbi Məhkəməsinin 13.03.2015-ci il tarixli hökmü ilə AZərbaycan Respublikasının CM-nın 182.2.1, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.2 və 332.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş cəza Naxçıvan MR Ali Məhkəməsinin 21.05.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nın 62-ci maddəsi tətbiq edilməklə 03 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Təqsirləndirilən şəxs 27.03.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmədə tədqiq edilən Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 7- 1(092)-5/2021 sayı qərarıından görünür ki, Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 13 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1,182.2.2, 182.2.3-cü maddələri ilə məhkum olunduğu əməli yeni qanuna uyğunlaşdırılaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.2.2-ci maddəsinə tövsif edilmiş, onun əməli ağır cinayətlər təsnifatından az ağır cinayətlər təsnifatına aid edilmiş və məhkumluğu olmayan hesab edilmişdir. Məhkəmədə tədqiq edilən cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 21 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Şəmkir rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli 4(076)-83/2020 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 iyul 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən sübutların qiymətləndirilməsi haqqında 19 noyabr 2020-ci il tarixli qərardan görünür ki, üzləşdirmə istintaq hərəkətinin köçürüldüyü bir ədəd disk və “Azercell Telecom”-dan götürülmüş bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəməyə təqdim edilən zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona ittiham elan olunmuş Azərbaycan Respublikasının CM-nın 182.2.3-cü maddəsi ilə təqsirli bilməyərək Aişəni aldadaraq, onlarının əlaqəsi ilə bağlı Paşa adlı şəxsdə video olduğunu, Paşanı tapdığını və həmin videonu sildirmək üçün 600 manat pul istədiyini, həmin pulun 300 manatını özünün verəcəyini, qalan 300 manatın isə onun verməsini dediyini, Aişənin evinə daxil olub ondan 300 manat pul tələb edərkən ona hər hansı zor tətbiq etmədiyini, Aişənin razılığı ilə cinsi əlaqədə olduğunu, ona qarşı hər hansı fiziki güc tətbiq etmədiyini, nə də hədələmədiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs göstərmiş olduğu həmin xüsusatlara tənqidi yanaşır, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək, eləcə də ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri özünün ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri, eləcə də məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Belə ki, məhkəmədə elan edilmiş ibtiddai istintaq zamanı 21.07.2020-ci il tarixdə şübhəli şəxs qismində, 23.07.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 20 iyul 2020-ci il tarixdə saat 02 radələrində Aişənin yaşadığı evə daxil olan zaman Aişədən niyə onu aldatdığını soruşmuş, Aişə də ona aldatmadığını, pulu verəcəyini demişdir. O, Aişəyə, “sabah mənə 300 manat pulu çatdırmalısan, əks halda aramızda olan intim münasibətlərimizi kənddə yayacam”-məzmunlu sözlər demiş, həmçinin ona verdiyi mobil telefonu geri istəmiş, Aişə də ona “çıx get, uşaqlar biləcək, sabah saat 11-də 300 manat pulu və telefonu küçədə yolun bir tərəfinə gətirib sənə verəcəm”-deyə bildirmişdir. Aişəyə bu dəfə onu aldatsa başına oyun açacağını deyərək çıxıb getmişdir. Aişəni hədələməkdə məqsədi Aişədən pul almaq olmuş, çünki sonuncu ailəli olduğuna görə onunla intim münasibətlərinin olmasının əri biləcəyindən çox qorxmuşdur. Bundan başqa, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20.07.2020-ci il tarixinə keçən gecə saat 02 radələrində Ceyhun onun yataq otağına girərək saçından tutub, niyə onu aldadaraq qızılları vermədiyini demiş, o da Ceyhuna yalandan onu aldatmadığını, qızılların Zirəddində olduğunu demişdir. Ceyhun ona “mənə dəxli yoxdur, sənin qızılların kimdədir, mənə onda 300 manat pul ver, yoxsa səni aramızda olan intim münasibətlərimizi yaymaqla qohumların, ərinin yanında biabr edəcəm”-demiş, o da Ceyhuna pulunun olmadığını deyib, ona nə vaxta pul lazım olduğunu soruşmuş, həmçinin Ceyhunun hədəsindən qorxmuş, pul tapıb verərək canını qurtarmasını istəmişdir. Ceyhun ona sabah saat 11 radələrinədək 300 manat pulu gətirməsini, gətirməsə onu biabr edəcəyini və tutsa öldürəcəyini demişdir. Həmin vaxt Ceyhun eyni zamanda saçından tutaraq yolmuş, o da Ceyhuna qışqıraraq saçını buraxmasını deyən zaman Ceyhun yumruqla çənəsinin sağ tərəfindən vurub qışqırmamasını demişdir. Həmin vaxt səsə qızı Rəxşəndə yuxudan oyanmış və qışqırıb həmin şəxsin kim olduğunu soruşmuş, o da həmin şəxsin Ceyhun olduğunu, pul, qızıl istədiyini demişdir. Həmin vaxt Ceyhun uşağının yanında da qızıl və pul istəmiş, Rəxşəndənin qorxmaması üçün yenidən Ceyhuna pulu verəcəyini demiş, lakin Ceyhun inanmayaraq uşağının çarpayısında uzanıb tez qızılı, pulu verməsini, onu gözlədiyini, onu bir dəfə aldatdığına görə inanmadığını demişdir. O, Ceyhunu inandırmaq üçün and içib sabaha pulu çatdıracağını dedikdən sonra Ceyhun balkona getmiş, sonra geri qayıdaraq sabah saat 11-dək gözləyəcəyini, 300 manat pulu tapmasını, əks halda onu harda tutsa öldürəcəyini bildirmiş və pəncərədən çıxıb getmişdir. Həmçinin məhkəmə istinataqı zamanı dindirilmiş azyaşlı Şahid2 ifadəsində göstərmişdir ki, Ceyhun anasının qolundan tutaraq qızıl və pul istəmiş, əli ilə də anası Aişəni vurmuş, sonuncu da qızıllarının atasında olduğunu demişdir. Sonra Ceyhun anasına sabah saat 11-dək 300 manat pulu tapıb verməsini, yoxsa onu deşik-deşik edəcəyini demiş, anası da razılaşmışdır. Bundan başqa, cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22.07.2020-ci il tarixli 889 nömrəli rəyindən də görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ çənəaltı nahiyəsinin və sol əlin ovuc səthinin qançırları küt əşyaların təsirindən törəmişlər, törəmə müddətləri 20 iyul 2020-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində bıçaqla yetirilməyə xarakterik xəsarətlər aşkar edilməmişdir. Yuxarıda qeyd olunan hallar təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin məhkəmədə qeyri-səmimilik göstərərək özünü müdafiə xarakterli ifadə verməsini, eləcə də zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə, həmçinin fiziki zor tətbiq etməklə zərərçəkmiş şəxsin əmlakını hədə-qorxu ilə tələb etməsini bir daha təsdiq edir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə, həmçinin fiziki zor tətbiq etməklə zərərçəkmiş şəxsin əmlakını hədə-qorxu ilə tələb etdiyinə görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 7-1(092)- 5/2021 sayı qərarıından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən halların kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-- maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumii rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Şəmkir rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 iyul 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan iki ədəd disk cinayət işinin materiallarında əlavə saxlanmılmalıdır. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmə istintaqı dövründə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin təqdim etdiyi hesabatdan görünür ki, təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 21 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 21 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 126 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nın 182.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 21 iyul 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 126 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-104/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-104/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver