Məhkəmə qərarları › İş №1(100)-104/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-104/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-104/2023 13.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X13 və müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Samux rayonu Füzuli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 22 iyun 2022-ci il tarixdə, təqribən saat 00 radələrində Samux rayonu, Füzuli kəndində yaşadığı evin yataq otağına daxil olarkən arvadı Şahid4 telefonla danışmasını, onu gördükdə isə telefonu kilidə salmasını görüb arvadından şübhələnərək telefonu əlindən almış, lakin Şahid4 israrla telefonu ondan almaq istəməsindən daha da şübhələnərək onu itələyib evdən çıxmış və həyətin darvazasından təxminən 200 metr aralaşdıqdan sonra telefonun kilid şifrəsini açaraq « Whatsapp » sosial şəbəkəsində , yazışma mesajında “Aydan” adı ilə qeyd edilmiş şəxsin arvadına yazdığı “mənə istədiyimi verə bilərsənmi” sözlərini oxumuş, mesajı yazan nömrəyə baxdıqda nömrənin sahibinin tanışı Cavid Əliyev olmasını bilmiş, həmçinin bu nömrədən daxil olan başqa mesajların da olmasını görsə də mesajları oxuya bilməyib özünü itirib hədsiz əsəbiləşmiş və həmin vaxt yanına çatan Aygünü də sillə ilə vuraraq dərhal qolundan tutaraq evə gətirmişdir. Həyətə daxil olandan sonra mətbəxdən bir ədəd bıçaq götürüb həmin vaxt orada qonaq olan Cavid Əliyevi vurmaq məqsədi ilə həyətə çıxanda sonuncunun darvazaya tərəf getməsini görüb, olanlara aydınlıq gətirmək məqsədi ilə Cavidi həyətə çağırmış, hirsli vəziyyətdə qışqırdığından bacısı Gülzar onu sakitləşdirmək üçün üstünə gəldiyindən əlindəki bıçağı kənara atmış, həyətdə dayanmış Cavidə tərəf gedərkən Cavid onu əli ilə vurmaq istəsə də buna nail ola bilməmiş, o da həmin vaxt kənarda olan taxta materialdan oturacağı (taburetkanı) götürüb Cavidin üstünə atdıqdan sonra daha da qəzəblənərək qısqanclıq zəminində Cavid Əliyevi qəsdən öldürmək qərarına gəlmiş və bu cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə yenidən mətbəxə gedərək oradan götürdüyü, kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən, deşici, kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağı ilə 22 iyun 2022-ci ildə, saat təqribən 01 radələrində yaşadığı - Samux rayonu, Füzuli kəndində yerləşən evin həyət darvazasının çöl tərəfində avtomobilinə minməyə çalışan Cavid Əliyevə yaxınlaşıb onun döş qəfəsinin ön səthindən iki dəfə vuraraq, ona döş qəfəsinin ön səthindən nisbətən sağda orta körpücük xəttlə Vİ qabırğa səviyyəsində 1,5 və 2 sm uzunluqda kənarları hamar, bir ucu iti, bir ucu qövs formalı iki ədəd kəsilmiş -deşilmiş yaralardan ibarət olmaqla döş qəfəsinin sağ yarısının ön səthinin daxilə keçən, ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan və zərər çəkmiş şəxsin ölümünə səbəb olan, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilən bıçaq xəsarətləri yetirib X8 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkimiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, arvadı Aygün X1 sevgi mesajı yazdığını gördüyü üçün hədsiz əsəbi vəziyyətə düşmüş və “dostum” dediyi insanın bu hərəkəti ona pis təsir etdiyindən də mətbəxdən bıcaq götürərək Cavid Əliyevin döş qəfəsi nahiyəsindən 2 dəfə vuraraq onu qəsdən öldürmüşdür. X8 həmkəndlisi kimi uzun illərdir tanıyaraq onunla dostluq əlaqəsi olmuş, bir-birinin evinə gedib gəlmiş, 1 ilə yaxındır həm də birlikdə evlərdə və tikililərdə təmir işləri görmüşdür. Cavidin bacısı Xanım onun arvadı Aygün ilə Gəncə şəhərində bir birinə yaxın məsafədə yerləşən qadın paltarları mağazasında satıcı işləyir, odur ki, o, arvadı, 3 yaşlı qızı və Cavidin bacısı hər gün Cavidin idarə etdiyi Vaz 21099 markalı avtomobillə Gəncə şəhərinə gedir, onları işlədikləri mağazaya düşürür, qızını isə Yeni Gəncədə yaşayan qohumun evinə qoyur, Cavidlə danışıb hamısı birlikdə geri qayıdırlar. Sonuncu dəfə 21 iyun 2022-ci ildə səhər saat 09 radələrində o, arvadı Aygün və qızı Nərmin Füzuli kəndində yaşadığı evdən çıxmış və qapının qabağında dayanmış, Cavidin idarə etdiyi avtomobilə minmişlər. Gəncə şəhərinə gedib Aygünü və Xanımı işlədikləri mağazaya ötürmüş, qızını isə aparıb qohum evinə qoymuşlar. Həmin gün Cavidlə iş götürmədikləri üçün kredit borclarını ödəmək üçün Gəncə şəhərində Univermaq deyilən yerə gedərək o, lombarda, Cavid isə Uni Banka kredit borcunu ödəmişdir. Sonradan Cavid onu yaşadığı evə düşürmüşdür. Saat təxminən 17-18 radələrində Cavidlə zəngləşərək birlikdə Cavidin idarə etdiyi avtomobillə Aygünün və Xanımın işlədikləri mağazaya gedib əvvəlcə onları, sonra isə Yeni Gəncə tərəfə gedərək qızı Nərmini götürərək Füzuli kəndinə qayıtmışlar. Saat 22 radələrində atası Fərzayıl Cavidlə birlikdə əllərində spirtli içki olan sallofanla onların yaşadığı evə gəlmişlər. O, araq içmədiyi üçün evdən çıxmış və kənddə çayxanaya getmişdir. Gecə saat 12-yə bir neçə dəqiqə işləmiş evə qayıtmışdır. Həyətdə qurulmuş masanın kənarında atası və Cavidlə oturmuş, əlindəki telefonla sosial şəbəkələrə baxmışdır. Bir də görmüşdür ki, arvadı Aygün həmin masa ilə məsafəsi təxminən 5-10 metr olan hamama getmiş, 15-20 dəqiqə sonra hamamdan çıxmış və elə hamamın giriş qapısına bitişik olan, evin giriş qapısından içəri evə girmişdir. Bu an Cavid masadan durmuş və həyətdə ayrıca tikili olan tualetə getmişdir. 10-15 dəqiqə keçsə də Cavid gəlməmiş və o da durub evə girmişdir. Yataq otağına daxil olanda arvadı Aygünün əlində telefonla kiminləsə görüntülü danışıq apardığını görmüşdür. Telefondan səs eşitməmiş, lakin Aygünün telefonu tutmağından elə başa düşmüşdür ki, o, görüntülü danışır. Aygün onu görən kimi dərhal telefonu kilidə saldığı üçün o, şübhələnmiş və Aygünün əlindən telefonu almış, lakin sonuncunun onun üstünə özünü yıxaraq telefonu almaq istəməsi və dayanmadan “telefonu ver, telefonu ver” deməsi onda lap pis şübhələr yaratmışdır. O, Aygünü itələyib qaçaraq evdən çıxmışdır. Həyətdə darvazadan çıxıb evdən təxminən 200 metr uzaq məsafəyə getmiş, dayanıb kilid nömrəsini yazıb telefonu açdıqda ekrana dərhal Whatsapp sosial şəbəkəsində yazışma mesajı çıxmışdır. Mesajda “Aydan” adı ilə qeyd edilmiş şəxsin arvadına “mənə istədiyimi verə bilərsənmi” yazdığını oxumuşdur. Nömrəyə baxdıqda Cavidin nömrəsi olduğunu görmüşdür. Orada həmin nömrədən daxil olan başqa mesajlar da olmuş, lakin ancaq bu mesajı oxuya bilmişdir. Həmin vaxt artıq Aygün də gəlib yanına çatmış və o, hədsiz əsəbiləşərək arvadı Aygünə sillə vurmaqla dərhal qolundan tutmuş, evə gətirmişdir. Həyətə daxil olanda Cavid hələ masanın kənarında oturmuşdur. O, mətbəxə daxil olaraq oradan gündəlik məişətdə istifadə etdikləri qara qulplu bıçağı götürüb həyətə çıxmış, həmin vaxt darvazadan çıxıb getməkdə olan Cavidi tutmuş və “hara gedirsən gəl otur bir sənlə söhbətim var. Necə mənə qarşı belə hərəkət elədin” dedikdə Cavid də ona “gedim sabah söhbətləşərik” demiş lakin onun hirsli olduğunu gördüyündən həyətə keçmişdir. O, hədsiz hirsli vəziyyətdə olduğundan qışqırmış və bacısı Gülzarın sakitləşdirmək üçün üstünə tərəf gəldiyini görüb əlindəki bıçağı kənara atmış və həyətdəki otluq olan yerdə dayanmış Cavidə tərəf getmişdir. Cavid ona əl-qol atmış, lakin ona heç bir yumruğu və ya nəsə dəyməmiş, o da kənarda olan taxta materialdan oturacağı (taburetkanı) götürüb Cavidin üstünə atmışdır. Ardınca dərhal mətbəxə qaçıb yenidən qara qulplu bıçaq götürmüş və həyətə çıxmışdır. Amma Cavid artıq darvazanın qarşısında saxladığı avtomobilə minmək istədiyi üçün elə Cavidi oradaca tutaraq əlindəki bıçaqla 2 dəfə onu vurmuşdur. Bacısı və anası isə onu geri həyətə tərəf çəkmişlər. Cavidin sonra necə olduğunu görməmişdir. Cavidi vurduğu bıçağı isə kiminsə əlindən aldığını və ya harasa necə atdığını xatırlamır. Bundan sonra o, istifadəsində olan mobil nömrə ilə 102 xidmətinə zəng edərək bıçaqla adam öldürdüyünü etiraf etmiş, könüllü təslim olmaq istədiyini deyərək polis əməkdaşı göndərilməsini xahiş etmişdir. Təxminən bir neçə dəqiqə ərzində polis əməkdaşları gəlmiş və o, polislərlə birlikdə Samux rayon Polis şöbəsinə getmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, mərhum oğlu X5 olmaqla Samux rayonu Füzuli kəndində onunla birlikdə yaşamışdır. Həmkəndlisi Təqsirləndirilən şəxslə Cavid demək olar ki, hər gün görüşmüşdür. Cavid usta kimi işlədiyi evlərə Mədədi yanında fəhlə kimi aparmış ona da gündəlik pul qazandırmışdır. Əvvəllər heç aralarında ziddiyyət görməmişdir. Mədədin arvadı Aygün də onun qızı Xanımla Gəncə şəhərində bir birinə yaxın məsafədə yerləşən mağazalarda satıcı işləmişdir. Ona görə də hər gün Cavid özünəməxsus avtomobillə bacısını, həmçinin Mədədlə arvadı Aygünü Gəncə şəhərinə aparıb gətirmişdir. Sonuncu dəfə 21 iyun 2022-ci il tarixdə axşam saat 22 radələrində Cavid evdə olmuş, o isə mətbəxdə axşama yemək hazırlamışdır. Bir qədər iş gördükdən sonra mətbəxdən çıxanda görmüşdür ki, Cavid evdə yoxdur. Həmin vaxt qapıdan içəri girən qızı Xanım demişdir ki, Cavid avtomobilinə minib və ona deyib ki, Fərzayıl əmisi ilə onlara gedir, tezliklə gələcək. Əvvəllər də demək olar ki, cox vaxt Mədədin atası Fərzayıl Cavidi evlərinə aparmışdır. Onlar birlikdə spirtli içki içirdi. O, dəfələrlə oğluna “ ay bala Fərzayıl içkiyə çox meyillidi, getmə onlara, qoşulma ona” desə də oğlu dinləməmişdir. İyunun 22-si səhər saat 06 radələrində isə qohumlar və qonşular onlara gələrək Cavidin bıçaqlaşma nəticəsində öldürüldüyünü demişlər. Sonradan öyrənmişdir ki, Cavidi Mədəd bıçaqlayaraq qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, əvvəllər evli olsa da 2020-ci ildə boşanaraq , Samux rayonu Füzuli kəndində anası, atası, qardaşı, qardaşının arvadı, 4 yaşlı oğlu, 3 və 8 yaşlı qardaşı qızları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Mədəd 2014-cü ildə Şahid4 ilə evlənmiş, münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 22-23 radələrində atası Fərzayıl həmkəndlisi Cavidlə birlikdə evə gəlmiş. Lakin o, yorğun olduğu üçün həmçinin səhər durub fəhlə kimi günəmuzd işə gedəcəyi üçün öz yataq otağına yatmağa getmişdir. Təxminən 2 saat sonra qarşıdakı otaqdan Mədədlə Aygünün mübahisə səsini eşitmiş yataq otağından çıxdıqda Mədədin əlində telefon ora-bura hərəkət etdiyini Aygünün isə ona yapışaraq telefonu əlindən almaq istədiyini görmüşdür. 2- 3 dəqiqə mübahisədən sonra Mədəd əlində telefon həyətə qaçmış, oradan da küçəyə çıxmış, Aygün də arxası ilə getmişdir. Bir neçə dəqiqə keçmiş Mədədlə Aygün qayıtmış, Mədəd qaçaraq mətbəxə getmiş, oradan bıçaq götürüb əlində həyətə çıxmışdır. Həmin vaxt Cavid həyətdən çıxmaq üçün darvazaya tərəf getmiş lakin Mədəd Cavidə tərəf gedib “sən otur sənlə işim var” demişdir. Amma o, bıçağı görüb qorxduğu üçün Mədədə tərəf gedib özünü qardaşının üstünə atmışdır ki, “amandı heç kimə heç nə eləmə”. Mədəd əlindəki bıçağı harasa kənara yerə atmış, sonra isə həyətdə duran Cavid tərəfə getmiş, Cavid isə ona yumruq atmış, amma Mədəd əyildiyi üçün yumruq ona dəyməmişdir və Mədəd elə yaxınlığında olan taxta materialdan stulu götürüb Cavidə atmışdır. Özü isə yenə mətbəxə qaçmışdır. O, Cavidi həyətdən bayıra çıxarmış, lakin darvazanın qapısını örtmək istəyəndə Mədəd qolundan tutub onu kənara itələmiş və darvazanın qarşısında avtomobilə minmək istəyən Cavidi əlindəki bıçaqla vurmuşdur. O və anası Səfayə qışqıraraq Mədədi geri çəkib həyətə salmış, Mədədin əlindəki bıçağı alib həyətdəki evin damı tərəfə atmışdır. Cavid yaralı vəziyyətdə avtomobilə minib biraz irəli sürmüş və idarəetməni itirib, avtomobili onların darvazasına çırpmışdır. O, atası Fərzayılın köməyi ilə Cavidi çıxarıb yerə uzatmış, bir müddət sonra həkim gələndə Cavidin öldüyünü demişdir. Mədəd Cavidi bıçaqla vurduqdan sonra evə girərək arvadı Aygünə necə xəsarətlər yetirməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 22 iyun 2022-ci il tarixdə gecə saatlarında oğlu Mədədin arvadı Aygünlə mübahisə edərək evdən bayıra çıxdığını sonradan Mədədin əsəbi vəziyyətdə olmaqla həmin vaxt onların evində qonaq olan Cavidi evin darvazasının qarşısında bıçaqla vurduğunu göstərmişdir. Mədədin Cavidi bıçaqla vurduqdan sonra evə girərək arvadı Aygünə necə xəsarətlər yetirməsini görməmişdir. Çünki bayırda başı Cavidə qarışmış, Aygünlə Mədəd isə mətbəxdə tək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 22-23 radələrində yaşadığı kənddə ərzaq mağazasına getmək üçün evdən çıxmış, həmkəndlisi Cavidi idarə etdiyi Vaz 21099 markalı avtomobildə görmüş, onun avtomobilinə minmiş, birlikdə mağazaya gedib bazarlıq etmiş və Cavidlə evə qayıtmışdır. Cavidlə özünə həyətdə süfrə açmış birlikdə araq içib söhbət etmişlər. Bir müddət sonra Mədəd də gəlmişdir. Lakin sərxoş halda olduğundan ətrafda kimin nə iş gördüyünə diqqət etməmişdir. Birdən Mədədlə arvadı Aygün qəfil səs küylə evdən çıxmış, Mədəd əlində telefon tuta-tuta həyətdən küçəyə qaçmış, bir neçə dəqiqə ərzində Mədəd həyətə gəlmiş, qışqıra-qışqıra evə girib evdən əlində bıçaqla həyətə çıxmış, lakin əlindəki bıçağı harasa atmış, sonra isə Cavidə tərəf getmiş, Cavid ona yumruq atmış və Mədəd elə yaxınlığında olan taxta stulu götürüb Cavidə tərəf tullamış, özü də yenə mətbəxə qaçmışdır. Bu vaxtı Cavid də həyətdən bayıra çıxmaq üçün darvazaya tərəf getmişdir. Ancaq o, özünü pis hiss etdiyindən elə həyətdə oturmuş, birdən həyətin darvazası tərəfdən arvadının və qızının qışqırıq səslərini eşitmiş, durub asta-asta ora gedəndə Cavidin avtomobilinin həyətin darvazasına çırpıldığını görmüşdür. Qızı Gülzarla avtomobilin qapısını açaraq Cavidi avtomobildən çıxarmış və yerə uzatmışlar. Cavidin köynəyi qanlı olmuşdur. səs küyə elə qonşular da çıxmış və kimsə təcili yardıma zəng eləmişdir. Bir neçə dəqiqə ərzində həkim gəlmiş və Cavidin öldüyünü demişdir.Həmin ərəfədə Mədədin arvadı Aygünə bıçaqla xəsarət yetirməsini də görməmişdir. Hadisələr baş verəndə o yalnız həyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2014-cü ildə Təqsirləndirilən şəxslə evlənərək Samux rayonu, Füzuli kəndində ərinin ailəsinə məxsus evdə yaşayır. Birgə nikahlarından 3 yaşlı və 8 yaşlı 2 nəfər qız övladı vardır. Əri ilə münasibəti həmişə mehriban olmuşdur. Cavid Əliyev isə həmkəndlisi həm də son aylardır ərinin iş yoldaşı olmuşdur. Təxminən 3-4 ay bundan əvvəl istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi Whatsapp sosial şəbəkəsi vasitəsilə Cavidin ona mesaj yazdığını görmüşdür. Cavid ondan xoşu gəldiyini yazıb və boşanaraq onunla evlənməyini xahiş etmişdir. Əvvəlcə ona qəti şəkildə iradını bildirmiş, lakin Cavid dayanmadan ona mesajlar yazmışdır. O da hər dəfə həmin mesajları silmişdir. Çünki əri Mədəd qısqancdır və onun istifadə etdiyi mobil telefonu gün ərzində imkan etdikcə yoxlayırdı. Son bir neçə gündə isə Cavid ona lap açıq-saçıq formada sevgi etirafları yazmış, əl çəkməyəcəyini bildirmiş, onunla olmağını xahiş etmişdir. O isə bu mesajlar barədə ərinə nəsə deməyə qorxmuşdur. Ona görə də Cavidi adi sözlərlə yola verməyə çalışmışdır. Lakin nə onunla haradasa görüşməmiş nə də aralarında heç bir yaxınlıq olmamışdır. Cavid ona bəzən intim mesajlar yazaraq birlikdə olmağını arzuladığını bildirmiş, o da həmin mesajlara qorxusundan nəsə cavablar yazmışdır ki, birdən ona əsəbləşər və şər ataraq ərinə deyərki onunla nəsə əlaqəsi var. Sonuncu dəfə 21 iyun 2022-ci il tarixdə Cavid gün ərzində yenə ona sevgi etirafı mesajları yazmışdır. Lakin həmin mesajları silməyi unutmuşdur. Həmin gün axşam saat təxminən 22-23 radələrində qaynatası Fərzayıl və Cavid onların yaşadığı evin həyətində araq içərək yemək yemişdir. Cavid orada ola-ola ona mesaj yazmışdır. Sonra saat təxminən gecə 12-nin yarisi o, hamama girmiş, 10-15 dəqiqə sonra hamamdan çıxıb yataq otağına getmişdir. Otaqda telefonunu əlinə alanda görmüşdür ki, Cavid yenə intim mövzuda yazılar yazmışdır. Birdən qapı açılmış və otağa əri Mədəd girmişdir. O, təntimiş və telefonu tez söndürmüşdür. Mədəd dərhal telefonu əlindən almış, evdən qaçaraq həyətə, oradan da bayıra, küçəyə çıxmışdır. O da Mədədin arxası ilə qaçmışdır. Küçədə Mədədə çatdıqda artıq Mədədin telefonda nəsə oxuduğunu və çox əsəbi vəziyyətə düşdüyünü görmüş, Mədəd onu qolundan tutaraq həyətə gətirmiş, özü isə qaçaraq mətbəxə getmiş, oradan bıçaq götürüb əlində həyətə çıxmış, bu vaxt Cavid darvaza tərəfə getmək istəmiş, amma Mədəd ona qışqıraraq “Sən getmə otur sənlə işim var” demişdir. Mədədin bacısı Gülzar da Mədədə tərəf gedib özünü onun üstünə atmışdır ki, “heçkimə heçnə eləmə”. Mədəd əlindəki bıçağı kənara atmış, həyətdə duran Cavid tərəfə getmiş, onu söymüş, Cavid yumruq atmış, amma yumruq Mədədə dəyməmiş və Mədəd yaxınlığında olan taxta stulu götürüb Cavidə atmışdır. Sonra Mədəd yenə mətbəxə qaçmış, oradan bıçaq götürüb həyətə çıxmışdır. O, Mədədin arxası ilə ona çatana kimi baldızı Gülzarın və qaynanası Səfayənin qışqırıq səsindən başa düşmüşdür ki, Mədəd Cavidi bıçaqla vurmuşdur. Mədəd geri evə qayıtmış, o, yenə Mədədin arxası ilə evə girmiş, mətbəxdə ancaq ikisi olmuşdur. O, Mədədin qolundan tutaraq sakitləşdirmək istəmiş, lakin Mədəd ona “yaxın durma sənə əl vurmaq istəmirəm” deyib uzaqlaşmaq istəsə də o, Mədədin əlindən tutub telefonu almaq istəmişdir. Bu vaxtı Mədəd mətbəxdəki siyirtmədən bıçaq götürmüş və ona “sənə heç nə etmərəm amma uzaq dur” demiş, o isə Mədədi qucaqlayıb əlindən tutmaq istədikdə Mədədin əlindəki bıçaq onun sol əlindən bilək nahiyəsinə dəymişdir. O, yenə Mədəddən yapışmış, Mədəd onu mətbəxdə olan divanın üstünə itələyəndə əlindəki bıçaq sol ayağında bud nahiyəsinə dəymiş və xarət almışdır. Lakin Mədəddən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, Samux Rayon Polis Şöbəsində məsul növbətci vəzifəsində polis kapitanı rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən saat 01:10-da DİN-nin 102 xidmətindən 1139 nömrəli operator ********* saylı məlumat verərək Samux rayonu Füzüli kənd sakini Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli telefonla zəng edərək bir nəfər şəxsi bıçaqla xəsarət yetirdiyini, könüllü təslim olmaq istədiyni bildirib, hadisə yerinə polis əməkdaşları göndərilməsini xahiş etmişdir. Dərhal hadisə yerinə əməliyyat qrupu göndərmiş və bu barədə raport yazmışdır. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs polis şöbəsinə təhvil verilmiş və mobil telefonu də təqdim etmişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri – Samux rayonu Füzuli kəndində yerləşən, Şahid3 məxsus fərdi yaşayış evinin həyəti və həmin evin qarşısındakı küçədir. Evin həyətinə giriş qapısının qarşısında sağ tərəf qənəd hissəsi yaşayış evindən 2 sm aralı, arxa sağ qənədi isə həyət qapısından 134 sm küçəyə doğru iti bucaq altında motoru sönülü vəziyyətdə VAZ 21099 markalı **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobil vardır. Həmin avtomobilin sol tərəf qabaq qapısınından 60 sm məsafədə yerdə qanabənzər mayeyə bulaşmış kiçik ölçülü ipək materialdan parça, avtomobilin sol tərəf qabaq qapısından 1 metr küçəyə doğru məsafədə yerdə qanabənzər maye ləkələri, avtomobilin sol tərəf qabaq qapısından 1 metr 20 sm küçəyə doğru məsafədə yerdə bir taylı olan arxa tərəfi bağlanan kişi tapuçkası aşkar edilmişdir. Bundan başqa avtomobilin sol tərəf qabaq qapısı ilə arxa qapısının birləşdiyi hissədə arxa qapının üzərində və avtomobilin sürücüsünün oturduğu oturacağın sol tərəf hissəsində salonda qanabənzər maye ləkələri və yaşayış evinin həyətinə giriş qapısının sol tərəf künc hissəsindən avtomobilin sağ tərəf arxa qanadına doğru 20 sm və 30 sm məsafədə yerdə, üzərində qanabənzər ləkələri olan iki ədəd hissələrə bölünmüş ipək materialdan olan parçalar vardır. Evin həyətinə daxil olduqda sol tərəfdə bir mərtəbəli kürsülü yaşayış evi, həmin evin həyətə baxan hissəsində bir ədəd iki laylı pəncərəsi, həyətə giriş qapısından sağda isə 2 metr 20 sm hündürlüyündə yaşayış üçün tikilmiş otaq vardır. Tikilinin həyətə baxan bir ədəd 2 laylı pəncərəsi qarşı tərəfdə isə bir ədəd qapısı vardır. Həyətdə giriş qapısının qarşısında qırmızı rəngli VAZ 21011 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobil saxlanmışdır. Avtomobilin arxa hissəsi həyətə giriş qapısına doğru, qabaq hissəsi isə evin həyətinə doğrudur. Avtomobilin qarşısında yerdə qanabənzər maye ləkələri vardır. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, həyətə giriş qapısından solda yerləşən yaşayış evinə bitişik əlavə olaraq mətbəx otağı tikilmiş, həmin mətbəx otağından yaşayış evinə və eləcə də həyətyanı torpaq sahəsinə giriş çıxış üçün qapılar vardır. Mətbəx otağına bitişik isə hamam otağı tikilmişdir. Mətbəx və hamam otağının qarşısında 2.18 metr məsafədə həyətyanı torpaq sahəsində oturub yemək üçün stol və qarşı qarşıya 2 ədəd oturacaqlar qoyulmuşdur. Stolun üzərində 0,5 litirlik boş spirtli içki şüşəsi və yemək qalıqları vardır. Mətbəx otağından 10 metr həyətyanı torpaq sahəsinə doğru məsafadən yaşıllıq ərazidən taxta materialdan oturacaq aşkar edilmişdir. Mətbəx otağına daxil olduqda müəyyən edilmişdir ki, həyətyanı torpaq sahəsindən mətbəx otağına daxil olduqda giriş qapısının qarşısında 1,54 sm məsafədə yerdə döşəmənin üzərində qanabənzər maye ləkələri vardır. Otaq dağınıqdır, lakin başqa əhəmiyyətli hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa baxış zamanı Samux rayon PŞ-nin Post-Patrul bölüyünün polis nəfəri X15 iki ədəd bıçaq təqdim edərək göstərmişdir ki, həmin bıçaqlardan biri hadisə yerində evin həyətində olan bir otaqlı tikilinin tavanından, digəri isə həyətdə olan kustar üsulla uşaqlar üçün hazırlanmış yelləncəyin üstündən aşkar edilmişdir. Baxış iştirakçısı Davud Əliyev hadisə nəticəsində öldürülmüş Cavid Əliyevin qardaşı olduğunu bildirərək hadisə yerində olan, X26 idarə etdiyi VAZ 21099 markalı **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobilin atası Allahyar Əliyevə məxsus olduğunu göstərərək, həmin avtomobilin faktiki olaraq qardaşı Cavidin və onun istifadəsində olduğunu, həmin avtomobildən ailəsini saxlamaq üçün gəlir qazanmaq məqsədilə gündəlik təsərrüfatda istifadə etdiyini bildirərək avtomobili hadisə yerindən götürmək istəyini bildirmiş, avtomobildə iş üzrə əhəmiyyət kəsb edəcək başqa hallar müəyyən edilmədiyindən avtomobil Davud Əliyevə təhvil verilmişdir. Hadisə yerinə baxış zamanı qeyd edilənlərdən əlavə iş üçün əhəmiyyətli ola biləcək hər hansı başqa hallar müəyyən edilməmiş və maddi sübutlar - hadisə yerindən tapılmış 02 ədəd bıçaq (zərf № 01, 02), hadisə yerində qanabənzər ləkələrdən pambıq çubuğa hopdurulmaqla götürülmüş nümunələr (Zərf № 03,04, 05, 08, 09, 10), qanabənzər ləkəyə bulaşmış parçalar (Zərf № 06,07), bir taylı kişi tapuçqası, həmçinin Təqsirləndirilən şəxs mübahisə zamanı Cavid Əliyevə atdığı taxta materialdan olan oturacaq qablaşdırılaraq götürülmüşdür. “Telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid4 məxsus mobil telefon qara rəngli olmaqla Samsung A 52 markalı mobil telefondur. Həmin telefonun nömrə kitabçasında X26 istifadəsində olmuş +99***-***-**-** saylı mobil nömrə “Aydan” adı ilə qeydiyyatdan keçirilmişdir. Telefonda Vhatsapp sosial şəbəsinə daxil olunduqda “Aydan” adlı istifadəçi ilə aparılan yazışmalara baxılarkən müəyyən edilir ki, 20 iyun 2022-ci il, 21 iyun 2022-ci il və 22 iyun 2022-ci il tarixə dair yazışmalar mövcuddur. Yazışmaların məzmunundan görünür ki, “Aydan” adı ilə qeyd edilmiş +99***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən 20 iyun 2022-ci il tarixdə ayrı-ayrı vaxtlarda olmaqla “Səni çox sevirəm, həyatım belə eləmə, nolar, neynirsən, havalanma, mən elə adam deyiləm” məzmunlu, 21 iyun 2022-ci il tarixdə ayrı-ayrı vaxtlarda “neynirsən ömrüm, səni çox sevirəm, səni isdəyir ürəyim, Allahın işinə qarışmaq olmaz, hərgün qavaglaşırıq, nə dedim ki yoram. ne deyim ta, derem her gun qavaglasiriq seni cox sevirem, yazigin gelmir mene, neter edey, zeng edim, gözde yigacam, evdedi, dedim maşını yuyuram salxozda dedi axırıncı mansurdan gelem dedim gel, borc olsun, bu gun gorersen,günah mendedi, demiler eliyirler, deqiq olsun, nese ta gecdi, ne deyirem ki, birazdan meded gelecek sağollaşaq, Sen heyatımsan bil, razısan gelim, edecem dedim edecem, inan senol edecem,sen birdenesen ureyimde, bil seni duuu, duzun çatır axşam görusey, var dux, ne deyirsen, nolar benim conur, besdi oldurme meni,”məzmunlu , saat 23:40-23:43 dəqiqələrdə isə “men dediyimi edecen, seni deli kimi isdeyirem, vere bilersen, men sene qarsi çasmiram canim, seni isdeyirem senol deli kimi senin yaninda olum” məzmunlu, 22 iyun 2022-ci il tarixdə 00:42-00:50 dəqiqələrdə isə “noldu, alo, cixim burdan noldu.” məzmunlu mesajlar yazılmışdır. Həmin mesajlara isə baxış keçirilən telefonda qeydiyyatdan keçmiş istifadəçi tərəfindən 20 iyun 2022-ci il tarixdə ayrı-ayrı vaxtlarda olmaqla “nəysə, mən burda havalanıram” məzmunlu, 21 iyun 2022-ci il tarixdə ayrı-ayrı vaxtlarda “ məni niyə havalandırırsan sən, niyə çağırmırdın mədəti, deyəsən fursəttən istifadə ettin, nə deyim izvini, nə barədə, off yorma, əsəbimə toxunma, yox, bəsdi səy səy danışma nə səyliyirsən ay bala səy səy hərəkət etmə, de goprum mədətən danışmısan, ya mədət sənə zəng vurub, settə yoxdu, nəbilim narahatam tez çıxacam. Yedinin yarisi, cavab vermir, konturum da yoxtu ki xeber bilim, nebilimm, ele gör, ok, hə, sen onsuzda günahkar həmişə məni bilirsən, sən ağ qaşıqsan də, səndə günah yoxdu, ə bəsdi nə deyirsən, get, gör mən nə gündəyəm, niyə belə edirsən, kansert onda olacax tələsimə bəsti, bəsti ay səy, mənə nervi vermə , eyy bəsti, çoxx heyiff, dəli oluram eyy, off bəsti də, ay bala niyə nervi verirsən, danışma” məzmunlu cavab mesajları yazılmışdır. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 4 ədəd bıçaq təqdim edilmiş, bu zaman Təqsirləndirilən şəxs 3 nömrə altında işarələnmiş bıçağı göstərərək Cavid Əliyevi öldürmək üçün istifadə etdiyi bıçaq olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli 978/2022 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 28 saylı rəyindən görünür ki, X2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-betadır. Şahid4 maye halda qanının qrup göstəricisi A(İİ) betadır.Təqdim edilmiş Zərf №1-də 01 ədəd bıçaq (dəstəyi qırıq) üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X9 məxsus ola bilər. Təqdim edilmiş Zərf №2-də 01 ədəd bıçaq (dəstəyi tam vəziyyətdə olan) üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan Şahid4 məxsus ola bilər. Təqdim edilmiş Zərf №3, №4 və № 5-də (mərhum C.Əliyevin idarə etdiyi avtomobilin üzərindən və yanından) qanabənzər ləkələrdən pambıq çubuğa hodurulmaqla götürülmüş nümunələr üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X9 məxsus ola bilər. Təqdim edilmiş Zərf №8, №9 və № 10-də (hadisə yerində evin həyətindən və mətbəxindən) qanabənzər ləkələrdən pambıq çubuğa hodurulmaqla götürülmüş nümunələr üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan Şahid4 məxsus ola bilər. Təqdim edilmiş Zərf №6 və №7-də (mərhum C.Əliyevin idarə etdiyi avtomobilin yanından götürülmüş) qanabənzər ləkəyə bulaşmış parçalar üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X9 məxsus ola bilər. Təqdim edilmiş, mərhum X9 məxsus olmaqla meyitinin üzərində olmuş paltar üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhumun özünə məxsus ola bilər. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 16/801/802 saylı rəyindən görünür ki, hadisə yerindən tapılmaqla Təqsirləndirilən şəxs hadisə törədərkən istifadə etdiyi bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. X26 meyitinin üzərində olmuş geyim əşyalarından – köynəyin üzərində olan 02 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin, o cümlədən tədqiqata təqdim edilmiş baçaqların təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmaya xarakterik deşilmə-kəsilmə zədələridir. Köynəyin üzərində olan digər zədə izi fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb- sökülmə zədəsidir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 55 saylı rəyindən görünür ki, X2 meyitinin bədənində iki ədəd kəsilmiş deşilmiş yara aşkar edilmiş, bu xəsarətlər döş qəfəsinin sağ yarısının ön səthində yerləşir, sol döş boşluğuna keçərək ürəyin sol mədəciyini zədələmişdir. Qeyd olunan xəsarətlər həyati olmaqla bir tərəfi kəsici xüsusiyyətə malik olan deşici-kəsici alətlə yetirilmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Xəsarətlərin əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir. Yara kanallarının istiqaməti öndən arxaya, bir qədər sağdan sola, aşağıdan yuxarıya doğrudur. X2 meyitinin bədənində yuxarıda göstərilən xəsarətlərdən başqa xəsarət müəyyən edilməmişdir. X2 bədənində olan yaranın yerləşmə nahiyəsinə və paltarlarda olan qan ləkələrinə əsasən xəsarət yetirilən anda C.Əliyev ayaq üstə olmuşdur. Ölümün müddəti meyit müayinə edildiyi vaxta nəzərən 9-10 saat olmuşdur. (meyit xx.xx.2022-ci il tarixdə saat 10:30 da müayinə olunmuşdur). X2 ölümünə səbəb döş qəfəsinin sağ yarısının ön səthinin daxilə keçən, ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yaralardır. X2 meyitindən götürülmüş qanın məhkəmə kimyavi tədqiqatı zamanı qanda 2 % promilli qatılığında etil spirti aşkar edilmiş,bu da orta dərəcəli sərxoşluq vəziyyətinə uyğun gəlir. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 480/165 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin aksentuasiyası) baxmayaraq o, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında da olmamışdır (keçirməmişdir), həmçinin o, cinayəti törədərkən əsəbi halda olsa da həmin vəziyyəti onun hərəkətlərinə mühüm təsir göstərməmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X16 bir ədəd qara rəngli Samsung markalı A2 mobil telefonu təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X7 meyitinin müayinəsi zamanı üzərindəki şalvarın cibində olan iki ədəd 20-lik, bir ədəd 5-lik iki ədəd 1-lik əskinaslarda olmaqla, cəmi 47 manat dəyərində pul X10 təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli Samux RPŞ-nin məsul növbətçisi polis kapitanı Sərxan Həsənovun «Raport»undan məlum olur ki, xx.xx.2022-ci il tarixdə saat 01:10-da DİN-nin 102 xidmətindən 1139 nömrəli operator ********* saylı məlumat verərək Samux rayonu Füzüli kənd sakini Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli telefonla zəng edərək bir nəfər şəxsi bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Azərbaycan Respublikası Qarabağ Əlillərinə qayğı İctimai Birliyi tərəfindən verilmiş № 07931 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. AO № ******* saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2-ci Qarabağ müharibəsi zamanı hərbi səfərbərliklə iştirak etmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 iyun 2022-ci ildən hesablanmışdır. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müayinə və müalicədə olmamışdır. Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Samux rayonu Füzuli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu Füzuli kəndində atası X11, anası Şahid2t Səttar qızı, arvadı Şahid4, övladları X19 və X17 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İİİ № 556972 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X19 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. AZ-İV № 352974 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X17 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş – cinayətin törədildiyi, 01 ədəd, dəstəyi qara rəngli, tiyəsi gümüş metallı, dəstək hissəsi yarımçıq sınmış vəziyyətdə, tiyəsinin üzərində qanabənzər ləkələr olan, məişətdə istifadə edilən bıçaq (Zərf № 01) və 01 ədəd oxşar əlamətli lakin dəstək hissəsi tam vəziyyətdə, tiyəsinin üzərində qanabənzər maye ləkələri olan məişətdə istifadə edilən bıçaq (Zərf № 02) , hadisə yerindən götürülmüş qanabənzər maye ləkələrindən nümunələr (Zərf №03, 04, 05, 08, 09, 10), üzərində qanabənzər ləkələr olan ipək parçalar(Zərf №06, 07), bir tay kişi tapuçqası, Mədət Tağıyevin mübahisə zamanı Cavid Əliyevə atdığı taxta materialdan 01 ədəd oturacaq, mərhum X9 məxsus olaraq hadisə zamanı əynində olmuş qara rəngli, qolsuz 01 ədəd sadə idman köynəyi, tünd boz rəngli (qaramtıl) cins materialdan 01 ədəd şalvar , boz və ağ rəngli damalı 01 ədəd alt tumanı, qara rəngli 01 ədəd bel kəməri, Cavid Əliyevə məxsus 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd alışqan, 01 ədəd tütün çəkmək üçün istifadə edilən taxta materiallı əşya (müşdük), 03 ədəd qəbz və Təqsirləndirilən şəxs məxsus 01 ədəd Samsung markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Samiux rayon prokurorluğunun dəftərxanasına təhvil verilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininnin Növbətçi Hissələr İdarəetmə Xidmətinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2022-ci ildə, saat təqribən 01 radələrində X8 qətlə yetirdikdən sonra ***-***-**-** saylı mobil nömərəsi ilə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən könüllü gəlib təqsirini boynuna almasını, himayəsində iki azyaşlı uşağının olmasını, 2-ci Qarabağ müharibəsi zamanı hərbi səfərbərliklə iştirak etməsini, cinayəti zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.10-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası törətdiyi cinayətə görə CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yəni, on dörd il azadlıqdan məhrum etmənin dörddə üçündən yəni, on il altı aydan artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-нin 56.1.3-cü maddəsində qəsdən törədilmiş xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Samux rayon prokurorluğunda saxlanılan mərhum X9 məxsus olaraq hadisə zamanı əynində olmuş qara rəngli, qolsuz 01 ədəd sadə idman köynəyi, tünd boz rəngli (qaramtıl) cins materialdan 01 ədəd şalvar, boz və ağ rəngli damalı 01 ədəd alt tumanı, qara rəngli 01 ədəd bel kəməri, zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə yerindən götürülmüş cinayətin törədildiyi, 01 ədəd, dəstəyi qara rəngli, tiyəsi gümüş metallı, dəstək hissəsi yarımçıq sınmış vəziyyətdə, tiyəsinin üzərində qanabənzər ləkələr olan, məişətdə istifadə edilən bıçaq, 01 ədəd oxşar əlamətli lakin dəstək hissəsi tam vəziyyətdə, tiyəsinin üzərində qanabənzər maye ləkələri olan məişətdə istifadə edilən bıçaq, hadisə yerindən götürülmüş qanabənzər maye ləkələrindən nümunələr,üzərində qanabənzər ləkələr olan ipək parçalar, bir tay kişi tapuçqası, taxta materialdan 01 ədəd oturacaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eləcə də mərhum Cavid Əliyevə məxsus 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd alışqan, 01 ədəd tütün çəkmək üçün istifadə edilən taxta materiallı əşya (müşdük), 03 ədəd qəbz zərərçəkmiş şəxsin hüquqi varisinə, Təqsirləndirilən şəxs məxsus 01 ədəd Samsung markalı mobil telefon isə təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 22 iyun 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Samux rayon prokurorluğunda saxlanılan mərhum X9 məxsus olaraq hadisə zamanı əynində olmuş qara rəngli, qolsuz 01 ədəd sadə idman köynəyi, tünd boz rəngli (qaramtıl) cins materialdan 01 ədəd şalvar, boz və ağ rəngli damalı 01 ədəd alt tumanı, qara rəngli 01 ədəd bel kəməri, zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerindən götürülmüş cinayətin törədildiyi, 01 ədəd, dəstəyi qara rəngli, tiyəsi gümüş metallı, dəstək hissəsi yarımçıq sınmış vəziyyətdə, tiyəsinin üzərində qanabənzər ləkələr olan, məişətdə istifadə edilən bıçaq, 01 ədəd oxşar əlamətli lakin dəstək hissəsi tam vəziyyətdə, tiyəsinin üzərində qanabənzər maye ləkələri olan məişətdə istifadə edilən bıçaq, hadisə yerindən götürülmüş qanabənzər maye ləkələrindən nümunələr,üzərində qanabənzər ləkələr olan ipək parçalar, bir tay kişi tapuçqası, taxta materialdan 01 ədəd oturacaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Eləcə də mərhum Cavid Əliyevə məxsus 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd alışqan, 01 ədəd tütün çəkmək üçün istifadə edilən taxta materiallı əşya (müşdük), 03 ədəd qəbz zərərçəkmiş şəxsin hüquqi varisinə, Təqsirləndirilən şəxs məxsus 01 ədəd Samsung markalı mobil telefon isə təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar