Məhkəmə qərarları › İş №1(100)-104/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-104/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-104/2024 06.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X4, X7 və X3 və X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, işləməyən, Gəncə ğır Cianyətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 220.1-ci maddəsi ilə təqsirli bilinib 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəza müddəti Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 02 ilə endirilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O , 31 yanvar 2023-cü il tarixdə günorta saatlarında istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşadığı evin yerləşdiyi küçə ilə piyada hərəkət edərkən, bir ədəd sellofan bükümdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, külli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla həmin küçə ilə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında 31 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Şəmkir rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən evinin yaxınlığında saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümdə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan 5,027 qram təmiz çəkidə, külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, narkotik vasitələrə heç bir aidiyyəti yoxdur. Heç bir yerdə işləməsə də yaşadığı yerdə dini fəaliyyət-yas mərasimlərinin idarə edilməsi ilə məşğul olur. Saxlanıldığı gün də onu mobil telefonla zəng edib yas mərasiminə çağırılmış o evdən çıxıb yol ilə gedərkən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını demiş və onu heçnə demədən Şəmkir RPŞ-yə aparmışlar. Orada qarşısına bir ədəd büküm qoyub həmin bükümü götürməyi əks təqdirdə evindən çıxacağını bildirmişlər. Nədə günahlandırıldığını soruşduqda isə ona İranla əlaqəli olduğunu, ya vətən xaini kimi, ya da narkotiklə bağlı məsuliyyətə cəlb ediləcəyini deyilmiş, əvvəl razı olmamış, etiraf etmədiyinə görə videoçəkiliş bir neçə dəfə təkrarlanmışdır. Videoçəkiliş zamanı bir neçə dəfə fasilə verilmiş əvvəlcə ona məxsus olmadığını dediyi üçün onu gətirən əməliyyatçılar çölə çıxarıb narkotik vasitənin özünə məxsus olmasını, əks təqdirdə evindən çıxacağını demişlər, edilmiş psixoloji təzyiq nəticəsində narkotik vasitəni götürüb cibinə qoymuşdur. Nəhayət polis əməkdaşları ilə razılaşmış və çəkilişdə narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə ona aid deyil və polis əməkdaşları tərəfindən hədə qorxu gələrək üzərinə qoyulmuşdur. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, ibtidai istintaq zamanı polis əməkdaşlarının qanunsuzluğu ilə bağlı heç yerə müraciət etməmiş, sözünü məhkəmədə deyəcəyini fikirləşmişdir. Günahsız və azyaşlı uşaqlarına görə ona bəraət verilməsini istəyir. Təqsirləndirilən şəxs məhkəmə baxışından fərqli olaraq ibtidai istintaq zamanı ilkin olaraq şübhəli şəxs qismində verdiyi izahat və ifadəsində eləcə də videoçəkilişlə keçirilmiş təqsirləndirilən şəxs qismində ifadə verərkən göstərmişdir ki,......31 yanvar 2023-cü ildə günorta saatlarında Şəmkir rayonu Dəllər qəsəbəsində yaşadığı evin yaxınlığında yerdə bir büküm görmüş, götürüb baxdıqda içində narkotik vasitəyə oxşar kütlə görmüşdür. O, əvvəllər narkotik vasitə istifadə etməsədə təsirini yoxlamaq istəmiş, özü istifadə etmək üçün şalvarının arxa cibinə qoymuşdur. Sonra narkotik istifadə edənlərdən öyrənərək istifadə etməyi fikirləşmiş, bu barədə heçkimə deməmişdir. 2023-ci ilin yanvar ayının 31-də saat 18 radələrində yas yerinə getmək üçün küçəyə çıxdıqda yaşadığı evin yaxınlığında sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslər onu saxlayıb polis şöbəsinə gətirmiş, dövlət hesabına vəkil çağırmışlar. Müdafiəçi gəldikdən sonra videoçəkiliş edərək üzərində olan qanunsuz əşyaları və ya narkotik vasitəni təqdim etmək təklif edilmiş, O da əynindəki şalvarın sağ arxa cibində olan bir neçə saat əvvəl tapdığı sellofona bükülü olan narkotik vasitəni təqdim etmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni elektron tərəzidə çəkmiş, zərfə qoyub qablaşdırmış və möhürləmişlər. Şifahi sorğu sual zamanı isə həmin bükümü tapdığını, istifad əetmək üçün saxladığını heş kimə vermədiyini demişdir....Protokol tərtib edilmiş və həmin protokolu iştirak edənlər imzalamışdır..... İbtidai istintaqın sonrakı mərhələsində isə 30 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edildikdən sonra təqsirləndirilən şəxs qismində dindirilərkən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmadığını, aşkar olunmuş narkotik vasitəni polis əməkdaşlarının üzərinə qoyduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə vaxtı Şəmkir RPŞ-nin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili işləmişdir. 31 yanvar 2023-cü ildə ona Şəmkir rayonu Dəllər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, şöbə rəhbərliyinə müraciət etdikdən sonra həmin gün Şəmkir RPŞ CAB-nın rəisi Şahid2 və əməliyyat müvəkkili Şahid3 ilə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlayaraq ona narkotik vasitə saxlamaqda şübhəli olduğu və Şəmkir rayon polis şöbəsinə aparılacağını bildirmiş, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil vermiş və sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı iştirak etməmiş, ona qarşı hər hansısa fiziki və psixi zor göstərməmiş, bu kimi halların şahidi olmamışdır. Təqsirləndirilən şəxslə əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamış, daxil olmuş əməliyyat məlumatı ilə bağlı şəxsi saxlayıb polis şöbəsinə aparmış və təhvil vermişlər. Əməliyyat məlumatı Alimin narkotik vasitələrin satışı ilə məşğul olması barədə olsa da, həmin halı təsdiq edəcək mötəbər sübutlar əldə edə bilməmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şəmkir RPŞ CAB-ın rəisi Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş şəxs kimi tanımış və o əməliyyat nəzarətində olmuşdur. Onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat isə əməliyyat müvəkkil Şahid1 daxil olmuş, şöbə rəisi tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərara əsasən o da saxlanılmasında iştirak etmiş, saxlanıldıqdan sonra Şəmkir RPŞ-yə gətirilib təhqiqatçıya təhvil verilmiş, sonradan Alimin üzərindən külli miqdarda heroin aşkar edildiyini öyrənmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 göstərdi ki, ibtidai istintaq zamanı da eyniməzmunlu ifadə vermiş, lakin ifadəsini oxumadan imzalamışdır. Müstəntiq tərəfindən onun dindirmə protokolunda keçirilmiş şəxsi axtarışda iştirak etməsi və hadisələri bilavasitə müşahidə etməsi barədə qeyd aparılmasının səbəbini bilmir. Təqsirləndirilən şəxsin özü tərəfindən narkotik vasitə verilərək götürülməsini tələb etməsi, əks təqdirdə vətən xaini kimi rəsmiləşdiriləcəyi və fiziki zorakılığa məruz qalacağı, narkotik vasitənin evindən çıxacağı barədə psixoloji təzyiqlər etməsi barədə göstərdikləri isə əsassızdır. Alim əvvəllər məhkum olunduğu üçün polis əməkdaşları barəsində qərəzli ifadə verir və bu yolla cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da Şahid2lə eyniməzmunlu ifadə verib onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmiş, Təqsirləndirilən şəxs saxlanılarkən polis şöbəsinə gətirilərkən və olduğu müddətdə zorakılıq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs qarşı hər hansısa zorakılıq edildiyini görməmişdir. Bilmədiyi səbəbdən Təqsirləndirilən şəxs çəkilişdən əvvəl bir dəfə otaqdan çıxarılmış qısa müddət sonra təkrar otağa qaytarılmışdır. Həmin vaxt müdafiəçi-vəkilin orada olub-olmamasını isə dəqiq xatırlamır. Aparılmış videoçəkiliş zamanı Təqsirləndirilən şəxs hansısa eitraz etməmiş, özü könüllü olaraq təqdim etdiyi narkotik vasitəyə bənzər bükülünü təqdim edib ona məxsus olmasını göstərmiş, bundan sonra özü tərəfindən Alimin üzərinə baxış keçirilmiş, digər qanunsuz əşya tapılmamışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid4 göstərdi ki, şəxsi axtarışın qeydə alındığı videoçəkiliş müdafiəçinin iştirakı ilə bir dəfəyə aparılmışdır. Videoçəkilişə fasilə verilməsi, dayandırılması yaxud təqsirləndirilən şəxsin öyrədilməsi kimi hallar olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X6 göstərdi ki, 2020-ci ildə Şəmkir rayonu Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və bu nikahdan iki azyaşlı övladı var. Alimin ilk həyat yoldaşından da iki övladı olmuş, bütün uşaqlar Alimlə onun himayəsindədir. Alim əvvəllər bir dəfə 2018-ci ildə Gəncə hadisələrinə görə həbs olunmuş, həbsdən çıxdıqdan sonra isə yaşadıqları qəsəbədə yas mərasimlərinin idarə edilməsi məşğul olmuşdur. Alim narkotik vasitələrdən istifadə etməmişdir. 31 yanvar 2023-cü il tarixdə, təxminən saat 18 radələrində Alim yas mərasiminə getmək adı ilə evdən çıxmış, lakin geri qayıtmamış, sonradan polis əməkdaşlarının Alimi küçədən tutub apardığını öyrənmişdir. 03 fevral 2023-cü ildə isə Şəmkir rayon polis şöbəsinin əməkdaşları onlara gəlib, evlərində axtarış eləmiş, guya Alimə məxsus müxtəlif dini məzmunlu fotoşəkilləri aşkar edib aparmışlar. Evdən ümumiyyətlə qanunsuz nəsə aşkar edilməmiş, yazılmış protokolu imzalamışdır. Ərinin narkotiklərlə heç bir əlaqəsi olmadığına azyaşlı uşaqlarına görə onun azad olunmasını məhkəmənən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raport və həmin tarixli qərardan görünür ki, Şəmkir rayonu Dəllər qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Şəmkir RPŞ-yə əməliyyat məlumatı daxil olmuş və təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol və raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:15 radələrində yaşadığı Dəllər qəsəbəsində evinin yaxınlığında saxlanılmış,18:30-da Şəmkir RPŞ-yə gətirilmiş və barəsində müvafiq araşdırma aparılması üçün müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “şəxsi axtarış aparılması barədə” xx.xx.2023-cü il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, Şəmkir RPŞyə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa cibindən çıxarıb təqdim etdiyi bir ədəd sellofan bükülüdə olan qəhvəyi rəngli narkotik vasitə olan “heroinə” bənzər kütlə aşkar edilib götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində dindirmə protokolu və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış vaxtı şifahi olaraq göstərdikləri ilə eyniməzmunlu ifadə verərək və heroini küçədən tapıb saxladığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 99 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət yaxud və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə fiziki-kimyəvi ekspertizanın 01 fevral 2023-cü il tarixli 16/171 №-li rəyindən görünür ki, təhqiqata təqdim edilmiş, üzərində “Şəmkir rayon sakini Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə” sözləri və imzalar olan kağız paketdə, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 5.027 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2023-cü il tarixli, 643 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizasının 22 may 2023-cü il tarixli, 310 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında anlaqlı olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən alınmış tələbnamə və Gəncə Ağır Cinayətlər Məhkəməsi, Gəncə Apellyasiya və Xəzər rayon məhkəməsinin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-94/2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 220.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 23 avqust 2019cü il tarixli, 1(104)-157/2019 saylı qərarı ilə hökm dəyişdirilmiş, Azərbaycan Respublikası CMnin 62-ci maddəsi tətbiq edilməklə cəzası 02 ilə endirilmiş, xx.xx.2020-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəzasını tam olaraq çəkib qurtarmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “sənədə və diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə aparılmış danışıq və sms mətnlərdə iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 4,927 qram narkotik vasitə olan heroin maddi sübut qismində tanınaraq Şəmkir RPŞ-də saxlanca verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdar heroinin mənbəyi ilə bağlı ********* №li cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:15-də saxlanılmış Təqsirləndirilən şəxs həmin gün saat 19:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(076)-17/2023 saylı qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(076)-33/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə yardımçı binalrda və həyətyanı sahədə axtarış və götürmə istintaq hərərkətlərinin məcburi qaydada aparılmasına dair qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan axtarış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokol əlavəsi olan DVd diskdən görünür ki, videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən 3 ədəd dini liderlərin fotoşəkilləri götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan məhkəmə linqivistik və dinşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 04/595 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 3 ədəd fotoşəkildə Azərbaycan Respublikası Konstitutsiya və qanunverciliyinə zidd məlumatlar aşkar edilməmiş, milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması, habelə irqi sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılması və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilməmişdir. Həmin fotoşəkillər dini ədəbiyyat nümunəsi olmadığı üçün “Dini etiqad azadlığı haqqında” Qanuna əsasən xüsusi razılıq tələb olunmur. Həmin fotoşəkillərin xaricdən idxal olunması yaxud ölkə nəşriyytlarında nəşr edilməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Şəmkir RMX publik hüquqi şəxsdən verilən xx.xx.2023-cü il tarixli, 43 №li arayışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs poliklinikada psixatrik və narkoloji kabinetdə qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Şəmkir RİHB-nin Dəllər qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2023-cü i tarixli 123 №li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş AZİİİ №089235, AZİİİ №089236, AZİİİ №589751, AZİV №759709 saylı doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Hüseyn Yusifov, xx.xx.2012-ci il təvəllüdlü Mənsumə Yusifova, xx.xx.2021-ci il təvəllüdlü Rüqəyya Yusifova və xx.xx.2022-ci il təvəllüdlü Məhəmmədəli Yusifov adlı azyaşlı övladları var. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi məhkəmə baxışında araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törədilmiş əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş üzrə ibtidai araşdırmanın aparıldığı ilkin dövrdə, yəni xx.xx.2023-cü ildə videoçəkilişlə keçirilmiş şəxsi axtarış, eləcə də müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində və izahatında Təqsirləndirilən şəxs üzərindən aşkar edilən heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə vermədiyini göstərmişdir. İş üzrə dindirilmiş şahidlər Şəmkir RPŞ-nin əməliyyat müvəkkilləri həm ibtidai istintaq, həm də məhkəmə baxışında verdiyi ifadələrində göstərmişlər ki məlumat satışla bağlı olsa da həm saxlanılana qədər, həm də işin sonrakı istintaqı zamanı keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslər digər oxşar cinayətlərdə iştirakı müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Şəmkir RPŞ tərəfindən verilmiş əməliyyat tapşırığına cavab məktubunda isə aşkar olunmuş heroini Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olması qeyd edilsə də, onun narkotik vasitə satdığı şəxslərin dairəsini, həmçinin heroini hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, ibtidai araşdırma orqanının araşdırma zamanı gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdarında olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq narkotik vasitəni əldə edib saxlaması və daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham verilsə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu kimi sair hərəkətlər) hallara dair sübut əldə edə, beləliklə də satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. Qeyd edilənlər isə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədilə ilə deyil digər (istehlak və sair) məqsədilə qanunsuz əldə edib saxlamasını və daşımasını təsdiq edən hallardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübut və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması və hər hansı digər hallarla təsdiq olunmayan şəxs barəsində olan əməliyyat məlumatları əsas götürülmüşdür. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda yalnız cinayət işinə əlavə edilən məktub və raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə, istintaq nəticəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs, aşkar edilmiş heroinin şəxsi istehlak miqdarından artıq olması əsas götürülərək onun külli miqdar narkotik vasitələrin satışı məqsədilə əldə edib saxlaması və daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin......hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.....- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxs vasitəsilə və digər yolla yerinin dəyişdirilməsinə yönəlmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı dövründə və məhkəmə baxışında göstərdiyi xx.xx.2023-cü ildə Şəmkir rayonu Dəllər qəsəbəsində saxlanılıb Şəmkir RPŞ-yə gətirildikdən sonra psixoloji təzyiqə məruz qalması, polis əməkdaşlarının onu narkotik maddəni götürməsə vətən xainliyi ilə təqsirləndiriləcəyi ilə təhdid edilməsi, şəxsi axtarış zamanı aparılan videoçəkilişin bir neçə dəfə dayandırılıb polis əməkdaşları tərəfindən otaqdan çölə çıxarılıb Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunub az cəza alacağı, əks təqdirdə narkotik vasitənin evində çıxacağı ilə hədələnməsinə görə polis əməkdaşları ilə razılaşmasına, sonrakı dövrdə ağır maddə - narkotik maddələrin satışı ilə ittiham olunduğunu öyrənib əvvəlki ifadələrini inkar etməsinə münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığı və məhkəmə baxışı zamanı digər sübutlarla təsdiq edilmədiyindən Təqsirləndirilən şəxs ifadələri həmin hissədə özünümüdafiə xarakteri daşıdığı, işin faktiki halları ilə təkzib edildiyi üçün sübut kimi qəbul etmir. Belə ki, iş materiallarında olan məhkəmə baxışı zamanı da tədqiq edilmiş videoçəkilişdən görünür ki, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı xəsarət, yaxud xəsarət izləri olmamış, keçirilmiş istintaq hərəkəti zamanı müdafiəçinin iştirakı ilə şifahi sorğu-sual edilərkən, şübhəli şəxs kimi ilkin izahat və ifadəsində eləcə də videoçəkilişlə aparılmış təqsirləndirilən şəxs qismində ifadələrində aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə, eləcə də hədə-qorxuya məruz qalan, yaxud qalması ehtimal edilən (iddia edən) şəxsin videoçəkiliş vasitəsilə həyata keçirilən istənilən əməliyyat-axtarış və istintaq hərəkəti zamanı özünü müdafiə etmək və iddia etdiyi qanunsuzluqlara məruz qalmasını bildirmək imkanları daha əlçatan və kənar müşahidəçinin nəzərində obyektiv və inandırıcı olur. Belə ki, bir tərəfdən videoçəkilişlərin fasiləsizliyi və obyektivliyi, digər tərəfdən isə vəkilin (müdafiəçisinin) həmin proseslərdə iştirakı, şübhəli yaxud təqsirləndirilən şəxsə edilmiş, qəbul edilən və ediləcək qərarlara, aparılan hərəkət(lər)ə öz etirazını bildirməyə və həmin halların çəkiliş zamanı (edilməsinə) qeydiyyata alınmasını tələb etməyə kifayət qədər imkan yaradır. Təqsirləndirilən şəxs və müdafiəçisinin Təqsirləndirilən şəxs təqsirsizliyinə sübut olaraq göstərdiyi digər əsas - keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə çölə çıxarılması və videoçəkilişin dayandırılaraq yenidən davam etdirilməsinə münasibətdə isə məhkəmə nəzərə çatdırır ki, həmin hallar - yəni videoçəkilişin dayandırılıb yenidən davam etdirilməsi görüntüyə məhkəmədə baxış keçirilməsi zamanı ümumiyyətlə müəyyən edilməmiş, təqsirləndirilən şəxsin bir dəfə çölə çıxıb qısa müddət sonra otağa qaytarılmasını iş üzrə dindirilmiş şahidlərdən yalnız Şahid4 ifadəsində göstərmişdir ki, həmin hal müxtəlif obyektiv və subyektiv hallarla əlaqədar ola bilər( müxtəlif təbii insani ehtiyaclar və sair) Təqsirləndirilən şəxsin çəkiliş vaxtı yaxud az əvvəl çölə çıxarılaraq ona psixoloji təzyiq göstərilməsi isə (yaxud müdafiə tərəfinin iddia etdiyi kimi üzərinə narkotik vasitə qoyulması aşağıda qeyd edilən əsaslara görə kifayət qədər ağlabatan və inandırıcı deyil. Belə ki, istənilən cinayət işi üzrə ilkin şübhəli yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsə müdafiəçi (vəkil) təqdim edildikdən sonra onun məlumatı və iştirakı olmadan istənilən səbəbdən prosessual hərəkətlər aparılan yerdən (xidməti otaq hadisə yeri və sair) çıxarılması halı olduqda müdafiəçinin hər hansı reaksiya bildirməməsi inandırıcı deyil. Müdafiə tərəfinin iddia etdiyi baş verdiyini ehtimal edilən hal - yəni, aparılan videoçəkilişin dayandırılması, yaxud təkrarlanması olsa idi, buna müdafiəçinin reaksiya verməməsi, həmin istintaq hərəkətində iştirak edən müdafiəçisinin öz hüquq və vəzifələrinin lazımi qaydada icra etməməsi və sonda barəsində xüsusi qərar çıxarılması ilə nəticələnməsi istisna edilmir. Məhkəmə qeyd edir ki, qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs göstərdiyi hallarla bağlı hazırki iş üzrə onun elan edilmiş satış məqsədilə narkotik vasitənin dövriyyəsi ilə məşğul olması barədə ittihamla razı olmaması mülahizəsi daha ağlabatan və inandırıcıdır. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən isə Təqsirləndirilən şəxs narkotik vasitələrdən olan heroindən epizodik istifadə etmə halları olması göstərilmişdir ki, məhkəmə həmin ekspertiza rəyini cinayət prosesi tərəflərinin şifahi olaraq göstərdiklərinə münasibətdə daha obyektiv qərəzsiz və mötəbər sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə müdafiə tərəfinin göstərdiyi Təqsirləndirilən şəxs dini fəaliyyətlə məşğul olması, İranla guya hansısa əlaqələri olmasına görə cəzalandırmaq üçün əsassız cinayət məsuliyyətinə cəlb edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə qanunusz dini fəaliyyətlə məşğul olma, dövlətin konstitutsiya quruluşu əleyhinə fəaliyyətlə məşğul olması barədə hansısa ittiham verilməmiş, bütün ibtidai araşdırma və məhkəmə baxışında ittiham tərəfindən bununla bağlı hər hansı iddia belə səsləndirilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə xx.xx.2023-cü ildə keçirilmiş axtarış isə məhkəmə qərarına əsasən, narkotik vasitə və psixotrop maddələrin olub olmaması məqsədilə həyata keçirilmiş axtarış zamanı aşkar edilən dini məzmunlu ədəbiyyat və əşyalar götürülərək müvafiq ekspertizadan keçirilmiş və hər hansı qanunsuzluq aşkar edilməmişdir. Təqsirləndirilən şəxs dini fəaliyyətlə məşğul olması və dini əqidəsinə görə məsuliyyətə cəlb olunmasını təsdiq edən hər hansı sübut isə müdafiə tərəfindən məhkəməyə təqdim edilməmiş, bununla bağlı halları təsdiq edəcək halın mövcudluğu və araşdırılması ilə bağlı heç bir vəsatət verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında 31 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Şəmkir rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Şəmkir rayonu, Dəllər qəsəbəsində evinin yaxınlığında saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ arxa cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümdə, 5,027 qram təmiz çəkidə, külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin ilkin ibtidai istintaq zamanı verdiyi səmimi etirafedici ifadələrini, videoçəklişlə aparılmış şəxsi axtarış zamanı şifahi izahatını, iş üzrə şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməllərində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması isə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin təhlükəli residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 18.2.2.-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin təhlükəli residivi kimi qiymətləndirilir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. İş materiallarında olan tələbnamə və məhkəmələrin hökm və qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.1-ci maddəsinin sanksiyasında dörd ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulduğuna və Təqsirləndirilən şəxs cəzasını xx.xx.2020-ci ildə çəkib qurtardığına görə məhkumluğun ödənilmə müddətinin axımı həmin tarixdən başlamış və hazırki cinayət hadisəsi törədildiyi dövrdə həmin müddətin yarısı keçmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Məhkəmə tərkbi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı, əməlin xarakteri və ictimai təhlükəliliyi, eləcə də cəzasını yüngəlləşdirən hallar-himayəsində azyaşlı övladlarının olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş qanunvericiliyin təhlükəli residivə görə müəyyən etdiyi, imperativ (məcburiedici) xarakter daşıyan aşağı həddə yaxın cəza təyin edilməsini mümkün edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs qanunvericiliyin müəyyən etdiyi hədlər və məcburi göstərişlər əsas götürülməklə azadlıqdan məhrumetmə növündə cəza təyin etsə də ailə vəziyyəti və cəza çəkəcəyi dövrdə davranışı nəzərə alınmaqla ona təyin edilmiş cəza və müddəti təqsirləndirilən şəxsin barəsində amnistiya tətbiq edilməsini, əfv edilməsini, eləcə də qısa müddətdə islah olunacağı təqdirdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ...cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesabalanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-də məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 4,927 qram narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarış, evdə axtarış və təqsirləndirilən şəxs qismində dindirmə istintaq hərəkətin qeydə alındığı 3 ədəd DVD disk eləcə də telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. xx.xx.2023-cü il tarixli axtarış keçirilməsi haqqında protokola əsasən Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş və ekspertiza keçirildikdən sonra Şəmkir RPŞ-yə qaytarılmış işin istintaqının sonrakı dövründə taleyinə aydınlıq gətirilməmiş 3 ədəd fotoşəkil isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 130,40 (bir yüz otuz manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin, cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Şəmkir rayon polis şöbəsində saxlanılan 4,927 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarış və dindirmə və evdə axtarış aparılması istintaq hərəkətləri zamanı qeydə alınmış videogörüntülərin olduğunu 3 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatların olduğu 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. xx.xx.2023-cü il tarixli axtarış keçirilməsi haqqında protokola əsasən Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş Şəmkir RPŞ-də saxlanılan 3 ədəd fotoşəkil hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 130,40 (bir yüz otuz manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar