Məhkəmə qərarları › İş №1(100)-105/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-105/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-105/2021 22.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X11 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafıəçilər– Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 17 avqust 1990-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, guya o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 21,675 qram olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdə saat 05:00 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, 27 avqust 2020-ci il tarixdə saat 06:50 radələrində orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,070 qram və 9,605 qram olmaqla ümumi təmiz çəkisi 21,675 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı haradansa narkotik tapmağı, onda maraq yarandığı üçün üzərində saxlamağı tamamilə yanlış olmaqla, saxta və psixoloji təzyiq altında verilmiş məlumatlar olmuşdur. Belə ki, o, 26 avqust 2020-ci il tarixdə axşam saat 23 radələrində evə gəlmiş, ailəsi ilə vaxt keçirmişdir. O, ümumiyyətlə hər gün ən geci saat 23 radələrində evdə olmuş, iş materiallarında qeyd edildiyi kimi, guya gecə saat 5 radələrində küçədə olmağı tamamilə yanlışdır. O, həmin gün saat 23 radələrində evə gəlmiş və 1 saat ailə üzvləri ilə vaxt keçirdikdən sonra öz otağına yatmağa getmişdir. Onun yaşadığı ev 2 mərtəbəli olmuş, 1-ci mərtəbədə valideynləri və qardaşı Fəridin otaqları, 2-ci mərtəbədə isə onun otaqğı yerləşmişdir. 2-ci mərtəbədəki yataq otağında o, ailəsi və övladları ilə birlikdə yatmışdır. 2-ci mərtəbədən 1ci mərtəbəyə düşən pilləkən evin giriş qapısına doğru yerləşir. Evin ətrafında, otaqlarda, o cümlədən pilləkənlər olan hissədə, hər iki mərtəbədə pəncərələr olmuşdur. Anası və o, namaz qıldıqları üçün, hər gün sübh namazından bir qədər əvvəl yuxudan ayılmışlar. 27 avqust 2020-ci il tarixdə o, yatdığı zaman, gecə saat 04 radələrində həyat yoldaşı Səyyarə onu səsləyərək yuxudan tam oyatmış və eyni vaxtda 1-ci mərtəbədən anası Səidənin qışqırığını eşitmişdir. Elə həmin an yataq otağının qapısı zərbə ilə açılmış və 4- 5 nəfər zirehli geyimli, üzü maskalı, avtomat silahları olan şəxslər onların otağına daxil olmuşlar. Onların dəbilqələrində projektor olmuş, silahlarını ona və həyat yoldaşına tuşlamışlar. Onların hər ikisi nə baş verdiyini anlamadan, donub qalmışlar. Onlardan biri uca səslə ondan çarpayıdan yerə düşməsini tələb etmişdir. Onların səsinə hər iki övladı ayılmış və ağlamağa başlamışlar. O, evə daxil olanların geyimlərindən polis olduqlarını anlamış, əmrə tabe olub çarpayıdan enmiş, dizləri üstə yerdə dayanıb, əllərini yuxarı qaldırmışdır. Bu zaman polislərdən biri ona yaxınlaşıb, onun əllərini arxaya doğru burub, ayağa qaldırmışdır. O, yataq otağının çıxışına doğru gedərkən, çıxışda polislərdən daha biri onun digər qolundan tutmuşdur. Onlar onun başını önə doğru əymiş vəziyyətdə otaqdan çıxararaq, pilləkənlə aşağı endirmişlər. O, yataq otağından çıxarılarkən, divardakı saatdan saatın 04:10 olduğunu bilmişdir. Həmin vaxt onun əynində yalnız alt qısa tuman olmuşdur. Polislər yataq otağından çıxarkən onun paltar geyinməsinə icazə verməmişlər. Polislər onu pilləkənlə 1-ci mərtəbəyə düşürərkən aşağıdan valideynlərinin qışqırıq səsləri gəlmişdir. Onlar polislərdən kim olduqlarını, nə səbəbə evə basqın etdiklərini, onlardan nə istədiklərini soruşmuş, polislər isə cavab verməmişlər. 2-ci mərtəbədə isə onun həyat yoldaşı ilə övladları qorxudan ağlamışlar. Polislər onu evdən çölə - giriş qapısının yanına çıxarmış, həmin vaxt sonuncunun atası Elşən də orada olmuşdur. Polislərdən iki nəfərin üzü açıq, yəni maskasız olmuşdur. Polislərdən biri atasının qolunu arxaya doğru burub, başını isə önə doğru əyib saxlamışdır. Həmin vaxt polislərdən biri evdə onun qardaşının da olduğunu deyərək, yerini soruşmuşdur. Həmin vaxt qardaşı Fərid öz otağından çıxıb girişə gəlmiş və gələn kimi polislər onu da tutub, qolunu arxaya doğru əymiş və hər ikisinin qollarını qandallamışlar. Polislərdən biri onun atasına səslənərək, evdə kamera olduğunu deyib, kameranın blokunun harada olduğunu soruşmuş, atası isə evdə və həyətdə kamera olmadığını demişdir. Polislər onun atasına inanmamış və evin ətrafında sürətlə dövrə vuraraq, kamera axtarmış, lakin tapmamışlar. Həmin vaxt atası qolunun möhkəm ağrıdığını bildirərək, onu tutan polisdən qolunu biraz buraxmasını xahiş etmiş, bundan sonra polislərin biri atasını tutan polisə əli ilə toxunaraq, sonuncunu buraxmasını işarə etmiş və nəticədə həmin polis atasını buraxmışdır. Həmin vaxt polislərdən biri atasının həyətdə saxladığı avtomobilin qapısını açıb, salonuna baxaraq, bağlamışdır. O və atası polislərdən nə baş verdiyini soruşmuş, bu formada evə hücum etməyə ehtiyac olmadığını, çağırılacaqları təqdirdə gələcəklərini bildirsələr də, polislərdən heç biri heç nə deməmişdir. O, polislərə yaşadığı evə girmələri üçün sanksiyalarının olub-olmadığını soruşaraq, əks halda qanunsuz hərəkət etdiklərini bildirmişdir. Lakin polislər onların heç bir sözlərinə əhəmiyyət verməmiş, hansısa sənəd təqdim etməmişlər. Həmin vaxt həyətin darvazaları açıq olmuş və darvazanın yanında, yerdə polislərin kuvalt çəkici, lom, laqonda kimi əşyaları olmuşdur. Darvazadan çöl tərəfdə isə ağ və qara rəngli cip tipli avtomobillər olmuşdur. Polislər onu və qardaşını çılpaq formada həyətdən çıxarmaq istəyərkən, anası onlardan sonuncuların paltar geyinməklərinə icazə vermələrini, çılpaq formada aparmalarına imkan verməyəcəyini demişdir. Bundan sonra polislərdən biri onların paltar geyinmələrinə razılıq vermişdir. Anası çölə çıxaraq ona paltar geyindirmək istəmiş, polislər buna etiraz edərək, sonuncunu özləri geyindirəcəklərini demişlər, lakin anası razı olmamışdır. Anasının əlində onun yalnız evdə geyindiyi köhnə idman forması olmuşdur. Həmin paltar onun çölə geyindiyi paltar olmamış, yatarkən çıxarıb çarpayısının yanına qoyduğu ev-idman paltarı olmuşdur. Anası onun şalvarını geyindirmiş, lakin sonuncunun qolu arxadan bağlı olduğu üçün, idman köynəyini yalnız başına keçirə bilmişdir. Fərid isə şortikdə olduğundan, polislər onun geyinməsinə icazə verməmişlər. Bundan sonra onları həyətdən çıxarıb darvazanın yanında saxladıqları avtomobillərə doğru aparmışlar. Saat 04:20-04:25 radələrində Fəridi ağ, onu isə qara rəngli avtomobillərə mindirmişlər. Onun yanında hər iki tərəfdən polislər əyləşmiş və Bərdə rayon polis şöbəsinə aparılmışdır. O, avtomobilə əyləşərkən qonşuları İsrayıl və Namiqin öz darvazalarının qapısını aralayaraq baş verənləri müşahidə etdiklərini görmüşdür. O, avtomobildə olarkən polislər ondan silahın harda olduğunu soruşmuşlar, o isə hansısa silahının olmadığını bildirmişdir. Sonra onlar narkotik maddə nəzərdə tutaraq, ondan “mal hanı?” deyə soruşmuşar. O, polislərə nə silahla, nə narkotik maddə ilə işinin olmadığını, onu səhvən tutduqlarını demişdir. 5-6 dəqiqə sonra onlar Bərdə rayon polis şöbəsinə çatmış, Fərid də, o da avtomobillərdən endirilmiş, onu şöbənin binasının girişində Növbətçi hissənin yanındakı otağa, Fəridi isə, onun ardınca girişdən sağdakı otaqlardan birinə aparmışlar. O, əlləri arxadan qandallanmış formada əyləşmişdir. O, otağa gətirildikdən sonra evlərinə gəlmiş üzü maskasız olan polislərdən biri onun yanımda qalmışdır. Həmin polis əməkdaşı ağbəniz, hündür, şabalıdı rəngli gözləri olan şəxs olmuşdur. Həmin polis onunla İranın ölkəyə narkotik ixrac etdiyini bildirərək, bu məzmunda danışmağa başlamışdır. O da öz növbəsində narkotikin çox yayıldığını, vəziyyətin yaxşı olmadığını, ölkədə narkotikin kökünün kəsilməsinin vacibliyini bildirmişdir. Sonra digər maskasız polis onun saxlanıldığı kameraya gəlmişdir. Həmin polis isə, digərinə nisbətən alçaq boylu, təxminən 170-175 sm hündürlükdə, seyrək saçlı, başının orta hissəsində tükləri tökülmüş, 35-38 yaşlarında olmuşdur. Həmin polis ona “sroka gedirsən, cibinə mal qoyacağıq, boynuna götürməsən evindən tank, yatdığın yerdən narkotik, nə lazımdırsa çıxaracağıq, ailə üzvlərini çəkilişlə polisə gətirəcəyik. Sənə bir yaxşılıq edə bilərik ki, qardaşına verəcəyimiz malı da sənə verərik ki, ikiniz də getməyəsiz, götürməsən hər ikiniz sroka gedəcəksiz” demişdir. O isə ona, “mal mənlik deyil, kimdən soruşsaz deyəcək ki, mənim narkotikə aidiyyatım yoxdur, mütləq yükləyəcəksizsə, onda silah yükləyin, hamı bilir mənim narkotikə düşmən olduğumu” deyə cavab vermişdir. Polislər ona silahın daha ağır cəza ilə cəzalandırıldığını deyərək, silaha razılıq verməmiş, sonra saçı seyrək olan polis kameradan çıxmış, o, əvvəlki polislə birlikdə qalmışdır. 15-20 dəqiqə sonra o, qolunun bərk ağrıdığını, qanqrena olacağını deyərək, qandalı biraz boşaltmasını xahiş etmiş, yanında olan polis digərini səsləmiş, o da gəlib qandalı biraz boşaldıb, getmişdir. 10-15 dəqiqə sonra seyrək saçlı yenidən onun olduğu otağa qayıtmış, həmin vaxt onun əlində 2 ədəd sellofan büküm olmuşdur. Həmin polis əməkdaşı ona yaxımlaşıb bükümləri şalvarının sağ cibinə qoymuş və yenə də əvvəlki kimi xəbərdarlıq edərək, onu yan otağa aparacaqlarını, orada çəkiliş olacağını, vəkil olacağını, narkotiklərin ona məxsus olduğunu boynuna almasını tələb etmişdir. O, həmin polislərin heç bir əxlaq qaydasına əməl etmədən onun yataq otağına girdiklərini, qanuna, əxlaqa hörmət etmədən istədiklərini etdiklərini, onların narkotiki onun boynuna alması ilə bağlı tələbini, qardaşını da “yükləyəcəklərini” düşünmüş, həyat yoldaşını, anasını video çəkilişlə polis şöbəsinə gətirməmələri, ailə üzvlərini daha artıq incitməmələri üçün sonuncu polislərin dediklərinə razılıq vermişdir. Bundan sonra onlar onun qolundakı qandalı açmış və sonuncunu digər otağa aparmışlar. O, otağa daxil olarkən otaqda iki nəfər olmuş, onunla birlikdə həmin otağa gələn polislər də daxil olmaqla, beş nəfər olmuşlar. Sonra polislərdən biri cib telefonu ilə çəkilişə başlamış və o, razılığa əsasən, cibinə polis tərəfindən qoyulmuş iki büküm narkotiki çıxarıb 4-5 gün əvvəl yerdən tapdığını, maraq xətrinə üzərində gəzdirdiyimi demişdir. O, külli miqdarda narkotik satan adamın hamam çəkələyində, cibində nə pul, nə telefon olmadan gecə saat 5-də küçədə narkotik satması nə dərəcədə ağılabatan olduğunu, hazırda 3 və 4 yaşında olan övladlarının mənəvi-psixoloji cəhətdən sağlam böyüməsi, yaxşı təhsil alması, nümunəvi vətəndaş olması üçün onun onların yanında olmasının vacib olduğunu, günahsız olduğunu və məhkəmənin ədalətinə güvəndiyini bildirib ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, vəzifəsi cinayətkarlıqla mübarizə, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarət olmuşdur. 26 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, o, həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra o, həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş və həmin qərar Baş İdarənin rəisi tərəfindən təsdiqlənmişdir. Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilmiş və Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında olmasını dəqiqləşdirib qeyd edilən yerə getmişlər. 27 avqust 2020-ci il tarixdə saat 05:00 radələrində o, Təqsirləndirilən şəxs evinin qarşısında gördüyü üçün sonuncuya yaxınlaşıb özünü təqdim etmişdir. Həmin şəxsin anket məlumatlarını soruşub Təqsirləndirilən şəxs oluğunu müəyyən etdiyi üçün o, sonuncuya onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması, daşıması və satması barədə məlumat daxil olduğunu, bu məqsədlə Bərdə Rayon Polis Şöbəsinə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs da etiraz etmədən razılaşıb polis şöbəsinə gəlmişdir. X13 Heydarova müdafiəçi təyin edilmiş, müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlanmış, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılsa da başqa heçnə aşkar edilməmişdir. Bundan sonra X.Heydərovun masanın üzərinə qoyduğu iki ədəd şəffaf rəngli sellofan bükümə baxış keçirilərkən narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. X.Heydərovdan həmin bükümün içərisində nə olduğunu soruşanda o, həmin maddənin heroin olduğunu və üç gün əvvəl yaşadığı evin yaxınlığından tapıb, maraq oyatdığı üçün həmin iki ədəd şəffaf rəngli sellofan bükümləri şalvarının cibinə qoyduğunu, həmin vaxtdan da həmin maddələrin cibində qaldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddələr bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və o, həmin qablaşdırmanın üzərini imzalamışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, etiraz və vəsatət olmadığı üçün o, həmin protokolu imzalamışdır. Onlar vaxt məhdudiyyəti olduğu üçün təqsirləndirilən şəxsin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olub-olmamasını araşdırmamışlar. Onun təqsirləndirilən şəxsin kimdən narkotik vasitə alması və ya kimə narkotik vasitə satması barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, vəzifəsi cinayətkarlıqla mübarizə, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarət olmuşdur. 26 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və həmin qərar Baş İdarənin rəisi tərəfindən təsdiqlənmişdir. Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirilmiş və sonuncunun ünvan 1 ünvanının qarşısında olmasını dəqiqləşdirib qeyd edilən yerə getmişlər. 27 avqust 2020-ci il tarixdə saat 05:00 radələrində Təqsirləndirilən şəxs evlərinin qarşısında gördükləri üçün ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra sonuncuya, onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması, daşıması və satması barədə məlumat daxil olduğunu, bu məqsədlə Bərdə Rayon Polis Şöbəsinə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən razılaşıb polis şöbəsinə gəlmiş, X13 Heydarova müdafiəçi təyin edilmiş, müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlanılmış, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılsa da başqa heçnə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu iki ədəd şəffaf rəngli sellofan bükümə baxış keçirilmiş və baxış zamanı bükümlərin içərisindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Xəlil Heydərovdan həmin bükümün içərisində nə olduğunu soruşanda sonuncu həmin maddənin narkotik vasitə heroin olduğunu və üç gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını, maraq oyatdığı üçün həmin iki ədəd şəffaf rəngli sellofan bükümləri şalvarının cibinə qoyduğunu, həmin vaxtdan da həmin maddələrin cibində qaldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə olan heroinə bənzər maddələr bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, o, həmin qablaşdırmanın üzərini imzalamış, daha sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, etiraz və vəsatət olmadığı üçün həmin protokolu imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Xəlil 26 avqust 2020-ci il tarixdə saat təxminən 23 radələrində evə gəlmiş, bir qədər onlarla, eləcə də uşaqları ilə vaxt keçirib, yorğun olduğunu bildirərək öz otağına, yəni 2-ci mərtəbəyə qalxıb istirahət etmişdir. Bir qədər sonra onlar yatmışlar. O, 27 avqust 2020-ci il tarixdə saat 04:00-da həyətdən gələn səsə yerindən qalxmış, səs gələn istiqamətə baxarkən bir nəfər zirehli geyimdə, dəbilqədə, üzü maskalı şəxsin darvazanın sağ tərəfindən hasarın üstündən həyətə tullanıb, darvazanı açdığını görmüşdür. Darvazadan həyətə doğru 6-7 nəfər maskalı, zirehli, silahlı, 2-3 nəfər isə maskasız adamlar girmişdir. O, dərhal həyat yoldaşı Elşəni yuxudan oyadaraq, həyətə yad, silahlı adamların girdiyini demiş və Elşən cəld yerindən qalxmışdır. Onlar birlikdə yataq otağından çıxıb qonaq otağına keçərkən silahlılar artıq evin qonaq otağında dərhal Elşənin qollarını burub hərəkət etməsinə imkan verməmişdir. Eyni vaxtda silahlılardan bir neçəsi evin 2-ci mərtəbəsinə qalxmışdır. Onlar əvvəlcə gələnləri quldur zənn etsələr də, sonradan xüsusi geyim formasında olduqlarını görüb, hüquq mühafizə orqanlarının əməkdaşları olduqlarını anlamışlar. O, qışqıraraq Elşəni buraxmalarını, nə səbəbə evə gəldiklərini soruşsa da onlar əhəmiyyət verməmişlər. Elşən də, dəfələrlə onlardan nə səbəbə evə bu formada hücum etdiklərini, kim olduqlarını, onlardan nə istədiklərini, evə girmələri üçün sanksiyalarının olubolmadığını soruşsa da, heç biri cavab verməmişdir. Evin ikinci mərtəbəsinə qalxan silahlılar oğlu Xəlilin qolları arxadan burulmuş, boynu önə tərəf əyildilmiş formada, alt paltarında - qısa tumanda yuxarıdan düşürmüşlər. Onlar Xəlili yatdığı otaqdan çarpayısından qaldıraraq çıxarmışlar. Həmin vaxt Xəlilin həyat yoldaşı Səyyarə və körpə uşaqları ağlamışlar. Polislər Xəlili pilləkənlərdən düşürüb evin giriş qapısının çöl tərəfinə çıxarmış və ardından Xəlilin qardaşının harada olduğunu soruşmuşlar. Həmin vaxt kiçik oğlu Fərid yatdığı otaqdan çıxmışdır. Bu proseslər 5-6 dəqiqənin içində baş vermişdir. Fərid otaqdan şortikdə çıxmış və dərhal polislər onun da qolunu burub, evin girişinə, yəni çölə aparmışlar. Elşən heç bir müqavimət göstərmədiyi halda, həddən artıq güc tətbiq edildiyindən, onun qolu ağrımış və onu tutan polisdən qolunu buraxmasını xahiş etmişdir. Polislər Xəlili aparmaq istəyərkən o, Xəlili alt paltarında aparmamaqlarını, paltar geyinməyinə icazə vermələrini xahiş etmişdir. Çünki, Xəlil yatdığı zaman onlar sonuncunun otağına girdiklərindən o, alt qısa tumanda olmuş və əynində başqa heç nə olmamışdır. Polislər onun xahişini nəzərə almışlar. Bundan sonra o, Xəlilin həyat yoldaşı Səyyarəyə səslənərək təmiz paltar gətirməsini xahiş etmiş, Səyyarə də öz otaqlarına qayıdıb, idman şalvarı və qısa qollu idman koftası gətirmişdir. Həmin vaxt Xəlilin və Fəridin qollarını arxadan qandallı vəziyyətdə olmuşdur. Bundan sonra o, Xəlilin şalvarını geyindirmiş, lakin, qolları bağlı olduğu üçün koftanı geyindirmək mümkün olmamışdır. Sonra onlardan biri uca səslə evdə kamera olduğunu bildirərək, onlardan kameranın blokunu vermələrini tələb etmişdir. Onlar evdə kamera olmadığını bildirsələr də polislər onlara inanmayıb kameranın qoyula biləcəyi yerlərə, həmçinin həyətə baxmışlar. Polislər evdə və həyətdə kamera olmadığına əmin olduqdan sonra, axtarışı dayandırmışlar. Həmin vaxt Elşən ağrıya dözmədiyi üçün bir daha qolunu buraxmasını, yaxud bir qədər boşaltmasını xahiş etmiş, həmin vaxt polislərdən biri Elşənin qolunu buranın əlinə toxunaraq, yumşaltmasını demişdir. Bundan sonra Elşəni ümumiyyətlə buraxmışlar və o, normal vəziyyətdə dayanmışdır. O, yenə də həyacanlı vəziyyətdə, qışqıra-qışqıra onlardan nə baş verdiyini, niyə övladlarını tutduqlarını, bu formada evə hücum etməyə ehtiyac olmadığını bildirsə də, polislərdən heç biri heç nə deməmişdir. Bundan sonra polislər onun hər iki oğlunu qolları qandallanmış şəkildə həyətdən çıxararaq, darvazanın yanında saxladıqları avtomobilə əyləşdirmişlər. Bu zaman o, polislərin darvazanı içəridən açmaq üçün, darvazanın sağ tərəfində pilləkan qoyduqlarını, həmçinin darvazanın girişində yerdə “Kuvalt” çəkici, Laqonda mişarı olduğunu görmüşdür. Onlar Xəlil və Fəridi, hər birini ayrı-ayrı avtomobillərə əyləşdirib və gətirdikləri əşyaları avtomobilə qoymuşlar. Fəridin mindirildiyi avtomobil ağ, Xəlilin mindirildiyi avtomobil isə qara rəngdə olmuşdur. Onlar getdikdən sonra o, özünə məxsus ***-***-**-** nömrəsindən bir neçə qohumuna zəng edərək, hadisə barədə məlumat vermişdir. Elşən də, həm qohumlara, həm də, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, baş verənlər barədə məlumat verib, övladlarının aqibəti barədə maraqlanmış, lakin heç bir məlumat öyrənə bilməmişdir. Yoldaşı 102 xidmətinin operatoruna Xəlilin gözündə xəstəlik olduğunu, polislərin bundan ehtiyatlı olmalarını bildirmişdir. Bundan sonra yoldaşı Bərdə rayon Polis şəbəsinə getmiş, orada övladlarının Bakı şəhərinə “Banditizm” adlı idarəyə aparılmalarından başqa heç nə öyrənə bilməmiş və evə qayıtmışdır. Səhəri gün Elşən polis şöbəsinə getmiş, saat 14:30 radələrində Elşən evə qayıtmış, bir qədər əvvəl Xəlilin Bakıya aparıldığını demiş və özü də, Bakıya yola düşmüşdür. Axşam saat 21-22 radələrində oğlu Fərid buraxılaraq evə qayıtmışdır. Fəriddən polis şöbəsində nələr baş verdiyini soruşduqda, sonuncu polislərin onu Xəlillə birlikdə Bərdə polis şöbəsinə apardıqlarını, orada hər birini ayrı-ayrı otaqlara saldıqlarını, ondan silahın yerini soruşduqlarını, o isə heç bir silahı olmadığını bildirmişdir. Bundan sonra Banditizmin adını bilmədiyi bir əməkdaşı ona “otaqda sənə nə versələr götür imzala, təsdiqlə, bizimlə razılaş, onsuz da türməyə gedəcəksən. Əgər imzalamaqdan imtina etsən, videoçəkilişlə evinizə gedib ailə üzvlərinin çarpayısından narkotik çıxaracağıq” deməklə, təhdid edərək yalan ifadə verməklə, guya narkotiklə məşğul olduğunu etiraf etməsini tələb etmiş, o isə, razılıq verməyərək, “nə istəyirsiz edin, mən heç bir sənədə yalandan imza edib etmədiyim nəyisə boynuma almayacağam” demişdir. Fəridin deməsinə görə, o sənədlərə imza etməkdən imtina etdikdən sonra, bir qədər həmin otaqda qalmış, sonra onu müvəqqəti saxlama yerinin dəhlizinə aparmışlar. Həmin dəhlizdə olarkən orada digər saxlanılanlardan Xəlilin polislərdən Fəridin boynuna nə qoyacaqlarsa, həmin nakotiki də ona “yükləmələrini” və qardaşını buraxmalarını xahiş etmiş və əvəzində sənədlərə təsdiqedici imza atmağa vəd verdiyini eşitmişdir. Yalnız bu razılıqdan sonra, polislər Xəlili və digərlərini Bakı şəhərinə aparmış, bundan 3-4 saat sonra da, Fəridi buraxmışlar. Polislərin evə basqın etmələrini üzbəüz və yanaşı qonşuları da görmüşlər. Növbəti gün Elşənlə telefon danışığı zamanı Xəlilin guya üstündə narkotik maddələr olması və bu səbəbdən tutulduğu məlum olmuşdur. Xəlilin narkotiklə tutulması əsla doğru məlumat olmamış, çünki, Xəlil namaz qılan, idmanla məşğul olan, sağlam həyat tərzi yaşayan adam olmuşdur. Xəlil, 2011-ci ildə Gəncə Dövlət universitetinin İngilis dili Filologiya fakültəsini bitirmiş, oxuduğu müddətdə daim müəllimlərinin hörmətini qazanmış, nümunəvi tələbə olmuşdur. Xəlil ingilis, rus dillərində sərbəst danışmış, Quranı ərəbcə sərbəst oxumuşdur. Xəlil 9-cu sinifdən, yəni, 2005-ci ildən namaz qıldığı üçün içkidən və siqaretdən daim uzaq olmuş, hərbi xidmətdən gəldikdən sonra Unibankda işləmiş və kollektivi arasında da nümunəvi əməkdaş kimi xarakterizə edilmişdir. Xəlil hətta daimi ünsiyyətdə olduğu dostlarını da siqaret və içkidən çəkindirmişdir. Odur ki, belə bir adamın narkotik istifadə etməsi, satması və s. tamamilə yalan, absurd məlumat olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 27 avqust 2020-ci il tarixdə saat 04:00-da həyat yoldaşı onu səsləyərək, küçə darvazasının yanında -küçəyə baxan hasardan tullanmaqla evə yad adam girdiyini bildirmişdir. O, dərhal yuxudan ayılmış və ayağa qalxmaq istəyərkən artıq 6-7 nəfər maskalı, dəbilqəli, zirehli jiletli və avtomat silahlı adamın evə daxil olduğunu görmüşdür. O və həyat yoldaşı Səidə yataq otağından çıxıb qonaq otağına keçərkən, silahlılardan biri onu tutub qollarını arxaya buraraq, çölə, yəni evin giriş qapısının yanına çıxarmış, bir neçəsi isə yuxarı mərtəbəyə qalxmışlar. O, sialhlılardan kim olduqlarını, nə səbəbə evə basqın etdiklərini soruşsa da, onlardan heç kim nə baş verdiyini, kim olduqlarını deməmişdirlər. O, əvvəlcə həmin şəxslərin quldur olduğunu düşünsə də, lakin zirehli jilet, dəbilqə və xüsusi geyimlərini gördükdən sonra, onların hüquq mühafizə orqanı işçiləri olmasını anlamışdır. Silahlılar onun qolunu burub çölə çıxaran zaman, heç sonuncu onlara heç bir müqavimət göstərmədiyi halda, polislər həddən artıq güc tətbiq etdiyindən qolu çox ağrımış və qolunu buraxmaları üçün xahiş etmiş, lakin onlar əhəmiyyət verməmişlər. Onlardan bir neçəsi yuxarı qalxıb oğlu Xəlili çılpaq, yalnız alt qısa tumanda, qolu burulu, üzü önə aşağı əyilmiş vəziyyətdə ikinci mərtəbədən endirib çölə çıxarmışlar. Həmin vaxt Xəlilin otağında həyat yoldaşı və iki körpə uşağı ağlamışdır. Səs-küyə demək olar ki, ətraf qonşuları ayılmışdır. Həyat yoldaşı Səidə həyacanlı vəziyyətdə qışqıraraq, nə baş verdiyini soruşmuş, onları buraxmalarını tələb etmişdir. Sonra onlardan hansısa digər oğlu - Fəridin harada olduğunu soruşmuş, həmin vaxt Fərid yatdığı otaqdan çıxmış və çıxan kimi onun da qolunu burub, hərəkət etməsinin qarşısı alınaraq, evin girişinə gətirilmişdir. Bu zaman yoldaşı Səidə onlardan Xəlilin paltar geyinməsinə icazə verməsini xahiş etmiş, polislər razılıq verdikdən sonra, Səidə Xəlilin həyat yoldaşı Səyyarəyə səslənərək şalvar və kofta gətirməsini demiş, Səyyarə öz otaqlarına qayıdıb, idman şalvarı və qısa qollu idman koftası gətirmişdir. Səidə Xəlilə şalvarını geyindirmiş, lakin qolları arxa tərəfə burulmuş vəziyyətdə olduğu üçün koftanı geyindirmək mümkün olmamışdır. Fərid şortikdə olduğundan ona da paltar geyinməsi üçün icazə istəmişlər, lakin polislər icazə verməmişlər. Fərid mayka və şortikdə qalmışdır. Sonra polislər həm Fəridin, həm də Xəlilin qollarını arxadan qandallamış, onun qollarını isə qandallamamışlar, yalnız arxaya doğru burub, boyun hissəsindən önə əymişlər. Onlara heç kim nə səbəbə evə girdiklərini, nə baş verdiyini deməmişdir. Polislər onun hər iki oğlunu və onu evdən çıxarıb həyətdə, evin giriş qapısının yanında saxlamışlar. Həmin vaxt polislərdən biri uca səslə evdə kamera olduğunu bildirərək, onlardan kameranın blokunu vermələrini tələb etmiş, onlar isə evdə kamera olmadığını bildirmişlər. Polislər onlara inanmayıb kameranın qoyula biləcəyi yerlərə, həmçinin həyətə baxmış, lakin heç nə tapmamışlar. O, ağrıya dözmədiyi üçün bir daha onu tutan polisdən qolunu buraxmasını, yaxud bir qədər boşaltmasını xahiş etmiş, bu zaman polislərdən bir nəfər onun qolunu buranın əlinə toxunaraq, yumşaltmasını demiş, bundan sonra sonuncunun qolunuu buraxmışlar və o normal vəziyyətdə dayanmışdır. Bundan sonra onun hər iki oğlunu qolları qandallanmış şəkildə həyətdən çıxararaq, darvazanın yanında saxladıqları avtomobillərə əyləşdirmişlərHəmin vaxt o, polislər tərəfindən darvazanı içəridən açmaq üçün, darvazanın sağ tərəfində pilləkan qoyulduğunu, həmçinin darvazanın girişində yerdə “Kuvalt” çəkici, Laqonda mişarı olduğunu görmüşdür. Polislər Xəlil və Fəridi, hər birini ayrı-ayrı avtomobillərə əyləşdirib, gətirdikləri əşyaları -lomu, kvalt və s. avtomobilə qoymuşlar. Fəridin mindirildiyi avtomobil ağ, Xəlilin mindirildiyi avtomobil isə qara rəngdə olmuşdur. Polislər getdikdən sonra o, bir neçə qohumuna zəng edib, hadisə barədə danışmışdır. Eyni zamanda o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, baş verənlər barədə məlumat vermiş, onlardan məlumat istəmiş, lakin heç bir məlumat öyrənə bilməmişdir. Yalnız o, Xəlilin gözündə xəstəlik olduğunu, polislərin bundan ehtiyatlı olmalarını, birdən kiminsə Xəlilin gözünə zərbə vuracağı təqdirdə vəziyyətinin lap pis olacağını bildirmişdir. Bundan sonra o, Bərdə rayon Polis şəbəsinə getmiş, orada övladlarının tutulub aparıldığını bildirərək, bunun səbəbini soruşmuş, Şöbənin girişində olan polis əməkdaşı əməliyyat barədə Bərdə RPŞ-nin məlumatının olmadığını, Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşlarının Bakıdan gəldiklərini bildirmiş və onu məlumat almaq üçün içəri buraxmamışdır. O, şöbədən məlumat ala bilmədiyindən daha bir neçə dəfə 102 xidmətinə zəng etmiş, lakin faydası olmamışdır. Bundan sonra o, evə gəlmiş, saat 10 radələrində Xəlil hansısa nömrədən zəng edərək, mobil telefonunun Polis şöbəsinə gətirilməli olduğunu bildirmişdir. Polislər Xəlili apararkən onun telefonu evdə qalmışdır. O, Xəlilin mobil telefonunu şöbəyə aparmış və şöbənin qapısından polislərə vermişdir. Bundan sonra saat 15 radələrində o, polislərdən Xəlili bir qədər əvvəl, saat 14 radələrində Bakıya apardıqlarını eşitmişdir. Ona görə o, özü də işlə maraqlanmaq üçün Bakı şəhərinə getmişdir. Axşam saatlarında yoldaşı Səidə ona zəng edərək Fəridin buraxıldığını və artıq evə gəldiyini bildirmişdir. O, Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmiş, orada Mahir adlı müstəntiqdən guya Xəlilin üstündə narkotik maddələr olduğunu və bu səbəbdən tutulduğunu öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 27 avqust 2020-ci il tarixdə saat 04 radələrində küçədən maşın səsləri gəlmiş, o, səsə yuxudan ayılmış, lakin əhəmiyyət verməmişdir. Bundan 2-3 dəqiqə sonra Xəlilgilin evindən onun atası Elşənin, həmçinin anası Səidənin qışqırıq səsləri gəlmişdir. Səidə dəhşət içində qışqıraraq, “siz kimsiniz, niyə bizim bizim evimizə girmisiz, nə istəyirsiz bizdən?” tipli suallar vermiş, o da narahat olduğu üçün dərhal paltarını geyinib evin darvazasını açıb küçəyə baxmışdır. Həmin vaxt Elşənin evinin darvazası açıq olmuş, içəridə 6-7 nəfər maskalı, dəbilqəli, zirehli jiletli və avtomat silahlı adam olduğunu görmüşdür. Onlardan biri Elşənin qolunu arxasına doğru burub, başını önə doğru əymiş, iki nəfəri Xəlilin qollarını arxaya doğru burub, evdən həyətə çıxarmışlar. Xəlil qısa alt tumanında, bədən hissəsi açıq vəziyyətdə olmuşdur. Həmin vaxt onların darvazasının girişində, yerdə müxtəlif dəmir alətlər olmuş, eyni zamanda darvazanın sag tərəfindəki divara pilləkən söykədilmişdir. O, onların geyim formalarından polis - xüsusi təyinatlı olduğunu anlamışdır. Polislərin hər biri maskalı, dəbilqəli, zirehli jilet və silahlı olmuş, hər birinin dəbilqəsində işıq yanmışdır. Həmin vaxt polislərin içərisindən kimsə Xəlili işarə edərək, onun qardaşının da olduğunu demiş, elə həmin vaxt Xəlilin kiçik qardaşı Fərid evdən çölə çıxmışdır. Onunla birlikdə qardaşı Namiq də, səs-küyə gəlmiş və aydın şəkildə hər şeyi görmüşlər. Lakin polislərin nə səbəbə gəldiklərini, əslində nə baş verdiyini bilmədikləri üçün onlar öz qapılarından çölə çıxmamışlar. Fərid çölə çıxan kimi polislər onun da qollarını arxaya doğru burub qandallamışlar. Polislər ev sahibləri ilə heç bir dialoqa girməmiş, yalnız özlərinə lazım olan sözləri demişlər. Polislər Xəlilgildən evdə kamera olduğunu və kameranın blokunun harada olduğunu soruşmuş, Xəlilin atası Elşən evdə kamera olmadığını bildirmişdir. Elşən kamera olmadığını bildirsə də, onlar inanmamış və 1-2 nəfər polis evin ətrafına dövrə vuraraq, kamera axtarmış, lakin kamera olmadığına əmin olaraq, daha soruşmamışlar. Həmin vaxt Elşən onu tutmuş polisdən qolunu biraz buraxmasını xahiş etmiş, lakin polis əməkdaşı Elşəni buraxmamışdır. Həmin vaxt evin ikinci mərtəbəsindən Xəlilin həyat yoldaşı və iki körpə uşağı ağlamış, bu zaman Səidə polislərdən Xəlilin paltar geyinməsinə icazə verməsini xahiş etmişdir. Anasının xahişinə razılıq verdikdən sonra, Səidə Xəlilin həyat yoldaşı Səyyarəyə səslənərək şalvar və kofta gətirməsini demiş, Səyyarə evdən şalvar və kofta gətirərək, qaynanası Səidəyə vermişdir. Polislərdən biri Xəlilin paltarını geyindirəcəyini demiş, lakin Səidə etiraz etmiş və Xəlilə şalvarını özü geyindirmişdir. Xəlilin qolları arxa tərəfə burulmuş vəziyyətdə olduğu üçün isə, koftanı geyindirmək mümkün olmamışdır. Fərid şortikdə olduğundan, Səidə ona da paltar geyinməsi üçün icazə istəmiş, hətta Səidə Fəridə kofta gətirsə də, polislər icazə verməmişlər. Sonra polislər həm Fəridin, həm də Xəlilin qollarını arxadan qandallamışlar. Həmin vaxt polislərdən biri Elşənin həyətdə saxladığı avtomobilin qapısını açıb, salonuna baxaraq, bağlamışdır. Elşən polislərdən yenə də nə baş verdiyini soruşmuş, bu formada evə hücum etməyə ehtiyac olmadığını, çağırılacaqları təqdirdə gələcəklərini bildirsə də, heç biri heç nə deməmişdir. Bundan sonra həm Xəlili, həm də Fəridi qolları qandallanmış şəkildə həyətdən çıxararaq, darvazanın yanında saxladıqları avtomobillərə əyləşdirmişlər. Polislər Elşəngilin darvasazının girişində yerdə “Kuvalt” çəkici, Laqonda mişarı və s. əşyalar qoymuşlar. O, polislərin həmin əşyaları gətirməkdə məqsədlərinin Elşəngil qapını açmayacağı təqdirdə, qapını sındırmaq olduğunu düşünmüşdür. Polislər Xəlil və Fəridi, hər birini ayrı-ayrı avtomobillərə mindirmişlər. Ardınca gətirdikləri əşyaları-lomu, kuvalt və sair əşyaları avtomobilə qoymuşlar. Avtomobillər cip markalıolmuşdur. Avtomobillərdən biri - Fəridin mindirildiyi avtomobil ağ, Xəlilin mindirildiyi avtomobil isə qara rəngli olmuşdur. Bundan sonra polislər də hamsı avtomobillərə minib getmişlər. Polislər getdikdən sonra, o və yaxın qonşular Elşəndən nə baş verdiyini soruşmuş, Elşən onlara məlumatsız olduğunu, polislərin gecə divardan aşıb darvazanı açaraq, ardından evin qapısını açaraq evə daxil olduğunu, 2-ci mərtəbədə yataq otağından Xəlili tutduqlarını bildirmişdir. X21 İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, baş verənlər barədə məlumat verib, onlardan məlumat istəmiş, lakin heç bir məlumat öyrənə bilməmişdir. Sonra Elşən Bərdə rayon Polis şəbəsinə getmiş, bir qədər sonra Səidəyə zəng edərək, Xəlil və X17 Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının apardıqlarını demişdir. 1-2 gün sonra o, Səidədən Xəlilin guya üstündə narkotik maddələr olduğunu və bu səbəbdən tutulduğunu eşitmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27 avqust 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Nərimanov rayon məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 4(005)-1023/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 avqust 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2020-ci il tarixli 6/1686 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələr..” və s. qeydlər olan zərfdəki 2 ədəd bükümlərdəki hər birinin ayrıayrılıqda təmiz çəkiləri 12.070 qram və 9.605 qram, ümumi təmiz çəkisi 21.675 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 21.675 qram, tədqiqata sərf edildi – ümumi 0.050 qr, ümumi qalıq – 21.625 qram təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında diskdən görünür ki, Bərdə RPŞ-nə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə 27.08.2020-ci il tarixdə saat 06:50-də “İphone” markalı mobil telefon aparatı vasitəsi ilə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Şübhəli şəxs masaya doğru yaxınlaşıb qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim edir. Daha sonra şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edilir. Onun üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümə baxış keçirilir və içində tünd qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu aşkar olunur. Şübhəli şəxs həmin maddələri “heroin” adı ilə adlandırır və 3 gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını və onda maraq oyatdığından üzərində gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə olan heroinə bənzər maddələr özünün iştirakı ilə polis əməkdaşları tərəfindən müvafiq qaydada bir ədəd zərfdə qablaşdırılaraq möhürlənir və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburinarkoloji tibbi yoxlamasının 21.09.2020-ci il tarixli 2611 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Heydarov X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 26 avqust 2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X9 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə saat 05.00-da Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon İcra Hakimiyyətinin Başçısının Bərdə şəhər İƏD üzrə nümayəndəliyinin 30.09.2020-ci il tarixli 3759 nömrəli xasiyyətnamə və arayışlarından görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, lakin narkotikə meyilli olması göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İV № 053835 nömrəli Doğum haqqında şəhdətnamədən görünür ki, 05.11.2017-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İİİ № 818838 nömrəli Doğum haqqında şəhdətnamədən görünür ki, X7 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin ona aid olmaması, əgər narkotik vasitənin ona məxsus olmasını boynuna almazsa qardaşının da həbs olunacağı, ailə üvlərinin daha da əziyyət çəkməməsi üçün aşkar olunan narkotik vasitəni boynuna alması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğyn olmadığından və özünün ibidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib,həmin ifadələri özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs yaxın qohumu olduqlarından şahidlər X8 və X1 verdikləri ifadələrini təqsirləndirilən şəxsin müdafiəsi məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirib işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul etmir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin satışını həyata keçirmək üçün onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. Lakin ibtidai araşdırma orqanı yuxarıda qeyd edilənlərə, eləcə də qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız təmiz çəkisi 21,675 qram narkotik vasitə heroinin külli miqdar olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi və saxlanılması kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narkotik vasitənin çəkisinin külli miqdar olması onun satış məqsədi ilə əldə edilib saxlanılmasına əsas vermir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Belə ki, nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitənii satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vastəni kimə və necə satması barədə də heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə saxlaması haqqında da heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə subutların qiymətləndirməsi qərarında da onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gələrkən heç bir dəlilə əsaslanmamış, əsassız olaraq onun narkotk vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gəlmişdir. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində aşkar olunan külli miqdarda, yəni 21,675 qram olan heroinin olmasına baxmayaraq, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı onun həmin narkotik vasitələri satış məqsədilə əldə edib üzərində daşımasına dair hər hansı mötəbər sübutun əldə edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə edilməsinə dair heç bir mötəbər sübut olmadığı halda, təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair yuxarıda qeyd edilən qanunda və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarında göstərilən digər xüsusatlar da müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə edib saxladığı ümumi təmiz çəkisi 21,675 qram olan heroini satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxlaması müəyyən olunduğundan, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq, təmiz çəkisi 21,675 qram olan külli miqdarda heroini əldə edib daşıyaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ibtidai isintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə şəxsi axtarış keçirlməsi zamanı aparılmış videoçəkilişlə sübuta yetirilmişdir. Məhkəmə kollegyası hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ali təhsilli olmaqa yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdən hesablanmaqla 01 il 26 gündür həbsdədir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə, onun cəzasını çəkilmə hissəsində həbsdə olduğu müddətlə kifayətlənmək olar. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs » qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsində saxlanılan bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 21,625 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, məhvetmə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 108,46 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün onun hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Onun 27 avqust 2020-ci il tərixdən 22 sentyabr 2021-ci il tarixədək 01 (bir) il 26 (iyimi altı) gün müddətində həbsdə olması nəzərə alınmaqla cəzasını çəkib qurtarmış hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılsın. İş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsində saxlanılan bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 21,625 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, məhvetmə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 108,46 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirdiyindən 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar