Məhkəmə qərarları › İş №1(100)-105/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-105/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-105/2023 05.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 06 avqust 1981-ci ildə Ağdam rayon Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Ağdam rayon Çəmənli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Çəmənli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onların hissələrini toplama) məqsədi ilə qanunsuz olaraq 2021-ci ilin aprel ayında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin aprel ayında qanunsuz olaraq əkmiş, həmin toxumlardan bitmiş 5 (beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarına 19 iyun 2022-ci il tarixədək aqrotexniki qulluq göstərərək suvarmaqla diblərini yumşaldıb alaq otlarından təmizləmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən aşkar edilənədək yəni 19 iyun 2022-ci il tarixədək qanunsuz olaraq xeyli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri qəsdən kultivasiya etmişdir. Bundan başqa o, satış məqsədi olmadan istintaqla dəqiq müəyyən edilməyən tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış ümumi təmiz çəkisi 1390 qram narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı Ağdam rayonu Çəmənli kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan çadır materialdan ibarət yaşayış sahəsində şəffaf sellofan torbalarda yerləşdirib qablaşdırmaqla gizlədib saxlamış, 19 iyun 2022-ci il tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən qeyd edilən külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında video konfrans vasitəsilə qoşularaq təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəlidir və iki övladı var. Övladının biri iflic xəstəsidir. Yaşadığı ev yandığından həyətdə cadır qurub orada yaşayır.Təxminən 3-4 ildir ki, narkotik vasitə istifadə edir. 2021-ci ilin aprel ayında Ağdam rayon Çəmənli kəndində yerləşən torpaq sahəsində gedərkən narkotik vasitələrin toxumlarını tapmış və əkmək məqsədi ilə yaşadığı ünvana gətirmişdir. 2021-ci ilin aprel ayında tapdığı toxumları yaşadığı evin həyətyanı sahəsində əkmişdir. Həmin toxumlardan bitən 04 ədəd çətənə bitkisinin kollarına aqrotexniki qaydada qulluq edərək, diblərini alaq otlarından təmizləyib mütəmadi olaraq suvarmışdır. 2021-ci ilin sentyabr ayına kimi həmin çətənə bitkilərinə qulluq göstərmişdir. Həmin vaxt həmin bitkiləri kökündən çıxarıb, qurudaraq marixuana və toxum əldə etmişdir. Qurutduğu həmin marixuananı evinin həyətində olan çadır materiallı yaşayış sahəsində saxlamışdır. Həmçinin o, qurutduğu marixunanı ayrı-ayrı sellafon bükümlərə yığaraq 04 bükümün çadır materiallı yaşayış sahəsinin içərisində karton qutuda 01 ədəd bükümü isə həmin yaşayış sahəsində olan şkafda saxlamışdır. Həmin qurutduğu çətənə bitkilərinin kollarından əldə etdiyi toxumları yaşadığı evin həyətində olan tövlədə saxlamışdır. Həmin toxumların bir qismini 2022-ci ilin aprel ayının əvvəllərində evinin həyətində bir qismini isə kapron dibçəkdə əkmişdir. Həmin toxumlardan dibçəyin içərisində 02 ədəd, yarımçıq tikilidə 02 ədəd və həyətyani sahədə isə 01 ədəd olmaqla, ümumilikdə 05 ədəd çətənə bitkisinin kollarına kollarına aqrotexniki qaydada qulluq edərək, diblərini alaq otlarından təmizləyib suvarmışdır. 19 iyun 2022-ci il tarixdə o yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşlarının yaşadığı evin önündə dayandıqlarını görmüşdür. O, düşünmüşdür ki, yaşayış sahəsində saxladığı qurudulmuş marixuananı və evinin həyətyani sahəsində əkib becərdiyi çətənə bitkisinin kollarını polis əməkdaşları aşkar edəcək, ona görədə yaşadığı ünvana gəlməmişdir. Lakin sonradan polis əməkdaşları onu taparaq rayon polis şöbəsinə gətirmişlər. Ona orada dövlət hesabına hüquqlarının müdafiəsi üçün vəkil seçmiş və şübhəli şəxs qismində tutulmuşdur. Orada üzərinə şəxsi axtarış keçirilmiş, ancaq qanunsuz olaraq üzərindən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Müvafiq protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imza edilmişdir. O, evin həyətyanı sahəsində əkdiyi çətənə bitkilərini qurudaraq özü istifadə etmək məqsədi ilə əkmişdir. O, qurudaraq saxladığı marixuananı istifadə etmək məqsədi ilə ayrı-ayrı kollardan yığdığı üçün ayrı sellofanlara yığmışdır. Həyətyan sahəsində əkdiyi narkotik tərkibli çətənə kollarının əkilməsindən heç kimin məlumatı olmamış və ona heç kim köməklik etməmişdir.Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2022-ci il tarixdə Ağdam rayon X18 rayon Çəmənli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi, narkotik vasitələri saxlaması barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon Çəmənli kəndinə getmişlər. Onlar orada evə və həyətyani sahəyə baxış keçirmək üçün mütəxəssis dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs yaşadığı evdə olmamış, onlar Təqsirləndirilən şəxs həyat yoldaşı Gülnarə Məmmədovaya həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi, narkotik vasitələri saxlamasında şübhəli olduğunu və evində, həyətyanı sahəsində axtarış aparılacağı barədə məlumat vermişlər, Gülnarə Məmmədova isə etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar həyətə daxil olmuş və həyətə baxış keçirərkən həyətdə yeni tikilmiş yaşayış olmayan fərdi yaşayış evinə bitişik olan iki yarımçıq tikilidən birinin içərisindən 02 ədəd yaşıl rəngli, kəskin iyli bitki, digərindən isə dibçəyə əkilmiş 02 ədəd yaşıl rəngli, kəskin iyli bitki və həyətin digər tərəfindən, dəmir hasarın yaxınlığından 01 ədəd yaşıl rəngli, kəskin iyli bitki olmaqla, ümumilikdə 05 ədəd yaşıl rəngli, kəskin iyli bitki aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olmasını və həmin bitkilərə aqro-texniki qaydada qulluq edilməsini bildirmişdir. Bundan sonra həyətyanı sahədən aşkar edilmiş ümumi sayı 05 ədəd yaşıl rəngli, kəskin iyli bitkilər qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Bundan sonra həyətdə olan müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş çadıra baxış keçirilərkən karton qutunun içərisindən 04 ədəd şəffaf rəngli polietilen torbada və karton qutunun yaxınlığında olan şkafın içərisindən 01 ədəd şəffaf rəngli torbada kəskin qoxulu, yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş və narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış və imzalara təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını və qəbul edilmiş qərarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə göstərdiyi halları onunla əsaslandırır ki, , təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması o cümlədən satış məqsədi ilə üzərində saxlaması və daşıması barədə məlumat olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını, bu iş üzrə də keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayonu Çəmənli kəndində yaşayır. Ağdam rayon İHB-nın Çəmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs evi yandığından həyətində çadır qurub orada yaşayır. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Ağdam rayon Polis Şöbəsinin əməkdaşları Ağdam rayon Çəmənli kəndi ərazisində ona yaxınlaşaraq Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsində və narkotik vasitələri saxlamasında şübhəli olduğunu və onun polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsində iştirak etməyini xahiş etmişlər. Bundan sonra onlar mütəxəssis və polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı yaşadığı evin qarşısına gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə olmamış, bu zaman polis əməkdaşları Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid6 həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi, narkotik vasitələri saxlamasında şübhəli olduğunu və evində, həyətyani sahəsində axtarış aparılacağı barədə məlumat vermişlər, Şahid6 isə etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar həyətə daxil olmuşlar və həyətə baxış keçirərkən həyətdə yeni tikilmiş yaşayış olmayan fərdi yaşayış evinə bitişik olan iki yarımçıq tikilidən birinin içərisindən 02 ədəd yaşıl rəngli, kəskin iyli bitki, digərindən isə dibçəyə əkilmiş 02 ədəd yaşıl rəngli, kəskin iyli bitki və həyətin digər tərəfindən, dəmir hasarın yaxınlığından 01 ədəd yaşıl rəngli, kəskin iyli bitki olmaqla, ümumilikdə 05 ədəd yaşıl rəngli, kəskin iyli bitki aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olmasını və həmin bitkilərə aqro-texniki qaydada qulluq edilməsini bildirmişdir. Bundan sonra həyətyani sahədən aşkar edilmiş ümumi sayı 05 ədəd yaşıl rəngli, kəskin iyli bitkilər qablaşdırıldı və imzalarla təsdiq edilmişdir. Bundan sonra həyətdə olan müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş çadıra baxış keçirilərkən karton qutunun içərisindən 04 ədəd şəffaf rəngli polietilen torbada və karton qutunun yaxınlığında olan şkafın içərisindən 01 ədəd şəffaf rəngli torbada kəskin qoxulu, yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş və qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağdam rayonu Çəmənli kəndində yaşayır və ailəlidir. xx.xx.2007-ci il tarixdən etibarən Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşlar, onların birgə nigahlarından iki azyaşlı övladları olmuş, bvladının biri ifliç xəstəsidir. Evləri yandığından həytdə çadır qurub orda yaşayırlar. xx.xx.2022-ci il tarixdə təxminən saat 11 radələrində əri Arzu əkin sahəsində arpa bitkisini biçdirəcəyini söyləyərək yaşadıqları evdən çıxmışdır. Arzu yaşadıqları evdən çıxdıqdan bir neçə saat sonra Ağdam rayon polis şöbəsinin əməkdaşları yaşadıqları evin qarşısına gəlmiş, ona Arzunun yaşadıqları evin həyətyanı sahəsində narkotik vasitələrin əkilib becərilməsində, saxlanılmasında və satışında şübhəli olduğunu, bu səbəbdən yaşadıqları evə və evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişdirlər. Bundan sonra onun, polis əməkdaşları, kənd icra nümayəndəsi və mütəxəssisin iştirakı ilə yaşadıqları evin həyətyanı sahəsinə və evə baxış keçirilmişdir. Baxış keçirilərkən evin həyətyanı sahəsində tikdirdikləri, tam olaraq təmiri başa çatmamış yarımçıq tikilinin qarşısında olan gələcəkdə pilləkən kimi nəzərdə tutulmuş, yarımçıq tikilidən iki ədəd narkotik vasitəyə bənzər bitki kolu aşkarlanmış, polis əməkdaşları tərəfindən qablaşdırılmış, möhürlənmış, daha sonra tərəflərindən həmin qablaşdırma imzalarla təsdiqlənmişdir. Həmin vaxt mütəxəssis kimi baxışda iştirak edən şəxs bitkilərə xüsusi aqrotexniki qulluq olunduğunu bildirmişdir. Bundan sonra həmin tikilinin qarşı hissəsində pilləkən kimi nəzərdə tutulmuş yarımçıq tikilinin içərisində bir ədəd dibçəkdə iki ədəd narkotik vasitəyə bənzər bitkilər aşkarlanmış, polis əməkdaşları tərəfindən qablaşdırılmış, möhürlənmış, daha sonra tərəflərindən həmin qablaşdırma imzalarla təsdiqlənmişdir. Həmin vaxt mütəxəssis kimi baxışda iştirak edən şəxs bitkilərə xüsusi aqrotexniki qulluq olunduğunu bildirmişdir. Sonra həyətə baxış zamanı, həyətin yuxarı hissəsində dəmir hasarın yaxınlığında bir ədəd narkotik vasitəyə bənzər bitki aşkarlanmış, polis əməkdaşları tərəfindən qablaşdırılmış, möhürlənmış, daha sonra tərəflərindən həmin qablaşdırma imzalarla təsdiqlənmişdir. Yaşadıqları ev təxminən bir il öncə elektrik naqillərinin qısa qapanması nəticəsində yanaraq yararsız vəziyyətə düşdüyündən dövlət orqanları tərəfindən onlara müvəqqəti yaşamaq üçün verilmiş çadıra baxış keçirilərkən çadırın içərisində olan yumuşaq karton materialından olan yeşiyin içərisindən dörd ədəd şəffaf rəngli polietilen torbada qurudulmuş halda narkotik maddəyə bənzər kütlə, həmin yeşiyin yaxınlığındakı şkafdan isə bir ədəd şəffaf rəngli torbadan qurudulmuş halda narkotik maddəyə bənzər kütlə aşkarlanmışdır. O, həmin narkotik maddəyə bənzər kütləni öncədən görməmişdir. O, xx.xx.2022-ci il tarixdə azyaşlı övladını Bakı şəhərindən müayinədən gətirdikdən sonra Ağdam rayon Çəmənli kəndində atasının evdə qalmış, mütəmadi olaraq yaşadıqları evə gələrək heyvanları yemlədikdən sonra oraya qayıtmış, ancaq təxminən bir həftə olar ki, evlərinin həyətindəki yardımçı tikilidə qalmış, ancaq pal-paltar lazım olduqda həmin çadırda olan paltarlarını istifadə üçün götürmüşdür. Çadırda olan şkafın içərisində, üzərində qab-qacaq, stolun üzərində xalça, kresloların üzərində müxtəlif yorğan dəstləri, sarı rəngli şkafdə paltar və yataq dəstləri olmuşdur. O, həmin narkotik vasitəyə bənzər bitklərin nə zaman, kim tərəfindən əkilməsi və aqrotexniki qulluq olunmasını bilmir. xx.xx.2022-ci il tarixli Raportdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Ağdam rayon Çəmənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsində X5 becərilməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat tədbirinin keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Ağdam rayon Polis şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Ağdam rayon Çəmənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hazırda yaşadığı evin həyətyanı sahəsində X5 becərilməsində, saxlanmasında və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şahid6 ərizə yazaraq yaşadığı Ağdam rayon Çəmənli kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin həyatyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon Çəmənli kəndində yerləşən evin həyətyani sahəsinə baxış keçirilmiş, baxış zamanı evin həyətyanı sahəsindən ümumilikdə 05 ədəd çətənə (kannabis) bitkiləri, həmçinin müvəqqəti yaşayış üçün nəzərdə çadırdan aşkar edilmiş təmiz çəkisi 1390 qram qurudulmuş marixuana polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülüb maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, X11 X1 rayonu üzrə baş aqranomu Şahid4 Ağdam RPŞ-nın dəvəti ilə Ağdam rayon Çəmənli kəndində yaşayan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdam rayon Çəmənli kəndində yaşadığı evin həyətində 05 ədəd çətənə koluna bənzər bitkiyə baxış keçirdi. Baxış zamanı həmin bitkinin tərkibində narkotik vasitə olan çətənə bitkisi olması və həmin çətənə bitkisinə xüsusi qulluq olunması müəyyən edildi. «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin ondan hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. “İfadənin yerində yoxlanılamsı haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılan zaman ifadəsində qeyd etdiyi xüsusatları bir daha hadisə yerində təsdiq etmişdir. Bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(013)-64/2022 saylı qərarından görünür ki,Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ağdam rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 19 iyun 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Azerfon Şəbəkəsində sorğulanan müddətdə hər hansı nömrə qeydə alınmamışdır. xx.xx.2022-ci il tarixli məktuba cavabdan görünür ki , Təqsirləndirilən şəxs adına Bakcell Şəbəkəsində sorğulanan müddətdə hər hansı nömrə qeydə alınmamışdır Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı təqsirləndirən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə ***-***-**-** saylı, ***-***-**-** saylı, ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrlə mütəmadi telefon əlaqəsi saxladığı müəyyən edilmişdir.Həmçinin Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrənin deaktiv olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin sorğu edilən dövr ərzində mütəmadi olaraq Ağdam rayon ərazisində “Çəmənli” anten dairəsində olması müəyyən edilmişdir Ağdam rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Qalib oğlunun həyətində əkdiyi narkotik tərkibli toxumları haradan almasını, eləcə də, Təqsirləndirilən şəxs Qalib oğlunun həyətində əkib-becərdiyi və gizli saxladığı narkotik tərkibli maddələrin kimlərəsə satmasını, həmçinin Təqsirləndirilən şəxs Qalib oğlunun həyətində əkdiyi və saxladığı narkotik maddələrin əkilib-becərilməsində başqa şəxslərlə əlbir olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə-bioloji ekspertizanın 20 iyun 2022-ci il tarixli, 16/687 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Vətəndaş Təqsirləndirilən şəxs Qalib oğlunun yaşadığı evdən aşkarlanaraq götürülmüş kütlə...” sözləri yazılmış sintetik kisədəki, 5 (beş) ədəd şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 270 qram, 180 qram, 210 qram, 250 qram, 480 qram, ümumi təmiz çəkisi 1390 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş üzərində, “Vətəndaş Təqsirləndirilən şəxs Qalib oğlunun yaşadığı evin həyətyanı sahəsindən aşkarlanaraq götürülmüş iki ədəd narkotik tərkibli bitkiyə bənzər kol...” sözləri və imzalar olan 1 (bir) ədəd baş-başa keçirilmiş pambıq kisədəki, sayı 2 (iki) ədəd ümumi təmiz çəkisi 210 qram yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində, “Vətəndaş Təqsirləndirilən şəxs Qalib oğlunun yaşadığı evin həyətyanı sahəsindən aşkarlanaraq götürülmüş iki ədəd narkotik tərkibli bitkiyə bənzər kol...” sözləri və imzalar olan 1 (bir) ədəd baş-başa keçirilmiş pambıq kisədəki, sayı 2 (iki) ədəd ümumi təmiz çəkisi 235 qram yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində, “Vətəndaş Təqsirləndirilən şəxs Qalib oğlunun yaşadığı evin həyətyanı sahəsindən aşkarlanaraq götürülmüş iki ədəd narkotik tərkibli bitkiyə bənzər kol...” sözləri və imzalar olan 1 (bir) ədəd baş-başa keçirilmiş pambıq kisədəki, sayı 1 (bir) ədəd ümumi təmiz çəkisi 105 qram yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid4 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2293 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Qalib oğlunun əvvəllər psixi xəstəliklər keçirməsini, cinayət törətməzdən əvvəl və cinayət törədərkən anlaqlı olub-olmamasını, onda əqli cəhətdən geri qalma və ləngimə hallarının olmasını, hadisə zamanı onun Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməsini müəyyən etmək məqsədilə ilə 18 avqust 2022-ci il tarixdə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2293 nömrəli rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs Qalib oğlu hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4746 nömrəli rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs Qalib oğlunda narkotik vasitə olan kannobinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 iyun 2022-ci ildən hesablanmışdır. X21 Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Ağdam MRX-nın Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Mərkəzi Xəstəxansının narkoloji kabinetində qeydiyyatda durmur. Ağdam rayon Çəmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022ci il arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Çəmənli kəndində həyat yoldaşı Şahid6, övladları X12 və X8 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AA1576547 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X12 xx.xx.2008-ci ildə anadan olmuşdur. AZE N 11224737 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X8 xx.xx.2014-cü ildə anadan olmuşdur. Ağdam rayon Çəmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023cü il arayışından görünür ki, Təqsirləndirilən şəxs və onun ailəsinin yaşdığı ev 2021-ci ildə yanmışdır.Ailə üzvləri hazırda çadırda yaşayırlar. Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid6 şəkər xəstəsidir.X3 iflic xəstəliyindən əziyyət çəkir. Ağdam MRX-nın Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şahid6 Şəkərli diabet 2-ci tip metobolik sindrom diaqnozu ilə dispanser qeydiyatındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vərəmli Pasiyentin Xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hər iki ağ ciyərlərin vərəm xəstəsidir. Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə arayışdan görünür ki, X8 diplegik spastik serebral iflic xəstəsidir. Sağlamlıq imkanları məhdud uşaqdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 05 (beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığı evin həyətində yerləşən müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş çadırın içərisindən aşkar edilmiş ümumi təmiz çəkisi 1390 qram, istifadə olunduqdan sonra yerdə qalan 1389,75 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana və 01 ədəd dibçək maddi sübut kimi tanınaraq Ağdam rayon polis şöbəsinin maddi sübutların saxlama otağında saxlanılır, həmçinin Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon Çəmənli kəndində yerləşən evə və həyətyanı sahəyə baxış keçirilməsini özündə əks edirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan ittihamla razılaşsa da, ona elan edilmiş CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə maddə əldə etmiş, saxlamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik maddəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını və qəbul olunmuş qərarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə göstərdikləri halları onunla əsaslandırmışlar ki, təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması o cümlədən satış məqsədi ilə üzərində saxlaması və daşıması barədə məlumat olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını, bu iş üzrə də keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və xx.xx.2022-ci il tarixli Raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Qalib oğlunun həyətində əkdiyi narkotik tərkibli toxumları haradan almasını, eləcə də, həyətində əkib-becərdiyi və gizli saxladığı narkotik tərkibli maddələrin kimlərəsə satmasını, həmçinin həyətində əkdiyi və saxladığı narkotik maddələrin əkilib-becərilməsində başqa şəxslərlə əlbir olmasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik vasitəni satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan sübutlara əsaslanmışdır. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X5 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını da ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs oğlundan aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları göstərilmişdir. Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X6 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən oğlunun himayəsində iki azyaşlı uşağının olmasını, özünün hər iki ağ ciyərlərinin vərəm xəstəsi olmasını, həyat yoldaşının şəkərli diabet xəstəsi olmasını, övladınnın diplegik spastik serebral iflic xəstəsi olmasını, yaşadığı evinin yanmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir.Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Ağdam rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 05 (beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığı evin həyətində yerləşən müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş çadırın içərisindən aşkar edilmiş ümumi təmiz çəkisi 1390 qram, istifadə olunduqdan sonra yerdə qalan 1389,75 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana və 01 ədəd dibçək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X6 üzrə Dövlət Komissiyasının Daimi X15 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələri ilə təqsirli bilinsin və ona CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 20 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağdam rayon polis şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 05 (beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığı evin həyətində yerləşən müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş çadırın içərisindən aşkar edilmiş ümumi təmiz çəkisi 1390 qram, istifadə olunduqdan sonra yerdə qalan 1389,75 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana və 01 ədəd dibçək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X6 üzrə Dövlət Komissiyasının Daimi X15 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar