Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-105/2024 12.03.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X24, X25, X14, X16 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bərdə rayonu, Leninabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs təkrar zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə Biləsuvar-Bəhrəmtəpə yolunun 45-ci kilometrliyində yolun kənarında icarə əsasında kafe işlədən Zərərçəkmiş şəxs2 əxlaqsız yuva işlətməsi məzmunda şantaj xarakterli video hazırlayıb özünə məxsus “Kanal-9” yotube kanalında sonuncunun haqqında rüsvayedici məlumatlar yayamaq hədəsi ilə Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan davmalı qəsdlə Biləsuvar-Bəhrəmtəpə yolunun 45-ci kilometrliyində yerləşən kafedə 2022-ci ilin iyun ayında ayrı ayrı günlərdə 100 manat, 50 manat və 50 manat olmaqla 200 manat, həmin ilin iyul ayında ayrı ayrı günlərdə 40 manat və 60 manat olmaqla 100 manat, avqust ayında ayrı ayrı günlərdə 30 manat, 30 manat və 40 manat olmaqla 100 manat, sentyabr ayında ayrı ayrı günlərdə 100 manat, 70 manat və 80 manat olmaqla 250 manat nəğd pul alıb ümumilikdə göstərilən dövr ərzində Zərərçəkmiş şəxs2 Zəkərriyyə qızının haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 650 (altı yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almışdır. Bundan başqa o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə Biləsuvar rayonu Arazvari kəndi yaxınlığında icarə əsasında “Cavidan” kafesini işlədən Zərərçəkmiş şəxs3 əxlaqsız yuva işlətməsi məzmunda şantaj xarakterli video hazırlayıb özünə məxsus “Kanal-9” yotube kanalında sonuncunun haqqında rüsvayedici məlumatlar yayamaq hədəsi ilə Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan davmalı qəsdlə Biləsuvar rayonu Arazvari kəndi yaxınlığında yerləşən kafedə dəqiq günləri istintaqa məlum olmyan tarixlərdə yəni 2022-ci ilin may ayında ayrı ayrı günlərdə 100 manat və 50 manat olmaqla 150 manat, həmin ilin iyun ayında 200 manat, iyul ayında ayrı ayrı günlərdə 50 və 100 manat olmaqla 150 manat, sentyabr ayında ayrı ayrı günlərdə 30 manat, 30 manat və 40 manat olmaqla 100 manat nəğd pul alıb ümumilikdə göstərilən dövr ərzində Zərərçəkmiş şəxs3 haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almışdır. Bundan başqa o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə İmişli rayonu Ağalı kəndində yaşayan X15 əxlaqsız yuva saxlaması barədə şantaj xarakterli video hazırlayıb həmin videogörüntünü 25 sentyabr 2022-ci il tarixdə özünə məxsus “Kanal-9info” yotube internet kanalında yayımlayaraq yayımın sosial şəbəkələrdən silinməsi qarşılığında Elman Məmmədovdan sonuncunun tanışı X4 İmişli rayonunun Xubuyarlı kəndində yerləşən “Qardaşlar” adalan marketddə quraşdırılımış 2043 nömrəli “E Manat” ödəmə terminalından onun arvadı X9 adına olan Kapital Bank ASC-yə məxsus bank hesabına göndərdiyi 300 (üç yüz) manat pulu alıb ələ keçirdikdən sonra vahid niyyətlə əhatə olunan davamlı qəsd olaraq yenidən 01 oktyabr 2022-ci il tarixdə həmin videogörüntünü yenidən özünə məxsus “Kanal-9.info” yotube internet kanalında yayımlayaraq yayımın sosial şəbəkələrdən silinməsi qarşılığında Elman Məmmədovdan əlavə olaraq sonuncunun tanışı Şahid1 vasitəsi ilə 700(yeddi yüz) manat pul tələb edib nəticədə 03 oktyabr 2022 ci il tarixdə Göygöl rayonu, Quşqara kəndində yerləşən “Motel” adlanan istirahət mərkəzinin qarşısında Şahid1 493(dörd yüz doğsan üç) manat pul alıb ümumilikdə göstərilən dövr ərzində zərərçəkmiş şəxs X15 haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 1000 (min) manat tələb edib hədə qorxu ilə 793 (yeddi yüz doğsan üç) manat almışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Kanal9.info” saytının təsisçisiçisi olmaqla fərdi olaraq bloger kimi fəaliyyət göstərmişdir.X36, Zərərçəkmiş şəxs3 və Flora kimi tanıdığı Zərərçəkmiş şəxs2 təxminən 3 ildir ki, tanımışdır. Belə ki, onların üçü də İmişli-Biləsuvar yolunun üstündə kafe işlətmişlər. O, də işi ilə bağlı olaraq rayonları gəzdiyi üçün onları tanımışdır. Onlarla əvvəllər münasibəti yaxşı olmuşdur. Hətta onlarla dəfələrlə görüşmüşdür. 2022-ci ilin sentyabr ayının sonlarında Şahid2 onun qeyri-rəsmi münasibətdə olduğu Şahid3 Elmana məxsus kafedən çıxması üçün kömək istəmişdir. Daha sonra Firuzə Elmanın kafesindən qaçaraq onun yanına gəlmiş, onunla görüşdükdə Elmanın onu fahişəliyə cəlb etməsini demişdir. O, isə Firuzəni danışdırıb videoya çəkmişdir. Bundan sonra özünə məxsus “Kanal9.info” saytında və youtube kanalında yaymışdır. Videonu yaydıqdan sonra Elman ona zəng edərək videonu silməyi üçün ona pullar təklif etmiş, eyni zamanda onun tanışı Flora kimi tanıdığı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 də ona zənglər edərək videonu silmək üçün pullar təklif etmişlər. O, isə onlara pul istəmədiyini demişdir. Firuzə Elmanın obyektindən qaçan zaman geyim əşyaları və kosmetika əşyaları obyektdə qalmışdır. Firuzənin deməsinə görə onun əşyalarının ümumi dəyəri təxminən 1600-1700 manat olmuşdur. Firuzə həmin vaxtlar onun yanında olmuşdur. Firuzə Elmanla danışıb ondan əşyalarını və şəxsiyyət vəsiqəsini istədikdə Elman ona obyektdə həmin əşyaların qalmamasını demişdir. Bir neçə gün sonra Elman Firuzə ilə telefon danışığı zamanı ona əşyaların pulunu göndərə biləcəyini demişdir. Firuzə isə ona, kart hesabının olmamasını deyərək ondan Elmanın göndərdiyi pulun həmin karta köçürülməsini xahiş etmişdir. Həmin vaxt arvadı X10 məxsus “Kapital Bank”a aid hesab kartı onun istifadəsində olmuşdur. O, həmin kartın kodunu Firuzəyə vermiş, daha sonra isə karta 300 manat pul gəlmişdir. Həmin pulu bankomatdan çıxararaq Firuzəyə vermişdir. Həmin vaxtlar onun youtube kanalı ələ keçirilmiş, bunun üçün də Elmanın kafesində əxlaqsızlıq yuvası təşkil etməsi barədə video silinmişdir. 01 oktyabr 2022-ci il tarixdə yenidən kanal açmış və həmin kanalda Elmanın əxlaqsızlıq yuvası təşkil etməsi barədə olan videonu yenidən yükləmişdir. 02 oktyabr 2022-ci il tarixdə Bəxtiyar ona zəng edərək Elmandan pul alıb ona verməsini təklif edib qarşılığında videonu silməyini demişdir. O, isə onunla razılaşmamış, lakin Bəxtiyar israrla onunla görüşmək istəmişdir. O, həmin vaxt Göygöl rayonu, Quşqara kəndində olmuş, həmin vaxt Bəxtiyar ora gəlmişdir. Firuzə və Gülnarə də onun yanında olmuşdur. Bəxtiyarla görüşdükdə ondan Elmanın barəsində yaymış olduğu videonu silməyini istədikdə ona videonun sahibinin Firuzə olmasını demişdir. Firuzə Bəxtiyarla danışmış və onlar razılaşmışlar. Daha sonra onlar Göygöl rayonu, Nadil kəndində yerləşən kafeyə getmiş, orada spirtli içki qəbul etmişlər. X38 zəng etmiş və onlar Firuzəyə pul verməyi razılaşmışlar. Daha sonra Göygöl rayonu, Quşqara kəndində yerləşən otelə gəlmişlər. Bəxtiyar isə çıxıb getmişdir. Növbəti gün, yəni, 03 oktyabr 2022-ci il tarixdə Bəxtiyar ona zəng edib otelin qarşısına gəlmişdir. O, orada Bəxtiyarın avtomobilinə əyləşmiş, Bəxtiyar orada ona 493 manat pul vermiş, Fazilə ilə telefon danışığı zamanı Elmana aid videonu silmək üçün pul təklif edildiyindən o, pulu götürmək istəməmişdir.Lakin Bəxtiyar israrla pulu ona vermişdir. O,Pulu götürüb Firuzəyə vermişdir. Sonradan isə ona məlum olmuşdur ki, Bəxtiyar, Elman, Fazilə və Umud onun barəsində şikayətlər etmişlər.Özünü ona olunan ittiham üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X36 ifadəsində göstərmişdir ki, İmişli rayonu, Aranlı kəndində qeydiyyatdadır və həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır.O,fərdi sahibkar kimi fəaliyyət göstərmiş, Biləsuvar-Bəhrəmtəpə yolunun 57-ci kilometrliyində yolun kənarında özünə məxsus kafe təyinatlı obyekti olmuşdur. Həmin obyekti özü işlətmiş, müştərilərə özü qulluq etmişdir. Kafedə iki nəfər işçisi olmuşdur. X5 aşbaz, Məmmədov Elşad oğlu isə ofisiant kimi işləmişdir. Təqsirləndirilən şəxs ilə iki il əvvəl tanış olmuşdur. Həmin vaxtlar Əbdülkərim onun yanına yol adamı kimi gəlmiş, kafedə çay içmişdir. Beləcə onların münasibətləri yaranmışdır. Sonradan Təqsirləndirilən şəxs ona jurnalist olmasını demişdir. Son 2-3 ayda Təqsirləndirilən şəxs onun yanına bir neçə dəfə gələrək ondan az miqdarda pullar istəmiş, həmin pulları ona vermişdir. Həmin pulları ondan yolda qalması, avtomobilinin xarab olması və sair bəhanələrlə almışdır. xx.xx.2022-ci il tarixdə obyektə gələn zaman Əbdülkərimin bir nəfər əvvəlcədən tanımadığı xanımla gəlməsini, obyektdə oturub çay içməsini görmüşdür. Əbdülkərimin yanında olan qızın onlara obyektdə işləməsini təklif etmiş, lakin o, onlarla razılaşmamışdır. Bu səbəbdən Əbdülkərim obyektdən narazı getmişdir. Növbəti gün Əbdülkərim ona 17 dəfə zəng edib, lakin telefonu blokda olduğu üçün həmin zənglərdən xəbəri olmamışdır. Daha sonra öyrənmişdir ki, Əbdülkərim Biləsuvar-Bəhrəmtəpə yolunun 45-ci kilometrliyində yolun kənarında kafe işlədən tanışı Flora kimi tanıdığı Zərərçəkmiş şəxs2 Zəlkəriyyə qızına da zəng edərək onu soruşmuş, daha sonra isə ona barəsində video hazırladığını demişdir. O, bundan xəbər tutduqda Əbdülkərimə zəng edib onun barəsində video hazırladığını soruşduqda ona görüşərik demişdir. Təqsirləndirilən şəxs məxsus “Kanal 9” Youtube kanalında videoya baxan zaman Əbdülkərimin xx.xx.2022-ci il tarixdə obyektə gələn zaman yanında olan Fəridə adlı qızı danışdırmasını, Fəridənin guya onun obyektində fahişəliklə məşğul olmasını, onu buna cəlb etməyini danışmasını görmüşdür. Bu videonu gördükdən sonra Əbdülkərimə zəng etmiş, Əbdülkərim ona videodan xəbəri olmamasını demişdir. Daha sonra Flora ona Əbdülkərimin ona zəng edərək videonu silmək üçün 500 manat pul istəməsini demişdir. Floranı yenidən Əbdülkərimlə danışdırmış və Əbdülkərim videonu silmək üçün 300 manat pul veriləməsinə razılıq vermişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs barəsində yaydığı şantaj xaraklterli videonu sildirmək üçün ona İmişli rayonu, Xubyarlı kəndində yerləşən “E-manat” ödəniş terminalından Əbdülkərimin verdiyi Cəfərova Nuranəyə aid “Kapital Bank” hesabına Floranın vasitəsilə 300 manat pul göndərmişdir.Bundan sonra bir neçə gün heç bir danışıqları olmamışdır. xx.xx.2022-ci il tarixdə tanışları ona zəng vurmuş və barəsində “Kanal-9”Youtube kanalında video yayılmasını demişlər. O, videonu tapıb baxmış və Əbdülkərimin yenidən barəsində yalan və şər olan video hazırlamasını, yanında olan Fəridə kimi özünü tanıdan qadının onu fahişəliyə cəlb etməyi barədə danışmasını görmüşdür. O, Əbdülkərimə zəng vurmuş və video yaymaması üçün ona 300 manat verdiyini desə də, Əbdülkərim video yaymağını danmışdır. O, Gəncə şəhərində yaşadığı tanışı, əvvəllər mətbuat sahəsində işləmiş Şahid1 zəng vurmuş və Təqsirləndirilən şəxs ona qurğu qurması, hədə-qorxu gələrək bir dəfə 300 manat pulunu almasını deyərək ondan kömək etməsini, Əbdülkərimlə danışıb videonu sildirməsini xahiş etmişdir. Bəxtiyar isə ona kömək edəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Bəxtiyar ona zəng edərək Əbdülkərimlə danışmasını, videonu silmək üçün pul istəməsini, 700 manat pul qarşılığında videonu silmək üçün razılaşdığını demişdir. O, Bəxtiyarla razılaşmış və barəsində yayılan nüfuzuna xələl gətirici olan qurma videonu sildirmək məqsədi ilə Təqsirləndirilən şəxs verməsi üçün ona 03 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində İmişli rayonu Bəhramtəpə kəndində yerləşən “Halal” marektdə olan terminaldan 700 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə Flora ona zəng vurmuş və Əbdülkərimin ona zəng etdiyini, ona pulun çatmamasını, onun videonu götürməməsini dediyini bildirmişdir. O, isə Bəxtiyara zəng edib bu barədə məlumat vermiş, Bəxtiyar isə pulu Əbdülkərimə verən zaman video çəkməsini demişdir. O, Əbdülkərimlə danışdıqda sonuncu ondan videonu silmək üçün əlavə 200 manat pul istəmiş,o, də məcbur qalıb xx.xx.2022-ci il tarixdə İmişli rayonu, Çaxırlı kəndində yerləşən “Yaşıl” marketdə olan terminaldan Əbdülkərimin verdiyi“Kapital Bank”a aid kart hesabına 202 manat pul göndərmişdir. Bundan sonra Əbdülkərim onun barəsində olan videonu silmişdir. Sonradan ona məlum olmuşdur ki, Əbdülkərim Bəxtiyarı da da videoya çəkərək hədə-qorxu ilə pul tələb etmiş, Bəxtiyar isə bu barədə şikayət etmişdir.Əbdülkərimə pul göndərməyi ilə bağlı olan qəbzlərin surətini təqdim etmişdir. Təqsirləndirilən şəxs öz qurması ilə onun barəsində şantaj xarakterli video hazırlayıb həmin videonu öz kanalında yaymış, həmin videonu silməsi qarşılığında ondan hədə-qorxu ilə pul tələb etmişdir. O, isə məcbur qalaraq barəsində rüsvayedici videonu sildirmək üçün tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə ona 300 manat pul göndərmişdir. Fazilə də həmin pulu İmişli rayonu, Xubyarlı kəndində yerləşən “Qardaşlar” marketdə olan “Emanat” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs arvadı Nuranə Cəfərovanın adına olan “Kapital Bank”a aid hesab kartına göndərmişdir. Təqsirləndirilən şəxs özünü jurnalist kimi təqdim edərək özünə məxsus “Kanal -9” youtube kanalında onun barəsində öz qurması ilə şantaj xartakterli, guya onun yanında olan Fəridə kimi özünü təqdim edən qızın onun təzyiqi ilə fahişəlik etməsi ilə bağlı video yaymış, həmin videonu silmək üçün hədə-qorxu gələrək ondan pul tələb etmişdir. Həmin videonu 26 sentyabr 2022-ci il tarixdə Əbdülkərimə 300 manat göndərərək sildirmiş, lakin o, xx.xx.2022-ci il tarixdə yenidən həmin videonu öz “Kanal 9” youtube kanalında yayaraq ona hədə-qorxu gələrək ondan pul tələb etmişdir. Bundan sonra Bəxtiyar adlı tanışına zəng edərək Əbdülkərimlə danışmasını, ondan videonu silməsi üçün nə istədiyini soruşmasını xahiş etmiş, Bəxtiyar xx.xx.2022-ci il tarixdə Göygöl rayonu Quşqara kəndində Əbdülkərimlə görüşmüş və sonra ona verməsi üçün ondan 700 manat pul istəmişdir. Həm də Əbdülkərimlə də telefonla özü də danışmış və o, əvvəlcə ondan çox miqdarda pullar istəmiş, lakin 700 manata razılaşmışlar. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə o, İmişli rayonu Bəhramtəpə kəndində yerləşən “Halal” marketdə yerləşən terminaldan Bəxtiyarın kart hesabına 700 manat pul göndərmişdir. Bəxtiyar isə həmin pulun 207 manatını Əbdülkərim və yanında olan qızların yemək və qalmaq xərclərini qarşılamış, 493 manatı isə ona vermişdir. Lakin Əbdülkərim 03 oktyabr 2022-ci il tarixdə zəng edərək pulun ona tam çatmamasını deyərək yenidən 202 manat pul istəmişdir. O, da məcbur qalıb xx.xx.2022-ci il tarixdə İmişli rayonu Çaxırlı kəndində yerləşən “Yaşıl” marketdə olan terminaldan Əbdülkərimin vermiş olduğu “Kapital Bank”a aid kart hesabına 202 manat pul göndərmişdir. Əbdülkərimin ona hədə-qorxu gələrək pul tələb etməsindən bezib onun barəsində şikayət etmişdir. Tanışı Zərərçəkmiş şəxs2 onun vermiş olduğu 300 manat pulu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə İmişli rayonu, Xubyarlı kəndində yerləşən “Emanat” ödəniş terminalından Əbdülkərimin vermiş olduğu Cəfərova Nuranəyə aid “Kapital Bank”a hesabına göndərməsi barədə qəbzin surətini, həmçinin xx.xx.2022-ci il tarixdə Şahid1 700 manat göndərməyi barədə qəbzlərin surətlərini təqdim etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödədiyindən, onunla barışmış ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Biləsuvar-Bəhrəmtəpə yolunun kənarında kafeni icarə əsasında işlətmişdir. 3-4 il olar ki, Təqsirləndirilən şəxs tanımışdır. Əbdülkərim onun yanına gələrək özünü jurnalist kimi təqdim etmiş, ona öz istəyi əsasında hörmət mənası ilə az miqdarda dəfələrlə pullar vermişdir. Lakin 2022-ci ilin iyun ayından sonra Əbdülkərim ona hədəqorxu gəlməyə başlamışdır. Belə ki, o, mütəmadi olaraq ona vergidən yayınmağı barədə video yayacağını, onun barəsində nüfuzuna xələl gətirən əxlaqsızlıq yuvası işlətməyi barədə video hazırlayıb yayacağını deyərək hədə-qorxu gəlmiş, o, isə onun bu hədələrindən qorxduğu üçün ona müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pullar vermişdir. Bundan başqa Biləsuvar-Bəhrəmtəpə yolunun 57-ci kilometrliyində yolun kənarında X11 obyekt işlətmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək Elman Məmmədova zəng etməsini, lakin sonuncunun ona cavab verməməsini, Elman barədə video yaymasını, həmin videonu pul qarşılığında silə biləcəyini demişdir. Əbdülkərimə məxsus “Kanal 9” Youtube kanalında videoya baxan zaman Əbdülkərimin Fəridə adlı qızı danışdırmasını, Fəridənin guya Elmanın obyektində fahişəliklə məşğul olmasını, Elmanın onu buna cəlb etməyini danışmasını görmüşlər. Əbdülkərim həmin videonu 500 manat qarşılığında siləcəyini demiş, onunla 300 manata razılaşmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə X12 barəsində yaymış olduğu şantaj xaraklterli videonu sildirmək üçün ona İmişli rayonu, Xubyarlı kəndində yerləşən “E-manat” ödəniş terminalından vermiş olduğu Cəfərova Nuranəyə aid “Kapital Bank”a hesabına 300 manat pul göndərmişdir. Göndərmək üçün həmin pulu ona Elman vermişdir. Bundan sonra bir neçə gün heç bir danışıqları olmamışdır. xx.xx.2022-ci il tarixdə tanışları zəng edərək X21 barəsində “Kanal-9”Youtube kanalında video yayılmasını demişlər. Videonu tapıb baxan zaman Əbdülkərimin yenidən Elmanın barəsində yalan və şər olan videonu yaymasını, yanında olan Fəridə kimi özünü təqdim edən qadının Elmanın onu fahişəliyə cəlb etməyi barədə danışmasını görmüşdür. Bundan sonra Elman Gəncə şəhərində yaşayan tanışı Bəxtiyarın vasitəsi ilə Əbdülkərimə pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə Əbdülkərim ona zəng vurmuş və ona pul çatmamasını, həmçinin Elmanın videosunu götürməməsini deyərək yenidən 200 manat pul istəmişdir.X3 500 manat pul verməsini, lakin 700 manata danışdıqlarını deyərək yenidən pul istəmişdir. Bu barədə Elmana dedikdə yenidən Elman Əbdülkərimə 202 manat pul göndərmişdir. Əbdülkərim bundan sonra yaymış olduğu qurma videonu silmişdir. Sonradan onlara məlum olmuşdur ki, Əbdülkərim Bəxtiyarı da da videoya çəkərək hədə-qorxu ilə pul tələb etmiş, Bəxtiyar isə bu barədə şikayət etmişdir. Bundan başqa Əbdülkərimin Elmanla və onunla bərabər yaxınlıqda obyekt işlədən Zərərçəkmiş şəxs3 da hədə-qorxu gələrək ondan pullar tələb etməsini bilmişdir.Əbdülkərim hər dəfə obyektə gələndə ona kafedə işləyən şəxslərin əmək müqaviləsinin olmaması, orada əxlaqsız yuva işlətməyi barədə video hazırlayıb yayacağı ilə ona hədə-qorxu gələrək pullar tələb etmişdir. O, isə camaat içərisində biabır olmamaq üçün Əbdülkərimin onu rüsvay edəcəyindən ehtiyat edərək ona pullar ödəmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının əvvəllərində dəqiq bilmədiyi tarixdə 100 manat, ortalarında isə bir gün fərqlə 50 manat, 50 manat, iyul ayının ortalarında 40 manat, sonlarında 60 manat, avqust ayının əvvəllərində 30 manat, ortalarında 30 manat, sonlarında 40 manat, sentyabr ayının əvvəlində 100 manat, ortalarında 70 manat, sonlarında isə 80 manat pullar vermişdir. Pulların hamısını işlətdiyi kafedə Əbdülkərimə özü vermiş, həmin vaxtlarda yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs təkcə onu deyil, onunla bərabər yaxın ərazilərdə obyekt işlədən tanışları X26, Zərərçəkmiş şəxs3 da hədə-qorxu gəlmiş, eyni üsulla onların da pullarını ələ keçirmişdir. Onun Əbdülkərimə hədə-qorxu altında pul verdiyini Elman və Umud bilmişdir. Elmanın da Əbdülkərimə hədəqorxu altında pul verməsini o, bilmişdir.Belə ki, xx.xx.2022-ci il tarixdə X12 barəsində yaymış olduğu şantaj xarakterli videonu sildirmək üçün ona İmişli rayonu, Xubyarlı kəndində yerləşən “E-manat” ödəniş terminalından vermiş olduğu Cəfərova Nuranəyə aid “Kapital Bank”a hesabına 300 manat pulu Elmanın istəyi ilə o, göndərmişdir. Bundan başqa 2022-ci ilin iyun ayının əvvəllərində Əbdülkərimə 100 manat verməyi ilə bağlı obyektində olan müşahidə kamerasından əldə etdiyi görüntüləri təqdim etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödədiyindən ona qarşı şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Arazvari kəndi yaxınlığında icarə əsasında “Cavidan” kafesini işlətmişdir.Bir nesə il əvvəl işlətdiyi obyektə Təqsirləndirilən şəxs gələrək özünü jurnalist kimi təqdim etmiş və həmin vaxtdan münasibətləri yaranmışdır. Əbdülkərimlə tək onun deyil, həmin ərazidə yerləşən kafeləri işlədən şəxslərin də münasibəti olmuşdur. 2022-ci ilin may ayından Əbdülkərim ona zəng edərək ona hədə-qorxu gəlməyə başlamışdır.Belə ki, o, obyekti qanunsuz işlətməyini, işçiləri qeydiyyata salmadığını və sair bu kimi halları ictimailəşdirəcəyini, barəsində əxlaqsız yuva işlətməklə bağlı video hazırllayıb yayacağını deyərək ondan müxtəlif məbləğlərdə pullar tələb etmişdir. O, isə Əbdülkərimin bu əməlləri edəcəyindən ehtiyat edərək ona müxtəlif vaxtlarda əlbəəl pullar vermişdir. Bundan başqa Əbdülkərim ondan başqa tanışları Elman Məmmədov, Zərərçəkmiş şəxs2 da eyni qaydada şantaj edərək onlardan pullar almışdır. O,“Cavidan” kafesini işlətmişdir. Əbdülkərim isə ona kafedə işləyən şəxslərin əmək müqaviləsinin olmaması, orada əxlaqsız yuva işlətməyi barədə video hazırlayıb yayacağı ilə hədə-qorxu gələrək pullar tələb etmişdir.O, Əbdülkərimin onu rüsvay edəcəyindən ehtiyat edərək o, Əbdülkərimə hədə-qorxu ilə tələb etdiyi pulları vermişdir. Əbdülkərimə 2022-ci ilin may ayının ortalarında dəqiq xatırlamadığı tarixdə 100, may ayının sonlarında dəqiq xatırlamadığı gündə 50, iyun ayının ortalarında dəqiq xatırlamadığı tarixdə 200 manat, İyul ayının əvvəlində 50, sonlarında 100 manat, sentyabr ayında isə dəqiq xatırlamadığı tarixlərdə ayrı-ayrı günlərdə 30, 30 və 40 manat, sentyabr ayının son günlərində isə 100 manat pul vermişdir. Həmin pulları Əbdülkərimə özünə məxsus obyektdə vermişdir. Həmin vaxt yanında heç kim olmamışdır. Əbdülkərimin tanışı Elmandan daha çox məbləğdə hədə-qorxu ilə pullar tələb etdiyini gördükdə artıq şikayət etmək qərarına gəlmişdir. Əbdülkərim hər dəfə gəldikdə ona yanında olan işçilərin əmək müqaviləsinin olmaması, qanuni qaydada vergi ödəməməyini, həmçinin onun orada kafe adı altında əxlaqsız yuva təşkil etməyi barədə video hazırlayıb özünə məxsus kanalda yayacağı ilə hədələməsi barədə hədə-qorxu gələrək pullar tələb etmişdir. O işçilərini qanuni əmək müqaviləsi ilə işlətmiş, həmçinin orada əxlaqsızlıq yuvası təşkil etməmiş, qanuni olaraq vergi ödəmişdir. Əbvdülkərimin onun adını hallandıracağını, barəsində öz qurması ilə rüsvay edici məlumatlar yayaraq onu biabır edəcəyindən qorxaraq ona pullar vermişdir. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödədiyindən ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bu iş üzrə Göygöl rayon polis şöbəsinin ona qarşı qurmuş olduğu plandır. O, əvvəl zərərçəkmiş şəxsi qismində təqdim olunmu, sonradan isə o qərəzli şəkildə şahid qisminə çevirilmişdir. Onda olan karta Elman pul göndərimişdir. Oda həmin pulu Əbdülkərimə vermək üçün kartdan çıxarmaq istəmiş, lakin kartın müddəti bitdiyindən pulu çıxarmaq mümkün olmadığından, Əbdülkərimlə birlikdə banka getmişlər. Həmin pulu bankdan alıb Əbdülkərimə vermişdir. Şahid1 ifadələri arasında ziddiyət olduğundan istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, « Gəncə şəhəri, Kəpəz rayonu, Yeni Qəsəbə-2, küçə 13, ev 136-da yaşayır, evli olub ayrılmışdır, 6 övladı var. Mətbuat sahəsində çalışmışdır, hazırda heç biryerdə işləmir. xx.xx.2022-ci il tarixdə İmişli rayonunda yaşayan Elman adlı dostu ona zəng edərək Bərdə rayonunda yaşayan Təqsirləndirilən şəxs özünü jurnalist kimi təqdim edərək bir nəfər şəxsin onun barəsində bir xanımın köməyindən istifadə edərək şantaj xarakterli video hazırlaması və videonu ona göndərək özünə məxsus “Kanal-9” youtube kanalında hədəqorxu gəlməsini bildirmişdir. Həmin videonun isə məzmunu ondan ibarət olmuşdur ki, Əbdülkərim adlı şəxs yanında olan xanımı danışdırır, guya Elman həmin xanımı əxlaqsızlığa cəlb edərək özünə məxsus İmişli rayonunda yerləşən kafedə işlədir. Elman Əbdülkərimin videonu yaymamaq üçün ondan yüksək məbləğdə pul tələb etməsini deyərək əvvəllər mətbuat sahəsində çalışdığı üçün ona kömək etməyini xahiş etmişdir. O, Əbdülkərimin 055 902 27 72 telefon nömrəsini öyrənib xx.xx.2022-ci il tarixdə özünə məxsus ***-***-**-** mobil nömrə ilə ona zəng edib tanışlıq vermiş, daha sonra Elmanın barəsində söhbət açaraq həmin videonu yayımlamamasını xahiş etmişdir. Həmçinin Elmandan istədiyi 2000 manat məbləğin çox olmasını deyərək qiyməti də aşağı salmasını demişdir. Onlar telefonda 700 manat pula razılaşmış və görüş təyin etmişlər. xx.xx.2022-ci il tarixdə Əbdülkərimlə Göygöl rayonu Quşqara kəndində görüşmüş, orada Əbdülkərimin yanında iki nəfər qız da olmuşdur. 02 oktyabr 2022-ci il tarixdə axşam saatlarında onlar birlikdə Göygöl rayonu Nadil kəndində yerləşən kafeyə getmişlər. Orada spirtli içki qəbul etmişlər, Əbdülkərimlə Elmanın barəsində yaydığı video barədə danışmışdır. Əbdülkərim Elman barədə yaydığı videonu silmək üçün istəmişdir. Bir qədər söhbətdən sonra 700 manat istəmişdir. Həmin gün axşam Əbdülkərim videonu silmişdir. Kafedən gəldikdən sonra Əbdülkərim və yanında olan qızlar Göygöl rayonu Quşqara kəndində yerləşən oteldə qalmışlar. O, isə gecə Elmana zəng edib ona Elmanın 700 manat pul istəməsini demişdir. Elman onunla razılaşmış və ona vermiş olduğu “Kapital Bank”a aid kart hesabına 700 manat pul göndərmişdir. Həmin gün də kartın istifadə müddəti bitdiyindən o, 03 oktyabr 2022-ci il tarixdə Gəncə şəhərində yerləşən “Kapital Bank”a gedib oradan 693 manat pulu nağd şəkildə almışdır. 7 manat isə xidmət haqqı tutulmuşdur. 03 oktyabr 2022ci il tarixdə Göygöl rayonu Quşqara kəndində yerləşən otelin qarşısına gəlmiş, orada Əbdülkərim onun avtomobilinə əyləşmişdir. Qızlar isə onun öz avtomobilində qalmışlar. Pulu sayaraq Əbdülkərimə 493 manat pul vermiş, Əbdülkərim pulun azlığına əvvəlcə narazılıq etmişdir. O, isə Əbdülkərimə axşam onlara hesab ödədiyini, həmin pulu çıxdığını demişdir. 493 manat pulu Əbdülkərimə vermişdir. Daha sonra oradan ayrılmışdır. Təxminən 15-20 dəqiqə sonra Elman ona zəng edərək Əbdülkərimin videonu yenidən özünə məxsus “Youtube” kanalında yaymasını, onunla danışdıqda isə ona pul çatmamasını deməsini demişdir. O, Əbdülkərimə pul verən zaman onu videoya çəkmişdir. Həmin pul vermə prosesi zamanı avtomobilində yalnız ikisi olmuş, lakin pul verdiyini video ilə çəkmişdir. Həmin videonu araşdırma zamanı təqdim etmişdir. Bundan başqa Əbdülkərimə qonaqlıq verən zaman yanında olan xanım onu anidən qucaqlamış və Əbdülkərim həmin anı videoya çəkərək onu da şantaj edib pul tələb etmişdir. Əlavə etmişdir ki, Əbdülkərimin pul tələb etməsinə dair onunla və Elman ilə telefonla danışıqları barədə səs yazılarını təqdim edir». Şahid1 məhəeəmədə istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, 2022ci ilin yay aylarının sonlarında tanışı Vüqar adlı taksi sürücüsü ona tanışı Elmanın Biləsuvar rayonu, Qızılkənd kəndində obyekti olmasını, oraya işçi lazım olmasını demişdir.Sonra o həmin obyektdə işləmək barədə Elmanın qeyri-rəsmi münasibətdə olduğu adını xatırlamadığı qadınla danışmış, həmin qadın ona günü 20 manata obyektdə ofisiant işləyəcəyini demiş, həmçinin qalmaq üçün yerin də olmasını bildirmişdir. O, onunla razılaşmış və Vüqar taksi kimi onu həmin obyektə aparmışdır. Obyektə çatdıqda Elmanın tanışı olan qadın 80 manat Vüqara yol xərci vermişdir. O, obyektdə Fərdiə adı ilə işə başlamışdır. Obyektin arxasında otaqlar olmuş, həmçinin ondan başqa obyektdə 4 nəfər də qız olmuşdur. Həmin yerdə Elman müştərilərdən pullar almış və onunla bərabər digər qızları da əxlaqsızlığa cəlb edib müştərilər ilə görüşdürmüşdür. O, 3 gün bu formada işləmiş, işləmək istəmədikdə isə onlar ona 270 manat borcu olmasını dediklərindən, o məcburiyyət qarşısında qalıb müştərilərlə cinsi əlaqədə olub xidmət göstərmişdir. Hətta Elman onu Biləsuvar rayonunun polis rəisinin adı ilə hədələmişdir. Bir gün isə dəqiq xatırlamadığı tarixdə obyektdən qaçmış, iki gündən sonra obyektə sənədlərini və əşyalarını götürmək üçün geri qayıtdıqda onu obyektdən buraxmamışlar. Gülnarə də onunla birlikdə kafedə işləmiş, ondan 3 gün qabaq obyektdən getmişdir. O, isə Təqsirləndirilən şəxs həyat yoldaşı Gülnarəyə zəng edib başına gələn hadisəni danışmış və Əbdülkərimin onu oradan qaçırmasını xahiş etmişdir. Həmin gün Əbdülkərim Gülnarə ilə oraya gəlmiş, onu obyektdən aparmışlar.O, gedərkən paltarları və əşyaları obyektdə qalmışdır. Bundan sonra onlar Göygöl rayonu, Quşqara kəndinə getmiş və bir neçə gün orada qalmışlar. Biləsuvar rayonundan gəldikdən sonra Əbdülkərim onu Elman adlı şəxsin obyektində əxlaqsız yuva təşkil edilməsi barədə danışdırıb özünə məxsus youtube kanalında yaymışdır. 02 oktyabr 2022-ci il tarixdə Əbdülkərimin Bəxtiyar adlı tanışı otelə gəlmiş və onlar birlikdə Göygöl rayonu ərazisində yerləşən kafeyə getmişlər. Orada spirtli içki qəbul etmişlər. Bəxtiyar Əbdülkərimə “Kanal-9” Youtube kanalında olan videonu silməyi xahiş etmiş və qarşılığında ona 500 manat pul təklif etmişdir. Lakin Əbdülkərim onunla razılaşmamış, Bəxtiyar ona ayrılıqda 3000 manat pul təklif etmiş və Əbdülkərimə videoları sildirməyi xahiş etmişdir. Lakin o, etiraz etmişdir.Həmin gecəni onlar oteldə qalmış, növbəti gün Əbdülkərimə məxsus “Vaz 2106” markalı avtomobildə olan zaman Bəxtiyar Əbdülkərimi öz avtomobilinə çağırmışdır. Öz avtomobilində Əbdülkərimə 500 manat pul vermişdir. Əbdülkərim avtomobilə gəldikdən sonra ona 500 manat pul vermiş, o, isə pulun 100 manatını Gülnarəyə vermişdir.O, Elman Məmmədovun obyektinə ofisiant işçi olaraq getmişdir. Daha sonra işdən çıxmaq istədikdə Elman ona yemək və qalmaqla bağlı ona borcu yaranmasını deyərək obyektdə fahişə kimi işləməyini təklif etmişdir. O, isə məcbur razılaşmış və obyektdə qalıb fahişəliklə məşğul olmuşdur. Belə ki, gündəlik olaraq kişi müştərilərlə pul qarşılığında intim münasibətdə olmuş, həmin pullar isə Elmanla yarı bölünmüşdür.O, Elmanın obyektdindən çıxan zaman əşyaları orada qalmışdır. 03 oktyabr 2022-ci il tarixdə isə Bəxtiyar Əbdülkərimlə zəngləşib görüşmüş və Göygöl rayonu, Quşqara kəndində Əbdülkərimlə Bəxtiyar, Bəxtiyarın avtomobilində söhbət etdikdən sonra Əbdülkərim gəlib ona 500 manat pul vermiş, o, isə pulun 100 manatını Gülnarəyə vermişdir. Həmin pul onun Elmanın obyektində qalan əşyaları ilə bağlı Elman tərəfindən Bəxtiyara göndərilmiş, Bəxtiyar isə Əbdülkərimə vermişdir. O,Elman Məmmədovun obyektində əxlaqsızlıq yuvası təşkil edilməsi ilə bağlı videogörüntü ilə müsahibə vermişdir, Əbdülkərim isə həmin videonu öz “Kanal 9” youtube kanalında yerləşdirmişdir. Şahid1 isə ona həmin videonun silinməsi üçün pul təklif etmiş, lakin onunla razılaşmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci il tarixdə yay aylarında dəqiq xatırlamadığı tarixdə ona zəng gəlmiş və zəng edən şəxs adının Elman olmasını deyərək ona məxsus Biləsuvar rayonu ərazisində kafesi olduğunu, oraya ofisiant lazım olmasını deyib ona iş təklif etmişdir. O, taksi ilə Biləsuvar rayonu Qızılkənd kəndinə getmiş, Elman onu qarşılamış və getdiyi taksinin də pulunu vermişdir. Elman ona kafedə ofisiant kimi işləyəcəyini demiş, orada qalacağını, gündəlik isə 15 manat pul verəcəyini demiş, o Elmanla razılaşmış və kafedə işə başlamışdır. Təxminən 5- 6 gün kafedə işlədikdən sonra işi onu qane etmədiyi üçün getmək qərarına gəlmişdir. Elman ona orada digər obyektdə də qızlar olmasını, onlar kimi fahişəliklə məşğul olmağı təklif etmişdir. O, da Elman ilə razılaşmış və onun obyektində qalaraq gündəlik gələn müştərilərlə pul qarşılığında görüşmüşdür. Bir müddət sonra obyektə Əbdülkərim adlı jurnalist gəlmiş və onunla söhbət zamanı ona kömək etməsini demişdir.Əbdülkərim onu və orada işləyən digər Firuzə adlı qızı obyektdən aparmış, gedən zaman isə onların əşyaları və geyimləri obyektdə qalmışdır. Bundan sonra Əbdülkərim Elmanla danışıb ondan əşyaları istəmiş, Elman isə ona əşyaların qarşılığında pul göndərəcəyini demişdir. 03 oktyabr 2022-ci il tarixdə Əbdülkərimlə bir yerdə olanda Bəxtiyar adlı şəxs Əbdülkərimlə zəngləşib görüşmüş və Göygöl rayonu, Quşqara kəndində Əbdülkərimlə Bəxtiyar, Bəxtiyarın avtomobilində görüşmüşdür. Onunla Firuzə isə həmin vaxt Əbdülkərimin avtomobilində olmuşdur. Əbdülkərim onların yanına gəlib Firuzəyə 300 manat, ona isə 100 manat pul verərək obyektdə qalan əşyaların pulu olmasını demişdir.O, Elman Məmmədovun obyektinə ofisiant işçi olaraq getmişdir. Daha sonra işdən çıxmaq istədikdə Elman ona yemək və qalmaqla bağlı ona borcu yaranmasını deyərək obyektdə fahişə kimi işləməyini təklif etmiş, o, isə məcbur razılaşmış və obyektdə qalıb fahişəliklə məşğul olmuşdur. Gündəlik olaraq kişi müştərilərlə pul qarşılığında intim münasibətdə olmuş, həmin pulları isə Elmanla yarı bölmüşdür. X39 obyektdindən çıxan zaman əşyaları orada qalmışdır. 03 oktyabr 2022-ci il tarixdə isə Bəxtiyar Əbdülkərimlə zəngləşib görüşmüş və Göygöl rayonu Quşqara kəndində Əbdülkərimlə Bəxtiyar, Bəxtiyarın avtomobilində söhbət etdikdən sonra Əbdülkərim gəlib ona 100 manat, Firuzəyə isə 300 manat verərək obyektdə qalan əşyaları ilə bağlı pulu Elmanın göndərməsini demişdir. Daha sonra isə oradan getmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş 25 may 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 Əbdülkərim X1 barəsində özünə məxsus “youtube” kanalında yaymış olduğu videonu silməsi üçün Göygöl rayonu Quşqara, kəndində yerləşən “Motel”in qarşısında özünə məxsus avtomobildə Təqsirləndirilən şəxs 493 manat pul verməsini, həmçinin Təqsirləndirilən şəxs yanında olan xanımla onun fotoşəklini çəkərək yayıb onu biabır edəcəyi ilə hədə-qorxu gələrək ondan 200 manat pul tələb etməsini Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu bir daha ifşa etmiş, Təqsirləndirilən şəxs isə həmin halları inkar edərək Elman Məmmədovdan ümumilikdə 793 manat pul almasını, həmin pulları isə hədə-qorxu ilə tələb edərək deyil, Şahid2 əşyalarının əvəzi olaraq almasını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs X36 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı X22 Cəfərovun onun barəsində özünə məxsus “youtube” kanalında yaymış olduğu videonu silməsi üçün hədə-qorxu gələrək 995 (doqquz yüz doxsan beş) manat pul almasını Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu bir daha ifşa etmiş, Təqsirləndirilən şəxs isə həmin halın doğruluğunu qismən təsdiq edərək Elman Məmmədovun barəsində yayılmış videonu silmək üçün ona ümumilikdə 793 manat pul verməsini, Elmanın ona 202 manat pul göndərməməsini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs X36 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş təkrar üzləşdirmə zamanı X22 Cəfərovun onun barəsində özünə məxsus “youtube” kanalında yaymış olduğu videonu silməsi üçün hədə-qorxu gələrək 995 (doqquz yüz doxsan beş) manat pul almasını Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu bir daha ifşa etmiş, Təqsirləndirilən şəxs isə həmin halı inkar etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs X13 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onun barəsində özünə məxsus “youtube” kanalında rüsvayedici məlumatlar hazırlayıb yayacağı ilə hədə-qorxu gələrək 2022-ci ilin iyun ayından oktyabr ayınadək olan müddət ərzində ondan ümumilikdə 650 (altı yüz əlli) manat pul almasını, həmçinin özünə məxsus “youtube” kanalında yaymış olduğu videonu silmək üçün onun vasitəsilə Elman Məmmədovdan hədə-qorxu gələrək pul tələb etməsini, 26 sentyabr 2022-ci il tarixdə Nuranə Cəfərovanın adına olan kart hesabına 300 manat pul göndərməsini Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu bir daha ifşa etmiş, Təqsirləndirilən şəxs isə həmin halı qismən etiraf edərək Zərərçəkmiş şəxs2 könüllü olaraq ona pullar verməsini, ondan hədə-qorxu ilə pul tələb etməməsini bildirmiş, Elman Məmmədova aid videonun silinməsi qarşılığında isə həqiqətən də ona 300 manat pul göndərilməsini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs X13 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş təkrar üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onun barəsində özünə məxsus “youtube” kanalında rüsvayedici məlumatlar hazırlayıb yayacağı ilə hədə-qorxu gələrək 2022-ci ilin iyun ayından oktyabr ayınadək olan müddət ərzində ondan ümumilikdə 650 (altı yüz əlli) manat pul almasını, həmçinin özünə məxsus “youtube” kanalında yaymış olduğu videonu silmək üçün onun vasitəsilə Elman Məmmədovdan hədə-qorxu gələrək pul tələb etməsini, 26 sentyabr 2022-ci il tarixdə Nuranə Cəfərovanın adına olan kart hesabına 300 manat pul göndərməsini Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu bir daha ifşa etmiş, Təqsirləndirilən şəxs isə həmin halı inkar etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs onun barəsində özünə məxsus “youtube” kanalında rüsvayedici məlumatlar hazırlayıb yayacağı ilə hədə-qorxu gələrək 2022-ci ilin may ayından oktyabr ayınadək olan müddət ərzində ondan ümumilikdə 700 (yeddi yüz) manat pul almasını Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu bir daha ifşa etmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs3 könüllü olaraq ona pullar verməsini, ondan hədə-qorxu ilə pul tələb etməməsini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş təkrar üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs onun barəsində özünə məxsus “youtube” kanalında rüsvayedici məlumatlar hazırlayıb yayacağı ilə hədə-qorxu gələrək 2022-ci ilin may ayından oktyabr ayınadək olan müddət ərzində ondan ümumilikdə 700 (yeddi yüz) manat pul almasını Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu bir daha ifşa etmiş, Təqsirləndirilən şəxs isə həmin halı inkar etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs iş üzrə əhəmiyyət kəsb edən videogörüntülər olan bir ədəd CD disk baxış keçirilərək götürülmüş və baxış zamanı müəyyən edilmişdir ki: 01 ədəd CD disk – ağ rəngdədir, üzərində “Verbatim”, “CD-R, compact disk”, “700 Mg”, “52x”,m “80 min” yazıları var. Diskin içərisindəki məlumatlara baxmaq üçün “LG” markalı komputerin “DVD ROM”una daxil etdikdə, 02 ədəd “AUDİO_TS”, “Video_TS” adlı qovluqlar açılır. “AUDİO_TS” qovluğu boşdur. “VİDEO_TS” qovluğuna daxil olduqda 6 ədəd fayl açılır. Həmin fayllardan yalnız “VTS_1_1.vob” faylının içərisində görüntü var. Həmin faylı açdıqda 32:31 dəqiqəlik video görüntü olması müşahidə edilir. Videogörüntüdən məlum olur ki, görüntü “Tiktok” sosial şəbəkəsində yayımlanmış və oradan diskə yüklənmişdir. Görüntünün üzərində isə “mənə kömək edin bu dövləti tərk edim”, “erməni hərbi cinayətkarlığını gizlədən dövlətdə yaşamaq istəmirəm”, “Şahid1” sözləri yazılmışdır. Arxa fonda isə Şahid1 dövlət barədə narazı fikirlərini səsləndirir, videogörüntü ilə aidiyyəti orqanlara müraciət edib sənədlərinin qaydaya salınmasını xahiş edir, belə bir dövlətdə yaşamaq istəmədiyini bildirir. Həmin görüntü 1:10 dəqiqə çəkir. Arxasınca isə yeni görüntü açılır və həmin görüntüdə Təqsirləndirilən şəxs özünü təqdim edir, arxasınca isə it hürməyi videosu gəlir. Bundan sonra isə növbəti video görünür və “kanal 9” loqosu görünür. Təqsirləndirilən şəxs isə arxa fonda səsi gəlir. Görüntülərdə hansısa kafedə olan çarpayı videosu gedir, Təqsirləndirilən şəxs isə arxa fonda danışaraq adı çəkilməsini istəmədiyi bir nəfər şəxsin müraciət edərək Biləsuvar rayonunda Elman adlı şəxsin əxlaqsızlıq yuvası işlətməsini bildirir. Görüntülərin Elmana aid olmasını deyir, həmin qadının ona Elmanın və kafedə Səbiş adlı şəxsin kafedə əxlaqsızlıq yuvası təşkil etdiyini, Biləsuvar rayon polis şöbəsində Elman bəyin qohumlarının işləməsini deyir. Bundan sonra qaranlıq görüntü gəlir və qaranlıqda yalnız səs düşür. Səsdə hansısa qadın danışaraq kimisə lazımdısa apartdırıram deyir, digər qadın isə koftamı ver, deyir. Qadınlar danışır, lakin onların səsindən heç bir nəticəyə gəlmək mümkün olmur. Daha sonra qadın “Firuzə mənim başıma oyun açırsan” deyir. Daha sonra qadının “Vüqara de gəlsin, Vüqarla aparaq veşi verək gələk” sözləri deyir. Daha sonra isə aralarında mübahisə yaranır. Bir nəfər kişi səsi gəlir.Daha sonra kişi ilə qadının sözlə mübahisə edərək danışması barədə səslər gəlir, lakin həmin danışıqdan heç bir şey anlayıb nəticəyə gəlmək olmur. Sadəcə onu anlamaq olur ki, qadın sənədlərini istəyir. Kişi isə onun sənədlərini vermir. 24:18 dəqiqəyədək həmin görüntü gedir, sonra növbəti görüntü açılır.Həmin görüntüdə üzü düşməyən bir nəfər qadın masada oturaraq Elman adlı şəxsin yaşadığı qadınla birlikdə onlarfı müştərilərə təqdim etmələrini, əldə olunan pulun yarısını isə almalarını, çıxmaq istədikləri vaxt isə onları tutduracaqları ilə hədələmələrini deyir. Təqsirləndirilən şəxs səsi gəlir və Təqsirləndirilən şəxs həmin qadını müsahibə almaq formasında sual-cavab edir. Obyektdə neçə otaq olmasını, gecələr neçəyə qalmalarını və sair soruşur. Qadın isə Elmanın və yanında olan qadının onları zorla işlətmələrini, X34 adlı şəxsin onun qohumu olmasını deməsini, onu bu yollarla hədə-qorxu gəlməsini deyir. Qadın Elmanın onu girov olaraq zorla saxlamasını deyir. Evinə getmək istədikdə isə Elmanın onu Biləsuvar rayonun baş polis idarəsi ilə onu hədələməsini deyir. Bundan sonra növbəti görüntü açılır və həmin görüntüdə isə Şahid1 X6 barəsində danışması görünür. Şahid1 görüntüdə Təqsirləndirilən şəxs qanunsuz əməllərlə məşğul olması barədə məlumat verir, onun barəsində Göygöl RPŞ-də araşdırma aparılmasını deyir. Daha sonraki görüntüdə isə Şahid1 Təqsirləndirilən şəxs ünvanlı müraciət edərək onun barəsində lazımi tədbir görüləcəyini deyir. Daha sonra isə Təqsirləndirilən şəxs təhqir edir. Baxışda iştirak edən X6 bildirir ki, baxılan viudeoda olan görüntülərdə danışan Şahid1 “Tiktok” sosial şəbəkəsində onun barəsində təhqiredici formada danışır, bundan başqa görüntülərdə olan üzünü gizlədərək müsahibə verən qadın Firuzə adlı qadındır və Firuzə Elman adlı şəxs tərəfindən fahişəliyə cəlb edilməsi ilə bağlı ona müraciət etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul verməsi görüntüləri olan bir ədəd CD disk götürülərək baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki: 01 ədəd CD disk – ağ rəngdədir, üzərində “Bingo”, “CD-R, 700MG/80Min”, “2x- 56X”, “content”, “Made in Taiwan” yazıları var. Diskin içərisindəki məlumatlara baxmaq üçün “LG” markalı komputerin “DVD ROM”una daxil etdikdə, 01 ədəd “VİD-20230417-w- A0005.mp4”, adlı 01 ədəd fayl aşkar edilmişdir. Həmin faylı açdıqda 0:37 dəqiqəlik video görüntü olması müşahidə edilir. Videogörüntüdən məlum olur ki, görüntü kamera vasitəsilə monitordan çəkilmişdir. Görüntüdən məlum olur ki, kafenin həyətində Təqsirləndirilən şəxs yanında bir nəfər kişi, iki nəfər qadınla dayanmış, Zərərçəkmiş şəxs2 obyektdən çıxıb onlara tərəf gələrək qadınlardan birinə nəsə verir, daha sonra isə Təqsirləndirilən şəxs nəsə verir, Təqsirləndirilən şəxs isə həmin şeyə baxdıqdan sonra cibinə qoyur. Baxış zamanı Zərərçəkmiş şəxs2 həmin vaxt Təqsirləndirilən şəxs onun barəsində şantaj xarakterli video hazırlayıb yayacağı ilə hədələdiyi üçün ona 100 manat pul verdiyini bildirir. Pulu isə Təqsirləndirilən şəxs işlətdiyi kafenin müşahidə kamerasının qarşısında verməsini, görüntünü həmin kameradan əldə etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Şahid1 Təqsirləndirilən şəxs ilə telefon danışığı və ona pul verməsi ilə bağlı videogörüntü olan bir ədəd DVD disk götürülərək baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki: 01 ədəd DVD disk – ağ rəngdədir, üzərində heç bir yazı yoxdur. Diskin içərisindəki məlumatlara baxmaq üçün “LG” markalı komputerin “DVD ROM”una daxil etdikdə, 03 ədəd “20221002_2240000 _001_001.mp4”, “20221002_2240000 _001_001.mp4” və “VİD-20230417-W A0000.mp4” adlı 03 ədəd fayl aşkar edilmişdir. Birinci “20221002_2240000 _001_001.mp4” adlı fayla baxış keçirən zaman 01:12 dəqiqə videogörüntü olması müşahidə edilmişdir. Videoda telefonun ekranı çəkilir və ekranda konfrasns zəng olması, mikrafona qoyularaq 3 nəfər şəxsin telefon danışığı zamanı dialoqda olması görünür. Zərərçəkmiş şəxs Şahid1 deməsinə görə danışanlardan biri o, digəri Təqsirləndirilən şəxs və X27r. Səs yazısına əsasən aşağıdakı kimi dialoq müəyyən olunur; Şahid1 Təqsirləndirilən şəxs Elman Məmmədov “deyirəm, nətər görüşək “Bəxtiyar” bəs yaxşı” “kişinin sözü bir, molla “Ə Molla Nəsrəddinin beş Nəsrəddinin bir sözü var ey” sözü var, de görüm harda görüşək, nətər görüşək” “deyirəm, kişinin sözü bir olar, düzdümü ?” “həə” “Elman kişi özü bilir də mən “Hacı İbrahimə ?” nəyi deyirəm, zəng vursun özü bilir kimə” “İbrahimlə axşam danışdım” “həə” “Dünən ayrı söhbət olub, “deyirəm başqa söhbət bugün ayrı söhbət” lazım deyil, İbrahimə demişəm sözümü” “Hə də dünən İbrahimə də demisən, Floraya da demisən” “Əə Bu da deyir ki, İbrahim “Söz bir dəfə olur, İbrahimə ayrı söz deyib dana bir demişəm də sözümü” qulaq as, sən də elə “Bə yaxşı bugün ayrı söz demisən axı” danışırsan ki bir qulaq as” “Hə da ifso də” “Vallah bugün deyirlər sən “Nə demişəm” nəblim 800 istiyirsən 1000 demisən, nəblim başım çıxmır” “Nə qədər ?” İkinci “20221002_2240000 _001_001.mp4” adlı fayla baxış keçirən zaman 00:52 dəqiqə videogörüntü olması müşahidə edildi. Videoda telefonun ekranı çəkilir və ekranda konfrasns zəng olması, mikrafona qoyularaq 3 nəfər şəxsin telefon danışığı zamanı dialoqda olması görünür. Zərərçəkmiş şəxs Şahid1 deməsinə görə danışanlardan biri o, digəri Təqsirləndirilən şəxs və X27r. Səs yazısına əsasən yuxarıdakı telefon danışığının davamı olan aşağıdakı kimi dialoq müəyyən olunur ki, Şahid1 Təqsirləndirilən şəxs Elman Məmmədov “Həə ?” “Yoo, bəs sənə niyə bular artıq deyir ki?, mənə ey mənə, sənin sözünü mənə “Aybiləəə” elə deyirlər ” “Əəə, bilirəsən nə var, ona görə deyirəm özün danış, özün də sözünü de, kimsə “Sənin sözünü ayrı cür burda sənin sözünü deyirlər də bizə ” başqasına deməsin” “Sənin dilin ağzın yoxdu ?” “Nəə sənə demirəm, nə “İstiyirsən mən adboy verim Bəxtiyara demirəm, Bəxtiyara de, baa mən eşidirsən ?, gör nə deyirəm” söndürürəm, Bəxtiyarla “Adboy elədi o, eşidirəm, danış mənə de” mən eşidirəm” “Qarabağlı İbrahimi yığın onla danışın” “Ayaa mən İbrahimi neynirəm sənin özünlə danışıram, sözünü dee” Baxışda iştirak edən zərərçəkmiş şəxs Şahid1 bildirmişdir ki, qulaq asılan telefon danışıqları 02 oktyabr 2022-cü il tarixdə onların arasında olmuşdur. X11 ona Təqsirləndirilən şəxs adlı şəxsin ona hədə-qorxu gələrək pul tələb etməsini bildirdikdən sonra Əbdülkərimə zəng edib Elmanı da konfrans zənginə qoşmuş və yuxarıdakı telefon danışığını da videoya çəkərək özündə saxlamışdır. Üçüncü “VİD-20230417-W A0000.mp4” adlı faylı açan zaman müəyyən olunur ki, videogürüntü bulanıq görünür, videogörüntü “Tiktok” sosial şəbəkəsində yerləşdirilmiş formatdadır və üzərində “Ətrafına bir neçə əxlaqsız qadınlar toplayaraq vətəndaşları şantaj edərək pul alan, özünü Kanal-9 –un təsisçisi kimi təqdim edən Əbdül adlı şəxs yenə iş başındadır, Faktla bağlı aidiyyatı orqana müraciət olunmuşdur, daha ətarflı bizi izliyin” yazıları yazılmışdır. Arxa fonda isə səs yazıları düşür. Şahid1 Təqsirləndirilən şəxs pul verməsi anını videoya çəkməsini, lakin görüntünün olmamasını, videoda onunla Təqsirləndirilən şəxs danışıqları düşməsini bildirmişdir. Onlar arasında olan dialoq aşağıdakı kimidir: Şahid1 Təqsirləndirilən şəxs “qaqa sildin onu ?” “hə” “dəqiq yoxdu da ?” “Əə di söz bir dəfə olar, üstündə işləyirəm” “qaqa bilirsən nətərdi, mən sənə birdənə “Aa sənə qurban olum mən söz danışdım söz deyim, əgər bu məsələ burda bitir****, axı” qardaş beş yüz manat puldu, onu da getdim çıxardanda pul tutdu” “Bildim də indi sən, belə pis çıxmasın, “Əə Allaha and olsun o mənim öz kartımça axşama kimi dalınca sürünmüşəm, yekə vururdu də pulu, balanın balamın canı kişisən heç mənim benzinim eləmir” haqqı” “Qəti eləmə, uşaxsan nəsən, yüz, iki yüz, üç yüz, dörd yüz əlli, dörd yüz doxsan üç, dörd yüz doxsan üç manatdı, imkanım yoxdu də deyirəm, sən indi məni niyə başa düşmürsən, o da vuranda eşidirsən məni, mən sənə ondan pul vuracam, ala qaqaş say, yəni səni and verirəm Allaha bax bu söhbət burda da bitsin” Baxışda iştirak edən zərərçəkmiş şəxs Şahid1 bildirmişdir ki, baxılan viudeonu 03 oktyabr 2022-cü il tarixdə Göygöl rayonu Quşqara kəndində avtomobildə Təqsirləndirilən şəxs pul verən zaman çəkmişdir. Elman Məmmədov ona 700 manat pul göndərmiş, o isə həmin puldan 493 manatı Təqsirləndirilən şəxs vermişdir. Videonu isə Təqsirləndirilən şəxs pulu hədə-qorxu ilə tələb edərək Elman Məmmədovdan aldığı üçün gələcəkdə sübut kimi istifadə etmək üçün çəkmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxs Şahid1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışmış ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxslər X36, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onların Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistikİnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş AZ-İ № 934504 nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X17 xx.xx.2014-cü il tarixli 11 saylı akt qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE № 11672499 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəfərzadə Tünarın atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE № 11672506 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəfərzadə Tuncayın atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölməsini İdarəetmə Bilrliyi Bərdə Rayon X20 Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs böyrəklərdə mikrolit dioqnozu qoyulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı X21 Şahid1 vasitəsilə ona göndərdiyi 493 manat pulu götürmək istəməməsi, sonuncunun israr edərək pulu ona verməsi,eləcə də həmin pulu Elman Məmmədovdan Şahid2 Elman Məmmədova məxsus kafedə qalmış geyim əşyalarının əvəzi olaraq alıb Şahid2 verməsi, üzləşdirmələr zamanı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ona hörmət mənasında pullar verməsini bildirməsi, Elman Məmmədovdan pulu alıb Şahid2 verməsini bildirməsi barədə ifadələrinə tənqidi yanaşaraq, inandırıcı hesab etməyib həmin ifadələri təqsirləndirilən şəxsin özünü məsuliyytdən yaxa qurtarmaq üçün uydurlmuş ifadə kimi qiymətləndirir. Məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə baxmayaraq, təşəbbüs göstərərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi,Şahid1 ilə Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etdiyi pul barədə telefonla danışması, Şahid2 geyim əşyalarının Elman Məmmədova məxsus kafedə qalması barədə heç bir söz danışmaması, Təqsirləndirilən şəxs X18 hədə-qorxu ilə tələb etdiyi pulu ələ keçirdikdən sonra həmin videonu özünə məxsus «Youtube» kanalından silməsi ,Elman Məmmədovun barəsində rüsvayedici videonu hədə-qorxu ilə pul tələb etmək üçün yayımlaması, məqsədinə çatdıqdan sonra isə videonu silməsi də onun təqsirli olmasını təsdiq edən amil kimi qiymətləndirilməlidir. Eyni zamanda təqsirləndirilən şəxsin təqsirililiyi Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş diskdə olan videogörüntüdə onun Təqsirləndirilən şəxs pul verməsinə dair görüntülərlə, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onun barəsində rüsvayedici məlumatlar yayaraq ona hədə-qorxu gələrək pul tələb etməsini Təqsirləndirilən şəxs üzünə deyərək onu ifşa etməsi, Zərərçəkmiş şəxs3 da Təqsirləndirilən şəxs onun barəsində rüsvayedici məlumatlar yayaraq ona hədə-qorxu gələrək pul tələb etməsini Təqsirləndirilən şəxs üzünə deyərək onu ifşa etməsi zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təqsirləndirilən şəxsə elan olunan ittiham üzrə məhəkəmə istintqaında öz təsdiqini tapmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərədə tutulan cinayətin tərkibi vadır. Beləki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə Biləsuvar-Bəhrəmtəpə yolunun 45-ci kilometrliyində yolun kənarında icarə əsasında kafe işlədən Zərərçəkmiş şəxs2 əxlaqsız yuva işlətməsi məzmunda şantaj xarakterli video hazırlayıb özünə məxsus “Kanal-9” yotube kanalında sonuncunun haqqında rüsvayedici məlumatlar yayamaq hədəsi ilə Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan davmalı qəsdlə Biləsuvar-Bəhrəmtəpə yolunun 45-ci kilometrliyində yerləşən kafedə 2022-ci ilin iyun ayında ayrı ayrı günlərdə 100 manat, 50 manat və 50 manat olmaqla 200 manat, həmin ilin iyul ayında ayrı ayrı günlərdə 40 manat və 60 manat olmaqla 100 manat, avqust ayında ayrı ayrı günlərdə 30 manat, 30 manat və 40 manat olmaqla 100 manat, sentyabr ayında ayrı ayrı günlərdə 100 manat, 70 manat və 80 manat olmaqla 250 manat nəğd pul alıb ümumilikdə göstərilən dövr ərzində Zərərçəkmiş şəxs2 Zəkərriyyə qızının haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 650 (altı yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib alması , -təkrarən, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə Biləsuvar rayonu Arazvari kəndi yaxınlığında icarə əsasında “Cavidan” kafesini işlədən Zərərçəkmiş şəxs3 əxlaqsız yuva işlətməsi məzmunda şantaj xarakterli video hazırlayıb özünə məxsus “Kanal-9” yotube kanalında sonuncunun haqqında rüsvayedici məlumatlar yayamaq hədəsi ilə Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan davmalı qəsdlə Biləsuvar rayonu Arazvari kəndi yaxınlığında yerləşən kafedə dəqiq günləri istintaqa məlum olmyan tarixlərdə yəni 2022-ci ilin may ayında ayrı ayrı günlərdə 100 manat və 50 manat olmaqla 150 manat, həmin ilin iyun ayında 200 manat, iyul ayında ayrı ayrı günlərdə 50 və 100 manat olmaqla 150 manat, sentyabr ayında ayrı ayrı günlərdə 30 manat, 30 manat və 40 manat olmaqla 100 manat nəğd pul alıb ümumilikdə göstərilən dövr ərzində Zərərçəkmiş şəxs3 haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib alması, - təkrarən, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə İmişli rayonu Ağalı kəndində yaşayan X15 əxlaqsız yuva saxlaması barədə şantaj xarakterli video hazırlayıb həmin videogörüntünü 25 sentyabr 2022-ci il tarixdə özünə məxsus “Kanal- 9info” yotube internet kanalında yayımlayaraq yayımın sosial şəbəkələrdən silinməsi qarşılığında Elman Məmmədovdan sonuncunun tanışı X4 İmişli rayonunun Xubuyarlı kəndində yerləşən “Qardaşlar” adalan marketddə quraşdırılımış 2043 nömrəli “E Manat” ödəmə terminalından onun arvadı X7 adına olan Kapital Bank ASC-yə məxsus bank hesabına göndərdiyi 300 (üç yüz) manat pulu alıb ələ keçirdikdən sonra vahid niyyətlə əhatə olunan davamlı qəsd olaraq yenidən 01 oktyabr 2022-ci il tarixdə həmin videogörüntünü yenidən özünə məxsus “Kanal-9.info” yotube internet kanalında yayımlayaraq yayımın sosial şəbəkələrdən silinməsi qarşılığında Elman Məmmədovdan əlavə olaraq sonuncunun tanışı Şahid1 vasitəsi ilə 700(yeddi yüz) manat pul tələb edib nəticədə 03 oktyabr 2022 ci il tarixdə Göygöl rayonu, Quşqara kəndində yerləşən “Motel” adlanan istirahət mərkəzinin qarşısında Şahid1 493(dörd yüz doğsan üç) manat pul alıb ümumilikdə göstərilən dövr ərzində zərərçəkmiş şəxs X15 haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 1000 (min) manat tələb edib hədə qorxu ilə 793 (yeddi yüz doğsan üç) manat alması, məhkəmə istintqaı zamanı zərəçəkmiş şəxslərin ifadələri,telefon danışıqları,iş materiallarında olan videogörüntülər,şahid ifadələri ,üzləşdirmə istintaq hərəkəti protokolları və ödənişlərin təqsirləndirilən şəxsin hayat yoldaşına aid kart hesabına göçürülmüş pullar və təqsirləndirlən şəxsə bilavasitə verilmiş pulların verilməsi ilə bağlı zərəçəkmiş və şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 25 dekabr 1998-ci il tarixli Qərarının aşağıdakı izahlarını da nəzərə alır. Adı çəkilən qərarın 1-1.bənidinin izahına görə Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Qərarın 1-2 bəndinin izahında isə göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. Qərarın 3-cü bəndinin izahına görə Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları tələb etmə dedikdə, zərər çəkmiş şəxsin və ya onun yaxın adamlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları zorla tələb etmə başa düşülməlidir. Bu halda əmlakı və ya ona olan hüquqları zorla tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Qərarın 8-ci bəndinin izahına görə isə hədə-qorxu ilə tələb etmə ayrı-ayrı epizodlardan təşkil olunsa da vahid qəsdlə əhatə olunduqda (cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif olunmadıqda), əməlin hansı - “xeyli” və ya “külli” və ya “xüsusilə külli” miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsi hər bir epizodda tələb edilmiş və yaxud ələ keçirilmiş əmlaka görə deyil, məqsədin yönəldiyi əmlakın miqdarına görə müəyyən edilməlidir.Təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrıayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində CM-in 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə CM-in 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan CM-in 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir.Təkrarlığı yaradan cinayətlərdən bəziləri CM-in 182.2-ci maddəsində göstərilən, bəziləri isə 182.3 və yaxud 182.4-cü maddələrində göstərilən tövsifedici əlamətlərə malik olduqda, hər bir əməl ayrıca – onu xarakterizə edən əlamətlərə görə, yəni CM-in 182.2-ci maddəsində göstərilən cinayətlə (məsələn, zor tətbiq etmə ilə törədilən hədə-qorxu ilə tələb etmə ilə) CM-in 182.3 və yaxud 182.4-cü maddələrində göstərilən cinayətlərin real məcmusu kimi tövsif olunmalı və təqsirkara cəza cinayətlərin məcmusu qaydasında təyin olunmalıdır. Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə tövsif edilməklə qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən məhəkəmə kollegiyası tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, , təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini və cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinin müddəaları tətbiq edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə zalından həbsə alınsındır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxdığı gündən, yəni 12 mart 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut Şahid1 tərəfindən təqdim edilmiş 01 ədəd DVD disk, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 01 ədəd CD disk, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanmışdır. İş üzrə ekspertiza xərci, mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 182.2.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasini ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxdığı gündən, yəni 12 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci, mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. İş üzrə maddi sübut Şahid1 tərəfindən təqdim edilmiş 01 ədəd DVD disk, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 01 ədəd CD disk, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanısın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-105/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-105/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver