Məhkəmə qərarları › İş №1(100)-105/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-105/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-105/2025 17.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu Karayeri qəsəbəsində qeydiyyatda olmaqla, tutulanadək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə, saat 01:00 radələrində Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsində yerləşən kafedə əvvələr tanıdığı Zərərçəkmiş şəxs ilə şam etdikdən sonra, spirtli içkinin qəbulu nəticəsində yaranmış yüngül dərəcəli sərxoşluq vəziyyətində, aralarında yaranmış mübahisəni davam etdirərək həmin yerin yaxınlığında olan və ictimai yer hesab edilən keçmiş MKTİB-nin yaxınlığına gedərək, ictimai asayişi və vətəndaşların normal həyat fəaliyyətini pozaraq, ətrafda yaşayan insanlara məhəl qoymayaraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına zidd, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı aşkar surətdə hörmətsizlik və laqeydliklə müşayiət olunan hərəkətlər nümayiş etdirərək bir tərəfi kəsici, ucu batıcı xassəyə malik “turist” bıçağını silah qismində istifadə edərək, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə mübahisə zamanı, Zərərçəkmiş şəxs ona qarşı zor tətbiq etməkdə ifadə olunan əl-qol hərəkətləri etdiyinə görə qisas almaq niyyəti ilə həmin bıçaqla qəsdən zərərçəkmiş şəxsin əvvəl sağ said nahiyyəsində deşilmişkəsilmiş yara kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvuran, daha sonra ikinci dəfə vuraraq nazik bağırsağın yaralanması ilə müşayiət edilən qarnın ön divarının bir ədəd daxilə keçən kəsilmiş-deşilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid olan xəsarətlər yetirməklə, qəsdən sağlamlığına ağır zərər vurmuş və qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1 və 221.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı,zərərçəkmiş şəxin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə sair iş materiallarında olan sənədlər ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən günü Gəncə şəhəri, “Maslajir” adlanan ərazidə yerləşən kafedə tanışı ilə birlikdə yemək yeyib spirtli içki qəbul edərkən, təxmini axşam saatlarında Zərərçəkmiş şəxs həmin kafeyə gəlmişdir. Zərərçəkmiş şəxs gəldikdə artıq tanışı və o, spritli içkinin təsiri altında olmuşlar. Zərərçəkmiş şəxs gəldikdən sonra təxmini 1-2 saat ərzində onunla da yemək yeyib, spritli içki qəbul etdikdən sonra Zərərçəkmiş şəxsla mübahisə etməyə başlamışlar. Daha sonra aralarında yaranan mübahisəni həll etmək üçün kafedən çölə çıxsalar da, aralarında mübahisə hələ də davam etmişdir. Mübahisə əsnasında Zərərçəkmiş şəxs ona qarşı əl-qol hərəkətləri ilə danışmağa başladıqdan sonra o, Zərərçəkmiş şəxs sözügedən hərəkətlərini qəbul etməyərək Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra spirtli içkinin təsiri altında olduğu üçün onu həmin yerdə qoyub çıxıb getmişdir. Əlavə olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs bıçaqla vuran zaman həmin yerdə Zərərçəkmiş şəxs ilə ondan başqa heç kəs olmamışdır. O, günorta saatlarından başlayaraq spirtli içki qəbul etməyə başlamış və həmin vaxt o, həmçinin Zərərçəkmiş şəxs da spirtli içkinin təsiri altında olmuşlar. Zərərçəkmiş şəxs ilə onun arasında problemlər, hələ 2018-ci il tarixdən, onlar Rusiya Federasiyasında olduqları vaxtdan mövcud olmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisə zamanı o, Zərərçəkmiş şəxs çıxıb getməsini bildirmiş, lakin Zərərçəkmiş şəxs söhbət etmək istədiyini bildirdikdən sonra mübahisə davam etmişdir. Daha sonra onlar “kafe”dən çıxdıqdan sonra yolun qarşı tərəfinə keçmiş, həmin vaxt kafeni işlədənlər getmiş və kafedə heç kəs olmamışdır. Hadisə baş verən zaman bıçaq təsadüfi olaraq onun üzərində olmuş və sözügedən hadisənin baş verməsinə səbəb onların hər iksinin spirtli içkinin təsiri altına düşmələri olmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs onu yumruqla vurduqdan sonra o da, Zərərçəkmiş şəxs itələyərək, üzərində olan bıçağı çıxarmışdır. O, Məqsədin üzərində qan olduğunu görməmiş, lakin əlini yuyarkən öz əlinin qan olduğunu görmüşdür. Zərərçəkmiş şəxs bədəninin hansı hissəsinə bıçaqla vurduğunu xatırlamamışdır. O gedənədək Zərərçəkmiş şəxs ayaq üstə divara söykənikli vəziyyətdə olmuş, buna görə də o, Məqsədin yüngül zədə aldığını fikirləşmişdir. O, spirtli içkinin təsiri altında olduğu üçün çıxıb getmişdir. Zərərçəkmiş şəxs ilə uzaq qohumluqları var və onunla barışmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, hal-hazırda ailəsi ilə birlikdə Samux rayonu, Karayeri qəsəbəsində yaşayır. Sadıllı qəsəbəsi 4-cü küçədə yerləşən “Rahilin moykası” adlanan yerdə işləyir. Təqsirləndirilən şəxs ilə qohumdur. Əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində hava yağışlı olduğu üçün o, Rahilə işdən tez çıxmaq istədiyini bildirmişdir. Rahil isə etiraz etməmişdir. O, Qədirlə görüşüb Samuxa getmək üçün işdən çıxaraq, köhnə avtobus dayanacağının içərisində yerləşən yeməkxanaya getmişdir. O, yeməkxanaya girəndə Qədirin orada oturub spirtli içki qəbul etdiyini görmüşdür. O, Qədirin oturduğu stola yaxınlaşaraq, onunla birlikdə oturmuşdur. O da, Qədirlə birlikdə spirtli içki qəbul etmişdir. O, bildirmişdir ki, həmin gün Qədir heç olmadığı qədər əsəbi olmuşdur. O, Qədirdən səbəbini soruşduqda, Qədir səbəbini bilmədiyini deyərək, söhbəti bağlamağa çalışmışdır. O, Qədirlə birlikdə orada təxminən 3 saat oturub yemək yemişlər. Saat təxminən 00:30 radələrində Qədirlə yeməkxanadan çıxıb, Samux rayonuna getmək üçün yola düşmüşlər. Yol boyu gedərkən o, Qədirin üzərində bıçaq olduğunu görmüşdür. O, həmin bıçağı Qədirdən istəsə də, Qədir həmin bıçağı ona verməkdən imtina etmişdir. O, isə Qədirin əlindən həmin bıçağı zorla alaraq, cibinə qoymuşdur. Bu hərəkətdən sonra Qədir daha da əsəbləşmişdir. O, isə Qədirə qohum olduqlarını, yaşda böyük olduğunu və ona qarşı tərbiyəli olmalı olduğunu bildirmişdir. Bu zaman Qədir daha da özündən çıxaraq, onun cibinə əl ataraq, həmin bıçağı ondan almışdır. Bu zaman hətta Qədir onun cibini cırmış və qolunu yaralayaraq, bıçaqla qarın nahiyəsinə zərbə endirmişdir. O, Qədirin bu hərəkətindən sonra çıxıb getmək qərarına gəlmişdir. O, Qədirə yarasının ağır olduğunu, qan itirdiyini, X13 məluma verməsini istəmişdir. Daha sonra Qədir ona məhəl qoymayaraq, oradan uzaqlaşmışdır. O, qaranlıq yol boyu gedərək, qarşısına hər hansı bir insan çıxarsa ondan təcili yardıma zəng etməsini istəsin. Lakin gec saatlar olduğundan uzun bir müddət o, yolda heç kəslə rastlaşmamışdır. O, Atatürk prospektində yerləşən Qızıl Sarayını 2 küçə aşağı keçdikdən sonra küçədə qadınların oturduğunu görmüşdür. O, həmin qadınlara yaxınlaşaraq, onlardan kömək etmələrini istəmişdir. Onlar oradaca ona ilk tibbi yardım göstərərək, sağ qolunda olan kəsiyi sarğı vasitəsi ilə bağlamışlar. Daha sonra X13 məlumat vermişdilər. Təcili tibbi yardım gələrək, onu götürmüş və xəstəxanaya çatdırmışdır. Bu zaman o, çox qan itirdiyindən hansı xəstəxaya aparıldığını xatırlamadığını bildirmişdir. O, həmçinin ifadəsində hadisə baş verən anda ətrafda heç bir şəxsin olmadığını və ümumi mübahisənin təxminən 30 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsində yerləşən “Avtobus parkında” mühafizəçi işləyir. Təqsirləndirilən şəxs avtobus parkında yerləşən avtoyuma yerinin işçisi kimi tanıyır. Tarixini dəqiq xatırlamadığı vaxtda “Avtobus parkında” sutkalıq növbədə olduğu gün gecə saatlarında polis əməkdaşları həmin yerə gələrək, ondan qapını açmasını istəmişlər. O, səbəbini soruşduqda, polis əməkdaşları ona problem olmadığını bildirmişlər. Onun bundan başqa hadisə barədə məlumatı olmamış və Təqsirləndirilən şəxs hər hansı şəxsi bıçaqla vurmasını görməmişdir. Əlavə olaraq, Şahid2 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hər hansı şəxsi bıçaqlaması hadisəsini görməmiş, Təqsirləndirilən şəxs adam bıçaqlaması barədə onun sonradan məlumatı olmuşdur. O, Təqsirləndirilən şəxs olduğu yerdə səs-küy olduğunu, yəni Təqsirləndirilən şəxs ilə tanımadığı şəxsin bir-birlərinə qışqırdıqlarını eşitmiş, daha sonra onların çıxıb getdiklərini görmüşdür. Həmin vaxt başqa adam görməmiş və sonradan polis əməkdaşları Təqsirləndirilən şəxs şəkilini göstərib, tanıyıb-tanımadığını ondan soruşmuşlar, o isə tanıdığını bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Qasım bəy Zakir küçəsi, ev 9-da ailəsi ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. 18 ildir ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti 22 ünvanında yerləşən 32 nömrəli tam orta məktəbdə kiçik xidməti işçi vəzifəsində çalışır. Əvvəllər məhkumluğu olmamışdır. 10 iyul 2023-cü il tarixdə saat təxminən 23:00-00:00 aralığında o və onun qonşuları Qasım bəy Zakir küçəsində 9 nömrəli evin önündə oturmuşlar. O və onun qonşuları təxminən 2 saat müddətində orada oturmuşlar. Həmin vaxt bir nəfərin onlara tərəf səndərləyə-səndərləyə gəldiyini görmüşdür. Həmin şəxs onlara yaxınlaşaraq, “xahiş edirəm, ölürəm, məni ölməyə qoymayasız” demişdir. Bu zaman orada olanlar hamısı qorxaraq, qeyri-iradi olaraq, oradan uzaqlaşmışlar. Bu zaman o, həmin şəxsə tərəf yaxınlaşaraq, ona nə olduğunu soruşmuşdur. Həmin şəxs yaralandığını, bədəninin hələlik tab gətirdiyini, lakin tezliklə X13 zəng etməyini istəmişdir. O, dərhal X13 məlumat vermişdir. Daha sonra o, həmin şəxsə bir stəkan su və “Korvalol” ürək dərmanı vermişdir. Həmin şəxs ürək dərmanını içə bilməsə də, suyu sona qədər içmişdir. O, həmin şəxsin ilk öncə xəsarətlərinə baxmağa çalışmış, lakin ilk baxışda görməyi bacarmamışdır. Daha sonra diqqətlə baxdıqdan sonra onun qolunda kəsik olduğunu və həmin yaradan çoxlu miqdarda qan axdığını görmüşdür. Bu zaman o, orada olan masa örtüsü ilə həmin şəxsə ilk tibbi yardım göstərərək, qolunu sarımışdır. Bu zaman o, həmin şəxsin digər əli ilə qarın nahiyəsini tutduğunu görmüşdür. İlk öncə həmin şəxsin başqa xəsarətinin olduğunu düşünsə də, həm havanın qaranlıq olması, həm də şəxsin əli ilə qarın nahiyəsini tutması ucbatından həmin xəsarəti görə bilməmişdir. Daha sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və onlar həmin şəxsi avtomobilə yerləşdirmişlər. Bu zaman orada olan həkim ona, qarın nahiyəsində də xəsarətinin olduğunu bildirmişdir. Orada olanlar həmin şəxsi X13 yerləşdirən zaman, həmin şəxs ona tərəf baxaraq, “Allah səndən razı olsun, məni ölməyə qoymadın” demişdir. O, isə cavabında “Mən sadəcə insanlıq vəzifəmi yerinə yetirdim və mən Allah deyiləm” demişdir. Daha sonra o, evinin qabağının şəkillərini çəkmişdir. Oranı təmizləyərək, öz evinə getmişdir. Növbəti gün o, xəstəxanaya zəng edərək, həmin şəxsin vəziyyəti ilə maraqlanmışdır. Xəstəxanadan ona xəstənin vəziyyətinin ağır olduğunu bildirmişdir. Daha sonra bir neçə dəfə də həmin şəxsin vəziyyətini öyrənmək məqsədilə xəstəxanaya zəng etmişdir. Ən sonuncu dəfə zəng etdikdə, həmin şəxsin xəstəxanadan artıq evə buraxıldığını və ümumi vəziyyətinin qənaətbəxş olduğunu bildirmişlər. Həmçinin o, ifadəsində zərərçəkmiş şəxsi əvvəlcədən tanımadığını və ilk dəfə hadisə vaxtı gördüyünü bildirmişdir. Hətta xəstəxanadan həmin şəxsi maraqlandıqda belə adı ilə deyil hadisənin baş vermə günü və üzərindəki paltarlarla soruşmuşdur. O, ifadəsində həmin şəxsin onlara tərəf yaxınlaşan zaman orada ondan başqa qonşularının da olduğunu, lakin qorxu və panikaya qapılaraq, qeyri-iradi olaraq, oradan uzaqlaşdıqlarını bildirmişdir. O, qeyd etmişdir ki, zərərçəkmiş şəxs onlara tərəf yaxınlaşan zaman o, həmin şəxsdən başına nə gəldiyini və onu bu vəziyyətə kimin gətirdiyini soruşduqda, həmin şəxs öz tanışı ilə mübahisə etdiyini və tanışı tərəfindən bu vəziyyətə salındığını bildirmişdir. Həmçinin o, ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs ona xəsarət yetirən şəxsin adını çəkməmiş, lakin tanışı olduğunu və hətta yerlisi olduğunu bildirmişdir. İfadəsinin sonunda o, hadisə günü çəkdiyi, evinin qarşısının foto-şəkillərini istintaqa təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-370/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-451/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 02 (iki) ay müddətinə, yəni 11 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 iyul 2023-cü il tarixli “Paltarlara baxış keçirilməsi və götürülməsi barədə” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 11 iyul 2023-cü il tarixli qərarla hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd ağ, qırmızı damalı qısaqol köynək, 01 ədəd boz qırmızı damalı kişi şalvarına baxış keçirilərək gələcəkdə ekspertizaya təqdim olunması məqsədi ilə götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 iyul 2023-cü il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlama istintaq hərəkəti keçirilmiş və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi yeri göstərmişdir. Bu barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 iyul 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs mübahisə etdikləri və sözügedən mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğu yer, Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsi, keçmiş MKTİB-nin yeməkxanasının yaxınlığıdır. Həmin yer avtomobillərin qarşılıqlı hərəkət etdiyi, ətrafında müxtəlif yaşayış evlərinin və ictimai iaşə obyektlərinin olduğu yerdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, verilmiş əməliyyat tapşırığına 15 avqust 2023-cü il tarixli, 3-13-57-1/2-15402/2023 nömrəli cavab məktubundan görünür ki, 11 iyul 2023-cü il tarixdə, saat 01:00 radələrində Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsi, keçmiş MKTİB-nin yaxınlığında baş vermiş hadisə sakinlərin qorxu və narahatlıq hissinə səbəb olmuş, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əvvəllər heç bir ədavət və düşmənçilik olmamış, həmin hadisə nəticəsində başqa hər hansı bir şəxsə ziyan dəyməmiş, hadisənin törədilməsində Təqsirləndirilən şəxs hər hansı bir şəxs köməklik göstərməmiş, həmçinin hadisə yerini əhatə edən müşahidə kamerası müəyyən edilməmişdir. Bundan əlavə bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi hadisə günü birlikdə Ələkbər bəy Rəfibəyli küçəsindəki kafedə oturduğu Samir və Sərxan adlı şəxslərin şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə hadisə zamanı Zərərçəkmiş şəxs barədə X13 məlumat verən Şahid1 və hadisə barədə məlumatı olan, Ələkbər bəy Rəfibəyli küçəsində yerləşən avtobus parkının mühafizəçisi olan Şahid2 dindirilməsi üçün istintaqa təqdim edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1249 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – qarın və sağ said nahiyələrinin deşilmişkəsilmiş yaraları-ekspertiza təyin edilməsi haqqında qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərlər. Lakin Zərərçəkmiş şəxs bədənində digər xəsarətlərin olub-olmaması və xəsarətlərin zərərvurma dərəcəsi onun adına tərtib olunmuş tibbi sənədlərin ekspertizaya təqdim edilməsindən sonra əlavə olaraq təyin ediləcəkdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs barəsində əlavə məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1546 (xx.xx.2023-cü il tarixli 1249 saylı rəyə əlavə) rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – nazik bağırsağın yaralanması ilə müşayiət olunan qarnın ön divarının bir ədəd daxilə keçən kəsilmiş-deşilmiş yarası-deşici-kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmişdir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Həmçinin rəydən görünür ki, qeyd olunan xəsarətlərdən başqa, Zərərçəkmiş şəxs sağ said nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş yara aşkar edildi, qeyd edilən yara deşicikəsici əşyanın təsiri nəticəsində əmələ gəlmiş və ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Sonuncunun bədəni üzərində müəyyən edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi kimyəvi ekspertizasının 21 iyul 2023-cü il tarixli, 2516/K nömrəli rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-kimya şöbəsinə göndərilmiş qan nümunəsinin miqdarı az olduğundan narkotik maddələrin təyinatını aparmaq mümkün olmamışdır Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 30 saylı rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar və bir ədəd köynək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-psixiatrik ekspertizasının 05 oktyabr 2023-cü il tarixli, 639 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizin əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuş, bu vəziyyətin əmələ gəlmə səbəbi zərərçəkmişlə münaqişəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-kriminalistik və məhkəmə-trosoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 16/965 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunan köynəyin səthində olan 02 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Köynəyin düymələri bağlı olduqda onun üzərində olan 02 ədəd zədə üst-üstə düşür və bu zədələr bir zərbənin təsirindən yaranmışdır. Lakin təqdim edilmiş köynəyin üzərindəki zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq, tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Şalvarın üzərində olan 01 ədəd zədə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-cırılma-sökülmə zədəsidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anantomiya ETT Birliyinin xx.xx.2023-cü il tarixli 1546 saylı ekspert rəyindən görünür ki, göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarların səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “nazik bağırsağın yaralanması ilə müşayiət olunan qarnın ön divarının bir ədəd daxilə keçən kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə köynəyin səthində olan 02 ədəd zədə yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarət üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İdarəsindən alınmış xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə rayonlararası Narkoloji dispanserdən alınmış xx.xx.2023-cü il tarixli, 6326 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə rayonlararası Psixonevroloji dispanserdən alınmış xx.xx.2023-cü il tarixli, 3071 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 may 2015-ci il tarixli, AZ-İİİ 542379 nömrəli X4 surətindən görünür ki, 01 dekabr 2014-cü il təvəllüdlü X2 Hüseynovun oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 sentyabr 2016-cı il tarixli, AZ-İİİ 542379 nömrəli X4 surətindən görünür ki, 05 sentyabr 2016-cı il təvəllüdlü X3 Hüseynovun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsindən həmin məcəllənin 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilməklə ona yenidən həmin maddə ilə ittiham elan edilməsinə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120-ci maddələri ilə ittiham elan edilməməsinə, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanılması əməldə cinayət tərkibi olmaması əsasına görə rədd edilməsinə, istintaq müddətində götürülmüş 01 ədəd ağ, qırmızı damalı qısa qol köynəyin, 01 ədəd boz, qırmızı damalı şalvarın və 01 ədəd bıçağın iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-yə məsul saxlanca verilməsinin nəzərə alınmasına dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 mart 2024-cü il tarixli notariat qaydada təsdiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir, onlar barışıblar və Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmiş, istintaq orqanı cinayət əməlinin xuliqanlıq niyyətilə törədilməsi qənaətinə gəlməklə səhvə yol vermişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri yoxdur və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsini xuliqanlıq niyyəti ilə törətməsi təsdiq olunmayaraq yuxarıda qeyd olunduğu kimi müəyyən edilmişdir ki, istintaq orqanı subyektiv baxımdan cinayət əməlinin törədilməsinə səbəb olan, yəni təqsirləndirilən şəxsi ictimai təhlükəli əməli törətməyə sövq edən hallara lazımi əhəmiyyət vermədən və onun şəxsiyyətini, əvvəlki davranışlarını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də təqsirləndirilən şəxsin spirtli içkinin təsiri altında olması və soyuq silah hesab edilməyən bıçaq istifadə etməklə törətməsindən çıxış etməklə, əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurulması kimi qiymətləndirmişlər, halbuki, sadalanan hallar özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməli idi. Tədqiq olunmuş sübutların məcmusundan görünür ki, təqsirləndirilən şəxsin bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirməsi, onlar arasında əvvəlcədən mübahisənin mövcud olması və sonradan bir araya gəldikləri zaman sözügedən mübahisənin kəskinləşməsi, nəticədə zərərçəkmiş şəxsin təqsirləndirilənə zor tətbiq etməklə əl-qol hərəkətləri etməsi konteksində baş vermişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli (Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan əməl) təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmaqla zərər çəkmişə qəsdən ağır bədən xəsarəti yetirmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyətilə qəsdən sağlamığa ağır zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbdən, törədilir. Ona görə də motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilir. Hüquq ədəbiyyatlarından da bilindiyi kimi motiv cinayətkarın baş vermiş hüquqazidd əmələ psixi münasibətidir. Belə olan halda deyə bilərik ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında olan qarşılıqlı dava-dalaş və “əl-qol” hərəkətləri onun psixikasını qisas almağa kökləmiş və nəticədə sonuncu Zərərçəkmiş şəxs bıçaq zərbəsi vurmaqla ondan qisasını almışdır. Məhkəmə vurğulayır ki, belə olan halda xuliqanlıq motivi istisna edilir və baş vermiş hüquqazidd əməlin qisas motivi ilə törədildiyi tam şəkildə aydın olur. Cinayət Məcəlləsinin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin cinayət-hüquqi qadağaları müəyyənləşdirən Xüsusi hissəsində formalaşdırılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (Cinayət Məcəlləsinin 5.1, 7.1 və 8.1-ci maddələri). Cinayət Məcəlləsinin 1.2-ci maddəsində göstərilir ki, bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır. Cinayət Məcəlləsinin prinsiplərinin əsasını Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 24-cü maddəsi, 28-ci maddəsinin İ və İİ hissələri, 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi, 67-ci maddəsi, 71-ci maddəsinin İ və İİ hissələri, 127-ci maddəsinin Vİİ və İX hissələri təşkil edir.Cinayət qanunvericiliyində əks olunmuş prinsiplər Konstitusiyada təsbit edilmiş prinsiplərdən irəli gələrək hər kəsin toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olmasını; hər kəsin azadlıq hüququnun yalnız qanunda nəzərdə tutulmuş qaydada məhdudlaşdırılmasını; hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsini; hər bir təqsirləndirilən şəxsin təqsirinin qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməli olmasını; tutulan, həbsə alınan və ya cinayət törədilməsində təqsirləndirilən hər bir şəxsə onun hüquqları izah edilməklə tutulmanın, həbsə alınmanın və cinayət məsuliyyətinə cəlb edilmənin səbəblərinin izah edilməsini, özündə ehtiva edir. Göstərilənləri rəhbər tutaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs qohumluq münasibətləri var və onlar Rusiya Federasiyasının Moskva şəhərində birlikdə taksi sürücüsü kimi fəaliyyət göstərmişlər. Onların Rusiya Federasiyasında olan vaxtdan münasibətləri yaxşı olmamışdır. Təqsirləndirilən şəxs tanışı ilə birlikdə 11 iyul 2023-cü il tarixdə, saat 01:00 radələrində Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsində yerləşən kafedə şam edib, spirtli içki qəbul edərkən, Zərərçəkmiş şəxs da həmin kafeyə gəlmiş və Zərərçəkmiş şəxs onlarla əyləşərək birlikdə spirtli içki qəbul etməyə başlamışdır. Onlar bir müddət spirtli içki qəbul etdikdən sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qarşılıqlı şəkildə bir-birlərinə qışqıraraq mübahisələrini davam etdirərək, həmin yerin yaxınlığında olan və ictimai yer hesab edilən keçmiş MKTİB-nin yaxınlığına gedərək, ictimai asayişi və vətəndaşların normal həyat fəaliyyətini pozaraq, ətrafda yaşayan insanlara məhəl qoymayaraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına zidd, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı aşkar sürətdə hörmətsizlik və laqeydliklə müşayiət olunan hərəkətlər nümayiş etdirərək bir tərəfi kəsici, ucu batıcı xassəyə malik “turist” bıçağını çıxarıb nümayiş etdirməklə, həmin bıçağı silah qismində istifadə edərək, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə mübahisə zamanı, Zərərçəkmiş şəxs ona qarşı zor tətbiq etməkdə ifadə olunan əl-qol hərəkətlərini qəbul etməyib Zərərçəkmiş şəxs sözügedən hərəkətlərindən qəzəblənərək, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik turist bıçağını çıxarıb Zərərçəkmiş şəxs əvvəl sağ said nahiyyəsində deşilmiş-kəsilmiş yara kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvuran, daha sonra ikinci dəfə vuraraq nazik bağırsağın yaralanması ilə müşayiət edilən qarnın ön divarının bir ədəd daxilə keçən kəsilmiş-deşilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid olan xəsarətlər yetirməklə, qəsdən sağlamlığına ağır zərər vurmuş və və qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində,qisas almaq niyyətilə, yəni əvvəllər aralarında olmuş mübahisə, qarşılıqlı dava-dalaş və “əl-qol” hərəkətləri səbəbindən qəsdən bıçaqla vurmuş və nəticədə sonuncu ağır dərəcəli bədən xəsarəti almışdır. Yəni Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs bıçaqla qəsdən xəsarət yetirib ondan qisas almışdır. Məhkəmə öz qənaətini Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ”Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi” haqqında 2002-ci il 12 dekabr tarixli 3 nömrəli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, sözügedən qərarın 6-cı bəndinə əsasən qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2023-cü il tarixli, 1546 (xx.xx.2023-cü il tarixli 1249 saylı rəyə əlavə) nömrəli ekspert rəyi ilə tam sübuta yetirildi ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs bədəni üzərində sağlamlığa ağır zərər vuran xəsarətləri mövcuddur. Qeyd olunan xəsarətlərin Zərərçəkmiş şəxs iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən qəsdən yetirilməsi isə məhkəmə istintaqı zamanı təkzibedilməz faktlarla tam sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadədə CMin 221.3-cü maddəsinə münasibətdə özünü təqsirli bilməməsini və ətrafda heç bir şəxsin olmadığını bildirməsinə dair göstərdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, iş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs gecə saat 01:00 radələrində Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsində, keçmiş MKTİB-nin yaxınlığında ictimai yer hesab edildiyini, ətrafda yaşayan şəxslərə qarşı açıqdan-açığa hörmətsizlik etdiyini, etdiyi hərəkətlərin cəmiyyət üçün narahatlıq hissi yaratdığını dərk etdiyi və bildiyi halda buna məhəl qoymayaraq ərazidə uca səslə mübahisə etməsi zamanı ictimai asayişi və vətəndaşların normal həyat fəaliyyətini pozaraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına zidd olaraq, silah qismində istifadə edilən bıçaqdan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq edərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi sözügedən xüsusatlar açıqdan-açığa yanlış olmaqla, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, keçirilmiş çoxsaylı istintaq hərəkətlərinin protokolları, həmçinin verilmiş əməliyyat tapşırığına cavab məktubu ilə tamamilə təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatların Təqsirləndirilən şəxs tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə söylənmiş ifadələr olduğunu vurğulayır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs da həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində kafedə olarkən Zərərçəkmiş şəxsla qarşılıqlı mübahisə etdiklərini, səs-küy yarandıqdan sonra mübahisəni kafedən kənarda davam etdirdiyini və nəticədə Zərərçəkmiş şəxs bıçaqladığını bildirmişdir. Göründüyü kimi, əməl kafedə olarkən Təqsirləndirilən şəxs tərəfindən xırda xuliqanlıq hərəkətləri ilə başlanmış, həmin hərəkətlər mübahisənin gedişində daha da artmaqla zor tətbiq olunması ilə yekunlaşmışdır. Beləliklə, Təqsirləndirilən şəxs silah qismində bıçaqdan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Həmçinin məhkəmə cinayətin başladığı və başa çatdığı yerin ictimai yer olmasını nəzərə alır. Verilmiş əməliyyat tapşırığına 15 avqust 2023-cü il tarixli, 3-13-57-1/2-15402/2023 nömrəli cavab məktubundan görünür ki, 11 iyul 2023-cü il tarixdə, saat 01:00 radələrində Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsi, keçmiş MKTİB-nin yaxınlığında baş vermiş hadisə sakinlərin qorxu və narahatlıq hissinə səbəb olmuşdur. Eyni zamanda, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsində yerləşən “Avtobus parkında” sutkalıq növbədə olan zaman gecə saatlarında həmin ərazidə yerləşən kafedə Təqsirləndirilən şəxsla tanımadığı şəxsin mübahisə edərək, bir-birlərinə qışqırdıqlarını eşitmişdir. Bundan başqa, 11 iyul 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs mübahisə etdikləri və sözügedən mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğu yer Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsi, keçmiş MKTİB-nin yeməkxanasının yaxınlığıdır. Həmin yer avtomobillərin qarşılıqlı hərəkət etdiyi,ətrafında müxtəlif yaşayış evlərinin və ictimai iaşə obyektlərinin olduğu yerdir. Odur ki, Məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və himayəsində iki azyaşlı uşağının olmasını müvafiq olaraq Azərbaycan Respublikası CM-in 59.1.12, 59.1.13 və 59.1.4-cü maddələrinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, CM-in 59.2-ci maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Sadalananlara əsasən, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin məsuliyət nəzərdə tutulan müvafiq maddəsinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-370/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs da törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 63 (altmış üç) manat dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi onun üzərinə qoyulmalıdır. Odur ki, məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi məhkumdan tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə ağ, qırmızı damalı qısa qol köynəkdən, 01 ədəd boz, qırmızı damalı şalvardan və 01 ədəd bıçaqdan ibarət maddi sübut vardır. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər BPİ-də saxlanılan, hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd ağ, qırmızı damalı qısa qol köynək və 01 ədəd boz, qırmızı damalı şalvar qanuni sahibinə qaytarılmalı, qəbul etməkdən imtina edilərsə məhv edilməli və 01 ədəd bıçaq isə məhv olunmalıdır. Bundan əlavə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 66 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi oğlunun işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 396 (üç yüz doxsan altı) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-in 126.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.3-cü maddəsi ilə isə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhər BPİ-də saxlanca verilmiş maddi sübut qismində tanınmış hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd ağ, qırmızı damalı qısa qol köynək və 01 ədəd boz, qırmızı damalı şalvar qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin və 01 ədəd bıçaq məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 66 (altmış altı) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 396 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar