Məhkəmə qərarları › İş №1(100)-106/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-106/2021

08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-106/2021 08.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Goranboy rayon Məhkəməsinin 04.12.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Binəqədi rayon Məhkəməsinin 16.01.2019-cu il tarixli qərarı ilə cəzası 03 il 09 aya endirilmiş, məhkumluğu ödənilməmiş, Tərtər rayonu, Hacıqərvənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİİ siyahısı ilə müəyyən edilmiş külli miqdarda, yəni 21 ədəd, ümumi təmiz çəkisi 16465 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkilərini özü istifadə etmək məqsədi ilə 2020-ci ilin aprel ayında qanunsuz olaraq yaşadığı Tərtər rayonu, Hacıqərvənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində əkib becərməklə kultivasiya etmiş və sonuncu Qanunun İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 430 qram narkotik vasitə hesab edilən qurudulmamış marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib həmin ünvanda saxlamış, 04 avqust 2020-ci il tarixdə, saat 19:30-da Azərbaycan Respublikası DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı aparılmış baxış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs yaşadığı Tərtər rayonu, Hacıqərvənd kəndində yerləşən fərdi yaşayış evinin həyətindən əkilib-becərilməsi qadağan olunmuş, aqrotexniki qaydada qulluq göstərilərək kultivasiya edilmiş tərkibində narkotik maddələr olan 21 ədəd çətənə (kannabis) bitkiləri və satış məqsədi olmadan qanunsuz olaraq əldə edib həmin ünvanda saxladığı, ayrı-ayrılıqda 330 qram və 100 qram olmaqla, ümumi təmiz çəkisi 430 qram narkotik vasitə hesab olunan qurudulmamış marixuana həmin bitkilərin yaxınlığında torpağın üzərindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.1ci maddələri ilə olan ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Hər dəfə marixuananı siqaret kağızına dolduran zaman onun toxumlarını toplayıb saxlamış, 2020-ci ilin aprel ayının əvvəllərində marixuananın içərisindən topladığı toxumları əkmək qərarına gəlmiş və həmin tarixdə ailə üzvlərindən və yaxın qohumlarından kimsənin bilməməsi üçün yaşadığı evin həyətyanı torpaq sahəsinin sağ künc tərəflərini belləyib, torpağı şumlamış, sonra şumlayaraq yumşaltdığı torpağı sulamış və topladığı çətənə bitkilərinin toxumlarını həmin tarixdə torpağa əkmiş, toxumları torpağa səpdikdən sonra onları mütəmadi olaraq sulamış, toxumlar cücərdikdən sonra onların diblərini yumuşaldaraq peyinləmişdir. 04 avqust 2020-ci il tarixdə günorta saatlarında yaba ilə bitkilərin üzərlərinə zərbə ilə vurmuş və yerə tökülən yarpaqları bir tərəfə yığmışdır. 04 avqust 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə televizora baxan zaman Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları aqronom mütəxəssislə birlikdə gələrək yaşadığı həyətə baxış keçirmişlər, baxış zamanı narkotik vasitələr aşkar edilmiş, özü isə saxlanılaraq idarəyə gətirilmişdir. İfadəsinə əlavə olaraq 11 ədəd çətənə koluna qulluq edərək yetişdirdiyini bildirsə də, 10 ədəd çətənə kollarına qulluq etmədiyini, yerə tökülən yarpaqları bir tərəfə yığmaqda məqsədinin onları qurutmaq olmadığını, lazımsız olduğundan kənara topladığını bildirmişdir. Lakin son sözündə verilmiş ittihamları tamamilə qəbul etdiyini, özünü həmin ittihamlar üzrə tam təqsirli bilməklə törətdiyi əmələ görə peşmançılıq çəkdiyini, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyi vaxt 04 avqust 2020-ci il tarixdə Tərtər rayonu Hacıqərvənd kənd sakini Təqsirləndirilən şəxs Hacıqərvənd kəndində yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında raportla rayon polis şöbəsinin rəisinə məruzə etmiş, bundan sonra Təqsirləndirilən şəxs Tərtər rayonu Hacıqərvənd kəndində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün material şöbənin təhqiqatçısı, polis kapitanı Yunis Quliyevə həvalə edilmiş, Təqsirləndirilən şəxs Hacıqərvənd kəndində yerləşən evinin həyatyanı sahəsinə baxış keçirilməsi üçün o, təhqiqatçı Yunis Quliyev, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin sürücü polis nəfəri, polis baş serjantı Taleh Novruzov, polis serjantı Şahid3 ilə birlikdə Tərtər rayonu Hacıqərvənd kəndinə gəlmişlər. Tərtər rayonunun Hacıqərvənd kəndində Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişlər, həmin ünvanın giriş hissəsində olan vaxt aqronom mütəxəssis Şahid4 da ora yaxınlaşmış və onlar birlikdə Təqsirləndirilən şəxs qapısını döyüb onu səsləmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin giriş hissəsinə gəlmiş, bundan sonra ona narkotik vasitə olan çətənə bitkilərinin əkib-becərməsində şübhəli olduğunu deyib onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmaması barədə olan ərizəni yazdıqdan sonra onun, adlarını qeyd etdiyi polis əməkdaşları və mütəxəssis aqronom Şahid4 iştirakı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinə yaxın ərazidə narkotik vasitə aşkar olunmamış, sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən küçə hasarına yaxın ərazidə yerləşən üzüm tənəklərinin ətrafına baxış keçirilmiş, baxış zamanı orada on ədəd narkotik vasitə olan çətənə kolları aşkar edilmiş, çətənə bitkiləri bəziləri kəndirlə bərkidildiyi, bitkilərin diblərinin yumşaldılaraq diblərinə sulamaq üçün arx çəkildiyi müəyyən olunmuş, Təqsirləndirilən şəxs toyuq-cücənin orada eşələnməsi nəticəsində arx çəkildiyini bildirmişdir. Bundan sonra bitkilərin ətrafında qırılmış yarpaqlar aşkar edilmiş, sual-cavab zamanı Təqsirləndirilən şəxs bir neçə saat əvvəl yaba ilə bitkilərin yarpaqlarını qırdığını bildirmişdir. Aşkar olunmuş çətənə kollarına aqronom qismində dəvət edilmiş Şahid4 da baxış keçirmiş və bildirmişdir ki, həmin kollara qulluq olunmuş, dibləri yumşaldılmış və ətrafı təmizlənmişdir. Təqsirləndirilən şəxs yaba ilə qırdığı yarpaqlar sellofan torbaya yığılmış və həmin torba elektron tərəzidə çəkilmiş, bundan sonra evinin giriş hissəsindən həyətə daxil olan zaman sağ tərəfdə olan mal tövləsinin yanında olan ot tayası ilə hasarın arasında on bir ədəd çətənə bitkisi və yerə sərilmiş olan çətənə bitkilərinə bənzər bitkilərin yarpaqlarına rast gəlinmişdir. Namiq Abdulayev bitkilərdən xəbərinin olmadığını, lakin toyuq cücənin çəpərdən keçməsinin qarşısını almaq üçün həmin bitkiləri kəndirlə bərkidib yerə əydiyini bildirmiş, sual-cavab zamanı Təqsirləndirilən şəxs yarpaqları yaba ilə vurub bitkilərdən qopardığını bildirmiş, həmin yarpaqlar sellofan torbaya yığılmış və elektron tərəzidə çəkilmişdir. Aqronom Şahid4 bitkilərə baxış keçirmiş və bildirmişdir ki, həmin bitkilər narkotik tərkiblidir və onlara qulluq olunmuşdur. Aşkar olunmuş 11 ədəd çətənə bitkilərinə bənzər bitkilər kökündən çıxarılaraq evin həyətinə aparılmış, sonra ümumilikdə 21 ədəd çətənə bitkiləri evin həyətində yerə sərilmiş, bitkilərin hündürlükləri 53-238 sm aralıqda olmuşdur. Bundan sonra həmin bitkilər müvafiq qaydada qablaşdırılaraq götürülmüş, bu barədə ptorokol tərtib olunmuşdur. Bundan sonra ona məxsus fərdi yaşayış evinin otaqlarına baxış keçirilmiş, baxış zamanı evin otaqlarından narkotik vasitə və qanunla qadağan edilmiş maddə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 və Şahid3 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Kənd təsərrüfatı İnistutunun Aqrokimya və torpaqşünaslıq ixtisasını bitirmişdir, 44 illik aqronom təcrübəsi vardır. 04.08.2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsindən ona aqronom təyin edilməsi barədə məktubla qərar ünvanlandığından həmin tarixdə şöbəyə gəlmişdir. Bundan sonra Tərtər rayonunun Hacıqərvənd kənd sakini Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinə narkotik vasitələrin əkib-becərilməsi ilə bağlı baxış keçiriləcəyi bildirilmiş, bundan sonra Tərtər rayonu Hacıqərvənd kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana polis əməkdaşları ilə birgə gələrək Təqsirləndirilən şəxs narkotik vasitələrin əkib-becərməsində şübhəli olduğunu deyib onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etirazının olmamasını bildirmiş, bunun ardınca polis əməkdaşları Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinə videoçəkilişlə onun iştirakı ilə baxış keçirmişlər. Həmin baxışda Təqsirləndirilən şəxs də iştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan üzüm tənəklərinin yaxınlığında on ədəd, ot tayasının arxasında isə 11 ədəd çətənə kolları aşkar edilmişdir. Kolların ətraf hissələrində torpaq yumşaldılmış və suvarmaq üçün arx çəkilmişdir. Bundan başqa çətənə kollarının yanında yerə sərilmiş halda çətənə kollarının yarpaqları da aşkar edilmişdir. 21 ədəd çətənə kollarının ayrıayrılıqda uzunluqları 53-238 sm aralıqda olmuşdur. Aşkar olunmuş çətənə kolları polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş, bundan sonra aşkar olunaraq götürülmüş 21 ədəd yaş halda çətənə kolları polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılmış, həmçinin aşkar olunmuş yarpaqlar da müvafq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə aparılmış, o isə həmin yerdən çıxdıqdan sonra aşkar edilmiş 21 ədəd çətənə kollarına aqro-texniki qaydada qulluq edilməsi barədə rəyi yazıb təqdim etmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” 04.08.2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu Hacıqərvənd kəndində yaşadığı evin həyətyanı sahəsində yerləşən üzüm tənəklərinin yaxınlığında ayrıayrılıqda uzunluqları 53-238 sm aralıqda olmuş on ədəd, ot tayasının küçə ilə hasarın aralığında isə on bir ədəd olmaqla, ümumi 21 narkotik təbiətli çənətə (kannabis) bitkiləri və həmin kolların ətrafında yerə sərilmiş kolların yarpaqları aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 04.08.2020-ci il tarixli mütəxəssis alim-aqronom Şahid4 rəyindən görünür ki, Tərtər rayonu Hacıqərvənd kənd sakini Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə baxış keçirilən zaman torpaq sahəsinin yuxarı sağ hissəsində üzüm tənəklərinin arxasında 10 ədəd, ot tayasının arxasında isə 11 ədəd aşkar edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilməsi müəyyən olunmuşdur. -həmin aqrotexniki qaydada qulluq edilmiş 21 ədəd çətənə bitkilərinin hündürlükləri orta hesabla 53-238 sm, hər bir çətənə kolunun çəkisi orta hesabla 150 qram, ümumi çəkisi isə 200-900 qram olması müəyyən edildi. -Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilmiş 21 (iyirmi bir) ədəd bitkilər narkotik tərkibli çətənə bitkiləridir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-bioloji ekspertizasına dair 05 avqust 2020-ci il tarixli 16/538 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Tərtər rayonu Hacıqərvənd kəndində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyani torpaq sahəsindən yığılmış tərkibində narkotik maddələr olan bitkilərə bənzər bitkilərin yarpaqları olan iki ədəd sellofan torbalar olan paket...” sözlər və imzalar yazılmış kağız paketdəki, 2(iki) ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 330 qram, 100 qram, ümumi təmiz çəkisi 430 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuanadır. - tədqiqata təqdim olunmuş üzərində “Tərtər rayonu Hacıqərvənd kəndində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyani torpaq sahəsindən aşkar edilərək yığılmış tərkibində narkotik maddələr olan bitkilərə bənzər 7(yeddi) ədəd bitkilər (kollar)...” yazılar və imzalar olan baş-başa keçirilmiş sintetik kisədəki, sayı 7(yeddi) ədəd, ümumi təmiz çəkisi 10365 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə ( kannabis ) bitkiləridir. - tədqiqata təqdim olunmuş üzərində “Tərtər rayonu Hacıqərvənd kəndində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilərək yığılmış tərkibində narkotik maddələr olan bitkilərə bənzər 14 (on dörd) ədəd bitkilər (kollar)..” yazılar və imzalar olan baş-başa keçirilmiş sintetik kisədəki, sayı 14 (on dörd) ədəd, ümumi təmiz çəkisi 6100 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə ( kannabis ) bitkiləridir. - təqdim olunmuş həmin çətənə (kannabis) bitkilərinin ümumi sayı 21 ədəd, ümumi təmiz çəkisi – 16465 qramdır. - tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə olan marixuanalar ilə, iki ədəd baş-başa keçirilmiş sintetik kisələrdə olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. - Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 06 noyabr 2020-ci il tarixli 952 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 04 avqust 2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1 və 237.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında” 06 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli 04 avqust 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 (on beş) gün müddətinə, 04 dekabr 2020-ci il tarixdən 19 dekabr 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayon məhkəməsinin 04.12.2015-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Goranboy rayon Məhkəməsinin 04.12.2015-ci il tarixli 1(045)-126/2015 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələri təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon polis şöbəsi tərəfindən verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, əməliyyat axtarış tədbirləri zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin alğı-satqısı işi ilə məşğul olmur, Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan çətənə toxumlarını şəxsi istifadəsi məqsədi ilə əkib-becərmişdir.Həmin narkotik vasitəni satmaq niyyəti ilə əkməmişdir.Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Tərtər rayon ərazisində və digər ərazilərdə analoji cinayətlərdə iştiraklarının olub-olmaması müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tərtər rayon İcra hakimiyyəti başçısının Hacıqərvənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 416 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu, Hacıqərvənd kəndində anası Şahid5 ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tərtər rayon İcra hakimiyyəti başçısının Hacıqərvənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi Tərtər rayon filialı tərəfindən verilmiş19.03.2021-ci il tarixli 6 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü qismən təqsirli bildiyini göstərsə də son sözündə verilmiş ittihamları tamamilə qəbul etdiyini, özünü tam təqsirli bilməklə törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi, məhkəmə istintaqı zamanı isə elan edilməklə tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda anası Urquşa ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir,əvvəllər cinayət əməlləri törətdiyinə görə dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə oğurluq cinayət əməli törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını 2019-cu ilin may ayından çəkib qurtarmışdır. Uzun müddətdir ki, narkotik vasitə marixuananı siqaret kağızına doldurub çəkir, hər dəfə marixuananı siqaret kağızına dolduran zaman onun toxumlarını toplayıb saxlayırmış, 2020-ci ilin aprel ayının əvvəllərində marixuananın içərisindən topladığı toxumları əkmək qərarına gəlmiş və həmin tarixdə günorta saatlarında əkmiş, ailə üzvlərindən və yaxın qohumlarımdan kimsənin bilməməsi üçün yaşadığı evin 0,30 hektar olan həyətyanı torpaq sahəsinin sağ künc tərəflərini belləyib, torpağı şumlamış,sonra şumlayaraq yumuşatdığı torpağı sulamış və topladığı çətənə bitkilərinin toxumlarını həmin tarixdə torpağa əkmiş, toxumları torpağa səpdikdən sonra onları mütəmadi olaraq sulamağa başlamış, toxumlar cücərdikdən sonra onların diblərini yumuşaldaraq peyinləmiş, bundan əlavə 2020-ci ilin iyul ayının axırlarında o, bitkilərin bəzilərini ətrafda olan şəxslərin görməməsi üçün kəndirləyərək yerə tərəf əymiş, 04 avqust 2020-ci il tarixdə günorta saatlarında yaba ilə bitkilərin üzərlərinə zərbə ilə vurmuş və yerə tökülən yarpaqları bir tərəfə yığmış, 04 avqust 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə televizora baxan zaman giriş darvazasının döyüldüyünü eşitmiş və dərhal küçəyəçıxmış,giriş qapısını açan zaman bir neçə nəfər mülki geyimli şəxsləri yaşadığı evin giriş darvazasının qarşısında görmüş, onlar xidməti vəsiqələrini nümayiş etdirib, ona Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları olduqlarını və bir nəfər Şahid4 adlı şəxsin isə aqronom mütəxəssis olduğunu bildirmişlər, sonra polis əməkdaşları onun razılığından sonra videoçəkiliş etməyə başlamış, videoçəkiliş zamanı polis əməkdaşı ona yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddə olan bitkilərin əkibbecərməyi və kultivasiya etməyi barədə sual vermişlər, o, polis əməkdaşlarının əkdiyi tərkibində narkotik maddə olan çətənə bitliklərindən xəbərlərinin olduğunu düşünmüş və onlara bu barədə düzgün məlumatlarının olduğunu lakin tutulacağından qorxduğu üçün polis əməkdaşlarına həmin bitkiləri əkmədiyini, onlara qulluq etmədiyini bildirmiş, sonra o, yaşadığı evə və həyətyanı torpaq sahəsinə, evin otaqlarına və digər sahələrə baxış keçirilməsinə etirazının olmamasını bildirmiş və bu barədə yazılıərizə də təqdim etmiş, onun razılığından sonra polis əməkdaşları, aqronom alim Arif müəllim yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirmiş, sonra 0,30 hektardan ibarət fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin binasına yaxın yerlərindəçətənə bitkilərinə rast gəlinməmiş,sonra onun göstərməyinəəsasən, küçə hasarına yaxın ərazidə yerləşən üzüm tənəklərinin yaxınlığına baxış keçirilmiş,baxış zamanıüzüm tənəklərinin yaxınlığında on ədəd çətənə bitkiləri aşkar edilmiş,çətənə bitkilərinin bəzilərinin kəndirlə bərkidildiyi, bitkilərin diblərinin yumuşaldılaraq sulamaq üçün arx çəkildiyi aşkar edilmiş,ona verilən suallaraq cavab olaraq o, polis əməkdaşlarının fikirlərini yayındırmaq üçün toyuq-cücələrin bitkilərin diblərində eşələnən zaman arx çəkildiyini bildirmiş, bundan sonra bitkilərin yaxınlığında qırılmış yarpaqlar aşkar edilmiş,o, həmin yarpaqları verilən sullara cavab olaraq bir neçə saat əvvəl yaba ilə bitkilərin qırdığını bildirmiş, aqronom-alim bitkilərə baxış keçirən zaman onlara qulluq edildiyini, diblərinin yumuşaldığını, ətraflarının təmizləndiyini bildirmiş,bundan əlavə baxış zamanıçətənə bitkilərinə bənzər bitkilərin bir neçəsinin dibinə ağac budağının bərkidildiyi müəyyən edilmiş, sonra çətənə bitkilərinə bənzər on ədəd bitki kökündən çıxardılmış, bitkilər köklərindən torpaqdan çıxarıldıqdan sonra torpağa tökdüyü yarpaqlar sellofan torbaya yığılmış,sellofan torbaya yığılmış yarpaqlar elektron tərəzidən çəkilmiş vəümumi çəkisinin 105 (bir yüz beş) qram olması müəyyən edilmiş, bundan sonra mal damının yaxınlığına yığılmış ot tayasının küçə ilə hasarın aralığını polis əməkdaşları tərəfindən baxış keçirilmiş və həmin yerdə on bir ədəd çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilmiş, bundan əlavə tərəfindən yaba ilə qoparılmışçətənə bitkilərinin yarpaqları da, polis əməkdaşları tərəfindən aşkar edilmiş, sonra yaşıl rəngli yarpaqlar yerdən yığılaraq sellofan torbaya qoyulmuş, elektron tərəzidəçəkilən zaman onların ümumi yaşçəkisinin 340 (üç yüz qırx) qram olması müəyyən edilmiş və on bir ədəd çətənə bitkilərinə bənzər bitkilər kökündən çıxarılaraq evin həyətinə aparılmış, ümumilikdə 21 (iyirmi bir) ədəd çətənə bitkiləri evin həyətində yerə sərilmiş, sonra bitkilərin hündürlükləri ölçülən zaman onların 53-238 sm aralıqda olmaları müəyyən edilmiş, sonra aşkar edilmiş çətənə bitkiləri iki ədəd sintetik kisəyə yığılaraq, ağzları tikilmiş, kisələrin ağızları tikildikdən sonra onlar elektoron tərəzidəçəkilmiş vəümumi çəkilərinin 7360 və 1148 qram olmaları müəyyən edilmiş, sonra iki ədəd ağ kağıza müvafiq qeydlər aparılmış, kağızlar ucadan oxunduqdan sonra o, iştirakçılar ilə birlikdə onların üzərlərini imzalamış, sonra kağızlar kisələrin ağızlarına tikildikdən sonra üzərləri möhürlənmiş, bitkilərin yarpaqları yığılmış iki ədəd sellofan torbalar isə ağ kağız paketə qoyularaq üzəri yazılmış, imzalandıqdan sonra möhürlənmiş,bundan sonra ona məxsus fərdi yaşayış evinin otaqlarına baxış keçirilmiş, baxış zamanı evin otaqlarından narkotik vasitə və qanunla qadağan edilmiş maddə aşkar edilməmiş,sonra polis əməkdaşlarıona Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizəİdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəyini bildirmiş, o da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, sonra polis əməkdaşlarıonu özləri ilə birlikdə Gəncəşəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizəİdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasına aparmışlar, şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmiş və bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər, o, təqdim olunmuş vəkillərin siyahısından Müdafiəçi hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmiş, Müdafiəçi dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və qanunla gəzdirilməsi qadağan edilmiş maddə aşkar edilməmiş, sonra tərtib edilən protokol uca səslə oxunmuş və o, müdafiəçisi ilə birlikə həmin protokola imza etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində ümumiyyətlə onun hər hansı bir şəxsə narkotik vasitə və digər maddə satmaq niyyətinin olmadığını, kolları gələcəkdə öz şəxsi istifadəsi üçün əkdiyini göstərmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 237.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Birinci Qarabağ müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayon Məhkəməsinin 04.12.2015-ci il tarixli 1(045)-126/2015 saylı hökmü ilə AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələri təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01.05.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətmişdir. Onun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Tərtər RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs Tərtər rayonu Hacıqərvənd kəndində yaşadığı evin həyətyanı sahəsində aşkar olunaraq götürülmüş 21 ədəd narkotik təbiətli çənətə ( kannabis ) bitkilərinin və kağız paketdə ekspert tədqiqindən sonra qalan təmiz çəkisi 429,9 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana məhv edilməli, işə əlavə edilmiş 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarına əlavə edilmiş narkoloji tibbi yoxlamanın rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 237.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 04 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Tərtər RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs Tərtər rayonu Hacıqərvənd kəndində yaşadığı evin həyətyanı sahəsində aşkar olunaraq götürülmüş 21 ədəd narkotik təbiətli çənətə ( kannabis ) bitkilərinin və kağız paketdə ekspert tədqiqindən sonra qalan təmiz çəkisi 429,9 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana məhv edilsin, işə əlavə edilmiş 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar