Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-106/2022 25.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), hakimlər Rüstəmov Elmin İltizam oğlu (məruzəçi hakim) və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi İnqilab oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsilsiz, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatda olmaqla tutulanadək ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yerləşən evində olarkən arvadı X4 bu zamanadək işdən qayıtmadığını görüb sonuncunun mobil telefonuna zəng etdikdə telefonun məşğul olduğunu, təkrar zəng etdikdə isə telefonun söndürüldüyünü görüb əsəbləşmiş, həmin vaxt Nərgiz Mustafayeva ona geri zəng edərək Tərtər rayonunda təşkil edilən “xnayaxdı” mərasimində aparıcılıq edərkən polis əməkdaşlarının gəldiyini, işlədiyi xna evinin sahibi Şahid6 Eliya qızının isə onun telefonu ilə danışdığını bildirdikdə Nərgiz Mustafayevadan təcili evə gəlməsini tələb etmiş, birgə nikahdan doğulan oğlu Şahid3 evin ikinci mərtəbəsində yerləşən yataq otağında yatızdırdıqdan sonra, 25 iyul 2021-ci il tarixdə, saat 01 radələrində yaşadığı evin qarşısında avtomobilin dayandığını eşidib gələnin Nərgiz Müstafayeva olduğunu güman edərək sonuncunun hərəkətlərini şübhəli hesab edib ona xəyanət etməsini ehtimal edərək Nərgiz Mustafayevanı qısqanclıq zəminində qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etməklə sonuncudan qisas almaq qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə, evin birinci mərtəbəsində yerləşən yataq otağında Nərgiz Mustafayevanın çarpayısının sağ tərəfində olan oğlu Şahid3 çarpayısının altında gizlənib cinayətin törədilməsi üçün uyğun olan zamanı və şəraiti gözləmiş, Nərgiz Mustafayevanın otağın qapısını açaraq mobil telefonla sakit səslə danışdığını, daha sonra telefonunu qapının yanındakı masanın üzərinə qoyduğunu və paltarlarını dəyişib çarpayısının sağ tərəfində uzandığı müşahidə edib arvadının yenidən başqa şəxslə telefonla danışdığını öz gözləri ilə gördükdən və arvadının telefonla danışdıqdan sonra ayağa qalxıb telefonu çarpayının sol tərəfində yerləşən stolun üzərinə qoyub qayıdıb yerinə uzandığını gördükdən sonra reallaşdırmaq istədiyi cinayəti, yəni Nərgiz Mustafayevanı öldürərək qisas almaq istəyini tam qətiləşdirib çarpayının altından qəfil çıxaraq Nərgiz Mustafayevanın uzandığı çarpayının sol tərəfinə dizi üstə qalxıb sonuncunun müqavimətini qırdıqdan sonra hər iki əlləri ilə onun boğazından yapışmaqla alt çənə nahiyəsinin qançırı və sıyrığı, sol almacıq, sol baldır, sağ bud nahiyələrinin qançırları, burun, alt dodaq, sağ kürək, sağ çiyin, sağ diz oynağı, sol diz oynağı nahiyələrinin sıyrıqları, üst dodaq nahiyəsinin selikli qişasının qansızmasından ibarət sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər, həmçinin boyun nahiyəsində qançır, sıyrıq, dəri və dərialtı yumşaq toxuma içərisinə, qırtlaq və dilaltı sümük ətrafı yumşaq toxuma içərisinə, dilin kökü nahiyəsində dil əzələsinə qansızmadan ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aid olan xəsarətlər yetirərək əllə sıxılma nəticəsində əmələ gəlmiş mexaniki asfiksiya nəticəsində X9 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 2015-ci ildə X14 ilə ailə həyatı qurmuş və həmin nikahdan onun 2016-cı ildə bir Şahid3 adlı övladı anadan olmuşdur. Ailə quran vaxtdan o Nərgizlə sonuncunun atası Şahid1 məxsus ünvan 2 ünvanında yerləşən evində yaşamışlar. Ailəli olan zaman arvadı ilə münasibətləri normal olmuşdur. Arvadı «Xatun» gözəllik salonunda xnayaxdı və digər şənliklərin təşkili mərasimlərində aparıcı işləmişdir. Nərgiz Mustafayeva işlədiyi dövrdə hər zaman işdən evə axşam saat 9-10 radələrində gəlmişdir. 2021-ci ilin iyun ayının əvvəllərində o arvadı Nərgiz Mustafayevanın işdən evə gecə saat 12- 1 radələrində gəlməsini gördüyündən ona bu barədə sual vermiş, sonuncu da ona toy yiyələrinin onu evə tez buraxmadıqlarını demişdir. O da arvadına evə tez gəlməsini demişdir. Təxminən iki ay müddətində o arvadının gecə evə gec gəlməsini, həmçinin kiminləsə telefonla danışdığını gördüyündən içində bir şübhə yaranmışdır. O arvadından bu barədə soruşsa da sonuncu ona iş yoldaşları ilə danışdığını demişdir. 23 iyul 2021-ci il tarixdə səhər saat 09 radələrində o arvadını işə yola salarkən Nərgiz Mustafayeva ona Bərdə rayon məhkəməsinə ondan boşanması ilə bağlı ərizə verdiyini demiş, o da N.Mustafayevadan hansı səbəbdən ondan boşanmaq istədiyini soruşanda sonuncu ona heç bir səbəb demədən ondan boşanmaq istədiyini demişdir. O da öz istifadəsində olan ********** nömrəsindən qayınanası Sənubərə zəng edərək arvadının ondan boşanmaq istədiyini və bu məqsədlə Bərdə rayon məhkəməsinə ərizə verdiyini, lakin hansı səbəbdən ondan boşanmasının səbəbini ona demədiyi bildirmişdir. X12 isə ona Nərgiz Mustafayevanın əsəbi olduğu üçün ona elə söz dediyini, məhkəməyə ərizə vermədiyini ona demişdir. 24 iyul 2021-ci il tarixdə səhər saat 09-da o arvadını oğlu Hüseynlə birlikdə işə apararkən yolüstü «Samux» marketə girmişlər, evə bazarlıq etmişlər, o da marketdən aldığı əşyaları oğlu ilə evə aparmış, arvadı isə işə getmişdir. O «Xatun» gözəllik salonu ilə üzbəüz Dönərxananın sağ tərəfində çinar ağacının altında dayanmış və arvadı Nərgiz Mustafayevanın salonunun qapısının qarşısında dayandığını gördüyündən sonuncuya zəng etmiş və nə işlə məşğul olduğunu soruşmuş, N.Mustafayeva isə ona «Xatun» gözəllik salonunun müdiri Ahu xanımın işə gəlmədiyini, bu səbəbdən qapıda dayanıb onu gözlədiyini demişdir. O isə arvadına qapıda dayanmamasını və evə getməsini demiş, sonuncu da ona əmisi qızı Pərvanəgilə gedəcəyini demiş və o da bununla razılaşmışdır. Bundan iki saat sonra təxminən saat 11:30 radələrində Nərgiz Mustafayeva ona zəng etmiş və bu gün 3-4 xnayaxdı məclisləri olacağını və ora gedecəyini ona demişdir. O da həmin günü bazardan çıxdıqdan sonra oğlu ilə birlikdə mərhum bacısının əri Şahid8 evinə getmişdir. Həmin vaxt Bərdə rayonunun Türkmən kəndində yaşayan İlqar və uşaqları Şəhanə və Fərhad evdə olmuşlar. Evdə aldığı ət məhsullarından kabab düzəldib yemişlər və günorta saat təxminən iki radələrində arvadı Nərgizin istifadəsində olan ********** nömrəsinə zəng edib uşağını və bacısının oğlu Fərhadı Bərdə rayonunun Türkmən kəndində yerləşən su arxna çimməyə apardığını demişdir. Nərgiz Mustafayeva da ona uşağı həmin su axarına aparmamasını, uşağın orada boğulacağını demiş, o isə su arxının dərin olmadığını demişdir. Təxminən yarım saat çayda çimdikdən sonra çıxıb yenidən həmin kənddə yaşayan yeznəsi İlqarın evinə getmiş, evdə çay içmiş, biraz oturmuşlar sonra axşam saat 6-7 radələrində oğlu Hüseyni götürüb ünvan 1 ünvanda yerləşən Nərgizin atasının evinə gəlmişlər. O qayınanası ilə salamlaşıb uşağı evə qoyub çayxanaya getmək istədiyini demiş, bu vaxt oğlu Hüseyn ona onunla birlikdə getmək istədiyini dediyindən o oğlu ilə birlikdə həmin küçənin yanında yerləşən çayxanada oturub çay içib yenidən evə qayıtmışlar. Oğlu Hüseyn qalxıb ikinci mərtəbədə oturmuş, o isə aşağı mərtəbədə yerləşən yataq otağında oturmuşdur. Həmin günü axşam saat 11-də Nərgizin evə gəlmədiyini görüb niyə belə gec gəldiyinə əsəbləşmiş, saata baxıb onu gözlədiyini üçün üç dəfə arvadının istifadəsində olan nömrəsinə zəng edib telefonunun məşğul olduğunu gördüyü üçün, 4-cü dəfə telefonuna zəng edən zaman arvadının telefonuna zəng çatmamışdır. Bundan 5 dəqiqə sonra N.Mustafayeva ona zəng edərək xnaya polislərin gəldiyini, Ahunun da onun telefonu ilə evin yiyəsi ilə danışdığını demişdir. Bundan sonra o Nərgizi gözləməyə davam etmiş və yenə də sonuncunun ona yalan danışdığını hiss etmişdir. Həmçinin həmin vaxt o əsəbi olduğu üçün gecə saat 2 radələrində küçədə darvazanın yanından maşın səsi eşitmiş və maşının Nərgizi düşürdüb getdiyini görmüşdür. Bu vaxt o dərhal dəmirdən hazırlanmış üzərində yorğan döşşək olan, arada həmin çarpayıda oğlu Hüseyn yatan həmin çarpayının altına girmişdir. Nərgizin qapıdan qulağında telefonla sakit səslə telefonu çiyninə sıxaraq kiminləsə danışdığını görüb, onun telefonla nə danışıdığını qulaq asmağa başlamışdır. Nərgiz Mustafayeva telefonla danışa danışa paltarlarını dəyişmiş, sonra taxtda uzanmış və danışmağa davam etmişdir. Arvadı telefonla danışan zaman «Kirayə tutub, gedib başqa yerdə qalarıq» sözünü dediyindən, o həmin sözü eşidib əsəbləşərək, özünü cilovlaya bilməmiş və N.Mustafayeva telefonla danışıb qutarandan sonra ayağa duraraq telefonu taxtın ayaq tərəfində yerləşən stolun üzərinə qoymuş və sonra gedib yenidən yerinə uzanan kimi o təkyerli çarpayının altından çıxmış və Nərgizin taxtda beli üstə üzü tavana tərəf uzandığını görüb telefonu qoyduğu tumboçka olan tərəfdən ayağa qalxaraq taxtda iki ayağı ilə qalxmış, bu vaxt Nərgiz yarım qalxmış vəziyyətdə ona tərəf çevrilən kimi o sonuncunun boğazından iki əli ilə tutub var gücü ilə sıxıb bir neçə dəqiqə saxlamış və Nərgizin qolunun boşaldığını görüb onu qucağına götürüb yerə düşürtmüş, yerə uzandırmış və üzərinə odeyalı örtüb, onun tumboçkanın üzərinə qoyduğu telefonunu götürüb evdən təxminən 4 radələrində çıxıb həmişə getdiyi çayxanaya getmişdir. Həmin çayxanaya gedən zaman Nərgizin telefonunu götürüb axırıncı kiminlə danışdığı nömrəyə zəng edib kim olduğunu soruşmuş, bir kişi zəngə cavab verib Nicat olduğunu demiş, o da telefonu söndürmüşdür. O çayxanada əl üzünü yumuş, su içmiş sonra taksiyə yaxınlaşaraq onu Əlişin kruquna aparmasını demişdir. Əlişin kruqunda yerləşən çayxana bağlı olduğu üçün, həmin tanımadığı taksi ilə Şirvanlı kəndində yerləşən «Xaş» verilən yerə getmişdir. O orada xaş yemiş, sonra başqa 06 markalı avtomobil taksisi ilə yeznəsi İlqarın evinə getmişdir. Həmin vaxt İlqar evdə olmamış, bu səbəbdən o bacısının uşaqlarına özünə məxsus «Samsung» duos markalı telefonu və Nərgizə məxsus «Honor» markalı smartfon tipli telefonları təqdim edib, oradan taksiyə minib Bərdə rayon Polis Şöbəsinə gəlmiş və belindən kəməri çıxarıb növbətçi polisə təqdim edərək arvadını öldürdüyünü demişdir. Bundan sonra o Bərdə RPŞ-də ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X18 ifadəsində göstərmişdir ki, 01.05.1987-ci il tarixdə o Şahid1 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan onların 4 övladı, iki oğlan və iki qızı dünyaya gəlmişdir. Oğul övladları: X22 və Şahid4, qızları: mərhum X19 və X15r. X33 11.10.1988-ci ildə Bərdə rayonunda anadan olmuşdur. 2015-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Onların nikahlarından 20.11.2015-ci il tarixdə bir oğlan övladı dünyaya gəlmişdir. Həmin uşağın adı Hüseyndir. Qızı mərhum Nərgiz Mustafayeva əri Təqsirləndirilən şəxslə birlikdə həm Bərdə rayonu, Mustafaağalı kəndində, həm də onun evində yaşamışlar. X40 təxminən 10 ildir ki, «Xatun» xnayaxdı evində xna mərasimlərinin aparıcı işləmişdir. 19 may 2021-ci il tarixdən qızı mərhum Nərgiz Mustafayeva onunla birlikdə tək oğlu Hüseynlə birlikdə yaşamağa başlamışdır. Həmin tarixdən 25 iyul 2021-ci il tarixədək o Təqsirləndirilən şəxs öz evində görməmiş və o həmin tarixdən onun evində yaşamamışdır. 24 iyul 2021-ci il tarixdə axşam saat 22 radələrində Təqsirləndirilən şəxs oğlu ilə birlikdə onun yaşadığı evin darvazasını döymüş, o gedib qapını açan vaxt Aqil oğlu Hüseyni ona təqdim etmiş və əlində bir torbanı ona təqdim edərək Nərgizə verməyini xahiş etmişdir. Hüseyn atası ilə getmək istədiyi üçün qayıdıb atası ilə getmişdir. Aqilin ona verdiyi torbanı isə o seyvandakı stolun üstünə qoymuşdur. Bundan sonra o evin ikinci mərtəbəsinə çıxmış və bundan 10-15 dəqiqə sonra nəvəsi Hüseynin ikinci mərtəbədə olan «zal» deyilən otaqda olduğunu görmüşdür. O da nəvəsindən nə tez gəldiyini soruşmuş, sonuncu isə ona atasının gələrək onu pilləkanla yuxarı mərtəbəyə çıxardığını demiş, o da nəvəsindən atası Aqilin harada olduğunu soruşmuş, nəvəsi isə ona atasının evə getdiyini demişdir. Gecə saat 01 radələrində mərhum X40 işdən evə gələrək darvazaya yaxınlaşdıqda işlədiyi yerin müdiri Ahu xanımın istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olduğu ***-***-**-** nömrəsinə zəng edərək qapını açmağını xahiş etmişdir. O da darvazaya yaxınlaşıb açaraq orada qızı ilə sonuncunun iş yoldaşılarını mütəmadi olaraq aparıb-gətirən taksi maşınında Ahu xanımın olduğunu görmüş və bundan sonra qızı N.Mustafayeva içəri daxil olmuşdur. O darvazanı bağlayıb N.Mustafayevadan niyə gec gəldiyini soruşmuş, sonuncu isə ona xnayaxdı mərasiminin gec bitdiyi üçün belə gec gəldiyini demişdir. O da qızı N.Mustafayevadan ac olub-olmamasını soruşmuş, sonuncu da ona ac olmadığını bildirmişdir. Sonra N.Mustafayeva birinci mərtəbənin işığını yandırmış, qapını sumkasından çıxardığı açarla açmış, həmin vaxt otağın pəncərəsi açıq olmuşdur. N.Mustafayeva otağa daxil olan kimi o sonuncuya oğlunun ikinci mərtbədə yatdığını, gəlib onlarla birlikdə yuxarı mərtəbədə birlikdə yatmasını təklif etmiş, qızı N.Mustafayeva isə ona yorğun olduğu üçün öz otağında yatacağını demiş sonra qapını içəridən açarla bağlamışdır. Bundan sonra o ikinci mərtəbəyə yatmağa getmişdir. Bundan bir saat sonra o çölə çıxmış və qarajın olduğu yerə gedərək Nərgizi iki dəfə çağırmış, sonuncu da ona hay vermiş, o da qızından yatıb-yatmadığını soruşanda, sonuncu ona yatmağa hazırlaşdığını demişdir. O Nərgizə Aqilin birdən gəlib onu qorxuza biləcəyini və ondan qorxduğunu demiş, sonuncu isə ona narahat olmamasını və qorxmamasını bildirmişdir. Bundan sonra o evin ikinci mərtəbəsinə çıxmış və pilləkanla pəncərənin arasında olan yerdə oturub aşağı mərtəbəni pusmağa başlamış, amma heç bir səs eşitməmişdir. Bundan sonra o qapını bağlayıb yatmağa getmişdir. 25 iyul 2021-ci il tarixdə səhər saat təxminən 06 radələrində yoldaşı Şahid1 ona zəng edərək, onun istifadəsində olduğu 050 377-21-83 nömrəsinə qızı Nərgizin istifadəsində olduğu 050 889-56-43 nömrəsindən zəng gəldiyini və o həmin zəngə cavab verdikdə Aqilin olduğunu demiş, nə baş verdiyi soruşmuş, o da yoldaşına heç bir hadisənin olmadığını, ola bilsin ki, Nərgizin işə getdiyi zaman Aqilin onun əlindən telefonunu alıb yoldaşına zəng etdiyini, hal hazırda Nərgizin birinci mərtəbədə öz otağında yatdığını demişdir. Sonra oğlu Nicat ona yaxınlaşaraq Aqilin Nərgizin istifadəsində olan nömrəsindən Nicatın istifadəsində olan ***-***-**-** zəng gəldiyini, onun Aqilə «alo, alo» dediyini, Aqilin isə cavab olaraq «odboy ver» eşitdiyini demişdir. Bundan sonra o oğlu Nicatla birlikdə Nərgizin yatdığı otağa getmiş, Nicat qapını barmaqları ilə itələyək içəri daxil olub işığı yandırmış və bacısının otaqda olmadığını demişdir. Həmin vaxt Aqil Nicata zəng edib yerə bax demiş, o da Nicatla birlikdə otağa daxil olub yerə baxdıqda odeyalın altında Nərgizin olduğunu görmüşdür. Bundan sonra odeyalı açıb Nərgizi çağırmağa başlamış və ölü olduğunu görmüşdür. O otaqdan çıxıb qışqırmağa başlamış və sonra qohum qonşular hadisə yerinə toplaşmışlar və sonra X48 Avtomobili gələrək qızının artıq ölü olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 01.05.1987-ci il tarixdə o İbrahimova Sənubər Əliş qızı ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların 4 övladları, iki oğlan və iki qızı dünyaya gəlmişdir. Oğul övladları: X22, Şahid4, qızları: mərhum X19 və X15r. X33 11.10.1988-ci ildə Bərdə rayonunda anadan olmuşdur. 2015-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Onların nikahlarından bir oğlan övladı 20.11.2015-ci il tarixdə dünyaya gəlmişdir. Həmin uşağın adı Hüseyndir. Qızı mərhum Nərgiz Mustafayeva əri Təqsirləndirilən şəxslə birlikdə həm Bərdə rayonu, Mustafaağalı kəndində, həm də onun evində yaşamışlar. X40 təxminən 10 ildir ki, «Xatun» xnayaxdı evində xna mərasimlərinin aparıcısı işləmişdir. 19 may 2021-ci il tarixdən qızı mərhum Nərgiz Mustafayeva onunla birlikdə tək oğlu Hüseynlə birlikdə yaşamağa başlamışdır. Həmin tarixdən 25 iyul 2021-ci il tarixədək o Təqsirləndirilən şəxs öz evində görməmiş və sonuncu həmin tarixdən onun evində yaşamamışdır. O Aqili axırıncı dəfə təxminən 2021-ci ilin may ayının əvvəlində Aqilin işlədiyi Ağdam rayonunda olan fermada görmüşdür. O özü Tovuz rayonunda 21 iyun 2021-ci il tarixdən usta dülgər işləmiş, bu səbəbdən evə 03 iyul 2021-ci il tarixdə Bərdə rayonunda yerləşən evinə gəlmiş, bundan 2-3 gün sonra bir daha Tovuz rayonunda yerləşən iş yerinə qayıtmışdır. Bundan sonra o bir daha Bərdə rayonunda yerləşən evinə gəlib 23 iyul 2021-ci il tarixdə səhər saat 08 radələrində Tovuz rayonuna işə yola düşmüşdür. 25 iyul 2021-ci il tarixdə səhər saat 06 radələrində Aqil mərhum X40nın istifadəsində olduğu 050 889-56-43 nömrəsindən onun istifadəsində olduğu 050 377-21-83 nömrəsinə zəng etmiş və «Nətərsən, Nağarırsan» demiş, o da ona niyə səhər tezdən onu yatma qoymadığı soruşub odboy vermiş, o saata baxdıqda 06:06-dəqiqənin olduğunu görmüşdür. Nərgizin istifadəsində olan telefon nömrəsinin nə üçün Aqildə olduğundan şübhələndiyi üçün yoldaşı Sənubərə zəng edib, bu barədə soruşaraq «O alçaq ordadır? Nərgizin telefonu onda nə gəzir» demiş, sonuncu da ona «Yox burda deyil, yəgin Nərgizin telefonunu sonuncu işə gedəndə əlindən alıb» demişdir. Bundan 05-06 dəqiqə sonra oğlu Nicat ona zəng etməyi üçün nömrəsinə mesaj atmış, o da Nicata zəng etdikdə Nicat çığıraraq «ay ata tez gəl evə» demişdir. O da nə olduğunu soruşduqda, «Aqil bacımı öldürdü» demişdir. O da bunu eşidib yerindən durub bacısı Sahibə ilə birlikdə Bərdə rayona gəlmişdir. O yolda olan zaman 102 xidmətinə zəng edib bu barədə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o 25.07.2021-ci il tarixdə atası ilə birlikdə mərhum Günay bibisigilə qonaq getmiş, oradan nənəsigilə gəlmişdir. Bu vaxt atası çayxanaya getdiyini dediyi üçün, o da atası ilə birlikdə çayxanaya getmək istədiyini demiş və atası onu da özü ilə çayxanaya aparmışdır. Sonra atası evə gələrək onu evin pillənkanına qoyub «mən sənin ananı öldürəcəm, səni xalan saxlayacaq, mən də Rusiya federasiyasına gedəcəyəm, sən çıx yuxarıya nənənlə yat» demişdir. O da çıxıb nənəsi ilə birlikdə yatmışdır. O nənəsinə bu barədə anası öləndən bir gün sonra demiş, çünki atası ona həmin günü bu barədə heç kimə heçnə deməməyini tapşırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Nərgiz Mustafayeva onun böyük bacısıdır. Sonuncu 2015-ci ildə Təqsirləndirilən şəxslə ailə həyatı qurmuş və onların nikahlarından bir azyaşlı Şahid3 adlı oğlu olmuşdur. Bacısı N.Mustafayeva ailə qurandan sonra əri ilə birlikdə Bərdə rayonu, Mustafaağalı kəndində olan evdə qalmış, sonra 6 ay ərzində onların evində, həmçinin Ağdam rayonunda fermada biryerdə yaşamışlar. Bacısı N.Mustafayeva «Xnayaxdı məsimləri»-ndə aparıcı işləmişdir. 2021-ci ilin may ayına kimi Aqil ilə Nərgizin həmişə münasibətləri yaxşı olmuş, heç vaxt aralarında mübahisə olduğunu eşitməmişdir. 2021-ci ilin may ayında Aqil bacısını Ağdam rayonunda fermada uşağı ilə birlikdə qoymuş Bərdə rayon Məhkəməsinə getmişdir. Həmin günü anası, qardaşı və atası ilə birlikdə bacısı Nərgiz Mustafayevanı götürüb evlərinə gətirmişlər. Bundan sonra bacısı ona arada bir «Aqil gəlir iş yerimə, durur salonun qabağında, sonra yaxınlaşıb məndən pul istəyir» demişdir. 25 iyul 2021-ci il tarixdə gecə saat 00:28-də bacısı Nərgiz Mustafayeva istifadəsində olduğu ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmiş, sonra bir daha Ahu xanımın ***-***-**-** nömrəsindən onun nömrəsinə zəng etmişdir. O da həmin vaxt yatdığı üçün, həmin zəngi eşitməmişdir. Sonra bacısı işlədiyi «Xnayaxdı evi»-nin müdiri Ahu xanımın ***-***-**-** nömrəsindən 00:51-də onun telefon nömrəsinə zəng etmiş, həmin vaxtı yenə o yatdığı üçün zəngi eşitməmişdir. 05:24-də Nərgiz Mustafayevanın telefon nömrəsindən onun telefon nömrəsinə zəng gəlmiş, o da cavab verən zaman dəstəyin asıldığını eşitmişdir. Bundan sonra N.Mustafayevanın nömrəsindən 06:06-da bir daha zəng gəlmiş, o da həmin zəngə cavab verərə «alo, alo» demiş, Aqil isə ona «no knopkasının yerini bilmirsən? odboy elə» demişdir. Sonra özü dəstəyi asmışdır. 06:09-da bir daha N.Mustafayevanın nömrəsindən ona zəng gəlmiş, o telefonu əlinə götürərək cavab vermək istədikdə, dəstəyin yerə qoyulduğunu eşitmişdir. 06:10-da bir daha ona zəng gəlmiş, o cavab vermiş və Aqil ona «bacıvı öldürmüşəm, yerə uzatmışam, başının altına yastıq qoymuşam, üstünü də örtmüşəm” demiş və dəstəyi asmışdır. 06:31-də bir daha onun nömrəsinə zəng gəlmiş, o cavab verdikdə «hardasan? Səninlə görüşmək istəyirəm» Aqil ona demiş, o da Aqilə «kişisənsə özün gəl bizə, dur qabağımızda sözüvü denən, Allah belivi qırsın, qabağıma çıxma» demiş, sonuncu da ona «bacın mənə çoxlu zülmlər verib, belim çoxdan qırılıb» demişdir. O da dərhal birinci mərtəbəyə düşmüş, qarajın qapısını açmış, qaraja girmiş, N.Mustafayevanın olduğu otağın qapısı yarımaçıq vəziyyətdə olmuş, o içəri daxil olmuş, çarpayıya baxmış, Nərgizin orada olmadığını görmüş, sonra yerə baxdıqda odeyal görmüş, odeyalı qaldırıb baxan kimi dərhal bağlamış və anasını çağırmışdır. Bundan sonra hüquq mühafizə orqanlarının əməkdaşları onların evinə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o 2001-ci il tarixdə Günay Əmrahova ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan onların 2 övladları, bir oğlan 2006 il təvəllüdlü və bir qızı 2003-cü il təvəllüdlü dünyaya gəlmişdir. Oğul övladı: Fərhad Əmrahov, qız övladı: Şahid9dır. 13 oktyabr 2020-ci il tarixdə arvadı Günay Əmrahova ürək çatışmamazlığından dünyasını dəyişmişdir. Təqsirləndirilən şəxs mərhum arvadının qardaşıdır. Təqsirləndirilən şəxs Tamaşa Xəlilova ilə 2004-cü ildə nikaha daxil olmuş və sonuncuların həmin nikahdan iki qız övladı dünyaya gəlmişdir. 2010-cu ildə A.X13 boşanmış və sonuncu övladları üçün aliment ödəməsini tələb etdiyindən, məhkəmə onun üzərinə aliment öhdəliyini qoymuşdur. Həmin vaxtdan o aliment ödəməyə davam etmişdir. Son 3-4 il ərzində Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyindən barəsində bir neçə dəfə tutulma tətbiq edilmişdir. 2015-ci ildə Təqsirləndirilən şəxs Nərgiz Mustafayevanı Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən evlərinə qaçırmış və bundan bir neçə müddət sonra onlar rəsmi nikaha daxil olmuşlar. Sonuncuların həmin nikahdan Hüseyn adlı bir oğul övladı dünyaya gəlmişdir. Aqilin Nərgizlə münasibətləri hər zaman yaxşı olmuş, aralarında hər hansı bir problemin olmasını eşitməmiş və görməmişdir. 24.07.2021-ci il tarixdə günorta saat 2-3 radələrində Təqsirləndirilən şəxs oğlu Hüseynlə birlikdə Bərdə rayonu, Türkmən kəndində yerləşən evinə qonaq gəlmişdir. Aqil oğlu Fərhad və Hüseynlə birlikdə kəndlərində yerləşən fontana çimməyə aparmışdır. Həmin vaxtı o bazarda işdə olmuşdur. O işdən evinə gələndə Təqsirləndirilən şəxs onlara gətirdiyi çolpasını doğrayıb hazır etdiyini və kabab düzəltməyə hazırlaşdığını görmüşdür. Aqil özü çolpa kababı hazırlamış və yeyib içdikdən sonra o yerində uzanmağa getmişdir. Aqilin isə telefonuna zəng gəlmiş, bu vaxt sonuncu keçib otaqda 10-15 dəqiqə telefonla danışmışdır. O həmin vaxtı artıq yerində yuxuya getmiş və bir də 25.07.2021-ci il tarixdə səhər saat 04 radələrində yuxudan oyanıb işə getmişdir. Səhər saat 09 radələrində qızı Şəhanə ona zəng edib polislərin qapılarına gəldiyini demiş, o da nə üçün polislərin gəldiklərini qızından soruşanda sonuncu Təqsirləndirilən şəxs arvadı Nərgiz Mustafayevanı öldürdüyünü və səhər saat 06 radələrində onların evinə gəlib qızı Şahanəyə verdiyi mobil telefonları götürüb getdiklərini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2018-ci ilin təxminən iyul ayından Bərdə rayonunda fərdi qaydada sürücülüklə məşğul olmuş, həmçinin gecə saatlarında fəaliyyət göstərmişdir. Ümumiyyətlə Bərdə şəhəri, Dəmiryolu Vağzalında dayanaraq taksi fəaliyyətimi davam etdirmişdir. 25 iyul 2021-ci il tarixdə təxminən 02:50-də həmişəki qaydada Bərdə şəhəri, Dəmiryolu Vağzalında idarə etdiyi «Vaz 2107» markalı avtomobilimin kənarında «Ceyhun» kafenin qarşısında çöldə stulda əyləşib öz mobil telefonu ilə sosial şəbəkələrə daxil olmuş, bu vaxt əvvəllər tanımadığı şəxs Təqsirləndirilən şəxs müştəri qismində ona yaxınlaşaraq, «Əlişin dairəsi» adlanan kafeyə getməyini istəmiş, o da avtomobilə əyləşərək hal hazırda oranın epidemiya ilə bağlı 12-dən sonra fəaliyyət göstərmədiyini söyləmiş və sonuncu da ona şəhərin mərkəzinə doğru sürməyini istəmiş və hər hansı bir kafenin açıq olduğu halda həmin yerdə saxlamağını demişdir. O da yoluna yaxın olan «Nur» çay evinin qarşısında saxlamış və burdan çıxan zaman taksi lazım olarsa «mənim telefon nömrəmi götürün, xəbər eliyin, gəlib götürüm» demiş, Təqsirləndirilən şəxs da ona telefonunda konturunun olmadığını və ona öz nömrəsini deyərək sonuncuya vzv atmağımı istəmiş, o da sonuncuya vzv atmış sonra Təqsirləndirilən şəxs ona 5 manat məbləğində pul vermiş və o yolunu davam etmək istəyərkən Təqsirləndirilən şəxs «Nur» çay evinin bağlı olduğunu bildikdən sonra ona «fit» verərək saxlatmış və şəhərdə hər hansı sakit açıq olan kafenin yanında saxlamağını istəmişdir. O da bu günki gün Bərdə şəhəri, 26-lar küçəsi adlanan küçənin 100 metr yaxınlığına qədər yol qət etmiş və heç bir kafenin açıq olmadığını gördükdən sonra müştəri Təqsirləndirilən şəxs ona Bərdə rayonu, Şirvanlı kəndində olan «Xaşxana» kimi tanınan kefedə saxlamağını istəmiş və o da müştəri Təqsirləndirilən şəxs istədiyi kafedə sonuncunun ona 5 manat məbləğində pul verdikdən sonra düşürtmüş və sağollaşmışdır. Bundan sonra onun Təqsirləndirilən şəxslə heç bir əlaqəsi olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o 1977-ci il tarixdə Gönçə Mustafayeva ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların 4 övladı, iki oğlan və iki qızı dünyaya gəlmişdir. Oğul övladları: X20 və Təqsirləndirilən şəxs, qızları: X16 və X5r. Oğlu Təqsirləndirilən şəxs 2003-cü ildə Tamaşa Mustafayeva ilə nikaha daxil olmuşdur. Həmin nikahdan onun iki qız övladları olmuşdur. Bundan sonra oğlu 2014-cü ildə Tamaşa Mustafayevadan boşanmışdır. 2015-ci ildə Nərgiz Mustafayeva ilə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan onların 2015-ci il təvəllüdlü Hüseyn adlı oğlu dünyaya gəlmişdir. Oğlu Təqsirləndirilən şəxs ailə qurandan sonra sonuncu arvadı ilə birlikdə 1 il onunla birlikdə yaşamışdır. X28 2016-cı ildə rəhmətə gedəndən sonra Aqil ilə Nərgiz onun evindən çıxıb gedib kirayə yaşamağa başlamışlar. Sonra da onda olan məlumata görə sonuncular qudası Şahid1 məxsus ünvan 1 ünvanda yaşamağa davam etmişlər. Hadisədən bir həftə əvvəl oğlu Aqil nəvəsi Hüseynlə birlikdə onun evinə gəlib 2-3 gün qalıb getmişdir. Çox vaxt Aqil tək və ya nəvəsi ilə onun evinə gəlib bir neçə gün qalıb sonra getdiyinə görə o Aqildən həmin gün haraya getdiyini soruşmamışdır. 25.07.2021-ci il tarixdə yeznəsi İlqar ona zəng etmiş və Aqilin arvadını öldürdüyünü demiş, o da sonuncuya bu barədə məlumatının olmadığını demişdir. Sonra ona qızı Aygün zəng edib Aqilin arvadı Nərgizi öldürdüyünü və sonuncunun valideyinlərinin uşaqdan imtina etməsini ona demiş və onun bu barədə fikrini soruşmuş o da sonuncuya «onlar imtina edirlər mən nəvəmdən bezməmişəm, götürüb öz evimdə saxlayaram» demişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 Eliya qızının ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 Eliya qızı ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o 2004-cü ildə Hüseyn Quliyevlə ailə həyatı qurmuşdur. Həmin nikahdan onun iki 13 yaşlı oğlu və 12 yaşlı qızı vardır. Ailəli olan zaman o Bakı şəhərində yaşamışdır. 2012-ci ildə Hüseyn Quliyevdən boşanmış və Bərdə rayonuna atası evinə qayıtmışdır. Bundan sonra gözəllik salonunda saç ustasının yanında işləməyə başlamışdır. Orada işi mənimsəyəndən sonra özünə «Xatun» xna evi adlı salon açıb ona rəhbərlik etməyə başlamışdır. Onun iki işçisi Nərgiz və İlahə olmuş, Fidan adlı işçini 2021-ci ilin iyul ayının əvvəlində işə götürmüş, Nilufər isə onun bibisi qızıdır, onun işçisi olmamış, sonuncunu fotoqraf kimi işə götürmək fikri olmuşdur. O Nərgiz Mustafayevanı «Xatun» xna evinin açılışı günündən tanımışdır. Xna evinin açılışını etməmişdən əvvəl o Bərdə şəhərində yerləşən musigi evinə gedib orada sintezator çalan musigi müəlliminin yanına gedib qız işçilərin ona lazım olduğunu demişdir. Həmin müəllimə ona Nərgiz Mustafayeva və onun bacısı Leylanı məsləhət görmüşdür. Bundan sonra hər iki bacılar Leyla və Nərgiz onun yanına gəlib onunla işləməyə başlamışlar. Nərgiz Mustafayeva xna mərasimlərində aparıcı və xna mərasimlərinin təşkil etmiş, o Bərdə rayonunda olmayan zaman Nərgiz onun bütün işlərini görmüşdür. Bundan təxminən 3 il sonra Nərgizin bacısı Leyla Bakı şəhərinə getdiyi üçün onunla işləməyi dayandırmış və buna görə o salonunda elan yazıb qapıya yapışdırandan sonra İlahə xanım gəlib onunla işləmək istədiyini demiş və bundan sonra o İlahə xanımı öz yanına işə götürmüş və beləliklə Nərgiz, İlahə və o birlikdə xna mərasimlərində iştirak etməyə davam etmişlər. 2020-ci ildə ölkədə yayılan «Covid-19» xəstəliyi ilə əlaqədar o işini dayandırmış və 27 iyun 2021-ci il tarixdə obyekti arendaya götürüb işini davam etməyə başlamışdır. Təxminən 4 il olar ki onun Şahid10la yaxın dostluq münasibəti vardır. Onun istifadəsində olan ***-***-**-** rəqəmli nömrə iş nömrəsi olduğu üçün o 2021-ci ilin iyul ayından Şahid10 ***-***-**-** rəqəmli nömrəsi ilə Nərgiz Mustafayevanın istifadəsində olan ***-***-**-** rəqəmli nömrədən zəng edib danışmışdır. Şahid10 atasına məxsus Tərtər rayonunda yerləşən «Bəybala» restoranında xna mərasimlərinin təşkili üçün Elxanla münasibətləri daha da sıx olmuşdur. Tez tez həmin restoranda təşkil olunan xna mərasimlərində iştirak etmişdir. X35 Kazımovu tanımayıb və onunla heç vaxt telefonla danışmamışdır. Nərgizin ölümündən 5-6 gün əvvəl o Elxana Nərgizin telefonundan zəng edən zaman Elxanın nömrəsinin Nərgizin telefonunun kontaktında «Səadət» adı ilə qeyd edildiyini görmüş və ondan nə üçün belə adla Elxanın nömrəsini qeyd etdiyini soruşmuşdur. Sonuncu da ona salonda işçilərin bilməsi üçün qız adı ilə qeyd etdiyini bildirmişdir. O da buna etiraz etməmişdir. Nərgiz Mustafayeva onun «sağ əli» kimi olmuş, onun bütün işlərini görmüş və o sonuncunu qaraqabaq, ərinə hər zaman sadiq olan, evinə və uşağına bağlı, çox zəhmətkəş xanım kimi tanımışdır. Nərgizlə Aqilin münasibəti çox yaxşı olmuş, qazandığı pulu evinə aparmış, Aqil tez tez Nərgizin iş yerinə gələrək ondan pul götürmüşdür. Aqilin heç vaxt Nərgizi qısqandığını görməmiş və eşitməmişdir. O Nərgizin nömrəsi ilə Elxanla danışan zaman Aqilin Nərgizə zəng etdiyini görmüş olsa idi həmin zəngə cavab verib Aqilə cavabını verib bu barədə demiş olardı, amma heç vaxt Aqilin Nərgizi qısqandığını görmədiyi üçün Elxanla Nərgizin telefonu ilə danışmağı barədə Aqilə deməmişdir. Yalnız Nərgiz onun yanında olan zaman o Nərgizin nömrəsindən Elxanın istifadəsində olan nömrəsinə «vızov» atmış, ondan sonra Elxan Nərgizin nömrəsinə zəng edib, o Nərgizin yanında olmayan zaman Elxan heç vaxt Nərgizin nömrəsinə zəng etməmişdir. Təqsirləndirilən şəxs o Nərgiz Mustafayeva ilə ailə həyatı qurandan sonra tanımışdır. Sonuncuların evlərinə gediş-gəlişi olmuşdur. O Təqsirləndirilən şəxs xətrini çox istəmiş, bacı qardaş kimi onunla danışmış, Nərgizlə Aqilin arasında narazılıq heç vaxt olmamış, olubsa da Aqilin içki içdiyinə və işləməməyinə görə olmuşdur. 2021-ci ilin iyul ayında Aqil hər gün Nərgizlə birlikdə işə gəlmiş, Aqil salonda oturmuş və onlar söhbət edib, çay içmişlər. Həmçinin iyul ayının ortalarında Nərgiz işə gəlmiş və söhbət edən zaman «Aqil gəlib evimə zorla mənimlə cinsi əlaqədə olub» demiş, bundan bir neçə gün sonra Aqil salonunda oturan zaman «Nərgiz əsnədi, mən də ona dedim ki, deyəsən gecə yatmamısan», Aqil də dedi ki, «Nərgiz gecə elə bərk yatmışdır», Nərgiz də ona «sən hardan bilirsən mənim bərk yatdığımı?» demiş, Aqil də «Nərgizin otağına pəncərəni qaldırıb girmişəm» demiş, Nərgiz də Aqilə «Sən necə girmisən otağa?» soruşmuş, Aqil də «Sən elə bərk yatmışdın ki, hiss etməmisən» demiş və bundan sonra deyib gülərək Aqilin dediklərini ciddi qəbul etməmişlər. 23 iyul 2021-ci il tarixdə Sənubər xanım, Aqil, Nərgiz və o salonda olmuşlar, oturub söhbət etmişlər, Nərgiz Aqilə «səndən boşanacağam, məhkəməyə ərizə vermişəm» demiş, Aqil də sonuncuya «gəl evə gedək» demiş, Nərgiz Aqilə «atam mənə deyibdir, ya məni, ya da Aqili seç, mən səndən boşanacağam» demişdir. Nərgiz Aqilə həmçinin «get bir işlə məşğul ol, həmişə mən sənə baxası deyiləm ki» demiş, Sənubər xanımda onlara «ya boşanın, ya da birləşin» demişdir. 24 iyul 2021-ci il tarixdə səhər saat 11- 12 radələrində Sənubər xanım onun iş yerinə gəlmiş, onlar birlikdə oturub söhbət etmiş və Nərgizin əmisiqızı Pərvanəgildə olmasını, indi işə gələcəyini demişdir. Bundan 15-20 dəqiqə sonra Nərgiz işə gəlmiş və «Hüseyni verdim atasına, getdilər bibisigilə, Aqil kabab çəkəcək, yemək yeyəcəklər» demiş, sonra işlərini görməyə davam etmişlər. X47 zəng edib nə etdiklərini soruşmuş, Aqil də «kabab yeyirsənsə sənə də gətirim» demişdir. Günorta saat 3 radələrində Nərgiz və İlahə ilə birlikdə Faiq adlı sürücüləri ilə birlikdə Tərtər rayonunun kəndində yerləşən ev xnasına getmişlər, həmin xna mərasimini polislər qarət etdikləri üçün oradan saat 8 radələrində bibisiqızı Nilufəri Faiq adlı sürücü ilə gətirib Bərdə rayonunda evlərinə düşürdüb Tərtər rayonuna qayıdaraq Nərgizlə İlahəni götürüb Ağcabədi rayonunda yerləşən «Versal» restoranında təşkil olunan xnayaxdı mərasiminə getmişlər. Axşam saat 10da xna başlamış, saat 12 radələrində xna mərasimi başa çatmışdır. Faiq adlı sürücü birinci İlahə xanımı evinə düşürtmüş, sonra Nərgizi evinə düşürtmüş, sonuncu onu evinə düşürtmüşdür. Bundan sonra o evinə getmişdir. 25.07.2021-c il tarixdə səhər saat 07 radələrində Aqil ona Nərgizin istifadəsində olan ***-***-**-** nömrəsindən zəng edib «Ahu mənəm» demiş, o da Nərgizi Aqildən soruşmuş, Aqil də ona «Nərgiz yoxdur, bu gün onu torpağa tapşıracaqsınız, Nərgizi boğub öldürmüşəm, sən mənim bacım kimisən, sənə hər şeyi danışıram, Nərgizə dedim ki, gəl evimizə gedək, Nərgiz razı olmadığı üçün onu boğub öldürmüşəm» demişdir. Sonra anası telefonu götürüb Aqil ilə danışmış və onun halı pisləşdiyi üçün Aqilə «Ahunun başına bir iş gəlsə məndən incimə» demiş, Aqil də «Mən zarafat etmirəm, Nərgizi öldürmüşəm» demişdir. Nərgizlə axırıncı dəfə 19.07.2021-ci il tarixdə «Whatsapp» proqramı vasitəsi ilə yazışmış, sonra onun «Whatsapp» proqramını işlətmədiyini görüb ondan bu barədə soruşduqda, Nərgiz ona «Nömrəmi dəyişəcəm yeni nömrədə «Whatsapp» proqramını yazacağam» demiş, amma nə üçün həmin proqramı telefonundan sildiyini ona deməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahidlər Şahid5 və Şahid7 ibtidai istintaq orqanına verdikləri ifadələri elan edilmiş, Şahid5 və Şahid7 ibtidai istintaq orqanına verdikləri ifadələrində işin halları ilə bağlı Şahid6 Eliya qızının göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o 2016-cı ildən Tərtər rayonunda yerləşən atasına məxsus «Sahil» restoranını idarə edən zaman toy və xnayaxdı mərasimlərinin keçirildiyi zaman Ahu xanımı xnayaxdı mərasimlərini təşkilatçısı olduğunu görmüş və onunla həmin vaxt tanış olaraq gələcəkdə restoranlarında təşkil olunacaq xna mərasimləri olarsa ona müraciət edə bilsin. Bundan sonra o Ahu xanımla mütəmadi olaraq danışıb müxtəlif xna mərasimlərinin təşkili ilə bağlı çoxlu işlər görmüşdür. Ahu xanımla ailəvi gediş gəlişləri və dostluqları yaranmağa başlamışdır. Hal hazırda da Ahu xanımla dostluq münasibəti olduğunu bildirmişdir. 2017-ci ildə Tərtər rayon Polis Şöbəsinə polis sürücüsü nəfəri vəzifəsinə işə düzəldiyindən həmin restoranın təşkilatçılığı ilə atası və qardaşı Babək məşğul olmaqda davam etmişdir. Ahu xanımı təxminən 5 ildir ki tanımış, o sonuncunun istifadəsində olan ***-***-**-** rəqəmli nömrə ilə mütəmadi olaraq telefonla əlaqə saxlamışdır. 2021-ci ilin iyun ayının sonlarınadək Ahu xanımın istifadəsində olan ***-***-**-** rəqəmli nömrə ilə öz istifadəsində olan ********** rəqəmli nömrə ilə əlaqə saxlamışdır. Toy şənliklərinin keçirilməsinə icazə verilən gündən Ahu xanım ona Nərgiz Mustafayevanın istifadəsində olan ********** rəqəmli nömrədən zəng edərək «mənim telefonum məşğuldur, bu mənim işçimin nömrəsidir, sənə bu nömrədən vzv atanda mənə zəng edərsən» demişdir. Bundan sonra 2021-ci ilin iyul ayı ərzində demək olar ki, Ahu xanım ona həmin nömrədən əsasən onun nömrəsinə vzv atandan sonra o zəng etmişdir. 2021-ci ilin iyul ayı ərzində Tərtər rayonuna aid xna mərasimlərini təşkili üçün Ahu xanıma təxminən 30 dəfə sifariş vermişdir. X21 tanımamış, onunla heç vaxt tanışlığı və ya danışığı olmamışdır. 23.07.2021-ci il tarixdə atasına məxsus restoranda təşkil olunan xnayaxdı mərasimini Ahu xanım təşkil etmişdir. Bundan bir neçə gün sonra Ahu xanım öz istifadəsində olan ***-***-**-** rəqəmli nömrə ilə onu istifadəmdə olan ********** rəqəmli nömrə ilə əlaqə saxlayan zaman «İşçimi əri boğub öldürübdür» demişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid11 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid11 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə Bərdə şəhərində yerləşən obyektində sənayə malları mağazasının işlətmişdir. Həmin vaxtı onun istifadəsində olan obyektin yaxınlığında «Xatun» xna evi obyekti yerləşirdi. Orada işləyən X11 onun mağazasına gələrək özünə geyim əşyaları almış, həmin vaxtdan onun sonuncu ilə arasında əmi bala münasibəti yaranmağa başlamışdır. N.Mustafayeva aldığı əşyalarının çoxunu nisyə götürdüyü üçün o pulunun ondan geri alınmasını bir neçə müddət gözləməyə məcbur olmuşdur. 2021-ci ilin iyul ayınadək N.Mustafayeva həmin mağazadan özünə və uşağına geyim əşyaları almaqda davam etmişdir. Bir neçə müddət bundan əvvəl Nərgiz Mustafayeva fermada olan vaxtı ona zəng edib «ərim məni fermada qoyub, ev əşyalarını ferma müdiri girov götürüb, ərimin onlara 300 manat borcu olduğu üçün, siz fermanın müdirinə deyə bilərsiz ki, həmin pulu toplayıb verəcəm ona o da mənə əşyalarımı geri qaytarsın» demişdir. O da sonuncu ilə razılaşaraq həmin ferma müdiri ilə əlaqə yaradılaraq bu barədə demiş, N.Mustafayeva həmin pulu geri qaytarandan sonra ev əşyaları sonuncuya geri qaytarılmışdır. Təxminən 4 il bundan əvvəl Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin MSY-də saxlanılan zaman Nərgiz Mustafayeva ona zəng edərək ərinə yemək göndərməyinə köməklik etməyini xahiş etmiş, o da taksi şoferinə torbada toplanmış yemək əşyalarını Təqsirləndirilən şəxs göndərmişdir. Nərgiz Mustafayevanı yaxşı, zəhmetkeş xanım kimi tanımışdır. Nərgiz Mustafayeva əri Təqsirləndirilən şəxs barədə ona son vaxtlar onu fermada qoyub gedəndən sonra pisləməyə başlamış, amma ondan əvvəl Nərgiz Mustafayeva əri barəsində ona heç vaxt heç nə danışmamışdır. Nərgiz Mustafayeva təxminən 4 il bundan əvvəl əri Təqsirləndirilən şəxs işə düzəltməyini xahiş etmiş, o da Təqsirləndirilən şəxs obyektinin yanına işlətdiyi çayxanada çayçı işinə düzəltmişdir. Sonuncu da bir gün orada işləmiş, sonra işə gəlməmişdir. Təqsirləndirilən şəxslə onun ümumi tanışlığı olmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X17 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X26 ibtidai istintaq orqanına verdiyi ifadəsində işin halları ilə bağlı Şahid8 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyul 2021-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Həmin cinayət işinin başlanmasına səbəb xx.xx.1983-cü il tarixdə Bərdə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs arvadı 11.10.1988-ci ildə Bərdə rayonunda anadan olmuş X9 Şahid1 məxsus ünvan 2 ünvanda gecə3 saat 1-2 radələrində aralarında baş vermiş mübahisə zamanı qısqanclıq zəminində əlləri ilə boğaraq qəsdən öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat, əsas isə həmin məlumat üzrə toplanmış ilkin yoxlama materialı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyul 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 2 ünvanda yerləşən evdə baş vermişdir. Evin həyətinə dəmir darvazadan daxil olarkən iki mərtəbəli ev vardır. Evin birinci mərtəbəsində yerləşən dəmir giriş qapısının hündürlüyü 185 sm., uzunluğu 2,60 sm təşkil edir. Evin birinci mərtəbəsində olan iki qapılı dəmir qapı 33 metrdir. İkinci mərtəbədə seyvan vardır. Birinci mərtəbəyə daxil olarkən dörd ədəd pəncərə vardır. X6 meyitinin olduğu otağının qapısından içəriyə doğru daxil olduqda iki nəfərlik çarpayı və bir ədəd bir nəfərlik çarpayı, yataq dəsti mebeli, stol vardır. Yerə baxdıqda xalçanın üzərində bir nəfər qadın meyiti vardır. Meyitin əynində rəngli hərflər həkk olunmuş xalat vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyul 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2021-ci il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyul 2021-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus cinayət hadisəsi zamanı əynində olmuş 01 ədəd ağ rəngli mayka, 01 ədəd tüng göy qısaqol kişi köynəyi, 01 ədəd qara üzərində ağ zolaqlar olan şalvarı götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyul 2021-ci il tarixli “telefonların götürülməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X4 istifadəsində olmuş «Honor» markalı mobil telefon götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyul 2021-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X4 istifadəsində olmuş «Honor» markalı mobil telefona baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25.07.2021-ci il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 936 №-li aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 iyul 2021-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiklərini təsdiq edərək Nərgiz Mustafayevanı boğazından tutub boğandan sonra öldüyünü görüb sonuncunu əlləri ilə qaldırıb yerə uzandırıb üzərinə çarpayının üstündə olan pled odeyalı salıb telefonunu götürüb evdən çıxıb getdiyini bildirərək, hadisədən sonra Bərdə rayon Polis Şöbəsinin növbətçi hissəsinə könüllü gələrək törətdiyi cinayəti təkrar səmimi etiraf etmiş və bu barədə video çəkiliş aparılaraq istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 iyul 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, MTE və PA Birliyinin Bərdə rayonlararası zona mərkəzinin 25.07.2021-ci il tarixli 641 nömrəli ekspertin rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- üst dodaq, sağ körpücük, döş qəfəsi nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti 25.07.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Bərdə RİHB-nın Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28.07.2021-ci il tarixli 236 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən hal hazırda Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır və atası Şahid2 və qardaşı X7 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Bərdə RİHB-nın Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28.07.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyul 2021-ci il tarixli “təqsirini boynuna almaqla könüllü gəlmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsinin növbətçi hissəsinə könüllü gələrək 25.07.2021-ci il tarixdə gecə saat 03 radələrində qısqançlıq zəminində həyat yoldaşı 1983-cü il təvəllüdlü X9 yaşadığı evdə əli ilə boğaraq öldürdüyünü bildirərək özünü təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 iyul 2021-ci il tarixli 4(021)-77/2021 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə barədə” Bərdə rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 25 iyul 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon X24 hüquqi şəxsin 09.08.2021-ci il tarixli 826 nömrəli məktubundan görünür ki, 1983cü il təvəllüdlü Təqsirləndirilən şəxs son 6 ayda “Bərdə RMX” PHŞ-yə müraciət etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X50 Dispanserinin 07.08.2021-ci il tarixli 1917 nömrəli məktubundan görünür ki, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs X50 Dispanserində dispanser müşahidəsində deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 07.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" MMC-dən daxil olmuş 31 avqust 2021-ci il tarixli məktub və həmin məktuba əlavə edilmiş diskə baxış protokolundan görünür ki, ********** nömrəsi Təqsirləndirilən şəxs adına qeydə alınmışdır. ********** nömrəsi isə X8 adına qeydə alınmışdır. “507436343 sms”, “508895643 sms”, “**********43”, “**********43”, “abuneciler”, “antenna” adlı faylları açıb içərisinə baxış keçirən zaman qeyd olunan mobil nömrələr arasında heç bir yazışmanın aparılmadığı müəyyən edildi, “abuneciler”, “antenna” adlı faylın içərisində olan cədvəldə iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat və ya yazı müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 1(021)-134/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, «MTE və PA» ETT Birliyinin Bərdə r/a ekspertiza mərkəzinin 14.08.2021-ci il tarixli 22 nömrəli rəyindən görünür ki, X1 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər-boyun nahiyəsinin qançırı və sıyrığı, biyun nahiyəsində yumşaq toxuması içərisinə qansızma, qırtlaq və dilaltı sümük ətrafı yumşaq toxuma içərisinə, dilin kökü nahiyəsində dil əzələsinə qansızma, alt çənə nahiyəsinin qançırı və sıyrığı, sol almacıq, sol baldır, sağ bud nahiyələrinin qançırları, burun, alt dodaq, sağ kürək, sağ çiyin, sağ diz oynağı, sol diz oynağı nahiyələrinin sıyrıqları, üst dodaq nahiyəsinin selikli qişasının qansızması vardır. Təsvir olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, müddəti 25 iyul 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə: a) boyun nahiyəsindəki xəsarətlər-qançır, sıyrıq, dəri və dərialtı yumşaq toxuma içərisinə, qırtlaq və dilaltı sümük ətrafı yumşaq toxuma içərisinə, dilin kökü nahiyəsində dil əzələsinə qansızma birgə xəsarət olub canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmaya aiddir; a) alt çənə nahiyəsinin qançırı və sıyrığı, sol almacıq, sol baldır, sağ bud nahiyələrinin qançırları, burun, alt dodaq, sağ kürək, sağ çiyin, sağ diz oynağı, sol diz oynağı nahiyələrinin sıyrıqları, üst dodaq nahiyəsinin selikli qişasının qansızması birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X1 ölümünə səbəb boyun üzvlərinin əllə sızılması nəticəsində baş vermiş mexaniki asfiksasiya olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyitinin məhkəmə-tibbi müayinəsindən əvvəllə doğru 9-12 saat olar baş vermişdir. X2 hamilə deyildir. X1 uşaqlıq və arxa keçəcək möhtəviyyatı olan 01 tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermotozoidlər aşkar olunmadı.(09.08.2021-ci il tarixli 9/116 saylı akt). X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (11.08.2021-ci il tarixli 2242/K saylı maddi sübutların müayinəsi aktı). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Polis Şöbəsindən daxil olmuş 28.07.2021-ci il tarixli №138-23903 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanda yaşayan Şahid1, ***-***-**-** saylı nömrədən zəng edərək, qızının əri Aqilin vətəndaşa ********** nömrəsindən zəng edərək onu narahat etməsi və vətəndaşın qızını Aqil tərəfindən öldürülməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi» X31 30.08.2021-ci il tarixli 16/794 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X10 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№li cədvəlində göstərilmişdir. X10 məxsus 01 ədəd xalatın üzərindən tapılmış tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. X10 məxsus 01 ədəd xalatın üzərindən tapılmış tünd göy rəngli poliuretan liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. X10 məxsus 01 ədəd xalatın, 02 ədəd köynəyin, 01 ədəd alt geyiminin səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın, 01 ədəd köynəyin, 01 ədəd maykanın tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi» X31 30.08.2021-ci il tarixli 16/795 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan paltarların üzərində mexaniki zədə aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə psixiatrik-psixoloji ekspertizasının 17.08.2021-ci il tarixli 472/155 nömrəli rəyindən görünür ki, qeyd olunan cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarına, yəni ANLAQLİ olmuşdur. AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazır ki, ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman əsəbi psixi-emosional vəziyətdə olsa da həmin vəziyyət onun şuuruna və fəaliyyətinə mühüm təsir göstərə bilməzdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21.09.2021-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, İstintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyətlər olduğundan Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hüquqi varisi Sənubər İbrahimova arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Sənubər İbrahimova 25 iyul 2021-ci il tarixədək o Təqsirləndirilən şəxs öz evində görməmiş və Təqsirləndirilən şəxs həmin tarixdən onun evində yaşamamışdır. 24 iyul 2021-ci il tarixdə axşam saat 22 radələrində Təqsirləndirilən şəxs oğlu ilə birlikdə onun yaşadığı evinin darvazasını döyüb, o da gedib qapını açan zaman Təqsirləndirilən şəxs nəvəsi Hüseyni ona təqdim etmiş və əlində bir ədəd torbanı ona təqdim edərək «bunu Nərgizə verərsən»demiş. Hüseyn atası ilə getmək istədiyi üçün qayıdıb atası ilə getmişdir. Bundan sonra o evin ikinci mərtəbəsinə çıxmış, bundan 10-15 dəqiqə sonra nəvəsi Hüseynin ikinci mərtəbədə olan zal deyilən otaqda olduğunu görmüşdür. O nəvəsindən «Nə tez gəldin?» soruşmuş, sonuncu da ona «Atam gəlib məni pillənkanla yuxarı çıxardı», o da «bəs atan Aqil haradadır?» soruşmuş, nəvəsi isə ona «Atam evə getdi» demişdir. Nərgiz Mustafayeva işdən gələndən sonra birinci mərtəbədə yerləşən öz yataq otağına getmiş və bundan bir saat sonra o çölə çıxaraq qarajın olduğu yerə gedib N.Mustafayevanı iki dəfə çağırmış, sonuncu da ona hay verəndən sonra ondan yatıb-yatmadığını soruşmuş, sonuncu da ona yatmağa hazırlaşdığını üzünə qarşı deməklə onu ifşa etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23.09.2021-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, İstintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyətlər olduğundan Təqsirləndirilən şəxslə Şahid10 arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Şahid10 Ahu xanımı təxminən 5 ildir ki tanıdığını, onun istifadəsində olan ***-***-**-** rəqəmli nömrə ilə mütəmadi olaraq telefonla əlaqə saxladığını. 2021-ci ilin iyun ayının sonlarınadək Ahu xanımın istifadəsində olan ***-***- **-** rəqəmli nömrə ilə öz istifadəsindədə olan ********** rəqəmli nömrə ilə əlaqə saxladığını. Toy şənliklərinin keçirilməsinə icazə verilən gündən Ahu xanımın ona Nərgiz Mustafayevanın istifadəsində olan ********** rəqəmli nömrədən zəng edərək «mənim telefonum məşğuldur, bu mənim işçimin nömrəsidir, sənə bu nömrədən vzv atanda mənə zəng edərsən» dediyini, bundan sonra 2021-ci ilin iyul ayı ərzində demək olar ki, Ahu xanımın ona həmin nömrədən əsasən onun nömrəsinə vzv atandan sonra onun sonuncuya zəng etdiyini, 2021-ci ilin iyul ayı ərzində Tərtər rayonuna aid xna mərasimlərini təşkili üçün Ahu xanıma təxminən 30 dəfə sifariş verdiyini. X21 tanımadığını, onunla heç vaxt tanışlığının və ya danışığının olmadığını, şahid qismində verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24.09.2021-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, İstintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyətlər olduğundan Təqsirləndirilən şəxslə Şahid11 arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Şahid11 2016-cı ildən Bərdə şəhərində yerləşən obyektində sənayə malları mağazasını işlətdiyini, həmin vaxtı onun istifadəsində olan obyektin yaxınlığında «Xatun» xna evi obyektinin yerləşdiyni, orada işləyən X3 onun mağazasına gələrək özünə geyim əşyaları aldığını, həmin vaxtdan onun sonuncu ilə arasında əmi bala münasibətinin yaranmağa başladığını, N.Mustafayevanın aldığı əşyalarının çoxunu nisyə götürdüyü üçün o pulunun sonuncudan geri alınmasını bir neçə müddət gözləməyə məcbur olduğunu, 2021-ci ilin iyul ayınadək N.Mustafayevanın həmin mağazadan özünə və uşağına geyim əşyaları almaqda davam etdiyini, bir neçə müddət əvvəl Nərgiz Mustafayeva fermada olan vaxtı ona zəng edib «ərim məni fermada qoyub, ev əşyalarını ferma müdiri girov götürüb, ərimin onlara 300 manat borcu olduğu üçün, siz fermanın müdirinə deyə bilərsiz ki, həmin pulu toplayıb verəcəm ona o da mənə əşyalarımı geri qaytarsın» dediyini, o da sonuncu ilə razılaşaraq həmin ferma müdiri ilə əlaqə yaradılaraq bu barədə deyildiyini, sonra N.Mustafayeva həmin pulu geri qaytarandan sonra ev əşyalarının sonucuya geri qaytarıldığını, təxminən 4 il bundan əvvəl Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin MSY-də saxlanılan zaman Nərgiz Mustafayeva ona zəng edərək ərinə yemək göndərməyinə köməklik etməyini xahiş etdiyini, o da taksi şoferinə torbada toplanmış yemək əşyalarını Təqsirləndirilən şəxs göndərdiyini, Nərgiz Mustafayevanı yaxşı, zəhmetkeş xanım kimi tanıdığını, Nərgiz Mustafayeva əri Təqsirləndirilən şəxs barədə ona son vaxtlar sonuncunu fermada qoyub gedəndən sonra pisləməyə başlamışdığını, amma ondan əvvəl Nərgiz Mustafayeva əri barəsində ona heç vaxt danışmadığını, Nərgiz Mustafayeva təxminən 4 il bundan əvvəl əri Təqsirləndirilən şəxs işə düzəltməyini xahiş etdiyini, o da onu obyektinin yanında işlətdiyi çayxanada çay xidmət göstərən işinə düzəltdiyini, sonuncunun da bir gün orada işlədiyini, sonra işə gəlmədiyini, Təqsirləndirilən şəxslə ümumi tanışlığının olduğunu, şahid qismində verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi Ekspertiza və X25» Publik hüquqi şəxsin 06.10.2021-ci il tarixli 640/2021-MTBŞ nömrəli rəyindən görünür ki, 1-X4 ABO sistemi üzrə qan qrupu Oalfabeta/İ/. 2-Təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin/portalın/kserosurətinə əsasən onun qan qrupu-B/İİİ/. 3-Ekspertizaya təqdim olunmuş X10 məxsus sarafan tipli don və ön tərəfi parlaq naxışlı kofta üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən X10 məxsus ola bilər. 4-Təqdqiqata təqdim olunan X10 məxsus trusik, üzəri xallı kofta, Təqsirləndirilən şəxs məxsus alt mayka, kofta və şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmadı. 5- Dəqiq elmi əsaslandırılmamış müayinə metodları olmadığından maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddətini, onun canlı şəxs və ya meyitdən əmələ gəlməsini təyin etmək mümkün deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi Ekspertiza və X25» Publik hüquqi şəxsin 16.10.2021-ci il tarixli 492/2021-MTBŞ nömrəli rəyindən görünür ki, 1.Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs X10 məxsus sarafanın sol bel nahiyəsində tikilmiş ipin aşağı kənarı üzərində zədə aşkar olundu. Bu cırılma zədəsi, xalatın müvafiq nahiyəsinə küt tətbiq etməklə qərilib-dartılması nəticəsində əmələ gəlmişdir. 2.Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs X10 məxsus xalatın sağ qoltuqaltı tikişi üzərində sökülmə zədəsi var, bu da, xalatın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə qərilib-dartılması nəticəsində əmələ gəlmişdir. 3.X10 məxsus xalat üzərindəki zədələrə əsasən zədənin yetirildiyi anda hücum edənlə zərərçəkmiş müxtəlif qarşılıqlı yerləşmə vəziyyətində ola bilərdilər. 4.Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs X10 məxsus iki ədəd köynək və tuman üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 5.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus mayka, köynək və şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 6.Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs X10 məxsus sarafanın arxa səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik /hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Köynəyin arxası səthinin sol nahiyəsində, sağ yan tərəfdə və ön səthinin orta nahiyyədə aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Köynək və tuman üzərində qana şübhəli ləkələr aşkar olunmadı. 7.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus mayka, köynək və şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 oktyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, İstintaq zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun şəkildə götürülmüş Təqsirləndirilən şəxs məxsus cinayət hadisəsi zamanı əynində olmuş 01 ədəd ağ rəngli mayka, 01 ədəd tüng göy qısaqol kişi köynəyi, 01 ədəd qara üzərində ağ zolaqlar olan şalvarı, X10 məxsus 01 ədəd üzərində cürbəcür rəngli hərflər olan xalat, 01 ədəd qara zəngli üzərində ağ nöqtəli tuman, 01 ədəd ağ rəngli üzərində qara noqtələrin ətrafında qız şəkli olan qısaqol köynək, 01 ədəd ağ rəngli üzərində cürbəcür rənglər ətrafında qara papaqlı qız şəkli olan qısaqol köynək iş üzrə əhəmiyyət kəsb etdiyindən və cinayətin əlamətlərini özündə əks etdirdiyindən maddi sübut kimi tanınmış və Bərdə rayon prokurorluğunun maddi subutlar otağında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından Məhkəməyə daxil olmuş 29.12.2021-ci il tarixli 17/39-6863 nömrəli məktubdan və məktuba əlavə edilmiş 27.12.2021-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərardan görünür ki, Bərdə rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllənin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal (könüllü gəlib təqsirini boynuna alma) olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 25 iyul 2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə rayon prokurorluğunun maddi subutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus cinayət hadisəsi zamanı əynində olmuş 01 ədəd ağ rəngli mayka, 01 ədəd tüng göy qısaqol kişi köynəyi, 01 ədəd qara üzərində ağ zolaqlar olan şalvarı, X10 məxsus 01 ədəd üzərində cürbəcür rəngli hərflər olan xalat, 01 ədəd qara zəngli üzərində ağ nöqtəli tuman, 01 ədəd ağ rəngli üzərində qara noqtələrin ətrafında qız şəkli olan qısaqol köynək, 01 ədəd ağ rəngli üzərində cürbəcür rənglər ətrafında qara papaqlı qız şəkli olan qısaqol köynək qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 61 manat 90 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 61 manat 90 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin ibtida istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Bərdə rayon vəkil bürosunun vəkili X37, məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X23 işlədiyi Bərdə rayon vəkil bürosunun hesabına 90 manat, Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 25 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə rayon prokurorluğunun maddi subutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus cinayət hadisəsi zamanı əynində olmuş 01 ədəd ağ rəngli mayka, 01 ədəd tüng göy qısaqol kişi köynəyi, 01 ədəd qara üzərində ağ zolaqlar olan şalvarı, X10 məxsus 01 ədəd üzərində cürbəcür rəngli hərflər olan xalat, 01 ədəd qara zəngli üzərində ağ nöqtəli tuman, 01 ədəd ağ rəngli üzərində qara noqtələrin ətrafında qız şəkli olan qısaqol köynək, 01 ədəd ağ rəngli üzərində cürbəcür rənglər ətrafında qara papaqlı qız şəkli olan qısaqol köynək qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X23 işlədiyi Bərdə rayon vəkil bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs 61 manat 90 qəpik məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-106/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-106/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver