Məhkəmə qərarları › İş №1(100)-106/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-106/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-106/2025 18.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X11 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2004-cü il tarixdə Qazax şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qazax şəhəri, X17 küçəsi, ev 51-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə, xx.xx.2006-cı il tarixdə Ağstafa şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə 15 aprel 2023-cü il tarixdə saat 18 radələrində Qazax şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Pürrəngi” adlı çayxanada oturub çay içərkən çayxanaya daxil olan Zərərçəkmiş şəxs1 onlara baxmasını bəhanə edib mübahisə yaradaraq sonuncunu çayxanadan kənarda mübahisənin həllinə dəvət edib birlikdə çayxanadan çıxdıqdan sonra həmin tarixdə saat 18 radələrində Qazax şəhəri, M.P.Vaqif küçəsində yerləşən Rus Pravoslav kilsəsinin yaxınlığında aralarında davam edən mübahisə zamanı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətlərini başqalarının fövqündə qoymaqla, ictimai yer hesab olunan Qazax şəhəri, M.P.Vaqif küçəsində yerləşən Rus Pravoslav kilsəsinin yaxınlığında olan şəxslər üçün aşkar surətdə ümumi qaydaya laqeydlik, etinasızlıq və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə və xuliqanlıq niyyəti ilə nalayiq ifadələr işlədərək Təqsirləndirilən şəxs2 qəsdən yumruğu ilə Zərərçəkmiş şəxs1 ağız nahiyəsinə bir dəfə zərbə vurub sonuncuya fiziki ağrı, daha sonra isə Təqsirləndirilən şəxs2 üzərindəki silah qismində istifadə olunan soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs1 sağ bud nahiyəsinə bir dəfə zərbə vurub sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ budun bayır səthinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan xəsarət yetirməsindən sonra o, üzərindəki silah qismində istifadə olunan soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs1 xəsarət yetirmək üçün sonuncunun üzərinə gedərkən əlindəki bıçağı almaqla vətəndaşlıq borcunu yerinə yetirib ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 sol əlinin ovuc hissəsini kəsib müqavimət göstərərək sonuncuya qəsdən sol saidin aşağı 1/3-nin iç səthinin tikişə ehtiyacı olmayan səthi kəsilmiş yarası və sol bazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarət yetirməklə hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 kürək nahiyəsinə bir dəfə həmin bıçaqla qəsdən zərbə vuraraq sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid sağ döş qəfəsinin daxilə nüfuz edən və sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan kəsilmiş-deşilmiş yara xəsarətini yetirmiş, daha sonra Təqsirləndirilən şəxs2 yenidən üzərində olan eyni bıçaqla Zərərçəkmiş şəxs1 sol bud nahiyəsinə bir dəfə zərbə vurub sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol budun bayır səthinin kəsilmiş-deşilmiş yarası xəsarətini yetirməklə bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vuraraq ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə silah qismində istifadə olunan əşyalardan istifadə edib bir qrup şəxs halında qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs1 ilə 15 aprel 2023-cü il tarixdə saat 18 radələrində Qazax şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Pürrəngi” adlı çayxanada oturub çay içərkən çayxanaya daxil olan Zərərçəkmiş şəxs1 onlara baxmasını bəhanə edib mübahisə yaradaraq sonuncunu çayxanadan kənarda mübahisənin həllinə dəvət edib birlikdə çayxanadan çıxdıqdan sonra həmin tarixdə saat 18 radələrində Qazax şəhəri, M.P.Vaqif küçəsində yerləşən Rus Pravoslav kilsəsinin yaxınlığında aralarında davam edən mübahisə zamanı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətlərini başqalarının fövqündə qoymaqla, ictimai yer hesab olunan Qazax şəhəri, M.P.Vaqif küçəsində yerləşən Rus Pravoslav kilsəsinin yaxınlığında olan şəxslər üçün aşkar surətdə ümumi qaydaya laqeydlik, etinasızlıq və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə və xuliqanlıq niyyəti ilə nalayiq ifadələr işlədərək qəsdən yumruğu ilə Zərərçəkmiş şəxs1 ağız nahiyəsinə bir dəfə zərbə vurub sonuncuya fiziki ağrı, daha sonra isə üzərindəki silah qismində istifadə olunan soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs1 sağ bud nahiyəsinə bir dəfə zərbə vurub sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ budun bayır səthinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan xəsarət yetirməsindən sonra Təqsirləndirilən şəxs1 üzərindəki silah qismində istifadə olunan soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs1 xəsarət yetirmək üçün sonuncunun üzərinə gedərkən əlindəki bıçağı almaqla vətəndaşlıq borcunu yerinə yetirib ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 sol əlinin ovuc hissəsini kəsib müqavimət göstərərək sonuncuya qəsdən sol saidin aşağı 1/3-nin iç səthinin tikişə ehtiyacı olmayan səthi kəsilmiş yarası və sol bazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarət yetirməklə hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 kürək nahiyəsinə bir dəfə həmin bıçaqla qəsdən zərbə vuraraq sonuncuya dərəcəsinə görə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid sağ döş qəfəsinin daxilə nüfuz edən və sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan kəsilmiş deşilmiş yara xəsarətini yetirmiş, daha sonra o, yenidən üzərində olan eyni bıçaqla Zərərçəkmiş şəxs1 sol bud nahiyəsinə bir dəfə zərbə vurub sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol budun bayır səthinin kəsilmiş-deşilmiş yarası xəsarətini yetirməklə bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vuraraq ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə silah qismində istifadə olunan əşyalardan istifadə edib bir qrup şəxs halında qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qazax şəhərində yerləşən “Pürrəngi” adlı çay evində Təqsirləndirilən şəxs2la əyləşmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 çay evinə daxil olmuşlar. Bu zaman Şahmurad və Tural onlara baxmışdır. Buna görə onlar Şahmuradgilin nə üçün onlara baxmasını aydınlaşdırmaqdan ötrü çay evindən çölə çıxmış və “Rus” kilsəsinin yanında sonuncularla dalaşmışlar. Dava zamanı o və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirmişlər. Zərərçəkmiş şəxs2 əli isə dava gedişində onları ayıran zaman kəsilmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “Rus” kilsəsinin yanında qarşı-qarşıya söhbət edən zaman Zərərçəkmiş şəxs1 söyüşlə danışdığı üçün əvvəlcə Təqsirləndirilən şəxs2 sonuncunu bıçaqla vurmuş, daha sonra o, Şahmuradı bıçaqla vurmaq istəmiş, lakin Zərərçəkmiş şəxs2 onun qarşısına keçərək aralamağa çalışmış və həmin vaxtı bıçaq onun əlində olduğu üçün Turalın əli kəsilmişdir. Ardınca o, Şahmuradın yerdə olduğunu görüb sonuncunun kürək nahiyəsindən bir dəfə bıçaqla xəsarət yetirmişdir. Dava zamanı o, Təqsirləndirilən şəxs2 əlində bıçaq görməmiş, özünün istifadə etdiyi bıçağı isə hadisədən 3-4 gün əvvəldən üzərində daşımışdır. Hadisə zamanı o orada Əfqan, Şahmurad və Turaldan başqa şəxsin olub-olmamasına fikir verməmiş, dava etdikləri yerdən insanlar gediş-gəliş üçün istifadə etməmiş, dava zamanı da orada kənar şəxslər keçməmişdir. Çay evindən çölə çıxarkən Şahmuradgillə dava etmək məqsədləri olmamış, onlar bir qədər sonra çay evindən gedəcəkləri üçün də Şahmuradgillə çay evində deyil, kilsənin yanında söhbət etmişlər. Zərərçəkmiş şəxslərlə barışmış, etdiyi əməldən də peşmandır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qazax şəhərində yerləşən “Pürrəngi” adlı çay evində Təqsirləndirilən şəxs1la əyləşən zaman Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oraya daxil olmuşlar. Onlar çay evində baxışmaq üstündə sonuncularla bir qədər sözlü mübahisə etmiş və kənardakı şəxslərdən heç kimin müdaxilə etməməsi üçün çölə çıxmışlar. Çölə çıxdıqdan sonra məqsədləri bir qədər söhbət edib getmək olmuş, lakin Zərərçəkmiş şəxs1 həmin vaxtı kobud danışdığı üçün birinci o, sonuncuya yumruqla zərbə vurmuşdur. Daha sonra dava başlamış, Şahmurad və Turalın yanında əlavə 2-3 nəfər də olmuş, o və Məhəmməd isə tək olmuşlar. Dava zamanı Şahmurad arxa tərəfinə keçib onu yıxmış, həmin vaxtı onun başı yerə dəymişdir. Bundan sonra o, özündə olmamış, yerdə olarkən Şahmurad onun üzərinə çıxmış və o da üzərində gəzdirdiyi bıçaqla sonuncunun uzaqlaşması üçün qorxutmağa çalışaraq Şahmurada bir dəfə xəsarət yetirmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, dava zamanı onun da, Məhəmmədin də bıçağı olmuş, başı yerə dəydiyi üçün Zərərçəkmiş şəxs1 bıçaqla neçə dəfə xəsarət yetirdiyini xatırlamamış, yerə yıxılan zaman Şahmurad onun üzərində olduğu üçün o, sonuncuya birinci dəfə bıçaqla həmin vaxt, ikinci dəfə isə ayaq üstə olanda qorxudan zaman vurmuşdur. O, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməsini görməmiş, çünki həmin vaxt Şahmurad yerdə onun üzərində olmuşdur. Şahmurad əvvəlcə söyüşlə danışdığı üçün o, sonuncunu vurmuşdur. Çay evində olan şəxslərin söhbətə müdaxilə etməmələri üçün oradan çölə çıxmışlar, dava edən zaman orada kənar şəxslər keçməmiş, həmin yerdə yaşayış olmamış, lakin oradan parka və digər istiqamətlərə yol keçmişdir. Dava zamanı o, Zərərçəkmiş şəxs1 sağ və sol bud nahiyəsindən bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxslərlə barışmış, etdiyi əməldən də peşmandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onların etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs2la birlikdə Qazax şəhərində yerləşən “Pürrəngi” adlı çay evinə daxil olmuşdur. Əfqan və Məhəmməd çayxananın həyətində əyləşmişlər. Həyətə daxil olanda o, Əfqan və Məhəmmədlə göz-gözə gəlmiş, sonunculardan biri də ondan nə üçün baxdığını soruşmuşdur. O isə “baxanda nə olur?” demişdir. Bundan sonra Əfqan yaxud Məhəmməd onu söhbət etmək üçün çölə çağırmışdır. O, Tural, Əfqan və Məhəmmədlə birlikdə çölə çıxmışdır. Rus kilsəsinin yanında söhbət edərkən Əfqan onu yumruqla vurmuş, ardınca isə dava düşmüşdür. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımamış, kilsənin yanı şəhərin içərisi olsa da, adamların oradan tez-tez gediş-gəlişi olmamışdır. Kilsənin yanında söhbət edərkən Təqsirləndirilən şəxs2 ona “nə üçün baxırsan?” demiş, daha sonra sonuncu qəfil yumruqla onun ağız nahiyəsindən vurmuş, ardınca dava başlamış, həmin vaxtı da Zərərçəkmiş şəxs2 davanı ayırmağa çalışmışdır. Dava vaxtı Əfqan və Məhəmməd hər ikisi onu bıçaqla vurmuş, çünki sonuncuların hər ikisində bıçaq olmuşdur. O, Əfqanla Məhəmmədin hansı vəziyyətdə ona bıçaqla xəsarət yetirmələrini xatırlamamışdır. Hadisə zamanı ondan, Turaldan, Əfqandan və Məhəmməddən başqa orada heç kim olmamış, Əfqan və Məhəmməd onu bıçaqla vurduqdan sonra qaçıb getmişlər. Onu xəstəxanaya atası Mübariz Vəliyev aparmış, çünki hadisədən sonra yaxınlıqdakı marşrut sürücüləridən biri zəng edib atasını çağırmışdır. Hadisə nəticəsində o, üç bıçaq xəsarəti almış, biri kürək nahiyəsinə, digərləri isə sağ və sol bud nahiyələrinə dəymişdir. Xatırladığı qədəri ilə Zərərçəkmiş şəxs2 onları ayırmağa çalışanda əli kəsilmişdir. Əfqan onu yumruqla vurduqdan sonra o da sonuncunu vurub yerə yıxmış və yerdə olarkən vurmağa davam etmişdir. O, Əfqanla yerdə süpürləşən zaman sonuncu bıçaqla onun sağ bud nahiyəsindən vurmuş, bir qədər sonra həmin vəziyyətdə olarkən Məhəmməd onun kürək nahiyəsindən bıçaqla vurmuşdur. O, ayağa qalxmış və bu zaman səhv etmirsə Əfqan onun sol bud nahiyəsinə daha bir bıçaq zərbəsi vurmuşdur. O, Əfqanla yerdə süpürləşən zaman Tural və Məhəmməd arxasında olduqları üçün o, sonuncuların nə etdiklərini görməmişdir. O, Turalla çay evinə daxil olan zaman oranın həyətində Məhəmməd və Əfqandan başqa heç kim olmamış, onların söhbət etmək üçün getdiyi yer çay evinin arxasında yerləşmiş və ora bir qədər diqqətdən kənarda qalmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la barışmış, sonunculardan heç bir şikayət və tələbi yoxdur, həmin şəxslər müalicəsi ilə bağlı maddi köməklik göstərməmişlər. Təqsirləndirilən şəxslərin təqsirləri sübuta yetəcəyi halda onlar barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1lə birlikdə Qazax şəhərində yerləşən “Pürrəngi” adlı çay evinə daxil olmuşdur. Həmin vaxt Əfqan və Məhəmməd çay evinin həyətində əyləşmişlər. Bu zaman Əfqan yaxud Məhəmməd Şahmurada “nə olub, nəyə baxırsan?” demişdir. Onlar isə “baxanda nə olur?” deyə cavab vermişlər. Bundan sonra Məhəmməd yaxud Əfqan onlara kilsənin yanı tərəfə keçməyi və orada söhbət etməyi demişdir. Onlar hamısı çay evinin arxa tərəfində olan kilsənin yanına getmiş və çay evində olan söhbətə davam etmişlər. Söhbət zamanı Əfqan Şahmurada yenə “nə olub, nəyə baxırsan” demiş, Şahmurad isə “baxıram da” demişdir. Bu zaman Təqsirləndirilən şəxs2 qəfildən yumruqla Zərərçəkmiş şəxs1 ağız nahiyəsindən vurmuş və dava düşmüşdür. Bir qədər sonra Təqsirləndirilən şəxs1 əlində bıçaq olduğunu görmüş və onlara xəsarət yetirməməsi üçün almağa çalışmış, lakin ala bilməmişdir. Təqsirləndirilən şəxs1 əlindəki bıçağı almağa çalışarkən əli yüngül kəsilmişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 yumruqla vurduqdan sonra Şahmurad da Əfqanı vurmuşdur. Sonuncular yerə yıxılmış və yerdə dava etməyə davam etmişlər. Əfqan və Şahmurad yerdə dava edən zaman Məhəmməd əlindəki bıçaqla Şahmuradın kürək nahiyəsindən bir dəfə vurmuş, o, Məhəmmədə mane olmağa çalışsa da bacara bilməmişdir. Bundan sonra Şahmuradla Əfqan ayağa qalxmış və Məhəmmədlə Əfqan oradan uzaqlaşmışlar. Hadisə baş verən zaman axşam saat 18 radələri olmuş və hava açıq olmuşdur. Dava zamanı orada özlərindən başqa şəxslərin olub-olmamasını xatırlamamış, dava olan yer çay evinin arxasında yerləşmiş və gediş-gəliş üçün az-az istifadə olunmuşdur. Dava zamanı olan səs-küyə kənardan heç kim gəlməmiş, mübahisə zamanı orada o, Şahmurad, Əfqan və Məhəmməd olmuşdur. O, Təqsirləndirilən şəxs2 Şahmurada birinci bıçaq zərbəsini vurma anını, eləcə də Məhəmmədin bıçağı haradan götürməsini görməmişdir. Hadisə vaxtı həyəcanlı olduğu üçün dava zamanı səs-küyə kənardan kiminsə gəldiyini xatırlamamışdır. “Pürrəngi” adlı çay evi yolun kənarından təxminən 4 metr məsafədə yerləşmişdir. Mübahisə olan yer çay evindən təxminən 10 metr aralıda olmuşdur. Mübahisə baş verən yolla hərəkət etdikdə parka keçmək mümkün olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la barışmış, sonunculardan heç bir şikayət və tələbi yoxdur, həmin şəxslər müalicəsi ilə bağlı maddi köməklik göstərməmişlər. Təqsirləndirilən şəxslərin təqsirləri sübuta yetəcəyi halda onlar barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən xeyli müddət keçdiyindən baş verənləri dəqiqliklə xatırlamamışdır. Hadisə günü o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la birlikdə getmişdir. Çünki o, Şahmurad və Turalın Məhəmmədgillə bir istiqamətdə getdiklərini görüb sonuncuların arxaları ilə getmişdir. O, hadisə baş verə yerə çatandan sonra dava başlamış, dava zamanı Əfqan yerə yıxılmış, Şahmurad da sonuncunun üzərinə çıxmışdır. Bundan sonra Məhəmməd Şahmuradı arxasından vurmuşdur. Həmin vaxt Məhəmmədin Şahmurada bıçaqla xəsarət yetirməsini bilməmişdir. O, Əfqan və Məhəmməd aralandıqdan sonra sonuncuların əlində bıçaq olmasını görmüşdür. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisində bıçaq olmuşdır. Dava vaxtı orada ondan başqa Əfqan, Məhəmməd, Şahmurad və Tural olmuş, dava bitənə yaxın Tanrıverdi də oraya gəlmişdir. O, Şahmurad və Tural ilə birlikdə “Pürrəngi” adlı çay evinə girməmiş, sonuncuları çöldə gözləmişdir. Bir qədər sonra onların Əfqan və Məhəmməd ilə birlikdə getdiklərini görüb və sonuncular arasında dava düşməsindən ehtiyatlanıb arxaları ilə getmişdir. Zərərçəkmiş şəxs2 davanı ayırmağa çalışmışdır. Dava başladıqdan sonra o, hadisənin təsirində olduğu üçün heç nə edə bilməmişdir. Dava zamanı səs-küyə kənardan adamların toplaşmasını görməmişdir. O, dava zamanı kimin kimə neçə dəfə bıçaq vurmasını da görməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun sinif yoldaşları olmuşlar. Hadisə baş verməmişdən qabaq o, Tural və Şahmurad fərdi müəllim yanındakı hazırlıqlardan çıxıb kəndə getmək üçün avtobus gözləmişlər. Bildiyi qədəri ilə mübahisənin yaranmasına səbəb Şahmuradgillə Məhəmmədgil arasında baxışma olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qazax şəhərində yerləşən “Pürrəngi” adlı çay evindən çöldə yolun kənarında Şahmuradgillə birlikdə Qazax şəhərindən evə getmək üçün marşrut gözləmişdir. Həmin vaxtı təxminən 6-7 nəfər olmuşlar. Şahmurad və Tural çay evinə, o isə marşruta tərəf getmişdir. Bir qədər sonra Tural və Şahmuradın Məhəmmədgillə birlikdə “Pürrəngi” adlı çay evindən çıxıb kilsə tərəfə getdiklərini görmüşdür. O, əvvəlcə sonuncuların arxası ilə getməmiş, lakin səs-küy gəldiyini eşidib baxan zaman onların dalaşdıqlarını görmüşdür. O, hadisə yerinə çatanda Zərərçəkmiş şəxs2 Şahmuradı çay evinə tərəf aparmışdır. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, o, hadisə yerinə sonradan gəlmiş, oraya gələndə 3-4 nəfər adam qalmışdı ki onlardan ikisi Tural və Şahmurad olmuşlar. O, hadisə yerinə səs-küyə getmiş, artıq oraya çatanda dava başa çatmışdır. Səs-küyə çay evində olan şəxslərin gəlib-gəlmədiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Qazax rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 99 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ əlin 2 və 3-cü barmağının ovuc səthinin tikişə ehtiyacı olmayan səthi kəsilmiş yarası, kəsici əşyanın təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən müddətə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaqla yetirilməsi halı inkar edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Qazax rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 100 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Qazax rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 107 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ döş qəfəsinin daxilə nüfuz edən və sağ tərəfli hemopnevmotoraksla müşayət olunan, hər iki budun bayır səthinin kəsilmişdeşilmiş yaraları, kəsici-deşici əşyanın təsirindən törənmişdirlər və qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sağ döş qəfəsinin daxilə nüfuz edən və sağ tərəfli hemopnevmotoraksla müşayət olunan kəsilmiş-deşilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, hər iki budun bayır səthinin kəsilmişdeşilmiş yaraları isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin xarakteri nəzərə alınaraq həmin xəsarətlərin ekspertizaya təqdim edilmiş və qərarda təsvir olunan bıçaqlarla yetirilməsi halı inkar edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Qazax rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 108 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol saidin aşağı 1/3-nin iç səthinin tikişə ehtiyacı olmayan səthi kəsilmiş yarası və sol bazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı. Qeyd olunan xəsarətlərin törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Sol saidin aşağı 1/3-nin iç səthinin kəsilmiş yarası kəsici əşyanın təsirindən və ekspertizaya təqdim edilmiş, qərarda təsvir olunan bıçaqla yetirilməsi halı inkar edilmir. Sol bazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı isə küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X10 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 463 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayəti törətməzdən əvvəl, eləcə də cinayəti törətdikdən sonra və hazırda hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayəti törədərkən anlaqlı olmuşdur. O, cinayəti törədərkən öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Onun törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırda da öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır; Təqsirləndirilən şəxs2 aşağıdakı fərdi - psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilmiş, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən əsəbi psixiemosional halda olmuş, onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X10 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 469 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayəti törətməzdən əvvəl, eləcə də cinayəti törətdikdən sonra və hazırda emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F 60.3 xəstəliyi keçirir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayəti törədərkən anlaqlı olmuşdur. O, cinayəti törədərkən öz hərəkətlərini idarə etmək, faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Onun törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F 60.3 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o, hal-hazırda da öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır; Təqsirləndirilən şəxs1 aşağıdakı fərdi - psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs1 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilmiş, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən əsəbi psixi - emosional halda olmuşdur. Onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilər. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/602/603 nömrəli məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilən 02 ədəd bıçağın 01 ədədi kustar, digər 01 ədədi isə zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdırlar və soyuq silah hesab edilmirlər. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir; 2) Tədqiqata təqdim olunan köynəyin üzərində olan 01 ədəd zədə, maykanın üzərində olan 01 ədəd zədə və şalvarın üzərində olan 02 ədəd zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçaqların və ya onlara bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə - kəsilmə zədələridir. Təqdim edilmiş köynəyin, maykanın və şalvarın üzərindəki zədələrdə zədə yaradan pedmetə aid xüsusi əlamətlər əks edimədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş 02 ədəd bıçaqdan hansının təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilən 02 ədəd bıçağın əlamətləri oxşar olduğundan zədələrin onların hər hansı biri ilə yaranması mümkündür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsin könüllü gəlib təqsirini boynuna alması haqqında” protokoldan görünür ki, həmin gün saat 02:10-da Təqsirləndirilən şəxs2 Qazax RPŞ-yə könüllü gəlib təqsirini boynuna alaraq Qazax şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Pürrəngi” adlı çay evinin yaxınlığında özündə olan bıçaqla Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyini və əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 02:52-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 16 aprel 2023-cü il tarixdən hesablamaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddətinin uzadılmasından imtina olunmuş və Təqsirləndirilən şəxs2 həmin gün məhkəmə iclası zalında dərhal həbsdən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsin könüllü gəlib təqsirini boynuna alması haqqında” protokoldan görünür ki, həmin gün saat 11:37-də Təqsirləndirilən şəxs1 Qazax RPŞ-yə könüllü gəlib təqsirini boynuna alaraq Qazax şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Pürrəngi” adlı çay evinin yaxınlığında özündə olan bıçaqla Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 12:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 16 aprel 2023-cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Qazax şəhəri, M.P.Vaqif küçəsində yerləşən Rus Pravoslav kilsəsinin yaxınlığıdır. Həmin yerin sağ tərəfində, yəni Qazax şəhəri, H.Z.Tağıyev küçəsində mübahisənin başlanma yeri olan “Pürrəngi” adlı çayxana və fərdi yaşayış evləri, sol tərəfində DTX-nin Qazax şöbəsinin inzibati binası, qarşı tərəfdə sağda Qazax Rayon İcra Hakimiyyətinin inzibati binası, qarşı tərəfdə solda isə park və “İstanbul” restoranı yerləşir. Baxış zamanı hadisə baş verən yerin insanların intensiv gediş-gəlişi üçün nəzərdə tutulmuş ictimai yer olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 könüllü olaraq təqdim etdiyi hadisə vaxtı əynində olmuş qara rəngli cins şalvara, ağ rəngli köynəyə və boz rəngli maykaya baxış keçirilən zaman şalvarın sol və sağ ayaqlığında kəsik formalı zədələr, maykanın üzərində kəsik formalı zədə və qanabənzər ləkələr, koftanın üzərində kəsik formalı zədə aşkar edilmişdir. Qeyd edilən paltarlar müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Qazax şəhəri, Azadlıq küçəsində keçmiş “Kərpiz zavodu” adlanan yerdə yarımçıq tikilidə 2 ədəd, yəni biri sarı, digər isə qara rəngli qatlanan bıçaqlar aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş bıçaqların içində 4 nömrəli sarı rəngli bıçağı tanıyaraq həmin bıçaqla 15 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş bıçaqların içində 4 nömrəli qara rəngli bıçağı tanıyaraq həmin bıçaqla 15 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs1 da həmin xüsusatları inkar etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs1 da həmin xüsusatları inkar etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs2 da həmin xüsusatları inkar etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs2 da həmin xüsusatları inkar etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 19:20-də Qazax RMX-nın Acil şöbəsinin həkimi 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 sağ döş qəfəsinin daxilə işləyən iti alət yarası, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 isə ovcunun səthi yarası ilə xəstəxanaya daxil olmaları barədə RPŞ-yə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 15 aprel 2023cü il tarixdə saat 18 radələrində Qazax şəhəri, H.Z.Tağıyev küçəsində yerləşn “Pürrəngi” adlanan çayxanının yaxınlığında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kəsilmişdeşilmiş xəsarətlər yetmiş şəxslər Qazax rayonu sakinləri Təqsirləndirilən şəxs1 İlşam oğlu ilə Təqsirləndirilən şəxs2 olmuşdur. Həmin şəxslər hadisə zamanı istifadə etdikləri bıçaqları Qazax rayonu, Ağköynək kəndi ərazisində yarımçıq tikiliyə atmışlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-135/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə məhkum edildiyi cəzasını tam olaraq çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X1 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xəstəxananda sahə psixiatrın ambulator qeydiyyatındadır. Lakin o, xəstəxanada narkoloji qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X1 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxanada narkoloji və psixoloji qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2006-cı il təvəllüdlüdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RİH başçısının Ağköynək kənd İƏDÜN-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RİH başçısının Qazax şəhər İƏDÜN-nin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.1962-ci il təvəllüdlü atası X8, xx.xx.1970-ci il təvəllüdlü X4 və xx.xx.1992-ci il təvəllüdlü qardaşı X9 ilə birlikdə Qazax şəhəri, X17 küçəsi, ev 51-də qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai araşdırma orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, sonunculardan şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus qara rəngli cins şalvar, ağ rəngli köynək və boz rəngli mayka, eləcə də cinayətin aləti olan 02 (iki) ədəd bıçaqlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Qazax RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, sonunculardan şikayət və tələbi yoxdur, onlar barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, sonunculardan şikayət və tələbi yoxdur, onlar barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mehman oğlu ifadələrində hadisə yerində onlardan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ilə X3 başqa kənar şəxslərin olmadığını, eləcə də hadisə baş verən yerin insanların intensiv gediş-gəlişi üçün nəzərə tutulan yer olmadığını göstərmişlər. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mehman oğlu tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, o cümlədən istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1lə aralarında dava baş tutan zaman sonuncunun yanında Tural Həsənov və digər 2-3 nəfər şəxsin olduğunu göstərmişdir. Həmçinin zərərçəkən Zərərçəkmiş şəxs1 ifadəsində dava baş verən ərazidə olan marşrut sürücüləridən birinin zəng edib atasını çağırdığını üçün onu xəstəxanaya məhz atasının apardığını göstərmişdir. O cümlədən iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1 arasında dava düşməsindən ehtiyatlanıb sonuncuların arxası ilə getdiyini göstərmişdir. Habelə iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1 kilsə tərəfə getdiyini görsə də, əvvəlcə sonuncuların arxasınca getmədiyini, lakin səs-küy gəldiyini eşidib baxan zaman onların dalaşdığını görüb həmin yerə getdiyini göstərmişdir. Hətta şahid qismində dindirilmiş Şahid3lə Şahid4 də Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək çay evinin yan tərəfində yerləşən kilsənin yanından dava-dalaş və səs-küy gəldiyini eşidib həmin yerə getdiklərini göstərmişlər. Eləcə də iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi və təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanılması istintaq hərəkətlərinə dair protokollara əlavə olunmuş fotocədvəllərdən görünür ki, hadisə baş verən yer - Qazax şəhəri, M.P.Vaqif küçəsində yerləşən Rus Pravoslav kilsəsinin yaxınlığıdır. Həmin yerin sağ tərəfində, yəni Qazax şəhəri, H.Z.Tağıyev küçəsində mübahisənin başlanma yeri olan “Pürrəngi” adlı çayxana, sol tərəfində DTX-nin Qazax şöbəsinin inzibati binası, qarşı tərəfdə sağda Qazax Rayon İcra Hakimiyyətinin inzibati binası, qarşı tərəfdə solda isə park və “İstanbul” restoranı yerləşir. Şəkillərdən də göründüyü kimi hadisə baş verən yer insanların intensiv gediş-gəlişi üçün nəzərdə tutulmuş ictimai yerdir. Göründüyü kimi, hadisə günü Zərərçəkmiş şəxs1lə Tural Həsənov Qazax şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Pürrəngi” çay evinə, yəni insanların istirahət etmək üçün getdikləri sosial qarşılıqlı əlaqə mərkəzi hesab olunan məkana daxil olduqda sonra həyətdəki masaların birində əyləşmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 onlara baxmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan mübahisə yaradaraq orada olan şəxslərin istirahət hüququnu pozub Zərərçəkmiş şəxs1lə birlikdə yanında olan Tural Həsənovu çayxanadan kənarda aralarında yaranmış mübahisəni həll etmək üçün insanların azad və intensiv hərəkəti, yəni gediş-gəlişi üçün nəzərdə tutulmuş Qazax şəhəri, M.P.Vaqif küçəsinə dəvət edərək, həmin küçədə yerləşən və ictimai yer hesab olunan Rus Pravoslav kilsəsinin, yəni xristianların ibadətlərini həyata keçirdikləri binanın qarşısında Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 əsassız yerə Zərərçəkmiş şəxs1lə aralarında olan cüzi bir məsələni böyüdərək dava-dalaşa çevirməklə, eləcə də soyuq silah hesab edilməyən bıçaqlardan istifadə edib zərərçəkmiş şəxslərə zor tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmişlər. Nəticə etibarı ilə sonuncular arasında baş tutmuş dava-dalaşdan yaranan səs-küyə çay evinin qarşısında və kilsənin ətrafında dayanmış mübahisəyə heç bir aidiyyəti olmayan iş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 hadisə yerinə gələrək tərəfləri aralamaqla mübahisəni sakitləşdirməyə çalışmışlar. Eyni zamanda Zərərçəkmiş şəxs1 ifadəsində marşrut sürücüsünün belə onun atasına zəng etməsini göstərməsi bir daha onu sübut edir ki, təqsirləndirilən şəxslərin yaratdıqları mübahisə, daha sonra isə dava-dalaş ətrafdakı insanların istirahət hüququnu pozmaqla onların narahatlığına səbəb olmuşdur. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əməllərin bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə qarşı zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi və bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü birüzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqeyə görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti CM-in 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-in 34-cü maddəsində şərh edilmişdir. Qəsdən adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Hazırkı işin faktiki hallarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 sağlamlığa ağır zərərvurmaya aid xəsarəti faktiki olaraq təqsirləndirilən şəxslərdən biri, yəni Təqsirləndirilən şəxs1 üzərində olan soyuq silah hesab edilməyən bıçaqla yetirmiş olsa da, digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında ümumi cinayətkar niyyətlə hərəkət edərək zərərçəkmişlə aralarında yaranmış mübahisə gedişində ilk əvvəl məhz elə özü (Təqsirləndirilən şəxs1 bıçaqla xəsarət yetirməmişdən əvvəl) qəfildən Zərərçəkmiş şəxs1 üz nahiyəsinə yumruq vurmaqla, daha sonra isə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən bıçaqla sonuncunun sağ ayağının bud nahiyəsinə bir dəfə zərbə vurmaqla Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs2 bu hərəkətlərindən sonra isə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 sağlamlığa ağır zərərvurmaya aid xəsarəti yetirmişdir. Ardınca isə Təqsirləndirilən şəxs2 yenidən üzərində gəzdirdiyi bıçaqla bu səfər Zərərçəkmiş şəxs1 sol ayağının bud nahiyəsinə bir dəfə zərbə vurmaqla sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bu hal isə Təqsirləndirilən şəxs2 hərəkətlərinin ümumi cinayətkar niyyətlə əhatə olunduğunu təsdiq edir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Bundan başqa, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 ittiham olunduğu biri ağır cinayətlərin təsnifatına, digəri isə az ağır cinayətlərin təsnifatına aid olan cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 6 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 84.1 və CPM-in 428.2-ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Qərarın 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Hazırkı cinayət işinin materiallarından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 15 aprel 2023-cü il tarixdə ittiham olunduğu ağır cinayətlər təsnifatına aid əməli törədərkən onun 17 yaşı tamam olsa da, 18 yaşı tamam olmamışdır. Məhkəmə tərkibi şəxsin könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən, şəxsin könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almalarını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini və cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaların müddəti qeyd edilən maddələrin sanksiyalarında göstərilən həmin cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa, tələbnamədən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020ci il tarixli, 1(100)-135/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş, xx.xx.2022-ci il tarixdə isə cəzasını tam olaraq çəkib qurtarmışdır. Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə məhkum edildiyi sınaq müddəti ilə şərti hesab edilmiş azadlıqdan məhrum etmə cəzasını xx.xx.2022-ci il tarixdə tam olaraq çəkib qurtardığı üçün onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkum olunmayan şəxs hesab olunur. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən halların olmasını, cəzalarını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək onların hər birinə ayrı-ayrılıqda Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 126.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin dörddə üçündən artıq olmamaqla cəza, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək onlara Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin dörddə üçündən artıq olmamaqla cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 6 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Məhkəmə tərkibi hesab edir ki, hökm çıxarılan vaxt yetkinlik yaşına çatdığına görə Təqsirləndirilən şəxs2 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 münasibətdə isə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 01 (bir) ay 24 (iyirmi dörd) gün həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla Təqsirləndirilən şəxs2 təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı, onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı gündən, yəni 18 mart 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, digər Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi isə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 Müdafiəçi1 tərəfindən göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 180 (bir yüz səksən) manat, digər təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Müdafiəçi2 tərəfindən göstərilmiş 60 (altmış) iş saat həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 360 (üç yüz altmış) manat pul onların vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 63 (altmış üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş Zərərçəkmiş şəxs1 məxsus qara rəngli cins şalvar, ağ rəngli köynək və boz rəngli mayka Zərərçəkmiş şəxs1 qaytarılmalı, götürülmədikdə məhv edilməli, cinayətin aləti olan 02 (iki) ədəd bıçaqlar isə məhv edilməlidir. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 01 (bir) ay 24 (iyirmi dörd) gün həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunmuş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 06 (altı) il 04 (dörd) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 18 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 180 (bir yüz səksən) manat, digər Müdafiəçi2 üçün isə 360 (üç yüz altmış) manat pul onların vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 63 (altmış üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş Zərərçəkmiş şəxs1 məxsus qara rəngli cins şalvar, ağ rəngli köynək və boz rəngli mayka Zərərçəkmiş şəxs1 qaytarılsın, götürülmədikdə məhv edilsin. Cinayətin aləti olan 02 (iki) ədəd bıçaqlar məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar