Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-107/2021 08.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qız və müdafiəçi Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Bərdə rayonu, Hüseynbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Hüseynbəyli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, 17 sentyabr 2020-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə qəsdən ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 xəstəliyi ilə əlaqədar təqaüd almasında köməklik göstərəciyini yalandan vəd verib onu aldadaraq etibarından sui-istifadə etməklə 09 iyul 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən Bərdə rayonu, Şorəlli kəndindən cinayətin törədilməsindən məlumatı olmayan taksi sürücüsü Şahid2 vasitəsilə göndərilmiş 500 manat pulu, bundan sonra 13 iyul 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən eyni qaydada göndərilmiş 700 manat pulu, sonuncu dəfə isə 15 iyul 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən eyni qaydada göndərilmiş 300 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə Bərdə rayonu, Hüseynbəyli kəndində götürüb, ümumilikdə Zərərçəkmiş şəxs1 1500 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə 22 avqust 2020-ci il tarixdə saat 21:36-da və 23 avqust 2020-ci il tarixdə saat 00:03-də vahid niyyətlə istifadəsində olan “***-***-**-**” saylı mobil nömrədən aralarında yaxın münasibətləri olmuş və həmin vaxt Bərdə rayonu, Şorəlli kəndində yaşayan Zərərçəkmiş şəxs2 istifadəsində olan “050 463-90-97” saylı mobil nömrəsinə sms-lər yazaraq, sonuncunun barəsində intim görüntüləri əks etdirən video və şəkilləri, yəni rüsvayedici məlumatları yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs2 1000 (bir min) manat pul tələb etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Bərdə rayonu Hüseynbəyli kəndində yaşayır, fərdi əməklə məşğul olur, 2 azyaşlı övladı vardır. Təxminən 2 il əvvəl Bərdə şəhərində yerləşən “Köhnə Bazar” deyilən bazardan o,özünə Samsung 6272 markalı mobil telefon almış, o, telefonu alıb içindəkilərə baxan zaman oradan bir qız nömrəsi olduğunu görmüş, həmin qıza mesaj yazıb tanış olmaq istədiyini demişdir. Beləliklə, həmin qızla tanış olmuş, qızın adının sonradan Mehmanə olduğunu, əslən Bərdə rayonu Şorəlli kəndindən olduğunu, lakin, hazırda Mingəçevir şəhərində yaşadığını bilmişdir. Mehmanə ilə sevgi münasibətləri yaşamış, söhbət zamanı o, Mehmanəyə tanışının çörək sexi olduğunu, oraya işçi axtardığını, əgər elə biri varsa xəbər etməsini demiş, Mehmanə öz bacısının nömrəsini ona vermiş, o, öz istifadəsində olan nömrədən həmin nömrə ilə əlaqə saxlamış, həmin şəxsin Zərərçəkmiş şəxs1 olmasını bilmiş və onunla arabir zəng edib danışmağa başlamışdır. Mehparə Bərdə rayonu Şorəlli kəndində yaşamış, o, bir neçə dəfə Mehparənin yaşadığı evə də getmiş və orada onun ailə üzvləri ilə birgə oturub çörək yemiş, beləcə, Mehparənin ona etibarı yaranmışdır. Söhbətlərin birində Mehparə ona maddi vəziyyətinin yaxşı olmadığını, başqa şəxslərin xəstəliklə təqaüdə çıxmasını eşitdiyini, onun da təqaüd almaq istədiyini demiş, bu zaman o, Mehparəyə əgər istəyirsə, təqaüd düzəltdirə biləcəyini, bu işlə məşğul olan tanışları olduğunu, lakin, təqaüd düzəltmək üçün pul lazım olduğunu demişdir. Mehparə ondan nə qədər pul lazım olmasını soruşduqda o, Mehparəyə 1500 manat verməli olduğunu bildirmiş, Mehparə isə ona həmin pulu bütöv verməyə imkanı olmadığını, hissə-hissə verəcəyini demiş, o, Mehparə ilə razılaşmış və Mehparəyə lazımi sənədləri toplamağa başlamasını demişdir. Mehparədən şəxsiyyət vəsiqəsinin şəklini və yaşayış yerindən arayış alıb arayışın şəklini onun telefonuna göndərməsini demiş, Mehparə sənədləri əldə etdikdən sonra birinci dəfə 09 iyul 2020-ci il tarixdə ona zəng edib pulun hazır olduğunu demişdir. Sonra tanışı Ramil adlı taksi sürücüsünə zəng edib Mehparənin yaşadığı ünvanı başa salmış və həmin yerə gedib pulu götürüb ona gətirməsini demiş, lakin, o, Ramilə pulun nə üçün və kimdən aldığını, ümumiyyətlə, məsələ ilə bağlı heç nə deməmişdir. Ramil həmin gün gedib 500 manat pulu Mehparədən götürmüş və onun yaşadığı Bərdə rayonu Hüseynbəyli kəndinə gələrək ona vermiş, o, pulu aldıqdan sonra Mehparəyə zəng edib qalanın da qısa müddət ərzində düzəldib hazır etməsini bildirmişdir. Təxminən 4 gün sonra o, yenidən Mehparəyə zəng edib pulu hazırlamasını demiş və eyni qaydada Ramili Mehparənin ünvanına göndərmiş, Ramil yenidən Mehparədən 700 manat pulu almış və Bərdə rayonu Hüseynbəyli kəndinə gətirib ona vermiş, o, pulu aldıqdan sonra Mehparəyə zəng edib narahat olmamalarını, təqaüdün düzələcəyini, qalan 300 manat pulu da düzəltmələrini bildirmişdir. Təxminən 2 gün sonra o, yenidən Ramili Bərdə rayonu Şorəlli kəndinə göndərib Mehparədən 300 manat pul almış və Ramil pulu onun yaşadığı evə gətirib ona vermişdir. Sonra Mehparə təqaüdün düzəlmədiyini görüb onun barəsində Bərdə RPŞ-yə şikayət etmişdir. Bundan başqa X3 2019-cu ilin oktyabr aylarından etibarən tanımış, belə ki, həmin ayda dəqiq xatırlamadığı bir gündə sonradan Günayin əvvəllər istifadə etdiyi mobil nömrə olduğunu bildiyi 050 *** ** ** saylı nömrədən onun istifadəsində olan 050 354 22 60 saylı mobil nömrəyə zəng gəlmiş, o, telefona cavab verdikdə Günay ona səhvən zəng etdiyini demiş və telefonu söndürmüş, bundan sonra Günay yenidən onun nömrəsinə bir neçə dəfə zəng etmiş və beləcə aralarında münasibət yaranmağa başlamış, o, Günayı tanıdığı vaxtdan 1 ay ərzində heç görüşməmiş, yalnız mobil telefon vasitəsilə danışmış və mesajlaşmış, bu dövr ərzində onun Günayı tanımağı üçün Günay ona öz şəkillərini də göndərmişdir. Günay ona Bərdə rayonu Şorəlli kəndində yaşadığını, Bərdə rayonu ərazisində müxtəlif gözəllik salonlarında çalışdığını, evli olub boşandığını, anası və 5 yaşlı oğlu ilə birlikdə qaldığını demişdir. Birinci dəfə Günayla təxminən 2019-cu ilin sonlarında dəqiq yadında qalamayan gündə görüşmüş, belə ki, həmin gündən 1 gün əvvəl söhbət zamanı Günay ona saat 10 radələrində evdə heç kimin olmayacığını deyib onu evinə dəvət etmiş, çünki, həmin saatlarda Günayın anası Rahilə işə, oğlu Dəniz isə məktəbə getmiş, o, Günayla razılaşıb Bərdəyə gəlmiş və dediyi qayda üzrə növbəti gün saat 10 radələrində Günayın yaşadığı evə gəlmiş, həmin vaxt Günay qeyd etdiyi kimi evdə heç kim olmamış, o, Günayla öz razılığı ilə həmin gün ilk dəfə cinsi əlaqədə olmuş, əlaqədə olduqdan sonra qayıdıb Bakı şəhərinə getmişdir. Bakıda olduğu müddət ərzində də o, Günayla mobil telefon vasitəsilə əlaqə saxlamağa davam etmiş, Günay həmin dövr ərzində ona bir neçə dəfə “Whatsapp” mesajlaşma mobil tətbiqi vasitəsilə özünün lüt formada şəkillərini göndərməklə onu yenidən görüşmək üçün həvəsə gətirməyə çalışmış, o, ona görə də, təxminən 10 gündən bir Bərdəyə gələn zaman adəti üzrə saat 10-11 radələrində Günayın evində heç kim olmayan vaxtlarda Günayın evinə gəlib onunla cinsi əlaqədə olmuş, hətta, görüşlərin birində cinsi əlaqədə olduqları vaxt Günay özü kamera vasitəsilə görüntüyə çəkmiş və həmin videonu Günay ona da göndərmiş, Günayla tanış olduğu vaxtdan bü gunə qədər təxminən 10 dəfə ayrı-ayrı vaxtlarda o, Günayla cinsi əlaqədə olmuşdur. Hər dəfə əlaqələri Günayın yaşadığı evdə heç kim olmayan vaxtlarda olmuş, Günaya yalandan maddi imkanının çox güclü olduğunu, Günay üçün Bakı şəhərindən Qara Qarayev metrosunun yaxınlığından ev aldığını, evi Günay üçün aldığını və adına rəsmiləşdirmək istədiyini demiş, ona görə də, Günay ona inanmışdır. Söhbətlərin birində Günaya guya Bakıdakı evin təmiri üçün pul lazım olduğunu, ona borc pul verməsini, onun sonra həmin pulu Günaya qaytaracağını demiş, o, bu adla Günaydan dəqiq yadında qalmayan vaxtlarda bir dəfə 300 manat, bir dəfə 200 manat, bir dəfə 50 manat olmaqla ümumilikdə 550 manat borc pul almış, o, əvvəllər də, Günaydan bir neçə dəfə də borc pul almışdır. Sonra Günay ondan ayrılmaq qərarına gəlmiş, o, Günayın ondan ayrılmaq isdəyini görüb Günayın ayrılmağının qarşısını almağa çalışmış, Günayın qərarında qəti olduğunu, ayrılmaqda israr etdiyimi gördüyündən o, Günaydan 1000 manat pul tələb etmiş, Günay pulu verməkdən imtina edən zaman o, Günaya əgər istədiyi pulu verməzsə, şəkillərini və danışıqlarının səs-yazılarını Günayın qardaşına, anasına, ümumiyyətlə tanımadığı şəxslərə yaymaqla Günayı rüsvay edəcəyini demişdir. Günaya 22 avqust 2020-ci il tarixdə və 23 avqust 2020-ci il tarixdə yaşadığı evdə olan zaman mesajlar yazaraq tələb etdiyi pulu verməsini, qaytarmayacağı təqdirdə şəkillərini və videosunu başqa şəxslərə, eləcə də, onun ailə üzvlərinə göstərəcəyini demişdir. Sonradan Günayın onun barəsində Bərdə rayon Prokurorluğuna şikayət etdiyini eşitmişdir. Mehparəni guya ona xəstəliklə əlaqədar təqaüd düzəldəcəyim adı ilə aldatdığını, onun Mehparədən ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 1500 manat pul aldığını, Mehparəyə vəd verən zaman da təqaüd düzəldə bilməyəcəyini bildiyini, onun məqsədinin Mehparənin pulunu ələ keçirmək olduğunu, onun təqaüd düzəldə biləcək tanışı olmadığını, Günaya hədə-qorxu gələrək əgər ona 1000 manat verməzsə, rüsvay edib şəkillərini hamıya yayacağını dediyini, Günayın özünün ona şəkillərini “Whatsapp” sosial mesajlaşma proqramı vasitəsilə göndərdiyini, onun həmin şəkilləri öz telefonunda saxladığını, Günayın ondan ayrılan zaman özünə aid olan şəkilləri silməyini istədiyini, onun Günayın şəkillərinin onda qalmasından narahat olduğunu başa düşüb Günayı şantaj etməyə başladığını, onun həmin şəkilləri Günaydan başqa heç kimə göstərmədiyini, Günayın ondan şikayət etdiyini eşitdikdən sonra həmin şəkilləri telefonundan sildiyini bildirmişdir. Bütün bunlara baxmayaraq tutduğu əməldən səmimi peşman olduğunu, dəymiş zərəri ödədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Bərdə rayonu Şorəlli kəndində yaşayır. Təqsirləndirilən şəxs 2020-ci ilin əvvəllərində qonşuları Mehparə vasitəsilə tanımış, Mehparə onun yaşadığı ünvana gələrək bacısına onun telefonu vasitəsilə şəkil atacağını bildirmişdir. O da, etiraz etməyərək telefonunu ona vermişdir. O, həmin zaman özünə məxsus şəkilləri güya bacısına atmışdır. Sonra həmin şəkilləri atdığı mobil nömrənin bacısına məxsus olmadığını bilmişdir. Həmin nömrədən ona zəng gəldikdə Coşqun adlı şəxs olduğunu bilmişdir. Mehparə Coşquna “whatsapp” vasitəsilə şəkilləri atarkən onun profilində öz şəkili olduğundan Coşqun onu çox bəyəndiyini, onunla tanış olmaq istədiyini bildirmişdir. Coşqun ona hər gün zəng edərək ondan çox xoşu gəldiyini, onunla evlənmək istədiyini bildirmişdir. Coşqunun sözlərinə inanıb bir şans vermək istəmişdir. Bundan sonra o, Coşqunla danışmağa başlamışdır. Coşqun ona maddi imkanının çox olduğunu, Bərdə şəhərinin bir neçə yerində obyektləri olduğunu, atasının varlı adam olduğunu bildirmişdir. Coşquna pula ehtiyacının olmadığını, özünü əsas yaxşı aparmasını bildirmişdir. Coşqun onu sevdiyini, pulu çox olduğu üçün ona hər şey edəcəyini demişdir. Coşqun ona subay olduğunu, həyat yoldaşının rəhmətə getdiyini, yenidən evlənmək istədiyini bildirmişdir. O, Coşqunun bu sözlərinə inandıqdan sonra onu yaşadığı ünvana çağırmışdır. O, Coşqunla yaşadığı ünvanda könüllü olaraq cinsi əlaqədə olmuşdur. Bundan sonra, Coşqun ona atasını və anasını elçi göndərəciyini bildirmişdir. O, zaman keçdikcə Coşqunun düzgün birisi olmadığını anlamağa başlamışdır. Bir neçə dəfə onun yalanlarını tutmuşdur. O, Coşquna zəng edərək onu narahat etməməsini, onunla münasibətinin davam etməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Coşqun həmin zaman ona Bakı şəhərində Qara Qarayev metrosunun yanında 60.000 manata ev aldığını, həmin evi təmir etdirdiyini, ayrılacağı təqdirdə həmin evi qaytaracağını, qaytaran zaman isə 10.000 manat ziyana düşəcəyini demişdir. Həmin pulu ayrılacağı təqdirdə ondan tələb edəcəyini bildirmişdir. O, Coşquna ev almaq barədə bir söz demədiyini bildirmişdir. Bir müddət keçdikdən sonra Coşqun ona yenidən zəng edərək evi qaytara biləcəyini, lakin təmir üçün 1000 manat pul xərclədiyini və həmin pulu verməli olduğunu demişdir. O, Coşquna heç bir məbləğdə pul vermədiyi üçün onu şantaj etməyə başlamışdır. Bundan sonra, Coşqun onunla cinsi əlaqədə olan zaman telefon vasitəsilə videoçəkiliş etdiyini, çılpaq şəkillərinin onun telefonunda olduğunu, pulu ona verməsə videonu və şəkilləri yayacağını, onu rüsvay edəcəyini, həmçinin onun qardaşı Talehə göndərəcəyini deməyə başlamışdır. Sonra yenidən zəng edərək videoçəkilişi və çılpaq şəkillərini internet portalında yayacağı ilə hədələməkdə davam etmişdir. X4 heç bir şikayət və tələbinin olmadığını bidirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Bərdə rayonu Şorəlli kəndində ailəsi ilə birlikdə yaşayır. X7 2019-cu ilin qış aylarında təxmini olaraq telefon vasitəsilə tanımışdır. O, həmin vaxtlar iş axtarmışdır. O, telefon vasitəsilə Coşqunla danışan zaman ona iş tapa biləcəyini, onun Bakı şəhərində çörək bişirilən sexi olduğunu, onu həmin yerdə işlə təmin edə biləcəyini demişdir. Bundan sonra o, Coşqundan həmin işlə təmin etməsini xahiş etmişdir. Lakin o, sonradan Coşquna çörək sexində işləməyin çətin olacağını, həmin işdə işləmək istəmədiyini, onun xəstəliyi olduğunu, özünə təqaüd düzəltmək istədiyini bildirmişdir. Coşqun ona tanış adamlarının çox olduğunu, ona təqaüd düzəldə biləcəyini demişdir. O da, evdə olarkən həyat yoldaşı Azərə Coşqunun ona təqaüd düzəldə biləcəyini bildirmişdir. Azər ona təqaüdün alınacağı təqdirdə dolanışıqlarının yaxşılacağını demişdir. O, Coşqundan təqaüd düzəltməsini xahiş etmişdir. Coşqun ona təqaüd düzəltmək üçün pul lazım olacağını bildirmiş, 500 manat pul lazım olduğunu, təcili həmin pulu ona çatdırmağını demişdir. O, yoldaşı Azərlə birlikdə həmin 500 manat pulu düzəltmişdir. O, Coşqunla telefonla danşaraq həmin pulun hazır olduğunu demişdir. Coşqun ona telefonda Bərdə rayonu, Şorəlli kəndinin girişində yerləşən aptekin qarşısına taksi göndərəcəyini demişdir. 2020-ci ilin iyul ayında o, yoldaşı Azərlə birlikdə saat 17 radələrində həmin yerə getmişdir. O, həmin pulu **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü özünü onlara Ramin kimi təqdim edən şəxsə vermişdir O, narahat olmamağını, Coşqun onun dayısı oğlu olduğunu, təqaüdü tezliklə düzəldəcəyini demişdir. Daha sonra Coşqun ona yenidən zəng edərək təqaüdün düzəlməsi üçün 700 manat pul lazım olduğunu bildirmişdir. Coşquna yoldaşı Azərlə birlikdə 700 manat pulu yenidən Ramin adlı şəxs vasitəsilə göndərmişdir. Bir qədər sonra Coşqunla telefon vasitəsilə danışdıqda ona təqaüd düzəltdirdiyi üçün xərcinin çox çıxdığını yenidən 300 manat pul lazım olduğunu demişdir. O, yoldaşı Azərlə birlikdə həmin yerdə Ramin adlı şəxsə yenidən 300 manat pul vermişdir. Bir müddət sonra o, Coşqunla danışdıqda təqaüdün düzəlməsi nə üçün bu qədər gecikdiyini bildirmişdir. Coşqun ona narahat olmamağını, sənədləşmə işinin getdiyini, tezliklə alınacağını bildirmişdir. Coşqunun onu aldatdığından şübhələnib yoldaşı Azərlə birlikdə onu yaşadıqları ünvana dəvət etmişdir. Çünki onlar Coşqunu görməmişdir. Onlar ancaq Coşqunla telefon vasitəsilə danışmışdır. Coşqun Raminlə birlikdə bir qədər sonra onların yaşadıqları ünvana gəlmişdir. Coşqun yaşadıqları ünvanda oturaraq çay içmiş, daha sonra onlara yalan vəd verərək tezliklə təqaüdün düzələcəyini demişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Coşqun ona təqaüd düzəltməmişdir. Sonra Coşqunun onun etibarından sui-istifadə edərək 1500 manat pulunu ələ keçirməsi barədə Bərdə RPŞnə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona dəymiş ziyanın ödənildiyini, X4 heç bir şikayət və tələbinin olmadığını bidirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə rayonu Şorəli kəndində ailəsi ilə birlikdə yaşayır. Qasımov Coşqun Naiq oğlunu 2019-cu ilin qış aylarında yoldaşı Mehparə vasitəsi ilə tanıyıb. Mehparə telefon vasitəsi ilə Coşqunla danışan zaman yoldaşına iş tapa biləcəyini, onun Bakı şəhərində çörək bişirilən sexi olduğunu, Mehbarəni həmin yerdə işlə təmin edə biləcəyini bildirmişdir. Bundan sonra Mehparə ondan həmin işlə təmin etməsini xahiş etmişdir. Lakin sonradan yoldaşı Coşquna çörək sexində işləməyin çətin olacağını, həmin işdə işləmək istəmədiyini, onun xəstəliyi olduğunu, özünə təqaüd düzəltmək istədiyini bildirmişdir. Coşqun ona tanış adamlarının çox olduğunu, Mehparəyə təqaüd düzəldə biləcəyini demişdir. O, Mehparəyə təqaüdün alınacağı təqdirdə dolanışıqlarının yaxşılaşacağını demişdir. Mehparə Coşqundan təqaüd düzəltməsini xahiş etmişdir. Coşqun onun həyat yoldaşına təqaüd düzəltmək üçün pul lazım olacağını bildirmişdir. O Mehparəyə təqaüd üçün 500 manat pul lazım olduğunu, təcili həmin pulu ona catdırmaqlarını demişdir. O, Mehparə ilə birlikdə həmin 500 manat pulu düzəltmişdir. Mehparə Coşqunla telefonla danışaraq həmin pulun hazır olduğunu demişdir. O, Mehparəyə telefonda Bərdə rayonu, Şorəlli kəndinin girişində yerləşən aptekin qarşısına taksi göndərəcəyini bildirmişdir. 2020-ci ilin iyul ayında o, Mehparə ilə birlikdə saat 17 radələrində həmin yerə getmişlər. Mehparə həmin pulu **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü özünü onlara Ramin kimi təqdim edən şəxsə vermişlər. X13 zəng edərək təqaüdün düzəlməsi üçün 700 manat pul lazım olduğunu bildirmişdir. Mehparə 700 manat pulu yenidən Ramin adlı şəxs vasitəsi ilə Coşquna göndərmişdir. Bir qədər sonra yoldaşı Coşqunla telefon vasitəsi ilə danışdıqda təqaüd düzəltdirdiyi üçün xərcinin çox çıxdığını, yenidən 300 manat pul lazım olduğunu demişdir. O, yoldaşı Mehparəylə həmin yerdə Ramin adlı şəxsə yenidən 300 manat pul vermişlər. Bir müddət sonra Mehparə Coşqunla danışdıqda təqaüdün düzəlməsinin nə üçün bu qədər gecikməsini soruşmuşdur. O, onun yoldaşına narahat olmamağı, sənədləşmə işinin getdiyini, tezliklə alınacağını bildirmişdir.Coşqunun onları aldatdığından şübhələnib onu yaşadıqları ünvana dəvət etmişlər.Çünki onlar onun kmliyini görməmişlər. Onlar ancaq onunla telefon vasitəsi ilə danışmışlar. Coşqun Raminlə birlikdə onların yaşadığı ünvana gəlmişdir. O, yaşadıqları ünvanda oturaraq çay içmişdir. Sonra onlara yalan vəd verərək tezliklə təqaüdün düzələcəyini demişdir. Lakin uzun müddət keşməsinə baxmayaraq o, onun yoldaşına təqaüd düzəltməmişdir. Bundan sonra Coşqunun Mehparənin etibarından sui-istifadə edərək 1500 manat pulunu ələ keçirməsi barədə Bədə RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonradan Coşqun həmin pulu onlara qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bərdə şəhəri H.Əliyev prospekti ev 39-da ailəsi ilə birlikdə yaşayır. Bərdə şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs 2020-ci ilin yay aylarında avtomobilinə müştəri kimi əyləşən zaman tanımışdır. Coşqun 2020-ci ilin iyul ayında ona zəng edərək Bərdə rayonu Şorəlli kəndində tanışında onun 500 manat pulu olduğunu, gedib götürmək lazım olduğunu bildirmişdir. O da, ona etiraz etməyərək həmin pulu götürə biləcəyini demişdir. O, özünə məxsus “Hyundai Elantra” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə rayonu Şorəlli kəndinin girəcəyindəki aptekin qarşısına getmişdir. Həmin yerdə gözlədikdə tanımadığı bir nəfər xanım və bir nəfər oğlan avtomobilinə yaxınlaşaraq 500 manat pulu Coşquna çatdırmağını demişdir. O, həmin pulu onlardan sayıb təhvil aldıqdan sonra Coşquna zəng edərək harada olduğunu soruşmuş, Coşqun ona həmin pulu Bərdə rayonu Hüseynbəyli kəndinə gətirməyini bildirmişdir. O, həmin pulu aparıb Coşquna vermişdir. Bir neçə gün sonra Coşqun yenidən ona zəng edərək həmin yerdən və həmin şəxslərdən 700 manat pul götürəcəyini demişdir. O, yenidən həmin ünvana gedərək 700 manat pulu götürüb Coşquna vermişdir. Sonuncu dəfə o, həmin şəxslərdən 300 manat pul alaraq Coşquna vermişdir. Onun həmin pulu Coşqun onlardan nə üçün aldığından xəbəri olmamışdır. Sadəcə olaraq Coşqun həmin pulu gedib götürdüyünə görə ona taksi pulu vermişdir. “Telefona baxış keçirilməsi haqqında” 15.09.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 22 avqust 2020-ci il tarixdə saat 21:36-da və 23 avqust 2020-ci il tarixdə saat 00:03-də Təqsirləndirilən şəxs istifadəsində olan “*** *** ** **” saylı mobil nömrədən Zərərçəkmiş şəxs2 istifadəsində olan “*** *** ** **” saylı mobil nömrəyə mesaj gəlmişdir. Mesajların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 hədə-qorxu gələrək tələb etdiyi 1000 manat pulu ona vermədiyi təqdirdə, onu qohumlarının və digər şəxslərin yanında rüsvay edəcəyini bildirmişdir. “Üzləşdirmə haqqında” 18.09.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona hədə-qorxu gələrək 1000 manat pul tələb etdiyini, verməyəcyi təqdirdə onun intim şəkillərini yayaraq rüsvay edəcəyi ilə hədələdiyini Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dediklərini təsdiq etmişdir. “Üzləşdirmə haqqında” 20.11.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu xəstəliyi ilə əlaqədar olaraq təqaüd almasında köməklik göstərəcəyi adı ilə aldadaraq 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dediklərini təsdiq etmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 17.09.2020-cİ il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 19.09.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Bərdə Rayon Mərkəzi Xəstəxanasının 13.11.2020-ci il tarixli 1/139 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs şəhər poliklinikanın ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. Bərdə rayon Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17.11.2020-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Hüseynbəyli kəndində həyat yoldaşı X2, övladları 12.12.2016-cı il təvəllüdlü X8 və 20.04.2018-ci il təvəllüdlü X9 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 182.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslərlə barışmasını, zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı madəsinin tələbi nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 17 sentyabr 2020-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-107/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-107/2021
08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver