Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-107/2022 30.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Atatürk prospekti, ev 76-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 31 mart 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, M.Sultanov küçəsində yerləşən, “Sərçə bazarı” kimi tanınan ərazidəki ət kəsimi məntəqəsinin yaxınlığında tanışı Şahid ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şahid onu binanın arxasına aparmış, bu zaman sonuncunun tanışları Zərərçəkmiş şəxs, Ayxan adlı şəxs və şəxsiyyətləri istintaq zamanı müəyyən edilməmiş digər 5 nəfər şəxs də həmin yerə gəlmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs və Şahid əlləri ilə Təqsirləndirilən şəxs vurub sol qulaq seyvanının ön səthinin, sol gicgah, sol bazu nahiylərinin qançırları, sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, onların əhatəsindən çıxıb qaçmaq istəyərkən, Zərərçəkmiş şəxs, Şahid, Ayxan adlı şəxs və orada olan digər şəxslərlə birlikdə onu təkrarən vurmaq məqsədi ilə üzərinə gəlməkdə davam etdikləri üçün o, özünü müdafiə etmək məqsədi ilə üzərində olan bıçaqla zəruri müdafiə həddini aşaraq qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan nahiyəsinə bir dəfə zərbə vuraraq döş qəfəsinin sol yan səthinin bir ədəd daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2021-ci ilin mart ayında, dəqiq gününü xatırlamadığı vaxtda günlərin birində Kəpəz stadionu tərəfdə yaşayan “Bobuş” ləqəbli, Fazil adı ilə tanıdığı şəxs onun istifadəsində olan ***-******* saylı mobil telefon nömrəsinə özünün hal-hazırda xatırlamadığı nömrəsindən zəng edərək salamlaşıb iki gün qabaq birlikdə tonqalın ətrafında oturarkən özünün “mən Ayxanla pervi-vstreçiyəm (qabaqqabağayam), onu harada görsəm vuracam” sözlərini deyib-demədiyini ondan soruşmuş, həmin gündən iki gün qabaq axrıncı çərşənbə olduğundan axşam saatlarında, saat təxminən 22 radələrində onlar, yəni, o, Ayxan, Atin və Murad adı ilə tanıdığı şəxslər çərşənbə axşamı münasibəti ilə yandırılmış tonqal ərtafında oturmuşlar. Orada olan söhbət zamanı o, Ayxanla Fazilin arasında hansısa mübahisə olduğunu və Ayxan Fazilin yanlarına gəlməsini istəmədiyini eşitmiş, bir qədərdən sonra isə Fazil yanlarına gəldiyindən Ayxan heç bir söz demədən oradan çıxıb getmiş, həmin günü isə onlar orada təxminən saat 24 radələrinə qədər olduqdan sonra dağlışıb evlərinə getmişlər və Fazilin Ayxanla bağlı söhbət etməsini o, eşitməmiş, buna görə də, o, Fazilə heç bir söz eşitmədiyini demişdir. Bundan təxminən iki gün sonra Fazil yenidən öz nömrəsindən ona zəng edərək ona “bilirəm sən belə bir söz işlətmərsən, hər bir halda maraqlanıram ki, sən Ayxana onunla qarşılaşaramsa onu vuracağımı demisənmi? ” sualını vermiş, o isə cavabında o, Ayxana bu barədə heç bir söz demədiyini və eşitmədiyini demiş, həmçinin Ayxanla görüşüb bu barədə söhbət edəcəyini demiş, lakin Fazil ona Ayxanla tək görüşməməsini, birlikdə görüşməyini demişdir. 31 mart 2021-ci il tarixdə, saat təxminən 16 radələrində o, dostu Cavid adlı şəxslə Dəmir yolu vağzalında dayanmış, həmin vaxt Fazil ona öz istifadəsində olan nömrədən vızıv vermiş, onun nömrəsinin balansında pul olmadığından o, digər dostu Nicatın istifadəsində olan ***-******* saylı mobil telefon nömrəsinə viziv vermiş və Nicat ona zəng etdikdə Fazilə zəng edib onunla konfrans etməsini Fazillə danışa bilməsi üçün xahiş etmiş, Nicat Fazilə zəng edərək onunla konfrans etdikdən sonra Fazildən nə baş verdiyini soruşmuş, Fazil isə ona Ayxanın onun yaşadığı evin yanındakı çayxananın və zibilliyin yanına gəldiyini bildirib onun da ora gəlməsini istəmişdir. O, oradan yaşadığı evin yaxınlığındakı zibilliyin yanın gəlmiş, Cavid də onun arxasınca gəlmişdir. O, zibilliyin yanına çatıb orada 10 dəqiqə gözlədikdən sonra ora heç kimin gəlmədiyini görüb yenidən Nicatın vasitəsi ilə Fazillə konfrans edib və Fazillə danışmışdır. Həmin vaxt isə Nicatın harada olduğunu bilməmiş, Fazillə danışarkən isə zibilliyin yanında olduğunu bildirib gəlib-gəlmədiyini soruşmuş, Fazil isə gələcəyini bildirmiş, sonra o, demədiyi sözü onun boynuna qoyduqları üçün, həmçinin onu ora çağırıb özü isə gəlmədiyi üçün acıqlanıb əsəbi formada Fazildən yenidən gəlib-gəlmədiyini soruşmuş, Fazil isə nə üçün o cür danışdığını soruşmuş, o isə “mən danışmalıyam da belə, olmayan şeyi boynuma atırsız” sözlərini demiş, Fazil isə ona “düz-əməlli danış, gəlib sənin g..t..nü dağıdaram” sözlərini demiş, o, isə “sən qələt edirsən, sən kimsən ki?” sözlərini demişdir. Fazil isə gözlə gəlirəm deyib telefonu söndürmüş, xatırladığı qədər bundan təxminən 2 dəqiqə sonra Fazil ona vızıv vermiş o, yenə Nicatın vasitəsi ilə konfrans etmiş, Fazil həmin vaxtı onu Kəpəz stadionunun yanına çağırmış, o, stadiona tərəf getməyə başlamış, Cavid isə arxasınca gəlmiş, Kəpəz stadionunun yanında Fazillə qarşılaşmış, həmin vaxt Fazilin yanında tanımadığı bir nəfər şəxs olmuşdur. Fazil onun qoluna girərək stadionun heç kim olmayan tərəfinə aparmış, həmin yerə çatana yaxın isə Fazilin yanında gələn tanımadığı şəxs Fazili ondan aralayıb uşaq olub-olmadığını və özündən balaca ilə dalaşacağını soruşmuş, Fazil isə həmin şəxsə qulaq asmamış və setkanın üstündən stadiona tərəf keçmiş, o da Fazilin yanına getmək istəyərkən həmin şəxs onun qolundan tutub saxlamış və “mən səndən böyüyəm, hörmətsizlik etmə, ona baş qoşma, onun başı onunsuz da yerində deyil” sözlərini demiş, o isə həmin şəxsin sözünə qulaq asaraq Fazilin yanına getməmişdir. Həmin şəxs də onun qoluna girib onunla söhbət edə-edə stadiondan aralanmağa başlamış, bu dəfə Fazil qaçaraq gəlib onlara çatmış və onlarla birlikdə söhbət edə-edə küçə ilə getməyə başlamış, yolda isə ona “sən o qədər qudurmusan ki, o cür danışırsan” sözlərini demişdir. O isə “necə lazımdır elə danışıram” cavabını vermiş, həmin vaxt Cavidə zəng gəlmiş və onlardan aralanmışdır. Cavidə hərbi komisarlıqdan zəng gəlmiş və hal-hazırda hərbi xidmətdədir. Onlar isə üçü yollarına davam etmişlər. Yolda olanda da, Fazil yenə onunla mübahisə etmiş, Fazilin yanında gələn şəxs kök olduğundan və gedə bilmədiyindən Fazil ona “gəl tez-tez gedək və bunu azdıraq” demiş, o da Fazillə birlikdə tez-tez getməyə başlamış, həmin vaxt Fazil onun qoluna girmiş və onu özü ilə çəkmişdir. Onlar ikisi tez-tez gedib oradan zibilliyinin yanındakı çayçının qarşısına çatmış, Fazil çayçıya girib oradan Ayxanı çağırmış, həmin vaxt çayçıda Cavidi görmüş, Cavid ondan nə əcəb orada olmağını dedikdə o, heç nə olmadığını işi olduğunu demiş, bundan sonra Fazil, Ayxan o və bir neçə nəfər tanımadığı şəxs isə onun arxasınca ara küçəyə orada söhbət etmək və məsələyə aydınlıq gətirmək üçün girmiş, çünki, prospektə adamlar olmuş, çayçıdan təxminən 150-200 metr aralıda, ara küçədə dayanıb Ayxandan Fazil barədə nəsə deyib-demədiyimi soruşmuş, Ayxan isə heç bir söz demədiyi, lakin orada olduğunu bildirmişdir. O isə orada olsa da, o cür söz eşitmədiyini demişdir. Həmin vaxt Ayxanın tanımadığı dostu “sən uşaqsan bizimlə nə söhbət edəcəksən?” sözlərini demiş, Fazil isə “mən heç nə demirəm deyə bu uşaqlar sakit dururlar” sözlərini demiş, o isə “nə vaxtdan çoxluq haqqa dəlil olub”demişdir. Həmin vaxt qonşular çıxdığı üçün Fazil onun qoluna girib bir qədər də kənara çəkmiş, o, orada artıq sakit formada Fazilə o cür sözlər demədiyini bildirmişdir. Yanlarında olan digər şəxslər isə gəlib onu «kruqa» almışlar. Həmin vaxt Cavid onun yanına gəlib heç bir söz demədən yumuruqla onun sol qulağından vurmuşdur. O, da əli ilə Cavidi vurmuş və onların əlində çıxıb arxaya tərəf qaçmaq istəyərkən, Fazil də yumuruqla onun üzündən vurmuş, bu zaman Cavid, Fazil, Ayxan və ordakı şəxslər onun üzərinə hücum edərək əl və ayaqları ilə onu vurmağa başlamış, o, arxa-arxaya gedib özünü müdafiə etmək üçün cibində olan açılıb-qatlanan bıçağı çıxarıb həmin şəxslər tərəfindən döyüləməməsi üçün ona hücum edən şəxslərdən ən yaxında olan Cavidin sol qolundan vurmuşdur. Həmin vaxt Cavid qolunu tutmuş və ya Cavid, ya da ki, Fazil təpiklə onun sol qolundan vurmuşdur. Həmin vaxt yanlarına qonşuluqda yaşayan Elşən adlı şəxs gəlmiş, Elşənin əlində çubuq olmuş, bu vaxt Ayxan belindən bıçaq çıxararaq onun üstünə gəlmiş, Elşən isə çubuqla Ayxanın qarşısını kəsərək onların üstünə gəlməsinə imkan verməmişdir. Həmnin vaxt onun «kruqdan» çıxmağına şərait yaranmış və onların əlindən çıxıb evlərinə getmişdir. Fazilin, Cavidin və Ayxanın yanındakı şəxsləri tamamış, həmin şəxslərin onu əhatəyə almasına və üzərinə hücum etdikləri üçün Fazilgilin tanışları olduğunu başa düşmüşdür. Evlərinin yanında isə kanalizasiya quyusu olmuş, o, bıçağı həmin quyuya atmış və evlərinə girmişdir. Sonra isə polislər onların evə gələrək onu polis idarəsinə aparmışlar. O, özünü müdafiə etmək məqsədi ilə Cavidi vurmuşdur. Hadisə zamanıı Elşən yanlarına gələrək Cavidi, Fazili, Ayxanı və dostlarının qarşısını kəsmişlər. Əgər Elşən yanlarına gəlməsə hadisə davam edəcəkdir və üzərinə gələn həmin şəxslər onu yenə də döyəcəkdilər. Hadisə zaman Cavid sonra da Fazil yumruqla onun sifətinə vurub xəsarət yetirmişdir. Hadisədən sonra Cavidlə barışmış, bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 31 mart 2021-ci il tarixdə saat təxminən 17 radələrində o, yaşadığı evin yaxınlığında çayçıda bir qədər oturub çölə çıxdıqda Muradın, Fazilin, Ayxanın və digər şəxslərin Sərçə bazarı istiqamətində ara küçəyə döndüklərini görmüş, o, nə baş verməsini öyrənmək üçün yanlarına getmiş, o, Muradın, Fazilin, Ayxanın və digər şəxslərin yanına çatdıqda Murad Fazil və Ayxan arasında anlaşılmazlıq olduğunu və həmin məsələni aydınlaşdırmağa çalışdıqlarını bilmiş, bu zaman Fazil ətrafda çox adam olduğunu görüb Muradla heç kimin arxası ilə gəlməməsini tapşırıb Muradla ikisi bir qədər də, ara küçə ilə gedib tikilinin yanında sakit yerə keçmiş, o, Muradla Fazilin dava edəcəyindən ehtiyat edərək tək buraxmamaq üçün digər şəxslərlə birgə Fazillə Muradın yanına getmiş, onların yanına gəldikdən sonra Muradla Fazilə məsələni böyütməmələrini bildirmiş, həmçinin Murad da, “əgər sənlik bir şey yoxdursa çıx get” demiş, bu zaman Murad ona “sən kimsən niyə məsələyə qarşırsan” deyə cavab vermişdir. Muradın bu sözündən əsəbləşərək əli ilə onun sifətindən vurmuş, bu zaman Murad da əli ilə onu vurmuş, Fazil dərhal Muradı sol yumruğu ilə üzünün sol tərəfinə zərbə endirmiş, bu zaman Murad geri qaçmış, onlar Muradın üzərinə getmiş, bir-birilərini vuracağından ehtiyat edərək o da onların üzərinə getmiş, bu zaman Murad onun sol qolunun alt hissəsinə zərbə endirmiş, o, aralamaq niyyəti olduğu halda Muradın onu vurması onu hirsləndirmiş və təpik ataraq oradan rədd olub getməsini istəmişdir. Bu zaman ətrafdakı şəxslər ona bıçaq dəydiyini demiş, həmin an o, sol qolunun alt hissəsində istilik hiss etmiş və qanadığını görmüşdür. Bu vaxt kimsə əlində ağaç gələrək onları aralamışdır. Hadisə anidən başlayıb bitdiyi üçün, Muradın əlində bıçaq olmasını bilməmiş, Murad onun sol qolunun alt hissəsinə ani zərbə endirdiyi üçün o, bıçağın girib çıxmasını hiss etməmişdir. Murad kənara çəkildikdən sonra o, yarama baxıb onu bıçaqlamasını anlamışdır. Onun, Fazilin və ordakı tanışlarının üzərində bıçaq və digər silah qismində istifadə edilən əşya olmamışdır. Məqsədi sadəcə aralamaq, sakitləşdirmək olmuşdur. Onu heç kəs hadisə yerinə dəvət etməmiş, o, özü oraya gedərək sakitləşdirmək istəmişdir. Ümumiyyətlə Fazil, Ayxan və Murad arasında olan söhbətdən onun məlumatı olmamışdır. O, Muradı döymək üçün vurmamış, aralamaq istəyərkən əsəbləşib onu yavaş əli ilə vurmuşdur. O, Ayxanın üzərində bıçaq olmasını görməmiş və bu barədə məlumatı olmamışdır. Ayxandan başqa Fazilin yanında olan şəxslərin kim olmasını bilməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmış, ondan hər hansı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq qazancını fəhləlik edərək əldə edir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onunla bir prospektdə yaşayırlar, o, həmin şəxsləri çoxdan tanıyır və aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2021-ci ilin mart ayında Norvuz çərşənbəsi günü tanışı Ayxan xatırlamadığı mobil nömrə ilə ona zəng edərək evlərinin yaxınlığında yanıdırılmış tonaqlın ətrafına onu çağırmış, bundan sonra o, evlərindən bir qədər aralıda Atatürk prosepktində yerləşən tonqalın ətrafına getsə də, orada Ayxanı tapa bilməmiş, bundan sonra o, Ayxana geri zəng edib onu çağırdığı halda özünün orada olmamasını soruşduqda Ayxan ona işi olduğu üçün getdiyini bildirdimişdir. Həmin vaxt tonqalın ətrafında Murad və digər şəxslər də, olmuş, o, tonqal ətrafında bir qədər vaxt keçirdikdən sonra öz evinə qayıtmış, növbəti gün o, Ayxanla görüşüb nə üçün onu tonqal ətrafına çağırıb özünün getməsini bir daha soruşduqda Ayxan Muradın dediyinə görə guya o, Ayxanı harda görsə vuracağını demiş, o isə Ayxana Muradın yalan dediyini onun elə bir söz demədiyini bildirmiş, bundan sonra o, Murada zəng edərək “sən Ayxana onunla qarşılaşaramsa onu vuracağımı demisənmi?” sualını vermiş, Murad isə cavabında Ayxana bu barədə heç bir söz demədiyini demişdir. O isə Murada o zaman üçü bir yerdə görüşüb və bu məsələyə aydınlıq gətirərik demişdir. 31 mart 2021-ci il tarixdə saat təxminən 16 radələrində o, həmin məsələyə aydınlıq gətirmək üçün Muradla görüşmək və Ayxanı da, oraya gətirmək qərarına gəlmiş, bu məqsədlə Muradla görüşmək üçün mobil nömrəsinə vızv atmış, bu zaman Murad digər bir nömrə ilə ona zəng etmiş, o, Muradadan harada olmasını soruşduqda Murad ona Kəpəz stadionunun yanında olduğunu demişdir. Bundan sonra o, hazırlaşaraq yaşadığı evdən çıxaraq Muradan dediyi yer istiqamətində getmiş, yolda Murad əsəbi şəkildə ona zəng edərək niyə gecikdiyini demiş, o isə Murada yolda olduğunu, onunla əsəbi danışmamasını demiş, Fazil isə ona yaxşı edib danışdığını demişdir. Bir qədər sonra o, Muradın olduğu yerə gedərək orada Muradla görüşmüş, Muradla görüşdükdə onunla əsəbi şəkildə danışmış, o, Murada irad tutaraq onunla o cür danışmamasını demiş, Murad isə ona “necə lazımdır elə danışıram” cavabını vermiş, həmin vaxt Muradın yanında Cavid də, olmuş, bu zaman Cavidə zəng gəlmiş və onlardan aralanmış, bundan sonra o, Muradla söhbət edəedə üzü aşağı evi istiqamətində düşmüş, bu zaman o, çayçının yanında Ayxanı görmüş və Ayxanı yanlarına çağırmış, Ayxan onları görüb yanlarına gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs da, onların üçüdə bir yerdə görüb yanlarına gəlmiş, o, Ayxandan Muradın onun vurmağı barədə söz deyib demədiyini soruşduqda Ayxan dediyi sözü təsdiq edərək Muradın elə bir söz dediyini bildirmiş, Murad isə bunu inkar etmişdir. Həmin vaxt onların ətrafında orada olan digər şəxslər də, toplaşmış, o, ətrafında çox adam olduğunu görüb Muradla ikisi söhbət etmək qərarına gəlmiş, bundan sonra ətrafda olan şəxslərə heç kimin onların arxasınca gəlməməsini tapşırıb Muradı bir qədər də, ara küçə ilə gedib tikilinin yanında sakit yerə aparmışdır. O isə orada Murada yenidən irad tutaraq özündən böyüklərlə bilib-bilmədən əsəbi şəkildə danışmamasını, bir daha belə bir hala yol verməməsini bildirmişdir. Bu zaman Ayxan, Cavid və digər şəxslər onların Muradla dalaşacaqlarını zənn edərək onları tək buraxmamaq üçün yanına gəlmişlər. Həmin şəxsləri tanımır, onların Ayxanın tanışı olub-olmamasını bilmir. Yanlarına gəldikdən sonra Cavid hər ikisinə məsələni böyütməməyi bildirmiş, bu zaman Murad Cavidə “sən kimsən niyə məsələyə qarşırsan” deyə cavab verərək anidən Muradı əli ilə vurmuş, bu zaman Murad da Cavidi əli ilə vurmuş və arxaya qaçmağa başlamışdır. Cavidgil də onun dalınca qaçarkən Murad həmin vaxt dərhal əlini sağ belinə atmış o, Muradın belində bıçağı götürdüyünü görüb sol yumruğu ilə üzünün sol tərəfinə zərbə endirmişdir. Bu zaman Murad üzərinə gələn şəxslərdən Cavidin sol qolunun alt hissəsinə bir dəfə zərbə endirmişdir. O, Muradın əlindəki bıçaqla yenidən onları vuracağından ehtiyat edərək yerdən daş götürmüş, oradakı olan şəxslərlə Murad üzərinə gedərkən kimsə əlində ağac gəlmiş, bu zaman Murad qaçaraq oradan kənarlaşmış, həmin vaxt ətrafda olan digər şəxslər də, onları aralamışlar. O, Cavidin yaralandığını görərək Murada qışqıraraq oradan çıxıb getməsini demişdir. Sonra yenidən Cavidin yanına yaxınlaşmış və özünü yaxşı hiss etdiyini demişdir. Bundan sonra Cavid həkimə getmişdir. Muradla kənara aparıb söhbət edərkən Cavid həmin yerə gəlib hər ikisinə irad bildirmişdir. Murad isə Cavidin iradını qəbul etməmiş,Cavid əli ilə Muradın sifətindən itələdikdən sonra Murad da əli ilə Cavidi vurmuşdur. Sonra bıçağı çıxarmış, o, Muradın bıçaq çıxarmasını görüb vurub bıçağı əlindən almaq üçün üzərinə gedib onu əli ilə vurmuş, Murad Cavidin onun üzərinə getməsini və onu yenə də vurmaq istəməsini zənn edərək Cavidi qabaqlayıb bıçaqla vurmuşdur. Onlar əvvəlcə küçədə olarkən ətrafda çox adam olmuş, ona görə də Muradı kənara aparmış və söhbət etmək qərarına gəlmişdir. Onun, Cavidin, Ayxanın və orada olan tanışlarının üzərində bıçaq və digər silah qismində istifadə edilən əşya olmamışdır. Məqsədi sadəcə Muradla söhbət edib anlaşılmazılığı aradan qaldırmaq olmuşdur. O, ilkin olaraq Muradla söhbət edərkən Ayxanı dəvət etmiş, üçü məsələyə aydınlıq gətirmək istəmiş, Cavid və digər şəxslər isə onların söhbət etdiklərini görüb ətraflarına toplaşmışlar. Onun Muradı ümumiyyətlə vurmaq fikri olmamış və bu barədə də, heç kəslə razılaşmamış, Muradın üzərində bıçaq olmasını da, əvvəlcədən bilməmiş, məqsədi sadəcə Muradla söhbət etmək olmuşdur. X4 əli ilə yavaş vurmuş, sonra Murad da Cavidi vurduğu üçün onun üzərinə getmişlər. Bu zaman Murad əlini belindəki bıçağa atdığına görə o da Muradı vurmuşdur. Ayxanın üzərində bıçaq olmasını görməmiş və bu barədə məlumatı olmamışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, M.Sultanov küçəsində yertləşən Sərçə bazarı kimi ərazidəki ət kəsimi məntəqəsinin arxa tərəfindı yerəşir. Hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş, həmçinin Gəncə şəhəri, M.Sultanov küçəsində yerləşən, sakinlər arasında “Sərçə bazarı” kimi tanınan ərazidəki ət kəsimi məntəqəsinin müşahidə kamerasında hadisənin qeydə alınmış görüntüləri 1 ədəd DVD diskə köçürülərək götürülmüşdür. “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisəni törədərkən qabaqcadan heç kimlə əlbir olmamışdır və ya hadisənin törədilməsində heç kim ona köməklik etməmiş, onun hadisədən əvvəl Zərərçəkmiş şəxsla hər hansı bir ədavəti və düşmənçiliyinin olmamışdır. Təqsirləndirilən şəxs baş vermiş digər cinayətlərdə iştirak etməsi, cinayətin aləti kimi istifadə etdiyi bıçağın yerini, Şahidm əlavə hadisə yerində olmuş digər şəxslərin şəxsiyyəti müəyyən edilməmişdir. Bundan əlavə sakinlərlə aparılan kəşfiyyat xarakterli söhbətlər nəticəsində sözügedən cinayət hadisəsinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarını qərəzli surətdə pozması, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq, qorxu və narahatçılıq hissinə səbəb olması müəyyən edilməmişdir. “Götürmə haqqında ” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd poluver iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüş, bu barədə protokol tərtib edilərək istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işi üzrə Gəncə şəhəri, M.Sultanov küçəsində yerləşən, “Sərçə bazarı” kimi tanınan ərazidəki ət kəsimi məntəqəsinin arxa hissəsində hadisənin baş verməsini əvvəldən axıradək özündə əks etdirən istintaq orqanı tərəfindən əldə edilmiş və sübut kimi qiymətləndirilmiş kamera görüntülərinə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 17:16 radələrində Şahid ilə Təqsirləndirilən şəxs hər ikisi piyada birlikdə Gəncə şəhəri, M.Sultanov küçəsində yerləşən, “Sərçə bazarı” kimi tanınan ərazidəki ət kəsimi məntəqəsinin arxa hissəsində yerləşən sahibsiz tikilinin yanına gəlib söhbət edirlər. Onların ardı ilə bir nəfər şəxs, onun ardı ilə Zərərçəkmiş şəxs, onların ardı ilə isə digər 4 nəfər şəxs Şahidla Təqsirləndirilən şəxs yanına yaxınlaşırlar. Sonra həmin şəxslər Təqsirləndirilən şəxs əhatəyə alırlar. Saat 17:17:31-də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sifət nahiyyəsinə əli ilə yumruq vurur və Təqsirləndirilən şəxs başı arxaya hərəkət edir, saat 17:17:33-də Təqsirləndirilən şəxs də sol əli ilə Zərərçəkmiş şəxs zərbə endirərək onların əlindən çıxmaq üçün arxaya qaçır, həmin şəxslər də onun üzərinə hücüm edərək onu vurmağa başlayırlar. Saat 17:17:35-də o əlini belinə atir, bu anda Şahid, Zərərçəkmiş şəxs və Ayxan adlı şəxs Təqsirləndirilən şəxs üzərinə, gedərək onu vurmaqda davam etdiklərinə görə saat 17:17:37-də Təqsirləndirilən şəxs sağ əlindəki bıçaqla Zərərçəkmiş şəxs sol qol atlına zərbə endirir. Bıçaq zərbəsindən sonra Şahid əyilərək yerdən daş götürür, Zərərçəkmiş şəxs isə sağ ayağı ilə Təqsirləndirilən şəxs təpik atır Təqsirləndirilən şəxs zərbədən yayınır. Saat 17:17:41-də bir nəfər şəxs yaxınlaşaraq qeyd edilən şəxslərin Təqsirləndirilən şəxs üzərinə gəlməsinə maneə olaraq onları dayandırır. Bundan sonra Zərərçəkmiş şəxs sağ əlini sol qolunun alt hissəsinə tutub saxlayır, daha sonra isə göynəyini qaldıraraq xəsarət aldığı nahiyəyə baxır. Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşaraq gözdən itir, ardı ilə isə oradakı digər şəxslər, sonda isə Zərərçəkmiş şəxs oradan uzalaşaraq gözdən itirlər. “Diskə baxış keçirilməsi haqqında ” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki,Gəncə şəhər BPİ-nin CAİ-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı, həmçinin Şahid istifadəsində olmuş ********** saylı, Nicat adlı şəxsin istifadəsində olmuş ********** saylı mobil nömrə ilə aparılan telefon danışıqları ilə bağlı əldə edilmiş məlumatların olduğu bir ədəd “DVD” diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində və xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Fazil adlı şəxsin istifadə olmuş ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə arasında, həmçinin xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Nicat adlı şəxsin istifadəsində olmuş ********** saylı mobil nömrə ilə Fazil adlı şəxsin istifadə olmuş ********** saylı mobil nömrə arasında bir neçə dəfə telefon danışığı olmuş, həmin danışıqlar zamanı ********** saylı və ********** saylı mobil nömrələr “Gəncə şəhəri, Kapaz rayonu, Sadili qəsəbəsi” ərazisində, ********** saylı mobil nömrə isə Gəncə şəhəri, H.Əliyev prospekti 95 ərazisində olmuşdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-cu il tarixli 472 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol qulaq seyvanının ön səthinin, sol gicgah, sol bazu nahiylərinin qançırları - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-cu il tarixli 483 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – döş qəfəsinin sol yan səthinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası – deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 16/563 saylı rəyindən görünür ki, Təqdim olunan poluverin üzərində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarekterik deşilmə-kəsilmə zədəsidir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb Ekspertiza və Patoloji Anatomoya ETT Birliyinin xx.xx.2021-ci il tarixli 486 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş poluverin səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “söş qəfəsinin sol yan səthinin bir ədəd daxil nüfuz edən deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə poluverin səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 01 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Sənaye və Texnologiyalar üzrə X6 Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sənaye və Texnologiyalar üzrə X6 Təhsil Mərkəzinin “elektronika və kommunikasiya sistemlərinin istismarı” ixtisası üzrə ******* nömrəli qrupda oxuyur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd poluver, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, həmçinin hadisə yerinə baxış zamanı götürülmüş Gəncə şəhəri, M.Sultanov küçəsində yerləşən, sakinlər arasında “Sərçə bazarı” kimi tanınan ərazidəki ət kəsimi məntəqəsinin müşahidə kamerasında hadisənin qeydə alınmış görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk, həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə ilə aparılan telefon danışıqlarına dair əldə edilmiş məlumatların olduğu bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq cinayət işi mataeriallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, xuliqanlıq niyyətilə qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər yetirmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə həm ibtidiai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaya yönəlməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirərkən onun tanışı Şahid ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış sözlə mübahisə zamanı həmin yerə gələn Zərərçəkmiş şəxs hər ikisinə “məsələni böyütməmələrini”, həmçinin ona “çıxıb getməsini” dedikdə o, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə Zərərçəkmiş şəxs “sən kimsən?... niyə məsələyə qarışırsan?...” deyə cavab verib əli ilə sonuncunu itələyərək üzərində olan istintaq zaman müəyyən edilməsi mümkün olmayan bıçağı çıxardığına görə Şahid əli ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq sol qulaq seyvanının ön səthinin, sol gicgah, sol bazu nahiyələrinin qançıları ilə müşayiət olunan sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsinə bu zaman o, Şahidla arasında olan məsələyə görə Zərərçəkmiş şəxs ona irad tutmasını bəhanə edib özünü ətrafdakı şəxslərdən üstün olduğunu numayiş etdirmək məqsədilə, yəni xuliqanlıq niyyətilə heç bir əsaslı səbəb olmadan həmin bıçaqla Zərərçəkmiş şəxs vurmasına əsaslanmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamış, şahidlərin və zərərçəkmiş şəxsin ifadələrini, o cümlədən hadisənin baş verməsini əvvəldən axıradək özündə əks etdirən istintaq orqanı tərəfindən əldə edilmiş və sübut kimi qiymətləndirilmiş kamera görüntülərini nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsiliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123,134-cü maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəmnində baş vermiş nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası CM-nin 36.2-ci maddəsinə əsasən peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Qanuna görə zəruri müdafiə-hücum edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qorunma vətəndaşların subyektiv hüququdur. Vətəndaşlar bu hüququndan istəyinə görə istifadə edə bilərlər. Qəsdə məruz qalan şəxsə təhlükədən qaçmaq imkanına, yaxud da başqa şəxslərə, ya da dövlət hakimiyyət orqanlarına kömək üçün müraciət etmək imkanına malik olmasından asılı olmayaraq bütün şəxslərə zəruri müdafiədən istifadə hüququ verir. Zəruri müdafiə qəsdin qarşısının alınmasının fəal forması kimi, təkcə hücum edənin təhlükəli hərəkətlərini neytrallaşdırmağı deyil, eyni zamanda, qəsd edənə əks-hücumu nəzərdə tutur. Buna görə də hücuma məruz qalan şəxs təhlükəni başqa vasitələrlə aradan qaldırmaq imkanı olduğu halda, zəruri müdafiə hüququndan istifadə edərək qəsd edənə zərər vurmaq yolu ilə belə təhlükəni aradan qaldırmışsa, belə fəaliyyət qanunauyğun hesab edilir. Avropa İnsan hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha umumiprinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. SSRİ Ali Məhkəməsi Plenumunun “İctimai təhlükəli qəsdlərdən zəruri müdafiə hüququnu təmin edən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi haqqında” 16 avqust 1984-cü il tarixli 14 №-li qərarında göstərilir ki, ictimai təhlükəli qəsd faktiki başlamasa da, lakin qəsdin başlayacağına real təhlükə vardırsa, belə hallarda da qəsd başlanan qəsd kimi qiymətləndirilir və zəruri müdafiə vəziyyəti yaranır. Qəsdin başlanmasına real təhlükənin yaranması altında qəsdin ani olaraq başlayacağına əsas verən halların olması nəzərdə tutulur. Məsələn konkret hərəkətlərlə hədələmə, soyuq və ya odlu silahı nümayiş etdirmə və s. Hətta qarşılıqlı dalaşma zamanı da dalaşmanın gedişində tərəflərdən biri soyuq silahdan, yaxud odlu silahdan istifadə etməklə sağlamlığa ağır zərər vurmaq, yaxud qarşı tərəfi öldürmək fikrinə düşərsə, belə hallarda dalaşmanın xarakteri dəyişir, qarşı tərəfin daha təhlükəli olan əməldən müdafiə olunmaq hüququ yaranır. Həmin Plenum qərarında göstərilir ki, hücumda istifadə edilən silahın və başqa predmetlərin qəsd edəndən müdafiə olunanın əlinə keçməsi özlüyündə qəsdin sona çatması kimi qiymətləndirilə bilməz. Əgər silah və xəsarət yetirmək üçün istifadə edilən digər predmetlər hücum edənin əlindən alındıqdan sonra qəsd edən dayanmırsa və ictimai təhlükəli hərəkətlərini davam etdirirsə, belə vəziyyətdə müdafiə hərəkəti hətta qəsd edəndən alınmış silah və başqa alətlərdən istifadə etməklə davam etdirilə bilər. Qəsd edənin hər bir halda hücum hərəkətlərini dayandırması, onun qəsddən tamamilə əl çəkməsi kimi qəbul edilə bilməz. Şəxs güc toplamaq, əlverişli vəziyyət seçmək, özündə olan silahı və başqa predmetləri işləmək məqsədi ilə qəsdi ani olaraq dayandıra bilər. Belə vəziyyət qəsddən imtina kimi qiymətləndirilmir və zəruri müdafiə vəziyyəti aradan qalxmır. Həmin Plenum qərarında o da göstərilmişdir ki, şəxs düşdüyü şəraitin təsiri altında qəsdin mövcud olmasına dair öz ehtimalının yanlış olduğunu dərk etmirsə və dərketməli deyildirsə, bu halda onun yol verdiyi hərəkət zəruri müdafiə vəziyyətində yol verilən hərəkətlərə bərabər tutulur və məsuliyyət aradan qalxır. Qanun bu və ya başqa şəxsə yalnız özünün şəxsiyyətini və hüquqlarını deyil, başqalarınında şəxsiyyətini və hüquqlarını kriminal qəsdlərdən qorumağa səlahiyyət verir. Qəsdə məruz qalan belə şəxslərin kömək üçün müraciət etməsi, yaxud da bunun üçün onların razılığını soruşmaq tələb olunmur. Zərərçəkənin ictimai təhlükəli qəsddən müdafiə olunmaq arzusunun olmaması, üçüncü şəxsin öz təşəbbüsü ilə zərərçəkəni belə qəsddən müdafiə etmək hüququnu aradan qaldırmır. Zəruri müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir. Müdafiə zahiri cəhətdən hərəkətlərdə ifadə olunur. Qanunda bu barədə düzünə göstəriş vardır. Zəruri müdafidə qəsd zərər vurmaq yolu ilə aradan qaldırıldığından müdafiə hərəkətsizliklə ifadə oluna bilməz. Müdafiə qəsdin xarakteri və təhlükəlilik dərəcəsini aşmamaqla həyata keçirilir. Zəruri müdafiə üçün qəsd edənə zərər vurmaqla hücumun qarşısını almanın həmin şəraitdə yeganə çıxış yolu olub-olmamasının əhəmiyyəti yoxdur və bu zəruri müdafiə üçün tələb edilmir. Qəsddən müdafiə olunarkən zəruri müdafiənin şərtlərinə riayət edən şəxs, əgər qanunsuz gəzdirdiyi odlu, yaxud da soyuq silahdan istifadə edirsə, bu müdafiənin hüquqiliyini dəyişmir. Yəni şəxs zəruri müdafiə vəziyyətində yol verdiyi hərəkətə görə (əgər müdafiə həddini aşmamışdırsa) məsuliyyət daşımır, onun barəsində yalnız qanunsuz olaraq silah gəzdirməyə görə məsuliyyət yaranır. Zəruri müdafiə zamanı, müdafiə hərəkətlərinin qəsdə uyğunluğu təkcə müdafiə hərəkətlərinin vurduğu zərər qəsd nəticəsində vurulan zərərə bərabər olduqda deyil, həm də müdafiə hərəkətlərinin vurduğu zərər qəsdin vuracağı zərərdən artıq olduqda da mövcud olur. Bu zaman müdafiə hərəkətlərinin vurduğu zərər qarşısı alınan zərərdən artıq olsa da, lakin hücumun qarşısının alınması üçün zəruri hesab edilmişdirsə və bununla müdafiənin xarakterinin qəsdin xarakterinə açıqdan-açığa uyğunsuzluğu müəyyən edilməmişdirsə, müdafiə edənin hərəkətlərinə zəruri müdafiə həddini aşan hərəkət kimi qiymət verilə bilməz. Zəruri müdafiə həddinin aşılıb-aşılmaması məsələsinin araşdırarkən məhkəmələr müdafiə vasitələrinin qəsd zamanı istifadə edilən vasitələrə uyğun olması, müdafiə edənə qarşı yönələn qəsdin xarakterini və təhlükəlilik dərəcəsini, belə qəsdin qarşısının alınmasında onun gücünü və imkanlarını, yəni hücum edənlərin sayı,silahın olubolmaması, qəsdin baş verdiyi yer və vaxt, habelə hücum edənlərin və müdafiə olunanların qüvvələr nisbətinin real aydınlaşdırmağa imkan verən sair halları nəzərə almalıdırlar. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, şəxsin müdafiə aktı başa çatmış hücum aktından bilavasitə sonra olsa da, işin vəziyyətinə görə müdafiə olunan üçün hücumun bitməsi vaxtı aydın olmadığı halda da zəruri müdafiə vəziyyəti aradan qalxmır. Belə vəziyyətdə də zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə cinayətinə yol verilə bilər. Qəsdin başlaması üçün real təhlükə olduğunu dərk edən təqsirkarın zərərçəkmiş şəxsi qətlə yetirməsi hallarında da zəruri müdafiə həddi aşıla bilər. Azərbaycan Respublikası CM-nin 36.3-cü maddəsinə əsasən qəsdin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşma hesab edilir. Hadisə Şahid və Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamış, bu zaman ora gələn sonuncunun tanışları Zərərçəkmiş şəxs, Ayxan adlı şəxs və şəxsiyyətləri istintaq zamanı müəyyən edilməmiş digər 5 nəfər şəxs də həmin yerə gələrək Təqsirləndirilən şəxs əhatəyə almışlar. Mübahisə zamanı Zərərçəkmiş şəxs müdaxilə edərək irad bildirib Təqsirləndirilən şəxs sifət nahiyyəsinə əli ilə yumruq vurduğuna görə Təqsirləndirilən şəxs də əli ilə Zərərçəkmiş şəxs vurub onların əlindən çıxmaq üçün arxaya qaçmış, həmin şəxslər də onun üzərinə hücüm edərək onu vurub sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişlər. Zərərçəkmiş şəxs, Şahid, Ayxan adlı şəxs və orada olan digər şəxslərlə birlikdə onu təkrarən vurmaq məqsədi ilə üzərinə gəlməkdə davam etdikləri üçün Təqsirləndirilən şəxs üzərində olan bıçaqla qəsdən Zərərçəkmiş şəxs vuraraq həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Göründüyü kimi hadisə Şahid və Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamaqla şəxsi münasibətlər zəmnində baş vermiş, Təqsirləndirilən şəxs davranışı ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətməyə yönəlməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun hadisə zamanı zəruri müdafiə həddində olub-olmamasını, zəruri müdafiə həddini aşıb-aşmama məsələsini araşdırmış və həm ibtidai istintaqın topladığı sübutları, həm də məhkəmə istintaqı zamanı araşdırılmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124–137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143–145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu hadisə zamanı zəruri müdafiə həddində olmuş və zəruri müdafiə həddini aşmışdır. Belə ki, məhkəmə istintaqı zamanı tam sübut olundu ki, Təqsirləndirilən şəxs 31 mart 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, M.Sultanov küçəsində yerləşən, “Sərçə bazarı” kimi tanınan ərazidəki ət kəsimi məntəqəsinin yaxınlığında tanışı Şahid ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şahid onu binanın arxasına aparmış, bu zaman sonuncunun tanışları Zərərçəkmiş şəxs, Ayxan adlı şəxs və şəxsiyyətləri istintaq zamanı müəyyən edilməmiş digər 5 nəfər şəxs də həmin yerə gələrək onu əhatəyə almışlar. Mübahisə zamanı Zərərçəkmiş şəxs müdaxilə edərək irad bildirib Təqsirləndirilən şəxs sifət nahiyyəsinə əli ilə yumruq vurmuşdur. (Burada Zərərçəkmiş şəxs qəsdi ictimai təhlükəlidir, həqiqi və realdır, mövcuddur, başlamışdır.) Bu zaman Təqsirləndirilən şəxs zəruri müdafiə hüququ yaranmışdır. Təqsirləndirilən şəxs də sol əli ilə Zərərçəkmiş şəxs vuraraq onların əlindən çıxmaq üçün arxaya qaçmış, həmin şəxslər də onun üzərinə hücüm edərək onu vurub sol qulaq seyvanının ön səthinin, sol gicgah, sol bazu nahiylərinin qançırları, sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişlər. (Zərərçəkmiş şəxs, Şahid, Ayxan adlı şəxs və orada olan digər şəxslərlərin ictimai təhlükəli qəsdi davam etmiş, hələ başa çatmamışdır.) Zəruri müdafiə vəziyyətində olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, Şahid, Ayxan adlı şəxs və orada olan digər şəxslərlə birlikdə onu təkrarən vurmaq məqsədi ilə üzərinə gəlməkdə davam etdikləri üçün özünü müdafiə etmək məqsədi ilə üzərində olan bıçaqla zəruri müdafiə həddini aşaraq qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan nahiyəsinə bir dəfə zərbə vuraraq döş qəfəsinin sol yan səthinin bir ədəd daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bu xüsusatlar kamera görüntülər ilə də təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığı ağır zərər vurmağa görə məsuliyyət nəzərdə tutan həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərəçəkmiş şəxslə barışmasını, zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, tələbə olmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, ev dustaqlığından və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd poluver, sahibinə qaytarılmalı, qəbul edilmədikdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eləcə də 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin edilmiş həmin cəza çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd poluver, sahibinə qaytarılsın, qəbul edilmədikdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Eləcə də 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-107/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-107/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver