Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-107/2024 30.04.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər Məmmədov Abdulla Elşad oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 və Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkum olunmamış, Şəmkir şəhəri, Əzizbəyov küçəsi ev 70-də qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Pentensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının ortalarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir şəhəri, Posanlı yaşayış massivində yerləşən su arxının kənarından, bir ədəd şəffaf polietilen kəsiyi bükümdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, külli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında 31 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Şəmkir rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, İsmət Qayıbov küçəsində yerləşən evinin yaxınlığında idarə etdiyi Vaz 2106 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki tünd zoğalı rəngli gödəkçənin sol cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümündə, kustar üsulla hazırlanmış narkotik vasitə olan 5,035 qram təmiz çəkidə, külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 Narkotik vasitə qəbul etmir və heç vaxt da qəbul etməmişdir. 31 yanvar 2023-cü il tarixdə dəfn mərasimindən evə qayıdan zaman polis əməkdaşları yaşadığı evə gələrək onu Şəmkir rayon polis şöbəsinə aparmışlar. O, aktiv olaraq dini fəaliyyətlə məşğul olmamış, sadəcə rayonda dini mərasimlərdə molla çatışmadığı üçün molla kimi iştirak etmişdir. Şəmkir RPŞdə heç bir əsas olmadan sadəcə dindar olduğu üçün polis əməkdaşları ona narkotik vasitələr verərək həmin narkotik vasitələrin onun olduğunu etiraf etməyini, əks halda Daxili İşlər Nazirliyinin “Banditizm” idarəsinin onu Bakıya aparıb aparıb fiziki təsirlər göstərərək həmin narkotik vasitələrin onun olduğunu etiraf etdirəcəklərini bildirmişlər. O da həmin təzyiqlərdən qorxduğu üçün sağlamlığına zərər yetirəcəyini fikirləşmiş və buna görə də sözügedən narkotik vasitələrin onun olduğunu etiraf etmişdir. O, onlardan həmin narkotiv vasitələri niyə qəbul etməli olduğunu soruşanda polis əməkdaşları ona “fikirləş özün tapacaqsan” deyə bildirmişlər. O, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini və ittihamda qeyd olunan narkotik vasitələrin onun olmadığını da bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları ona hədə-qorxu gələrək, aşkar olunan narokotik vasitənin onun olmasını etiraf etməsə təzyiqlər olacağını, məcbur etiraf edəcəyini bildirdikləri üçün o fiziki təzyiq göstərməmələri üçün narkotik vasitlərin onun olduğunu etiraf etmişdir. Ekspert rəyində qeyd olunsa da o, heç vaxt narkotik vasitə qəbul etməmiş, sadəcə mollalıq etdiyi üçün tutulmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, 02 fevral 2023-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək, istintaqa verdiyi ilkin ifadəsində göstərmişdir ki, ünvan 2-də qeydiyyatda olmaqla Şəmkir şəhəri, İsmət Qayıbov küçəsi 63-də yaşayır, hərdən bir narkotik vasitə qəbul edir. 31 yanvar 2023-cü il tarixdə saat 16:15 radələrində Şəmkir şəhəri, İsmət Qayıbov küçəsində idarə etdiyi Vaz 2106 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman polis əməkdaşları onun avtomobilini saxladıb Şəmkir rayon polis şöbəsinə gətirmiş, üzərinə oraya dəvət edilmiş vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona üzəridə narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. O, da üzərində olan tünd zoğalı rəngli gödəkcənin sol cibindən ətir, bir ədəd batareya daşı, yaddaş kitabçası, karandaş, sol yan cibindən təsbeh, dəsmal, şəffaf rəngli sellofanda olan qəhvəyi rəngli heroinə bənzər kütlə, sağ cibindən mobil telefon və şalvarının sol yan cibindən pulları təqdim etmişdir. Şəffaf rəngli heroinə bənzər kütlə elektron tərəzidə çəkilən zaman sellofan ilə birlikdə 4,97 qram təşkil etmişdir. Aşkar edilmiş heroinə bənzər kütlə zərfə qoyularaq ekspertiza üçün qablaşdırılmışdır. O, heroinə bənzər kütləni Şəmkir şəhəri, Posanlı massivindən tapmağını bildirmişdir. Bundan sonra polis əməkdaşının iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun üzərindən əlavə hər hansı bir şey aşkar edilməmişdir. Onun mobil telefonu polis əməkdaşı tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş bir ədəd yaddaş kitabçası, arasında olan 5 ədəd 1 manatlıq əskinazlar, karandaş təsbeh, dəsmal, bir ədəd batareya daşı, ətir, 6 ədəd 5 manatlıq əskinaz, 5 ədəd 10 manatlıq əskinaz və 1 ədəd 20 manatlıq əskinaz sübut əhəmiyyəti kəsb etmədiyindən ona geri qaytarılmışdır. Bu barədə protokol tərtib edilmiş və o, protokola imza etmişdir. Bundan sonra polis əməkdaşları onun və vəkilin iştirakı ilə ona məxsus VAZ 2106 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirmişlər, lakin avtomobildən hər hansı qadağan olunmuş əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və o, imza etmişdir. O, əvvəllər narkotik vasitə istifadə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini təxminən 10 gün əvvəl Şəmkir şəhəri, Posanlı yaşayış massivində su arxının kənarından tapmışdır. O, narkotik vasitə olan heroini heç kimə satmamış, özü istifadə etmək üçün saxlamışdır. Üzərində narkotik vasitə saxlamasını heç kimə deməmiş, heç kimin məlumatı olmamışdır. O, polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir zor və ya hədə tətbiq olunmamış, o özü könüllü şəkildə ifadə vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 2023-cü il yanvar ayında Şəmkir rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün RPŞ-nin rəisinə raportla müraciət edilmiş, RPŞ-nin rəisi tərəfindən razılıq verildikdən sonra onlar tərəfindən tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilərək əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmudşur. Əməliyyat qrupu ondan, Şəmkir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili X3 ibarət olmuşdur. Əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, İ.Qayıbov küçəsinə gedilmiş və küçədə Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2106 markalı avtomobili ilə saxlanılaraq Şəmkir RPŞnə gətirilmişdir. Şəmkir RPŞ-nin inzibati binasında təhqiqat bölməsinin təhqiqatçısı Rəşad Xəlilov tərəfindən çağırılmış vəkil Rüstəmə Ağayevanın iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, sonradan ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd şəffaf sellofan kəsiyində 4,97 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evində narkotik vasitələrin olub-olmamasının yoxlanılması üçün axtarış aparılmış, axtarış zamanı evdən dini foto şəkillər və dini ədəbiyyat aşkar olunmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmamış, Təqsirləndirilən şəxs qanunsuz üzərində narkotik vasitələri gəzdirməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs tutularkən ona qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman o da iştirak etmiş və evindən dini kitablar aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin özünümüdafiə etmək üçün yalan danışdığını, təqsirləndirilənə qarşı heç bir təzyiqin olmadığını, özünün səmimi olaraq etiraf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs sözügedən narkotik vasitələri Şəmkir rayonu, Posanlı yaşayış massivi ərzasindən tapdığını və sözügedən narkotik vasitələri satış məqsədi ilə deyil hərdənbir istifadə etdiyi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs apardıqları maşını kimin idarə etdiyini xatırlamamışdır. Təqsirləndiriən şəxs tutulduqdan sonra təxmini 1 saat sonra üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs maşında tutuduqları üçün maşının da polis şöbəsinə aparılması zərurəti yaranmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1, şahid qismində dindirilmiş X9 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü il yanvar ayında Şəmkir rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə ondan, Şəmkir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili X3 ibarət əməliyyat qrupu təşkil olunmudşur. Əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, İ.Qayıbov küçəsinə gedilmiş və küçədə Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2106 markalı avtomobili ilə saxlanılaraq Şəmkir RPŞnə gətirilmişdir. Şəmkir RPŞ-nin inzibati binasında təhqiqatının və vəkilin iştiraklarıı ilə onun üzərinə şəxsi axtarış aparılmış, sonradan ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitəni uzun müddət keçdiyi üçün dəqiq xatırlamadığını, aşkar edilən həmin kütlə metamfetamin ya heroin olmuş, çəkisi isə təxmini olaraq 4 qrama qədər olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilən narkotik vasitə onun zənnincə heroin olmuşdur. Daxil olmuş məlumat Təqsirləndirilən şəxs qanunsuz üzərində narkotik vasitələri gəzdirməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs tutularkən ona qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Hazırda Gədəbəy RPŞ-də işlədiyi üçün əməliyyat tapşırığının olub-olmamamsını bilməmişdir. İstintaq zamanı verdiyi ifadəsini də təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, mətləbin həyat yoldaşıdır. 31 yanvar 2023-cü il tarixdə Mətləb ilə birlikdə Şəmkir rayonunun Zəyəm qəsəbəsinə yas yerinə getməli imişlər, lakin o maşına yaxınlaşıb əyləşmək istəyən zaman Mətləbin avtomobilində başqa adamlar olduğunu görmüşdür. Belə başa düşmüşdür ki, avtomobilə əyləşmiş şəxslər Mətləbi molla kimiöz yas mərasimlərinə aparmaq niyyətindədir.. Sonra Mətləb mobil telefonuna cavab vermədiyinə görə narahat olmuş və onun atası Sərrafa zəng edib bu barədə bildirmişdir. Daha sonra Mətləbin üzərindən narkotik vasitə aşkar edildiyini və buna görə də Mətləbin polis şöbəsinə aparıldığını öyrənmişdir. O, Mətləbin namaz qılan adam olduğunu nə siqaret, nə içki, nədə ki, narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs mollalıq edib yas yerlərində iştirak etmiş, bu yolla ailəsini dolandırmış, heç kimlə işi olmamışdır. Polis əməkdaşları evə gəlib axtarış keçirmişlər. Axtarış zamanı evdən dini foto şəkillərin, dini kitabların və dini divar kağızlarının aşkar edilməsi barədə məlumatlar yanlışdır. Həmim fotoşəkillər onların evlərində olmamış, qeyd olunan əşyaları polis əməkdaşları özləri yerləşdirmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X14 ifadəsində şahid Gülnar Həsənovanın işin halları ilə bağlı göstərdiklərini bir daha təsdiq etmiş, onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 yanvar 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 4(076)-16/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 4(076)-105/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri 01 ay müddətinə yəni 30 iyun tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş, aşkar edilmiş narkotik vasitənin 2023-cü ilin yanvar ayının ortalarında Şəmkir rayonunun, Posanlı yaşayış massivində olan su arxının kənarından yerdən taparaq əldə etdiyi yeri göstərmiş, 02 fevral 2023-cü il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ilkin ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə kimyəvi ekspertizasının 01 fevral 2023-cü il tarixli 16/170 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 5,035 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2023-cü il tarixli, 541 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə - psixiatrik ekspertizasının 22 may 2023-cü il tarixli, 309 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-linqvistik ekspertizasının 02 may 2023-cü il tarixli 4/598 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 3 ədəd fotoşəkildə Azərbaycan Respublikası Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmamışdır, təqdim edilmiş 3 ədəd fotoşəkildə hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanmasına və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud deyil, təqdim edilmiş 3 ədəd fotoşəkildə kütləvi ixtişaşların təşkil edilməsinə və belə ixtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamaqla əlaqədar olan çağırışlar, eləcə də belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş, 3 ədəd foto şəkildə aşkar surətdə milli, irqi, sosial və ya dini nifrət düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 3 ədəd foto şəklin çap olunmasına dini ədəbiyyat nümunəsi olmadığı üçün “ Dini etiqad azadlığı haqqında” Azərbaycan respublikası Qanununun 22-ci maddəsinin tələblərinə əsasən xüsusi razılıq tələb olunmur. Təqdim edilmiş 3 ədəd foto şəkildə dini etiqadı idarə etməyə (nümayiş etdirməyə) dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya vətənpərvərlik prinsiplərinə zidd olan cərayan və ya dini cərəyanların yayılması və təbliği halları əks olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 3 ədəd foto şəkillər istisna olmaqla digərləri dini təyinatlıdır. Dinşünaslıq ekspertizasına təqdim edilmiş dini təqvim və üzərində “Ya Hüseyn” yazılmış dini ədəbiyyat nümunələri “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin tələblərinə zidd olaraq X21 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan nəşr edilmişdir. Təqdim edilmiş dini təyinatlı materiallarda dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərəyanın və ya dini cərəyanın yayılması və təbliği halları əks olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş dini təyinatlı ədəbiyyatlardan X12 “İmam Mehdi haqqında sual cavab” (Bakı. 2018), X20 Meşkininin ərəb dilindən fars dilinə, Ağabala Mehdiyev və Durdanə Cəfərlinin Azərbaycan dilinə tərcümə etdiyi Quran. (Bakı, “Nurlar NPM” nəşriyyatı. 2009)-dur. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş dini təyinatlı ədəbiyyatlardan Zəfər Cəfərzadənin “Möminlərin şəfası” (İran, Qum. 1373 hicri-qəməri. 3-cü cild), Qurani-Kərim. (Ərəb dilində. İİR, h-q 1392ci il), adları aşağıda qeyd edilənlər xaricdən idxal edilmişdir. Dinşünaslıq ekspertizasına təqdim edilmiş digər dini təyinatlı əşyaların xaricdən idxal olunmasını və ya ölkə nəşriyyatında nəşr edilməsii müəyyənləşdirmək mümkün olmamışdır. 3 ədəd foto şəklin materialların xaricdən idxal olunmasını və ya ölkə nəşriyyatında nəşr edilməsini müəyyənləşdirmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə kompüter-texniki ekspertizasının 31 may 2023-cü il tarixli 5/762 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 13” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A52” markalı “SM-A525F/0S” modelli “**********16346, **********16346” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy A52” markalı “SM-A525F/DS” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesallar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı, “Snapchat”, “TikTok” sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 yanvar 2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs üzərindən 4,97 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 08 iyun 2023-cü il tarixli qəraradan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının, Şəmkir şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş 10 mart 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəkmir şəhəri İ.Qayıbov küçəsində ailə üzvləri 1983-cü il təvəllüdlü arvadı- X5, 2010cu il təvəllüdlü oğlu X7, 2012-ci il təvəllüdlü oğlu X2 və 2014-cü il təvəllüdlü oğlu X1 ibarət tərkibdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli, raportdan görünür ki, şöbənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq onun həmin narkotik vasitələri hər hansı bir şəxsə satıb-satmaması müəyyən edilməmiş, həmin istiqamətdə müvafiq tədbirlərin davam etdirildiyi göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 fevral 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan və istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək olan müddət ərzində aparılan danışıqlar və mesaj yazılarında istintaq üçün əhəmiyyətli olan danışıqlar və yaxud yazılar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 iyun 2023-cü il tarixli mobil telefondan xarici yaddaş qurğusuna köçürülmüş məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A52” markalı “SM-A525F/DS” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesallar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı, “Snapchat”, “TikTok” sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatların yazıldığı xarici yaddaş qurğusuna baxış keçirilmiş və baxış zamanı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat, şəkil və ya video müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 31 yanvar 2023-cü il tarixdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5,035 qram narkotik vasitə olan heroin maddi sübut hesab edilərək Şəmkir RPŞ-nə məsul saxlanca verilmiş, şəxsi axtarış, evə baxış və Təqsirləndirilən şəxs qismində dindirilməsinin video görüntüsünün yazıldığı 3 ədəd DVD disk isə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, eləcə də arvadı Gülnar Həsənovanın və atası Sərraf Əhmədovun məhkəməyə verdiyi ifadələrdə ibtidai araşdırma zamanı polis əməkdaşların təqsirləndirilən Təqsirləndirilən şəxs psixoloji təzyiq göstərməsi, ondan aşkar olunan narkotik vasitənin polislər tərəfindən qoyulması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə şahid qismində dindirlmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadənin işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Belə ki, Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, 02 fevral 2023-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək, istintaqa verdiyi ilkin ifadəsində göstərmişdir ki, ünvan 2-də qeydiyyatda olmaqla Şəmkir şəhəri, İsmət Qayıbov küçəsi 63-də yaşayır, hərdən bir narkotik vasitə qəbul edir. 31 yanvar 2023-cü il tarixdə saat 16:15 radələrində Şəmkir şəhəri, İsmət Qayıbov küçəsində idarə etdiyi Vaz 2106 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman polis əməkdaşları onun avtomobilini saxladıb Şəmkir rayon polis şöbəsinə gətirmiş, üzərinə oraya dəvət edilmiş vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona üzəridə narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. O, da üzərində olan tünd zoğalı rəngli gödəkcənin sol cibindən ətir, bir ədəd batareya daşı, yaddaş kitabçası, karandaş, sol yan cibindən təsbeh, dəsmal, şəffaf rəngli sellofanda olan qəhvəyi rəngli heroinə bənzər kütlə, sağ cibindən mobil telefon və şalvarının sol yan cibindən pulları təqdim etmişdir. Şəffaf rəngli heroinə bənzər kütlə elektron tərəzidə çəkilən zaman sellofan ilə birlikdə 4,97 qram təşkil etmişdir. Aşkar edilmiş heroinə bənzər kütlə zərfə qoyularaq ekspertiza üçün qablaşdırılmışdır. O, heroinə bənzər kütləni Şəmkir şəhəri, Posanlı massivindən tapmağını bildirmişdir. Bundan sonra polis əməkdaşının iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun üzərindən əlavə hər hansı bir şey aşkar edilməmişdir. Onun mobil telefonu polis əməkdaşı tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş bir ədəd yaddaş kitabçası, arasında olan 5 ədəd 1 manatlıq əskinazlar, karandaş təsbeh, dəsmal, bir ədəd batareya daşı, ətir, 6 ədəd 5 manatlıq əskinaz, 5 ədəd 10 manatlıq əskinaz və 1 ədəd 20 manatlıq əskinaz sübut əhəmiyyəti kəsb etmədiyindən ona geri qaytarılmışdır. Bu barədə protokol tərtib edilmiş və o, protokola imza etmişdir. Bundan sonra polis əməkdaşları onun və vəkilin iştirakı ilə ona məxsus VAZ 2106 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirmişlər, lakin avtomobildən hər hansı qadağan olunmuş əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və o, imza etmişdir. O, əvvəllər narkotik vasitə istifadə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini təxminən 10 gün əvvəl Şəmkir şəhəri, Posanlı yaşayış massivində su arxının kənarından tapmışdır. O, narkotik vasitə olan heroini heç kimə satmamış, özü istifadə etmək üçün saxlamışdır. Üzərində narkotik vasitə saxlamasını heç kimə deməmiş, heç kimin məlumatı olmamışdır. O, polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir zor və ya hədə tətbiq olunmamış, o özü könüllü şəkildə ifadə vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 və X9 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını bildirmişlər. Məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2023-cü il tarixli, 541 saylı rəyindən görünür ki , Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ifadənin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədə müvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, saxladığı ümümi təmiz çəkisi 5,035 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan marixuananı satış məqsədilə əldə etməsini, saxlamasını, daşımasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları ifadələrində narkotik vasitənin və psixotrop maddəninn dövriyyəsi ilə bağlı ilkin əməliyyat məlumatının olmasına baxmayaraq, sonradan Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ya narkotik vasitəni satış məqsədi ilə saxlaması barədə heç bir məlumatın əldə edilmədiyini bildirmişlər. Eyni zamanda xx.xx.2023-cü il tarixli, raportdan görünür ki, şöbənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq onun həmin narkotik vasitələri hər hansı bir şəxsə satıb-satmaması müəyyən edilməmiş, həmin istiqamətdə müvafiq tədbirlərin davam etdirildiyi göstərilmişdir. Bundan başqa ibtidai istintaq zamanı 17 fevral 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan və istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək olan müddət ərzində aparılan danışıqlar və mesaj yazılarında istintaq üçün əhəmiyyətli olan danışıqlar və yaxud yazılar aşkar edilməmişdir. Eyni zamanda 05 iyun 2023-cü il tarixli mobil telefondan xarici yaddaş qurğusuna köçürülmüş məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A52” markalı “SM-A525F/DS” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesallar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı, “Snapchat”, “TikTok” sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatların yazıldığı xarici yaddaş qurğusuna baxış keçirilmiş və baxış zamanı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat, şəkil və ya video müəyyən edilməmişdir. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Lakin, hazırkı iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş narkotik vasitənin maddənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmələrin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha burğulayır ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, həmçinin həmin qanuna əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və o, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ilədən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2023-cü il tarixli, 541 saylı rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 yanvar 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 4(076)-16/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 4(076)-105/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri 01 ay müddətinə yəni 30 iyun tarixədək uzadılmışdır. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, 31 yanvar 2023-cü il tarixdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5,035 qram narkotik vasitə olan heroin maddi sübut hesab edilərək Şəmkir RPŞ-nə məsul saxlanca verilmiş, şəxsi axtarış, evə baxış və Təqsirləndirilən şəxs qismində dindirilməsinin video görüntüsünün yazıldığı 3 ədəd DVD disk isə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Şəmkir rayon Polis Şöbəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 5,035 qram narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarış, evə baxış və Təqsirləndirilən şəxs qismində dindirilməsinin video görüntüsünün yazıldığı 3 ədəd DVD disk isə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 262 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 31 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şəmkir rayon Polis Şöbəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 5,035 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarış, evə baxış və Təqsirləndirilən şəxs qismində dindirilməsinin video görüntüsünün yazıldığı 3 ədəd DVD disk isə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 262 manat 40 qəpik qəpik manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-107/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-107/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver