Məhkəmə qərarları › İş №1(100)-108/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-108/2020

12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-108/2020 12.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X32 Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X14 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi –Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs X5, zərərçəkmiş şəxslərin hüquqi varisləri X15 və X6 və Təqsirləndirilən şəxs iştirakları ilə X32 Məhkəməsinin inzibati binasında xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, həmin maddənin tələblərini pozaraq yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində xx xxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində idarə etdiyi Vaz 21723 minik markalı, ** HD *** dövlət nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, İ.Qayıbov küçəsi ilə Gəncə şəhərinin mərkəzi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən idarə etdiyi avtomobili yaşayış məntəqəsində müəyyən edilmiş 60 km/saat sürətdən artıq sürətlə idarə etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka ziyan vurmamalı olduğu halda, həmin tələblərə əməl etməyərək idarə etdiyi avtomobil ilə 80 km/saat sürətlə hərəkətdə olarkən avtomobilini həmin yolda eyni istiqamətdə ön tərəfdə hərəkətdə olan X5 idarə etdiyi Vaz 21063 minik markalı ** CA *** dövlət nömrə nişanlı avtomaşının arxa sol tərəfindən ehtiyatsızlıqdan vuraraq, daha sonra isə idarə etdiyi avtomaşını həmin yolun sağ ehtiyat hissəsində olan ağaca çırparaq ehtiyatsızlıqdan idarə etdiyi avtomaşında sərnişin olan X4 ağciyərin, qaraciyərin cırılması, İİ boyun fəqərənin sınığı, döş qəfəsinin sol tərəfində İİ qabırğanın orta körpücük xətt üzrə sınması, baş beyinin yumşaq qişasına təpə-gicgah nahiyəsinə, başın yumşaq toxumalarına sağ gicgah nahiyəsinə qansızma, alt çənə sümüyünün və sağ bud sümüyünün qapalı sınığı,sağ gicgah nahiyəsinin qançırı ilə müşayiət olunan, birlikdə həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid, döş qəfəsinin, qarının qapalı küt travması nəticəsində sol ağciyərin və qaraciyərin cırılmasından əmələ gələn kəskin daxili qanitirmə nəticəsində aldığı xəsarətlərdən ehtiyatsızlıqdan hadisə yerində ölümünə, X12 təpə-ənsə nahiyəsinin yumşaq toxumalarına qansızma, hər iki ağciyərlərin cırılmış yaraları, dalağın cırılmış yarası, döş sümüyünün sınığı, döş qəfəsinin sol tərəfində İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, sağ tərəfində İ-İX-X qabırğaların sınıqları, qabırğarası əzələlərə qansızma, sağ bud sümüyünün qapalı sınığı, sağ almacıq nahiyəsinin əzilmiş-cırılmış yarası, hər iki bud nahiyəsinin qançırı- sıyrığı, sol bud nahiyəsinin qançırı, sol baldır nahiyəsinin səthi yarası ilə müşayiət olunan ümumilikdə həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid, döş qəfəsinin və qarının qapalı küt travması nəticəsində ağciyərlərin və dalağın cırılmasından inkişaf edən kəskin daxili qanitirmə nəticəsində aldığı xəsarətlərdən ehtiyatsızlıqdan hadisə yerində ölümünə, Abbasəli Tağıyevin faktiki sahibi olduğu Vaz 21063 minik markalı ** CA *** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində 1100 manat maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətdikdən sonra, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən zərər çəkmiş şəxslərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, X46 maşını çağırmalı, zərər çəkmişin həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu, baş vermiş hadisə haqqında hadisədən dərhal sonra, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və ya digər hüquq mühafizə orqanlarına, digər şəxslərə xəbər verməli, həmin əməkdaşların gəlməsini gözləməli olduğu halda, həmin tələblərə əməl etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildiyini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə isə təqsirli bilmədiyini qeyd edib ifadəsində göstərdi ki, o, atası Rauf Məmmədovun adına olan Priora markalı, ** HD *** dövlət nömrə nişanlı avtomaşınla vaxtaşırı taksi kimi fəaliyyət göstərib pul qazanır. X16 və X13 təxminən 2 ilə yaxındır tanıyır. Onlarla dostluq münasibəti vardır. Eldar və İkram Azərbaycan Dövlət Aqrar Universitetində təhsil aldıqlarından onun yaşadığı İ.Qayıbov küçəsində kirayəçi kimi yaşamışlar. xx xxxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində o, Eldarla İkramı təhsil aldıqları Azərbaycan Dövlət Aqrar Universitetinin qarşısında görmüş, bu vaxt Eldar və İkram ona həmin gün yeyib-içməyi təklif etmişlər. O, İkram və Eldara axşam saatlarında görüşə biləcəklərini bildirmiş və onlar xx xxxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində Eldar və İkramın kirayə yaşadıqları evdə görüşməyi planlaşdırmışlar. Həmin gün axşam saat 21 radələrində o, çörək və 2 lirtlik koka-kola içkisi almış, əvvəlcədən özündə olan kustar üsulla çəkilmiş 500 qram tut arağını da götürüb İkram və Eldarın yaşadığı evə getmişdir. Onlar birlikdə yemək yemiş və onun gətirdiyi çəkmə araqdan qəbul etmişlər. Arağın böyük hissəsini o və Eldar içmişlər. Az bir miqdarda isə İkram içmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, saat 01 radələrində Eldar və İkram ona onları avtomaşınla şəhərdə gəzdirməsini demişlər. O, Eldar və İkramın sözünü yerə salmamış və onlar onun idarə etdiyi Priora markalı, ** HD *** dövlət nömrə nişanlı avtomaşına əyləşmişlər. Eldar ön sağ oturacaqda, o, sükan arxasında, İkram isə arxa oturacaqda sağ tərəfdə əyləşmişdir. O, avtomaşını hərəkətə gətirib üzü Gəncə Müalicə və Diaqnostka mərkəzi istiqamətində sürmüş, Totanlı dairəsi adlanan yerdən dönüb geri qayıtmışdır. Saatda təxminən 70-80 kilometr sürətlə hərəkət edib yolun İ.Qayıbov küçəsinə çatdıqda, həmin vaxt sərxoş olduğu üçün qarşısında hərəkət edən Vaz 2106 markalı avtomaşını ötüb keçdiyini zənn etmiş, lakin həmin avtomaşının arxa sol tərəfindən vurduqda sükan əlindən çıxmış və avtomaşının ön sağ tərəfi ağaca çırpılmışdır. O, bir anlıq huşunu itirmiş, özünə gəldikdə isə sinəsinin bərk ağrıdığını hiss etmiş və hadisə yerində olan Şahid1 onu hadisənin yaxınlığında olan 3 saylı xəstəxanaya gətirmiş, xəstəxananın həyətində həkim çağırmalarına baxmayaraq həkim çıxmamışdır. Bundan sonra özünə gəldiyi üçün Şahid1 hadisə yerinə qayıtmasını və oradakılara kömək etməsini demişdir. Daha sonra xəstəxananın Travmatalogiya şöbəsinə daxil olmuş, orada onu 50 yaşlarında, balaca boy tibb bacısı qarşılamış və onlar birlikdə xəstəxananın ikinci mərtəbəsinə cərrahiyə şöbəsinə qalxmışlar, orada 50 yaşlarında, uca boy kişi cinsli həkim, tibb bacısı ilə birlikdə ona baxaraq heç nə olmadığını bildirmişdir. Bundan sonra o, xəstəxanadan çıxmış və xəstəxananın qarşısında atası Rauf və dostu Samirlə qarşılaşmışdır. Daha sonra o, təslim olmaq üçün Polis idarəsinə getmişdir. Təqsirləndirilən şəxs həmiçinin xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, o, xəstəxanaya gedən zaman ona tibb bacısı baxaraq heç nəyi olmadığını bildirmiş, bundan sonra o, xəstəxanadan çıxmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, “o, həmin vaxt qorxduğu və hadisə yerində dayana bilmədiyi üçün hadisə yerini tərk edib getmişdir. Hadisə zamanı heç bir xəsarət almadığı üçün hər hansı xəstəxanaya müraciət etməmişdir”. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, onun etibarnamə əsasında özünə məxsus Vaz 2106 markalı ** CA *** dövlət nömrə nişanlı avtomaşını var və həmin avtomaşını BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Mövsümi olaraq idarə etdiyi avtomaşınla meyvə satıb özünü dolandırır. xx xxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində o, yaşadığı evin həyətindən avtomaşının yük yerinə el arasında “karalyok” kimi tanınan meyvədən təxminən 250-300 kiloqram yığmış və avtomaşının sükanı arxasına əyləşib İ.Qayıbov küçəsi ilə üzü Gəncə şəhərinin mərkəzi istiqamətindən hərəkətə başlamışdır. Saatda təxminən 40 kilometr sürətlə hərəkət etmişdir. Hərəkətdə olarkən onun arxa tərəfindən təxminən 70-80 kilometr sürətlə Priora markalı avtomaşının gəldiyini görmüş, lakin qəza baş verməsini hiss etməmişdir. Arxadakı maşın onun idarə etdiyi avtomobilin arxa sol tərəfindən vurduqdan sonra avtomobil zərbənin təsirindən yolun sağ kənarına sürüklənmişdi. O, avtomaşınla yolun kənarındakı səkinin üzərinə çıxaraq, qarşısında olan yeni əkilmiş ağacın üzərinə çıxmışdır. Digər avtomaşın, yəni Priora markalı avtomaşın isə yolun sağ kənarındakı iri gövdəli ağaca çırpılıb yolun ortasına sürüklənmişdir. O, avtomaşından düşüb həmin avtomaşına yaxınlaşdıqda Priora markalı avtomaşının sürücüsü də avtomaşından yerə düşmüşdür. O, avtomaşının salonuna baxa bilməmiş, lakin sonradan avtomaşında iki nəfər təxminən 20- 25 yaşlarında kişinin olduğunu eşitmişdir. Bundan sonra ətrafda yaşayan sakinlər bayıra çıxmışlar və X41 zəng edib kömək çağırmışlar. Hadisədən 15-20 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və Zauru soruşan zaman polis əməkdaşlarına Zaurun xəstəxanaya getdiyini bildirmişlər. Hadisə zamanı o, xəsarət almamış və avtomaşında tək olmuşdur. Hadisədən sonra o, Priora markalı avtomaşının sürücüsünü harada olması soruşduqda xəstəxanaya getdiyini demişlər. Belə ki, X46 gəldikdə Priora markalı avtomaşının sürücüsü artıq orada olmamışdır. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X19 ifadəsində göstərdi ki, X20 onun oğludur. Eldar Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 05 radələrində o, yaşadığım evdə olarkən ona Gəncə şəhər Baş Polis İdarəsindən zəng edərək oğlu Eldarın yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını bildirmişlər. Bundan sonra yaşadığı Saatlı rayonu, Şirinbəy kəndindən Gəncə şəhərinə getmişdir. Xəstəxanada ona oğlu Eldarın Gəncə şəhəri İ.Qayıbov küçəsində yol nəqliyyat hadisəsi zamanı öldüyünü demişlər. Bundan sonra Eldarın kiminlə birlikdə qəza etdiyi ilə maraqlanmışdır. Oğlu Eldarın tanışı Təqsirləndirilən şəxs idarə etdiyi Priora markalı avtomaşının ağaca çırpılması nəticəsində öldüyünü öyrənmişdir. Həmin vaxt avtomaşında Eldarın tələbə yoldaşı İkram adlı şəxs də olmuş, İkram da hadisə zamanı ölmüşdür. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X47 ifadəsində göstərmişdir ki, “X24 onun oğludur. İkram 2019-cu ilin oktyabr ayının 28-dək Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində 2-ci kursda təhsil almışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 04 radələrində ona Gəncə şəhər Baş Polis İdarəsindən zəng gəlmiş və ona oğlu İkramın avtomobil qəzası keçirdiyini bildirmişlər. buna görə də o, Gəncə şəhərinə polis idarəsinə getmişdir. İdarədə ona oğlu İkramın hadisə zamanı öldüyünü bildirmişlər. Hadisə ilə maraqlandıqda xx xxxxxxx 2019-cu il tarixdə axşam saatlarında oğlu İkramın dostları Zaur və Eldarla kirayə yaşadıqları evdə yemək yeyib spirtli içki içdiklərini, daha sonra siqaret və çörək almaq üçün evdən çıxdıqlarını, həmin vaxt Zaurun idarə etdiyi avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib avtomaşını ağaca çırpdığını, nəticədə İkramla Eldarın hadisə yerində öldüyünü öyrənmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 15 ildən artıqdır ki, tanıyır. Zaur onun qonşusudur. Zaurla yaxınlığı olmasa da, qonşu kimi münasibəti var. xx xxxxxxx 2019-cu il tarixdə gecə saat 02 radələrində o, dostu Şahid2la Elyara məxsus “Volqa-3110” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinin mərkəzindən evə gələrək, Elyargilin evinə çatdıqda o, burdan sonra özü gedəcəyini bildirmiş və bundan sonra Elyar avtomobili həyətə salmışdır. O, İ.Qayıbov küçəsi ilə piyada yaşadığı ev istiqamətində gedən vaxt ondan təxminən 50-60 metr irəlidə ağ rəngli avtomaşının öz hərəkət istiqamətində yolun sağ hissəsində olan ağaca çırpıldığını, həmin avtomaşın ağaca çırpılmazdan əvvəl isə önündə olan digər ağ rəngli avtomaşının isə yoldan kənara çıxdığını görmüşdür. O, ağaca çırpılan avtomaşına yaxınlaşdıqda qonşusu Təqsirləndirilən şəxs avtomaşının sükanı arxasından yerə düşüb sinəsini tutduğunu görmüş, həmin vaxt Zaur şokda olmuş və Zaurdan ona nə olduğunu soruşduqda sinəsini tutmuşdur. O, avtomaşının salonuna baxdıqda ön sağ oturacaqda və arxa oturacaqda iki kişinin hərəkətsiz və qanlar içində olduğunu görmüşdür. Həmin vaxt Zaur özünü pis hiss etdiyi üçün o, dostu Elyara zəng edib hadisə yerinə çağırmışdır. Elyar avtomaşınla hadisə yerinə gələndə Zaur özünü pis hiss etdiyi üçün o, Elyarın avtomaşını ilə onu xəstəxanaya aparmış, Elyar isə hadisə yerində qalıb X41 zəng etmişdir. O, Zauru 3 saylı xəstəxanaya aparmış, xəstəxananın həyətinə girərək həkim çağırmasına baxmayaraq xəstəxanadan heç kim çıxmamışdır. Bu vaxt Zaur bir az özünə gəlmiş və ona həkimi özü tapacağını bildirib, onun hadisə yerinə gedib kömək etməyini xahiş etmişdir. Bundan sonra o, Zauru xəstəxananın həyətində qoyub hadisə yerinə gəlmişdir. O, hadisə yerinə gələndə artıq X46 hadisə yerində olmuşdur. Şahid1 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “xx xxxxxxx 2019-cu il tarixdə gecə saat 02 radələrində o, İ.Qayıbov küçəsi ilə yaşadığı evə getmişdir. Həmin vaxt o, Gəncə şəhər mərkəzindən gəlmişdir. Dostu Şahid2 avtomaşını xarab olduğu üçün o, Elyarın zəngindən sonra avtomaşını itələmək üçün İ.Qayıbov küçəsinə getmişdir. O, Elyarla birlikdə sonuncunun avtomaşınını itələyib yaşadığı evin həyətinə saldıqdan sonra o, piyada yaşadığı ev istiqamətində getmişdir. Bu vaxt ondan təxminən 50-60 metr irəlidə ağ rəngli avtomaşının öz hərəkət istiqamətində yolun sağ hissəsində olan ağaca çırpıldığını görmüşdür. Ağ rəngli avtomaşın ağaca çırpılmazdan əvvəl isə önündə olan digər ağ rəngli avtomaşının isə yoldan kənara çıxdığını görmüşdür. O, ağaca çırpılan avtomaşına yaxınlaşdıqda qonşusu Təqsirləndirilən şəxs avtomaşının sükanı arxasından yerə düşdüyünü görmüşdür. Həmin vaxt Zaur şokda olmuş və onu gördükdə ondan kömək istəmişdir. O, Avtomaşının salonuna baxdıqda ön sağ oturacaqda və arxa oturacaqda iki kişinin olduğunu görmüşdür. Həmin vaxt Zaur özünü pis hiss etdiyi üçün o, Elyara zəng edib onu çağırmışdır. Elyar avtomaşınla hadisə yerinə gələnədək isə X41 və polisə məlumat vermişdir. Həmin vaxt Zaur özünü pis hiss etdiyini deyərək naməlum istiqamətə getmiş, o isə hadisə yerində qalmışdır. Bir neçə dəqiqədən X46 avtomaşını və polislər gəlmişdir.Hadisə yerində olarkən Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarət olmamış, Zaurdan vəziyyətini soruşduqda ona xəsarət almadığını, lakin qorxduğunu demişdir” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 15 ildən artıqdır ki, tanıyır. Zaur onun qonşusudur. Onun Zaurla yaxınlığı olmasa da, qonşu kimi münasibəti var. O, xx xxxxxxx 2019-cu il tarixdə gecə saat 02 radələrində dostu Rafiqlə ona məxsus avtomobillə Gəncə şəhərinin mərkəzindən evə gələrək, onların evinə çatdıqda Rafiq burdan sonra özü gedəcəyini bildirmiş və bundan sonra o, avtomobili həyətə salmışdır. Bir az keçmiş Rafiq ona zəng edərək, Zaur avtoqəza etdiyini və dərhal hadisə yerinə gəlməyimi bildirmişdir. O, dərhal hadisə yerinə getmiş, hadisə yerinə çatanda qonşusu Təqsirləndirilən şəxs avtomaşının sükanı arxasından yerə düşüb sinəsini tutduğunu görmüşdür. Həmin vaxt Zaur şokda olmuşdur. O, avtomaşının salonuna baxdıqda ön sağ oturacaqda və arxa oturacaqda iki kişinin hərəkətsiz və qanlar içində olduğunu görmüşdür. Həmin vaxt Zaur özünü pis hiss etdiyi üçün o, Rafiqə Zauru xəstəxanaya aparmasını demişdir. Bundan sonra Rafiq Zauru xəstəxanaya aparmış və bir müddət keçdikdən sonra Rafiq geri hadisə yerinə qayıtmışdır. Şahid2 ibtidai istintaq zamanı məhkəmə iclasından fərqli olaraq Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxşar ifadə vermişdir. Müdafiəçi vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X29 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur. Hadisə günü gecə saat 12 radələrində o, evdə olan zaman Rafiq ona zəng edərək, Zaurun avtoqəza keçirdiyini və xəstəxanaya getdiyini bildirmişdir. O, dərhal Zaura zəng etsə də Zaura zəng çatmamışdır. Bundan sonra o, Zaurun anasına zəng edərək hadisə barədə məlumat vermiş və o, Zaurun atası Rauf Məmmədovla hadisə yerinə, oradan da xəstəxanaya getmişdir. Artıq onlar 3 saylı xəstəxananın giriş qapısının ağzına çatanda Zaur xəstəxanadan çıxmışdır. Onlar Zauru oradan götürmüş və qərara gəlmişlər ki, polis idarəsinə aparsınlar. Bundan sonra onlar X34 aparmışlar. Zaur polisə hadisə barədə məlumat vermiş və təslim olmuşdur. Müdafiəçi vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X30 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Hadisə günü gecə saat 12 radələrində o, evdə olan zaman Zaurun dostu onlara zəng edərək, Zaurun avtoqəza keçirdiyini və xəstəxanaya getdiyini bildirmişdir. O, dərhal Zaura zəng etsə də Zaura zəng çatmamışdır. O, tez hazırlaşıb evdən çıxmış və Samirlə birlikdə xəstəxanaya getmişdir. Artıq onlar 3 saylı xəstəxananın giriş qapısının ağzına çatanda Zaur xəstəxanadan çıxmışdır. Onlar Zauru oradan götürmüş və polis idarəsinə aparmaq qərarına gəlmişlər. Bundan sonra onlar X34 aparmışlar. Zaur polisə hadisə barədə məlumat vermiş və təslim olmuşdur. Şahid X30 ifadəsində əlavə olaraq bildirdi ki, o, hadisə yerində olmamış, Samir Abbasovla bir başa xəstəxanaya getmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, asfalt hissəsinin eni 10,6 metrdir. Ehtiyat hissəsi yoxdur. Hadisə yerində Priora markalı, ** HD *** dövlət nömrə nişanlı avtomaşına məxsus 18 metr tormoz izləri vardır. Hadisə yerində yolun hərəkət hissəsi düz olub asfalt üzəri quru və hamardır. Hadisə zamanı Priora markalı, ** HD *** dövlət nömrə nişanlı avtomobildə yük olmamış, iki nəfər sərnişin olmuşdur. Vaz 2106 markalı, ** CA *** dövlət nömrə nişanlı avtomaşında təxminən 250- 300 kiloqram yük olmuş, sərnişin olmamışdır. Priora markalı, ** HD *** dövlət nömrə nişanlı avtomobil ön tərəfi ilə Vaz 2106 markalı, ** CA *** dövlət nömrə nişanlı avtomaşını vurmuş, irəlidə yolun sağında olan ağaca çırpılaraq dayanmışdır. Hadisə yerində maksimal sürət həddi 60 km-dir. Hadisə zamanı hər iki avtomaşın Gəncə şəhəri, İ.Qayıbov küçəsi ilə üzü Gəncə şəhərinin mərkəzi istiqamətində hərəkətdə olmuşlar. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli 3884/2019 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AD № ******* saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “VAZ- 21723” markalı **-HD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X21 məxsusdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” 7E-7917 saylı etibarnamədən görünür ki, X30 tərəfindən “VAZ-21723” markalı **-HD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzərində sərəncam vermək hüququ xx.xx.2020-ci ilədək Təqsirləndirilən şəxs etibar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış sürücülük vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə 10 il müddətinə Gəncə RQİTBŞ tərəfindən BC kateqoriyalı AE № 103277 saylı sürücülük vəsiqəsi verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhəri “Avtoservis” müəssisəsində mühəndis-məsləhətçinin tərtib etdiyi xx.xx.2019cu il tarixli rəydən görünür ki, “VAZ-2106” markalı **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ümumilikdə 1100 (min yüz) manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” 7E-7917 saylı etibarnamədən görünür ki, X8 tərəfindən “VAZ-21063” markalı **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzərində sərəncam vermək hüququ xx.xx.2020-ci ilədək X9 etibar edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X26-Təcrübi Tədris” birliyinin xx.xx.2019-cu il tarixli 92 saylı rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edildi: sol ağciyərin, qaraciyərin cırılması, İİ boyun fəqərənin sınığı, döş qəfəsinin sol tərəfində İİ qabırğanın orta körpücük xətt üzrə sınması, baş beyinin yumşaq qişasına təpə-gicgah nahiyəsinə, başın yumşaq toxumalarına sağ gicgah nahiyəsinə qansızma, alt çənə sümüyünün və sağ bud sümüyünün qapalı sınığı,sağ gicgah nahiyəsinin qançırı. Bu xəsarətlər həyatidir, bərk KÜT əşyanın /əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. X1 ölümünə səbəb döş qəfəsinin, qarının qapalı küt travması nəticəsində sol ağciyərin və qaraciyərin cırılmasından əmələ gələn kəskin daxili qanitirmə olmuşdur. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X26-Təcrübi Tədris” birliyinin xx xxxxxxx 2019-cu il tarixli, 91 saylı ekspert rəyindən görünür ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edildi: başın təpə-ənsə nahiyəsinin yumşaq toxumalarına qansızma, hər iki ağciyərlərin cırılmış yaraları, dalağın cırılmış yarası, döş sümüyünün sınığı, döş qəfəsinin sol tərəfində İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, sağ tərəfində İ-İX-X qabırğaların sınıqları, qabırğarası əzələlərə qansızma, sağ bud sümüyünün qapalı sınığı, sağ almacıq nahiyəsinin əzilmiş-cırılmış yarası, hər iki bud nahiyəsinin qançırı- sıyrığı, sol bud nahiyəsinin qançırı, sol baldır nahiyəsinin səthi yarası. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və həmin xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. X3 ölümünə səbəb döş qəfəsinin və qarının qapalı küt travması nəticəsində ağciyərlərin və dalağın cırılmasından inkişaf edən kəskin daxili qanitirmə olmuşdur. X3 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2019-cu il tarixdə, saat 10:45-də) 6-8 saat əvvəl baş vermişdir. X2 bədənində müəyyən edilən xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sərnişini olduğu avtomobilin maneəyə çırpılması zamanı əmələ gələ bilər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəməyol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli 2128 saylı rəyindən görünür ki, Priora markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hadisə baş verdiyi yerdə, yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saatdan yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2106 markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısının alması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Gəncə şəhər Nizami RPİ-nin CAŞ-nin rəisi, polis mayoru Qoşqar Alıyev tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs hadisə yerindən yayınmış və keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Gəncə şəhər BPİ-nə gətirilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 492 saylı arayışından və 493 saylı xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri-atası X30, anası X11, bacıları X22 və X18 ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatdadır və orada yaşamışdır. Nümayəndəliyə onun barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil nömrənin anten məlumatlarına dair “xxxxxxx” MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli, BKC/LGL-15326/20 nömrəli məktuba əlavə edilmiş 1 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 01:57 radələrindən, xx xxxxxxx 2019-ci il tarixdə saat 02:34 radələrinədək Gəncə şəhəri, Qızılgül şadlıq sarayı, Gəncə şəhəri, Ozan küçəsi, Gəncə şəhəri, ünvan 5 Kəpəz Mehmanxanası və Gəncə şəhəri, Əziz Əliyev prospekti 311ərazisində olmuşdur. Məhkəmə iclasında verilmiş sorğu əsasında alınmış və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin 3 saylı X31 xx xxxxxxx 2020-ci il tarixli, **********69 nömrəli məktubundan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin əvvəlki ünvanı X45 küçəsi 5, indiki ünvanı isə X45 küçəsi 9, Gəncə şəhər 3 saylı X46 Xəstəxanasının əvvəlki ünvanı Zərrabi küçəsi ilə Əlövsət Məmmədov küçəsinin kəsişməsi, indiki ünvanı isə Fətulla Həsənov küçəsi 51-dir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-ci il tarixli “Şübhəli şəxsi tutma protokolu”ndan və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmənin xx xxxx 2020-ci il tarixli iclasında təqdim olunmuş və məhkəmədə araşdırılmış zərərçəkmiş şəxs X5 xx.xx.2020-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, onunla barışmışlar və Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmənin xx xxxx 2020-ci il tarixli iclasında təqdim olunmuş və məhkəmədə araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisi X15 xx.xx.2020-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki,ona dəymiş maddi ziyan ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmənin xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisi X6 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263-1.4 və 264-cü maddələri ilə düzgün tövsüf olunmuşdur. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.4-cü maddəsi ilə tam təqsirli bilsə də, həmin Məcəllənin 264-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, yol-nəqliyyat hadisəsi baş verdikdən dərhal sonra o, sinəsində ağrı hiss etdiyinə görə hadisə yerində olan Şahid1 tərəfindən Gəncə şəhər 3 saylı X46 Xəstəxanasına aparılmış, xəstəxananın həyətində həkim çağırmalarına baxmayaraq xəstəxanadan heç kəs çıxmamış, bundan sonra özünə gəldiyi üçün Şahid1 hadisə yerinə qayıtmasını bildirmiş və özü xəstəxananın Travmatalogiya şöbəsinə daxil olmuş, orada onu 50 yaşlarında, balaca boy tibb bacısı qarşılamış, onlar birlikdə xəstəxananın ikinci mərtəbəsinə Cərrahiyə şöbəsinə qalxmış, orada 50 yaşlarında, adını bilmədiyi uca boy kişi cinsli həkim, tibb bacısı ilə birlikdə ona baxaraq onun səhhətinin normal olduğunu bildirdiyindən o, xəstəxanadan çıxmış və xəstəxananın qarşısında atası Rauf və dostu Samirlə qarşılaşmışdır. Daha sonra o, təslim olmaq üçün Polis idarəsinə getmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin əvvəlcədən tanıdığı yoldaşları Şahid1, Şahid2, X29 və atası X30 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində təqsirləndirilən şəxsin ifadələrini həmin hissədə təsdiq edərək onun ifadəsinə oxşar məzmunlu ifadələr versələrdə məhkəmə hesab edir ki, onların bu ifadələri elan edilmiş ittihamla bağlı Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən və cəzadan yayındırmaq məqsədi güddüyündən, təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıdığından, həmin ifadələr məhkəmədə araşdırılmış təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları, telefon anten dairəsinə dair məlumatlar və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlərlə tam olaraq təkzib olunduğundan yuxarıda qeyd edilən ifadələr həmin hissədə sübut növü kimi qəbul edilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, yol nəqliyyat hadisəsi baş verdikdən sonra o, qorxduğu və hadisə yerində dayana bilmədiyi üçün hadisə yerini tərk edib getmiş, hadisə zamanı heç bir xəsarət almadığı üçün hər hansı xəstəxanaya müraciət etməmişdir. Şahid1 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ağaca çırpılan avtomaşına yaxınlaşdıqda qonşusu Təqsirləndirilən şəxs avtomaşının sükanı arxasından yerə düşdüyünü görmüşdür. Həmin vaxt Zaur şokda olmuş və onu gördükdə ondan kömək istəmişdir. O, Avtomaşının salonuna baxdıqda ön sağ oturacaqda və arxa oturacaqda iki kişinin olduğunu görmüşdür. Həmin vaxt Zaur özünü pis hiss etdiyi üçün o, Elyara zəng edib onu çağırmışdır. Elyar avtomaşınla hadisə yerinə gələnədək isə X41 və polisə məlumat vermişdir. Həmin vaxt Zaur özünü pis hiss etdiyini deyərək naməlum istiqamətə getmiş, o isə hadisə yerində qalmışdır. Bir neçə dəqiqədən sonra X46 avtomaşını və polislər gəlmişdir. Hadisə yerində olarkən Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarət olmamış, Zaurdan vəziyyətini soruşduqda ona xəsarət almadığını, lakin qorxduğunu demişdir. Şahid2 da həmçinin məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində ona ünvanlanan suallara cavab olaraq müraciət etdiyi xəstəxanada həkim tərəfindən tibbi yoxlanışdan keçdiyini göstərsə də məhkəmənin xx xxxx 2020-ci il tarixli iclasında verilmiş suallara cavab olaraq xəstəxanaya gedən zaman yalnız tibb bacısı tərəfindən tibbi yoxlamanın həyata keçirildiyini bildirmiş, lakin nə üçün xəstəxanada qeydiyyata alınmaması, onu müayinə edən şəxsin kimliyi və şəxsiyyəti barədə məhkəməyə hər hansı məlumat verə bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində könüllü olaraq Polis idarəsinə getməsini göstərsə də Gəncə şəhər Nizami RPİ-nin xx xxxxxxx 2019-cu il tarixli raportdan müəyyən edilir ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs hadisə yerindən yayınmış və tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Gəncə şəhər BPİ-nə gətirilmişdir. Həmçinin təqsirləndirilən şəxsin istifadəsində olan ***-***-**-** nömrəli telefon anten dairəsinə dair məlumatlara baxış keçirilən zaman təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun hadisənin baş verdiyi xx xxxxxxx 2019-cu il tarixdə saat 01:57 radələrindən, xx xxxxxxx 2019-ci il tarixdə saat 02:34 radələrinədək Gəncə şəhəri, Qızılgül şadlıq sarayı, Gəncə şəhəri, Ozan küçəsi, ünvan 5 Kəpəz Mehmanxanası və Gəncə şəhəri, Əziz Əliyev prospekti 311 ünvanın yerləşdiyi ərazidə olması müəyyən edilir. Halbuki, məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin 3 saylı X28 daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, Gəncə şəhər Baş Polis İdarəsinin əvvəlki ünvanı X45 küçəsi 5, indiki ünvanı isə X45 küçəsi 9, Gəncə şəhər 3 saylı X46 Xəstəxanasının əvvəlki ünvanı Zərrabi küçəsi ilə Əlövsət Məmmədov küçəsinin kəsişməsi, indiki ünvanı isə Fətulla Həsənov küçəsi 51-dir. Odur ki, yuxarıda sadalanan hallara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerində qalaraq qanunla üzərinə düşən vəzifərləri yerinə yetirməli olduğu halda hadisə yerindən qaçmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli xx xxxxxx 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olub-olmaması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna bilər. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etmir. “Yol hərəkəti haqqında” x xxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İV hissəsində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: - nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; - zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “X46” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; - hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sərxoş halda yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan iki nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi və hadisə yerindən qaçması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.4 və 264-cü maddələri ilə tövsif edilməli və o, qeyd edilən cinayətlərin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan, Cinayət Məcəlləsinin 264cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmiş, həmin cinayətlərin hər biri ayrı-ayrılıqda başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X23 ilə barışıq əldə etməsi, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi X15 ondan heç bir şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.12-ci maddəsində (zərərçəkmiş şəxslə razılıq əldə edərək barışma) göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi qeyrimümkündür. Belə ki, Təqsirləndirilən şəxs sadəcə olaraq zərərçəkmiş şəxs X17 ilə razılıq əldə etməsi və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi cinayət işi üzrə digər zərərçəkmiş şəxslərin hüquqi varislərinin hüquqlarının pozulması ilə nəticələnəcək. Ona görə də, Təqsirləndirilən şəxs təyin ediləcək cəza ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin müddəasının tətbiq edilməsi qeyri-mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66-cı maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsində həmçinin göstərilir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 264-cü maddəsinin sanksiyasında isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələri üzrə ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin, göstərilən maddələr üzrə ona ayrı-ayrılıqda nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin ediləcək əsas cəzalar və əlavə cəzalar qismən toplanılmalı, toplanmış əlavə cəza əsas cəzaya Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən birləşdirilərək ona qəti cəza olaraq nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, o cümlədən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinin tələblərinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın, toplanılmış əlavə cəza əsas cəzaya birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin edilmiş qəti cəza müddətinə daxil edilsin və onun cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2019cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X32 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar