Məhkəmə qərarları › İş №1(100)-108/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-108/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-108/2023 06.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X15, müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində fəhlə işləmiş, evli, məhkumluğu olmayan, Gəncə şəhəri, H.Əliyev prospekti 89 ünvanında yerləşən 2-ci polis şöbəsində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2016-cı ildən nikah münasibətlərində olduğu arvadı Aynurə Vəliyevanın ona xəyanət etməsindən şübhələnərək sonuncunu qısqanclıq zəminində qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 21 iyun 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan, boz rəngli metaldan hazırlanmış, tiyəsinin uzunluğu 75 mm, dəstəyinin uzunluğu 95 mm olan bıçaq əldə edərək 23 iyun 2022-ci il tarixdə Azərbaycan Texnologiya Universiteti ilə üzbəüz yerdə, azyaşlı 2020-ci il təvəlüdlü övladı Əli Vəliyevin anası tərəfindən bağçadan götürüləcəyini bilib, Gəncə şəhəri, X31 prospekti ilə Şahlar Hüseynov küçəsinin kəsişməsində A.Vəliyevanı gözləmiş, sonuncunun 2018-ci il təvəllüdlü oğlu Hüseyn Vəliyev və qardaşı Şahid1la gəldiyini görərək onlara yaxınlaşmış, Aynurə Vəliyeva ilə həmin ərazidə yerləşən bərbərxananın qarşısında söhbət etdiyi zaman xəyanət edibetməməsini müəyyən etmək məqsədilə “Samsung” markalı mobil telefonunu əlindən almış, sonuncu telefonu qaytarmasını tələb etdiyi zaman telefonu cibinə qoyaraq sağ tərəfdən şalvarın belində açıq vəziyyətdə saxladığı, əvvəlcədən əldə edib öz üzərində gəzdirdiyi qeyd olunan bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən turist bıçağını götürüb reallaşdırmaq istədiyi cinayəti, yəni Aynurə Vəliyevanı öldürmək istəyini tam qətiləşdirib sonuncunun qardaşı Şahid1 və 2018-ci il təvəllüdlü oğlu Hüseyn Vəliyevin gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək, xüsusi ağrılar verdiyini dərk edib üzərində olan həmin bıçaqla sonuncunun ölümünə səbəb döş qəfəsinin və qarının deşilmiş-kəsilmiş yaralarından əmələ gələn, daxili və xarici qanitirmə olmaqla, həyat fəaliyyəti üçün vacib nahiyələrinə - döş qəfəsinin ön səthində yerləşən 01 ədəd, döş qəfəsinin sağ yan səthində lV-V qabırğalar səviyyəsində ön qoltuqaltı xətt üzrə yerləşən 01 ədəd, döş qəfəsinin sağ yan səthində V-Vİ qabırğalar səviyyəsində ön qoltuqaltı xətt üzrə yerləşən 01 ədəd, döş qəfəsinin arxa səthində sağda V-Vİ qabırğa səviyyəsində yerləşən 01 ədəd, boyun nahiyəsinin aşağı 1/3 hissəsinin ön səthində yerləşən 01 ədəd, qarın nahiyəsinin ön səthində göbəkdən bir qədər yuxarıda yerləşən 01 ədəd daxilə nüfuz edən yara xəsarətləri ilə müşayiət olunan ağırlıq dərəcələrinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, sol said nahiyəsində yerləşən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən 01 ədəd olmaqla ümumilikdə çoxsaylı 07 (yeddi) ədəd kəsilmiş deşilmiş yaralar və sağ diz və sağ said nahiyələrində sıyrıqlar kimi canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olaraq qiymətləndirilən və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə Aynurə Vəliyevanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, arvadı X13, övladları X20, X28 ilə birlikdə yaşamışdır. Ailə həyatı dövründə münasibətləri çox yaxşı olmuş, lakin 2022-ci ilin əvvəllərindən başlayaraq münasibətləri pisləşməyə başlamışdır. 2022-ci ilin iyun ayının əvvəllərindən başlayaraq Aynurənin ona xəyanət etməsindən şübhələnmişdir. Buna səbəb Aynurənin özünə məxsus olan telefonu əvvəllər açıq vəziyyətdə olduğu halda, həmin vaxtlar kilidli vəziyyətdə saxlaması, eləcə də telefonuna baxmaq istədikdə ona mane olması olmuşdur. Telefonun kilidini açmasını istədikdə Aynurə buna imkan verməmiş, açmayacağını bildirmişdir. 07 iyun 2022-ci il tarixdə evə gələrək borclarının olmasına görə evdə olan soyuducunu və ya paltaryuyanı satmaq istədiyini, daha sonra işləyərək alacağını demişdir. Lakin Aynurə ona etiraz etmiş və buna görə aralarında sözlə mübahisə olmuşdur. Aynurə bu barədə anası, atası və qardaşına bildirmiş, sonuncunun ailə üzvləri gəldikdə yenə sözlə onlarla mübahisələri olmuş, ona ev əşyalarını satmamağını demiş və 102 zəng mərkəzinə şikayət etmişlər. Bununla əlaqədar Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılmışdır. 2022-ci ilin 07 iyun tarixindən Aynurə kiçik övladı Əlini götürməklə atasının evində yaşamağa başlamışdır. 15 iyun 2022-ci il tarixdə saat 17 radələrində kiçik oğlu Əlini görmək məqsədi ilə Azərbaycan Texnologiya Universitetinin qarşısında yerləşən uşaq baxçasına getmişdir. Oğlu Əlini götürərək geri qayıtmaq istədikdə Aynurənin atası İltifatın gəldiyini görmüşdür. Bu zaman Aynurənin harada olduğunu soruşduqda İltifat bunun ona aidiyyəti olmadığını bildirmişdir. Normal halda uşaqlar baxçadan saat 16:30-da götürülməli olduğu halda təxminən yarım saat keçməsinə baxmayaraq Aynurənin gəlməməsi onu daha da şübhələndirməyə başlamışdır. Həmin gün saat 20 radələrində Aynurənin yaşadığı evin yaxınlığına getmişdir. Lakin Aynurənin hələ evə qayıtmadığını başa düşmüş, evə gələrək saat 23 radələrində yenidən Aynurənin yaşadığı ünvana getmiş, bu zaman sonuncunun tez-tez girib-çıxdığı Sabit adlı şəxsin qapısına gəlmiş, ondan Aynurənin harada olduğunu soruşduqda, sonuncu Aynurənin onlarla birlikdə, 2 oğlan və 2 qız ümumilikdə 4 nəfər olmaqla Daşkəsən rayonuna birlikdə yeyib-içməyə getdiklərini demişdir. O, Sabitə əsəbləşərək bundan sonra Aynurə ilə görüşməməsini bildirmişdir. Həmin günün səhəri balaca oğlu Əlini Aynurəyə təhvil verərək bundan sonra baxçaya gecikməməsini demişdir. Aynurədən Daşkəsənə kimlə getməsini soruşduqda sonuncu yaxşı etdiyini, onun işinə qarışa bilməyəcəyini və ayrılmaq istədiyini demişdir. Həmin vaxtdan sonra Aynurəyə qarşı şübhələri kəskin artmış və sonuncunun xəyanət etməsi artıq ona tam aydın olmuşdur. Bu zaman Aynurəni faktla tutmaq və tutan zaman onu öldürmək üçün fürsət axtarmağa başlamışdır. Hadisə baş verməzdən 2 gün əvvəlcədən Aynurəni öldürmək üçün artıq üzərində bıçaq gəzdirməyə başlamışdır. 23 iyun 2022-ci il tarixdə günorta saatlarında Gəncə şəhəri, Ş.İ.Xətai pr.-də yerləşən Azərbaycan Texnologiya Universitetinin qarşısına gələrək kiçik oğlu Əlinin Aynurə tərəfindən nə vaxt götürüləcəyini gözləməyə başlamışdır. Bu zaman Aynurənin böyük oğlu Hüseyn və qardaşı Şahid1 ilə birlikdə harasa getmək istədiyini görmüşdür. Həmin vaxt onlara yaxınlaşaraq bir müddət sonra Əlinin baxçadan götürülmə vaxtı olduğunu və uşağı gözlətməməsini, belə olduğu halda övladını özü götürəcəyini bildirmişdir. Aynurə onun işinə qarışmamasını, uşaqdan və ondan əl çəkməsini demişdir. O, uşaqların xatirinə barışmaq istədiyini bildirmiş, lakin Aynurə ona öz həyatını yaşamaq istədiyini, bir-biriləri ilə alınmayacığını demişdir. O, bu sözdən sonra əsəbləşərək, Aynurəqin xəyanət edibetməməsini müəyyən etmək məqsədi ilə sonuncunun əlində olan “Samsung” markalı telefonu çəkərək əlindən almışdır. Aynurə onun əlindən telefonu almaq istədikdə o, telefonu cibinə qoyaraq, sağ tərəfdə şalvarın belində olan açılıb-bağlanılan, bağlı vəziyyətdə təxminən 10 sm, açıq vəziyyətdə isə təxminən 18 sm uzunluğunda tiyəsi gümüşü, tutacağı qəhvəyi rəngli, açıq vəziyyətdə belində saxladığı bıçağı çıxararaq Azərbaycan Texnologiya Universiteti ilə üzbəüz bərbərxananın qarşısında təxminən 2-3 ədəd bıçaq zərbəsi vurmuş, daha sonra Aynurə qaçaraq yaxınlıqda olan dayanacaq istiqamətində getdikdə, yenidən saçından tutub saxlayaraq təxminən 4-5 ədəd bıçaq zərbəsi vurmuşdur. Həmin bıçaq zərbələri Aynurənin sinə, boğaz və arxa kürək nahiyəsinə dəymişdir. Həmin hadisə təxmini olaraq danışıqlarla birlikdə 5-10 dəqiqə müddət çəkmiş, təxminən saat 16 radələrində baş vermişdir. O, Aynurəyə bıçaq zərbələri endirən zaman sonuncu əli ilə ona mane olmağa çalışmışdır. Bununla əlaqədar onun sağ əlində 01 ədəd və sol qolunda 01 ədəd olmaqla ümümilikdə 02 ədəd Aynurənin dırnağının izləri vardır. Onun bıçaqla Aynurəyə xəsarət yetirməkdə məqsədi xəyanət etdiyi üçüb onu öldürmək olmuşdur. Aynurəyə bıçaq zərbəsi endirdikdən sonra ona köməklik göstərməmiş, 2 saylı Polis Şöbəsinə gələrək təslim olmuşdur. Hadisə zamanı Aynurədən başqa heç kim xəsarət almamışdır. Törətdiyi əməldən peşmandır. Aynurəyə xəsarət yetirməzdən əvvəl oğlu Hüseyni arxa tərəfdə olan binaların yanına aparmışdır. Oğlu Hüseynin həmin yerdən hadisəni görməsi mümkün olmamışdır, Hüseyn həmin hadisəni görməmişdir. Hüseyn hadisənin baş verdiyi yerə onunla deyil, anası Aynurə və dayısı Röyal ilə birlikdə gəlmişdir. Aynurəyə xəsarət yetirdiyi zaman Röyal hadisə yerində olsa da, müdaxilə etməmiş, baş verən hadisəyə qışqırmaqla ətrafdakılardan kömək istəyərək reaksiya vermişdir. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, X1 atasıdır, 2016-cı ildə mərhum qızı Aynurə Vəliyeva ilə Təqsirləndirilən şəxs ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra onların övladları xx.xx.2018-ci il tarixdə X20, xx.xx.2020-ci il tarixdə isə X28 anadan olmuşdur. Qızı ailə qurduqdan sonra əvvəllər Rauf ilə münasibətləri yaxşı olmuş, lakin təxminən son bir il ərzində Raufun müxtəlif insanlara borcları yaranmışdır. Bu səbəbdən, Rauf qızına qarşı çox pis davranmışdır. Rauf qızını dəfələrlə evdən qovub ondan pul gətirməsini tələb etmişdir. 07 iyun 2022-ci il tarixdə qızı anasına zəng edərək, Raufun borclarının olduğunu, buna görə də evdə olan soyuducunu və paltaryuyanı satmaq istədiyini, bu səbəbdən narazılıq etdiyini və Raufun onu evdən qovduğunu demişdir. Qızının zəngindən sonra həyat yoldaşı Naibə ilə birlikdə dərhal həmin evə getmişdir. Evin ətrafında qonşular toplaşmışdır. Naibə Raufu çağırıb ondan nə üçün belə etdiyini soruşmuşdur. Rauf buna əsəbləşərək evdən bıçaq gətirərək öz qoluna xəsarət yetirmişdir. Bundan sonra qızı və Naibə 102 mərkəzinə zəng edərək şikayət etmişlər. Həmin şikayətlə əlaqədar Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində araşdırma aparılmışdır. xx.xx.2022-ci il tarixdən etibarən qızı uşaqları Hüseyn Vəliyev və Əli Vəliyevlə birlikdə onun evində yaşamışdır. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində qızı qardaşı Röyalla birlikdə polis idarəsinə getmişdir. O da həmin vaxt işi ilə əlaqədar şəhərə çıxmışdır. Həmin gün saat 3-4 radələrində qızı ona zəng edərək məhkəməyə gedəcəyini bildirmişdir. O, da qızına qardaşı Röyalla getməsini demişdir. Bir qədər sonra, oğlu Röyal ona zəng edərək Raufun Aynurəni bıçaqladığını demişdir. O dərhal xəstəxanaya getmişdir. Bu zaman Röyal və Naibə xəstəxanada olmuş, onlar Aynurənin vəfat etdiyini bildirmişlər. Aynurənin Raufa xəyanət etməsi həqiqətə uyğun deyildir. Rauf Aynurənin ondan boşanmaq istəməməsi səbəbindən sonuncunu öldürmüşdür. Hazırda Təqsirləndirilən şəxs şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X1 qardaşıdır. Bacısı ailə qurduqdan sonra əvvəllər Rauf ilə münasibətləri yaxşı olmuş, lakin təxminən son 1 il ərzində Raufun müxtəlif insanlara borcları yaranmışdır. Bu səbəbdən, Rauf bacısına qarşı çox pis davranmışdır. xx.xx.2022-ci il tarixdən etibarən bacısı, uşaqları Hüseyn və Əli ilə birlikdə onların evində yaşamışdır. xx.xx.2022-ci il tarixdə bacısı ilə birlikdə “Unibank” bankının binasının arxasında yerləşən polis idarəsinə getmişdir. Orada Rauf və anası Nəzifə ilə qarşılaşmışdır. Rauf və Nəzifə onları təhqir etmiş, polis idarəsindən çıxdıqları zaman Nəzifə onların ikisini də öldürdəcəyini demişdir. Polis idarəsindən çıxdıqdan sonra evə gəlmişdir. Bir müddət sonra, saat 15 radələrində bacısı Aynurə onu oyatmış və boşanma ilə əlaqədar məhkəməyə getməli olduğunu bildirmişdir. Bacısı ilə birlikdə bacısının böyük oğlu 2018-ci il təvəllüdlü Hüseyni də götürüb evdən çıxmışdır. Aynurənin digər oğlu 2020-ci il təvəllüdlü Əli baxçada olmuş, bacısı Aynurə anası Naibəyə zəng edərək Əlini baxçadan götürməsini xahiş etmişdir. Həmin vaxt anası “Gülüstan” yanacaq doldurma məntəqəsində işdə olmuşdur. Evdən çıxdıqdan sonra avtobus dayanacağına çatmalarına az qalmış, “Tuncayın mətbəxi” restoranının yaxınlığında Raufu görmüşdür. Bacısının kiçik oğlu Əlinin getdiyi baxça həmin ərazinin yaxınlığında olmuşdur. Başa düşmüşdür ki, Rauf Əlini baxçadan götürməsini ehtimal edərək onu yaxınlıqdakı yerdə gözləyir. Ona görə də, narahatlığın olmaması üçün Raufa əhəmiyyət verməyərək qarşı tərəfə keçmişlər. Qarşı tərəfdə, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Azərbaycan Texnologiya Universitetinə üzbəüz bərbərxananın yanında Rauf onlara yaxınlaşaraq Hüseyni görmək istədiyini demişdir. Bacısı Aynurə buna etiraz etmiş və uşağın kimdə olmasına məhkəmənin qərar verəcəyini bildirmişdir. Rauf ona kənarda qalmasını, ailəsi ilə söhbət etmək istədiyini bildirmişdir. O, köşkün kənarına keçib orada gözləmişdir. Bu zaman Rauf və Aynurə söhbət etmiş, Hüseyn də onların yanında olmuşdur. O, bir müddət onları müşahidə etməyərək avtobus dayacanağına tərəf baxmış, avtobusun gəlməsini gözləmiş, bacısı Aynurə və bacısının oğlu Hüseyn ilə birlikdə həmin yeri tərk etmək istəmişdir. Çünki Raufun hadisə yaradacağını ehtimal etmiş, birdən bacısı Aynurənin səsini eşitmiş, həmin tərəfə baxdıqda Aynurənin yerə yıxıldığını, Raufun onu bıçaqladığını, Aynurənin istifadəsində olan “Samsung” markalı, ***-***-**-** nömrəli mobil telefonun yerdə olduğunu görmüşdür. O dərhal Raufun üstünə qaçaraq ona mane olmağa çalışmış, bu zaman Rauf ona yaxınlaşaraq onu da öldürəcəyini deməklə ona bıçaqla zərbə vurmaq istəmişdir. O, dərhal geri çəkilmiş və Rauf ona zərbə vurmamışdır. Həmin vaxt Aynurə Raufun əlindən xilas olmaq üçün köşkün kənarına tərəf qaçmışdır. Bu zaman ətrafda çoxlu insanlar toplaşmış, o, şok vəziyyətində olduğundan özü bacarmadığı üçün ətrafdakı insanlardan polisə zəng etmələrini xahiş etmişdir. Rauf Aynurənin ardınca qaçaraq köşkün kənarında onu tutmuş, yenə bıçaqlayaraq təpik zərbələri ilə vurmuş, daha sonra Hüseyni və Aynurənin yerdə olan mobil telefonunu götürüb yaşayış binaları istiqamətində qaçmışdır. Hüseyn həmin yerdə olmuş və anasının öldürülməsini görmüşdür. Biri qadın digəri kişi olmaqla iki nəfər tanımadığı şəxs “VAZ-2106” markalı ağ rəngli maşında X27 adına şəhər xəstəxasına aparmışlar. Maşında yer olmadığı üçün əyləşməmiş və hadisə yerində qalmışdır. Bundan sonra o, anası Naibəyə zəng edərək qorxmaması üçün Raufun onu bıçaqladığını deyərək xəstəxanaya gəlməsini xahiş etmişdir. Sonra o da həmin xəstəxanaya getmişdir. Xəstəxanaya çatdığı zaman Aynurə artıq vəfat etmişdir. Həmin ərəfədə anası Naibə da xəstəxanaya gəlmiş və baş vermiş hadisədən xəbəri olmuşdur. Hadisə təxminən 5 dəqiqə müddət çəkmişdir. Rauf Aynurəyə bıçaqla xəsarət yetirmişdir. O, hadisənin təsirilə həmin bıçağa diqqət yetirə bilməmiş, bu səbəbdən onun əlamətləri barədə məlumat verə bilmir. Rauf Aynurəyə sürətli bıçaq zərbələri vurmuş, Aynurə müqavimət göstərməyə çalışmış, lakin müqavimət imkanları zəifləmişdir. 2018-ci il təvəllüdlü Hüseyn hadisə yerində olmuş, atası Raufun Aynurəni öldürməsinə şahid olmuş, baş verən hadisəni ətraflı şəkildə birbaşa görmüşdür. Hüseyn anasının Rauf tərəfindən bıçaqlanaraq öldürülməsinə ağlayaraq reaksiya vermişdir. Rauf Aynurəni bıçaqladıqdan sonra Hüseyni də götürərək hadisə yerini tərk etmişdir. X18 xəyanət etməsi həqiqətə uyğun deyil. Aynurə Raufdan boşanmaq istəmişdir. Rauf Aynurənin boşanmaq istəməsini qəbul etmədiyi üçün onu öldürmüşdür. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş X20 ifadəsində göstərdi ki, 4 yaşı vardır, atası Rauf və anası Aynurə ilə birlikdə yaşamışdır. Hal-hazırda nənəsi Nəzifə ilə birlikdə onun evində yaşayır. Bir müddət anası ilə birlikdə digər nənəsi Naibə və babası İltifatın evində yaşamışdır. Təxminən iki ay əvvəl bərbərxananın yanında atası Rauf anası Aynurəni bıçaqla vurmuşdur. O və dayısı Röyal da həmin yerdə olmuşdur. Atası və anası söhbət etdikləri zaman birdən atası bıçağı çıxarıb anası Aynurəyə vurmuşdur. Anası qaçmış, atası tutub yenə bıçaqla vurmuşdur. O, atasının anasına bıçaq zərbələri vurduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində Azərbaycan Texnologiya Universiteti ilə üzbəüz ərazidə yerləşən 3212 nömrəli “Al Market” mağazasının müdiri işləyir. Hadisənin baş vermə səbəbi barədə məlumatı yoxdur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində mağazanın içərisində olduğu zaman qəflətən qışqırıq səsi eşitmişdir. Dərhal çölə çıxdığı zaman adları ona sonradan məlum olan göy cins şalvar geyinmiş Rauf adlı şəxsin qara koftalı, göy cins şalvarlı qadının arxasınca qaçaraq onu tutub yerə yıxaraq bir neçə bıçaq zərbəsi vurduğunu görmüşdür. Sonra binaların arası ilə qaçaraq uzaqlaşmışdır. Həmin vaxt şok vəziyyətində olduğundan tam diqqətimi toplaya bilməmişdir. Ona görə də, bu barədə dəqiq məlumat verə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində Azərbaycan Texnologiya Universiteti ilə üzbəüz ərazidə yerləşən köşkdə satıcı qismində işləyir, hadisənin baş vermə səbəbi barədə məlumatı yoxdur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində köşkün içərisində olduğu zaman qəflətən qışqırıq səsi eşitmişdir. Dərhal çölə çıxdığı zaman adları ona sonradan məlum olan qara koftalı, göy cins şalvarlı qadın ilə qara qısaqol köynək və göy cins şalvar geyinmiş Rauf adlı şəxs yüksək səslə yaxınlıqda yerləşən bərbərxananın önündə mübahisə etdiyini görmüşdür. Rauf adını sonradan bildiyi Aynurə adlı qadına bir neçə bıçaq zərbəsi vurduqdan sonra sonuncu onun əlindən köşk istiqamətində qaçmışdır. Rauf onun arxasınca gələrək onu tutub yerə yıxaraq bir neçə bıçaq zərbəsi yenidən vurmuşdur. Daha sonra binaların arası ilə qaçaraq uzaqlaşmışdır. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri, Gəncə şəhəri, X31 prospekti ilə Şahlar Hüseynov küçəsinin kəsişməsində Azərbaycan Texnologiya Universiteti ilə üzbəüz nəqliyyat yolunun qarşı tərəfində 3 (üç) mərtəbəli binanın ön hissəsidir. Hadisə yerinə getdikdə qeyd olunan 3 (üç) mərtəbəli binanın qarşısında 11 metr enində səki, səkidən yol istiqamətində Ş.İ.Xətai prospektinə qədər 18 metr enində avtobus dayanacağı və avtomobil parkinqi üçün nəzərdə tutulmuş yer, həmin parkinqdə müxtəlif rəngli və fərqli markalı avtomobillər müəyyən edildi. Qeyd olunan səkinin üzərində avtobus dayanacağı, dayanacağın sağ və solunda köşk-mağazalar, eləcə də müvafiq aralıqlarla ağaclar vardır. 3 (üç) mərtəbəli binanın birinci mərtəbəsində isə kişi salonu, “AL market”, çayxana və digər mağazalar mövcuddur. Həmin binanın digər mərtəbələri yaşayış üçün nəzərdə tutulmuşdur. Qeyd olunan 3 (üç) mərtəbəli binanın qarşısısında yerləşən avtobus dayanacağının yola baxan hissəsi ilə üzbəüz dayandıqda sol tərəfindən həmin dayanacağa birləşik şəkildə köşk-mağaza müəyyən edildi. Həmin köşk-mağazada müxtəlif mineral və qazlı sular, ərzaq məhsulları, eləcə də ön hissəsində dondurma saxlanılan soyuducu vardır. Dondurma saxlanılması üçün nəzərdə tutulan soyuducunun yola baxan hissəsi ilə üzbəüz dayandıqda sol tərəfdən 2.7 m məsafədə asfalt örtük üzərində 120x55 sm ölçüdə qanabənzər ləkə aşkar edildi, həmin qanabənzər ləkə şərti olaraq “1” rəqəmi ilə nömrələnməklə qanunamüvafiq qaydada qablaşdırılaraq götürüldü. Qeyd olunan qanabənzər ləkə avtobus dayanacağının sol küncündən 7.21 m məsafədə, yaxınlıqdakı səkidən isə 34 sm məsafədə yerləşir. “1” rəqəmi ilə nömrələnmiş qanabənzər ləkədən 34 sm məsafədə 21 sm hündürlüyündə səkinin üzərində 45x38 sm ölçüdə qanabənzər ləkə aşkar edildi. Həmin qanabənzər ləkə şərti olaraq “2” rəqəmi ilə nömrələnməklə müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Qeyd olunan qanabənzər ləkə səkinin üzərində yerləşən yaxınlıqdakı ağacdan 3.8 m məsafədə, sol istiqamətdə yerləşən zibil qabından isə 35 sm məsafədə yerləşir. Ətrafa vizual baxış keçirildikdə “1” və “2” rəqəmi ilə nömrələnmiş qanabənzər ləkələr olan yeri çəkə biləcək Gəncə şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz şəhər” Xidmətinə məxsus GTŞ-093 nömrəli müşahidə kamerasının, köşkmağazanın və “AL Market” mağazasının xarici müşahidə kameralarının olduğu müəyyən edildi. Şərti olaraq “2” rəqəmi ilə nömrələnmiş qanabənzər ləkədən 3 (üç) mərtəbəli binanın birinci mərtəbəsində yerləşən “Al Market” mağazası istiqamətində hərəkət etdikdə sol tərəfdəki kişi salonun ön sol küncündən 4,82 metr məsafədə, “2” rəqəmi ilə nömrələnmiş qanabənzər ləkədən isə 26.4 m məsafədə səki üzərində daş örtüklü yerdə 130x61 sm ölçüdə damcılar şəklində səpələnmiş qanabənzər ləkələr aşkar edildi. Həmin qanabənzər ləkələr şərti olaraq “3” rəqəmi ilə nömrələnməklə qanunamüvafiq qaydada qablaşdırılaraq götürüldü. Qeyd olunan 3 mərtəbəli bina ilə üzbəüz dayandıqda həmin binanın sol küncündən “3” rəqəmi ilə nömrələnmiş qanabənzər ləkəyə qədər məsafə 19 metr, yaxınlıqda yerləşən ağaca qədər olan məsafə isə 3.42 metr təşkil edir. Hadisə yerinə baxış zamanı ətrafı nəzərə alaraq belə qənaətə gəlinmişdir ki, hadisə ilkin olaraq məhz sonuncu “3” rəqəmi ilə nömrələnmiş qanabənzər ləkələrin mövcud olduğu yerdə başlanmışdır. Daha sonra ətrafa bütünlükdə baxış keçirildi. Lakin hadisə ilə bağlı əhəmiyyət kəsb edən, eləcə də əlavə olaraq digər hər hansı bir hal aşkar edilmədi. Bununla da hadisə yerinə baxış keçirilməsi başa çatdırılmışdır. Həmçinin baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. «Meyitə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, təşrih masası üzərində arxası üstə meyit uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: göy cins şalvar, qara rəngli kəmər, qara rəngli kofta, qara rəngli tursik, ağ rəngli büstqalter, bir cüt qara rəngli ayaqqabı, bir cüt qara rəngli corab. Paltarlar köhnədir, əyninə düzgün geyinilmişdir, qana bulaşmış vəziyyətdədir. Meyit qadın cinslidir, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 160 smdir. Dərisi ağımtıl meyit rəngindədir, əllə yoxladıqda ilıqdır. Meyit ləkələri meyitin arxa səthində yerləşmişdir, görüntüsü zəifdir, göyümtül-bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə itir və öz əvvəlki vəziyyətinə tezdə bərpa olur. Meyit qacıması əllə yoxlanılan əzələ qruplarında inkişaf etməmişdir. Kəllə qapağı sümükləri əllə yoxladıqda tamdır. Hər iki göz qapaqları örtülüdür, bəbəklər dairəvi formada olub, genişlənmişdir, buynuz qişaları şəffafdır, gözlərin birləşdirici toxumalarında nöqtəvari qansızmalar qeyd olunmur. Hər iki burun və qulaq dəlikləri sərbəstdir, burun sümükləri və qığırdaqları əllə yoxladıqda tamdırlar. Ağzı yarımaçıqdır, dişləri tamdır, təbiidir. Dil dişlərin arxasında sərbəst yerləşir. Boynu gövdəyə müvafiq inkişaf etmişdir. Döş qəfəsi normostenikdir, quruluşu simmetrikdir, qabırğalar əllə yoxladıqda tamdırlar. Qarnı döş qəfəsi səviyyəsindən aşağıda yerləşir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Anal dəlik örtülüdür, ətrafında hər hansı bir xəsarət qeyd olunmur. Yuxarı və aşağı ətraf sümükləri əllə yoxladıqda tamdırlar. Xəsarətlər: boyun nahiyəsinin aşağı 1/3 hissəsinin ön səthində ortada 1 x 3 sm ölçüdə saat sferblatının 1-7 rəqəmlərini birləşdirən xətti üzrə yerləşən, döş qəfəsinin ön səthində döş sümüyü səviyyəsində bir qədər sağda 1,5 x 0,5 sm ölçüdə, saat sferblatının 1-7 rəqəmlərini birləşdirən xətti üzrə yerləşən, qarın nahiyəsinin ön səthində göbəkdən bir qədər yuxarıda, orta xətt üzrə 2 x 0,5 sm ölçüdə, saat sferblatının 5-7 rəqəmlərini birləşdirən xətti üzrə yerləşən, döş qəfəsinin sağ yan səthində ön qoltuqaltı xətt üzrə İV-V qabırğa səviyyəsində 2 x 0,5 sm ölçüdə, boylama istiqamətdə yerləşən, həmin nahiyədə sağ ön qoltuqaltı xətt üzrə V-Vİ qabırğa səviyyəsində 1,8 x 0,5 sm ölçüdə, köndələn istiqamətdə yerləşən, döş qəfəsinin arxa səthində sağda V-Vİ qabırğa səviyyəsində 2 x 0,5 sm ölçüdə, saat sferblatının 5-7 rəqəmlərini birləşdirən xətti üzrə yerləşən, sol said nahiyəsinin iç səthində 1,5 x 0,5 sm ölçüdə, köndələn istiqamətdə yerləşən kənarları hamar yaralar vardır. Meyiti yanlara çevirdikdə boyun, döş qəfəsi və qarın nahiyəsində yerləşən yaralardan qan ifraz olur. Sağ diz oynağı nahiyəsinin ön səthində 0,5 x 1 sm ölçüdə, sağ said nahiyəsinin orta 1/3 hissəsinin ön səthində 0,5 x 4 sm ölçüdə, ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş, qırmızımtıl rəngli, qeyri-müəyyən formalı sıyrıqlar vardır. Meyitin xarici müayinəsində başqa xəsarətlər müəyyən edilmədi. Meyitə baxış zamanı aşkar edilmiş geyim əşyaları, 03 cüt və 01 ədəd metal əşya müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Xarici müayinə başa çatdıqdan sonra meyitin daxili müayinəsi həyata keçirilmişdir. «Baxış keçirilməsi və götürülməsi və haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X7 meyitinə baxış zamanı götürülmüş sonuncuya məxsus 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd alt paltar, 01 ədəd büstqalter, 01 cüt ayaqqabıya baxış keçirilmişdir. X3 məxsus geyim əşyalarına baxış zamanı aşağıdakılar aşkar olunmuşdur:01 ədəd köynək – qara rənglidir, qısaqoldur, uzunluğu 430 mm, çiyin hissədən eni 410 mm-dir. Köynəyin ön sol tərəfində, aşağı son kənarından 320 mm, 270 mm yuxarıda müvafiq olaraq 02 ədəd 21 mm, 8 mm uzunluqlu, ön sol tərəfində aşağı son kənarından 115 mm yuxarıda 01 ədəd 12 mm uzunluqlu, ön orta tərəfində aşağı son kənarından 220 mm yuxarıda 01 ədəd 5 mm uzunluqlu, ön sağ tərəfində aşağı son kənarından 150 mm yuxarıda 01 ədəd 19 mm uzunluqlu, arxa sağ tərəfində aşağı son kənarından 90 mm, 120 mm yuxarıda, uyğun olaraq 02 ədəd 21 mm, 12 mm uzunluqlu, arxa sol tərəfində aşağı son kənarından 210 mm yuxarıda, 01 ədəd 11 mm uzunluqlu, sol yan tərəfində aşağı son kənarından 100 mm yuxarıda, sol yan tikişinin yaxınlığında, 01 ədəd 15 mm uzunluqlu zədələr vardır.-01 ədəd büstqalter – çəhrayı rənglidir, uzunluğu 290 mm, eni 160 mm-dir. Büstqalterin üzərində qanabənzər ləkələr vardır. Büstqalterin ön sol tərəfində yuxarı son kənarından 90 mm aşağıda 01 ədəd 4 mm uzunluqlu zədə vardır.-01 ədəd şalvar – mavi rənglidir, iki yan, iki arxa ciblidir, ön hissəsi zəncirbəndlidir, belində qara rəngli kəmər vardır. Şalvarın uzunluğu 950 mm, bel hissədən eni 390 mm-dir. Üzərində qanabənzər ləkələr vardır.-01 ədəd alt paltar – qara rənglidir, qadın alt tumanıdır, uzunluğu 180 mm, bel hissəsinin eni 290 mmdir. Üzərində qanabənzər ləkələr vardır.-01 cüt ayaqqabı – qara rənglidir, üzəri iplə bağlanandır, altlıq hissəsinin uzunluğu 265 mm, eni 110 mm-dir.Baxış keçirilməsi zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmiş, fotoşəkillər müvafiq qaydada çəkilərək protokola əlavə edilmişdir. «Baxış keçirilməsi və götürülməsi və haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hal şahidlərinin və müdafiəçisinin iştirakı ilə 23 iyun 2022-ci il tarixdə hadisə zamanı əynində olmuş 01 ədəd qısaqol qara rəngli köynək, 01 ədəd açıq göy rəngli cins şalvar, 01 cüt qara rəngli ayaqqabını Gəncə şəhər Prokurorluğunun inzibati binasında könüllü olaraq təqdim etmişdir.- 01 ədəd qısaqol köynək - qara rənglidir, sol sinə nahiyədə əqrəb şəkli vardır.- 01 ədəd cins şalvar – açıq göy rənglidir.- 01 cüt ayaqqabı -qara rənglidir.Cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd qısaqol qara rəngli sol sinə nahiyədə əqrəb şəkli olan köynək, 01 ədəd açıq göy rəngli cins şalvar, 01 cüt qara rəngli ayaqqabı götürülməklə qablaşdırılmış, bununla da, götürmə və baxış keçirilməsi sona çatmış və fotoşəkilləri müvafiq qaydada çəkilərək protokola əlavə edilmişdir. «Baxış keçirilməsi və götürülməsi və haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 122-25125-1222 nömrəli məktubu ilə şəhər prokurorluğuna təqdim edilmiş, Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman istifadə etdiyi bir ədəd bıçağa baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin bıçaq bağlı vəziyyətdədir, açılıb-bağlanandır. Bıçaq tiyə və dəstək hissədən ibarət olub, açıq vəziyyətdə ümumi uzunluğu 170 mm-dir. Bıçağın tiyəsi boz rəngli metaldan hazırlanmışdır, bir tərəfi küt, digər tərəfi kəsicidir, ucu deşici xassəyə malikdir. Kəsici tərəf hər iki üzdən itilənmişdir. Tiyənin ucu küt tərəfin aşağıya doğru maili, kəsici tərəfin yuxarıya doğru qövsvari formada əyilərək birləşməsi nəticəsində əmələ gəlmişdir. Tiyənin üzərində qəhvəyi rəngli qanabənzər ləkələr vardır. Tiyənin uzunluğu 75 mm, orta hissədən eni 19 mm, qalınlığı 2,5 mm-dir. Tiyənin bir üzünün daban hissəsində “SAİNLESS STEEL” yazısı həkk olunmuşdur. Dəstəyin əsası boz rəngli metaldan hazırlanmışdır və tiyənin davamı deyildir. Dəstəyin əsasına boz rəngli metala oxşar və qəhvəyi rəngli taxtaya oxşar materialdan hazırlanmış xüsusi formalı üzlüklər bərkidilmişdir. Dəstəyin uzunluğu 95 mm, orta hissədən eni 18 mm, orta hissədən qalınlığı 14 mm-dir. Baxış keçirilməsi zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmiş, fotoşəkillər müvafiq qaydada çəkilərək protokola əlavə edilmişdir. «Baxış keçirilməsi və götürülməsi və haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 122-25125-1222 nömrəli məktubu ilə şəhər prokurorluğuna təqdim edilmiş, Təqsirləndirilən şəxs X9 məxsus olduğunu bildirdiyi mobil telefonda iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumatların, yazışmaların olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan həmin telefona baxış keçirilmişdir. Baxış otaq şəraitində, süni işıqlandırma şəraitində aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir: 01 ədəd “SAMSUNG” markalı mobil telefon – qara rənglidir, ön ekranın örtüyü sınmışdır. Bir ədəd ön kamerası, 04 ədəd isə arxa kamerası vardır. Telefona tünd qırmızı rəngli kabro taxılmışdır. Kabronu çıxartdıqda içərisində “Unibank” kartı aşkar edilmişdir. Kabronun və telefonun arxa hissəsində “SAMSUNG” sözləri yazılmışdır. Telefon sensor ekranlıdır, smartfon tiplidir. Telefonun ön hissəsi ekrandan ibarətdir, idarətertmə düymələri ekranın içərisinə yerləşdirilmişdir. Telefonun sağ küncündə 03 ədəd düymə vardır. Qeyd edilən 02 ədəd düymə telefonun səs ucalığının idarə edilməsi, digəri isə telefonun yandırılıb-söndürülməsi funksiyasını yerinə yetirir. Telefonun kilidi “T” formalı kombinasiya ilə açılmış və “*#06#” kombinasiyası vasitəsilə cihaz məlumatları yoxlanılarkən “İMEL1: **********03851/01 və İMEL2: **********03859/01” kodları, “RF8T11M5WEF” seriya nömrəsi müəyyən edilmişdir. Telefonun “WhatsApp” sosial şəbəkəsi aktiv edilmişdir və həmin sosial şəbədəkə X7 istifadəsində olan “+**********27” mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmişdir. Həmin sosial şəbəkəyə baxış keçirilən zaman Aynurə Vəliyevanın “+**********42” mobil nömrəli “Osman Mugenni” adlı istifadəçi ilə xx.xx.2022-ci il saat 19:18-dən xx.xx.2022-ci il saat 13:06-dək yazışma və səsyazıları müəyyən edilmişdir. Həmin yazışmalar və göndərilən səs yazıları yoxlanılan zaman X19 adlı şəxslə tanışlıq münasibətinin olması aşkar edilmişdir. Telefonun “son aramalar” menyusuna daxil olduqda müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11:43-də “Osman Sim” adlı “+**********25” nömrəli istifadəçidən telefona zəng edilmiş, 02 dəqiqə 16 saniyə danışıq baş tutmuş, saat 18:31-də isə həmin nömrədən cavabsız zəng edilmişdir. Baxış keçirilməsi zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmiş, fotoşəkillər müvafiq qaydada çəkilərək protokola əlavə edilmişdir. «Diskə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri, X31 prospektində yerləşən köşkün daxili müşahidə kameraları vasitəsilə qeydə alınmış və həmin köşkdən götürülmüş video görüntülərlə bağlı diskə baxış keçirilmişdir. Baxış keçirilərkən real vaxt rejimi və həmin köşkün sahibi X21 istintaqa təqdim etdiyi ərizə ilə müəyyən edilmişdir ki, köşkün videogörüntülərini qeydə alan kameranın saatı real vaxt rejimindən 27 dəqiqə 40 saniyə geridədir. Baxış zamanı həmin disk «HP» markalı kompüterə yerləşdirilmiş, disk açılan zaman içərisində 20220625_174152 adlı faylda mövcud olan videogörüntüyə baxış keçirilmişdir. Həmin videogörüntüdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:34:51-də (real vaxt rejimi ilə xx.xx.2022-ci il saat 16:02:31-də) Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Azərbaycan Texnologiya Universiteti” ilə üzbəüz yerləşən avtobus dayanacağının yaxınlığında Təqsirləndirilən şəxs arxadan gələrək qaçmaqda olan X10 tutaraq sağ əlində olan bıçaqla ona müxtəlif xəsarətlər yetirmiş, təpiklə zərbə vurmuş, saat 15:35:01-də (real vaxt rejimi ilə xx.xx.2022-ci il saat 16:02:41-də) isə əks istiqamətdə qaçmışdır. Video görüntülərlə bağlı diskə baxış keçirilməsi zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmiş, bununla da diskə baxış sona çatmışdır. «Diskə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri, X31 prospektində yerləşən 3212 nömrəli “AL Market” mağazasının xarici müşahidə kameraları vasitəsilə qeydə alınmış və həmin mağazadan götürülmüş video görüntülərlə bağlı diskə baxış keçirilmişdir. Baxış keçirilərkən real vaxt rejimi və həmin mağazanın müdiri Şahid4 istintaqa təqdim etdiyi ərizə ilə müəyyən edilmişdir ki, mağazanın videogörüntülərini qeydə alan kameranın saatı real vaxt rejimindən 48 dəqiqə 37 saniyə öndədir. Baxış zamanı həmin disk «HP» markalı kompüterə yerləşdirilmişdir. Disk açılan zaman içərisində 2022067_154213 adlı faylda mövcud olan videogörüntüyə baxış keçirilmişdir. Həmin videogörüntüdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:51:08-də (real vaxt rejimi ilə xx.xx.2022-ci il saat 16:02:31-də) Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Azərbaycan Texnologiya Universiteti” ilə üzbəüz yerləşən avtobus dayanacağının yaxınlığında Təqsirləndirilən şəxs arxadan gələrək qaçmaqda olan X10 tutaraq sağ əlində olan bıçaqla ona müxtəlif xəsarətlər yetirmiş, təpiklə zərbə vurmuş, saat 16:51:18-də (real vaxt rejimi ilə xx.xx.2022-ci il saat 16:02:41-də) isə əks istiqamətdə qaçmışdır. Video görüntülərlə bağlı diskə baxış keçirilməsi zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmiş, bununla da diskə baxış sona çatmışdır. «Diskə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri, X31 prospektində quraşdırılmış Gəncə şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidmətinə məxsus GTŞ-093 nömrəli kameradan xx.xx.2022-ci il tarixdə saat 15:00-dan saat 17:00-dək olan video görüntülərlə bağlı xx.xx.2022-ci il tarixli 120- 23149-1222 nömrəli məktubla şəhər prokurorluğuna təqdim olunmuş disklərə baxış keçirilmişdir. Baxış zamanı həmin disklər “HP” markalı kompüterə yerləşdirilmişdir. Disklər açılan zaman birinci diskdə “GTŞ-093 1-2022-06-23_15h00min00s000” adlı, ikinci diskdə “GTŞ-093 1-2022-06-23_15h30min00s000ms” adlı, üçüncü diskdə “GTŞ-093 1-2022-06- 23_16h00min00s000” adlı, dördüncü diskdə “GTŞ-093 1-2022-06- 23_16h30min00s000ms” adlı video görüntülərin olduğu müəyyən edilmişdir. İlk olaraq “GTŞ-093 1-2022-06-23_15h00min00s000” adlı video görüntüyə baxış keçirilmiş, cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Daha sonra “GTŞ-093 1-2022-06-23_15h30min00s000ms” adlı video görüntüyə baxış keçirilmiş, cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. “GTŞ-093 1-2022-06- 23_16h00min00s000” adlı video görüntüyə baxış keçirildikdə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:02:31-də Gəncə şəhəri, Ş.İ.Xətai prospektində, “Azərbaycan Texnologiya Universiteti” ilə üzbəüz yerləşən avtobus dayanacağının yaxınlığında Təqsirləndirilən şəxs arxadan gələrək qaçmaqda olan X10 tutaraq sağ əlində olan bıçaqla ona müxtəlif xəsarətlər yetirmiş, təpiklə zərbə vurmuş, saat 16:02:41-də isə əks istiqamətdə qaçmışdır. “GTŞ-093 1-2022-06-23_16h30min00s000ms” adlı video görüntüyə baxış keçirildiyi zaman cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Video görüntülərlə bağlı diskə baxış keçirilməsi zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmiş, bununla da diskə baxış sona çatmışdır. Əşyanın tanınmaya təqdim edilməsi haqqında 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 122-25125-1222 nömrəli məktubu ilə şəhər prokurorluğuna təqdim edilmiş 01 ədəd açılıb-bağlanan bıçağı göstərərək zərərçəkmiş şəxs X10 həmin bıçaqla öldürdüyünü bildirmişdir. Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 122-33260-1222 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, baş vermiş hadisə ilə bilavasitə əlaqədar olan şəxslərin, eləcə də hadisə baş verdiyi vaxt həmin ərazidə olmuş və hadisənin gedişatını bilavasitə görmüş şəxslərin dairəsinin müəyyən edilməsi, Təqsirləndirilən şəxs ilə X13 arasında əvvəllər mübahisənin və ya ədavətin olması, Təqsirləndirilən şəxs ilə X7 şəxsiyyətlərinin necə xarakterizə olunması, kiminlə, harada yaşaması, münaqişəli ailə kimi qeydiyyatda olması, habelə hər hansı bir şəxslə arasında əvvəllər hər hansı mövzu ilə bağlı mübahisə, ədavət və düşmənçiliyin olması, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən istifadəsində olmuş bıçağı haradan əldə etməsi, harada saxlaması, bundan hansı şəxslərin məlumatının olması, baş vermiş hadisə barədə hadisədən əvvəl və hadisədən sonra kimlərin məlumatlı olması aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1058 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən olunmamışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 56 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində deşici-kəsici, alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş 7 ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan yaralardan biri döş qəfəsinin ön səthində, döş sümüyü səviyyəsində bir qədər sağda yerləşmişdir, daxilə nüfuz edən yaradır, sağ ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunur, yara kanalının istiqaməti öndən-arxaya, bir qədər soldan sağa doğrudur. İkinci yara döş qəfəsinin sağ yan səthində lV-V qabırğalar səviyyəsində ön qoltuqaltı xətt üzrə yerləşmişdir, daxilə nüfuz edən yaradır, sağ ağciyərin orta payının zədələnməsi ilə müşayiət olunur, yara kanalının istiqaməti üfüqi xətt üzrə sağdan-sola, bir qədər öndən-arxaya doğrudur. Digər üçüncü yara eyni ilə döş qəfəsinin sağ yan səthində V-Vİ qabırğalar səviyyəsində ön qoltuqaltı xətt üzrə yerləşmişdir, daxilə nüfuz edən yaradır, sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunur, yara kanalının istiqaməti üfüqi xətt üzrə sağdan-sola, bir qədər öndənarxaya doğrudur. Dördüncü deşilmiş-kəsilmiş yara döş qəfəsinin arxa səthində sağda V-Vİ qabırğa səviyyəsində yerləşmişdir, daxilə nüfuz edən yaradır, sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunur, yara kanalının istiqaməti üfüqi xətt üzrə arxadan-önə, bir qədər aşağıdan yuxarıya doğrudur. Beşinci yara boyun nahiyəsinin aşağı 1/3 hissəsinin ön səthində yerləşmişdir, daxilə nüfuz edən yaradır, döş qəfəsinin ara divarının zədələnməsi ilə izlənilir, yara kanalının istiqaməti üfüqi xətt üzrə öndən-arxaya, yuxarıdan aşağıya doğrudur. Sonuncu daxilə nüfuz edən yara qarın nahiyəsinin ön səthində göbəkdən bir qədər yuxarıda yerləşmişdir, mədənin və qaraciyərin zədələnməsi ilə müşayiət olunur, yara kanalının istiqaməti üfüqi xətt üzrə öndən-arxaya, bir qədər soldan sağa doğrudur. Qeyd olunan deşilmiş-kəsilmiş yaralar dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Sol said nahiyəsində yerləşən yara yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunur və dərəcəsinə görə sağlamılığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. X1 bədənində qeyd olunan xəsarətlərdən başqa, sağ diz və sağ said nahiyələrində sıyrıqlar kimi xəsarətlər də müəyyən edilmişdir. Bu xəsarətlər-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, belə xəsarətlər canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir və dərəcələri təyin edilmir. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər həyatidir, xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. X1 ölümünə səbəb, döş qəfəsinin və qarının deşilmiş-kəsilmiş yaralarından əmələ gələn, daxili və xarici qanitirmə olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq, belə hesab edilmişdir ki, ölümün müddəti müayinə olunan vaxta nəzərən 2-4 saatdır (meyit xx.xx.2022-ci il tarixdə saat 19- 20-də müayinə edilmişdir). X3 xəsarət (xəsarətlər) yetirilərkən o, və ona xəsarət yetirən şəxs müxtəlif vəziyyətlərdə (üzbə-üz, yanba-yan, oturaq və s.) ola bilərdi. X1 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. X1 anal dəlik nahiyəsindən və uşaqlıq yolundan götürülmüş tamponlarda, məhkəmə-tibbi bioloji müayinə nəticəsində spermatozoidlər aşkar edilməmişdir. X2 hamiləlik müəyyən edilməmişdir. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli, 14 nömrəli rəyindən görünür ki, təqdim olunmuş maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) beta-dır. Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) beta-dır. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olunmuşdur, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan X9 və Təqsirləndirilən şəxs məxsus ola bilər. Hadisə yerindən götürülmüş tamponlar üzərində insana məxsus qan aşkar olunmuşdur, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan X9 vət Təqsirləndirilən şəxs məxsus ola bilər. X3 məxsus paltarlar üzərində insana məxsus qan aşkar olunmuşdur, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə və Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus paltarlar üzərində insana məxsus qan aşkar olunmuşdur, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə və X9 məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus qısaqol əqrəb şəkilləri olan kofta üzərində qan aşkar olunmamışdır. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/899 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X9 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. X9 məxsus 01 ədəd köynəyin üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlmişdir. X9 məxsus 01 ədəd şalvarın üzərindən tapılmış tünd-göy təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış mavi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X9 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. X9 məxsus digər geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında, Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında, X9 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Məhkəmə balistik və trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/900/901 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişiliklər edilməmişdir. X9 məxsus qısaqol köynəyin üzərində olan 09 ədəd “a”, “b”, “c”, “d”, “e”, “f”, “l” zədələri və büsqalterin üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş qısaqol köynəyin və büsqalterin üzərindəki zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Təqdim edilən X9 məxsus cins şalvarın, tumanın, 01 cüt ayaqqabının və Təqsirləndirilən şəxs məxsus paltarların üzərində mexaniki zədə aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 xx.xx.2022ci il tarixli 56 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş X9 məxsus qısaqol köynəyin üzərində olan 09 ədəd “a”, “b”, “c”, “d”, "e”, “f”, “l” zədələri və büsqalterin üzərində olan 01 ədəd zədə müqayisə edilmiş və müəyyən olunmuşdur ki, bədəndə yerləşən “döş qəfəsinin ön səthində, döş sümüyü səviyyəsində bir qədər sağda yerləşən”, “döş qəfəsinin sağ yan səthində, İV-V qabırğalar səviyyəsində ön qoltuqaltı xətt üzrə yerləşən”, “döş qəfəsinin sağ yan səthində, V-Vİ qabırğalar səviyyəsində ön qoltuqaltı xətt üzrə yerləşən”, “döş qəfəsinin arxa səthində sağda V-Vİ qabırğa səviyyəsində yerləşən”, “qarın nahiyyəsinin ön səthində göbəkdən bir qədər yuxarıda yerləşən” xəsarətləri ilə yuxarıda qeyd edilən zədələr yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni yuxarıda göstərilən zədələr və xəsarətlər üst-üstə düşür. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1014 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 423/145 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza imkan vermişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək, əməlinin faktiki xarakterini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəsisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (özünün deməsinə görə), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv əlamətlər iş (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas verir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki öz olaraq fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi emosional halda olmuşdur, keçirdiyi emosional halın yaranma səbəblərindən biri Aynurə Vəliyevanın ona xəyanət etmə düşüncəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, hadisənin baş verdiyi yeri, şəraiti göstərmiş və həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmışdır. «Könüllü gəlib təqsirini boynunan alma haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Azərbaycan Texnologiya Universiteti ilə üzbəüz bərbərxananın qarşısında arvadı X7 müxtəlif bədən nahiyyələrinə xəsarət yetirməklə sonuncunu öldürdüyünü könüllü olaraq etiraf etmiş və təslim olmuşdur. O, könüllü təslim olmaqla yanaşı cinayət törətdiyi zaman istifadə etdiyi 01 ədəd açılıb bağlanan bıçağı və X9 məxsus Samsung markalı mobil telefonu könüllü təqdim etmişdir. Bu barədə 23 iyun 2022-ci il tarixdə «Təqsirini boynuna almaqla könüllü gəlmə» haqqında protokol tərtib olunmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 iyun 2022-ci ildən hesablanmışdır. Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 121- 20620-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər 1-ci Polis Şöbəsində özünə xəsarət yetirməsi barədə material olmuş və həmin material baxılıb tədbir görülməsi üçün xx.xx.2020-ci il tarixli 121-12477-1220 nömrəli məktubla Gəncə şəhər BPİ-nə göndərilmişdir. X13 barədə Gəncə şəhər 1-ci Polis Şöbəsində heç bir təqsirləndirici material olmamışdır. AZ İV № 065015 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X20 xx.xx.2018-cü il tarixdə anadan olmuşdur. AZ İV № 434697 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X28 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 176 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X4 şəhər Psixiatriya Xəstəxanasında müayinə və müalicədə olmamışdırlar. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 7183 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X13 Respublika Psixiatriya Xəstəxanasında müalicə olunmamışdırlar. Gəncə şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında ailə üzvləri həyat yoldaşı X13 və övladları X20 və X28 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı müəyyən edilir ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu yoxdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində ünvan 4 ünvanında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı arvadı X10 əl zərbəsi ilə baş nahiyəsinə qəsdən vuraraq ona fiziki ağrılar yetirməklə, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Nəticədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nə göndərilmişdir. Əşyanın təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X9 məxsus əşyalar, 03 cüt və 01 cüt metal əşya, 01 ədəd Samsung markalı qara rəngli molbil telefon tünd qırmızı rəngli kabrosu və kabronu çıxartdıqda içərisində olan Unibank kartı ilə birlikdə zərəçəkmiş şəxsin hüquqi varisi X12 təhvil verilmişdir. «Sübutların qiymətləndirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərardan görünür,təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol qara rəngli köynək, 01 ədəd açıq göy rəngli cins şalvar, 01 cüt qara rəngli ayaqqabı, X9 məxsus 01 ədəd qara rəngli kofta, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli alt paltar, 01 ədəd büsqalter, 01 cüt qara rəngli ayaqqabı,hadisə yerindən götürülmüş 03 ədəd qablaşdırılmış formada olan qan nümunəsi, Təqsirləndirilən şəxs oglunun cinayət törətdiyi zaman istifadə etdiyi 01 (bir) ədəd açılıb-bağlanan bıçaq maddi sübüt kimi tanınaraq Gəncə şəhər prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 2018-ci il təvəllüdlü oğlu Hüseyn Vəliyevin baş vermiş hadisəni görmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquq varisinin ifadəsi, şahidlərin ifadələrini, ekspertiza rəylərini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, ifadəsinin yerində yoxlanması zamanı müdəfiəçinin iştirakı ilə verdiyi ifadəsini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları, və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 120.2.4-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən könüllü gəlib təqsirini boynuna almasını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, törətdiyi cinayətin xarakterini və içtimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının yuxarı həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə, sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət və ədalət prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsində qəsdən törədilmiş xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Gəncə şəhər prokurorluğunda saxlanılan təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol qara rəngli köynək, 01 ədəd açıq göy rəngli cins şalvar, 01 cüt qara rəngli ayaqqabı, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, X3 məxsus 01 ədəd qara rəngli kofta, 01 ədəd göy rəngli cins şalvar , 01 ədəd qara rəngli alt paltar, 01 ədəd büsqalter, 01 cüt qara rəngli ayaqqabı, zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə yerindən götürülmüş 03 ədəd qablaşdırılmış formada olan qan nümunəsi, 01 (bir) ədəd açılıb-bağlanan bıçaq istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eləcə də X9 məxsus əşyalar, 03 cüt və 01 cüt metal əşya, 01 ədəd Samsung markalı qara rəngli molbil telefon tünd qırmızı rəngli kabrosu və kabronu çıxartdıqda içərisində olan Unibank kartı ilə birlikdə zərəçəkmiş şəxsin hüquqi varisi X12 təhvil verilməsi, 07 ədəd DVD diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 127 (yüz iyirmi yeddi) manat, 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 160-cı maddəsinin tələblərinə əsasən valideynin və ya ailənin dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli 4 №-li Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 28-ci bəndində göstərilmişdir ki, azadlıqdan məhrum etməyə məhkum olmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqları olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-in 160-cı maddəsinə uyğun olaraq qohumları yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X20 və xx.xx.2020-ci il təvəllüdlü X28 ataları Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ilə əlaqədar olaraq valideyn himayəsindən məhrum olmuşdur. Odur ki, baxımsız halda olan X20 və X22 qəyyumluğa verilməsi məsələsi həll edilənə qədər yanında yaşadığı nənəsi Şahid2 himayəsinə verilməli, X20 və X22 qəyyumluğa verilməsi məsələsi Gəncə şəhər İcra Hakimiyyətinə tapşırılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 23 iyun 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər prokurorluğunda saxlanılan təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol qara rəngli köynək, 01 ədəd açıq göy rəngli cins şalvar, 01 cüt qara rəngli ayaqqabı, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın qəbul edilmədikdə məhv edilsin, X3 məxsus 01 ədəd qara rəngli kofta, 01 ədəd göy rəngli cins şalvar , 01 ədəd qara rəngli alt paltar, 01 ədəd büsqalter, 01 cüt qara rəngli ayaqqabı, zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerindən götürülmüş 03 ədəd qablaşdırılmış formada olan qan nümunəsi, 01 (bir) ədəd açılıb-bağlanan bıçaq istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Eləcə də X9 məxsus əşyalar, 03 cüt və 01 cüt metal əşya, 01 ədəd Samsung markalı qara rəngli molbil telefon tünd qırmızı rəngli kabrosu və kabronu çıxartdıqda içərisində olan Unibank kartı ilə birlikdə zərəçəkmiş şəxsin hüquqi varisi X12 təhvil verilməsi, 07 ədəd DVD diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X20 və xx.xx.2020-ci il təvəllüdlü X28 ataları Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ilə əlaqədar olaraq valideyn himayəsindən məhrum olmuşdur. Odur ki, baxımsız halda olan X20 və X22 qəyyumluğa verilməsi məsələsi həll edilənə qədər yanında yaşadığı nənəsi Şahid2 himayəsinə verilsin, X20 və X22 qəyyumluğa verilməsi məsələsi Gəncə şəhər İcra Hakimiyyətinə tapşırılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 127 (yüz iyirmi yeddi) manat, 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar