Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-108/2025 23.01.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər; Müslümov Bəhruz Firizman oğlu və X32 ibarət tərkibdə, X60, X22 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X7 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X52, X46, təqsirləndirlən şəxsin hüquqi varisi X33, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Tovuz rayonu, Əlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, X78 direktoru vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 36, mənzil 12-də qeydiyyatda olmaqla Tovuz şəhəri, Abulbəyli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2025-cü il tarixdə Müalicə müəssisəsində vəfat etmiş X2 Azərbaycan Respublikasının CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 ittiham verilib, ondan ötürü ki, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah və şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktorunun 19 mart 2019-cu il tarixli, K/L-26 nömrəli əmri ilə X78 direktor vəzifəsi həvalə edilməklə 21 yanvar 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən onunla bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli qərarı ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə, X78 pedoqoji şurasının 21 dekabr 1996-cı il tarixli 09 nömrəli qərarı ilə təsdiq edilmiş “X78 Nizamnaməsi”nə və Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli, № 18-1 qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X29”na əsasən, müəssisənin fəaliyyətinə rəhbərlik etmək, təhsil müəssisəsinin ayrı-ayrı bölmələrinin işini, tələbələrin təlim-tərbiyə prosesini səmərəli təşkil etmək, təlim-tərbiyə, tədris-istehsalat və təsərrüfat sahələrində çalışan işçilərin səmərəli əmək və istehsalat fəaliyyəti üçün şərait yaratmaq, pedaqoji işçilərin hüquqlarının qorunmasını və sosial müdafiəsini təmin etmək, müəllimlərin, istehsalat təlimi ustalarının və digər işçilərin işinə nəzarət etmək, istehsalat və təsərrüfat planlarının, tədris plan və proqramlarının yerinə yetirilməsi üçün kollektivi təşkil etmək, təhsil müəssisəsinin maddi-texniki bazasının inkişafı və genişləndirilməsi, işçilər və tələbələr üçün təhlükəsiz iş şəraitinin yaradılması sahəsində tədbirlərin həyata keçirilməsini, işəgötürənlərin və əmək bazarının tələblərinə uyğun keyfiyyətli kadr hazırlığının strateji istiqamətlərini müəyyənləşdirmək, kadrların seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll etmək, büdcədənkənar gəlirlərin əldə olunmasını təşkil etmək, maliyyə və ştat intizamına əməl olunması üçün məsuliyyət daşımaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə talamaq məqsədilə X78 2019/2020 tədris ili üzrə nümunəvi tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə bağlı məlumatlar olmasına baxmayaraq, vəzifəli şəxs kimi həmin müddətdə X78 Qazax rayonu, Xanlıqlar kəndində yerləşən inzibati binasındakı xidməti otağında rəsmi sənədlərə, yəni X78 həmin il üzrə əmrlər üçün qeydiyyat kitabı və tarifləşmə cədvəllərinə vahid niyyətlə tamah, yəni özü üçün qazanc əldə etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar daxil etməsinə dair cinayətdən xəbərsiz Liseyin Kadrlar üzrə müfəttişi vəzifəsində işləyən X47 və baş mühasibi Şahid1 qızına verdiyi göstərişə əsasən, sonuncular vasitəsilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş, əmrlər üçün qeydiyyat kitabını özü, həmin qeydiyyat kitabı əsasında tərtib olunmuş tarifləşmə cədvəllərinin cinayətdən xəbərsiz baş mühasib Şahid1 qızı tərəfindən imzalanmasına nail olduqdan sonra özü imzalamaqla həmin rəsmi sənədləri özünə təhkim edilmiş Liseyin dairəvi möhürü ilə şəxsən təsdiq etməklə, həmin sənədlər əsasında 2019/2020-ci tədris ili üzrə özü faktiki olaraq 37 dərs saatı tədris etdiyi halda 323 əlavə dərs saatına görə 2.961,91 (iki min doqquz yüz altmış bir manat, doxsan bir qəpik) manat məbləğində pul vəsaitinin öz adına "xxxx" ASC-nin Qazax filialında açılmış 416974******5416 nömrəli kart hesabına köçürülməsinə nail olub qeyd edilən pul vəsaitini Qazax rayonu ərazisində olan ayrı-ayrı bankomatlardan çıxararaq şəxsi ehtiyaclarına sərf etməklə, X83 məxsus olmaqla ona etibar edilmiş cəmi 2.961,91 (iki min doqquz yüz altmış bir manat, doxsan bir qəpik) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə mənimsəməklə, eyni niyyətlə, həmin vəzifədə işləyərkən X78 2019/2020-ci tədris ili üzrə əmrlər üçün qeydiyyat kitabı və tarifləşmə cədvəllərinə həmin müddətdə Liseyin qeyd edilən inzibati binasındakı xidməti otağında vahid tamah və şəxsi, yəni X78 bəzi müəllimlərinin əlavə qazanc əldə etməsinə, habelə liseyin müəllimlərini vəzifəli şəxs kimi özündən razı salmağa nail olmaqla öz nüfuzunu artırmaq niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməsinə dair cinayətdən xəbərsiz Kadrlar üzrə müfəttiş işləyən X47 və baş mühasib Şahid1 qızına verdiyi göstərişə əsasən, sonuncular vasitəsilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş əmrlər üçün qeydiyyat kitabını özü, həmin qeydiyyat kitabı əsasında tərtib olunmuş tarifləşmə cədvəllərinin cinayətdən xəbərsiz baş mühasib Şahid1 qızı tərəfindən imzalanmasına nail olduqdan sonra özü imzalamaqla həmin rəsmi sənədləri özünə təhkim edilmiş Liseyin dairəvi möhürü ilə şəxsən təsdiq etməklə, 2019/2020-ci tədris ili üzrə Liseyin müəllimləri X5 tədris planı üzrə dərs yükü 141 dərs saatı olduğu halda 63 əlavə dərs saatına görə 520,38 manat, Şahid3 tədris planı üzrə dərs yükü 158 dərs saatı olduğu halda 415 əlavə dərs saatına görə 3.195,5 manat, X18 tədris planı üzrə dərs yükü 228 dərs saatı olduğu halda 180 əlavə dərs saatına görə 1486,8 manat, Şahid4 tədris planı üzrə dərs yükü 172 dərs saatı olduğu halda 178 əlavə dərs saatına görə 1.259,14 manat, X10 tədris planı üzrə dərs yükü 101 dərs saatı olduğu halda 240 əlavə dərs saatına görə 1.537,35 manat, X19 tədris planı üzrə dərs yükü 102 dərs saatı olduğu halda 192 əlavə dərs saatına görə 1.478,4 manat, X38 tədris planı üzrə dərs yükü 257 dərs saatı olduğu halda 103 əlavə dərs saatına görə 850,78 manat, X39 tədris planı üzrə dərs yükü 42 dərs saatı olduğu halda 318 əlavə dərs saatına görə 1.968,42 manat, X11 tədris planı üzrə dərs yükü 77 dərs saatı olduğu halda 161 əlavə dərs saatına görə 771,19 manat, X40 tədris planı üzrə dərs yükü 203 dərs saatı olduğu halda 87 əlavə dərs saatına görə 640,62 manat, X23 tədris planı üzrə dərs yükü 214 dərs saatı olduğu halda 447 əlavə dərs saatına görə 2.467,44 manat, X24 tədris planı üzrə dərs yükü 131 dərs saatı olduğu halda 390 əlavə dərs saatına görə 2.815,8 manat, X30 tədris planı üzrə dərs yükü 183 dərs saatı olduğu halda 390 əlavə dərs saatına görə 3.221,4 manat, Hüseynxanov Elnur Vəkil oğlunun tədris planı üzrə dərs yükü 98 dərs saatı olduğu halda 305 əlavə dərs saatına görə 2.202,1 manat, X6 tədris planı üzrə dərs yükü 228 dərs saatı olduğu halda 180 əlavə dərs saatına görə 1.486,8 manat, X41 tədris planı üzrə dərs yükü 340 dərs saatı olduğu halda 54 əlavə dərs saatına görə 446,04 manat, X34 tədris planı üzrə dərs yükü 132 dərs saatı olduğu halda 381 əlavə dərs saatına görə 1.824,99 manat, X12 tədris planı üzrə dərs yükü 139 dərs saatı olduğu halda 182 əlavə dərs saatına görə 1.199,03 manat, X48 tədris planı üzrə dərs yükü 2 dərs saatı olduğu halda 36 əlavə dərs saatına görə 198,72 manat, X20 tədris planı üzrə dərs yükü 10 dərs saatı olduğu halda 372 əlavə dərs saatına görə 2.737,92 manat, X13 tədris planı üzrə dərs yükü 121 dərs saatı olduğu halda 101 əlavə dərs saatına görə 834,26 manat, X49 tədris planı üzrə dərs yükü 53 dərs saatı olduğu halda 147 əlavə dərs saatına görə 795,27 manat, X42 tədris planı üzrə dərs yükü 13 dərs saatı olduğu halda 419 əlavə dərs saatına görə 3.083,84 manat, X50 tədris planı üzrə dərs yükü 268 dərs saatı olduğu halda 164 əlavə dərs saatına görə 1.354,64 manat, X43 tədris planı üzrə dərs yükü 128 dərs saatı olduğu halda 286 əlavə dərs saatına görə 2.362,36 manat, X14 tədris planı üzrə dərs yükü 340 dərs saatı olduğu halda 28 əlavə dərs saatına görə 178,64 manat, X44 tədris planı üzrə dərs yükü 219 dərs saatı olduğu halda 3 əlavə dərs saatına görə 15,45 manat, X8 tədris planı üzrə dərs yükü 287 dərs saatı olduğu halda 209 əlavə dərs saatına görə 1.726,34 manat, X15 tədris planı üzrə dərs yükü 146 dərs saatı olduğu halda 100 əlavə dərs saatına görə 826 manat, X9 tədris planı üzrə dərs yükü 164 dərs saatı olduğu halda 166 əlavə dərs saatına görə 1.371,16 manat, X25 tədris planı üzrə dərs yükü 340 dərs saatı olduğu halda 28 əlavə dərs saatına görə 178,64 manat, X26 tədris planı üzrə dərs yükü 107 dərs saatı olduğu halda 344 əlavə dərs saatına görə 2.841,44 manat, X31 tədris planı üzrə dərs yükü 159 dərs saatı olduğu halda 577 əlavə dərs saatına görə 4.246,72 manat, X21 tədris planı üzrə dərs yükü 198 dərs saatı olduğu halda 438 əlavə dərs saatına görə 3.162,36 manat, X16 tədris planı üzrə dərs yükü 287 dərs saatı olduğu halda 209 əlavə dərs saatına görə 1.726,34 manat, X35 tədris planı üzrə dərs yükü 243 dərs saatı olduğu halda 291 əlavə dərs saatına görə 2.403,66 manat, Vəliyeva Firuzə Vəkil qızının tədris planı üzrə dərs yükü 160 dərs saatı olduğu halda 205 əlavə dərs saatına görə 1.446,97 manat, X27 tədris planı üzrə dərs yükü 114 dərs saatı olduğu halda 394 əlavə dərs saatına görə 3.254,44 manat, Şahid5 tədris planı üzrə dərs yükü 92 dərs saatı olduğu halda 315 əlavə dərs saatına görə 1949,85 manat olmaqla ümumilikdə 39 nəfər şəxsin adına "xxxx" ASC-nin Qazax rayon filialında açılmış kart hesablarına cəmi 66.067,2 (altmış altı min altmış yeddi manat iyirmi qəpik) məbləğində pul vəsaitinin köçürülüb həmin şəxslər tərəfindən Qazax rayonu ərazisində olan ayrı-ayrı bankomatlardan qeyd edilən pul vəsaitinin çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub həmin pul vəsaitini külli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə israf etməklə, ümumilikdə öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 69.029,11 (altmış doqquz min otuz manat on bir qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə talamış, vəzifəli şəxs kimi tamah və şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin pul vəsaitinin aidiyyəti üzrə düzgün yönləndirilməsi, təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə iclasında dinirilmş mərhum X4 özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, agentlik tərəfindən öz xəbəri olmadan direktor vəzifəsinə göndərilmiş, bu barədə ona yalnız 10 gün sonra məlumat verilmişdir. 1 aprel tarixində təyin edildiyi məktəbə gedərək vəziyyətlə tanış olmuş və məktəbin çox acınacaqlı durumda olduğunu görmüşdür. Onun sözlərinə görə, mövcud şərait həmin təhsil müəssisəsini məktəb adlandırmağa imkan verməmişdir. Belə ki, məktəbdə normal fəaliyyət üçün zəruri olan sanitar qovşağı və su təchizatı mövcud olmamış, ərazidə antisanitar vəziyyət hökm sürmüş, dövlətin rəsmi atributları isə olmamışdır. O, məhz bu cür şəraitdə olan məktəbə direktor əvəzi kimi təyin edildiyini bildirmişdir. Məktəbə gəldiyi zaman orada cəmi 15–20 nəfər şagird və çox az sayda müəllim heyətinin olduğunu qeyd etmişdir. Ondan əvvəl həmin məktəbdə direktor əvəzi və müavin vəzifəsində işləmiş şəxsdən vəziyyətin səbəblərini soruşduqda, əvvəllər başqa məktəbdə fəaliyyət göstərdiklərini, sonradan həmin məktəbin əllərindən alındığını öyrənmişdir. O, məktəbdə şagirdlər və digər şəxslər üçün normal iş və tədris şəraitinin olmadığını müşahidə etmişdir. Belə ki, 5–10 nəfər oğlan uşağı təkgözlü ayaqyolundan istifadə edir, qız şagirdlər isə utandıqlarına görə ondan istifadə etmirdilər. Bu səbəbdən məktəbdə ilk olaraq sanitar qovşağının bərpasına başlamış, iki sanitar qovşağı tikdirmiş, eyni zamanda daimi su təminatı üçün su hovuzu təşkil etdirmişdir. Məktəbin şəhid Vüqar Süleymanovun adını daşıdığını qeyd etmiş, şəhidin atasının müraciəti əsasında onun adının məktəbin qarşısında qeyd olunmasını təmin etmiş, Vüqar Süleymanovun adına guşə hazırladaraq məktəbin qarşısından asdırmışdır. Şəhidin atası bu addıma görə ona təşəkkür etmişdir.O, məktəbin mövcud vəziyyəti ilə bağlı 6 dəfə Qazax rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olduğunu da bildirmişdir. İzahatında Şahid1 hər hansı göstəriş vermədiyini, tədris yükünün bölgüsünün isə tədris-istehsalat işləri üzrə direktor müavininin vəzifə funksiyasına aid olduğunu qeyd etmişdir. Tədris yükü ilə bağlı sənədlər ona təqdim edildikdə vaxtının olmadığını bildirmişdir. Həmin dərslər onun adına rəsmiləşdirilsə də, o dərsləri faktiki olaraq özü tədris etməmiş, əmək haqqını isə aldığı göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Müalicə müəssəsinin xx.xx.2025-ci il tarixli 3-16-17/36/2-2967/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə X2 xx.xx.2025-ci il tarixdə Müalicə müəssisəsində vəfat etmişdir. xx.xx.2025-ci il tarixli AZ-İİ №551391 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X4 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, ölüm səbəbi ürüyin aterosklerotik xəstəliyindən vəfat etmişdir. Təqsirləndirlən şəxsin hüquqi varisi X1 hüquqi varisi qismində tanınmaq istəklərinin olub-olmaması barədə yazılı bildiriş göndərilmiş, həmçinin Tanrıverdi Tanrıverdiyev öldüyündən Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsas olmadan sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsinin hüquqi əsasları izah olunmuşdur. Təqsirləndirlən şəxsin hüquqi varisi X28 məhkəmə baxışı zamanı Tanrıverdi Tanrıverdiyev öldüyündən Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan onun barəsində cinayət təqibinə xitam verilməsi barədə məhəkəməyə ərizə təqdim etmişdir. Eyni zamanda X2 müdafiəçisi Müdafiəçi məhkəmə baxışı zamanı Tanrıverdi Tanrıverdiyev öldüyündən Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan onun barəsində cinayət təqibinə xitam verilməsi barədə məhəkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respulikasının CPM-nin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxsin öldüyü vaxtdan 3 gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya CPM-nin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. CPM-nin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar həmin məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varisi qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Beləliklə, X2 Azərbaycan Respublikasının CM-nin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən, onun yaxın qohumlarına hüqiqi varisi qismində tanınmaq istəklərinin olub-olmaması barədə yazılı bildiriş göndərilməsinə, həmçinin şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah verilməsinə baxmayaraq, qanunda nəzərdə tutulmuş 20 gündən çox müddət keçdiyi halda hər hansı yaxın qohumu hüquqi varis kimi tanınmaq barədə məraciət etməmişdir. Təqsirləndirlən şəxsin hüquqi varisi X33 ölmüş şəxs X2 barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. Eyni zamanda Müdafiəçi ölmüş şəxs X2 barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. Odur ki, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikasının CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs X4 öldüyündən qətimkan tədbirinin tədbiqinə zərurət aradan qalxdığından onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının CPM-nin 39.1.5, 43.3-1,106-1.4, 175, 282.1-1 və 321-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikasının CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. X2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Qərarın surəti cinayət prosesi tərəflərinə verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(100)-108/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-108/2025
23.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver