Məhkəmə qərarları › İş №1(100)-109/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-109/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-109/2022 05.07.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Səmədov Xəqani Hacı oğlu (məruzəçi hakim) və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X6 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı zərərçəkmiş şəxs Kərimov Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Kəlbəcər rayonunun Bağarsaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kəlbəcər rayonunun Bağarsaq kəndində daimi qeydiyyatda olmaqla Göygöl rayonunun Çaykənd kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə saat 19 radələrində Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən Şahid2 məxsus xırda buynuzlu heyvanların saxlanması üçün nəzərədə tutulmuş fermada aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Kərimov Zərərçəkmiş şəxs onu əlləri ilə bir neçə dəfə vuraraq dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirməsindən sonra fermadan götürdüyü mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs Kərimovun qarınının sol yan nahiyəsindən bir dəfə vuraraq sonuncuya qarının sol yan nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsağın iki yerdən zədələnməsi, həmçinin əli ilə bir neçə dəfə vuraraq ona bədənin müxtəlif yerlərində çoxsaylı qançır və sıyrıqları ilə müşayiət edilən dərəcələrinə görə ümumilikdə törənmə anında həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Göygöl rayonu Çaykənd kəndində yaşasa da, müvəqqəti olaraq işilə əlaqədar Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayır. 2021-ci ilin may ayından Şahid2 məxsus Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən fermada çoban işləmişdir. Onun fermada işi əsasən xırda buynuzlu heyvanlara yem vermək olmuşdur. Həmin fermada işə başlayandan sonra həmin fermada Kərimov Zərərçəkmiş şəxs zootexnik qismində işləməyə başlamışdır. Həmçinin Zərərçəkmiş şəxs fermanın sahibi Vüqar ilə şərik olmuşdur. Onun Kərimov Zərərçəkmiş şəxs ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Onun Zərərçəkmiş şəxs ilə normal münasibəti olmuşdur. 02 avqust 2021-ci il tarixdə günorta saatlarında fermada çoban işləyən dayısı Baba ilə nahar edərkən təxminən bir litr araq içmişlər. Bundan sonra o, fermada öz işinin başına qayıtmışdır. Saat 19 radələrində o, Zərərçəkmiş şəxs ilə qoyunları saymışdır. Sonra isə qoyunlar olan yerə keçmiş və qoyunlara ot vermişdir. Bu zaman orada Rövşən və tanımadığı bir nəfər şəxs olmuşdur. Bu zaman tövləyə qapıdan Zərərçəkmiş şəxs daxil olmuş və ona ot preslərini necə qoymağın lazım olduğunu bildirdikdə Zərərçəkmiş şəxs gündəlik işini görməyi ona öyrətməməsini demişdir. Bu zaman Zərərçəkmiş şəxs ona: ”Gic..... nə deyirsən, başını sal aşağı işini gör.” – sözlərini demişdir. O, isə Zərərçəkmiş şəxs üstünə gedərək danışığına fikir verməsini demişdir. Zərərçəkmiş şəxs isə ona ağıllı olmasını bildirib, ünvanlna nalayiq ifadələr işlətmişdir. O, Zərərçəkmiş şəxs yanına çatdıqda sağ əlilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuşdur. Bundan sonra isə Zərərçəkmiş şəxs onu söyərək əli və başı ilə onun baş nahiyəsindən vurmuşdur. Orada olan Rövşən isə onu və Zərərçəkmiş şəxsı aralamağa başlamışdır. O, Zərərçəkmiş şəxs onu söyməsinə və vurub döyməsinə əsəbləşərək fermanın anbarından bir ədəd uzun dəmir parçası və bir ədəd bıçaq götürmüşdür. Bundan sonra yenidən tövləyə gəlmişdir. Sağ əlində dəmir parçası, sol əlində isə bıçaq olmuşdur. O, əvvəlcə dəmir parçası ilə Zərərçəkmiş şəxsı vurmaq istəmiş, lakin vura bilməmiş, sonradan isə Zərərçəkmiş şəxs əlləri ilə onun belindən tutub onu dəmir hasara sıxmışdır. Dəmir parçası onun əlindən yerə düşmüşdür. Bu zaman o, Zərərçəkmiş şəxs ilə dalaşmağa başlamışdır. Orada olan bacanağı Atəş və dayısı Baba onu və Zərərçəkmiş şəxsı aralamağa çalışmışlar. O, Zərərçəkmiş şəxs ilə dalaşarkən əlində olan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsindən vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs qarın nahiyəsini tutaraq tövlədən çıxmışdır. O, isə tövlədə bıçağı kənara atmış və Zərərçəkmiş şəxs arxası ilə getmiş, Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətmişdir. Tövlədən çölə çıxdıqda Zərərçəkmiş şəxs qarnını tutmuşdu. O, isə onun yanına gedib Zərərçəkmiş şəxsı əli ilə itələməyə başlamışdır. Bir müddət sonra o, Zərərçəkmiş şəxs ilə itələşdikdən sonra onu və Zərərçəkmiş şəxsı Atəş və dayısı Baba aralamışdır. Zərərçəkmiş şəxs bundan sonra avtomobilə əyləşmiş və avtomobili idarə etmişdir. Bundan sonra o, baş verənlər barədə Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə məlumat vermiş və fermaya gələn polis əməkdaşları ilə Bərdə RMX-na yollanmışdır. İfadəsinə əlavə olaraq Zərərçəkmiş şəxs Kərimovla barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini, himayəsində 5 azyaşlı uşaq olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Kərimov Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayında şifahi razılıq əsasında Şahid2 ilə razılaşaraq Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən fermanı onunla şərik qismində işlətməyə başlamışdır. Fermanın 33% hissəsi ona məxsus olmuşdur. Lakin sənədləşmə işini Vüqarla birlikdə sonraya saxlamışlar. O, fermaya gələndə orada çoban işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onun Qüdrət ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 02 avqust 2021-ci il tarixdə saat 19 radələrində o, fermada heyvanları yemləmək üçün xırda buynuzlu heyvanların saxlandığı tövləyə daxil olmuş, bu zaman Qüdrətə otları verməyi təklif etmişdir. Bundan sonra isə çölə çıxan heyvanlara yem verməyi demişdir. Qüdrət isə ona etiraz edərək verməyəcəyini bildirmişdir. Bundan sonra Qüdrət onun üstünə gələrək heç bir səbəb olmadan “Sən nə deyirsən?...” -demiş, həmin vaxt Qüdrətin içkili olduğunu hiss etmişdir. Bundan sonra Qüdrət sağ əli onun sifət nahiyəsindən vurmuşdur. O, isə Qüdrəti sağ və sol əli ilə baş nahiyəsindən vurmuşdur. Onun zərbələri nəticəsində Qüdrət yerə yıxılmış və yerdən bıçaq götürərək onun üstünə gəlmişdir. Bu zaman onu və Qüdrəti orada olan Rövşən aralamışdır. Qüdrət bıçaqla onun sağ qolunu kəsmiş, o, isə bıçağı Qüdrətin əlindən alıb qırıb yerə atmışdır. Bu zaman başı ilə Qüdrətin qaşından vurmuşdur. Bundan sonra o, və Qüdrət aralaşmışlar. Bir müddət sonra tövləyə Baba, Atəş və sonra Qüdrət gəlmişlər. Baba onu söymüşdür. Bu zaman Qüdrətin sağ əlində dəmir parçası, sol əlində isə bıçaq olmuşdur. Qüdrət əvvəlcə onu dəmir parçası ilə vurmaq istəmiş, lakin vura bilməmişdir. O, geri çəkilərək, dərhal Qüdrəti əlilə tutub dəmir hasara sıxmışdır. Onu Baba əlləri ilə tutub saxlamış, Atəş isə Qüdrəti tutmuşdur. Lakin bu zaman Qüdrət onu əlindəki bıçaqla qarın nahiyəsindən vurmuşdur. Bundan sonra o, aralaşıb tövlədən çölə çıxmışdır. Çöldə Qüdrət onun arxasınca gələrək onu itələməyə başlamış və bu zaman sifət nahiyəsindən başı ilə vurmuşdur. Bundan sonra Baba Qüdrəti aralamışdır. O, isə Rövşən ilə birlikdə Rövşəngilə gedərək orada köynəyini dəyişib Bərdə rayon xəstəxanasına yollanmışdır. İfadəsinə əlavə olaraq təqsirləndirilən Təqsirləndirilən şəxsla barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayından Şahid2 məxsus Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən fermada fəhlə işləmişdir. Onun fermada işi əsasən təsərrüfatın təmiri olmuşdur. Həmin fermada işə başlayandan sonra həmin fermada Kərimov Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə tanış olmuş, onlarla heç bir düşmənçiliyi və ədavəti olmamış, normal münasibətləri olmuşdur. 02 avqust 2021-ci il tarixdə saat 19 radələrində o, tövlədə təmir işləri görərkən Qüdrət içkili vəziyyətdə tövləyə gəlmişdir. Qüdrət heyvanlara yem vermişdir. Bu zaman tövləyə Zərərçəkmiş şəxs gələrək Qüdrətə heyvana yem verməməsini demişdir. Qüdrət Zərərçəkmiş şəxs sözlərinə əsəbləşərək fermada işləmədiyini demiş və Zərərçəkmiş şəxs üstünə doğru getmişdir. Qüdrət Zərərçəkmiş şəxs yanına çatdıqda Zərərçəkmiş şəxsı əli ilə sifətindən vurmuşdur. Bundan sonra isə Zərərçəkmiş şəxs əli və başı ilə Qüdrəti vurmağa başlamışdır. Zərərçəkmiş şəxs vurduğu zərbələrdən Qüdrət yerə yıxılmışdır. Qüdrət yerdən bıçaq götürərək Zərərçəkmiş şəxs üstünə getmiş, Zərərçəkmiş şəxs isə bıçağı onun əlindən alıb, qırıb yerə atmışdır. O, dərhal Zərərçəkmiş şəxs və Qüdrəti aralamağa başlamışdır. Bu zaman tövlədə olan Elxan isə onlara baxmışdır. O, araladıqdan sonra Qüdrət tövlədən çıxmışdır. O, isə tövlədən çıxaraq çöldə işlərini görməyə davam etmişdir. O, yenidən tövləyə gəldikdə Qüdrətin bir əlində dəmir parçası və bir əlində isə bıçaq olmuşdur. O, dərhal Qüdrəti və Zərərçəkmiş şəxsı aralamaq üçün köməyə Babanı və Atəşi çağırmışdır. Bundan sonra isə Qüdrət Zərərçəkmiş şəxsı aralamışdır. Qüdrət əlində olan dəmir parçası ilə Zərərçəkmiş şəxsı vurmaq istəsədə vura bilməmişdir. Zərərçəkmiş şəxs isə əlləri ilə Qüdrəti tutub dəmir hasara söykəmişdir. O, Atəş və Baba çətinliklə Zərərçəkmiş şəxs və Qüdrəti aralamışdır. Bu zaman Zərərçəkmiş şəxs çölə çıxmış və Qüdrəti söyüşlə söymüşdür. Qüdrət isə Zərərçəkmiş şəxs arxasınca getmiş və fermanın həyətində əli ilə Zərərçəkmiş şəxsı itələməyə başlamışdır. Bir müddət sonra isə Atəş Qüdrəti tutub saxlamış, Zərərçəkmiş şəxs isə avtomobilə oturmuşdur. Zərərçəkmiş şəxs bundan sonra onunla yaşadığı evə getmişdir. Evdə olarkən Zərərçəkmiş şəxs əynində olan köynəyi çıxardıb kənara atmış və Bərdə rayon mərkəzi xəstəxanasına yollanmışdır. Sonradan müşahidə kameralarına baxdıqda Qüdrətin bıçaqla Zərərçəkmiş şəxsı vurmasını, sonra isə bıçağı tövlənin pəncərəsindən kənara atmasını görmüşdür. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Kərimov Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqla vurmuşdur. Hadisə zamanı Kərimov Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əli və başı ilə vuraraq xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və X11 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bərdə RPŞ-də inspektor vəzifəsində xidmətdə olarkən, 02 avqust 2021-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs ilə Kərimov Zərərçəkmiş şəxs ona təhkim olunmuş xidməti ərazi olan Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən fermada qarşılıqlı olaraq dava-dalaş etmələri ilə bağlı məlumat daxil olmuşdur. Həmin hadisə əlaqədar fermada çalışan Şahid1 dəvəti ilə fermada onun, müstəntiqin, Rövşənin, adlarının sonradan Nicat və Faiq olmasını bildiyi hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı Rövşən dava-dalaşın baş vermə yerini göstərmişdir. Həmçinin Rövşən fermada olan videogörüntülər olan yaddaş blokunu təqdim etmişdir. Yaddaş blokundan hadisənin videogörüntülərinə baxış keçirilərkən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Kərimovun üstünə gedərək vurmaq istəməsini, bundan sonra Zərərçəkmiş şəxs Kərimovun əlləri ilə Qüdrəti vurub xəsarət yetirməsi, dava bitdikdən sonra yenidən Qüdrətin əlində bıçaq və dəmirlə Zərərçəkmiş şəxs üzərinə gəlməsini, ətrafda olan şəxslərin Zərərçəkmiş şəxs və Qüdrəti ayırması, Qüdrətin bıçaqla Zərərçəkmiş şəxsı vurması müşahidə olunmuşdur. Müşahidə kameralarında olan görüntülər “DVD” diskə yazılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X5» X16 23 avqust 2021-ci il tarixli, 742 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Kərimov Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – qarının sol yan nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsağın iki yerdən zədələnməsi deşici-kəsici təsir göstərə bilən alət, ola bilsin bıçaq, bədənin çoxsaylı qançır və sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə-Tibbi Ekspertiza və X5 » X16 03 avqust 2021-ci il tarixli, 691 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gözün üst göz qapağının, döş qəfəsinin arxa səthinin sol yarısının qançırları, sağ çiyin qurşağının arxa səthinin, sol bazunun yuxarı 1/3-nin ön-bayır səthinin, qarının sağ və sol yan səthinin, döş qəfəsinin sol yan səthində-qoltuqaltı nahiyənin, döş qəfəsinin arxa səthinin sol yarısının, boyunun sağ yarısının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə-Tibbi Ekspertiza və X5 » X16 17 sentyabr 2021-ci il tarixli, 444/2021-MTKŞ nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Kərimov Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin sol-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş bıçağın dəstəyi yerində olmadığına görə bu bıçaq müqayisəli müayinə üçün eksperiment aparmağa yararsız hesab edilir. Ona görə də Kərimov Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçaq ilə yetirilib-yetirilməməsi haqqında olan suala cavab vermək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Kərimov Zərərçəkmiş şəxs məxsus köynəyin sağ çiyin, arxa-boyun və sol çiyin tikişinin üzərində bir ədəd məhdud sökülmə aşkar olundu. Bu sökülmə küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyələrinin gərilibdartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Kərimov Zərərçəkmiş şəxs məxsus köynəyin sağ qoltuqaltı nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyəsinin gərilibdartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Kərimov Zərərçəkmiş şəxs məxsus köynəyin sağ qolunun bayır nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyəsinin hərhansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş bıçaq tiyəsi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağının tiyəsidir və soyuq silah hesab edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə-Tibbi Ekspertiza və X5 » X16 21 sentyabr 2021-ci il tarixli, 625/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Kərimov Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu – A(İİ). Məhkəmə tibbi bioloji ekspertizaya təqdim olunmuş Kərimov Zərərçəkmiş şəxs məxsus qısaqol köynək və qolsuz mayka üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti AB0 sistemi üzrə təyin olunduqda yalnız “A” antigeni alındı. “A” antigeni tək halda A(İİ) qrupunu formalaşdırıb xarakterizə etdiyindən onun alınması göstərilən qan ləkələrinin birmənalı olaraq AB0 sistemi üzrə həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını göstərir və bu halda qan ləkələri AB0 sistemi üzrə eyni qruplu Kərimov Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 14 sentyabr 2021-ci il tarixli, 547 nömrəli canlı şəxsin ambulator məhkəmə psixiatrik ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hazırkı ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə-Tibbi Ekspertiza və X5» X16 04 iyun 2022-ci il tarixli (xx.xx.2021-ci il tarixli 742 saylı rəyə əlavə) canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Kərimov Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- qarının sol yan nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsağın iki yerdən zədələnməsi deşici-kəsici təsir göstərə bilən alət ola bilsin bıçaq, bədənin çoxsaylı qançır və sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir. Kərimov Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən-qarının sol yan nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsağın iki yerdən zədələnməsi dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər, bədənin çoxsaylı qançır və sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş 03 avqust 2021-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına ələvə edilmiş Bərdə Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 4(021)-85/2021 saylı “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 avqust 2021-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kəlbəcər rayon icra hakimiyyəti başçısının Qamışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 06 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu, Çaykənd kəndində müvəqqəti yaşamış, ailə üzvləri arvadı 1990-cı il təvəllüdlü X2, oğlu 2013-cu il təvəllüdlü X3, oğlu 2018-ci il təvəllüdlü X9, oğlu 2018-ci il təvəllüdlü X7 və anası 1959-cu il təvəllüdlü X1 ibarətdir. İş materiallarına əlavə edilmiş Göygöl rayonu İcra Hakimiyyəti başçısının Çaykənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 avqust 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1 və 315.1-ci maddələri ilə 02 il islah işləri cəzasına məhkum olunmuş və xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(066)- 38/2016 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilərək 3 il sınaq müddəti təyin edilməklə cəzası şərti hesab edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli zərərçəkmiş şəxs Kərimov Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası”nın X18 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 689 və 693 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhiəsəb və narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 5 azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, özünün də baş vermiş hadisə nəticəsində yüngül dərəcəli xəsarət almasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 5 azyaşlı uşağının olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Göygöl rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(066)-38/2016 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilərək 3 il sınaq müddəti təyin edilməklə cəzası şərti hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunduğundan Təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini, 59.1.13-cü maddə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, göründüyü kimi Təqsirləndirilən şəxs özü də hadisə nəticəsində yüngül dərəcəli xəsarət almış, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla barışıq əldə etmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Bundan başqa təqsirləndirilən şəxsin himayəsində 5 azyaşlı uşağı olmaqla törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Kəlbəcər rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş Kərimov Zərərçəkmiş şəxs məxsus mayka və köynək sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, bir ədəd bıçaq tiyəsi məhv edilməli, Təqsirləndirilən şəxs ilə Kərimov Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin videogörüntüləri olan “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Kəlbəcər rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş Kərimov Zərərçəkmiş şəxs məxsus mayka və köynək sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, bir ədəd bıçaq tiyəsi məhv edilsin, Təqsirləndirilən şəxs ilə Kərimov Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin videogörüntüləri olan “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar