Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-109/2023 27.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Şəmkir rayon vəkil bürosunun vəkili X11 və müdafiəçi – Şəmkir rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxxx 1951-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, təqaüdçü, məhkumluğu olmayan, Şəmkir rayonu Seyfəli kəndində qeydiyyatda olan və Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən evinin yaxınlığında arvadı Şahid3 qardaşı qızı Zərərçəkmiş şəxs və qardaşının nəvəsi Şahid1 tərəfindən döyüldüyünü gördüyü üçün, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonunculardan qisas almaq məqsədilə əvvəlcə əlləri ilə, daha sonra isə daşla Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən bir neçə dəfə zərbələr vuraraq ona sol qulaq seyvanının arxa səthinin və məməyəbənzər çıxıntı nahiyyəsinin, alt çənənin sol çənə oynağı nahiyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən, sağ qaşın bayır qurtaracağının əzilmiş yarası xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, həmçinin başın tüklü hissəsində sol gicgah nahiyəsinin əzilmiş yarası, sol gicgah sümüyünün pullu hissəsinin daşılıq hissəsinə keçən yerini cuzi dəyişmiş xətti sınığı, sol gicgah payının hemoragik kontuziyası, baş beyinin yüngül dərəcəli əzilməsi xəsarətləri ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu A.Seyfəli kəndində arvadı Şahid3 ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, təqaüdçüdür. Zərərçəkmiş şəxs Şəmil qızı onun qardaşı Şamilin qızıdır, onunla qonşuluqda yaşayır və təxminən 9 ildir ki, əxlaqsızlıqla məşğul olduğuna görə, həmçinin əkin sahəsini suvarmağa görə aralarında narazılıq olmuşdur. O, kənddə yerləşən artezianda su bölgüsünə nəzarət etmiş və su bölgüsü zamanı Məhəbbət Qurbanəlyeva onunla mübahisə etmişdir. 06 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində o, yaşadığı evdən çıxaraq qonşuluqda yerləşən mərhum qardaşı Fronzenin evinə getmişdir. O, həmin evə gedərkən isə arvadı Şahid3 qonuşuluqda yaşamış Musa adlı şəxsin yas mərasiminə hazırlıq işlərində köməklik etmək üçün getməyi demişdir. O, Fronzenin evinə çatdıqdan təxminən 5-10 dəqiqədən sonra qışqırtı səsi eşitmişdir. Bu zaman qardaşı nəvəsi Mahizər gəlib ona demişdir ki, “arvadın Məhəbbəti qardaşın qızı Zərərçəkmiş şəxs və onun qızı Pərvanə döyürlər”. O da dərhal həmin yerə gələndə qardaşı qızı Zərərçəkmiş şəxs arvadı Şahid3 saçından tutub dartışdırdığını, Zərərçəkmiş şəxs qızı Pərvanə isə əlində olan dəmir saplı toxa ilə arvadının başından vurmasını görmüşdür. O, dərhal onların yanına gələrək arvadı Məhəbbətlə qardaşı qızı Məhəbbəti aralamaq istəyəndə yerə yıxılmış, sonra ayağa qalxaraq Zərərçəkmiş şəxs saçından tutub araşdırmağa çalışmış, lakin Zərərçəkmiş şəxs, arvadı Şahid3 üzərinə getmişdir. Bu zaman o, sillə ilə Zərərçəkmiş şəxs başının sol tərəfindən iki dəfə arvadını döyməməsi üçün vurmuşdur. X5 arvadını buraxmamışdır. Bu zaman arxa tərəfdən başından iki dəfə başının təpə hissinin sağ tərəfinə zərbə dəydiyini hiss edib geri çevrildiyində Pərvanənin əlində toxa olmasını görmüş və Pərvanə onu yenidən vuranda kənara çəkilmiş, toxanın qulp hissəsinin ön tərəfi sol çiyninə dəymiş, arxa hissəsi isə arvadı Şahid3 dəymişdir. Zərbələrin təsirindən başından qan açılmışdır. Bu zaman Zərərçəkmiş şəxs Pərvanəyə “niyə yıxdın evimi” deyərək əli ilə qızını kənara çəkmişdir. Bundan sonra Pərvanə evinə tərəf qaçmış, o da, Pərvanə tərəf gedəndə Vaqif adlı şəxs qarşısına çıxmışdır. O da, Vaqifə tərəf getdiyində Məhəbbət ona tərəf gəlmiş, o da, yumuruq zərbəsi ilə Məhəbbətin başının sol tərəfindən yenidən bir dəfə vurmuşdur. Bundan sonra Vaqif daş götürərək onun sinəsindən vurmuş və o da, həmin daşı götürərək Vaqifin avtomobilini vurmuşdur. Bundan sonra Məhəbbət isə qonşuluqda yaşayan Əntiqəgilə qaçıb getmişdir. X12 evindən taxta döşəmə siləni götürərək onun üzərinə gəlmişdir. Bundan sonra qardaşı oğlu Coşqun kimi tanıdığı Atəbəy onun yanına gəlmiş və əlindəki ağacla əvvəlcə kürək nahiyəsindən, sonra sağ ayaq nahiyəsindən vurmuşdur. Bundan sonra o, yerə çökmüşdür. Sonra arvadı Məhəbbət ona kömək edərək evinə aparmışdır. Yolda gedərkən isə qardaşı Şəmil arxadan kürək nahiyəsinə daşla bir dəfə vurmuşdur. Həmçinin arvadı Məhəbbət DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onu Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs başına daşla vurmamışdır. Məhəbbətin qızı Pərvanı əlindəki toxa ilə təkrarən onu və arvadını vurarkən toxa onlarla dalaşan Pərvanənin öz anası Məhəbbətin başına dəyib xəsarət yetirmişdir. O, Məhəbbəti yalnız yumruqla vurmuşdur. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, lakin əkinçiliklə məşğul olaraq ailəsini dolandırmışdır. O, ərindən boşanmışdır. Şahid1 onun qızıdır və qızı Pərvanədə onunla yaşayır. Təqsirləndirilən şəxsa onun əmisidir və qonşuluqda yaşayır. Təxminən 10 ildir ki, Adbulla Qurbanəliyev onun şəxsi işlərinə qarışdığına görə aralarında mütamadi olaraq münaqişələr yaranmışdır. 06 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində o, qeyri rəsmi nigahda yaşadığı Vaqifin idarə etdiyi ** DP *** dövlət qeydiyyat nişanlı “Mersedez” markalı mikroavtobusla ilə yaşadığı kəndin ərazisində yerləşən mağazaya gəlmiş və orada olarkən qızı Pərvanə zəng edərək demişdir ki, “babamı Abdulla vurdu, polisə məlumat verin”. O da, dərhal bu barədə ərazinin sahə rəisinə məlumat vermiş və Vaqif ilə birlikdə yaşadığı evin qarşısına gəlmişdir. Həmin vaxt atası və anası Şəmkir ryaon polis şöbəsinə getmişlər. O, Vaqif ilə evə daxil olmuşdur. Həmin vaxt qızı Pərvanə də evdə olmuşdur. Qəfildən həmin vaxtı o, Pərvanınin yola tərəf getdiyini görmüş və fikirləşmişdir ki, Pərvanə Abdullagildən kimisə yolda görmüş və buna görə də yola getmişdir. O, Pərvanənin nəsə edəcəyindən ehtiyat etdiyindən tez yola çıxmışdır. Yola çıxdığında Abdullanın arvadı Məhəbbətin yol ilə getidiyini, Pərvanənin isə Məhəbbətin arxasınca getdiyini görmüşdür. Pərvanə Məhəbbətin yanına çatan kimi əlində olan alakeşlə Abdullanın arvadı Məhəbbəti vurmağa başlamışdır. O, Pərvanə ilə Məhəbbətin yanına çataraq Pərvanənin əlindən alakeşi almaq istədikdə alakeç Məhəbbətin başından dəymişdir. O, Pərvanəni itələyərək oradan göndərmişdir. Həmin anda da Abdulla həmin yerə gələrək onun saçından tutaraq başından vurmağa başlamışdır. Həmin vaxt yerdən daş götürərək yenidən onun başından vurmuşdur. Həmin vaxtı Pərvanə yenidən gələrək əlindəki alakeşlə Abdullanı vurmuşdur. Bundan sonra Abdulla onu buraxmışdır. Bu zaman Vaqifdə həmin yerə gəldiyindən o, Vaqifə Pərvanəni oradan aparmağı demişdir. Vaqiflə Pərvanə oradan getdiyi zaman o, bir qədər huşsuz vəziyytədə durduğunda Abdulla yenidən onun başından yumruqla bir neçə dəfə vurmuşdur. Bu zaman arvadı Məhəbbət Abdullanın qarşısına çıxaraq “vurma öldü” demişdir. Bu zaman o, qonşu Əntiqənin evinin qarşısına gəlmiş və darvazadan içəri daxil olmuşdur. Həmin vaxt Əntiqə və ailə üzvləri evdə olmuş və Əntiqə ondan nə olmaısnı soruşmuşdur. Həmin vaxt Əntiqə giriş qapısını bağlamış və Abdulla qışqıraraq qapını açmasınmı tələb etmişdir. O da Abdullanın ora gəlib onu yenidən döyəcəyini düşünüb Əntiqənin məhləsindən qonşusu Mamedgilə getmiş, qardaşı Coşquna zəng edib məlumat vermişdir. Eləcə də təcil tibbi yardıma məlumat vermişdir. Orada Mamed ona köməklik etmiş və təxminən 20 dəqiqədən sonra Coşqunun ora gəlməsini bilib çölə çıxmışdır. Bundan sonra Vaqif onu öz maşını ilə xəstəxanaya aparmaq üçün avtomobilinə mindirmiş və yolda gələrkən Çinarlı qəsəbəsində Məhəbbətin çağırdı təcili tibbi yardım avtomobili ilə rastlaşmış və avtomobili saxlayaraq onu təcili yardım avtomobilinə mindirmiş və onu Şəmkir rayon mərkəzi xəstəxanasına gətirmişlər. Abdulla düz danışmır, qızı Pərvanə əlindəki toxa ilə Abdullanın arvadı Məhəbbti vurarkən toxa onun başına dəyməmişdir. Onun başına əmisi Abdulla daşla vurub xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. X14 anası bir neçə ildir ki, boşanmışlar və buna görə də anasının himayəsində böyümüşdür. O, hazırda Gəncə şəhərində yerləşən “Zirvə” kursunda tibbi ixtisası üzrə orta təhsil almışdır. Təqsirləndirilən şəxs anasının əmisidir. Təxminən 8-9 ildir ki, anası ilə Abdulla arasında münaqişə olmuşdur. Belə ki, Abdulla anasının şəxsi işlərinə qarışmış və bu səbəbdən də aralarında münaqişə yaranmışdır. Həmçinin Abdulla və arvadı Şahid3 əvvəllər dəfələrlə onu və anasını nəlayiq sözlərlə təhqir etmişlər. 06 sentyabr 2021-ci il tarixdə günorta saatlarında babası Şəmil ilə Abdulla arasında əkin sahələrini suvarmalarına görə narazılıq yaranmış və nənəsi Həqiqət də evə gələrək Abdullanın babası Şəmili yumurqla vurduğunu bildirmişdir. Bundan sonra isə nənəsi ona anası Məhəbbətə zəng edib bu barədə məlumat verməyi və polis çağırmağı demişdir. Bundan sonra da o, bu barədə anasına demişdir. Sonra isə babası nənə ilə birlikdə Şəmkir rayon polis şöbəsinə getmişlər. Bir neçə dəqiqədən sonra isə anası tanışı Vaqif ilə birlikdə evə gələrək içəri keçmişlər Təxminən 10 dəqiqədən sonra o, evin həyətində olan zaman Şahid3 evin qarşısından keçən yol ilə öz evləri tərəfdən gələrək sağ tərəfə getdiyini görmüşdür. O da, Şahid3 gördükdə onu nəlayiq söyüşlərlə əvvəlcədən təhqir etməsinə görə əsəbləşmiş və evdə olan dəmir alakeçi götürərək Şahid3 arxasınca qaçaraq onu təhqir etməsinə görə əlindəki alakeşlə Məhəbbətin baş nahiyəsinə bir neçə dəfə vurmuşdur. Bundan sonra Şahid3 onun əlindəki alakeşi almağa çalışmışdır. Bu zaman anası Məhəbbət köməyə gəlmiş və Şahid3 tutaraq kənara çəkməyə çalışmışdır. Həmin vaxt Şahid3 ilə anası bir-birilərini vurmuşlar. O isə yerdən alakeşi götürüb oradan evə tərəf qaçmışdır. Bu zaman Abdulla sağ tərəfdən qaça-qaça oraya gələrək əl zərbələri ilə anasına bir neçə dəfə vurmuş və arvadı ilə birlikdə anasını dartışdırmağa başlamışdır. O isə evin qarşısı tərəfə getmiş və anasınada o tərəfə getməyi demişdir. O, Abdullanın anasını vurmasını görmüş və həmin alakeşi götürərək yenidən onların yanına gəlmiş və həmin alekeşlə arxa tərəfdən Abdullanın baş nahiyəsinə anasını buraxması üçün iki dəfə zərbə vurmuş, Abdulla geri çevriləndə bir dəfə də vursa da alakeçin uc hissəsi Abdullanın başına dəyməmişdir. Bundan sonra anası onu yenidən aralaşdırmış və evə getməyi demişdir. O da oradan aralaşaraq evə tərəf gedəndə anasının tanışı Vaqif də qarşısına gəlmiş və onlar evə tərəf getmişlər. Gedərkən isə Abdulla anasına yaxınlaşaraq yerdən daş götürərək anasının başının sol tərəfindən bir dəfə vurmuş, həmçinin də anasını nəlayiq söyüşlərlə təhqir etmişdir. Bu zaman Abdulla yerdən daş götürərək Vaqifin maşının qabaq şüşəsinə vuraraq sındırmışdır. Həmin vaxt Abdulla anasını yenidən vurmaq istəyəndə anası qonşuluqda yaşayan Əntiqəgilə getmişdir. Həmin vaxt Abdulla da anasının arxasınca qaçmış, lakin Əntiqə qapını açmamış, Abdullada qapını təpikləmişdir. Bundan sonra Abdulla evin qarşısına gələrək orada oturmuşdur. Bundan sonra dayısı Atabəy və Nurlan oraya gəlmişlər. Abdulla dayısı Atəbəyi təhqir etdiyinə və daş atdığına görə əlində olan ağacla Abdullanı vurmuşdur. Bundan sonra Abdullanın arvadı X8 da götürüb oradan getmişdir. Sonra da Vaqif özünə məxsus “Mersedez” markalı sərnişin mikroavtobusu ilə anasını qonşuları Mamedin evindən götürərək xəstəxanaya aparmışdır. Sonra anası Şəmkir rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım almışdır. Bununla bağlı araşdırma aparılan zaman o, ilkin izahatında qorxduğu üçün Məhəbbəti və Abdullanı alakeşlə vurmadığını bildirməsini göstərmişdir. Lakin sonradan o, hadisənin görüntülərinin polis əməkdaşları tərəfindən ələ keçirildiyini bildiyindən hadisə barədə düzgün ifadə vermişdir. O, hadisə zamanı alakeşi hadisə yerinin yaxınlığında tullamış və bundan sonra xəstəxanaya getdiyindən alakeşinin oradan kim tərəfindən götürüldüyünü bilməmişdir. Həmin alekeşlə arxa tərəfdən Abdullanın baş nahiyəsinə anasını buraxması üçün iki dəfə zərbə vurmuş, Abdulla geri çevriləndə bir dəfə də vursa da alakeçin uc hissəsi Abdullanın başına dəyməmişdir. Həmin vaxt alakeş anasının başına dəyməmişdir. Abdulla düz demir, Bundan sonra anası onu yenidən aralaşdırmış və evə getməyi demişdir. O da oradan onlar evə tərəf gedərkən isə Abdulla anasına yaxınlaşaraq yerdən daş götürərək anasının başının sol tərəfindən bir dəfə vurmuşdur Hadisə zamanı ətrafda kimsə olmamışdır, mübahisə 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, onun özünə məxsus ** DP *** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobillə o, soğan satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs tanışı Məhəbbətin əmisidir və onlar arasında dəfələrlə münaqişə baş vermişdir. Belə ki, Abdulla Məhəbbətin şəxsi işlərinə qarışmış və bu səbəbdən də aralarında münaqişə yaranmışdır. 06 sentyabr 2021-ci il tarixdə günorta saatlarında o, Məhəbbət ilə bir yerdə olarkən qızı Pərvanə telefonla zəng edərək əmisi Abdullanın atası Şəmili döməsini və polisə məlumat verməsini demişdir. Zərərçəkmiş şəxs da bu barədə Şəmkir rayon polis şöbəsinə məlumat vermişdir. Bundan sonra onlar Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlmiş və avtomobili çöldə saxlayaraq evə daxil olmuşlar. Sonra o, avtomobildə gətirdiyi soğan kisələrini evin arxa otağına daşıyıb aparmışdır. Həmin vaxt səs eşidib çölə çıxmışdır. O, yola çıxanda Abdulla, Abdullanın arvadı Şahid3 və Zərərçəkmiş şəxs ilə qızı Pərvanənin mübahisə etmələrini görmüşdür. Həmin vaxtı Məhəbbət Qurbanəliyevə ona yalvararaq Pərvanəni aparmasını demişdir. Həmin vaxt Pərvanənin əlində toxa olmuşdur. O da Pərvanəni götürərərək evə tərəf aparmışdır. Bu zaman Abdulla onların ünvanına nəlayiq söyüşlər söymüşdür. Bu zaman Abdulla yerdən daş götürərək Məhəbbətin baş nahiyəsindən vurmuşdur. Bundan sonra Məhəbbət oradan qonşuluqda yaşayan Əntiqə adlı şəxsin evinə tərəf qaçmış, o da Pərvanəni birlikdə evin pilləkanın yanına aparmışdır. Həmin vaxt Abdulla ona və Məhəbbətin ünvanına nəlayiq söyüşlər söymüşdür və əlindəki daşı onlara tərəf atmışdır. Bundan sonra Abdulla onun idarə etdiyi avtomobilin qabaq alın şüşəsinə vuraraq sındırmışdır. Abdulla qışqıraraq “bıçaq gətirin, bu maşının təkərlərini kəsim” demişdir. O, qapıdan çölə çıxmaq istəyəndə Abdulla ona daş atmış və onu hədələmişdir. Təxminən 25- 30 dəqiqədən sonra Məhəbbətin qardaşı Coşqun da oraya gəlmiş və Abdulla Coşqunuda da təhqir etməyə və daş atmağa başlamışdır. Bu zaman Coşqun əlindəki ağacla Abdullanın ayaq nahiyəsindən vurmuşdur. Bundan sonra Abdulla sakitləşmiş və evinə tərəf getmişdiri. Sonra o, Məhəbbəti qonşuluqda yaşayan Mamed adlı şəxsin evinin qarşısından kömək edərək yaşadığı evin qarşısına gətirmiş və həmin vaxt Abdulla və arvadı yanlarındandan keçib getmişlər. Bundan sonra o, Məhəbbəti öz avtomobilinə mindirərək Şəmkir rayon Mərkəzi xəstəxnasına aparmaq üçün getmişdir. Pərvanə əlindəki toxa ilə Abdulla və arvadını vurarkən toxanın məhəbbətin başına dəyməsini görməmişdir. Abdulla daşla Məhəbbətin başına vurmuşdur. Baş vermiş hadisə zamanı o, hər hansı xəsarət almamış, kimsəyədə xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır və Məhəbbbət qızı Şahid1 ilə birlikdə yaşadığı evin yaxınlığında yerləşən özünə məxsus evdə yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır və Abdulla ailəli olduğu Şahid3 ilə birlikdə qonşuluqda yaşayır. Təxminən 10 ildir ki, onun və qızı Zərərçəkmiş şəxs ilə qardaşı Abdulla arasında narazılıqlar yaranmış və buna görə də onların bir-birinə gediş-gəlişi olmamışdır. Belə ki, Abdulla onun və qızı Məhəbbətin şəxsi həyatına müdaxilə etmiş, eləcə də əkin sahələrini suvarma ilə bağlı narazılıq yaranmışdır. 06 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində o, kəndidə yerləşən arteziandan növbəsi olduğuna görə öz həyatyanı sahəmi suvarmaq üçün suyu istifadə etməyə başlamışdır. Həmin vaxt Abdulla ona narazılığını bildirərək onunla mübahisə etmiş və onun sinə nahiyəsindən yumruqla vuraraq xəsarət yetirmişdir. Həmin vaxt arvadı Həqiqət də yanında olmuşdur. Bundan sonra o, Məhəbbətin evinin qarşısına gəlmiş və bu barədə arvadı Həqiqət nəvəsi Pərvanəyə demiş, Pərvanədə telefonla anası Məhəbbətə məlumat vermişdir. Bundan sonra o, Şəmkir rayon polis şöbəsinə gələrək şikayət etmiş və təhqiqatçı onun və arvadı Həqiqət Əliyevanın izahatını almışdır. Bundan sonra mobil telefonuna oğlu Atəbəy zəng edərək Abdullanın Məhəbbətin baş nahiyəsinə daşla vurub xəsarət yetirməsini bildirmişdir. O da bundan sonra taksi ilə Məhəbbətin yaşadığı evin qarşısına çatmışdır. Həmin vaxt Məhəbbəti Vaqif adlı tanışının idarə etdiyi mikroavtobusla Şəmkir rayon Mərkəzi Xəstəxanasına apardıqlarını demişlər. O da, taksi ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına getmiş və orada Məhəbbətin baş nahiyəsindən xəsarət almasını görmüşdür. Xəstəxanada olarkən Məhəbbət ona Abdullanın daşla vuraraq baş nahiyəsinə xəsarətlər yetirməsini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, əri Təqsirləndirilən şəxs ilə birlikdə Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayır. Zərərçəkmiş şəxs əri Abdullanın qardaşı qızıdır. Təxminən 10 ildir ki, Məhəbbət onunla və əri Abdulla ilə yola getməmiş, aralarında narazılıqlar olmuşdur. Son vaxtlar isə narazılıqlar Məhəbbətin əxlaqsızlıqla məşğul olmasına və əkin sahələrini suvarmaya görə olmuşdur. 06 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində əri Abdulla qonşuluqda yaşayan mərhum qardaşı Fronzenin evinə getmişdir. O da Abdullaya “gedim qonuşuluqda yaşamış mərhum Musa adlı şəxsin yas mərasiminə hazırlıq işlərinə köməklik edim” demişdir. O, həmin ünvana getmək üçün küçə ilə Zərərçəkmiş şəxs evinin qarşısından keçəndə başının arxa nahiyəsindən zərbə dəydiyini hiss etmiş və çevrildikdə Məhəbbətin qızı Pərvanənin əlində dəmir toxa olmasını görmüşdür. O, Pərvanədən nə üçün onu vurmasını soruşanda Pərvanə ona “sən mənim anamı əsəbləşdirirsən” demişdir. Həmin zaman anası Məhəbbət də onun üzərinə cumaraq saçından tutaraq aralaşdırmağa çalışmışdır. Bundan sonra səsə əri Abdulla gəlmiş və Abdullada Məhəbbətin saçından tutub kənara çəkmək istəmiş, lakin Məhəbbət onu buraxmamışdır. Bundan sonra Abdulla iki dəfə Məhəbbətin baş nahiyəsindən sillə ilə vurmuşdur. Bundan sonra Məhəbbət onu buraxmışdır. Həmin zaman Pərvanə əlindəki toxa ilə Abdullanın başından bir neçə dəfə vurmuş, eləcə də həmin toxa ilə ərini vurarkən anası Məhəbbətin başından da bir neçə dəfə dəymişdir. Bundan sonra Zərərçəkmiş şəxs Pərvanəyə “niyə yıxdın evimi” demişdir. Sonra Pərvanə evə qaçmış, Məhəbbət isə qonşusu Əntiqəgilə getmişdir. Təxminən 2-3 dəqiqədən sonra Məhəbbətin tanışı Vaqif gəlmiş və yerdən daş götürərək ərininin sinə nahiyəsindən vurmuşdur. Bundan sonra Abdulla da həmin daşı götürüb Vaqifin avtomobili olan “Mersedez” markalı mikroavtobusunun qabaq şüşəsini sındırmışdır. Bundan sonra Məhəbbətin qeyri-rəsmi yaşadığı Vaqif adlı şəxs Məhəbbətin evindən taxta döşəmə siləni götürərək üzərinə gəlmişdir. Bundan sonra Məhəbbət qardaşı Coşqun oraya gəlmiş və əlindəki ağacla əvvəlcə Abdullanın kürək nahiyəsindən, sonra sağ ayaq nahiyəsindən vurmuşdur. Bundan sonra əri Abdulla yerə çökmüşdür. Sonra o, ərinə kömək edərək yaşadığı evə aparmışdır. Yolda gedərkən isə qardaşı Şamil arxadan ərinin kürək nahiyəsinə daşla bir dəfə vurmuşdur. Məhəbbət düz danışmır, Abdulla Məhəbbətin başına daşla deyil, əli ilə zərbə vurmuşdur. Pərvanə əlindəki toxa ilə Abdullanın başından bir neçə dəfə vurarkən həmin toxa anası Məhəbbətin başından da bir neçə dəfə dəymiş və ona görə xəsarət almışdır. Hadisə 10-15 dəqiqə ərzində baş vermiş, həmin vaxtı ətrafa kənar şəxslər toplaşmamışdır. “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasında mühüm ziddiyyət olduğuna görə onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. üzləşmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı onun başına daş və əl zərbələri ilə vuraraq xəsarət yetirdiyini demişdir. Bununla da Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs daşla vuraraq xəsarət yetirmədiyini bildirməsi 28 sentyabr 2021-ci il tarixli üzləşdirmə dindirmə protokolu ilə təkzib edilir. Şəmkir Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 06 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində Şəmkir rayonu Aşağı Seyfəli kənd sakini Şahid1 Sabir qızı əlində olan toxa ilə anası Zərərçəkmiş şəxs əmisi arvadı Şahid3 vuraraq xəsarət yetirmiş, həmin vaxtı hadisə yerinə gələn Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əl və daş zərbələri ilə vuraraq müxtəlif bədən xəsarətləri yetirmişdir. Həmin vaxtı Şahid1 isə əlində olan toxa ilə Abdulla Qurbanəlievin başından vurmuşdur. Hadisə yerində kənar şəxslər olmamışdır. Məhəbbət Qurbanəliyueva ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə şəxsi münasibətlər zəminində baş vermişdir. “Götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki,26 sentyabr 2021-ci il tarixdə hadisə yerinin yaxınlığında yerləşən X2 yaşadığı evin müşahidə kameralarına baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Şahid3 yol ilə getdiyi zaman onun arxasınca Şahid1 gələrək əlində olan alətlə bir neçə zərbə vurur, daha sonra həmin yerə gələn Zərərçəkmiş şəxs onları aralamağa çalışır. Hadisə yerinə gələn Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saçından tutaraq onun başına zərbələr vurur. Həmin vaxtı Şahid1 əvvəl hadisə yerindən uzaqlaşır, bir neçə saniyə sonra yenidən qayıdaraq əlində olan alətlə Təqsirləndirilən şəxs başına zərbələr vurur. Zərərçəkmiş şəxs yenidən qızı Şahid1 aralayaraq hadisə yerindən uzaqlaşdırır. Bu zaman isə həmin yerə Şahid2 gəlir, lakin hadisəyə hər hansı müdaxilə etməyərək oradan uzaqlaşır. Təqsirləndirilən şəxs isə yanında olan Zərərçəkmiş şəxs başından bir dəfə əli ilə zərbə vurur. Bu barədə protokol tərtib olunaraq iş materiallarına əlavə olunmuşdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 1161 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- başın tüklü hissəsində sol gicgah nahiysinin əzilmiş yarası, sol gicgah sümüynün pullu hissəsinin daşlıq hissəsinə ( kəllə əsasına) keçən yerini cüzi dəyişmiş xətti sınığı, sol gicgah payının hemoragik kontuziyası, baş beyinin yüngül dərəcəli əzilməsi, sağ qaşın bağın bayır qurtaracağının əzilmiş yarası, sol qulq seyvanın arxa səthinin və məməyəbənzər çıxıntı nahiyəsinin, alt çənənin sol çənə oynağı nahiyəsinin qançırları küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 06 sentyabr 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə başın tüklü hissəsində sol gicgah nahiysinin əzilmiş yarası, sol gicgah sümüynün pullu hissəsinin daşlıq hissəsinə keçən yerini cüzi dəyişmiş xətti sınığı, sol gicgah payının hemoragik kontuziyası, baş beyinin yüngül dərəcəli əzilməsi, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sağ qaşın bağın bayır qurtaracağının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol qulq seyvanın arxa səthinin və məməyəbənzər çıxıntı nahiyəsinin, alt çənənin sol çənə oynağı nahiyəsinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs Şəmil qızının bədən səthində özü-özünə yetirməyə xarakterik xəsarətlər aşkar edilmədi. Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 1173 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər —başın tüklü hissəsində sağ alın-təpə nahiyəsinin, sağ gicgah nahiyəsinin, əzilmiş yaraları, döş qəfəsinin arxa səthinin sol kürək nahiyəsinin , bel nahiyəsinin sol yarasının, sağ sağrı nahiyəsinin qançır və ağrı halında əznikləri , sağ baldırın orta üçdə birinin ön səthinin əzilmiş səthi yarası küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 06 sentyabr 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə başın tüklü hissəsində sağ alın-təpə nahiyəsinin, sağ gicgah nahiyəsinin,əzilmiş yaraları, döş qəfəsinin arxa səthinin sol kürək nahiyəsinin , bel nahiyəsinin sol yarasının, sağ sağrı nahiyəsinin qançır və ağrı halında əznikləri həm ayrıayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sağ baldırın orta üçdə birinin ön səthinin əzilmiş səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin lokalizasiyasına, sayına və xarakterinə əsasən həmin xəsarətlərin özü tərəfindən yetirilməsi inkar olunur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 1174 saylı rəyindən görünür ki,Şahid3 bədən səthində aşkar edilmiş xəsarətlər-başın tuklü hissəsində təpə nahiyyəsinin sol yarısının əzilmiş yarası, sol krək nahiyyəsinin, sağ bazunun orta üçdə birinin ön səthinin, sağ baldırın yuxarı üçdə birinin bayır səthinn qançırları küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 06 sentyabr 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə başın tüklü hissəsində təpə nahiyyəsinin sol yarısının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəbə olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol kürək nahiyyəsinin, sağ bazunun orts üçdə birinin ön səthinin sağ baldırın yuxarı üçdə birinin bayır səthinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçünağırlıq dərəcələri təyin edilmir. Maddi sübutların ekspertizasının xx.xx.2021-ci il tarixli 838/2021-MTBŞ saylı rəyindən görünür ki,1. Təqsirləndirilən şəxs qan qrupu şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vəsiqəsinin kserosurətinə əsasən – İİ, 2. Zərərçəkmiş şəxs qan qrupu şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vəsiqəsinin kserosurətinə əsasən – İ. 3. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş daş üzərində insan qanı ləkələri aşkar olundu. Onların qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Həmin ləkələrdəki qan bir şəxsə məxsus olduğu halda A(İİ)H qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər onun qanında müşayiətçi H antiqeni varsa, bu barədə məlumat yoxdur), lakin ləkələrdə qan bir neçə şəxsə məxsus olduğu halda, onlarda A(İİ), A(İİ)H və 0(1) qruplu şəxslərin qarışıq qanların olması mümkündür. Göstərilən halda bu ləklərdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus qanın olması inkar olunmur. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 677/223 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur.Təqsirləndirilən şəxs ona şamil edilən hadisəni törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədilə Zərərçəkmiş şəxs ifadəsi hadisə yerində yoxlanılan zaman o, Təqsirləndirilən şəxs onu daşla və əli ilə vuraraq xəsarət yetirdiyi Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşadığı evin yaxınlığındakı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha olduğu kimi hadisə yerində təsdiq etmişdir. Bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. “Təqdim edilmiş əşyanın götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi daş baxış keçirilərək götürülmüş, baxışın nəticəsi protokollaşdırlaraq iş materiallarına əlavə edilmişdir. “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxsifadəsi hadisə yerində yoxlanılan zaman o, Şahid1 Sabir qızı ilə Zərərçəkmiş şəxs arvadı Şahid3 döydükləri yeri, daha sonra özünün Zərərçəkmiş şəxs vurduğu Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşadığı evin yaxınlığındakı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha olduğu kimi hadisə yerində təsdiq etmişdir. Bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Şəmkir rayon Aşağı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd daş maddi sübut kimi tanınmış və saxlanılması üçün Şəmkir RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Eləcə də hadisə yerinin görüntülərini özündə əks etdirən DVD-R disk cinayət işinin materialların əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs daşla vurmadığını, əli ilə vurduğunu, zərərçəkmiş şəxsi həmin vaxt qızı Şahid1 onu vurduğu zaman əlində olan toxanın anasına dəyməsini bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşını, təqaüdçü olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin içtimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs yaşını, təqaüdçü olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini nəzərə alıb hesab edir ki, ona CM-nin 62-ci maddəsi tətbiq etməklə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində də az azadlıqdan məhrum etmə cəzası təyin etməyi və onu cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər, bu əmələ görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ədalətli hesab edilə bilməz və məhkumun islah və yenidən tərbiyə olunmasına isə xidmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsində göstərilmişdir ki, “... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-nin 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Polis Şöbəsinin xx.xx.2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, müddət Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd daş dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut hesab olunan və Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd daş dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-109/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-109/2023
27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver