Məhkəmə qərarları › İş №1(100)-109/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-109/2024

05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-109/2024 05.08.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, müəllim işləmiş, Gəncə şəhəri, Z.Əliyeva küçəsi, 2-ci dalan, ev 4, mənzil 12-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 4,962 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib onu ayrı-ayrılıqda təmiz çəkiləri 1,698 qram və 3,264 qram olmaqla iki hissəyə bölməklə üzərində daşıyaraq saxlamış, 01 fevral 2023-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 13 radələrində ünvan 2 ünvanında yerləşən 27 saylı tam orta məkətin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 1,698 qram və 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,264 qram, ümumi təmiz çəkisi 4,962 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, O, Gəncə şəhərində yerləşən İ.Məmmədov adına 27 saylı fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseydə 15 il idman müəllimi işlləmiş, gənc yaşlarında boks idman növü üzrə Azərbaycan Respublikası çempionu olmuşdur. Heç vaxt narkotik vasitəsi istifadə etmədiyi halda sadəcə dini inancları olduğu üçün narkotik vasitəsələrin satış ilə məşğul olması barədə ona böhtan atmışlar. 01 fevral 2023-cü il tarixdə müəllim işlədiyi ünvan 2 ünvanında yerləşən 27 saylı tam orta məktəbdən çıxan zaman məktəbin yaxınlığında mülki geyimdə olan sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslər onu saxlayaraq Gəncə BPİ-yə aparmışlar. Saxlanılan zaman onun üzərində narkotik vasitə olmamış, onun üzərində narkotik vasitə olmadığı üçün onu tutan zaman üzərinə şəxsi axtarış keçirməmişlər, çünki məktəbin qarşısında çoxlu insanlar olduğu, məktəbin qarşısında şəxsi axtarış keçirilsə bunu görəcək şəxslərin olacağı və həmi şəxsər də ona böhtan atıldığını deyəcəkləri üçün onun üzərinə şəxsi axtarışı tutulan zaman deyil, polisdə olduğu zaman baxış keçirilmişdir. Onun üzərinə videoçəklişlə keçirilən şəxsi axtarış zamanı, o “kakos” adlanan narkotik vasitə olan maddənin adını belə səhv demiş, narkotik vasitənin adını bilməmişdir. O, sonradan narkotik vasitə kakosun yəni heroinin adını bilmişdir. O narkotik vasitə istifadə etməmiş, çünki onun hər il işlədiyi yerdən sağlam olmağı haqqında tibbi arayış tələb etmişlər, o da mütamadi olaraq sağlamlıq haqqında tibbi arayışlar təqdim etmişdir. Əgər o, narkotik vasitə istifadə etmişsə, ona verilən arayışlarda bu öz əksini tapmalı idi və onun ümumiyyətlə pedeqoji fəaliyyətlə məşğul olmağısına icazə verilməzdi. Onu tutan zaman polis əməkdaşları fiziki və psixoloji təzyiqlər göstərmiş və ondan sözügedən narkotik vasitələrin onun olduğunu etiraf etməsini tələb etmişlər. Polis əməkdaşları onu hədələyərək sözügedən narkotik vasitələrin onun olduğunu etiraf etməyəcəyi təqdirdə ailəsini də polis şöbəsinə gətirəcəklərini bildirmişlər. O, da məcburiyyət qarşısında qalaraq sözügedən narkotik vasitələrin onun olduğunu etiraf etmişdir. O, narkotik vasitələri nəinki satmaq, heç istifadə belə etməmiş və buna görə də ona ittiham elan olunmuş Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu işlədiyi məktəbin qarşısında 7-8 nəfər tutmuş, hazırki işdə adıkeçən əməliyyatçılar onu tutmamış, həmin şəxslər sadəcə əmin gün növbədə olduqları üçün onların adları yazılıb, lakin onu başqa əməliyyatçılar tutmuşdur. Onu saxlayan zaman 4-5 nəfər polis əməkdaşı əlini qandallayıb polis şöbəsinə gətirmiş, Gəncə şəhər BPİ-nin, CAB-ın rəisinin otağına daxil olan kimi ona yumruqla zərbələr vurmağa başlamışlar. Onu döyərək narkotik vasitə sözügedən narkotik vasitələrin onun olduğunu etiraf etməsini, əks təqdirdə “üzdən iraq” edəcəklərini, evinə narkotik vasilər qoyacaqlarını və ailəsini də polisə gətirəcəklərini demişlər. Onu ailəsi ilə hədələdikləri üçün, o ailəsinin narahatlıq keçirməməsi üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. O, ümumiyyətlə narkotik vasitədən istifadə etmir və etməmiş, onun barəsində təyin edilmiş Narkoloji ekspertizanın verdiyi rəyin yalnış olduğunu, onun narkotikdən istifadə edib-etmədiyini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ilkin izahatı elan edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatında göstərmişdir ki, narkotik vasitə heroindən arabir istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Gəncə şəhəri 27 saylı məktəbin qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşlarını olduqlarını bildirmiş və Gəncə şəhər BPİ-yə dəvət etmişlər. Gəncə şəhər BPİdə öz hesabına hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, o, da həmin şəxslərə üzərində olan 2 ədəd sellofan bükümdə narkotik vasitə heroinləri təqdim etmişdir. Həmin bükülülərin içərisindəki narkotik vasitə heroin onların iştirakı ilə elektron tərəzidə çəkilmiş, bükümlərdən birinin çəkisi 2,10 qram, digərinin çəkisi isə 3,43 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Skonnu deyilən ərazidə yerdən tapmış, narkotik vasitədən heçkəsə satmamış, başqa yerdə saxlamamışdır. Bundan başqa şəxsi axtarış zamanı üzərindən özünə məxsus 4 ədəd plastik bank kartı və bir ədəd qara rəngli Samsung markalı mobil telefon aşkar edilmişdir. Sonra aşkar edimiş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. O, narkotik vasitədən ara bir istifadə edir. Gəncə şəhər BPİ-yə gətirilən zaman polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin CAİ-nin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 əməliyyat məlumatı daxil olaraq əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna o da daxil edilmiş, lakin şübhəli şəxs qismində kimi götürəcəkləri ona deyilməmişdir. Həmin gün Təqsirləndirilən şəxs 27 saylı tam orta məktəbin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Gəncə şəhər BPİ-nə dəvət olunmuş, Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməyərək, onlarla birlikdə BPİ-yə gəlmişdir. Gəncə şəhər BPİdə ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına vəkil dəvət etmək istəyəndə imtina etmiş, xatırladığı qədər öz hesabına müdafiəçi tutumuş və sözügedən müdafiəçi də iştirak etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vastə heroinə bənzər kütlə aşkar olunmuşdur. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni haradan əldə etdiyi nə məqsəd ilə qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması və satması barədə məlumatı xatırlamır, əməliyyat məlumatı Şahid1 daxil olmuş,məlumatın məzmunu məxfi olduğundan onların xəbəri olmamış, ancaq qrup rəhbərinin xəbəri olmuş, onlar kömək məqsədi ilə getmişlər. Təqsirləndirilən şəxsi piyada hərərəkət edən zaman məktəbin yola baxan hissəsində saxlamışlar, üzərinə kçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iki büküm narkotik vasitə çıxdığını xatırlayır, lakin narkotik vasitənin növünü isə dəqiq xatırlamır, həmçinin Röyal Əlieyin üzərindən bank kartları da aşkar edilmişdir . O, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman orada olmuş, evinə baxışda iştirak etməmişdir. Əməliyyat tədbirinə onun avtomobilim ilə getməmişlər, kimin avtomobili kimin avtomobili ilə getdiklərini və maşını kimin idarə etdiyini isə xatırlamır. Təqsirləndirilən şəxsin ilk növbədə dövlət tərəfindən müdafiəçi ilə təmin olunduğunu, lakin həmin şəxsdən imtina etdiyi üçün başqa müdafiəçi tutmudşur. Saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuş. Sözügedən məlumatda, Təqsirləndirilən şəxs 27 saylı tam orta məktəbin yaxınlığında olduğu bildirilmişdir. Bununla bağlı əməliyyat axtarış qrupu yaradılmış, qrupun rəhbəri o, olmuş, qrupun tərkibinə isə Şahid2 və Şahid3 daxil edilmişlər. Təqsirləndirilən şəxs 27 saylı tam orta məktəbin yaxınlığında müəyyən olunmuş, və onlara Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmiş, bundan Gəncə şəhər BPİ-də müdafiəçisinin iştirakı Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 02 ədəd sellofan bükülü aşkar olunmuşdur. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, əməliyyat məlumatının məzmunu satış məqsədi ilə bağlı olmamış, yalnız Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması baradə olmuşdur. Təqsirləndirilən şəxs 27 saylı tam orta məktəbin qarşısında hərəkətdə olan saxlanılmış, BPİ-də Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı 2 ədəd sellofan büküm aşkar edilmiş və bükümün içərisində heroinə bənzər kütlə olduğu müyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərində narkotik vasitədən başqa 4 ədəd bank kartı, 1 ədəd mobil telefon, açar dəsti, özünün şəxsiyyət vəsiqəsi də olmuşdur. Təqsirləndirilən şəxs 27 saylı tam orta məktəbin yaxınlığında sağ tərəfdə öz avtomobilinə yaxınlaşan zaman saxlanılmış və həmin vaxt üzərinə şəxsi axtarış keçirilməmiş, yalnız şöbəyə gətirildikdən sonra keçirilmişdir. Təqsirləndirilən şəxs saxlamaq üçün ona məxsus olan “Toyoto Camry” markalı qara rəngli şəxsi avtomobili ilə getmişlər, o avtomobilli idarə etmiş, Tural isə Təqsirləndirilən şəxs yanında əyləşmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirə olunmamışdır. Məhkmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2009-ci ildən DİO-da, 2022-ci ildən isə Gəncə şəhər BPİ-nin CAİ-nin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Z.Əliyeva küçəsi, 2-ci dalan, ev 4, mənzil 12-də qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması və satması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı idarə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən 27 saylı tam orta məkətin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmişdir. Gəncə şəhər BPİ-də ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs öz hesabına müdafiəçi X5 ilə müqavilə bağlamaq istədiyini bildirmişdir. Bundan sonra X1 müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzədən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 2 ədəd sellofan bükülünü çıxarıb təqdim edərək narkotik vasitə “kakos” olduğunu, həmin gün “Skonnu” deyilən yerdən tapdığını bildirmişdir. Həmin bükümlərin içərisinə baxış keçirilmiş və bükümlərin birinin içərisində qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət heroinə oxşar maddə, digərinin içərisində isə qəhvəyi rəngli kütlə şəklində heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra içərisində heroinə oxşar maddələr olan həmin bükümlər elektron tərəzidə çəkilmiş, birinci bükümün çəkisi 2,10 qram, digər bükümün çəkisi isə 3,43 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs nadir hallarda narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar edilmiş kütləni tapdığını, başqa hər hansı bir yerdə, o cümlədən üzərində başqa hər hansı bir narkotik vasitə saxlamdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçilmiş, şəxsi axtarış zamanı üzərindən 4 ədəd bank kartı, 1 ədəd qara rəngli Samsung markalı mobil telefon, açar dəsti, özünün şəxsiyyət vəsiqəsi, 1 ədəd “Azəriqaz”ın smart tipli sayğacının plastik kartı, üzərində yazılar olan kağız vərəq, 1 ədəd ödəmə terminalının Azəriqaz ödəniş qəbzi aşkar edilmişdir. Sonra müdafiəçi X17 Əliyevə polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi təsirə məruz qalıb-qalmaması, üzərindən aşkar edilmiş kütlənin özünə məxsus olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təsirə məruz qalmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar kütlələr olan iki ədəd bükülü müvafiq qaydada zərfdə qablaşdırılıb möhürlənmiş və doğruluğu imzaları ilə təsdiq etmişlər. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd bank kartları, 1 ədəd qara rəngli Samsung markalı mobil telefon və özünün şəxsiyyət vəsiqəsi də götürülmüşdür, digər əşyalar isə özünə qaytarılmışdır. Bununla da, şəxsi axtarış və götürmə başa çatdırılaraq video çəkiliş yekunlaşmışdır.Verilmiş suallara cavab olaraq Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə hər hansı bir düşmənçiliyi, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirləri keçirilməsi zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs da, hər hansı bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı özü də bunu təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-57/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2023-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-267/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 03 (üç) ay müddətinə yəni, 01 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 fevral 2023-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin TŞ-nin təhqiqatçısı X2 şəhər BPİ-nin CAİ-nin xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin idarənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, həmin idarənin kiçik inspektoru, polis serjantı Şahid3 və müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 2 ədəd sellofan bükülünü çıxarıb təqdim edərək narkotik vasitə “kakos” olduğunu, həmin gün “Skonnu” deyilən yerdən tapdığını bildirir. Həmin bükümlərin içərisinə baxış keçirilir və bükümlərin birinin içərisində qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət heroinə oxşar maddə, digərinin içərisində isə qəhvəyi rəngli kütlə şəklində heroinə oxşar maddə aşkar edilir. Bundan sonra içərisində heroinə oxşar maddələr olan həmin bükümlər elektron tərəzidə çəkilir. Birinci bükümün çəkisi 2,10 qram, digər bükümün çəkisi isə 3,43 qram olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs nadir hallarda narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar edilmiş kütləni tapdığını, başqa hər hansı bir yerdə, o cümlədən üzərində başqa hər hansı bir narkotik vasitə saxlamdığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçilir, şəxsi axtarış zamanı üzərindən 1 ədəd Kapital Banka məxsus 5103 0714 8702 5906 nömrəli, 1 ədəd Unibanka məxsus 5229 5307 1503 1217 nömrəli, 1 ədəd Beynəlxalq Bankın 4127 2211 1134 1881 nömrəli, 1 ədəd Unibanka məxsus plastik kartlar, 1 ədəd qara rəngli Samsung markalı mobil telefon, açar dəsti, özünün şəxsiyyət vəsiqəsi, 1 ədəd “Azəriqaz”ın smart tipli sayğacının plastik kartı, üzərində “1.Bənicəlali Pərvin 2009...Pərviz 8b...2)Orucov Nural 2009 Bəxtiyar oğlu 8A...3.X8 2008...4.X12 8c...” yazıları olan kağız vərəq (Təqsirləndirilən şəxs həmin vərəqdəki adların dərs keçdiyi şagirdlərin adları olduğunu deyir), 1 ədəd eManat ödəmə terminalının xx.xx.2023-cü il tarixli Azəriqaz ödəniş qəbzi aşkar edilir. Sonra müdafiəçi X17 Əliyevə polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi təsirə məruz qalıb-qalmaması, üzərindən aşkar edilmiş kütlənin özünə məxsus olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs isə polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təsirə məruz qalmadığını, aşkar edilmiş kütləni tapdığını, özünə məxsus olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar ediliş içərisində narkotik vasitə heroinə oxşar kütlələr olan iki ədəd bükülü müvafiq qaydada zərfdə qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd Kapital Banka məxsus 5103 0714 8702 5906 nömrəli, 1 ədəd Unibanka məxsus 5229 5307 1503 1217 nömrəli, 1 ədəd Beynəlxalq Bankın 4127 2211 1134 1881 nömrəli, 1 ədəd Unibanka məxsus plastik kartlar, 1 ədəd qara rəngli Samsung markalı mobil telefon özünün şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülür, digər aşkar edilmiş əşyalar isə özünə qaytarılır. Yekunda iştirakçılardan kiminsə sualının olub-olmaması soruşulur, heç kəsin sualı olmadığından şəxsi axtarış və götürmə başa çatdırılaraq video çəkiliş yekunlaşır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “yaşayış yerinə axtarış və götürmə aparılması haqqında” görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə axtarış aparılmış, axtarış zamanı həmin ünvandan 1 ədəd X4 “Niyyətim kəbədi, oldu mənzilim”, 1 ədəd Əhməd İsayevin “Gəncə şəhidləri”, 1 ədəd X4 “Adəmdən Xatəmə” kitabları, 1 ədəd “Qurani Kərim” kitabı, 35 ədəd möhür, 1 ədəd təsbeh, 1 ədəd kitabça, 1 ədəd dini şəkil olan çərçivə, 4 ədəd fotoalbom aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 02 fevral 2023-cü il tarixli 16/176 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 1,698 qram və digər 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,264 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə müxtəlifdirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2023-cü il tarixli 545 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixortop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 160 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə linqvistik-islamşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 4/866 nömrəli rəyindən görünür ki,

1. Ekspertizaya təqdim edilmiş materiallarda məhkəmə-linqvistik və dinşünaslıq təhlil baxımından Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar, həmçinin Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar müəyyən edilməmişdir.

2. Təqdim edilmiş materiallardan Əhməd İsayevin müəllifi olduğu “Gəncə şəhidləri” kitabı istisna olmaqla digərləri dini təyinatlıdır.

3. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol verilməmişdir.

4. Təqdim edilmiş dini ədəbiyyat nümunlələri ölkə nəşriyyatlarında çap olunmuşdur.

5. Təqdim edilmiş ədəbiyyat nümunələri və məlumat materialları dini ekstremist material hesab olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, verilmiş əməliyyat tapşırığına 01 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinləri satış məqsədilə əldə edib daşıyaraq saxlamış, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, Gəncə şəhəri 27 nömrəli orta məktəbin ərazisində narkotik vasitə satması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin 2717 nömrəli 08 may 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Rayonlarası Narkoloji Dispanserinin 2976 nömrəli 17 may 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlarası Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2010-cı il tarixli AZ-İİ 374527 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Ağarza Əliyev Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2012-ci il tarixli AZ-İİ 945838 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Məsimə Əliyeva, Təqsirləndirilən şəxs qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2015-ci il tarixli AZ-İİİ 645430 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Mehdi Əliyev, Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 18 aprel 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı əsasında təyin edilmiş, təkrar məhkəmənarkoloji ekspertizasının 29 iyun 2024-cü il tarixli 189 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 1,598 qram və 3,164 qram olan narkotik vasitə heroin, həmçinin cinayət işinə əlavə edilmiş 01 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı ona polis əməkdaşları tərəfindən psixi-fiziki təzyiqə məruz qalması, ondan aşkar olunan narkotik vasitənin polislər tərəfindən qoyulması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi ilkin izahatı, videoçəkilişdən istifadə olunmaqla üzərinə keçirilmiş “şəxsi axtarış və baxış keçirilməsi haqqında” protokol, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ilkin izahatının işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Belə ki, məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ilkin izahatı elan edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatında göstərmişdir ki, narkotik vasitə heroindən arabir istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Gəncə şəhəri 27 saylı məktəbin qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşlarını olduqlarını bildirmiş və Gəncə şəhər BPİ-yə dəvət etmişlər. Gəncə şəhər BPİ-də öz hesabına hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, o, da həmin şəxslərə üzərində olan 2 ədəd sellofan bükümdə narkotik vasitə heroinləri təqdim etmişdir. Həmin bükülülərin içərisindəki narkotik vasitə heroin onların iştirakı ilə elektron tərəzidə çəkilmiş, bükümlərdən birinin çəkisi 2,10 qram, digərinin çəkisi isə 3,43 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Skonnu deyilən ərazidə yerdən tapmış, narkotik vasitədən heçkəsə satmamış, başqa yerdə saxlamamışdır. Bundan başqa şəxsi axtarış zamanı üzərindən özünə məxsus 4 ədəd plastik bank kartı və bir ədəd qara rəngli Samsung markalı mobil telefon aşkar edilmişdir. Sonra aşkar edimiş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. O, narkotik vasitədən ara bir istifadə edir. Gəncə şəhər BPİ-yə gətirilən zaman polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq olunmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını bildirmişlər. məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2023-cü il tarixli 545 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixortop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Bundan başqa Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı əsasında təyin edilmiş, təkrar məhkəmə-narkoloji ekspertizasının 29 iyun 2024-cü il tarixli 189 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Halhazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Bundan başqa 07 fevral 2023-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin TŞ-nin təhqiqatçısı X2 şəhər BPİ-nin CAİ-nin xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin idarənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, həmin idarənin kiçik inspektoru, polis serjantı Şahid3 və müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 2 ədəd sellofan bükülünü çıxarıb təqdim edərək narkotik vasitə “kakos” olduğunu, həmin gün “Skonnu” deyilən yerdən tapdığını bildirir. Həmin bükümlərin içərisinə baxış keçirilir və bükümlərin birinin içərisində qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət heroinə oxşar maddə, digərinin içərisində isə qəhvəyi rəngli kütlə şəklində heroinə oxşar maddə aşkar edilir. Bundan sonra içərisində heroinə oxşar maddələr olan həmin bükümlər elektron tərəzidə çəkilir. Birinci bükümün çəkisi 2,10 qram, digər bükümün çəkisi isə 3,43 qram olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs nadir hallarda narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar edilmiş kütləni tapdığını, başqa hər hansı bir yerdə, o cümlədən üzərində başqa hər hansı bir narkotik vasitə saxlamdığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçilir, şəxsi axtarış zamanı üzərindən 1 ədəd Kapital Banka məxsus 5103 0714 8702 5906 nömrəli, 1 ədəd Unibanka məxsus 5229 5307 1503 1217 nömrəli, 1 ədəd Beynəlxalq Bankın 4127 2211 1134 1881 nömrəli, 1 ədəd Unibanka məxsus plastik kartlar, 1 ədəd qara rəngli Samsung markalı mobil telefon, açar dəsti, özünün şəxsiyyət vəsiqəsi, 1 ədəd “Azəriqaz”ın smart tipli sayğacının plastik kartı, üzərində “1.Bənicəlali Pərvin 2009...Pərviz 8b...2)Orucov Nural 2009 Bəxtiyar oğlu 8A...3.X8 2008...4.X12 8c...” yazıları olan kağız vərəq (Təqsirləndirilən şəxs həmin vərəqdəki adların dərs keçdiyi şagirdlərin adları olduğunu deyir), 1 ədəd eManat ödəmə terminalının xx.xx.2023-cü il tarixli Azəriqaz ödəniş qəbzi aşkar edilir. Sonra müdafiəçi X17 Əliyevə polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi təsirə məruz qalıb-qalmaması, üzərindən aşkar edilmiş kütlənin özünə məxsus olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs isə polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təsirə məruz qalmadığını, aşkar edilmiş kütləni tapdığını, özünə məxsus olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar ediliş içərisində narkotik vasitə heroinə oxşar kütlələr olan iki ədəd bükülü müvafiq qaydada zərfdə qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd Kapital Banka məxsus 5103 0714 8702 5906 nömrəli, 1 ədəd Unibanka məxsus 5229 5307 1503 1217 nömrəli, 1 ədəd Beynəlxalq Bankın 4127 2211 1134 1881 nömrəli, 1 ədəd Unibanka məxsus plastik kartlar, 1 ədəd qara rəngli Samsung markalı mobil telefon özünün şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülür, digər aşkar edilmiş əşyalar isə özünə qaytarılır. Yekunda iştirakçılardan kiminsə sualının olub-olmaması soruşulur, heç kəsin sualı olmadığından şəxsi axtarış və götürmə başa çatdırılaraq video çəkiliş yekunlaşır. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ilkin izahatının işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədə müvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, saxladığı ümümi təmiz çəkisi 4,962 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də, məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan heroini satış məqsədilə əldə etməsini, saxlamasını, daşımasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları ifadələrində narkotik vasitənin və psixotrop maddəninn dövriyyəsi ilə bağlı ilkin əməliyyat məlumatının olmasına baxmayaraq, sonradan Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ya narkotik vasitəni satış məqsədi ilə saxlaması barədə heç bir məlumatın əldə edilmədiyini bildirmişlər. Eyni zamanda verilmiş əməliyyat tapşırığına 01 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinləri satış məqsədilə əldə edib daşıyaraq saxlamış, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, Gəncə şəhəri 27 nömrəli orta məktəbin ərazisində narkotik vasitə satması müəyyən edilməmişdir. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs heroini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş narkotik vasitənin maddənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxs CMin 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmələrin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha burğulayır ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi etiraf edici izahatı ilə yanaşı, üzərin videoçəkilişdən istifadə olunmaqla keçirilmiş şəxsi axtarış və baxış keçirilməsi haqqımda protokoldan, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən marixuana narkotik vasitə hesab olunur, həmçinin həmin qanuna əsasən qurudulmuş marixuananın(kannabis) şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ilədən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı əsasında təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş təkrar məhkəmə-narkoloji ekspertizasının 29 iyun 2024-cü il tarixli 189 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-57/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2023-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-267/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 03 (üç) ay müddətinə yəni, 01 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, maddi sübut olan və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 1,598 qram və 3,164 qram olan narkotik vasitə heroin Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, həmçinin cinayət işinə əlavə edilmiş 01 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 1,598 qram və 3,164 qram olan narkotik vasitə heroin məhv edilməli, həmçinin cinayət işinə əlavə edilmiş 01 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 132 (yüz otuz iki) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 01 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 1,598 qram və 3,164 qram olan narkotik vasitə heroin məhv edilsin, həmçinin cinayət işinə əlavə edilmiş 01 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 132 (yüz otuz iki) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar