Məhkəmə qərarları › İş №1(100)-11/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-11/2021

03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-11/2021 03.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X17 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X18 və X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X29, Zərərçəkmiş şəxs5, müdafiəçləri- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X8, X7 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evil olmaqla himayəsində üç az yaşlı uşağı olan, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda tutulanadək yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəmnində qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, həmçinin bir qrup şəxs tərəfindən ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 fevral 2018-ci il tarixdə saat 21:50 radələrində ünvan 3 ünvanı ilə yanaşı yerləşən Şahid1 məxsus, lakin, özü və arvadı Zərərçəkmiş şəxs5 icarəyə işlətdiyi “Qızıl ev” çay evində istirahət edən Zərərçəkmiş şəxs2 çay evinin birinci mərtəbəsində olan, qapısı küçəyə açılan tualetə gedib təbii ehtiyacını ödəyərkən qapını açıq qoyması ilə əlaqədar həmin küçədə yaşayan Şahid6, Şahid5 və Şahid2 Şahid1 dedikləri məlumat əsasında Şahid1 çay evinə gələrək Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş, həmin vaxt sonuncunun yanında olan tanışı Zərərçəkmiş şəxs1 kobud danışıqlarına görə Şahid1 iradını bildirdikdə Zərərçəkmiş şəxs1 ünvanına onların ətrafına yığışmış, həmçinin, çay evində istirahət etmək üçün gəlmiş digər şəxslərin yanında ucadan nalayiq söyüş söyməsi səbəbindən Zərərçəkmiş şəxs1 Şahid1 bir dəfə yumruqla vuraraq zor tətbiq etmiş, bunu bəhanə edən o, Şahid1, Şahid2, Şahid5, Şahid6, Şahid4 və Şahid3 ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai ünsiyyət qaydaları ilə bir araya sığmayan, istirahət etmək üçün toplaşmış şəxslərin narahatçılığına səbəb olan qərəzli hərəkətlər edərək çay evində olan digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 üzərinə hücum edərək onları döyməyə başlamışlar, həmin vaxt Zərərçəkmiş şəxs4 hadisədən yaxa qurtararaq qaçmaq istəyərkən Şahid6 Zərərçəkmiş şəxs4 arxadan tutub saxlamış, Şahid4 və Şahid3 isə yumuruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs4 vurmuşlar, Zərərçəkmiş şəxs4 onların əlindən çıxaraq çay evinin çıxışına doğru, pilləkənlərə tərəf qaçsa da, Şahid4, Şahid3, Şahid6 və Şahid5 yenə də Zərərçəkmiş şəxs4 üzərinə hücum edərək təpik və yumuruq zərbələri ilə sonuncunu vurub zor tətbiq etmişlər, eyni zamanda Şahid2 silah qismində istifadə etdiyi və çay evində olan stulu götürərək çay evinin digər tərəfində Şahid1 tərəfindən döyülərək yerə sərilmiş Zərərçəkmiş şəxs1 stulla vurmuş, daha sonra Şahid3 da silah qismində istifadə etdiyi və çay evində olan stulu götürərək yerə sərilmiş Zərərçəkmiş şəxs1 stulla vurmuş, həmin vaxt o, bıçaq nümayiş etdirərək ucadan nalayiq söyüşlər söyərək Zərərçəkmiş şəxs1 və digərlərinin üzərinə hücum etmiş, daha sonra o, ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə onun əlindən bıçağı almaq istəyən Zərərçəkmiş şəxs3 başı ilə vurmaq istəmiş, lakin Zərərçəkmiş şəxs3 geri çəkildiyindən zərbə ona dəyməmiş, daha sonra o, yenə də Zərərçəkmiş şəxs1 üzərinə hücum etməyə çalışmış, baş vermiş hadisə səbəbindən çay evinə istirahət etmək üçün gəlmiş şəxslər çay evini tərk etmişlər, ümumilikdə isə bir qrup şəxs tərəfindən çay evini işlədən Zərərçəkmiş şəxs5 məxsus əmlakı zədələməklə 2000 manat məbləğində maddi ziyan vurmaqla şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, habelə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, 15 iyun 2019-cu il tarixdə saat 23 radələrində arvadı ilə müştərək qaydada icarəyə götürüb işlətdiyi Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Uğur” çay evində olarkən, həmin çay evinin qarşısında yerləşən və eyni qaydada icarəyə götürüb işlətdiyi “Miraj” çay evinin birinci mərtəbəsindəki avtoyuma məntəqəsində X19 məxsus olan “VAZ 2107” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yuyulması müqabilində ödənilməli olan xidmət haqqının miqdarında razılaşa bilmədikləri üçün aralarında yaranmış mübahisə zamanı Elnur Alıyev ona üzərində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə onun sol əl nahiyəsinə bir dəfə zərbə vuraraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən sol əlin kəsilmiş deşilmiş yarası xəsarəti yetirdikdən sonra o, üzərində gəzdirdiyi məlum olmayan bıçaqla Elnur Alıyevin üzərinə hücum edərək onun ürək nahiyəsinə bir dəfə zərbə endirib, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, döş qəfəsinin sol yarısının ön səthində yerləşən, sol döş boşluğuna keçərək ürəyin sol mədəciyini zədələyən kəsilmiş-deşilmiş xəsarəti yetirməklə X20 qəsdən öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 120.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, CM-in 120.1 və 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, həyat yoldaşı Gülnarla birlikdə 2018-ci il tarixdə Qızıl çay evini icarəyə götürərək işlətmişlər. İşlətdikləri dövrdə ora gələn şəxslərin arasında dava-dalaş baş vermişdir. Həmin dava-dalaş zamanı o, dalaşanları ayırmaq, əmlakını qorumaq istəmişdir. Bu səbəbdən də onları ayıraraq çay evini tərk etmələrini bildirmişdir. O, Gülnardan və əmlakından narahat olduğundan dalaşanları məcburən qovmaq istəmişdir. Həmin vaxt o, dalaşanları ayırıb bayıra çıxarmaq əvəzinə onu tutduğu üçün Ağaya başla zərbə vurmaq istəmiş, lakin Ağa kənara çəkildiyindən sonuncuya zərbə dəyməmişdir. O, həyat yoldaşı Gülnarla birlikdə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Uğur” çay evini icarəyə götürüb işlətmişdir. Eyni zamanda o, “Uğur” çay evi ilə üzbə-üz olan “Miraj” çay evinin birinci mərtəbəsindəki avtoyuma məntəqəsini də işlətmişdir. O, hər gün saat 9 radələrində işə gələrək, çayxanada iş üçün lazımi tədbirlər görmüş, gün ərzində çayxanada müəyyən kokteyllər hazırlamış, çay və pivə satmışdır. 15.06.2019-cu il tarixdə səhər saat 09 radələrində işdə olmuşdur.Çayxanada iş görərkən Mahmudu görə bilmədiyindən onu axtarmağa başlamış və yol istiqamətinə baxarkən sonuncunu «VAZ 2107» markalı avtomobilin yanında Elnurla söhbət etdiyini görmüşdür. Bu zaman avtoyuma məntəqəsində fəhlə kimi işləyən işçisi Tural ona yaxınlaşaraq, Elnur adlı şəxsin onun ünvanına nalayiq söyüşlər söydüyünü bildirmişdir. O da Turala pulu almamasını, Elnurun çıxıb getməsi üçün yola salmasını bildirmişdir. Buna baxmayaraq, Tural bir neçə dəqiqə sonra yenidən ona yaxınlaşaraq hamının yanında Elnurun sonuncunu söyməsini bildirmişdir. Bundan sonra o, Elnurun yanına getmişdir. Həmin vaxt orada o, Elnur, bir qədər kənarda Mahmud və Tural olmuşlar. O, Elnura salam versə də sonuncu onun salamını almayaraq “sənsən ə çaqqal buranı işlədən” deyərək onu təhqir etmişdir. O, Elnurun hərəkətlərindən sonuncunun narkotik vasitənin təsiri altında olmasını hiss etmişdir. Bu səbəbdən də o, Elnura “söyüş söymə, əgər Tural nəsə səhv hərəkət edibsə onun yerinə üzr istəyirəm” demiş, Elnur isə yenidən onun ünvanına söyüşlər işlədərək “10 manata maşın yuyulur” demişdir. O, Elnurdan hansı səbəbə söyüş söydüyünü soruşmuş, sonuncu isə ona “mən belə obyektlərə pul vermirəm” deyib avtomobilinə əyləşib getmək istəmişdir. Bu zaman o, Elnurun avtomobilinin arxa baqaj hissəsini döyərək “biz maşını 5 manata yuyuruq, lakin sən maşınla bərabər onun motorxanasını da yuduzdurmusan və biz motorxananı da 5 manata yuyuruq, heç olmasa 5 manat fəhlənin pulunu ver get” demişdir. Onun Elnuru saxlamaqda məqsədi fəhlənin pulunu almaq olmuşdur. Bu zaman Elnur avtomobildən düşərək onunla üz-üzə dayanmış və mübahisə etməyə başlamışdır. Elnur anidən avtomobilinin sürücü tərəfdən ön qapısına (sol ön qapı) tərəf əyilmiş və bu zaman o, sonuncunun nəsə götürdüyünü görmüşdür. Onlar yenidən üz-üzə dayanmış və o, Elnura fəhlənin pulunu verib getməsini, söhbəti sabah danışaraq həll etmələrini bildirib çevrilərək getmək istəmişdir. Bu zaman Elnur ona arxadan bıçaq zərbəsi endirmiş və həmin bıçaq zərbəsi onun əlinə dəymişdir. O, arxaya çevrilən zaman Elnurun ikinci dəfə bıçaqla ona zərbə atdığını görmüş və o, cəld yaralı əlini qabağa vermiş, ikinci bıçaq zərbəsi də onun əlinə dəymişdir. Elnur üçüncü dəfə ona sağ əli ilə bıçaq zərbəsi atarkən o, sağ əli ilə Elnurun sağ əlini tutmuş, sol əlinin dirsəyi ilə sonuncunun boğaz nahiyyəsindən, sağ dizi ilə onun sol dizinin arxaya yaxın qatlanan hissəsindən vurmuşdur. Bu zaman Elnur əyilmiş və o, Elnurun əlini qatlayaraq onun əlindəki bıçağı sonuncunun özünə vurmuşdur. Bu zaman Elnur yarı əyilmiş vəziyyətdə olmuş və zərbədən sonra yerə yıxılmışdır. Yerə yıxılan zaman Elnurun başı səkiyə dəymiş və bir daha sonuncu ayağa qalxmamışdır. Hadisə vaxtı onda bıçaq olmamış, bıçaq Elnurun əlində olmuş və o, sonuncunun əlindəki bıçağı onun özünə vurmuşdur. Bundan sonra o, səkinin qırağında oturaraq orada olan şəxslərdən Elnura kömək etmələrini xahiş etmişdir. Elnuru xəstəxanaya apardıqdan təxminən 15-20 dəqiqə sonra onu da xəstəxanaya aparmışlar. Sonradan o, Elnurun aldığı xəsarətdən öldüyünü bilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsi ilə özünü təqsirli bilir və həmin maddələrlə ittiham olunmasına dair cinayət işi üzrə zərərçəkmiş şəxslərin dindirilməsini istəmir. Məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, Elnur Alıyev onun böyük oğlu olmuşdur. Elnur idmançı olmuşi və üç qat dünya çempionu, on beş qat Respublika çempionu olmuşdur. Elnur həm idmançı, həm də namaz əhli olduğu üçün Gəncədə şəhərin bütün əhalisi ona xüsusi hörmət etmişdir. Elnur 5 yaşından etibarən yarışlarda olmuşdur. Hadisə baş verən vaxtadək Elnurun adı bir dəfə də olsun pis işlərdə hallanmamışdır. Elnur, ümumiyyətlə spirtli içki içən olmamışdır. 16 iyun 2019-cu il tarixdə saat 00:30 radələrində kürəkəni Fəxri ona zəng edərək Elnurun kiminləsə dalaşdığını və hazırda xəstəxanada olduğunu bildirərək, onu gəlib götürəcəyini demişdir. O, Fəxri ilə xəstəxanaya gedərkən, Fəxrinin ağladığını görüb, məsələnin ciddi olduğunu başa düşmüşdür. Onlar Gəncə şəhər 3 saylı xəstəxananın meyitxanasına tərəf gedən zaman o, Elnurun öldürüldüyünü anlamışdır. Həmin gün oğlu dəfn olunmuşdur. Oğlu dəfələrlə dünya çempionu olsa da, 1-2 il bundan qabaq idmanı tərk etmişdir. İdmanı tərk etdikdən sonra Elnur müxtəlif yerlərdə işləmişdir. O, Elnura sənədlərini polis orqanları sıralarına verməsini təklif etmiş, lakin oğlu istəməmiş və avtomobil alqı-satqısı ilə məşğul olmaq istədiyini bildirmişdir. O, Elnura hadisədən təxminən 10 gün əvvəl bir qədər baha qiymətə bazarda sataraq çörək pulu qazanması məqsədilə «VAZ 2107» markalı ** EB *** dövlət qeydiyyat nömrəli avtomobil almışdır. 15 iyun 2019-cu il tarixdə saat 20 radələrində oğlu evə gəlmiş, namaz qılmış və axşam yeməyini yemişdir. Daha sonra isə avtomobili ertəsi günü bazara çıxarıb satmaq məqsədilə yudurtmaq üçün ondan 20 manat pul istəmiş, o da sonuncuya 20 manat pul vermişdir. Bundan sonra Elnur evdən çıxmış və sonra Fəxri hadisənin baş verdiyi xəbərini ona bildirmişdir. Emillə oğlu Elnurun arasında mübahisə olan zaman Emil tək olmamışdır. Çünki, dəfələrlə küçə davalarında Elnur tək bir neçə nəfəri döymüşdür. Hətta bir dəfə onu bıçaqla vurmaq istəyərkən, oğlu bıçaq zərbəsinin qarşısını almışdır. Hadisə zamanı Elnura arxadan baş nahiyyəsinə zərbə endirilmiş, Elnur da dizi üstə yerə düşəndən sonra Emil onu bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxsə ağır cəza verilməklə oğlunun ölümündə hər hansı formada iştirak edən digər şəxslərin məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, yoldaşı Emillə birlikdə Şahid1la müqavilə bağlayaraq «Qızıl» çay evini icarəyə götürüb işlətmişdir. 07 fevral 2018-ci il tarixdə daimi müştəriləri olan Elnur və Elturan adlı şəxslər həmin çay evində olmuşlar. Elturan bir müddətdən sonra ayaqyoluna getmiş, lakin qapını örtməmişdir. Bu səbəbdən də qonşular ona irad bildirmişlər. Bir müddət sonra “Ramoş” ləqəbli Bəhram gəlmiş və onlara “belə etmək olmaz” deyərək irad bildirmişdir. Bundan sonra mübahisə baş vermiş, mübahisə zamanı Mirağa oturacağı Elturana vurmaq istəmişdir. Bu zaman Emil də dalaşanları ayırmaq və əmlakını qorumaq üçün həmin dava-dalaşa qoşulmuşdur. Bundan sonra o, digər işçilərlə Emili ayırıb kənara çəkmişlər. Hadisədən sonra o, özü polisə xəbər vermiş və polislər gəlib dava edənləri aparmışlar, lakin sonra həmin şəxslər buraxılmışlar. Daha sonra Ramoş gəlib onlardan kafedən çıxmaqlarını istəmiş, onlar da həmin kafedən çıxmışdır. Bundan başqa onlar Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Uğur” çay evini, eyni zamanda “Uğur” çay evi ilə üzbə-üz olan “Miraj” çay evinin birinci mərtəbəsində avtoyuma məntəqəsini icarəyə götürüb işlətmişlər. Hadisə günü, yəni 15 iyun 2019-cu il tarixdə onun səhhətində problem olduğundan saat 20 radələrində Mahmud onu taksi ilə evə aparmışdır. Daha sonra təxminən saat 23 radələrində bacısı Firəngiz mobil telefonla ona zəng edib onu xəstəxanaya aparacağını bildirmişdir. Bu zaman çay evində işləyən Nuranə “burada bıçaqlaşma oldu, Emilin əlindən vurublar, Emil isə həmin şəxsi bıçaqladı, Emilin əlinin qanaxması dayanmadığından onu xəstəxanaya aparırlar” deyə telefon vasitəsi ilə ona məlumat vermişdir. O, Mahmuda zəng edərək olanlar barədə məlumat almış və Emilin 3 nömrəli xəstəxanaya aparılmasını bilmişdir. Daha sonra Mahmud Emili xəstəxanaya aparan şəxslərə Emili Gülnarsız aparmamalarını bildirmiş, bu səbəbdən də Emili ilkin olaraq onun yanına gətirmişlər. Onun yaşadığı evdən təxminən 500 metr aralıda olan Çinar çay evinin yaxınlığında Emili gətirən şəxslər onu da götürərək Mərkəzi xəstəxanaya getmişlər. O, yolda olarkən 102 xidmətinə hadisə ilə bağlı məlumat vermiş və Emili xəstəxanada polis əməkdaşlarına təhvil vermişdir. Sonradan o, hadisə zamanı Nuranənin də orada olduğunu öyrənmiş, sonuncunun üstündə qan ləkəsi olanı paltarını və sepini götürmüş, həmin əşyaları polisə təqdim etmiş, lakin istintaqı aparan polis əməkdaşları onları qəbul etməmişlər. Çünki, istintaqı aparan şəxslər onunla qərəzlidirlər. Hazırda təqçirləndirlən şəxsə qarşı heç bir iddiası və tələbi yoxdur, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs5 onun valideynlərinə məxsus “Qızıl çay” evini icarəyə götürüb işlətmişlər. 07 fevral 2018-ci il tarixdə saat 21:30 radələrində o, Dəmir yolu vağzalının yaxınlığındakı çayxanada olduğu zaman qonşusu Abbas ona zəng edərək bir nəfərin çay evində ayaqyoluna gedib qapısını açıq qoyması ilə bağlı irad bildirdiyini, həmin şəxsin də ona “ayaqyolunun qabağına hasar çəkdirin” deyərək cavab verdiyi üçün mübahisə yarandığını bildirmişdir. O da Abbasa mübahisəni böyütməməsini, özünün gəlib məsələni yoluna qoyacağını bildirib və çay evinə getmişdir. O, çay evinə çatanda orada Abbasın dediyi şəxsin Elturan olduğu ona məlum olmuş, Elturanın yanında isə başqa iki nəfər şəxs olmuşdur. Elturan özü əvvəllər onun qonşuluğunda yaşamışdır. O, Elturana yaxınlaşıb ona etdiyi səhvi izah etməyə çalışmış, belə ki, ona evdə də ayaqyoluna gedərkən ana bacısına hörmət qoyub qapını bağladığını, və burda da bağlamaq lazım olduğunu demişdir. Bu zaman Elturan onu başa düşüb üzr istəmişdir. Lakin həmin vaxt Elturanın yanında olan sonradan adının Mirağa olduğunu bildiyi şəxs ana bacı söhbətinin səhv olduğunu deyib qəfildən onu vurmuşdur. Bu zaman dava düşmüş və bayırdakı uşaqlar Mirağanı vurub yerə yıxmışlar. Həmin vaxt Emil onları ayırmağa çalışmışdır. Emil, heç kimlə dava etməmiş və heç kimi vurmamışdır. Emil sadəcə əmlakını qorumaq üçün dalaşanları ayırmağa çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 07 fevral 2018-ci il tarixdə saat 21:50- də o, işdən çıxıb evə gələn zaman kofe içmək məqsədilə “Qızıl çay” evinə getmişdir. O, çay evinə daxil olanda Ramoşun sonradan adının Elturan olduğunu bildiyi şəxslə söhbət etdiyini görmüşdür. Şahid1 (Ramoş) Elturana çay evinə hamının istirahət etməyə gəldiyini, artıq hərəkətlərin lazım olmadığını demişdir. Həmin vaxt orada Nicat, Elnur, Abbas, Zaur və Mirağa adlı şəxslər olmuşdur. Söhbət əsnasında kimsə Bəhramı (Ramoşu ) yumruqla vurmuş və dava düşmüşdür. Dava zamanı Emil əlində bıçaqla dava edən şəxslərə tərəf getmək istəyərkən yoldaşı Gülnar onu sakitləşdirmişdir. Həmin vaxt Ağa adlı şəxs Emilin əlindən bıçağı almaq istəyərkən Emil ona başı ilə zərbə atmışdır. Bundan sonra onlar Emili sakitləşdirmiş və o da çay evindən çıxıb evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə qonşusu X10 məxsus “Qızıl ev” çay evini icarəyə götürüb işlətmişdir. Həmin çay evində Mahmud və adlarını bilmədiyi iki xanım işçi işləmişdir. O, 07 fevral 2018-ci il tarixdə saat 21:30 radələrində qonşusu Şahid2la birlikdə çay evinin qarşısında dayanmışdır. Həmin vaxt sonradan adının Elturan olduğunu bildiyi şəxs binanın yola baxan hissəsində olan ayaqyolunun qapısını açıq qoyaraq təbii ehtiyacını qarşılamışdır. Bu zaman Abbas ondan qapını bağlamasını xahiş etmiş, Elturan da onları yola verərək “yaxşı” deyib yuxarı qalxmışdır. Bundan sonra o, Abbas və Zaurla birlikdə çay evinə qalxmış, Abbas Elturanın bu hərəkəti ilə bağlı Bəhrama zəng vurub məlumat vermişdir. Bundan sonra Bəhram özü çay evinə gəlmiş və Elturanın oturduğu masaya yaxınlaşaraq iradını bildirmişdir. Bu zaman onlar da Elturanın masasına yaxınlaşmılar. Bəhram Elturana ayaqyoluna girərkən qapını bağlamaq lazım olduğunu dedikdə, Elturan ona get binanın qarşısına hasar çəkdir demiş və yumruqla Bəhramin sifət nahiyyəsinə zərbə endirmişdir. Bundan sonra dava düşmüşdür. Həmin vaxt Emil heç kimlə dava etməmiş, o, sadəcə dalaşanları ayırmağa çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid5 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 07 fevral 2018-ci il tarixdə saat 21:30 radələrində o, Elnur və Abbasla birlikdə çay evinin qarşısında dayanmış və çay evinə qalxmaq istəmişdir. Həmin vaxt sonradan adının Elturan olduğunu bildiyi şəxs binanın yola baxan hissəsində olan ayaqyolunun qapısını açıq qoyduğuna görə onlar ona iradlarını bildirmişlər. O da “yaxşı” deyib çay evinə qalxmışdır. Bundan sonra onlar də çay evinə qalxmış və kupedə oturmuşlar. Həmin vaxt onlar Elturanın yanındakı dostlarına onlarla aşağıda etdiyi söhbəti başqa cür dediyini eşitmiş və Abbas ona nə üçün yalan danışdığını soruşmuşdur. Elturan isə bu dəfə onlara kobud cavab vermiş, buna görə də Abbas Bəhrama (Ramoşa) zəng edib baş verənləri ona demişdir. Bir qədər sonra Bəhram gəlmiş və Elturangilin masasına yaxınlaşaraq çay evinin sahibi olduğunu, bu məkana yaxşı edib gəldiklərini, lakin ayaqyolunun qapısını açıq qoyduğunun düzgün olmadığını bildirmişdir. Həmin vaxt Mirağa adlı şəxs gəlmiş və Bəhrama Elturanın səhv etdiyini bildirmişdir. Bəhram Mirağaya həmin sözlərin Elturan tərəfindən deyilməli olduğuna baxmayaraq, onun yekə-yekə danışdığını deyəndə Mirağa adlı şəxs anidən Bəhramın sifət və göz nahiyyəsinə yumruqla zərbələr endirmişdir. Bu zaman orada olan bir çox insanlar bir-birinə qarışmış, o da həmin vaxt Mirağanı yumruqla vurmuşdur. Bundan sonra Elturan və onun dostları çay evindən qaçmış, Mirağa isə orada qalmışdır. Emil Mirağanı vurmaq istəyən zaman orada olan şəxslər Emilin Mirağaya yaxınlaşmasına imkan verməmişlər. Bundan sonra Bəhrama Mirağanı pilləkənlərlə bayıra çıxarmış və mübahisə bununla yekunlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs icarəyə işlətdiyi “Miraj” çay evində qəlyançı işləmişdir. 15 iyun 2019cu il tarixdə o, çay evində olmuş və müştərilər üçün qəlyan hazırlamışdır. Axşam saat 23:30 radələrində avtoyuma məntəqəsində işləyən Tural gəlib Emilə bir nəfər şəxsin avtomobilini yuduzdurub lakin pulunu vermədiyini, əksinə söyüş söydüyünü demişdir. Həmin vaxt Emil müştəriyə pivə süzdüyündən Turala sonra gələcəyini bildirmiş və Tural da getmişdir. Lakin bir neçə dəqiqə sonra Tural yenidən qayıdaraq həmin şəxsin onu və Emilin ünvanına söyüşlər söydüyünü demişdir. Bundan sonra Emil qapıdan o isə kafenin pəncərəsindən çıxaraq həmin şəxsin yanına getmişlər. Emil həmin şəxsə yaxınlaşıb nə baş verdiyini və niyə pulu ödəmədiyini demiş, Elnur isə ona var-yox söyüşü söymüş və maşına oturub getmək istəmişdir. Bu zaman Emil əlini maşının üstünə vurub Elnurun yerə düşməsini və pulu ödəməsini bildirmişdir. Həmin vaxt Elnur maşından bıçağı götürmüş və Emilin əlinə zərbə ataraq onun əlini iki yerdən yaralamışdır. Emil Elnurun onun əlinə batırdığı bıçağı burub çıxarmış və Elnurun əlindən bıçağı almaq istəmişdir. Həmin vaxt Emil yaralı əli ilə Elnurun boğazından, sağ əli ilə isə onun bıçaq olan əlindən tutmuş və onlar dartışmışlar. Bu zaman bıçaq anidən Elnurun ürəyinə girmişdir. Bundan sonra həmin yerə Zaur, Cigid, Nigar gəlmiş, daha sonra isə Orxan gəlmişdir. Elnur vurulandan sonra Emil istiqamətinə bıçaq atmış, lakin, bir-iki addım səndələyib yerə yıxılmışdır. Bu zaman onun baş hissəsi səkiyə dəymişdir. Bundan sonra X44 maşına qoyub xəstəxanaya aparmışlar. Mübahisə zamanı Elnura orada olan şəxslərdən heç kim zərbə vurmamışdır. Dava zamanı o, Nuranə ilə birlikdə Elnurla Emili ayırmağa çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, X12 “Miraj” çay evindən tanımışdır. Belə ki, Emili hər kəs Arzu adı ilə tanımışdır. Emil həyat yoldaşı Gülnarla birlikdə “Miraj” və “Uğur” çay evlərini işlətmişdir. O da Emilin işlətdiyi avtoyuma məntəqəsində işləmişdir. O,15.06.2019-cu il tarixdə 18:30-da “Miraj” çay evinin aşağısında olan avtoyuma məntəqəsində olmuş və saat 19:00-dək Talehlə birlikdə, daha sonra günün sonunadək yəni gecə saat 2-3 radələrinədək tək işləmişdir. Təxminən saat 23 radələrində ağ rəngli «VAZ-2107» markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə əvvəllər tanımadığı sonradan adının Elnur olduğunu bildiyi şəxs yaxınlaşmış və ondan avtomobilinin tam olaraq, həmçinin mühərrikinin də yuyulmasını istəmişdir. Əlavə olaraq həmin şəxs avtomobilin ertəsi gün satışa çıxdığı üçün içini yaxşı təmizləməsini xahiş etmişdir. O, ona avtomobilinin yuyulmasınının bir saat çəkəcəyini bildirmiş, Elnur da ona bir saatdan sonra gələcəyini demişdir. Təxminən bir saat sonra o, avtomobili tam olaraq yuduqdan sonra çöldə təkərlərini qaraldarkən avtomobilin sahibi Elnur gəlmiş, ondan təkərləri yaxşı təmizləməsini, eləcə də, avtomobilinin üzərində olan tut ləkəsini təmizləməsini istəmişdir. O, çox səy göstərsə də tut ləkəsini təmizləmək mümkün olmamışdır. Bunu görən Elnur ona öz iradını bildirmiş, o isə cavabında Elnura avtomobilin hər yerini yuduğumu, sadəcə tut ləkəsi dərindən olduğundan təmizləmək mümkün olmadığını demişdir. Bundan sonra Elnur ona 5 manat pul ödəniş etmək istəmiş, lakin o, sonuncuya ödənişin 10 manat olduğunu bildirmişdir. Həmin vaxt Elnur ona pulunun olmadığını demişdir. O, Elnurdan zəhmət haqqını bir daha verməsini istəmiş və müdiriyyəti çağıracağını bildirmişdir. Elnur da cavabında “kimi istəyirsən çağır” demişdir. O, yolu keçərək Uğur çay evində Emilə yaxınlaşaraq müştərinin avtomobilinin yuyulması haqqını ödəmək istəmədiyini bildirmişdir. Emil də onunla birlikdə Elnurun yanına getmiş, Elnura yaxınlaşıb avtomobilin tam mühərriki də daxil olmaqla yuyulmasının 10 manat olduğunu bildirib və Elnurun ödəniş etməsini xahiş etmişdir. Elnur da cavabında pulunun olmadığını bildirmişdir. Bundan sonra onlar mübahisə etməyə başlamış və bir-birlərinə nalayiq ifadələr işlətmişlər. Mübahisə zamanı Emil Elnura “Sən mənə söyüş söyürsən ə” demiş, Elnur da cavabında “Sən mənə ə deyisən ə” deyərək avtomobilinə əyilərək içəridən avtomobilin qolaltı yerindən bıçağı götürərək qəfildən Emilin sol qolunun bilək nahiyəsinə bıçaqla zərbə endirib ona xəsarət yetirmişdir. Bu zaman Mahmud onlara yaxınlaşmış, Mahmud Emili tutub aralamaq istəyərkən Emil şalvarın arxa kəmər hissəsindən taxta qulplu bıçağı çıxarıb Elnur tərəfə gedərək sonuncuya bir dəfə zərbə endirmişdir. Bundan sonra Elnur ilk öncə avtomobilinə söykənmiş, daha sonra isə yolun kənarına gedərək yerə yıxılmışdır. Emil isə qanayan əlini tutaraq yolun digər tərəfində tanımadığı iki nəfər şəxslə tanımadığı avtomobilə əyləşərək getmişdir. Bundan sonra avtoyuma məntəqəsinin qarşısını Miraj çay evində işləyən tanımadığı xanım yuyub təmizləməyə başlamışdır. Həmin vaxt orada olan tanımadığı bir xanım isə yerdə uzanıqlı vəziyyətdə olan Elnura yaxınlaşaraq “dur, ayağa qalx” kimi ifadələr işlətmişdir. Hadisə zamanı Elnurun başqa şəxs tərəfindən vurulmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2018-ci ilin yay aylarında, hadisə olan günü o, “Kleopatra” mağazasında olmuşdur. O, oradan çıxıb Zaur da olmaqla dostları ilə çayxanaya gedib oturmuşlar. Saat təxminən 24 radələrində onlar çay evindən çıxıb evə tərəf getmişlər. Onlar bir qədər aralanmış, çay evinin qarşısından səs-küy gəldiyini eşitmiş və nə baş verdiyini öyrənmək üçün həmin yerə getmişlər. O, uzaqdan dava edən şəxslərdən birinin Elnur olduğunu görmüşdür. Elnurun üzü onlara tərəf olduğundan onu tanımışdır. Həmin vaxt Elnur bir nəfərlə əlbəayaxa dava etmiş, onlar hadisə yerinə çatan zaman Elnur arxası üstə yerə yıxılmışdır. Bu zaman o, Emilin əlindən qan axdığını və onun yolun digər tərəfinə keçdiyini görmüşdür. Həmin vaxt hadisə yerində Elnurun dostları da olmuşdur. Bundan sonra o, Zaurla birlikdə Elnuru ona məxsus avtomobilə yerləşdirib xəstəxanaya aparmışlar. Həmin vaxt Elnur həyatda olmuşdur. O, hadisə vaxtı Elnurun bıçaqla vurulduğunu görsə də kim tərəfindən vurulduğunu bilməmişdir. O, hadisə yerinə çatanda Elnurun yıxıldığını və onun yanında bıçaq olduğunu görmüşdür. Hadisə vaxtı o, orada Mahmudu və ya hansısa bir xanım görməmişdir. Hadisə vaxtı o, Emilin əlində bıçaq görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, hadisə günü Miraj çay evinə Gülnarın yanına qonaq kimi gəlmişdir. Bir az oturduqdan o, sonra ayaqyoluna getmiş və bu zaman bayırda səs-küy eşitmişdir. Həmin vaxt o, Elnurun Emilin işçisi olan Turalı söydüyünü eşitmişdir. Bundan sonra Tural gedib Emili çağırmış və bu zaman dava düşmüşdür. O, ayaqyolundan bayıra çıxanda Elnurla Emilin üz-üzə dayandıqlarını, orada Mahmud, Nuranə və digər şəxslərin də olduğunu görmüşdür. Həmin vaxt Elnur əlindəki bıçaqla Emilin əlindən vurmuş, Elnur ikinci dəfə Emilə bıçaq zərbəsi endirmiş, həmin vaxt Elnur qanayan əli ilə Elnurun boğazından vurmuş və daha sonra bıçaqla Elnuru vurmuşdur. Bundan sonra Elnur arxası üstə yerə yıxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, 15.06.2019-cu il tarixdə saat 23 radələrində Dəmiryolu vağzalı istiqamətində hərəkət edib “Miraj” çay evinin yanından keçərkən orada çoxsaylı adamların yığışdığını görmüşdür. Həmin yerə yaxınlaşdıqda orada iki nəfər tanımadığı şəxsin bir nəfər yaralı olan tanımadığı şəxsi ağ rəngli “VAZ 2107” markalı avtomobilin arxa hissəsinə uzadaraq şəhərin mərkəzi istiqamətinə apardıqlarını görmüşdür. Bu zaman qonşusu “Maqa” ləqəbli Mahmud onu görüb avtomobili sonuncuya tərəf döndərməsini istəmişdir. O da avtomobili döndərən kimi, Emil avtomobilin arxa hissəsində əyləşmiş, Mahmud isə təcili olaraq Emili aparmağını xahiş etmişdir. Onlar avtomobillə hərəkət edərkən Elton öz kəmərini çıxardaraq sol qolunu kəmərlə bağlaması üçün Emilə vermişdir. Onlar Emildən nə baş verdiyini maraqlandıqda o, heç nə olmadığını bildirmişdir. Emil telefon və pul cüzdanını götürməyi yaddan çıxartdığından Eltonun istifadəsində olan ***-***-**-** nömrəli telefonla öz telefonunu yığaraq Mahmudla danışmış və sonra onlara onun yaşadığı evin qabağına getməyi, orada Gülnarın gözlədiyini bildirmişdir. Onlar da Gülnarın yaşadığı binanın qarşına gedərək sonuncunu götürüb X37 Xəstəxanaya getmişlər. Yolda olarkən Gülnar Emildən nə baş verdiyini maraqlandıqda Emil heç nə olmadığını bildirmişdir. Xəstəxanada olarkən onlar 102 xidmətinə zəng edərək məlumat vermişlər. Onlar xəstəxanada olarkən biçaqlaşma olduğunu bilmişlər. Bundan sonra onlar yaşadıqları evə getmişlər. Daha sonra onları Kəpəz RPİ-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, Elnur Alıyevlə səhər saatlarında görüşərək hal-əhval tutmuşdur. 15.06.2019-cu il tarixdə saat təxminən 23:45 radələrində Elnur onu yenidən mobil telefonla yığaraq avtomobilini avtoyuma məntəqəsindən 5-10 dəqiqəyə götürəcəyini və gəlib onu götürərək şəhərə gedib dostlarla çay içmək istədiyini bildirmişdir. O da cavabında qonağı olduğunu və bu səbəbdən də onunla birlikdə gedə bilməyəcəyimi deyib telefon danışığını yekunlaşdırmışdır. Zəngdən təxminən 45 dəqiqə sonra dostları ona zəng edərək Elnurun bıçaqla vurulduğunu və xəstəxanaya aparıldığını demişlər. O da xəstəxanaya getmiş və orada Elnurun öldüyünü bilmişdir. O, X9rkən onun avtomobilinin qoltuqaltı hissəsində ona hədiyyə olunmuş bıçaq görmüş, lakin, həmin bıçağı Gəncədə olarkən görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, X13 meytinin müayinəsini o, aparmış, müayinə zamanı Elnur Alıyevin ürək nahiyyəsindən aldığı bıçaq zərbəsilə öldüyü məlum olmuşdur. Bundan başqa Elnur Alıyevin meytinin müayinəsi zamanı onun burnunun üzərində sıyrıq xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər onun yıxılması zamanı səkiyə dəyməsi nəticəsində əmələ gələ bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs işlətdiyi çay evində işləmişdir. 15.06.2019-cu il tarixdə saat 23 radələrində o, Uğur çay evində çay dəmləyərkən siqaret çəkmək üçün bayıra çıxmışdır. Bu zaman Miraj çay evinin altındakı avtoyumanın qarşısında avtomobil olduğunu və həmin avtomobilin yanında “Maqa” ləqəbli Mahmudu, sonradan adını bildiyi Elnuru və Emili görmüşdür. Həmin vaxt qaranlıq olduğundan və o, şokda olduğundan hadisə zamanı orada başqa kimlərin olduğunu dəqiq xatırlamır. O, maraq üçün hadisə yerinə yaxınlaşan zaman Emilin sol əlindən qan axdığını görüb həyəcanlanmış və Uğur çay evinə gedərək oradan Emil üçün ilkin tibbi yardım göstərmək üçün dərman götürmüşdür. O, yod və pambıq götürüb onlara tərəf qaçaraq gəldiyi vaxt Elnurun bədəninin sol tərəfində qan ləkələrinin olduğunu görmüşdür. Həmin vaxt Elnurun sağ əlində bıçaq da olmuşdur. Bundan sonra o, qorxduğundan hadisə yerindən uzaqlaşmışdır. Daha sonra ona Elnurun öldüyü məlum olmuşdur. X32 valideyni İlqar Alıyev tərəfindən ona təzyiqlər olunur. Belə ki, onun üzərinə göndərdiyi şəxslər onu məhkəmə iclasına gəlməməyini, ifadə verməməyini bildirib əks təqdirdə məni döyəcəkləri ilə hədələyirlər. Bir neçə dəfə də həmin şəxslər onun qarşısını kəsib onu döymüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 15.06.2019-cu il tarixdə o, dostları Pərviz, Orxan, Nicat ilə birlikdə hadisə yerindən təxminən 150 metr aralıda “Qələbə” parkındakı çayxanada olarkən dostlarından biri avtomobili gətirmək üçün oradan getmiş, təxminən 10-15 dəqiqə sonra səs-küy gəlmişdir. O da digər dostları ilə birlikdə qaçaraq hadisə yerinə gəlmiş və bu zaman yerdə bir nəfərin sol yanı üstə uzanıqlı vəziyyətdə olduğunu görmüşlər və həmin şəxsin Elnur olduğunu bilmişlər. Onlar hadisə yerinə çatan zaman orada bir xanım olmuş, başqa heç kim olmamışdır. Daha sonra tanımadıqları bir nəfər onlardan Elnuru avtomobilə qoymaqlarını xahiş etmiş, onlar da Elnuru avtomobilə yerləşdirmiş, sonra həmin şəxs avtomobili sürüb getmiş, onlarda öz avtomobilləri ilə arxasınca getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 şahid X11 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, 15.06.2019-cu il tarixdə dostu İlkinlə “Miraj” çay evinin qarşısından keçərkən həmin çay evinin qarşısının yuyulmasını görmüşdür. O, yol nəqliyyat hadisəsi baş verdiyini zənn edib dostunu yola salmağa getmişdir. O, dostunu yola salıb qayıdan zaman həmin yerdə polis avtomobillərinin dayandığını, şortikdə bir xanım olduğunu və həmin xanımın yerdən bir ədəd qızılı rəngli bıçaq tapıb polislərə verdiyini, polislərin də həmin bıçağı götürdüklərini görmüşdür. O, hadisədən sonra hadisə yerində olmuş və hadisəni görməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15.06.2019-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən “Miraj” çay evinin qarşısıdır. Hava qaranlıq olduğundan prospekt süni işıqlarla işıqlandırılmışdır. Yolun sağ və sol tərəfində səki ilə qovuşan hissədə küçə boyu ağaclar vardır. Səkinin sonuna doğru ağaclarla paralel sıra ilə iaşə obyektlərin olması görünür və onların qapı və pəncərələri Heydər Əliyev prospektinə açılır. Həmin binaların üzləri aqlay daşı ilə döşənmişdir. “Miraj” çay evinin alt hissəsində avtoyuma məntəqəsi, sol tərəfdə “Region” kişi geyimi mağazası, sağ tərəfində “Rosneft” mühərrik yağları mağazasının olması görünür. Avtoyuma məntəqəsinin qapısı açıq vəziyyətdədir. Prospektin hadisə olan ərazisində, yəni “Miraj” çay evinin önündə yolun sağ və sol tərəflərində çox sayda avtomobillər dayanmışdır. Tərpənməz nöqtə olan səkidən avtomobil yolunun orta xəttinə dək olan məsafə 10 metrdir. Avtoyuma məntəqəsinin qarşısında, səkinin önündə asfalt üzərində müxtəlif yerlərdə damcılarla səpilmiş şəkildə qanabənzər ləkələr müşahidə edilir. Həmin qanabənzər ləkələr kriminalistika qaydasında nömrələndi və onlardan məhkəmə-tibb, məhkəmə-bioloji ekspertizaları təyin edilməsi üçün tampona hopdurulmaqla nümunələr götürüldü. 1 nömrə ilə nömrələnmiş qanabənzər ləkələrdən səkiyə qədər olan məsafə 390 sm təşkil edir. Həmin qanabənzər ləkələrdən 2 nömrə ilə nömrələnmiş qanabənzər ləkələrədək olan məsafə 432 sm olması müəyyən edildi və eyni qaydada digər nömrələnmiş qanabənzər ləkələr arasında olan məsafələr də müəyyən edilərək məhkəmə fotoqrafiyası qaydasında şəkilləri çəkildi. Eyni zamanda hadisə yerində üzərində qanabənzər ləkələr olan bir ədəd bıçaq aşkar edildi və 7 nömrə ilə nömrələndi. 7 nömrə ilə nişanlanmış bıçaqdan 6 nömrəli qanabənzər ləkələrə qədər olan məsafə 30 sm, 8 nömrəli qanabənzər ləkələrə dək olan məsafə isə 108 sm-dir. Həmin bıçağın dəstəyi alüminium rənglidir və metaldandır. Üzərində müxtəlif yazılar və işarələr vardır. Bıçağın tiyəsi metaldandır və üzərində qanabənzər ləkələrin olamsı müşahidə edilir. Bıçağın iş üzrə maddi sübut əhəmiyətinə malik ola bilməsi ehtimal edilərək, eyni zamanda məhkəmə-soyuq silah və məhkəmə-bioloji ekspertizaları təyin edilməsi üçün müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Hadisə yerində olan Şahid10 bildirdi ki, avtoyuma məntəqisinin ayaqyolusunda olan zaman səs-küy gəldiyini eşitmiş, və çölə çıxmışdır. Həmin zaman “Miraj” çay evinin qarşısında bir neçə nəfərin Arzunun(Emin) qolundan tutduğunu görmüşdür. Həmin vaxt Arzunun əlində bıçaq olmuşdur və onun üzərində qan olmuş, digər əli isə qanıyırmış. Bundan sonra iş üçün əhəmiyyət kəsb edəcək halların və əşyaların aşkar edilməsi üçün ətrafa baxış keçirlidi, cinayətin izlərini əks etdirən hər hansı bir hal və ya əşya müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 iyun 2019-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 18 iyun 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 iyun 2019-cu il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 07 fevral 2018-ci il tarixdə Gəncə şəhərində yerləşən “Qızıl ev” çay evində ictimai qaydanı kobudcasına pozan qərəzli hərəkətlərlə bağlı əlavə edilmiş 03 may 2018-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, birinci video fayla baxış zamanı müəyyən olundu ki, baş vermiş hadisə çay evində olmuşdur. Video görüntüdən müəyyən olunur ki, çay evində 6 ədəd ağ rəngli divan və onların hər birinin qarşısında ağ rəngli stol vardır. Bundan başqa sağ tərəfdə ağ rəngli kənarları pərdə ilə örtülmüş stol, onun arxasında isə digər bir ədəd stol vardır. Stollarda və orta cərgədə olan divanlarda oturanlar olmasa da, sol tərəfdə olan hər üç divanda adamlar əyləşmişdir. Bir nəfər telefon əlində olan qırmızı koftalı qadın stolda oturmuş, bir nəfər qara paltarlı qadın ayaq üstə durmuşdur. Şərti işarələnmiş birinci divanda 4 nəfər oturmuşdur. Qırmızı koftalı üzərində qara jaket olan oğlan divanda oturan şəxslərə yaxınlaşaraq onlarla görüşür. Daha sonra pilləkənlərdən bir nəfər qara kurtkalı və qara papaqlı şəxs yuxarı qalxaraq çay evinə daxil olur. Şərti işarələnmiş 3 nömrəli divanın ətrafında təxminən 15 nəfər təxminən 25-30 yaşlarında olan adamlar toplaşmışdır. Həmin divana ənsə nahiyəsi keçəl olan bir nəfərin yaxınlaşaraq divanda oturan şəxslərə nəsə dediyi görünür. Bundan sonra ikinci divanda oturan qara köynəkli - bir nəfərin divandan duraraq adamların toplaşdığı yerə getdiyi görünür. Saat 21:53:32 dəqiqədə 3-cü divanda oturan şəxslərlə divanın ətrafında toplaşan şəxslər arasında mübahisə baş verir. 2-ci divanda oturan qara paltarlı bir nəfər şəxsin ayağa duraraq mübahisə olan yerə getməsi görünür. Mübahisə zamanı həmin şəxslər birbirlərinə yumruq və təpiklə zərbələr endirir. İki nəfər şəxs bir nəfərin üzərinə hücum edərək ona yumruq zərbələri endirir. 3-cü divanın ətrafında olan qara paltarlı bir nəfər şəxs əlinə stulu götürərək dalaşdığı şəxsin baş nahiyəsinə zərbə endirir və stul yerə düşür. Bu zaman həmin şəxs stulu götürüb əynində ağ rəngli və qara naxışları olan şəxsə vurmaq istədikdə həmin şəxs təpiklə onun ayağından vuraraq yerə yıxır. Daha sonra ənsə nahiyəsi keçəl olan və digər 6 nəfər şəxs bir nəfərin üzərinə hücum edib ona şillə təpiklə zərbələr endirir. Mübahisə zamanı üzü tüklü, qara saçlı, ağzında siqaret olan bir nəfər şəxs şərti işarələnmiş 1-ci divanın arxasında olan stulu götürmək istəyir. Lakin üzərinə iki nəfər şəxsin hücum etdiyi görüb onlarla dalaşmağa başlayır. Bu zaman daha 3 nəfər şəxs gələrək bir nəfərin bədəninə şillə təpiklə zərbələr endirir və həmin şəxs pilləkənlərdən düşərək qaçır. Saat 21:53:58-də üzü tüklü, qara saçlı, ağzında siqaret olan nəfər şəxs stulu əlinə götürərək çay evinin yuxarı hissəsində dalaşan şəxslərə doğru gedir və stullun ayaq hissəsi ilə orada dalaşan şəxslərə zərbə endirir. Pilləkənin giriş hissəsində əynində qırmızı kofta və qara jaketi olan bir nəfərin mübahisə olan yerə getmək istəməsi, lakin onu əynində qırmızı koftası olan bir qızın və qara kurtka geyinmiş iki nəfərin ona mane olması görünür. Bu zaman qırmızı koftalı şəxs onun əlindən tutaraq kənara çəkmək istədiyi şəxsə kəllə ilə zərbə endirmək istəyir, lakin həmin şəxs başını əyərək zərbədən yayınır. Daha sonra həmin qırmızı kurtkalı şəxs onu tutub saxlamaq istədiyi qırmızı kurtkalı qızın əlindən qaçaraq 3 nömrəli divana doğru gedib orda olan şəxsin sifətinə yumruqla zərbə endirir. Çay evində ki, mübahisə saat 21:55:05-dəqiqəyə qədər davam edir, lakin sonradan naməlum səbəbdən video görüntü kəsilir. "**********5828620_3f481d63807f4b8098e797156829df57_782947162' adlı fayla baxış zamanı saat 21:53:26-da çay evindən bir nəfər qara paltarlı qadının çıxdığı görünür. Saat 21:53:26-da isə boz kurtkalı, qara koftalı və cins şalvar geyinən bir nəfər qaçaraq çay evinə daxil olur. Daha sonra çay evindən 7 nəfər şəxs çıxaraq 3-ü qara rəngli avtomobilə, bir nəfərin isə ağ rəngli "Vaz 2107" markalı avtomobilə minərək getmələri, saat 21:54:34də boz kurtkalı və cins şalvar geyinən daha bir nəfərin “Vaz 2106” markalı avtomobilə mindiyi görünür. Daha bir nəfərin çay evindən çıxması müşahidə olunur. Saat 21:55:05 dəqiqəyə qədər davam edir. Lakin sonradan naməlum səbəbdən video görüntü kəsilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15.06.2019-cu il tarixdə “Miraj” çay evinin qarşısında baş vermiş qəsdən adam öldürməklə bağlı hadisə ilə əlaqədar əşyaya baxış keçirilməsi haqqında 01.07.2019-cu il tarixli protokoldan görünür ki, “Azəri kursu” dərs evində istifadə edilən video qeydiyyat aparatının ölçüləri 30x20 sm təşkil etməklə dördküncdür. Ön hissəsində çox saylı ağ rəngdə düymələr var, ön hissəsinin aşağı kənarında “H-294 NetWork X16” sözləri yazılmışdır. Bundan sonra aparat HP markalı noutbuka qoşuldu və qoşulan zaman gorüntülərin günlərlə siyasi çıxır. Həmin siyahıda hadisə baş vermiş vaxta uyğun vaxta baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, saat 23:45-də ağ rəngli VAZ-2107 avtomobilin yanında üç nəfər Şahid8, təqsirləndirilən Təqsirləndirilən şəxs, zərərçəkmiş Elnur Alıyev duraraq söhbət edirlər. Bundan sonra həmin şəxslərin yanına digər nəfərlərin yığılışması müşahidə edilir. Bu zaman avtomobilin yanında duran Təqsirləndirilən şəxs avtomobilin arxasına çəkilməsi və digər şəxslər tərəfindən sakitləşdirilməsi müşahidə edilir. Şahid8 isə avtomobilin yanından aralaşması görünür. Elnur Alıyevin isə yerində avtomobilin sükan qapısı tərəfində qapının yanında durması müşahidə edilir. Bundan sonra saat 23:53-də Vaz markalı avtomobilin arxasında olan Təqsirləndirilən şəxs onu sakitləşdirməyə çalışan şəxslərin səylərinə məhəl qoymayaraq Elnur Alıyev tərəfə qaçaraq yaxınlaşır və bir neçə saniyə sonra Elnurun yanında aralaşır. Bir neçə saniyə sonra isə Elnur Alıyev yerə yıxılır. Daha sonra Elnur Alıyev ayaq üstə qalxaraq səkiyə tərəf gedir və orada da səki istiqamətində yerə yıxılır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16.06.2019cu il tarixdə X30 barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının 16.06.2019-cu il tarixli 41 saylı rəyindən görünür ki, X2 meyitinin bədənində bir ədəd-kəsilmiş deşilmiş yara müəyyən edildi. Bu xəsarət döş qəfəsinin sol yarısının ön səthində yerləşir, sol döş boşluğuna keçərək ürəyin sol mədəciyini zədələmişdir. Qeyd edilən xəsarət həyatidir, bir tərəfi kəsici xüsusiyyətə malik olan kəsici-deşici alətlə yetirilmişdir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Xəsarətin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 16.06.2019-cu il tarixə uyğun gəlir. Yara kanalının istiqaməti öndən arxaya, bir qədər soldan sağa, aşağıdan yuxarıya doğrudur. X2 meyitinin bədənində yuxarıda göstərilən xəsarətdən başqa burun nahiyəsində iki ədəd sıyrıq kimi xəsarətlər müəyyən edildi. Bu xəsarətlər də həyatidir, küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 16.06.2019-cu il tarixə uyğun gəlir və belə xəsarətlər canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir, dərəcələri təyin edilmir. X2 bədənində olan yaranın yerləşmə nahiyəsini nəzərə alaraq hesab edirəm ki, xəsarət yetirilən anda E.İ.Alıyev ayaq üstə olmuşdur. X2 bədənində olan yara ekspertizaya təqdim olunan bıçaqla yetirilib-yetirilməməsini müəyyən etmək üçün hadisə zamanı onun əynində olan paltarlar xüsusi müayinə edilməlidir (trasoloji və ya tibbi kriminalistik). Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edirəm ki, ölümün müddəti meyit müayinə edildiyi vaxta nəzərən 9-10 saatdır (meyit 16.05.2019-ci il tarixdə saat 10:00-da müayinə olunmuşdur). X2 ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə olmuşdur. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı etil spirti və narkotik maddə aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16.06.2019cu il tarixli məhkəmə-tibb ekspertizasının 16.06.2019-cu il tarixli 737 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol əlin kəsilmiş-deşilmiş yaraları-kəsici-deşici alətlə (alətlərlə) yetirilmişdir, yetirilmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni 15.06.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlər ekspertizaya təqdim olunmuş bıçaqla da yerinə yetirilə bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 18.06.2019cu il tarixli məhkəmə-tibbi bioloji ekspertizasının 19.06.2019-cu il tarixli 20 saylı rəyindən görünür ki, X2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İ) beta-dır. Şübhəli şəxs Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(l) betadır. Təqdim olunmuş bir ədəd bıçaq üzərindəki ləkələr qandır, insan qanıdır, ABO sistemi üzrə qrup göstəricisi A(l) beta olduğundan mərhum X19 və Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim olunmuş mərhum X19 məxsus paltarlar; bir ədəd köynək, bir ədəd tursik, bir ədəd cins şalvar, bir ədəd kişi ayaqqabısının sağ tayı üzərində insana məxsus qan ləkələri aşkar olundu həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan onun özünə məxsus ola bilər. Təqdim olunmuş mərhum X19 məxsus bir cüt corab, bir ədəd ağ gümüşü tros boyun bağı üzərində qanabənzər ləkələr aşkar olunmadığından müayinə edilmədi. Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus paltarlar bir ədəd qısaqol köynək, bir ədəd hərbi naxışlı şalvar üzərində insana məxsus qan ləkələri aşkar edildi, aşkar olunan qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X19 və onun özünə məxsus ola bilər. Avtomobilə baxış zamanı götürülmüş pambıq tamponlar və bir ədəd sağ tay kişi ayaqqabısı üzərində insana məxsus qan ləkələri aşkar edildi, aşkar olunan qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfabeta olduğundan mərhum X19 və şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Məhkəməsinin Gəncə Regional Bölməsinin məhkəmə soyuq silah və trasoloji ekspertizasının 06.09.2019-cu il tarixli 460/461 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim olunan təqdim edilmiş X2 hadisə zamanı əynində olmuş qısaqol köynəyin üzərində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş təqdim edilmiş X2 hadisə zamanı əynində olmuş qısaqol köynəyin üzərində olan zədədə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilən X2 hadisə zamanı əynində olmuş şalvarın, kişi alt tumanının, 01 cüt corabın, 01 cüt ayaqqabının, bir ədəd kəmərin və bir ədəd boyunbağının, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş qısaqol köynəyin və şalvarın üzərində hər hansı trasoloji zədə yoxdur. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 16.06. 2019-cu il tarixli 41 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş X2 hadisə zamanı əynində olmuş qısaqol köynəyin üzərində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “Döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş - deşilmiş yarası” ilə X2 hadisə zamanı əynində olmuş qısaqol köynəyin üzərində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Məhkəməsinin Gəncə Regional Bölməsinin lifli materiallarının tədqiqinə dair ekspertizanın 02.09.2019-cu il tarixli 45 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X48 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri olmuşdur. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X19 məxsus 01 ədəd şalvarın üzərindən tapılmış yaşıl rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X19 məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30.07.2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının 30.07.2019-cu il tarixli 405/179 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər anamnestik məlumatlar və hazırkı ekspertiza imkan verir, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin lək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, hərbi qeydiyyatla əlaqədar qısa müddətli stasionar müalicə alması, dispanser arayışları, istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək baş vermiş hadisəni təsvir etməsi, özünü müdafiə edərkən zərərçəkmişin xəsarət aldığını söyləməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur, bunun aranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri X28 19.06.2019-ci il tarixli 2593 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixiatriya Xəstəxanasının 04.07.2019-cu il tarixli 117 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin 28.06.2019-cu il tarixli 2322 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22.08.2019cu il tarixli 122-25462-1219 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Kəpəz RPİ-də təqsirləndirici material olmamış və onun ailəsi münaqişəli ailə kimi qeydiyyatda olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşamaqla yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin 02.02.2006-cı il tarixli hökmü ilə 01 il 10 ay müddətinə islah işləri cəzası almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17.09.2019cu il tarixli 122-9256-1219 saylı məktubdan görünür ki, 15.06.2019-cu il tarixdə saat 23 radələrində 1995-cı il təvəllüdlü X13 öldürülməsi ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 15.06.2019-cu il tarixdə zərərçəkmiş X6 çay evinin altındakı avtoyuma məntəqəsində yudurtmuşdur. Zəhmət haqqı kimi 10 manat istənildikdə o, 5 manat verəcəyini bildirmiş və anlaşılmazlıq baş vermişdir. Məsələyə aydınlıq gətirilməsi üçün dəvət olunan Təqsirləndirilən şəxs ilə aralarına mübahisə düşmüş mübahisə zamanı Elnur Alıyev özünə məxsus bıçaqla Emilin qolundan zərbə endirmiş, zərbənin və ətrafdakıların səyləri nəticəsində Emil Elnurdan aralaşmış, lakin ətrafdakıların səylərinə baxmayaraq Emil özünə məxsus bıçaqla Elnura qəfildən hücum edərək ona bir ədəd zərbə edirərək öldürmüşdür. Həmçinin bildiririk ki, Təqsirləndirilən şəxs və Elnur Alıyevin aralarında heç bir ədavət, düşmənçəlik olmamışdır. Hadisə zamanı hüquq mühafizə orqanları tərəfindən aşkarlanmış bıçaq Elnur Alıyevə məxsus olmuş, Təqsirləndirilən şəxs isə hadisə zamanı üzərində olan və istifadə etdiyi bıçağı hadisədən dərhal sonra gizlətmişdir. Həmin bıçağın tapılması ilə əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də bıçağın aşkar olunması mümkün olmamışdır. Hadisənin bilavasitə şahidi X21muş, lakin hadisəni görən digər şəxsləri müəyyən edilməsi üçün bir sıra əməliyyat tədbirləri görülsə də müsbət nəticə əldə olunmamışdır. Hadisə zamanı Elnur Alıyevi xəstəxanaya aparan Zaur adlı şəxsin şəxiyyətini, və yerini müəyyən edərək ifadəsi alınması üçün şəhər prokurorluğuna gətirilməsi mümkün olmamışdır. Bundan başqa həmin iş üzrə zərərçəkən Zərərçəkmiş şəxs4 Rusya Federasiyasında olduğunu və +**********5 saylı mobil nömrəsini, Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasında olduğunu və +**********06 saylı mobil nömrəsini, Zərərçəkmiş şəxs1 əmək fəaliyyəti ilə bağlı te-tez Azərbaycan Respublikasının hüdudları kənarında olaraq ********** saylı mobil nömrə istifadə etdiyini, X22 isə hazırda Azərbaycan Respublikası Silahlı qüvvələrin sıralarında xidmət keçdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İ № Atalığın müəyyən edilməsi haqqında şəhdətnamədən görünür ki, X5 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İ № 293221 saylı doğum haqqında şəhdətnamədən görünür ki, 14.03.2011-ci il tarixli X23 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 6 nömrəli sahə inzibati ərazi dairəsi və nümayəndəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Ələsgər oğlu, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 qeydiyyatda olduqları ünvanlarda yaşamırlar və harada yaşamalarına dair hər hansı bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Ələsgər oğlu və Zərərçəkmiş şəxs4 ərizələrindən görünür ki, onların hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddsinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə verilən ittihamla əlaqədar, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, Təqsirləndirilən şəxs zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən cib bıçağı ilə X20 qəsdən öldürməsi, yəni Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən tam, hərtərəfli və obyktiv araşdırma aparaılmadın yanlış olaraq Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs sonuncunu qəsdən öldürməsi cinayətini xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirərkən, heç bir hüquqi fakta əsaslanmadan, bunu ümumi fikirlə əsaslandırmış, xuliqanlıq niyyətinin nədə ifadə olunduğunu əsaslandırmadan Təqsirləndirilən şəxs törətmiş olduğu qəsdən adam öldürmə ilə bağlı cinayət əməlini Azərbaycan Respublikasının CM-nin 120.2.2.-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs X20 məhz xuliqanlıq niyyəti ilə qəsdən öldürməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş heç bir mötəbər sübutlarla öz təsdiqini tapmır. Məhkəmə istintaqında araşdırılmış sübutlarla təsdiq edilmiş işin obyektiv hallarından görünür ki, məhz cinayət hadisəsinin baş verməsinə səbəb təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin aralarında olan şəxsi münasibətlər zəmnində mübahisə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 iyun 2019-cu il tarixdə saat 23 radələrində “Miraj” çay evinin birinci mərtəbəsindəki avtoyuma məntəqəsində X19 məxsus olan “VAZ 2107” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yuyulması müqabilində ödənilməli olan xidmət haqqının miqdarında razılaşa bilmədikləri üçün aralarında yaranmış mübahisə zamanı Elnur Alıyev ona üzərində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə onun sol əl nahiyəsinə bir dəfə zərbə vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən sol əlin kəsilmiş deşilmiş yarası xəsarəti yetirdiyindən, Təqsirləndirilən şəxs bundan əsəbləşərək, üzərində gəzdirdiyi məlum olmayan bıçaqla Elnur Alıyevin üzərinə hücum edərək onun ürək nahiyəsinə bir dəfə zərbə endirib, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, döş qəfəsinin sol yarısının ön səthində yerləşən, sol döş boşluğuna keçərək ürəyin sol mədəciyini zədələyən kəsilmiş-deşilmiş xəsarəti yetirməklə X20 qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi avtomobilin yuyulmasına görə pulu vermədiyinə görə aralarında yaranmış mübahisə nəticəsində məhz zərərçəkmiş şəxsin onu bıçaqla vurmasından sonra sonuncunu bıçaqla vurması və onu öldürməsi təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər sübutlarla da öz təsdiqini tapmamışdır. Məhkəmə bu mənada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin əlində olan bıçaqla sonuncunu öldürməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq iş üzrə hadisəni görən şahidlər Şahid8, Şahid7, Şahid10 ifadələri ilə təkzib edildiyindən və işin faktiki hallarına uyğun gəlmədiyindən həmin ifadəni özünü müdafiə məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə həmçinin şahid qismində dindirilmiş Şahid10nin ibtidai istintaq zamanı verdiyi ifadəsinə də tənqidi yanaşaraq (şahidin verdiyi ifadəyə görə o istintaq zamanı ifadə verərkən hamilə olduğundan və istintaq orqanı tərəfindən təzyiqə məruz qaldığından ziddiyyətli ifadə verdiyini bildirdiyindən) məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə üstünlük verib, həmin ifadəni sübut kimi qiymətləndirir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-ci il 12 dekabr tarixli qərarının 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hazırki cinayət əməlinin tövsifi məsələsini həll edərəkən qanunvericiliyin tələbləri ilə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında göstərilən hüquqi mövqeyini rəhbər tutur. Belə ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X30 arasında baş vermiş mübahisə və dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə, yəni avtomobilinin yuyulmasının haqqını ödəməməsi, ilk olaraq onun təqsirləndirilən şəxsi bıçaqla vurması səbəbindən baş verdiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsindən Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsinə tövsif edilməlidir. Yuxarıda sadalanlara, həmçinin məhkəmə istintaqında hərtərəfli araşdırılmış, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, baxış, götürmə və başqa istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspertiza rəyləri, habelə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən toplanılmış digər mötəbər sübutların məcmusu ilə müəyyən edilir ki, cinayət hadisəsinin baş verməsinə səbəb təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin aralarında olan mübahisə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 iyun 2019-cu il tarixdə saat 23 radələrində “Miraj” çay evinin birinci mərtəbəsindəki avtoyuma məntəqəsində X19 məxsus olan “VAZ 2107” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yuyulması müqabilində ödənilməli olan xidmət haqqının miqdarında razılaşa bilmədikləri üçün aralarında yaranmış mübahisə zamanı Elnur Alıyev ona üzərində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə onun sol əl nahiyəsinə 1 dəfə zərbə vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən sol əlin kəsilmiş deşilmiş yarası xəsarəti yetirmiş, bundan sonra o, üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla Elnur Alıyevin üzərinə hücum edərək onun ürək nahiyəsinə 1 dəfə zərbə endirib, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, döş qəfəsinin sol yarısının ön səthində yerləşən, sol döş boşluğuna keçərək ürəyin sol mədəciyini zədələyən kəsilmişdeşilmiş xəsarəti yetirməklə X20 qəsdən öldürmüşdür. Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Şərh edilənlərə əsasən, CPM-nin yuxarıda sadalanan maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanunauyğun hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 221-ci maddəsi ilə verilmiş ittihamla bağlı qeyd edir ki, həmin cinayət əməli üzrə maddi zərər Təqsirləndirilən şəxs arvadı ilə birlikdə işlətdiyi obyektin əşyalarına vurulmuş olsa da xuliqanlıq ittihamı Azərbaycan Respublikasının 37-ci maddəsinə əsasən xuliqanlıq cinayəti ictimai ittiham olunduğundan zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs arvadı olması onun CM-nin 221-ci maddəsi ilə məsuliyyətini istisna etmir. Həmçinin CM-nin 221-ci maddəsi üzrə həmin hadisə ilə bağlı digər şəxslərə zor tətbiq edilməsi və hələnməsi halı da vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsininin 66.3-cü maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbləri qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu gündən, yəni 16 iyun 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı əmlakları müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübutlar- Gəncə rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan - zərərçəkmiş şəxs X13 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli, üzərində “ARMANİ JEANS” və “AJ” sözləri yazılımış qısa qol köynək, bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli bel kəməri, bir ədəd qara rəngli və bel hissəsində ağ rəngli naxışları olan tuman, bir cüt qara rəngli corab, 1 ədəd qara rəngli ayaqqabı və bir ədəd gümüşü rəngli metal boyun bağı onun yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə məhv edilməlidir, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli qısa qol köynək və bir ədəd üzərində hərbi kamuflyaj naxışları olan şalvar onun yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. Bir ədəd bıçaq məhv edilməldir. İş üzrə məhkəmə məsrəflərinə aid olan 127,80 manat (bir yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 100 (yüz) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 100 (yüz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 600 (altı yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyinedilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar- Gəncə rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan – X2 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli, üzərində “ARMANİ JEANS” və “AJ” sözləri yazılımış qısa qol köynək, bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli bel kəməri, bir ədəd qara rəngli və bel hissəsində ağ rəngli naxışları olan tuman, bir cüt qara rəngli corab, 1 ədəd qara rəngli ayaqqabı və bir ədəd gümüşü rəngli metal boyun bağı onun yaxın qohumlarına qaytarılsın, imtina etdikdə məhv edilsin, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli qısa qol köynək və bir ədəd üzərində hərbi kamuflyaj naxışları olan şalvar onun yaxın qohumlarına qaytarılsın, imtina etdikdə məhv edilsin. Bir ədəd bıçaq məhv edilsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 127,80 manat (bir yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ödənilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 həyata keçirdiyindən 600 (altı yüz) manat pul dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar