Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-11/2022 04.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X10, X18, X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" QBKT MMM-nin nümayəndəsi Nümayəndə, müdafiəçilər Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri –X11, X9, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1956-cı il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, əvvəllər Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatının direktoru-auditoru vəzifəsində işləmiş, Auditorlar Palatasının "xxxx" MMC-nin direktoru-auditoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 311.3.3, 311.3.4, 32.4,312.1, 313 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla şəxsən maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmiş, vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkət və xidmət üzrə laqeydlik müqabilində özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti hədə-qorxu tətbiq etməklə rüşvət qismində istəməklə almış, biləbilə hüquq verən saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Auditorlar Palatasının 18 dekabr 2008-ci il tarixli, 031612 nömrəli lisenziyası əsasında fəaliyyət göstərən 25 aprel 2007-ci il tarixdə qeydiyyata alınmış Gəncə şəhər Audit təşkilatının (VÖEN **********) rəhbəri-auditi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 23 aprel 1997-ci il tarixli Nizamnaməyə və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının 16 sentyabr 1994-cü il tarixli 882 nömrəli Qanununun 12 və 13-cü maddələrinə əsasən, sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq auditin forma və metodlarının sərbəst müəyyənləşdirilməsi, sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə (o cümlədən kənar hüquqi şəxslərdə saxlanılan sənədlərlə) tanış olmaqla yoxlama üçün onların alınması, pul məbləğlərinin, qiymətli kağızların, maddi sərvətlərin mövcudluğunun yoxlanılması və audit üçün lazım olan digər məlumatların alınması, sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat alınması, səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditor xidməti göstərərkən müəyyən etdikləri pozuntu və nöqsanlar haqqında onlar qarşısında məsələ qaldırılması, yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina edilməsi, auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə hökmən riayət edilməsi, auditor yoxlamalarının və digər auditor xidmətlərinin keyfiyyətli həyata keçirilməsi, auditin aparılmasında iştirakının qeyrimümkünlüyü barədə dərhal sifarişçiyə (səlahiyyətli dövlət orqanına) xəbər verilməsi, sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyəti, düzgünlüyü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunun yoxlanılması, auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uçotunun aparılması və hesabatların tərtibi ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə məlumat verilməsi, sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatın (məhkəmə orqanlarının tələb etdiyi hallar istisna olmaqla) məxfi saxlanılması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi Azərbaycan Respublikası X8 fililalının 01.01.2005-ci il tarixdən 01.01.2012-ci il tarixədək olan dövrünün maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılması məqsədilə Azərbaycan Respublikası Müəllimlər İnstitutunun rəhbərliyi ilə 07.03.2012-ci il tarixdə 00505 saylı müqavilə bağladıqdan sonra xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkət və xidmət üzrə laqeydlik, yəni Azərbaycan Respublikası X8 fililalında filialın sabiq direktoru Şahid1 işlədiyi dövr üzrə audit yoxlaması apararkən ciddi pozuntu, iri məbləğlərdə maliyyə çatışmazlıqları və nöqsanları ortaya çıxarmayacağı və tərtib edəcəyi audit arayışı üzrə inandırıcı olması üçün maliyyə vəsaitlərinin sərf edilməsi ilə bağlı xırda nöqsanlar qeyd edəcəyi müqabilində 2012-ci ilin fevral ayında Azərbaycan Respublikası Müəllimlər İnstitunun Qazax fililalının Qazax şəhəri, Heydər Əliyev prospekti 150 ünvanında yerləşən inzibati binasında Şahid1 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan külli miqdar təşkil edən 650.000 (altı yüz əlli min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəmiş, Şahid1 həmin məbləğin yüksək olduğunu ona bildirdikdə qeyd olunan məbləği verməyəcəyi təqdirdə tərtib edəcəyi arayışın Şahid1 cinayət məsuliyyətinə cəlb olunmaqla uzun müddət azadlıqdan məhrum ediləcəyi ilə nəticələnəcəyi ilə onu hədələmiş, bundan sonra sonuncu göstərilən məbləği hissə-hissə verməyə öz razılığını bildirdikdən sonra 2012-ci ilin mart ayında Qazax rayonunda filialın həmin ünvanda yerləşən inzibati binasının qarşısında 50.000 (əlli min) manat məbləğində və Gəncə şəhəri, Aeroport yolunda yerləşən adsız “Motel”də 150.000 (bir yüz əlli min) manat məbləğində pul vəsaitini Şahid1 cinayətdən xəbərsiz olan sonuncunun sürücüsü Şahid2 vasitəsilə, eyni niyyətlə, 2012-ci ilin aprel ayında Gəncə şəhəri, Aeroport yolunda yerləşən adsız “Motel”də 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitini Şahid1 şəxsən alıb, sonuncu əvvəlcədən rüşvət qismində verməyə razılaşdığı 650.000 (altı yüz əlli min) manat məbləğində puldan qalan 250.000 (iki yüz əlli min) manatı vermədiyindən, həyata keçirdiyi həmin audit yoxlamasının nəticəsi üzrə Şahid1 tərəfindən işlədiyi dövr ərzində cəmi 200.162,22 manat (iki yüz min bir yüz altmış iki manat iyirmi iki qəpik) məbləğində pul vəsaitinin müxtəlif yollarla nağdlaşdırılmaqla mənimsənilməsi barədə 25 may 2012-ci il tarixli audit arayışı tərtib etməklə, ümumilikdə qeyd edilən qaydada Şahid1 özü üçün şəxsən birbaşa yolla 400.000 (dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitini vahid niyyətlə rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə 2014-cü ilin may ayında şərtlərini yerinə yetirmək niyyətində olmadığı halda "xxxx" Qeyri Bank Kredit Təşkilatının Gəncə filialına kredit almaq görüntüsü yaratmaqla müraciət etmək və həmin müraciət zamanı özünü ödəmə qabiliyyətli şəxs kimi göstərmək məqsədilə rəhbəri olduğu həmin Auditor təşkilatının Gəncə şəhəri, Heydər Əliyev adına meydanda yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının 360 nömrəli xidməti otağında istifadəsində olan kompüterdə, tamah niyyətilə, aralarında heç bir əmək və ya sair xidmət müqaviləsi bağlanmadığı halda faktiki olaraq həmin təşkilatda işlərin yerinə yetirilməsinə cəlb etdiyi Şahid9 Faiq oğlunun və X16 guya Azərbaycan Respublikası Auditorlar Palatası Gəncə şəhər Audit Təşkilatında işləmələri və hər birinin guya aylıq 720 manat məbləğində əmək haqqı almalarına dair bilə-bilə yalan məlumatları məzmununa yazdığı 12 may 2014-cü il tarixli, müvafiq olaraq 43/1 və 43/2 saylı arayış nümunələrini hazırlayıb, çap qurğusu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarıb imzası və Azərbaycan Respublikası Auditorlar Palatası Gəncə şəhər Audit Təşkilatının möhürü ilə təsdiq etdikdən sonra hüquq verən həmin arayışların saxta olduğunu bilə-bilə onlardan qanunsuz olaraq tamah niyyətilə istifadə edib Şahid9 və Musa Yusifovun yüksək məbləğdə real əmək haqqı alan şəxslər kimi özünə zamin durmaları görüntüsü yaratmaqla ünvan 4 ünvanında yerləşən "xxxx" Qeyri Bank Kredit Təşkilatının Gəncə filialına 20.000 ABŞ dolları məbləğində kredit götürmək istəyinə dair müraciəti üzrə 14 may 2014-cü il tarixdə şəxsən həmin təşkilata təqdim etməsi ilə əlaqədar müraciəti müsbət qiymətləndirilib, onunla "xxxx" Qeyri Bank Kredit Təşkilatının Gəncə filialı arasında həmin dövrün rəsmi məzənnəsi ilə 15.600 manat təşkil edən 20.000 ABŞ dolları məbləğində pulun 24 ay müddətə, illik 24 faiz dərəcəsi ilə kreditə verilməsinə dair 14 may 2014-cü il tarixli müqavilə bağlanmasına nail olub, həmin gün rəsmi məzənnə ilə 15.600 manat təşkil edən 20.000 ABŞ dolları məbləğində pul vəsaitini qeyd edilən təşkilatda nağd qaydada bankın kassasından 206 nömrəli, 14 may 2014-cü il tarixli məxaric orderi əsasında götürüb, şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə "xxxx" Qeyri Bank Kredit Təşkilatına məxsus olan 15.600 (on beş min altı yüz) manat məbləğində pul vəsaitini həmin təşkilata xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə övladı Şahid7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Gəncə şəhər şöbəsinə və ya Yanğından Mühafizə Xidmətinin Göygöl rayon şöbəsinə işə düzəlməsində köməklik göstərilməsi məqsədilə 2014-cü ilin iyul ayında özünə müraciət edən X6 və Şahid7lə Gəncə şəhərində istintaqla dəqiq müəyyən edilməyən ünvanda görüşləri zamanı sonunculara özünün işi və digər əlaqələri vasitəsilə həmin Nazirlikdə yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək Şahid7 həmin şöbələrdən biri üzrə müvafiq vəzifəyə təyin etdirmək imkanına malik olmasını yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin Nazirliyin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, sonuncularda özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onlarla razılaşmaqla sövdələşib, həmin adla Cavanşir Nağıyevdən 19 iyul 2014-cü il tarixdə Gəncə şəhəri, Heydər Əliyev adına meydanda yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında 3.500 (üç min beş yüz) manat məbləğində, eyni niyyətlə, 30 dekabr 2014-cü il tarixdə Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən Mərkəzi Univermağın yaxınlığında 1.500 (bir min beş yüz) manat məbləğində, ümumilikdə vahid niyyətlə 5.000 (beş min) manat məbləğində pul vəsaitini Cavanşir Nağıyevdən alıb şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla şəxsən maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncu və Cavanşir Nağıyevi təhrik etmiş, sonuncu və Şahid7 aldadıqlarını başa düşərək qalan 2.000 manat məbləğində pul vəsaitini verməkdən imtina etdiklərinə görə həmin pul vəsaitini ələ keçirməyə nail olmayıb, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Cavanşir Nağıyev və Şahid7 məxsus cəmi 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini sonunculara xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 311.3.3, 311.3.4, 32.4,312.1, 313 və 320.2-ci maddələri ilə elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, "xxxx" Qeyri Bank Kredit Təşkilatından öz adına qanuna müvafiq qaydada 20000 ABŞ dolları kredit götürmüşdür. Həmin vaxt bank işçiləri ondan pulu götürə bilməsi üçün iki nəfər zamin istəmiş, o da bu barədə işçilərinə müraicət etmiş və işçilərindən iki nəfər könüllü ona zamin durmuşlar. Burada qanunsuz heç bir şey olmamışdır. Ona elan olunmuş ittihamda göstərilən 400000 manat epizodu ilə bağlı ittiham şər-böhtan olduğunu, əgər Şahid1 400000 manat rüşvət almışdırsa, yoxlama zamanı Şahid1 200000 manat yeyintisi olduğunu yazmazdı. O, Cavanşirlə ailəvi dost və qonşu olmuş, ona pul lazım olduğu üçün sonuncudan borca pul almış, sonra da qaytarmış və bu məsələ ilə bağlı araşdırma aparılıb, hüquqi qiymət verilmişdir. Onun nə ilə günahlandırıldığının səbəbi məlum deyil və əməllərində qanunsuz hərəkətlər olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2011-ci ildən X15 mütəxəssis vəzifəsində Təqsirləndirilən şəxs direktor olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə işə götürülmüşdür. Həmin işə qəbul olunarkən əmək müqaviləsi bağlamağını və vergi ödəyicisi olduğunu xatırlamır. Onun aylıq əmək haqqı məbləği ***-**** manat olmuşdur. O, Təqsirləndirilən şəxsla 2014-cü ilədək həmin MMC-də işləmiş, lakin sonradan Cəmiyyət 2014-cü ildə ləğv edildiyindən oradan çıxmışdır. Həmin Cəmiyyətdə işlədiyi 3 il ərzində aylıq əmək haqqı dəyişmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona əlavə olaraq köməklik məqsədi ilə aylıq əlavə pul vermişdir. Həmin pulları isə Təqsirləndirilən şəxs öz cibindən vermişdir. Əmək haqqı alarkən heç bir sənədə imza etməmiş və hər hansı bir kartdan pulu götürməmişdir. Əmək haqqını Təqsirləndirilən şəxs həmişə özü vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 2015-ci il də Təqsirləndirilən şəxs oğlu Şahid11 ona zəng edərək 5000 manat pul lazım olduğunu, həmin pulun Şahid7 verməli olduğunu bildirmişdir. Həmin ərəfədə özünə məxsus elektron “Yamaha” markalı zərb alətlərini 2000 manata satdığından, Şahid11 3000 manat verə biləcəyini demişdir. Həmin vaxt dostu Şahid9 də bankdan kredit götürdüyündən o da 2000 manat pul verə biləcəyini bildirmişdir. Şahid11 Bakıda olduğundan onlardan 5000 manat pulu Şahid7 verməklərini xahiş etmişlər. Bundan sonra Şahid9 onunla görüşmüş və üzərindəki 2000 manat pulu ona vermiş və onlar birlikdə Şahid7 evinə getmişlər. Həmin vaxt onlar Şahid7 anası Nailə xanımla qarşılaşmışlar və 5000 manat pulu Nailə xanıma verib evlərinə qayıtmışlar. Təxminən 2-3 gündən sonra Şahid11 Bakı şəhərindən qayıtmış və onların 5000 manat pulunu qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, mərhum atası X6 ilə Təqsirləndirilən şəxs çox yaxın münasibəti olmuşdur. Təqsirləndirilən şəxs Gəncə Auditorlar Palatasının sədri kimi tanımışdır. Təqsirləndirilən şəxs atası və onunla söhbət edən zaman vəzifəli şəxslərlə geniş əlaqələrinin olmasından danışmış, ona görə də atası da, o da Təqsirləndirilən şəxs söylədiklərinə inanmışlar. 2014-cü ilin yay aylarında Təqsirləndirilən şəxs atası ilə onun yanına gəlmiş, onun işsiz olduğunu bildiyi üçün geniş əlaqələrindən istifadə edib onu işə düzəldə biləcəyini demişdir. Atası Təqsirləndirilən şəxs onu harada, hansı vəzifədə işə düzəldə biləcəyini soruşduqda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindəki vəzifəli şəxslərlə geniş əlaqəsi olduğunu bildirmiş, lakin həmin vəzifəli şəxsin kim olması barədə hər hansı bir söz deməmişdir. Onların istədiyi halda onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər xüsusi riskli xilas etmə riskinin əməkdaşı və yaxud həmin nazirliyin Göygöl rayonu üzrə Yanğın Söndürmə Xidmətinə Yanğın söndürən kimi işə düzəldə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs atası və onunla söhbət edib, onun qeyd olunan vəzifələrdən birinə işə düzəldilməsi qarşılığında 7000 manat məbləğində pul istəmişdir. Atası ilə bir qədər təklikdə özləri söhbət etdikdən sonra Təqsirləndirilən şəxs razılıq vermişlər. Təqsirləndirilən şəxs onlardan işə qəbul edilməyi üçün 5000 manat əvvəlcədən, 2000 manat isə qəbulla bağlı əmri çıxandan sonra veriləcəyini bildirmişdir. Onlar da razılaşmışlar, 19 iyul 2014-cü il tarixdə saat 15 radələrində atası Təqsirləndirilən şəxs zəng vurub onunla Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında görüşməkləri barədə vədləşmişlər. Atası Gəncə şəhər İcra Hakimiyyəti binasının yaxınlığında Təqsirləndirilən şəxs 3500 manat məbləğində pulu şəxsən onun iştirakı ilə vermiş, pul verilən zaman orada yalnız üçü olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs ona söz vermişdir ki, onu dörd ay ərzində qeyd olunan vəzifələrdən birinə işə qəbul etdirəcəkdir. 2014-cü ilin dekabr ayının axırlarında Təqsirləndirilən şəxs pulun qalan hissəsini təkrar onun yanında atasından tələb etmişdir. 30 dekabr 2014-cü il tarixdə atası Təqsirləndirilən şəxsla Gəncə şəhərində, Gəncə şəhər univermağının sonunda yerləşən 9 mərtəbəli binanın yaxınlığında görüş təyin etmiş və qalan 1500 manatı da Natiqə vermişdir. Bundan sonra xeyli müddət keçməsinə baxmayaraq o, işə düzəlmədiyini görüb aldadıldığını düşünmüşdür. Bu səbəbdən həm o, həm də atası onun işə qəbul olunmamağının səbəbini soruşanda Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə qısa müddət ərzində işə düzələcəyini demişdir. Bir müddət sonra atası ilə birlikdə Təqsirləndirilən şəxsla görüşüb verdikləri pulun geri qaytarılmasını tələb etmişlər. Təqsirləndirilən şəxs müxtəlif bahənələr gətirib, pulu qaytarmamışdır. 2015-ci ilin mart ayında atası infarkt keçirmiş, sonradan həmin ilin may ayında isə yol avtomobil nəqliyyat qəzasında ölmüşdür. Bundan sonra o məcbur olub bu barədə 22 oktyabr 2015-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 qaynar xətt” əlaqə mərkəzinə müraciət etmişdir. Bu barədə həmin idarədə araşdırma aparılmağa başlanmışdır. O, qeyd olunan idarədə izahat verib qayıdan zaman Elçin və Eminin onların evinə gələrək anası Şahid8 Təqsirləndirilən şəxs onu işə düzəltməsi adı ilə aldığı 5000 manat pulu qaytarmışlar. Bundan sonra, o, araşdırma aparan prokurora bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşuluqda yaşamış, normal qonşuluq münasibətləri olmuşdur. 2015-ci ilin iyun və ya iyul ayında Təqsirləndirilən şəxs oğlu Şahid7 işə düzəldə biləcəyini əri və oğlu Elvinə demişdir. Əri isə Elvini harada, hansı vəzifədə işə düzəldə biləcəyini soruşduqda Təqsirləndirilən şəxs oğlunu Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Gəncə şəhər xüsusi riskli xilas etmə riskinin əməkdaşı və yaxud həmin nazirliyin Göygöl rayonu üzrə Yanğın Söndürmə Xidmətinə Yanğın söndürən kimi işə düzəldə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs oğlunu qeyd olunan vəzifələrdən birinə işə düzəldilməyi qarşılığında 7000 manat məbləğində pul istəmişdi. Təqsirləndirilən şəxs oğlunun işə qəbul edilməsi üçün 5000 manat əvvəlcədən, 2000 manat isə qəbulla bağlı əmri çıxandan sonra veriləcəyini demişdir. Bundan sonra müxtəlif vaxtlarda əri Natiqə 5000 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs vəd verməsinə baxmayaraq oğlunu işə düzəldə bilməmişdir. Bundan sonra əri ilə oğlu Natiq Məmmədodan pulu istəsələr də, o müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Ona görə də oğlu məcbur olub bu barədə 22 oktyabr 2015-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 qaynar xətt” əlaqə mərkəzinə müraciət etmişdir. Bundan sonra Eminlə Elçin yaşadıqları evə gəlmiş və Təqsirləndirilən şəxs oğlunu işə düzəltmək üçün aldığı pulu qaytarmaq istədiklərini bildirmişlər. Oğlu da həmin pulu almağına razılıq verdiyindən o həmin 5000 manat pul götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Şahid7 onların qonşusu olmuş, münasibətləri yaxşı olmuşdur. Atası Təqsirləndirilən şəxsla Şahid7 və sonuncunun atası Cavanşir Nağıyev arasında olan mübahisədən hər hansı bir xəbəri olmamışdır. Lakin, Cavanşir Nağıyev avtomobil qəzası keçirib öldükdən sonra oğlu Şahid7 onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, o da Elvinlə görüşmüşdür. Şahid7 atasının onun atasına 5000 manat məbləğində borcu olduğunu bildirmişdir. O bu barədə atasından soruşduqda, atası ona Cavanşir Nağıyevdən 5000 manat sələm pul götürdüyünü bildirmişdir. Təxminən 2-3 aydan sonra ona məlum olmuşdur ki, Şahid7 atasından Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etmişdir. Bundan sonra o, dostları Elçin və Eminlə telefon vasitəsilə əlaqə saxlayaraq Bakı şəhərində olduğunu və Şahid7 5000 manat məbləğində pul vermələrini xahiş etmiş, onlar da Şahid7 evinə gedərək həmin məbləğdə pulu sonuncunun anası Nailəyə vermişlər. Təxminən 2-3 gün sonra o, Bakı şəhərindən qayıdaraq Elçinlə Eminin pulunu özlərinə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2010-cu ildən 2012-ci ilədək AMİ-nin Qazax filialının direktoru olmuş Şahid1 sürücüsü olmuş, 2012-ci ilin fevral ayında filialın maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanıldığını və yoxlamaya gələn şəxsin də Gəncə auditor təşkilatının direktoru Təqsirləndirilən şəxs olduğunu eşitmişdir. Bu hadisə ilə bağlı Şahid1 onu yalandan şahid tutmuşdur. Onun Təqsirləndirilən şəxsla heç bir əlaqəsi olmamış, kiminsə kiməsə pul verməsini görməmişdir. O, Təqsirləndirilən şəxs bir dəfə ağ rəngli “Tayota Prado” markalı avtomobillə universitetə gəlib-gedərkən görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilinin kimin idarə etdiyini bilməmişdir. Ona ibtidai istintaq zamanı heç bir təzyiq olunmamışdır. Lakin Şahid1 ona təzyiqlər etmişdir. Bundan başqa Şahid2 məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs 50-55 yaşlarında, saçları ağ, uzun boylu, rus milliyətindən olan şəxsə oxşayan sürücüsü olmasını təsdiq etmişdir. Şatşaşvili Almaniyaya qarşı məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli qərarının 119-cu bəndində göstərilmişdir ki, şahidin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəb birinci instansiya məhkəməsinin nöqteyi-nəzərindən mövcud olmalıdır, yəni məhkəmənin əlində şahidin məhkəmə iclasında iştirak etməsini təmin etməyin mümkünsüzlüyünə dair tutarlı faktoloji və hüquqi əsaslar olmalıdır. Bu mənada şahidin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəb varsa, buradan belə nəticə çıxır ki, məhkəmədə iştirak etməyən şahidin yoxlanıla bilməyən ifadələrinin birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilməsi üçün əsaslı və ya üzrlü səbəb var. Şahid məhkəmədə bir sıra səbəblərdən, məsələn, vəfat etməsi və ya qorxması (bax: Əl-Havayya və Tahirinin işi üzrə qərar, 120-125-ci bəndlər), səhhəti (misal üçün bax: Bobeş Rumıniyaya qarşı, ərizə № 29752/05, 39-40-cı bəndlər, 9 iyul 2013-cü il; Vronçenko Estoniyaya qarşı, ərizə № 59632/09, 58-ci bənd, 18 iyul 2013-cü il; və Matıtsinanın işi üzrə qərar, 163-cü bənd), yaxud da əlçatan olmaması ilə əlaqədar iştirak etməyə bilər. İş üzrə şahidlər Şahid1, Şahid3, Şahid4, Şahid5, Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18.03.2021-ci il tarixli qərarı ilə qeyd edilən şahidlərin məhkəmə iclasında iştirakının məcburi qaydada təmin edilməsi qərara alınmış, qərar icra olunması üçün müvafiq polis orqanlarına göndərilmişdir. Qazax rayon Polis şöbəsinin 21.04.2021-ci il, 20.05.2021-ci il, 26.05.2021-ci il, 03.06.2021-ci il tarixli məktublarından görünür ki, Şahid4 uzun müddət Bakı şəhərində yaşadığından məhkəməyə məcburi gətirilməsi mümkün olmamışdır. Bakı şəhəri Nizami rayon Polis idarəsinin 24-cü polis şöbəsinin 10.06.2021-ci il, 23.09.2021-ci il, 22.11.2021-ci il, 30.11.2021-ci il, 14.12.2021-ci il tarixli məktublarından görünür ki, Şahid3 Bakı şəhəri Nizami rayonu C.Naxçıxanski küçəsi ev 88 mənzil 54-də qeydiyyatda olmasına baxmayaraq yaşamadığından məhkəməyə məcburi gətirilməsi mümkün olmamışdır. Şahid5 tərəfindən 11.01.2022-ci il tarixdə, Şahid6, Şahid4, Şahid3 və "xxxx" QBKT MMM-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış teleqramlardan görünür ki, onlar qeyd olunan səbəblərə görə məhkəmə iclasına gələ bilməmişlər və ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edirlər. 26 avqust 2021-ci il tarixli AZ-İİ № 199579 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Şahid1 21.08.2021-ci il tarixdə ölmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək cinayət işi üzrə məhkəmə iclasında dindirilməyən şahidlərin dindirilməsini istəmədiyini bildirmişdir. Məhkəmə Şahid1, Şahid3, Şahid4, Şahid5, Şahid6 ibtidai istintaq zamanı verdikləri ifadələrini tədqiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2000-ci ilin avqust ayında yaradılan Azərbaycan X8 filialının direktoru vəzifəsinə təyin olunmuş, 20 fevral 2012-ci ildə öz ərizəsi ilə həmin vəzifədən azad edilmiş, lakin həmin filialda Riyaziyyat kafedrasında yarım ştat riyaziyyat müəllimi vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2012-ci ilin sentyabr ayının əvvəlində səhhəti ilə əlaqədar xəstələndiyi üçün işdən çıxmışdır. Tutduğu vəzifədən azad edildikdən sonra X7 direktor müavini Afaq Qasımova onun keçmiş vəzifəsinə direktor təyin olunmuşdur. O, işdən çıxdıqdan sonra 2012-ci ilin fevral ayının sonlarında hazırda xatırlamadığı işçilərdən biri filiala yoxlama gəldiyi üçün onu ora dəvət etmişdir. O da sürücüsü Şahid2la birlikdə filiala getmiş, filialda olarkən Afaq Qasımova ona Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlının məktubu ilə filialın fəaliyyətini təftiş etmək üçün yoxlama-auditor gəldiyini və yoxlayıcının tədris rəisinin otağında olduğunu bildirmişdir. Bundan sonra o həmin yoxlayıcının olduğu otağa getmiş və həmin şəxsin Azərbaycan Respublikası Auditorlar X22or təşkilatının direktoru Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs ona Aqiyə Naxçıvanlının məktubu əsasında təhvil-təslimlə bağlı audit təyin olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin məktubu ona göstərərək filialın 2000-ci ildən 2012-ci il tarixədək olan dövr ərzində maliyyə-təsərrüfat fəaliyyətini yoxlayacağını bildirmiş, o isə Natiqə 2000-ci ildən 2012-ci il tarixədək olan dövrün maliyyə-təsərrüfat fəaliyyətinin iki dəfə yoxlanıldığını, bu barədə yoxlamanın nəticələri barədə müvafiq arayışların tərtib olunduğunu, həmin arayışlarda isə xırda nöqsanlar istisna olmaqla ciddi nöqsanların aşkar olmadığını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona “mobil telefonu söndür, bir az da yaxına əyləş, səninlə məxfi söhbətim var” sözlərini demişdir. O isə mobil telefonunun sönülü olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs sifarişlə onu məhv etmək üçün göndərildiyini, əgər dediklərini etsə, canını qurtara biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs rəhbərlik etdiyi qurumda heç bir nöqsan olmadığını və bununla bağlı Maliyyə Nazirliyi tərəfindən yoxlama aparıldığını bildirmişdir. Natiq isə həmin yoxlamanın heç nəyə dəxli olmadığını, fəaliyyətini təmiz yoxlayıb nəticəsindən asılı olmayaraq onu ilişdirəcəyini və tapşırığın yuxarıdan verildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs karandaşla kağız parçasına 650.000 (altı yüz əlli min) rəqəmini yazmışdır. Natiq ona həmin məbləğin manatla olduğunu və tez bir zamanda həll olunmalı olduğunu bildirmişdir. Eləcə də onun diqqətinə çatdırmışdır ki, həmyerlisi Arif Bayramovun aqibəti onu gözləyir. O da Arif Bayramovun necə, hansı əsasla cinayət məsuliyyətinə cəlb olunduğunu dəqiq bilmədiyi üçün, Təqsirləndirilən şəxs A.Bayramovun nə etdiyini və nə səbəbə məsuliyyətə cəlb olunacağını sözünü demişdir. O isə A.Bayramovun rəhbərlik etdiyi Qazax rayon Su İdarəsinin maliyyə-təsərrüfat fəaliyyətini özünün yoxladığını və orada olan maliyyə çatışmazlığı ilə əlaqədar məsuliyyətə cəlb olunduğunu bildirmişdir. O isə ona həmin məbləğdə pulunun olmadığını və həmçinin Azərbaycan X8 filialının maliyyə-təsərüffat fəaliyyətində heç bir çatışmazlıq olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs isə “çatışmazlığın olub-olmamasını hələ yoxlama göstərər, bu gün sabaha nə edə bilərsən, 50.000 manat təşkil edə bilərsənmi?” sözlərini demişdir. Təqsirləndirilən şəxs təkidli sözündən sonra razılıq vermiş və sonra gəlib bu barədə evdə arvadı Simnarə Veysovaya demişdir. Ondan sonra yoldaşı da məcbur olub köməklik üçün Xaçmaz rayonunda yaşayan qaynı Şahid5 zəng edib 50.000 manat borca ondan pul istəmişdir. Qaynı Şahid5 Xaçmaz rayonunda terapevt-həkim işləyir, eləcə də digər qayınları ilə birgə Xaçmaz rayonunda fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar, böyük təsərrüfat sahələri vardır. Ona görə də o, borc üçün qaynı Şahid5 müraciət etmişdir. O da köməklik edəcəyinə söz verərək həmin məbləği Bakı şəhərində yaşayan oğlu Şahid3 göndərmiş, o isə həmin məbləği Bakı şəhərində sürücüsü Şahid2 vermişdir. Şahid2 isə pulu götürüb Qazax rayonuna gəlmişdir. O həmin məbləği, yəni 50.000 manat pulu 2012-ci ilin təxminən fevral-mart aylarında X8 filialının qarşısında Təqsirləndirilən şəxs özünün təklifi ilə adını bilmədiyi qoca sürücüsünə təhvil vermişdir. Bundan təxminən bir ay sonra Təqsirləndirilən şəxs onun iş yerinə gələrək pulun yerdə qalan məbləğini tələb etmişdir. O isə Təqsirləndirilən şəxs pulunun olmadığını demişdir. Natiq isə ona bunun heç bir aidiyyətinin olmadığını və pulun təcili ona çatmalı olduğunu bildirmişdir. O isə Natiqdən pulu düzəltmək üçün bir az möhlət istəmiş, Natiq də onunla razılaşmışdır. Bundan 15 gün sonra Qazax tərəfdən gəldikdə Gəncə şəhərinin girəcəyində yerləşən adsız Moteldə 150.000 manat pulu Təqsirləndirilən şəxs özü əli ilə vermiş və Natiq də pulu sayıb götürmüşdür. Təxminən bir ay sonra 200.000 manat pul düzəldib, həmin məbləğidə Təqsirləndirilən şəxs həmin moteldə vermişdir. Qeyd etmişdir ki, hər iki məbləği Təqsirləndirilən şəxs verərkən sürücüsü Şahid2 da yanında olmuşdur. Həmçinin, pulu Təqsirləndirilən şəxs verəndə, həmin pulların müqabilində onu Azərbaycan X8 filialının direktoru vəzifəsinə bərpa edəcəyini, guya bunu da Təqsirləndirilən şəxs Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı ilə razılaşdırdığını bildirmişdir. Pulu Təqsirləndirilən şəxs verdikdən sonra arxayın olmuşdur ki məsələ həll olunub. Lakin o, Təqsirləndirilən şəxsla dəfələrlə telefon əlaqəsi saxlayıb audit yoxlamasının nəticə ilə maraqlanırmış, Natiq isə onu hər dəfə arxayın salıb, müxtəlif bəhanələr gətirərək narahat olmamasını deyirmiş. Hətta bir dəfə də o, Gəncə şəhərinə gedib onunla görüşərək, özünün, arvadının və ailəsinin narahatlığını bildirmişdir. Təqsirləndirilən şəxs isə ona arvadı Simnarə Veysova ilə danışmaq istədiyini bildirmişdir. Natiq onun yanında, onun mobil telefonu vasitəsi ilə arvadı S.Veysova ilə danışaraq narahat olmamasını və hər şeyin qaydasında olmasını demişdir. Bundan sonra o, yenə arxayın olaraq oradan çıxıb getmişdir. Bir müddət sonra Natiqə zəng etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək yenidən əlavə pul lazım olmasını bildirirmiş. Bundan sonra Təqsirləndirilən şəxs ona qarşı etdiyi hərəkətlər barədə hüquq mühafizə orqanları tərəfindən qiymət verilməsi üçün 22.11.2013-cü il tarixdə Gəncə şəhər prokurorluğuna müraciət etmişdir. Həmçinin, AMİ-nin Gəncə filialının sabiq direktoru Ramiz Məmmədovu o, 2001-ci ildən tanıyırmış, aralarında çox yaxın, isti münasibətləri olmuş, ona böyük etibarı olmuşdur. 2012-ci ilin fevral ayının əvvəlində AMİ-nin rektoru Aqiyə Naxçıvanlı onu yanına Bakı şəhərinə dəvət etmiş, A.Naxçıvanlının qəbulunda olarkən birbaşa onunla işləmək istəmədiyini, ərizəni yazıb öz xoşu ilə işdən çıxmasını bildirmişdir. Lakin o, A.Naxçıvanlıdan heç bir söz soruşmadan ərizə yazmayacağını bildirib otağından çıxmışdır. A.Naxçıvanlının yanından qayıtdıqdan bir həftə sonra R.Məmmədov ona zəng edib işdən çıxmaq üçün ərizə yazmamağının iradını ona bildirmişdir. O da R.Məmmədova 10 ildən artıqdır A.Naxçıvanlı ilə bir-birilərini tanıdığını, işində heç bir nöqsan olmayaolmaya nə üçün onu işdən çıxartmaq istədiyini, niyə ərizə yazmalı olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, atası Şahid1 uzun illər pedoqoji fəaliyyət göstərən, fizika-riyaziyyat elmlər doktoru kimi əvvəllər BDU-da çalışmış, 2000-ci ildən 2012-ci ilədək isə Azərbaycan X8 filialının direktoru işləmişdir. Həmin filial ilk dəfə yaranarkən direktoru atası olduğu üçün filialın formalaşmasında, fəaliyyət göstərməsində böyük xidməti olmuşdur. Atası tutduğu vəzifədən azad edildikdən sonra, X7 direktor müavini olan X29 filialının direktoru təyin edilmişdir. 2012-ci ilin fevral ayında atasının deməsindən ona məlum olmuşdur ki, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlının məktubu ilə filialın fəaliyyətinin təftiş edilməsi məqsədi ilə ora Azərbaycan Respublikası Auditorlar X22 Təşkilatının direktoru-auditoru Təqsirləndirilən şəxs gələrək, 01.01.2005-ci il tarixdən 01.01.2012-ci il tarixədək olan dövrü yoxlamağa başlamışdır. Təqsirləndirilən şəxs filialda yoxlamaya başladıqdan iki-üç gün sonra atasını yanına dəvət etmiş, atası Təqsirləndirilən şəxs ondan əvvəl Maliyyə Nazirliyi tərəfindən Azərbaycan X8 filialının maliyyə-təsərrüfat fəaliyyətinin iki dəfə yoxlanıldığını, bu barədə də yoxlamanın nəticələri barədə müvafiq arayışlar tərtib olunduğunu, həmin arayışlarda da bir sıra xırda nöqsanlar istisna olmaqla, ciddi nöqsanlar aşkar olunmadığını bildirsə də heç bir əhəmiyyət verməmiş, yenidən həmin dövrləri təkrarən bir daha yoxlayacağını, bunu sifarişlə atasının məhv edilməsi üçün olduğunu bildirib atasını bu məsələni həll etmək üçün söhbətə dəvət etmişdir. Elə filialda Təqsirləndirilən şəxs üçün ayrılmış otaqda atasına əgər dediyini edəcəyi təqdirdə canını qurtara biləcəyini bildirmiş, atası isə direktoru olduğu filialda heç bir nöqsan və çatışmazlıq aşkar olunmadığını nəzərinə çatdırsa da, Təqsirləndirilən şəxs bunun dəxli olmadığını, bütün fəaliyyəti yoxlayıb nəticəsindən asılı olmayaraq ilişdirib, məhv edəcəyini bildirib kağız parçasına bu işi həll etmək üçün 650.000 rəqəmini yazmışdır. Atası bunun manat və ya dollar olduğunu soruşduqda, Təqsirləndirilən şəxs acıqlı formada nə dollar, manatla olmalıdır, həm də tezliklə həll edilməlidir sözlərini demişdir. Atası oradan çıxıb evə gəlib bu barədə anasına, sonra isə ona zəng vurub demişdir. İfadəsində qeyd etdiklərini atası ilk dəfə telefonda danışanda, sonra isə görüşərkən ətraflı danışmışdır. Atası ona telefonda bildirmişdir ki, audit Təqsirləndirilən şəxs 650.000 manat pul istəyir. O, da atasına həmin məbləğin həddindən artıq olduğunu və həmin şəxsin ümumiyyətlə Maliyyə Nazirliyi tərəfindən yoxlanılmış dövrlərə girib yoxlamaq səlahiyyətinin olmamasını demişdir. Atası isə ona ağsaqqal olduğunu və bu ahıl yaşda tutularaq həbs olunmasının yaraşmamasını, el içində biabır olmaması üçün həmin məbləği məcburən düzəldib verəcəyini demişdir. Atası bundan sonra Bakı şəhərinə gəlmiş və onlar ətraflı söhbət etmişlər. O, atasına həmin məbləği qəti surətdə verməməsini demiş, atası isə dediyi sözləri bir daha ona bildirmişdir. O, atasına narahat olmamasını, lazım gələrsə yenidən audit yoxlamasının təyin olunaraq fəaliyyətinin yoxlanılmasını nəzərinə çatdırmışdır. Lakin, atası yenə də dediyinin üstündə qalmış, məcbur qalıb rüsvayçılıqdan qurtarmaq üçün pulu verəcəyini bildirmişdir. Bundan sonra onlar pul toplamağa başlamışlar. 2012-ci ilin aprel ayında dayısı Şahid5 50.000 manat, əmisi Şahid6 50.000 manat məbləğində pulu borca götürmüşlər. Daha sonra Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 23 saylı binada yerləşən dörd otaqlı mənzilini 75.000 manata, 2012-ci ilin təxminən avqust ayında qardaşı Şahid4 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən yeni tikilmiş hündür mərtəbəli yaşayış binasında olan dörd otaqlı mənzili 55.000 manata sataraq 235.000 manatı düzəltmişlər, qalan 165.000 manatı pulu isə hazırda adlarını narahat edilməmələri üçün çəkmək istəmədiyi yaxın dostlarından, tanışlarından, iş yoldaşlarından borca almaqla toplayıb Təqsirləndirilən şəxs vermişlər. Bu pulun bir hissəsini atasının sürücüsü Şahid2 Təqsirləndirilən şəxs sürücüsünə vermiş, bir hissəsini isə atası özü şəxsən Gəncə şəhərinin girəcəyində yerləşən moteldə otaqda yenə də sürücüsü Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs vermişdir. Hətta atasının ona deməsinə görə Təqsirləndirilən şəxs oteldə olarkən səsinin yazılmasından ehtiyat etdiyinə görə ona mobil telefonunu söndürməsini də tapşırmışdır. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra atası ona ailənin narahat olduğunu, aktı verməsini bildirdikdə, Təqsirləndirilən şəxs atasına heç bir problem olmadığını, həmin vaxt anası Simnarə Veysova ilə telefonla danışıb ona naharat olmamasını, heç bir problem olmadığını bildirib bir daha arxayın salmışdır. Həmçinin atası orada Təqsirləndirilən şəxs geridə qalan 250.000 manat pulu imkan olmadığına görə verə bilməyəcəyini demiş, Təqsirləndirilən şəxs isə atasından pulun qalan hissəsini çatdırmasını tələb etmişdir. Ondan sonra 2012-ci ilin yay aylarında tez-tez mobil telefonuna zəng etməklə pulun qalanını atasından tələb etmişdir. Hətta onun yanında olarkən də Təqsirləndirilən şəxs atasına zəng edib qalan pulu tələb etmişdir. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs atasının verdiyi 400.000 manat puldan ona heç bir pul çatmadığını, həmin pulun hamısını AMİ-nin rəhbərliyinə çatdırdığını, qalan 250.000 manat pulun isə ona çatacağı üçün istədiyini izah etmişdir. 2013-cü ilin mart ayının 12-də atası insult və iflic xəstəliyi keçirərək yataq xəstəsi olmuş, iki aya yaxın Bakı şəhərində, Neftçilər xəstəxanasında müalicə kursu keçmiş və həkim məsləhəti ilə mobil telefondan istifadə etməmişdir. Yaranmış vəziyyətə görə borc sahibləri pullarını geri istədiklərinə görə məcbur olub 2013-cü ilin aprel ayında qardaşı Sənan Veysov özünün “Mitsubishi Pajero” markalı avtomaşının 18.500 ABŞ dollarına, həmin ilin iyun ayında atası özünün “Toyota Camry” markalı avtomaşınını 16.500 ABŞ dollarına, avqust ayında isə o, özünə məxsus “Nissan X-Trail” markalı avtomaşınını 14.500 ABŞ dollarına, İsmayıllı rayonunun Buynuz kəndində olan 8 sot torpaq sahəsinin içərisində olan yarımçıq tikilidən ibarət olan mülk yerini 42.000 manata sataraq borcların bir hissəsini qaytarmışlar, lakin yenə də borcları qalmışdır. 2013-cü ilin oktyabr ayında özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək Şahid1 oğlu olduğunu bildirib yoxlamanın keçirilməsinə dair yekun aktla tanış olmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hər iki zəngində yoxlama aktının onda olmadığını, yoxlama başa çatdıqdan sonra aktı AMİ-nin rektoru Aqiyə Naxçıvanlıya təqdim etdiyini və ondan ala biləcəyini bildirmişdir. O, özü Təqsirləndirilən şəxs şəxsən həyatda görməmiş, iki dəfə telefon vasitəsilə əlaqə saxlamışdır. Həmin vaxt o, artq başa düşmüşlər ki, Təqsirləndirilən şəxs atasının sadəlövhlüyündən, ahıl yaşda olmasından istifadə edib fırıldaq işlədərək aldatmışdır. Təqsirləndirilən şəxs bu hərəkətləri barədə 22.11.2013-cü ildə atası Şahid1 Gəncə şəhər prokurorluğuna müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs bu işləri AMİ-nin Gəncə filialının direktoru Ramiz Məmmədovun diktəsi ilə, əvvəlcədən qurulmuş plana əsasən həyata keçirmişdir. Təqsirləndirilən şəxs yoxlamanın nəticəsindən asılı olmayaraq atasının hər bir halda cəzalandırılacağını bildirdiyinə görə narahat olub 400.000 manat pulun verilməsinə mane olmamışlar. Təqsirləndirilən şəxs sonrakı müddətlərdə qalan 250.000 manat pulu atasından istədiyinə görə və yoxlamanın nəticəsinə dair aktı vermədiyinə görə hadisədən bir ildən çox müddət sonra şikayət etmək qərarına gəlmişlər. Onların yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin arayışdan və arayışda yazılmış məbləğdən məlumatları olmamışdır. Əgər bunu qabaqcadan bilmiş olsaydılar əvvəlcədən şikayət edərmişlər. Bildiyinə görə atasının Ramiz Məmmədovdan, Afaq Qasımovadan şikayəti olmamışdır. X26 atasına 180.000 manat pul borcu olmuş, həmin məbləğin 30.000 manatını 2013-cü ilin oktyabr ayında ödəmiş, qalan pulu ödəməkdən imtina etmişdir. Onun dəqiq bilməyinin səbəbi isə həmin 180.000 manat pulun 150.000 manat pulunu şəxsən atasının tapşırığına əsasən bir dəfə 110.000 manat, bir dəfə də 40.000 manat olmaqla R.Məmmədovun sürücüsünə verməsidir. Afaq Qasımova ilə isə atasının arasında hər hansı bir pul, əmlak mübahisəsi, narazılığı olması barədə məlumatsız olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tədqiq edilmiş Şahid4 və X2 Kənan İsa oğlu ilə eyni məzmunlu ifadə verərək onun qeyd etdiklərini bir daha təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid1 onun bacısı Simnarə Veysovanın həyat yoldaşıdır. 2012-ci ililin təxminən mart ayında bacısı Simnarə Veysova ona zəng vurub 50.000 manat borca pul istəmiş, o isə bacısına köməklik göstərəcəyinə söz vermişdir. Lakin bacısı həmin qeyd olunan pulun nə üçün lazım olmasını deməmişdir. Onun həmin məbləğdə pulu olmadığına görə bacısının xətrinə qohum-əqrəbalardan, dost-tanışlara ağız açaraq həmin məbləği 2012-ci ilin mart ayının sonlarına kimi toplamış və Bakı şəhərinə gələrək Xətai rayonu, Əhmədli qəsəbəsində yaşadığı ünvanda bacısına vermişdir. Bacısı da həmin pulun çox hissəsini müxtəlif şəxslərdən aldığını bildiyinə görə həmin məbləği müəyyən imkan daxilində tez bir vaxtda qaytaracağına söz vermişdir. Sonradan bacısı və bacısının əri xəstəlikdə əziyyət çəkdiklərinə görə həmin pulu tez bir zamanda ödəmələrini tələb etməmiş, özlərinin vəziyyəti nə zaman düzələrsə qaytarmalarını demişdir. Təxminən 2013-cü ilin sonlarında Şahid1 işlədiyi filialın audit-yoxlayıcısı tərəfindən yoxlanılaraq təmiz arayışın, aktın verilməsi müqabilində külli miqdarda pul tələb etməsinə görə məcburiyyət qarşısında qalıb dost-tanışlarından külli miqdarda borc alıb həmin yoxlayıcıya verməsini, lakin yoxlayıcının pulu alaraq işi düzəltməməsini bildirmişdir. Ancaq konkret olaraq həmin məbləğin nə qədər olmasını, yoxlayıcının adını, harada işləməsini, pulu nə vaxt, harada, kimin yanında verdiyini ona deməmiş, o da maraqlanıb soruşmamışdır. Şahid1 bununla bağlı şikayət etdikdən sonra vermiş olduğu 50.000 manat məbləğində pulun da həmin yoxlayıcıya verildiyini bilmişdir. Şahid1la yeznə-qayın kimi qohum olsalar da, şəxsi və xidməti işi ilə bağlı hər hansı bir probleminin olması barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 26 oktyabr 2013-cü il tarixdə qardaşı Şahid1 Bakı şəhərində olarkən ona demişdir ki, filialın direktoru olduğu dövrdə 2012-ci ilin fevral ayında Gəncə auditor-təşkilatının direktoru-auditoru Təqsirləndirilən şəxs Azərbaycan Müəllimlə İnstitunun rektoru Aqiyə Naxçıvanlının məktubu ilə filialın maliyyə-təsərrüfat fəaliyyətini təftiş etmək üçün gəlmiş, yoxlamanın onun xeyrinə başa çatdırılması üçün ondan 650.000 manat pul istəmiş, qardaşı da bu məqsədlə iki dəfəyə 400.000 manat pul vermişdir. Həmçinin ondan borca almış olduğu 50.000 manat pulu da Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. O, qardaşından yoxlamanın nəticəsinin nə yerdə olmasını, auditorun dövlət ali məktəbini hansı əsasla yoxlamasını soruşmuş, qardaşı isə yoxlamanın AMİ-nin rektoru Aqiyə Naxçıvanlının məktubu ilə aparıldığını və yoxlamanın nəticəsinə dair hər hansı bir aktla tanış olmadığını bildirmişdir. O, qardaşından filialda hər hansı bir çatışmazlığın olubolmamasını soruşduqda qardaşı ona filialın maliyyə-təsərrüfatının Maliyyə Nazirliyi tərəfindən yoxlanıldığını və heç bir çatışmazlıq aşkar olunmadığını bildirmişdir. O, həmin vaxt qardaşından filialda çatımazlıq olmadığı halda nə səbəblə o qədər pulu auditə verməsini soruşmuş, qardaşı İ. Veysov isə Təqsirləndirilən şəxs onu qorxutduğunu və eloba içərisində rüsvay olmamaq üçün verdiyini bildirmişdir. Şahid1 400.000 manat pulu iki dəfəyə olmaqla ilk dəfə sürücüsü Şahid2 vasitəsilə, ikinci dəfə isə Gəncə şəhərinin girəcəyində yerləşən moteldə özünün şəxsən verdiyini bildirmişdir. O, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs qardaşını aldatmışdır. Qardaşı xəstə olduğuna görə Təqsirləndirilən şəxsla bu barədə özü danışmaq qərarına gəlmiş, daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib özünü təqdim edərək aparmış olduğu yoxlama ilə bağlı görüşmək istədiyini bildirmişdir. Həmin vaxt o tədbirdə olduğunu bildirmiş və telefonu söndürmüşdür. Daha sonra o, dəfələrlə Təqsirləndirilən şəxs telefon nörməsinə zəng etsədə telefonlara cavab verməmişdir. 02 noyabr 2013-cü il tarixdə qardaşı oğlu Şahid3la birlikdə Təqsirləndirilən şəxsla görüşmək üçün Gəncə şəhərinə getmişlər, orada Kənan öz mobil nömrəsi ilə Təqsirləndirilən şəxsla əlaqə saxlamış, həmin vaxt Natiq telefona cavab vermiş, bu zaman Kənan atasının yoxlama işi ilə bağlı görüşmək istədiyini bildirdikdə Təqsirləndirilən şəxs Bakı şəhərində olduğunu bildirmiş və yoxlamanın nəticələrinə dair arayışı AMİ-yə təqdim etdiyini bildirmişdir. Bundan sonra növbəti gün onlar Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən idarəsinə getmişlər, orada olarkən Təqsirləndirilən şəxs işçisi onun Bərdə rayonunda yoxlamada olmasını bildirmişdir. Kənan elə orada yenə Təqsirləndirilən şəxs mobil telefonuna zəng etmiş, Təqsirləndirilən şəxs Kənana kobud cavab vermiş, bundan sonra o, telefonu götürüb Natiqlə özü danışaraq görüşmək istədiyini bildirmişdir. Lakin ona da kobud cavab verərək “gedin əlinizdən nə gəlir edin” sözlərini deyib telefonu söndürmüşdür. Ondan sonra onlar Bakı şəhərinə qayıdıb baş verənləri Şahid1 demişlər. Şahid1 isə xəstə olduğuna görə bu məsələyə hər hansı bir münasibət bildirməmişdir. Daha sonra o Kənanla birlikdə Auditorlar Palatasına getmişlər. Şahid3 həmin vaxt adını xatırlmadığı rəis müavinin qəbulunda olmuş. Rəis müavini Kənana Təqsirləndirilən şəxs özünün əlində AMİ-nin rektoru Aqiyə Naxçıvanlı adından tərib olunmuş hazır məktubla gələrək qeyd olunan filiala yoxlamaya gedəcəyini, həmin filiala Auditorlar Palatası tərəfindən yoxlamaya göndərilməməsini demişdir. Bundan sonra onlar işin qurama olduğunu başa düşmüşlər. Vəziyyətin belə olmasını görüb Aqiyə Naxçıvanlının qəbuluna getmiş, əvvəlcədən tanımış, müəllim kimi səmimi münasibətləri olmuşdur. Qəbul zamanı X20 Məmmədovun onun adından tərtib olunmuş məktubla qardaşı Şahid1 rəhbərlik etdiyi filiala gələrək yoxlama apardığını bildirmişdir. Bu sözündən sonra A.Naxçıvanlı yerindən qalxaraq nə audit yoxlaması sözünü işlətmiş, auditin dövlət müəssisəsini yoxlamağa ixtiyarı olmadığını bildirmişdir. Həmçinin yoxlamaya görə qardaşı İ. Veysovun Təqsirləndirilən şəxs 400.000 manat məbləğində pul verdiyini bildirmiş, bu zaman A.Naxçıvanlı isə dediyi 400.000 manat pula təəccüb etmişdir. O, Aqiyə Naxçıvanlıdan kömək çıxmayacağını görmüş və ona görə də bu işin rəsmiləşəcəyini bildirmişdir. A.Naxçıvanlı isə gedin rəsmiləşdirin sözlərini demişdir. Bundan sonra yəni 22 noyabr 2013-cü il tarixdə qardaşı Şahid1 oğlu Şahid3la birlikdə Gəncə şəhər prokurorluğuna gedərək bu işlə bağlı tədbir görülməsini xahiş etmişlər. Bundan sonra baş verənlərdən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs üzdən tanımamış, şəxsi tanışlığı olmamışdır. Nə onun nə də qardaşı Şahid1 filialda aparılmış yoxlamanın nəticəsinə dair tərtib edilmiş arayışından və arayışda yazılmış məbləğdən xəbərləri olmamışdır. O, barədə Şahid1 şikayət ərizəsində sonra məlumatlı olmuşlar. Təqsirləndirilən şəxs nə o, nə də ki qardaşı oğlu Kənan təhqir etməmişlər. Əksinə Təqsirləndirilən şəxs onlarla kobud danışmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27.05.2014-cü il tarixli üzləşdirmə aparılmasına dair protokoldan görünür ki, Şahid1 ilə şahid Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə zamanı, Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30.09.2014-cü il tarixli üzləşdirmə aparılmasına dair protokoldan görünür ki, şahid Təqsirləndirilən şəxs ilə Şahid2 arasında aparılmış üzləşdirmə zamanı, sonuncu ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirməklə ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09.07.2014-cü il tarixli üzləşdirmə aparılmasına dair protokoldan görünür ki, şahid X12 ilə şahid Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə zamanı, Simnarə Veysova ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09.07.2014-cü il tarixli üzləşdirmə aparılmasına dair protokoldan görünür ki, Şahid7 ilə şahid Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə zamanı, Şahid7 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 7 mart 2012-ci il tarixli 000505 saylı audit xidməti göstərilməsi barədə müqavilədən görünür ki, Azərbaycan Müəllimlər İnstitutunun rektoru olmuş A.H.Naxçıvanlı AMİ-nin Qazax filialının 01.01.2005-ci ildən 01.03.2012-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması ilə bağlı Gəncə şəhər Auditor Təşkilatının direktoru olmuş Təqsirləndirilən şəxsla müqavilə bağlamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25 may 2012ci il tarixli Azərbaycan X8 filialının 01.01.2005-ci ildən 01.01.2012-ci il tarixə kimi olan dövr maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticəsinə dair arayışda Qazax filialında yoxlama zamanı 200.162,22 manatın süni surətdə artırılmaqla müxtəlif yollarla nağdılaşdırılması göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının 18 dekabr 2008-ci il tarixli, 031612 nömrəli lisenziyasından görünür ki, Təqsirləndirilən şəxs 18.12.2008-ci ildən 03.11.2013-cü ilədək auditor fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının 25 aprel 2007-ci il tarixli, 031561 nömrəli lisenziyasından görünür ki, Təqsirləndirilən şəxs rəhbərlik etdiyi Gəncə şəhəri Audit təşkilatına 5 il müddətə lisenziya verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17.01.2005-ci il tarixli şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs rəhbərlik etdiyi Gəncə şəhəri Audit təşkilatı **********(VÖEN) saylı nömrəli 12 saylı ərazi vergi dairəsində qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 23 aprel 1997-ci il tarixli Nizamnamədən görünür ki, Təqsirləndirilən şəxs rəhbərlik etdiyi Gəncə şəhəri Audit təşkilatı həmin nizamnaməyə əsasən fəaliyyət göstərmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Finca Azərbaycan“ MM QBKT-dən daxil olmuş 18.12.2019-cu il tarixli 2019/999/16243 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin təşkilata 12 may 2014-cü il tarixli, müvafiq olaraq 43/1 və 43/2 saylı arayışları təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14 may 2014cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin dövrün rəsmi məzənnəsi ilə 15.600 manat təşkil edən 20.000 ABŞ dolları məbləğində pul 24 ay müddətə, illik 24 faiz dərəcəsi ilə Təqsirləndirilən şəxs tərəfindən kreditə götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14 may 2014cü il tarixli 206 nömrəli məxaric orderindən görünür ki, həmin gün rəsmi məzənnə ilə 15.600 manat təşkil edən 20.000 ABŞ dolları məbləğində pul vəsaiti qeyd edilən təşkilatda nağd qaydada bankın kassasından Təqsirləndirilən şəxs tərəfindən götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X30 şəxsin 07 sentyabr 2020-ci il tarixli **********6 saylı məktubundan görünür ki, Şahid9 və X1 olunan kimi qeyd olunmamış, məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara əsasən məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda adları siğortaolunan kimi qeydə alınmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının 24 iyun 2020-ci il tarixli 01-1/085 nörməli məktubundan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun rektoru xanım A.H.Naxçıvanlı 02.03.2012-ci il tarixli 01-10/56 saylı məktubla Azərbaycan X8 filialının 2005-ci ildən 02.03.2012-ci il tarixə kimi olan dövr maliyyətəsərrüfat fəaliyyətinin audit yoxlamasının keçirilməsinə köməklik edilməsi üçün Azərbaycan Respublikası Auditorlar Palatasına müraciət etmiş, aduitin aparılması Gəncə şəhər Auditor təşkilatının direktor-auditoru Təqsirləndirilən şəxs tapşırılmış və bundan sonra Azərbaycan Müəllimlər İnstitutunun rektoru xanım A.H.Naxçıvanlı ilə Gəncə şəhər Auditor təşkilatının direktor-auditoru Təqsirləndirilən şəxs arasında 07.03.2012-ci il tarixli 00505 saylı müqavilə bağlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 29.12.2014-cü il tarixli 12390nkKPZ/14 saylı müqaviləyə əlavədən görünür ki, Şahid8 29.12.2014-cü il tarixdə illik 28 faizlə 24 ay müddətinə 1700 ABŞ dolları kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16.09.2020-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi protokolundan görünür ki, Şahid1 istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə arasında 30.08.2013-cü il tarixdən 25.11.2013-cü il tarixədək mütəmadi telefon danışıqları olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17.09.2020-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi protokolundan görünür ki, Şahid1 istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** saylı mobil nömrə arasında 30.08.2013-cü il tarixdən 26.09.2013-cü il tarixədək telefon danışıqları olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Auditor Təşkilatının direktoru tərəfindən verilmiş 12 may 2014-cü il tarixli, 43/1 saylı arayışdan görünür ki, Şahid9 25 noyabr 2011-ci il tarixdən 12 may 2014-cü il tarixə kimi Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə şəhər Auditor Təşkilatında (VÖEN **********) mütəxəssis vəzifəsində işləmiş və aylıq əmək haqqı 720 (yeddi yüz iyirmi) manat olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Auditor Təşkilatının direktoru tərəfindən verilmiş 12 may 2014-cü il tarixli, 43/2 saylı arayışdan görünür ki, X23 05 dekabr 2011-ci il tarixdən 12 may 2014-cü il tarixə kimi Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə şəhər Auditor Təşkilatında (VÖEN **********) mütəxəssis vəzifəsində işləmiş və aylıq əmək haqqı 720 (yeddi yüz iyirmi) manat olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" Qeyri Bank Kredit Təşkilatından daxil olmuş 15 sentyabr 2020-ci il tarixli 2020/999-3648 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin təşkilata hazırda 16.309,75 ABŞ dolları (on altı min üç yüz doqquz dollar yetmiş beş sent) borcu mövcuddur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etməsi, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsi, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla şəxsən maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təhrik etməsi, vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətməsi, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkət və xidmət üzrə laqeydlik müqabilində özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti hədə-qorxu tətbiq etməklə rüşvət qismində istəməklə alması, biləbilə hüquq verən saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etməsi məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, üzləşdirmədə dindirmə istintaq hərəkətləri və digər mötbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 311.3.3, 311.3.4, 32.4,312.1, 313 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.3-cü maddəsinin tələbinə görə cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə görə məhkəmə gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Azərbaycan Respublikasının CM-nin (köhnə redaksiyada) 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrinin sanksiyasında üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 312.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 313-cü maddəsinin sanksiyasında beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 320.2-ci maddəsinin sanksiyasında iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası, 311.3.3 və 311.3.4-cü maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikasının CM-nin 15.2 və 15.3-cü maddələrinə əsasən CM-nin 313 və 320.2-ci maddələrində nəzərdə tutulan əməllər böyük ictimai təhlükə törətməyən, CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, və 312.1-ci maddələrində nəzərdə tutulan əməllər az ağır cinayət hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 313 və 320.2-ci maddələrində nəzərdə tutulan əməlləri CM-nin 75.1.1-ci maddəsində nəzərdə tutulan iki illik müddət, CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 32.4,312.1-ci maddələrində nəzərdə tutulan əməlləri CM-nin 75.1.2-ci maddəsində nəzərdə tutulan yeddi illik müddət keçdiyindən və cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları müəyyən olunmadığından Təqsirləndirilən şəxs CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddələrlə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və həmin hissələrdə cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs CM-nin 311.3.3 və 311.3.4-cü maddələrində qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-nin 311.3.3 və 311.3.4cü maddələri ilə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayətin törədildiyi vaxt qüvvədə olan, habelə hazırda qüvvədə olan Azərbaycan Respublikasının CM-nin 311.3.3 və 311.3.4-cü maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikasının CM-nin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalı və əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsə təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 311.3.3 və 311.3.4-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmağı mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədimiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etmyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməli, Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 24 sentyabr 2020-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 22 sentyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs tərəfindən Finca Azərbaycan” QBKT MMM-yə təqdim edilmiş 43/1 və 43/2 saylı arayışlar, "xxxx" QBKT MMM tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmiş 14 may 2014-cü il tarixli 206 nömrəli məxaric orderi, "xxxx" QBKT MMM ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 14 may 2014-cü il tarixli kredit müqaviləsi, "xxxx" MMC-nin məktubuna əlavə edilmiş 01 (bir) ədəd CD disk və "xxxx" MMC-nin məktubuna əlavə edilmiş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinə aid olan 367 (üç yüz altmış yeddi) manat, (iyirmi) qəpik məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** ABB mərkəzi filialı, VÖEN ********** kod 805250 m/h **********944 H/h COR 328518 AZN 3201-01 S.W.İ.F.T. Bik.İBAZAZ 2X hesabına ödənilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 prosessual hərəkətlərdə 70 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X4 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 420 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, xüsusi müsadirə olunması təklif edilən əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 32.4,312.1, 313, 320.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 32.4,312.1, 313 və 320.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu 24 sentyabr 2020-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 367 (üç yüz altmış yeddi) manat, (iyirmi) qəpik məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** ABB mərkəzi filialı, VÖEN ********** kod 805250 m/h **********944 H/h COR 328518 AZN 3201-01 S.W.İ.F.T. Bik.İBAZAZ 2X hesabına ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X4 vəkil kimi fəakliyyət göstərdiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. İş üzrə maddi sübutlar 22 sentyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs tərəfindən Finca Azərbaycan” QBKT MMM-yə təqdim edilmiş 43/1 və 43/2 saylı arayışlar, "xxxx" QBKT MMM tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmiş 14 may 2014-cü il tarixli 206 nömrəli məxaric orderi, "xxxx" QBKT MMM ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 14 may 2014-cü il tarixli kredit müqaviləsi, "xxxx" MMC-nin məktubuna əlavə edilmiş 01 (bir) ədəd CD disk və "xxxx" MMC-nin məktubuna əlavə edilmiş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-11/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-11/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver