Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-11/2023 08.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçi X11, zərərçəkmiş şəxslər X6, onun nümayəndəsi X16, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, onun nümayəndəsi X22, zərərçəkmiş şəxsin hüquqi varisi (qardaşı) X23, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1966-cı ildə Gəncə şəhərində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, məhkum olunmamış, Rusiya Federasiyası Pskov vilayəti, Peçyorsk rayonu, Senno kəndində qeydiyyatda olmaqla yaşamış, həbs olunana kimi müvəqqəti ünvan 1 ünvanında yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Təqsirləndirilən şəxs 17 dekabr 2020-ci il tarixdə saat 20 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 37ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndlərinin tələblərini pozaraq sürücülük hüququ olmadan və orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi Zərərçəkmiş şəxs2 mülkiyyətində olan «Mercedes Benz ML 350» minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy şəhəri, H.Əliyev prospektindən Gədəbəy rayonu Arıxdam kəndi istiqamətdə hərəkətdə olarkən həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, idarə etdiyi avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli, avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükə yaratmamalı olduğu və mövcud şəraitdə həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək, avtomobili sol hərəkət zolağına çıxararaq yenidən öz hərəkət zolağına istiqamətləndirdiyi zaman qarşı hərəkət zolağında Gədəbəy şəhəri istiqamətində hərəkətdə olan «VAZ 21011» minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 toqquşmamaq üçün avtomobili qarşı sol hərəkət zolağına çıxardıqda avtomobillər toqquşmuş, nəticədə «VAZ 21011» minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağlamlığına başın, sağ əlin, sağ baldırın əzilmiş-çapılmış yaraları qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran və hər iki ağ ciyərdə atelektaz, sağ tərəfli minimal hemotraks, sağ budun travmatik çıxığı ilə müşaiyət olunan sağ sirkə kasasının yerdəyişən sınığı qismində sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər, həmin avtomobildə sərnişin qismində əyləşmiş X1 sağ bud sümüyünün qapalı, parçalı sınığı, 3-cü bel fəqərə cisminin kompression sınığı qismində sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər, həmin avtomobildə sərnişin qismində əyləşmiş X12 alt çənənin əzilmiş yarası qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sağ bud sümüyünün qapalı qəlpəli sınığı qismində sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır və başın hematoması ilə müşayiət olunan qapalı kəllə beyin travması, baş beyin qişalarına, baş beyin maddəsinə qansızma, kəllə əsası sümüyün sınığı ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək baş beyinin qansızmasına və kəllə əsası sümüyünün sınığı səbəbindən Gədəbəy rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölümünə, Zərərçəkmiş şəxs1 mülkiyyətində olan «VAZ 21011» minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2247 (iki min iki yüz qırx yeddi) manat və Zərərçəkmiş şəxs2 mülkiyyətində olan «Mercedes Benz ML 350 » minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3670 (üç min altı yüz yetmiş) manat maddi ziyan vurulmasına səbəb olan yol nəqliyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Rusiya Federasiyasının vətəndaşıdır. O, 1966-cı ildə Gəncə şəhərində anadan olmuş orta məktəbi rus dilində Gəncə şəhərində bitirmiş, 1984-cü ildə SSRİ ordu sıralarına hərbi xidmətə getmiş, hərbi xidmətdən sonra Azərbaycana qayıtmış, 1988-ci ildə daxili işlər orqanlarında işə qəbul olduqdan sonra Rusiya Federasiyasının Pskov şəhərində işləmişdir. O, Rusiya daxili işlər orqanlarında 2014-cü ilə qədər xidmət edib 2014-cü ildə polis polkovnik-leytenantı rütbəsində Sankt Peterburq şəhəri, Şimal-Qərb nəqliyyat polis idarəsinin rəisi vəzifəsindən təqaüdə çıxmışdır. O, Azərbaycan dilində danışa bilir və tam ədəbi dildə deyilənləri başa düşməsə də orta danışıq dilində deyilənləri nisbətən başa düşür. O, ilin müxtəlif vaxtlarında Azərbaycan Respublikasına gəlib qohumlarına baş çəkir, sonuncu dəfə 28 oktyabr 2020-ci il tarixdə müharibə ilə bağlı ana vətəninə dəstək olmaq üçün Azərbaycan Resublikasına gəlmişdir. Gəncə şəhərində yaşayan yeznəsi Zərərçəkmiş şəxs2 məxsus olan “Mercedes Benz ML 350” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilini etibarnamə əsasında idarə etmişdir. Belə ki, 17 dekabr 2020-ci il tarixdə Rasimdən Gədəbəy rayonu, Böyük Qaramurad kəndində xalası nəvəsinin yas mərasiminə getmək üçün avtomobili istəmiş, Rasim də ona etiraz etməyərək avtomobilini vermişdir. O, 17 dekabr 2020-ci il tarixdə günorta vaxtı Məzahir adlı dostu ilə birlikdə Gədəbəy rayonu, Böyük Qaramurad kəndinə getmiş, Məzahirlə birlikdə yas mərasimində iştirak etmiş, lakin həmin gün spirtli içki qəbul etməmiş, bundan sonra həmin gün saat 18 radələrində Böyük Qaramurad kəndindən Məzahirlə birlikdə avtomobilə əyləşib Gəncə şəhərinə yola düşmüşlər. Avtomobili o, idarə etmişdir. O, avtomobili saatda 50-60 km saat sürətlə idarə edərək Gədəbəy rayon mərkəzini keçdikdən sonra körpüyə çatmağa az qalmış öz hərəkət zolağı ilə 50-60 km saat sürətlə hərəkətdə olduğu zaman qarşı hərəkət zolağında olan VAZ-21011 markalı avtomobil anidən onun hərəkətdə olduğu zolağa çıxmışdır. O da avtomobilin idarəetməsini qismən itirərək maşını qarşı hərəkət zolağına tərəf yönləndirmiş, bu zaman da avtomobillər arasında toqquşma baş vermiş, toqquşma zamanı avtomobilin hava yastıqları açılaraq zərbə nəticəsində onu və yanındakı sərnişini xəsarət almaqdan qorumuşdur. Bundan sonra o, şok vəziyyətinə düşmüş, bir qədər sonra avtomobildən düşmək üçün təhlükəsizlik kəmərini açıb yerə düşmüş, yerə düşüb avtomobili ilə toqquşmuş digər maşına sürücü tərəfdən yaxınlaşaraq sürücünü səsləmişdirSürücü ona cavab vermədiyinə görə maşının qapısını açmağa çalışmış, lakin avtomobilin qapısı açılmamışdır. Bu zaman yoldan keçən digər şəxslər də dayanıb digər avtomobildə olan şəxslərə kömək etmişdirlər. Bir neçə dəqiqə sonra Təcili Tibbi yardım maşını hadisə yerinə gəlmişdir. Hadisədən sonra bir polis əməkdaşı yaxılaşıb sürücünün o olub-olmadığını soruşmuşdur. O, Mercedes markalı avtomobilin sürücüsü olduğunu bildirmişdir. Bundan sonra o, həmin polislə birlikdə polis avtomobilinə əyləşmiş, polis əməkdaşları onu və Məzahiri Polis şöbəsinə aparmışlar. Lakin onu polis şöbəsində sərxoşluq müayinəsindən keçirməmişlər, o ümumiyyətlə polis şöbəsində həkim görməmiş, hadisədən bir neçə saat sonra müstəntiqin yanına gedib ifadə verdikdən sonra yaşadığı evə getmişdir. İfadə verərkən tərcüməçi tələb etməsinə baxmayaraq, gecə yarı tərcüməçi olmadığını demişlər. Sonradan müstəntiq ona demişdir ki, “ifadə ilə tanış olarsan və nəsə əlavən olsa tərcüməçi vasitəsilə edərik”. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, VAZ-21011 avtomobili onun yoluna çıxmış, o, isə rolu sağa çəkmişdir. O hadisə yerində 20 dəqiqə olmasına baxmayaraq heç bir maşın olmamışdır. O, növbətçi hissədə gözləmiş, lakin heç bir narkoloq gəlməmişdir. Alkotestrdən sonra ona içkili olduğunu deməmişlər, sadəcə demişlər ki, o içkili görünür. O, Gədəbəydən yas yerindən qayıdarkən yolda maşını saxlayıb dincəlməmişdir. O, hadisədən sonra adət-ənənəyə uyğun olaraq üzrxahlıq etmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqiq varisi və digər zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, onlara vurulan zərər tərəflərindən tamamilə ödənilmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X23 ifadəsində göstərdi ki, mərhum X24 onun doğma qardaşıdır. Zabit Məmmədov 17 dekabr 2020-ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı Qarabulaq kəndindən həmkəndlisi Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21011 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib, digər həmkəndlisi X6 ilə birlikdə işlədiyi “Azərbaycan İnterneşnl Mayninq Kompani Limited” şirkətinin Gədəbəy kontrakt sahəsinə işə getmişdir. Bundan təxminən bir saat sonra qardaşı Zabit Məmmədovun qabaq sağ oturacaqda getdiyi Etimada məxsus avtomobildə, həmin avtomobili digər avtomobilin vurması nəticəsində, qardaşı aldığı ağır xəsarətlərdən ölmüşdür. O, bu məlumatı aldıqdan sonra Gədəbəy rayon mərkəzi xəstəxanasında qardaşı Zabit Məmmədovun öldüyünü görmüşdür. Qardaşının ölməsi səbəbi ilə maraqlanıb hadisə yerinə baxdıqda məlum olmuşdur ki, 17 dekabr 2020-ci il tarixdə təxminən saat 19:30 radələrində qardaşı Zabit Məmmədov və həmkəndlisi Elşad Məmmədəliyev birlikdə sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21011 markalı, avtomobil ilə Gədəbəy şəhərinin girəcəyində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz ML-350 minik markalı avtomobillə toqquşmuş, nəticədə qardaşı Zabiti xəsarət almış vəziyyətdə olduğunu görüb, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölmüşdür. Hazırda ona vurulan zərər tam ödənildiyi üçün təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Vermiş olduğu mülki iddiadan imtina edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Azərbaycan mədən əməliyyatı şirkətinin Gədəbəy şöbəsində operator işləyir. X17 adına olan «VAZ 21011» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili faktiki olaraq ona məxsusdur. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmuş, ancaq 2018-ci ildə sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmişdir. Buna baxmayaraq sürücülük hüququ olmadan avtomobil idarə etmişdir. 17 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində yaşadığı kənddən çıxıb, işlədiyi şirkətdə gecə növbəsində işə getmiş, həmin şirkətdə həmkəndliləri X6 və X24 da işləmişdir. Həmin müddətdə Elşad və Zabit də gecə növbəsində işlədikləri üçün işə onun avtomobili ilə getmişlər. Onlar həmin gün işə gedərkən Zabit avtomobilinin qabaq oturacağında, Elşad isə arxa oturacaqda əyləşmişdir. Həmin gün sulu qar yağmış, hava qaralmışdır. «Vaz 21011» markalı avtomobili 40-45 km/saat sürətlə idarə edərək Gədəbəy şəhəri istiqamətində hərəkət etmiş, Gədəbəy şəhərinin girəcəyindəki körpüyə daxil olmaqla da hərəkətinə davam etmişdir. Hava qaranlıq olsa da körpü işıqlandırıldığı üçün avtomobillərin hərəkətini aydın seyr etmək mümkün olmuşdur. O, körpünü çıxmağa təxminən 35-40 metr qalmış, əks tərəfdən Şəmkir rayonu istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz ML 350» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə yoluna çıxaraq üzərinə gəldiyini görmüş, təhlükəni görüb sürətini azaldaraq sükanı sola çəkmiş, lakin bu anda «Mercedes Benz ML 350» markalı avtomobil də öz yoluna qayıtmış və idarə etdiyi avtomobili vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində özü və avtomobilində olan sərnişinlər xəsarət almışlar. Hadisə nəticəsində xəsarət aldığı üçün xəstəxanaya aparılmış, ancaq Zabit yolda vəfat etmiş, özü isə az ağır dərəcəli xəsarətlər almışdır. O, aldığı xəsarətlərlə bağlı uzun müddət Gəncə Mərkəzi klinik xəstəxanada stasionar şəraitdə müalicə almış, səhhəti yaxşılaşmış və yenidən işləməyə başlamışdır. Hazırda ona vurulan zərər tam ödənildiyi üçün təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X6 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayır və Gədəbəy rayon mədən əməliyyatı şirkətində X18 məxsus texnikasında sürücü işləyir. 17 dekabr 2020-ci il tarixdə təxminən saat 19 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ 21011» markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında, digər həmkəndlisi X24 isə avtomobilin qabaq yan oturacağında əyləşmiş, hər üçü Gədəbəy mədən əməliyyatı şirkətinə işə getmişlər. Həmin vaxtı Etimad avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Gədəbəy şəhərinin girəcəyində körpünü qarlı hava şəraitində keçəndən sonra əks tərəfdən Gədəbəy-Şəmkir istiqamətində hərəkətdə olan sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz ML-350» minik markalı avtomobilin Etimadın yolu ilə gəldiyini təxminən 30 metr məsafədən avtomobillərin üzbəüz gəldiyini görüb həmin anda avtomobillərin toqquşma təhlükəsi olduğunu hiss edib, “qırdı bizi” deyənə kimi avtomobillər toqquşmuşdur. Hadisə nəticəsində özü, sürücü Etimad və sərnişin Zabit ağır xəsarət almış, həm də avtomobillər əzildiyi üçün avtomobilin içərisində qalmışlar. «Mercedes Benz ML 350» markalı avtomobilin sürücüsü avtomobildən düşərək onlara yaxınlaşıb köməklik etmədən gülərək hadisə yerindən getmiş, həmin vaxtı yolu keçən avtomobillərin sürücüləri köməklik edib onları xəstəxanaya aparmışlar. Xəstəxanada olarkən Zabit Məmmədovun aldığı xəsarətlərdən öldüyünü bilmiş, həkimlər ona və Etimada ilkin tibbi yardım göstərmiş, daha sonra onu Gəncə şəhərinə, oradan isə Bakı şəhərində yerləşən Loğman klinikasına aparmışlar. Hadisə nəticəsində onun ayağı sınmış, onurğasında qırıq (sınıq) aşkar edilmiş və cərrahi əməliyyat olunmuşdur. Hadisə anında Zərərçəkmiş şəxs1 avtomobili təxminən 40-45 km-saat sürətlə idarə etmiş, ancaq Təqsirləndirilən şəxs avtomobili yüksək sürətlə idarə etmişdir. Təqsirləndirilən şəxs yüksək sürətlə idarə etdiyi avtomobillə Etimadın idarə etdiyi avtomobilin yoluna çıxıb avtomobili vurmuş, Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş olmuş, lakin Zərərçəkmiş şəxs1 sərxoş olmamışdır. Hazırda ona vurulan zərər tam ödənildiyi üçün təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Vermiş olduğu mülki iddiadan imtina edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşının qardaşı olmaqla yaxın qohumudur. Təqsirləndirilən şəxs Rusiya Federasiyasında yaşamaqla hər il onun evinə qonaq gəlmiş, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs xahişi ilə ona özünə məxsus «Mersedes Benz ML-350» minik markalı vtomobili idarə etmək üçün etibarnamə vermiş, etibarnamə əsasında Təqsirləndirilən şəxs ehtiyyacı olduqda onun avtomobilini idarə etmişdir. 17 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus «Mersedes Benz ML-350» minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb idarə edərək Gədəbəy rayonu Böyük Qaramurad kəndinə qohumu Ramiz müəllimin yas mərasiminə getmişdir. Həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək Gədəbəy rayonundan Gəncə şəhərinə gedərkən idarə etdiyi avtomobilin yoluna «VAZ 21011» markalı avtomobilin çıxaraq avtomobilini vurduğunu, özü və yanında olan sərnişin Məzahirinin xəsarət almadıqlarını, lakin VAZ 21011 markalı avtomobildəki sərnişinlərin xəsarət aldıqlarını bildirmişdir. Bu məlumatı alıb Gədəbəy rayonuna gəlmiş və yolnəqliyyat hadisəsi ilə maraqlandıqda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi ona məxsus «Mersedes Benz ML-350» minik markalı avtomobil ilə Gədəbəy-Şəmkir avtomobil yolu ilə Gəncə şəhəri istiqamətdə hərəkətdə olarkən Gədəbəy şəhərinin çıxacağında əks tərəfdən hərəkətdə olan sürücüsünün adını sonradan eşidib bildiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ 21011» minik markalı avtomobillə gələrək Şahinin idarə etdiyi avtomobilə yaxınlaşanda hərəkətdə olduğu yolun soluna çıxaraq Şahinin idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində «VAZ 21011» markalı avtomobilin sürücüsü, yan və arxa oturacaqda olan sərnişinlər xəsarət almış, sərnişinlərdən X24 isə xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən ölmüşdür. Hadisə nəticəsində ona məxsus «Mersedes Benz ML-350» minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi, qabaq sağ və sol qanadları, qabaq mühərrikin üst örtüyü (kapot), həm də mühərrikin yanlarında olan hissələr sıradan çıxaraq avtomobilinə xeyli ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 10 il olar ki tanıyır və dostluq əlaqələri olmaqla mütəmadi görüşmüşlər. Təqsirləndirilən şəxs təxminən 2-3 ay əvvəl Rusiya Federasiyasından Azərbaycana gəlmişdir. 17 dekabr 2020-ci il tarixdə saat 11 radələrində Gəncə şəhərindən Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz ML-350» minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şahinin qohumu X19 Gədəbəy rayonu, Böyük-Qaramurad kəndinə yas mərasiminə gəlib hüzür yerində iştirak etmişlər. Həmin günü təxminən saat 20 radələrində Gədəbəy-Şəmkir avtomobil yolunun Şəmkir rayonu istiqamətə Gədəbəy şəhərinin çıxacağında olan körpüyə çatmamış əks tərəfdən hərəkətdə olan sürücüsünün adını sonradan eşidib bildiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ-21011» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy şəhəri istiqamətdə hərəkət edərkən Şahinin idarə etdiyi avtomobilə çatanda hərəkətdə olduğu yolun soluna, onun əyləşdiyi avtomobilin hərəkətdə olduğu yola çıxaraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Avtomobillərin toqquşması nəticəsində zərbədən onun və sükanın yanında olan təhlükəsizlik şarları açılmış və həm onu, həm də sürücü Şahini qorumuşdur. Şahinin köməkliyi ilə o, avtomobildən düşmüş və görmüşdür ki, «VAZ-21011» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanında, yan oturacağında və arxa oturacaqda sərnişinlər var. Bundan sonra hadisə yerinə təcili tibbi yardım gəlmiş və xəsarət almış şəxsləri xəstəxanaya aparmışdır. Yol-nəqliyyat hadisəsi törənən anda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə yalnız qabaq sağ oturacaqda o olmuş, belə ki, avtomobildə ondan başqa sərnişin olmamışdır. Hadisə anında sürücü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verən anda qar yağdığı üçün «Mersedes Benz ML-350» minik markalı **-DF- *** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 35-40 kilometr saatda surətlə idarə etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz ML-350» mink markalı, **-DF- *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna əks tərəfdən gələn «VAZ-21011» markalı avtomobil çıxmağa başladığı anda və real təhlükə yaranan anda avtomobillərin təxminən ara məsafəsi 5-6 metr olmuş, Şahin həmin vaxtı hərəkətdə olduğu yolun sağ tərəfinə avtomobili çəksə də avtomobillər toqquşmuşlar. Şahid1 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, onlar həmin gün spirtli içki qəbul etməmişlər. İbtidai istintaq zamanı o elə ifadə verməmiş, sadəcə nə vermişlərsə ona da imza atmışdır. Şahid1 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “...........17 dekabr 2020-ci il tarixdə saat 11 radələrində Gəncə şəhərindən Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz ML-350» minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şahinin qohumu X19 Gədəbəy rayonu, Böyük-Qaramurad kəndinə yas mərasiminə gəlib hüzür yerində iştirak etmiş və həmin günü təxminən saat 16 radələrində yolun kənarənda Şahin avtomobili saxlamış və evdən çıxarkən özləri ilə ehtiyyat üçün götürdükləri yeməkdən yeyib və təxminən hərəsinə 50-100 qram spirtli içki qəbul edəndən sonra bir neçə saat avtomobildə istirahət etmişlər və sonra Təqsirləndirilən şəxs avtomobili idarə edərək o, da qabaq sağ otracaqda əyləşib Gəncə şəhərinə gedərkən təxminən saat 20 radələrində Gədəbəy-Şəmkir avtomobil yolunun Şəmkir rayonu istiqamətə Gədəbəy şəhərinin çıxacağında olan körpüyə çatmamış əks tərəfdən hərəkətdə olan sürücüsünün adını sonradan eşidib bildiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ-21011» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy şəhəri istiqamətdə hərəkət edərkən Şahinin idarə etdiyi avtomobilə çatanda hərəkətdə olduğu yolun soluna, onun əyləşdiyi avtomobilin hərəkətdə olduğu yola çıxaraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə toqquşmuşdur............” 17 dekabr 2020-ci il tarixdə saat 11 radələrində Gəncə şəhərindən Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz ML-350» minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şahinin qohumu X19 Gədəbəy rayonu, Böyük-Qaramurad kəndinə yas mərasiminə gəlib hüzür yerində iştirak etmiş və həmin günü təxminən saat 16 radələrində yolun kənarənda Şahin avtomobili saxlamış və evdən çıxarkən özləri ilə ehtiyyat üçün götürdükləri yeməkdən yeyib və təxminən hərəsinə 50-100 qram spirtli içki qəbul edəndən sonra bir neçə saat avtomobildə istirahət etmişlər və sonra Təqsirləndirilən şəxs avtomobili idarə edərək o, da qabaq sağ otracaqda əyləşib Gəncə şəhərinə gedərkən təxminən saat 20 radələrində Gədəbəy-Şəmkir avtomobil yolunun Şəmkir rayonu istiqamətə Gədəbəy şəhərinin çıxacağında olan körpüyə çatmamış əks tərəfdən hərəkətdə olan sürücüsünün adını sonradan eşidib bildiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ-21011» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy şəhəri istiqamətdə hərəkət edərkən Şahinin idarə etdiyi avtomobilə çatanda hərəkətdə olduğu yolun soluna, onun əyləşdiyi avtomobilin hərəkətdə olduğu yola çıxaraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə toqquşmuşdur Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanımır. 17 dekabr 2020-ci il tarixdə 20 radələrində Gədəbəy-Şəmkir avtomobil yolunun Gədəbəy şəhəri ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz ML-350» minik markalı avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-21011 minik markalı avtomobillərin toqquşması, nəticədə bir nəfər tanımadığı şəxsin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin şahidi olmuşdur. Belə ki, 17 dekabr 2020-ci il tarixdə saat 20 radələrində yol nəqliyyat hadisəsinin baş verdiyi vaxtda hava şəraiti qarlı, asfalt örtüyü yaş vəziyyətdə olmuşdur. Həmin gün özünə məxsus «Hyundai SantaFe» markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini idarə edərək Gədəbəy rayonu Arıqdam kəndindən Gədəbəy şəhəri istiqamətində getmişdir. Tanışı Şahid3 da avtomobilin qabaq oturacağında sərnişin qismində əyləşmişdir. Arıqdam kəndi ərazisindən hərəkətə başlamış, hərəkətə davam edərək Gədəbəy şəhəri H.Əliyev prospektində olan körpüyə yaxınlaşmışdır. Həmin yol enişli-yoxuşlu yoldur, küçə də işıqlandırıldığı üçün körpünün başlanğıcı da görünmüşdür. Toqquşma baş verdiyi istiqamətə doğru hərəkət etdiyi üçün hadisəni aydın görmüşdür. Hərəkətinə davam etdiyi zaman ondan qabaqda «VAZ-21011» minik markalı avtomobilin hərəkətdə olduğunu görürmüş, həmin avtomobil körpünü çıxmağa bir qədər qalmış, əks istiqamətə yəni Şəmkir rayonu istiqamətinə doğru hərəkətdə olan «Mersedes Benz ML- 350» minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil «VAZ 21011» markalı avtomobilin yoluna çıxmış, həmin anda avtomobillər arasında 30-40 metr, bəlkə də daha çox məsafə olmuşdur. Bundan sonra «VAZ 21011» markalı avtomobilin sürücüsü təhlükədən yayınmaq üçün hərəkətdə olduğu sağ zolaqdan sol zolağa doğru istiqamətlənmiş, lakin «Mercedes Benz ML 350» markalı avtomobil də öz yoluna qayıtmış, nəticədə həmin avtomobillər perpendikulyar vəziyyətdə toqquşmuşlar. Toqquşmadan dərhal sonra avtomobili ilə hadisə yerinə yaxınlaşmış, avtomobilini dayandırıb Şahid3la birgə avtomobillərə yaxınlaşmış, hadisə nəticəsində «VAZ 21011» markalı avtomobildə olan sürücü və iki nəfər sərnişinlər ciddi xəsarətlər almışlar. «Mersedes Benz ML-350» minik markalı avtomobildə isə sürücüdən başqa bir nəfər sərnişin də olmuşdur. Avtomobilin sürücüsü adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs və sərnişinin sərxoş olması hiss olunmuş, avtomobildən musiqi səsləri eşidilmişdir. Hadisə yerində toplaşan şəxslər də Təqsirləndirilən şəxs hadisə törətdiyi üçün irad bildirmiş, ancaq Təqsirləndirilən şəxs həmin şəxslərə kobud şəkildə “olub-olub da hadisədi” deməsi toplaşan şəxslərin qəzəbinə səbəb olmuş, hadisə yerinə yol-patrul xidməti və təcili tibbi yardım əməkdaşları gəlmişdir. Bir qədər sonra Şahid3la birgə avtomobilinə əyləşərək hadisə yerindən getmişdir. O, sonradan eşitmişdir ki, «VAZ 21011» markalı avtomobilin qabaq oturacağında əyləşmiş sərnişin X24 yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq X5 Xudaverdiyevin zahiri əlamətlərindən sərxoş olmasının hiss olunduğunu, ancaq Zərərçəkmiş şəxs1 sərxoş olubolmaması barədə heçnə deyə bilmədiyini bildirdi. Hadisənin baş verməsinə səbəb Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz ML-350» minik markalı avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ 21011» markalı avtomobilin hərəkətdə olduğu zolağa daxil olmaqla, hərəkət üçün təhlükə yaratması olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 X7 ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadəsini özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2009cu ildən Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında, 2020-ci ildən hazıradək Gədəbəy rayon polis şöbəsinin X46 bölməsinin dövlət avtomobil müfəttişi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Onun və ailə üzvlərinin Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və sonuncuların ailə üzvləri ilə aralarında heç bir ədavət nə də düşmənçilik olmamışdır. 17 dekabr 2020-ci il tarixdə 20 radələrində Gədəbəy-Şəmkir avtomobil yolunun Gədəbəy şəhəri ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz ML-350» minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ-21011» minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması, nəticədə X8 ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə barədə Gədəbəy rayon polis şöbəsinin növbətçi hissəsindən ona məlumat verilmişdir. O, məlumatla bağlı hadisə yerinə getmişdir. Belə ki, 17 dekabr 2020-ci il tarixdə saat 20 radələrində yol nəqliyyat hadisəsinin baş verdiyi vaxtda hava şəraiti qarlı, asfalt örtüyü yaş vəziyyətdə olmuşdur. O, hadisə yerində olan zaman şöbənin sabiq baş müstəntiqi, X13 tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Hadisə şahidləri baş vermiş hadisə ilə bağlı bildirmişlər ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ-21011» minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy şəhəri istiqamətində, Təqsirləndirilən şəxs isə «Mersedes Benz ML-350» minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu istiqamətinə doğru hərəkətdə olmuşlar. «VAZ 21011» markalı avtomobil körpünü çıxmağa bir qədər qalmış, əks istiqamətə hərəkətdə olan «Mersedes Benz ML-350» minik markalı avtomobil həmin avtomobilin yoluna çıxmış, «VAZ 21011» markalı avtomobil isə sola doğru istiqamətlənmiş, həmçinin «Mersedes Benz ML-350» minik markalı avtomobilin sürücüsü də öz yoluna qayıtmışdır. Belə olan halda avtomobillər Şəmkir rayon istiqamətinə doğru yolun sağ hərəkət zolağında toqquşmuşlar. Sabiq müstəntiq İbrahim Hüseynov tərəfindən baxış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokola imza etmişdir. Hadisə nəticəsində «VAZ 21011» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 xəsarət aldığı üçün əvvəlcə Gədəbəy rayon mərkəzi xəstəxanasına daha sonra isə Gəncə şəhərində yerləşən ixtisaslı xəstəxanalardan hansısa birinə aparılmışdır. X42 ML-350 minik markalı avtomobilin sürücüsü hadisə yerində iştirak etmişdir, həmin sürücü tərəfindən Gədəbəy RPŞ-nə gətirilmiş, dəvət olunmuş həkim narkoloq tərəfindən alkotester müayinəsi ilə sərxoşluq müayinəsindən keçirilmişdir. Sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsi zamanı onun orta dərəcəli sərxoş olması müəyyən edilmiş, sürücü özü də sərxoş olduğunu etiraf edib, akta və alkotesterdən çıxarılmış qəbzə imza etmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə saat şöbənin DYPB-nə məxsus alkotester aparatı ilə protokollaşdırma əsasında sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs avtomobilində olan sərnişin Şahid1 da xx.xx.2020-ci il tarixdə saat şöbənin DYPB-nə məxsus alkotester aparatı ilə müayinəsi zamanı alkoqol sərxoşluğu müəyyən edilmişdir. Hər iki şəxslər aparılan müayinə zamanı Gədəbəy rayonuna yas mərasimi üçün gəldiklərini, daha sonra isə birlikdə spirtli içki qəbul etdiklərini, daha sonra Gəncə şəhərinə getmək üçün hərəkətə başladıqlarını və Gədəbəy şəhəri ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətdiyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və Şahid5 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, ifadələrini özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Nürəddin oğlu ifadəsində göstərdi ki, rəsmi olaraq Gədəbəy rayon xəstəxanası Publik hüquqi şəxsin həkimnarkoloqu vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 17 dekabr 2020-ci il tarixdə Gədəbəy şəhəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsi olunması üçün Gədəbəy RPŞ-nə dəvət edilmiş, həmin gün Gədəbəy rayon polis şöbəsinin inzibati binasında “Ensure” markalı alkotester aparatı vasitəsilə sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirib, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətdə olduğunu müəyyən etmiş, müayinənin nəticəsinə dair xx.xx.2020-ci il tarixli 587 nömrəli akt tərtib edərək polis şöbəsinə təqdim etmişdir. O, Təqsirləndirilən şəxs müayinədən əvvəl spirtli içki qəbul edib-etməməsi barədə sual verdikdə, Təqsirləndirilən şəxs müayinədə iştirak etmiş şəxslərə Gədəbəy rayonu Qaramurad kəndinə yas məclisinə gəldiyini, orada iştirak etdikdən sonra isə spirtli içki qəbul etdiyini bildirərək spirtli içki qəbul etdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ekspert X29 ifadəsində göstərdi ki, ilkin olaraq nəqliyyat-kompleks-trasoloji və yol-nəqlliyyat hadisələri ekspertizası təyin edilmişdir. Nəqliyyat vasitələrinə baxış keçirilmiş və onların üzərində olan zədələr, yerləşmə sahələri müəyyən edilmiş, ilkin kontakt sahələri ilkin kontakt anından nəqliyyat vasitələrinin qarşılıqlı vəziyyəti müəyyən edilmişdir. Sonra hadisə yerinin müayinə protokolunda və sxemində bilavasitə toqquşmadan sonra və nəqliyyat vasitələrinin toqquşma yerinin bərabəliyində dayanma vəziyyətləri göstərilmişdir. Toqquşmanın 2,1 m məsafədə Mersedes markalı avtomobilin hərəkət zolağında göstərilmişdir. Toqquşma yerində nəqliyyat vasitələrinin dayanma vəziyyətlərinə əsasən burda rəqəmlərlə də açıq şəkildə göstərilmişdir ki, toqquşma anında Mersedes markalı avtomobil arxa sol hissəsi qarşı sol hərəkət zolağında olmuşdur, yəni mersedes markalı avtomobil öz hərəkət zolağında olmamışdır. Bu isə onu izah edir ki, toqquşma anında nəqliyyat vasitələrinin birbirinə qarşılıqlı vəziyyətləri və toqquşma yeri və ilkin kontakt nəqliyyat vasitələri arasında olan toqquşma bucaqları və nəqliyyat vasitələrinin toqquşmadan sonra dayanma vəziyətlərindən müəyyən edilir ki, istintaq tərəfindən müəyyən edilmiş hadisə mexanizmi, yəni mersedes markalı avtomobil öz hərəkət zolağı ilə hərəkətdə olarkən VAZ markalı avtomobilin onun yoluna çıxması real hadisə mexanizminə uyğun deyil, həmin hadisə mexanizmləri nəqliyyat vasitələrinin dayanma vəziyyətləri, ilkin kontakt anında nəqliyyat vasitələrinin qarşılıqlı vəziyyətləri ilə ziddiyyət təşkil edir. Sürücü Vaz 21011 markalı avtomobilin sürücüsü ifadəsində göstərmişdir ki, o, öz yolumda hərəkətdə olarkən qarşıdan əks istiqamətdə gələn mersedes markalı avtomobil onun yoluna çıxmış və o toqquşmadan yayınmaq üçün sola istiqamətlənmiş, bu zaman da mercedes markalı avtomobil də öz yoluna qayıdıb öz yoluna istiqamətlənmiş və nəqliyyat vasitələri arasında toqquşma baş vermişdir. Yəni toqquşmadan sonra nəqliyyat vasitələrinin dayanma vəziyyətləri ilkin kontakt anı qarşılıqlı vəziyyətləri, toqquşma yeri Vaz 21011 markalı avtomobilin sürücüsünün göstərdiyi hadisə mexanizminə ziddiyyət təşkil etmir. Yəni VAZ- 21011 markalı avtomobilin sürücüsünün göstərdiyi hadisə mexanizmi real hadisə mexanizminə uyğundur. Ona görə də həmin hadisə mexanizmi üzrə təhqiqat aparılır. X29 məhkəmə iclasında verilən suallara cavab olaraq göstərdi ki, Mercedes markalı avtomobilin təxminən hərəkət kütləsinin VAZ markalı avtomobilin hərəkət kütləsindən iki dəfə böyükdür. Hərəkət miqdarı da kütləarası sürətin kvadratıdır. Onların sürət xəttini bərabər götürsək, mercede markalı avtomobilin malik olduğu kinetik enerjinin hərəkət miqdarı VAZ-ın hərəkət miqdarından 2 dəfə çox olacaqdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 17 dekabr 2020-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, sxemdən və fotoşəkillərdən görünür ki, hadisə yeri Gədəbəy-Şəmkir avtomobil yolunun 1-ci kilometrliyində, Gədəbəy şəhəri H.Əliyev prospektində baş vermişdir. Yol asfalt örtüklü yaş vəziyyətdə olmaqla, qarlı hava şəraitində, yolun hərəkət hissəsinin eni 9.90 metrdir. Gədəbəy-Şəmkir istiqamətinə yolun sağ və sol ehtiyyat hissələri yoxdur. Yalnız yolun Gədəbəy-Şəmkir istiqamətinə yolun sağ ehtiyyat hissəsinin sonunda 2.5 metr piyadalar üçün səki vardır. Baxış zamanı müəyyən edilmişdir ki, VAZ- 21011 markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Şəmkir-Gədəbəy şəhəri istiqamətinə gələrək Gədəbəy-Şəmkir istiqamətində hərəkətdə olan Mercedes benz ML 350 minik markalı, ** DF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət zolağına çıxmış və Gədəbəy-Şəmkir istiqamətinə asfalt yolun sonuna 2.10 metr məsafə qalmış hissədə avtomobillər toqquşmuşlar. Hadisə zamanı hər iki avtomobilin hərəkət zolağında tormoz izləri aşkar olunmadı. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 25 iyun 2021-ci il tarixli hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 17 dekabr 2020-ci il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz ML 350 minik markalı, ** DF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gədəbəy şəhəri H.Əliyev prospektində üzü Şəmkir rayonu istiqamətinə doğru hərəkətdə olan zaman əks istiqamətə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21011 minik markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər toqquşmuşdur. Baxış zamanı həmin avtomobillərin toqquşma nöqtəsi, avtomobillərin hərəkət istiqamətləri cinayət işinin istintaq materialları ilə müəyyən edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi ərazi enişli və yoxuşlu yoldur. Həmin yerdə yolun eniş və yoxuş dərəcəsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Beynəlxalq Mədən əməliyyat şirkətində topoqraf işləyən X14 dəvət edilmişdir. Baxışda iştirak edən Məhəmməd Bağırov tərəfindən “Leica-TBR-407” elektron taxometrdən istifadə edilməklə yolun eniş və yoxuş dərəcəsi ölçülmüş, hadisə yerində enişlilik dərəcəsinin 0.8% olması müəyyən edilmiş və bu barədə elektron xəritə tərtib edilməklə protokola əlavə edilməsi üçün təqdim edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 31 iyul 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə xx.xx.2020-ci il tarixdə 19:47:04-dən 21:09:05-dək Gədəbəy rayonu Arıxdam kəndi “AİMC” fabrik ərazisi antenna dairəsində olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 17 dekabr 2020-ci il tarixli 587 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Gədəbəy rayon Dövlət texniki nəzarətin təşkili üzrə baş məsləhətçisi X9 tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli «Mersedes Benz ML-350» minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki müayinə aktından görünür ki, avtomobilin tam bərpası üçün 3670 (üç min altı yüz yetmiş) manat, «VAZ 21011» minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam bərpası üçün 2247 (iki min iki yüz qırx yeddi) manat tələb oluna bilər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X46 İdarəsinin 4 yanvar 2021-ci il tarixli, 016-266 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 adına şöbədə xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi AB-124762 saylı “BC” dərəcəli sürücülük vəsiqəsi verilmiş, həmin vətəndaşın adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X46 İdarəsinin 13 yanvar 2021-ci il tarixli, 016-295 nömrəli məktubundan görünür ki, 1997-ci ildən xx.xx.2021-ci il tarixədək xx.xx.1966-cı ildə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilmədiyi, həmin vətəndaşın adının sürücülük hüququndan məhrum edilənlər siyahısında olmadığı göstərilmişdir. Əlavə olaraq həmin şəxsin Azərbaycan Respublikası ərazisinə daxil olduğu gündən 30 gün müddətinə Rusiya Federasiyasına aid olan ** PC ***285 saylı sürücülük vəsiqəsində qeyd edilən (ABC) kateqoriyaları üzrə avtomobil idarə edə bilməsi, bu müddətdən artıq olarsa müvafiq qanunvericiliyə əsasən milli nümunəli sürücülük vəsiqəsinə dəyişməli olduğu qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Məhkəmə-Tibbi Ekspertiza və X28-Təcrübi Tədris birliyi” Publik Hüquqi şəxsin 30 dekabr 2020-ci il tarixli, 18 saylı ekspert rəyindən görünür ki, X2 meyitinin bədənində aşkar edilmiş xəsarətlər- başın hematoması ilə müşayiət olunan qapalı kəllə beyin travması, baş beyin qişalarına, baş beyin maddəsinə qansızma, kəllə əsası sümüyün (əsas sümüyün)sınığı, alt çənənin əzilmiş yarası, döş qəfəsinin qançırı, sağ əlin əzilmiş, səthi yaraları, alt baldırın, sağ dizin sıyrıqları, sağ bud sümüyünün qapalı, qəlpəli sınığı küt əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 17 dekabr 2020-ci il tarixli avtomobil qəzası-avtomobillərin toqquşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlərdən başın hematoması ilə müşaiyət olunan qapalı kəllə beyin travması, baş beyin qişalarına, baş beyin maddəsinə qansızma, kəllə əsası sümüyün (əsas sümüyün)sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma, sağ bud sümüyünün qapalı, qəlpəli sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurma, alt çənənin əzilmiş yarası, döş qəfəsinin qançırı, sağ əlin əzilmiş, səthi yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma əlamətlərinə malikdirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb baş beyin maddəsinə qansızma, əsas sümüyün sınması olmuşdur. Mərhumun ölümü ilkin meyit əlamətlərinə əsasən demək olar ki, meyitin müayinəsindən 14-16 saat əvvəl müddətə baş vermişdir.X2 meyitinin bədənində aşkar olunmuş xəsarətlər avtomobillərin toqquşması nəticəsində ala bilməsi inkar olunmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Məhkəmə-Tibbi Ekspertiza və X28-Təcrübi Tədris birliyi” Publik Hüquqi şəxsin 23 yanvar 2021-ci il tarixli, 33 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər–başın, sağ əlin, sağ baldırın əzilmiş-çapılmış yaraları, hər iki ağciyərdə atelektaz, sağ tərəfli minimal hemotraks, sağ budun travmatik çıxığı ilə müşayiət olunan sağ sirkə kasasının yer dəyişən sınığı küt əşyaların təsirindən, ola bilsin 17 dekabr 2020-ci il tarixli avtomobil qəzası-avtomobillərin toqquşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlərdən törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən hər iki ağciyərdə atelektaz, sağ tərəfli minimal hemotraks, sağ budun travmatik çıxığı ilə müşayiət olunan sağ sirkə kasasının yer dəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərərvurmaya, başın, sağ əlin, sağ baldırın əzilmiş-çapılmış yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Məhkəmə-Tibbi Ekspertiza və X28-Təcrübi Tədris birliyi” Publik Hüquqi şəxsin 27 fevral 2021-ci il tarixli, 79 saylı ekspert rəyindən görünür ki, X4 bədən səthində aşkar edilmiş xəsarətlər – sağ budunun sümüyünün qapalı, parçalı sınığı, 3-cü bel fəqərə cisminin kompression sınığı küt əşyaların təsirindən, ola bilsin 17 dekabr 2020ci il tarixli avtomobil qəzası-avtomobillərin toqquşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlərdən törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2021ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2021-ci il tarixli 8/202 saylı rəyindən görünür ki, nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma Mersedes Benz ML-350 markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə VAZ-21011 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tin hissəsi arasında təxminən 40-45 dərəcə bucaq altında baş vermişdir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən qərarda göstərilən hadisə mexanizmi real hadisə mexanizminə uyğun deyildir və VAZ-21011 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 ifadəsində göstərtdiyi hadisə mexanizmi isə real hadisə mexanizminə uyğundur. Mersedes Benz ML-350 markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şahin X15 ML350 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 5 iyul 2021-ci il tarixli, 348 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2021-ci il tarixli 8/1661 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mersedes Benz ML-350 markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Şahin X15 ML350 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü Şahin X15 ML350 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.60 km/saat sürətlə hərəkətdə olan Mercedes Benz ML 350 markalı avtomobilin qarşı sol hərəkət zolağına çıxdığı andan toqquşmaya kimi qət etdiyi məsafə 27 metr məsafəyə sərf olunan vaxt 1,62 saniyəyə uyğundur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli 8/2766 saylı rəyindən görünür ki, İlkin kontak anında avtomobillərin birbirinə nəzərən qarşılıqlı vəziyyətləri, toqquşma bucağı, Mercedes Benz ML350 markalı 20DF350 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət miqdarının VAZ-21011 markalı 57B4458 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət miqdarından dəfələrlə (3-3,4dəfə) böyük olması və yolun Mercedes Benz ML350 markalı avtomobilin hərəkəti istiqamətində eniş olması nəzərə alınmaqla toqquşma nəticəsində Mercedes Benz ML350 markalı avtomobili hərəkəti istiqqmətində irəliyə və sağa doğru, VAZ21011 markalı avtomobil isə hərəkəti istiqamətində arxaya və sola doğru yerdəyişməyə məruz qala bilərdi. Lakin toqquşma nəticəsində Mercedes Benz ML350 markalı avtomobilin yerdəyişməyə məruz qaldığı vəziyyətdə toqquşma yeri Mercedes Benz ML350 markalı avtomobilin dayanma vəziyyətinə görə arxada və faktiki olaraq müəyyən edilmiş toqquşma yerinə nəzərən yolun orta hissəsinə yaxın məsafədə yerləşməli idi. Belə vəziyyətdə isə toqquşmadan əvvəl Mercedes Benz ML350 markalı avtomobilin arxa qabarit eninin sol tərəfdən 1 metrdən artıq hissəsi qarşı sol hərəkət zolağında olur. Toqquşmadan sonra Mercedes Benz ML350 markalı və VAZ-21011 markalı avtomobilin toqquşma yerinin bərabərliyində olmaqla dayanma vəziyyətləri nəzərə alınmaqla toqquşma nəticəsində Mercedes Benz ML350 markalı avtomobil kəskin olaraq yerdəyişməyə məruz qalmamış və toqquşma anında Mercedes Benz markalı avtomobil təxminən toqquşmadan sonra dayanmış vəziyyətində olmuşdur. Toqquşmadan sonra avtomobillərin dayanma vəziyyətləri, ilkin kontakt anında avtomobillərin qarşılıqlı vəziyyətləri, toqquşma bucağı, toqquşma yerinin hərəkət hissəsinin kənarlarına nəzərən koordinatları, yolun relyefi və Mercedes Benz ML350 markalı avtomobilin hərəkət miqdarının VAZ-21011 markalı avtomobilin hərəkət miqdarından dəfələrlə (3-3,4 dəfə) böyük olması nəzərə-alınmaqla toqquşmadan əvvəl Mercedes Benz ML350 markalı avtomobil hərəkəti istiqamətində qarşı sol hərəkət zolağından sağa doğru istiqamətlənmiş və toqquşma anında Mercedes Benz ML350 markalı avtomobil qarşı sol hərəkət zolağını tam boşaltmamış vəziyyətdə olmuşdur. Qeyd olunanlar işin faktiki hallarına uyğun olduğundan mövcud vəziyyətdə toqquşmadan əvvəl Mercedes Benz ML350 avtomobilin qarşı sol hərəkət zolağından sağa doğru istiqamətlənməsinin və toqquşma anında Mercedes Benz ML350 markalı avtomobilin qarşı sol hərəkət zolağını tam boşaltmamış vəziyyətdə olmasının müəyyən edilməsi üçün metodik vəsaitin istifadə olunmasına lüzum yoxdur. Mercedes Benz ML350 markalı avtomobilin öz yolu ilə hərəkət etdiyi zaman sürücünün toqquşmanın qarşısını almaq üçün idarə etdiyi avtomobili sağa manevr etdirdiyi vəziyətdə də nəqliyyat vasitələri arasında toqquşmanın faktiki olaraq müəyyən edilmiş toqquşma bucağı altında baş verməsi mümkündür. Lakin həmin vəziyyətdə toqqumadan sonra Mercedes Benz ML350 markalı avtomobil faktiki olaraq hadisə yerində dayandığı kimi deyil, yəni arxa qabarit eninin sol tərəfdən təxminən 1 metri qarşı sol hərəkət zolağında olmaqla deyil, öz hərəkət zolağında olmaqla dayanmalı idi və həmin şəraitdə toqquşma yeri faktiki olaraq müəyyən edilmiş toqquşma yerinə nəzərən Şəmkir rayonu istiqamətində hərəkət hissəsinin sağ kənarına yaxın məsafədə yerləşməlli idi. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Mercedes Benz ML 350 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsində və onun müdafiəçisinin vəsatətində göstərdiyi hadisə müxanizmi real hadisə mexanizminə yuğun deyildir. İttihamda göstərilən hadisə mexanizmi isə real hadisə mexanizminə” uyğundur. Mercedes Benz ML 350 markalı avtomobilin sürücü Təqsirləndirilən şəxs ifadəsində və onun müdafiəçisinin vəsatətində göstərdiyi hadisə mexanizmi real hadisə mexanizminə uyğun olmadığından həmin hadisə mexanizmi əsasında Mercedes Benz ML350 markalı 20DF350 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İttihamda göstərilən hadisə mexanizmində Mercedes Benz ML350 markalı 20DF350 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində cYol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ş.Ə.X15 ML350 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ş.Ə.X15 ML350 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində cYol hərəkəti haqqından Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinini 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Mercedes Benz ML 350 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsində və onun müdafiəçisinin vəsatətində göstərdiyi hadisə mexanizmi real hadisə mexanizminə uyğun olmadığından həmin hadisə mexanizmi əsasında VAZ-21011 markalı 57B43458 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İttihamda göstərilən hadisə mexanizmində VAZ-21011 markalı 57B.458 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Zərərçəkmiş şəxs1 VAZ-21011 markalı-avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 12 sentyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki,Zərərçəkmiş şəxs2 mülkiyyətində olan Mersedes Benz mL-350 minik markalı, 20-dF- 350 dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs1 mülkiyyətində olan VAZ 21011 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş və saxlanılması üçün Gədəbəy RPŞ-nə mühafizə olunan duracağa verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin 17 yanvar 2021-ci il tarixli arayışından və 21 yanvar 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında müvəqqəti yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 29 may 2021-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldan, 31 may 2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilməsinə dair” qərardan və 04 iyun 2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində habs qətimkan tədbirinin seçilməsindən imtina haqqında qərarın qanuniliyinin yoxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdən 31 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş və 04 iyun 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X23, zərərçəkmiş şəxslər X6, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş notariat qaydada təsdiq olunmuş və məhkəmə iclasında təqdim olunmuş ərizələrdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X23, zərərçəkmiş şəxslər X6, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışmışlar, təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur və onlara dəymiş ziyan tamamilə ödənmişdir. Mülki iddiadan imtina edirlər. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Təqsirləndirilən şəxs “VAZ 2106” markalı avtomobilin onun hərəkət hissəsinə çıxdığı üçün yol nəqliyyat hadisəsinin baş verməsi barədə məhkəmədə verdiyi ifadəsinə (həmçinin dostu Şahid1 ifadəsinə həmin hissədə) tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi öz hüquqlarından istifadə edərək özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində hadisə baş verən vaxt hər hansı spirtli içki qəbul etmədiyini göstərsə də onun ifadəsində göstərdiyi qeyd edilən hal həmin xüsusat üzrə ifadə vermiş şahidlərin ifadələri, 17 dekabr 2020-ci il tarixli 587 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı və mötəbər sübutlara, məhkəmə tərəfindən müəyyən edilən cinayət işinin obyektiv hallarına əsasən inandırıcı hesab edilmir. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və qanuni nümayəndələrinin, şahidlərin ifadələrini, məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyini, bizimkində yaz rəyi yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolu və digər sübutları məhkəmə istintaqı zamanı müəyyən edilmiş cinayət işinin obyektiv halları ilə müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan bir şəxsin ölümünə və bir şəxsin sağlamlığına ağır, bir şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olması kifayət qədər sübuta yetirildi. Həmçinin məhkəmə Ali Məhkəmənin yuxarıda qeyd edilən 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndinə əsaslanaraq hesab edir ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olub-olmaması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna bilər. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etmir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs hadisəni sərxoş vəziyyətdə törətməsi həm 17 dekabr 2020-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktla, həm də konkret olaraq şahid qismində dindirilmiş Səfər Mehdiyevin, Şahid3, Şahid4 və digərlərinin ifadələri ilə təsdiq edilir. Bundan başqa, məhkəmə Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum Qərarının 17-ci bəndinə əsasən qeyd edir ki, yol-nəqliyyat hadisələrinin təqsirli olaraq törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində deyil, CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Odur ki, müvafiq qərarla hadisə nəticəsində əmlakına zərər vurulmuş Zərərçəkmiş şəxs2 zərərçəkmiş kimi statusuna xitam verilmişdir. İş materiallarına əlavə olunmuş mülki iddia ərizələrindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X10 və zərərçəkmiş şəxs X4 hər birinin ayrı ayrılıqda Təqsirləndirilən şəxs 50 min manat mülki iddia tələbi var. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd olunan cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi və digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinə və digər zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsini, CMin 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası aşağı həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini və yuxarıda qeyd edilən Plenum qərarında nəzərdə tutulmuş halları–eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinə mənfi münasibətini, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan yüngülləşdirici halları və barəsində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın da təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır Məhkəmə, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulması ilə bağlı edilmiş 29 may 2021-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokolu, 31 may 2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilməsinə dair” qərarı və 04 iyun 2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində habs qətimkan tədbirinin seçilməsindən imtina haqqında qərarın qanuniliyinin yoxlanılması haqqında” qərarı araşdırıb və Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində göstərilən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmasına və CM-nin 158.6-cı maddəsində göstərilən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddətinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsinə dair tələbini rəhbər tutmaqla hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə 29 may 2021-ci il tarixdən 31 may 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək ümumi cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilməli, cəzanın başlanğıcı tutulduğu gündən, yəni 04 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə maddi sübut olan Gədəbəy rayon polis şöbəsinin duracağında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus «Mersedes Benz ML-350» minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs1 məxsus «VAZ 21011» minik markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobillər qanuni sahibləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs 300 (üç yüz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddiadan imtina etdiyini bildirdiyindən məhkəmə kollegiyası hesab edir ki, mülki iddialar üzrə icraata xitam verilməlidir. Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi 24 may 2022-ci il tarixli, 2429/14-6-22 nömrəli ekspert rəyinə münasibətdə qeyd edir ki, həmin ekspert rəyi Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada səlahiyyətli ekspert tərəfindən tərtib edilmədiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. Həmin Qanunun 11-ci maddəsinə əsasən ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşı məhkəmə eksperti ola bilər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs, din xadimi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, cinayət törətdiyinə görə məhkum olunmuş, barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxs məhkəmə eksperti ola bilməz. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır. Məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərə dövlət məhkəmə eksperti şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdən 31 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilən ümumi cəzadan çıxılmaqla üzərində ona qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2021-ci il tarixdən hesablansın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 300 (üç yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Gədəbəy rayon polis şöbəsinin duracağında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus «Mersedes Benz ML-350» minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs1 məxsus «VAZ 21011» minik markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobillər qanuni sahibləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X23 və zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş mülki iddialar üzrə icraata xitam verilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-11/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-11/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver