Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-11/2025 19.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Müslümov Bəhruz Filizman oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi6, Müdafiəçi5, Müdafiəçi7 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bərdə rayonu, Soğanverdilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyytda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə xx.xx.1987-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanda qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə xx.xx.1993-cü il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 29, 234.1-ci ilə maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edib saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki o, satış məqsədi olmadan məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İİ və İ siyahılarına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 8,484 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 0,167 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində və faktiki sahibliyində olmaqla etibarnamə əsasında idarə etdiyi “Hyundaı İ30” markalı, “**-FA-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilində saxlamaqla daşımış, 03 avqust 2022-ci il tarixdə saat 21 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Bərdə şəhəri, M.Hüseynzadə küçəsində saxlanılıb qeyd edilən avtomobillə birlikdə Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib orada üzərlərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 üzərindən əynində olan qara rəngli şalvarın sol arxa cibindən çıxardığı pul kisəsindən ümumi təmiz çəkisi 2,958 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, ayrı-ayrı gümüşü rəngli kağız bükümlərində təmiz çəkiləri 0,073 qram və 0,094 qram olmaqla ümumi təmiz çəkisi 0,167 qram çəkidə narkotik vasitə olan heroin və sonuncu tərəfindən satış məqsədi olmadan əvəzsiz qaydada və heç bir mənfəət əldə etmədən tanışı Təqsirləndirilən şəxs2 mənafeyi üçün və xahişi ilə əvvəlcədən satış barədə razılığa gəlmədən qabaqcadan ödəmə terminalı vasitəsilə kart hesabına göndərdiyi 140 manat müqabilində Bakı şəhərindən məlum olmayan mənbədən alınıb gətirilmiş təmiz çəkisi 5,526 qram çəkidə psixotrop maddə olan metamfetamin Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins materialdan olan şalvarın sağ cibindən “Keno” markalı siqaret qutusunun içindən 01 ədəd polietilen kəsiyi bükümündə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edərək saxlamışdır. Belə ki o, satış məqsədi olmadan məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİ siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 5,526 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq, yəni tanışı Təqsirləndirilən şəxs1 tərəfindən satış məqsədi olmadan əvəzsiz qaydada və heç bir mənfəət əldə etmədən onun mənafeyi üçün və xahişi ilə əvvəlcədən satış barədə razılığa gəlmədən qabaqcadan ödəmə terminalı vasitəsilə kart hesabına göndərdiyi 140 manat müqabilində Bakı şəhərindən məlum olmayan mənbədən alınıb gətirilməklə sonuncu vasitəsilə əldə edib üzərində saxlamış, 03 avqust 2022-ci il tarixdə saat 21 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, M.Hüseynzadə küçəsində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə sonuncunun idarə etdiyi “Hyundaı İ30” markalı, “**-FA-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlanılıb həmin avtomobillə birlikdə Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib orada üzərlərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki göy rəngli cins materialdan olan şalvarın sağ cibindən “Keno” markalı siqaret qutusundan 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 5,526 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etməyə cəhd etmişdir. Belə ki o satış məqsədi olmadan məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq, yəni tanışı Təqsirləndirilən şəxs1 tərəfindən satış məqsədi olmadan əvəzsiz qaydada və heç bir mənfəət əldə etmədən onun mənafeyi üçün və xahişi ilə əvvəlcədən satış barədə razılığa gəlmədən qabaqcadan kart hesabına göndərdiyi 20 manat müqabilində Bakı şəhərindən məlum olmayan mənbədən alınıb gətirilməklə sonuncu vasitəsilə əldə etməyə cəhd etmiş, 03 avqust 2022-ci il tarixdə saat 21 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, M.Hüseynzadə küçəsində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə sonuncunun idarə etdiyi “Hyundaı İ30” markalı, “**-FA-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlanılıb həmin avtomobillə birlikdə Bərdə şəhəri, Babək küçəsi 26 ünvanda yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib orada üzərlərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 üzərində, əynində olan qara rəngli şalvarın sol arxa cibindən çıxardığı pul kisəsindən 1 qramı ona məxsus olmaqla ümumi təmiz çəkisi 2,958 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, ayrı-ayrı gümüşü rəngli kağız bükümlərində təmiz çəkiləri 0,073 qram və 0,094 qram olmaqla ümumi təmiz çəkisi 0,167 qram çəkidə narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi ilə qeyd edilən cinayəti öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində olarkən şəxsi istifadəsi üçün narkotik vasitə götürmüşdür. O Vasif ilə dost olmuşdur. Vasif ondan narkotik vasitə istəmişdir. O, Vasifə narkotik vasitə verərkən polis əməkdaşları tərəfindən tutulmuş və polis idarəsinə aparılmışdır. O özü narkotik vasitədən istifadə etdir. Narkotik vasitəni Bakı şəhərində olarkən almışdır.O, Onda narkotik vasitə olanda Vasifə vermiş, Vasifdə olanda isə ona vermişdir. Onlar əvvəlcədən bu barədə danışmamışlar. O, öz istifadəsi üçün narkotik vasitəni götürmüşdür. Vasif ondan narkotik vasitə istəyən zaman o, Vasifə “məndə var mən sənə verərəm” demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 onunla birlikdə gəlmişdir. O marketə düşən zaman Təqsirləndirilən şəxs3 avtomobilə dizel tökmüşdür. O əvvəlcədən danışmamış və narkotik vasitəni pay vermişdir. Narkotik vasitənin təxmini çəkisi 8 qram olmuşdur. Həmin narkotik vasitədən Vasifə verən zaman onlar tutulmuşlar. O özü üçün istifadə edən zaman Təqsirləndirilən şəxs3 ondan narkotik istəmiş, o da ona vermişdir. O marketə düşüb qayıdan zaman Təqsirləndirilən şəxs3 avtomobilinə 20 manat məbləğində yanacaq vurmasını görmüşdür. Təqsirləndirilən şəxs3 yanacaq vurmazdan əvvəl ondan narkotik vasitə istəmiş, o isə ona pay vermişdir. Təqsirləndirilən şəxs3 özünün şəxsi istifadəsi üçün ondan narkotik vasitə istəmiş o isə pay vermişdir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, “ o, Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsində ailə üzvləri ilə birlikdə yaşayır, Bərdə rayonu Soğanverdilər kəndində yaşayan nənəsi Nailə Babayevanın yaşadığı kəndə gəlir, orada kənd təsərrüfatı işlərində əmisi Mənsur Babayevə kömək edir, kənd təsərrüfat ilə məşğul olanda traktor sürücüsü Şamxal ilə tanış olmudur. O, 2-3 ay olar ki, narkotik madələrdən istifadə edir. Həmin narkotik maddələri falqada çəkir, Şamxal və Vasif ilə birlikdə 2-3 dəfə müxtəlif vaxtlarda narkotik maddə çəkmiş, həmin narkotik maddələri Bakı şəhərindən alıb gətirmişdir. O, 02 avqust 2022-ci il tarixdə Şamxala Bakı şəhərinə gedib istirahət edəcəyini bildirmiş, Şamxal onu da Bakı şəhərinə aparmağını və bir yerdə istirahət etməyini dediyini, Şamxal ilə birlikdə etibarnamə ilə idarə etdiyi Hundai 30 markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtombvil ilə Bakı şəhərinə getdiyini, yolda olan zaman Şamxala Bakı şəhərindən “şüşə” kimi adlanan metamfetamin alacağını və istirahət zamanı istifadə edəcəyini bildirdiyini, Şamxal da ona onunçün də almağını və ona 20 manat pul verəcəyini dediyini və ona 20 manat pul verdiyini, həmin vaxtı Bərdə şəhərində yaşayan “Kosu” kimi tanıdığı sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 ona zəng edib, harada olduğunu soruşduğunu, Vasifə Bakı şəhərinə getdiyini və oradan narkotik vasitə alıb istirahət edəcəyini dediyini, Vasif ona onunçün də narkotik maddə almağını xahiş etdiyini və neçəyə alacağını soruşduğunu, o, Vasifə narkotik vasitənin 1 qramının 20 manata olduğunu dediyini, Vasif ona 140 manat pul göndərəcəyini ona 7 qram narkotik maddə almağını dediyini, o, Vasiflə razılaşdığını və Vasif ona məxsus “Leo bank” kartına 140 manat pul göndərdiyini, Vasifə özünə də narkotik maddə alacağını və həmin narkotik maddənin bir yerdə alacağını və rayona qayıtdıqda böləcəyini bildirdiyini, Vasif onunla razılaşdığını, o, Şamxal ilə birlikdə axşam tərəfi Bakı şəhərinə çatdığını və Bakı şəhərində Sovetski adlanan məhəllədə Vasifin göndərdiyi 140 manat pulu çıxardıb 40 manat öz cibindən qoyub Şamxalın ona verdiyi 20 manat pulu da həmin pulun üstünə qoyub ümumikikdə 200 manatlıq 10 qram çəkidə narkotik maddə olan “şüşə” aldığını, o, narkotik maddəni tanımadığı şəxsdən alanda ona 2 bükümdə olan heroini pay kimi verdiyini, narkotik maddəni alarkən Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomaşında əyləşdiyini, narkotik maddəni aldıqdan sonra Bakı şəhərində yerləşən adını xatırlamadığı Hotelə getdiyini, orada aldığı narkotik vasitədən Təqsirləndirilən şəxs3 ilə birlikdə istifadə edib istirahət etdiklərini, səhəri gün yəni 03 avqust 2022-ci il tarixdə Hoteldə olan zaman yenidən Təqsirləndirilən şəxs3 ilə birlikdə narkotik maddəni falqa vasitəsilə çəkib, yemək yedikdən sonra Hoteldən çıxıb Bərdə rayonuna gəldiklərini, 03 avqust 2022-ci il tarixdə saat 21 radələrində o, Bərdə şəhəri Mehdi Hüseynzadə küçəsinə Vasifin yaşadığı küçəyə gedib ona zəng edib çatdığını və ona aldığı narkotik maddəni gəlib götürməyini bildirdiyini, Vasif əlində elektron tərəzi gətirərək onun payına düşən 7 qram narkotik maddəni çəkib sellofan kəsiyinə büküb götürdüyünü, yerdə qalan narkotik maddəni Təqsirləndirilən şəxs3 ilə böləcəyinə görə götürüb üzərində saxladığını, həmin vaxtı onların yanına mülki şəxslər yaxınlaşdığını və özlərini təqdim edib polis əməkdaşları olduğunu, üzərlərində narkotik vasitəsi olduğu üçün onları polis şöbəsinə dəvət etdiklərini, polis əməkdaşları ilə birgə polis şöbəsinə gəldiklərini, Polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və idarə etdiyi Hundai 30 markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtombilə baxış keçirildiyini, şəxsi axtarış zamanı o, könüllü olaraq üzərində yəni əynində olan qara rəngli şalvarın arxa sol yan cibində olan qara rəngli pul qabını çıxardıb masanın üzərinə qoyduğunu, baxış zamanı bir ədəd sellofan kəsiyi bükümündə “şüşə” kimi tanıdığı metamfetamin və 2 ədəd gümüşü rəngli kağız bükümdə saxladığı narkotik vasitə olan heroin aşkar edildiyini, üzərindən aşkar edilmiş bükümlər təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırıldığın və imzaladıqdan sonra təhqiqatçı tərəfindən götürüldüyünü, üzərinə baxış keçirilən zaman üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilmədiyini, sonra müdafiəçisi Xanım İsayevanın iştirakı ilə idarə etdiyi Hundai 30 markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildiyini, avtomobilə baxış zamanı avtomobildən Vasifə məxsus və narkotik maddələri çəkib götürdüyü elektron tərəzi aşkar edildiyini, aşkar edilmiş elektron tərəzi təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırıldığını və imzaladıqdan sonra təhqiqatçı tərəfindən götürüldüyünü bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə olan heroini və metamfetamini Bakı şəhərində Sovetski adlanan yerdə tanımadığı şəxsdən aldığını, Təqsirləndirilən şəxs2 verdiyi narkotik maddəni ona pul qarşılığında satmadığını, həmin narkotik maddədən gəlir əldə etmədiyini, Vasif və Şamxal ilə birlikdə ortalığa pul qoyaraq həmin metamfetamini əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını bildirmişdir.” Məhkəmə iclasında təqsirləndirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə Təqsirləndirilən şəxs1 dediyi kimi olmuşdur. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs1lə 13-14 ildir ki, dostluq edir. Aralarında hər hansı bir pul məsələsi olmamışdır. Hər ikiksi onlarda narkotik vasitə olanda bir-birlərinə vermişlər. Təqsirləndirilən şəxs1 ona narkotik vasitə verən zaman onlar polis əməkdaşları tərəfindən tutulmuşlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə M.Hüseynzadə küçəsində yaşayır, evlidir, heç bir yerdə işləmir, metal yığımı ilə məşğul olur, 5-6 aydır ki, narkotik vasitələrdən istifadə edir, Təqsirləndirilən şəxs1 2-3 ay olar ki tanıyıram bir yerdə 2-3 dəfə “şüşə” kimi tanıdığı metamfetamin çəkmişdir. 02 avqust 2022-ci il tarixdə o, mobil telefon vasitəsi ilə Şamxala zəng edib harda olmasını nə işlə məşğul olmasını soruşmuş, Şamxal telefonda ona tanışımız Təqsirləndirilən şəxs3 ilə Bakı şəhərinə getdiyini, orada “şüşə” alıb istirahət edəcəklərini dedimişdir. O, Şamxala ona da “şüşə” lazım olduğunu ona da alıb gətirməsini dediyini, Şamxal ona 1 qram “şüşə” 20 manat olduğunu, ona məxsus Leo Bank kartına 140 manat pul vuracağını, ona 7 qram “şüşə” almağını dediyini, Şamxalda onunla razılaşdığını, o, Təqsirləndirilən şəxs1 kartına 140 manat pul göndərdiyini, Şamxal ona özü də pul qoyub şüşəni bir yerdə alacağını və böləcəyini bildirdiyini, o, Şamxal ilə razılaşdığını, 03 avqust 2022-ci il tarixdə saat 21 radələrində Şamxal ona zəng edərək Bərdə şəhərində olduğunu ona aldığı “şüşə”ni gətirdiyini və götürməyini bildirdiyini, o, Şamxal ilə həmin vaxtı Bərdə şəhəri Mehdi Hüseynzadə küçəsində görüşdüyünü, Şamxal ilə görüşməyə gedəndə özü ilə elektron tərəzi götürdüyünü, Şamxalın idarə etdiyi avtomaşına əyləşib özü ilə apardığı elektron tərəzidə ona aid “şüşə” kimi tanıdığı metamfetamini çəkərək götürdüyünü, həmin vaxtı onların yanına polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib, üzərlərində narkotik vasitəsi olduğu üçün polis şöbəsinə dəvət etdiklərini, polis əməkdaşları ilə birgə polis şöbəsinə gəldiklərini, Polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı o, könüllü olaraq üzərində yəni əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümdə saxladığı metamfetamini təqdim etdiyini, üzərindən aşkar edilmiş bir ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırıldığını, imzaladıqdan sonra təhqiqatçı tərəfindən götürüldüyünü, üzərinə baxış keçirilən zaman üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilmədiyini bildirmişdir. Bundan əlavə o, həmin maddəni X11 kartına qabaqcadan vurduğu 140 manat pulun qarşılığında Şamxaldan aldığını, həmin narkotik vasitəni özü istifadə etmək üçün aldığını, narkotik maddənin qarşılığında Şamxala əlavə pul vermədiyini, bilikdə həmin narkotik maddəsən istifadə edəcəyini, narkotik maddələrin alqısatqısı ilə məşğul olmadığını, elektron tərəzinin özü ilə aparmasına məqsədi onun payına düşən narkotik maddəni çəkib götürməyi olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə yoldaş olaraq Bakı şəhərinə getmişdir. Avtomobilinə isə 20 manatlıq dizel tökmüşdür. O 20 manatı yoldaşyana vermişdir. Aralarında hər hansı bir alqısatqı və ya 20 manatın müqabilində nəsə verilməsi ilə bağlı söhbət olmamışıdr. Təqsirləndirilən şəxs1 ona narkotik vasitəni pay vermişdir. O onun qarşılığında 20 manat verməmişdir. Sadəcə yol yoldaşı kimi avtomobilinə yanacaq tökmüşdür. Ona nəsə verəcəyi ilə bağlı söhbət olmamışdır. Bakı şəhərinə Təqsirləndirilən şəxs1lə birlikdə getmişlər. O, Şamxal Babayein Bakı şəhərinə narkotik vasitə almaq üçün getdiyini bilmişdir. Onun kartına pul yüklənmişdir. O kartdan pulu çıxartmış və 20 manat məbləğində dizel yanacağı vurmuşdur. Narkotik vasitəni ona pay olaraq vermişdir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Soğanverdilər kəndində yaşayır, evlidir, heç bir yerdə işləmir, kənd təssərrüfatı işləri görmək üçün traktor sürücüsü işləyir, 5-6 aydır ki, “şüşə” kimi tanıdığı metamfetamin istifadə edir, Təqsirləndirilən şəxs1 Bərdə rayonu Soğanverdilər kəndində tanımış və onunla yaxın münasibəti olmuş, onunla 2-3 dəfə falqadan istifadə etməklə “şüşə” kimi tanınan metamfetamin çəkmişdir. 02 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona Bakı şəhərinə getydiyini və orada “şüşə” kimi tanınan metamfetamin alıb istirahət edəcəyini dediyini, o, Şamxala işlərinin olmadığı üçün bir yerdə getməyini orada istirahət etməyini dediyini, Şamxal onu idarə etdiyi Hundai 30 markalı 77-FA 492 dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirərək Bakı şəhərinə apardığını, Bakı şəhərinə çatan zaman Şamxalın vasitəsilə “Kosu” kimi tanıdığı sonradan adının Təqsirləndirilən şəxs2 olmasını bildiyi şəxs Şamxalın mobil telefonuna zəng edərək harada olduğunu soruşduğunu, Şamxal Vasifə Bakı şəhərinə getdiyini orada narkotik maddə alıb istirahət edəcəyini dediyini, Vasif telelfonda Şamxala ona da “şüşə” lazım olduğunu və neçəyə aldığını soruşduğunu, Şamxal ona “şüşə”nin 1 qramının dəyəri 20 manat olduğunu bildirdiyini, Vasif Şamxala məxsus Leo bank kartına 140 manat pul vuracağını və ona 7 qram “şüşə” alıb gətirməsini dediyini, Şamxal onunla razılaşdığını, sonra o, Təqsirləndirilən şəxs1 ona da “şüşə” almağını bildirdiyini, ona maşında yol gedərkən 20 manat pul verdiyini, 1 qramda “şüşə” ona almasını xahiş etdiyini, Şamxal ona 40 manat da özü qoyacağını hər ikisi istifadə etmək üçün 3 qram “şüşə alacağını sonra isə “şüşə”nin aralarında böləcəyini bildirdiyini, o, Şamxal ilə razılaşdığını, Şamxal Bakı şəhərində tanımadığı yerə gedib kartından 140 manat pul çıxartdığını, maşına əyləşəndən sonra çıxartdığı pulun üstünə 40 manat öz pulunu və 20 manat da onun verdiyi pulu qoyub ümumilikdə 200 manatlıq “şüşə” alacağını bildirdiyini, sonra Şamxal Bakı şəhərində tanımadığı yerə gələrək avtomaşını saxlayıb onu maşında gözləməsini dediyini, o avtomaşında gözlədiyini, Şamxal binaların arasından keçib getdiyini və bir qədər sonra gəlib maşına əyləşdiyini, maşına əyləşəndə Şamxal əlində olan bükülünü yəni bir ədəd metamfetamini və 2 ədəd bükülüdə olan heroini göstərib aldığını və gedək istirahət edək dediyini, onlar birlikdə Bakı şəhərində yerləşən Hotelə getdiklərini və orada “şüşə”dən falqa vasitəsilə çəkərək istifadə etdiklərini, səhəri gün yəni 03 avqust 2022-ci il tarixdə Hoteldə ikinci dəfə “şüşə”dən istifadə edib yemək yedikdən sonra Bərdə rayonuna gəldiklərini, 03 avqust 2022-ci il tarixdə saat 21 radələrində Bərdə şəhərinə daxil olanda Şamxal ona Bərdə şəhəri Mehdi Hüseynzadə küçəsinə gedəcəyini və Vasif üçün aldığı “şüşə”ni ona verəcəyini deyib küçəyə girdiyini, Şamxal Vasifə zəng edərək çatdığını, Vasif də əlində elektron tərəzi ilə gəlib maşına əyləşib həmin “şüşə” kimi tanıdığı metamfetamini çəkərək öz payına düşəni götürüb civinə qoyduğunu, yerdə qalan hissəsini isə Şamxal kənddə onunla böləcəyini deyib cibinə qoyduğunu, həmin vaxtı polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib, üzərlərində narkotik vasitəsi olduğu üçün polis şöbəsinə dəvət etdiklərini, polis əməkdaşları ilə birgə polis şöbəsinə gəldiyini, Polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilmədiyini, ona məxsus yəni yarı böləcəyi “şüşə” adlı metamfetaminin Şamxalın üzərində olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, şəxs şöbəyə gətirilmiş, gətirildikdən sora üzərinə baxış keçirilmişdir. Üzərindən marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Çəkisi yadında qalmamışdır. Saxlanılmasında iştirak etməmiş, üzərinə keçirilən baxışda iştirak etmişdir. Üzərindən səhv etmirsə heroinə bənzər kütlə aşkar olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlara 2022-ci ilin avqust ayında əməliyyat məlumatı daxil olmuşdur. Hər üç təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 3 (üç) bükümdə narkotik vasitə çıxmışdır. Səhv etmirsə bükümlərin içərisində biri metamfetamin, qalan ikisinin isə içərisində heroinə bənzər kütlə aşkar edilmişdir. Narkotik vasitələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Özünün istifadəsi üçün üzərində daşımasını bildirmişdir. Şəxsin saxlanılmasında və üzərinə şəxsi axtarışda iştirak etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiq edir. Təqsirləndirilən şəxs3 üzərinə keçirilən şəxsi axtarışda o iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 03 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxslər saxlanılaraq şöbəyə gətirilmişlər. Şöbədə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsində iştirak etmişdir. Üzərindən bükümlər çıxmışdır. Həmin kütlələr metamfetamin və heroinə bənzər kütlələr olmuşdur. Həmin kütlələrin çəkisini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsiin təsdiq edir. Saxlanılan şəxslər 03 nəfər olmuşlar. O Təqsirləndirilən şəxs1 üzərinə keçirilən baxışda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 03 avqust 2022-ci ildə şəxs avtomobildə olarkən şübhəli şəxs qismində tərəflərindən saxlanılmış və Bərdə rayon Polis Şöbəsinə təhvil verilmişdir. Sonrasını xatırlamır, yadından çıxmışdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq edirəm. O bir nəfərin üzərinə keçirilən baxışda iştirak etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 03 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 03 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 04 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 avqust 2022-ci il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbirinın seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nın 29, 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 avqust 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 avqust 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 oktyabr 2022-ci il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 05 avqust 2022-cil tarixli 4(021)-97/2022 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 05 avqust 2022-cil tarixli 4(021)-98/2022 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolu və istintaq hərəkətinin videogörüntüləri olan DVD diskdən görünür ki, 03 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 şalvarının arxa sağ yan cibindən qara rəngli pul qabının içərisindən bir ədəd bükümdə ilk baxışda psixotrop maddə olan metamfetaminə bənzər kütlə və iki ədəd gümüşü rəngli kağız bükümdə ilk baxışda narkotik vastə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolu və istintaq hərəkətinin videogörüntüləri olan DVD diskdən görünür ki, 03 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən “Keno” markalı siqaret qutusnu təqdim edərək içərisində bir ədəd bükümdə ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolu və istintaq hərəkətinin videogörüntüləri olan DVD diskdən görünür ki, 04 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs3 üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməmişir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X1 Regional Bölməsinin 04 avqust 2022-ci il tarixli 16/919 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə....” sözləri və imzalar olan zərfdəki, 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 5,526 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “X3 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr....” sözləri və imzalar olan zərfdəki; - 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,958 qram olan maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - 2 (iki) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəliləri 0,073 qram, 0,094 qram, ümumi təmiz çəkisi 0,167 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd zərfdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə müxtəlifdirlər. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd zərfdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heorin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”`in 1-ci siyahısının İ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 avqust 2022-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs3 üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 avqust 2022-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsinin inzibati binasında sonuncunun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs1 şalvarının arxa sağ yan cibindən qara rəngli pul qabının içərisindən bir ədəd bükümdə ilk baxışda psixotrop maddə olan metamfetaminə bənzər kütlə və iki ədəd gümüşü rəngli kağız bükümdə ilk baxışda narkotik vastə olan heroinə bənzər kütlələri təqdim etmişdir. Təqsirləndirilən şəxs1 bükülünün içərisində narkotik vasitə olmasını etiraf etmişdir. Bundan sonra bükülülər elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 avqust 2022-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 könüllü olaraq əynində olan şalvarın sağ yan cibindən “Keno” markalı siqaret qutusunun içərisində bir ədəd bükümdə ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış və götürürlmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 avqust 2022-ci il tarixli cinayət işi üzrə əməliyyat tapşırığına cavabdan görünür ki, tərəflərindən əməliyyat tapşırığına uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs3 ətrafında bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs3 psixotrop maddənin qanunsuz olaraq üzərində saxlaması, xx.xx.2022-ci il tarixdə sonuncunun psixotrop maddə olan metamfetaminin əldə edərək saxlaması ilə bağlı əməliyyat məlumatları əldə edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs3 psixotrop maddəni tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə istifadə etməsi üçün əldə edəcəyi müəyyən edilmiş, aralarında psixotrop maddələrin alqı-satqı olması aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 avqust 2022-ci il tarixli cinayət işi üzrə əməliyyat tapşırığına cavabdan görünür ki, tərəflərindən əməliyyat tapşırığına uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlaması, xx.xx.2022-ci il tarixdə sonuncunun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini satış məqsədilə əldə edərək saxlaması ilə bağlı əməliyyat məlumatları əldə edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 əvvəllər və yaxud sonradan narkotik vasitəni hər hansı şəxsə satması müəyyən edilməmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2 psixotrop maddəni tanışı Təqsirləndirilən şəxs1lə birlikdə istifadə etmək məqsədilə əldə etməsi müəyyən edilmiş, onların arasında narkotik vasitənin alqısatqısı müəyyən ediməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 avqust 2022-ci il tarixli cinayət işi üzrə əməliyyat tapşırığına cavabdan görünür ki, tərəflərindən əməliyyat tapşırığına uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 ətrafında bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə sonuncunun üzərindən aşkar edilmiş iki ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini və 1 ədəd polietilen kəsiyi bükümündə psixotrop maddə olan metamfetamini üzərində saxlaması ilə bağlı əməliyyat məlumatları əldə edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması, hər hansı bir şəxsə narkotik vasitələri satması əməliyyat yolu ilə müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 avqust 2022-ci il tarixli cinayət işi üzrə əməliyyat tapşırığına cavabda görünür ki, tərəflərindən əməliyyat tapşırığına uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməsi və saxlamsı, xx.xx.2022-ci il tarixdə sonuncunun üzərindən aşkar edilmiş iki ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini və 1 ədəd polietilen kəsiyi bükümündə olan metamfetamini satış məqsədilə əldə edərək saxlaması ilə bağlı əməliyyat məlumatları əldə edilməmiş, hər hansı şəxsə narkotik vasitə satması aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 Bakı şəhərində Sovetski adlanan məhəllədə narkotik vasitəni kimdən əldə etməsi və həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nizami rayon MKTB-yi 28 saylı MKİS arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 8a saylı ev 44-də yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Bərdə RİH-nin Bərdə şəhər inzibati nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə şəhəri M.Hüseynzadə küçəsi ev 9-da yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Bərdə RİH-nin Bərdə rayon Soğanverdilər kənd inzibati nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs3 Bərdə rayonu Soğanverdilər kəndində qeydiyyatdadır və yaşayır,yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 30 avqust 2022-ci il tarixli 1264 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 30 avqust 2022-ci il tarixli 1265 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 31 avqust 2022-ci il tarixli 1279 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30 avqust 2022-ci il tarixli “Azercell MMC”-dən daxil olmuş içərisində mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lərin, “WhatsApp” yazışmaları və danışıqları barədə məlumatları olan “DVD” diskə baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan +99451 ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 məxsus +99450 ***-**-** saylı mobil nömrəyə zəng olunmuş və həmin nömrələr arasında 02 avqust 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixədək olan müddət ərzində telefon danışıqları olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan +99***-***-**-** saylı mobil nömrə ilə +99***-***-**-** saylı mobil nömrə arasında “SMS” vasitəsilə danışıqlar olmuş, həmin vaxt Təqsirləndirilən şəxs1: “Kosu qaqa mən kentdeyem cıxmaq istiyirem cıxım yoxsa. Yox qaqa?”-sözləri olan yazışmalar var. Bundan əlavə “DVD” diskdə iş üçün əhəmiyyət kəsb edən digər məlumat aşkar edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2013-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmişdir. 12 noyabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 sentyabr 2022-ci il tarixli “Azercell MMC”-dən daxil olmuş içərisində mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lərin, “WhatsApp” yazışmaları və danışıqları barədə məlumatları olan “DVD” diskə baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan +99450 ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 +99451 ***-**-** məxsus saylı mobil nömrəyə zəng olunmuş və həmin nömrələr arasında 02 avqust 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixədək olan müddət ərzində telefon danışıqları olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan +99***-***-**-** saylı mobil nömrə ilə +99***-***-**-** saylı mobil nömrə arasında “SMS” vasitəsilə danışıqlar olmuş, həmin vaxt Təqsirləndirilən şəxs1: “Kosu qaqa mən kentdeyem cıxmaq istiyirem cıxım yoxsa. Yox qaqa?”-sözləri olan yazışmalar var. Bundan əlavə “DVD” diskdə iş üçün əhəmiyyət kəsb edən digər məlumat aşkar edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022ci il tarixli 818 nömrəli Bərdə rayon Mərkəzi xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs3 xəstəxananın ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 819 nömrəli Bərdə rayon Mərkəzi xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxananın ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 820 nömrəli Bərdə rayon Mərkəzi xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxananın ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 882 nömrəli Bərdə rayon Mərkəzi xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxananın narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 883 nömrəli Bərdə rayon Mərkəzi xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs3 xəstəxananın narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 884 nömrəli Bərdə rayon Mərkəzi xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxananın narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 ifadələri arasında ziddiyyətləri aradan qaldırmaq məqsədilə 14 oktyabr 2022-ci il tarixdə aralarında üzləşdirmə keçirilmiş, Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı istintaqda vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı “ Vasif ilə metamfetamini bir yerdə bir neçə dəfə çəkmişik. Ona görə bir yerdə pul qoyub metamfetamin almışıq. Mən Vasifə metamfetamini satmamışam. Vasifə 7 qram maetamfetamini əvvəlcədən kart hesabıma göndərdiyi 140 manat pulun qarşılığında alıb vermişəm, metamfetamini Vasifə satmamışam, heç bir gəlir əldə etməmişəm.”- demişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 onun üzünə qarşı dediklərini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 ifadələri arasında ziddiyyətləri aradan qaldırmaq məqsədilə 14 oktyabr 2022-ci il tarixdə aralarında üzləşdirmə keçirilmiş, Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı istintaqda vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs3 üzünə qarşı “Şamxal ilə metamfetamin bir yerdə bir neçə dəfə çəkmişəm, ona görə bir yerdə pul qoyub metamfetamin almışıq, Şamxala metamfetamini satmamışam, əgər satsaydım metamfetamin Təqsirləndirilən şəxs3 üzərindən çıxardı”demişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3n onun üzünə qarşı dediklərini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 01 noyabr 2022-ci il tarixli ”Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,958 qram, ekspertiza tədqiqindən sonra qalıq 2,858 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,073 qram, 0,94 qram, ümumi təmiz çəkisi 0,167 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,127 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 5,526 qram, ekspertiza tədqiqindən sonra qalıq 5,426 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs1 idarə etdiyi Hundai 30 markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 02 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Azercell MMC”-dən daxil olmuş, içərisində Təqsirləndirilən şəxs1 məxsus mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lər barədə məlumatları olan “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Azercell MMC”-dən daxil olmuş, içərisində Təqsirləndirilən şəxs2 məxsus mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lər barədə məlumatları olan “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 1(100)-140/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilməsi, barəsində axtarış elan edilməsi və tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına etap edilməsi, tutulduğu anda məhkəməyə bu barədə dərhal məlumat verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 36422 saylı məktubundan və xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 Bərdə rayon ərizəsində tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə verilmişdir. Məhkəmə kollegiyası məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotikanı almamasına dair ifadələrinə cinayət işinin materialları və məhkəmə araşdırması zamanı tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam şəkildə təkzib olunduğundan, həmin ifadələrə tənqidi yanaşaraq, özünü müdafiə xaraktkrli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışında təiqiq edilmiş sübutların toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 oğlunun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etməyə cəhd etməsi cinayət əməlini törətməsi, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması cinayət əməlini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8); narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metamfetamin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 02 qram göstərilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci və 9.2-ci maddəsinin prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29, 234.1-ci, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddələri ilə nəzərəd tutulan əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 29, 234.1-ci, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımalıdırlar. Məhkəmə Cinayət Məcəllənin 58.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2013-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmişdir. 12 noyabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə hesab edir ki, məhkumluğun gödənilməsi üçün müddət başa çatdığından təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 əvvələr məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 qəsdən az ağır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə qəsdən ağır cinayət törətmələri, həm sosial ədalətin bərpası, həm onların islah olunması, təqsirləndirilən şəxslərin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 234.1-ci maddəsinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətlərinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla onlara müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidilər. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbi qaydasında təqsirləndirilən şəxslərin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 07 sentyabr 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə cəzalarının başlanğıcı onların tutulduğu andan, yəni 03 avqust 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “təqsirləndirlən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş və Bərdə rayon polis şöbəsinin MSY-dən azad edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs3 04 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. İş üzrə maddi sübut Bərdə rayon polis şöbəsinin saxlanılan Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,958 qram, ekspertiza tədqiqindən sonra qalıq 2,858 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 0,167 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,127 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,526 qram, ekspertiza tədqiqindən sonra qalıq 5,426 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Bərdə rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks edildiyi 04 ədəd DVD disk və “Azercell MMC”-dən daxil olmuş, içərisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lər barədə məlumatları olan “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 03 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 03 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 04 avqust 2022-cü ildən 05 avqust 2022-cü il tarixdədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyimi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2023-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut Bərdə rayon polis şöbəsinin saxlanılan Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,958 qram, ekspertiza tədqiqindən sonra qalıq 2,858 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 0,167 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,127 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,526 qram, ekspertiza tədqiqindən sonra qalıq 5,426 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Bərdə rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks edildiyi 04 ədəd DVD disk və “Azercell MMC”-dən daxil olmuş, içərisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lər barədə məlumatları olan “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (təqsiləndlərn şəxslər isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-11/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-11/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver