Məhkəmə qərarları › İş №1(100)-110/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-110/2021

25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-110/2021 25.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1956-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli,orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 16 dekabr 2019-cu ildə saat 14-15 radələrində, sərxoş vəziyyətdə, öz cinsi tələbatını və ehtirasını təmin etmək məqsədi ilə əvvəlcədən planlaşdırdığı, himayəsində azyaşlı oğlan uşağı olduğunu bildiyi, Samux şəhərində yaşayan qardaşı qızı X2 evinə qonaq gələrək, süfrəsində yemək-içmək olmadığı üçün mağazaya gedib yemək-içmək almağı bəhanə edib, onunla birlikdə mağazaya getmək istəyən atası Qanuni nümayəndə "sən getmə, mən özüm Hüseynlə gedib-gələcəm" deyə, onun atasını kənarlaşdırmaqla, vahid niyyətlə yəni, əvvəlcə evin həyətində ayaqqabısını geyinərkən, 2 dəfə sağ əli ilə azyaşlı, Zərərçəkmiş şəxs şalvarının üstündən arxa nahiyyəsini sıxdıqdan sonra şalvarının altına əlini salaraq tərpənməyə qoymayıb arxa nahiyyəsini qurdaladığı zaman evdən Hüseynin anasının çıxdığını görüb, əlini onun şalvarından çıxartmış, daha sonra onunla birlikdə mağazaya gedib, araq və çörək aldıqdan sonra, Zərərçəkmiş şəxs uşaqların sevdiyi şirniyyatları - "Kinder" şokalad konfetini və mandarin meyvələrini almaqla şirnikdirib Hüseyini ələ alaraq mağazadan çıxıb Samux şəhəri, A.Nəbiyev küçəsi ilə Zərərçəkmiş şəxs yaşadığı ünvana qayıdarkən onu avtomobil idarə etməyi öyrətmək bəhanəsi ilə aldadıb, idarə etdiyi “Mercedes benz E230” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilində qucağında otuzdurub sinəsi ilə sükan arasında bərk sıxıb saxlamaqla ona zor tətbiq edərək müqavinətini qırmazdan əvvəl cinsiyyət üzvünü xaricə çıxarıb, Zərərçəkmiş şəxs qucağında otuzdurub avtomobili asta sürərək əvvəlcə sol əlini onun şalvarının altına salaraq anus dəliyini (arxa keçəcəyini) qurdalamış, sonra isə Zərərçəkmiş şəxs şalvarını aşağı salaraq öz cinsiyyət üzvünü onun anus dəliyinə (arxa keçəcəyinə) yeritmək üçün, təxminən 3-4 dəqiqə ərzində onunla qeyritəbii yolla cinsi əlaqədə olmaq istəmiş, Zərərçəkmiş şəxs bir daha aldadıb, guya avtomobil sürməyi öyrənmək üçün hoppanıb-düşmək lazım olduğunu deyib onu hoppanıbdüşməyə məcbur etməklə öz cinsi ehtirasını təmin etmiş, bu zaman Zərərçəkmiş şəxs arxa nahiyyəsinə nəyinsə dirəndiyini hiss etsə də, bunun əl barmaq və yaxud cinsiyyət üzvü olduğunu bilmədiyi və bədənində ağrı hiss etdiyi üçün onun qucağından çıxmaq istəsə də, Zərərçəkmiş şəxs avtomobilinin sükanına sıxaraq buna imkan verməmiş, evlərinin döngəsinə çatanda isə “bu barədə heç kimə, heç nə demə, mən sənə saat verəcəm deyə” onu yenidən ələ alıb susmağa məcbur etməklə Zərərçəkmiş şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilib ona zor tətbiq edərək onun müqavimətini sındırıb köməksiz vəziyyətindən istifadə etməklə cinsiyyət üzvünü onun anus dəliyinə (arxa keçəcəyinə) yeritmək istəyərkən ona sol sağrı nahiyyəsində 0,5x0.5 sm. və 1x2 sm., anal dəlik nahiyyəsində 1x1 sm. ölçülərində, qeyri-müəyyən formalı qançırlarından ibarət, sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa cəhd etməklə qəsdən aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkimiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 1977-ci il tarixdə Şahid2 ilə rəsmi ailə həyatı qurmuş, onların 8 övladı, bir oğlan və 7 qız övladı olmuşdur. Arvadı Həqiqət Bakı şəhərində qızının yanında yaşayır və nəvələrinə baxır, o isə Gəncə şəhərində evdə təkcə yaşayır. 2013-cü il tarixdə o, Azərbaycan Respublikası CM-nin 152 və 153-cü maddələri ilə azyaşlı oğlan uşağı ilə cinsi əlaqədə olduğunda ittiham olunaraq Gəncə şəhər Nizami rayon məhkəməsinin hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şahid1 qardaşı Müzəllət Məmmədovun doğma qızıdır, Zərərçəkmiş şəxs isə onun doğma oğludur, onlar Samux rayon Nəbiağalı qəsəbəsində yaşayırlar. Qardaşı Müzəllət ikinci dəfə ailə həyatı qurmuşdur, ancaq Ülviyyə birinci arvadının övladıdır. Müzəllət Gəncə şəhərində yaşayır, birinci arvadı ilə isə ayrılmışdır. Ümumiyyətlə onlara gəliş-gedişi olmamış, belə ki, qardaşı Müzəllət birinci arvadı ilə boşandığından onun birinci arvadından olan övladları ilə əlaqəsi olmamışdır. Bir dəfə Ülviyyə anası Zenfira övladları ilə 2019-cu ilin iyun ayında onlara qonaq gəlmişlər. O da onları həmin vaxt qohum olaraq qəbul etmişdir. O, Zenfira ilə bir neçə dəfə Gəncə şəhərində görüşmüş, görüşməyində məqsəd ona kömək etmək istəməyi olmuş, belə ki, onlar çox kasıbdırlar, o da Zenfiraya xatırlamadığı bir vaxtda görüşən zaman ona yaşadığı evdə işlətmədiyi bir mobil telefon vermiş, əlavə olaraq o, Zenfiraya hər dəfə görüşən zaman 10-15 manat pul da vermişdir. Sonradan, yəni 22 dekabr 2019-cu il tarixdə Zenfira özü təkcə onlara gəlmişdir, gəlməyənin səbəbi onları nə üçün evdən qeydiyyatdan çıxarmağı olmuşdur, ancaq o, onun şər-böhtançı olduğunu bilib heç bir səbəb olmadan Zenfiranı qapısından qovmuşdır. 18.12.2019-cu il tarixdə o, Gəncə şəhərində evdə olan zaman Ülviyyə istifadəsində olan ***-***-**-** mobil nömrə ilə onun istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng etmiş, o, Ülviyyənin nömrəsini bilməmiş, telefonda Ülviyyə onu öz evlərinə qonaq çağırmış, o da telefonda Ülviyyəyə demişdir ki, əgər anası orada olacaqsa o gəlməyəcək, Ülviyyə də ona demişdir ki, anası olmayacaq, ancaq onun özü və ailəsi olacaqdır. Buna görə də o, qərara gəlmişdir ki, qardaşı qızının evinə qonaq getsin. Həmin günü 18 dekabr 2019-cu il tarixdə saat təxminən 14 radələrində evdə özünə məxsus bir ədəd qol saatı götürmüş ki, Ülviyyənin övladına versin və o, özünə məxsus “Mercedes benz E230” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ülviyyəgilə, onların yaşadığı Samux rayon Nəbiağalı qəsəbəsinə qonaq getmişdir. Yolu tanımadığı üçün Ülviyyə və Ülviyyənin əri Bəhramla mobil telefonla danışmış və o, onun qabağına çıxaraq yaşadığı evə aparmışdır. Bəhram oğlu Hüseynlə onun qabağına çıxmışdır. Onlar hamısı evə getmişlər. Evdə o, Ülviyyənin əri Bəhramla yaxından tanış olmuşdur. Özü ilə gətirmiş olduğu saatı Ülviyyəyə vermişdir ki, oğlu Hüseynə onun adından hədiyyə kimi versin. Evdə o, Ülviyyəyə demişdir ki, onu evinə qonaq çağırmış, ancaq yeməyə heç nə yoxdur. Sonra o, Bəhrama demişdir ki, “vuransan?”, Bəhram da ona hə deyəndən sonra qərara gəlmişdir ki, yaxınlıqda olan mağazadan bir qədər çörək, kolbasa, yumurta və araq alıb içsinlər, ancaq mağazanı tanımadığı üçün Ülviyyə oğlu Hüseynə demişdir ki, onunla birlikdə mağazaya gedən yolu göstərsin. O isə Bəhrama demişdir ki, “səninlə birlikdə gedək”. Lakin Ülviyyə ona demişdir ki, oğlu Hüseynlə birlikdə getsin. Sonra o, Hüseynlə birlikdə ona məxsus avtomobillə yaxınlıqda olan mağazaya getmişdir. Mağazanın yolunu Hüseyn ona göstərmişdir. Hüseyn onun idarə etdiyi avtomobilinin qabaq sağ tərəfində oturmuşdur. Mağazada olan zaman o, Hüseynə demişdir ki, ürəyi nə istəyirsə mağazadan götürsün. Mağazadan o, Hüseynə 1 ədəd “Kinder” şkoladı, 4 ədəd mandalin, 1 ədəd çörək, kolbasa və 1 ədəd 05 litr həcmli araq almışdır. Sonradan onlar avtomobillə geri qayıtmışdırlar. Qayıdan zaman Hüseyn yenə avtomobilin qabaq sağ tərəfində oturmuşdur. Hüseyngilin evinin qabağına çatan zaman Bəhram onun tərəf avtomobilinin qapısını açmış və o, bu zaman sağ tərəfində ortada oturmuş Hüseyni qucaqlayaraq götürüb atası Bəhrama vermişdir. Bundan sonra onlar evə keçmiş və o, Bəhramla onların evində yeyibiçdikdən sonra öz avtomobili ilə evə qayıtmışdır. O, evə qayıdan zaman artıq saat 17-18 radələri olmuşdur. Həmin gündən bəri o, Ülviyyəgillə heç bir əlaqə saxlamamışdır. O, buna qədər heç vaxt onların evində olmamışdır. Bundan sonra, yəni 19 dekabr 2019-cu il tarixdə saat təxminən 10-11 radələrində o, evdə olan zaman sonradan adını Ehtiram kimi bildiyi polis əməkdaşı Zenfira ilə onun evinə gəlmiş, Ehtiram adlı polis əməkdaşı ona demişdir ki, Samux rayon polis şöbəsinə gələr. O da həmin günü günorta saatlarında Samux rayon polis şöbəsinə gəlmişdir. Ehtiram adlı polis əməkdaşının otağına daxil olan zaman orada o, Zenfiranı, qızı Ülviyyəni və onun oğlu Hüseyni görmüşdür. O, görmüşdür ki, polis şöbəsində nəsə yazırlar. Sonradan həmin polis əməkdaşı onun şəxsiyyət vəsiqəsini almışdır. Həmin vaxtı o, Samux rayon polis şöbəsinin inzibati binasının həyətində gözləyən zaman bir qədər keçmiş Zenfira həyətə çıxmış və ona yaxınlaşaraq demişdir ki, “ get 300 manat pul tap gətir”. O da Zenfiraya demişdir ki, “sən o pulu neynirsən”, Zenfira da ona demişdir ki, “sənin şəxsiyyət vəsiqəni polis əməkdaşından almaq üçün lazımdır”. O da buna etiraz etməmiş və gedib dostu İslam adlı şəxsdən 300 manat nağd pul götürüb Samux rayon polis şöbəsinin qabağında Zenfira ilə görüşərək Zenfiraya vermişdir. Zenfira da ondan götürdüyü pulla Samux rayon polis şöbəsinin inzibati binasına daxil olmuş, o da onu çöldə gözləmişdir. Bir qədər keçmiş Zenfira ona öz şəxsiyyət vəsiqəsini təqdim edərək demişdir ki, “hər şey qurtardı, məni də öz avtomobilimlə avtovağzala düşürt”. O, da etiraz etməmiş və onunla birlikdə Gəncə şəhərinə getmiş, yolda Zenfiranı düşürtdükdən sonra yaşadığı evə getmişdir. O, 18.12.2019-cu il tarixdə Ülviyyənin yaşadığı evində qonaq olmuş. Samux RPŞ-yə Zenfiraya pul gətirən zaman dostu İslam da onunla birlikdə gəlmişdir. 25.12.2019-cu il tarixdə onu Samux rayon polis şöbəsinin istintaq qrupuna çağırmışdırlar. Onun bacısı Xumar Samux rayon Kolayır kəndində yaşadığı üçün o, aradabir onlara qonaq gəlib getmişdir. Zərərçəkmiş şəxslə anus dəliyi vasitəsilə cinsi əlaqədə olmamış, ona qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri və uşaqbazlıq etməmiş, onlar şər-böhtan etmişdir. Zərərçəkmiş şəxs azyaşlı olduğunu bilirmiş, ancaq onun 10 yaşının tamam olmadığını bilməmişdir. O, Zərərçəkmiş şəxs yaşadığı Samux rayon Nəbiağalı qəsəbəsində yerləşən evlərinə 18.12.2019-cu il tarixdə qonaq getmişdir. Həmin vaxta qədər o, qardaşıqızı Şahid1gilə getməmiş və onların heç biri ilə mobil telefon əlaqəsi saxlamamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə oğlunun iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Samux rayon Nəbiağalı qəsəbəsində valideynləri ilə birlikdə yaşayır. Orta məktəbə sosial vəziyyəti ilə əlaqədar olaraq getmir, Şahid1 onun doğma anası, Qanuni nümayəndə isə doğma atasıdır. Atası Bəhram gündəlik fəhləliklə məşğul olur, anası isə heç bir yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs onun anası Ülviyyənin əmisidir, o, Gəncə şəhərində yaşayır, onu əvvəllər tanımamışdır. 16 dekabr 2019-cu il tarixdə saat təxminən 14-15 radələrində Bayram onun yaşadığı Samux rayon Nəbiağalı qəsəbəsində yerləşən evinə qonaq gəlmişdir. Bayram onların evinə təkcə, özünə məxsus “Mercedes” markalı maşınla gəlmişdir. Bayram onların evini tanımadığı üçün o, mobil telefonla atası Bəhramla əlaqə saxlayaraq yolu öyrənmiş və o, atası ilə bərabər Bayramın qabağına çıxmışdır. Bayram onlarda olan zaman yeməyə heç nə olmadığını deyərək qərara gəlmişdir ki, yaxınlıqda yerləşən mağazaya gedib yemək üçün bir şey alsın. Buna görə də Bayram atası Bəhramdan araq içib-içmədiyini soruşmuş, atası Bəhram də araq içən olduğunu deyəndən sonra onunla birlikdə mağazaya getmək istədiyini demiş, atası Bəhram da stuldan qalxaraq paltosunu geyinib onunla bərabər getmək istəyən zaman Bayram atasına demişdir ki, “sən getmə, mən özüm Hüseynlə gedib gələcəm.” Bundan sonra o, evin həyətinə çıxmış və evin həyətində divara söykənmiş vəziyyətdə Bayramı gözləmişdir. Bayram evin həyətinə çıxıb ayaqqabısını geyinmiş və bu zaman sağ əlini onun arxa nahiyəsinə uzadaraq iki dəfə arxa nahiyəsini sıxmış və sonra isə əlini şalvarının altına salaraq arxa nahiyəsini qurdalamağa başlamış, eyni anda da əli ilə onu saxlamışdır ki, heç yerə tərpənməsin, o isə ona həmin vaxt heç nə deməmişdir. Bayram onun arxa nahiyəsini əli ilə qurdalayan zaman qəflətən evdən anası Ülviyyə çıxmış, Bayram da onun anasını görüb cəld əlini onun şalvarından çıxartmışdır. Bundan sonra o, Bayrama məxsus maşına oturmuşdur. Bayramın maşını ilə qəsəbədə “Namkanın dükanı” adlanan mağazaya getmişdir. Gedən zaman Bayram ona qarşı hər hansı bir seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir. O, maşında arxa sağ tərəfdə oturmuşdur. Bayram mağazadan ona 1 ədəd “Kinder” şokoladı, 4 ədəd mandarin, özünə isə 1 ədəd çörək və 1 ədəd araq almışdır. Sonra o və Bayram maşına minmiş, o, bu dəfə maşının qabaq sağ tərəfində oturmuşdur. Sonra Bayram ona demişdir ki, “gəl sən mənim qucağımda otur, sənə maşın sürməyi öyrədəcəm.” O, da buna etiraz etməmişdir. Bayram birinci olaraq özü avtomobilə oturmuş və sonra isə ona demişdir ki, “gəl qucağımda otur”, o da onun qucağında oturmuşdur. O, onun qucağında oturan zaman Bayram artıq cinsi orqanını çıxarmış, sonra onun şalvarını aşağı salmış, avtomobili asta sürməyə başlamışdır. O, hər iki əli ilə maşının rolundan tutmuşdur. Bayram sinəsi ilə onu sükana tərəf bərk sıxmışdır. Həmin vaxt Bayram əlini arxasına salmış, əli ilə sürtmüş, sonra Bayram ona demişdir ki, “üstündə hoppan-düş”, o da elə etmiş və o, Bayramın qucağında olan zaman ağrı hiss etmiş, bu vaxt arxa nahiyəsinə nəsə girib çıxdığını hiss etmiş, ancaq Bayramın əli, ya da cinsiyyət üzvü olduğunu bilməmişdir. Bayram bir müddət onun arxa nahiyəsində nəsə eləmişdir. O, bədənində ağrı hiss etdiyi üçün onun qucağından cıxmaq istəmiş, ancaq Bayram onu sükana doğru bərk sıxmışdır. İlkin olaraq ona qarşı etdiyi hərəkətləri başa düşməmişdir. Bayramın ona qarşı etdiyi hərəkətlər təxminən 3-5 dəqiqə olmuşdur. Sonradan onlar öz döngələrinə çatan zaman Bayram ona demişdir ki, “bu barədə heç kimə heç nə demə, mən sənə evdə saat verəcəm”. Onlar öz döngələrinə çatan zaman atası Bəhram küçədə gözləmiş, o, onların gec gəlməyindən narahat olmuşdur. Onlar evə çatana qədər artıq Bayram onu qucağından düşürtmüşdür. Bayram onların döngəsinə dönüb bir qədər getdikdən sonra onu qucağından düşürtmüşdür. Evə çatdıqda atası birinci olaraq evin həyətinə keçmiş, sonra Bayram keçmiş, o isə evin həyətinə daxil olub evə gedən zaman Bayram yenə əlini onun arxa nahiyəsinə uzadaraq qurdalamış və sonra əlini çəkmiş, bunu nə anası, nə də atası görməmişdir. Onlar evə gələn zaman o, bu barədə heç kimə heç nə deməmişdir. Fikirləşmişdir ki, o, anasına desə anası onu döyər. Bayram həmin gün onlarda bir qədər oturub atası Bəhramla yeyib-içmiş və sonra isə onu çağıraraq anasının yanında ona cibindən dəmirdən olan bir saat çıxardıb həmin saatı ona hədiyyə etmişdir. Atası Bəhram bazara getməli olduğu üçün Bayramla bərabar çıxıb getmişlər. Həmin günü anası Ülviyyə onu çağıraraq ona demişdir ki, “Bayram əmi bu gün zəng edib səni məndən soruşmuş, Bayram bizdə olan zaman sənə qarşı hansısa bir hərəkət edibmi”. Anası onu sorğu-sual edən zaman o, anasına heç nə deməmişdir. O, həmişə ayaqyoluna gedib gələndən sonra anası və atası onun arxa nahiyəsini yuyub təmizləmişdir. Hadisə olandan sonra da o, ayaqyoluna getmiş və anası onun arxa nahiyəsini yuyan zaman ona demişdir ki, “sənin dalında şapalax izi var, bu nədir” o da yenə heç nə deməmişdir. Anası onun üstünə düşmüş və ondan qışqıra-qışıqıra nə olduğunu soruşmuş, onların səsini atası Bəhram da eşitmiş və anasından nə olduğunu soruşan zaman anası atasına demişdir ki, “görmürsən, uşağın dalında şapalax izi var, amma mənə heç nə demir”. Atası da onu danlayan zaman o, bütün olanları valideyinlərinə danışmışdır. Həmin vaxt onlar şikayət eləməmişlər, çünki utanmışlar. Ancaq iki gün sonra nənəsi Zenfira onlara gələn zaman yenə bu haqda söhbət olunan zaman o, nənəsinə də demiş, atası da dözə bilməyib polisə zəng etmişdir. Sonra onlar Samux rayon polis şöbəsinə getmişlər, oradan da həkimə getmişlər. Həkim onu bir otağa salıb onun arxa nahiyəsinə baxmış və sonra öz-özünə demişdir ki, “aydındır”, həmin vaxt anası da yanında olmuş, o da onun arxa tərəfinə baxmış, o, qurdalanan zaman anası ona demişdir ki, “ana qurban, mənəm baxan”. Həkimdə olduqdan sonra onlar evə gəlmişlər. Hadisə olandan sonra o, ayaqyoluna gedən zaman arxa tərəfində ağrılar olmuş, buna görə də o, anasına demişdir ki, tualetə gedə bilmir. Anası da evdən dərman gətirib təxminən 2-3 dəfə onun arxa tərəfinə sürtmüşdür. Anası həmişə ona dərmanı sürtən zaman kravata uzatmış, ayaqlarını göyə qaldırmış və anası həmin dərmanı arxa tərəfinə sürtürmüşdür. Buna görə də o, rahat tualetə gedib gələ bilmişdir. Anası ona demişdir ki, onun arxa tərəfində cızıq, yaralar vardır deyə ayaqyoluna gedə bilmir. Həkimə getməmişdən əvvəl də onun arxa tərəfində ayışmalar olmuş, o, bunu anasına demiş, anası da çox fikir verməmiş, eləcə su ilə yumuş, həkimdən sonra anası onda olan yaraları görüb dərman sürtməyə başlamışdır. Təqsirləndirilən şəxs onlara 15.12.2019-cu il tarixdə deyil, 16.12.2019-cu il tarixdə gəlmiş, həmin günü əynində gödəkçə, papaqlı, spartivni, boz rəngdə, qolu uzun kofta və boz rəngdə parça şalvar olmuş, heç bir xəsarət almamış, heç bir tibb müəssisəsinə müraciət etməmiş, avtomobildə Bayram və o olmuş, onları heç kim görməmiş, o, avtomobildə evə çatan zaman atası Bəhram onları küçədə gözlədiyindən onun Bayramın qucağından düşdüyünü görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik fəhləliklə məşğul olur. X4 ilə rəsmi ailə həyatı qurmuş, Zərərçəkmiş şəxs onun oğludur, Şahid3 isə qayınanasıdır. Təqsirləndirilən şəxs qaynatası Müzəllətin doğma qardaşıdır. İndiyə kimi onlar arasında gediş-gəliş olmamışdır. Axırıncı dəfə, yəni 16.12.2019-cu il tarixdə arvadı Ülviyyə əmisi Təqsirləndirilən şəxsla mobil telefonla danışan zaman onlara qonaq gəlmək istədiyini bildirmiş, o, da buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs həmin günü, yəni 16.12.2019cu il tarixdə saat 14-15 radələrində onun yaşadığı ünvana, yəni Samux rayon Nəbiağalı qəsəbəsində yerləşən evimə qonaq gəlmişdir. Bayram onların evinə təkcə, özünə məxsus “Mercedes benz E 230” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Bayram onların evini tanımadığı üçün o, ilkin olaraq öz istifadəsində olan ***-***-**-** mobil nörmə ilə Ülviyyənin istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edib əlaqə saxlamışdır ki, yolu öyrənsin. Sonra o, oğlu ilə bərabər Bayramın qabağına çıxmışdır. Həmin vaxt o, ya Ülviyyənin telefonunu götürüb onunla danışmış, ya da öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ona zəng edərək yolu izah etmişdir. Bayram onlarda olan zaman araq olmadığını görüb qərara gəlmişdir ki, yaxınlıqda yerləşən mağazaya gedib araq alsın. Bayram həmin vaxt sərxoş olmuşdur. Bayram ondan araq içib-içmədiyini soruşmuş, o da araq içən olduğunu deyəndən sonra oğlu ilə birlikdə mağazaya getmək istədiyini demiş, o da stuldan qalxaraq paltosunu geyinib onlarla bərabər getmək istəyən zaman Bayram ona demişdir ki, “sən getmə, mən özüm Hüseynlə gedib gələcəm.” Bundan sonra Bayram oğlu ilə avtomobillə qəsəbədə “Namkanın dükanı” adlanan mağazaya getmişdir. Evlərindən təxminən 200-300 metr aralı məsafədə o biri küçədə yerləşən mağazaya, həmişə piyada təxminən 2-3 dəqiqəyə getdikləri yolu, həmin mağazadan Bayramın və oğlu Hüseyinin avtomobillə gedib təxminən 10 dəqiqədən çox vaxt keçməsinə baxmayaraq qayıtmadıqlarından, həm də Bayramın öz avtomobilində sükan arxasında onlara qonaq gələrkən içkili olduğundan narahat olduğu üçün küçəyə çıxıb onları gözləyən zaman, mağazadan qayıdıb küçələrinin kəsişdiyi yerdə evlərinə dönən yerdə Bayramın küçədə onu gördüyü üçün bir anlığa avtomobilini dayandırdığını görmüş, Bayram gəlib küçədə həyət darvazasının qarşısında avtomobilini dayandıranda oğlunun avtomobilin salonunda Bayramın qucağından düşdüyünü və avtomobildən düşəndən sonra isə şalvarının aşağı vəziyyətdə olmasını görüb ondan şalvarını yuxarı qaldırmasını demişdir. Bundan sonra onlar evə keçmişdir. Evdə Bayram özü ilə gətirdiyi saatı onun və arvadı Ülviyyənin yanında Hüseynə hədiyyə vermişdir. O, Bayramla yeyibiçdikdən sonra Bayram çıxıb getmək istəyən zaman o, ondan xahiş etmişdir ki, onu da Gəncə şəhərinə düşürtsün və o, onunla bərabər evdən çıxmışdır. Yolboyu bir neçə dəfə Bayram ona “gərək uşağı da özümüzlə götürərdik” demiş, o da ona demişdir ki, “mən bazara gedirəm, orada fəhlə işləyirəm, uşağın nə işi var bazarda”. Bundan sonra Bayram onu düşürtdükdən sonra çıxıb getmişdir. Həmin günü o, evdə olan zaman Ülviyyə ona demişdir ki, Hüseynin arxa tərəfini yuyan zaman onun arxasında şapalax kimi əlin beş barmağının izinin qaldığını görmüş, Hüseyndən bunun nə olduğunu soruşmüş, Hüseyn də ona heç nə deməmişdir. O da oğluna nə olduğunu soruşan zaman oğlu bundan sonra ona demişdir ki, Bayramla mağazaya gedən zaman Bayram evin həyətində ayaqqabısını geyinərkən əli ilə onun arxa tərəfini tutaraq sıxmış, anası da bu vaxt çölə çıxan zaman o, əlini onun arxasından çəkmişdir. Sonra o, Bayramın maşını ilə mağazaya getmişdir. Mağazada o, ona 1 ədəd “Kinder” şokoladı, 4 ədəd mandarin, özünə isə 1 ədəd çörək və 1 ədəd araq almışdır. Mağazadan qayıdan zaman Bayram ona demişdir ki, “maşın sürmək istəyirsənmi” o da Bayrama maşın sürmək istədiyini demişdir. Sonra o, Bayramın qucağında oturmuşdur. Bayram maşını tərpədəndən sonra əlini onun şalvarının altına salıb arxa nahiyəsini qurdalamağa başlamışdır. O, onun qucağında oturan zaman Bayram ona demişdir ki, qucağında hoppanıb-düş, maşını belə sürürlər, o da Bayramın qucağında hoppanıb düşmüş, bunu heç kimə deməmək üçün ona qol saatı verəcəyini demiş və sonra onlar evə gəlmişlər. O, bunun üstündə arvadı ilə dava-dalaş etmiş, utandıqlarından polisə şikayət etməkdə tərəddüd etmişlər. Fikirləşmişdirlər ki, heç kimə heçə deməsinlər. 18.12.2019-cu il tarixdə qayınanası Zenfira onlara qonaq gələn zaman təsadüfən onlarla mübahisə etdiklərini görüb nə baş verdiyini soruşan zaman o, ona demişdir ki, nəvəsi Hüseyndən soruşsun, hər şeyi onun özünə deyəcək. Hüseyn də nənəsinə baş verənləri deyən zaman o, dözə bilməmiş və öz istifadəsində olan 055-824-43-4-69 saylı mobil nömrə ilə AR DİN-nin 102 xidmətinə zəng etmiş, ancaq həmin vaxt sərxoş olduğu üçün fikrini çatdıra bilmədiyinə görə telefonla Zenfira danışmış, bütün olanlar barədə məlumat vermişdir. Oğlu ekspertiza zamanı ekspertə hadisə barədə danışıb avtomobildə Bayramın qucağında oturmazdan əvvəl Bayramın artıq cinsiyyət orqanını çıxartdığını, onun şalvarını aşağı saldığını və üstündə hoppan-düş dediyi üçün hoppanıb düşəndə isə arxasında ağrı hiss etdiyini və əli ilə arxasını sürtdüyünü, küçələrinə dönəndə isə şalvarının sepini çəkib bağladığını, avtomobildən düşəndə şalvarının aşağı olmasını və oğlu Hüseynə saat verərək anasına bu barədə heç nə deməməyi tapşırmasını da demişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ondan hər hansı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Samux rayon Nəbiağalı qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Samux rayon Nəbiağalı qəsəbə sakini Qanuni nümayəndə ilə rəsmi ailə həyatı qurmuş, Zərərçəkmiş şəxs onun oğludur, Şahid3 isə anasıdır, o, Gəncə şəhər sakini X11 ilə rəsmi ailə həyatı qurmuş, evlilik dövründə iki övladı o və Ramil olmuşdur. Lakin sonradan bəzi ailədaxili məsələlərə görə onlar məhkəmə qaydasında ayrılmışdırlar. Hal-hazırda atası Müzəllət başqa bir qadınla ailə həyatı qurmuşdur. Təqsirləndirilən şəxs isə onun doğma qardaşıdır. Ayrılandan sonra onlar arasında gediş-gəliş olmamışdır. Onlar hamısı əmisi və atası X14 şəhərində yerləşən evində qeydiyyatda olmuş, lakin sonradan onların hamısını qeydiyyatdan çıxartmışlar, təxminən 30 ildən çox olar ki, əmisi Təqsirləndirilən şəxs ilə gediş-gəlişləri olmamışdır. 2019-cu ilin noyabr aylarında o, təsadüfən Gəncə şəhərində əmisi Bayramla qarşılaşmışdır. Bir qədər söhbət etdikdən sonra Bayram öz istifadəsində olan ***-***-**-** mobil nörməsini ona vermiş, o da öz ***-***-**-** mobil nömrəsini ona vermişdir. Həmin vaxtdan bəri onlar bir neçə dəfə mobil telefonla əlaqə saxlamışlar. Telefonla danışan ərəfələrdə əmisi Bayram hər dəfə onlara qonaq gəlmək istədiyini demiş, o da gündəlik olaraq sahələrdə işlədiyi üçün evdə olmamış və onu evinə qonaq dəvət edə bilməmişdir. Bir dəfə o, əmisi ilə danışan zaman əmisi onlara qonaq gəlməyini israr etmişdir. İlkin telefon danışıqlarında əmisi Bayram qonaq gəlməkdə elə də qəti fikirdə olmamış, sonradan onun oğlu olduğunu bilib onlara qonaq gəlməyə israr etmişdir. Axırıncı dəfə, yəni 16.12.2019-cu il tarixdə saat təxminən 14 radələrində onun yaşadığı ünvana, yəni Samux rayon Nəbiağalı qəsəbəsinə gəlmişdir. Bayram onların evinə təkcə, özünə məxsus “Mercedes benz E 230” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Bayram onların evini tanımadığı üçün o, mobil telefonla onun istifadəsində olan telefonla Bəhramla əlaqə saxlayaraq yolu öyrənmiş və oğlu əri ilə bərabər onun qabağına çıxmışlar. Həmin vaxt o, yeməyə kartof qızartmışdır. Bayram onlarda araq olmadığını, həm də yeməyə az bir şey olduğunu görüb qərara gəlmişdir ki, yaxınlıqda yerləşən mağazaya gedib yemək üçün bir şey alsın. Buna görə də Bayram Bəhramdan araq içib-içmədiyini soruşmuş, Bəhram da araq içən olduğunu deyəndən sonra oğlu ilə birlikdə mağazaya getmək istədiyini demiş, Bəhram da stuldan qalxaraq paltosunu geyinib onlarla bərabər getmək istəyən zaman Bayram ərinə demişdir ki, “sən getmə, mən özüm Hüseynlə gedib gələcəm, budu-buradı” Sonra Bayramla oğlu ondan qabaq evin həyətinə çıxmışlar, o da onların arxasınca çıxmışdır. Onlar avtomobillə qəsəbədə “Namkanın dükanı” adlanan mağazaya getmişdirlər. Bir qədər keçməyinə baxmayaraq, təxminən 20 dəqiqə keçməsinə baxmayaraq onlar gəlmədikləri üçün əri Bəhram onların gec gəlməyinə narahat olduğuna görə küçəyə çıxmışdır. Onlar gəldikdən sonra evdə Bayram özü ilə gətdiyi araqdan içib təminən 30 dəqiqədən sonra çıxıb əri ilə Gəncə şəhərinə getmişdir. Bayram mağazadan qayıtdıqdan sonra özü ilə gətirdiyi saatı oğlu Hüseynə vermiş, belə ki, birinci dəfə evə daxil olan zaman saatı verməmişdir. Həmin günü Bayram öz istifadəsində olan mobil nömrə ilə ona zəng eləyib soruşmuşdur ki, ”Hüseyn məndən sənə bir şey demədi ki” o da ondan soruşmuşdur ki, “yox, səndən mənə nə deməliydi ki”, o isə demişdir ki, “heç, elə belə soruşuram”. Əvvəlcə onun dediklərinə heç bir əhəmiyyət verməmiş, lakin sonradan onun pis keçmişi barədə bildiyi üçün onda şübhə oyanmışdır. Buna görə də oğlu Hüseynin yanına gəlib soruşmuşdur ki, “siz mağazaya gedib gələndə sizin aranızda nəsə olubmu” Hüseyn də əvvəlcə ona heç nəyin olmadığını deyərək and içməyə başlamış, o da oğlunu yaxşı tanıdığı üçün bilmişdir ki, nəsə olub və ona demək istəmir. Hüseyinin üstünə bərk düşmüş ki, “de görüm nolub”, oğlu da ona heç nə olmadığını demişdir. Bir qədər sonra oğlu ayaqyoluna getmiş və ayaqyolundan çıxan zaman o, oğlunun arxa tərəfini yuyan zaman onun arxasında şapalax kimi əlin beş barmağının izinin qaldığını görüb Hüseyndən bunun nə olduğunu soruşmuş, oğlu da ona yenə heç nə deməmiş, o da qışqıra-qışqıra oğlu ilə danışan zaman əri Bəhram ondan nə olduğunu soruşmuş, o da demişdir ki, “görmürsən, oğlunun arxa tərəfində şapalax izi var, mənə heç nə demir”. Əri Bəhram da oğluna nə olduğunu soruşan zaman oğlu bundan sonra ona demişdir ki, Bayramla mağazaya gedən zaman Bayram evin həyətində ayaqqabısını geyinib əli ilə onun arxa tərəfini tutaraq sıxmış, anası da bu vaxt çölə çıxan zaman Bayram əlini onun arxasından çəkmişdir. Sonra o, Bayramın maşını ilə mağazaya getmiş, mağazada Bayram ona 1 ədəd “Kinder” şokoladı, 4 ədəd mandarin, özünə isə 1 ədəd çörək və 1 ədəd araq aldmışdır. Mağazadan qayıdan zaman Bayram ona demişdir ki, “maşın sürmək istəyirsənmi” o da Bayrama maşın sürmək istədiyini demişdir. Sonra o, Bayramın qucağında oturmuş, Bayram maşını tərpədəndən sonra əlini onun şalvarının altına salıb arxa nahiyəsini qurdalamağa başlamışdır. O, onun qucağında oturan zaman Bayram ona demişdir ki, “qucağında hoppanıb-düş, maşını belə sürürlər”, o da Bayramın qucağında hoppanıb düşmüş, sonra onlar evə gəlmişlər. Oğlunun danışdıqlarını onlar eşidən zaman əri Bəhram ona demişdir ki, “görürsənmi sənin əmin bizə qonaq gəlib mənim oğlumla cinsi əlaqədə olub”, bunun üstündə aralarında narazılıq yaranmışdır. Əmisi Bayram onlara 16 dekabr 2019-cu il tarixdə gəlmişdir, hadisə də həmin vaxt olmuşdur, çünki əmisi Bayram həmin gün onların evinə qonaq gəlmişdir, onlara qonaq gələn zaman o, hardasa araq içmişdir, çünki danışığından və ağzından araq iyisi gəlmişdir. Birisi gün, 18 dekabr 2020-ci il tarixdə anası Zenfira onlara qonaq gəlmiş, həmin vaxt əri Bəhram araq içmişdir. X24 görən zaman ona demişdir ki, “sənin qaynın bizə qonaq gəlib oğlumun arxasını əlləşdirib gedib”. Anası Zenfira da ondan soruşmuş, o da anasına belə bir şeyin olduğunu demişdir. Zenfira da oğlu Hüseyndən Bayram onlar qonaq gələn zaman nə olduğunu soruşmuş, Hüseyn də onlara danışdıqlarını nənəsinə də danışmışdır. Bu vaxt əri Bəhram mobil telefonla AR DİN-nin 102 xidmətinə zəng etmiş, ancaq başa sala bilmədiyi üçün anası Zenfira telefonla danışmış və olanları bildirmişdir. Sonra onların evinə polis əməkdaşları gəlmişlər, o, oğlu və anası Zenfira ilə Samux rayon polis şöbəsinə getmişlər. Orada ərizə və izahat vermişlər. Onların işinə Ehtiram adlı şəxs baxmış, ərizə və izahat verəndən sonra o, oğlu Hüseyn və anası Zenfira ilə Ehtiramla birlikdə Gəncə şəhəri 3 nömrəli xəstəxanaya getmişlər. Orada oğlu Hüseyni bir otağa salmışlar, o da onlarla bərabər otağa girmişdir. Həkim oğlunun arxa nahiyəsinə baxıb öz-özünə demişdir ki, “aydındır”, oğlunun arxa tərəfində izlər vardır. Həkim oğlunu müayinə eləyən zaman ona demişdir ki, “gəl sənə də göstərim”, o, özü də baxmışdır. Həkim ona izləri göstərmiş, sonra həkim otaqdan çıxan zaman o, istəmişdir ki, özü dəqiq baxasın. Hüseynin arxa tərəfini əli ilə aralamış, baxan zaman Hüseyn qurdalanmış, o da Hüseynə demişdir ki, “ana qurban, mənəm, mən baxıram”. Oğlunun arxa tərəfinə baxan zaman oğlunun arxa tərəfində deşik olan yerdə 2 ədəd dırnaq kimi cırılmış izlər görmüşdür. Ekspertə anası Zenfira da getmişdir, o da Hüseyndə arxa tərərfində cırıq izlərinin olduğunu görmüşdür. Həmin vaxt anası ona bərkbərk tapşırmışdır ki, bunu heç kimin yanında demsin. Buna görə də o, ilkin ifadələrində bu haqda heç nə demək istəməmişdir. Həmin ərəfələrdə atasıgil və onun qohumları anasıgilə gəlmiş və ondan şikayəti geri götürməyini xahiş etmişlər, fikirləşirmişlər ki, Bayram həbsdə ölə bilər. Ekspertdən sonra o, özündə dəqiq bilmişdir ki, əmisi Bayram onun oğlunun arxa nahiyəsinə nəsə etmişdir. Oğlu həmin hadisədən sonra ayaqyoluna çətin gedib gəlmiş, arxa tərəfində olan cızıqlar onu incidmiş, çünki oğlu Hüseynin arxa tərəfini həmişə o, yumuşdur. Hüseyn həmin izlərdən əziyyət çəkdiyi üçün o, ona əvvəldən aptekdən “lorindes C” adlı aldığı dərmanı 2-3 gün oğlunun arxa tərəfinə sürtmüş ki, ayaqyoluna gedə bilsin. Hər dəfə o, oğlunun arxasını yuyan zaman oğluna demişdir ki, “yavaş elə, ayışır”. Hadisə olan gündən sonra, yəni 16.12.2019-cu il tarixdə oğlu ayaqyoluna gedib gələn zaman və o, onun arxa tərəfini yuyan zaman ona demişdir ki, “mama, arxamı yavaş yu, bərk yuyusan, dalım ayışır”. Həkimə getdikdən sonra isə o, gözləri ilə izləri görən zaman artıq “xxxx” mazını uşağının arxasına sürtməyə başlamışdır. 18.12.2019-cu il tarixdə onlar həkimə gedib gələndən sonra və o, gözü ilə uşağının arxasını görəndən sonra Bayramla mobil telefonla bir neçə dəfə əlaqə saxlayıb onun nə üçün bu cür hərəkətlər etdiyini soruşan zaman Bayram onlara demişdir ki, o, Hüseynə qarşı heç nə etməmişdir. Həmin gün onlar polislərlə onun yaşadığı evə getmiş və onun evini polislərə göstərmşlər, polislər də onu Samux rayon polis şöbəsinə dəvət etmişlər. Samux rayon polis şöbəsində Bayram bununla bağlı izahat verdikdən sonra onunla Samux rayon polis şöbəsinin inzibati binasının qarşısında dayanıb söhbət edən zaman Bayram onlara demişdir ki, “sizə 300 manat pul verəcəm, ancaq sizin polisə vermiş olduğunuz izahatı geri götürəssiz”. Onlar də həmin vaxtı onunla razılaşmamışlar. Həmin günün sabahısı, Bayramla yenə Samux rayon polis şöbəsinin inzibati binasının qarşısında görüşən zaman Bayram cibindən 300 manat pul çıxardıb Hüseynin cibinə qoymuş və onlara demişdir ki, “xəstə uşaqdır, müalicəyə apararsız, ona bayramlıq nəsə alarsız”. Həmin 300 manatı anamsı Zenfira götürmüşdür. Sonra polis şöbəsində işlərini qurtardıqdan sonra evə getmişlər. Əmisi Təqsirləndirilən şəxs ona öz istifadəsində olan ***-***-**-** mobil nörmə ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib əlaqə saxlamışdır. Həm də o, sonradan bilmişdir ki, əmisi Bayram anası Zenfiraya öz istifadə etdiyi mobil telefon vermişdir, məqsədi anasıgil kasıb olduğu üçün ona köməklik edirmiş, həm də bir neçə dəfə Bayram anası Zenfiraya 10 manat, 20 manat, gücü nəyə çatdıqsa pul vermişdir. Ümumiyyətlə onun əmisi Təqsirləndirilən şəxsla aralarında əlaqə 2019-cu ilin noyabr ayından yaranmağa başlamışdır. Əmisi Təqsirləndirilən şəxs onlara qonaq gələn zaman, yəni 16.12.2019-cu il tarixdə iş yoldaşı Zaur ona elə belə olaraq zəng etmişdir, o da ona əmisi Bayramın onlara qonaq gəlib getdiyini deyən zaman o, buna narazılıq etmiş, çünki o, əmisi barədə ona əvvəl danışmışdır, onun əvvəl də bu işlə bağlı tutulduğunu bildirmişdir. Gündəlik fəhləliklə məşğul olur, günlərin və ayların tarixini yaddan çıxardır, Təqsirləndirilən şəxs 16.12.2019-cu il tarixdə onlara qonaq gəlməmişdən əvvəl onun mobil telefonuna zəng edib bu barədə demişdir. 18.12.2019-cu il tarixdə anası Zenfira onlara gələn zaman əmisi Təqsirləndirilən şəxs azyaşlı oğluna qarşı törətdiyi cinayət hadisəsini bilən zaman AR DİN-nin 102 xidmətinə zəng edərək demişdir ki, iki gün əvvəl qızının yaşadığı evə qonaq gələn qaynı Təqsirləndirilən şəxs nəvəsi Zərərçəkmiş şəxs zorlamağa cəhd etmişdir. Buradan da aydın olur ki, hadisə 15.12.2019-cu il tarixdə deyil, 16.12.2019-cu il tarixdə baş vermişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ondan hər hansı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxs ilə rəsmi ailə həyatı qurmuş, evlilik dövründə 8 övladı, 1 oğlan və 7 qız övladı olmuşdur. 2018-ci ilin dekabr ayında əməliyyat olunmaq üçün Rusiya Federasiyasına getmiş, həmin vaxtdan Rusiyada qalmışdır. 2020-ci ilin yanvar ayında Azərbaycana gəlmişdir. Bu vaxta qədər əri Bayram evdə təkcə qalmışdır. O, Rusiyada olan zaman Gəncə şəhərində yaşayan bacısı Solmaz ona zəng edərək əri Bayramın tutulduğunu bildirmişdir. O da bu xəbəri eşitdikdən sonra Azərbaycana qayıtmışdır. Bacısı Solmaz ilə söhbət edən zaman ona demişdir ki, əri Bayram qardaşı Müzəllətin keçmiş arvadı Şahid3 nəvəsi Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bayramla ər-arvad kimi cinsi münasibətləri normal olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Gəncə şəhər sakini X11 ilə rəsmi ailə həyatı qurmuş, evlilik dövründə iki övladı Ülviyyə və Ramil olmuşdur. Lakin sonradan bəzi ailədaxili məsələlərə görə onlar məhkəmə qaydasında ayrılmışdır. Hal-hazırda Müzəllət Məmmədov başqa bir qadınla ailə həyatı qurmuşdur. Təqsirləndirilən şəxs isə onun doğma qardaşıdır. Həmin vaxtdan bəri aralarında gediş-gəliş olmamışdır. Hal-hazırda qızı Şahid1 Qanuni nümayəndə adlı şəxslə ailə həyatı quraraq Samux rayon Nəbiağalı qəsəbəsində yaşayır. Onların Hüseyn adlı bir övlaları vardır. O, Müzəllət ilə yaşayan zaman o, oğlu və qızı həmin evə qeydiyyata düşmüşlər. Sonradan onların hamısını həmin evdən qeydiyyatdan çıxartmışlar. Oğlu Ramilin şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyindən ona şəxsiyyət vəsiqəsi ala bilməmiş, təxminən 2019-cu ilin payız aylarında keçmiş qaynı Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhərində yerləşən evinə getmişdir ki, ondan nə üçün onları ailəvi olaraq həmin evdən qeydiyyatdan çıxartmasının səbəbini sorusun. O, Bayrama məxsus evin həyətində onunla söhbət edən zaman o, ona demişdir ki, onun qızı Tərlan hamını bu evdən qeydiyyatdan çıxartmışdır və onun bu barədə heç bir xəbəri olmamışdır. O da Bayrama demişdir ki, buna görə o, oğlu Ramilə şəxsiyyət vəsiqəsi ala bilmir. O, onun yaşadığı evin həyətində onunla bir qədər söhbət etdikdən sonra Bayram ona köməklik edəcəyini və sonra ondan nə işlə məşğul olduğunu soruşmuş, o da Bayrama demişdir ki, xəstədır, evdə oturur, heç bir işlə də məşğul deyil, güclə dolanır, nəvəsi də xəstədir. Bayram da ona yazığı gəldiyini demiş və ona öz evindən bir mobil telefon verərək hədiyyə etmişdir. Bundan sonra onların arasında münasibət yaranmışdır. O, Bayramgilə getdiyini sonradan qızına demiş, ancaq Bayramın ona mobil telefon verdiyini deməmişdir. O, Bayramla öz istifadəsində olan mobil telefonla zəng edərək bir neçə dəfə danışmış və iki dəfə o, Bayramla Gəncə şəhərində yerləşən dəmiryol vağzalının qarşısında görüşmüşdür. Görüşməyinin məqsədi Bayramın ona köməklik etməyi olmuş, Bayram ona birinci dəfə 10 manat, ikinci dəfə isə 15 manat nağd pul vermişdir. Bayramın ona verdiyi mobil telefon yararsız olduğundan o, onu zibilliyə tullamışdır. Bu barədə o, Bayrama sonra demişdir. Axırıncı dəfə, yəni 2019-cu ilin noyabr aylarında Bayram onun istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə zəng edərək xəstələndiyini və ona yemək bişirib gətirməyini xahiş etmişdir. O da etiraz etməmiş və evdə yarpaq dolması bişirmiş, təndir çörəyi də xoşladığı üçün bir ədəd təndir çörəyi alıb onun yaşadığı evə getmişdir. Bir qədər oturub çay, çörək yedikdən sonra Bayram onunla söhbət etməyə başlamışdır. Sonra Bayram onun üzünə gülərək demişdir ki, “çalmırsan, gedək evə bir qədər oynaşaq çal”. O da Bayrama demişdir ki, “ayıb olsun sənə, mən sənin qardaşın arvadı olmuşam, ölüb yerə girmirsən mənə bu sözləri deyirsən”. Bayram da onun bu sözündən sonra üzünə yenə gülərək zarafat etdiyini demişdir. Həmin söhbət zamanı onlar qabaq-qabağa oturmuşlar. O, ona sərt cavab verən zaman o, stulda oturaqlı üzünü arxaya çevirərək şalvarın üstündən cinsiyyət üzvünü əli ilə oynatmışdır. Sonra Bayram ayağa qalxaraq özünə bir stəkan çay süzərək yenə gəlib oturmuşdur. Çay içən zaman Bayram ona demişdir ki, “gəl bu planşetdə seks videosu qoyum, baxaq, həvəsin olacax”. Bu sözlərə görə onun orada təyziqi qalxmış və o, qızı Ülviyyənin mobil telefonuna zəng edərək onu Bayramgildən gəlib aparmasını xahiş etmişdir. Bir qədər keçmiş qızı Ülviyyə Bayramın yaşadığı evə gəlmişdir. Bayram qızı Ülviyyəni görən zaman ona demişdir ki, “Ülviyyə onun qızı Səbinəyə çox oxşayır, elə bir bir almadır”. Uşağının olub-olmaması ilə maraqlanmışdır. Həmin vaxt ya o, ya da ki, qızı Ülviyyə ona demişdir ki, danışan zaman kəkələyən nitqi qüsurlu bir oğlu vardır, məktəb yaşında olsa da məktəbə getmir, kasıb yaşayırlar, imkansızdırlar. Sonra ona heç nə deməmiş və çıxıb evə gəlmişdir. 18 dekabr 2019-cu il tarixdə saat 12-13 radələrində o, qızı Ülviyyənin yaşadığı Samux rayon Nəbiağalı qəsəbəsində yerləşən evinə getmişdir. O, evə daxil olan zaman evdə qızı Ülviyyə ilə əri Bəhram arasında mübahisə olduğunu, mübahisə zamanı Bəhram qızına demişdir ki, “sənin əmin bizə gəlib övladıma qarşı bu cür hərəkətlər edib, bizə sataşıb”. O da məsələnin nə olduğunu Bəhramdan soruşan zaman Bəhram ona demişdir ki, nəvəsi Hüseyndən nə olduğunu soruşsun, o, hər şeyi deyəcək. O, da Hüseyndən nə olduğunu soruşan zaman Hüseyn ona demişdir ki, iki gün əvvəl Bayram evlərinə qonaq gəlmişdir, Bayram onların evinə təkcə, özünə məxsus maşınla gəlmişdir. Bayram onların evini tanımadığı üçün o, mobil telefonla onun atası Bəhramla əlaqə saxlayaraq yolu öyrənmiş və o, atası ilə bərabər onun qabağına çıxmışdır. Bayram onlarda olan zaman yeməyə heç nə olmadığını deyərək qərara gəlmişdir ki, yaxınlıqda yerləşən mağazaya gedib yemək üçün bir şey alsın. Buna görə də Bayram atası Bəhramdan araq içib-içmədiyini soruşmuş, atası Bəhram da araq içən olduğunu deyəndən sonra Bayram onunla birlikdə mağazaya getmək istədiyini demiş, atası Bəhram da stuldan qalxaraq paltosunu geyinib onlarla bərabər getmək istəyən zaman Bayram atasına demiş ki, “sən getmə, mən özüm Hüseynlə gedib gələcəm.” Sonra o, evin həyətinə çıxmış və Bayramı evin həyətində divara söykənmiş vəziyyətdə gözləmişdir. Bayram evin həyətinə çıxıb ayaqqabısını geyinmiş və bu zaman sağ əlini onun arxa nahiyəsinə uzadaraq iki dəfə arxa nahiyəsini sıxmış və sonra əlini şalvarının altına salaraq arxa nahiyəsini qurdalamağa başlamış, həm də əli ilə onu saxlayırmış ki, heç yerə tərpənməsin. O, ona həmin vaxt heç nə deməmişdir. O, onun arxa nahiyəsini əli ilə qurdalayan zaman qəflətən evdən anası çıxmış, Bayram da onun anasını görüb cəld əlini onun şalvarından çıxartmışdır. Bundan sonra o, Bayramla maşına oturmuşdur. Bayramın maşını ilə qəsəbədə “Namkanın dükanı” adlanan mağazaya getmişdir. Bayram mağazadan ona 1 ədəd “Kinder” şokoladı, 4 ədəd mandarin, özünə isə 1 ədəd çörəkvə 1 ədəd araq almışdır. Sonra mağazadan çıxan zaman Bayram ona demişdir ki, “gəl sən mənim qucağımda otur, sənə maşın sürməyi öyrədəcəm.” O da onun qucağında oturmuşdur. Sonra Bayram maşını asta sürməyə başlamış, o da hər iki əli ilə maşının rolundan tutmuşdur. Yol ilə gedən zaman Bayram sol əlini yenə onun şalvarının altına salaraq arxa tərəfini qurdalamağa başlamış, bir müddət onun arxa nahiyəsində nəsə eləmiş, Bayram sinəsi ilə onu sükana tərəf bərk sıxmışdır. O, maşında Bayramın qucağında olan zaman Bayram ona demişdir ki, onun qucağında hoppanıb düşsün, o da onun dediyi kimi eləmiş, onun qucağında qalxıb-düşürmüş, bu zaman arxa nahiyəsinə nəsə girib çıxdığını hiss edirdmiş. O, bədənində ağrı hiss etdiyi üçün onun qucağından istəmiş çıxa, amma Bayram onu bərk sıxmışdır. Sonradan onlar öz döngələrinə çatan zaman Bayram ona demişdir ki, “heç kimə heç nə demə, mən sənə evdə saat verəcəm”. Bu sözləri Hüseyn ona dedikdən sonra Bəhram öz mobil telefonu ilə AR DİN-nin 102 xidmətinə zəng etmiş, ancaq fikrini çatdıra bilmədiyi üçün onun telefonu ilə o, danışmışdır. Bəhram sərxoş olmuş, cətinliklə danışırmışdır. Ona görə də mobil telefonunu əlindən alıb bütün olanlar barədə o, məlumat vermişdir. Bayramın qızıgilə gəldiyini bilməmiş, 18.12.2019-cu il tarixdə onlara qonaq gələn zaman bilmişdir. Nəvəsi Hüseyni ürəyi istəmiş, nəvəsini görmək üçün gəlmişdir. Hadisə barədə biləndən sonra o, qızını tənbeh edərək nə üçün əmisi Bayramı evə buraxdığını demişdir. Söhbət zamanı demişdir ki, əmisi Bayramın “manyakdır”, o, onlarda olan zaman ona qarşı da əxlaqsız hərəkət etmiş və yuxarıda qeyd etdiyi, sirr saxladığı, Bayramın ona qarşı etdiyi əxlaqsız hərəkətlərin məzmunu özündən asılı olmayaraq açıb qızı Ülviyyəyə danışmış və həmin gün təzyiqinin ona görə qalxdığını bildirmişdir. Həmin vaxta kimi o, bu barədə heç kimə heç nə deməmişdir. Qızı ona demişdir ki, hadisə olan vaxtı, yəni 16.12.2019-cu il tarixdə Təqsirləndirilən şəxs oğluna qarşı bu cür hərəkətlər etdiyini bilməmiş, Bayram onun mobil telefonuna bir neçə dəfə zəng edərək övladını maraqlanması nəticəsində onda şübhə yaranmış, buna görə də oğluna düzünü deməyi soruşan zaman oğlu Hüseyn bütün olanları ona və atasına açıb demişdir. Həmin gün onlar polis Ehtiramla Gəncə şəhər 3 nömrəli xəstəxanaya getmiş, Ehtiram adlı polis izah etmişdir ki, uşaq tibbi ekspertizadan keçməlidir. Xəstəxanada nəvəsi Hüseyni bir otağa salmışlar, o da qızı ilə bərabar otağa girmişdir. Həkim nəvəsinin arxa nahiyəsinə baxıb öz-özünə demişdir ki, “aydındır, oğlunun arxa tərəfində izlər var”. Həkim nəvəsini müayinə eləyən zaman qızı və o da baxmışdır. Hüseynin arxa tərəfində deşik olan yerdə, büküşlərin arasında 2 ədəd dırnaq kimi cırılmış izlər, qızartı görmüşdür. Həmin izlərə o, həm həkimin, həm də qızının yanında baxmışdır. O, birinci elə bilmişdir ki, qaynı Bayram belə hərəkət etməz, ancaq gözü ilə görən zaman utanmış, bilməmiş ki, neynəsin, nəvəsinin gələcəyinin korlandığını fikirləşmişdir. Həmin vaxtlar o, şikayətçi olmaq istəməmiş, qaynı Bayrama görə yox, nəvəsinə görə çox utanmış, ailədə bircə uşaqdır, onun da gələcəkdə pis olmaması üçün o, qızına demişdir ki, heç kimə deməsin, çünki polislərə həkimlər özü deyəcəklər. Qızının və onun indiyə qədər ekspertizada gördüklərini deməməyini nəvəsinin xeyri üçün etmişdir. Həmin vaxt o, qızına bərk-bərk tapşırdmışdır ki, bunu heç kimin yanında deməsin. Buna görə də o, ilkin ifadələrində bu haqda heç nə demək istəməmişdir. Ekspertdən sonra özündə dəqiq bilmişdir ki, Bayram nəvəsinin arxa nahiyəsinə nəsə etmişdir. Ekspertizadan həkim yanından çıxan zaman qızı ona demişdir ki, “mən də deyirəm axı, niyə oğlum ayaqyoluna gedə bilmir, çətin gedir,” hadisədən sonra da o, onun arxa tərəfini yuyan zaman deymişdir ki, yavaş yuyun, arxası ağrıyır.” O də qızına aptekdən “lorindes C” adlı dərman alıb sürtməyini deyən zaman qızı ona demişdir ki, evdə bir az qalmalıdır. Sonradan qızı nəvəsinin arxasına həmin dərmandan sürtdüyünü bilmişdir. 18.12.2019-cu il tarixdə onlar həkimə gedib gələndən sonra və o, gözü ilə Hüseynin arxasını görəndən sonra Bayramla mobil telefonla bir neçə dəfə əlaqə saxlayıb onun nə üçün bu cür hərəkətlər etdiyini soruşan zaman Bayram onlara demişdir: “Mən Hüseynə heç nə etməmişəm, mənə heç nə sübut edə bilməzsiniz. Mənim filan yerim durmur” Onlar da ona demişdir ki, onun barəsində polisə artıq şikayət etmişlər. Həmin gün onlar polislərlə onun yaşadığı evə getmiş və onun evini polislərə göstərmiş, polislər də onu Samux rayon polis şöbəsinə dəvət etmişdir. Samux rayon polis şöbəsində Bayram bununla bağlı izahat verdikdən sonra onlar onunla Samux rayon polis şöbəsinin inzibati binasının qarşısında dayanıb söhbət edən Bayram onlara demiş ki, “sizə 300 manat pul verəcəm, ancaq sizin polisə vermiş olduğunuz izahatı geri götürəssiz”. Qızı da həmin vaxtı onunla razılaşmamışdır. Həmin günün sabahısı, Bayramla yenə Samux rayon polis şöbəsinin inzibati binasının qarşısında görüşən zaman Bayram cibindən 300 manat pul çıxardıb Hüseynin cibinə qoymuş və onlara demiş ki, “xəstə uşaqdır, müalicəyə apararsız, həm də ona bayramlıq nəsə alarsız”. Həmin 300 manatı o, götürmüşdür. Xatırladığına görə bir neçə gün sonra 50 manatını qızına vermiş, qalanını isə o, xərcləmişdir. 2019-cu ilin noyabr ayında Bayramın yaşadığı Gəncə şəhərində yerləşən evinə qonaq gedən zaman Bayram onunla cinsi əlaqədə olmadığını təklif etmiş, o isə etiraz etmiş, həmin vaxt Bayram ona qarşı hər hansı bir seksual xarakterli zorakılıq hərəkətləri etməmiş və o, onunla cinsi əlaqədə olmamışdır. O, AR DİN-nin 102 xidmətinə 18.12.2019-cu il tarixdə zəng edərək hadisənin iki gün əvvəl olduğunu, yəni 16.12.2019-cu il tarixdə baş verdiyini demiş, sonradan qızının səhvən Samux rayon polis şöbəsinə 15.12.2019-cu il tarixi göstərməsi, günləri və ayları xatırlamadığı üçün bu cür bildirməsi olmuşdur. Bayramın çoxdanın “pyaniskası”, “manyakı” və yalançısı olduğunu, ona görə onun öz övladları belə ona yaxın gəlmir. 3 il həmin həyətdə yaşamış və əri Müzəllət tutulduqdan sonra boşanmışdır. Ona görə də o, həmin evdə 2 otağını da qoyub, aliment də almadan 1987-ci ildən çıxmış və təxminən 10 il bundan əvvəl, qaynı Mirzə vəfat edəndə həmin evə getmidir. Təxminən 2 il bundan qabaq isə oğlm “ASAN” xidmət vasitəsi ilə “kimliyinin”, şəxsiyyət vəsiqəsinin müddəti keçdiyinə görə dəyişdirmək istəyəndə onun həmin evdən qeydiyyatdan çıxarıldığını bilmişlər. Bayramdan soruşduqda özünü bu evə “oxrannik”, yəni gözətçi qoyulduğunu, qızı Tərlanın və anasının işi olduğunu bildirdiyi üçün oğlu Ramil, ustası Rövşənin evinə qeydiyyata düşərək şəxsiyyət vəsiqəsinin yenisini almışdır. 22 dekabr 2019-cu il tarixdə o, onun yaşadığı Gəncə şəhəri Kəpəz rayonu M.Hacıyev küçəsi, 2-ci döngə ev 4 ünvana getməmişdir. Nəvəsi Hüseynə qarşı cinsi zorakılığı o, 16.12.2019-cu il tarixlə törətmişdir. 18.12.2019-ğu il tarixdə isə o, AR DİN-nin “Qaynar Xəttinə-102 Xidmətinə” müraciət etmiş, Bayramgilin evini polis işçilərinə göstərib, nəvəsi Hüseyni məhkəmə tibbi müayinədən keçirib, Samux rayon polis şöbəsinə gəlib işin mahiyyəti üzrə izahatlar verib evə getmiş və bundan sonra hal-hazırkı vaxta kimi Bayramgildə olmamış. Səhərisi gün növbəti dəfə o, qızı və nəvəsi Samux rayon polis şöbəsindən çıxıb evə gələn zaman həmin şöbənin qarşısında Bayram içkili vəziyyətdə onlara yaxınlaşıb“xəstə uşaqdır, müalicəyə apararsız, qabaqdanda bayramlar gəlir” deyə cibindən 300 manat pul çıxardıb nəvəsi Hüseynin cibinə qoymuşdur. Həmin gün Bayramın həmin polis şöbəsinə öz avtomobilində sərxoş gəldiyi üçün, polis işçilərinin onu avtomobilini idarə etməkdən kənarlaşdırmaqla, avtomobilini cərimə meydançasına qoydurub, özünü isə cərimələdikləri haqqında Bayramın özü onlara danışdığına görə bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Gəncə şəhərində yerləşən MTE və PA Birliyinin Gəncə şəhər şöbəsinin eksperti vəzifəsində işləyir. 28 dekabr 2019-cu il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs cinsi fəaliyyət qabiliyyətinin yoxlanılması məqsədilə məhkəmə-tibbi ekspertiza təyin edilmişdir. Buna görə də onun tərəfindən Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinə edilmiş, müayinə zamanı şöbə rəisi Cavanşir Əliyev də iştirak etmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs nevroloji, uroloji və seksopotoloji müayinələrdən keçməsi üçün aidiyyatı üzrə həkimlərə göndərilmişdir. Göndərildikdən sonra həmin həkimlərin yoxlanılması ilə əlaqədartəqdim etdikıri tibbi sənədlər yoxlanılaraq yazılmış 2138 nömrəli rəyə əlavə edilmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs demişdir ki, qohumlarının uşağını özünə məxsus “Mercedes” markalı avtomaşına mindirib çörək almağa getmiş, zöhrəvi, psixi, nevroloji və andokrinoloji xəstəlikləri inkar etmiş, cinsi fəaliyyətinə dair heç bir şikayətçi olmamışdır. Təqsirləndirilən şəxs cinsiyyət üzvündə cinsi əlaqəyə mane ola bilən hər hansı bir səbəb aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tibbi müayinə olunan zaman ona heç kim onun cinsi əlaqəyə girmə qabiliyyətinin olmamasını deməmişlər. Bundan başqa o, qançırın küt və bərk küt əşyanın təsiri nəticəsində əmələ gəldiyini, qançırların sağalma müddəti yerləşmə nahiyəsindən asılı olaraq 10-20 gün, bəzi hallarda isə bir aya qədər davam etdiyini, bu müddətdə qançırın rəngi sağalmasına uyğun olaraq müxtəlif rənglərdə olduğu, məsələn ilk 6 saatda qançırın rəngi qırmızımtıl-çəhrayı, 6-12 saat müddətində tünd qırmızımtıl-göy, sonrakı dövlərdə göy, göyümtül-bənövşəyi, bənövşəyi-yaşıl, yaşıl-sarıyaçalar və sair rənglərin dəyişməsi sağlamlığa uyğun olaraq dəyişdiyini, azyaşlı Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi vaxtı bədəni üzərində aşkar edilmiş xəsarətlərin müddəti məhz buna görə, yəni qançırın(qançırların) rənginə görə müəyyən edildiyi, ümumiyyətlə qançır, sıyrıq və səthi yara kimi xəsarətlər sağaldıqdan sonra bədən səthində heç bir iz qoymadığı, anal dəliyi və anus dəliyi nahiyyələri dedikdə- arxa keçəcək nəzərdə tutulduğu, həmin sözlərin sinonim sözləri olduğu, təqsirləndirilən şəxsin cinsi əlaqədə olma qabiliyyətinin təyini barədə məhkəmə-tibbi ekspertizası keçirildiyi, onun müvafiq həkim müayinəsindən keçirilməsinə dair nəticələri rəydə öz əksinin tapdığını, onda cinsi əlaqəyə mane ola biləcək hər hansı bir patologiya aşkar edilmədiyi, azyaşlı Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinə vaxtı qeyri-təbbi yolla cinsi əlaqəni təsdiq edən əlamətlər aşkar edilməsə də onun anal dəlik nahiyəsində qançır kimi xəsarət aşkar edildiyi, həmin qançırın gərginləşmiş kişi cinsiyyət üzvünün təsirindən qeyri-təbii yolla cinsi əlaqəyə cəhd zamanı əmələ gələ bilməsi rəydə öz əksini tapdığını, həmçinin həmin xəsarətin hər hansı başqa bir küt əşyanın təsirindən də, (vurulma, döymə, sıxılma və s) əmələ gələ bilməsi rəydə göstərildiyi, rəy verilən zaman heç bir səlahiyyət çərçivəsindən kənara çıxma halı olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Samux RPŞ DYPB-də baş inspektor vəzifəsində çalışır. 19 dekabr 2019-cu il tarixdə Samux şəhərinin mərkəzində xidməti avtomobillə xidmət aparan zaman Samux şəhəri Heydər Əliyev prospekti yolu ilə üzü Samux şəhərinin mərkəzinə doğru hərəkət edən tanımadığı “Mercedes benz E230” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qadağan edilmiş yerdən manevr etdiyi üçün saxlatmış, həmin avtomobilin sürücüsünə yaxınlaşaraq özümü təqdim edərək həmin şəxsdən avtomobilə və özünə dair sənədləri verməyini xahiş etmiş, sonradan həmin şəxsin Gəncə şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobil idarə edən zaman sərxoş olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs da ona dünən axşam araq içdiyini, ancaq həmin günü, yəni 19.12.2019-cu il tarixdə spirtli içki qəbul etmədiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək təklif etmişdir ki, sərxoşluq müayinəsindən keçsin, Təqsirləndirilən şəxs da buna etiraz etməmiş və onlar Samux rayon Mərkəzi xəstəxanasına getmiş, Təqsirləndirilən şəxs tibbi müayinədən keçdikdən sonra məlum olmuşdur ki, o, avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes benz E230” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili Samux RPŞ-nin duracağına gətirmiş və onun barəsində AR İXM-nin 327.2 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O göstərmişdir ki, 19.12.2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində Samux RPŞ DYPB-də AR İXM-nin 327.2 və 333.1-ci maddələri ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, gündəlik fəhləliklə məşğul olur. Şahid1 ilə uzun müddətdir ki, tanışdır, belə ki, o, sahələrə gedib fəhlə kimi kimi işləyən zaman onları aparan maşında tanış olmuşdur. Həm də o, Ülviyyənin anası ilə Gəncə şəhərində qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs Şahid1 vasitəsi ilə tanış olmuş, belə ki, bir dəfə o, Ülviyyə ilə 2019-cu ilin oktyabr-noyabr aylarında (xurma yığılan vaxtı) Samux rayonunda üzüm bağında işləyən zaman Ülviyyə ona gəlib demişdir ki, anası Zenfira Gəncə şəhərində qaynıgildədir, özünü pis hiss etmiş və ondan xahiş etmişdir ki, onu oradan gəlib aparsın. O da onunla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Yol ilə gedən zaman Şahid1 ona demişdir ki, anası Zenfira Gəncə şəhər sakini X11 ilə rəsmi ailə həyatı qurmuşdur, evlilik dövründə iki övladı o və Ramil olmuş, lakin sonradan bəzi ailədaxili məsələlərə görə ayrılmışlar, atası Müzəllət Məmmədov başqa bir qadınla ailə həyatı qurmuşdur, Təqsirləndirilən şəxs isə onun doğma əmisidir, həmin vaxtdan bəri onlar arasında gediş-gəliş olmamışdır. Ülviyyə ona demişdir ki, əmisi Bayram əvvəllər azyaşlı uşaqla cinsi əlaqədə olduğu üçün tutulmuşdur. Bundan sonra onlar Bayramgilin evinə çatmış və evin həyətinə daxil olmuşlar. Zenfira və Bayram evin həyətində oturmuşlar. Zenfira özünü pis hiss etmiş, Ülviyyə Bayrama üzüm də gətirmişdir. Zenfira qızı Ülviyyəni göstərib Bayrama demişdi ki, “bu mənim böyük qızımdır, o, ailə həyatı qurmuş və bir oğlan övladı var”. Bayram da onun üzündən öpüb demişdir ki, “ Ülviyyə mənim qızım Səbinəyə kopya oxşayır”. Sonra Bayram onun yanında Ülviyyəyə demişdir ki, “ oğlunun neçə yaşı var, məktəbə gedirmi?”, Zenfira da Bayrama da demişdir ki, “balacadır, 10 yaşı var, ancaq imkan yoxdur, məktəbə gedə bilmir”. Onlar ancaq Bayramla bir-biriləri ilə 1-2 dəqiqə görüşüb onun yaşadığı evdən çıxmışlar. O, onun evindən çıxan zaman Ülviyyəyə demişdir ki, “mənim sənin əmindən xoşum gəlmədi". Ülviyyə də ona bunun səbəbini soruşan zaman, o, Ülviyyəyə demişdir ki, “onun sifəti xoşuma gəlmədi, həm də bizim qabağımıza boz rəngli şortiklə və mayka ilə çıxmışdır, mənim də elə şeylərdən xoşum gəlmir”. Ülviyyə də ona demişdir ki, “əmimdir, uzatma”. Bundan sonra onlar yaşadıqları evə qayıtmışlar. Adətən o, işə getmək üçün, həm də birbiriləri ilə əlaqə saxlamaq üçün öz istifadəsində olan ***-***-**-** nömrə ilə Ülviyyənin istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. 16 dekabr 2019-cu il tarixdə o, Ülviyyəyə zəng edərək sabah işə gedib-getməyəcəyini soruşan zaman, söhbət əsnasında Ülviyyə ona demişdir ki, bu gün əmisi Bayram onlara qonaq gəlmişdir, o da onu nə üçün evinə buraxdığını, onun ona əvvəl Bayramın yaxşı bir insan olmadığı təəssüratı bağışlamadığını demişmişdir. Ancaq Ülviyyə ona demişdir ki, əmisi Bayram neçə vaxtı ona zəng edib qonaq gəlmək istədiyini demiş, o, bu dəfə etiraz etməmişdir. 18 dekabr 2019-cu il tarixdə o, Ülviyyəyə zəng edib danışan zaman Ülviyyə ona demişdir ki, “indi 102 xidmətinə zəng etmişəm, polislər gəlir”, o da nolduğunu soruşan zaman Ülviyyə ona demişdir ki, əmisi Bayram qonaq gələn zaman uşağına pis hərəkətlər edib. O da Ülviyyəyə demişdir ki, “gördünmü, mən sənə dedim axı əmini evə buraxma”. Bundan sonra danışığını bitirmişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 28.12.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Samux rayonu Nəbiağalı qəsəbəsi Şahid1 yaşadığı evdir. Baxış zamanı hadisə yerindən mühüm əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet götürülməmişdir. “Baxış keçirilməsi və götürülməsi haqqında” 19.12.2019-cu il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki,Şahid1 təhqiqata təqdim etdiyi əmisi Təqsirləndirilən şəxs tərəfindən onun yaşadığı Samux şəhəri, M.P.Vaqif küçəsində yerləşən evinə qonaq gələn zaman onun oğlu Zərərçəkmiş şəxs hədiyyə olaraq vermiş olduğu 1(bir) ədəd “BVLCARİ” firmasına məxsus, əsas hissəsi qara, qulp hissəsi gümüşü, şüşəli, Xİİ rəqəminin rum rəqəmləri ilə yazılmış kişi qol saatı iş üçün əhəmiyyətli olduğu üçün maddi sübut kimi tanınmış və cinayət işində saxlanılır. “Geyim paltarlarının götürülməsi və baxış aparılması haqqında” 27.12.2019-cu il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə vaxtı əynində olmuş 1(bir) ədəd tünd göy rəngli, qabaq sağ və sol tərəfdə, həmçinin içəri tərəfdə döş cibli, boyun hissəsində «Kayxu» yazısı olan parça köynək, 1(bir) ədəd arxa və hər iki qol hissələri qara rəngli, qabaq hissəsi tünd bənövşəyi, düyməli, boyun hissəsində iç tərəfdə «Aidin Heidari» yazılı etiketli, cibli, naxışlı parça jaket və 1(bir) ədəd qara rəngli, bel hissəsində dairəvi olaraq “Mustafa tayat” yazılı, pencək parça şalvar iş üçün əhəmiyyətli olduğu üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Samux RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. “Geyim paltarlarının götürülməsi və baxış aparılması haqqında” 28.12.2019-cu il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə vaxtı əynində olmuş 1(bir) ədəd ağ rəngli, müxtəlif şəkilli, yazılı, üzərində “Ceylanoğlu Kids, Made in Turkey 100% Cotton“ etiketli yazısı olan tuman, 1(bir) ədəd tünd göy rəngli, sepli, cibli, hər iki qolları üzərində iki ədəd uzununa ağ zolaqlı, qabaq hissəsində “Adidas” yazısı olan papaqlı parça kofta, 1(bir) ədəd tünd boz rəngli qabaq sağ və sol tərəflərində cibləri olan parça şalvar iş üçün əhəmiyyətli olduğu üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Samux RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. “Təqdim edilmiş dərman preparatının götürülməsi və baxış aparılması haqqında” 07.07.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş dərman preparatından görünür ki,Qanuni nümayəndə istintaqa təqdim etdiyi 1(bir) ədəd qutuda olan “xxxx” dərman preparatı iş üçün əhəmiyyətli olduğu üçün maddi sübut kimi tanınmışdır. “Diskə baxış keçirilməsi haqqında” 15.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğluna məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrəsi arasında 12.12.2019-cu il tarixdə, 16.12.2019-cu il tarixdə, 18.12.2019-cu il tarixdə, 19.12.2019-cu il tarixdə, 21.12.2019-cu il tarixdə və 23.12.2019cu il tarixdə danışıqlar olmuşdur. "Üzləşdirmə haqqında” 28.12.2019-cu il tarixli protokollardan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deməklə təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının 18.12.2019-cu il tarixli 2075 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol sağrı və anal dəlik nahiyələrinin qançırları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə 15.12.2019cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azyaşlı Zərərçəkmiş şəxs anus dəliyi nahiyəsində aşkar edilmiş qançır, anal dəlik vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqəyə cəhd zamanı gərginləşmiş kişi cinsiyyət üzvünün təsirindən əmələ gələ bilər. Məhkəmə-tibbi ekspertizasının 10.01.2020-ci il tarixli 2138 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsiyyət üzvündə cinsi əlaqəyə mane ola bilən hər hansı bir səbəb (patologiya, deformasiya, çapıq toxuması) aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 22.05.2020-ci il tarixli 722 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət- sol sağrı və anal dəlik nahiyələrinin qançırları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə 15.12.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azyaşlı Zərərçəkmiş şəxs anus dəliyi nahiyəsində aşkar edilmiş qançır, anal dəlikdən kənarda olduğu üçün qəbzlik nəticəsində əmələ gələ bilməsi inandırıcı deyil.Qeyd olunan xəsarət hər hansı başqa bir küt əşyanın təsirindən (vurulma, dəymə, sıxılma və s. nəticəsində) əmələ gələ bilər. Materialların məhkəmə ekspertizasının 13.02.2020-ci il tarixli 80 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№li cədvəlində göstərilmişdir.Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər.Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd jaketin üzərindən tapılmış tünd-göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd jaketin tərkib liflərinə uyğun gəlirlər.Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın və 01 ədəd qış köynəyinin səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 06.03.2020-ci il tarixli 155 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Ambulator məhkəmə-psixoloji ekspertizasının 21.07.2020-ci il tarixli 159 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir- Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflik problemlərin olması, keçirdiyi hiss və həyəcanları, ağrıları şişirtməyə meyillilik və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma.Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyillidir.Təqsirləndirilən şəxs ona şamil edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi halda olmuşdur. Ambulator məhkəmə-psixoloji ekspertizasının 18.05.2020-ci il tarixli 94 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir-Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma.Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur.Zərərçəkmiş şəxs qarşı edilən hərəkətləri yaş xüsusiyyəti və intellektual inkişafı nəzərə alınaraq onunla edilən hərəkətlərin xarakterini və mənasını anlaya bilməmişdir.Zərərçəkmiş şəxs hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi emosional halda olmuşdur. Zərərçəkmiş şəxs özünün yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınaraq baş vermiş hadisənin mənasını anlamadığı üçün müqavimət göstərməmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 21.07.2020-ci il tarixli 383 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl və həmin hərəkətlər törədilərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və sair pxisi xəstəlik keçirməmişdir. O, hal-hazırda hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. O, hər hansı xroniki psixi xəstəlik keçirmədiyindən ona qarşı törədilən qanunazidd əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək iqtidarında olmasa da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs onunla baş vermiş qanunazidd əməlin mahiyyətini və həmin əməlin nəticlərini tam anlaya bilməsə də baş vermiş hadisəni formal qavrayıb həmin hadisə barəsində düzgün ifadə verə bilər. Gəncə şəhər evlər üçlüyü tərəfinfən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında ailə üzvləri həyat yoldaşı Məmmədova Həqiqət Məmi qızı, övladları Məmmədova Samirə bayram qızı, X6, X7, X5, X8, X9 və X3 birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Gəncə şəhər X21 29.01.2020-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. AZE İİ № 674253 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2010-cu il tarixdə anadan olmuş, atası Qanuni nümayəndə, anası Şahid1dır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmlərin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 17.01.2014-cü il tarixli, hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 152 və 153-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 15.06.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 27.12.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Samux Rayon Məhkəməsinin 29.12.2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 dekabr 2019-cu il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi barədə” 22.11.2020-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus 1(bir) ədəd “BVLCARİ” firmasına məxsus, əsas hissəsi qara, qulp hissəsi gümüşü, şüşəli, Xİİ rəqəminin rum rəqəmləri ilə yazılmış kişi qol saatı, 1(bir) ədəd qutuda olan “xxxx” dərman preparatı və Bakcell MMCdən alınmış telefon məlumatlarını əks etdirən 1 ədəd disk cinayət işində saxlanılır. Təqsirləndirilən şəxs məxsus 1(bir) ədəd tünd göy rəngli, qabaq sağ və sol tərəfdə, həmçinin içəri tərəfdə döş cibli, boyun hissəsində «Kayxu» yazısı olan parça köynək, 1(bir) ədəd arxa və hər iki qol hissələri qara rəngli, qabaq hissəsi tünd bənövşəyi, düyməli, boyun hissəsində iç tərəfdə «Aidin Heidari» yazılı etiketli, cibli, naxışlı parça jaket və 1(bir) ədəd qara rəngli, bel hissəsində dairəvi olaraq “Mustafa tayat” yazılı, pencək parça şalvar, Zərərçəkmiş şəxs məxsus 1(bir) ədəd ağ rəngli, müxtəlif şəkilli, yazılı, üzərində “Ceylanoğlu Kids, Made in Turkey 100% Cotton“ etiketli yazısı olan tuman, 1(bir) ədəd tünd göy rəngli, sepli, cibli, hər iki qolları üzərində iki ədəd uzununa ağ zolaqlı, qabaq hissəsində “Adidas” yazısı olan papaqlı parça kofta, 1(bir) ədəd tünd boz rəngli qabaq sağ və sol tərəflərində cibləri olan parça şalvar Samux rayon PŞ-də saxlanılır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş 25.06.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı hansı seksual xarakterli hərəkət etmədiyini, bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ifadələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsiilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərəçəkmiş şəxslə barışmasını, zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslə barışmasını, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinə nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası hədində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Samux Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 1(bir) ədəd tünd göy rəngli, qabaq sağ və sol tərəfdə, həmçinin içəri tərəfdə döş cibli, boyun hissəsində «Kayxu» yazısı olan parça köynək, 1(bir) ədəd arxa və hər iki qol hissələri qara rəngli, qabaq hissəsi tünd bənövşəyi, düyməli, boyun hissəsində iç tərəfdə «Aidin Heidari» yazılı etiketli, cibli, naxışlı parça jaket və 1(bir) ədəd qara rəngli, bel hissəsində dairəvi olaraq “Mustafa tayat” yazılı, pencək parça şalvar, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə isə məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 1(bir) ədəd ağ rəngli, müxtəlif şəkilli, yazılı, üzərində “Ceylanoğlu Kids, Made in Turkey 100% Cotton“ etiketli yazısı olan tuman, 1(bir) ədəd tünd göy rəngli, sepli, cibli, hər iki qolları üzərində iki ədəd uzununa ağ zolaqlı, qabaq hissəsində “Adidas” yazısı olan papaqlı parça kofta, 1(bir) ədəd tünd boz rəngli qabaq sağ və sol tərəflərində cibləri olan parça şalvar zərər çəkmiş Zərərçəkmiş şəxs qanunui nümayəndəsinə və ya onun yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə isə məhv edilməlidir. Eləcə də cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1(bir) ədəd “BVLCARİ” firmasına məxsus, əsas hissəsi qara, qulp hissəsi gümüşü, şüşəli, Xİİ rəqəminin rum rəqəmləri ilə yazılmış kişi qol saatı, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 1(bir) ədəd qutuda olan “xxxx” dərman preparatı isə zərər çəkmiş şəxsin qanunui nümayəndəsinə qaytarılmalı və Bakcell MMC-dən alınmış telefon məlumatlarını əks etdirən 1 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat 80 (səksəb) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 27 dekabr 2019-cu il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Samux Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 1(bir) ədəd tünd göy rəngli, qabaq sağ və sol tərəfdə, həmçinin içəri tərəfdə döş cibli, boyun hissəsində «Kayxu» yazısı olan parça köynək, 1(bir) ədəd arxa və hər iki qol hissələri qara rəngli, qabaq hissəsi tünd bənövşəyi, düyməli, boyun hissəsində iç tərəfdə «Aidin Heidari» yazılı etiketli, cibli, naxışlı parça jaket və 1(bir) ədəd qara rəngli, bel hissəsində dairəvi olaraq “Mustafa tayat” yazılı, pencək parça şalvar, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, imtina edildikdə isə məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 1(bir) ədəd ağ rəngli, müxtəlif şəkilli, yazılı, üzərində “Ceylanoğlu Kids, Made in Turkey 100% Cotton“ etiketli yazısı olan tuman, 1(bir) ədəd tünd göy rəngli, sepli, cibli, hər iki qolları üzərində iki ədəd uzununa ağ zolaqlı, qabaq hissəsində “Adidas” yazısı olan papaqlı parça kofta, 1(bir) ədəd tünd boz rəngli qabaq sağ və sol tərəflərində cibləri olan parça şalvar zərər çəkmiş Zərərçəkmiş şəxs qanunui nümayəndəsinə və ya onun yaxın qohumlarına qaytarılsın, imtina edildikdə isə məhv edilsin. Eləcə də cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1(bir) ədəd “BVLCARİ” firmasına məxsus, əsas hissəsi qara, qulp hissəsi gümüşü, şüşəli, Xİİ rəqəminin rum rəqəmləri ilə yazılmış kişi qol saatı, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 1(bir) ədəd qutuda olan “xxxx” dərman preparatı isə zərər çəkmiş şəxsin qanunui nümayəndəsinə qaytarılsın və Bakcell MMC-dən alınmış telefon məlumatlarını əks etdirən 1 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat 80 (səksəb) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar