Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-110/2022 04.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu (məruzəçi hakim) və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X3 və Məmmədova Arzu Məmməd qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, zərəçəkmiş şəxsin nümayəndəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 və Femida Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməmiş, natamam orta təhsilli, Samux rayonu Tatlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, ƏN PXnin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə 09 avqust 2020-ci il tarixdə, saat 13 radələrində yaşadığı Samux rayonun Tatlı kəndində yerləşən evində olarkən əvvəllər “İnstagram” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə +**********42 mobil nömrədən "WhatsApp" vasitəsilə zəng edərək özündə olan, Zərərçəkmiş şəxs yarıçılpaq şəkillərini ona göstərib həmin şəkilləri, yəni şərəf və ləyaqətini alçaldan rüsvayedici məlumatları onun ailə üzvlərinə göndərməklə və sosial şəbəkələrdə yayma hədəsi ilə ondan 4 (dörd) min manat məbləğində pul tələb etmiş, Zərərçəkmiş şəxs ailə üzvlərinin yanında və müəllim işlədiyi kollektivdə biyabır olmamaq üçün ondan tələb olunan məbləğdə pulu vermək məqsədi ilə 10.08.2020-ci il tarixdə Bakı şəhəri, Əmircan qəsəbəsi ərazisində olan "xxxx"a gedərək öz adına kredit alarkən kredit mütəxəssisi ilə onun danışığını eşidib, bankın Zərərçəkmiş şəxs 4400 (dörd min dörd yüz) manat məbləğində kredit verə biləcəyini öyrənib, onu həmin məbləği götürməyə məcbur edib, yaxınlıqda olan "Ballı" adlanan marketdə quraşdırılmış "Milliön" ödəniş terminalı vasitəsilə özünün "xxxx" kartındakı hesabına köçürtməklə Zərərçəkmiş şəxs barəsində özündə olan şərəf və ləyaqətini alçaldan rüsvayedici məlumatları yaymaqla onu hədələyib qəsdən onun 4400 (dörd min dörd yüz) manat miqdarında pulunu hədə-qorxu ilə tələb edib həmin tarixdə ünvan 2 ünvanında yerləşən 22 saylı poçt şöbəsinin terminalından məxaric etməklə ələ keçirmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını hədəqorxu ilə tələb etmək məqsədi ilə qəsdən vahid niyyətlə 12 avqust 2020-ci il tarixdən həmin ilin sentyabr ayının axırlarınadək olan müddət ərzində əvvəllər “İnstagram” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə +**********42 mobil nömrədən" WhatsApp" vasitəsilə zəng edərək özündə olan, Zərərçəkmiş şəxs yarı çılpaq şəkillərini, yəni şərəf və ləyaqətini alçaldan rüsvayedici məlumatları onun ailə üzvlərinə göndərməklə və sosial şəbəkələrdə yayma hədəsi ilə yaşadığı Samux rayon Tatlı kəndində yerləşən evində olarkən 12 avqust 2020-ci il tarixdə, təqribən saat 14 radələrində ondan 4 (dörd ) min manat miqdarında pulunu hədə-qorxu ilə tələb edib, 3100 (üç min yüz) manat məbləğində pulu "xxxx" kartındakı hesabına köçürtməklə 13.08.2020-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti 101A ünvanında yerləşən X4 terminaldan məxaric etməklə ələ keçirmiş, 17 avqust 2020-ci il tarixdə, təqribən saat 14 radələrində ondan yenidən 4 (dörd) min manat miqdarında pulunu hədəqorxu ilə tələb edib "xxxx" kartındakı hesabına köçürtməklə 18.08.2020-ci il və 19.08.2020-ci il tarixlərdə hissə-hissə Mingəçevir şəhəri ərazisində yerləşən müxtəlif terminallardan məxaric etməklə ələ keçirmiş, 20 avqust 2020-ci il tarixdə, təqribən saat 14 radələrində ondan 5 (beş) min manat miqdarında pulunu hədə-qorxu ilə tələb edib anası Şahid5 adına olan "xxxx" kartındakı hesabına 21.08.2020-ci il tarixdə 4300 (dörd min üç yüz) manat miqdarında pulunu köçürtdürməklə hədə-qorxu ilə tələb edib həmin tarixdə ünvan 2 ünvanında yerləşən 22 saylı poçt şöbəsinin terminalından məxaric etməklə ələ keçirmiş, 21 avqust 2020-ci il tarixdə, saat 22 radələrində ondan 4 (dörd) yüz manat miqdarında pulunu hədə-qorxu ilə tələb edib 23.08.2020-ci il tarixdə "xxxx" kartındakı hesabına köçürtməklə 24.08.2020-ci il tarixdə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində yerləşən terminaldan məxaric etməklə ələ keçirmiş, 23 avqust 2020-ci il tarixdə, saat 14:30 radələrində ondan 3 (üç) yüz manat miqdarında pulunu hədə-qorxu ilə tələb edib həmin tarixdə "xxxx" kartındakı hesabına köçürtməklə 24.08.2020-ci il tarixdə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində yerləşən terminaldan məxaric etməklə ələ keçirmiş, 27 avqust 2020-ci il tarixdə səhər saatlarında ondan 1 (bir) yüz manat miqdarında pulunu hədə-qorxu ilə tələb edib həmin tarixdə "xxxx" kartındakı hesabına köçürtməklə 27.08.2020-ci il tarixdə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində yerləşən terminaldan məxaric etməklə ələ keçirmiş, 27 avqust 2020-ci il tarixdə, təqribən saat 22 radələrində 7 (yeddi) min manat miqdarında pulunu hədə-qorxu ilə tələb edib 28.08.2020-ci il tarixdə "xxxx" kartındakı hesabına köçürtməklə 28.08.2020-ci il və 31.08.2020-ci il tarixlərdə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində yerləşən terminaldan məxaric etməklə ələ keçirmiş, 2020-ci ilin sentyabr ayının axırlarında müəyyən edilə bilməyən gündə və vaxtda isə Türkiyə Respublikasının ərazisində olarkən Zərərçəkmiş şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəyə +**********01 mobil nömrədən" WhatsApp" vasitəsilə zəng edərək 6 (altı) min manat olmaqla ondan qəsdən təkrarən, xeyli miqdar təşkil edən cəmi 26800 (iyirmi altı min səkkiz yüz) manat miqdarında pulu Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb edib, cəmi tələb etdiyi pullardan 19200 (on doqquz min iki yüz) manatını müxtəlif bank hesablarına köçürtdürüb terminallardan məxaric etməklə ondan alıb ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, 23600 (iyirmi üç min altı yüz) manat məbləğində mülki iddianı isə qəbul edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2020-ci ildə dəqiq xatırlamadığı vaxtda "İnstagram" sosial şəbəkəsində tanış olmuşdur. Onlar arasında sevgi münasibəti yarandığından o, əvvəlcə istifadəsində olan “whatsapp” nömrəsilə, sonra isə ***-***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı telefon ilə əlaqə saxlamışdır. Onlar telefonla danışdıqdan sonra aralarında olan münasibətləri daha da yaxşılaşdığından mütəmadi olaraq "İnstagram" və "WhatsApp" sosial şəbəkəsində görüntülü danışmağa başlamışlar. Tanışlıqdan təxminən bir həftə sonra “İnstaqram”da onlar qrup yaratmışlar, oraya Səmayənin anası Solmaz, Səmayənin tələbəsi Səbinə və o, daxil olmuşdur. Həmin vaxt o, Samux rayonunda olmuşdur. Bir gün o, Səmayə ilə görüntülü danışan zaman Səmayə hamamdan yeni çıxdığından əynində hamam xalatı olmuşdur. O da Səmayədən xalatı olmadan onu görmək istədiyini bildirmiş, Səmayə xalatı çıxarmış və onunla sinəsi açıq şəkildə görüntülü danışmaqda davam etmişdir. Həmin vaxt o, sərxoş olmuş və görüntülü danışan zaman Səmayənin xəbəri olmadan onun şəklini çəkmişdir. O, yalnız bir dəfə görüntülü danışan zaman Səmayənin şəkillərini çəkmişdir. Həmin vaxt Səmayəni yaxşı tanımadığından özünü sığortalamaq məqsədi ilə görüntülü danışıq zamanı mobil telefonunun ekran görüntülərini çəkərək onun çılpaq şəkillərini özündə saxlamışdır. Hər ehtimala qarşı şəkilləri uzun müddətə saxlamışdır. Səmayə özünü ona dul və iki azyaşlı uşağı olan qadın kimi təqdim etmişdir və Bakı şəhəri, Suraxanı rayonunda yaşadığını bildirmişdir. O isə özünü ona Tunar adı ilə təqdim etmişdir. O, Səmayə ilə bir neçə gün beləcə danışmışdır. Təxminən 2-3 gün sonra o, Səmayənin anası ilə mobil telefonda tanış olmuşdur. Telefonda o, Səmayənin anasına ciddi fikirdə olduğunu demişdir. O, ilk dəfə Səmayədən tanışlıqdan təxminən 10 gün sonra pul istəmişdir. Səmayədən borca 100 manat pul almış, sabahı gün o, həmin pulu Səmayəyə göndərmişdir. 09 avqust 2020-ci il tarixdə saat 13 rdələrində o, yaşadığı Samux rayon Tatlı kəndində evdə olan zaman Gürcüstan Respublikasından mobil telefon gətirib sataraq qazanc əldə edəcəklərini Səmayəyə bildirərək ondan 20000 manat kreditə pul götürməyini xahiş etmiş, səbəb kimi Səmayənin müəllimə işlədiyindən ona smslə həmin məbləğdə pulu götürə biləcəyi barədə bankdan məlumat gəldiyini bildirmişdir. Səmayə də onunla razılaşmışdır. Pul istədiyi günün sabahısı, yəni 10.08.2020-ci il tarixdə o, özünə məxsus olan "xxxx" tərəfindən verilmiş plastik kartın fotoşəkilini mobil telefonuyla çəkib "WhatsApp" sosial şəbəkəsi vasitəsilə Səmayəyə atmış və həmin günü də o, Göygöl rayonuna gəzmək üçün getmişdir. Zərərçəkmiş şəxs o, həmin kartın əmisi oğluna məxsus olmasını demişdir. Ancaq o, öz adının Tunar olduğunu demiş, özünü isə əmisi oğlu kimi təqdim etmiş, Səmayə elə bilmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. O, kartın şəklini Səmayəyə göndərən günü, yəni 10.08.2020-ci il tarixdə saat 13 radələrində karta 4400 manat pul köçürtmüş və bu barədə ona bildirmişdir. Günorta saatlarında o, Göygöl rayonundan qayıdan zaman Gəncə şəhəri, Azərbaycan küçəsində olan bankomatdan Səmayənin ona göndərdiyi pulu çıxartmışdır. Zərərçəkmiş şəxs ona pul göndərdikdən sonra o, həmin pulla heç bir iş qurmamış və şəxsi ehtiyacına xərcləmiş, Səmayəyə də sonradan bu barədə demiş, Səmayə də ona heç nə deməmişdir. Təxminən 2 gün keçmiş, yəni 12.08.2020-ci il tarixdə saat 14 radələrində o, Səmayədən 4000 manat pul istəmiş və ona yenidən öz adına kredit götürməsini təklif etmişdir. Səmayə də onunla razılaşmış, həmin pula özünə avtomobil almağı düşünmüşdür. O, Səmayədən pul istəyən zaman yaşadığı Samux rayon Tatlı kəndində yerləşən evində olmuşdur. Onun təklifindən sonra Səmayə onunla telefonla danışaraq 12.08.2020-ci il tarixdə "Kapital Banka" getmiş və əlavə olaraq 3100 manat kredit götürərək onun əvvəlki bank hesabına köçürtmüşdür. Bundan bir qədər əvvəl özünə məxsus "VAZ-2106" markalı avtomobili olsa da, həmin avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyindən onu satmışdır. O, həmin pulların 1200 manatını əvvəlcədən olan borcunu ödəmiş, 4200 manatına başqa bir "VAZ-2106" markalı avtomobil almış, qalan pulu özüylə götürüb Bakı şəhərinə gəlmişdir. Təxminən 7-8 gün müddətində Bakı şəhəri Nəsimi rayonu ərazisində kirayələdiyi evdə qalmışdır. Bakı şəhərində olan zaman Səmayə ona bildirmişdir ki, Güllü adlı qadına 2000 manat borcu vardır. O, Zərərçəkmiş şəxs ona verdiyi 7500 manat puldan ona 2000 manat pul vermişdir. Bakı şəhərindən yaşadığı evə qayıtdıqdan sonra 17 avqust 2020-ci il tarixdə saat 14 radələrində o, Səmayə ilə telefonla danışarkən ondan borc olaraq 4000 manat pul istəmiş, Səmayə də onunla razılaşmış və rəfiqəsi Güllünün adına 4000 manat kreditə pul götürmüş və 18.08.2020-ci il tarixdə onun istifadə etdiyi karta göndərmişdir. 3950 manat bir və 50 manat da bir göndərmişdir. Həmin vaxt o, Samux rayon Tatlı kəndində yaşadığı evdə olmuşdur. Həmin 4000 manat pulu da borca və özünə xərcləmişdir. 2500 manat pulu borclu olduğu “GALAXY” firmasında Tarkan adlı şəxsə vermişdir. Sonradan Tarkan adlı şəxsə 1800 manat əlbəəl vermiş, 750 manatı isə atası özü aparıb vermişdir. Səmayədən aldığı pullarla özünə sürücülük vəsiqəsi də almış, həmçinin “Vaz 2106” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil də almışdır. Avtomobili Gəncə şəhərindən almışdır. Səmayəyə o, 2000 manat pulu almış olduğu maşını satmaqla qaytarmışdır. Səmayə bankdan kredit götürdüyü üçün Səmayənin götürdüyü kreditin aylıq ödənişlərinə görə o, üç ay müddətində aylıq olaraq 415 manat pul göndərmiş, bəzən isə Səmayə həmin kreditin aylıq ödənişini özü ödəmişdir. Sonradan isə Səmayə ilə telefon danışığı zamanı aralarında mübahisə yarandığından bir müddət danışmamışlar. Lakin Səmayə ilə barışdıqdan sonra pula ehtiyacı olduğundan o, 20.08.2020-ci il tarixdə saat 14 radələrində Samux rayonu Tatlı kəndində yaşadığı evdə olan zaman Səmayəyə özünə məxsus qızılları girov qoyaraq ona 5000 manat pul göndərməsini bildirmişdir. Xatırladığı qədəri ilə 21.08.2020-ci il tarixdə Zərərçəkmiş şəxs kredit götürərək ona verdiyi bank kartına 4300 manat pul göndərmiş, ancaq pulu haradan aldığını və əldə etdiyini soruşmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs ilə telefonla danışan zaman Türkiyə Respublikasına getmək istədiyini, orada iş qurduqdan sonra onu da öz yanına aparacağını bildirmiş və ona bir qədər də maddi köməklik göstərməsini xahiş etmişdir. Həmin vaxt da o, Samux rayonunun Tatlı kəndində olmuşdur. 22.08.2020-ci il tarixdə Səmayə onun kartına 400 manat pul köçürtmüşdür. O, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Samux rayonu, Tatlı kəndində yaşadığı evdə olan zaman mobil telefonla "Whats app" vasitəsilə səsli danışığı zamanı Türkiyə Respublikasında quracağı işlə bağlı göndərdiyi pulun kifayət etmədiyini deyərək Zərərçəkmiş şəxs daha 7000 manat pul tapıb göndərməsini istəmişdir. Lakin o, 100 manat pulunun olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onun bank hesabına 27.08.2020-ci il tarixdə 100 manat, 28.08.2020-ci il tarixdə isə 2000 və 5000 manat olmaqla ümumilikdə 7000 manat pul gödərmişdir. Həmin vaxt o, Samux rayon Tatlı kəndində olmuşdur. Həmin pulları o, Samux rayonu və Gəncə şəhərində nağdlaşdırmış, belə ki, 5000 manat pulu Gəncə şəhərində nağdlaşdırmış, 2000 manat pulu isə Samux rayonu ərazisində olarkən nağdlaşdırmışdır. 28.08.2020-ci il tarixdən 12.09.2020-ci il tarixə kimi o, Səmayə ilə mütəmadi əlaqə saxlamış, ancaq pul istəməmişdir. 11 sentyabr 2020-ci il tarixdə o, Samux rayonundan Bakı şəhərinə gəlmiş və həmin günü Səmayə ilə görüşmüş və görüşən zaman Səmayəyə 2000 manat əlbəəl formada Səmayədən aldığı pullardan vermiş, 12 sentyabr 2020-ci il tarixdə isə o, Türkiyə Cumhuriyətinə getmişdir. O, Türkiyədə olan zaman Səmayə ilə yenə görüntülü danışmışdır. Təxminən 10 gün sadəcə olaraq əlaqə saxlamışlar. Həmin ərəfələr Səmayənin atası Fərmayılın onların arasında olanlardan və Səmayənin qızıllarının girovda olduğundan xəbərdar olduğu üçün onunla telefon vasitəsilə əlaqə saxlayaraq qızıllarını girovdan çıxarmaq üçün lombarda olan borcu bağlamaq lazım olduğunu bildirmişdir. O da bu məqsədlə Zərərçəkmiş şəxs ilə əvvəlcə "Whats app" vasitəsi ilə səsli danışaraq qeyd etdiyi məsələ ilə bağlı ona 3000 manat pul göndərməsini, həmin pulla tanışının borcunu tam şəkildə ödəyərək girovda olan qızıllarını götürüb yenidən girov qoymaqla 6000 manat manat pul əldə edəcəyini və həmin pulla Səmayənin qızıllarını girovdan azad edəcəyini bildirmişdir. Həmin vaxt Türkiyədə olmuşdur. 2020-ci ilin sentyabr ayının əvvələrində Səmayənin atası Fərmayıl onun xatırlamadığı “watsapp” nömrəsini yığaraq onunla danışarkən Səmayənin ona verdiyi pulları geri qaytarmasını istəmişdir. O da ona Səmayədən aldığı pulları iş qurmaq üçün borc aldığını, pandemiya olduğundan Türkiyəyə gəldiyini və işləyib pulları qaytaracağını bildirmiş, Fərmayıl da əgər həmin pulları 2-3 gün ərzində qaytarmasa polisə gedib şikayət edəcəyini bildirərək onu təhqir etmiş, o da dərhal telefonu söndürərək Səmayəyə görüntülü olaraq zəng etmiş və atasıyla olanları ona danışmış və sonra Səmayəyə bildirmişdir ki, əgər ondan polisə şikayət etsələr onda olan ona məxsus şəkilləri yayacaq və aralarında olan münasibətləri atasına deyəcək. Səmayə də ona atasının ona dediyi şəkildə gedib polisə şikayət edəcəklərini, ondan aldığı pulları guya hədə-qorxu ilə tələb etdiyini demişdir. O da eləmədiyi bir işə görə Səmayənin bunları ona deməsindən əsəbləşmiş, Səmayənin və onun atasının polisə getmələrinin qarşısını almaq üçün o, hissə-hissə 3000, cəmi 6000 manat olmaqla pulu göndərməyini, tanışının bankda olan qızılllarını bağlayaraq əvəzinə yenidən pul götürüb Səmayəgilə borcdan göndərmək məqsədi ilə hədə-qorxu ilə tələb etmişdir ki, bu söhbəti tamamilə bağlasın. Ancaq yenə Fərmayılın polisə gedib şikayət edəcəyindən qorxduğundan Fərmayıla o, yenə özü zəng edərək xahiş etmişdir ki, ona vaxt versinlər, şikayət etməsinlər, Azərbayacana qayıdıb onlarla borc müqaviləsi bağlayıb hissə-hissə pullarını qaytarsın. Bu niyyətlə 28.10.2020-ci il tarixdə Azərbaycana gəlmək üçün bilet almış və 29.10.2020-ci il tarixdə polislər tərəfindən Bakı hava limanında saxlanılmışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Səmayəyə qarşı hədə-qorxu ilə tələb etmə əməli törətməmiş, 23600 manat pulu ondan hədə-qorxu ilə almamış, həmin pulu borc olaraq ondan almış, aldığı pulları qaytarmaq üçün cəhd etdiyini bildirmişdir. Səmayənin yarıçılpaq şəkilləri onda olsa da, o həmin şəkilləri internet səhifələrində paylaşmaq və onu rüsvay etmək fikrində olmamışdır. Belə ki, əvvəlcədən də onun Səmayə ilə yaxşı münasibəti olmuş, aralarında heç bir ədavət olmamış, o, ona iş qurmaq üçün kredit götürərək borc qismində pul verməklə həmişə yardımçı olmuş, Türkiyə Respublikasına gedərək orada iş qurduqdan sonra da özü ilə daimi yaşaması üçün öz yanına aparmaq fikri olmuşdur. Zərərçəkmiş şəxs özü könüllü olaraq sonuncu 7000 manat pulu ona göndərdikdən sonra bilet alaraq 12 sentyabr 2020-ci il tarixdə Türkiyə Respublikasına getmiş və "Covid-19" pandemiyası ilə əlaqədar orada heç bir iş qura bilmədiyindən, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. O, cinayət törətmədiyini göstərmək üçün Səmayə ilə notarial qaydada borc müqaviləsi bağlayaraq ona təminat vermək və aralarında müəyyən edəcəyi müddət ərzində ona olan 23600 manat borcunu qaytarmaq üçün atası ilə şərtləşmişdir. O, Zərərçəkmiş şəxs aid çılpaq şəkillərini Səmayənin rəfiqəsinə, anasına göndərmiş və bunu etiraf etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 08 avqust 2020-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Elmin ona özünü X2 təqdim edərək Xətai RPİ-də azyaşlılar üzrə inspektor vəzifəsində çalışdığını və polis leytenantı olduğunu demişdir. Daha sonra onun istəyi ilə o, ona həmin vaxtı istifadəsində olan ***-***-**-** mobil nömrəsini vermiş və o, ona həmin günü +**********42 saylı nömrədən "WhatsApp" vasitəsilə zəng edərək onunla danışmağa başlamışdır. O, ondan onunla hansı səbəblə əlaqəni yalnız "WhatsApp" vasitəsilə saxladığını soruşaraq Azərbaycana məxsus mobil nömrə verməsini və lazım olduqda adi telefon danışığı etməyini bildirdikdə, Elmin istifadəsində elə bir nömrə olduğunu, lakin həmin vaxtı bağlı olduğunu, daha sonra aktiv etdirəcəyini bildirmiş və həmin nömrəni də ona deyəcəyini demişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs ona Bakı şəhərində, Əhmədli qəsəbəsində özünə məxsus evdə yaşadığını bildirmişdir. Bundan sonra onlar mütəmadi olaraq "WhatsApp" vasitəsilə görüntülü danışmağa başlamışdırlar. Təqsirləndirilən şəxs onunla danışmağa başlayan zaman ona fikrinin ciddi olduğunu bildirmiş və onunla evlənmək istədiyini demişdir. Sonra o, tezliklə qaytaracağını deyərək ondan 100 manat borca pul istəmiş, o da heç bir etiraz etməyərək onunla razılaşmışdır. Təxminən 07-08 avqust 2020-ci il tarixlərdə Elmin ona "Kapital Banka" aid plastik kartın ön və arxa tərəfinin fotoşəkilini çəkərək göndərmişdir. O da tanışı İlahə adlı qadından 100 manat borca pul istəmiş və Elminin göndərdiyi kartın üzərində olan kodunu İlahəyə deyərək pulu həmin karta vurmaq lazım olmasını bildirmişdir. İlahə də onunla razılaşıb həmin günü Elminin kartına 100 manat pul vurmuşdur. Səhəri günü Elmin ona demişdir ki, ondan aldığı 100 manat pulu qaytarmaq istəyir. O da tanışı İlahə adlı qadına məxsus "Kapital Banka" aid plastik kartın üzərində olan kodunu Elminə vermiş və pulu həmin karta köçürməsini xahiş etmişdir. Belə ki, İlahənin kartının fotoşəkli onda olmuşdur. Elmin də pulu İlahə adlı tanışının kartına göndərmişdir. Tanış olduğu vaxtdan o, Elmindən xoşlandığı üçün, həmçinin Elminin onunla bağlı fikrinin ciddi olduğunu zənn etdiyindən ona inanmağa başlamışdır. O, Elminlə "WhatsApp" vasitəsilə görüntülü danışdığı ərəfələrdə Elmin ona sinəsini görmək istədiyini bildirdib paltarını tam soyunmağını istəsə də, o, yalnız üst paltarını soyunaraq onunla görüntülü bir neçə dəfə danışmışdır. Bundan başqa Elmin onun güvənini qazanmaq üçün anası Şahid3 istifadəsində olan mobil telefon nömrəsini istəyib onunla danışacağını və onunla evlənmək fikrini bildirəcəyini demişdir. Onunla tanış olduqdan bir neçə gün sonra o, ona anasının istifadəsində olan ***-***-**-** mobil nömrəsini vermiş, Elmin anasına "WhatsApp" vasitəsilə yuxarıda qeyd etdiyi nömrə ilə zəng edərək ona qarşı fikirinin ciddi olduğunu, 2020-ci ilin sentyabr ayında elçi göndərəcəyini bildirdikdə, anası onun iki uşaqla dul qadın olduğunu və gedib başqa adamla evlənməsini deməsinə baxmayaraq Elmin anasına israrla onunla evlənmək istədiyini bildirmişdir. Anası Elminə bundan sonra heç bir etiraz etmədiyindən o, Elminlə daha sərbəst danışmağa başlamışdır. 09 avqust 2020-ci il tarixdə Elmin ona demişdir ki, "anama sənin haqqında demişəm anam deyir ki, bilmək istəyirəm görüm həmin qadın sənin çətin günündə yanında olacaqmı ona görə də anamın sınağı olaraq mənə 4000 manat pul ver". Lakin onun həmin məbləğdə pulu olmadığı üçün Elminə etiraz etmişdir. O, bunu etdikdən sonra Elmin ona əvvəllər görüntülü danışdıqları zaman yarıçılpaq vəziyyətdə olan mobil telefonun ekranından çəkərək özündə saxladığı fotoşəkillərini göndərmişdir. Görüntülü danışdıqları zaman Elminin onun alt paltarında olan şəkillərini çəkməsindən xəbəri olmamışdır. Elmin həmin şəkilləri onun özünə ataraq ona hədə-qorxu gələrək onu həmin şəkillərlə şantaj etməyə başlamışdır. Belə ki, həmin şəkilləri sosial şəbəkələrdə yayacağı, hamıya, o cümlədən də ailə üzvlərinə göstərərək onu biyabır edəcəyini demiş, onun bu sözlərindən qorxaraq ondan şəkillərini silməsini və onu bir daha narahat etməməsini xahiş etmiş, lakin Elmin onunla razılaşmamış və bildirmişdir ki, "mən nə istəsəm o da olacaq", əks halda onu rüsvay edəcəkdir. O, ilkin olaraq Elminə inanmasa da, lakin onun "İnstagram" sosial şəbəkəsində adına yaratdığı səhifəsində qeyd etdiyi şəkillərini (təxminən 3-4 ədəd) paylaşdığını görmüş və dərhal ona zəng edərək xahiş etmişdir ki, “şəkilləri sil nə istəyirsən edəcəm". Bundan sonra Elmin onun şəkillərini "İnstagram" sosial şəbəkəsindən götürmüşdür. Həmin şəkillər ilk vaxtlar onda olsa da sonradan həmin şəkilləri o, telefondan silmişdir. Elmin ilkin olaraq ondan şəkilləri silməsi üçün 09.08.2020-ci il tarixdə saat 13 radələrində 4000 manat pul tələb etmişdir. O da ona həmin məbləğdə pulunun olmadığını, kredit götürəcəyini bildirmişdir. Həmin vaxt Elmin ona Əhmədli qəsəbəsində yaşadığı evdə olduğunu bildirmişdir. O, ilkin olaraq ona pul göndərmək istəməmiş, ancaq Elminin ona məxsus şəkilləri sosial şəbəkələrdə yayacağı halda həm müəllimə işlədiyi üçün, həm də boşandığı üçün, ona və ailəsinə söz gələcəyindən qorxduğundan heç bir hüquq-mühafizə orqanına müraciət etmək istəməmişdir. Elminin onu şantaj edərək pul tələb etdiyi günün sabahısı, yəni 10.08.2020-ci il tarixdə saat 13 radələrində o, Əmircan qəsəbəsi ərazisində olan "Kapital Banka" gedərək öz adına 4400 manat kredit götürmüş, belə ki, o, bankda olan zaman Elminin təkidi ilə "WhatsApp" vasitəsilə danışığı bağlamadığından Elmin onun bankdakı kredit mütəxəssisi ilə danışığını eşitmişdir. Elmin bunu bankın ona nə qədər məbləğdə kredit verəcəyini öyrənmək üçün etmişdir. O, bankın ona 4400 manat kredit verə biləcəyini eşitdiyindən onu həmin məbləği götürməyə məcbur etmişdir. O da bankdan həmin məbləğdə kredit götürmüşdür. Sonra Bankdan çıxmış və onunla danışa-danışa yaxınlıqda olan "Ballı" adlanan marketə yaxınlaşmış, içərisindəki "Miliön" ödəniş terminalı vasitəsilə Elminin onda olan bank hesabına, ilk dəfə Elminə 100 manat göndərdiyi hesaba 4400 manat pul köçürtmüşdür. Həmin pulu Elminə göndərdikdən sonra Elmindən artıq şəkilləri silməsini və onu narahat etməməsini xahiş etdmiş, o da onunla razılaşmışdır. Lakin iki gün keçdikdən sonra Elmin yenidən ona zəng edərək 4000 manat pul istəmişdir. O da pul göndərdiyini, bununla da özündə olan şəkilləri silməli olduğunu bildirsə də Elmin onun şəkillərinin surətlərini saxladığını, silmədiyini bildirərək yenidən ona pul göndərməsini, bundan sonra həmin şəkilləri siləcəyini bildirmişdir. O da ona pulu olmadığını və verə bilməyəcəyini demişdir. Ancaq ondan israrla tələb etmişdir ki, pulu verməlidir. Bu vəziyyətdə ona yalvarmışdır ki, ondan əl çəksin, pulu yoxdur. Elmin də ona demişdir ki, yenidən banka gedib götürdüyü krediti sildirərək yenidən kredit götürsün. O, Elminin şəkillərini yayacağından və onu rüsvay edəcəyindən qorxduğu üçün yenidən həmin banka getmişdir. Əvvəlki kimi Təqsirləndirilən şəxs Əhmədli qəsəbəsində yaşadığı evdə olmuş və onunla "WhatsApp" vasitəsilə əlaqə saxlamışdır. Bu məqsədlə 12 avqust 2020-ci il tarixdə saat 14 radələrində "xxxx" ASC-nin Suraxanı rayonunda yerləşən filialına müaciət edərək əlavə olaraq 4000 manat kredit verilməsini xahiş etmişdir. Əvvəlki kimi o, bankda olduğu zaman da Elminlə telefon əlaqəsini bitirməmişdir. Kredit mütəxəssisi ona 3100 manat əlavə kredit ayıra biləcəyini dedikdə Elmin ona razılaşmağını bildirmişdir. Həmin günü yaşadığı evin yaxınlığında olan "Bizim" adlanan marketdəki "Miliön" ödəniş terminalı vasitəsilə Elminin onda olan bank hesabına 3100 manat pul köçürmüş və Elminə bu barədə bildirmişdir. O, bir daha Elmindən onda olan şəkillərini silməsini xahiş etmiş, ona bununla bağlı söz verməsinə baxmayaraq şəkillərini silməmişdir. Bundan başqa 17.08.2020-ci il tarixdə saat 14 radələrində Elmin yenə ondan 4000 manat pul istəmişdir. Həmin vaxt o, onunla "WhatsApp" vasitəsilə danışmış və dostu ilə avtomobildə Bakı şəhərində dəqiq demədiyi yerdə olduğunu iş dalınca getdiyini bildirmişdir. O, daha pul tapa bilməyəcəyini bildirmişdir. Elmin də ona "sən otur gözlə ananla danışım bax, sən", deyərək fotoşəkillərini anasına göndərəcəyi ilə onu hədələmişdir. O, yalvararaq borca pul tapacağını bildirmişdir. 18.08.2020-ci il tarixdə tanışı Xatirə adlı qadınla görüşüb baş verənlər barədə ona danışmış və borca pul istəmişdir. Həmin günü o, Xatirədən borca 4000 manat pul almış və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində olan "Xəzər" adlanan mağazadakı "Miliön" ödəniş terminalı vasitəsilə Elminin onda olan bank hesabına 3950 və 50 manat olmaqla ümumilikdə 4000 manat pul köçürmüşdür. Elminə bu barədə demiş və bir daha dediyi kimi artıq onu narahat etməməsini xahiş etmişdir. O da ona hər dəfəki kimi söz vermiş, ancaq əməl etməmişdir. Bundan başqa 20.08.2020-ci il tarixdə saat 14 radələrində Elmin ona zəng edərək yenidən hədə-qorxu gəlməyə başlamış və pul istəmişdir. Həmin vaxt onun Bakı şəhərində olduğunu bilsə də dəqiq hansı ünvanda olduğunu bilməmişdir. O, artıq daha heç kəsdən pulu ala bilməyəciyini desə də, o, onunla razılaşmamış və "sənin tanışların çoxdu taparsan" ifadələrini işlətmişdir. Elmin bu dəfə ondan 5000 manat pul istəmişdir. O da məcbur olub iş yoldaşı Gülnarə müəlliməyə demiş və ondan öz adına kredit götürməsini xahiş etmişdir. O, Gülnarə müəlliməyə Elminin ona qarşı etdiyi hərəkətlər barədə heç bir söz deməmişdir. Lakin həmin qadın baş verənlər barədə şübhələnmişdir. Belə ki, o, Elminin şəkillərini ona göstərmişdir. O, 21.08.2020-ci il tarixdə Gülnarə ilə "xxxx" ASC-nin Bakıxanov qəsəbəsində yerləşən filialına getmiş və onun adına 4300 manat kredit götürə bilmişdir. O, Gülnarədən pulu götürüb bankın içərisində olan ödəniş terminalı vasitəsilə 21.08.2020-ci il tarixdə Elminin anası kimi tanıdığı Şahid5 bank hesabına 4300 manat pul köçürmüşdür. Bundan başqa həmin gün saat 22 radələrində Elminlə danışan zaman ona bir gün sonra 400 manat təcili olaraq pul göndərməyini bildirmişdir. O da onun hədələrindən qorxaraq 22.08.2020-ci il tarixdə tanışının kart hesabından Elminin ona verdiyi kart hesabına 400 manat pul köçürmüşdür. 23.08.2020-ci il tarixdə saat 22 radələrində o, Elminin tələbilə Sabunçu rayonu, Savxoz Ramana qəsəbəsində yerləşən "Pətək" marketə gedərək oradakı "e-Manat" ödəniş terminalı vasitəsilə onun bank hesabına 300 manat pul köçürmüşdür. Bundan başqa 27 avqust 2020-ci il tarixdə səhər saatlarında Elmin yenidən ona zəng edərək ona hədə-qorxu gəlməyə başlamış və nə qədər pulunun olduğunu soruşduqda 100 manat pulunun olduğunu ona demiş, Elmin həmin pulu ona göndərməyini tələb etdiyindən həmin gün Sabunçu rayonu, ünvan 6 ünvanında yerləşən "Buta" adlı marketdəki "milliön" vasitəsilə Elminin onda olan bank hesabına 100 manat pul göndərmişdir. Bundan sonra həmin tarixdə, yəni 27 avqust 2020-ci il tarixdə axşam saat 22 radələrində Elmin ona zəng edərək ona 7000 manat pul verməyini tələb etmiş, artıq sonuncudur, bundan sonra onunla bağlı hər şeyi siləcəyini və bir daha onun adını çəkməyəcəyini bildirmişdir. Elminə o qədər pulu tapa bilməyəcəyini deyib artıq əl çəkməsini xahiş etmiş, Elmin də söz vermişdir ki, artıq bir daha onu narahat etməyəcəkdir. Elmin ona gedib başqa bir şəxsin adına kredit götürməyini demişdir. O, artıq Elminin bir daha onu narahat etməyəcəyini fikirləşmişdir. 28.08.2020-ci il tarixdə tanışı Xatirə ilə Yeni Günəşli qəsəbəsi ərazisində görüşmüş və bu barədə ona demişdir. Xatirədən onun adına kredit götürməyini xahiş etmişdir. Onlar razılaşdıqdan sonra "xxxx" ASC-nin Bakıxanov qəsəbəsindəki filialına getmişlər. Bankdan Xatirə öz adına 7000 manat pul götürmüşdür. O, Xatirədən pulu götürüb Yeni Günəşli qəsəbəsinə getmiş və həmin ərazidə yerləşən "Xəzər" adlanan mağazadakı "Miliön" ödəniş terminalı vasitəsilə Elminin onda olan bank hesabına iki dəfəyə olmaqla 5000 manat və 2000 manat pul köçürmüşdür. Sonra Elminə zəng edib bu barədə bildirmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs ona hədə-qorxu gələrək ondan ümumilikdə 23600 manat pul almışdır. Bundan başqa 2020-ci ilin avqust ayının sonlarında Elmin ondan yenidən pul istəmiş, lakin artıq o, daha ona pul verə bilməyəciyini demiş və xahiş etmişdir ki, şəkillərini sosial şəbəkədə yaymasın. Elmin isə pul verməyəcəyi halda hər şey edəcəyini və ailə üzvlərinə də şəkil göstərəcəyini bildirmişdir. Lakin artıq o, pul tapa bilmədiyi üçün heç nə edə bilməmişdir. 2020-ci ilin sentyabr ayında xatırlamadığı tarixdə Elmin anası Solmazın telefonuna "WhatsApp" sosial şəbəkəsi vasitəsilə onun yarıçılpaq şəkillərini göndərmişdir. Anası da həmin şəkilləri ona göstərmişdir. Bundan sonra o, baş verənlər barədə anasına danışmışdır. Elmin şəkillərini anasına atdıqdan sonra hədə-qorxunu davam etdirərək bundan da artığını edəcəyini demişdir. Bundan sonra onlar bu barədə atası Fərmayıla bildirmişlər və buna görə onlar polisə müraciət etmək qərarına gəldiklərindən, hüquq mühafizə orqanlarına bunula bağlı müraciətlər etmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Elminlə bir dəfə "AY" adlanan oteldə görüşmüş, heç vaxt cinsi əlaqədə olmamışlar, həmin vaxt yalnız söhbət etmişlər. Başqa aralarında heç nə olmamışdır. O, həmin otelə onun ondan əl çəkməsi üçün getmiş, ona verdiyi pulları geri qaytaracağı adı ilə Elmin onu qeyd etdiyi otelə çağırmışdır. Həmçinin ifadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona qanunla nəzərdə tutulmuş həddə cəza təyin edilməsini, mülki iddianın təmin edilməsini, ona vurulmuş ziyanın əvəzi olaraq 23600 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 4-5 il müddətdir ki, tanıyır. O, Səmayənin ailə üzvülərini də tanıyır və sonuncunun uşaqlarının müəlliməsidir. 2020-ci ilin avqust ayının ortalarında Səmayə ona zəng edərək pul lazım olduğunu bildirmiş, ona pulunun olmadığını demişdir. 21 avqust 2020-ci il tarixdə Səmayə yenidən ona zəng edərək bankda olduğunu, ona zamin dura bilib-bilməyəcəyini soruşmuşdur. O, əvvəlcə etiraz etsə də lakin sonradan razılaşmış və evdən çıxıb Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində olan “Kapital” banka getmişdir. “Kapital bankda” onun Zərərçəkmiş şəxs zamin qalmaq şərtilə kredit verilməmişdir. Kreditin yalnız onun adına veriləcəyi bildirilmişdir. Bundan sonra o, öz adına 5700 manat kredit götürmüşdür. Həmin pulun müəyyən hissəsi onun əvvəldən olan kreditinin bağlanmasına çıxılmış və qalan 4300 manat pulu Səmayə Həasənovaya vermişdir. Zərərçəkmiş şəxs pulun nəyə lazım olmasını soruşduqda o, başına gələnləri ona danışmışdır. Ona məlum olmuşdur ki, bir nəfər şəxs Səmayənin şəkillərini ailə üzvlərinə və sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gəlib şantaj edərək pul tələb edir. Həmin şəxs Zərərçəkmiş şəxs özünü Tunar kimi təqdim etmişdir. O, Tunar adlı şəxsin mobil nömrəsinə zəng edərək danışmışdır. Həmin şəxs özü də ona bildirdmişdir ki, Səmayənin onda şəkilləri vardır və buna görə sonuncudan bir neçə dəfə pullar almışdır. O, həmin şəxsdən etdiyi hərəkətlərə son verməsini xahiş etmişdir. Həmin günü Səmayə onun yanında Elminin deməsi əsasında bankın içərisində olan “Milion” ödəniş terminalı vasitəsilə Şahid5 adına olan karta pul köçürmüşdür. 15 sentyabr 2020-ci il tarixdə saat 15:09 Elmin onun telefonuna “WhastApp” sosial şəbəkəsi vasitəsilə şəkillərini ataraq şəkilləri bütün internetdə yayacağını bildirmişdir. O da bu barədə Zərərçəkmiş şəxs bildirmişdir. Səmayə də ona demişdir ki, Tunar onunla olan bütün danışıqları ona atmışdır. Bundan sonra onun baş verənlərdən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Baş vermiş hadisələrdən sonra ona məlum olmuşdur ki, qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə 08 avqust 2020-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Elmin özünü qızına X2 təqdim edərək Xətai RPİ-də azyaşlılar üzrə inspektor vəzifəsində çalışdığını və polis leytenantı olduğunu demişdir. Daha sonra Elminin istəyi ilə qızı ona həmin vaxtı istifadəsində olan mobil nömrəsini vermiş və Elmin qızına həmin günü istifadəsində olmuş nömrədən “WhatsApp” vasitəsilə zəng edərək danışmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs qızına Bakı şəhərində, Əhmədli qəsəbəsində özünə məxsus evdə yaşadığını bildirmişdir. Bundan sonra onlar mütəmadi olaraq “WhatsApp” vasitəsilə görüntülü danışmağa başlamışlar. Təqsirləndirilən şəxs qızıyla danışmağa başlayan zaman fikrinin ciddi olduğunu bildirmiş və onunla evlənmək istədiyini demişdir. Sonra o, tezliklə qaytaracağını deyərək ilk dəfə qızından 100 manat borca pul istəmiş, qızı da tanışı İlahə adlı qadından 100 manat borca pul alaraq Elminin göndərdiyi kartın üzərində olan kodunu İlahəyə deyərək pulu həmin karta vurmaq lazım olmasını bildirmişdir. İlahə də qızıyla razılaşıb həmin günü Elminin kartına 100 manat pul köçürmüşdür. Səhəri gün Elmin həmin pulu İlahənin kartına qaytarmışdır. Həmin vaxtdan sonra qızı Elminə inanmağa başlamışdır. Bundan başqa Elmin qızının güvənini qazanmaq üçün yoldaşı Şahid3ı qızının istifadəsində olan mobil telefon nömrəsini istəyib onunla danışacağını və qızıyla evlənmək fikrini bildirəcəyini demişdir. Bundan bir neçə gün sonra qızı yoldaşının istifadəsində olan mobil nömrəni Elminə vermiş, Elmin “WhatsApp” vasitəsilə yoldaşına zəng edərək qızına qarşı fikirinin ciddi olduğunu, 2020-ci ilin sentyabr ayında elçi göndərəcəyini bildirdikdə, yoldaşı Səmayənin iki uşaqla dul qadın olduğunu və gedib başqa adamla evlənməsini deməsinə baxmayaraq Elmin Solmaza israrla qızıyla evlənmək istədiyini bildirmişdir. Yoldaşı Elminə bundan sonra heç bir etiraz etmədiyindən Səmayə Elminlə daha sərbəst danışmağa başlamışdır. Bundan sonra Səmayə Elminlə “WhatsApp” vasitəsilə görüntülü danışdığı zaman Elmin Səmayənin yarıçılpaq şəkillərini çəkərək özündə saxlamışdır. Bundan sonra Elminin anasının sınağı olaraq ona 4000 manat pul verməsini Səmayəyə demiş, lakin qızı həmin məbləğdə pulu olmadığı üçün Elminə etiraz etmişdir. Qızı bunu etdikdən sonra Elmin Səmayə ilə görüntülü danışdığı zaman yarıçılpaq vəziyyətdə olan mobil telefonun ekranından çəkərək özündə saxladığı fotoşəkillərini qızına göndərmiş və ona hədə-qorxu gələrək şantaj etməyə başlamış, həmin şəkilləri internetdə yayacağını, hamıya göstərəcəyini, qızını biyabır edəcəyini və onlara deyəcəyini bildirmişdir. Qızı da qorxaraq Elmindən şəkillərini silməsini və onu bir daha narahat etməməsini xahiş etmiş, lakin Elmin onunla razılaşmamış, pulu verməyəcəyi halda Səmayəni rüsvay edəcəyini demişdir. Elminin şəkillərdən bəzilərini “İnstagram” sosial şəbəkəsində paylaşdığını gördüyündən qızı dərhal Elminə zəng edərək şəkilləri silməsini xahiş etmiş və nə istəyirsə edəcəyini bildirmişdir. Bundan sonra Elmin Səmayənin şəkillərini “İnstagram” sosial şəbəkəsindən götürmüşdür. Elmin ilkin olaraq ondan şəkillərini silməsi üçün 4000 manat pul istəmişdir. Səmayə 10 avqust 2020-ci il tarixdə Əmircan qəsəbəsi ərazisində olan "xxxx"a gedərək 4400 manat kredit götürmüşdür. Qızı bankda olan zaman Elminin təkidi ilə “WhatsApp” vasitəsilə danışığını sonlandırmamış və Elmin qızının bankdakı kredit mütəxəssisi ilə danışığını eşitmişdir. Elmin bunu bankın qızına nə qədər məbləğdə kredit verəcəyini öyrənmək üçün etmişdir. Elmin bankın Səmayəyə 4400 manat kredit verə biləcəyini eşitdiyindən onu həmin məbləği götürməyə məcbur etmişdir. Qızı həmin məbləğdə krediti götürüb “Miliön” ödəniş terminalı vasitəsilə Elminin bank hesabına köçürmüşdür. Səmayə Elmindən şəkilləri silməsini və onu narahat etməməsini xahiş etdikdə onlar razılaşmışdır. Lakin iki gün keçdikdən sonra Elmin yenidən Səmayəyə zəng edərək 4000 manat pul istəmiş, amma qızı pulunun olmadığını bildirmişdir. Elmin qızına yenidən qədə-qorxu gələrək banka gedib götürdüyü krediti sildirib yenidən kredit götürməsini bildirmişdir. O, Elminin şəkilləri yayacağından və onu rüsvay edəcəyindən qorxduğu üçün yenidən 12.08.2020-ci il tarixdə banka getmiş və əlavə olaraq 3100 manat kredit götürərək Elminin bank hesabına göndərmişdir. Qızı bir daha Elmindən şəkilləri silməsini xahiş etmiş, Elmin bununla bağlı Səmayəyə söz versə də, şəkillərini silməmişdir. 17.08.2020-ci il tarixdə Elmin yenidən Səmayədən 4000 manat pul istəmişdir. Həmin vaxtı Elmin qızı ilə “WhatsApp” vasitəsilə danışmış, qızı pulunun olmadığını və daha kredit götürə bilmədiyini bildirdikdə Elmin ona “sən otur gözlə ananla danışım, bax sən” demişdir. O, fotoşəkilləri yoldaşına göndərəcəyi ilə qızını hədələmişdir. Qızı yalvararaq borca pul tapacağını bildirmişdir. 18.08.2020-ci il tarixdə Səmayə tanışı Xatirə adlı qadınla görüşüb baş verənlər barədə ona danışmış və borca pul istəmişdir. Həmin günü qızı Xatirədən 4000 manat pul almış və Elminin bank hesabına köçürmüşdür. 20.08.2020-ci il tarixdə Elmin Səmayəyə zəng edərək yenidən hədə-qorxu gəlməyə başlamış və pul istəmişdir. Səmayə artıq daha heç kəsdən pulu ala bilməyəciyini desə də, Elmin onunla razılaşmamış və “sənin tanışların çoxdu taparsan” demişdir. Elmin bu dəfə qızından 5000 manat pul istəmişdir. Səmayə də məcbur olub iş yoldaşı Gülnarə müəlliməyə bu barədə demiş və ondan onun adına kredit götürməsini xahiş etmişdir. Səmayə 21.08.2020-ci il tarixdə Gülnarənin adına "xxxx" ASCnin Bakıxanov qəsəbəsində yerləşən filialından 4300 manat kredit götürmüşdür. Qızı Gülnarədən pulu götürüb bankın içərisində olan ödəniş terminalı vasitəsilə 21.08.2020-ci il tarixdə Elmin anası kimi tanıdığı Şahid5 bank hesabına 4300 manat pul köçürmüşdür. Həmin gün axşam vaxtlarında Səmayə Elminlə danışan zaman ona bir gün sonra 400 manat təcili olaraq göndərməsini bildirmişdir. Səmayə də onun hədələrindən qorxaraq 22.08.2020-ci il tarixdə tanışının kart hesabından Elminin bank hesabına 400 manat pul köçürmüşdür. 23.08.2020-ci il tarixdə də qızı Elminin hesabına daha 300 manat pul göndərmişdir. 27 avqust 2020-ci il tarixdə Elmin yenidən qızına zəng edərək hədə-qorxu gəlməyə başlamış və nə qədər pulunun olduğunu soruşduqda o, 100 manat pulunun olduğunu demişdir. Elmin həmin pulu ona göndərməsini tələb etdiyindən həmin gün qızı Elminin bank hesabına 100 manat pul göndərmişdir. Bundan sonra həmin gün axşam vaxtlarında Elmin Səmayə zəng edərək ona 7000 manat pul verməsini tələb etmiş, artıq sonuncudur bundan sonra onun bağlı hər şeyi siləcəyini və bir daha qızının adını çəkməyəcəyini bildirmişdir. Qızı Elminə “o qədər pulu haradan tapa bilərəm” deyib artıq əl çəkməsini xahiş etmişdir. Elminin bu hədələməsindən sonra Səmayə 28.08.2020-ci il tarixdə tanışı Xatirə ilə görüşmüş və bu barədə ona demişdir. Onlar həmin günü banka getmiş və Xatirə öz adına 7000 manat pul götürmüşdür. Səmayə Xatirədən pulu götürüb ödəniş terminalı vasitəsilə Elminin bank hesabına iki dəfəyə olmaqla 5000 və 2000 manat pul köçürmüşdür. Elmin qızından pul tələb etdikdə, Səmayə həmin pulu tapa bilməyəcəyini bildirdiyi üçün Elmin onu hədələmək niyyəti ilə yoldaşı Solmazın mobil telefonuna Səmayənin bir neçə yarıçılpaq şəkillərini göndərmiş, bu barədə sonradan xəbər tutumuşdur. Belə ki, Elmin şəkilləri yoldaşına atdıqdan sonra Səmayəyə hədə-qorxu gəlməkdə davam edərək bundan da artığını edəcəyini demişdir. Sonuncu dəfə Elmin qızı ilə “Whatsapp” vasitəsilə görüntülü danışığı zamanı ondan 6000 manat pul tələb etmiş, verməyəcəyi halda şəkillərini internetdə yayaraq onu rüsvay edəcəyini bildirmişdir. Səmayə də həmin danışığı mobil telefonunda qeydə almışdır. Bundan sonra yoldaşı ona baş verənləri bildirmiş, bundan sonra isə polisə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur və birlikdə yaşamışlar. Oğlu Elmin heç bir yerdə işləməmiş, yalnız yaşadığı evdə olmuşdur. Oğlu Təqsirləndirilən şəxs bir neçə dəfə Türkiyə Cumhuriyyətinə işləməyə getmişdir. Zərərçəkmiş şəxs tanımır və görməmişdir. Onun aylıq maaş üçün "xxxx" tərəfindən verilmiş maaş kartı vardır. Maaş kartı daim yaşadığı evdə olmuşdur. Oğlunun həmin kartı götürməsini və istifadə etməsini görməmişdir. Bu barədə ondan da heç nə soruşmamışdır. O, maaşı keçdikdə kartdan pul çıxarmışdır. Xatırlamadığı tarixdə oğlu Elmin evdə ona çoxlu pul udduğunu, öz kartının bağlı olduğu üçün onun kartının lazım olduğunu deyərək, ondan kartını istəmişdir. Ona inanıb razılaşmış və kartını oğlu Elminə vermişdir. Elmin evdən çıxıb getmiş və bir qədər sonra qayıdıb evə gəlmişdir. Elmin kartını onun özünə qaytarmış və ona heç nə deməmişdir. Xatırlamadığı tarixlərdə oğlu ilə telefonla danışan zaman o, ona kartına pul köçürməsini və pulu çıxarıb borclarına verməyini demişdir. Oğlunun deməsi əsasında onun kartına köçürdüyü pulu gedib çıxarmışdır. Belə ki, oğlu kartına pul köçürdüyünü ona dedikdə o, iki dəfə, bir dəfə 200 manat, bir dəfə isə 100 manat pulu kartından çıxarmışdır. Bundan başqa oğlu ona heç vaxt pul göndərməmişdir. 2020-ci ilin sentyabr ayında oğlu Elmin işləmək üçün Türkiyə Cumhuriyyətinə getmişdir. Oğlu Türkiyədə olduğu vaxtlarda onlar onunla telefonla danışmışlar. 29 oktyabr 2020-ci il tarixdə onlara məlum olmuşdur ki, oğlu Elmin Türkiyədən Bakı şəhərinə qayıtmış və Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs şikayət ərizələrindən və ərizələrə əlavə olunmuş qəbzlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ona özünü X2 təqdim edərək onda olan şəkillərini sosial şəbəkələrdə yayacağı və ailə üzvlərinə göndərəcəyi hədəsi ilə onun 28000 manat məbləğində pulunu mənimsəmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus kartlar vasitəsilə aparılan əməliyyatlara dair çıxarışlar və anket məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs məxsus karta 10.08.2020-ci il tarixdə 4400 manat, 12.08.2020-ci il tarixdə 3100 manat, 18.08.2020-ci il tarixdə 4000 manat, 23.08.2020-ci il tarixdə 700 manat, 27.08.2020-ci il tarixdə 100 manat, 28.08.2020-ci il tarixdə 7000 manat məbləğində pul köçürülmüş, anası Şahid5 məxsus karta isə 21.08.2020-ci il tarixdə 4300 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş zərəçəkmiş Zərərçəkmiş şəxs mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qanunsuz hərəkətəri nəticəsində ona dəymiş 24400 manat məbləğində pulun təqsirləndirilən şəxsdən tutulub ona ödənilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “diskə baxış keçirilməsi haqqında” 19.10.2020-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs araşdırma zamanı təqdim etdiyi 2 ədəd CD və 1 ədəd DVD disklərə Suraxanı RPİ-nin inzibati binasında kompyuter vasitəsilə baxış keçirilmiş, baxış zamanı CD disklərdən birində audio fayllarda Zərərçəkmiş şəxs İlə Təqsirləndirilən şəxs arasında olan danışıqların, digər CD diskdə iki ədəd özündə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan görüntülü danışıqların qeydə alındığı faylların, bir ədəd DVD diskdə isə 45 ədəd Zərərçəkmiş şəxs İlə Təqsirləndirilən şəxs arasında olan “Whatsapp” vasitəsilə ilə olan yazışmaların və Təqsirləndirilən şəxs görüntülü danışıqlar zamanı mobil telefonun ekranından çəkdiyi, Zərərçəkmiş şəxs məxsus yarıçılpaq şəkillərin olduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 19 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə 27 avqust 2020-ci il tarixdə saat 21:09-dan 28 avqust 2020-ci il tarixdə saat 13:15-dək olan müddət ərzində Samux rayonu, Tatlı kəndi ərazisində Bakcell MMC-ə məxsus anten dairəsində olmuşdur. İş materiallarına əlavə edilmiş “mobil telefona, mobil telefon anten dairələrinə, bank çıxarışlarına və “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış yazışmalara baxış keçirilməsi haqqında” 24 avqust 2021-ci il tarixli protokoldan görünür ki, “Samsung J8” markalı mobil telefona baxış zamanı həmin telefonun “Qalereya” bölməsində 2 ədəd qəbz müəyyən olunmuş, həmin qəbzlərdə Təqsirləndirilən şəxs adına 3950 manat köçürmə qeyd olunmuşdur. “Albomlar ” başlıqlı yerdə “Whatsapp images” adlı zərfdə zərərçəkmiş Zərərçəkmiş şəxs tək şəkillərinin və ailəvi şəkillərinin olduğu, həmçinin 6 ədəd “Whatsapp” skrinşotları müəyyən edilmişdir. Bundan başqa “Whatsapp video” zərfində Zərərçəkmiş şəxs oğlu ilə 3 saniyəlik videosu müəyyən edilmiş, “Albomlar” başlıqlı “İnstagram” adlı zərfdə isə Zərərçəkmiş şəxs alt paltarında Təqsirləndirilən şəxsla video görüntülü danışığı zamanı çəkilmiş fotosu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus “cənab leytenant-” instagram səhifəsinin skrinşotu müəyyən edilmişdir. Bundan başqa mobil telefon anten dairələrinə baxış zamanı müəyyən edilmişdir ki, birinci dəfə öz istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 09.08.2020-ci il tarixdə (anten : Samux rayonunun Ziyadlı kəndi) zəng edərək 11 saniyə danışıq aparmışdır. Sonuncu dəfə, yəni 27.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəng edən zaman (anten: Samux rayonunun Tatlı kəndi) 24 saniyə danışmışdır. Həmin gün 26 dəfə danışıq olmuşdur. Bundan başqa 28.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə danışan zaman (anten: Samux rayonunun Tatlı kəndi) 44 saniyə danışıq aparılmışdır. Bank çıxarışlarına baxış zamanı 10.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus karta saat 13.15-də 4400 manat terminaldan mədaxil olmuş, sonuncu dəfə isə 28.08.2020-ci il tarixdə 5000 və 2000 manat olmaqla terminaldan mədaxil edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 2404 saylı, 04.12.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur, o, cinayət əməllərini törədən zaman öz hərəkətlərinin mahiyyətini dərk etmişdir. Ona ittiham olunan əməl dövründə kəmağıllıq, psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar edilməmişdir. Ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Yəni anlaqlı olmuşdur. Onun əməli AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır, onda hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham elan edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstaxanası”-nın 8369 nömrəli, 01.12.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə almayıb. İş materiallarına əlavə edilmiş “təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 29.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Samsung J8” markalı markalı mobil telefon iş üçün əhəmiyyətli olduğundan götürülmüşdür. İş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 29.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 182.2.4-cü madəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 4(010)- 247/2020 saylı, 31.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 17 gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29.10.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Samux İcra İHB-nın Zazalı, Tatlı və Qiyaslı kənd İƏD üzrə İcra Nümayəndəliyinin 25.06.2021-ci il tarixli 234 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs atası X5 və anası Şahid5 ilə birlikdə Samux rayonunun Tatlı kəndində yaşamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməmiş, Zərərçəkmiş şəxs qarşı hədə-qorxu ilə tələb etmə əməli törətmədiyini, 23600 manat pulu ondan hədə-qorxu ilə almadığını, həmin pulu iş qurmaq üçün borc olaraq ondan aldığını, aldığı pulları qaytarmaq üçün cəhd etdiyini, Səmayə ilə notarial qaydada borc müqaviləsi bağlayaraq ona təminat vermək və aralarında müəyyən edəcəyi müddət ərzində ona olan 23600 manat borcunu qaytarmaq üçün atası ilə şərtləşdiyini, Səmayəni yaxşı tanımadığından özünü sığortalamaq məqsədi ilə görüntülü danışıq zamanı Səmayənin yarıçılpaq şəkillərini mobil telefonunun ekran görüntülərini çəkməklə çəkib özündə saxladığını, həmin şəkilləri internet səhifələrində paylaşmaq və onu rüsvay etmək fikrində olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi həmin məzmunlu ifadəsini işin faktiki hallarına uyğun olmayan, məsuliyyətdən yaxa qurtarmağa xidmət edən ifadə kimi qəbul edərək onun təqsirinin məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, baxış protokolları və digər iş materialları ilə tam təsdiq edildiyi qənaətinə gəlmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs onun yarıçılpaq şəkillərini sosial şəbəkələrdə paylaşaraq onu rüsvay edəcəyi hədəsilə ondan ümumilikdə 26800 manat pul tələb edərək 23600 manat pulunu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid1 ifadələrilə də zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası Şahid5 ifadəsindən müəyyən olunmuşdur ki, "xxxx" tərəfindən verilmiş maaş kartını oğlu Təqsirləndirilən şəxs xatırlamadığı tarixdə ondan istəyərək götürmüş, bir qədər sonra isə onun özünə qaytarmış və ona heç nə deməmiş, həmçinin oğlu tərəfindən onun kartına bir dəfə 200 manat, bir dəfə isə 100 manat pul köçürülmüş, o da həmin pulu kartından çıxarmışdır. Həmçinin iş materiallarında olan Təqsirləndirilən şəxs məxsus kartlar vasitəsilə aparılan əməliyyatlara dair çıxarışlardan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus karta 10.08.2020-ci il tarixdə 4400 manat, 12.08.2020-ci il tarixdə 3100 manat, 18.08.2020-ci il tarixdə 4000 manat, 23.08.2020-ci il tarixdə 700 manat, 27.08.2020-ci il tarixdə 100 manat, 28.08.2020-ci il tarixdə 7000 manat məbləğində pul köçürülmüş, anası Şahid5 məxsus karta isə 21.08.2020-ci il tarixdə 4300 manat məbləğində pul köçürülmüşdür. Bundan başqa iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “mobil telefona, mobil telefon anten dairələrinə, bank çıxarışlarına və “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış yazışmalara baxış keçirilməsi haqqında” protokoldan “Samsung J8” markalı mobil telefona baxış zamanı həmin telefonun “Albomlar” başlıqlı “İnstagram” adlı zərfdə Zərərçəkmiş şəxs alt paltarında Təqsirləndirilən şəxsla video görüntülü danışığı zamanı çəkilmiş fotosu müəyyən edilmişdir. Bundan başq a Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, təkrarən, tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə qəsdən vahid niyyətlə 12 avqust 2020-ci il tarixdən həmin ilin sentyabr ayının axırlarınadək olan müddət ərzində əvvəllər “İnstagram” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə +**********42 mobil nömrədən" WhatsApp" vasitəsilə zəng edərək özündə olan, Zərərçəkmiş şəxs yarı çılpaq şəkillərini, yəni şərəf və ləyaqətini alçaldan rüsvayedici məlumatları onun ailə üzvlərinə göndərməklə və sosial şəbəkələrdə yayma hədəsi ilə yaşadığı Samux rayon Tatlı kəndində yerləşən evində olarkən 12 avqust 2020-ci il tarixdə, təqribən saat 14 radələrində ondan 4 (dörd ) min manat miqdarında pulunu hədə-qorxu ilə tələb edib "xxxx" kartındakı hesabına köçürtməklə 13.08.2020-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti 101A ünvanında yerləşən X4 terminaldan məxaric etməklə ələ keçirmişdir. Lakin iş materiallarında olan Təqsirləndirilən şəxs məxsus kartlar vasitəsilə aparılan əməliyyatlara dair çıxarışlardan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus karta 12.08.2020-ci il tarixdə 3100 manat məbləğində pul köçürülmüşdür. Həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsindən də müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ona zəng edərək 4000 manat pul istəmiş, o da 12 avqust 2020-ci il tarixdə saat 14 radələrində "xxxx" ASC-nin Suraxanı rayonunda yerləşən filialına müaciət edərək əlavə olaraq 4000 manat kredit verilməsini xahiş etmiş, bankda olduğu zaman da Elminlə telefon əlaqəsini bitirməmiş, kredit mütəxəssisi ona 3100 manat əlavə kredit ayıra biləcəyini dedikdə Elmin ona razılaşmağını bildirmiş, həmin günü yaşadığı evin yaxınlığında olan "Bizim" adlanan marketdəki "Miliön" ödəniş terminalı vasitəsilə Elminin onda olan bank hesabına 3100 manat pul köçürmüş və Elminə bu barədə bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs 4000 manat pul tələb etsə də 12 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs 3100 manat pulu kredit kimi götürərək Elminin kartına köçürmüşdür. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı mülki iddiaçı qismində tanınmasına dair ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən rüsvayedici şəkillərin internet vasitəsilə yayma hədəsi ilə onun 24400 manat pulunun ələ keçirilərək maddi ziyan vurulduğunu bildirərək mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. Həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsində ona ümumilikdə 23600 manat ziyan vurulduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona vurulmuş ziyanın əvəzi olaraq 23600 (iyirmi üç min altı yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs verilmiş ittiham öz təsdiqini tapdığından mülki iddia təmin edilməklə, 23600 (iyirmi üç min altı yüz) manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi “Samsung J8” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 1(bir) ədəd üzərində “2GB transcend” yazısı olan yaddaş kartı, 9(doqquz) ədəd CD disklər, “Bakcell” BM-nin təqdim etdiyi 1(bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 29.10.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 23600 (iyirmi üç min altı yüz) manat pul tutulmaqla zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi “Samsung J8” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, 1(bir) ədəd üzərində “2GB transcend” yazısı olan yaddaş kartı, 9(doqquz) ədəd CD disklər, “Bakcell” BM-nin təqdim etdiyi 1(bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-110/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-110/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver