Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-110/2025 07.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibləri: X16 və X21, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X28 və Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin və müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi4 iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Tərtər Hərbi məhkəməsinin 10 avqust 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 66.3, 68, 128 və 331.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmiş və götürülmüş, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Qurudərə kəndində qeydiyyatda olmaqla, Gədəbəy şəhəri Aurum küçəsində nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə, xx xxx 1979-cu il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gədəbəy rayonunun Maarif kəndində qeydiyyatda olmaqla, Gədəbəy rayonunun Slavyanka kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi xx xxxxx 1994-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Şəmkir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmiş və götürülmüş, işsiz, Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi ev 14-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə ittiham verilmişdir ki, Təqsirləndirilən şəxs1 əmisi oğlu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 1991-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 8 nömrəli Su kanal idarəsində operator vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq barədə razılığa gəlib 04 may 2023-cü il tarixdə saat 13 radələrində etibarnamə ilə özünə məxsus olmaqla qrup üzvü Qalib Məmmədcəfərovun idarə etdiyi “Opel Zafira” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə digər qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə Gədəbəy şəhəri, Səməd Vurğun küçəsinə gələrək orada gözləmə mövqeyində durmuş, həmin vaxt iş yerindən nahar fasiləsi üçün yaşadığı evə gedən Zərərçəkmiş şəxs müqavimətini sındırmaq məqsədi ilə sonuncunun belindən və başından tutub çəkməklə sürüyüb sağ saidin və qarının ön divarının sıyrıqları qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, başın dərialtı hematoması, qançırı, sağ bazunun, sağ və sol kürək nahiyəsinin geniş ölçülü qançırları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə zorla avtomobilin arxa oturacağına əyləşdirərək, eyni zamanda qollarından tutaraq saxlayıb iradəsinə zidd olaraq Gədəbəy rayonu, X30 yaşayan bacısı Şahid1 evinə aparmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında ağır nəticələrə səbəb olan adam oğurluğu etmiş, Zərərçəkmiş şəxs narazılıq etməsi, eləcə də hüquq mühafizə orqanları tərəfindən yerləri müəyyən olunaraq saxlanılacağını dərk etdiyi üçün qardaşı X10 idarə etdiyi VAZ 21074 minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə qrup üzvü Təqsirləndirilən şəxs2 və bacısı Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs Gədəbəy rayonu, Slavyanka kəndinə Təqsirləndirilən şəxs2 yaşadığı evə aparmış, Zərərçəkmiş şəxs yenidən səs-küy saldığını görüb həmin vaxt orada olan Şahid2 məxsus VAZ 2106 minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə qrup üzvü Təqsirləndirilən şəxs2 və bacısı Şahid1 ilə birlikdə yaşadığı evə aparmaq adı ilə Zərərçəkmiş şəxs aldadıb avtomobilə mindirdikdən sonra Şəmkir rayonuna, oradan isə yenidən Gədəbəy rayonunun Xarxar kəndinə gətirmiş, orada olarkən Şahid2 polis əməkdaşları tərəfindən saxlanılacağından qorxduğu üçün onları avtomobildən düşürmüş, belə olduqda Təqsirləndirilən şəxs2 Şəmkir rayonu, Çənlibel kəndindən tanışı X23 məxsus VAZ 2103 minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili gətirmiş, həmin vaxt Şahid1 da əri X6 bu barədə bilib ona problem yaradacağından narahat olub Gədəbəy şəhərinə geri qayıtmış, özü isə Zərərçəkmiş şəxs həmin avtomobillə Şəmkir rayonunun Qasımalılar kəndinə aparmış, orada bir neçə saat gözlədikdən sonra Şəmkir rayonu, Çənlibel kəndinə qayıdarkən yolda olduqları avtomobilin yanacağının qurtarması səbəbindən o, qolundan tutaraq zor tətbiq etməklə Zərərçəkmiş şəxs həmin kənddə yaşayan qohumu Şahid7 evinə aparıb orada saxlayarkən, 05 may 2023-cü il tarixdə saat 02 radələrində polis əməkdaşları tərəfindən olduqları yer müəyyən edilərək onlar Gədəbəy rayon polis şöbəsinə aparılmışlar. Məhkəmədə Dövlət ittihamçısı təqsirləndirilən şəxslərə verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsindən imtina edərək, təqsirləndirilən şəxslər barəsində cinayət təqibinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələrlə davam etdirilməsini xahiş etmiş, məhkəmə təqsirləndirilən şəxslərə məhkəmədə müdafiə edilən ittiham yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə baxılması mümkün hesab etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs görüb bəyənmiş, ailə həyatı qurmaq istəmişdir. Hadisə baş verməmişdən, yəni Aygünü qaçırmamışdan əvvəl bəlkə də həyatında başqa biri olduğunu düşünərək onu izləmiş, heçkimsə olmadığına əmin olduqdan sonra bacısına Aygündən xoşu gəldiyini və sonuncu ilə ailə həyatı qurmaq istədiyinii deməsini istəmişdir. Bacısı 2-3 dəfə Aygünün işlədiyi yerə gedib Aygündən xoşu gəldiyini onunla danışmaq istədiyini desə də Aygün istmədiyini demiş, Aygünün razı olmadığını bilib qaçırtmaq qərarına gəlmiş, sonra qəbul edəcəyini fikirləşmişdir. Hadisənin bu həddə gələcəyini düşünməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə baxışında verdiyi ifadələr doğrudur və onun ifadələrini özünə aid hissədə təsdiq edir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Aygünün onu niyə istəməmsinin səbəbini bilməmişdir. Hadisə baş verən günü Ayaz və Qabillə yeyib-içmişlər. Ayazla Qabilə birlikdə Kamaza ehtiyyat hissəsi almağı təklif etmiş, onlar da razılaşmışdır. Avtomobilə əyləşəndə Aygünün işdən çıxıb evə getdiyi vaxtı xatırlayıb Qabildən Aygünün iş yerinə doğru sürməyi demişdir. Yola düşəndə Aygünün işdən çıxıb evə getdiyini görmüş, Ayaz və Qabilin onun Aygünü qaçırmasından isə xəbəri olmamışdır. Avtomobili Aygünün yanında saxlamağı demiş, Qabil həmin vaxt telefonda tanımadığı şəxslə danışdığı üçün başı qarışmış və olanları görməmişdir. Törətdiyi əməldən peşmandır. Aygünün qaçırılması ilə bağlı aralarında əvvəlcədən hazırlanmış plan olmamış, sərxoş olduğu üçün avtomobili Qabil idarə etmişdir. Qabilin belə bir hadisədən xəbəri olmamış, avtomobili saxlayan zaman Aygünü qaçırdığını anlamış və Aygünü bacısıgilə apardıqdan sonra Qabil avtomobildən düşüb getmişdir. Etdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsdən və ailə üzvlərindən üzrxahlıq edir, hər şeyi nəzərə alıb yüngül cəza verilməsini istəyir. Məhkəmədə dindirilmiş digər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək göstərdi ki, hadisə günü əmisioğlu Təqsirləndirilən şəxs1 zəng edib oğlunu nənəsigilə aparmasını istəmiş, Ruslan isə yanına qardaşının işlətdiyi kafeyə gəlməyi demişdir. Ruslan maşını qardaşı Bəxtiyara verdiyini demiş, kafeyə gedəndə Ruslanın yeyib-içdiyini görmüşdür. Ruslan onu masaya dəvət etmiş, O isə içki içmədiyini demişdir. “Mosu” ləqəbi ilə çağırdığı Qabil də həmin vaxt kafeyə girmiş, yanlarına gəlmişdir. Ruslan Qabildən içkili olub-olmadığını soruşanda Qabil içmədiyini demiş, Ruslan Qabillə birlikdə Kamaza ehtiyyat hissəsi alacağını demişdir. Ruslangil gedəndə yol yaşadığı kəndin yaxınlığından keçdiyi üçün avtomobilə əyləşib onlarla birgə getmişdir. Ruslan Qabilə avtomobili yanacaqdoldurma məntəqəsinə sürməyi demiş, sonra isə fikrini dəyişərək digər tərəfdəki yanacaqdoldurma məntəqəsinə sürməyi oradan nisyə yanacaq alacağını demişdir. Yanacaqdoldurma məntəqəsi Aygüngilin yaşadığı evin yaxınlığında olmuşdur. Həmin vaxt özü oğlu ilə telefonda danışmış, avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Avtomobil dayandıqdan sonra Ruslanın Aygünü zorla avtomobilə əyləşdirmiş, Ruslandan nə olduğunu soruşanda bacısına dediyini qızı onalara aparacağını demişdir. Ruslanın bacısı Vüsalənin yaşadığı evə getdikdən sonra Qabil əlini başına qoyub “Ruslan bizi zibilə saldı” deyib çıxıb getmişdir. Qabilin arxası ilə gedəndə “VAZ 2107” markalı avtomobilin yanında dayandığını görmüş, avtomobili Ruslanın qardaşı Bəxtiyar sürmüşdür. Maşına minəndə avtomobildə Ruslanı, Vüsaləni və Aygünü görmüş, Aygünün razı olduğunu düşünüb yaşadığı evə aparmışdır. Həmin vaxt arvadı və anası həyətdə işləmiş, arvadı Aygünün zorla qaçırıldığını başa düşüb Aygünü niyə evə gətirməyi demiş, Aygünə su verib sakitləşdirərək onu aparıb evlərinə qoyacağını demişdir. Ayaz otağa keçib üstünü dəyişəndə arvadı Ruslanın evdən çıxıb getdiyini demiş, Aygünün başına nəsə gəlsə günahkar olacaqlarını demişdir. Aygünü maşına mindirəndə o da kömək etmək Aygünü Ruslanla tək qoymamaq üçün onlarla birikdə getmiş, Ruslangil Aygünü dayısıgilə aparacağını desə də, Şəmkir rayonuna aparmış, onların daha uzağa getməsinə imkan verməyib sonra yenidən Gədəbəy rayonuna geri qayıtmışlar. Yolda avtomobili saxlayıb Aygüngilə bir qərara gəlmələrini demiş, sonra isə Gədəbəydə Ruslanın bacısının baldızıgilə getmiş, orada polis əməkdaşları gəlib onları polis şöbəsinə aparmışdır. Qaçırılma zamanı bütün günü Ruslanın yanında olmağının səbəbi, Aygünün adına söz gəlməməsi, sonuncunu qorumaq olmuşdur. Etdiyi əməldən peşmandır. Aygündən və ailəsindən üzrxahlıq edir. Ona aşağı cəza verilməsini istəyir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Ruslan Aygünü onlara gətirəndə Aygün evdə qışqırıb, qab-qacaqları sındıranda arvadı ona Aygünün razı olmadığını demiş, Ruslan Aygünü aparanda tək qalmamaları üçün yanlarında getmişdir. Avtomobildən düşəndə Ruslana Aygünün razı olmadığını onu niyə zorla gətirdiyini desə də Ruslan qızın razı olduğunu demiş, O isə bütün proseslərdə ancaq Aygünün yanında olmuş, ona başqa heçnə etməmişdir. Mobil telefonu evdə olduğu üçün Aygünün ailəsinə xəbər verə bilməmiş, Aygünün qaçırılmasından sonuna qədər yanlarında olmuşdur. X15 istəyib-istəməməsi barədə fikrinin qəti olduğunu soruşmuş, Aygün isə əsla Ruslanla evlənməyəcəyini demişdir. Ruslan sərxoş olduğu üçün ona Aygünün onu istəməməklə bağlı fikrinin qəti olduğunu deməyə çəkinmiş, Araz adlı şəxs gedəndən sonra avtomobili əmisi qızı Şahid1 evinə aparmaq üçün gedib tanışının avtomobilini götürmüş, lakin qayıdanda Vüsalə artıq getmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü Gədəbəy şəhərində kafeyə gedəndə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2ı yemək yediklərini görmüş, onların masasına yaxınlaşanda Ruslanın sərxoş olduğunu, onunla biryerdə gedib Kamazına ehtiyyat hissə almağı demişdir. Birlikdə kafedən çıxmışlar. Yolun qarşı tərəfində olmuş, ona zəng gəlmiş, telefonla danışanda avtomobili gətirməyi dediyi üçün maşını gətirmiş, yolda gedərkən telefonla danışmış, Ruslan ona qəfil avtomobili saxlamağı demişdir. Avtomobili saxlayandan sonra Ruslan yerə düşmüş, qayıdanda Aygünün avtomobilə əyləşdirildiyini görmüş, yenidən yola davam etmişlər. Aygünün yolda qışqırdığını və ağladığını görüb maşını saxlamaq istəsə də Ruslan onu saxlamamağı və bacısıgilə sürməyi demişdir. Ruslanın bacısıgillə məsafə yaxın olmuş, avtomobili həyətə salıb Ruslangil avtomobildən düşəndən sonra avtomobillə ordan uzaqlaşmışdır. Evə gedib yemək yedikdən sonra işə getmiş, gecə 1-də evə gəldikdən sonra polislər yaşadığı evə gəlib onu saxlamışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Aygünü avtomobilə əyləşdirən zaman özü, Ruslan və Ayaz olmuşdur. Avtomobili saxlayan zaman Ruslan düşüb Aygünü zorla avtomobillə əyləşdirmişdir. Ruslan Aygünü avtomobilə necə əyləşdirdiyini görməmiş, həmin an telefonla danışmışdır. Ayaz ön sərnişin oturacağında əyləşmiş, Ruslan Aygünü avtomobilə əyləşdirəndə heç bir reaksiya verməmişdir. Aygün qışqıranda Ruslan əli ilə Aygünün ağzını tutmuş, arxada olduqları üçün Ruslan əli ilə Aygünə xəsarətlər yetirməsini görməmişdir. Ruslanın bacısıgilin yaşadığı evi tanıdığı üçün birbaşa ora sürmüş, onları düşürüb çıxıb getmişdir. Onun Ruslanın qız qaçırmasından məlumatı sonradan olmuş, evə düşürdükdən sonra isə çıxıb getmişdir. Etdiyi əməldən peşmandır, Aygün və ailəsindən üzrxahlıq edir. 2 azyaşlı uşağının olmasını nəzərə alıb ona aşağı cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, hadisə baş verməmişdən bir neçə ay əvvəl Təqsirləndirilən şəxs1 bacısı Vüsalə işlədiyi idarəyə gəlib qardaşının ondan xoşu gəldiyini və onunla danışmaq istədiyimi bildirmiş, ümumiyyətlə bu münasibətə etiraz etmişdir. Bir neçə gün sonra yenə işlədiyi yerə gəlib qardaşının xoşu gəldiyini dedikdə ona qəti olaraq etiraz etmişdir. Hadisə günü səhər işə gedəndə Təqsirləndirilən şəxs1 mavi rəngli “Opel” markalı avtomobili yolun kənarında saxladığını görmüş, yolda qonşu ilə qarşılaşıb salamlaşaraq davam etmişdir. İşə çatdıqdan 10 dəqiqə sonra Təqsirləndirilən şəxs1 bacısı Şahid1 yenidən iş yerinə gəlib eyni şeyləri demiş, Vüsaləyə qardaşını istəmədiyini bildirmiş və Vüsalə getmişdir. Günorta saat 13 radələrində nahar üçün işdən çıxıb evə gedərkən, yol kənarında Təqsirləndirilən şəxs1 avtomobilini görmüş, öz yolu ilə gedərkən qəfil yanında maşın saxlamış, arxadan kiminsə ağzını tutub, qolunu arxaya burmuş, onu yerdən qaldırmışlar. Qışqırmağa başlamış və qonşuları onun səsini eşitmişdir. Təqsirləndirilən şəxs1 onu zorla avtomobilə əyləşdirmiş, Qabil ön sərnişin oturacağında Təqsirləndirilən şəxs2 isə yanında, arxa sərnişin oturacağında isə Ruslan olmuş və onu əli ilə başından aşağıya doğru basmışdır. Qabilə avtomobili dayandırması üçün müəyyən hərəkətlər etməyə çalışsa da Ruslan qolunu tutduğundan heçnə edə bilməmişdir. Onu Ruslanın bacısı Vüsalənin yaşadığı evə aparmış, Vüsaləgilə çatanda həyət qapısını açıb avtomobili qapıya salıb onu zorla avtomobildən düşürmüşlər. Qışqırıb səs-küy salaraq onu öz evlərinə aparmalarını istəmiş, Ruslan isə onu sakitləşdirməyə çalışmışdır. Qalib çıxıb getmiş və onu daha görməmişdir. Ruslan onu zorla divanda əyləşdirmək istədikdə razılaşmamış, Ruslan onu itələyəndə başından xəsarət almış, özünü yaxşı hiss etməmişdir. Yarım saat Vüsaləgilin evində qaldıqdan sonra Ruslan Rəhimovla onu Gədəbəy rayonu Slavyanka kəndində yaşayan Ayazgilin evlərinə getmişlər. Ayazgilin yaşadıqları evdə yoldaşı və anası olmuş, onun könülü gəlməsini güman etsələr də Ruslan onu qolundan tutub zorla evə salmaq istəyəndə məsələni başa düşmüş, Ayazın anası ona ürək-dirək verib “qorxma qızım, gəlinimiz olcaqsan demiş” lakin o razılaşmayıb səs-küy salmış, bunu görən Ayazın yoldaşı Ruslangilə onu evə aparmalarını demişdir. Ruslan yenə eyni qaydada onu evə aparacağını demiş, Ayazın yoldaşı Günelin də onlarla getməsini istəsə də Ayaz arvadına icazə verməmişdir. Onu “VAZ016” markalı avtomobilə əyləşdirmiş, avtomobildə Ruslanın bacısı Vüsalə, Ruslan Ayaz və həmin evdə olan Anar adlı şəxs olmuşdur. Yolda gedəndə əsas yolda polis olduğunu, onları saxlayacaqlarını deyib arxa yoldan getmişlər. Gədəbəy rayonu Slavyanka kəndindən çıxıb Şəmkir şəhərinə yola düşmüş, həmin an Ruslana qardaşının tutulması ilə bağlı zəng gəlmiş və Ruslan təcili geri qayıtmağı demişdir. Ruslan yolda dükandan dəftər qələm alıb onlardan şikayətçi olmamağına dair ərizə yazmağını istəsə də razılaşmamışdır. Gədəbəyə qayıdan zaman Ruslana yenidən zəng gəlmiş, zəngdən sonra Ruslanın geri qayıtmaq fikri dəyişmiş, Vüsaləyə də dayanmadan zənglər gəlmiş, anası da zəng edib soruşmuş, onu nə vaxt evə gətirəcəklərini demişdir. Vüsalə isə yalandan başqa yerdə olduqlarını və onu gətirəcəklərini demişdir. Vüsalənin əri də yolda sonuncuya zəng etmiş, onunla dalaşmış, əri narazı olduğu üçün Ruslan bacısı Vüsaləni yolda düşürüb taksi ilə yola salmışdır. Sürücü Araz adlı oğlan da getmək istəmədiyini bildirmiş, Ayaz yeni avtomobil tapmağa getmişdir. Araz Ayaz maşın tapıb gətirənə qədər yolun kənarında saxlayıb onu gözləmiş, qısa müddət sonra Ayaz VAZ 2106 markalı avtomobillə qayıtmış, onu həmin avtomobilə əyləşdirdikdən sonra Araz getmiş, avtomobildə Ruslan və Ayaz olmuşdur. Polisin onları tapmaması üçün Gədəbəy rayonun Çardaqlı kəndi tərəfdə dağın başına aparmış, orada Ruslan ona ərizə yazıb, öz istəyi ilə gəlməsini yazmağını istəsə də razı olmamış, şikayətçi olmamağı ilə bağlı ərizə yaza biləcəyini demişdir. Ərizədən əlavə həm Ruslan, həm də Ayaz onu yola gətirmək üçün çalışmışlar. Axşam olduğu üçün hava soyuq və ac olduqları üçün Ruslan mağazadan yemək almağı demiş, mağazanın yanında Ayaz avtomobildən düşəndə qaçmağa çalışsa da Ruslan icazə verməmiş, bunu görən Ayaz avtomobildən düşməmiş, birlikdə yenidən əvvəlki yerə qayıtmışlar. Gecə saat 1-2 radələri olduğu, hava soyuduğu üçün qohumların evinə getməyi qərarlaşdırmış, Ruslan bacısının baldızıgilin Gədəbəy rayonu Çardaqlı kəndində yaşadıqlarını, onlardan kömək istəyəcəklərini demiş, yolda gedəndə avtomobilin yanacağı bitdiyi üçün dayanmaq məcburiyyətində qalmış, yolun kənarı ilə aparmışlar. Həmin an yoldan keçən avomobilin qarşısına özünü atmaq istəsə də Ruslan qolundan tutub çəkmiş, hansısa maşın saxlasa həmin adamı da, onu da öldürəcəyini demişdir. Təxminən bir neçə dəqiqə getdikdən sonra ünvana çatmış, qapını döyəndə sonradan adının Şəfəq olduğunu bildiyi qadın qapını açmış onu əlindən tutub yuxarı aparmış, Ruslanı isə yaxın qoymayıb aşağıda oturmasını demişdir. O, Şəfəqə yalvarıb onu evə aparmalarını istəmiş, Şəfəq narahat olmamağı onların heçnə edə bilməyəcəyini demiş, təxminən 5 dəqiqə sonra polislər həyətə gələrək onu aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, polislər dərhal gəldikləri üçün ailəsi ilə danışmağa vaxtı olmamış, Ruslan onu baş-boyun nahiyyəsi və qolundan sıxdığı üçün müəyyən xəsarətlər almışdır. Ayazla Qabil, Ruslanın onu zorla qaçırdığını bilsələr də ona kömək etməmişlər. Avtomobildən əvvəl düşüb ağzını tutan Təqsirləndirilən şəxs1 olmuşdur. Ayaz ona baxaraq gülümsəmiş “artıq gəlinimiz oldun” demiş, qışqırmağına baxmayaraq Qabil də heç bir narazalıq etmədən avtomobili sürüb Ruslanın bacısıgilin yaşadığı evə aparmışdır. Hər üç təqsirləndirilən şəxsdən şikayətçidir. X1 isə digərlərinə nisbətən aşağı cəza verilməsini xahiş edir. Digərləri ilə barışıq fikri yoxdur. Belə ki, Ayaz Ruslana hadisənin əvvəlindən sonuna qədər kömək etmiş, Ayazın yoldaşı Günel onun zorla qaçırıldığını görüb etiraz etmiş, onu evə aparmalarını istəmiş, Ayazın anası isə Günelə qışqırıb öz işi ilə məşğul olmasını demişdir. Ayazla Ruslan hər ikisi sərxoş olmuşlar. Təqsirləndirilən şəxslərin yaxınları dəymiş maddi mənəvi ziyanı ödəməmiş, şikayəti geri götürməsi üçün üzrxahlıq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki Təqsirləndirilən şəxs1 qardaşıdır. Hadisədən bir neçə ay əvvəl Ruslan ona Aygündən xoşu gəldiyini və gedib deməyi istəmiş, Aygünün iş yerinə gedib, qardaşı Ruslanın ondan xoşu gəldiyini və danışmaq istədiyini demişdir. Aygün isə ona hələ oxuduğunu və o fikirdə omadığını demişdir. May ayının 4-ü günü kiçik oğlu ilə birlikdə yenidən Aygünün iş yerinə gedib Ruslanın şəklini göstərib fikrini soruşanda Aygün istəmədiyini demişdir. Günorta saat 1 radələrində kiçik oğlu məktəbdən çıxanda qardaşı Ruslan ona zəng edərək, Aygünlə birlikdə onlara gəldiyini demişdir. Ruslan Aygünü gətirəndə Aygünə yalvarıb Ruslanın onu ailə həyatı qurmaq üçün qaçırdığını, pis niyyəti olmadığı demiş, Aygün isə Ruslana onu evə qaytarıb qoymasını və Ruslandan şikayətçi olmayacağını demişdir. Ruslan qızı aparıb evlərinə qoyacağını deyəndə Aygün onlarla birlikdə getməyini istəmiş, Ayaz yoldaşı Güneli də aparmağı Aygünün ailəsi ilə danışıb məsələni həll etmələrini təklif etmiş, birlikdə Ayazgilin yaşadığı ünvana getmişlər. Ayazgilə gedəndə Ayazın anası ilə yoldaşı Günel evdə olmuş, Ayazın anası Aygünə “xoşbəxt olun, xoş gəlmisən” dedikdə Aygün razı olmadığını, onu evinə aparıb qoymağı istəmişdir. X47 şillə ilə vurub onu aparmasını və şikayətçi olmayacağını demişdir. Həmin vaxt Aygünün maması zəng edib, Aygünü gətirməyini demiş, narahat olmamalarını, qızı gətirəcəklərini demişdir. Ayazgildən çıxıb Slavyankadan keçəndə Aygün orda qohumları olduğunu onu ora qoymağı demiş. Aygün dayısı ya atasıgilin evinə hansına olur-olsun aparmağı demişdir. Yolda gedəndə Ayazın telefonuna polislərin gəlməsi ilə bağlı zəng gəlmiş, yoldaşı bilməməsi üçün avtomobil düşüb evə getmişdir. Sonradan nə baş verməsini bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, qardaşına şəklini Aygünə göstərdiyini və razı olmadığını demiş, qardaşı ona əvvəl Aygünü qaçırmaqla bağlı heç birşey deməmişdir. Qardaşı Aygünü qaçırıb evlərinə gətirəndə Aygünün onu istəmədiyi halda onu niyə qaçırmasını soruşanda Ruslan ona heçnə deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs2 bibisi oğludur. Hadisə günü bibisigil göyərti əkmək üçün ona köməyə çağırdığı üçün onalarda olmuşdur. X44 gətirmələrini görmüş yanlarında Vüsalə də olmuşdur. Sonradan qadınlar içəridə nəsə danışmış, onu isə Ayazgil çölə çağırmış, Ayaz onları Şəmkir şəhərinə aparmağı dediyi üçün Şəmkirə aparmış, sonra isə geri qaytarmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Aygün avtomobildə onu evə aparmağı şikayətçi olmadığını demişdir. Şəmkir şəhərinə gedib qayıdan zaman Aygün Çənlibel kəndində dayısıgilin yaşadığını, onu ora aparmağı, ərizə yazıb Ruslangildən şikayətçi olmayacağını demişdir. Axşam olduğu üçün Ayaz evə getməli olduğunu demiş, Ayaz isə ona avtomobil tapana qədər biraz gözləməyi xahiş etmiş, Ayaz sarı rəngli “VAZ016” markalı avtomobili tapıb gətirmiş bundan sonra O öz evlərinə getmiş, sonrakı hadisələrdən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, Zərərçəkmiş şəxs bacısı qızıdır. Hadisə günü bacısı ona zəng edib Aygünün qaçırıldığını demiş, həmin vaxt Aygünün kim tərəfindən qaçırıldığını öyrənmək üçün müəyyən axtarış etsələr də tapa bilməmiş, sonradan Aygünü polislər tapıb gətirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs qardaşı qızıdır. Hadisə günü işdə olarkən qardaşı zəng edərək, Zərərçəkmiş şəxs qaçırıldığını demiş, Kimin qaçırılması ilə bağlı heç bir məlumatı olmamışdır. Evə gəlib “102” ilə əlaqə saxlamış 3-4 nəfər şəxsin mavi rəngli “Opel” markalı avtomobillə qaçırıldığını bildirmişdir. Gecə Gədəbəy rayon polis şöbəsinin qarşısında dayananda polis əməkdaşları zəng edib Aygünü tapdıqlarını bildirmişlər. Aygün gəldikdən sonra hadisənin necə olmasını soruşanda Aygün nahara gələrkən yolda Ruslanın onun qolundan tutub zorla avtomobilə əyləşdirdiyini demişdir. Qabilin avtomobili sürdüyünü, Ayazın və Ruslanın onu dağ-dərə gəzdirdiklərini, xahiş etsə də evinə qaytarmadıqlarını qohumlarıgilə apardığını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, marketin müşahidə kameraları ilə Aygünü qaçıran şəxslərin Ruslanla Ayaz olduğunu müəyyən etmişlər. Avtomobilin qeydiyyat nişanını görüb araşdırdıqdan sonra avtomobilin kimə aid olmasını öyrənmiş, Təqsirləndirilən şəxs1gilin yaşadığı evə gedib olanları danışıb qızın harada olduğunu soruşanda anasıgil onların harada olmasını bilmədiklərini demişlər. Sonradan Gədəbəy rayon Polis bölməsinin qarşısında isə Ruslanın ailə üzvləri Aygünü qaytarmayacaqlarını, onların gəlini olacağını demişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 qızı göstərmişdir ki, Təqsirləndirilən şəxs2 doğma oğludur. Digər təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs1 isə qaynı oğludur. Hadisə günü gəlini Şahid3 ilə həyətdə işləyəndə oğlu Ayaz çağırıb, qapını açmağı demiş, onan Ruslanın qız qaçırtdığını demişdir. Aygünə yaxınlaşıb ona xoş gəlmisən xoşbəxt ol deyəndə qız acıqlanıb hirslənmiş, Aygünün narazı olduğunu görüb oğluna qızı geri qaytarmalarını demişdir. Ruslanla Ayaz çıxıb getmiş, sonradan hara getmələrini bilməmişdir. Ayaza Aygün narazı olduğu üçün onu geri qaytarmalarını demişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1un bacısı Şahid1 onun qaynı X6 arvadıdır. Təqsirləndirilən şəxs2 isə əvvəl tanımamışdır. Zərərçəkmiş şəxs isə qohum kimi tanımışdır. 04 may 2023-cü ildə təxminən 14 radələrində günorta həmkəndlisi Şahid6 ona zəng edib yaşadığı evə qız qaçırıb-qaçırmamalarını soruşmuş kimin qaçırılmasını soruşanda Babək ona bacısı Aygünü Ruslanın zorla qaçırmasını demişdir. Babəkə Şəmkir rayonu, Dəllər qəsəbəsində işdə olduğunu deyib arvadı Şəfaya zəng edib soruşacağını demiş danışanda arvadı da Şəmkir rayonunda işdə olduğunu və evə qız qaçırılmadığını demişdir. Babəkə təkrar zəng edib qızın onlarda olmadığı demişdir.Axşam saat 19 radələrində işdən çıxaraq arvadı Şəfa ilə birlikdə yaşadığı evə gəlmişdir Ev işlərini gördükdən sonra yatmış. 05 may 2023-cü il təxminən gecə saat 02 radələrində evin qapısı döyülmüş, kimsə onları çağırmışdır. Nə baş verdiyini öyrənmək üçün həyətə çıxanda Ruslanın evin həyətində olduğunu görmüş, nə olduğunu soruşanda Ruslan ona qız qaçırmasını demişdir. Arvadı Şəfanı oyadıb yuxarı evin açarlarını gətirməsini demiş, Ruslan evdən çıxıb Aygünü həyətə gətirmiş, yanlarında əvvəllər tanımadığı Ayazın da həyətə girdiyini görmüşdür. Aygün evin həyətinə girən kimi ağlamağa başalmış, Aygünün əynində qalın paltar olmadığını görüb arvadı Şəfaya Aygünü yuxarı evə aparıb isti paltar verməsini demişdir. X48 evin ikinci mərtəbəsinə özü isə Ruslan və Ayazı evin birinci mərtəbəsinə zirzəmiyə dəvət etmişdir. Aygünün üşüdüyü üçün isti çay dəmləmiş, Ruslan ona Aygünü qaçırmasını, lakin Aygünün evlənməyə razı olmadığını, gəldikləri avtomobilin benzinin kəndin içində qurtardığını demişdir. Demələrinə görə avtomobilin təxminən 1 kilometr kənarda Musa adlı şəxsin evinin yanında olmasını dəqiqləşdirmişdir. Ruslan ilə söhbət edəndə Babəkə məlumat vermək üçün onun mobil nömrəsinə 4 dəfə ard-arda zəng etmiş, danışa bilməmişdir.Qısa müddət sonra polis əməkdaşları onun evinə gəlmiş, arvadı Şəfa qapını onlara açanda içəri görən polis əməkdaşalrını görən Aygün onalra Ruslanın onu zorla qaçırmasını bildirmişdir. Buna görə də Aygünü, Ruslanı və Ayazı polis şöbəsinə aparmışlar. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qisimində dindirilmiş Şahid8 da eyniməzmunlu ifadə verərək əri Şahid7 ifadəsində göstərilən xüsusatları təsdiq etmiş Zərərçəkmiş şəxs onlara gəldiyi vaxtdan zorla qaçırılmasını bildirib ağladığını buna görə də köməklik etdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “hadisə yerinə baxış keçirilməsi haqqında” 05 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri - Gədəbəy şəhəri-Novosaratovka avtomobil yolunun Gədəbəy şəhəri, Səməd Vurğun küçəsindən keçən hissəsidir. Hadisə yerində sağ tərəfində “Gədəbəy Oil” yanacaq doldurma məntəqəsi yerləşir. sağ tərəf isə 7 metr enində asfalt yoldur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs yolun sol kənarı ilə yaşadığı ev istiqamətində gedən zaman ondan bir qədər qabaqda yolun sağ kənarında “Gədəbəy Oil“yanacaq doldurma məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs1 məxsus olan «Opel Zafira» markalı avtomobilin dayanmasını gördüyünü yol çiyni ilə hərəkət edərkən arxadan Təqsirləndirilən şəxs1 zorla onu sürüyərək avtomobilə mindirdiyi Gədəbəy şəhərinə apardığını göstərdiyi yer torpaq örtüklüdür, həmin yerdə avtomobilin şini izləri müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş “könüllü təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi” haqqında 05 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan bir ədəd tünd rəngli, iç boyun nahiyyəsində «GRJ WOMAN» yazıları olan gödəkcə, ağ rəngli qısaqol, iç boyun hissəsində «LCW CASUAL XL», ön sinə hissəsində «lile is a collestion of lille moments» yazıları olan köynək, tünd boz rəngli, bel hissəsində «RİCH 38 WOMAN» yazıları olan şalvarı təqdim etmiş, qeyd edilən geyimlər qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş “könüllü təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi” haqqında 05 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olan tünd rəngli iç hissəsində “Emporio Armani” yazıları olan şalvar, qararəngli iç boyun səthində «BLACK MAMBA» yazıları olan qısa qol köynəyi təqdim etmiş və paltarlar baxış keçirildikdən sonra həmin geyimlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.İş materiallarında olan və məhkəmədə tədqiq edilən “könüllü təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülmə haqqında” 05 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hadisə vaxtı əynində olan üzərində heç bir yazı və marka göstəricisi olmayan qara rəngli cins şalvar, iç boyun hissəsində “XUANMAİ” yazıları olan ağ rəngli qısaqol köynəyi təqdim etmiş, paltarlar baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan “könüllü təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülmə haqqında” 05 may 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X9 hadisə zamanı əynində olan üzərində marka göstəricisi olmayan qara rəngli cins şalvar, göy rəngli sinə hissəsində ağ rəngli naxışı olan içi boyun hissəsində «CİHAN ELBEYL L» yazıları olan uzun qol köynəyi təqdim etmiş, paltarlar baxış keçirilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “avtomobilə baxış keçirilməsi haqqında” 11 may 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən avtomobil X23 məxsus olmaqla Təqsirləndirilən şəxs2 hadisə vaxtı idarə etdiyi sarı rəngli «VAZ-2103 minik» markalı **-DO-*** dövlət nömrə nişanlı avtomobildir. Avtomobilin ön sol tərəf işıq faraları yoxdur və faraların yeri əzilmiş haldadır. Avtomobilin salonu səliqəsiz və çirklidir. Arxa oturacağın üzərində iki ədəd plastik su qabı vardır. Oturacaqların üzlükləri qara rəngli dəri və qırmızımtıl rəngli parçadan ibarətdir. «VAZ-2103 minik» markalı **-DO-*** dövlət nömrə nişanlı avtomobilin oturacaqlarının üzlükləri qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan “avtomobilə baxış keçirilməsi haqqında” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən avtomobil göy rəngli «VAZ-21074» minik markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobildir. Avtomobilin arxa sağ qanadının qara rənglə boyanması görünür. Avtomobilin oturacağının üzlüklərin bir hissəsi parça, bir hissəsi dəriyə bənzər materialdır. Avtomobilə baxış zamanı iş üzrə əhəmiyyət kəsb etdiyindən «VAZ-21074 minik» markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobilin oturacaqlarının üzlükləri müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan “avtomobilə baxış keçirilməsi haqqında” 14 may 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən avtomobil Şahid2 hadisə vaxtı idarə etdiyi «VAZ-2106 minik» markalı, **-BD-*** dövlət nömrə nişanlı göy rəngli avtomobildir. Arxa sağ və sol qapı pəncərələri arxa pəncərədə görünüşü məhdudlaşdıran qara rəngli örtüklər asılmışdır. Baxışda iştirak edən Şahid2 04 may 2023cü ildə qohumu Təqsirləndirilən şəxs2 Gədəbəy rayonu, Slavyanka kəndində yaşadığı evdə Zərərçəkmiş şəxs avtomobilə mindirərək Şəmkir rayonuna apardıqlarını bildirmiş, Gədəbəy rayonu, Xarxar kəndi ərazisində düşürdükdən sonra avtomobili Gədəbəy rayonu ərazisində yerləşən avtoyuma məntəqəsində təmizləməsini bildirmişdir. Avtomobilin içərisi və xaricinə baxış zamanı iş üçün əhəmiyət kəsb edən heç bir xüsusat aşkar edilmədiyindən və hadisədən sonra avtomobil təmizləndiyi üçün oturacaqlarının üzlükləri götürülməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “avtomobilə baxış keçirilməsi haqqında” 17 may 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən avtomobil «Opel Zafira minik» markalı, **-RU-*** dövlət nömrə nişanlı göy rəngli avtomobildir. Avtomobilin ön sağ qapısının üzərində «zamazqa» izi görünür. Avtomobilin avtomobil sağ arxa qapısının iç səthində və qapının pənçərəsinin üzərində qurumuş palçıq izləri görünür. Sağ arxa oturacaq üzlükləri üzərində qurumuş palçıq izləri mövcuddur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin izlərin bir müddət bundan əvvəl avtomobilə yığdığı kartof kisələrindən sonra yaranmasını bildirmiş, «Opel Zafira minik» markalı, **-RU-*** dövlət nömrə nişanlı avtomobilin oturacaqlarının üzlükləri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi” haqqında 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, - Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə müxtəlif şəxslər arasında mütəmadi danışıqlar və “sms” lər olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrə xx.xx.2023-cü il tarixdə saat 11:11:50-də Təqsirləndirilən şəxs1 Gədəbəy rayonu ərazisində, saat 14:01-də Gədəbəy rayon Slavyanka kəndi ərazisində, saat 15:02:18-də Gədəbəy rayonu, Çanaqçı kəndi ərazisində, saat 15:27:48-də Gədəbəy rayonu, Samanlıq kəndi ərazisində, saat 16:00:05-də Tovuz rayonu, İbrahimhacılı kəndi ərazisində, saat 16:16:48-də Tovuz rayonu, Düzqırıxlı kəndi ərazisində, saat 16:30:44-də Şəmkir rayonu ərazisində, saat 16:33:28-də Şəmkir rayonu, İrmaşlı kəndi ərazisində, saat 22:14:18-də Şəmkir rayonu, Çənlibel kəndi ərazisində olmuşdur. - Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə müxtəlif şəxslər arasında mütəmadi “sms”lər olmuşdur. Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saat 13:22:00-da Gədəbəy rayonu ərazisində olmuşdur. Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil nömrənin xx.xx.2023-cü il tarixə olan digər anten dairəsi göstərilməmişdir -Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif şəxslər arasında mütəmadi danışıqlar və sms-lər olmuşdur. Daxil və xaric olunan zənglər və smslərdən görünür ki, Şahid1 xx.xx.2023-cü il tarixdə saat 09:07:36-da Gədəbəy rayonu ərazisində, saat 13:56:58-də Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində, saat 14:18:50-də Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində, saat 14:58:33-də Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində, saat 15:03:47-də Gədəbəy rayonu, Samanlıq kəndi ərazisində, saat 16:45:18-də Şəmkir rayonu, İrmaşlı kəndi ərazisində, 17:00:24-də Şəmkir rayonu, Qaryağdı qəsəbəsi ərazisində, saat 17:50:16-da Şəmkir rayonu, Çənlibel kəndi ərazisində, saat 17:57:26-da Gədəbəy rayonu, Xarxar kəndi ərazisində, saat 17:53:23-də Gədəbəy rayonu, Xarxar kəndi ərazisində, saat 18:52:01-də Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində, saat 19:11:28-də Gədəbəy rayonu Arıxdam kəndi “AİMC” fabrik ərazisində olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan “telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə müxtəlif şəxslər arasında mütəmadi danışıqlar olmuş və “sms” lər daxil və xaric olunmuşdur. Daxil və xaric olunan zənglər və smslərdən görünür ki, - Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrə xx.xx.2023-cü il tarixdə saat 12:29:11-də Gədəbəy rayonu, Qumlu kəndi ərazisində, həmin tarixdə saat 13:23:10-da Gədəbəy rayonu, Qumlu kəndi ərazisində, həmin tarixdə saat 13:43:23-də Gədəbəy rayonu Slavyanka kəndi ərazisində, həmin tarixdə saat 14:08:04-də Gədəbəy rayonu Slavyanka kəndi ərazisində, saat 14:23:39-da Gədəbəy rayonu Slavyanka kəndi ərazisində, saat 14:58:01-də Gədəbəy rayonu Ağamalı kəndi ərazisində, saat 15:12:08-də Gədəbəy rayonu, Samanlıq kəndi ərazisində, saat 15:33:59-da Gədəbəy rayonu, Pərzamanlı kəndi ərazisində, saat 15:41:23-də Şəmkir rayonu, Daşbulaq kəndi ərazisində, saat 16:12:27-də Tovuz rayonu, Aşağı Ayıblı kəndi ərazisində, saat 16:16:14-də Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində, saat 16:25:37-də Şəmkir rayonu, İrmaşlı kəndi ərazisində, saat 17:13:35-də Şəmkir şəhəri, Teleqüllənin yanında, saat 17:30:58-də Şəmkir rayonu, Morul kəndi ərazisində, saat 17:51:36-da Gədəbəy rayonu Xarxar kəndi ərazisində, saat 19:45:45-də Şəmkir rayonu, Çənlibel kəndi ərazisində, saat 23:49:57-də Şəmkir rayonu, Çənlibel kəndi ərazisində yerləşən anten dairələrində olmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 06 may 2023-cü il tarixli 171 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər - başın dəri altı hematoması, qançırı, sağ bazunun, sağ və sol kürək nahiyyəsinin geniş ölçülü qançırları, sağ saidin və qarının ön divarının sıyrıqları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 04 may 2023-cü il tarixinə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən başın dəri altı hematoması, qançırı sağ bazunun, sağ və sol kürək nahiyyəsinin geniş ölçülü qançırları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər xarakteri, lokalizasiyasına əsasən həmin xəsarətlərin onun özü-özünə yetirə bilməsi inandırıcı deyil, bədən səthində öz boyu səviyyəsində yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər zorla avtomobilə mindirərkən, eləcə də o, müqavimət göstərdikdə vurulması zamanı ala bilərdi. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-tibbi ekspertizasının 11 may 2023-cü il tarixli 518 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - başın tüklü hissəsində təpə-ənsə nahiyyəsinin yumşaq toxumalarının ağır halında əziyi, döş qəfəsinin arxa səthində sol kürək üstü nahiyyənin yumşaq toxumalarının qançırı və ağrı halında əziyi, qarının ön divarının qançırı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 04 may 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin arxa səthində sol kürək nahiyyəsinin yumşaq toxumalarının qançırı və ağır halında əziyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa ynügül zərər vurmaya aiddir, başın tüklü hissəsində təpə-ənsə nahiyyəsinin yumşaq toxumalarının ağrı halında əziyi, qarının ön divarının qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızılıq pərdəsinin tamlığı pozulmamışdır. Arxa keçəcəyində onunla arxa keçəcəklə cinsi əlaqədə olmağa dəlalət edən hər hansı xəsarət və dəyişiklik aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə lifli materiallar ekspertizasının 20 iyun 2023-cü il tarixli 6/2944 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şalvarının üzərində aşkar edilmiş tünd göy rəngli pambıq liflər cins əlamətlərinə görə Təqsirləndirilən şəxs1 şalvarının tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs1 məxsus “Opel Zafira minik” markalı **-RU-*** dövlət nömrə nişanlı avtomobilin arxa sağ oturacağının üzülüyünün üzərində aşkar edilmiş tünd göy rəngli pambıq liflər cins əlamətlərinə görə Təqsirləndirilən şəxs1 şalvarının və tünd boz rəngli pambıq liflər cins əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının və gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. “Opel Zafira minik” markalı **-RU-*** dövlət nömrə nişanlı avtomobilin ön sağ oturacağının üzlüyünün üzərində aşkar edilmiş tünd göy rəngli pambıq liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs1 şalvarının və tünd boz rəngli pambıq liflər rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs şalvarının və gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. “Opel Zafira minik” markalı **-RU-*** dövlət nömrə nişanlı avtomobilin ön sol və arxa (orta) oturacağının üzlüklərinin üzərlərində aşkar edilmiş tünd göy rəngli pambıq liflər cins əlamətlərinə görə Təqsirləndirilən şəxs1 şalvarının tərkib liflərinə uyğun gəlirlər. X17 məxsus “VAZ-21074 minik” markalı **-BN-*** dövlət nömrə nişanlı avtgomobilin arxa oturacağının üzlüyünün üzərində aşkar edilmiş tünd göy rəngli pambıq liflər cins əlamətlərinə görə Təqsirləndirilən şəxs1 şalvarının tərkib liflərinə uyğun gəlirlər. Şahid Natiq Vəliyevə məxsus “VAZ-2103 minik” markalı **-DO-*** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağının üzülüyüyün üzərindən aşkar edilmiş tünd göy rəngli pambıq liflər cins əlamətlərinə görə Təqsirləndirilən şəxs1 şalvarının tərkib lifinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə psixatrik ekspertizasının 18 may 2023-cü il tarixli, 295 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı xroniki psixi xəstəlik aşkar edilmir, qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zamanı öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs1 hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə psixiatrik ekspertizasının 18 may 2023-cü il tarixli, 296 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı xroniki psixi xəstəlik aşkar edilmir, qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zamanı öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə psixiatrik ekspertizasının 18 may 2023-cü il tarixli, 297 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hər hansı xroniki psixi xəstəlik aşkar edilmir, qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zamanı öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən DİN BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.2.1ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 23 noyabr 2016-cı ildə Gəncə Apelyyasiya məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək cəzası 03 ilə endirilmiş, 08 may 2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən DİN BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər Hərbi məhkəməsinin 10 avqust 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 66.3, 68, 128 və 331.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində Cinayət məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilmiş, məhkumluğu ödənilmişdir. Həmçinin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu ildə Rusiya Federasiyası CM-nin 228-ci maddəsinin İİ hissəsinə əsasən 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin hökmlə təyin edilmiş cəzanı çəkmiş, lakin hökm Azərbaycan Respublikasında tanınmamışdır. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olmasa da məhkəmə həmin halı təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizəedici hal olaraq nəzərə alacaqdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd tünd rəngli gödəkcə, ağ rəngli qısaqol köynək, tünd boz rəngli şalvar, Təqsirləndirilən şəxs1 məxsus iç hissəsində “Emporio Armani” yazıları olan şalvar, qararəngli iç boyun səthində “BLACK MAMBA” yazıları olan qısa qol köynək, Təqsirləndirilən şəxs2 məxsus qara rəngli cins şalvar, ağ rəngli iç boyun hissəsində “XUANMAİ” yazıları olan qısa qol köynək, Təqsirləndirilən şəxs3 məxsus qara rəngli cins şalvar, göy rəngli sinə hissəsində ağ rəngli naxışı olan içi boyun hissəsində “ CİHAN ELBEYL L “ yazıları olan uzun qol köynək, OPEL ZAFİRA minik markalı, **-RU-*** dövlət nömrə nişanlı avtomobilinin oturacağının üzlükləri, X23 məxsus olan VAZ-2103 minik markalı, **-DO-*** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağının və ön sol oturacağın üzlükləri, X17 məxsus VAZ-21074 minik markalı, **-BN- *** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağının üzlükləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Gədəbəy RPŞ-yə təhvil verilmişdir. Cinayət işi üzrə X13 məxsus olan Opel Zafira minik markalı, **-RU-*** dövlət nömrə nişanlı avtomobil, X17 məxsus VAZ-21074 minik markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobil, X23 məxsus VAZ-2103 minik markalı **-DO-*** dövlət nömrə nişanlı avtomobil və Şahid2 məxsus VAZ-2106 minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq qanuni sahiblərinə geri qaytarılmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gədəbəy RİHB-nin xx.xx.2023cü il tarixli, 177№ li arayış və xasiyyətnamədən görünür ki, Həsənov X22 rayonu Qurudərə kəndində qeydiyyatda olmaqla Gədəbəy şəhərində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gədəbəy RİHB-nin Slavyanka Kənd üzrə İƏD-dən verilənxx.xx.2023-cü il tarixli, 5-44/1-27-2023 saylı məktubdan görünür ki, Hümbətov X3 qeydiyyatda olmaqla ailə üzvləri xx.xx.2005-ci il təvəllüdlü oğlu X40 və digər ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gədəbəy RİHB-nin Gədəbəy şəhəri üzrə İƏD-dən verilən 5-44/2-66/2023 saylı xx.xx.2023-cü il tarixli məktubdan və həmin tarixli 206 №li arayışdan görünür ki, X2 şəhərində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olaraq tutulmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gədəbəy rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 4(042)-7/2023 saylı qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 06 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olaraq tutulmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gədəbəy Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 4(042)-9/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtian edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2023-cü il tarixli, 4(104)-86/2023 saylı qərarından görünür ki, məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “şübhəli şəxsin tutulması haqqında” görünür ki, Təqsirləndirilən şəxs3 06 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 08 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 4(042)-8/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2023-cü il tarixli, 4(104)-85/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-ci maddəsinə əsasən adam oğurluğunun bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, yaxın qohumu olan əmək veteranı babası Əsəd Məmmədcəfərovla birlikdə yaşaması, həmçinin qardaşı X32 müharibəsində iştirak edərək İİİ qrup əllilik təyin edilməsi, medallarla təltif edilməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və CM-nin 59.4-cü maddəsinə əsasən himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “sübutların qiymtləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd tünd rəngli gödəkcə, ağ rəngli qısa qol köynək, tünd boz rəngli şalvar, Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt əynində olmuş tünd rəngli iç hissəsində “Emporio Armani” yazıları olan şalvar, qararəngli iç boyun səthində “BLACK MAMBA” yazıları olan qısa qol köynək, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olmuş qara rəngli cins şalvar, ağ rəngli iç boyun hissəsində “XUANMAİ” yazıları olan qısa qol köynək, Təqsirləndirilən şəxs3 hadisə zamanı əynində olmuş qara rəngli cins şalvar, göy rəngli sinə hissəsində ağ rəngli naxışı olan içi boyun hissəsində “ CİHAN ELBEYL L “ yazıları olan uzunqol köynək, “OPEL ZAFİRA minik markalı, **-RU-*** dövlət nömrə nişanlı avtomobilinin oturacağının üzlükləri, X23 məxsus olan VAZ-2103 minik markalı, **-DO-*** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağının və ön sol oturacağın üzlükləri, X17 məxsus VAZ-21074 minik markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağının üzlükləri maddi sübut qismində tanınaraq Gədəbəy RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli, “cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, iş materiallarından Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə digər cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. İş materiallarına müdafiə tərəfindən təqdim edilən və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Kənd Təsərrüfatlı Nazirliyi tərərfindən verilmiş Ə/V-000141 saylı vəqisənin surətindən görünür ki, təqsirləndirilən şəxsin babası X14 əmək veterandır. İş materialalrında olan və məhkəmədə araşdırılan Gədəbəy RİHB-nin gədəbəy şəhəri üzrə icra nümayəndəliyindən verilmiş 1156№-li xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 babası Əsəd Məmmədcəfərovla birlikdə yaşamışdır. Məhkəmə daxil olmuş müraciətlərə əlavə edilmiş və məhkəmədə araşdırılmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi –Sosail ekspertiza və X5 sosial ekspert komissiyasının xx.xx.2021-ci il tarixli qəraırndan görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı X18Azərbaycna Respublikası ərazi bütövlüyü, müstəqilliyi və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi əməliyyat nəticəsində baş vermən partlayış nəticəsində yaranmış “diz budaq-çanaq oynağının” endoprotezi diaqnozu ilə İİİ qrup əlillik təyin edilmişdir. Məhkəmə daxil olmuş müraciətlərə əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikasının N İ- 741, Azərbaycan Respublikasının N İ- 2836, Azərbaycan Respublikasının N İ- 2885№li medallarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı Bəxdiyar Həsənov “Vətən müharibəsi iştirakçısı”, “ Döyüşdə fərqlənməyə görə” və “ Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək törədilmiş əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslərin əməlləri dövlət ittihamçısının da göstərdiyi kimi Azərbaycan Respublikası CM-nin 144.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və CM-nin 144.2.4-cü maddəsinin (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) əlamətlərinə uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinin həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan “zor tətbiq etmə” və “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli QƏRARDADında göstərdiyi formalaşdırdığı hüquqi mövqeyə əsasən, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə müxtəlif ağırlıqda olan xəsarətləri və onların nəticələrini tamamilə əhatə etmək mümkün olmadıqda, həmin hərəkətlər cinayətlərin məcmusu qaydasında Məcəllənin müvafiq maddələri ilə tövsif edilməlidir. Əməlin cinayətlərin məcmusu kimi tövsif edildiyi bu kimi hallarda isə ümumi və xüsusi normalar arasında faktiki rəqabətin yaranmadığı, əksinə onların bir-birini tamamlayan müxtəlif normalar kimi çıxış etməsi nöqteyi-nəzərindən məsələyə Cinayət Məcəlləsinin 17.2-ci maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33-cü maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərin hər birinin cinayət hadisəsində faktiki iştirakının xarakteri və dərəcələri - Təqsirləndirilən şəxs1 hərəkətləri (onun qızın qaçırılmasının təşəbbüskarı olması, Zərərçəkmiş şəxs ağzını və qolunu tutaraq avtomobilə salması, sonradan zərərçəkmiş şəxslə aralarındakı müabhisə zamanı onu itələyərək sonuncunun divara dəyməsi nəticəsində xəsarət almasını, son təyinar yetri olan bacıısnın baldızıgilə gedərkən yolda piyada hərəkətdə olarkən zərəçəkmiş maşınları saxlamağa cəhd etdikdə buna mane olması və sonuncunu hədələməsi) - Ayaz Həsənovun hərəkətləri ( zərərçəkmiş şəxsi Ruslanın bacısı ilə yaşadığı evə gəldikdən sonra avtomobili idarə edib öz yaşadığı ünvana aparması, sonradan arvadı etriaz etdikdə onun mane olacağını ehtimal edərək zərərçəkmiş şəxsin xahişinə baxmayaraq onu getməyə qoymaması, Araz İylasov özünə məxsus avtomobillə getməkdən imtina etdikdən sonra gedib tanışına məxsus digər avtomobili rtapıb gətirməsi, Gədəbəy rayonunda kimsəsiz dağlıq təpəlik sahədə Ruslana zərərçəkmiş şəxsi razı salmağa vadar etməsi) - Təqsirləndirilən şəxs3 hərəkətləri ( zərərçəkmiş şəxsin qaçırılarkən sonuncunun iradəsi əleyhinə avtomobilə mindirilməsinə və avtomobili saxlaması barəsə xahişinə baxmayaraq maşını idarə edib zərərçəkmişi Şahid1gilə aparması, sonradan bu barədə hüquq mühafizə orqanları və ailə üzvlərinə məlumat verməməsi) nəzərə alınmaqla, eləcə də şəxslərin barəsində olan yüngülləşdirici halları nəzərə alaraq onlara təqsirləndirildikləri və məhkəmə baxışında sübuta yetirilmiş əməllərə görə müəyyən edilən sanksiyanın aşağı həddinə yaxın cəza təyin edilməsini ədalətli və qanuni sayır. Belə ki Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı yüngülləşdirici hal olaraq ailə üzvləri yaxın qohumu olan qardaş və babasının təltif edilməsi və ərazi bütövlüyü uğrunda iştirak etməsi yüngülləşdirici hal olaraq nəzərə alınsa da, bu onun cinayət məsuliyyətindən azad edilməsinə eləcə də əməlin ictimai təhlükəliliyi nəzərə alınmaq ona daha aşağı həddə cəza verilməsini istisna edir. Bundan başqa Təqsirləndirilən şəxs3 münasibətdə himayəsində yetkinlik yaşa çatmayan övladları olmasını cəzanı yüngülləşdirən hal olsa da ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddən aşağı cəza təyinini istisna edir. Həmçinin Təqsirləndirilən şəxs2 bütün məhkəmə baxışı və ibtidai istintaqda zərərçəkmiş şəxsin yanında olmasını məhz Ruslanın ona nəsə etməsinin qarşısını alamq və qorumaq üçün qaldığını gsötərsə də onun cinayət əməlinin tprətməsində xüsusi fəallığı və təşəbbüskarlığı yaranmış münaqişəli situasiyalardan çıxış yolun topması digər təqsirləndirilən şəxslərə münasibədə ona orta həddə cəza təyinini mütləq edir. Ümumiyyətlə məhkəmənin iş üzrə gəldiyi qənaət ondan ibarətdir ki, edilmiş əməlin ictimai təhlükəliliyi və xarakteri onun zərərçəkmiş şəxsdə yaratdığı dərin mənəvi zədə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə barışmamasının əsas göstəricisi olmuş, o ancaq əməldə daha az iştirak edən Təqsirləndirilən şəxs3 münasibətdə məhkəmdən sonuncuya aşağı hədd cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkumluqları ödənilsə də əvvəllər müxtəlif xarakterli cinayət əməllərini törətməsi onların şəxsiyyətinin mənfi xarakterizə edən hal olmaqla, cinayət törətməyə meylli olmalarının göstəricisidir və barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini istisna edir. Həmçinin təqsirləndirilən şəxslərin hər üçünə münasibətdə təıyin ediləcək cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsiə əsasən şərti tətbiq edilməsi cəzanın ümumxəbərdaredici və məhkumların islah edilməsi, sosial ədalətin bərpası ilə tərs mütənasib olmaqla ədalət mühakiməsinin mənafeləri ilə ziddiyyət təşkil edir. Məhkəmə qeyd edir ki Təqsirləndirilən şəxs1 qardaşı və babası dövlət qarşısında xidmətlərinə görə mükafatlandırılmış, onlar dövlətin qayğısı ilə əhatə olunmuş, bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazlar onlara şamil edilmişdir. Göstərilən hallara görə daha yüngül cəza təyin edilməsi, yaxud təyin ediləcək cəzanın şərti tətbiq edilməsi yalnız həmin güzəşt və imtiyazlara malik şəxslərin (qardaşı və babasının ) nə qədər arzuolunmaz olsa da törətdiyi hər hansı cinayət əməlinə görə məhz onlara şamil edilə bilər. Hazırki iş üzrə isə təqsirləndirilən Təqsirləndirilən şəxs1 şəxsiyyəti və törətdiyi əməlin ictimai təhlükəliyi eləcədə xarakteri onun barəsində CM-nin 62 və 70-ci maddələrin tətbiqini istisa edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən...ilk dəfə törədilmiş ağır cinayətə görə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Odur ki, təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Gədəbəy rayon polis şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd tünd rəngli gödəkcə, ağ rəngli qısa qol köynək, tünd boz rəngli şalvar zərərçəkmiş şəxsə - Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt əynində olmuş tünd rəngli iç hissəsində “Emporio Armani” yazıları olan şalvar, qararəngli iç boyun səthində “BLACK MAMBA” yazıları olan qısa qol köynək, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olmuş qara rəngli cins şalvar, ağ rəngli iç boyun hissəsində “XUANMAİ” yazıları olan qısa qol köynək, ailə üzvlərinə yaxud qohumlarına qaytarılmalı -Təqsirləndirilən şəxs3 hadisə zamanı əynində olmuş qara rəngli cins şalvar, göy rəngli sinə hissəsində ağ rəngli naxışı olan içi boyun hissəsində “CİHAN ELBEYL L“ yazıları olan uzunqol köynək, ailə üzvlərinə yaxud qohumlarına qaytarılmalı “OPEL ZAFİRA” minik markalı, **-RU-*** dövlət nömrə nişanlı avtomobilinin oturacağının üzlükləri, X23 məxsus olan VAZ-2103 minik markalı, **-DO-*** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağının və ön sol oturacağın üzlükləri, X17 məxsus VAZ- 21074 minik markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağının üzlükləri isə avtomobillərin qanuni sahiblərinə qaytarılmalı, - Təqsirləndirilən şəxs1 müqavilə əsasında satılmış X13 məxsus olan Opel Zafira minik markalı, **-RU-*** dövlət nömrə nişanlı avtomobil, X17 məxsus VAZ-21074 minik markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobil, X23 məxsus VAZ-2103 minik markalı **- DO-*** dövlət nömrə nişanlı avtomobil və Şahid2 məxsus VAZ-2106 minik markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobil isə iş üzrə maddi sübut kimi tanınaraq qanuni sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan üzrə məhkəmə məsrəfi olan keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 manat (yüz on dörd manat ) müştərək qaydada təqsirləndirilən şəxslərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz ) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-və 144.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz il ) 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 06.05.xx.xx.2023-cü il tarixlərdəki 2 (iki gün) ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay 28 (iyirmi səkkiz gün) azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli barəsində Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü və 144.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 06.05.-xx.xx.2023-cü il tarixlərdəki 2 (iki gün) ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz gün) azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Gədəbəy rayon polis şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd tünd rəngli gödəkcə, ağ rəngli qısa qol köynək, tünd boz rəngli şalvar zərərçəkmiş şəxsə qaytarılsın, qəbul etmədikdə məhv edilsin. - Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt əynində olmuş tünd rəngli iç hissəsində “Emporio Armani” yazıları olan şalvar, qararəngli iç boyun səthində “BLACK MAMBA” yazıları olan qısa qol köynək, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olmuş qara rəngli cins şalvar, ağ rəngli iç boyun hissəsində “XUANMAİ” yazıları olan qısa qol köynək, ailə üzvlərinə yaxud qohumlarına qaytarılsın, qəbul etmədikdə məhv edilsin. -Təqsirləndirilən şəxs3 hadisə zamanı əynində olmuş qara rəngli cins şalvar, göy rəngli sinə hissəsində ağ rəngli naxışı olan içi boyun hissəsində “CİHAN ELBEYL L“ yazıları olan uzunqol köynək, ailə üzvlərinə yaxud qohumlarına qaytarılsın, qəbul etmədikdə məhv edilsin. - “OPEL ZAFİRA” minik markalı, **-RU-*** dövlət nömrə nişanlı avtomobilinin oturacağının üzlükləri, X23 məxsus olan VAZ-2103 minik markalı, **-DO-*** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağının və ön sol oturacağın üzlükləri, X17 məxsus VAZ- 21074 minik markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağının üzlükləri isə avtomobillərin qanuni sahiblərinə qaytarılsın. - Təqsirləndirilən şəxs1 müqavilə əsasında satılmış X13 məxsus olan Opel Zafira minik markalı, **-RU-*** dövlət nömrə nişanlı avtomobil, X17 məxsus VAZ-21074 minik markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobil, X23 məxsus VAZ-2103 minik markalı **- DO-*** dövlət nömrə nişanlı avtomobil və Şahid2 məxsus VAZ-2106 minik markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobil isə iş üzrə maddi sübut kimi tanınaraq qanuni sahiblərinə geri qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 manat (yüz on dörd manat ) müştərək qaydada - yəni təqsirləndirilən şəxslərin hərəsindən 38 (otuz səkkiz) manat olmaqla tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-110/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-110/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver