Məhkəmə qərarları › İş №1(100)-111/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-111/2021

05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-111/2021 05.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundanibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxx 1983-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı, 1 yetkinlik yaşına çatmayan övladı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 72,222 qram narkotik vasitə tiryəki əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Bərdə rayonu ərazisində satış məqsədilə əldə etməsi və Bərdə rayonu ərazisində satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 09:10da Bərdə şəhəri, H.Əliyev prospekti 10 ünvanının yaxınlığında saxlanılaraq Bərdə RPŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 72,222 qram çəkidə narkotik vasitə tiryək əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mebel mağazasdında xırda alver etməklə fərdi əməklə məşğul olur. Hazırda elan edilmiş ittihamla onun heç bir əlaqəsi yoxdur, ittihamda göstərilən həmin narkotik vasitə ona məxsus olmamışdır. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixdə evdən çıxıb işə getmiş, saat 09 radələrində iş yerinin qarşısında olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuşlar. O, özünü təqdim etdikdən sonra həmin şəxslər də özlərini təqdim edib BNMİ-nin əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin satışı ilə məşğul olmağı barədə məlumat olduğunu qeyd edib onu tutaraq Bərdə RPŞ-nə aparmışlar. Bərdə RPŞ-ə çatandan sonra polis əməkdaşları masanın üzərinə bağlama qoyaraq həmin bağlamanın içərisində narkotik vasitə tiryək olduğunu, guya onun üzərindən aşkar olunduğunu bildirmişlər. O, polis əməkdaşlarının qanunsuz hərəkətlərinə etiraz etdikdə, sonuncular ona bildirmişlər ki, narkotik vasitənin ona məxsus olmasını qəbul etməyəcəyi təqdirdə yaşadığı evə və qardaşının avtomobilinə daha artıq çəkidə narkotik vasitə qoyub ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəklər. O, ailə üzvlərinin də haqsızlıqa məruz qalacaqlarından ehtiyat edib narkotik vasitə olan tiryəkin ona məxsus olduğunu etiraf edəcəyini bildirmişdir. Bundan sonra onu xidməti iş otaqların birinə aparmışlar və orada təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Bərdə rayon Vəkil Bürosundan vəkil İslam Teymurov dəvət edilmişdir. Daha sonra vəkilin yanında hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, buna etiraz etmədən razılaşmış, təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmiş, həmin vaxt təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməsini bildirmiş, o da əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı bükümdəkinin narkotik vasitə tiryək olduğunu, şəxsi istifadəsi üçün 800 manata tanımadığı şəxsdən aldığını, kiməsə satmaq məqsədinin olmadığını etiraf etsə də, həqiqətdə bükümdəki həmin narkotik vasitə ona məxsus olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 İsmixan oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında qedyiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Bərdə rayonu ərazisində satış məqsədi ilə əldə etməsi, Bərdə rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa Şahid2, Şahid4 və Şahid3 daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxs müəyyən etmək məqsədi ilə Bərdə şəhərinə yola düşmüşlər və xx xxxxxxxx 2020-ci il tarixdə Bərdə şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs Bərdə şəhəri H.Əliyev prospektində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan ünvana saat 09 radələrində çatmışlar və həmin vaxt Bərdə şəhəri, H.Əliyev prospekti 10 ünvanının yaxınlığında xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfərin olması müşahidə edilmiş, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını demiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmiş və qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə Bərdə RPŞ-n gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Bərdə RPŞ-nin inzibati binasına getmişdir. Bundan sonra Bərdə Rayon Vəkil Bürosundan vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs dəvət olunan vəkilə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın video çəkilişlə aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs də etiraz etməmiş, sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs də əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya aşkar edilməmiş, həmin büküm elektron tərəzidə çəkilmiş və zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümün içərisində narkotik vasitə olan tiryək olduğunu, onun özünə məxsus olduğunu və 2 ay əvvəl Bərdə şəhəri ərazisindən tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmamış, həmin protokol iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. O, daha sonra suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da sonradan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair müsbət nəticə əldə edə bilməmişlər. Şahid1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı formada psixi və ya fiziki təsir, eləcə də zorakı hərəkətlər etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 İsmixan oğlunun ifadəsinə uyğun ifadə verərək, sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin onun özünə məxsus olması, tanımadığı şəxsdən özünün istifadəsi üçün alıb üzərində gəzdirdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirdiyini, o cümlədən istər saxlanılan zaman, istərsə də Bərdə RPŞ-də Təqsirləndirilən şəxs qarşı psixi, fiziki və ya zorakı təsir göstərmədiklərini qeyd etmişdir. Məhkəmədə tədqiq edilən cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən şəxsi axtarış aparılması və götürmə barədə xx xxxxxxxx 2020-ci il tarixli protokolla, həmin protokola əlavə edilmiş və məhkəmə istintaqı zamanı nümayiş etdirilməklə tədqiq edilmiş 1 ədəd DVD diskdə olan videogörüntülərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əynində olmuş şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və aşkar edilmiş bir ədəd bükümün içərisində narkotik vasitə tiryək olduğunu, özünə məxsus olmaqla Bərdə şəhəri ərazisindən tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmədə tədqiq edilən Bakı şəhər Nərimanov rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Bərdə Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. Məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 6/1926 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan, adlar və imzalar qeyd edilmiş kağız paketdə olan bir ədəd bükümdəki təmiz çəkisi 72,222 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazərlanmış narkotik vasitə-tiryəkdir. Məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 2977 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan narkotik maddələrdən periodik istifadə etmə halları olub, lakin hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Bərdə rayon İcra Hakimiyyətinin Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx xxxxxxx 2020-ci il tarixli 4912 saylı arayışından, şəxsiyyət vəsiqələrinin surətlərindən və xx xxxxxxx 2020-ci xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır, həyat yoldaşı X2, xx.xx.2006-ci il təvəllüdlü, xx.xx.2008-ci il təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdlü 3 azyaşlı uşaqlarından ibarət ailə tərkibi vardır, yaşayış yeri üzrə mənfi xarakterizə edilmir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 72,122 qram qalmış narkotik vasitə tiryək maddi sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, onun narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz əldə edilməsində və satılmasında digər şəxslərlə əlbirliyinin olub-olmaması yoxlanılmış, lakin müsbət nəticə əldə edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ona elan edilmiş ittihamla heç bir əlaqəsinin olmadığını, narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Belə ki, iş üzrə şahidlərin məhkəmə baxışı iclasında verdikləri ifadələri, eləcə də məhkəmədə tədqiq edilmiş ekspert rəyləri, şəxsi axtarış aparılması və götürmə protokolu, istintaq hərəkətləri zamanı aparılmış video-çəkilişlə, həmçinin işdə olan digər sübutlarla, eləcə də təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi təkzib edildiyindən, məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsini inandırıcı hesab etmir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, onun qeyd edilən cinayət əməlini törətməsi ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ətraflı ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş mötəbər sübutların obyektiv cəmi ilə də birmənalı təsdiq olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə xx.xx.2020-ci il tarixdə şübhəli şəxs kimi və xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində hadisə barədə geniş təfərrüatı ilə məlumat vermiş, şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən özünün çıxarıb təqdim etdiyi bir bükümdə olan tiryəki təxminən 2 ay əvvəl şəxsi istifadəsi üçün 800 manata tanımadığı şəxsdən aldığını, həmin narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətinin olmadığını, özünün qəbul etməsi üçün saxladığını bildirərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar məhkəmə zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması və götürmə haqqında protokolla, həmin protokola əlavə edilmiş video-görüntü ilə, eləcə də həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə bir daha öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadələrində göstərdiyi xüsusatlar daha real olduğundan və işin faktiki hallarına uyğun gəldiyindən, onun ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Bununla yanaşı, məhkəmə tərkibi ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla razılaşmır və hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə tutulanadək onun narkotik vasitələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə hesab edilən tiryək satması, narkotik vasitələrin satışı ilə bağlı digər şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni, hüquq mühafizə orqanları Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv məlumata sahib olmamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 təqsirləndirilən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını bildirsələr də, sonradan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına münasibətdə müsbət nəticə əldə edə bilmədiklərini təsdiq etmişlər. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mötəbər sübutlarla təsdiq olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə bağlı ittiham irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan tiryəki əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə xx xxxxxxxx 2020-ci il tarixdə onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 72,222 qram çəkidə narkotik vasitə tiryək aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyindən də görünür ki, təsirləndirilən Təqsirləndirilən şəxs narkomaniya xəstəsi deyil, lakin onda tiryək alkoloidlərini tərkibində saxlayan narkotik maddələrdən periodik istifadə etmə halları olmuşdur. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mötəbər və obyektiv sübutlara əsaslanmalı olduğu halda bunları etməmişdir. Belə ki, həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə olan tiryəkin çəkisinin külli miqdarda olması təşkil etmişdir. Bundan başqa, təsirləndirilən Təqsirləndirilən şəxs istər şübhəli şəxs qismində dindirilərkən, istərsə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı ittiham irəli sürülərkən özünü qismən təqsirli bilib eyni məzmunlu ifadələr verərək ondan aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu və həmin vasitəni satmaq niyyətinin olmadığını bildirmişdir. Qeyd olunan xüsusat şəxsi axtarış aparılması və götürmə barədə xx xxxxxxxx 2020-ci il tarixli protokolda və həmin protokola əlavə edilmiş 1 ədəd DVD diskdə də öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli məktubundan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, onun narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz əldə edilməsində və satılmasında digər şəxslərlə əlbirliyinin olub-olmaması yoxlanılmış, lakin müsbət nəticə əldə edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə olan tiryəki əldə etməsi, saxlaması və daşıması barədə yanlış nəticəyə gəlmişdir. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Həmçinin, məhkəmə tərkibi hesab edir ki, şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasına istinad edib ehtimalla narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə tiryəkin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab edilən tiryəki əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 72,222 qram narkotik vasitə tiryəki satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxlaması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq ümumi təmiz çəkisi 72,222 qram narkotik vasitə tiryəki istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı xx.xx.2020-ci il tarixdə şübhəli şəxs kimi və xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış aparılması və götürmə protokolu, istintaq hərəkətləri zamanı aparılmış video-çəkilişlə, işdə olan digər sübutlarla, həmçinin məhkəmə istintaqı zamanı araşdırılmış işin faktiki halları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olması həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Bunda görə də təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il taridən hesablanmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan narkotik maddələrdən periodik istifadə etmə halları olduğundan o, ərazi nakroloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 72,122 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi nakroloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 72,122 qram narkotik vasitə tiryək məhv edilsin, 01 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1(sədrlik edən) Məhəmməd Bağırov 2 Dadaş İmanov 3 Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar