Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-111/2022 14.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Ağstafa şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, 14.04.1997-ci il tarixdə Ağstafa rayonu, Sadıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Sadıqlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Namazov X4 Respublikasının ərazisində yaşayan, şəxsiyyəti məlum olmayan Mahir adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə ona çatdırılacaq külli miqdarda narkotik vasitə olan heroini 3960 ABŞ dolları müqabilində əldə edib, özündə saxlayıb sonuncunun dediyi qaydada ona göndərəcəyi barədə razılığa gəldikdən sonra Tovuz rayonu Qaraxanlı kənd sakini Şahid1 Bakı şəhərində istintaqa məlum olmayan tarixdə və mənbədən əldə edib Ağstafa rayonu Soyuqbulaq kəndi ərazisinə daşıyaraq Ağstafa- Sadıqlı avtomobil yolunun 24-cü kilometrində yolun kənarına qoyduğu 1 ədəd polietilen torbada içərisində, altı ədəd bir litrlik plastik butulkada qablaşdırılmış ayrı-ayrılıqda çəkiləri 1125 qram, 1080 qram, 1045 qram, 1035 qram, 990 qram, 930 qram, ümumi təmiz çəkisi 6205 qram təşkil edən, külli miqdarda narkotik vasitə olan heroini 16 yanvar 2021-ci il tarixdə saat 13 radələrində götürüb qanunsuz olaraq əldə etdikdən sonra Ağstafa rayonu Sadıqlı kəndi ərazisində yerləşən bacısı X5 məxsus yaşayış olmayan tikilidə satış məqsədi ilə qanunsuz olaraq saxlamış, Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixdə Gürcüstan Respublikası Qardabani rayonu, S.Vaxtangisi ünvanında yaşayan Novruziovi Agali adlı şəxs tərəfindən “Zolotaya Korona” pul köçürməsi vasitəsi ilə ona göndərilmiş 3960 ABŞ dollarını, yəni həmin tarixdə Azərbaycan Respublikasında ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq 6732 manat pulu "xxxx" MMC-nin Ağstafa rayon filialından əldə etdikdən sonra həmin gün saat 20 radələrində Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xannı Namazovaya məxsus Ağstafa rayonu Sadıqlı kəndində yerləşən yaşayış olmayan tikiliyə baxış zamanı həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağstafa rayonu, Böyük Kəsik kəndi ərazisində saxlanılaraq Köçvəlili polis bölməsinə aparılmış və şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən 6500 manat pul aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Ailəlidir, iki övladı vardır. Gürcüstan Respublikası vətəndaşı Mahir adlı şəxsi tanıyır, onun həyat yoldaşının bacısının ərinin dayısıdır. 12.01.2021-ci il tarixdə təxminən saat 12 radələrində Gürcüstan Respublikası Vayovka rayonunda yaşayan tanışı Mahir onun istifadəsində olan mobil nömrəsinə xatırlamadığı xarici nömrənin “watsapp” nömrəsi ilə zəng edərək Ağstafa rayonu, Soyuqbulaq kəndində yerləşən yolun kənarında olan üzərində «24 km» sözləri yazılmış plakatın dibində 1 ədəd içərisi qızılla dolu bağlama qoyulacağını, açıb baxılmamaq şərti ilə həmin bağlamanı götürüb özündə saxlamağı, ona 4000 ABŞ dollar pul göndərildikdən sonra, həmin bağlamanı ondan götürəcəklərini bildirmişdir. O, Mahirlə razılaşmışdır. 16.01.2021-ci il tarixdə təxminən saat 12 radələrində Mahir yenə də «vatçapla» ona zəng edərək əvvəllər dediyi yerə bağlamanın qoyulduğunu, həmin bağlamanı götürməyini demişdir. Mahir ona bağlamanın «24 km» yazısı olan löhvənin yanından götürməyini demiş, o da bağlamanı Mahirin dediyi yerdən, yolun kənarından Şahid5 oğlna məxsusu VAZ-2107 markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobil ilə götürmüş və Ağstafa rayonu, Sadıqlı kəndində yerləşən bacısı Xannı Namazovaya məxsus yaşayış olmayan uçuq yararsız vəziyətdə olan tikilinin içərisində döşəmənin altında gizlətmişdir. 23 yanvar 2021-ci il tarixdə saat təxminən günorta 13-14 radələrində Ağstafa rayon mərkəzi poçtdan Mahirin göndərdiyi pulu Şahid8 şəxsiyyət vəsiqəsi ilə götürüb, həmkəndlisi Şahid5 avtomobili ilə yaşadığı Sadıqlı kəndi istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt avtomobildə həmkəndlisi Şahid8 də olmuşdur. Onlar Ağstafa rayonu, Sadıqlı kəndi ərazisinə çatanda polis əməkdaşları Turalın avtomobilini saxlatmışlar, hər üçünü Köçvəlili polis bölməsinə aparmışlar. Polis bölməsində əvvəlcə ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar, o da olmadığını demiş, bundan sonra üzərinə baxış keçirmişlər, lakin heç bir narkotik vasitə aşkar etməmişlər, üzərindən sadəcə ona göndərilən 6500 manat pul aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları ona onda narkotik vasitə olduğunu demişlər. O da olmadığını demiş, bundan sonra polis əməkdaşları ona zor tətbiq etdikləri üçün, o da ona bir ədəd çanta göndərildiyini, lakin içərisində narkotik vasitə deyil qızıl olduğunu bildiyini, həmin çantanı da bacısına məxsus yaşayış olmayan evdə polun altında gizlətdiyini demişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Ağstafa rayonu, Sadıqlı kəndində yerləşən bacısı Xannı Namazovaya məxsus yaşayış olmayan uçuq yararsız vəziyətdə olan tikiliyə getmiş və orada polun altında gizlətdiyi bağlamanı polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasına verilən suallara cavab olaraq aşkar edilib götürülmüş bağlamanın içərisində narkotik vasitə olmasından xəbəri olmadığını, bildiyinə görə həmin çantanın içərisində qızıl olduğunu, o, bağlamanı götürərkən ətrafda heç kimi görmədiyini, polis əməkdaşlarının onu günorta saatlarında tutduğunu, telefonunun «watsapp» səhifəsində onun «maxo» adlı şəxslə arasında sms yazışmaları olduğunu, həmin «maxo» adlı şəxsin ona pul göndərən Mahir olduğunu, ilkin ifadəsini polislərin təyziqi ilə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “O, həmin bağlamanı gizlətməyə apararkən bağlamanın içərisində şüşə butulkalar olduğunu bilmiş, həmin butulkanın birinin ucu çıxmış, içərisində ağ rəngli toz halında maye olduğunu görmüş və həmin vaxt bilmişdir ki, bağlamada olan narkotik vasitə heroindir. 20.01.2021-ci il tarixdə Mahir yenə də ona zəng edərək pulu 1-2 günə göndərəcəyini demişdir. 23.01.2021-c il tarixdə saat 10 radələrində Mahir yenə də ona zəng edərək Ağstafa şəhərində yerləşən mərkəzi poçta getməyini, poçtdan pulu götürməyini demişdir. O da həmkəndlisi taksi kimi fəaliyyət göstərən Turala zəng etmiş və Turaldan onu Ağstafa şəhərinə aparmağını demişdir. Tural da idarə etdiyi VAZ-2107 markalı dövlət qeydiyyat nömrəsini bilmədiyi avtomobillə yaşadığı kəndin mərkəzinə gəlmişdir. Onun şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün dostu Şahid8 zəng edərək demişdir ki, «vəsiqəm üzərimdə yoxdur, dayım Gürcüstandan pul göndərəcək, poçtdan götürmək lazımdır». Rufan da razılaşmışdır. O da yenidən Mahirə zəng edərək pulu Rufanın adına göndərməyini demişdir. Ona görə də o və Rufan Turalın idarə etdiyi avtomobillə Ağstafa şəhərinə gəlmişlər. Ağstafa şəhərində Rufanla birlikdə poçta girmişlər və Rufanın adına gələn 4000 ABŞ dollarını, 6732 manat şəklində poçtdan götürmüşlər. Bundan sonra yaşadığı kəndə qayıtmışdır. Bundan bir neçə saat sonra o, Ağstafa rayonu, Böyükkəsik kəndi ərazisində dəmiryol xəttinə çatanda polis əməkdaşları onu saxlayaraq polis bölməsinə aparmışlar. O, Turala onu Ağstafa şəhərinə aparıb, yenidən qaytarması üçün 20 manat yol pulu verməli olmuşdur. O, Ağstafa rayon Köçvəlili polis bölməsinə gedəndə ona məlum olmuşdur ki, gizlətdiyi narkotik vasitə heroini polis əməkdaşları gizlətdiyi yerdən aşkar edərək götürmüşlər. Polis bölməsinə çatanda polis əməkdaşları onun üzərinə də baxış keçirərək üzərindən Mahirin ona göndərdiyi pulu götürmüşlər. O da törətdiyi cinayət əməlini səmimi etiraf etmiş, narkotik vasitəni Ağstafa rayonu, Sadıqlı kəndində yerləşən bacısı Xannı Namazovaya məxsus yaşayış olmayan uçuq yararsız vəziyətdə olan tikilinin içərisində döşəmənin altında gizlətdiyini etiraf etmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. O, Mahir adlı şəxsin ona göndərdiyi bağlamanın içərisində narkotik vasitə olduğunu bilmişdir. Bu barədə ona Mahir telefonda da demişdir, bağlamanı götürəndə də bağlamanın içərisində narkotik vasitə olduğunu görmüşdür. O, əvvəllər Gürcüstan Respublikasına narkotik vasitə keçirməmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, rəsmi olaraq «166» taksi xidmətində işləmişdir. Ailəlidir, üç övladı var, hər üçü azyaşlıdır. Bakı şəhər sakini Şahid10 təxminən 1 ildir ki, tanıyır, onunla birlikdə eyni şirkətdə taksi sürücüsü işləmişdir. Şahid10 ondan Ağstafa rayonuna bağlama göndərməmiş, o, Ağstafa rayon sakini Seymuru tanımır, Seymura heç bir bağlama təhvil verməmiş, narkotik vasitə olan bağlamanı ümumiyyətlə görməmişdir. O, təxminən 16-17 yanvar 2021-ci il tarixdə Ağstafa rayonuna adını xatırlamadığı kənddən tanımadığı şəxsin evindən sifarişlə təkərlər və başqa əşyalar götürüb, evakuatora yükləmiş, hazırda həmin evi və kəndi isə xatırlamır. Bundan sonra Tovuz rayonu, Cilovdarlı kəndinə gedərək özünün idarə etdiyi yük avtomobilinə əvvəlcədən sifariş olunmuş köhnə, işlənməyən iki ədəd markasını bilmədiyi traktoru yükləmiş, sonra Şəmkir rayonuna getmiş və orada əvvəlcədən sifariş olunmuş bir ədəd traktoru, bir ədəd taxıl səpəni və bir ədəd kotanı başqa evakuatora yükləmiş, sonra Bərdə rayonuna getmiş və yuxarıda qeyd etdiyi bütün yükləri müştərinin dediyi əraziyə boşaldaraq yenidən Bakı şəhərinə qayıtmışdır. Şahid1 məhkəmə iclasında verilən suallara cavab olaraq hazırda onun barəsində də narkotiklə bağlı cinayət işi olduğunu, Qadirin narkotik vasitələrin satışı ilə məşğul olmasını sonradan bildiyini, ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini polisin təzyiqi ilə verdiyini bildirmiş və hazırda onun da barəsində həmin halla bağlı cinayət işinin olduğunu göstərmişdir. Şahid1 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, 2020-ci ilin təxminən noyabr və dekabr ayları olardı Qadir ona iş yerində təklif etmişdir ki, «çanta var Ağstafa rayonuna apara bilərsənmi». O da Qadirə «nə vaxt getsəm apararam» demiş, lakin həmin vaxt çantada nə olduğunu bilməmişdir. Bundan sonra Qadir ona Ağstafa rayonuna ümumiyyətlə neçə manata getdiyini soruşmuşdur. O da Qadirə 500 manata getdiyini demişdir. Qadir isə ona «500 manat da sənin özünə verəcəm» demişdir. Həmin vaxt o, Qadirdən aparacağı yükün nə olduğunu soruşmuşdur. Qadir də narkotik vasitə olduğunu deyərək, ona “sən sadəcə qoyub gələcəksən, başqa heç nə etməyəcəksən» demişdir. Həmin vaxt o, qorxduğunu demişdir. Qadir isə ona 200 manat da yemək pulu verəcəyini demişdir. Həmin müddətdə onun borcu olduğundan məcbur olub razılaşmışdır. 2020-ci ilin dekabr ayının ortalarında Qadirdən 1 ədəd qara rəngli üzərində qırmızıya çalan nöqtələri olan, içərisində narkotik vasitə heroin olan çantanı Lökbatan dairəsində götürmüş və idarə etdiyi «Reno» markalı **-JZ-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Ağstafa rayonuna gəlmişdir. Ağstafa rayonu Saloğlu kəndi ərazisində avtomobil yolunun kənarında olan «24 km» sözləri yazılmış yol nişanının yanına yerə qoyaraq, həmin yerdən təxminən 10-15 km aralanmışdır ki, Qadir ona zəng edərək, həmin narkotik vasitəni oradan götürməyini istəmişdir. O da Qadirə nəyə görə götürdüyünü soruşanda, Qadir ona narkotik vasitəni götürəcək adamın qaynının bıçaqlandığını demişdir. O da geri qayıdaraq, narkotik vasitəni götürüb avtomobilin salonuna qoymuşdur. Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində Lökbatanın dairəsində narkotik vasitəni Qadirə təhvil vermişdir. 1200 manat pulu isə Qadirdən almışdır. Bundan təxminən 15 gün ərzində Qadiri görməmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində Qadir onu Lökbatanın dairəsinə çağırmış, orada Qadirlə görüşmüşdür, Qadir yenə də həmin içərisində narkotik vasitə olan çantanı ona vermiş və yenə də Ağstafa rayonuna həmin yerə aparmağını istəmişdir. O da narkotik vasitəni Qadirdən götürüb Ağstafa rayonuna gəlmişdir. Həmin gün səhər saat təxminən 10-11 radələrində Ağstafa rayonu, Saloğlu kəndi ərazisinə «24 km» yol nişanının yanına çatmışdır. O, həmin yerə çatanda orada heç kim olmamışdır. O, narkotik vasitəni yenə də həmin nişanın yanına qoymuşdur. Bundan sonra Qadir ona həmin yerdə gözləməyini demişdir. Təxminən 30 dəqiqədən sonra həmin yerə VAZ-2106 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil gəlmiş və onun yanından ötüb keçmişdir. Təxminən 1 km-dən sonra geri qayıtmış və onun dayandığı yerdən təxminən 20 metr aralıda dayanmışdır. Həmin vaxt sürücünün yanındakı sərnişin avtomobildən düşmüş, lakin sürücü düşməmiş, o, sürücünü, sürücü də onu görməmişdir. O, sərnişinin düşdüyünü görüb əli ilə narkotik vasitəni qoyduğu yeri işarə etmişdir. Həmin tanımadığı, əvvəllər görmədiyi arıq, orta boylu, üzü saqqalı cavan oğlan ona «sən get işində ol» demişdir. O da avtomobili idarə edərək Bakı şəhərinə qayıtmışdır. O, bir dəfə 2021-ci ilin fevral ayının 1-də Balakən rayonuna, Qabaqçöl kəndinə göy sellofan torbada narkotik vasitə aparmış, narkotik vasitəni tanımadığı şəxsə vermişdir. Həmin narkotik vasitəni də Qadir göndərmişdir. Onun istifadəsində olan şirkətə məxsus ***-***-**-** nömrəli telefon vardır. Qadirlə həmin nömrə ilə əlaqə saxlamışdır, Qadirin telefon nömrəsi isə ***-***-**-**-dır. Qadirin soyadının Baladadaşov olduğunu bilir, lakin təvəllüdünü və yaşayış yerini bilmir” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabr ayından Ağstafa RPŞ-nin Köçvəlili PB-nin rəisi vəzifəsini icra edir. 23 yanvar 2021-ci il tarixdə xidmətdə olarkən Təqsirləndirilən şəxs küllü miqdarda narkotik vasitə olan heroin əldə edib, Ağstafa rayonu, Sadıqlı kəndi ərazisində yerləşən bacısı Xannı Namazovaya məxsus yaşayış olmayan, yarımtikilidə saxlamasına dair əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də şöbə rəhbərliyinə məruzə edilməklə, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradılmış və Sadıqlı kənd icra nümayəndəsi, eyni zamanda bələdiyyənin iştirakı ilə birlikdə Xannı Namazovaya məxsus Ağstafa rayonu, Sadıqlı kəndində yerləşən yaşayış olmayan yarımtikiliyə getmişlər. Həmin yarımtikiliyə videoçəklişlə baxış keçirilmiş, baxış zamanı yarımtikilidə taxta döşəmənin altından 1 ədəd polietilen torbanın içərisində 6 ədəd 1 litirlik plastik butulkalarda tünd sarı rəngli narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə tərəzidə çəkilmiş və çəkisinin 6,5 kq olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra həmin tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs həmkəndlisi Şahid5 məxsus avtomobillə Ağstafa rayonu, Böyükkəsik kəndi ərazisində hərəkətdə olmasına dair məlumat əldə etmişdir. Ona görə də o, əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin əraziyə gedərək Şahid5 avtomobilini saxladıb Təqsirləndirilən şəxs Ağstafa RPŞ-nə gətirmişlər. Həmin tarixdə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qara rəngli qış gödəkçəsinin sol iç cibindən hər biri 50 manatlıq pul əskinazlarından ibarət, ümumilikdə 6500 manat pul aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin pulun Gürcüstan Respublikasından ona göndərildiyini, həmin pulun müqabilində isə aşkar edilib götürülmüş narkotik vasitə heroini Gürcüstan Respublikasına göndərəcəyini bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 6500 manat pul bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, ona məxsus VAZ-2107 markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobili vardır. Təqsirləndirilən şəxs tanıyır, dostu və həmkəndlisidir. O, idarə etdiyi avtomobili ilə hərdən taksi kimi də fəaliyyət göstərir, belə ki, onu tanıyan həmkəndliləri, qohumları harasa getmək istəyəndə ona zəng edirlər, o da yol haqqı müqabilində onları istədikləri yerə aparır. 23 yanvar 2021-ci il tarixdə saat 10-11 radələrində yaşadığı evdə olarkən, Seymur onun istifadəsində olan mobil telefonuna zəng edərək onu Ağstafa şəhərinə aparmağını xahiş etmişdir. O da özünə məxsus həmin avtomobillə kəndin mərkəzinə çıxmışdır. Seymur və həmkəndlisi Rufan da onun avtomobilinə yaxınlaşıb, avtomobildə oturmuşlar. Seymur ona avtomobili Ağstafa şəhərinə mərkəzi poçta sürməyini demişdir. O da avtomobilini idarə edib Ağstafa şəhərinə poçta gəlmişdir. Avtomobilini poçtun qarşısında saxlamışdır. Seymur və Rufan isə avtomobildən düşmüş və poçta getmişlər. O da onları gözləmiş, təxminən 15 dəqiqə sonra hər ikisi poçtan çıxaraq avtomobilə tərəf gəlmişlər. Seymur ona avtomobili Ağstafa rayon mərkəzi xəstəxanasının qarşısında yerləşən “Ekskuliziv” dönər evinin qarşısında saxlamağını, dönər yemək istədiyini demişdir. O da avtomobili saxlamış, Seymur və Rufan avtomobildən düşüb həmin kafeyə girmişlər, o, isə avtomobilinin qapısını təmir etdirmək üçün getmişdir. Təxminən 15-20 dəqiqədən sonra geri qayıtmışdır. “Ekskuliziv” dönər evinin qarşısından Seymuru və Rufanı da götürüb avtomobili Ağstafa rayonu, Sadıqlı kəndi istiqamətində hərəkət etmişdir. Ağstafa rayonu, Böyükkəsik kəndi ərazisində polis əməkdaşları avtomobilini saxlatmış, onu, Seymuru və Rufanı birlikdə Ağstafa RPŞ-nə aparmışlar. Sonradan ona Seymurun küllü miqdarda narkotik vasitə heroin əldə edib, saxladığı üçün tutulması məlum olmuşdur. O, yolda Seymurdan poçt vasitəsi ilə Seymura pul göndərildiyini eşitmiş, lakin kimin göndərdiyini, nə məqsədlə göndərdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ağstafa rayonu, Sadıqlı kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, lakin Bakı şəhərində yaşayan Şahid1 əvvəllər tanımış, Elçinlə “166” yükdaşıma xidmətində birlikdə işləmişdir. O, Ağstafa rayonuna aparmaq üçün Elçinlə hər hansı bir bağlama göndərməmiş, Elçinə pul verməmişdir. Elçinlə birlikdə işlədiyi yerdən 2021-ci ilin yanvar ayının əvvəllərində çıxmış, həmin gündən sonra Elçinlə görüşməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, hazırda Ağstafa rayonu, Sadıxlı kənd icra nümayəndəsinin sədri vəzifəsində işləyir. Ağstafa rayonu, Sadıqlı kənd sakini Təqsirləndirilən şəxs və onun ailə üzvlərini tanıyır, onunla arasında əvvəllər heç bir ədavəti olmayıb, qohumluq əlaqəsi yoxdur. 23 yanvar 2021-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı evdə olarkən, Ağstafa RPŞ-nin Köçvəlili polis bölməsinin rəisi Şahid2 ona zəng edərək, onunla və bələdiyyənin sədri Şahid7la görüşmək istədiyini demişdir. O da evdən çıxmış və Şahid2 dediyi yerə, yəni həmkəndlisi Təqsirləndirilən şəxs bacısı, hazırda Türkiyədə yaşayan Ağstafa rayonu, Sadıqlı kəndi sakini Xannı Namazovaya məxsus yaşayış olmayan, yarımtikilinin yanına getmişdir. Ondan sonra Nizami müəllim də həmin yerə gəlmişdir. Həmin yerdə çox sayda polis əməkdaşları və sərhəd xidmətinin əməkdaşları olmuşdur. O, qeyd olunan yerə çatandan sonra Şahid2 ona və Nizami müəllimə Xannı Namazovaya məxsus həmin evdə narkotik vasitə saxlanılmasında şübhə olduğunu, onların da iştirakı ilə həmin evə baxış keçiriləcəyini bildirmiş, onlar da razılaşmışdır. Bundan sonra polis əməkdaşları və sərhəd xidmətinin əməkdaşları ilə birlikdə Xannı Namazovaya məxsus evə videoçəklişlə baxış keçirilmişdir. Baxış zamanı yaşayış evinin döşəməsində olan taxtaların altından 1 ədəd polietilen torbanın içərisində 6 ədəd 1 litirlik plastik butulkalarda tünd sarı rəngli, polis əməkdaşlarının deməsinə görə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə tərəzidə çəkilmiş və çəkisinin təxminən 6,5 kq olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş həmin kütlə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Köçvəlili polis bölməsinə getmişlər. Polis bölməsində videoçəklişə baxıldıqdan sonra bu barədə protokol tərtib edilmiş, o da həmin protokola və qablaşdırılmış narkotik vasitənin üzərindəki zərfə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Nadir oğlu Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X16 göstərdi ki, o, Ağstafa rayonu, Böyükkəsik kəndində yerləşən 7 nömrəli dəmiryol və avtomobil yollarının təhlükəsizliyinin təmin edilməsi keçidində növbətçi işləyir. Təqsirləndirilən şəxs tanıyır, onunla qohumluq və simsarlıq münasibətləri vardır. 23 yanvar 2021-ci il tarixdə təxminən günorta saatlarında o, işdə olan zaman, onun işlədiyi yerdən təxminən 25-30 mert aralıda 3-4 nəfər polis əməkdaşları Seymuru ağ VAZ-2107 markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobillə tutaraq Ağstafa istiqamətində aparmışlar. O, Seymuru tanıdığı üçün valideyninə zəng edərək, Seymurun polis əməkdaşları tərəfindən aparılması barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, “Təqsirləndirilən şəxs onun dostudur, 22.01.2021-ci il tarixdə axşam saatlarında kəndin mərkəzində Seymurla görüşmüşdur. O, Seymurla söhbət edərkən Seymur ona demişdir ki, Gürcüstandan dayısı ona pul göndərəcək, şəxsiyyət vəsiqəsi özündə deyil, pulu onun adına göndəriləcəyini birlikdə poçta gedərək pulu götürməyi ondan xahiş etmişdir. O, da etiraz etməmişdir. Həmin gün axşam saatlarında o, özünə məxsus şəxsiyyət vəsiqəsinin arxa və ön hissələrinin fotoşəkillərini çəkərək istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçirdiyi «vatçaapp» proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə göndərmişdir. 23.01.2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs ona sms yazaraq Ağstafa şəhərinə gedib, onun adına göndərilən pulu götürmük lazım olduğunu bildirmişdir. Bundan sonra o, öz şəxsiyyət vəsiqəsini götürərək evdən çıxıb, kəndin mərkəzinə gəlmişdir. Yaşadığı kəndin mərkəzində Təqsirləndirilən şəxsla görüşüb, həmkəndlisi Turalın taksi fəaliyyəti ilə məşğul olduğu avtomobili ilə Ağstafa şəhərinə gəlmişlər. Həmin gün saat 13 radələrində o, Ağstafa rayonu mərkəzi poçtun filialında şəxsiyyət vəsiqəsini təqdim edib 6732 manat pulu götürmüş və həmin pulu Seymura vermişdir. Bundan sonra onlar Turalın avtomobili ilə Ağstafa rayonu, sadıqlı kəndi istiqamətində hərəkətdə olmuşlar. Ağstafa rayonu, Böyükkəsik kəndi ərazisindəki dəmiryol keçidində polis əməkdaşları Turalın avtomobilinə işarə edərək dayandırmışlar və onların hər üçünü Köçvəlili polis bölməsinə aparmışlar. O, Köçvəlili polis bölməsində bilmişdir ki, Seymur hardasa narkotik vasitə saxladığına görə onları polis əməkdaşları polis bölməsinə gətiriblər. Onun adına Seymura göndərilən pulun nə məqsədlə göndərildiyini bilməmiş, Seymur ona dayısının göndərdiyini dediyi üçün Seymura inanmışdır”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, “ona məxsus VAZ-2106 markalı **-CG- *** dövlət nömrə nişanlı avtomobili vardır. Təqsirləndirilən şəxs tanıyır, dostu və həmkəndlisidir, onunla arasında əvvəllər heç bir ədavəti olmamış, qohumluq əlaqəsi yoxdur. O, idarə etdiyi avtomobili ilə hərdən taksi kimi də fəaliyyət göstərir, belə ki, onu tanıyan həmkəndliləri, qohumları harasa getmək istəyəndə ona zəng edirlər, o da yol haqqı müqabilində onları istədikləri yerə aparır. 16 yanvar 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olarkən, Seymur onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək həmkəndlisi Ədilin evinin yanına gəlməyini istəmişdir. O da idarə etdiyi avtomobili ilə Seymurun dediyi yerə getmişdir. Seymur həmin yerdə tək onun avtomobilinə minmişdir. Ona qonaq gəldiyini, qonağı qarşılamaq üçün Ağstafa rayonu, Böyükkəsik kəndinə getmək lazım olduğunu demişdir. O da avtomobilini idarə edərək Ağstafa rayonu, Böyükkəsik kəndi ərazisinə sürmüşdür. Böyükkəsik kəndi ərazisindən keçən dəmiryol keçidinə çatmamış, dükanın yanında Seymur ondan üzərində pulu olub-olmamasını soruşmuş, o da cibində 7 manat pulu oldluğunu demişdir. Seymur ondan xahiş etmişdir ki, ona 1 ədəd “hell” içkisi alsın. O da avtomobilini dükanın qarşısında saxlayıb dükana getmişdir. Həmin vaxt Seymur da avtomobildən düşmüş, telefonda kiminləsə danışmışdır. O, dükandan 2 ədəd “hell” içkisi və bir qutu özünə “Bakı” siqareti alaraq avtomobilə tərəf qayıtmışdır. O, avtomobilə oturanda Seymur artıq avtomobildə olmuşdur. O, aldığı “hell” içkisinin birini Seymura vermiş, digərini isə özü içmişdir. Seymur ondan xahiş etmişdir ki, gələn qonaq onu Ağstafa rayonu Soyuqbulaq kəndi ərazisində yolun kənarında, üzərində “24 km” yazısı olan löhvənin yanında gözləyir, həmin yerdə getmək lazımdır. O da avtomobili Seymurun dediyi yerə tərəf idarə etmişdir. Həmin yerə yəni, üzərində “24 km” yazısı olan löhvənin yanına çatanda o, görmüşdür ki, həmin lövhənin yanında bir ədəd yük avtomobili dayanıb, sükan arxasında isə bir nəfər tanımadığı sürücü var. O, Seymurun dediyi yerə çatdığını fikirləşərək avtomobilin surətini azaldıb saxlamaq istəmiş, lakin Seymur ona avtomobili saxlamamağını, bir az da irəli sürməyini demişdir. O da avtomobili idarə edərək yoluna davam etmişdir. Həmin vaxt Seymur avtomobildə kiminlə isə danışmış, dəqiq xatırlamır danışdığı adama nə isə dedikdən sonra ona avtomobili geriyə idarə etməyini demişdir. O da avtomobili yolda döndərərək yenidən “24 km” yazısı olan lövhəyə tərəf hərəkətdə olmuşdur. Lövhənin yanına çatanda Seymur ona avtomobili lövhənin yanında dayanmış yük avtomobilinin yaxınlığında saxlamağını demişdir. O da avtomobili həmin yük avtomobilindən təxminən 25-30 metr aralıda, yəni qarşı tərəfdə saxlamışdır. O, avtomobili saxlayan kimi Seymur avtomobildən düşmüş, yoldan torpaq sahəsinə doğru getmişdir. Həmin vaxt yük avtomobili yolda dönmə əməliyyatı apararaq Ağstafa şəhər istiqamətində getmişdir. Seymur isə təxminən bir dəqiqədən sonra əlində qırmızımtıl rəngli üzərində ağ rəngli xalları olan çanta ilə avtomobilə tərəf gəlmiş və avtomobildə qabaq sağ tərəfdə oturmuşdur. Həmin vaxt o, Seymurdan qonağının kim olduğunu, niyə gəlmədiyini, əlində olan çantada nə olduğunu soruşmuşdur, Seymur da ona heç nə deməmiş, sadəcə qonağının hələdə gəlmədiyini demişdir. O da görmüşdür ki, Seymur ona heç nə demək istəmir, ona görə də təkrar soruşmamışdır. Onlar birlikdə Sadıqlı kəndinə qayıtmış, Sadıqlı kəndində yanacaq doldurma məntəqəsinin yanında Seymur avtomobildən düşmüş və evinə tərəf getmişdir. O da öz evinə getmişdir. Seymur həmin vaxt ona yol haqqı olaraq 5 manat pul verməli olmuş, lakin üzərində olmadığı üçün həmin gün axşam verəcəyinə söz vermişdir. 23.01.2021-ci il tarixdə Ağstafa rayon polis şöbəsinin Köçvəlili polis bölməsinə çağrılanda ona məlum olmuşdur ki, Seymurun əlində olan sellofanın içərisində narkotik vasitə olan heroin olub. O, Seymuru Ağstafa rayonu Soyuqbulaq kəndi ərazisində yolun kənarında, üzərində “24 km” yazısı olan löhvənin yanına aparanda ətrafda yük avtomobilindən başqa heç kimi görməmiş, Seymurla həmin yük avtomobilinin sürücüsü arasında hər hansı bir söhbət olmamış, o, avtomobili saxlamış Seymur avtomobildən düşən kimi həmin yük avtomobili dönmə əməliyyatı edərək getmiş, o, sürücünü görsə tanımaz, çünki o, həmin yük avtomobilinin qarpşı tərəfində dayanmışdır”. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 23 yanvar 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini eldə etməsi və Ağstafa rayonu, Sadıqlı kəndində yerləşən bacısı X5 məxsus olan yaşayış olmayan tikilidə saxlaması barədə məlumat daxil olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 23 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və baxış zamanı görüntüləri əks etdirən diskdən görünür ki, 23.01.2021-ci il tarixdə saat 20:20-dən 20:31-dək olan müddət ərzində Ağstafa RPŞ-nin TB-nin təhqiqatçısı Əlövsət Allahverdiyev tərəfindən Ağstafa rayonu Sadıqlı kənd sakini X5 məxsus, yaşayış olmayan, uçuq vəziyyədə olan tikiliyə baxış keçirilmiş, baxış zamanı yaşayış evinin taxta döşəməsinin altından bir ədəd polietilen torbanın içərisindən 6 ədəd, hər biri 1 litrlik plastik su qutuları aşkar edilmişdir. Həmin qutulara baxış zamanı isə içərisində tünd sarı rəngli narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 23 yanvar 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqnda” protokoldan görünür ki, 23.01.2021-ci il tarixdə saat 22:24-dən 22:30-dək olan müddət ərzində Ağstafa RPŞ-nin TB-nin təhqiqatçısı Əlövsət Allahverdiyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı, sonuncunun əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən 50 manatlıq pul əskinaslarından ibarət, ümumilikdə 6500 (altı min beş yüz) manat nəğd pul aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 24 yanvar 2021-ci il tarixli 16/71 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “iştirakçılar Vəkilov.A, Bayramov.Ş, Abbasov.N, İsgəndərov.N, Quliyev. E, tərtib etdi Ə.Allahverdiyev” adlar və imzalar olan üzəri yapışqanlı lentlə sarınmış bir ədəd göy rəngli polietilen torbadakı, digər iç-içə keçirilmiş iki ədəd polietilen torbada olan 6(altı) ədəd plastik butulkalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1125 qram, 1080 qram, 1045 qram, 1035 qram, 990 qram, 930 qram, ümumi təmiz çəkisi 6205 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzəri yapışqanlı lentlə sarınmış bir ədəd göy rəngli polietilen torbadakı, 6 ədəd plastik butulkalarda olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 26 fevral 2021-ci il tarixli, 111 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. O hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tələblərinə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 31 mart 2021-ci il tarixli, 316 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Qazax Rayon Psixiatriya Xəstəxanası” tərəfindən verilmiş 06 fevral 2021-ci il tarixli 208 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 27 yanvar 2021-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması və götürmə aparılması haqqında” protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə Ağstafa- Sadıqlı avtomobil yolunun Ağstafa şəhəri istiqamətinə görə 24-cü kilometrinin sol kənarında yerləşən “24” yol nişanının yaxınlığında olan ağac kolunun yanında kolun dibində göy sellofanda olmuş, 16 yanvar 2021-ci il tarixdə saat 11:30 radələrində oradan götürüb getmişdir. Hansı şəxs tərəfindən narkotik vasitənin oraya qoyulduğunu görməmiş, Mahir telefonda ona demişdir ki, həmin kolun dibində göy sellofandadır, üstündə ağac var. Sonra narkotik vasitəni Ağstafa rayonu Sadıqlı kəndindəki boş sahəyə aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətdə MSY-nin **-JT-*** dövlət nömrə nişanlı, “Ford” markalı avtomobili ilə Ağstafa rayonu Sadıqlı kəndində gedildi. Təqsirləndirilən şəxs ətrafı mişar daşı ilə hasarlanmış ərazini göstərərək həmin torpaq sahəsinin bacısı Xannı Namazovaya məxsus olduğunu, narkotik vasitəni burada saxladığını bildirdi. Təqsirləndirilən şəxs göstərdiyi istiqamətdə taxta qapıdan həyətə daxil olduqdan sonra baş tərəfdə olan qarşısında üst-üstə mişar daşları yığılmış birmərtəbəli tikilini göstərərək narkotik vasitəni orada saxladığını qeyd etmişdir. Həmin tikilinin qabaq hissəsində olan taxta qapıdan içəriyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs döşəmənin sol küncündə olan çökək hissəni göstərərək 16 yanvar 2021-ci il tarixdə günorta saatlarında narkotik vasitəni həmin yerdə saxladığını bildirmişdir. Təqsirləndirən şəxsin Təqsirləndirilən şəxs göstərdiyi yerdə 1 ədəd tünd qəhvəyi rəngli, üzərində ağ rəngli xallar olan, ağzı zəncirbəndlə bağlanılan boş əl çantası aşkar edilmişdir. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs göy rəngli sellofan torbada olan narkotik vasitənin həmin çantanın içərisinə qoyulduğunu bildirmişdir. Aşkar edilmiş 1 ədəd əl çantası cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. İfadənin yerində yoxlanılmasının əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 06 fevral 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə edilmiş şəkillərdən və diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********44983 və **********44981 İMEİ kodlu mobil telefona baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs təqdim edilən mobil telefonda “Watsapp” proqramına daxil olunmuş, həmin səhifədə 1-ci cərgədə olan “+994 77 713 18 78” nömrəsi ilə danışıqlara daxil olmuş, Təqsirləndirilən şəxs həmin nömrənin həmkəndlisi və dostu Şahid8 məxsus olduğunu bilmiş, Təqsirləndirilən şəxsla Şahid8 arasında olan yazışmalarda, yəni 22.01.2021-ci il tarixdə saat 20:54-də Təqsirləndirilən şəxs Şahid8 “eşidersenmi pulu senin adına vursam qorxulu bir şey yoxdu” mesajı yazmış, Şahid8 isə “heç nə” deyə cavab vermiş və bundan sonra özünə məxsus AZE09091784 nömrəli şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərmişdir. 23.01.2021-ci il tarixdə saat 11:51-də isə “Watsapp” vasitəsi ilə telefon əlaqəsi saxlayıb danışmışlar. “Watsapp” profilinin səhifəsində olan digər şəxslərlə yazışmlarda iş üzrə mühüm əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir. Baxış zamanı mobil telefonun ekranına toxunduqda digər səhifələr açılmış, həmin səhifələrə baxdıqda “WA Business” Watsapp proqramı olmuş, həmin proqramı açdıqda 1-ci cərgədə “Maxo” adlı şəxsə məxsus “+7 902 186-20-14” nömrəli Watsapp profili olmuş, Təqsirləndirilən şəxs həmin “maxo” adlı şəxsin Gürcüstan Respublikası vətəndaşı X13 olduğunu, aşkar edilib götürülmüş narkotik vasitə heroini Mahirin göstərişi ilə götürüb saxladığını bildirmişdir. Həmin şəxslə Təqsirləndirilən şəxs arasındakı yazışmalar və səsli mesajlar 23 yanvar 2021-ci il tarixdə 09:30 başlayaraq 12:07 qədər aşağıdakı kimi olmuşdur. “Mahir nağardın sən saat onun yarsıdır mənim rayona getməyim gəlməyim saat 11 çəkəcək”, Mahirin cavabı: “iki üç dəqiqə gözlə ayrı heç nə yoxdu bu iş həll olunmalıdı yiyəsindən cavab gözləyirəm gözlə”. “Mahir danış həsini yoxsunu mənə de gedimmi getməyimmi”, Mahirin cavabı: “həsi yoxsu yoxdu qaqa bu iş həll olmalıdı, işə getmə yox, bu gün həll oldu oldu, olmadı mənlik deyil, altı altta qalsın üstü üstə mən onlara da dedim”, “heç nə Mahir mən yəni konkret sa deyirəm demişəm yenə deyirəm başqa varyant ola bilməz mən sa and içmişəm sən ordan amanatı vurassan götürəcəm gətirib bir yerə qoyacam ordan götürüb gedəcək, Mahirin cavabı: “dünənnən gəlib gəlib gözləyir”, “bir söz demirəm gəlib yaxşı eləyib uzaq başı mənə 25 dəqiqə 50 dəqiqə vaxt verəcək gedib onu gətürüb gətirib bir yerə qoyacam götürüb gedəcək, onunüçün deyirəm, sən amanatı vuracaqsan mən gedib rayonda gözləyəcəm, götürən kimi də tez qayıdacam”, Mahirin cavabı: “Bir onun təzə şəklini ma atsan görüm yerindədimi dururmu”, “eşidersənmi öydə ha döy mən onu qoymuşam yaxın bir yerə, duror deyirəm nətəri gəlib balanın balamın canı üçün, prosta evdəyəm evə qoymamışam onu aralı bir yerdədi. Mahir mənə Zalatoy karonadan mesaj gəlib ancaq kodu gəlməyib, eləcə pay gəlib, kodu öyrən mənə de”. Bundan başqa telefonun “Qalereya” yazılan hissəsindən fotoşəkillərə baxış keçirilmiş və fotoşəkillər arasında aşkar edilib götürülmüş narkotik vasitənin 1 ədəd fotoşəkili də müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin fotoşəkili çəkərək Mahirə göndərdiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 09 aprel 2021-ci il tarixli “diskə baxış keçiriməsi haqqında” protokoldan görünür ki, 11.01.2021-ci ildə saat 09:59:50-da Şahid1 istifadəsində olan **********6 saylı nömrəyə (anten-Goranboy ray. Delimemmedli kendi. Azerbaycan kuchesi 57.) Şahid10 adına olan **********06 saylı nömrədən (anten- Baki sheh. Qaradag ray. Sahil qes. Salyan shosesi. XDMX Stansiyasi) zəng edilmiş və aralarında 52 saniyə danışıq olmuşdur. 11.01.2021-ci ildə saat 10:02:22-dən 10:05:25-dək Şahid1 istifadəsində olan **********6 saylı nömrədən (anten-Samux ray. Zazali girishi.) Şahid10 adına olan **********06 saylı nömrəyə (anten- Baki sheh. Qaradag ray. Sahil qes. Salyan shosesi. XDMX Stansiyasi) zəng edilmiş və aralarında ümumilikdə 61 saniyə danışıq olmuşdur. 11.01.2021-ci ildə saat 12:45:18-də, 12:52:19-da və 12:56:45-də Şahid1 istifadəsində olan **********6 saylı nömrə ilə (antenlər-Agstafa ray. Boyukesik kendi. X24 kuchesi, Qazax ray. shixli kendi. Baki-elet-Qazax-Gurcustan İkinci kuchesi. Qirmizi korpu Serhed kechid menteqesi, Agstafa ray. Soyuqbulaq kendi. Qarayazi kend yolu.) Şahid10 adına olan **********06 saylı nömrə (anten- Shirvan ray. Haciqehramanli kendi. eli Bayramli-Salyan shosesi.) zəng edilmiş və aralarında ümumilikdə 174, 32, 52 saniyə danışıq olmuşdur.11.01.2021-ci ildə saat 13:21:00-dan 22:02:51-dək Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Tovuz ray. Xatinli kendi Xestexananin yaxinliginda.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Shirvan ray. Haciqehramanli kendi. eli Bayramli-Salyan shosesi) zəng edilmiş və aralarında ümumilikdə 6 dəfə danışıq olmuşdur.11.01.2021-ci ildə saat 17:02:53-dən 13:48:49-dək Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Agstafa ray. Yenigun kendi. Museyib Allahverdiyev kuchesi. Televiziya qullesi.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- shirvan ray. shirvan sheh. Mahir Mirzeyev kuchesi. shirvan TV.) zəng edilmiş və aralarında ümumilikdə 3 dəfə danışıq olmuşdur.12.01.2021-ci ildə saat 08:46:22-dən 10:25:18-dək Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Agstafa ray. Yenigun kendi. Museyib Allahverdiyev kuchesi. Televiziya qullesi.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (antenshirvan ray. shirvan sheh. Mahir Mirzeyev kuchesi. shirvan TV.) zəng edilmiş və aralarında ümumilikdə 4 dəfə danışıq olmuşdur.12.01.2021-ci ildə saat 12:50:33-də Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Gence sheh. Nizami ray. e.eliyev kuchesi ile M.Huseyin kuchesinin kesishmesi.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- shirvan ray. Haciqehramanli kendi. eli Bayramli-Salyan shosesi.) zəng edilmiş və aralarında ümumilikdə 1 dəfə danışıq olmuşdur.12.01.2021-ci ildə saat 15:21:16-da, 15:56:01də və 15:58:01-də Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Kurdemir ray. Kurdemir sheh. Hezi Aslanov kuchesi 70.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Haciqabul ray. Pirsaat kendi.) zəng edilmiş və aralarında ümumilikdə 3 dəfə danışıq olmuşdur. 12.01.2021-ci ildə saat 16:24:27-də və 16:24:43-də Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Sabirabad ray. Yenikend kendi, Sabirabad ray. Qaraqashli kendi.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Baki sheh. Qaradag ray. elet X18.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur.12.01.2021-ci ildə saat 16:44:30-də və 16:44:54-də Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Haciqabul ray. Haciqabul sheh. X19 kuchesi 68.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Baki sheh. Qaradag ray. Sengechal qes. Mirze elekber Sabir kuches.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur. 12.01.2021-ci ildə saat 17:34:15-də və 17:58:09-da Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Baki sheh. Xetai ray. Mehemmed Hadi kuchesi 36. ATS 74 etrafi.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Azadliq kuchesi. Zengilan sheherciyi Bakcell qullesi.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur. 13.01.2021-ci ildə saat 00:13:21-dən 13:10:21-dək Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Baki sheh. Xetai ray. Mehemmed Hadi kuchesi 36. ATS 74 etrafi.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Azadliq kuchesi. Zengilan sheherciyi Bakcell qullesi.) zəng edilmiş və aralarında ümumilikdə 10 dəfə danışıq olmuşdur. 13.01.2021-ci ildə saat 14:21:17-də və 14:54:13-də Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Salyan ray. Xidirli kendi və Haciqabul ray. Haciqabul sheh. X11 kuchesi 203. ATS erazisi.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Baki sheh. Bineqedi ray. Bileceri qes. Bineqedi shosesi. X7.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur. 13.01.2021-ci ildə saat 19:00:42-də və 20:17:34-də Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Tovuz ray. Ashagi eyyublu kendi və ovuz ray. Xatinli kendi Xestexananin yaxinliginda.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Bineqedi shosesi 7. Mr.Fix shirketi.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur. 15.01.2021-ci ildə saat 12:17:05-də, 12:46:10-da, 12:46:28-də və 12:54:40-da Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-shemkir ray. Deller-Ceyir kendi, shemkir ray. Yolu kendi. Memmed Araz 56 İpek kuchesi. Tikinti Materiallari Bazasi və shemkir ray. Konullu kendi. Baki-elet-Qazax-Gurcustan kuchesi. Magaza.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Xirdalan sheh. Heyder eliyev kuchesi 2F. Xirdalan dairesi.) zəng edilmiş və aralarında ümumilikdə 4 dəfə danışıq olmuşdur. 15.01.2021-ci ildə saat 15:01:41-də və 15:18:33-də Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten- Berde ray. Alpout kendi.Mal Bazari və Berde ray. Xesili kendi. Qazaxlar kend yolu.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Azadliq kuchesi. Zengilan sheherciyi Bakcell qullesi.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur.15.01.2021-ci ildə saat 16:24:06-da və 17:42:34-də Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Goranboy ray. Goran sheh. Baki-elet-Qazax-Gurcustan yolu.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Baki sheh. Qaradag ray. Qaradag qes. Salyan shosesi 23 km. Derin ozuller zavodu.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur. 15.01.2021-ci ildə saat 18:02:02-də, 18:02:35 və 18:02:48-də Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Yevlax ray. Aran kendi.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Haciqabul ray. Haciqabul sheh. Baki-elet-Qazax-Gurcustan 9 km kuchesi. X20.) zəng edilmiş və aralarında ümumilikdə 3 dəfə danışıq olmuşdur. 15.01.2021-ci ildə saat 19:31:59-da və 19:34:02-də Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Kurdemir ray. Sigirli kendi. Baki-elet- Qazax-Gurcustan kuchesi.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Agdash ray. emirarx kendi. emirarx kend yolu.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur. 15.01.2021-ci ildə saat 21:04:56-da, 21:05:16-da və 23:31:17-də Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Baki sheh. Qaradag ray. Sengechal qes. Salyan shosesi 47 km.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Kurdemir ray. Karrar kendi.) zəng edilmiş və aralarında ümumilikdə 3 dəfə danışıq olmuşdur.16.01.2021ci ildə saat 05:25:27-də, 05:45:01-də, 05:51:47 və 06:04:12-də Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Baki sheh. Nizami ray. Qara Qarayev kuchesi. İnshaat materiallari magazasi, Baki sheh. Nerimanov ray. Dernegul shossesi 11/10. MAGİSTRAL EXPRESS shirketi və Baki sheh. Nizami ray. Qara Qarayev kuchesi 74.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Bineqedi shosesi 7. Mr.Fix shirketi. və Baki sheh. Qaradag ray. Sederek Ticaret Merkezi. KARQO.) zəng edilmiş və aralarında ümumilikdə 4 dəfə danışıq olmuşdur. 16.01.2021-ci ildə saat 11:15:12-də və 11:15:57-də Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-shemkir ray. Deller- Ceyir kendi və shemkir ray. Saritepe kendi. Saritepe kuchesi.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Azadliq kuchesi. Zengilan sheherciyi Bakcell qullesi.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur. 16.01.2021-ci ildə saat 11:57:33-də və 11:59:01-də Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Tovuz ray. Cirdaxan kendi.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Azadliq kuchesi. Zengilan sheherciyi Bakcell qullesi.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur. 16.01.2021-ci ildə saat 12:37:08-də, 12:38:00-da və 12:41:17-də Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Agstafa ray. Muganli kendi. Sadixli-Muganli yolu və Agstafa ray. RS Poylu kendi.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Azadliq kuchesi. Zengilan sheherciyi Bakcell qullesi.) zəng edilmiş və aralarında ümumilikdə 3 dəfə danışıq olmuşdur. 16.01.2021-ci ildə saat 12:50:41-də, 13:19:34-də, 13:21:56-da, 13:22:15-də, 13:23:11-də, 13:24:57-də və 13:28:45-də Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Agstafa ray. Yenigun kendi. Museyib Allahverdiyev kuchesi. Televiziya qullesi.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Baki sheh. Bineqedi ray. Bileceri qes. Bineqedi shosesi. X7.) zəng edilmiş və aralarında ümumilikdə 7 dəfə danışıq olmuşdur. 16.01.2021-ci ildə saat 12:50:41-də, 13:19:34-də, 13:21:56-da, 13:22:15-də, 13:23:11-də, 13:24:57-də, 13:28:45-də, 13:52:41-də, 13:58:21-də, 14:18:16-da, 14:19:51-də, 14:20:08-də, 14:27:14-də, 14:30:51-də, 14:31:50-də, 14:32:03-də, 14:33:09-da və 14:34:32-də Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Agstafa ray. Yenigun kendi. Museyib Allahverdiyev kuchesi. Televiziya qullesi, Agstafa ray. Qochesger kendi və Qazax ray. shixli kendi. Baki-elet-Qazax-Gurcustan İkinci kuchesi. Qirmizi korpu Serhed kechid menteqesi.) Şahid10 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Rusif Agayev kuchesi 31.) zəng edilmiş və aralarında ümumilikdə 18 dəfə danışıq olmuşdur. 17.01.2021-ci il tarixdən 22.01.2021-ci il tarixədək olan müddət ərzində Şahid1 istifadəsində olan **********6 saylı nömrəsi və Şahid10 adına olan **********06 saylı nömrə Bakı şəhər ərazisində anten dairəsində olmuşdur. Bununla da 1 ədəd CD disk baxış keçirildikdən sonra cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Ağstafa Rayon Məhkəməsinin 25 yanvar 2021-ci tarixli qərarından görünür ki, Ağstafa rayonu, Sadıqlı kəndində yerləşən X5 məxsus olan yaşayış olmayan tikiliyə baxış keçirilməsi barədə Ağstafa RPŞ-nin Köçvəlli PB-nin rəisi vəzifəsini icra edən, polis baş leytenantı Şahid2 23 yanvar 2021ci il tarixli qərarı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticələri qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 06 fevral 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs qarşısında oturan şəxs Şahid1 içərisində narkotik vasitə olan bağlamanı gətirərək “24 km” sözləri yazılmış lövhənin yaxınlığına yerə qoyduğunu, onun isə həmin bağlamanı götürərək, bacısına məxsus evdə gizlətdiyini bildirmişdir. Şahid1 da qeyd olunan xüsusatları təsdiq edərək Qadir adlı şəxsin göndərdiyi içərisində narkotik vasitə olan bağlamanı Təqsirləndirilən şəxs təhvil vermək üçün“24 km” sözləri yazılmış lövhənin yaxınlığına yerə qoyduğunu, Təqsirləndirilən şəxs isə VAZ-2106 markalı avtomobillə gələrək həmin bağlamanı götürdüyünü bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 05 fevral 2021-ci il tarixli, 133-1988-1221 nömrəli məktubdan görünür ki, Şahid8 adına 23.01.2021-ci il tarixdə "xxxx" MMC-nin Ağstafa rayon filialına “Zolotaya Korona” surətli pul köçürməsi vasitəsi ilə Novruziovi Ağali 3960 ABŞ dolları pul göndərilmiş və Şahid8 tərəfindən götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin Ağstafa poçt filialının 06 fevral 2021-ci il tarixli 37 nömrəli məktubundan görünür ki, 23.01.2021-ci il tarixdə ********* saylı “Zolotaya Korona” pul köçürməsi ilə 3960 ABŞ dolları Gürcüstan Respublikasının Gardabani rayonu S.Vaxtangiisi ünvanında yaşayan Novruziovi Agali tərəfindən göndərilimişdir və şəxsən Şahid8 (AZE 09091784 04.06.2012) şəxsiyyət vəsiqəsi ilə götürmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Sadıqlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsinin 05 fevral 2021-ci il tarixli 79 nömrəli arayışından xasiyyatnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri həyat yoldaşı X3, oğlu X14 və qızı X6 ilə birlikdə Ağstafa rayonu, Sadıqlı kəndində qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 25 oktyabr 2021-ci il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, X5 məxsus yaşayış olmayan evdən götürülmüş hər birinin çəkisi ayrı-ayrılıqda 1125 qram, 1080 qram, 1045 qram, 1035 qram, 990 qram, 930 qram, ümumilikdə təmiz çəkisi 6205 qram narkotik vasitə heroinin ekspertizadan sonra qalıq çəkisi 6203,8 qramı, 1 ədəd üzərində xallar olan torba, təqsirləndirilən şəxslərə məxsusu 2 ədəd “Samsunq” markalı mobil telefonlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağstafa RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş 6500 manat nəğd pul isə maddi sübut kimi tanınaraq məhkəmə həllinədək saxlanılması üçün Ağstafa RPŞ-nin Maliyyə hissəsinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsi görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 23 yanvar 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və 25 yanvar 2021-ci il tarixli Ağstafa Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs bacısı Xannı Namazovaya məxsus yaşayış olmayan uçuq yararsız vəziyətdə olan tikilinin içərisində döşəmənin altında gizlətmiş olduğu çantanın içərisində narkotik vasitə olmasından xəbərsiz olmasına, çantanın içərisində qızıl olduğunu zənn etməsinə, o, bağlamanı Ağstafa-Sadılı avtomobil yolunun “24 km” yazılı lövhənin altından götürərkən ətrafda heç kimi görməməsinə dair ifadələri, özünün məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadəsi, şahidlərin ifadələri, baxış keçirilməsi və ifadənin yerində yoxlanılması görüntülərini özündə əks etdirən “DVD” disklərə baxış zamanı, ekspert rəyləri, üzləşdirmə protokolları, istintaq hərəkətinin protokolları, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən (şahidlər Şahid1 və Şahid10 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri həm özlərinə, həm də Təqsirləndirilən şəxs münasibətdə) özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır, heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və odur ki, məhkəmə onun ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Bundan başqa Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 23 yanvar 2021-ci il tarixdə günorta radələrində saxlanıldığını, bundan sonra polis əməkdaşları ilə birgə bağlamanı saxladığı bacısı Xannı Namazovaya məxsus yaşayış olmayan uçuq yararsız vəziyətdə olan tikiliyə baxış keçirilməsində iştirak etdiyini göstərsə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsinə dair video görüntüləri özündə əks etdirən diskin tədqiqi zamanı Təqsirləndirilən şəxs həmin vaxt orada olmaması müəyyən edilir. Həmin hal iş üzrə dindirilmiş hal şahidlərinin ifadələri ilə də tam olaraq təsdiq edilir. Odur ki, məhkəmə həmin xüsusatla bağlı məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxsin qohumu olan, şahid qismində dindirilmiş X8 ifadəsinə də tənqidi yanaşır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 10.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 10.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin, psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən təqsirləndirilən şəxsin bacısı Xannı Namazovaya məxsus yaşayış olmayan uçuq yararsız vəziyətdə olan tikilinin içərisində döşəmənin altında gizlətmiş olduğu çantanın içərisində olan heroinin 6 ədəd plastik butulkada olmaqla şəxsi istehlak miqdarında dəfələrlə artıq külli miqdarda (6205 qram) olmasına, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmamasına, onun Mahir adlı şəxslə qabaqcadan razılığa əsasən narkotik vasitəninin qanunsuz olaraq satış məqsədi ilə ona çatdırılması müqabilində sonuncudan 3960 ABŞ dolları əldə etməsinə əsasən də Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik vasitələri satış məqsədilə əldə edərək saxlaması qənaətinə gəlir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 23 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübutlar Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 1 ədəd üzərində xallar olan torbanın, hər birinin çəkisi ayrı-ayrılıqda 1125 qram, 1080 qram, 1045 qram, 1035 qram, 990 qram, 930 qram, ümumilikdə təmiz çəkisi 6205 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6203,8 qramı heroinin və 2 ədəd “Samsunq” markalı mobil telefonların və Ağstafa RPŞ-nin Maliyyə hissəsində saxlanılan 6500 manat pulun hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan Şahid1 barəsində olan 1(100)- 213/2022 nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 30 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03.05.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 1 ədəd üzərində xallar olan torbanın, hər birinin çəkisi ayrı-ayrılıqda 1125 qram, 1080 qram, 1045 qram, 1035 qram, 990 qram, 930 qram, ümumilikdə təmiz çəkisi 6205 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6203,8 qramı heroinin və 2 ədəd “Samsunq” markalı mobil telefonların və Ağstafa RPŞ-nin Maliyyə hissəsində saxlanılan 6500 manat pulun hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan Şahid1 barəsində olan 1(100)- 213/2022 nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrıayrılıqda 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-111/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-111/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver