Məhkəmə qərarları › İş №1(100)-111/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-111/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-111/2023 30.01.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, 27 dekabr 1983-cü ildə Kəlbəcər rayonu Dəmirçidam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu Dəmirçidam qeydiyyatda olan və Gəncə şəhəri Cavadxan qəsəbəsi ünvansız fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs2 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 ilə aralarında yaranan etibarlı münasibətdən sui-istifadə edərək 2019-cu ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində sonuncunu aldadaraq donuz alveri ilə məşğul olmaq adı ilə hissə-hissə ümumilikdə 74.000 manat dəyərində donuzlarını nisyə alqı-satqı qaydasında alıb baha qiymətə satıb pulunu tam şəkildə ödəməklə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bu barədə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2019-cu ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək, günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhərinin müxtəlif yerlərində donuzlarını ələ keçirib zərər çəkmiş şəxsə 74.000 manat dəyərində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs3 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 ilə aralarında yaranan etibarlı münasibətdən sui-istifadə edərək sonuncunun ümumilikdə dəyəri 10500 manat olan 40 baş donuzu nisyə alqı-satqı qaydasında alıb bir aydan sonra pulunu tam şəkildə ödəməklə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bu barədə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2020-ci ilin noyabr ayında, günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən zibillikdə ümumilikdə 10500 manat dəyərində 40 baş donuzunu ələ keçirib zərər çəkmiş şəxsə 10500 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs1 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ilə aralarında yaranan etibarlı münasibətdən sui-istifadə edərək sonuncunun 5 baş inək və 26 baş qoyun olmaqla ümumilikdə dəyəri 11100 manat olan mal-qaranı nisyə alqı-satqı qaydasında alıb bir-iki ay ərzində baha qiymətə satıb pulunu tam şəkildə ödəməklə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bu barədə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin aprel ayında, günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhərində məcburi köçkünlər üçün inşa edilən 600 evlik “Yeni Qəsəbə 2” ünvanında 5 baş inək və 26 baş qoyun olmaqla ümumilikdə dəyəri 11100 manat olan mal-qaranı ələ keçirib zərər çəkmiş şəxsə 11100 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün donuz alıb saxlamış və kəsib ət halında satmışdır. Zərərçəkmiş şəxs3 qonşusudur. O, Zərərçəkmiş şəxs3 bildirmişdir ki, onun Göygöl rayonu Köşkü kəndində yaşayan tanışların var, həmin şəxslərdən ona nisiyə donuz alıb versin, sonra bir ay ərzində hissə-hissə donuzların pulunu verər. Həmin şəxslər Əsədin dostları olmuş və onlar arasında da əvvəllər alver olmuşdur. Həmin şəxslər onun tanışı olmadığı üçün onlardan nisiyə donuz ala bilməmişdir. Əsəddə həmin şəxslə danışıb ona bir söz deyə biləcəyini demiş, sonra Əsəd demişdir ki, həmin şəxslə danışmış, nisiyə öz adına donuz alıb ona verə bilər. O da sürücüsü işləyən tanışı Rövşənlə danışmış və onunla Köşkü kəndinə gedib gəlmək üçün 30 manata razılaşmışdır. 2020-ci ilin noyabr ayında da Əsəd, o və sürücüsü Rövşənlə birlikdə sonuncunun idarə etdiyi Qazel markalı yük avtomobili ilə Göygöl rayonu Köçkü kəndinə getmişlər. Orada Əsədin tanışı Kamildən 18 baş donuzu nisiyə almışlar. Həmin vaxt bir daha Əsədə demişdir ki, narahat olmasın, donuzların pulunu bir ay ərzində qaytaracaq. Bundan sonra Əsəd Samux rayonu Kolayır kəndində yaşayan Dilqəm adlı şəxsdən 40 baş donuz alıb ona 8000 manata nisiyə satmışdır. O da Əsədə demişdir ki, donuzları satıb pulunu verəcək. Lakin bundan sonra respublika ərazisində pandemiya dövrü başladığı, yeməkxanalar, restoranlar işləmədiyi üçün donuzları sata bilməmiş, beləcə donuzların çoxusu məhv olmuşdur. Ona görə də Əsədə və Əsədin vasitəsi ilə aldığı Kamilə olan borcunu qaytara bilməmişdir. Təxminən bu ilin fevral ayında Əsədə olan borcundan 360 manatını vermiş və xahiş etmişdir ki, donuzları sata bilməmiş, ona görə də onun borcunu qaytara bilmir. Sonradan eşitmişdir ki, Əsəd onun barəsində polisə gedib şikayət etmişdir. Onun hal hazırda Əsədə 10140 manat borcu vardır. Həmin borcda yuxarıda qeyd etdiyi kimi donuz alış verişinə görə yaranmış, donuzların pulunu 1 ay ərzində qaytarmağa öhdəlik götürsədə pandemiya vəziyyətinə görə heç bir yeməkxana, restoran işləmədiyi üçün nisiyə aldığı donuzları sata bilməmiş, ona görə də onlara söz verdiyi pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 iri buynuzllu mal-qara alıb satmaq üçün Bakı şəhərinə aparmış, lakin bu günə qədər onun borcunu qaytarmamışdır. 2021-ci ilin aprel ayından başlayaraq Zakirlə mal-qara alveri ilə məşğul olmağa başlamış, Zakirdən mütamadi olaraq xırda və iri buynuzlu mallar alaraq aparıb satmış, özü də pul qazanmış, Zakirədə pul qazandırmışdır. 08 may 2021-ci il tarixdə günorta saatlarında Zakirdən Bakı şəhərinə aparmaq üçün 03 baş iri buynuzlu malları cəmi 5300 manata alıb aparmış, ondan iki gün sonra, yəni 10 may 2021-ci il tarixdə günorta saatlarında isə hər biri 1000 manat olmaqla 2 baş cəmi dəyəri 2000 manat olan dana almışdır. Beləliklə də Zakirə 7300 manat borcum yaranmışdır. Lakin həmin vaxtı bir neçə nəfərə borcu olduğu üçün Zakirdən aldığı mal-qaradan əldə etdiyim gəliri digər borclarına verdiyini üçün Zakirə olan borcunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 ilə birlikdə donuz alveri etmək üçün razılaşmış, şərikli iş qurmuş, birgə pul qoyub donuz alaraq Gəncə şəhəri Avtozavod qəsəbəsinin zibillik xanasında saxlamışlar. Sonradan Ədalətə demişdir ki, onunla şərik olmaq istəmir, bu işdə tək işləyəcək, onunda bu işə qoyduğu pulu hissə-hissə qaytaracaq, həm də ona əlavə qazanc verəcək. Ədalətin birgə şərikliyə pul qoymasından əlavə onun Daşkəsən rayonunda olan fermasından da donuzları gətirib Gəncə şəhəri Avtozavod qəsəbəsində olan zibillikdə saxlamışlar. Sonra respublika ərazisində pandemiya dövrü başladığı, yeməkxanalar, restoranlar işləmədiyi üçün donuzları sata bilməmiş, beləcə donuzların bir hissəsi məhv olmuşdur. Zərərçəkmiş şəxs2 ilə birlikdə donuz alveri etdikləri dövrdə birlikdə pul qazanmışlar. Ədalətdə işə qoyduğu pulun demək olar ki, cox hissəsini götürmüş, yekunda təxminən ona 7-8 min manat borcu yaranmışdır. İmkanı olmadığı üçün də ona olan borcunu qaytara bilməmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, qonşusu Təqsirləndirilən şəxs donuz əti satmış, onun da Göygöl rayonunun Köşkü kəndində yaşayan və donuz saxlayan tanışları olmuşdur. Onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs bildirmişdir ki, onun həmin donuz saxlayan şəxslərlə, yəni Kamil və onun qardaşı ilə münasibəti var, xahiş etmişdir ki, ona nisyə mal vermirlər, əgər imkan varsa onlarla danışsın, yerlərinə zamin dursun, ona nisiyə mal versinlər. O da qonşusu Samirə inandığına görə Göygöl rayonu Köşkü kəndində yaşayan tanışı Kamil ilə danışmış və onun razılığını almışdır. Samir ona bildirmişdir ki, bir ay müddətinə donuzları satıb pulunu verəcək. 2020-ci ilin noyabr ayında Samirin tanışı olan Qazel sürücüsü ilə birlikdə Göygöl rayonu Köşkü kəndinə getmiş, ordan tanışı Kamilə məxsus təxminən 18 baş donuz götürmüş və Kamilə demişdir ki, narahat olmasın, pulunu o verəcək. Bundan sonra Samux rayonu Kolayır kəndindən yaşayan Dilqəm adlı şəxsdən 40 baş donuzu 6000 manata nəğd pul verib alıb həmin donuzları qonşusu Təqsirləndirilən şəxs Gəncə şəhərində yaşadığı evin yaxınlığında yerləşən zibillikdə 8000 manata nisyə satmışdır. Həmin vaxtı Samir demişdir ki, narahat olmasın, donuzları tez bir zamanda satıb pulunu verəcək. Lakin bundan sonra Təqsirləndirilən şəxs aldığı donuzları satsada, ona olan 10500 manat borcunu verməmişdir. O da məcbur qallıb Göygöl rayonu Köşkü kəndindən Samirə donuz alınıb verilməsində zamin durduğu üçün 3600 manat aparıb onlara vermişdir ki, həmin şəxslər onu zamin kimi tanıyırlar. Təxminən bir ay bundan əvvəl Samir ona olan borcundan 360 manat pul vermişdir. Hal-hazırda Samirin ona 10140 manat borcu var. Hər dəfə Samirdən ona olan borcunu istəyən zaman, Samir müxtəlif bəhanələr gətirərək onu hər dəfə aldadır və pulunu vermək istəmir. Ona görə də məcbur qalıb Samir barəsində Gəncə şəhər Nizami RPİ-yə ərizə ilə müraciət etmişdir. Göygöl rayonu Köşkü kəndində olan tanışları Samir və Kamil qardaşlarından 18 baş donuzu almış, daha sonra 40 baş donuzu Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşadığım evin yaxınlığında olan zibillik ərazidə 8000 manata satmışdır. Samir ondan aldığı donuzları Gəncə şəhəri, Göygöl rayonu, Qazax rayonu və Tərtər rayonunda yerləşən kafelərə nəğd pula satmışdır. Samirin onu aldadaraq ələ keçirdiyi donuzlardan 18 başının diri çəkisi 30 kq, 23 başının diri çəkisi 25 kq, 17 başının isə diri çəkisi 35 kq olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 1996-cı ildən malqara alveri və bəsləyib satmaqla məşğuldur. 2021ci ilin aprel ayının axırlarından Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs ilə mal-qara alveri ilə məşğul olmağa başlamış, Samir ondan mütamadi olaraq xırda və iri buynuzlu mallar alaraq aparıb satmış, özü də pul qazanmaqla bərabər onun da pullarını vermişdir. 08 may 2021-ci il tarixdə günorta saatlarında Samir ondan Bakı şəhərinə aparıb satmaq üçün 03 baş iri buynuzlu malları cəmi 5300 (beş min üç yüz) manata alıb aparmış, ondan iki gün sonra, yəni 10 may 2021-ci il tarixdə günorta saatlarında isə hər biri 1000 manat olmaqla 2 baş cəmi dəyəri 2000 (iki min) olan 2 baş danaları almış, həmin mallar üçün cəmi 7300 (yeddi min üç yüz) manat borcu qalmışdır. X8 adlı şəxsdən xırda buynuzlu mallar alıb satmaq barədə aralarında şifahi razılaşma olmuş, belə ki, 18 may 2021-ci il tarixdə Samirlə birlikdə Göygöl rayonu ərazisi olan Xasabağı adlanan yaşayış massivində yaşayan Əbülfət adlı şəxsin yanına gəlmişlər və onunla razılaşaraq 26 baş xırda buynuzlu mallar, yəni qoyunlar üçün 3800 (üç min səkkiz yüz) manat pul vermişdir. Həmin pulu o özü vermiş, Samir pul qoymamışdır. Aralarındakı razılaşmaya görə həmin 26 baş qoyunları Samir Bakı şəhərində kilo ət hesabı ilə satmalı və hərəsinə 1000 (min) manat pul qalmalı idi. Samir həmin qoyunları həmin gün Bakı şəhərinə yola salmış, aralarında olan razılaşmaya görə may ayının axırlarından iyun ayının 5 - nə kimi Samir onun cəmi həmin mallara verdiyi 11100 (on bir min yüz) manat pulu hissə-hissə verməli idi. 2021-ci ilin may ayının axırlarında Samirin istifadəsində olan ***-***-**-** sim nömrəsinə zəng eləsə də həmin nömrə gah deaktiv olmuş, gah da Samir cavab verərək ona borclu olduğu həmin pulu tezliklə verəcəyini bildirmişdir. Ondan pulunu istəyəndə, Samir ona telefonda hədə qorxu gəlməyə başlamışdır. Sonra Samir barəsində Kəpəz rayon polis bölməsinə ərizə ilə müraciət etmişdir. Samir ona 11100 manat pul borcunu inkar etmir və malları satdığı şəxslərdən malların pulunu aldıqdan sonra ona verəcəyini bildirmişdir. Odur ki, Samir adlı şəxsdən ona olan 11100 manat pulun alınıb qaytarılmasına köməklik edilməsini xahiş edir. Samir ona qarşı dələduzluq etmişdir. Samirin onun etibarından sui-istifadə edərək satmaq adı ilə aldadıb Bakı şəhərinə satmaq adı ilə apardığı, sonradan ələ keçirdiyi xırda və iribuynuzlu heyvanlardan 10 baş xırda buynuzlu heyvannın diri çəkisi 35 kq, 6 başının diri çəkisi 30 kq, 10 başının isə diri çəkisi 38 kq olmuşdur. İribuynuzlu hevanların isə 2 ədədinin diri çəkisi ayrı-ayrılıqda 220 kq, 3 ədədinin isə diri çəkisi ayrı-ayrılıqda 280 kq olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs uzun müddətidir ki, tanıyır. Onunla əvvəllər heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Samirlə razılaşıb birlikdə donuz alveri etmək, donuzları saxlayıb bəsləmək barədə razılaşmış, belə ki, 2019-cu ilin təxminən sentyar ayında Bank of Bakunun Gəncə filalından 10.000 manat, Acsess bankın Gəncə şəhər filialından isə 15.000 manat götürüb Samirlə birlikdə Oğuz və Qax rayonlarından donuzlar alıb Avtozavod qəsəbəsi zibilliklərində saxlamağa başlamışdır. Aralarında olan razılaşmaya görə donuzlardan gələn qazancdan hər ikisinin xeyri çıxıldıqdan sonra əldə olunan pul onun həmin bankların ödənişlərinə verilməli idi. Samirlə 3-4 ay bu qaydada işləmiş, sonra Daşkəsən rayonunda olan donuz fermasından 181 ədəd donuz gətirib onu da həmin zibilliyə düşürmüşlər və Samir bildirmişdir ki, donuzları lazımı yerə satıb pulunu onun özünə verəcəkdir. Samir ona məxsus donuzları Daşkəsən rayonundan Rövşən adlı şəxsin idarə etdiyi Qazel markalı avtomobillə gətirib həmin zibilliyə tökmüşdür. Sonradan Samir ona demişdir ki, donuzların alqı-satıqısı ilə özü məşğul olsun, onunla şərik işləmək istəmir, donuzları satıb pullarını verəcək. Belə olan halda Samirə pul götürdüyü bankların pulunu necə qaytaracağını soruşmuş, Samir də demişdir ki, narahat olmasın, həmin bankların kreditini özü ödəyəcək. O da razılaşmışdır. Bundan sonra Samir təxminən 4-5 ay bankların kredit pulunu ödəmiş, lakin sonradan ödənişi dayandırmışdır. O da artıq bankların hər gün onu narahat etməsini görüb bankların kreditini özü ödəməyə başlamışdır. Samir fermada olan donuzların bir hissəsini Gəncə şəhəri ərazisində donuz əti satışı ilə məşğul olan Alim adlı şəxsin adını bilmədiyi övladları ilə gəlib kəsib ət şəkilində aparmışdır. Samir 2022-ci ilin mart ayına kimi donuz alverindən arada-sırada ona qazanc olaraq pul vermiş, axırıncı hesabatda Samir ona donuz alverdindən 60.000 manat borcu olduğunu demiş və həmin vaxt onu mobil telefonla videoya çəkmişdir. Samir ona olan borcu əvəzinə ona Mersedes Benz maraklı avtomobildə vermiş, lakin sonradan həmin avtomobilin Sədi adlı şəxsə məxsus olmasını bilmiş, həmin şəxsdə gəlib avtomobilini aparıb getmişdir. Samirin birgə donuz alverindən ona olan borcunu etiraf edən zaman çəkdiyi videonu təqdim edə bilər. Sonradan Samirin ona nə donuz alverindən qazanc vermədiyini, nə də ki, birgə alver məqsədi ilə öz adına banklardan götürdüyü pulların kreditini ödəmədiyini, eyni zamanda Samirin ayrı-ayrı şəxslərə qarşı dələduzluq etdiyi üçün polis tərəfindən tutulduğunu görüb Gəncə şəhər prokurorluğuna gedib Samirin birgə donuz alveri edən zaman ona qarşı etdiyi dələduzluğa görə şikayət etmişdir. Xahiş edir Samirin barəsində qanuni tədbir görülsümn və birgə donuz alverindən onu aldadaraq ələ keçirdiyi ümumilikdə 74.000 manat məbləğində pulunun geri qaytarılmasına köməklik edilsin. Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Bayan küçəsi ev 143a-da yaşayır. Avtomobil təmiri ilə məşğul olur, çilingərdir. Təxmrmnən 8-10 ay bundan əvvəl Mercedes Benz C class markalı, 10XA440 d.q.n.nişanlı avtomobili 8500 (səkkiz min beş yüz) manata satın almış, avtomobili satın alan zaman üzərində sənədləri olmadığı üçün həmin avtomobili xalası oğlu, X4 adına sənədləşdirmişdir. Hazırda həmin avtomobil Hakim Məmmədovun adınadır. Təxminən 4 ay bundan əvvəl ortaq tanışları vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmışdır. Aralarında olan şifahi razılığa əsasən Samir Namzov ilkin ödəniş qismində ona 300 (üç yüz) manat vermiş və hər günə 20 (iyirmi) manat ödəməklə avtomobili ondan sürmək etibarnaməsi ilə almışdır. Gündəlik 20 manat ödəməklə razılığa gəldiyi 12000 (on iki min) ödəyib bitirdikdən sonra avtomobili onun adına keçirtməli idi. Təqsirləndirilən şəxs avtomobili həmin şifahi müqavilə şərtləri ilə satmazdan əvvəl avtomobili rənglətmiş, dəyişməli olan detallarını dəyişdirmiş və təmirə ehtiyac olan detallarını təmir edib tam saz vəziyyətdə vermişdir. Samir Gəncə şəhəri F.Həsənov küçəsində işlədiyi emalatxananın qarşısında 300 manatı ona ilkin ödəniş kimi verib avtomobili götürdükdən sonra bir ay ərzində ona ümumilikdə 600 (altı yüz) manat pul ver, sonrakı ayda Samir ona yalnız 260 (iki yüz altmış) manat pul vermişdir. O, pulun qalan hissəsini istədikdə isə ona avtomobili təmir etdirdiyini və pulu həmin təmirə xərclədiyini söyləyib tezliklə pulu verəcəyini və təmirin aralarında olan ödəniş razılığı ilə heç bir əlaqəsinin olmadığını söyləmişdir. Sonradan Samirin mobil nömrələrinə zəng edib gündəlik pulu ödəməsini istədikdə müxtəlif bəhanələrlə ondn əlavə vaxt istəməyə başlamış və pulu tam şəkildə ödəyəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs heç vaxt ona pulu ödəməyəcəyini söyləməmişdir. Hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. xx.xx.2022-ci il tarixində avtomobilini görmək və Samirdən borca yığılmış pulu almaq üçün onun yaşadığı Gəncə şəhəri Cavadxan qəsəbəsinə “Vaqifin arteziyanı” adlanan ərazidə yerləşən fərdi yaşayış evinə getmiş, orada küçədə öz avtomobilini görmüşdür. Avtomobilinin ön faraları sınmış, sağ yan güzgüsünün qapağı sınmış, sol yan güzgüzü isə tamamilə sındırılmış, sağ arxa qapısının pəncərəsinin qamış adlanan rezini sındırılaraq çıxardılmış, ön alın aynası zərbə ilə vurularaq yararsız hala salınmış, bütün təkərləri dəyişdirilmiş, avtomobildə olan bir ədəd pioneer markalı maqintafon sındırılaraq tullanmış, ön və arxa buferləri sındırılmış, boyası pis vəziyyətə salınmış vəziyyətdə olmuşdur. Avtomobilin mühərrik və sürətlər qutusunun hansı vəziyyətdə olduğunu bilmir, Təqsirləndirilən şəxs yaşadığı evdə olmadığı üçün avtomobilin açarlarını ala bilməmiş ki, avtomobili işə salıb yoxlasın. Bütün nasazlıqlar və sındırılaraq yararsız hala salınmış detallar ilə birlikdə avtomobilinə ümumilikdə 3000 (üç min) manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs avtomobili ondan aldıqdan sonra onunla bir çox yol hərəkət qaydalarını pozmuşdur və hazırda avtomobilin ümumilikdə 480 (dörd yüz səksən) manat cəriməsi vardır. Təqsirləndirilən şəxs qəsdən avtomobilinə yuxarıda qeyd etdiyi ziyanları vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi 64-də yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, özünə məxsus Qazel markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sifariş yerinə yeitirib mal-qara daşımaqla məşğuldur. Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs bir müştəri kimi tanımışdır. Belə ki, Samir onunla əlaqə saxlayıb Daşkəsən, Göygöl rayonları ərazisində vaxtı dəqiq yadında qalmayıb müxtəlif iri-xırda buynuzlu mal-qara, donuzları ayrı-ayrı şəxslərdən alıb idarə etdiyi Qazel markalı yük avtomobili ilə Gəncə şəhəri ərazisinə, Samux rayonuna daşımışdır. Buna görə də Samir Göygöl rayonu ərazisinə gedib gəlmək üçün ona 20 manat, Daşkəsən rayonuna gedib gəlmək üçün isə 40 manat pul vermişdir. Bundan başqa Gəncə şəhəri, Gülüstan qəsəbəsi AKTA 6 –da yaşayan Zərərçəkmiş şəxs2 da bir fermer kimi tanıyır. Ədalətin özü və çobanları ilə bir neçə dəfə vaxtı dəqiq yadında qalmayıb idarə etdiyi Qazel markalı yük avtomobili ilə gedib donuzlarını Daşkəsən rayonu ərazisindən götürərək Gəncə şəhəri ərazisinə, müxtəlif ünvanlara daşımışdır. Samirlə mal-qara və ya donuz gətirmək üçün idarə etdiyi yük avtomobili ilə gedən zaman sürücü kimi yol haqqını alıb getmiş, Samirin həmin şəxsləri aldatmaq niyyətinin olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Sulidin oğlu ifadəsində göstərdi ki,o, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün təsərrüfatında donuz qardaşı Kamillə birlikdə saxlayır.Həmin donuzları böyüdüb sonradan müştərilərə satır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 tanıyır, onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs3 onlardan hər dəfə nisyə donuz alıb aparıb satmış və sonradan pulunu vermişdir.2020-ci il noyabr ayında tanışı Əsəd ona zəng edərək donuz almaq istədiyini, lakin pulunu sonra verəcəyini bildirmiş, o, da razılaşmışdır.18 baş donuzları saxladıqları yerdən həyətlərində olan fermaya gətirmişlər.Sonra Əsəd və Samir tanımadıqları bir qazel maşını ilə onların yaşadıqları evə gəlmişlər.O, həmin vaxt Əsədlə birlikdə 18 baş donuza görə 3600 manata razılaşmışlar.Lakin Samir həmin vaxtı pulu sonradan verəcəyini bildirdiyi üçün Əsəd ona zamin durmuş və demişdir ki, donuzları ona görə ver, pulunu Samir verməsə mən özüm verəcəm.O, da Əsədə inandığı üçün 18 baş donuzu Samirə satmışdır.Sonra onlar çıxıb getmişdir.29 noyabr 2020-ci il tarixdə Samir özü tək gəlmiş və ondan 5000 manatlıq donuzu yenə nisyə almış və bildirmişdir ki, pulunu sonra verəcək.Lakin Samir həmin 5000 manatdan qalan 3650 manat pulunu bu günə qədər ödəməmişdir.Ona görə də Samir barəsində polisə şikayət etmişdir.Samir Əsədin zamin durduğu 18 baş donuzun da pulunu vermədiyi üçün Əsəd özü gətirib 3600 mansat pulu onlara ödəmiş və Samirə görə zamin durduğu üçün pulu öz cibindən verdiyini bildirmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, 2020-ci ilin noyabr ayında, günü xatırlamadığı tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən zibillikdə ümumilikdə 10500 manat dəyərində 40 baş donuzunu aldatma və etibarından sui-istifadə etmək yolu ilə ələ keçirdiyini bildirmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, 2021-ci ilin aprel ayında, gününü xatırlamdığı tarixdə Gəncə şəhərində məcburi köçkünlər üçün inşa edilən 600 evlik “Yeni Qəsəbə 2” ünvanında 5 baş inək və 26 baş qoyun olmaqla ümumilikdə 11100 manat olan mal-qarasını aldatma və etibarından suiistifadə etmək yolu ilə ələ keçirdiyini bildirmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 sentyabr 2022-ci il tarixli 9/6208 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 19450,0 manat müəyyən olunur.Belə ki, 18 baş diri çəkisi 30 kq donuzun 2020-ci ilin noyabr ayına qiyməti hər biri 150 manat olmaqla ümumilikdə 2700 manat, 23 baş diri çəkisi 25 kq donuzun 2020-ci ilin noyabr ayına qiyməti hər biri 1225manat olmaqla ümumilikdə 2875 manat, 17 baş diri çəkisi 35 kq donuzun 2020-ci ilin noyabr ayına qiyməti hər biri 175 manat olmaqla ümumilikdə 2975 manat,10 baş diri çəkisi 35 kq xırda buynuzlu heyvanın 2021-ci ilin aprel ayına hər biri 170 manat olmaqla ümumilikdə 1700 manat, 6 baş diri çəkisi 30 kq xırda buynuzlu heyvanın 2021-ci ilin aprel ayına hər biri 150 manat olmaqla ümumilikdə 900 manat, 10 baş diri çəkisi 38 kq xırda buynuzlu heyvanın 2021-ci ilin aprel ayına hər biri 190 manat olmaqla ümumilikdə 1900 manat, 2 baş diri çəkisi 220 kq iri buynuzlu heyvanın (qaramal) 2021-ci ilin aprel ayına hər biri 1110 manat olmaqla ümumilikdə 2200 manat, 3 baş diri çəkisi 280 kq iri buynuzlu heyvanın (qaramal) 2021-ci ilin aprel ayına hər biri 1400 manat olmaqla ümumilikdə 4200 manatdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verimiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Göygöl, Samux və Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verimiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi yoxdur. Gəncə şəhəri Kəpəz Bazar Açıq Səhmdar Cəmiyyəti tərəfindən verimiş xx.xx.2022ci il tarixli məktubdan görünür ki, 2019-cu ilin sentyabr ayından 2022-ci iln mart ayına kimi donuz ətinin bazar qiyməti 1 kq üçün 8 manatla 10 manat arası müəyyən edilir. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Namazov X6 rayonu Dəmirçidam kəndində qeydiyyatdadır və Gəncə şəhəri Cavadxan qəsəbəsi ünvansız fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZE № 11328588 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2011ci il tarixdə anadan olmuşdur. AZE № 11328582 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2013cü il tarixdə anadan olmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri ərazisində tutularaq, Gəncə şəhər BPİ-nin İTİ-nə təhvil verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 avqust 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 1000 mmanat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Aministiya tətbiq olunmuş və təyin edilmiş cərimədən azad edilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməlinə görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən əlavə CM-nin 178.2.2 və 178.2.4 -cü maddələri ilə də ittiham verilmişdir. Lakin Təqsirləndirilən şəxs törətdiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli daha ağır cəza nəzərdə tutan CM-in 178.3.2-ci maddəsi ilə əhatə olunduğundan ona əlavə olaraq CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham verilməsinə zərurət yoxdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan rəqəm ifadəsi xaric edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 15 avqust 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar