Məhkəmə qərarları › İş №1(100)-111/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-111/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-111/2025 17.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X14, zərərçəkmiş şəxsin hüquqi varisi X15 və onun nümayəndəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.2005-ci il tarixdə Daşkəsən rayonu, Güneykənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Daşkəsən rayonu, Güneykənd kəndində qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdə saat təxminən 10:40 radələrində yaşadığı Daşkəsən rayonu, Güneykənd kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında atası Şahid1 məxsus biçənək sahəsində ot biçdiyi zaman əvvəllər tanıdığı və onunla eyni kənddə yaşayan X11 otardığı iri buynuzlu heyvanları həmin torpaq sahəsinə saldığını görərək ona bu barədə iradını bildirməsi səbəbindən bu məzmunda aralarında baş vermiş sözlü mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsini özünə təhqir kimi qəbul edib hiddətlənərək artıq aralarında yaranmış qərəzli şəxsi münasibətlər zəminində onu qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib niyyətini həyata keçirməkdən ötrü həmin tarixdə saat təxminən 11 radələrində yaşadığı Daşkəsən rayonu, Güneykənd kəndində yerləşən fərdi yaşayış evinə gələrək istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə edib yaşadığı ünvanda saxladığı qatlanmayan konstruksiyalı, tiyəsi boz rəngli metaldan hazırlanmış, hər iki tərəfi kəsici, ucu batıcı xassəyə malik, üzərində pas izləri müşahidə olunan, kəsici tərəflərin hər iki üzü itilənmiş, tiyəsinin ucu kəsici tərəflərin qövsvari formada bir-birinə doğru əyilərək birləşməsi nəticəsində əmələ gəlmiş və orta xətt üzərində yerləşən, dəstəyinin əsası boz rəngli metaldan olaraq tiyənin davamı olan, dəstəyinin səthinə plastmasoxşar sarı rəngli materialdan hazırlanmış üzlüklər bərkidilmiş, ümumi uzunluğu 337 mm olan kustar üsulla hazırlanmış soyuq silah hesab edilən xəncəri götürərək silahlanmaqla rastlaşdıqları məqamda cinayətkar niyyətini həyata keçirmək üçün şalvarının bel hissəsinə salıb gəzdirərək sonuncunun heyvanlarını otardığı Daşkəsən rayonu, Güneykənd kəndindən keçən adsız çayın sahilində olan dərənin aşağı hissəsinə gəlib Məmməd Əmrahova yaxınlaşaraq qisas niyyəti ilə qəsdən onu öldürməyə yönəlmiş cinayətkar niyyətini həyata keçirmək üçün qəflətən sağ əli ilə belində saxladığı xəncəri çıxardıb sonuncuya sol bazu nahiyyəsinin aşağı 1/3 hissəsinin ön-bayır səthində yerləşmiş, həyati və dəlib-keçən olan yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan, yara kanalının istiqaməti soldansağa, bir qədər öndən-arxaya və aşağıdan-yuxarıya doğru olan, dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bir ədəd və döş qəfəsinin sol yan səthində arxa qoltuqaltı xətt üzrə 5-ci qabırğa səviyyəsində yerləşmiş, daxilə nüfuz edən, 5-ci qabırğanın kəsilməsi və sol ağciyərin aşağı payının dəlib-keçməsi ilə nəticələnən, həyati olan, yara kanalının istiqaməti üfiqi xətt üzrə soldan-sağa, arxadan-önə və bir qədər yuxarıdan-aşağıya doğru olan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və ölümünə səbəb olan bir ədəd, ümumilikdə iki ədəd deşilmiş-kəsilmiş xəsarətlər yetirdikdən sonra sonuncuya hər hansı yardım etməyərək onun almış olduğu xəsarətlərdən ölə biləcəyini zənn edib hadisə yerini qaçaraq tərk etmiş, X17 almış olduğu xəsarətlərdən həmin tarixdə, saat 14:10 radələrində yerləşdirildiyi Gəncə şəhər 3 saylı X39 Xəstəxanasında aldığı ixtisaslı tibbi yardımlara baxmayaraq ölmüş, bununlada o, qanunsuz əldə edərək üzərində gəzdirdiyi soyuq silahla qisas niyyəti ilə qəsdən adam öldürmüş, yəni X12 qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyi üçün, onun ibtidai istintaq orqanına verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakları ilə elan edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində, Azərbaycan Respublikası CM-in 120.1 və 228.4-cü maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Şahid1 hazırda heç bir yerdə işləmir, əvvəl Daşkəsən rayonu, Qabaqtəpə kənd icra nümayəndəliyində məsul vəzifədə işləmiş, anası Qasımova X10 rayonu, Güneykənd tam orta məktəbində fizika fənni üzrə müəllimə, qardaşı Quluyev Azər Şahid oğlu Gəncə şəhərində tikinti materialları dükanında işləyir. Əvvəllər məhkumluğu olmamışdır. Gəncə Dövlət Universitetində fiziki tərbiyə və çağrışa qədərki hazırlıq ixtisası üzrə ikinci kurs tələbəsidir. X12 tanıyır, həmkəndlisidir, həmçinin atası Məmmədin kirvəsi olmuşdur. Məmməd Əmrahovla həmkəndli kimi münasibəti olmuşdur. 16 avqust 2023-cü il tarixdə, saat 10 radələrində yaşadığı Daşkəsən rayonu, Güneykənd kəndində yerləşən evindən otbiçən aləti götürüb ot biçmək üçün Daşkəsən rayonu, Güneykənd kəndi ərazisində yerləşən, atası Şahid1 məxsus, yaşadığı evdən təxminən 100 metr uzaqlıqda olan torpaq sahəsinə getmişdir. O, həmin gün saat 10:40 radələrində benzinlə işləyən otbiçən alətlə torpaq sahəsində ot biçən zaman Məmməd Əmrahov qarşısında otardığı təxminən 15 baş iri buynuzlu heyvanları torpaq sahələrinə saldığını görmüşdür. Onların torpaq sahəsinin ətrafı 5-7 voltluq elektik cərayanı qoşulmuş naqil ilə hasarlanmışdır. Bu zaman o, Məmməd Əmrahovdan nə üçün heyvanlarını ot biçdiyi torpaq sahəsinə doldurduğunu soruşduqda Məmməd “heyvanlar ac olduğunu qoy heyvanlar sənin yerini yesin” ifadəsini işlətmiş, o, Məmmədə heyvanların boş ərazidə otlamasını, onun ot biçdiyi torpaq sahəsində otlamamasını deyərək heyvanları torpaq sahəsindən çıxarmağa başladıqda Məmməd onun “varyoxuna” nalayiq söyüşlər söyərək heyvanları torpaq sahəsindən çıxarmayacağını demişdir. Bundan sonra Məmmədin onun ünvanına nalayiq söyüşlər söydüyünə görə bərk əsəbləşmiş və Məmmədi cəzalandırmaq qərarına gəlmişdir. Bu məqsədlə Məmmədə heç bir cavab vermədən bıçaq götürmək üçün qaçaraq yaşadığı evə getmiş, evə daxil olan zaman heç kimin olmadığını görmüşdür. O, yaşadığı evin mətbəxindəki stolun üzərində bir ədəd ümumi uzunluğu təxminən 34 sm, tiyəsinin uzunluğu 26 sm, dəstəyi sarı rəngli xəncəri götürmüş və həmin xəncəri qarın nahiyyəsində şalvarının bel hissəsinə salıb qaçaraq torpaq sahəsinə getmişdir. Həmin gün saat 11 radələrində Məmmədin torpaq sahəsinin bayır tərəfində yerdə oturduğunu və əlində bir ədəd ağac parçasının olduğunu görmüş, Məmmədin torpaq sahəsinə saldığı iri buynuzlu heyvanları isə torpaq sahəsinin bayır tərəfində otlamışdır. O, Məmmədin yanına çatmağına təxminən 50 metr qalmış Məmməddən heyvanları torpaq sahəsinə doldurduqdan sonra nə üçün onun ünvanına nalayiq söyüşlər söydüyünü soruşaraq ona tərəf getmiş, Məmməd isə ona yaxşı etdiyini deyərək onu yanına çağırmışdır. Həmin vaxt yerdə oturaq vəziyyətdə olan Məmməd əlində olan ağac parçasını yerə vururmuş. Onun Məmmədə tərəf getməkdə məqsədi üzərində olan xəncərlə Məmmədə ağır xəsarətlər yetirmək olmuşdur. Məmmədə çatmağına təxminən 5 metr məsafə qalmış Məmməd ayağa qalxmış və hər iki əli ilə tutduğu ağac parçasını havaya qaldırıb onu vurmaq istədikdə o, cəld hərəkət edərək qarın nahiyyəsində gizlətdiyi xəncəri çıxarıb qəsdən bir neçə dəfə Məmmədin sol qoltuqaltı nahiyyəsinə zərbə endirmişdir. Məmmədə qəsdən xəncər ilə xəsarət yetirən zaman xəncər sağ əlində olmuş, o, xəncərlə Məmmədin qoltuq altı nahiyəsinə vurduqda xəncərin tam olaraq sonuncunun daxilinə girdiyini hiss etmiş və xəncəri Məmmədin daxilindən çıxaran zaman xəncərin üzərinin tamamilə qan olduğunu görmüşdür. Məmməd hər iki əli ilə onun hər iki qol nahiyyəsindən tutub saxlamışdır. O, Məmmədin əlindən çıxmaq üçün sağa-sola çırpınmış və həmin vaxt sağ əlində olan xəncər ola bilsin ki, Məmmədin sol qol nahiyəsini kəsmişdir. O, Məmmədin əlindən çıxmış və sağ əlində olan bıçağı hadisə yerinə atıb yaşadığı evə getmişdir. O, yaşadığı evə daxil olub hadisə zamanı əynində olmuş qara rəngli şalvar və qırmızı rəngli qısaqol köynəyi dəyişmiş və Daşkəsən rayonu, Qabaqtəpə kəndi ərazisində yerləşən polis məntəqəsinə doğru hərəkət etmişdir. Yolda olan zaman Daşkəsən rayonu, Qabaqtəpə kəndi üzrə polis sahə rəisi Şahid5 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrəsinə zəng edərək ondan harada olduğunu soruşduqda, Şahid5 atası Şahid ilə danışdıqdan sonra Qabaqtəpə kəndində yerləşən polis məntəqəsinə gedəcəyini deyərək telefon zəngini sonlandırmışdır. Həmin vaxtı atası Şahid istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək polis əməkdaşlarının onu axtardıqlarını, nə üçün Məmmədlə dava-dalaş etdiyini soruşqduqda o, atasına polis məntəqəsinə gedəcəyini, orada Məmməd ilə nə üçün dava-dalaş etdiyini deyəcəyini söyləyib telefon zəngini sonlandırmışdır. Bir neçə dəqiqə sonra Şahid5 təkrar ona zəng edərək harada olduğunu soruşduqda o, polis məntəqəsinə getdiyini demişdir. O, polis məntəqəsinin qarşısına çatanda Şahid5 ora gəlmiş və birlikdə polis şöbəsinə getmişlər Bundan başqa, Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, Məmməd iri buynuzlu heyvanları ot biçdiyi, atası Şahidə məxsus torpaq sahəsinə saldığı üçün həmin heyvanları torpaq sahəsindən çıxaran zaman onun “varyoxuna” nalayiq söyüşlər söyməsi səbəbindən ona xəncər ilə xəsarətlər yetirmişdir. Məmməd onun varyoxuna nalayiq söyüş söydükdə o, Məmmədi cəzalandırmaq qərarına gəlmiş və Məmmədə ağır xəsarətlər yetirmək məqsədilə yaşadığı evə getmiş və stolun üzərində olan xəncəri götürmüşdür. O, evə gedənə kimi Məmmədə hansı vasitələrlə xəsarət yetirəcəyini bilməmiş, lakin mətbəxdə xəncəri gördükdə xəncər ilə xəsarət yetirmək qərarına gəlmişdir. O, Məmmədə qəsdən bir neçə dəfə sol qoltuqaltı nahiyyəsinə xəncərlə xəsarət yetirmiş, həmin vaxtı ətrafda heç kim olmamış, lakin kənarda hər hansı bir şəxsin olduğuna fikir verməmişdir. O, əlində olan xəncərlə Məmmədə əlavə zəbələr yetirmək imkanı olmuş, lakin xəncərlə xəsarətlər yetirdikdən sonra Məmməd onun hər iki qolundan tutaraq sıxmış və o, baş vermiş hadisədən qorxaraq xəncəri ağaclıq tərəfə atıb qaçmışdır. Əsəbi olduğundan Məmmədin ölüb-ölməyəcəyini, həmçinin törətdiyi əməlin nəticəsini fikirləşməmişdir. Məmmədə xəsarət yetirdikdən sonra qorxaraq xəncəri hadisə yerinin yaxınlığında olan ağacların altına atıb evə qaçmış və əynini dəyişərək polis məntəqəsinə getmişdir. O, Məmmədə başqa hər hansı predmetlə vurmamış, yalnız bir neçə dəfə xəncərlə xəsarət yetirmişdir. Baş vermiş mübahisə zamanı Məmməd əlində olan ağac parçasını havaya qaldırıb ona doğru endirdikdə ağac parçası sol kürək nahiyəsinə dəymişdir. Məmmədlə onun arasında baş vermiş mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Baş vermiş mübahisə zamanı Məmmədin əynində jaket, qolu qısa qara rəngli boş köynək və şalvar olmuşdur. O, hadisəni törətdikdən sonra qorxmuş və istintaqa təslim olmaq qərarına gəlmişdir. Məmməd Əmrahova xəncərlə ağır xəsarətlər yetirdikdən sonra evə qaçarkən həmkəndlisi və qohumu olan Şahid9 görərək Məmməd Əmrahova xəsarətlər yetirdiyini və vəziyyətinin ağır olduğunu, Məmmədə kömək etməyini istəmişdir. Hadisə vaxtı əynində olan paltarlar köhnə olduğundan dəyişərək yeni paltarlar geyinmiş və polis məntəqəsinə getmişdir. Məmməd Əmrahova xəsarət yetirdiyi xəncərin əldə edilmə vaxtı və mənbəsi barədə məlumatı yoxdur. X29 və Məmmədin qohumları ilə hər hansı düşmənçiliyi və ya ədavəti, o cümlədən narazılığı olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X15 ifadəsində göstərmişdir ki, X3 bacısıdır. Hadisə baş verən vaxt Gəncə şəhərində olmuş, həmin yerdə olmamışdır. Hadisə baş verən vaxtadək Təqsirləndirilən şəxs bir neçə dəfə qardaşı Məmmədi öldürəcəyini bildirmiş, həmçinin bununla bağlı Məmməd, hüquqmühafizə orqanlarına şikayət də etmişdir. Təqsirləndirilən şəxs anasının Məmmədlə münasibəti olduğunu iddia etmiş, Məmməd isə belə bir münasibətin olmadığını dəfələrlə demişdir. Hadisə baş verən gün Məmməd ona zəng etmiş, öz həyətlərində yatdığı yerdə Təqsirləndirilən şəxs onu xəncərlə vurduğunu bildirmişdir. Hadisə barədə məlumat aldıqdan sonra dili tutulmuş və onu xəstəxanaya aparmışlar. Daha sonra hadisə yerinə getmiş və hadisənin öz “çəpər”lərində baş verdiyinin şahidi olmuşdur. Həmçinin Məmməd xəsarət aldıqdan sonra ona yardım göstərilməsi üçün X39 çağırılsa da, həkimlər çağırışa gec gəlmiş və Məmmədə ilkin tibbi yardım gec göstərilmişdir. Əlavə olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X15 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Məmməd ona zəng edərək, öz həyətlərində uzanıqlı vəziyyətdə olarkən Təqsirləndirilən şəxs onu xəncərlə vurduğunu demişdir. Bundan başqa Təqsirləndirilən şəxslə barışmadığını, şikayətçi olduğunu və ona ən ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, X8 və Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyır. Hadisə baş verən gün otlaq sahəsində ot biçməyə getmişdir. Günorta saatlarında otlaq sahəsindən qayıdan zaman qonşulardan Təqsirləndirilən şəxs Məmməd Əmrahovu öldürdüyünü eşitmişdir. Eşitdiyinə görə heyvanların bir-birlərinin ərazisinə daxil olduğu üçün aralarında mübahisə olmuş və nəticədə sözügedən hadisə baş vermişdir. Əlavə olaraq Şahid10 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə çayın aşağı hissəsində, Məmmədin evinin yaxınlığında baş vermişdir. Təqsirləndirilən şəxs Məmmədi nədən istifadə edərək vurduğunu bilməmiş və əvvəllər sözügedən şəxslərdən hər hansı birinin heyvanlarının digərinin ərazisinə keçməsi ilə bağlı mübahisələri olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quluyev Azər Şahid oğlu ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman Gəncə şəhərində olmuş, atası ona zəng edərək Təqsirləndirilən şəxs Məmməd Əmrahovu bıçaqla vurduğunu bildirmişdir. O da dərhal zəng etmiş və ona artıq Məmmədi xəstəxanaya apardıqlarını bildirmişlər. Məmməd Əmrahov xəstəxanaya aparılan zaman sağ olmuş, lakin xəstəxanaya aparıldıqdan sonra həkimlərin səhlənkarlıqı ucbatından Məmməd Əmrahov vəfat etmişdir. Qardaşının deməsinə görə hadisənin baş verməsinə səbəb, Təqsirləndirilən şəxs evlərinin aşağı hissəsində olan otlaq sahəsində ot biçən zaman Məmməd Əmrahov heyvanları səsləyərək onların biçənəyi istiqamətinə göndərmiş, qardaşı Məmməd Əmrahova heyvanları onların biçənəklərinə göndərməməsini bildirdikdə, Məmməd Əmrahov qardaşı Təqsirləndirilən şəxs təhqir etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evdən bıçağı götürüb gəlmiş və Məmməd Əmrahovu bıçaqla vurmuşdur. X20 da ona qarşı müqavimət göstərmişdir. Əlavə olaraq Şahid1 Azər Şahid oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, X30 xəsarət yetirdiyi xəncəri evdən götürmüş və sözügedən xəncər də evdə istifadə olunurdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, hadisə baş verən gün, Daşkəsən rayon, Güneykənd kəndinin təxminən 5-6 km yaxınlığından çağırış gəldiyi üçün həmin ünvana getmişlər. Daha sonra onlara Güneykənd ərazisində bıçaqlanma hadisəsinin baş verməsi barədə məlumat verildikdən sonra Şahid3la birlikdə hadisə yerinə getmişlər. Onlar hadisə yerinə gedərkən X21 çay kənarında olduğunu və üzərinin qan olduğunu görmüşlər. Daha sonra X13 ilkin tibbi yardım göstərərək, Gəncə şəhərinə aparmışlar. Əlavə olaraq Şahid4 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, feldşer olduğu üçün şəxsi həkim Şahid3 müayinə etmişdir. İlkin müəyinə zamanı mərhum Məmməd Əmrahov sağ olsa da, qanaxması çox olmuş və ümumilikdə isə vəziyyəti ağır olmuşdur. Hadisə yerindən Məmməd Əmrahovun aparıldığı xəstəxanaya təxminən 61 km məsafə olmuşdur. Mərhumu xəstəxanaya gətirən zaman yenidən başqa çağırış olmuş, onlara digər ağır xəstənin olması bildirildiyi üçün Şahid3 geri qayıtmış, o isə mərhumu Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışdır. Məmməd Əmrahov xəstəxanaya təhvil verildikdən 15-20 dəqiqə sonra vəfat etmişdir. X21 qolunda da xəsarətlər olmuş, lakin ümumilikdə müayinəni həkim Şahid3 həyata keçirmişdir. X39a olunan çağırış ilə onların hadisə yerinə getmələri arasında təxminən 5 dəqiqə müddət olmuşdur. Onlara çağırış olunan vaxt təxminən 11-12 radələri olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 Şahid4la eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, hadisəni görməmiş, lakin hadisə baş verdikdən sonra həmkəndliləri X22 təhqir etdiyini və nəticədə Elnurun Məmmədi bıçaqla vurduğunu bilmişdir. Əlavə olaraq Şahid8 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 göstərmişdir ki, hadisəni görməmiş, hadisə baş verən gün özünə məxsus otlaq sahəsində ot biçmək üçün getmişdir. Daha sonra fasilə vermiş və həmin vaxt X21 onu çağırdığını eşitmişdir. O, dərhal həmin yerə qaçmış, Məmmədin uzanıqlı vəziyyətdə olduğunu və qolundan qan axdığını görmüşdür. X37 Quluyevin onu bıçaqla vurduğunu və ona “tez polisə zəng elə” deyə bildirmişdir. O da Məmmədin qolunu sarıyıb ilkin tibbi yardım göstərilməsi üçün “103” xidmətinə zəng edərək məlumat vermişdir. Əlavə olaraq Şahid12 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Məmməd Əmrahov onu Şahidin oğlunun bıçaqladığını bildirmişdir. Əvvəllər aralarında hər hansı ədavət olması barədə məlumatı olmamışdır. Hadisə yerinə çatdıqda Məmmədin qolundan qan axdığını görmüş, Məmməd Əmrahov o gələnədək köynəyini çıxarmış, o isə həmin köynəklə Məmməd Əmrahovun qolunu sarımışdır. O, Məmməd Əmrahovun qolundan qan gəldiyini görmüş, lakin sonradan Məmmədin kürək nahiyəsindən də xəsarət almasını eşitmişdir. Hadisə baş verdikdən sonra gələn ilk şəxs o olmuş və ondan sonra kəndin digər şəxsləri də hadisə yerinə gəlmişdir. Onun otlaq sahəsi Güneykənd kəndində olsa da, başqa kənddə yaşadığı üçün sonradan hadisə yerinə gələn şəxsləri tanımamışdır. X39ın çağırış olunduqdan sonra hansı müddət ərzində gəlməsini xatırlamamışdır. Hadisə yerinə çatan zaman Məmməd Əmrahov yeni evinin çəpərinin altında olmuşdur. X37 Quluyevin onu hansı şəraitdə vurduğunu ona deməmişdir. Məmməd Əmrahovun sadəcə olaraq qolunda olan xəsarəti görmüşdür. Məmməd Əmrahovun uzanıqlı vəziyyətdə olduğu çəpərlərinin altında qan olduğu üçün həmin yerdə vurulduğunu ilkin olaraq ehtimal etmişdir. İlk olaraq Məmməd Əmrahovun qolundan vurulduğunu görmüş, lakin sonradan ona kürək nahiyyəsindən də vurulduğunu demişdir. İbtidai istintaq zamanı da məhkəmə istintaqı zamanı verdiyi kimi ifadə vermişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində yaşayır. Rəsmi sənədlərdə adı Ələstundur, lakin kənd ərazsində ona Əvəz deyilir. X8 və Təqsirləndirilən şəxs kənd sakinləri kimi tanıyır. Hər iki şəxsin heç biri ilə şəxsi münasibəti yoxdur. Daşkəsən rayonu, Qabaqtəpə kəndində yaşayır, lakin Güneykənd ərazsində özünə məxsus otlaq sahəsində ot biçmək üçün Güneykənd kəndinə gedir. Onun otlaq sahəsi hadisənin baş verdiyi yerdən təxminən 400 metr məsafədə yerləşir. xx.xx.2023-cü il tarixdə öz otlaq sahəsində ot biçərkən siqaret çəkmək üçün fasilə vermiş və qışqırıq səsi eşitmişdir. Həmin şəxs Məmməd olmuş və “Mənə kömək edin” deyə qışqırmışdır. O, dərhal həmin yerə qaçmış və Məmmədin ağacın altında çəmənlik hissədə uzandığını və sol qolundan qan axdığını görmüşdür. O, Məmmədə “gəl səni dərədən yuxarı qaldırım tez xəstəxanaya gedək” dedikdə, Məmməd ayağa qalxa bilmədiyini demiş və uzanıqlı vəziyyətdə qalmışdır. O, X39a zəng etmiş, zənginə cavab olaraq ona bildirilmişdir ki, bıçaqlanma ilə bağlı artıq “102 xidməti” Zəng Mərkəzinə məlumat verilibdir. Ona sonradan məlum olmuşdur ki, “102 xidməti” X32 Əmrahovun özü zəng edibdir. O, Məmmədin yanına gələndə nə baş verdiyini soruşmuş və Məmməd ona cavab olaraq bildirmişdir ki, “Şahidin oğlu Elnur onu bıçaqlayıbdır”. Hadisə yerinə gedəndə çəmənlikdən əlavə çayın üzərində və daşlıq ərazilərdə qan izləri olmuşdur. Bir müddət sonra Məmməd Əmrahovun qardaşı Ziya həmin əraziyə gəlmişdir. Hadisə Güneykənd ərazisində Məmməd Əmrahova məxsus yarım tikili evin arxa hissəsində, dərənin aşağısında kənd ərazisindən keçən çayın yanında baş vermişdir. Ziya ilə o, köməkli şəkildə Məmmədin paltarlanı soyundurmuş və yaralarını bağlamışlar. Məmmədi soyundurarkən onun qoltuq altında da bıçaq izinin olduğunu görmüşdür. O və Ziyadan sonra polis əməkdaşları və X39 gəlmiş, Məmmədi Gəncə şəhərinə aparmışlar. Bundan sonra o, öz otlaq sahəsinə qayıdaraq ot biçməyə davam etmişdir. X40 və Təqsirləndirilən şəxslə şəxsi münasibəti olmamış və onların arasında hər hansı düşmənçilik və ya ədavətin olmasından məlumatlı deyil. O, otlaq sahəsində də tək işləmiş və ətrafda digər şəxslərin olduğunu görməmişdir. Məmmədin bıçaqlandığını görüb ilk olaraq X39a zəng vurmuş və ona cavab olaraq polisdən məlumat verildiyini və X39ın oraya gəldiyi bildirilmişdir. Məmməd özü “102 xidməti” Zəng Mərkəzinə məlumat vermişdir. Bu səbəbdən o, yenidən polisə və ya digər hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Məmməd Əmrahov isə həmkəndlisidir. Hadisə baş verən vaxt orada olmamış, lakin sonradan eşitmişdir ki, X33 təhqir edib, ona qarşı ağır ifadələr işlətmiş, buna görə də oğlu X34 bıçaqla vurmuşdur. Əlavə olaraq Şahid1 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə barədə ona sahə müvəkkili məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman orada olmamış, lakin həmkəndliləri olan Təqsirləndirilən şəxslə Məmməd Əmrahovun dava etdiklərini eşitmişdir. Hadisə baş verən yerə getdikdə isə polis əməkdaşlarını görmüş və həmin vaxt artıq təcili tibi yardım xəsarət alan şəxsi aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, otlaqdan çölə çıxarkən Təqsirləndirilən şəxs qaçaraq öz evlərinə getdiyini görmüş, Təqsirləndirilən şəxs ona doğru yaxınlaşanda Məmməd Əmrahovu bıçaqla vurduğunu, ondan Məmmədə kömək etməyini və X39a zəng vurmağını istəmişdir. Təqsirləndirilən şəxs Məmməd Əmrahovun çayın yanında olduğunu deyərək qaçıb evlərinə getmişdir. O, hadisə yerinə gedərkən artıq qardaşının da orada olduğunu, qonşuların gəldiyini və polis əməkdaşlarının da orada olduğunu görmüşdür. Əlavə olaraq Şahid9 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə yerinə gedən vaxt Məmməd Əmrahov sağ olmuşdur. Təqsirləndirilən şəxs Məmmədi hansı vasitədən istifadə etməklə vurduğunu görməmişdir. Məmməd Əmrahov çayın yaxınlığında, lakin çəpərin çöl hissəsində olmuşdur. Təqsirləndirilən şəxs ona Məmməd Əmrahovu götürüb xəstəxanaya aparmasını bildirmiş, o, Elnurdan haraya getdiyini soruşduqda, Təqsirləndirilən şəxs təslim olmaq üçün polis şöbəsinə gedəcəyini bildirmişdir. Elnur ona deyən vaxt saat təxminən 11-12 radələri olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxslə Məmməd Əmrahov arasında hər hansı ədavət və yaxud düşmənçilik olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, X17 onun keçmiş əri olmuş, rəsmi olaraq boşanmasalar da ayrı yaşamışlar və bir uşaqları olmuşdur. Hadisə baş verən vaxt orada olmamışdır. Hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxsla Məmmədin arasında heyvanların otlaq sahəsinə girməsi ilə bağlı mübahisə olduğunu və nəticədə Məmmədin yaralandığını bilmiş, Məmmədin vəfat etməsi ilə bağlı məlumatı olmamışdır. Təqsirləndirilən şəxslə Məmmədin arasında əvvəllər hər hansı ədavət və düşmənçilik olması ilə bağlı məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid16 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid16 istintaq orqanına verdiyi ifadəsində, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 eyni məzmunlu ifadə verərək, işin halları ilə bağlı onun göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, X3 qardaşıdır. Həmin vaxt Güneykənd ərzasində olmamış, ot biçmək üçün otlaq sahəsinə getmişdir. Məmməd ona zəng edərək Elnurun onu bıçaqladığını və öz həyətinin yanında olduğunu demişdir. O, dərhal həmin əraziyə gedərkən qardaşının ağacın altında uzanmış vəziyyətdə olduğunu görmüşdür. Məmmədin qolundan, başının arxasından və kürək nahiyyəsindən xəsarətlər aldığını görmüşdür. X37 Quluyevin onu qolundan, başının arxa hissəsindən və kürək nahiyyəsindən bıçaqladığını, bıçaqladıqdan sonra isə “adamı belə öldürərlər” deyib, bıçağı ataraq qaçıb dağa getməyini bildirmişdir. Əlavə olaraq Şahid7 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Məmməd ona telefonla zəng edən vaxt Təqsirləndirilən şəxs onu bıçaqla vurduğunu bildirmişdir. Məmməd Təqsirləndirilən şəxs ona qolundan, başının arxasından və kürək nahiyyəsindən xəsarətlər yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qaçıb dağa getmişdir. X23 Quluyevin hər hansı ədavət və düşmənçiliyi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt evdə olmuş, həmin yeri ilə onun yaşadığı evin arasında məsafə az olduğu üçün səs-küy gəldiyini eşitmişdir. O, hadisə olan yerə gələrkən Məmməd Əmrahovun yaralı halda uzanıqlı vəziyyətdə olduğunu gördükdə, dərhal Məmmədə ilkin tibbi yardım göstərilməsi üçün “103” xidmətinə zəng etmiş və ətrafda olan şəxsləri hadisə yerinə cəlb etmişdir. Daha sonra Məmməd Əmrahova ilkin tibbi yardım göstərilərək, X39 maşını ilə xəstəxanaya göndərilmişdir. Əlavə olaraq Şahid13 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Məmməd Əmrahov çayın kənarıında əmisinə məxsus çəpərin yaxınlığında olan ağacın altında uzanıqlı vəziyyətdə olmuşdur. Məmməd Əmrahovun ilkin olaraq qolundan xəsarət aldığını görmüşdür. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ildə Daşkəsən rayon polis şöbəsində işləyir. 2017-ci ildən isə Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. O, Daşkəsən rayonu, 7 saylı ərazi, yəni Qabaqtəpə ərazisinin sahə müvəkkilidir. xx.xx.2023-cü il tarixdə təxminən 11 radələrində Güneykənd ərazisində bıçaqlanma hadisəsi olması barədə məlumat daxil olmuşdur. Məlumatı verən zərər çəkmiş şəxs Məmmədin qardaşı Ziyaddin olmuşdur. Məmmədi yaralı şəkildə aşkarlayan şəxsdə Ziyaddin olmuşdur. Ziyaddin ona Məmmədin telefon nömrəsi ilə zəng etmişdir. O, Məmməd Əmrahovu yaralı şəkildə xəstəxanaya apararkən sübut əhəmiyyətli olacağını düşünüb Məmmədə video çəkliş vasitəsi ilə suallar verərək onu kimin yaraladığını soruşmuşdur. Bildiyi qədəri ilə Elnurla Məmməd arasında mübahisə olan zaman həmin ərazidə başqa şəxslər olmamışdır. Məmmədə tibbi yardım göstərilərkən hadisə yerində paltarları çıxardılmış və alt paltarında xəstəxanaya aparılmışdır. Məmmədi apararakən sonuncu sağ olmuş və onlarla söhbət etmiş, lakin Gəncə şəhərində əməliyyat şöbəsində aldığı xəsarətlərdən ölmüşdür. O, hadisəni Təqsirləndirilən şəxs törətdiyini öyrənəndən dərhal sonra Elnura zəng edərək kənd ərazisindəki polis məntəqəsinə yaxınlaşmağını tələb etmiş və Elnur ona atası ilə əlaqə saxladıqdan sonra məntəqəyə yaxınlaşacağını bildirmişdir. O, Elnuru məntəqəyə gəldikdən sonra polis şöbəsinə aparmışdır. Məmməd Əmrahov, Təqsirləndirilən şəxs və onların ailələri arasında ədavət və yaxud düşmənçilik münasibəti olmamışdır. Elnurun atası Şahid Məmməd Əmrahovun kirvəsi olmuşdur. X20 və ya Təqsirləndirilən şəxs barəsində polis məntəqəsinə hər hansı şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs atasına məxsus otlaq sahəsini biçərkən tək olmuş və Məmməd Əmrahovla aralarında mübahisə olan zaman ətrafda digər şəxslər olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Daşkəsən rayonu, Güneykənd kəndində ailəsi ilə birlikdə yaşayır. Ailə tərkibi o, əri Şahid1, oğlu Təqsirləndirilən şəxs və baldızı Sevil Quluyevadan ibarətdir. 1990-cı ildən Daşkəsən rayonu, Güneykənd məktəbində müəllimə işləyir. Təqsirləndirilən şəxs onun kiçik oğludur. X42 Unuversitetində tələbəsidir və dərs ilində Gəncə şəhərində müvəqqəti qalır, lakin yaşayış yeri Daşkəsən rayonu, Güneykənd kəndindədir. xx.xx.2023-cü il saat 11 radələrində Daşkəsən rayonu, Qabaqtəpə kənd polis məntəqəsinin rəisi Şahid5 əri Şahidə zəng edərək harda olduğunu soruşmuş və Təqsirləndirilən şəxs həmkəndlisi Məmməd Əmrahova bıçaqla xəsarətlər yetirdiyini bildirmişdir. Hadisə zamanı o və əri Şahid Gəncə şəhərində olmuşlar. Onun səhhəti pisləşdiyindən hadisə barədə xəbəri eşitdikdən sonra Daşkəsən rayonuna qalxa bilməmişdir. X1 onun əri Şahid olmuşdur. Həmkəndli kimi aralarında hər hansı düşmənçilik və ya ədavət, o cümlədən narazılıqlar olmamışdır. X24 xəsarət yetirdiyi xəncər onların evində olub-olmadığı barədə məlumatı yoxdur. X18 arasında mübahisə olandan sonra Elnur həmin xəncəri evdən götürərək hadisə olan yerə gedibdir. Elnur xəncəri götürmək üçün evə gələrkən evdə heç kim olmamışdır. Belə ki, baldızı Sevil həmin vaxt qoyunları otlatmaq üçün çıxmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid14 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid14 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, bacısı oğlu Tağı ilə birlikdə Daşkəsən rayonu, Güneykənd kəndində yaşayır. Onun rəsmi sənədlərdə adı Gülnazdır, lakin kənd ərazisində onu Güllü olaraq çağırırlar. xx.xx.2023-cü il tarixdə bacısı oğlu Tağı ilə birlikdə Daşkəsən rayonu, Güneykənd ərazisində dağda təsərrüfatında olan heyvanları otlatmaq üçün dağın başında olmuşdur. Məmməd Əmrahovu və Təqsirləndirilən şəxs kənd sakinləri kimi tanıyır və onlarla düşmənçiliyi və ədavəti yoxdur. Məmməd içki içən şəxs və söyüşlə danışan şəxs kimi tanınırdı, Elnur isə avara və yekəxana adam olmuşdur. Lakin onların heç birindən hər hansı pislik görməmişdir. Elnur ilə Məmməd kirvə olmuşdur. Hadisənin necə baş verdiyi barədə məlumatı yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Məmməd Əmrahovu bıçaqlaması barədə dağdan düşdükdən sonra məlumatı olmuş, Tağı ilə dağın başından qayıdarkən qonşuları Yadigar onların çəpərinin yanından qışqıraraq səsləmişdir ki, “Elnur Məhəmmədəlini bıçaqlayıbdır”. O, hadisə olan yerə gedərkən artıq polis əməkdaşları hadisə yerində olmuşdur. Hadisə yerinə getdərkən X25 rayonu, Güneykənd ərazisindən keçən çayın kənarında, sonuncunun evlərinin yanında, ağaclığın altında uzanmış, hər tərəfi qan olsada sağ olmuşdur. Hadisə yerinə ilk gələn Ziya və Ələstun Məmmədin köynəyini çıxardıb yaralarını bağlamış, qısa müddət sonra X39 işçiləri gəlmiş və Məmmədə ilkin tibbi yardımlar göstərərək, TTY maşınına qoyub aparmışlar. Məmməd Əmrahov və Təqsirləndirilən şəxslə arasında hər hansı düşmənçilik və ya ədavətin olmasından məlumatlı deyil. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid17 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid17 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Daşkəsən rayonu, Güneykənd kəndində yerləşən restoranın sahibidir. Həmin iaşə obyektinin adı “Güneykənd restoranı”dır, lakin kənd sakinləri arasında “İlyasın kafesi” deyilir. Məmməd Əmrahovu və Təqsirləndirilən şəxs kənd sakinləri kimi tanıyır. Həmin şəxslərlə hər hansı şəxsi münasibəti yoxdur. Sonuncuların arasında baş vermiş hadisə barədə sonradan ona məlum olmuşdur. “Güneykənd restoranı” kəndin mərkəzində yerləşir və kənd ərazsində sakinlər X39a zəng edərkən ilk olaraq kənd məktəbini və ya restoranın ünvanını verirlər və X39 gəldikdən sonra həmin məktəbin və restoranın qarşısında qarşılayaraq dəqiq ünvanlara yönləndirirlər. X27 Quluyev və digər ailə üzvlərim ilə ədavəti və yaxud düşmənçiliyi olması barədə məlumatı yoxdur. O, həmin hadisə barədə kənd sakinlərindən məlumat almışdır. Hadisə yeri ilə “Güneykənd restoranı” arasında təxminən 500 metr məsafə vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 avqust 2023-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “hadisə yerinə baxış keçirilməsi haqqında” 16 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Daşkəsən rayonu, Güneykənd kəndi ərazisində yerləşən magistral yolun kənarında həmin kənd ərazisindən keçən çayın yanında, dərənin aşağı hissəsindədir. Dərənin aşağısında, çayın sahilində bir zolaqda bitmiş, aralarında təxminən 2-2,5 metr məsafə olan ümumilikdə beş ədəd iri və xırda gövdəli ağaclar vardır və həmin ağaclar arasında budaqlardan hazırlanmış təxmini hündürlüyü bir metr olan çəpər vardır. Çayın sahil hissəsi təbii çəmənliklə örtülüdür, çayın axın olan hissəsi isə daşlıq ərazidir. Hadisənin baş verdiyi çayın kənarında bir neçə qanabənzər ləkələr və əşyalar aşkar edildi və həmin ləkələrə və əşyalara baxış keçirilərkən kriminalistik fotoqrafiya qaydalarına əsasən şərti nömrə ilə nömrələndi. Çayın kənarında şərti nömrə ilə nömrələnmiş 1 saylı qanabənzər ləkələr aşkar edildi. Şərti nömrə ilə nömrələnmiş 2 saylı 112x40 sm diametrdə yayılmış qanabənzər ləkələr aşkar edildi. Şərti nömrə ilə nömrələnmiş 3 saylı 150x32 sm diametrdə yayılmış qanabənzər ləkələr aşkar edildi. Çayın kənarında şərti nömrə ilə nömrələnmiş 4 saylı hərbi təyinatlı qara rəngli bir ədəd sağ ayaq üçün botinka aşkar edildi. Çayın kənarında şərti nömrə ilə nömrələnmiş 5 saylı hərbi təyinatlı qara rəngli bir ədəd sol ayaq üçün botinka aşkar edildi. Çayın axın hissəsindən təxminən bir metr hündürlükdə olan ot örtüyünün üzərində şərti nömrə ilə nömrələnmiş 6 saylı 65x60 sm diametrdə yayılmış qanabənzər ləkələr aşkar edildi. Çayın axın hissəsindən təxminən bir metr hündürlükdə olan ot örtüyünün üzərində şərti nömrə ilə nömrələnmiş 7 saylı qara rəngdə panama papaq aşkar edildi. Çayın axın hissəsindən təxminən bir metr hündürlükdə olan ot örtüyünün üzərində ağacın altında şərti nömrə ilə nömrələnmiş 8 saylı üzərində qana bənzər ləkələr olan tiyəsinin uzunluğu 26 sm, dəstəyinin uzunluğu 8 sm, ümumi uzunluğu 34 sm olan xəncər aşkar edildi. X2 məxsus paltarları tibbi yardım göstərilməsi üçün sonuncunun əynindən çıxarılmış və bükülərək hadisə yerinə qoyulmuşdur. Baxış zamanı şərti nömrə ilə nömrələnmiş 1 saylı qanabənzər ləkələr kosmetik çubuq üzərindəki pambıqla, şərti nömrə ilə nömrələnmiş 2 saylı qanabənzər ləkələr kosmetik çubuq üzərindəki pambıqla, şərti nömrə ilə nömrələnmiş 3 saylı qanabənzər ləkələr kosmetik çubuq üzərindəki pambıqla, şərti nömrə ilə nömrələnmiş 4 saylı hərbi təyinatlı qara rəngli bir ədəd sağ ayaq üçün botinka, şərti nömrə ilə nömrələnmiş 5 saylı hərbi təyinatlı qara rəngli bir ədəd sol ayaq üçün botinka, şərti nömrə ilə nömrələnmiş 6 saylı qanabənzər ləkələr kosmetik çubuq üzərindəki pambıqla, şərti nömrə ilə nömrələnmiş 7 saylı rəngdə panama papaq, şərti nömrə ilə nömrələnmiş 8 saylı qanabənzər ləkələr olan tiyəsinin uzunluğu 26 sm, dəstəyinin uzunluğu 8 sm, ümumi uzunluğu 34 sm olan xəncər, həmçinin tədqiqatların aparılması üçün hadisə yerindən götürülmüş X3 əynində olmuş 1 (bir)ədəd üzərində qalın ağ rəngli sızıqlar olan qara rəngli jaket, 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qara rəngli qısa qol yay köynəyi, 1(bir) ədəd üzərində qana bənzər ləkələr olan qara rəngli sızıqları olan sarımtıl uzun qol köynək, 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qəhvəyi rəngli sızıqları olan qısa qol yay köynəyi, 1(bir) ədəd üzərində qanabənzər ləkələr olan tünd göy rəngli cins parçadan olan şalvar qablaşdırılaraq götürüldü. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, meyitin xarici müayinəsinə dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X11 meyiti kişi cinsli olmaqla düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 169 sm-dir. Bədənin ümumi dəri örtüyü solğun-bozumtul rəngdədir. Əl ilə yoxladıqda bədən səthi istidir. Meyit ləkələri bənövşəyi rəngdə olub, meyitin arxa sətlərində yerləşmişdir, barmaqla təzyiq etdikdə itib 15-20 saniyədən sonra bərpa olunurlar. Meyit qacıması inkişaf etməyib. Meyit çürüməsi əlamətlərinin olması müəyyən edilmədi. Başın tükləri ağ-qara rəngdə olub, orta təpə nahiyyəsində uzunluğu 4,0-5,0 sm-dir. Əl ilə yoxladıqda başın kəllə tağı sümükləri tamdırlar. Gözləri qapaqlar vasitəsi ilə qapanmış vəziyyətdə olub. Göz bəbəkləri dairəvi formada olub, hər iki tərəfdə bərabər dərəcədə 0,6 diametrində genişlənmişlər. Əl ilə yoxladıqda burun sümüyü və qığırdaqları tamdırlar. Xarici burun dəlikləri sərbəst keciricidirlər. Ağzı yarımacıq vəziyyətdə olub, daxili boşdur. Dişləri yoxdur. Dil orta xətt üzrə ağız boşluğunda sərbəst vəziyyətdə yerləşmişdir. Qulaq seyvanı adi forma və ölçüdə olub. Xarici qulaq kecəçəkləri sərbəst keçiricidirlər. Boynu adi forma və ölçüdə olub. Döş qəfəsi silindrik formada olub, simmetrikdir. Əl ilə yoxladıqda qabırğalarda patoloji hərəkətlik qeyd olunmur. Qarın boşluğunun ön divarı qabırğalar bucağı səviyyəsindən aşağı yerləşib, oval formadadır. Onurğa sütunu adi forma və ölçüdədir, əl ilə yoxladıqda fəqərə sümükləri tamdırlar. Xarici tənasül üzvləri düzgün inkişaf etmişdir. Xayalar xayalıqda normal ölçüdə əllənir. Xarici arxa kecəçək qapalı olub, ətraf dərisi təmizdir. X11 xəsarətləri sol bazunun ön hissəsində 6x2 sm ölçüdə, sol bazunun arxa hissəsində 1,5x3 sm ölçüdə 1 ədəd kəsilmiş dəlib keçən yarası, döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən 1x3 sm ölçüdə kəşilmiş deşilmiş yarası və sol ağ ciyərin zədələnməsi müəyyən edilmiş, başqa digər xəsarətlərin və ya xəsarət izinin olması müəyyən edilmədi. Baxış zamanı X11 əynində olmuş 1 bir) ədəd boz rəngli, üzərində “NEW STAR” etiketi yazılmış alt paltarı üzərində qana bənzər ləkələrin olduğu müəyyən edilərək müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edildi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş üzərində qana bənzər ləkələr olan uzunluğu 26 sm olan, gümüşü rəngli tiyəsi, uzunluğu 8 sm olan sarı rəngli dəstəyi olan, ümumilikdə uzunluğu 34 sm ölçüdə 1 ədəd xəncərə əlavə baxış keçirilən zaman baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş həmin xəncərlə X7 qoltuqaltı nahiyəsinə vurduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, paltarlara baxış keçirilməsi haqqında 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olduğunu göstərdiyi 1 (bir) ədəd öndə hissəsi tünd qırmızı rəngli, yan tərəflərində qara rəngli cızıqlı naxışlar olan, arxa hissəsi qara rəngdə olan, sol sinə hissəsində “PARİS” emblemi yazılmış, L ölçülü, qısaqol yay koftası, 1 (bir) ədəd iki yan cibləri olan parça materiallı, üzərində “NİKE” emblemi yazılmış idman şalvarı Təqsirləndirilən şəxs atası Şahid1 həmin paltarları könüllü olaraq təqdim etmiş və həmin paltarların götürülməsi barədə müvafiq qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daşkəsən RPŞ-dən daxil olmuş MK-2/1281 və 1283 saylı materiallardan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə saat 11:32 dəqiqədə özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən zəng edərək “Daşkəsən rayonu, Qabaqtəpə kəndində, kənd məktəbinin yaxınlığında, “İlyasın kafesi”nin yanında döyüldüyünü bildirərək ünvana polisin və TTY-nin yaxınlaşmasını istəmişdir. Bundan başqa, Daşkəsən RMX həkimi Şahid3 xx.xx.2023-cü il tarixdə saat 12:45 dəqiqədə telefonla məlumat verərək bildirmişdir ki, 1969-cu il təvəllüdlü X9 kürək nahiyyəsinin və sol bazu nahiyyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya müraciət edib. Öz deməsinə görə Elnur adlı şəxs xəsarət yetiribdir. Həmçinin Daşkəsən rayonu, Güneykənd kənd sakini X15 xx.xx.2023-cü il tarixdə saat 18:33 dəqiqədə özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən zəng edərək qardaşı Məmməd Əmrahovu qonşusu Təqsirləndirilən şəxs bıçaqlayaraq qətlə yetirdiyini bildirmişdir. Həmçinin Gəncə şəhəri, Sevinc qəsəbəsi 16-cı küçədə yaşayan X16, qohumu Məmmədəli adlı şəxsin Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq öldürülməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Verilmiş əməliyyat tapşırığına Daşkəsən RPŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs X13 xəsarətlər yetirərkən hansısa şəxsin iştirakçılığı, təhrikçiliyi və ya sifarişi olmayıb. Təqsirləndirilən şəxs Daşkəsən rayonu, Güneykənd kəndi ərazisində yerləşən atasına məxsus otlaq sahəsində biçin edərkən əvvəllər tanıdığı və onunla eyni kənddə yaşamış X11 həmin otlaq sahəsinə heyvanlarının salması ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı Məmməd Əmrahovun onun ünvanına nalayiq sözlər söyləməsindən qəzəblənərək qisas almaq niyyəti ilə sonuncuya qəsdən xəsarət yetirmək qərarına gəlib sağlamlığına ağır zərər vurmaq məqsədi ilə yaşadığı ünvandan götürdüyü xəncərlə qəsdən Məmməd Əmrahova zərbələr vurması və hadisə yerini tərk edərək Daşkəsən rayonu, Güneykənd kəndində yerləşən evinə gedib üzərində olan paltarları dəyişib, Daşkəsən rayonu, Qabaqtəpə polis məntəqəsinə gedərək təqsirini boynuna aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ilə X17 arasında ədavət və ya düşmənçilik olmayıb. Hadisə barədə DİN-nin “102 xidməti-Zəng mərkəzi”nə X11 özü xəsarət aldıqdan dərhal sonra zəng edərək məlumat vermişdir. Hadisədən sonra Məmməd Əmrahov Şahid7 zəng edib çağırmış, X39a Məmməd özü zəng etmişdir. Təqsirləndirilən şəxs və X11 yaxın qohumları və qonşuları ilə münasibətləri yaxşıdır. Barələrində qonşular mənfi xarakterizə olunacaq sözlər söyləməmişdir. Təqsirləndirilən şəxs silah qismində istifadə edərək Məmməd Əmrahova xəsarətlər yetirdiyi xəncərin əldə edildiyi vaxtı və mənbəsi əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daşkəsən rayon polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab məktubuna ələvə edilmiş diskə baxış keçirilməsi haqqında 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş diskin zərfinin hər hansı qeydi yoxdur. Diskin bir üzü ağ rəngdədir, diskin üzərində hər hansı bir yazı yoxdur. Diskdə bir ədəd video çəkiliş olduğu müəyyən olundu. Video çəkiliş 23 saniyə davam edir. X5 yaralı şəkildə əynində hər hansı paltar olmadan tumanda xərəklə aparılması görüntüsü ilə başlayır. Daha sonra polis kapitanı Şahid5 tərəfindən “ay Məmməd kim vurub səni”deyilir. Məmməd Əmrahov cavab olaraq Şahidin oğlunun onu vurduğunu bildirir və polis əməkdaşı yenidən vuran şəxsin adının nə olmasını dəqiqləşdirmək məqsədi ilə Məmməd Əmrahovadan ona xəsarət yetirən şəxsin adının nə olmasını soruşur. Məmməd Əmrahov isə cavab olaraq ona xəsarət yetirən şəxsin adının Elnur olduğunu bildirir və video çəkiliş tamamlanır. Baxış zamanı Daşkəsən RPŞ-nin İTB-nin Qabaqtəpə kəndi üzrə polis sahə rəisi, polis kapitanı Şahid5 həmin video çəkilişin onun tərəfindən çəkildiyini və sübut əhəmiyyətli olacağını düşündüyündən Məmməd Əmrahovdan ona kimin xəsarət yetirdiyini video çəkiliş vasitəsi ilə soruşduğunu bildirmişdir. Beləliklə, diskə baxış zamanı müəyyən olundu ki, xx.xx.2023-cü il saat 11:20 dəqiqədə aldığı xəsarətlərdən sonradan ölmüş zərər çəkmiş şəxs X13 həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən xəsarətlər yetirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daşkəsən rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-72/2-9732/2023 nömrəli məktubuna ələvə edilmiş diskə baxış keçirilməsi haqqında 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş diskin zərfinin üzərinə “102 xidməti”nə daxil olmuş zəngin edildiyi ********* saylı nömrə və 3-13-72-2-9246-23 saylı qeydiyyat nömrəsi yazılmışdır. Diskin bir üzü parlaq sarımtıl rəngdədir, diskin üzərində “Verbatim” emblemi və dəstəklədiyi texniki imkanları özündə əks etdirən yazılar vardır. Həmin disk istifadəmdə olan “HP” markalı kompüterin oxucusuna daxil edildi. Diskdə 559116250--3-13-72-2-9246-23 adlı bir ədəd qovluq vardır. Həmin qovluğa daxil olduqda üç ədəd səs yazısı olduğu müəyyən olundu. Birinci 2023-08-16-11-28-36_**********50_**********36 adlı səsyazısı 24 saniyə davam edir. Səsyazısı zəng edən şəxsin “tez gəl qan apardı məni”ifadəsi ilə başlayır. Daha sonra “102 xidməti”nin əməkdaşının, “buyurun, bəli” deyir. Zəng edən şəxs “Allahsız, qan apardı yüyür, ə yüyür, özü getdi tez gəl” deyir. Polis əməkdaşı həmin şəxsdən nə baş verməsi barədə soruşur lakin zəng edən şəxs ona “ ə yüyür, ə tez gəl” deyir. Polis əməkdaşı zəng edən şəxsə ünvanı deməsini istəyir. Zəng edən şəxs “ə tez gəl, ə tez gəl” ifadələrini işlədir və ifadənin sonunu “ə yüyür, ə yüyür” deyir və həmin hissədə səs yazısı tamamlanır. İkinci 2023-08-16-11-29-06_1179_**********50 adlı səsyazısı 42 saniyə davam edir. Səsyazısı “102 xidməti”nin əməkdaşının, “alo, nə baş veribdir” ifadəsi ilə başlayır. Daha sonra zəng edən şəxs “ay bacı, Daşkəsən rayonu, Qabaqtəpə kəndinə “skoru” göndər, təcili yardım, mağazanın yanına və anlaşılmayan ifadə” deyir. Polis əməkdaşı həmin şəxsə polisə zəng etdiyini deyir. Zəng edən şəxs onu qan apardığını deyir, polis əməkdaşı zəng edən şəxsə ünvanı deməsini istəyir. Zəng edən şəxs “İlyasın kafesinin yanı” ifadələrini işlədir. Polis əməkdaşı yenidən zəng edən şəxsə ünvanı deməsini istəyir. Zəng edən şəxs “qolumu qan apardı”deyir. Kənardan üçüncü şəxsin “harana vurdu evin yıxılsın, harana vurdu” deyilir. Polis əməkdaşı təkrarən ünvanın deyilməsini istəyir, zəng edən şəxs “qolumu qan apardı” deyir və həmin hissədə səs yazısı tamamlanır. Üçüncü 2023-08-16-11-30-00_1179_**********50 adlı səsyazısı 55 saniyə davam edir. Səsyazısı zəng edən şəxsin alo ifadəsi ilə başlayır. Daha sonra “102 xidməti”nin əməkdaşı “ünvanı deyin zəhmət olmasa” deyir. Zəng edən şəxs cavab olaraq “Qabaqtəpə kəndi, İlyasın kafesinin yanı, xahiş edirəm “skoru”nu tez göndərin”deyir. Polis əməkdaşı həmin şəxsə polisə zəng etdiyini deyir, zəng edən şəxs tez X39ın göndərilməsini deyir. Polis əməkdaşı yenidən ünvanın deyilməsini istəyir. Zəng edən şəxs cavab olaraq, “ünvan 3yasın kafesinin yanı, Güneykənd məktəbinin yanı və alo” deyir. Daha sonra polis əməkdaşı “kənd məktəbinin yaxınlığı?” sualını verir. Zəng edən şəxs “Güneykənd məktəbinin yanı, İlyasın kafesinin yanı, Qabaqtəpə kəndinin, Güneykəndi, “sovetliyi”. Polis əməkdaşı həmin şəxsə “İlyas kafe?”sualını verir. Zəng edən şəxs “bəli, İlyasın kafesinin yanı”deyir, polis əməkdaşı cavab olaraq həmin şəxsin polisə zəng etdiyini və polisin gəldiyini, 103 xidmətinə zəng edərək X39ı çağırmağını bildirir. Zəng edən şəxs təşəkkür edir və həmin hissədə səs yazısı tamamlanır. Baxış zamanı Şahid12 həmin DVD diskdə əks olunmuş 2023-08-16-11-29- 06_1179_**********50 adlı səs yazısında üçüncü şəxs kimi kənardan gələn səsin və 2023- 08-16-11-30-00_1179_**********50 adlı səsyazındakı səsin ona məxsus olduğunu bildirdi və mərhum Məmməd Əmrahova məxsus olmuş telefonla “102 xidməti”Zəng Mərkəzinə onun zəng etdiyini və X39ın çağırılmasını üçün zəng etdiyini bildirdi. Həmçinin Şahid12 “102 xidməti”Zəng Mərkəzinə edilmiş ilk iki zəngdəki səsyazısının mərhum Məmməd Əmrahova məxsus olduğunu bildirdi. Bundan başqa, Şahid12 hadisə yerinin insanların olmadığı Güneykənd kəndinin ərazisində dərənin aşağı hissəsində olduğu üçün dəqiq ünvanı deyə bilmədiyini bu səbəbdən “102 xidməti”zəng mərkəzinə ünvan olaraq kəndin mərkəzində yerləşən “İlyasın kafesi” və kənd məktəbinin yaxınlığına gəlmələrini istədiyini bildirdi. Beləliklə, diskə baxış zamanı müəyyən olundu ki, xx.xx.2023-cü il 11:00 radələrində ilk iki zəngi X8 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən DİN “102 xidməti” zəng mərkəzinə zəng etmiş, sonuncu zəng Şahid12 tərəfindən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 18 saylı rəyindən görünür ki, X3 bədəni üzərində deşici-kəsici alərin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş iki ədəd deşilmiş-kəsilmiş yara aşkar edildi. Bu yaralardan biri döş qəfəsinin sol yan səthində arxa qoltuqaltı xətt üzrə V qabırğa səviyyəsində yerləşmişdir, daxilə nüfuz edən yaradır, V qabırğanın kəsilməsi və sol ağciyərin aşağı payının dəlib-keçməsi ilə nəticələnir, həyatidir, yara kanalının istiqaməti üfiqi xətt üzrə soldan-sağa, arxadan-önə və bir qədər yuxarıdanaşağıya doğrudur- dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. İkinci yara sol bazu nahiyyəsinin aşağı 1/3 hissəsinin ön-bayır səthində yerləşmişdir, həyatidir, dəlib-keçən yaradır, yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunur, yara kanalının istiqaməti soldan-sağa, bir qədər öndən-arxaya və aşağıdanyuxarıya doğrudur- dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurma kimi qiymətləndirilir. X3 bədəni üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş yaraların əmələ gəlmə müddətləri-xx.xx.2023-cü il tarixə uyğun gəlir. X3 ölümünə səbəb - döş qəfəsinin daxilə nüfuz edən, sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yaranın təsirindən əmələ gələn daxili və xarici qanitirmə olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edilir ki, ölüm müddəti onun müayinəsindən 3-6 saat əvvəl baş vermişdir (meyitin müayinəsi xx.xx.2023cü il tarixdə, saat 19:00-da aparılmışdır.) X6 xəsarətlər yetirilərkən, o və ona xəsarət yetirən şəxs müxtəlif vəziyyətlərdə ola bilərdi(ayaq üstə, yan-ba-yan, üz-bə-üz və s.). X3 bədəni üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş yaraların, maddi sübut qismində ekspertizaya təqdim edilmiş alətlə yetirilib-yetirilməməsini müəyyən etmək üçün, hadisə vaxtı mərhumun əynində olan paltarlar və maddi sübut qismində təqdim olunmuş alət xüsusi müayinə edilməlidir. (məhkəmə-tibbi kriminalistik və ya trasoloji). X3 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 522 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtiranda olmuşdur, yəni ANLAQLİ olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra və hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri müşahidə olunmur. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli törətməmişdən əvvəl emosional halından asılı olaraq əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur. Həmin vəziyyətin yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır ( keçirməmişdir). Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının 03 oktyabr 2023-cü il tarixli 3/1377, 3/1378 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir və soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş bağlamasının üzərində “...X21 hadisə zamanı əynində olmuş...”yazı qeydləri olan bir ədəd köynəyin səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş “a” və “b” zədələri ucu deşici, kəsici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən bir ədəd köynəyin səthində olan “a” və “b” zədələrinin təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hər hansı konkret bir bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş bir ədəd bıçaq ilə təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bağlamasının üzərində “...X21 hadisə zamanı əynində olmuş...” yazı qeydləri olan köynəyin səthində olan “c” zədəsi, bir ədəd puloverin səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədə, ümumi əlamətlərinə əsasən bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik cırılma, sürtünmə zədələridir. Belə predmetə qərarda qeyd edilən bir ədəd odun parçası da aid ola bilər. Təqdim edilmiş bir ədəd köynəyin səthində olan “c” zədəsi, bir ədəd puloverin səthində olan zədədə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hər hansı konkret bir predmetlə təsir nətixəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bağlamasının üzərində “...X21 hadisə zamanı əynində olmuş...” yazı qeydləri olan bir ədəd timanın, bir ədəd papağın, iki ədəd köynəyin, bir ədəd şalvarın, bir cüt çəkmənin səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş bağlamasının üzərində “...Şübhəli şəxs Quliyev Elnur Şahid oğlunun hadisə zamanı əynində olmuş...” yazı qeydləri olan bir ədəd şalvarın səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə ümumi əlamətlərinə əsasən bərk predmetlə mekaniki təsir nəticəsində yaranmağa xarakterik cırılma, sürtünmə zədəsidir. Belə predmetə qərarda qeyd edilən bir ədəd odun parçası da aid ola bilər. Təqdim edilmiş bir ədəd şalvarın səthində olan zədədə zədə yaradan predmetin xüsusi əlamətləri əka olumadığından zədənin hər hansı konkret bir predmetlə təsir nəticəsində yaranıb-yaramadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bağlamasının üzərində “...Şübhəli şəxs Quliyev Elnur Şahid oğlunun hadisə zamanı əynində olmuş...” yazı qeydləri olan bir ədəd köynəyin səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş köynəyin, poluverin, şalvarın səthində olan zədələr müxtəlif şəraitlərdə yarana bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “lifli materialların tədqiqi” ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/4708 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X13 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və hadisə yerindən götürüldüyü qeyd edilən 01 ədəd xəncərin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. - Tədqiqata təqdim edilmiş, X13 məxsus olduğu qeyd edilən geyim əşyalarının səhti üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. - Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səhti üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X13 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. - Tədqiqata təqdim edilmiş, hadisə yerindən götürüldüyü qeyd edilən 01 ədəd xəncərin səthi üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X13 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Gəncə şəhər Birləşmiş xəstəxanası X43 Ak.Z.Məmmədov adına xəstəxanasının xx.xx.2023-cü il tarixli 298 nömrəli məktubdan görünür ki, X17 xx.xx.2023cü il tarixdə saat 14:10 dəqiqədə ölmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 199 nömrəli cavab məktubundan görünür ki, Daşkəsən rayonu, Güneykənd kəndində yaşayan Təqsirləndirilən şəxs Gəncə Psixiatriya xəstəxanasında müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daşkəsən rayon İHB-nin Qabaqtəpə kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 18 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il hadisə yerinə baxış protokolu ilə götürülmüş 4 ədəd kosmetik çubuq üzərindəki pambıq, hərbi təyinatlı qara rəngli bir cüt xüsusi təyinatlı çəkmə, panama papaq, ümumi uzunluğu 337 mm olan xəncər, 1 (bir)ədəd üzərində qalın ağ rəngli sızıqlar olan qara rəngli jaket, 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qara rəngli qısa qol yay köynəyi, 1(bir) ədəd üzərində qana bənzər ləkələr olan qara rəngli sızıqları olan sarımtıl uzun qol köynək, 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qəhvəyi rəngli sızıqları olan qısa qol yay köynəyi, 1(bir) ədəd üzərində qanabənzər ləkələr olan tünd göy rəngli cins parçadan olan şalvar, xx.xx.2023-cü il tarixli meyitə baxış protokolu ilə götürülmüş bir ədəd tuman, həmçinin könüllü təqdim edilən paltarlara baxış keçirilməsi haqqında 17 avqust 2023-cü il tarixli protokolla götürülmüş Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd tünd qırmızı rəngli, yan tərəflərində qara rəngli cızıqlı naxışlar olan, sol sinə hissəsində “PARİS” emblemi yazılmış, L ölçülü, qısaqol yay koftası, 1 (bir) ədəd iki yan cibləri olan parça materiallı, üzərində “NİKE” emblemi yazılmış idman şalvarın, xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolu ilə götürülmüş 1 ədəd ümumi uzunluğu 126 sm, diametri 14sm olan taxta parçasının, iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınanaraq Daşkəsən rayon prokurorluğunun maddi sübut otağında saxlanılır, Daşkəsən rayon polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab məktubuna əlavə edilmiş 1 ədəd DVD disk, həmçinin Daşkəsən RPŞ-dən daxil olmuş 1 ədəd 102 xidməti ZM-nə edilmiş zənglərin səs yazısı diski iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materillarına əlavə edilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal hesab edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə yoxdur. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd əməllərlə (hərəkətlərlə) Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki müstəqil cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsussilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, cinayət məcəlləsinin ədalət prinsipinin həyata keçməsinə, cəzanın məqsədlərinə və Təqsirləndirilən şəxs islah olunmasına nail olmaq olar. Eləcə də, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 avqust 2023-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daşkəsən rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 4(030)-10/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza cidd rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Odur ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Daşkəsən rayon prokurorluğunda saxlanılan 04 ədəd kosmetik çubuq üzərindəki pambıq və ümumi uzunluğu 337 mm olan xəncər məhv edilməli, hərbi təyinatlı qara rəngli bir cüt xüsusi təyinatlı çəkmə, panama papaq, 01 (bir) ədəd üzərində qalın ağ rəngli sızıqlar olan qara rəngli jaket, 01 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qara rəngli qısa qol yay köynəyi, 01 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qara rəngli sızıqları olan sarımtıl uzun qol köynək, 01 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qəhvəyi rəngli sızıqları olan qısa qol yay köynəyi, 01 (bir) ədəd üzərində qanabənzər ləkələr olan tünd göy rəngli cins parçadan olan şalvar, xx.xx.2023-cü il tarixli meyitə baxış protokolu ilə götürülmüş bir ədəd tuman, həmçinin könüllü təqdim edilən paltarlara baxış keçirilməsi haqqında 17 avqust 2023-cü il tarixli protokolla götürülmüş Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd tünd qırmızı rəngli, yan tərəflərində qara rəngli cızıqlı naxışlar olan, sol sinə hissəsində “PARİS” emblemi yazılmış, L ölçülü, qısaqol yay koftası və 01 (bir) ədəd iki yan cibləri olan parça materiallı, üzərində “NİKE” emblemi yazılmış idman şalvar qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, həmçinin xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolu ilə götürülmüş 01 ədəd ümumi uzunluğu 126 sm, diametri 14sm olan taxta parçası məhv edilməli, bundan başqa Daşkəsən rayon polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab məktubuna əlavə edilmiş 01 ədəd DVD disk və Daşkəsən RPŞ-dən daxil olmuş 01 ədəd “102” xidməti ZM-nə edilmiş zənglərin səs yazısı diskin isə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 310 (üç yüz on) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6 maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2 maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2 maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1 maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə isə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Daşkəsən rayon prokurorluğunda saxlanılan 04 ədəd kosmetik çubuq üzərindəki pambıq və ümumi uzunluğu 337 mm olan xəncər məhv edilsin, hərbi təyinatlı qara rəngli bir cüt xüsusi təyinatlı çəkmə, panama papaq, 01 (bir) ədəd üzərində qalın ağ rəngli sızıqlar olan qara rəngli jaket, 01 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qara rəngli qısa qol yay köynəyi, 01 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qara rəngli sızıqları olan sarımtıl uzun qol köynək, 01 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qəhvəyi rəngli sızıqları olan qısa qol yay köynəyi, 01 (bir) ədəd üzərində qanabənzər ləkələr olan tünd göy rəngli cins parçadan olan şalvar, xx.xx.2023-cü il tarixli meyitə baxış protokolu ilə götürülmüş bir ədəd tuman, həmçinin könüllü təqdim edilən paltarlara baxış keçirilməsi haqqında 17 avqust 2023-cü il tarixli protokolla götürülmüş Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd tünd qırmızı rəngli, yan tərəflərində qara rəngli cızıqlı naxışlar olan, sol sinə hissəsində “PARİS” emblemi yazılmış, L ölçülü, qısaqol yay koftası və 01 (bir) ədəd iki yan cibləri olan parça materiallı, üzərində “NİKE” emblemi yazılmış idman şalvarı qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, həmçinin xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolu ilə götürülmüş 01 ədəd ümumi uzunluğu 126 sm, diametri 14 sm olan taxta parçası məhv edilsin, bundan başqa Daşkəsən rayon polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab məktubuna əlavə edilmiş 01 ədəd DVD diskin və Daşkəsən RPŞ-dən daxil olmuş 01 ədəd “102” xidməti ZM-nə edilmiş zənglərin səs yazısı olan diskin isə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 310 (üç yüz on manat) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar