Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-112/2025 19.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən), hakimlər Məmmədzadə Mikayıl Marif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, təqsirləndilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçsi «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Laçın rayonu, Daşlı kəndində anadan olmuş, Azarbaycan Respublikasının vatandaşı, orta tahsilli, evli, işləməyən, Laçın rayonu Daşlı kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, Təzəkənd qəsəbəsində müvəqqəti yaşayan, barəsində “həbs” qatimkan tadbiri seçilmiş, hazırda Azarbaycan Respublikası Ədliyya Nazirliyinin Penitensiar Xidmatinin 2 saylı Gəncə istintaq tacridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində Ağdam rayonu, Təzəkənd qəsəbəsi ərazisində yerləşməklə «Ağdam Su-Kanal Sahəsinin» balansında olan «SK-40» nömrəli artezian quyusunun ətrafındakı otlaq sahəsində iri buynuzlu heyvanlarını otararkən Zərərçəkmiş şəxs ilə heyvanlarını artezian quyusunun ərazisindən çıxarması ilə əlaqədar aralarında baş vermiş mübahisə zamanı əlində olan ağacla sonuncunun baş nahiyyəsinə bir dəfə vuraraq təpə nahiyyəsinin əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vuran, həmin ağacla sonuncunun sol qol nahiyyəsinə bir dəfə qəsdən vuraraq sol said nahiyyəsinin qançırı və sıyrıqları ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, hərəkətlərinin davamı olaraq əynində olan göy rəngli cins şalvarın arxa hissəsindən çığardığı, soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyyəsinə bir dəfə zərbə vuraraq böyük piyliyin kəsilmiş yarası ilə qarın nahiyyəsinin ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran, həmin bıçağın tiyəsindən tutub növbəti bıçaq zərbəsinin qarşısını almaq istəyərkən isə Zərərçəkmiş şəxs sol əlin V barmağının İİ falanqasının səthi kəsilmiş yarası ilə müşayiət olunaraq sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına AĞİR zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək, CMnin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o heyvanları otarmaq üçün balaca uşağı ilə getmişdir. Oraya getdikdə Zərərçəkmiş şəxs “Artezian sahəsində” heyvanları otardığını görmüşdür. O yaxınlaşaraq Eyasa salam vermiş və uşağı niyə hədələdiyini soruşmuşdur. Elyas ona yaxşı etdiyini, “bu günə kimi sən otarmısan, bu gündən sonra mən otaracam” deyərək onun başına əlindəki ağacla vurmuşdur. O, isə özünü müdafiə etmək istəyərkən əlindəki ağac Elyasın baş nahiyəsinə dəymişdir. Onun sağ əli işlək vəziyyətdə olmamışdır. Elyas onun ağacını almış və o nə qədər uzaqlaşmaq istəsə də Elyas ondan əl çəkməmişdir. O isə cibindəki balaca bıçağı qorxutmaq məqsədilə çıxartmış, özünü müdafiə etmək istəyərkən əlindəki bıçaq Elyasın qarın nahiyyəsindən dəymiş, Elyas bıçağı onun əlindən almışdır. O, özünü qan apardığı üçün hadisə yerindən uzaqlaşmış və xəstəxanaya getmişdir. O xəstəxanaya getdikdən sonra Elyas polis əməkdaşları ilə birgə xəstəxanaya gəlmiş və həkimlər tərəfindən ona yardım göstərildikdən sonra o, polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmışdır. O,Elyası qəsdən vurmamış,Elyasın hansı vəifədə olmasını bilməmiş,aralarında mübahisə heyvan otarmaq üstündə olmuşdur. O, zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Malik oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin qaynatası naxoş olduğuna görə arteziana nəzəarət ona həvalə olunmuşdur. 2 il ərzində artezian rəsmi olaraq onun adına keçməmişdir. O artezianın təhlükəsizliyinin təmin olunması üçün icra nümayəndəsinə, polis sahə rəisinə və kənd sovetinə məlumat vermiş, həmən qurumlar isə zəng edərək oranın təhlükəli ərazi olduğunu demişdir. Təqsirləndirilən şəxsin qaynatası rəhmətə gedənə qədər artezian onun adına keçməmiş, təqsirləndirilən şəxsin qaynatası rəhmətə getdikdən sonra rəsmi qaydada artizan onun adına keçmişdir. Artezian onun adına rəsmi qaydada hadisə baş verməzdən 5-6 ay əvvəl keçmişdir. İdarə müdiri ona ərazidə gəzməyə və vəziyyət barədə ona məruzə etməyi bildirmişdir. O, səhər saat 7-də ərazidə gəzərkən təqsirləndirilən şəxsin həmin əraziyə 3 ədəd heyvan gətirdiyini görmüşdür. O, isə təqsirləndirilən şəxsə icazə olmadığını demişdir. Təqsirləndirilən şəxs isə ona “sən kimsən ?!” demiş və aralarında mübahisə yaranmışdır. Daha sonra isə təqsirləndirilən şəxs mübahisə edərkən əlindəki ağacla onun başından vurmuşdur. Zərbənin təsirindən onun başından qan axmışdır. O ağacı tutaraq Rəsulun əlindən almış, Rəsul ilə yerdə süpürləşməyə başlamışlar. Təqsirləndirilən şəxs ağacı əlindən alındıqdan sonra arxa cibindən bıçaq çıxararaq onun qarın nahiyəsindən vurmuşdur. Daha sonra isə o, bıçağı təqsirləndirilən şəxsin əlindən almış və yerə atmışdır. Təqsirləndirilən şəxs isə heyvanlarını götürərək çıxıb getmişdir. O, qonşusundan qardaşına zəng vurub hadisə ilə bağlı ona məlumat verməsini istəmişdir. Qonşusu isə zəng edərək onun qardaşına məlumat vermişdir. O, qardaşı gəldikdən sonra qardaşı ilə birlikdə xəstəxanaya getmişdir. X3 barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, O səhər işə gedərkən Elyas onu saxlamışdır. Elyas zəng etmək üçün ondan telefonunu istəmişdir. Elyas qardaşına zəng etdikdən sonra o, telefonunu götürüb getmişdir. O, orada Elyasdan başqa heç kimi görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhəkəmədə verdiyi ifadə ilə istintaq zamanı verdiyi ifadə arasında ziddiyət olduğundan onun istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, «…Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlarla aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Ağdam rayon Təzəkənd qəsəbəsində idarə etdiyi QAZ3110 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan Zərərçəkmiş şəxs əl hərəkətləri ilə ondan avtomobili saxlamağımı xahiş etmişdir. O, avtomobili saxlayıb yerə enəndə Elyasın baş və qarın nahiyyəsindən qan axdığını görmüşdür. O, Elyasdan nə baş verdiyini soruşanda sonuncu ona Təqsirləndirilən şəxs onun qarın nahiyyəsinə bıçaqla, baş nahiyyəsinə isə ağacla vurduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ondan qardaşı Şahid1 zəng edərək məlumat verməsi üçün mobil telefonunu istəmişdir. O, da mobil telefonunu Elyasa vermişdir. Elyas telefonla danış-danışa ondan bir qədər uzaqlaşmışdır. Təxminən 3-5 dəqiqə sonra Mütəllim qaça-qaça oraya gəlmiş və onun mobil telefonunu Elyasdan alıb ona qaytarmışdır. Bundan sonra o, avtomobilini idarə edərək oradan uzaqlaşmışdır. O, Zərərçəkmiş şəxs yanında olarkən orada Zərərçəkmiş şəxs və o olmuşdur. Elyas ona Təqsirləndirilən şəxs onun baş nahiyyəsinə ağacla, qarın nahiyyəsinə isə bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir.” Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, O, bu iş ilə bağlı bildiklərini ərizəsində qeyd etmişdir. O, hadisə yerinə gələnə qədər Rəsul ilə Elyas arasındaki mübahisə bitmişdir. O hadisə yerinə gəldikdən sonra Mütəllim adlı şəxs gəlmişdir. O, Mütəllimin Elyasın qardaşı olduğunu bilmişdir.Rəsul və Elyas hadisə yerində olmuş və hər ikisinin üzərində qan ləkəsi olmuşdur. Daha sonra isə onlar aralaşıb getmişlər. Rəsulun yanında uşaq olmamış və hadisə yerində heyvan görməmişdir.. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Malik oğlu ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsin qardaşının qaynıdır. Ona səhər vaxtı qardaşı Elyas zəng vurmuş, dalaşdığını demiş və yanına çağırmışdır. O, hadisə yerinə getdikdən sonra Elyasla Rəsulun dalaşıb ayrıldıqlarını görmüşdür. Sonradan bildiyinə görə onun qardaşı arteziana nəzarət etmiş, Elyasın nəzarət etdiyi əraziyə isə Rəsul heyvan gətirmişdir. Bu səbəbdən onların aralarında mübahisə baş vermişdir. O, hadisə yerində qardaşı Elyasın başının yarıldığını görmüşdür. O, qardaşını xəstəxanaya apardıqdan sonra qardaşının bıçaqla vurulduğunu bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, axşam mal otarmağa getmiş, Elyas isə ona orada mal otarmamağını demişdir. Daha sonra o evə getmişdir. O, ertəsi gün atası ilə yenidən mal otarmağa getmişdir. Hadisə yerində atası ilə Elyas bir-birləri ilə dalaşmış və bir-birlərini ağaçla vurmuşlar. Daha sonra o, qorxduğu üçün nənəsigilə qaçmışdır. O, nənəsigildən qayıtdıqdan sonra Elyas ilə atasının aralaşdığını görmüşdür. Elyasla atası bir-birlərini vurmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, işi ilə əlaqədar Bakıya ezam olunmuşdur. Elyas ona zəng etmiş, Rəsulun, ərazidə heyvan otardığını ona demişdir. O isə Elyasa Bakıda olduğunu demiş, rayon polis şöbəsinə müraciət etməsini bildirmişdir. O, ezamiyyətdən qayıtdığı gün şöbəyə getmiş, şöbədə ona Rəsulun Elyası bıçaqladığı deyilmişdir. O hadisə yerinə getmiş, Elyasın başının yarıldığını və üstünün qan olduğunu görmüşdür. Daha sonra Elyası xəstəxanaya aparmışlar və orada Elyasın daxilə keçmiş xəsarət aldığı məlum olmuşdur. O, hadisə zamanı hadisə yerində olmamış, Elyasın dediyinə görə Rəsul Elyası bıçaqla vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ona 102 xidmətindən bıçaqla xəsarətlə bağlı məlumat daxil olmuşdur. Onlar hadisə yerinə Təzəkənd qəsəbəsinə yaxınlaşmışlar. Hadisə yerində Elyas adlı şəxsin yaralı vəziyyətdə olduğunu görmüşlər. Onlar Elyasdan hadisəni kimin törətdiyini soruşmuş, Elyas Rəsul adlı şəxsin adını vermişdir. Hadisə yerində Elyas əlində olan bıçağı onlara təqdim etmişdir. Onlar isə bıçağı istintaqa təhvil vermişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ağdam rayon Məhkəməsinin 12 avqust 2023-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 avqust 2023-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 12 avqust 2023-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyət olduğundan xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, hadisə Ağdam rayon Təzəkənd qəsəbəsi ərazisində yerləşən SK-40 nömrəli subartezian quyusunun ərazisində baş vermişdir. Hadisə yerini fotoşəkilləri çəkilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Ağdam rayon X1 şöbəsinin baş tibbi bacısı X5 tərəfindən istintaqa təqdim edilmiş hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olmuş köynək, idman şalvarı və mayka götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş hadisə zamanı sonuncunun üzərində olmuş köynək, cins şalvar və mayka götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şahid6 tərəfindən istintaqa təqdim edilmiş hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilmiş 01 ədəd bıçaq götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilmiş 01 ədəd ağac parçası xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokolla baxış keçirilərək qablaşdırılıb götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “videoçəkilişlə ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs videoçəkilişlə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Ağdam rayonu, Təzəkənd qəsəbəsində yerləşən SK-40 nömrəli subartezian quyusunun kənarını göstərərək 10 avqust 2023-cü il tarixdə saat 06:30 radələrində Zərərçəkmiş şəxs özünə məxsus qoyunları otardığı yeri, daha sonra onun baş və qol nahiyəsinə ağacla xəsarət yetirdiyi yeri, eləcə də özünün də həmin yerdən bir qədər aralıda Zərərçəkmiş şəxs baş nahiyəsinə ağacla xəsarət yetirdiyi yerləri göstərmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əşyanın tanınması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə əşyanın tanınması istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ona nömrələnərək təqdim edilmiş dörd ədəd ağac parçasının içərisindən 2 nömrəli ağac parçasını göstərərək həmin ağac parçası ilə Zərərçəkmiş şəxs xəsarət yetirdiyi ağac parçasına oxşadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın 11 avqust 2023-cü il tarixli, 226 nömrəli rəyindən görünür ki, 1) Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər – təpə nahiyyəsinin əzilmiş yarası, sol said nahiyyəsinin qançırı və sıyrıqları, sol əlin V barmağının İİ falanqasının səthi kəsilmiş yarası və böyük piyliyin kəsilmiş yarası ilə qarın nahiyyəsinin ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası varıdr. 2) Qeyd edilən xəsarətlər; a) sol əlin V barmağının İİ falanqasının səthi kəsilmiş yarası və böyük piyliyin kəsilmiş yarası ilə qarın nahiyyəsinin ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası kəsici kənara və iti uca malik olan alətin (alətlərin) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçaq təsirindən törənə bilməsi inkar olunmur, b) təpə nahiyyəsinin əzilmiş yarası, sol said nahiyyəsinin qançırı və sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. 3) Dərəcəsinə görə; a) sol əlin V barmağının İİ falanqasının səthi kəsilmiş yarası, sol said nahiyyəsinin qançırı və sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. b) təpə nahiyyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. c) böyük piyliyin kəsilmiş yarası ilə qarın nahiyyəsinin ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası isə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş təkrar məhkəmə-tibbi ekspertizanın 25 oktyabr 2023-cü il tarixli, T 742/2023 nömrəli rəyində göstərilmişdir ki, Vət. Zərərçəkmiş şəxs təpə nahiyyəsinin əzilmiş yarası, sol said nahiyyəsinin qançırı və sıyrıqları, sol əlin V barmağının İİ falanqasının səthi kəsilmiş yarası və böyük piyliyin kəsilmiş yarası ilə qarın nahiyyəsinin ön divarının daxilə keçən deşilmişkəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər təpə nahiyyəsinin əzilmiş yarası, sol said nahiyyəsinin qançırı və sıyrıqları küt əşyanın (əşyaların), sol əlin V barmağının İİ falanqasının səthi kəsilmiş yarası və böyük piyliyin kəsilmiş yarası ilə qarın nahiyyəsinin ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası isə kəsici deşici alətin (ola bilsin bıçağın) təsirindən əmələ gələ bilər, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sol əlin V barmağının İİ falanqasının səthi kəsilmiş yarası, sol said nahiyyəsinin qançırı və sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir, təpə nahiyyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, böyük piyliyin kəsilmiş yarası ilə qarın nahiyyəsinin ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası isə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin xarakteri və lokalizasiyası şəxsin özü tərəfindən deyil, kənar şəxs tərəfindən yetirilməsinə uyğun gəlir. Vətəndaş Zərərçəkmiş şəxs xəsarətlərin hansı əllə yetirilməsini bu haqda xüsusi elmi-metodiki işlənib hazırlanmadığından təyin etmək mümkün olmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi kriminalsitik ekspertizanın 26 oktyabr 2023-cü il tarixli, 485/2023 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs məxsus köynək və maykanın ön hissəsində ortada 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarın üzərində hər hansı bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin ön hissəsində solda 01 cırılmış zədə aşkar edildi. Bu zədə köynəyin müvafiq nahiyyəsinin hər hansı bir səthə ilişib dartıılma nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və mayka üzərində hər hansı bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağıdır və soyuq silah hesab edilmir.Ekspertizaya təqdim olunmuş taxta parçası soyuq silah hesab edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 663/2023 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu O/İ/dir (portal çıxarışının kserosurətinə əsasən), Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu O/İ/dir (portal çıxarışının kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək, idman şalvarı, mayka üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri AB0 sistemi üzrə O alfa betta /İ/ qruplu şəxs, o cümlədə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, mayka üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri AB0 sistemi üzrə O alfa betta /İ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. (Əgər sonuncuda qanaxma ilə müşahidə olunan zədələr vardırsa) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1849 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcbur müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 630 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş RPŞ-nin CAB-si tərəfindən təqdim edilmiş 01 ədəd DVD diskə xx.xx.2023-cü il tarixdə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə iki videogörüntü əks olunmuşdur. Birinci videogörüntüyə baxan zaman həmin videogörüntüdə asfalt yol, yolun kənarında müxtəlif ağaclar, daha kənarda isə əkin sahələri görünür. Çəkilişin 04-cü saniyəsindən başlayaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs açar tələb etdiyi, Zərərçəkmiş şəxs əlində bir ədəd ağac parçası olduğu, Təqsirləndirilən şəxs isə açardan xəbərsiz olduğunu bildirməsi, Zərərçəkmiş şəxs başının sağ yan hissəsindən qanabənzər maye axması, əynində olan qara rəngli qısaqol köynəyin qarın nahiyəsində qan laxtalarına bənzər maye yığını olması, Təqsirləndirilən şəxs əynində olan ağ rəngli, üzərində zolaqlar olan qısaqol köynəyin üzərində qan ləkələri görünməsi müşahidə olunur. Bundan başqa çəkiliş zamanı əynində qısaqol zolaqlı köynək və cins şalvar olan bir nəfər kişi cinsli şəxsin, digəri isə əynində ağ qısaqol köynək və qara şalvar olan kişi cinsli şəxsin əlində bir ədəd mobil telefon, digər əlində isə bir ədəd ağac parçası dayanaraq Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs mübahisələrini izləməsi müşahidə olunur. Həmin çəkiliş 21 saniyə davam edir və başa çatır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş İkinci videogörüntüyə baxan zaman həmin videogörüntüdə asfalt yol, yolun kənarında əkin sahələri görünür. Çəkilişin 01-ci saniyəsindən başlayaraq Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hər ikisinin bir ədəd ağac parçasından tutmaları, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs açar tələb etdiyi, Təqsirləndirilən şəxs isə açardan xəbərsiz olduğunu bildirməsi, Zərərçəkmiş şəxs başının sağ yan hissəsindən qanabənzər maye axması, əynində olan qara rəngli qısaqol köynəyin qarın nahiyəsində qan laxtalarına bənzər maye yığını olması, Təqsirləndirilən şəxs əynində olan ağ rəngli, üzərində zolaqlar olan qısaqol köynəyin üzərində qan ləkələri görünməsi müşahidə olunur. Bundan başqa çəkiliş zamanı əynində qısaqol zolaqlı köynək və cins şalvar olan bir nəfər kişi cinsli şəxsin, digəri isə əynində ağ qısaqol köynək və qara şalvar olan kişi cinsli şəxsin əlində bir ədəd ağac parçası dayanaraq Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs mübahisələrini izləməsi müşahidə olunur. Həmin çəkiliş 01 dəqiqə 07 saniyə davam edir və başa çatır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Laçın rayon İcra Hakimiyyəti başçısının Daşlı kənd inzibati ərzi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli 5-64/11-3-2-182/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Laçın rayonu, Daşlı kəndində qedyiyyatdadır. Hazırda Ağdam rayonu, Təzəkənd qəsəbəsində müvəqqəti yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Bununla belə məhkəmə kollegiyası tövsiflə razılaşmayaraq Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsinin tərkibi olması qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Konstitusiya Məhkəməsinin Plenumunun“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İstintaq orqanı Təqsirləndirilən şəxs hadisəni zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətməsinə dair heç bir sübut toplamamış, əksinə toplanmış sübutlar onun hadisəni zərərçəkmiş şəxsin onu təhqir edib yumruqla vurduğunu nəzərə almayaraq, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsindən əsassız və yalnış olaraq həmin Məcəllənin 126.2.2-ci maddəsinə tövsif etmiş və onun əməlinin hansı sübutlara əsasən nə üçün belə tövsif edilməsi əsaslandırılmamışdır. Göründüyü kimi Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs arasında heyvanların artezian ərizisində otarmasına görə mübahisə başlamış, hər iki şəxs süpürləşmiş və nəticədə təqsirdəndirilən şəxs zərəçəkmiş şəxsə ağac parçası və üzərində olan soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyyəsinə bir dəfə zərbə vuraraq böyük piyliyin kəsilmiş yarası ilə qarın nahiyyəsinin ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran, həmin bıçağın tiyəsindən tutub növbəti bıçaq zərbəsinin qarşısını almaq istəyərkən isə Zərərçəkmiş şəxs sol əlin V barmağının İİ falanqasının səthi kəsilmiş yarası ilə müşayiət olunaraq sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmayan xəsarətlər olmaqla xidməti vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Başqa sozlə təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirməsi ilə bağlı məlumatsız olmuş və cinayəti törədərkən onun niyyəti məhz Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirən şəxsə qarşı törətdyini bilməmiş və o bu bərədə düşünməmişdir.Bunu təqsirləndiriələn şəxs də ifadəsində də göstərmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 126.2.2-ci maddəsindən nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərmiş, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun ifadə kimi qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə kollegiyası məhəkəmə istintaqı zamanı araşdırılmış sübutları qiymətləndirəirək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 126.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri yoxdur. Məhəkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikasının CM-nin 126.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin ,qəsdən adam öldürmə cinayət əmlində nəzərdə tutulmuş ağırlaşdırıcı tərkib əlamətləri ilə eyni olduğundan «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 7-ci bəndinin izahını nəzərə alır. Belə ki, Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 7-ci bəndində göstərilir ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə və ya ictimai borcunu yerinə yetirməsinə mane olmaq məqsədilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. Odur ki, qəsdən adam öldürmə istər zərərçəkmiş şəxs tərəfindən xidməti vəzifələrin, ictimai borcun bilavasitə yerinə yetirilməsi zamanı, istərsə də xidməti vəzifə, ictimai borcla şərtləndirilən müvafiq hərəkət edilənə (qərar qəbul edilənə) qədər və ya bundan sonra törədilmiş olsun, cinayətin bu əlamət üzrə tövsif edilməsi üçün əsas yaranır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Əməlin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar törədilməsi üçün şəxsin hərəkətlərində dispozitiv şərtlər mövcud olmalı, yəni şəxsin hərəkətləri mütləq təqsirkarın zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə və ya ictimai borcunu yerinə yetirməsinə mane olmaq məqsədilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə hərəkətlərin edilməsinə yönəlməlidir. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət prosessual Qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsinin yerinə yetirməsinə mane olmaq məqsədilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə hərəkətlərin edilməsi niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutlarin ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri yoxdur, onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyətini (müsbət xarakterizə olunmasını, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında CM-in maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində dörd azyaşlı uşağının olmasını), cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan mənrumetmə cəzasının əvvəli onun tutulduğu 10 avqust 2023-cü il tarixdən hesablanmalı, 10 avqust 2023-cü il tarixdən 19 mart 2025-ci il tarixə kimi həbsdə oduğu müddətlə əvəz edilməklə cəzasını çəkmiş hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs » qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Ağdam rayon PŞ-də saxlanılan maddi sübut Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş köynək, mayka, şalvar, Zərərçəkmiş şəxs üzərində olmuş köynək, mayka, idman şalvarı, onlara qaytarılmalı ,imtina getdikdə məhv edilməli, 01 ədəd bıçaq, uzunluğu 1060 mm, diamteri 30 mm olan bir ədəd ağac parçası məhv edilməlidir. 01 ədəd DVD disk cainyət işinin materiallarına əlavə edilməldir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona CM-nin 62-ci maddəsi tətbiq edilməklə CM-nin 126.1-ci maddəsi ilə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası onun 10 avqust 2023-ci il tarixdən 19 mart 2025-ci tarixə kimi həbsdə olduğu müddətlə əvəz edilməklə cəzasını çəkmiş hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılsın. İş üzrə Ağdam rayon PŞ-də saxlanılan maddi sübut Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş köynək, mayka, şalvar, Zərərçəkmiş şəxs üzərində olmuş köynək, mayka, idman şalvarı qanuni sahinə qaytarılsın, imtina getdikdə məhv edilsin. 01 ədəd bıçaq, uzunluğu 1060 mm, diamteri 30 mm olan bir ədəd ağac parçası məhv edilsin. 01 ədəd DVD disk cainyət işinin materiallarında saxlanısın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-112/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-112/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver