Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-113/2021 02.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X8 Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə X8 Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı X8 Məhkəməsinə aiddir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs qohumu Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitəni birlikdə satmaq barədə razılaşdıqdan sonra Şahid4 2019-cu ilin avqust ayından həmin ilin noyabr ayının əvvəllərinə kimi günü istintaqa məlum olmayan tarixlərdə tanışı X4 ilə Yevlax rayonunun ərazisində görüşüb ona müxtəlif məbləğlərdə pul verib ondan satış məqsədi ilə ümumilikdə 01 kiloqram 186,093 qram, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı alıb əldə edərək 33 ədəd kibrit qutularında ümumilikdə 184,751 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı idarə etdiyi VAZ 210703 markalı, **-UN-*** nömrə nişanlı avtomobilində daşıyaraq, 9 ədəd sellofan torbada ümumilikdə 1001,342 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuananı kirayədə yaşadığı ünvan 1 mənzil 10 ünvanındakı evində saxlamış, xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində idarə etdiyi, özünə məxsus VAZ 210703 markalı, **-UN-*** nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri Nizami Gəncəvi prospektində olan zaman Gəncə şəhəri BPİ-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid4 saxlanılaraq Gəncə şəhəri Baş Polis İdarəsinin inzibati binasına gətirilib avtomobilinə baxış keçirilərkən avtomobilin sağ yan oturacağının ayaqaltısından sellofan torbaya yığılmış halda 33 ədəd kibrit qutularında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşdığı 5,104 qram, 5,067 qram, 5,202 qram, 5,755 qram, 5,679 qram, 5,715 qram, 5,157 qram, 4,915 qram, 5,280 qram, 5,366 qram, 5,874 qram, 5,849 qram, 5,537 qram, 5,198 qram, 5,965 qram, 6,728 qram, 6,710 qram, 5,998 qram, 5,769 qram, 5,875 qram, 5,789 qram, 5,599 qram, 5,789 qram, 6,004 qram, 5,162 qram, 5,503 qram, 5,384 qram, 5,161 qram, 5,147 qram, 6,005 qram, 5,466 qram, 5,225 qram və 5,774 qram, ümumi çəkisi 184,751 qram narkotik vasitə olan qurudulmuş marixuana, xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Şahid4 kirayədə yaşadığı ünvan 1 mənzil 10 ünvanına baxış keçirilərkən evin qonaq otağındakı televizorun arxa tərəfindən satış məqsədi ilə qanusuz əldə edib sellofan torbada saxladığı 17,121 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və həmin evin yataq otağındakı paltar dolabının içərisindən sellofan torbalarda 240 qram, 230 qram, 145 qram, 120 qram, 117 qram, 65 qram, 50 qram, 17,221 qram olmaqla ümumi çəkisi 984,221 qram, ümumilikdə külli miqdar hesab edilən 01 kiloqram 186,093 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, CPM-in 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin məcəllənin 286-cı maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, Təqsirləndirilən şəxs qismində dindirilməsinə dair ifadəsindən müəyyən olunur ki, o Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrilə verilmiş ittihamlarla özünü qismən, CM-in 234.1-ci maddəsilə təqsirli bildiyini göstərsə də, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində qohumu Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitəni birlikdə satmaq barədə razılaşmaqla, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq saxlamasına dair hər hansı xüsusat göstərməmiş, verilmiş ittihamlar üzrə özünü qismən, CM-in 234.1-ci maddəsilə nədə təqsirli bildiyi istintaq orqanı tərəfindən aydınlaşdırılmamışdır. Məhkəmə hazırlıq iclasında CM-in 234.1-ci maddəsilə özünü təqsirli bilməsini isə Rusiya Federasiyasında yaşadığı müddət ərzində narkotik vasitə istifadə etməsilə izah etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs ona istintaq orqanı tərəfindən verilmiş ittiham üzrə özünü ümumiyyətlə təqsirli bilməmiş, yalnız əvvəllər Rusiya Federasiyasında yaşadığı müddət ərzində narkotik vasitə istifadə etdiyinə görə özünü qismən təqsirli bildiyini göstərmiş, bununla da verilmiş ittihamı tamamilə təkzib etmiş, istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi onun səmimi etirafı kimi qəbul edilmişdir. Cinayət-Prosessual Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Həmin məcəllənin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ vardır. Bundan başqa Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o qohumu Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitəni birlikdə satmaq barədə razılaşdıqdan sonra Şahid4 2019-cu ilin avqust ayından həmin ilin noyabr ayının əvvəllərinə kimi günü istintaqa məlum olmayan tarixlərdə tanışı X4 ilə Yevlax rayonunun ərazisində görüşüb ona müxtəlif məbləğlərdə pul verib ondan satış məqsədi ilə ümumilikdə 01 kiloqram 186,093 qram, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı alıb əldə edərək 33 ədəd kibrit qutularında ümumilikdə 184,751 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı idarə etdiyi VAZ 210703 markalı, **-UN-*** nömrə nişanlı avtomobilində daşıyaraq, 9 ədəd sellofan torbada ümumilikdə 1001,342 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuananı kirayədə yaşadığı ünvan 1 mənzil 10 ünvanındakı evində saxlamış, xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində idarə etdiyi, özünə məxsus VAZ 210703 markalı, **-UN-*** nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri Nizami Gəncəvi prospektində olan zaman Gəncə şəhəri BPİ-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs verilmiş ittihamda onun Şahid4lə razılaşmaqla narkotik vasitələrin əldə olunmasında, daşınmasında və saxlanılmasında iştirakının nədən ibarət olması öz əksini tapmamışdır. Həmçinin məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs qohumu Şahid4lə birlikdə narkotik vasitə əldə etmədiyini, Şahid4 aşkar edilmiş narkotik vasitələrdən məlumatının olmadığını, onunla birlikdə narkotik vasitə satmadığını, buna baxmayaraq nəyə görə bu ittihamlarla təqsirli bilindiyini anlamadığını, istintaq orqanı tərəfindən ona verilmiş bu ittihamları qəbul etmədiyini bildirmişdir. Əlavə etmişdir ki, ibtidai istintaq zamanı bu barədə dəfələrlə müstəntiqə bildirsə də dedikləri nəzərə alınmamış, hətta Şahid4lə üzləşdirilməsi belə keçirilməmişdir. Buna görə də cinayət işinin materialları ilə tanış edilərkən protokolu imzalamaqdan imtina etmişdir. CPM-in 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Həmçinin iş üzrə tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin öz müdafiəsi üçün dəlillər gətirərək özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bildiyi göstərilsə də müdafiəsi üçün gətirilən həmin dəlillərin nədən ibarət olması açıqlanmamış, eyni zamanda onun təqsirinin həmçinin səmimi etirafı ilə sübuta yetirildiyi qeyd edilmişdir. CPM-in 289.3.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilir. Bundan başqa “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları və maddi sübutla tanış etmə haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, protokolda müdafiəçinin səlahiyyətini təsdiq edən sənəd barədə məlumat öz əksini tapmamışdır. Halbuki, CPM-in 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqları haqqında Avropa Konvensiyasının” 6-cı maddənin 1-ci bəndinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılmaq hüququna, habelə onun əleyhinə ifadə vermiş şahidləri dindirmək hüququna malikdir. X7 Məhkəməsinin Salduz Türkiyəyə qarşı işi üzrə qərarının 50-ci bəndində göstərilmişdir ki, Məhkəmə təkrarlayır ki, cinayət prosesinə gəlincə Konvensiyanın 6-cı maddəsinin əsas məqsədi hər hansı ittihamların müəyyən edilməsi üçün səlahiyyətli olan “tribunalın” ədalətliliyinin təmin olunmasıdır, lakin bu o demək deyil ki, 6-cı maddə ibtidai istintaqa münasibətdə şamil edilmir. Bununla 6-cı maddədə və xüsusən həmin maddənin 3-cü bəndi işin məhkəməyə göndərilməsindən əvvəl həyata keçirilən proseduralarla əlaqədar tətbiq edilir, belə ki, əvvəlki mərhələlərin Konvensiyanın müddəalarına uyğun olmaması məhkəmə prosesinin ədalətliliyinə ciddi xələl yetirir. Məhkəmə əvvəlki işlərdə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) yarımbəndində təsbit olunmuş hüquq həmin maddənin 1-ci bəndində qeyd olunan “cinayət işlər üzrə ədalətli məhkəmə hüququ” konsepsiyanın elementlərindən biri hesab olunur. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon məhkəməsinin qərarına əsasən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə onun həbsdə saxlama müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.1-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-113/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-113/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver